Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-41/2022 23.02.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamını Müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, müdafiəçi: – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X5, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağsu şəhəri 34-cü məhəllədə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 iyul 2021-ci il tarixdə saat təxminən 11 radələrində Ağsu şəhəri S.Vurğun küçəsində «Sanif» adlı marketin yaxınlığında işlədyi meyvə satışı mağazasına alıcı qismində gələn Zərərçəkmiş şəxs meyvə satarkən mağazada olan bir tərəfi çürük meyvələrdən əlavə olaraq aldığı meyvə sellofanına qoyduğu üçün sonuncu buna narazılıq etdiyindən öz-özlüyündə təhqiramiz formada insanların edilən yaxşılıqları başa düşməmələri barədə fikirlər işlətmiş, həmin vaxt Zərərçəkmiş şəxs onunla heç bir mübahisə etmədən mağazanı tərk edərək çıxıb getmiş,12 iyul 2021-ci il tarixdə saat təxminən 22 radələrində Zərərçəkmiş şəxs ona zəng vuraraq bir gün əvvəl mağazasında olan zaman dediyi sözlərlə bağlı məsələyə aydınlıq gətirmək istəyərəkən mobil telefonda biri-birinin ünvanına nalayiq ifadələr işlətməklə sonuncu ilə yaşadığı evin yerləşdiyi Ağsu şəhəri 34-cü məhəllə küçəsində görüşməyə razılaşmış,həmin tarixdə saat 2230 radələrində Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onun yaşadığı evin yerləşdiyi küçənin qarşısından keçən S.Rzayev küçəsinə gəlib ona yaxınlaşarkən,aralarında əvvəlcədən yaranmış mübahisə ilə bağlı biri-birilərinin ünvanına nalayiq ifadələr işlətməklə təhqir etdikdən sonra Elvin Məməmdov onun sifətindən bir sillə vurub biri-birinin yaxasından tutuduqları üçün hər ikisi yerə yıxılarkən Zərərçəkmiş şəxs üzərində olan istintaqa məlum olmayan bıçaqla ona sol budun deşilmiş-kəsilmiş yarası, sağ əlin 1-ci barmağının yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, həmin vaxtı o, şəxsi münasibətlər zəmnində aralarında baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs tərəfindən döyülərək xəsarəti aldığı üçün üzərində əvvəlcədən gəzdirdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan tipli cib bıçağını sağ cibində açaraq Zərərçəkmiş şəxs həmin bıçaqla qəsdən bir neçə dəfə zərbə endirib sonuncuya sol bazunun və sağ budun deşilmiş kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pouzulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid və qarın boşluğuna nüfuz edən böyük piyliyin və nazik bağırsağın zədələnməsinə səbəb olan 2 ədəd deşilmiş kəsilmiş yaraları ilə müşayət olunan, dərəcəsinə görə yetirilən andan həyat üçün təhlükəli olan, qəsdən sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətlərini yetirib, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 iyul 2021-ci il tarixdə işlədiyi meyvə satışı mağazasından Zərərçəkmiş şəxs meyvə alarkən sonuncunun istədiyi meyvələri qoyub tərəzidə çəksə də Elvin ona narazılıq edərək ona çürük meyvəni qoymamasını demişdir. Zərərçəkmiş şəxs həmin meyvəni çəkidən əlavə olaraq qoyduğunu desə də Elvin ona narazılıq etmişdir. 12 iyul 2021-ci il tarixdə saat 2230 radələrində yaşadığı evin həyətində ailə üzvüləri ilə birlikdə əyləşib çay içərkən istifadəsində olan mobil telefonuna zəng gəlmiş, danışan şəxs ona adının Elvin olduğunu bildirmişdir. Elvinə sonuncunu tanımadığnı, kim olduğunu bilmədiyini demiş, Elvin də ona “səninlə rastlaşmışam, sən məni tanıyırsan” demişdir. Zərərçəkmiş şəxs 55 yaşı olduğunu sonuncunu tanımadığını bildirdikdə Elvin ona dünən onun meyvə mağazasından meyvə alan oğlan olduğunu demişdir. Bundan sonra Zərərçəkmiş şəxs tanımış, Zərərçəkmiş şəxs telefonda ona niyə meyvə alanda söyüş söydüyünü demişdir. Elvinə sonununcunu söymədiyini demiş, Elvin ona “quduran it olur, it sənin özünsən” demişdir. Bu vaxt aralarında sözlə mübahisələri yaranmış və mobil telefonda biri-birlərini nalayiq söyşlərlə söymüşlər. Zərərçəkmiş şəxs ondan harada olmasını soruşmuş, Elvinə evdə olduğunu və çölə çıxacağını demişdir. Zərərçəkmiş şəxs ona küçədə gözləməsini və oraya gəldiyini demişdir. Evdən çıxıb piyada yaşadığı küçə ilə hərəkət edib 20 yanvar küçəsinin yol ayrıcına gəlmiş və həmin vaxt Elvin də oraya çatmışdır. Elvin gələndən sonra ona narkotik vasitə satan olduğunu deyib təhqir etmiş, Zərərçəkmiş şəxs narkotik vasitəni satdığını harada gördüyünü soruşmuşdur. Elvin ona rayonda olan narkomanlarla cayxanada oturub durduğunu demiş, Elvinə çayxanaya gəlib bir yerdə oturduqlarını, çayxana onun işlədiyi yerin yaxınlığı olduğu üçün gedib orada çay içdiyini, çayxanaya narkoman, oğru, dələduz, əli əyri də gəlib çay içdiyini demişdir. Bu vaxt Elvin onun sifətindən bir sillə vurmuş, biri-birindən tutduqları üçün hər ikisi yerə yıxılmışlar. Yerə yıxıldıqları üçün bədəninə istilik gəldiyini yəni, bıçaqla vurulduğunu hiss etmiş, Elvin onun üstündə olduğu üçün əli ilə boğazını tutub sıxmışdır. Bir qədər əvvəl evə qaydıb gələndə meyvə mağazasından meyvə doğramaq üçün nəzərdə tutuluan qatlanıb açılan və üzərində olan cib bıçağını sağ əli ilə cibində açıb üstündə olan Elvini kənara atmaq üçün Elvinin qarın nahiyəsindən vurmuşdur, sonradan isə həmin zərbənin iki bıçaq zərbələri olduğunu bilmişdir. Elvin onun üstündə olarkən əlində olan bıçağı ondan almaq istədiyi üçün bıçaq Elvinin sol qoluna və sağ dizinə dəymişdir. Elvinin qoluna və dizinə dəyən bıçaq yarası xəsarətlərini qəsdən vurmamış, bıçaqı Elvin əlindən almaq istəyən zaman sonuncuya dəymişdir. Sağ əlinin 1-ci barmıağında olan bıçaq yara xəsarətini isə o, bıçağı cibində açarkən öz ehtiyatsızlığından bıçaq sağ əlinin 1-ci barmağını kəsmiş və həmin xəsarəti özünün ehtiyatsızlığı nəticəsində almışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11 iyul 2021-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs işlədiyi meyvə satışı mağazasına gedib sonuncudan meyvə alarkən Abdul ona satıdığı meyvələrin arasına çürük meyvələrdən qoyduğu üçün sonuncuya iradını bildirmiş, həmin vaxt Abdul onunla kobud rəftar etdiyinə görə özünü təhqir olunmuş hesab etmişdir. 12 iyul 2021-ci il tarixdə saat 21 radələrində Ağsu şəhərində yerləşən Məşədi kimi tanınan şəxsin yeməkxanasında əyləşib dostları ilə birlikdə çörək yeyən zaman yaşadığı evə bəzi ərzaq məhsulları alıb aparacağı üçün onunla bir masada əyləşən dostu Musaəlinin avtomobilinin açarını sonuncudan istəmiş, Musaəli ona etiraz etməyərək avtomobilin açarını vermişdir. Həmin vaxtı içkili olduğundan Abdulun ona qarşı etdiyi kobud rəftarı yadına düşmüş və Abdulun meyvə satdığı yerin yaxınlığında yerləşən Sanif marketdən ərzaq almağa gedəcəyi üçün Abdula zəng edərək nəyə görə mağazada onunla kobud rəftar etməsinin səbəbini soruşmuşdur. Abdul isə onu telefonda nalayiq ifadələrlə söymüş, Abdul tərəfindən söyüldüyü üçün əsəbiləşərək sonuncudan harada olmasını soruşmuş, Abdul ona evdə olmasını bildirmişdir. Abdula evin qarşısına gəlməsini demiş, həmin vaxt Musaəlinin avtomobilinin açarı onda olduğundan o, yeməkxanadan çıxıb Musaəlinin avtomobilinə əyləşib sürüb getmək istəyərkən digər yoldaşları Rustəm Həsənzadə və Amil Quliyev ona imkan verməmişlər. Bu zaman Rüstəm açarı ondan alaraq avtomobili özü sürəcəyini demiş, etiraz etməyərək açarı Rüstəmə vermişdir. Həmin vaxt Abdulun yaşadığı evin yerləşdiyi küçəyə gedərəkən küçədə xəstəxanada işləyən Şahid5 görmüş, İlkinə Abdulun yaşadığı evinin yerini səhv saldığını deyib Abdulun evinin yerini soruşmuşdur. Olduqları 20 yanvar küçəsindən çıxıb yol ayrıcına gəlmiş və Abdulu küçədə görmüşdür. Həmin vaxtı yanında heç kim olmamış, Abdula yaxınlaşaraq nəyə görə telefonda söyüş söyməsini soruşmuşdur. Abdul ona yaxşı etdiyini demiş, bu vaxt sonuncunun sifətinə bir sillə vurmuşdur. Daha sonra Abdulun yaxasından tutmuş, bu vaxt Abdul onu yerə yıxmaq istəsə də hər ikisi yerə yıxılmışlar. Yerə yıxıldığı üçün cibində olan bıçağı yerə yıxıldıqdan sonra açıb Abdulun sağ bud nahiyəsindən bir bıçaq zərbəsi vurmuş, Abdul da həmin vaxtı ona qarın nahiyəsindən bıçaqla vurmuşdur. Bu zaman yerdə olarkən Abdulun əlində olan bıçağını sonuncudan almaq istəyərkən bıçağı Abdulun əlindən ala bilməmiş, Abdul bıçağı vermədiyi üçün bıçaq onun sol qoluna və sağ diz nahiyyəsinə dəymişdir. Oraya gələn Amil və İlkin onları biri-birindən aralaşdırmış və dalaşmağa qoymamışlar. Abdul tərəfindən bıçaqlansa da, bıçaq yarasının ciddi olmadığını düşünmüş, onları biri-birindən Amil ilə İlkin aralaşdırdığı üçün və olduğu yerə kənar şəxslər toplaşmasın deyə gəldiyi Musaləinin avtomaşını arxada qaldığından geriyə deyil irəliyə doğru Amil ilə hərəkət edib ara küçəyə keçmişdir. Həmin vaxt yol ilə gələn sürücüsünü tanımadığı taksi avtomobilini saxlatdırıb Amillə birlikdə avtomobilə əyləşmiş, getdiyi avtomobilin sürücüsünü yaşadığı evin yaxınlığındakı küçədə saxlatmışdır. Evə getmək üçün maşından yerə düşmüş, Amil isə çıxıb getmişdir. Bir qədər hərəkət edib gedərkən yolda zibil qutusu görmüş, üzərində olan bıçağı zibil qutusuna tullamışdır. Hərəkət edib küçə ilə gedərkən nəfəsinin çatmadığını görüb dostu Üzeyirə zəng vuraraq onu S.Vurğun küçəsindən gəlib götürməsini demişdir. Üzeyir gəlib onu götürəndə isə onu evinə aparmasını desə də Üzeyir onu yaşadığı evə deyil bir başa xəstəxanaya aparmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 11.07.2021-ci il tarixdə dostu, Ağsu şəhər sakini Üzeyir adlı şəxsin toyu olmuş və 12.07.2021-ci il tarixdə onun dostları Murad, Amil, Elvin, Rüstəm, Müsaəli və Üzeyir birlikdə əyləşib bir yerdə Məşədi adlı şəxsin Ağsu şəhərində yerləşən yeməkxanasında həmin toyu qeyd etmişlər. Üzeyir, Rüstəm Musaəlidən başqa Murad, Amil və Elvin bir şüşə 05 litirlik araq və hərəyə təxminən 2 bakal piyvə içmiş, saat təxminən 23 radələri olduğu üçün masa ətrafında əyləşdiyi qeyd etdiyi şəxslərdən hərə öz evinə getmək üçün dağılışmağa başlamışlar. İlk əvvəl masa ətrafında əyləşən Elvin çıxmış, sonuncunun arxasınca Amil və Rüstəm, bir qədər sonra isə bir masa arxasında əyləşən Müsaəli çıxmışdır. O və Murad yeməkxanada əyləşib masa arxasında çay içmiş, yeməkxanada olduğu vaxtı Üzeyir onun istifadəsində olan mobil telefona zəng edərək Elvinin bıçaqlandığını və xəstəxanada olduğunu bildirmişdir. Muradla birlikdə yeməkxanadan çıxarkən Musaəli də yeməkxananın qarşısında olmuş, üçü birlikdə Ağsu rayon mərkəzi xəstəxanasına getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 13 iyul 2021-ci il tarixdə Ağsu şəhərində Məşədi adlı şəxsin yeməkxanasına gəlmiş, yeməkxanada Ağsu şəhər sakinləri Fəxrəddini, Muradı, Üzeyiri, Elvini, Amili və Musaəli ilə birlikdə əyləşib yemək yemişlər. Spirtli içki içməmiş, orada Murad, Elvin, Amil spirtli içki və pivə içmişlər. Elvin Musaəlinin VAZ 21011 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək istəmiş, Elvinin sərxoş vəziyyətdə olmasını görüb Elvinə Musaəlinin avtomobilini idarə etməsinə icazə verməmiş və Musaəlinin VAZ 21011 markalı, ** BB *** dövlət qeydiyat nişanlı avtomobilin açarlarını Elvinin əlindən alıb özünün idarə edəcəyini demişdir. Yeməkxananın qarşısından Musaəlinin avtomobilinə Amil və Elvin əyləşmiş, Elvin ona avtomobili İlkin adlı şəxsin evləri istiqamətdə sürəməsini demişdir. Elvin onu 20 yanvar küçəsi istiqamətində sürdürmüş və küçədə avtomobili saxlatmışdır. Elvinin sözü ilə 20 yanvar küçəsində aralıq yola avtomobili sürüb saxlamış, Avtomobildən Amil və Elvin yerə düşmüşlər. Amil küçədə dayanan sonradan adını bildiyi İlkin adlı şəxslə söhbət etmiş, həmin vaxtı Elvin orada uca səslə danışmışdır. Elvinin uca səslə danışıdığını görüb sonuncunu gətirib avtomobilə əyləşdirmiş, həmin vaxt mobil telefonuna zəng gəldiyindən mobil telefonla danışarkən Elvin onun yanından düşüb getmişdir. Telefonla danışığa başı qarışdığı üçün küçənin baş hissəsində səs-küy eştmiş, avtomobili idarə edib küçənin baş hissəsinə gedəndə isə orada olanların qaçdığını görmüşdür. Yenidən oradan avtomobili idarə edib yeməkxanaya gəlmiş, yeməkxanaya gəldikdən sonra orada işləyən işçilərdən onun əyləşdiyi masada əyləşənlərin hara getmələrini soruşmuşdur. Yeməkxana işçiləri orada olan şəxslərin hara getmələrini bilmədiklərini demiş, bir qədər sonra orada olan onun tanımadığı yeməkxanada işləyən işçinin mobil telefonunu alıb Musaəliyə zəng vurub harada olmasını soruşmuşdur. Musaəli ona Ağsu mərkəzi rayon xəstəxanasında olduğunu demiş, yeməkxanadan çıxıb bir-başa Ağsu rayon mərkəzi xəstəxanasına gəlmişdir. Orada Elvinin bıçaqlandığını eşitmiş, hava qaranlıq olduğu üçün kimlərin dalaşmasını və biri-birinə bıçaqla vuraraq xəsaərt yetrməsini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12.07.2021-ci il tarixdə saat 18 radələrində dostları Murad, Amil, Elvin, Rüstəm və Üzeyir biri birilərinə zəng edib bir yerə, Məşədi adlı şəxsin Ağsu şəhərində yerləşən yeməkxanasına yığışmışlar. Murad Amil və Elvin bir şüşə 05 litirlik araq içirmiş və hərəyə təxminən 2-3 bakal da piyvə içmişlər. Yeməkxanada olduğu vaxtı Zərərçəkmiş şəxs ondan özünə məxsus VAZ -2101 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin açarını istədiyi üçün açarları sonuncuya vermiş, Elvinin avtomobil ilə hara gedəcəyini bilməmişdir. Masa arxasından qalxıb bayıra çıxmaq üçün masanı tərk etmiş, sonradan avtomobilin açarını yeməkxananın çölündə dostu Rüstəmin Elvindən aldığını və sonuncuya sərxoş vəziyyətdə avtomobili idarə edib harasa getməsinə icazə verməyərək avtomobilin sükanı arxasına özü əyləşdiyini bilmişdir. Daha sonra avtomobilinə kimlərin əyləşməsini və avtomobili ilə hara getmələrini görməmiş və bilməmişdir. Bir qədər sonra qaydıb masa arxasına gəlmiş, masa arxasında Fəxrəddini, Muradı, Üzeyiri görmüşdür. Yeyib-içməyi qurtardıqları üçün çay içmiş, əyləşdiyi yerdə Murad Üzeyirə içkili olmasını bildirib öz avtomobilinin açarını Üzeyirə verib sonuncunun ayıq olması üçün avtomobili sürüb evlərinə aparmasını bildirmişdir. Üzeyir Muradın VAZ-21074 minik markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edib çıxıb getdikdən təxminən 10-15 dəqiqə sonra masa arxasında əyləşdiyi yerdə Fəxrəddinin mobil telefonuna zəng edərək Elvinin bıçaqlandığını bildirmişdir. Bundan sonra masa araxasından birlikdə qalxıb Ağsu rayon mərkəzi xəstəxanasına getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 12.07.2021-ci il tarixdə növbəyə iki nəfər sürücü çıxdığı üçün, sakitçilik olduğundan və cağırış olmadığından o, növbətçi həkimdən şam yeməyini yemək üçün saat 2230 radələrində yaşadığı Ağsu şəhəri 20 yanvar küçəsində yerləşən evinə gəlmiş, yemək yeyib qurtardıqdan sonra saat 23 radələrində Ağsu rayon mərkəzi xəstəxanasına qaytımaq üçün yaşadığı evin darvazasından çölə çıxarkən darvazasının qarşısında dayananaVAZ markalı avtomobildən tanıdığı Elvinin düşdüyünü görmüşdür. Elvin həmin vaxt qonşusu Abdulun ünvanına nəlayiq ifadələr işlətmiş. Elvini tanıdığı üçün sonuncudan nəyə görə söyüş söyməsini soruşmuş, Elvin ona Abdul tərəfindən telefonda söyüldüyünü və Elvini küçənin başında gözlədiyini bildirmişdir. Elvinə evin qarşısı olduğunu, küçənin baş hissəsinin digər tərəfdə olduğunu bildirib avtomaşını saxladığı istiqamətdə getmişdir. Bir qədər avtomobilin yanında ləngimiş və avtomaşını işə salıb küçənin baş hisəssi istiqamətdə hərəkət edib dönəndə qonşusu Abdul ilə bir nəfərin dalaşdığını və yanında olan digər şəxsin dalaşanları aralaşdırdığını görmüşdür. Avtomaşını həmin şəxslərin yanında saxlamış, yaxınlaşan zaman Abdul ilə dalaşan şəxsin yerə yıxılıb hər ikisi yerdə biri-biri ilə dartışdıqlarını görmüşdür. Avtomaşını saxlayıb sonunculara yaxınlaşdıqda Abdulla dalaşan şəxsin Elvin olduğunu görmüş, Abdulla Elvini orada olan tanımadığı şəxsin köməkliyi ilə biri-birindən kənara aralamışdır. Abdulla Elvini aralaşdırdıqdan sonra hər ikisi ayağa qalxmış və Abdul yaşadığı evin istiqamətində getmişdir. Elvin isə yanında olan şəxslə asfalt yola tərəf çıxmışlar. Bundan sonra o, avtomaşını işə salıb asfalt yoldan çıxanda Elvin yanında olan şəxslə tanımadığı avtomaşına əyləşib getmişlər. Qaydıb Ağsu rayon Mərkəzi xəstəxanasına gəlmiş, xəstəxanada bıçaq yarası ilə xəstə gəldiyini eşitdikdən sonra xəsarət alan şəxsin Elvin olduğunu bilmişdir. Elvin Abdulla dalaşdığı vaxt o, nə Abdulun, nə də Elvinin əlində bıçaq olmasını görməmiş, bir qədər vaxt keçdikdən sonra Abdul da bıçaq xəsarəti ilə xəstəxanaya gəlmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 12.07.2021-ci il tarixdə saat 18 radələrində dostları Murad, Fəxrəddin, Elvin, Rüstəm, Musaəli, Üzeyir bir-birlərinə zəng edib Məşədi adlı şəxsin Ağsu şəhərində yerləşən yeməkxanasına toplaşmışlar. Həmin vaxt orada o, Rüstəm, Fəxrəddin, Musaəli spirtli içki içməmiş, Murad, Amil və Elvin bir şüşə 05 litirlik araq və hərəyə təxminən 2-3 bakal da pivə içmişlər. Yeməkxanada olduğu vaxtı Zərərçəkmiş şəxs Musaəlindən avtomobilinin açarını harasa getmək üçün istəmiş və Musaəli etiraz etməyib öz avtomaşının açarını Elvinə vermişdir. Elvin masadan qalxıb gedəndə sonuncunun arxasınca kimlərin getməsinə fikir verməmiş, lakin masa arxasında o, Fəxrəddin, Musaəli və Murad olmuşdur. Çay içdikləri zaman Murad ona sərxoş vəziyyətdə olmasını bildirərək öz avtomobilinin açarını ona verib ayıq olduğuna görə avtomaşını idarə edib yaşadığı evə aparmasını səhər tezdən işə gedəndə gəlib götürəcəyini demişdir. Masa arxasında əyləşən dostları ilə sağollaşıb çıxmış və təxminən 5 dəqiqədən sonra Elvin istifadəsində olan nömrəli telefonu ilə onun istifadəsində olan telefonuna zəng edib sonuncunu Səməd Vurğun küçəsindən gəlib götürməsini demişdir. Yaşadığı evə getdiyi üçün yol üstü Elvinin arxasınca getmiş və həmin yerə çatanda Elvinin vəziyətinin pis olduğunu və üst başının qan olduğunu görmüşdür. Elvinin paltarının qan olmasını görüb bir başa Ağsu rayon mərkəzi xəstəxanasına gətirmiş, sonra isə Fəxrəddinə zəng vurub Elvinin bıçaqlandığını, təcili Ağsu rayon mərkəzi xəstəxanasına gəlmələrini bildirmişdir. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 23 iyul 2021-ci il tarixli 172 nömrəli rəyində göstərilmişdir ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində, qarın boşluğuna nüfuz edən böyük piyliyin və nazik bağırsağın zədələnməsinə səbəb olan deşilmiş kəsilmiş yaralar (2 ədəd), sol bazunun və sağ budun deşilmiş kəsilmiş yaraları iti uca və iti kənara malik olan əşyanın (alətin) təsirindən əmələ gəlmişlər. Dərəcəsinə görə qarın boşluğuna nüfuz edən böyük piyliyin və nazik bağırsağın zədələnməsinə səbəb olan deşilmiş kəsilmiş yaralar (2 ədəd) həyat üçün təhlükəli hal olduğu üçün sağlamlığa ağır zərərvurmaya, sol bazunun və sağ budun deşilmiş kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pouzulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 24 iyul 2021-ci il tarixli 173 nömrəli rəyində göstərilmişdir ki, 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində, sol budun deşilmiş-kəsilmiş yarası, sağ əlin 1-ci barmağının yarası iti uca və iti kənara malik olan əşyanın (alətin) təsirindən əmələ gəlməyə uyğundur. Dərəcəsinə görə hər biri ayrı ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aidirlər. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə bioloji ekspertizasının 27 sentyabr 2021-ci il tarixli 674/2021- MTBŞ saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ)- (portal çıxarışının kserosurətinə əsasən). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, Təqsirləndirilən şəxs məxsus şalvar, bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız A antiqeni alındı. Bu qan A beta(İİ) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olmuşdursa). Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə tibbi kriminalistik ekspertizasının 14 sentyabr 2021-ci il tarixli ***-**** MTKŞ saylı rəyin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 03 (üç) ədəd və şalvarın sağ ayağının ön səthinin orta hissəsində 01(bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünün zəif dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək və şalvarın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və yə oxşar konstruktiv alətin (alətlərin) təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus şalvarın arxa səthinin sol yarısının yuxarı hissəsində 01(btr) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə kafi itilikli ucu və özünün zəif dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsiçi alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və və soyuq silah hesab edilmir. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-psixiatrik ekspertizasının 08 sentyabr 2021-ci il tarixli 2084 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyin dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnəmədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Məhkəməsinin 10.11.2016-cı il tarixli hökmünə əsasən CM-in 29, 318.1-ci maddəsinə əsasən 1500 manat cərimə cəzasına məhkum olunmuş, Ağsu rayon İcra və probasiya Şöbəsinin 30.07.2021-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs cərimə cəzasını tam ödəyib qurtardığı üçün şöbənin icraatından çıxarılmışdır. İş materiallarında olan və və məhkəmə iclasında tədqiq edilmiş 30.07.2021-ci il tarixli şübhəli şəxin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1055-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağsu rayon Məhkəməsinin 31.07.2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, 08 sentyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli, 2033 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhəri 34-cü məhllədə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Ağsu rayon şöbəsi tərəfindən verilmiş 005048 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz İİ qrup əlildir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini CM-in 126.1-ci maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəza təyin edərkən məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, törətdiyi əməldən səmimi peşmançılığını, İİ qrup əlil olmasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən çoxsaylı halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasının mövcud olduğunu və cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət səciyyələndirilməsi, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirməsi, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması və nəhayət cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddəti ilə tətbiq edilməlidir. CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələrin qoyulmаsı məqsədəmüvafiqdir. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişdirməmək vəzifələri qoyulmаlıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanı şərti olaraq tətbiq edərkən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci maddəsinin də tələbini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, CM-in 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətmkan tədbirinə dəyişdirlməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə məsrəfləri, xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınаq müddəti ilə şərti hesаb edilsin. Sınаq müddəti dövründə Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağsu Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar və köynək Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar Təqsirləndirilən şəxs qaytarılsın, bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı dəyəri olmadığından məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-41/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-41/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver