Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-41/2021 18.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri X7 müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Vəkil Bürosunun vəkili X8 xx xxxx 1961-ci ildə Şəki rayonu Baş Göynük kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, İİ qrup əlil, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Şəki rayonu Baş Göynük kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əkilibbecərilməsi qadağan olunan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib 2019-cu ilin mart ayının sonlarında Şəki rayonu, Baş Göynük kəndində «Qarasov» adlanan ərazidə yaşadığı evin həyətyanı sahəsində əkib xüsusi qulluq göstərib yetişdirərək kultivasiya etdiyi bitkilərin yarpaqlarını 2019-cu ilin oktyabr ayında qəsdən, tamah niyyəti və satış məqsədi ilə yığıb toplayıb qurudaraq ayrı-ayrı 23 ədəd selofan torbalarda qablaşdırıb qanunsuz olaraq əldə etdiyi külli miqdarda yəni, ümumi təmiz çəkisi 3 kq 963.74 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı daşıyaraq yaşadığı evin həyətindəki altıaçıqda olan plastik çəlləyin içərisində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 2130 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəki ŞRPŞ-nin Cinayət-axtarış Bölməsinin və Narkomaniyaya qarşı Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman yaşadığı evin həyətindəki altıaçıqda olan plastik çəlləyin içərisində qanunsuz olaraq tamah niyyəti və satış məqsədi ilə saxladığı 23 ədəd selofan torbalarda külli miqdarda yəni, ümumi təmiz çəkisi 3 kq 963.74 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qohumu X1 əkilib-becərilməsi qadağan olunan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əldə edib 2020-ci ilin mart ayının sonlarında Şəki rayonu, Baş Göynük kəndində «Qarasov» adlanan ərazidə yaşadığı evin həyətyanı sahəsində qəsdən, əkib xüsusi qulluq göstərib yetişdirərək kultivasiya etmiş, xx.xx.2020-ci il tarixdə saat 2130 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəki ŞRPŞ-nin Cinayət-axtarış Bölməsinin və Narkomaniyaya qarşı Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahəsindən külli miqdarda yəni 301 ədəd hündürlüyü 13 sm-dən 165 sm-dək yaş vəziyyətdə ümumi təmiz çəkisi 24 kiloqram 755 qram çəkidə əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.2.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, çətənə bitkisinin toxumlarını zibillikdən tapdıqdan sonra evlərinə gətirib əkmiş, həmin narkotik vasitədən qohumu Elşənə vermişdir. Elşən ona narkotik vasitənin yaxşı olmadığını deyərək ona yenidən verdiyi toxumları əkmişdir. Evindən aşkar olunmuş 5000 manat pul ailə üzvlərinə məxsus olmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar-fevral aylarında həyətindəki zibilləri evindən 1-1.5 km aralıda yerləşən zibilliyə atmağa aparan zaman dərman şüşəsinin içərisində aşkar etdiyi çətənə bitkisinin toxumlarını evinə gətirib gizlətmiş, 2019-cu ilin mart ayında isə həmin toxumları yaşadığı evin həyətndə əkərək dibini otlardan təmizləyib, peyin, su verərək qulluq etmişdir. 2019-cu ilin oktyabr ayında əkdiyi 15 ədəd çətənə bitkilərini yığıb evinin həyətində qurutmuş və qurutduğu çətənə bitkilərinin yarpaqlarını sellofan torbasına yığıb evinin həyətindəki altıaçığında olan polietilen çəlləyin içinə yığmışdır. 2019-cu ilin oktyabr ayının ortalarında həmkəndlisi və qohumu olan Elşən Əliheydər oğlunu görəndə sonuncunun nəşə çəkdiyini bildiyi üçün Elşənə 100 qramı 300 manata nəşə satdığını demiş, sonradan Elşən ona nəşənin yaxşı olmadığını deyərək ona kağız bükümdə bir qədər nəşə toxumu vermişdir. 2020-ci ilin mart ayında Elşəndən aldığı toxumları həyətində əkmişdir. Toxumlar cücərəndən sonra həmin bitkilərin dibindəki otları təmizləyib, peyin və su verib qulluq etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 2110 radələrində yaşadığı evdə olan zaman həyət qapısı döyülərək qapını açan zaman evinə gələn şəxslər özlərini ona təqdim edib polis əməkdaşları olduğunu və onun yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkib becərməsində şübhəli olduğunu ona bildirmişlər. Sonra könullü razılığı və iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı ümumilikdə əkdiyi 301 ədəd çətənə bitkiləri, həyətindəki altacıqda olan polietilen çəlləyin içərisindən isə ayrı-ayrı 23 ədəd selofan torbada narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Bundan sonra həyətindəki, digər tikililərə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və predmet o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Yaşadığı evdən aşkar edilmiş pul uzun müddət əvvəl müalicəsi üçün yığdığı pul olmuş, həmin pulun narkotik vasitənin dövriyyəsi ilə bağlılığı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Şəki rayonu ərazisində «Nazim» adlı şəxsin narkotik vasitələrin istifadəsi, satışı, həmçinin yaşadığı evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərərək kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2, Narkotiklərə qarşı Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1 ibarət yaradılmış əməliyyat qrupu və dəvət edilmiş aqronom-mütəxəssis Şahid3la birlikdə video çəkiliş tətbiq edilməklə Təqsirləndirilən şəxs yaşadığı Şəki rayonu Baş Göynük kəndindəki evinə keçirilən baxış zamanı evin həyətinə daxil olduqdan sonra ev quşlarının saxlanılması üçün nəzərdə tutulmuş yerin qarşısı ilə cığırla keçdikdən sonra sahədə tərkibində narkotik maddələrə olan çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsinin aşağı hissəsindən 260 ədəd torpağa əkilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunaraq torpaqdan çıxarıb sintetik kisələrə qoyub möhürləyərək götürülmüşdür. Aqronom-mütəxəssis aşkar olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra Nazimin evinin sağ tərəfindəki həyətyanı sahəsinə baxış zamanı oradan da torpağa əkilmiş qırx bir ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar olunaraq torpaqdan çıxarılıb sintetik kisəyə qoyulub möhürlənərək götürülmüşdür. Daha sonra baxış davam etdirilərkən Nazimin yaşadığı evin qarşısındakı göy rəngli plastik çəlləyin içərisindən 23 ədəd selofan torbadan içərisində quru yaşıl bitki kütlələri olduğu müəyyən olunaraq sintetik kisəyə qoyulub qablaşdırılaraq götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs evinə keçirilən baxış zamanı yataq otağındakı sandıqdan pul və termonun üzərində içərisində telefon nömrələri yazılan kitabça aşkar olunaraq zərfə qoyulub qablaşdırılıb götürülmüşdür. Nazimin evinə baxış keçirilən zaman başqa bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2, Narkotiklərə qarşı Mübarizə Qrupunun baş əməliyyat müvəkkili işləyən Şahid1 və Şəki rayonu, X4 aparıcı aqronom vəzifəsində işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 459 nömrəli ekspertiza rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş hər birinin üzərinə yapışdırılmış vərəqədə « Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunmuş çətənə kolları…» sözləri yazılmış 06 ədəd sintetik kisələrin içərisindəki, ümumilikdə 301 ədəd hündürlükləri 13 smdən 165 sm-dək, ümumi təmiz çəkisi -24 kq 755 qram bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aparıcı aqronom Şahid3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aqranom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış vərəqədə « Təqsirləndirilən şəxs evindən aşkarlanaraq götürülmüş yaşıl kütlələr…» sözləri yazılmış 01 ədəd sintetik kisənin içərisindəki 23 ədəd selofan torbalarda ümumi təmiz çəkisi-3 kq 963.74 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan – qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 23 ədəd selofan torbalarda olan qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 301 ədəd çətənə bitkiləri ilə 23 ədəd selofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 623 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 453 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə (şəxsiyyətin aksentuasiyası) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və içtimai təhlükəlliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edlimiş CD-diskdəki videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsindən 301 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri, həyətdə yerləşən altıaçığın altındakı çəlləyin içərisindən 23 ədəd sellofan torbalarda ümumi təmiz çəkisi 3 kq 962.74 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, yaşadığı evdən 5000 manat pul və bir ədəd kitabça aşakar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0820-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şəki rayon Məhkəmsinin xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, xx xxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki rayon Psixiatriya xəstəxanasının xx xxxx 2020-ci il tarixli, 348 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon, Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Şəki rayon Mərkəzi Xəstəxanası» X13 xx xxxx 2020-ci il tarixli, 1592 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs «Şəki RMX» X13 Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki rayon İcra Hakimiyyəti Başçısının Baş Göynük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyatnamədən görünür ki, X6 ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu İsmayıllı kəndində yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarınə əlavə edilmiş DSMF-nin Şəki şöbəsindən tqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Onurğa sütununun deformasiyası- Döş qəfəsinin deformasiyası. Hər iki ətrafda yerişin pozulması” xəstəliyindən əziyyət çəkməklə İİ qrup əlildir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3 və 237.2.3-cü maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, “Onurğa sütununun deformasiyası- Döş qəfəsinin deformasiyası. Hər iki ətrafda yerişin pozulması” xəstəliyindən əziyyət çəkməklə İİ qrup əlil olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın movcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 5000 AZN (beş min manat) pulun onun cinayət yolu ilə əldə edilməsinə dair istintaq orqanı tərəfindən hər hansı bir sübut təqdim edilmədiyindən CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Şəki Şəhər-rayon Polis Şöbəsində saxlanılan 301 ədəd çətənə bitkiləri, 23 ədəd sellofan torbalarda tədqiqatdan sonra ümumi təmiz çəkisi 3 kq 962.74 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 5000 AZN (beş min manat) pul və bir ədəd kitabça Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-41/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-41/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver