Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-41/2023 01.03.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1972-ci il il tarixdə Qəbələ rayon Mıxlıqovaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 206.3.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 09 il müddətdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 32,5, 206.2-ci maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən xx.xx.2021-ci il tarixdə həbsdən azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Abşeron rayonu Pirəkəşkül ərazi dairəsi, Pirəkəşkül kəndi, hərbi şəhərcik ev 125, mənzil 5 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Qəbələ rayon Mıxlıqovaq kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayından etibarən yaşadığı Qəbələ rayon Mıxlıqovaq kəndindəki fərdi yaşayış evində istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitki toxumlarından 17 ədəd olmaqla külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini 14 ədəd dibçəkdə əkib süni işıqlanma altında aqrotexniki qaydada qulluq edərək yetişdirməklə qanunsuz kultivasiya etmişdir. Bundan başqa, o, 2022-ci ilin may ayının ortalarında Yevlax rayonunda istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni, ümumi təmiz çəkisi 439,483 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir hissəsini üzərində saxlamaqla daşımış, digər hissəsini isə yaşadığı evdə qanunusuz olaraq saxlamışdır. Həmçinin, o, təkrarən, 05 avqust 2022-ci il tarixdə Yevlax rayonunda istintaqa dəqiq məlum olmayan mənbədən külli miqdarda yəni, ümumi təmiz çəkisi 195,741 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Bundan əlavə, o, təkrarən 2022-ci ilin fevral ayından 2022-ci ilin avqust ayının əvvəllərinə kimi olan müddətdə istintaqa dəqiq məlum olmayan tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 138,86 qram narkotik vasitəqurudulmuş marixuananı evində qanunsuz kultivasiya etdiyi çətənə bitkilərindən kustar üsulla qurudub hazırlayıb satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir hissəsini üzərində saxlamaqla daşımış, digər hissəsini isə yaşadığı evdə qanunusuz olaraq saxlamışdır. Bundan sonra, Qəbələ Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatları çərçivəsində 05 avqust 2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhərin H.Əliyev prospektində piyada hərəkət edən zaman saxlanılıb rayon polis şöbəsinin inzibati binasına gətirilərək orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman ayrı-ayrılıqda təmiz çəkiləri 3,93 qram, 7,39 qram, 3,35 qram və 7,02 qram olmaqla, ümumi təmiz çəkisi 21,69 qram təşkil edən yaşadığı evdə qanunsuz kultivasiya etdiyi çətənə(kannabis) bitkilərindən qurudub hazırlayıb satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, qanunsuz kultivasiya etdiyi çətənə bitkilər ilə eyni tərkibli narkotik vasitə-qurudulmuş marixuana ayrı-ayrılıqda 04 ədəd kibrit qutusunda, 2022-ci ilin may ayının ortalarında Yevlax rayonunda istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi ayrı-ayrılıqda 05 ədəd sellofan bükümdə təmiz çəkiləri 82,164 qram, 3,859 qram, 0,929 qram, 0,977 qram və 0,950 qram olan ümumi təmiz çəkisi külli miqdarda yəni, 88,879 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək, 05 avqust 2022-ci il tarixdə Yevlax rayonunda istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi ayrı-ayrılıqda 02 ədəd sellofan bükümdə təmiz çəkiləri 98,033 qram və 97,708 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda, yəni, 195,741 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin üzərində gəzdirdiyi çantanın içərisindən aşkarlanaraq götürülmüşdür. Həmin gün saat 19:50 radələrində əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı rayonun Mıxlıqovaq kəndində yerləşən üç otaqlı yaşayış evinə baxış keçirilən zaman ortadakı otağın döşəməsinin üzərində 14 ədəd dibçəkdə əkib süni işıqlanma altında aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi külli miqdarda, yəni 17 ədəd tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkiləri, həmin otağın küncündə olan sandığın üstündən 01 ədəd torbanın içərisindən qanunsuz kultivasiya etdiyi çətənə (kannabis) bitkilərindən qurudub hazırlayıb satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, qanunsuz kultivasiya etdiyi çətənə bitkilər ilə eynitərkibli olan 117,17 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, eləcə də həmin otağa qonşu olan digər otaqda çarpayının üzərindəki qara rəngli çantanın içərisindən 2022-ci ilin may ayının ortalarında Yevlax rayonunda istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi və üzərində gəzdirdiyi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkin bir hissəsi olmaqla həmin narkotik vasitə tiryəklə eynitərkibli ümumi təmiz çəkisi külli miqdarda, yəni, 350,604 qram olan olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkarlanaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-in 234.4.2, 234.4.3 və 237.2.3-cü maddələri ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun ibtidai istintaq dövründə verdiyi ifadələri, əməliyyat qrupunun ona təklif olunan versiyasıdır. Belə ki, hadisələr heç də ittihamda göstərilən formada cərəyan etməmişdir. Əslində isə belədir ki, o, Qəbələ rayonunda doğulsa da, orada yaşamamışdır. Orta təhsilini Bakı şəhərində bitirdikdən sonra, ali təhsil almış, bundan sonra isə döyüşlərə qatılmışdır. Döyüşlərdə xəsarət aldığı üçün, tərxis olunmuşdur. Daha sonra, 2-ci qrup “Qarabağ” əlili statusu almışdır. Bundan sonra, onda psixoloji problemlər yaranmışdır. Uzun müddətli müalicədən sonra, bir tanışının təklifi ilə narkotik vasitənin tiryək və marixuana növündən istifadə etməyə başlamışdır. Həqiqətən də marixuanadan istifadə etdiyi vaxt özünü yaxşı hiss etmişdir. Belə ki, yuxu problemləri qaydasına düşmüş və əsəbləri sakitləşmişdir. Bundan sonra, cinayət törətdiyinə görə məhkum olunmuşdur. Daha sonra, qısa vaxt ərzində islah olunmuşdur. Amnistiya qərarı ilə qalan cəzadan azad olunandan sonra Qəbələ şəhərinə gəlmiş, daha sonra istifadə etdiyi marixuananın toxumlarını 14 dibçəkdə 14 ədəd əkmişdir. Lakin, əkdiyi toxumlara düzgün qulluq etməmişdir. Bundan sonra, şəhər ərazisinə çıxaraq özünə sex axtarmışdır ki, işləyib sənətini icra etsin. Çünki aldığı pensiya ailəsinin tələbatını ödəməmişdir. Bundan sonra, taksi fəaliyyəti ilə məşğul olan bir nəfər şəxslə tanış olmuşdur. Bir müddət sonra, həmin şəxslə aralarında yaxşı münasibət yaranmışdır. Daha sonra həmin şəxs ona marixuana və tiryək alıb gətirmişdir. Həmin şəxs ona demişdir ki, marixuana və tiryəki kilo ilə almaq lazımdır ki, qiyməti ucuz olsun. O da ona cavab olaraq bildirmişdir ki, bu yaxınlarda ölkə başçısı tərəfindən əlillər üçün 6600 manat pul veriləcək, həmin puldan isə özü sexdə istifadə etmək üçün alətlər alacaq, əgər pul qalsa onun dediyini edə biləcəkdir. Həmin şəxs də bununla razılaşmışdır. Həmin şəxs özünü ona “Eliş” ləqəbi ilə təqdim etmişdir. Bundan sonra, o həmin 6600 manatı almışdır. Daha sonra isə özünə sex üçün alətlər almaq məqsədilə Goran rayonuna getmişdir. Lakin alətlər bahalı olduğu üçün almamışdır. Bundan sonra, evə gəlmiş və çay içmək məqsədilə evin yaxınlığında yerləşən kafeyə getmişdir. Kafeyə daxil olduğu zaman “Eliş” ləqəbli həmin tanışı da orada olmuşdur. Eliş ondan pulu alıb-almadığını soruşduqda, o, pulu aldığını və ona 4 qutu marixuana və tiryək lazım olduğunu bildirmişdir. Daha sonra, Eliş ona lazım olanları alıb gətirmişdir. Elişə həmin 4 qutu marixuana və tiryək müqabilində 150 manat pul vermişdir. Bundan sonra, rayon ərazisinə tərəf getdiyi vaxt, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Adını dəqiq xatırlamadığı polis əməkdaşı ona yaxınlaşaraq onu tutub, qaldırıb yerə çırpmışdır. Bundan sonra, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Cibindəki marixuana və tiryəki polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona təzyiq olunmuşdur ki, tərəzi və digər maddələri boynuna almasa, evinə silah-sursat qoyacaqlar. Sonra orada olan polis əməkdaşı ona demişdir ki, onun xətrinə bunlarla yanaşı metafamfetamini də boynuna alsın. Belə olub polis əməkdaşları ilə razılaşmışdır. Metamfetamin, tərəzi, külli miqdarda olan marixuana və tiryək ona məxsus olmamış, onun üzərində sadəcə Elişin ona verdiyi 2 qutu marixuana və 4 qram tiryək olmuşdur. Evindən də 17 ədəd çətənə bitkisi aşkar edilmiş, lakin həmin çətənə bitkilərinin 14-ü ona məxsus olmuş, 3 ədədini isə polis əməkdaşları sonradan necəsə dibçəyə əkmişlər. Hazırda törətdiyi əməldən, yəni CM-in 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayətdə peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 14 ədəd dibçəkdə 14 ədəd toxum əkmişdir, qorxduğu üçün polis əməkdaşları ilə razılaşmış, polis əməkdaşlarının ona etdikləri təzyiqlə bağlı heç bir yerə şikayət etməmişdir. Haqqında həbs qətimkan tədbiri seçilmək üçün məhkəmə qarşısına çıxdığı zaman məhkəməyə ona olunan təzyiqlə bağlı heç nə bildirməmiş, X3 daxil olarkən müayinə olunmuş və həmin vaxt bədənində xəsarətlər olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırmanın ilkin mərhələsində müdafiəçinin də iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadələri elan olunaraq tədqiq olunmuş və Təqsirləndirilən şəxs həmin iafadələrində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatdadır, ancaq faktiki olaraq Qəbələ rayon Mıxlıqovaq kəndində yaşayır.Belə ki, əsasən yay aylarında Qəbələ rayon Mıxlıqovaq kəndindəki özünə məxsus evinə gəlir, orada yaşayır. Evlidir, işləmir, 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Əvvəllər hərbiçi olmuşdur, hazırda təqaüdədir, 1348 manat pensiya alır. Əvvəllər Azərbaycan Respublikası CM-in 32,5, 206.2-ci maddələri ilə məhkum olmuşdur.2021-ci ilin noyabr ayında amnistiya qərarı ilə həbsdən azad edilmişdir. Fasilələrlə təxminən son 5-6 aydır ki, müxtəlif növ narkotik vasitə istifadə edir. Təxminən 2022-ci ilin fevral ayında Qəbələ rayon Mıxlıqovaq kəndində evində 14 ədəd dibçəyə özü üçün çəkərək istifadə etmək məqsədi ilə çətənə bitkisinin toxumlarını əkmişdir. Həmin toxumları əvvəllər Bakı şəhərində tanımadığı şəxslərdən müxtəlif vaxtlarda aldığı qurudulmuş marixuananın içərisindən toxumlardan seçərək toplamışdır. Həmin toxumları 14 ədəd dibçəkdə əkmiş, onlara evdə su verib, torpağının dibini yumşaldaraq, həmçinin, otağa həmin çətənə bitkiləri üçün elektrikdən işıqlar çəkərək inkişaf etmələri üçün şərait yaratmışdır. Çətənə bitkilərinə yuxarıda göstərdiyi kimi aqrotexniki qaydada qulluq etmiş, həmçinin, peyin və gübrə vermiş ki, yaxşı inkişaf etsinlər. Əkdiyi çətənə bitkilərindən neçə ədədinin bitməsini bilməmiş, təxminən 20 ədəd olduğunu güman etmişdir.Əkdiyi çətənə bitkiləri dibçəkdə bitərək təxminən yarım metr və bir qədər də artıq formada uzanmış, qol budaq atmış. Bundan əlavə olaraq həbsdə olduğu müddət ərzində İran İslam Respublikası vətəndaşı Həbib Asgari adlı şəxs ilə tanış olmuş, Həbib ondan əvvəl həbsdən çıxmış, özü həbsdən çıxdıqdan sonra onunla əlaqə saxlamışdır. Belə ki, sinir sistemimdə narahatçılıq olduğundan və psixoloji pozuntuları olduğu üçün Həbib Asgari ilə “whatsapp” şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq şəxsi istifadəsi üçün müxtəlif növ narkotik maddələr istəmişdir. Aralarındakı bütün danışıqlar “whatsapp” şəbəkəsi vasitəsilə olmuşdur.Təxminən 2022-ci ilin may ayının ortalarında dəqiq xatırlamadığı gündə Asgari ilə “whatsapp” şəbəkəsi ilə əlaqə saxlayaraq ondan özü üçün istifadə etməyə tiryək istəmişdir. Əsasən qurudulmuş marixuana çəkərək istifadə etdiyi üçün əldə etdiyi tiryəki marixuanaya dəyişirmiş. Elə həmin tarixdə Asgari ona tiryək çatdıra biləcəyini demişdir. Aralarında bir-birinə inam olduğu üçün dərhal pul istəməmiş, pulunu hissə hissə vermək barədə razılaşmışlar. Asgaridən 50 qram tiryək istəmiş, razılaşmalarına əsasən 250 manat pulu onun göndərdiyi karta yükləməli imiş. Asgaridən Azərbaycanda haraları tanıdığını və göndərə biləcəyi yeri soruşduqda o Yevlax rayonunu tanıdığını və oraya göndərə biləcəyini demişdir. Bakını tanısa da Bakıya göndərməyini özü istəməmişdir. Həmin ərəfələrdə dəqiq tarixini bilmədiyi bir gündə Asgari onunla əlaqə saxlayaraq Yevlax rayonuna onun üçün tiryək və qurudulmuş marixuana göndərdiyini bildirmişdir. Yevlax rayonunda bir yer demiş, ancaq həmin yeri tanımamışdır. Yol kənarı kimi xatırlayır. Oradan yol kənarından tiryəki götürə biləcəyini söyləmişdir. Razı olmuş, 2022-ci ilin may ayının ortalarında Asgarinin verdiyi istiqamət üzrə Yevlax rayonunda bir asfalt kənarından bir dənə sellofan torba götürmüşdür. Torbanın yanında kimsə yox imiş. Onu oraya kimin qoymasını da bilməmiş, torbanı açdıqda içərisində tiryək aşkar etmişdir.Tanımadığı bir taksi ilə getmişdir. Oradan da elə tanımadığı bir taksiyə əyləşib Qəbələ şəhərindən bir yol avtomobili ilə yaşadığı Mıxlıqovaq kəndindəki evinə gətirmiş və evdə özünə məxsus olan elektron tərəzidə çəkdikdə tiryəkin çəkisinin 500 qram olduğunu müəyyən etmişdir. Asgarinin nə üçün ona istədiyindən 10 dəfə çox tiryək göndərməsini soruşduqda o “narahat olma, işlət, pulumu verərsən, əgər artıq olsa deyərəm başqa adam səndən götürər” deyə cavab vermişdir. Asgariyə “istəmirəm ki, başqa adamı bu işə qoşum, özüm istifadə etdikdə yavaş-yavaş pulunu ödəyərəm” demişdir. Belə olub həmin tiryəkə görə xatırlamadığı qədər Bakı şəhərindən “MilliÖn” aparatı vasitəsi ilə 350 manat pul göndərmişdir. Sonradan həmin tiryəkdən həbs edilənə qədər çox kiçik bir hissəsini udmaq yolu ilə istifadə etmişdir. Həmin tiryəkin bir hissəsini Mıxlıqovaq kəndində evdə saxlamışdır. Bir hissəsini isə 5 yerə bölərək 5 ədəd bükümdə üzərində gəzdirdiyi əl çantasında özü ilə daşıyırmış. Həmin bükümləri öz dozasına, yəni, çəkimlərə görə bükümləmişdir. Asgari ilə 2022-ci ilin avqust ayının əvvələrində dəqiq xatırlamadığı gündə danışan zaman ondan qurudulmuş marixuana istəmiş, Asgari razı olmuş, qısa zamanda göndərəcəyini demişdir.Asgari ilə marixuananın çəkisi və pulu barədə danışmamışlar.xx.xx.2022-ci il tarixdə gündüz saatlarında Asgari ilə əlaqə saxlayanda o, Yevlax rayonunda əvvəllər tiryəki götürdüyü yerə marixuana qoyulduğunu deyərək oradan götürməyini istəmişdir. Həmin gün yəni, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Yevlax rayonunda yol kənarında əvvəl tiryəki götürdüyü yerdən bir sellofan torba götürmüşdür.Torbanın yanında kimsə olmamış, torbanı açdıqda içərisindən 4 kibrit qutusu marixuana və psixotrop maddə metamfetamin aşkar etmişdir. Lakin, Asgari ilə əlaqə saxlayaraq ona nə üçün metamfetamin göndərməsinə görə etiraz etməmişdir. Orada tərəzidə çəkməsə də Asgarinin göndərdiyi metamfetaminin təxminən 200 qrama yaxın olduğunu bilmişdir. Kibrit qutuları isə qurudulmuş marixuana ilə dolu imiş. Qərara almış ki, Asgarinin göndərdiyi tiryək və metamfetamini Bakı şəhərinə aparıb onu orada adam taparaq qurudulmuş marixuanaya dəyişib özü üçün istifadə etmək məqsədi ilə qurudulmuş marixuana əldə etsin. Qəbələ şəhərinə gəlmiş, əldə etdiyi metamfetamin və tiryəkin bir hissəsini, həmçinin, əldə etdiyi 4 ədəd kibrit qutusu qurudulmuş marixuananı üzərində daşıdığı əl çantasına qoyaraq Qəbələ şəhəri H.Əliyev prospekti ilə üzü Qəbələ şəhərinin mərkəzi istiqamətdə piyada qalxırmış. Metamfetamin Yevlaxdan götürən zaman iki hissəyə bölünmüş vəziyyətdə, sellafon torbaya bükülü vəziyyətdə imiş.Bakı şəhərinə getmək niyyətində olmuşdur.Saat təxminən 17 radələrində həmin küçədə polis əməkdaşları onu saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Üzərindəki çantanın içərisində metamfetamin və tiryək, həmçinin, qurudulmuş marixuana olduğunu bildirmişdir.Polis əməkdaşları üzərinə axtarış aparılmasının vacibliyini izah etmişlər. Küçə ictimai yer olduğuna görə üzərinə axtarışın Qəbələ rayon polis şöbəsində keçirilməsini xahiş etmişdir. Belə olub birgə rayon polis şöbəsinə gəlmişlər, orada polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə axtarış keçirilən zaman həmin çantasından 4 kibrit qutusu qurudulmuş marixuananı, həmçinin, 5 büküm tiryəki, bundan əlavə olaraq 2 büküm metamfetamini polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitələr elektron tərəzidə çəkildikdə tiryəkin təxminən 80-85 qram, marixunanın xatırlamadığı çəkilərdə, matamfetaminin isə 200 qrama yaxın olduğunu bilmişdir. Axtarış zamanı üzərindən başqa heç bir narkotik vasitə aşkar edilməmişdir.Narkotik vasitələri çəkərkən istifadə edən zaman çəkisini bilmək üçün istifadə etdiyi və üzərində gəzdirdiyi 02 ədəd elektron tərəzini də polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan yaşadığı Mıxlıqovaq kəndindəki evindən əlavə olaraq narkotik vasitə olub-olmadığı barədə sorğu etdikdə həyətindəki evdə dibçəkdə çətənə bitkilərinin, onun toxumlarının və əvvəlcədən Yevlax rayonu ərazisindən götürdüyü tiryəkin bir hissəsinin olduğunu bildirmişdir. Aşkar edilmiş narkotik vasitələr, psixotrop maddələr, 02 ədəd tərəzi zərfə qoyularaq möhürlənmiş, üzəri özü, müdafiəçisi, iştirak edən polis əməkdaşları tərəfindən imzalanmış, daha sonra protokol tərtib edilmiş,ucadan oxunmuş, özü, müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra yaşadığı Mıxlıqovaq kəndindəki həyətindəki evə baxış keçirilmiş, evin içərisindəki otaqlardan birində süni işıqlandırma şəraitində qulluq etdiyi 14 ədəd gül dibçəyində əkib becərdiyi 17 ədəd çətənə kolları, eləcə də əvvəllər özü üçün çəkməyə istifadə etdiyi və qeyd etdiyi kimi Bakı şəhərindən tanımadığı şəxsdən aldığı qurudulmuş marixuanadan qalmış qara selofan torbanın içərisində saxladığı qurudulmuş marixuana aşkar edilmişdir. Həmin otaqda olan boşqabın içərisində saxladığı çətənə kollarının toxumlarını təqdim etmiş, həmin çətənə kolları çəkilərək çəkisinin 931 qram olduğu müəyyən edilmiş, polislər tərəfindən götürülmüşdür. Sonradan qara rəngli sellofan torbanın içərisində olan marixuana çəkilmiş, çəkisinin sellofan torba ilə birlikdə 133 qram olduğu, çətənə toxumları çəkilərək çəkisinin 30 qram olduğu müəyyən edilmiş, sonradan digər otaqda qara rəngli çiyin çantasının içərisində olan tiryək və çətənə toxumlarını da təqdim etmişdir.Tiryək elektron tərəzidə çəkilərək çəksinin 351 qram, çətənə kollarının toxumları çəkilən zaman çəkisinin 10 qram olduğu müəyyən edilmiş və həmin narkotik maddələr və toxumlar polis əməkdaşları tərəfindən qablaşdırılıb zərflərə və torbalara qoyulmuş, üzəri özü, müdafiəçisi, iştirak edən polis əməkdaşları tərəfindən imzalanmışdır. Baxış keçirilməsi haqqında protokol tərtib edilərək ucadan oxunmuş, protokol özü, müdafiəçisi, iştirak edən polis əməkdaşları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş 02 ədəd tərəzini istifadə etdiyi və aldığı narkotik vasitənin çəkisini müəyyən etmək üçün gəzdirirmiş. Məhkəmə bioloji ekspertizası rəyində üzərindən, evindən aşkar edilmiş qurudulmuş marixuananın, əkib becərdiyi çətənə bitkiləri ilə eynitərkibli olmasını izah edə bilmir, bu barədə hər hansı bir fikri yoxdur.Tiryək, metamfetamin və qurudulmuş marixuananı Yevlax rayonu ərazisindən konkret ünvanını bilmədiyi yolun kənarından Asgarinin deməsinə görə dediyi yerdə götürmüş, ad olaraq hara olduğunu deyə bilmir. Yevlax rayonunda yol kənarı kimi xatırlayır. Həmin narkotik tərkibli vasitələri yəni, tiryək və psixotrop maddə olan metamfetamini ona İran vətəndaşı olan Həbib Asgari göndərmiş, gül dibçəklərində olan çətənə kollarının toxumlarını Bakı şəhərində tanımadığı şəxsdən almış, qurudulmuş marixuannın toxumlarından əkmiş, həmin toxumları evində əkib qulluq etməklə becərərək çətənə bitkiləri əldə etmişdir. Narkotik vasitələri əldə etdiyi yeri təqdim edə bilmir. Çünki, həmin yeri unutmuş, yol kənarı kimi xatırlayır. İlkin təhqiqat araşdırması zamanı yorğun olduğuna görə şübhəli şəxs qismində ifadə verən zaman üzərindən və evindən aşkar edilmiş qurudulmuş marixuananı evində əkib becərdiyi çətənə bitkisinin yarpaqlarından qurudub hazırladığını qeyd etmiş, əslində isə 4 kibrit qutusu marixuananı Asgari göndərmiş, evdən aşkar edilən qurudulmuş marixuananı isə Bakı şəhərindən tanımadığı şəxslərdən ayrı-ayrı vaxtlarda, ayrı-ayrı şəxslərdən almışdır.Çətənə bitkisini müharibədən iştirakdan sonra yaranmış psixoloji problemlər, depresiya və panik atak, şiddətli ağrıları olduğu üçün, alkoqolun bu ağrılara heç bir köməyi olmadığına görə əkərək öz istifadəsi üçün yetişdirirmiş. Metamfetamini isə özü istəməyərək Asgari göndərmişdir. Tiryəki elə özünə çəkmək üçün əldə etmişdir.Heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamış, həmçinin, çəkmək üçün kimsəyə verməmiş, bağışlamamışdır. Narkotik vasitələri satmamış, lakin tiryəki və üzərində aşkar edilmiş metamfetamini istifadə etdiyi marixuana ilə dəyişmək məqsədi ilə Bakı şəhərinə getmək istəyirmiş. Sonuncu dəfə 05 avqust 2022-ci il tarixdə Asgari ilə “whatsapp” şəbəkəsi ilə əlaqə saxlamışdır. Aşkar edilmiş metamfetamini, tiryəki, həmçinin qurudulmuş marixuananı əldə etməyində, kultivasiya etdiyi çətənə bitkilərinin becərilməsində ona heç kim köməklik etməmişdir. Belə ki, tiryəki öz istifadəsi üçün yəni, doza, çəkisi üçün istifadəyə görə bölərək hissələrə ayırıb öz üzərində saxlayırmış. Metamfetamini isə həmin formada 2 yerə bölünmüş hissələrdə almışdır. Qurudulmuş marixuananı da həmçinin, elə formada kibrit qutularında Yevlax rayonundan yol kənarından götürmüşdür. Üzərindən aşkar edilmiş 4475 manat pulun Qarabağ müharibəsi iştirakçısı kimi dövlət tərəfindən verilmişdir. Asgariyə məxsus bank kartının hesab nömrəsini xatırlamır, narkotik vasitələri Yevlax rayonundan birinci dəfə gecə, ikinci dəfə isə gündüz saatlarında götürmüşdür. Həbib +**********12 saylı mobil nömrədən göndərdiyi mesajları “whatsapp” proqramının funksiyasından istifadə edərək mesajları 24 saat ərzində silinmə rejiminə qoymuşdur. Əldə etdiyi metamfetamini həmin üzərindən aşkar edilmiş tərəzidə çəkisini bilmək üçün sonradan çəkmiş, bu səbəbdən üzərində metamfetamin izləri qala biləcəyini düşünür. Aşkar edilmiş metamfetamin və tiryəki qurudulmuş marixuanaya dəyişəcəyi adamı əvvəlcədən dəqiq bilməmiş, tanış, münasib şəxs olduğu halda dəyişəcəkmiş. Yevlax rayonuna narkotik vasitələri əldə etmək üçün gedən zaman istifadə etdiyi taksini, sürücüsünü tanımamış, avtomobilinin dövlət qeydiyyat nişanının, markasını xatırlamır. Taksi sürücüsü onun nə məqsədlə Yevlax rayonuna getdiyini bilməmiş, narkotik maddələri əldə etməyindən xəbərsiz olmuşdur. Bu barədə ona heç nə deməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən, həmçinin, polis şöbəsində polis əməkdaşları və ya qeyri şəxslər tərəfindən fiziki zora məruz qalmamış, ona qarşı şərəf və ləyaqətinin alçaldılması ilə müşayiət olunan hərəkətlər olmamışdır (cild İİ i/v 98-104; cild İ i/v 75-78). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, 05 avqust 2022-ci il tarixdə saat 16:30 radələrində Qəbələ rayon polis şöbəsinin cinayət axtarışı bölməsinə Qəbələ rayon Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin radələrdə Təqsirləndirilən şəxs Qəbələ şəhəri H.Əliyev prospektində piyada hərəkət edərkən özü, digər polis əməkdaşları Şahid1 və Şahid5 tərəfindən saxlanılmışdır. Yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini izah etmişlər. Bu zaman Təqsirləndirilən şəxs onlara şifahi olaraq həqiqətən də üzərində narkotik vasitə və psixotrop maddə olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələrin üzərindəki qara rəngli çantasında olduğunu bildirmiş, xahiş etmiş ki, üzərinə axtarış ictimai yer olan, sakinlərin sıx olduğu Qəbələ şəhərinin mərkəzi küçəsi olan H.Əliyev prospektidə deyil, Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasında aparılsın. Təqsirləndirilən şəxs bunu öz şəxsi nüfuzuna xələl gəlməməsi üçün istədiyini bildirmişdir. Onlar onunla razılaşmış, Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşmiş, xidməti avtomobillə Qəbələ Rayon Polis Şöbəsinə, inzibati binanın birinci mərtəbəsinə təhqiqatçının kabinetinə gəlmişlər. Orada dövlət tərəfindən təyin edilmiş Təqsirləndirilən şəxs müdafiəçisinin, digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ancaq Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmədə iştirak etməmişdir. Orada digər polis əməkdaşları iştirak etmişlər. Sonradan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman qeyd etdiyi qara rəngli çantanın içərisindən külli miqdarda təxminən 200 qrama yaxın psixotrop maddə olan metamfetaminin, 90 qrama yaxın narkotik vasitə olan tiryəkin, 20 qrama yaxın qurudulmuş marixuananın, yaşadığı Mıxlıqovaq kəndindəki evinə baxış zamanı da külli miqdarda, yəni, 350 qrama yaxın tiryəkin, 130 qrama yaxın qurudulmuş marixuananın, həmçinin çəkisini xatırlamadığı marixuana bitki toxumlarının və evində aqrotexniki qaydada qulluq göstərməklə əkibbecərdiyi 17 ədəd çətənə bitkilərinin aşkar edildiyini bilmişdir. Ancaq aşkar edilmiş metamfetaminin, tiryəkin, qurudulmuş marixuananın dəqiq çəkilərini xatırlamır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan, həmçinin polis şöbəsinə gətirilən zaman ona heç bir fiziki və sair zor tətbiq edilməmiş, Təqsirləndirilən şəxs qarşı şərəf və ləyaqətinin alçaldılması ilə müşayiət edilən hərəkətlər olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, 05 avqust 2022-ci il tarixdə Qəbələ rayon polis şöbəsinin cinayət axtarışı bölməsinə Qəbələ rayon Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında polis şöbəsinə gətirilmiş və həmin gün saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və sonradan evinə baxış keçirilən zaman iştirak etmişdir. Rayon polis şöbəsində, inzibati binanın birinci mərtəbəsinə təhqiqatçının kabinetində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Orada dövlət tərəfindən təyin edilmiş Təqsirləndirilən şəxs müdafiəçisinin, digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilərkən videoçəkilş aparılır, həmçinin, fotoşəkillər çəkilirmiş. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olub olmadığı barədə şifahi sorğu edilmişdir. Təqsirləndirilən şəxs bu zaman üzərində gəzdirdiyi qara rəngli çiynindən asdığı çantasının içərisində psixotrop maddə və narkotik vasitə olduğunu bildirmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni təqdim etməsi istənildikdə o razılaşmış, çantasının zamokunu açmış, çantanın içərisindən 4 ədəd kibrit qutusu çıxarmışdır. Kibrit qutuları açıldıqda içərisindən yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlələr aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin kütlələrin qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində başqa narkotik maddə oldub-olmadığı soruşulduqda o, çantanın cibindən bir ədəd şəffaf plastik qab çıxartmış, qabı açaraq içərisində tiryək olduğunu demişdir. Qabda 4 ədəd sellofan bükümdə qara rəngli bərk, tiryəkəbənzər maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin maddələrin tiryək olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs çantadan bir sellofan torba çıxarıb onun içərisindən bir büküm çıxarıb təqdim edərək onun da içərisində tiryək olduğunu demiş, həmin sellofan torba açıldıqda içərisindən qara rəngli, bərk tiryəkəbənzər maddə aşkarlanmışdır. Sonra Təqsirləndirilən şəxs çantasından başqa bir sellofan torba çıxarıb onun içərisindən 02 ədəd büküm təqdim etmiş, içərisində ümumilikdə 200 qrama yaxın psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqda içərisindən kristal formada metamfetaminə bənzər maddələr aşkarlanmışdır. Axtarış davam etdirilərkən həmin çantanın digər cibindən 02 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmçinin çantasından Qarabağ müharibəsi iştirakçısı olduğu üçün dövlət tərəfindən verilmiş 4475 manat pul, çantadan narkotik maddə qəbulu üçün kağız parçası aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq cinayət xarakterli hər hansı bir maddə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd tərəzinin nə üçün istifadə etdiyi şifahi sorğu edildikdə o, tərəzilərdən narkotik qəbul edən zaman çəkisini yoxlamaq üçün istifadə etdiyini söyləmişdir. 4 ədəd kibrit qutularında olan qurudulmuş marixuanaya bənzər kütlələr kibrit qutuları ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmişdir. Onların çəkilərinin hər birinin təxminən 5-10 qram arası olduğu müəyyən edilmişdir. Tiryəkəbənzər maddələr də elektron tərəzidə çəkilmiş, hər biri müxtəlif çəkilərdə olmaqla ümumilikdə təxminən 90 qrama yaxın olduğu, hər 2 ədəd sellofan bükümdə olan metamfetaminə bənzər kristal maddə çəkildikdə isə ümumi çəkisinin təxminən 200 qrama yaxın müəyyənləşdirilmişdir. Aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddəyə bənzər maddələr, həmçinin narkotik maddə qəbulu üçün istifadə etdiyini bildirdiyi kağız parçası, 2 ədəd elektron tərəzilər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4475 manat pul özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq başqa yerdə narkotik maddə saxlayıb-saxlamadığı şifahi sorğu edildikdə o, yaşadığı Qəbələ rayon Mıxlıqovaq kəndindəki evində sayını bilmədiyi marixuana bitkilərini əkdiyini, həmçinin, evində tiryək saxladığını, həmin bitkiləri və tiryəki könüllü olaraq polis əməkdaşlarına təqdim edə biləcəyini demişdir. Daha sonra, Təqsirləndirilən şəxs öz razılıq ərizəsi əsasında onun yaşadığı Qəbələ rayon Mıxlıqovaq kəndindəki bir həyətin qarşısına evə baxış keçirməsində iştirak etmək üçün gəlmişlər. Təqsirləndirilən şəxs özü qapını açarla açaraq pilləkəndən yuxarı qalxdıqda 3 otaqlı evin ortadakı otağını təqdim edən Təqsirləndirilən şəxs həmin otaqda marixuana bitkilərini əkib-becərdiyini bildirmiş, həmin otağa daxil olduqda döşəmədə dibçəklərdə həqiqətən də marixuana bitkisinə bənzər bitkilər aşkarlanmışdır. Cəmi 14 ədəd dibçək varmış. İştirak edən mütəxəssis Famil Xitilov bitkilərin dibçəkdə olması, onların diblərinə peyin verilməsi əlamətlərinə görə həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini demişdir. Sonra dibçəklərdəki marixuanaya bənzər bitkilər dibçəklərdən çıxarılaraq sayılmış, 17 ədəd olduğu müəyyən edilmişdir. Marixuanaya bənzər bitkilər torbalara qoyulmuş qablaşdırılaraq götürülmüşdür. Daha sonra otağın küncündəki sandığın üzərindən boşqabda bitki toxumları aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin toxumların marixuana bitkisinin toxumları olduğunu demiş, aşkar edilmiş toxumlar da müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra sandığın üzərindəki qara rəngli torbanın içərisindən qurudulmuş marixuanaya bənzər, kəskin spesifik iyə malik yaşıl rəngli kütlələr aşkarlanmışdır. Qurudulmuş marixuanaya bənzər kütlələr də müfaviq qaydada qablaşdırılaraq üzəri imzalanaraq ekspertiza üçün götürülmüşdür. Təqsirləndirilən şəxs evində başqa narkotik maddə olub-olmadığı sorğu edildikdə o, qonşu digər otaqda tiryək saxladığını bildirmiş, həmin otağa daxil olduqda Təqsirləndirilən şəxs çarpayının üzərindən qara rəngli çantanı açaraq içərisindən sellofan torbanı təqdim etmişdir. Torba açıldıqda içərisindən qara rəngli 2 ədəd tiryəkəbənzər bərk maddə aşkarlanmışdır.Təqsirləndirilən şəxs həmin maddələrin tiryək olduğunu bildirmiş, aşkar edilmiş 2 ədəd tiryəkə bənzər maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmaqla götürülmüşdür. Daha sonra yenə də həmin yerdən marixuana bitki toxumları aşkarlanmış, toxumlar elektron tərəzidə çəkilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, evinə, həyətinə baxış keçirilən zaman ona heç bir fiziki və sair zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs qarşı onun şərəf və ləyaqətinin alçaldılması ilə müşayiət olunan hərəkətlər edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 05 avqust 2022-ci il tarixdə saat 16:30 radələrində Qəbələ rayon polis şöbəsinin cinayət axtarışı bölməsinə Qəbələ rayon Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin radələrdə Təqsirləndirilən şəxs Qəbələ şəhəri H.Əliyev prospektində piyada hərəkət edərkən özü, Qəbələ RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4, Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 tərəfindən saxlanılmışdır. Ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini izah etmişlər. Bu zaman Təqsirləndirilən şəxs şifahi olaraq həqiqətən də üzərində narkotik vasitə və psixotrop maddə olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələrin üzərindəki qara rəngli çantasında olduğunu bildirmişdir. Ancaq orada narkotik maddə təqdim etməmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış ictimai yer olan, sakinlərin sıx olduğu Qəbələ şəhərinin mərkəzi küçəsi olan H.Əliyev prospektində deyil, Qəbələ rayon polis şöbəsinin inzibati binasında aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs bunu öz şəxsi nüfuzuna xələl gəlməməsi üçün istədiyini demişdir. Razı olmuşlar. Beləliklə, Təqsirləndirilən şəxs onların xidməti avtomobilinə əyləşməyə razılaşmış, xidməti avtomobillə Qəbələ rayon polis şöbəsinə gəlmişlər. Rayon polis şöbəsinə, inzibati binanın birinci mərtəbəsinə təhqiqatçının kabinetinə gəlmişlər. Orada dövlət tərəfindən təyin edilmiş Təqsirləndirilən şəxs müdafiəçisinin, digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilərkən videoçəkiliş aparılır, həmçinin, fotoşəkillər çəkilirmiş. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı barədə şifahi sorğu edilmiş, Təqsirləndirilən şəxs bu zaman üzərində gəzdirdiyi qara rəngli çiynindən asdığı çantasının içərisində psixotrop maddə və narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni təqdim etməsi istənildikdə o razılaşıb çantasının zamokunu açmış, çantanın içərisindən 4 ədəd kibrit qutusu çıxarmışdır. Kibrit qutuları açıldıqda içərisindən yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlələr aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin kütlələrin qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün saxladığını demişdir. Təqsirləndirilən şəxs üzərində başqa narkotik maddə oldub-olmadığı soruşulduqda o, çantanın cibindən bir ədəd şəffaf plastik qab çıxarıb açaraq içərisində tiryək olduğunu demişdir. Qabda 4 ədəd sellofan bükümdə qara rəngli bərk, tiryəkəbənzər maddə aşkarlanmış, Təqsirləndirilən şəxs həmin maddələrin tiryək olduğunu, sonra Təqsirləndirilən şəxs çantadan bir sellofan torba çıxarıb onun içərisindən bir büküm çıxarıb təqdim edərək onun da içərisində tiryək olduğunu bildirmişdir. Həmin sellofan torba açıldıqda içərisindən qara rəngli, bərk tiryəkəbənzər maddə aşkarlanmışdır. Daha sonra Təqsirləndirilən şəxs çantasından başqa bir sellofan torba çıxarıb onun içərisindən 2 ədəd büküm təqdim etmiş. İçərisində ümumilikdə 200 qrama yaxın psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Həmin bükümlər açıldıqda içərisindən kristal formada metamfetaminə bənzər maddələr aşkarlanmışdır. Axtarış davam etdirilərkən həmin çantanın digər cibindən 2 ədəd elektron tərəzi aşkarlanmış, həmçinin çantasından Qarabağ müharibəsi iştirakçısı olduğu üçün dövlət tərəfindən verilmiş 4475 manat pul, sonra çantadan narkotik maddə qəbulu üçün kağız parçası aşkar edilərək götürülmüşdür.Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq cinayət xarakterli hər hansı bir maddə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd tərəzinin nə üçün istifadə etdiyi şifahi sorğu edildikdə o, tərəzilərdən narkotik qəbul edən zaman çəkisini yoxlamaq üçün istifadə etdiyini söyləmişdir. Daha sonra 4 ədəd kibrit qutularında olan qurudulmuş marixuanaya bənzər kütlələr kibrit qutuları ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, onların çəkilərinin hər birinin təxminən 5-10 qram arası olduğu müəyyən edilmişdir. Sonra tiryəkəbənzər maddələr də elektron tərəzidə çəkilmiş, hər biri müxtəlif çəkilərdə olmaqla ümumilikdə təxminən 90 qrama yaxın olduğu, hər 2 ədəd sellofan bükümdə olan metamfetaminə bənzər kristal maddə çəkildikdə isə ümumi çəkisinin təxminən 200 qrama yaxın müəyyənləşdirilmişdir. Aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddəyə bənzər maddələr, həmçinin, Təqsirləndirilən şəxs narkotik maddə qəbulu üçün istifadə etdiyini bildirdiyi kağız parçası, 2 ədəd elektron tərəzilər zərflərə qoyulmuş, DİN-in “103” saylı möhürü ilə möhürlənərək müvafiq qaydada qablaşdırılmış, üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi, həmçinin iştirak edən polis əməkdaşları tərəfindən imzalanmış, ekspertiza üçün götürülmüşdür.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4475 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq başqa yerdə narkotik maddə saxlayıb-saxlamadığı şifahi sorğu edildikdə o yaşadığı Qəbələ rayon Mıxlıqovaq kəndindəki evində sayını bilmədiyi marixuana bitkilərini əkdiyini, həmçinin, evində tiryək saxladığını, həmin bitkiləri və tiryəki könüllü olaraq polis əməkdaşlarına təqdim edə biləcəyini demişdir. Şəxsi axtarış zamanı başqa heç bir əlavə olmamış, təhqiqatçı tərəfindən axtarış və götürmə aparılması haqqında protokol tərtib edilmiş, tərtib edilmiş protokol oxunmuş, Təqsirləndirilən şəxs, müdafiəçisi, həmçinin, digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs təqdim etməsi ilə öz razılıq ərizəsi əsasında onun yaşadığı Qəbələ rayon Mıxlıqovaq kəndindəki bir həyətin qarşısına evə baxış keçirilməsində iştirak etmək üçün gəlmişlər. Yenə də videoçəkiliş aparılır, fotoşəkillər çəkilirdi. Baxışdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri təkrar izah edilmişdir.Həyətin qarşısında Təqsirləndirilən şəxs həyətdə olan bir mərtəbəli qismən təmirli bir evi təqdim edərək həmin evin və həyətin ona məxsus olduğunu demişdir.Təqsirləndirilən şəxs təqdim etməsi ilə özü qapını açarla açaraq pilləkəndən yuxarı qalxdıqda 3 otaqlı evin ortadakı otağını təqdim edən Təqsirləndirilən şəxs həmin otaqda marixuana bitkilərini əkib-becərdiyini demişdir. Otağa daxil olduqda döşəmədə dibçəklərdə həqiqətən də marixuana bitkisinə bənzər bitkilər aşkarlanmışdır. Cəmi 14 ədəd dibçək varmış. İştirak edən mütəxəssis Famil Xitilov bildirmiş ki, bitkilərin dibçəkdə olması, onların diblərinə peyin verilməsi əlamətlərinə görə həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Sonra dibçəklərdəki marixuanaya bənzər bitkilər dibçəklərdən çıxarılaraq sayılmağa başlanmışdır. Həmin bitkilərin sayının 17 ədəd olduğu müəyyən edilmişdir. Həmçinin, həmin bitkilər ayrı-ayrılıqda uzunluqları ölçülmüş, ancaq çox olduğu üçün uzunluqlarını xatırlamır. Marixuanaya bənzər bitkilər torbalara qoyulmuş, DİN-in “103” saylı möhürü ilə möhürlənərək müvafiq qaydada qablaşdırılmış, üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi, həmçinin, iştirak edən polis əməkdaşları tərəfindən imzalanmış, ekspertiza üçün götürülmüşdür. Həmin otağa baxış davam etdirilərkən otağın küncündəki sandığın üzərindən boşqabda bitki toxumları aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin toxumların marixuana bitkisinin toxumları olduğunu demiş, aşkar edilmiş toxumlar da müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra sandığın üzərindəki qara rəngli torbanın içərisindən qurudulmuş marixuanaya bənzər, kəskin spesifik iyə malik yaşıl rəngli kütlələr aşkarlanmışdır.Həmin kütlələr elektron tərəzidə çəkildikdə çəkisinin 130 qramdan bir qədər artıq təşkil etdiyi məlum olmuşdur.Qurudulmuş marixuanaya bənzər kütlələr də müfaviq qaydada qablaşdırılaraq üzəri imzalanaraq ekspertiza üçün götürülmüşdür. Təqsirləndirilən şəxs evində başqa narkotik maddə olub-olmadığı sorğu edildikdə o, qonşu digər otaqda tiryək saxladığını bildirmiş, həmin otağa daxil olduqda Təqsirləndirilən şəxs çarpayının üzərindən qara rəngli çantanı açaraq içərisindən sellofan torbanı təqdim etmişdir. Torba açıldıqda içərisindən qara rəngli 2 ədəd tiryəkəbənzər bərk maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin maddələrin tiryək olduğunu demiş, aşkar edilmiş 2 ədəd tiryəkə bənzər maddələr elektron tərəzidə çəkilmiş, çəkisinin 350 qram olduğu müəyyənləşmişdir. Həmin kütlələr də qablaşdırılaraq üzəri imzalanaraq ekspertiza üçün götürülmüşdür. Daha sonra həmin yerdən marixuana bitki toxumları aşkarlanmış, toxumlar da elektron tərəzidə çəkilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Evə və həyətə baxış zamanı başqa narkotik vasitə və ya cinayət xarakterli predmet aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş, əlavə və düzəliş olmadığından Təqsirləndirilən şəxs, müdafiəçisi, həmçinin, iştirak edən polis əməkdaşları tərəfindən imzalanmış, sonra isə Təqsirləndirilən şəxslə birgə yenə polis şöbəsinə qayıtmışlar. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Qəbələ Rayon Polis Şöbəsinə ünvan 5 ünvanında qeydiyyatda olmaqla Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşayan xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik və psixotop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06-07). Cinayət işinin materiallarında olan 05 avqust 2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, 05 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə öz razılıq ərizəsi əsasında müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əvvəlcə ona üzərində olan əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmiş, sonuncu təklifi qəbul edərək üzərində olan əşyaları könüllü təqdim edəcəyini bildirmiş, sonra üzərində olan göy rəngli çiyin çantasının içərisindən 04 ədəd kibrit qutusundakı qurudulmuş marixuanaya bənzər bitki kütlələrini, 05 ədəd ayrı-ayrı sellofan torbalara bükülmüş tiryəkə bənzər maddələri, 02 ədəd ayrı-ayrı sellofan bükümlərdə olan psixotrop maddə olan metamfetaminə bənzər kristal maddəni və 02 ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra təqdim edilmiş 04 ədəd kibrit qutularına baxıldıqda qutuların içrisində qurudulmuş halda olan marixuanaya bənzər maddə olduğu, 05 ədəd sellofan torbaya bükülmüş vəziyyətdə olan qara rəngli bərk maddənin tiryəkə bənzər maddə olduğu, 02 ədəd ağ sellofan torbaya bükülmüş vəziyyətdə olan ağ rəngli kristal maddənin metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir.Təqsirləndirilən şəxs həmin maddələrin qurudulmuş marixuana, tiryək və metamfetamin olmaqla özünə məxsus olduğunu bildirmişdir. Aşkar edilmiş narkotik vasitələrə, psixotrop maddələrə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Metamfetaminə bənzər maddə ayrı-ayrılıqda 100,1 qram və 99,7 qram, ümumilikdə çəkisinin 199,8 qram, kibrit qutularında olan qurudulmuş marixuanaya bənzər kütlələr kibrit qutuları ilə birgə ayrı-ayrılıqda 5,8 qram, 6,4 qram, 10,3 qram və 10,6 qram olduğu, həmçinin üzərindən aşkar edilmiş 5 ədəd sellofan bükümlərdə olan tiryəkə bənzər maddələrin ayrı-ayrılıqda sellofan torba ilə birgə çəkilərinin 82,9 qram, 4,1 qram, 1 qram, 1 qram, 1 qram təşkil etdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti davam etdirilən zaman həmin çantanın arxa cibindən narkotik vasitənin qəbulu zamanı istifadə etdiyini bildirdiyi kağız parçası, iki ədəd qara və gümüşü rəngli elektron tərəzilər,eləcə də çantanın içərisindən bir ədəd qara rəngli pul qabı aşkar edilmişdir. Pul qabının içərisində 4475 manat pul olduğu, əynindəki şalvarın sağ yan cibində 50 qəpik, 20 qəpik, 10 qəpik, 3 ədəd dəmir pul əskinazı olduğu, əynindəki köynəyin sol döş cibində 2 paket siqaretin olduğu, köynəyin sağ döş cibində isə bir paket siqaret və 2 manat pul əskinazı olduğu aşkar edilmişdir. Aşkar edilmiş pul əskinazları və siqaret paketləri Təqsirləndirilən şəxs özünə qaytarılmış, üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr, narkotik vasitənin qəbulu zamanı istifadə edilən kağız parçası iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmış, üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmiş, üzəri iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs Qəbələ rayon Mıxlıqovaq kəndində yerləşən ona məxsus evdə narkotik vasitə olan çətənə bitkilərini kultivasiya etdiyini, həmin çətənə bitkilərinin bir hissəsini qurudaraq saxladığını, eləcə də həmin evdə narkotik vasitə olan tiryək saxladığını bildirmişdir. Şəxsi axtarış, götürmə və baxış keçirilən zaman fotoşəkillər çəkilmiş, videoçəkiliş aparılmış, fotoşəkillərin əksi çıxarılıb, videoçəkiliş isə 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01 iş vər. 28-44). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı Qəbələ rayon Mıxlıqovaq kəndində yerləşən evinə və həyətyanı sahəyə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01, iş vər. 51). Cinayət işinin materiallarında olan 05 avqust 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 05 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Qəbələ rayon Mıxlıqovaq kəndindəki fərdi yaşayış evinə, həyətinə öz razılıq ərizəsi əsasında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evinin ön hissəsi natamam təmirlidir. Evin giriş qapısı dəmirdən ibarətdir. Həmin qapını Təqsirləndirilən şəxs özündə olan açarla açaraq içəri daxil olmuşdur. Ev giriş hissədən və 3 otaqdan ibarətdir. Təqsirləndirilən şəxs ilk olaraq ortadakı otağı göstərərk həmin otaqda çətənə bitkiləri və qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin otağa daxil olan zaman sol tərəfdə pəncərənin qarşısında süni işıqlandırma şəraitində dibçəklərdə çətənə bitkilərinə bənzər bitki kütlələrinin olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin çətənə bitkilərinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün əkdiyini və ona aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Baxış zamanı 14 ədəd dibçəkdə çətənə bitkilərinə bənzər kütlələr aşkar edilmiş, həmin dibçəklərdən bitki kütlələri kökündən çıxarılaraq sayıldı, uzunluğu və çəkisi müəyyən edilmişdir. Bitki kütlələrinin sayı 17 ədəd olduğu, uzunluqları 39 sm, 35 sm, 42 sm, 42 sm, 40 sm, 44 sm, 49 sm, 51 sm, 52 sm, 52 sm, 53 sm, 58 sm, 62 sm, 63 sm, 67 sm, 65 sm və 80 sm uzunluqda olduğu müəyyənləşmiş, torbalara qoyulub qablaşdırılaraq üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmiş, iştirak edən şəxslər tərəfindən imzalanmış, ümumi çəkisinin 931 qram olduğu müəyyən edilmişdir. Həmin otaqda Təqsirləndirilən şəxs sandığın üzərində boşqabın içərisində çətənə bitkisinin toxumlarının olduğunu bildirmiş,onları təqdim etmiş, həmin toxumların çəkisinin 30 qram olduğu müəyyən edilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs həmin otaqda qara rəngli sellofan torbanı təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu demiş, həmin torba açıldıqda içərisindən yaşıl rəngli, kəskin spesifik iyə malik marixuanaya bənzər bitki kütləsi aşkarlanmışdır. Həmin bitki kütlələri elektron tərəzidə çəkildikdə çəkisinin 133 qram olduğu müəyyən edimişdir. Aşkar edilmiş marixuanaya bənzər kütlə müvafiq qaydada qablaşdırılaraq üzəri iştirak edən şəxslər tərəfindən imzalanmaqla götürülmüşdür. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs evin digər otağında narkotik vasitə olan tiryək, eləcə də çətənə bitki toxumlarının olduğunu bildirmişdir. Həmin otağa qonşu olan digər otağa daxil olduqda çarpayının üzərindəki qara rəngli çantanın içərisindən ağ rəgli sellofan torbanı çıxararaq, həmçinin kiçik kvadrat formalı ağ rəngli plastmas qabda çətənə bitki toxumlarını təqdim etmişdir. Sellofan torba açılaraq içərisinə baxış keçirilən zaman həmin torbanın içərisində qara rəngli narkotik maddə olan bir ədəd böyük və bir ədəd kiçik hissələrdən ibarət tiryəkə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilən zaman çəkisinin 351 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə sellofan torbada qablaşdırılaraq götürülmüş, “103” saylı möhürlə möhürlənmişdir. Daha sonra plastmas qabdakı çətənə toxumları sellofan parçaya qoyularaq elektron çəkilmiş, çəkisinin 10 qram olduğu müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. Sonda tərtib edilmiş baxış protokolu ucadan oxunmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs, həmçinin onun müdafiəçisi, iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Baxış keçirilən zaman fotoşəkillər çəkilmiş, videoçəkiliş aparılmış, fotoşəkillərin əksi çıxarılıb, videoçəkiliş isə 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild İ iş v. 52-74). Cinayət işinin materiallarında olan 05 sentyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə 14:10:12 radələrində iki dəfə olmaqla Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** saylı mobil nömrəsinə 3131 qısa nömrəsindən iki dəfə “HE” mezmunlu mesaj gəlmiş, həmin vaxt +99***-***-**-** saylı mobil nömrə Yevlax rayonu Qaroğlan ərazisində Azercell MMC-yə məxsus anten şəbəkəsində qeydə alınmışdır (cild İ iş v. 160-161). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Qəbələ rayon Mıxlıqovaq kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəyə və evə baxış zamanı yaşadığı evdə süni işıqlandırma vasitəsi ilə işıqlandırılmış 14 ədəd dibçəklərdə 17 ədəd ədəd əkilmiş narkotik tərkibi olan, çətənə (kannabis) bitkisinə bənzər bitki kolları aşkarlanmışdır. Həmin dibçəklərdə olan bitkilərin dibləri yumuşaldılmış, diblərinə təbii peyin tökülərək su verilmiş və xüsusi aqrotexniki qulluq olunmuşdur (cild İ iş v. 79). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası X6 Bölməsindən daxil olmuş 06 avqust 2022-ci il tarixli 17/613 nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində yapışdırılmış kağızda “şübhəli şəxs Təqsirləndirilən şəxs...”yazısı və imzalar olan sintetik kisənin içərisindəki, yaş vəziyyətdə ümumi çəkiləri-775,0 qram olan 17 (on yeddi) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) bitkiləridir. Aqronom(mütəxəssis) Famil Xitilovun 05 avqust 2022-ci il tarixli rəyinə əsasən çətənə(kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan qara rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi 117,17 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan zərfin içərisindəki 04(dörd) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri-3,93 qram, 7,39 qram, 3,35 qram və 7,02 qram ümumi çəkiləri- 21,69 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Həmin zərfin içərisindəki kağız parçasının üzərində narkotik vasitə hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs ...” yazısı və imzalar olan zərfin içərisindəki plastmas qabın içərisində olan sellofan bükümdə, təmiz çəkisi -9,56 qram olan bitki toxumları narkotik təbiətli çətənə(kannabis) bitkisinin toxumlarıdır. Çətənə(kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Çətənə bitkisinin toxumları narkotik vasitələrə aid olmadığından onun çətənə bitkiləri və qurudulmuş marixuanalarla müqayisəli tədqiqatı aparılmadı. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan zərfin içərisindəki sarı rəngli sellofan bükümdə, təmiz çəkisi -22,86 qram olan bitki toxumları narkotik təbiətli çətənə(kannabis) bitkisinin toxumlarıdır. Çətənə(kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Çətənə bitkisinin toxumları narkotik vasitələrə aid olmadığından onun çətənə bitkiləri və qurudulmuş marixuanalarla müqayisəli tədqiqatı aparılmadı. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan zərfin içərisindəki 05(beş) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 82,164 qram, 3,859 qram, 0,929 qram, 0,977 qram və 0,950 qram ümumi çəkiləri - 88,879 qram olan maddələr xaş-xaş bitkisindən kusta üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan göy rəngli sellofan torbanın içərisindəki ağ rəngli sellofan torbada, təmiz çəkisi -350,604 qram olan maddə xaş-xaş bitkisindən kusta üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan zərfin içərisindəki 02(iki) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri-98,033 qram və 97,708 qram, ümumi çəkiləri-195,741 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Şübhəli şəxs Təqsirləndirilən şəxs ...” yazısı və imzalar olan göy rəngli sellofan torbanın içərisindəki 02(iki) ədəd elektron tərəzinin üzərində cüzi miqdarda metamfetamin hissəcikləri vardır.Metamfetamin hissəcikləri cüzi miqdarda olduğundan təmiz çəkisini və təqdim olunmuş metamfetaminlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş 17(on yeddi) ədəd çətənə bitkiləri, 01(bir) ədəd qara rəngli sellofan torbada və 04(dörd) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 05 (beş) ədəd sellofan bükümdə və 01(bir) ədəd sellofan torbada olan tiryəklər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 02(iki) ədəd sellofan bükümdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər (cild İ iş v. 83-88). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1569 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 83) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin təqdim etdiyi 15 sentyabr 2022-ci il tarixli 567 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, o öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altın düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur (cild 02, iş vər. 73- 74). Cinayət işinin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 5(025)-62/2022 nömrəli qərarından görünür ki, polis əməkdaş tərəfindən Təqsirləndirilən şəxs barədə əməliyyat-axtarış tədbirlərinin həyat keçirilməsi haqqında qəbul etdiyi qərar qanuna uyğun hesab edilmişdir (cild İ iş v. 129). Cinayət işinin materiallarında olan Qəbələ Rayon Mərkəzi X4 Şəxs tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞnin Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda deyildir (cild 01, iş vər. 145) Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 237.2.2, 236, 234.4.1 və 234.4.4-cü maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmişdir (cil 02 iş vər. 131-136). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinə ünvan 5 ünvanında qeydiyyatda olmaqla Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşayan xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik və psixotop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs Qəbələ şəhəri Heydər Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirilmiş, müdafiəçi ilə təmin olunmaqla şübhəli şəxs qismində tutulmuş, onun üzərinə müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə keçirilmiş, üzərindən psixotrop maddələr və narkotik vasitələr aşkar olunaraq ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmaqla götürülmüş, daha sonra şəxsin özünün ərizəsi əsasında razılığı ilə özünün, aqronommütəxəssisin, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə yaşadığı evə və həyətinə baxış keçirilmiş və həmin ünvanda narkotik tərkibli bitkilər və narkotik vasitələr aşkar olunmuşdur. Götürülmüş maddələr, bitkilər məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saxlanılması zamanı, habelə üzərindən və Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən evində və evinin həyətindən narkotik vasitələrin və narkotik tərkibli bitkilərin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, əməliyyat axtarış tədbirinin keçirilməsinə dair sözügedən qərar Qəbələ Rayon Məhkəməsinin 5(025)-62/2022 nömrəli 10 avqust 2022-ci il tarixli qərarı ilə də qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, əvvəllər CM-in 234.2 və 234.3-cü maddələri ilə cinayət törətmiş təqsirkar tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci yaxud 234.4.3-cü maddəsi nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1, 234.4.2 yaxud 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməli, belə olan halda əməlin əlavə olaraq CM-in 234.2 və 234.3-cü maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). CM-in 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət sayılır və təqsirli bilinən şəxs üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 237.2.3-cü maddəsinə əsasən isə eyni hərəkətlər külli miqdarda törədildikdə, təqsirli bilinən şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər”in siyahısında çətənə növlü bitkilərin külli miqdarı dedikdə 16 ədəd və ya ondan çox olan sayda bitki olması qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.2, 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü qismən, yəni yalnız CM-in 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilməsi hissəsində qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, bu əvvəlcədən seçilmiş müdafiə taktikasıdır və təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha ağır cəza nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb olunmasından yaxa qurtarmağa çalışmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, onun həmin ifadəsini müdafiə xarakterli ifadə kimi qəbul edir. Ona elan olunan ittihamın əsasına isə şəxsin ibtidai istintaqın ilkin mərhələsində müdafiəçinin də iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi və işin faktiki halları ilə uyğunluq təşkil edən ifadəsini qoyur. Bundan əlavə, təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında cinayət işinin materiallarında olan “Əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında” qərarda yol verilmiş texniki səhvi şişirtməklə onun müdafiə hüququnun pozulduğunu, əldə edilən sübutların polis quramasından ibarət olmasını bildirməklə, irəli sürülən ittihamın əsasını təşkil edən sübutların cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla əldə edildiyini, həmin sübutların sübutlar siyahısından çıxarılmalı olan sübutlar olduğunu qeyt etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası bildirməyi zəruri sayır ki, sözügedən qərarın tarixində yol verilən texniki səhv (əməliyyat-axtarış tədbiri xx.xx.2022-ci il tarixdə keçirilsə də, həmin qərarda tarix kimi xx.xx.2022-ci il göstərilmişdir) əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi zamanı əldə olunan sübutun mötəbərliyinə xələl gətirən, həmin sübutların sübutlar siyahısından çıxarılmasına əsas olan nöqsanlar deyildir. Belə ki, iş materiallarından görünür ki, həqiqətən də əməliyyat məlumatı polis şöbəsinə məhz xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə əmrlə əməliyyat-axtarış qrupu yaradılmış, habelə həmin tarixdə şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış, o cümlədən yaşadığı evinə baxış keçirilmişdir. Həmçinin, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, müstəntiq sözügedən qərarla həmin pozuntuya qiymət vermiş və mexaniki səhvə yol verildiyi göstərilməklə müvafiq qərarın tarixinin xx.xx.2022-ci il tarixli kimi oxunmasının nəzərə alınmasını qeyd etmişdir. Odur ki, bu əsasla qeyd edilən sübutların əldə edilməsində cinayət prosessual qanunvericiliyinin tələblərinin pozulması qənaətinə, o cümlədən müdafiə hüququnun pozulması nəticəsinə gəlmək qeyri-mümkündür. Bundan əlavə, təqsirləndirilən şəxs vəsatət verərək iş üzrə şahid qismində ifadə verən polis əməkdaşlarının ifadələrinə də tənqidi yanaşılmasını, həmin şəxslərin işin nəticəsində maraqlı olduğunu əsas gətirərək sözügedən ifadələrin əsaslı sayılmayaraq sübutlar siyahısından xaric edilməsini xahiş etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, hazırki iş üzrə polis əməkdaşlarının ayrı-ayrılıqda ifadələri iş materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri-digərini tamamladığından, məhkəmə həmin sübutları şübhə doğurmayan və əsaslı sübut kimi qəbul edərək təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı, 1997-ci il təvəllüdlü və 1999-cu il təvəllüdlü uşaqları ilə) birlikdə ünvan 9 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 02, iş vər. 57-59). İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci dərəcəli Qarabağ müharibəsi əlilidir (cild 01, iş vər. 103). Məhkəmə Təqsirləndirilən şəxs Qarabağ müharibəsi əlili olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 206.3.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 09 il müddətdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 32,5, 206.2-ci maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən xx.xx.2021-ci il tarixdə həbsdən azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 148-149). CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Eyni zamanda, həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən isə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə həbsdən azad olunduğundan və CM-in 83-cü maddəsinə əsasən isə məhkumluq müddətinin, yəni ağır cinayətə görə nəzərdə tutulan 06 illik müddət axımının hesablanması həmin tarixdən başladığından, habelə hökm üzrə onun məhkumluğu ödənilmədiyindən və hazırki iş üzrə də ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. Belə olan halda CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivi müəyyən edilir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, habelə cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivinin olmasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin CM-in 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin üçdə ikisindən az olmayan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını, eyni zamanda həmin cəzaların da qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsinə göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 14). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli Qəbələ Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 05.08.202-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 120-121). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin olunan cəzaya daxil edilməli və cəzaçəkmənin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs əlil olduğuna görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilməz və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Qəbələ Rayon Polis Şöbəsində saxlanılan 17 ədəd çətənə bitkiləri, 138,76 qram narkotik vasitə olan qurudulmuş marixuana, 438,883 qram narkotik vasitə olan tiryək, 195,641 qram psixotrop maddə olan metamfetamin və üzərindən aşkar edilmiş 02 ədəd elektron tərəzi, eləcə də təmiz çəkisi 22,86 qram olan narkotik təbiətli çətənə(kannabis) bitkisinin toxumları, 9,56 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 103,65 AZN (bir yüz üç manat, altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Qəbələ Rayon Polis Şöbəsində saxlanılan 17 ədəd çətənə bitkiləri, 138,76 qram narkotik vasitə olan qurudulmuş marixuana, 438,883 qram narkotik vasitə olan tiryək, 195,641 qram psixotrop maddə olan metamfetamin və üzərindən aşkar edilmiş 02 ədəd elektron tərəzi, eləcə də təmiz çəkisi 22,86 qram olan narkotik təbiətli çətənə(kannabis) bitkisinin toxumları, 9,56 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 103,65 AZN (bir yüz üç manat, altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-41/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-41/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver