Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-40/2025 17.01.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1985-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işsiz, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək ünvan 2anında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısına daxil edilən külli miqdarda, yəni təmiz çəkisi 2664,1 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etməklə həmin narkotik vasitə qurudulmuş marixuananın bir ədəd qara rəngli sellofan bağlamada olmaqla 2660,0 qram olan hissəsini Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 8 nömrəli tam orta məktəbin arxa hissəsində yerləşən köhnə yarımtikilidə, bir ədəd şəffaf rəngli bükümdə olmaqla 4,10 qram olan hissəsini isə yaşadığı ünvan 3 ünvanında özünə məxsus gödəkcənin sağ yan çöl cibində gizlətməklə saxlamış, həmçinin qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının psixotrop maddələrə aid olan İİ Siyahısına daxil edilən külli miqdarda, yəni təmiz çəkisi 103,755 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə həmin psixotrop maddə metamfetaminin bir ədəd şəffaf rəngli bükümün içərisində olmaqla təmiz çəkisi 5,674 qram olan hissəsini üzərində olan gödəkcənin sağ döş çöl cibində daşımaqla, bir ədəd qara rəngli sellofan bağlamada olmaqla 98,081 qram olan hissəsini isə Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 8 nömrəli tam orta məktəbin arxa hissəsində yerləşən köhnə yarımtikilidə gizlətməklə saxlamış, 28 fevral 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə Şəki şəhəri, M.F.Axundov prospektində saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 22:26 dəqiqədən başlayaraq üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynindəki gödəkcənin sağ döş çöl cibindən bir ədəd şəffaf rəngli bükümün içərisində olmaqla təmiz çəkisi 5,674 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 29 fevral 2024-cü il tarixdə saat 00:43 dəqiqədən başlayaraq Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 8 nömrəli tam orta məktəbin arxa hissəsində yerləşən köhnə yarımtikiliyə baxış keçirilən zaman oradan bir ədəd qara rəngli sellofan bağlamada olmaqla 2660,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd qara rəngli sellofan bağlamada olmaqla içərisində təmiz çəkisi 98,081 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 29 fevral 2024-cü il tarixdə saat 12:15 dəqiqədən başlayaraq onun yaşadığı ünvan 2anında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə Təqsirləndirilən şəxs məxsus qara rəngli gödəkçənin sağ yan çöl cibindən bir ədəd şəffaf rəngli bükümdə təmiz çəkisi 4,10 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroindən bədənə yeritmə yolu ilə istifadə etmiş, lakin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməmiş və istifadəsində 070 ***- **-** və 077 ***-**-** mobil telefon nömrələri olmuşdur. 28 fevral 2024-cü il tarixdə saat 19:00-20:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılan zaman üzərində psixotrop maddə metamfetamin olmamış və orada olarkən üzərinə yerləşdirilmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən döyüldüyü və polis əməkdaşları ona həbs olunacağını deyib yaşadığı evə 2 kq çəkidə narkotik vasitə yerləşdirəcəkləri ilə hədələdikləri üçün ibtidai istintaq zamanı polis əməkdaşlarının ona təklif etdikləri kimi narkotik vasitəni 4000 manat pulun qarşılığında əldə etməsi ilə bağlı ifadə vermək məcburiyyətində qalmışdır. Sonradan polis əməkdaşları ondan evinə baxış keçirib oradan da narkotik vasitənin aşkar olunmasının zəruri olduğunu bildirmişlər, daha sonra evə baxış keçirilməmişdən əvvəl o, anasına zəng edib gödəkcəsini dediyi yerə qoymasını demiş və polis əməkdaşları tərəfindən evə baxış keçirilən zaman evdə olan gödəkcənin sol qol hissəsində olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Penitensiar müəssisəyə daxil olarkən bədənində, o cümlədən qollarında xəsarətlər olmuş, bədənində inyeksiya zamanı yaranmış xəsarətlər olmamış, baş nahiyəsində olan xəsarətlər yol-nəqliyyat hadisəsi zamanı yaranmış, bu zaman o, onu müayinə edən həkimə baş nahiyəsində olan xəsarət istisna olmaqla, digər xəsarətlərin polis şöbəsində olarkən yarandığını demiş, lakin həkimin qeyd olunan xəsarətləri qeyd edib-etməməsini bilməmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman müstəntiq də məhkəmə iclasında iştirak etdiyi üçün hakimə bu barədə deməmiş, habelə sonradan ona qarşı edilmiş qanunsuz hərəkətlərlə bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmişdir. Onun istifadəsində olan mobil telefon nömrəsinə daxil olan mesajlardan xəbəri olmamış və həmin mesajları oxumamışdır. Həm üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamin, həm yaşadığı evdə olan gödəkçənin cibindəki narkotik vasitə qurudulmuş marixuana, həm də 8 nömrəli tam orta məktəbin arxa hissəsində yerləşən köhnə yarımtikilidə olan narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin ona məxsus olmamış və həmin kütlələr polis əməkdaşları tərəfindən yerləşdirilmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə heroin və marixuanadan, habelə psixotrop maddə metamfetamindən istifadə edir. 2023-cü ilin avqust ayında cəzanı çəkib cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra narkotik vasitədən istifadə etmək istədiyi, lakin əldə etmək üçün pulu olmadığına görə əvvəllər Şəki şəhərinin ərazisində yerləşən və aeroport adlanan ərazidə narkotik tərkibli çətənə bitkisinin yetişdiyini bildiyi üçün həmin əraziyə gedib orada olan yolun kənarındakı kolların arasında narkotik tərkibli çətənə bitkisinin bir neçə kolunun olduğunu görmüş, qeyd olunan narkotik tərkibli çətənə bitkilərini yarpağını qoparıb əvvəldən özü ilə apardığı torpanın içərisinə yığıb yaşadığı evə aparmış və ailə üzvlərindən xəbərsiz göstərilən yarpaqları qurudub sellofan torbaya yığıb zirzəmidə gizlətmişdir. Polis əməkdaşları tərəfindən tutulmamışdan bir neçə ay əvvəl Yevlax şəhərinin mərkəzində parkın yanında təsadüfən hazırda adını xatırlamadığı bir nəfər şəxslə tanış olmuş, söhbət zamanı həmin şəxsə narkotik vasitə istədiyini, yaxşı olacağı halda alacağını demiş və qeyd olunan şəxs ona narkotik vasitə təşkil edə biləcəyini deyib həmin yeri tərk etmişdir. Təxminən yarım saat sonra həmin şəxs onun yanına gəlib bir qədər psixotrop maddə metamfetamin vermiş, o da bunun qarşılığında hazırda xatırlamadığı məbləğdə pulu sonuncuya vermişdir. Həmin şəxs ona mütəmadi olaraq parkın ətrafında olduğunu və qeyd olunan yerdə görüşə biləcəklərini demiş, o isə gələcəkdə onun üçün narkotik vasitə təşkil etməsini sonuncuya təklif etmişdir. Polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən on gün əvvəl yenidən Yevlax şəhərinə parkın yanına getmiş, təxminən bir saat parkın ətrafında dolaşdıqdan sonra həmin şəxsi görüb dörd min manat dəyərində narkotik vasitə təşkil etməsini xahiş etmiş, sonuncu onunla razılaşmış, parkın kənarında sınmış halda olan bordürü göstərib 27 fevral 2024-cü il tarixdə günorta vaxtı həmin bordürün alt hissəsinə narkotik vasitə qoyacağını və narkotik vasitəni oradan götürüb dörd min manat pulu qeyd olunan yerə qoymasını, özünün kənardan ona baxacağını və pulu oradan götürəcəyini demiş, o da sonuncunun bu təklifi ilə razılaşmışdır. 27 fevral 2024-cü il tarixdə saat 13 radələrində dörd min manat pulu bitirə bilməsə də, Yevlax şəhərinə parkın yanına gedib şəxsin ona göstərdiyi daşın alt hissəsinə baxmış, orada sellofan torba olduğunu görüb dərhal torbanı götürüb cibinə qoymuş, bundan sonra isə bir neçə dəqiqə orada dayanıb qeyd olunan şəxs ilə görüşüb narkotik vasitənin pulunun hamısını təşkil edə bilmədiyini və tezliklə verəcəyini demək məqsədilə ətrafa baxmış, lakin qeyd olunan şəxsi tapa bilməmişdir. Bundan sonra o, Şəki şəhərində yerləşən yaşadığı evə gəlmiş, həmin bağlamanı açdıqda içərisində psixotrop maddə metamfetamin olduğunu görmüş, özü istifadə etmək üçün üstündən bir qədər götürüb balaca bükümə yığıb cibinə qoymuş, qalan psixotrop maddə metamfetamini isə ötən il Şəki rayonunda aeroport adlanan ərazidən yığdığı narkotik vasitə marixuana ilə birlikdə sellofan torbaya yığıb ailə üzvlərinin məlumatının olmamasından ötrü 8 nömrəli orta məktəbin arxasındakı köhnə tikiliyə aparıb otağın küngündə gizlətmişdir. 28 fevral 2024-cü il tarixdə Şəki şəhəri, Axundov prospektində olarkən polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər, o, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Şəki Şəhər- Rayon Polis Şöbəsinə getmişdir. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan gödəkçənin sağ döş çöl cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd sellofan büküm aşkar olunmuşdur. O, həmin bükümün içərisində saxladığı psixotrop maddə metamfetamini Yevlax rayonunda adını xatırlamadığı şəxsdən aldığını bildirmiş, habelə psixotrop maddə metamfetaminin qalan hissəsini və narkotik vasitə qurudulmuş marixuananı 8 nömrəli məktəbin arxasında olan tikilidə gizlətdiyini demişdir. Daha sonra psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra onun və polis əməkdaşlarının iştirakı ilə 8 nömrəli məktəbin arxasında olan tikiliyə baxış keçirilmiş və bu zaman orada olan otaqların birində saxladığı bir ədəd qara rəngli sellofan torbanın içərisindəki bir ədəd qara rəngli torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana və bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində isə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. O, psixotrop maddə metamfetamini 27 fevral 2024-cü il tarixdə saat 13 radələrində Yevlax şəhərində parkın kənarındakı daşın alt tərəfindən tanımadığı şəxsin qoyduğu yerdən götürdüyünü, narkotik vasitə qurudulmuş marixuananı isə 2023-cü ilin avqust ayının sonlarında Şəki rayonunun aeroport adlanan ərazisində yolun kənarındakı kolların arasından topladığını demiş, daha sonra narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Daha sonra Şəki Şəhər-Rayon Polis Şöbəsinə gəlmişlər və orada olan zaman o, yaşadığı evdə olan gödəkçənin sağ cibində bir bükümdə narkotik vasitə qurudulmuş marixuana gizlətdiyi demişdir. Bundan sonra onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvan 2anında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və bu zaman evin 2-ci mərtəbəsində asılqandan asılmış vəziyyətdə olan gödəkçənin sağ çöl cibində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd büküm aşkar olunmuşdur. O, narkotik vasitə qurudulmuş marixuananı 2023cü ilin avqust ayının sonlarında Şəki rayonunun aeroport adlanan ərazisində yolun kənarındakı kolların arasından topladığını demiş, daha sonra narkotik vasitə qurudulmuş marixuana müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O, narkotik vasitə və psixotrop maddədən heç kəsə satmamış, qazanc əldə etməmiş və pay verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Şəki rayonunun ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və satışı ilə məşğul olması ilə barədə 28 fevral 2024-cü il tarixdə Şəki Şəhər-Rayon Polisə Şöbəsinə məlumat daxil olmuş, lakin məlumatda şəxsin narkotik vasitəni harada saxlaması barədə məlumatları olmamışdır. Daha sonra məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:20 radələrində Şəki şəhəri, M.F.Axundov küçəsində “Halvaçı Mahmud” şirniyyat evinin yaxınlığında saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş, müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan gödəkçənin sağ döş çöl cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni Yevlax rayonunda adını xatırlamadığı şəxsdən aldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin qalan hissəsini və narkotik vasitə qurudulmuş marixuananı 8 nömrəli məktəbin arxasında olan tikilidə gizlətdiyini demiş, bu vaxtadək onlarda sonuncunun narkotik vasitələri və psixotrop maddələri harada saxlaması barədə məlumatları olmamış və yalnız sonuncu bu barədə dedikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qeyd olunan yerdə saxlaması barədə məlumatları olmuşdur. Daha sonra psixotrop maddə metamfetaminə bənzər kütlə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə 8 nömrəli məktəbin arxasında olan tikiliyə baxış keçirilmiş və bu zaman orada olan otaqların birində saxladığı bir ədəd qara rəngli sellofan torbanın içərisindəki bir ədəd qara rəngli torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bir ədəd qara rəngli torbanın içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana, bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan kütlənin isə psixotrop maddə metamfetamin olduğunu, narkotik vasitə qurudulmuş marixuananı 2023cü ilin avqust ayının sonlarında Şəki rayonunun aeroport adlanan ərazisində yolun kənarındakı kolların arasından topladığını, psixotrop maddə metamfetamini isə 27 fevral 2024-cü il tarixdə saat 13 radələrində Yevlax şəhərində parkın kənarındakı daşın alt tərəfindən tanımadığı şəxsin qoyduğu yerdən götürdüyünü demiş, daha sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və psixotrop maddə metamfetamə bənzər kütlə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Daha sonra Şəki Şəhər-Rayon Polis Şöbəsinə gəlmişlər və orada olan zaman Təqsirləndirilən şəxs yaşadığı evdə olan gödəkçənin sağ cibində bir bükümdə narkotik vasitə qurudulmuş marixuana gizlətdiyi demişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2anında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və bu zaman evin 2-ci mərtəbəsində asılqandan asılmış vəziyyətdə olan gödəkçənin sağ çöl cibində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı 2023-cü ilin avqust ayının sonlarında Şəki rayonunun aeroport adlanan ərazisində yolun kənarındakı kolların arasından topladığını demiş, daha sonra narkotik vasitə qurudulmuş marixuana müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1lə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 fevral 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs Şəki şəhərinin ərazisində narkotik vasitələri qəbul etməsi, saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 fevral 2024-cü il tarixli raportdan görünür ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs həmin tarixdə Şəki şəhəri, M.F.Axundov küçəsində yerləşən “Halvaçı Mahmud” şirniyyat evinin yaxınlığında saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan gödəkçənin sağ döş çöl cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 ədəd sellofan büküm aşkar edilib götürülmüşdür. Şəxsi axtarış və götürmənin aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 29 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə 8 nömrəli məktəbin arxasında olan tikiliyə baxış keçirilmiş və bu zaman orada olan otaqların birində saxladığı bir ədəd qara rəngli sellofan torbanın içərisindəki bir ədəd qara rəngli torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilib götürülmüşdür. Hadisə yerinə baxış keçirilməsinin və götürmənin aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 29 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı ünvan 2anında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və bu zaman evin 2-ci mərtəbəsində asılqandan asılmış vəziyyətdə olan gödəkçənin sağ çöl cibində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd büküm aşkar edilib götürülmüşdür. Hadisə yerinə baxış keçirilməsinin və götürmənin aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 29 fevral 2024-cü il tarixli, 3-16-16-2-17/219 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş maddi sübut.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,10 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs saxladığı maddi sübut.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindəki təmiz çəkisi 2660,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan əşya.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,674 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs saxladığı yerdən götürülmüş maddi sübut.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 98,081 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd olunan maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs uzun müddətdir narkotik vasitədən istifadə etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmiş, lakin narkotik vasitəni kimdən və haradan əldə etməsini, kimlərə satmasını və onun narkotik vasitəni aldığını bildirdiyi şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 16 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus olan “Redmi” markalı mobil telefona baxış keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs qeyd olunan mobil telefonda 070 ***-**-** və 077 ***-**- ** mobil telefon nömrələrindən istifadə etməsi müəyyən olunmuşdur. Mobil telefonda “Mesajlar” bölməsinə daxil olduqda “Cinqacuk” adı ilə qeyd olunmuş 077 ***-**-** mobil telefon nömrəsindən 28 fevral 2024-cü il tarixdə saat 15:37-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə “Qaqa 10 man das qoy.25 man vericem” məzmunlu mesajların daxil olması, “Leqi Sahin” adı ilə qeyd olunmuş 055 ***-**-** mobil telefon nömrəsindən 28 fevral 2024-cü il tarixdə saat 16:45-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə “Təcili cavab ver menem nezaket” və “Sen balanin cani mütleq 6da qoy düşüb götürüm nolar varsa dobru elə 2 dəfə edim həmin ağacın altına qoy sen allahın aldatma düsücem 6da” məzmunlu mesajın daxil olması və həmin tarixdə saat 22:05-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsindən qeyd olunan mobil telefon nömrəsinə “Atmışam cesen” məzmunlu mesajın göndərilməsi, “Hüseyn” adı ilə qeyd olunmuş 055 ***-**-** mobil telefon nömrəsindən 28 fevral 2024-cü il tarixdə saat 18:30-da Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə “Arxandayam” məzmunlu mesajın daxil olması və həmin tarixdə saat 20:22-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsindən qeyd olunan mobil telefon nömrəsinə “Gözde”, 2-3 dq.Gözde”, “Gel” məzmunlu məzmunlu mesajların göndərilməsi, “Samxal baksell” adı ilə qeyd olunmuş 055 ***-**-** mobil telefon nömrəsindən 28 fevral 2024-cü il tarixdə saat 22:06-da Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə “Bidə lazımdı” məzmunlu mesajın daxil olması, “Coni” adı ilə qeyd olunmuş 055 ***-**-** mobil telefon nömrəsinə 28 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsindən “Saat 8 yarsi sene yer deyecem.Get ora siqaretin icinde amanat da olucax pul da.Senöl.İndi zeng eleme”, “Saa 2 dene 10 manatlix amanat qoyuram bizim mehlede ki padvalin penceresine. Birdeki mene kart nömresi yaz pul vurucam”, “Yiğ, acmiram, Tez gel. Götür sora mene yaz bilim” məzmunlu mesajların göndərilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş diskə baxış keçirilmişdir. Baxış keçirilən zaman 28 fevral 2024-cü il tarixdə saat 15:37-də Təqsirləndirilən şəxs istifadəsində olan 077 ***-**-** mobil telefon nömrəsinə 077 ***-**-** mobil telefon nömrəsindən “Qaqa 10 man das qoy.25 man vericem” məzmunlu mesajın daxil olması, həmin tarixdə saat 16:45-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə 055 ***-**-** mobil telefon nömrəsindən “Təcili cavab ver menem nezaket”, “Sen balanin cani mütleq 6da qoy düşüb götürüm nolar varsa dobru elə 2 dəfə edim həmin ağacın altına qoy sen allahın aldatma düsücem 6da” məzmunlu mesajların göndərilməsi və cavab olaraq qeyd olunan tarixdə saat 22:05-də Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən 055 ***-**-** mobil telefon nömrəsinə “Atmışam cesen” məzmunlu mesajların göndərilməsi, 28 fevral 2024-cü il tarixdə saat 18:30-da Təqsirləndirilən şəxs istifadəsində olan 077 ***-**-** mobil telefon nömrəsinə 055 ***-**-** mobil telefon nömrəsindən “Arxandayam” məzmunlu mesajın daxil olması və həmin tarixdə saat 20:22-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsindən qeyd olunan mobil telefon nömrəsinə “Gözde”, 2-3 dq.Gözde”, “Gel” məzmunlu mesajların göndərilməsi, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən 055 ***-**-** mobil telefon nömrəsinə “Saat 8 yarsi sene yer deyecem.Get ora siqaretin icinde amanat da olucax pul da.Senöl.İndi zeng eleme”, “Saa 2 dene 10 manatlix amanatqoyuram bizim mehlede ki padvalin penceresine. Birdeki mene kart nömresi yaz pul vurucam”, “Yiğ, acmiram, Tez gel. Götür sora mene yaz bilim” məzmunlu mesajların göndərilməsi və 28 fevral 2024-cü il tarixdə saat 22:06-da Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə 055 ***-**-** mobil telefon nömrəsindən “Bidə lazımdı” məzmunlu mesajın daxil olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham həmin tarixdə qüvvədə saxlanılmışdır. Məhkəmə istintaqı zamanı məhkəmə iclasında hakimlər tərəfindən baxılmış Təqsirləndirilən şəxs barəsində başlanmış 22276 nömrəli əməliyyat-qeydiyyat işindən görünür ki, həmin əməliyyat-qeydiyyat işində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlar vardır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 109.1-ci bəndinə əsasən, təmiz halda 5 qram və daha artıq, lakin 500 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar, 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar və psixotrop maddələrə aid olan İİ Siyahısının 118-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 400 qramdan az çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 28 fevral 2024-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs Şəki şəhərinin ərazisində narkotik vasitələri qəbul etməsi, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, qeyd olunan tarixdə şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə 28 fevral 2024-cü il tarixdən 29 fevral 2024-cü il tarixədək olan müddət ərzində onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş və həmin psixotrop maddə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa, 29 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs, müdafiəçinin və Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə 8 nömrəli məktəbin arxasında olan tikiliyə baxış keçirilmiş, bu zaman narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Bundan əlavə, 29 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ərizəsinə əsasən Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının və müdafiəçinin iştirakı ilə onun ünvan 2anında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, bu zaman narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 28 fevral 2024-cü il tarixdən 29 fevral 2024-cü il tarixədək olan müddət ərzində müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən, 29 fevral 2024-cü il tarixdə 8 nömrəli məktəbin arxasında olan tikiliyə baxış keçirilərkən və həmin tarixdə yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədilə əldə etdiyini, saxladığını və daşıdığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitə heroindən bədənə yeritmə yolu ilə istifadə etdiyini, lakin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmədiyini, istifadəsində 070 ***-**-** və 077 ***-**-** mobil telefon nömrələrinin olduğunu, 28 fevral 2024-cü il tarixdə saat 19:00-20:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılan zaman üzərində psixotrop maddə metamfetaminin olmadığını, orada olarkən üzərinə yerləşdirildiyini, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən döyüldüyü, polis əməkdaşları ona həbs olunacağını deyib yaşadığı evə 2 kq çəkidə narkotik vasitə yerləşdirəcəkləri ilə hədələdikləri üçün ibtidai istintaq zamanı polis əməkdaşlarının ona təklif etdikləri kimi narkotik vasitəni 4000 manat pulun qarşılığında əldə etməsi ilə bağlı ifadə vermək məcburiyyətində qaldığını, sonradan polis əməkdaşlarının ondan evinə baxış keçirib oradan da narkotik vasitənin aşkar olunmasının zəruri olduğunu bildirdiklərini, daha sonra evə baxış keçirilməmişdən əvvəl anasına zəng edib gödəkcəsini dediyi yerə qoymasını dediyini, polis əməkdaşları tərəfindən evə baxış keçirilən zaman evdə olan gödəkcənin sol qol hissəsində olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etdiyini, penitensiar müəssisəyə daxil olarkən bədənində, o cümlədən qollarında xəsarətlərin olduğunu, bədənində inyeksiya zamanı yaranmış xəsarətlərin olmadığını, baş nahiyəsində olan xəsarətlərin yol-nəqliyyat hadisəsi zamanı yarandığını, bu zaman onu müayinə edən həkimə baş nahiyəsində olan xəsarət istisna olmaqla, digər xəsarətlərin polis şöbəsində olarkən yarandığını dediyini, lakin həkimin qeyd olunan xəsarətləri qeyd edib-etməməsini bilmədiyini, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman müstəntiq də məhkəmə iclasında iştirak etdiyi üçün hakimə bu barədə demədiyini, habelə sonradan ona qarşı edilmiş qanunsuz hərəkətlərlə bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etmədiyini, onun istifadəsində olan mobil telefon nömrəsinə daxil olan mesajlardan xəbərinin olmadığını, həmin mesajları oxumadığını, həm üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin, həm yaşadığı evdə olan gödəkçənin cibindəki narkotik vasitə qurudulmuş marixuananın, həm də 8 nömrəli tam orta məktəbin arxa hissəsində yerləşən köhnə yarımtikilidə olan narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin ona məxsus olmadığını və həmin kütlələrin polis əməkdaşları tərəfindən yerləşdirildiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokol, hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokollar, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman və hadisə yerinə baxış keçirilərkən orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin və psixotrop maddənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlərlə bağlı heç bir irad bildirilməmiş və protokollara hər hansı qeyd aparılmamışdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki-Şəhər Rayon Polis Şöbəsinə 28 fevral 2024-cü il tarixdə saat 20:35-də gətirilmişdir. Eləcə də cinayət işinin materiallarında olan “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində “qollarında iynə izləri” xəsarətləri aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmiş, lakin həbs olunmamışdan əvvəl aldığı “sol gicgah sümüyünün üzərində bir neçə, sağ qasıq nahiyəsində 01 ədəd cərrahiyyə əməliyyatından sonrakı köhnə çapıq toxuma, bazu və said nahiyələrinin içəri səthində hər iki əlin arxa səthində çoxsaylı post inyeksion və qançır izləri” xəsarətləri aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs edilməmişdən əvvəl narkotik vasitədən istifadə edərkən aldığını demişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs bədən səthində polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun hər hansı xəsarət aşkar olunmamış, müayinə olunan zaman bədən səthində aşkar olunmuş xəsarətlər isə tutulmamışdan əvvəllər aldığı xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “sol gicgah sümüyünün üzərində bir neçə, sağ qasıq nahiyəsində 01 ədəd cərrahiyyə əməliyyatından sonrakı köhnə çapıq toxuma, bazu və said nahiyələrinin içəri səthində hər iki əlin arxa səthində çoxsaylı post inyeksion və qançır izləri” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman sonuncu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək narkotik vasitədən istifadə etdiyini və narkotik vasitəni 2024-cü ilin fevral ayının axırlarında Yevlax şəhərində tanımadığı şəxsdən alaraq üzərində saxladığını qeyd etmişdir. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 22 aprel 2024-cü il tarixli 680 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunarkən həkimə 2 ildir psixotrop maddə metamfetamini vena daxilinə yeritmə yolu ilə istifadə etdiyini, aşkar edilən psixotrop maddə metamfetamini Yevlax şəhərində tanımadığı şəxsdən aldığını, narkotik vasitə qurudulmuş marixuananı isə çöldə yabanı halda bitmiş koldan yığdığını etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman qeyd etdiklərinin, məhkəmə-narkoloji ekspertizasından keçən zaman bildirdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və qəsdən qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının, habelə narkotik vasitələri və psixotrop maddələri könüllü surətdə təhvil veribverməməsinin müəyyənləşdirilməsidir. Məhz bu halların müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Məhkəmə əvvəlcə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin aşkar edilməsini, aşkarlanmış narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin müxtəlif növdə olmasını və çəkilərinin çox olmasını, habelə telefon məlumatlarına əsasən onunla digər şəxsin arasında narkotik vasitənin satışı ilə bağlı mesajların olduğunu nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Daha sonra məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 5,674 qram psixotrop maddə metamfetamin və yaşadığı ünvan 2anında yerləşən fərdi yaşayış evindən aşkar olunmuş 4,10 qram narkotik vasitə qurudulmuş marixuana könüllü surətdə təhvil verilmə kimi qəbul oluna bilməz, lakin 8 nömrəli tam orta məktəbin arxa hissəsində yerləşən köhnə yarımtikilidən aşkar olunmuş 2660,0 qram narkotik vasitə qurudulmuş marixuana və 98,081 qram psixotrop maddə metamfetamin könüllü surətdə təhvil verilmə kimi nəzərə alınmalıdır. Belə ki, CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 08 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndində narkotik vasitələri, psixotrop maddələri və prekursorları, habelə 240-cı maddəsinin qeydinin 2-ci bəndində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri könüllü surətdə təhvil vermə dedikdə, həmin vasitələrə (maddələrə) real surətdə istədiyi kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələri (maddələri) hakimiyyət nümayəndəsinə hər hansı motivlə olursa-olsun, lakin öz iradəsinə uyğun olaraq təhvil verməsi başa düşülməlidir. Şəxsin tutulan zaman, habelə narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədilə istintaq hərəkətləri aparılarkan bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində özündə olan və ya istintaq hərəkətinin aparıldığı məkanda saxlanılan narkotik vasitəni (psixotrop maddəni, prekursoru, narkotik vasitələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddəni) təhvil verməsi təqsirkarın barəsində CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin və ya CM-in 240-cı maddəsinin qeydinin 2-ci bəndinin tətbiq edilməsinə əsas vermir. Lakin şəxsin hər hansı bir əmələ görə, hətta narkotik vasitələrin və ya psixotrop maddələrin (güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayət əməlinin törədilməsində şübhəli olduğuna görə tutulması və yaxud ona münasibətdə bu və ya digər istintaq hərəkətinin aparılması faktı özü-özlüyündə CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin və ya 240-cı maddəsinin qeydinin 2-ci bəndinin tətbiqini istisna edən hallar kimi nəzərdən keçirilməməlidir. Məsələn, xuliqanlıq etməsi ilə əlaqədar tutulmuş şəxsin evində, başqa məkanda narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə) saxlaması barədə məlumat verib səlahiyyətli şəxsə həmin vasitəni (maddəni) təqdim etməsi və ya narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətdə şübhəli bilindiyinə görə tutulmuş və ya belə şübhə ilə əlaqədar evində və ona aid həyətyanı sahədə axtarış aparılan şəxsin öz təşəbbüsü ilə və ya sorğu-sual zamanı üstündə və ya yaşadığı (müvəqqəti qaldığı) yerdə aşkar olunan narkotik vasitələrdən başqa cinayət təqibini həyata keçirən orqana məlum olmayan (yalnız şübhəliyə bəlli olan) digər məkanda (meşədə, başqalarına məxsus və ya sahibsiz tikililərdə, inşaat sahələrində, ona aid olmayan boş ərazilərdə və s. bu kimi yerlərdə) narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddələri) saxladığını bildirib həmin predmetləri təhqiqatın, ibtidai istintaqın aparılması həvalə edilmiş və ya digər səlahiyyətli şəxsə təqdim etməsi, bu hərəkətlər də şəxsin öz əməllərinə tənqidi münasibətini əks etdirdiyindən, eyni zamanda cinayət təqibini həyata keçirən orqanın aşkar etmək ehtimalı olmayan (lakin tutulmuş olsa da, həmin şəxsin sərəncamında qalmaqla onun tərəfindən müəyyən yollarla və yaxud azad edildikdən sonra idarə edilməsi imkanı itirilməyən) narkotik vasitənin (psixotrop maddənin, prekursorun, güclü təsir edən və ya zəhərli maddənin) qanunsuz dövriyyədən çıxarılmasını təmin edən davranış olduğundan, CM-in 234 və 240-cı maddələrinin qeydlərində nəzərdə tutulmuş stimullaşdırıcı normaların təsiri altına düşən hallar kimi nəzərdən keçirilməlidir. Belə hallarda, habelə narkotik vasitənin və ya psixotrop maddənin (onların prekursorlarının), eləcə də narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli məddələrin bir hissəsini satdığı, qalan hissəsini isə qeydlərə uyğun qaydada könüllü təhvil verdiyi halda, şəxs tamamilə deyil, müstəsna olaraq könüllü təqdim etdiyi narkotik vasitəyə (psixotrop maddəyə, prekursora, güclü təsir edən və ya zəhərli maddəyə) görə cinayət məsuliyyətindən azad olunmalıdır. CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin mənasına görə narkotik vasitəni və ya psixotrop maddəni, onların prekursorlarını könüllü təhvil vermiş və yaxud bu predmetlərlə əlaqədar olan cinayətlərin açılmasında və ya qarşısının alınmasında, onları törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs müvafiq əməlləri narkotik vasitəni (psixotrop maddəni, prekursoru) satmaq məqsədi ilə və ya belə məqsəd olmadan törətməsindən asılı olmayaraq cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə dindirilmiş və Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri həyata keçirilərək sonuncunun saxlanılmasında iştirak etmiş polis əməkdaşları Şahid1 və Şahid2 da verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonunun ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, lakin məlumatda şəxsin narkotik vasitəni harada saxlaması barədə adları qeyd olunan polis əməkdaşlarının məlumatları olmamış, məhz Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncu psixotrop maddə metamfetaminin qalan hissəsini və narkotik vasitə qurudulmuş marixuananı 8 nömrəli məktəbin arxasında olan tikilidə gizlətdiyini demiş, bu vaxtadək adları əks olunmuş polis əməkdaşlarında Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri harada saxlaması barədə məlumat olmamış və yalnız sonuncu bu barədə dedikdən sonra sonuncunun narkotik vasitələri və psixotrop maddələri qeyd olunan yerdə saxlamaları barədə həmin polis əməkdaşlarının məlumatları olmuşdur. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 5,674 qram psixotrop maddə metamfetaminin könüllü surətdə təhvil verilib-verilməməsi ilə bağlı qeyd edir ki, artıq şəxs saxlanılaraq polis şöbəsinə aparıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra psixotrop maddə metamfetaminin aşkar edilib götürülməsi məqsədilə üzərində şəxsi axtarış aparılarkan təhqiqatçının təklifi ilə və artıq bu hərəkətlə əlaqədar psixotrop maddə metamfetaminə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində üzərində olan psixotrop maddə metamfetamini təhvil verdiyindən qeyd olunanlar onun psixotrop maddə metamfetamini könüllü surətdə təhvil verməsi kimi qəbul oluna bilməz. Daha sonra məhkəmə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2anında yerləşən fərdi yaşayış evindən aşkar olunmuş 4,10 qram narkotik vasitə qurudulmuş marixuananın könüllü surətdə təhvil verilib-verilməməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2anında yerləşən fərdi yaşayış evi polis əməkdaşlarına məlum idi və şəxs yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuananı saxlaması barədə məlumat verməsə belə polis əməkdaşları tərəfindən evə baxış keçirilib narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi imkanı aradan qalxmadığından qeyd olunanlar onun yaşadığı evdə saxladığı narkotik vasitə qurudulmuş marixuananı könüllü surətdə təhvil verməsi kimi qəbul oluna bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 5,674 qram psixotrop maddə metamfetamin və yaşadığı ünvan 2anında yerləşən fərdi yaşayış evindən aşkar olunmuş 4,10 qram narkotik vasitə qurudulmuş marixuana könüllü surətdə təhvil verilmə kimi qəbul oluna bilməz, lakin 8 nömrəli tam orta məktəbin arxa hissəsində yerləşən köhnə yarımtikilidən aşkar olunmuş 2660,0 qram narkotik vasitə qurudulmuş marixuana və 98,081 qram psixotrop maddə metamfetamin könüllü surətdə verilmə kimi nəzərə alınmalı və qeyd olunan səbəblərə görə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan 8 nömrəli tam orta məktəbin arxa hissəsində yerləşən köhnə yarımtikilidən aşkar olunmuş 2660,0 qram narkotik vasitə qurudulmuş marixuananın və 98,081 qram psixotrop maddə metamfetaminin əldə edilməsinə və saxlanılmasına dair bəndlər xaric edilməlidir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq az miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə az miqdarda, yəni təmiz çəkisi 4,10 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib bir ədəd şəffaf rəngli bükümdə yaşadığı ünvan 3 ünvanında özünə məxsus gödəkcənin sağ yan çöl cibində gizlətməklə saxlamış, həmçinin qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 5,674 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib bir ədəd şəffaf rəngli bükümdə üzərində olan gödəkcənin sağ döş çöl cibində daşımaqla saxlamış, 28 fevral 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə Şəki şəhəri, M.F.Axundov prospektində saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 22:26 dəqiqədən başlayaraq üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynindəki gödəkcənin sağ döş çöl cibindən bir ədəd şəffaf rəngli bükümün içərisində olmaqla təmiz çəkisi 5,674 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 29 fevral 2024-cü il tarixdə saat 12:15 dəqiqədən başlayaraq onun yaşadığı ünvan 2anında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə Təqsirləndirilən şəxs məxsus qara rəngli gödəkçənin sağ yan çöl cibindən bir ədəd şəffaf rəngli bükümdə təmiz çəkisi 4,10 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsifi düzgündür. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2anında yaşamışdır, 26 yanvar 2017-ci ildə doğulmuş Damla Mustafazadə onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmünün, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2020-ci il tarixli qərarının, Ali Məhkəmənin 23 iyun 2021-ci il tarixli qərarının, Amnistiya aktının tətbiq edilməsi barədə 30 noyabr 2021-ci il tarixli qərarın, Salyan Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarının, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmünün, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2023-cü il tarixli qərarının, Ali Məhkəmənin 07 iyul 2023-cü il tarixli qərarının və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, qeyd olunan qərar Ali Məhkəmənin 23 iyun 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, Amnistiya aktının tətbiq edilməsi barədə 30 noyabr 2021-ci il tarixli qərar ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra cəzadan azad edilməsi qərara alınmış və ona təyin edilmiş narkomaniyadan məcburi müalicə Salyan Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Bundan başqa, o, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, qeyd olunan qərar Ali Məhkəmənin 07 iyul 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 04 ay 28 gün hissəsini hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. CM-in 15-ci maddəsinə əsasən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət hesab olunur və CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. CM-in 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə yaranmış məhkumluq ödənildiyindən onun sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin residivini yaratmır, lakin o, CM-in 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək Şəki Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü ilə yaranmış məhkumluq ödənilmədiyindən onun sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.4.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 28 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 22 aprel 2024-cü il tarixli 680 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin və narkotik vasitə marixuananın qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 15 mart 2024-cü il tarixli 270 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdən “Kannabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, asılılıq sindromu” diaqnozu ilə həmin dispanderdə qeydiyyatdadır. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 mart 2024-cü il tarixli 159 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və əqli-gerilik xəstəliyi keçirmir. O, hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanında olmuş, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 14 mart 2024-cü il tarixli 269 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada dispanser müşahidəsində yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, 2663,85 qram narkotik vasitə qurudulmuş marixuana, 103,555 qram psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Redmi” markalı mobil telefon və beş manat pul həmin tarixdə maddi sübut qismində tanınmışdır, narkotik vasitə, psixotrop maddə və bir ədəd “Redmi” markalı mobil telefon saxlanılması üçün Şəki Şəhər- Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağına, beş manat pul isə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Maliyyə hissəsinə təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ Siyahısının 146-cı bəndinə əsasən, marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə aid olan İİ Siyahısının 27-ci bəndinə əsasən, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Şəki-Şəhər Rayon Polis Şöbəsində saxlanılan 2663,85 qram narkotik vasitə qurudulmuş marixuana və 103,555 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Redmi” markalı mobil telefon və beş manat pul isə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 103,65 (yüz üç manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 103,65 (yüz üç manat altmış beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 28 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 2663,85 qram narkotik vasitə qurudulmuş marixuana və 103,555 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Redmi” markalı mobil telefon və beş manat pul isə Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 103,65 (yüz üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-40/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-40/2025
17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver