Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-41/2024 06.05.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1971-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Yevlax şəhəri, Yeni ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, 25 aprel 2023-cü il tarixdə gecə saat 02 radələrində qəsdən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Yevlax şəhəri, C.Cabbarlı küçəsində yerləşən Zərərçəkmiş şəxs2 istifadəsində olan ət kəsimi qəssabxanasının plastik qapısını əlləri ilə fiziki güc tətbiq edərək itələyib açmaqla içəriyə daxil olmuş və oradan divarda quraşdırılmış Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “Supermax” markalı kondisionerin 500 (beş yüz) manat dəyərində olan ön hissə avadanlığını-spliti gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 500 (beş yüz) manat məbləğində maddi ziyan vuraraq saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla qəsdən oğurluq etmişdir. Bundan başqa, o, 25 aprel 2023cü il tarixdə saat 04 radələrində qəsdən qanunsuz olaraq təkrarən saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq məqsədilə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən saxlanc yeri hesab edilən yardımçı tikilinin taxta qapısının qıfılını daşla vuraraq sındırmaqla qapını açıb həmin tikiliyə daxil olaraq oradan Zərərçəkmiş şəxs1 oğlu Əjdər Fətəlizadənin istifadəsində olan 01 ədəd 300 (üç yüz) manat dəyərində olan “ANMİER” markalı velosipedi gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vuraraq saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla qəsdən təkrarən oğurluq etmişdir. Bundan əlavə, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 1115 qram miqdarında narkotik vasitə qurudulmuş marixuananı istintaqla müəyyən olunmayan mənbədən, vaxtda və şəraitdə əldə edib əlindəki sellofan torbada saxlamış, 25 aprel 2023-cü tarixdə saat 11:00 dəqiqədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, Yeni Yevlax küçəsində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində 25 aprel 2023-cü il tarixdə saat 11:55-dən saat 12:25-dək olan müddətdə Yevlax Rayon Polis Şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əlindəki bir ədəd sellofan torbanın içərisindəki digər bir ədəd sellofan torbada qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 1115 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və CM-in 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə isə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 30 ildir narkotik vasitə heroindən istifadə etmiş, lakin narkotik vasitə marixuanadan istifadə etməmiş və istifadəsində mobil telefon nömrəsi olmamışdır. 25 aprel 2023-cü il tarixdə narkotik vasitə əldə etmək üçün velosiped və kondisionerin ön hissəsini götürməklə oğurluq hadisəsini törətmiş, qeyd olunan tarixdə səhər vaxtı hava yenicə işıqlaşan zaman “Neptun” marketin yaxınlığında deyil, yaşadığı evdə tək olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə aparılmışdır. Həmin vaxt onun saxlanılmasında polis əməkdaşı Şahid1 iştirak etməmiş və polis əməkdaşları Kərim Əzimov, Teymur Baxşəliyev və Sərvər Məcnunov iştirak etmişdir. Polis şöbəsinə aparılarkən üzərində narkotik vasitə qurudulmuş marixuana olmamış və həmin narkotik vasitə polis əməkdaşları tərəfindən bilavasitə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmamışdan əvvəl onun üzərinə yerləşdirilmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları Kərim Əzimov, Sərvər Məcnunov və Arif Məhərrəmov tərəfindən təsir-təzyiqlərə məruz qalmış və polis əməkdaşları əlini lentlə bağlayıb onu döydükləri üçün ayaq bağmağında qırıq, qabırğasında və dizində isə xəsarət izləri yaranmışdır. Polis əməkdaşları tərəfindən döyüldüyü üçün narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qalmış və ona qarşı edilən qanunsuzluqlarla bağlı barəsində həbs qətimkan tədbiri seçilən zaman məlumat vermişdir. Habelə sonradan penitensiar müəssisəyə qəbul olunarkən müayinə olunmuş və bu zaman bədəni üzərində xəsarətlər aşkar edilmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə heroin və qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, heç kəsə narkotik vasitə satmamış, habelə həmin narkotik vasitədən pay olaraq və yaxud hər hansı maddi nemət qarşılığında hər hansı şəxsə verməmişdir. 2023-cü ilin mart ayının sonlarında günorta saatlarında Kür çayının Yevlax rayonunun ərazisindən keçən sahilində olan zaman kolluğun arasında bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuananın olduğunu görmüş, həmin narkotik vasitəni özü ilə götürməmiş və qeyd olunan narkotik vasitəni orada gizlətmişdir. Bundan sonra o, 25 aprel 2023-cü il tarixdə saat 02 radələrində Yevlax şəhəri, C.Cabbarlı küçəsi ilə hərəkətdə olarkən yolun solunda olan qəssabxananı görmüş, həmin qəssabxananın qapısının plastik materialdan hazırlandığını görmüş, içəri rahatlıqla girə biləcəyini düşünmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, qəssabxananın qapısını əlləri ilə itələyərək fiziki güc tətbiq edib açmaqla oraya daxil olmuş və oradan kondisionerin ön hissəsini götürüb yaşadığı mənzilə aparmışdır. Daha sonra o, yenidən evi tərk etmiş və həmin tarixdə saat 04 radələrində Yevlax şəhəri, H.Əliyev prospekti ilə hərəkət edərkən orada yerləşən tikilinin qapısının ağac materialdan hazırlandığını, qapının kiçik qıfılla bağlanmış olduğunu görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, yerdən götürdüyü daşla qıfılı qırıb içəriyə daxil olmuş və oradan velosipedi götürüb yaşadığı mənzilə aparmışdır. Bundan bir müddət sonra 25 aprel 2023-cü il tarixdə narkotik vasitəni gizlətdiyi yerə gedərək özü istifadə etmək məqsədilə oradan həmin narkotik vasitəni götürmüş, yaşadığı mənzilə qayıdan zaman Yevlax şəhəri, Yeni Yevlax küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Yevlax Rayon Polis Şöbəsinə getmiş, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əlində olan bir ədəd sellofan torbanın içərisindəki digər bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra həmin narkotik vasitə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşadığı binanın qarşısında, Yevlax şəhəri, H.Əliyev prospektində ağac materialdan hazırlanmış qapısı olan, qıfılla bağlanmış və saxlanc yeri kimi istifadə etdiyi yardımçı tikili vardır. 24 aprel 2023-cü il tarixdə axşam saatlarında həmin tikilinin qapısını qıfılla bağlayaraq yaşadığı mənzilə getmiş və həmin vaxt bütün əşyalar, o cümlədən oğlu X4 “ANMİER” markalı velosipedi orada olmuşdur. 25 aprel 2023-cü il tarixdə səhər saat 07 radələrində binanın həyətində olarkən tikilinin qapısının açıq olduğunu və qıfılın qırıldığını görmüş və tikiliyə daxil olduqda velosipedin orada olmadığı ona məlum olmuşdur. Bundan sonra o, həmin tarixdə saat 09 radələrində Yevlax RPŞ-yə gedərək bu barədə ərizə ilə müraciət etmiş, polis şöbəsinə velosipedi götürməyə getmiş, lakin polis əməkdaşları ona ancaq sənədləşmə aparıldıqdan sonra velosipedi götürə biləcəklərini demişlər. Polis şöbəsinə getməsinin vaxtını ərinin Bakı şəhərinə getməli olduğu vaxta görə xatırlamış və sonradan adını və soyadını xatırlamadığı qonşusunun deməsinə əsasən oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ona məlum olmuşdur. Baş vermiş hadisədən sonra ona dəymiş ziyan tam ödənilmişdir, hazırda Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax şəhəri, C.Cabbarlı küçəsində qəssabxanası, orada isə “Supermax” markalı kondisioner olmuşdur. O, 24 aprel 2023-cü il tarixdə axşam saat 23 radələrində qəssabxananı bağlayaraq yaşadığı mənzilə getmiş və həmin vaxt bütün əşyalar, o cümlədən “Supermax” markalı kondisioner orada olmuşdur. 25 aprel 2023-cü il tarixdə saat 07 radələrində qəssabxanaya gedən zaman qəssabxananın plastik qapısının sərt alətlə güc tətbiq olunaraq açılması və oradan kondisionerin ön hissəsinin oğurlanması ona məlum olmuşdur. Bundan sonra o, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək məlumat vermiş, təxminən 40 dəqiqə sonra adını və soyadını xatırlamadığı polis əməkdaşının deməsinə əsasən oğruluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ona məlum olmuş və bundan sonra isə həmin tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisədən sonra ona dəymiş ziyan tam ödənilmişdir, hazırda Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə 25 aprel 2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olmuş, məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə Yevlax şəhəri, Yeni Yevlax küçəsində saxlanılan zaman heç bir etiraz etməmiş, qaçmağa cəhd göstərməmiş, həmin vaxt sonuncunun bədəni üzərində hər hansı xəsarət olmamış və Yevlax RPŞ-yə gətirildikdən sonra da özünə xəsarət yetirməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs Yevlax RPŞ-yə gətirilmiş, hüquq və vəzifələri izah olunub müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman sonuncunun sağ əlində olan bir ədəd sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin torbadakı maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni bir ay əvvəl Kür çayının sahilindən tapdığını, qeyd olunan narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını və satış məqsədinin olmadığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs oğurluq hadisəsi törətməsi barədə sonradan məlumat əldə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 aprel 2023-cü il tarixli raportdan görünür ki, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 aprel 2023-cü il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması şübhəsi ilə həmin tarixdə saat 11:00-da Yevlax şəhəri, Yeni Yevlax küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 25 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 11:55-dən saat 12:25-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əlində olan bir ədəd sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 25 aprel 2023-cü il tarixli 17/368 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd sellofan torbanın içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlələr” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki digər 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi 1115,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 25 aprel 2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə saat 07:04-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək icarəyə götürdüyü mağazanın qapısının sındırılması yolu ilə oradan 800-900 manat dəyəri olan kondisionerin oğurlanması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş Zərərçəkmiş şəxs2 tərəfindən Yevlax Rayon Polis Şöbəsinə ünvanlanmış 25 aprel 2023-cü il tarixli ərizədən görünür ki, o, icarəyə götürdüyü mağazanın qapısının həmin tarixdə sındırılması yolu ilə oradan 800-900 manat dəyəri olan kondisionerin oğurlanması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 25 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Zərərçəkmiş şəxs2 məxsus mağazadır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 orada olan kondisionerin oğurlanmasını bildirdi. Baxış keçirilən zaman hər hansı dəlil aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 26 aprel 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialın cinayət işinə birləşdirilməsi haqqında 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 əmlakının oğurlanması faktı üzrə toplanmış material Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə araşdırılan cinayət işinə birləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş Zərərçəkmiş şəxs1 tərəfindən Yevlax Rayon Polis Şöbəsinə ünvanlanmış 25 aprel 2023-cü il tarixli ərizədən görünür ki, o, həmin tarixdə ona məxsus olan velosipedin oğurlanması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 25 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 2 ünvanında yerləşən yardımçı tikilidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 orada olan velosipedin oğurlanmasını bildirdi. Baxış keçirilən zaman hər hansı dəlil aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 26 aprel 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 məxsus olan velosipedin Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialın cinayət işinə birləşdirilməsi haqqında 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 əmlakının oğurlanması faktı üzrə toplanmış material Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə araşdırılan cinayət işinə birləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 27 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs oğurluq hadisələrinin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqdim etmə və götürmə aparılması haqqında 27 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı velosipedi və kondisioneri həmin tarixdə təqdim etmiş və qeyd olunan predmetlər müvafiq qaydada götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 27 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış velosiped “ANMİER” markalı, kondisioner isə “Supermax” markalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 29 aprel 2023-cü il tarixli 3-13-11/2-5524/2023 nömrəli məktubundan görünür ki, təqdim edilmiş əl izləri DİN KTİ-nin ADİS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 02 ədədi (d/x Yevlax RPŞdən daxil olan) xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş Zərərçəkmiş şəxs2 sol əlinin orta, adsız (plastik qapının üzərindən) barmaqları ilə və 01 ədəd əl barmaq izi isə xx xxxxx 1971-ci ildə Yevlax şəhərində doğulmuş (DİN KTİ-dən daxil olan) Təqsirləndirilən şəxs sol əlinin böyük (giriş qapısı şüşəsinin üzərindən) barmağı ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında 29 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı verdiyi məlumat əsasında aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmiş və onun xəsarətlər alması faktı üzrə ayrıca icraata material ayrılmaqla Yevlax RPŞ-yə göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 05 iyun 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olması, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı istifadə etmək məqsədi ilə üzərində saxlaması, onun Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yardımçı tikilidən bir velosiped və Yevlax şəhəri, C.Cabbarlı küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus qəssabxanadan bir ədəd kondisioner oğurlaması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 iyun 2023-cü il tarixli 9/3500 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, istifadədə olmuş 01 ədəd 24-lük (24 dyüm) “ANMİER” markalı velosipedin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 120,00 (yüz iyirmi) manat və 40 kvadrat metrlik ərazi üzrə soyutma gücü olan “Supermax” markalı kondisionerin ön hissəsinin (split-otağın içərisində quraşdırılmış hissə) orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 300,00 (üç yüz) manatdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli 1121 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün həmin cinayət işindən ayrıca icraata material ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 01 may 2023-cü il tarixli 2758/23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş 30 oktyabr 2023-cü il tarixli 3-13-117/2- 19069/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-yə gətirilməsi zamanı orada quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülər yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞnin müvəqqəti saxlama yerinə 25 aprel 2023-cü il tarixdə saat 15:15-də gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində “hər iki baldırın ön nahiyəsində sıyrıqlar və qərtmək bağlamış yaralar, sol ayağın İİİ barmağında çəhrayı rəngli qançır izləri” xəsarətləri aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 aprel 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində “hər iki ayağının baldır nahiyəsinin ön səthində sıyrıqlar və qərtmək bağlamış yaralar, sol ayağın 3-cü barmağında qançır izi” xəsarətləri aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 11 may 2023-cü il tarixli 248 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tarixdə məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində “sol ayaq pəncəsinin İİİ barmağının dırnaq falanqasının şişkinliyi, sol baldırın 1/3-nin ön yan səthinin sıyrığı, sağ tərəf döş qəfəsinin qançırı” diaqnozu ilə, 25 aprel 2023-cü il tarixdə küt alətin təsirindən törənmiş, xarakteri və yerləşdiyi nahiyələrə əsasən yıxılma və ya özü-özünə yetirmə nəticəsində törənə bilməsi istisna olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaqın gedişində, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş 25 aprel 2023-cü il tarixdə üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş narkotik vasitənin ona məxsus olmamasını mübahisələndirdiyindən və həmin ittiham üzrə özünü təqsirliyi bilmədiyindən təsvir olunan məsələlərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. CPM-in 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası (bundan sonra – Konvensiya) Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bu səbəbdən Konstitusiyanın 12, 148 və 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq surətdə tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. Qeyd olunan normalar konkret işlərə baxılması zamanı insan hüquq və azadlıqlarına dair məsələlərlə əlaqədar milli hüquq normalarını təfsir edərkən məhkəmələrdən Avropa Məhkəməsinin mövqeyini nəzərə almağı tələb etdiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da bunu ədalət mühakiməsinin həyata keçirilməsi üzrə məhkəmə fəaliyyətinin mühüm aspekti kimi görür. Belə ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 05 nömrəli Qərarının 2ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmaq və bu zaman Avropa Məhkəməsinin təcrübəsinə istinad etmək tövsiyə olunmuşdur. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə ibtidai araşdırma dövründə, yəni ibtidai araşdırmanın ilkin dövründən istintaqın tamamlanmasına qədər olan dövr ərzində toplanılan və yekunda təqsirləndirilən şəxsə müəyyən ittihamın irəli sürülməsi üçün əsas rolunu oynayan sübutlar mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmamalı, həm də bir-biri ilə sıx bağlı olmaqla biri digərini tamamlamalıdır ki, irəli sürülən ittihamın əsasını təşkil edən həmin sübutlar məhkəmə istintaqının yekununda etibarlı sübut kimi özünü doğruldaraq təqsirləndirilən şəxsə elan olunan ittihamın təsdiq olunmasında əsaslı rol oynasın və təqsirləndirilən şəxsin barəsində ittiham hökmünün çıxarılması üçün zəmin yaratsın. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar isə o zaman mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmaz və cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər ki, onlar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş olsun və CPM-in tələblərinə uyğun təqdim edilməklə yoxlanılmış olsun. Məhkəmə kollegiyası CPM-in 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, birbiri ilə müqayisəli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülən ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası hazırki cinayət işi üzrə mövcud materialları araşdırıb qeyd edir ki, cinayət işinin materiallarında olmaqla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən və ittiham aktında öz əksini tapmış sübutlar – cinayət işi başlamamışdan qabaq əməliyyataxtarış fəaliyyətinin subyekti tərəfindən həyata keçirilən tədbir nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən maddi sübutun (narkotik vasitə qurudulmuş marixuananın) aşkar olunduğu 25 aprel 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokol, məhkəmə-bioloji ekspertizasının 25 aprel 2023-cü il tarixli 17/368 nömrəli rəyi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları olan Şahid1 və Şahid2 cinayət işi üzrə şahid qismində dindirilərkən verdikləri ifadələridir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs barəsində CMin 234.1-1-ci maddəsi ilə irəli sürülən ittiham üzrə topladığı sübutların özəyini, yəni yuxarıda qeyd edildiyi kimi bir-biri ilə sıx bağlı olan sübutlar zəncirinin ilk halqasını şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 25 aprel 2023-cü il tarixli protokol təşkil etmiş, həmin prosessual hərəkət cinayət işi üzrə əhəmiyyətli dəlil sayılan maddi sübutun (narkotik vasitə qurudulmuş marixuananın) aşkar olunmasına şərait yaratmış, ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan sübutlar isə (ekspert rəyləri, şahid ifadələr və s.) onların, yəni həmin sübutların ətrafında birləşməklə və onu tamamlamaqla yekunda Təqsirləndirilən şəxs barəsində sözügedən ittihamın irəli sürülməsi üçün zəmin rolunu oynayan sübutlar zəncirini formalaşdırmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1-ci maddəsi irəli sürülən ittiham üzrə ibtidai istintaq orqanı tərəfindən toplanılmış sübutlara ayrı-ayrılıqda münasibət bildirmədən öncə, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 25 aprel 2023-cü il tarixli protokol tərtib olunanadək əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın əməkdaşlarının hərəkətlərinə diqqət yetirməyi zəruri saymışdır. Sözügedən mərhələnin məhkəmə istintaqı zamanı ətraflı araşdırılması cinayət işi üzrə obyektiv həqiqətin müəyyən olunmasında son dərəcə vacib rol oynamışdır. Belə ki, cinayət işinin materiallarında olan və cinayət işi üzrə sənədləşmənin aparıldığı rəsmi məlumatlardan (raport, qərar və s.) görünür ki, 25 aprel 2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 11:00-da Yevlax şəhəri, Yeni Yevlax küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, daha sonra həmin tarixdə müdafiəçi ilə təmin olunmaqla saat 11:50-də şübhəli şəxs qismində tutulmuş və azadlığının faktiki olaraq məhdudlaşdırıldığı həmin tarixdə saat 11:00-dan tutulmuş hesab olunmuş, qeyd olunan tarixdə saat 11:55-dən saat 12:25-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış və bu zaman cinayət işi üzrə maddi sübut kimi tanınan, hazırkı ittihamın əsasını təşkil edən bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan rəsmi sənədlərdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılma vaxtı kimi, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxt kimi 25 aprel 2023-cü il tarixdə saat 11:00 radələri, habelə şübhəli şəxs qismində tutulduğu vaxt kimi qeyd olunan tarixdə saat 11:50 radələri göstərilsə də məhkəmə istintaqı ilə əslində onun azadlığının faktiki məhdudlaşdırılmasının, yəni polis əməkdaşları tərəfindən saxlanılmasının hazırkı cinayət işi üzrə rəsmi sənədlərdə göstərilənlərdən bir neçə saat öncə, daha dəqiq göstərilən tarixdə saat 08 radələrində olduğu müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs sərbəst ifadəsində 25 aprel 2023-cü il tarixdə səhər vaxtı hava yenicə işıqlaşan zaman “Neptun” marketin yaxınlığında deyil, yaşadığı evdə tək olan zaman Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının onu saxlayaraq Yevlax RPŞ-yə apardığını və həmin tarixdən və vaxtdan faktiki olaraq saxlanıldığını bildirmiş, onun ifadəsində göstərdiyi bu xüsusatları məhkəmə istintaqı zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öz ifadələri ilə təsdiq etmişlər. Odur ki, yuxarıda qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs saxlanılma vaxtı ilə bağlı Şahid1 və Şahid2 qeyd etdiklərinə tənqidi yanaşır və göstərilən xüsusatla bağlı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini əsaslı sayaraq Təqsirləndirilən şəxs elan olunan bəraətin əsasına qoyur. Beləliklə, məhkəmə istintaqı ilə gəlinən nəticə və müəyyən olunan hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç də 25 aprel 2023-cü il tarixdə saat 11:00 radələrində deyil, məhz həmin tarixdə saat 08 radələrində saxlanılmış, yəni faktiki olaraq tutulmuşdur. CPM-in 147.1-ci maddəsinə əsasən cinayət prosesində tutulma yalnız cinayəti törətməkdə şübhəli olan şəxsə, ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma tətbiq oluna bilər. CPM-in 147.2-ci maddəsinə əsasən isə tutulma şəxsin cinayət törətməsinə şübhə yarandıqda, bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda tətbiq edilir. Habelə CPM-in 147.4-cü maddəsində göstərilmişdir ki, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 153.1-ci maddəsində isə göstərilmişdir ki, cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Habelə CPM-in 153.2-ci maddəsində tutulmuş şəxsin malik olduğu hüquqlar, həmçinin tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşlarının vəzifələri sadalanmış və göstərilmişdir ki, tutulmadan dərhal sonra şəxsə tutulmanın əsasları bildirilməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməli, tutulmuş şəxs təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirilməli, tutulma faktı qeydə alınmalı, protokollaşdırılmalı və o, tutulma protokolu ilə tanış edilməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməli, bununla yanaşı tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək, şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq, tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq və s. hüquqları təmin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı nəticəsində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhz 25 aprel 2023-cü il tarixdə saat 08 radələrində saxlanılması, yəni azadlığının faktiki məhdudlaşdırılması müəyyən olunsa da, cinayət işinin materiallarından göründüyü kimi, onun azadlığının faktiki məhdudlaşdırılması həmin tarixdə saat 11:00 radələrində, şübhəli şəxs qismində tutulması isə göstərilən tarixdə saat 11:50-də rəsmiləşdirilmiş və protokolda azadlığının məhdudlaşdırıldığı 25 aprel 2023-cü il tarixdə saat 11:00-da şübhəli şəxs qismində tutulmuş hesab olunması qeyd edilmişdir. Göründüyü kimi, məhkəmə istintaqı zamanı gəlinən qənaətə əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 25 aprel 2023-cü il tarixdə saat 08 radələrində saxlanılmaqla həmin saatdan etibarən şübhəli şəxs statusunda olmuş, buna baxmayaraq qeyd olunan tarixdə 11:00-dək qanunla ona tanınan fundamental hüquqlardan istifadə edə bilməmiş, ona belə bir şərait yaradılmamış, yəni özünə və yaxın qohumlarına qarşı ifadə verməmək və müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməmiş, tutulması barədə yaxınlarına xəbər vermək, müdafiəçi ilə təmin olunmaq və s. hüquqları təmin edilməmiş (protokolda müvafiq qeydlər edilmədiyi üçün hansı yaxın qohumuna və hansı vasitə ilə dərhal məlumat verilib-verilməməsini və ya ümumiyyətlə məlumat verilibverilməməsini müəyyən etmək mümkün olmamış, lakin arvadı X1 şəxsin saxlanılması 25 aprel 2023-cü il tarixdə saat 11:50-də sənədləşdirildikdən sonra həmin tarixdə məktubla məlumat verilmiş, məktubun aidiyyəti şəxsə nə vaxt çatdığını müəyyən etmək mümkün olmamışdır), habelə tutulma faktı qeydə alınmamış, protokollaşdırılmamış, tutulma faktı barədə dərhal ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməmişdir (ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora şəxsin saxlanılması 25 aprel 2023-cü il tarixdə saat 11:50-də sənədləşdirildikdən sonra həmin tarixdə məktubla məlumat verilmiş, məktubun aidiyyəti şəxsə nə vaxt çatdığını müəyyən etmək mümkün olmamışdır). Məhkəmə istintaqı ilə bütün bu sadalanan halların müəyyən olunması, yəni Təqsirləndirilən şəxs faktiki olaraq 25 aprel 2023-cü il tarixdə saat 08 radələrində saxlanılması, həmin faktın baş verməsi ilə onun qeydiyyata alınmaqla rəsmiləşdirilənədək olan 03 saatlıq vaxt boşluğunun mövcudluğu və həmin müddət ərzində ona qanunla tanınan heç bir hüququnun realizə edilməsinə imkan yaradılmaması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsası qismində çıxış edən və onun barəsində hazırkı cinayət təqibinin başlanmasına səbəb olmaqla mövcud sübutlar zəncirinin əsas halqasını təşkil edən narkotik vasitə qurudulmuş marixuananın aşkar olunması prosesinin etibarlılığına dair ciddi şübhələr yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-yə gətirildikdən sonra uzun müddət orada saxlanılmasını, polis əməkdaşları tərəfindən tutulan zaman üzərində narkotik vasitə qurudulmuş marixuananın olmamasını, polis şöbəsində olarkən polis əməkdaşları Kərim Əzimov, Sərvər Məcnunov və Arif Məhərrəmov tərəfindən təsirtəzyiqlərə, işgəncəyə məruz qalmasını, polis əməkdaşlarının əlini lentlə bağlayıb onu döydükləri üçün ayaq bağmağında qırıq, qabırğasında və dizində isə xəsarət izlərinin yaranmasını, polis əməkdaşları tərəfindən döyüldüyü üçün məcbur olub narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olması barədə etirafedici ifadələr verməsi haqqında məsələ qaldırdığından, dolayısı ilə də müdafiə tərəfinin sübutlar bazasının məhz bu yolla yaradıldığını qeyd etdiyindən, məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuananın aşkar olunması ilə bağlı əsaslı şübhələr yaranmışdır və Avropa Məhkəməsinin bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə kollegiyası sözügedən məsələnin həlli zamanı daxili qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin presedentlərinə müraciət edilməsinin zəruri olduğu qənaətinə gəlir və məhz hazırkı iş üzrə əldə olunan sübutları bu aspektdən qiymətləndirərək aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1ci maddəsi ilə ittiham irəli sürülmüşdür. İbtidai istintaq orqanının ittiham aktında əks etdirdiyinə görə Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 1115 qram miqdarında narkotik vasitə qurudulmuş marixuananı istintaqla müəyyən olunmayan mənbədən, vaxtda və şəraitdə əldə edib əlindəki sellofan torbada saxlamış, 25 aprel 2023-cü tarixdə saat 11:00 dəqiqədə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, Yeni Yevlax küçəsində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində 25 aprel 2023-cü il tarixdə saat 11:55-dən saat 12:25-dək olan müddətdə Yevlax Rayon Polis Şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əlindəki bir ədəd sellofan torbanın içərisindəki digər bir ədəd sellofan torbada qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 1115 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə kollegiyası irəli sürülən ittihama münasibət bildirərək qeyd edir ki, həmin cinayət işi üzrə müəyyən olunan hallar Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” iş və “Salayev Azərbaycana qarşı” iş üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası Avropa Məhkəməsinin qəbul etdiyi qeyd olunan qərarlarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarlarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə Konvensiyanın 3 və 6-cı maddələrinin pozuntularını müəyyən edərək göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V). Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərərçəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X2rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ). Məhkəmə, inter alia, qəsdən, bir neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərərçəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Həmçinin məhkəmə qeyd etmişdir ki, “polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87ci bənd). Məhkəmə əlavə olaraq göstərmişdir ki, “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009). Beləliklə, mövcud sübutları qiymətləndirən məhkəmə göstərmişdir ki, ərizəçinin pis rəftara məruz qoyulması ölkə məhkəmələrinin qərarları ilə açıq şəkildə etiraf edilmişdir. Məhkəmə bu qərarlardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Məhkəmə bununla bağlı hesab edir ki, ərizəçi 17 mart 2005-ci il tarixdə pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilmişdir. Xüsusilə, 20 mart 2005-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyi onun boyun nahiyəsində ağır küt predmetlə yetirilmiş oval formalı qançırın olduğunu və bunun yetirilmə vaxtının 17 mart 2005-ci il tarixə uyğun gəldiyini təsdiq etmişdir. Məhkəmə sözü gedən xəsarətin ərizəçini polis şöbəsinə salan zaman yetirildiyi ilə bağlı hökumətin arqumentini qəbul edə bilməz. Əslində məhkəmə-tibb ekspertizasının rəyində açıq şəkildə göstərilmişdir ki, xəsarət “çəkmə” nəticəsində deyil, ağır küt predmet vasitəsilə yetirilmişdir. Hər bir halda məhkəmə ərizəçi qaçmağa səy göstərdiyi üçün ona qarşı güc tətbiqinin əsaslı olduğu və həddini aşmadığı ilə bağlı hökumətin arqumentini qəbul edə bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçinin həbsi və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda qaçmağa səy göstərdiyi və ya həbs zamanı polisə müqavimət göstərdiyi ilə bağlı hər hansı qeyd yoxdur. Bundan əlavə, ərizəçinin polisə qarşı zor işlətdiyi və ya həbsi zamanı, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, barəsində şikayət verilmiş pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Beləliklə də Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Həmçinin həmin qərarda Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı da qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Eyni zamanda həmin qərarda Konvensiyanın 6-cı maddəsinin tələblərinin pozulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X10rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X8rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX). Prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008). Qeyd edilən işin konkret hallarına gəlincə məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq (bax: yuxarıda qeyd edilmiş “Bıkov” işi, 90-cı bənd və “Lisica Xorvatiyaya qarşı” (Lisica v. Croatia, no. 20100/06, §§ 51-54, 25 February 2010) qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 17 mart 2005-ci il tarixdə polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab etmişdir ki, yuxarıdakı mülahizələr məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilməsi müəyyən edilmişdir. Bundan başqa, “Salayev Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 09 noyabr 2010-cu il qərarında məhkəmə Konvensiyanın 5-ci maddəsinin pozuntularını müəyyən edərək göstərmişdir ki, 5-ci maddənin 1-ci bəndində yer alan “qanuni” və “qanunla müəyyən olunmuş qayda” ifadələri mahiyyətcə milli qanunvericiliyi bildirir və oradakı maddi və prosessual normalara riayət etmək öhdəliyini bəyan edir. Adətən daxili qanunvericiliyi şərh və tətbiq etmək ilk növbədə dövlət orqanlarının, xüsusən də məhkəmələrin vəzifəsi olsa da, 5-ci maddənin 1-ci bəndinə aid olan hallarda həmin qanunvericiliyə riayət edilməməsi Konvensiyanın pozuntusuna səbəb olduqda vəziyyət başqa cürdür. Belə hallarda Məhkəmə milli qanunvericiliyə riayət edilib-edilmədiyini yoxlamaq üçün müəyyən səlahiyyətini tətbiq edə bilər və etməlidir (digər qərarlar arasında bax: Duiyeb (Douiyeb) Niderlanda qarşı [Böyük Palatanın qərarı], № 31464/96, 44-45-ci bəndlər, 4 avqust 1999-cu il). Lakin milli qanunvericiliyə riayət edilməsi kifayət deyil: 5-ci maddənin 1-ci bəndi bundan əlavə tələb edir ki, hər hansı azadlıqdan məhrumetmə 5-ci maddənin məqsədinə, yəni fərdləri özbaşınalıqdan qorumaq məqsədinə uyğun olmalıdır. Burada əhəmiyyət kəsb edən məsələ təkcə şəxsin “azadlıq hüququ” deyil, həm də “toxunulmazlıq hüququdur” (digər qərarlar arasında bax: Botsano (Bozano) Fransaya qarşı, 18 dekabr 1986-cı il, 54-cü bənd, A Seriyaları, № 111; və Vassink (Wassink) Niderlanda qarşı, 27 sentyabr 1990-cı il, 24-cü bənd, A Seriyaları, № 185-A). Bu bir təməl prinsipdir ki, heç bir əsassız həbs 5-ci maddənin 1-ci bəndinə uyğun ola bilməz və 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan həbsin “əsassızlığı” anlayışının hüdudları həbsin milli qanunvericiliyə uyğunluğu anlayışından genişdir; belə ki, azadlıqdan məhrumetmə daxili qanunvericilik baxımından qanuni olsa da, əsassız ola və beləliklə də Konvensiyaya zidd ola bilər (bax: Saadi (Saadi) Birləşmiş Krallığa qarşı [Böyük Palatanın qərarı, № 13229/03, 67-ci bənd, AİHM 2008-...). Qeyd edilən işin konkret halına gəlincə məhkəmə qeyd etmişdir ki, birincisi, şikayətçinin MTN-in binasına dəqiq surətdə nə vaxt daxil olduğunu müəyyən edəcək. İkincisi, o, şikayətçinin sözügedən müddətdə faktiki olaraq “azadlıqdan məhrum edilibedilmədiyini” müəyyən edəcək. Əgər belədirsə, sonda o, həmin azadlıqdan məhrumetmənin “qanunilik” tələblərinə uyğunluğunu müəyyən edəcək. Görünür, tərəflər razılaşırlar ki, şikayətçi könüllü surətdə 27 oktyabr 2005-ci ildə səhər MTN-in binasına gəlib. Lakin şikayətçinin MTN-in binasına dəqiq surətdə nə vaxt daxil olması məsələsində tərəflər arasında fikir ayrılığı var, şikayətçi iddia edir ki, oraya saat 10-da daxil olub, Hökumət isə iddia edir ki, şikayətçi oraya saat 10:45-də daxil olub. Şikayətçinin MTN-in binasına daxil olduğu vaxtı müəyyən edərkən Məhkəmə belə hesab edir ki, Hökumətin mövqeyini təsdiqləyən hər hansı rəsmi sənəd olmadığı halda şübhə şikayətçinin xeyrinə həll olunmalıdır, çünki münasib və inandırıcı sübutlarla təsdiqlənən saatbasaat təfsilatlı hesabat təqdim etmək vəzifəsi öncə Hökumətin üzərinə düşür. Məhkəmə qeyd edir ki, bununla bağlı aydın müraciətinin olmasına baxmayaraq, Hökumət müvafiq sənədlərin hər hansı surətlərini, məsələn, şikayətçinin dindirilmək üçün MTN-in binasına gəlməsi barədə çağırış vərəqəsinin surətini, dindirmənin və sözügedən üzləşdirmənin protokolunun surətini, şikayətçinin şübhəli şəxs qismində həbsə alınması barədə protokolun tam surətini və ya şikayətçinin həbsə alınması ilə bağlı hər hansı digər sənədi təqdim etməyib. Beləliklə, Hökumətin öz faktoloji iddiasını təsdiq edən inandırıcı və münasib sübut təqdim edə bilmədiyini nəzərə alaraq, Məhkəmə razılaşır ki, şikayətçi faktiki olaraq MTN-in binasına 27 oktyabr 2005-ci ildə təxminən saat 10-da daxil olub. Daha sonra müəyyənləşdirmək lazımdır ki, orada olduğu müddətdə şikayətçi azadlıqdan məhrum edilmişdimi”? Bununla bağlı Məhkəmə bir daha bildirir ki, azadlıqdan məhrumetmənin baş verib-vermədiyini müəyyən etmək üçün başlanğıc nöqtəsi kimi müvafiq fərdin konkret vəziyyəti götürülməli konkret halda ortaya çıxan müxtəlif amillərin məcmusu, məsələn, sözügedən tədbirin növü, davametmə müddəti, nəticələri və tətbiq edilmə üsulu nəzərə alınmalıdır (bax: Qutsardi (Guzzardi) İtaliyaya qarşı, 6 noyabr 1980-ci il, 92-ci bənd, A Seriyaları, № 39). Мəhkəmə zahiri əlamətlərin arxasındakı məqamlara baxmalı və barəsində şikayət edilən situasiyanın reallıqlarını araşdırmalıdır (bax: Van Droogenbrok (Van Droogenbroeck) Belçikaya qarşı, 24 iyun 1982-ci il, 38-ci bənd, A Seriyaları, № 50). Hətta şəxs özü könüllü gələrək həbsə alınmasını istədikdə belə, azadlıq hüququ həmin şəxsin 5-ci maddənin müdafiəsindən yararlanmaq imkanını itirməsinə yol verməyəcək dərəcədə vacib hüquqdur (bax: De Vilde, Ooms və Versip Belçikaya (De Wilde, Ooms and Versyp) Belçikaya qarşı, 18 iyun 1971-ci il, 65-ci bənd, A Seriyaları, № 12). Мəhkəmə qeyd edir ki, şikayətçi dindirilmək üçün könüllü gəlib. Şikayətçinin MTN-in binasına gəlişindən sonra baş vermiş hadisələrə gəldikdə, şikayətçinin dindirilməsi və üzləşdirilməsi barədə hər hansı protokol olmadığına, yaxud onun MTN-in binasına gəlişindən sonra hər hansı prosessual hərəkətlər həyata keçirilmədiyinə görə bu hadisələrin dəqiq hallarını müəyyən etmək çətindir. Мəhkəmə daha sonra qeyd edir ki, şikayətçinin qolları qandallanmasa da, o, qapalı kameraya salınmasa da və ya hər hansı başqa formada fiziki məhdudiyyətlərə məruz qalmasa da, görünür, ailə üzvləri ilə və ya özünün seçdiyi vəkillə əlaqə yaratmaq imkanına malik olmayıb. Bu məsələ ilə bağlı Мəhkəmə Hökumətin belə bir arqumentini qəbul edə bilməz ki, şikayətçi şahid otağında yerləşdirilib və həmin otaqda telefon xətti olub. Hadisələrin bu fərziyəsi şikayətçinin dövlət tərəfindən təyin olunmuş vəkillə təmin olunması faktına və onun vəziyyəti ilə bağlı həmin vəkilin qeydlərinə ziddir (yuxarıda 33-cü bəndə bax). Üstəlik, Hökumət öz arqumentini təsdiqləyən hər hansı sübut təqdim etməyib. Məhkəmə həmçinin Hökumətin bu arqumentini də qeyri-real hesab edir ki, şikayətçinin şübhəli şəxs qismində qırx səkkiz saat müddətinə həbsə alınması barədə protokol tərtib edilənə qədər şikayətçi MTN-in binasını tərk etməkdə sərbəst olub. Konkret olaraq, şikayətçi MTN-in binasını tərk etməkdə həqiqətən sərbəst idisə, Hökumət şikayətçinin hər hansı səbəb olmadan nəyə görə saat 14:30-dan 17:10-dək (hadisələrə dair Hökumətin versiyasına əsasən, dindirmənin başa çatdığı vaxtdan üzləşdirmənin başlandığı vaxtadək olan dövr) MTN-in binasında qaldığına dair ağlabatan izahat təqdim etməyib. Uyğun olaraq, Məhkəmə hesab edir ki, 27 oktyabr 2005-ci ildə təxminən saat 10dan şikayətçi 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan mənada “azadlıqdan məhrum edilib”. Uyğun olaraq, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub. Hazırki iş üzrə məhkəmənin gəldiyi qənaətə əsasən Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə saat 08 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, həmin vaxtdan saat 11:00-dək orada heç bir hüququ təmin edilmədən, saxlanılma faktı qeydiyyata alınmadan saxlanılmış, qeyd olunan tarixdə saat 11:50-də barəsində şübhəli şəxsin tutulması haqqında protokol tərtib olunmuş, göstərilən tarixdə saat 11:55-dən saat 12:25-dək olan müddət ərzində üzərində müdafiəçinin də iştirakı ilə şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq və Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın onun saxlanılmasından dərhal sonra həyata keçirilmədiyi mübahisə doğurmur. Bu şəxsi axtarış onun saxlanıldığı vaxt deyil, saxlanılmasından 2-3 saat sonra aparılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi və orada saxlanılması müddətini araşdıraraq və Avropa Məhkəməsinin “Salayev Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-yə gətirilməsi vaxtı və orada saxlanılması müddəti də mübahisə doğurur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 25 aprel 2023-cü il tarixdə səhər vaxtı hava yenicə işıqlaşan zaman saxlanıldığını bildirmiş, qərəzsizliyi şübhə doğurmayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilərkən verdikləri ifadələrində Təqsirləndirilən şəxs ifadəsinə oxşar ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Belə ki, Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilərkən verdiyi ifadəsində 25 aprel 2023-cü il tarixdə səhər saat 07 radələrində velosipedin oğurlanmasının ona məlum olduğunu, bundan sonra həmin tarixdə saat 09 radələrində Yevlax RPŞ-yə gələrək bu barədə ərizə ilə müraciət etdiyini, polis şöbəsinə velosipedi götürməyə getdiyini, lakin polis əməkdaşlarının ona ancaq sənədləşmə aparıldıqdan sonra velosipedi götürə biləcəklərini dediklərini, polis şöbəsinə getməsinin vaxtını ərinin Bakı şəhərinə getməli olduğu vaxta görə xatırladığını, sonradan adını və soyadını xatırlamadığı qonşusunun deməsinə əsasən oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin ona məlum olduğunu qeyd etmişdir. Bu hissədə qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı 25 aprel 2024-cü il tarixdə verdiyi izahatında həmin tarixdə səhər saat 07 radələrində velosipedin oğurlanmasının ona məlum olduğunu demiş, lakin həmin cinayət işi üzrə ibtidai istintaq zamanı 26 aprel 2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində dindirilərkən verdiyi ifadəsində velosipedin oğurlanmasının 25 aprel 2023-cü il tarixdə səhər saat 10 radələrində ona məlum olduğunu bildirmişdir. Məhkəmə bununla bağılı hesab edir ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində dindirilərkən verdiyi ifadəsində oğurluq hadisəsinin baş verməsinin ona məlum olması vaxtı ilə bağlı təhrifə yol verilmişdir. Əks halda Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində dindirilən zaman velosipedin oğurlanmasının 25 aprel 2023-cü il tarixdə səhər saat 10 radələrində ona məlum olduğunu bildirdiyi təqdirdə sonuncuya izahatı ilə ifadəsi arasında qeyd olunan ziddiyyətlə bağlı sual verilər və bu dəqiqləşdirilərdi. Lakin bununla bağlı həmin ifadədə müvafiq dəqiqləşdirmə aparılmamışdır. Məhz Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də velosipedin oğurlanmasının 25 aprel 2023-cü il tarixdə səhər saat 07 radələrində ona məlum olduğunu bildirməklə dolayısı ilə də Təqsirləndirilən şəxs polis əməkdaşlarının qeyd etdiyi kimi göstərilən tarixdə saat 11:00 radələrində deyil, həmin vaxtdan əvvəlki müddətdə saxlanıldığını təsdiq etmişdir. Habelə Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilərkən verdiyi ifadəsində 25 aprel 2023-cü il tarixdə saat 07 radələrində “Supermax” markalı kondisionerin ön hissəsinin oğurlanmasının ona məlum olduğunu, bundan sonra bu barədə Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək məlumat verdiyini, bundan təxminən 40 dəqiqə sonra adını və soyadını xatırlamadığı polis əməkdaşının deməsinə əsasən oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin ona məlum olduğunu qeyd etməklə dolayısı ilə də Təqsirləndirilən şəxs polis əməkdaşlarının qeyd etdiyi kimi göstərilən tarixdə saat 11:00 radələrində deyil, həmin vaxtdan əvvəlki müddətdə, daha dəqiqi 08 radələrində saxlanıldığını təsdiq etmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 25 aprel 2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə saat 07:04-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək icarəyə götürdüyü mağazanın qapısının sındırılması yolu ilə oradan 800-900 manat dəyəri olan kondisionerin oğurlaması barədə məlumat vermişdir. Məhz qeyd olunanlar da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 25 aprel 2023-cü il tarixdə saat 11 radələrində deyil, həmin tarixdə saat 08 radələrində saxlanıldığını təsdiq edir. Eləcə də Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş 30 oktyabr 2023-cü il tarixli 3- 13-117/2-19069/23 nömrəli məktubda Təqsirləndirilən şəxs Yevlax RPŞ-yə gətirilməsi zamanı orada quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərin olmadığı qeyd olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 25 aprel 2023-cü il tarixdə saat 11 radələrində deyil, həmin tarixdə saat 08 radələrində saxlanılmaları şübhə doğurmur və bu halla bağlı mübahisə olmasına baxmayaraq, Təqsirləndirilən şəxs Yevlax RPŞ-yə gətirilməsi və orada saxlanılması zamanı polis şöbəsində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə müvafiq videogörüntülərin qeydə alınmaması məhkəmədə olan olan şübhələri daha da artırmışdır. Göstərilənlərlə məhkəmədə şübhə doğuran səmərəli şəkildə araşdırmanın aparılmaması, cinayət işi üzrə işin tam, hərtərəfli və obyektiv araşdırılması baxımından zəruri olan şəxslərin ətraflı dindirilməmələridir. Məhz yuxarıda qeyd olunanlar, habelə hazırkı halda Təqsirləndirilən şəxs saxlanılması ilə onun üzərində şəxsi axtarışın aparılması arasındakı təxminən 2-3 saat vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı məhkəmə heyətində haqlı şübhələr yaratmışdır. Belə ki, bu vaxt ərzində Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsində olmaqla tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə şəxsi axtarışın Təqsirləndirilən şəxs saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli Qərarında da xüsusilə vurğulanmışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən faktiki olaraq 25 aprel 2023-cü il tarixdə saat 08 radələrində saxlanılmasını və üzərində şəxsi axtarış aparılanadək keçən müddət ərzində, yəni 2-3 saat müddət ərzində polisin nəzarətində qalmasını əsas götürərək, həmçinin üzərində aşkar olunmuş maddi sübutun (narkotik vasitə qurudulmuş marixuananın) onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanının ittiham aktında əks etdirdiklərinə əsasən Təqsirləndirilən şəxs əleyhinə ittiham aktında istinad olunan və ittihamın əsasını təşkil edən sübut maddi sübutun (narkotik vasitə qurudulmuş marixuananın) aşkar olunduğu şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 25 aprel 2023-cü il tarixli istintaq hərəkətinin protokolu, polis əməkdaşları Şahid1 və Şahid2 şahid qismində dindirilərkən verdikləri ifadələri və Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsidir. Qeyd olunanlarla bağlı ittiham aktında istinad olunan sübutlara ayrı-ayrılıqda qiymət verən və Konvensiyanın 6-cı maddəsinin müddəlarına ibtidai araşdırma dövründə də əməl olunması ilə bağlı, habelə ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs bədəni üzərində “hər iki baldırın ön nahiyəsində sıyrıqlar və qərtmək bağlamış yaralar, sol ayağın İİİ barmağında çəhrayı rəngli qançır izləri” xəsarətləri o, ilk dəfə 27 aprel 2023-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman, “sol ayaq pəncəsinin İİİ barmağının dırnaq falanqasının şişkinliyi, sol baldırın 1/3-nin ön yan səthinin sıyrığı, sağ tərəf döş qəfəsinin qançırı” xəsarətləri isə o, 11 may 2023-cü il tarixdə məhkəmə-tibb ekspertizasından keçirilən zaman aşkar olunmuşdur və bu hal mübahisə doğurmur. Belə ki, cinayət işinin materiallarında olan “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində “hər iki baldırın ön nahiyəsində sıyrıqlar və qərtmək bağlamış yaralar, sol ayağın İİİ barmağında çəhrayı rəngli qançır izləri” xəsarətləri aşkar edilmiş və sonuncu həmin xəsarətlərin 25 aprel 2023cü il tarixdə həbs olunan zaman yarandığını bildirmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 aprel 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində “hər iki ayağının baldır nahiyəsinin ön səthində sıyrıqlar və qərtmək bağlamış yaralar, sol ayağın 3-cü barmağında qançır izi” xəsarətləri aşkar edilmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 11 may 2023-cü il tarixli 248 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tarixdə məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində “sol ayaq pəncəsinin İİİ barmağının dırnaq falanqasının şişkinliyi, sol baldırın 1/3-nin ön yan səthinin sıyrığı, sağ tərəf döş qəfəsinin qançırı” diaqnozu ilə, 25 aprel 2023-cü il tarixdə küt alətin təsirindən törənmiş, xarakteri və yerləşdiyi nahiyələrə əsasən yıxılma və ya özü-özünə yetirmə nəticəsində törənə bilməsi istisna olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmiş və sonuncu həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yumruq zərbələri, habelə dəyənəklə vurulması nəticəsində əmələ gəldiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi işindən surəti çıxarılaraq cinayət işinin materiallarına əlavə olunmuş izahatından görünür ki, o, 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman bədən səthində aşkar olunmuş xəsarətlərin 25 aprel 2023-cü il tarixdə həbs olunan zaman yarandığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı dindirilərkən verdiyi ifadəsində polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qaldığını, polis əməkdaşlarının əlini lentlə bağlayıb onu döydüklərini, nəticədə ayaq bağmağında qırıq, qabırğasında və dizində xəsarətlərin yarandığını, 2 saylı İstintaq Təcridxanasına daxil olan zaman, habelə sonradan məhkəmə-tibb ekspertizasından keçirilərkən bədəni üzərində xəsarətlərin aşkar olunduğunu və həmin xəsarətlərin polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində yarandığını dediyini qeyd etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 11:50-də şübhəli şəxs qismində tutularaq polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmış, 27 aprel 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdə 2 saylı İstintaq Təcridxanasına qəbul olunmuşdur. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman səhhətində heç bir problem olmamış, bədənində hər hansı xəsarət olmamış, nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmamış, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Belə ki, nə sonuncunun saxlanılaraq polis şöbəsinə gətirilməsi barədə əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilən 25 aprel 2023-cü il tarixli raportda bu barədə heç bir məlumat əks etdirilməmiş, o cümlədən cinayət işi üzrə şahidlər olan polis əməkdaşları ifadələrində də belə bir halın baş verdiyini qeyd etməmişlər, həmçinin Təqsirləndirilən şəxs polis əmədaşlarına qarşı zor işlətdiyi və ya tutulan zaman, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Təqsirləndirilən şəxs bədənində aşkar olunan xəsarətlərlə bağlı Yevlax Rayon Prokurorluğunda aparılan araşdırma nəticəsində 29 may 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Avropa Məhkəməsi öz qərarlarında müəyyən etdiyi presedent hüququnda belə məqamlarda ibtidai istintaqı aparan orqandan asılı olmayan müstəqil qurum tərəfindən səmərəli rəsmi araşdırmanın aparılmasını, dövlət orqanlarının daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərilməsini və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalarını, hadisə ilə bağlı sübutların toplanmasını, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımların atılmasının vacib olduğunu göstərməsinə baxmayaraq, sözügedən qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlarla bağlı prokurorluq orqanlarında ətraflı araşdırma aparılmamış, ilk növbədə Təqsirləndirilən şəxs, daha sonra polis əməkdaşları Şahid1, Kərim Əzimov və Sərvər Məcnunovun izahatları alınmış, Təqsirləndirilən şəxs bədənində mövcud olan xəsarətlərin hansı vaxtda və şəraitdə yetirilməsinin müəyyən edilməsi məqsədilə səmərəli araşdırma aparılmamış, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə hansı tarixdə gətirilməsini müəyyən etmək üçün “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı” götürülərək araşdırılmamış, Təqsirləndirilən şəxs polis şöbəsinin müvəqqəti saxlama yerinə yerləşdirilərkən onun müayinə olunub-olunmamasını və bu zaman bədəni üzərində xəsarətlərin aşkar olunubolunmamasını aşkar etmək üçün “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı” götürülərək baxış keçirilməmiş, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına qəbul olunarkən onun müayinə olunub-olunmamasını və bu zaman bədəni üzərində xəsarətlərin aşkar olunub-olunmamasını müəyyən etmək üçün “Məhkumun tibbi kitabçası” müvafiq sorğu verilərək götürülməmiş, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə qəbul edən həmin yerin rəisi çağırılaraq izahatı alınmamış, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə yerləşdirilərkən sonuncunun bədəni üzərində hər hansı xəsarətin aşkar edilməməsinə və “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nda müvafiq qeydin olunmasına baxmayaraq, sonradan Təqsirləndirilən şəxs polis əməkdaşlarının nəzarətin çıxıb 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman bədəni üzərində xəsarətlərin aşkar olunmasına, daha sonra isə sonuncu məhkəmə-tibb ekspertizasından keçirilərkən bədəni üzərində xəsarətlərin aşkar olunmasına baxmayaraq, müvafiq xəsarətlərin hansı şəraitdə yaranması araşdırılmamış və nəticədə yalnız Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş, habelə digər polis əməkdaşlarının izahatları əsas götürülməklə 83-C-23 nömrəli material üzrə cinayət tərkibi olmadığından, CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Yuxarıda sadalananların müqabilində, yəni Təqsirləndirilən şəxs saxlanıldığı 25 aprel 2023-cü il tarixdən etibarən 27 aprel 2023-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına qəbul olunanadək polis əməkdaşlarının nəzarəti altında olması, saxlanıldığı zaman, həmçinin saxlanıldıqdan sonrakı müddət ərzində onun bədənində hər hansı xəsarətlərin olmasına dair müvafiq sənədlərdə qeydin olmaması, habelə nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmaması, polis əməkdaşlarına heç bir müqavimət göstərməməsi müqabilində Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nda onun bədən səthində hər hansı xəsarətin aşkar olunmaması barədə qeydin edilməsinə baxmayaraq, sonradan 27 aprel 2023-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunması nəticəsində onun bədən səthində “hər iki baldırın ön nahiyəsində sıyrıqlar və qərtmək bağlamış yaralar, sol ayağın İİİ barmağında çəhrayı rəngli qançır izləri” xəsarətlərinin, habelə 11 may 2023-cü il tarixdə məhkəmə-tibb ekspertizasından keçirilən zaman bədənində “sol ayaq pəncəsinin İİİ barmağının dırnaq falanqasının şişkinliyi, sol baldırın 1/3-nin ön yan səthinin sıyrığı, sağ tərəf döş qəfəsinin qançırı” xəsarətlərinin aşkar olunması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək polis şöbəsində olduğu müddətdə pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələrin yaranmasına səbəb olmuşdur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Avropa Məhkəməsinin yaratdığı presedent hüququndan görünür ki, polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, şöbədən azad olunan zaman isə bədənində xəsarət müəyyən edildikdə, bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır. Hazırkı halda da cinayət işinin materiallarında mövcud olan sübutlar, xüsusən də Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunması zamanı bədəni üzərində hər hansı xəsarətin aşkar olunub-olunmamasını əks etdirən “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan 25 aprel 2023-cü il tarixə olan çıxarış sonuncunun bədən səthində hər hansı xəsarətin aşkar olunmamasını əks etdirdiyi halda, akt və “Məhkumun tibbi kitabçası”ndan çıxarış Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına qəbul olunması zamanı bədəni üzərində “hər iki baldırın ön nahiyəsində sıyrıqlar və qərtmək bağlamış yaralar, sol ayağın İİİ barmağında çəhrayı rəngli qançır izləri” xəsarətlərinin, məhkəmə-tibb ekspertizasının 11 may 2023-cü il tarixli 248 nömrəli rəyi isə Təqsirləndirilən şəxs bədənində “sol ayaq pəncəsinin İİİ barmağının dırnaq falanqasının şişkinliyi, sol baldırın 1/3-nin ön yan səthinin sıyrığı, sağ tərəf döş qəfəsinin qançırı” xəsarətlərinin olmasını təsdiq edir. Göründüyü kimi Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdə polis əməkdaşlarının nəzarətindən çıxıb 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman onun bədən səthində aşkar olunmuş “hər iki baldırın ön nahiyəsində sıyrıqlar və qərtmək bağlamış yaralar, sol ayağın İİİ barmağında çəhrayı rəngli qançır izləri” xəsarətlərindən heç biri onun polis şöbəsinin müvəqqəti saxlama yerinə qəbul olunması zamanı bununla bağlı qeydlərin edilməli olduğu “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan 25 aprel 2023-cü il tarixə olan çıxarışda göstərilməmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə polis şöbəsinə gətirilən zaman onun bədəni üzərində hər hansı xəsarət olmamış və sonuncu sonradan 27 aprel 2023-cü il tarixdə polis əməkdaşlarının nəzarətindən çıxıb X5 qəbul olunan zaman və 11 may 2023-cü il tarixdə məhkəmə-tibb ekspertizasından keçirilərkən onun bədən səthində xəsarətlər aşkar olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, baxmayaraq ki, prokurorluq orqanının qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı müdafiə tərəfi mübahisələndirməyib, həmin qərar hazırda qüvvədədir, qeyd olunan qərar cinayət prosessual qanunvericiliyin əsas prinsip və şərtləri pozulmaqla qəbul edildiyindən məhkəmə üçün preyudisial əhəmiyyətli ola bilməz. Belə ki, CPM-in 9-cu maddəsində bu Məcəllənin 10-36-cı maddələrində cinayət mühakimə icraatının əsas prinsip və şərtlərinin öz əksini tapdığı göstərilmiş, həmin prinsip və şərtlərin cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən etdiyi, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etdiyi və hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən etdiyi açıq şəkildə qeyd edilmişdir. CPM-in 9.2-ci maddəsində isə göstərilmişdir ki, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. CPM-in qanunçuluq prinsipini təsbit edən 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Konstitusiyanın, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Odur ki, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı yol verilən bu nöqsanlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində təsir və təzyiqlərə məruz qalmışdır. Beləliklə, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs təsir və təzyiqlərə məruz qalması ilə bağlı gəlinən qənaətə əsaslanan məhkəmə kollegiyası bununla əlaqədar sonuncunun müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara şübhə ilə yanaşaraq qeyd edir ki, məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs faktiki olaraq saxlanılmasının cinayət işinin materiallarına əsasən rəsmiləşdirildiyi vaxtdan, yəni 25 aprel 2023-cü il tarixdə saat 11:00-dən saatlar öncə (2-3 saat öncə) baş verməsinə dair gəlinən nəticə, habelə sözügedən zaman kəsiyində onun polis əməkdaşlarının nəzarətində, yəni Yevlax Rayon Polis Şöbəsində olmaqla heç bir hüququ, hətta ən fundamental hüquq olan müdafiə hüququ təmin olunmadan polis əməkdaşlarından asılı vəziyyətdə, onların ixtiyarında və əhatəsində olması fonunda onun həmin vaxt fiziki və psixi təsirə məruz qalması ehtimalı, eyni zamanda şəxsin polis əməkdaşları tərəfindən faktiki saxlanılması ilə onun saxlanılmasının rəsmiləşdirilməsi arasında keçən 2-3 saatlıq vaxt boşluğu məhkəmə heyətində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuananın aşkar olunması ilə bağlı, həm də onun tərəfindən etirafedici ifadələr verilməsi üçün ona təsirlərin olunması ilə bağlı əsaslı şübhələr yaratmışdır ki, qeyd edilən səbəbdən məhkəmə sonuncunun müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara, habelə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən qeyd etdiklərinə tənqidi yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Həmçinin CPM-in 126.6-cı maddəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs işə mahiyyəti üzrə məhkəmədə baxılarkən polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd etdikləri iş üzrə məhkəmə istintaqının gedişində müəyyən olunan işin obyektiv halları ilə, habelə məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri ilə yanaşı, cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla üst-üstə düşərək bir-birini tamamladığından, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələrini əsaslı sayır və ona elan olunan bəraətin əsasına həmin ifadələri qoyur. Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs əleyhinə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin başlanmasının təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlı olması xüsusilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalmasını, sözügedən narkotik vasitənin onun üzərinə yerləşdirilməsini və təsir nəticəsində qorxub etirafedici ifadələr verməsini iddia etdiyini nəzərə alaraq daha aydın təzahür edirdi. Odur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğundan, yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sözügedən polis əməkdaşlarının da ifadələri əsaslı sübut növü kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Cinayət işinin materiallarında olan ayrı-ayrı ekspert rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşkar olunan kütlənin narkotik vasitə qurudulmuş marixuana olması ilə bağlı ekspert rəyi həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə əhəmiyyət kəsb edir. Hazırkı halda isə sözügedən narkotik vasitənin aşkar olunması prosesi məhkəmə tərəfindən bütünlükdə etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə olmasını təsdiq edən sübut rolunu oynayır. Digər bir ekspert rəyi, yəni şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi ilə bağlı qənaəti formalaşdıran məhkəmənarkoloji ekspertizanın rəyi də, yalnız faktı, yəni şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi faktını təsdiq edir. Bu sübut da yalnız digər sübutlarla birgə götürüldükdə əhəmiyyət kəsb etmiş olur. Habelə məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş Yevlax Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 may 2023-cü il tarixli qərarına da münasibət bildirərək qeyd edir ki, sözügedən qərar yalnız Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində polis əməkdaşları tərəfindən fiziki təsirə və işgəncəyə məruz qalmamasına dair gəlinən nəticəni əks etdirir və həmin qərarın məhkəmənin hazırkı iş üzrə məhkəmə istintaqı ilə müəyyən etdiyi məhkəməyədək icraat dövründə yol verilmiş kobud prosessual pozuntuların fonunda Təqsirləndirilən şəxs bəraət verməsi ilə bağlı gəldiyi qənaətə heç bir təsiri yoxdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların cinayət işinə birləşdirilməsi haqqında 26 aprel 2023-cü il tarixli qərarlardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əmlaklarının oğurlanması faktı üzrə toplanmış materiallar Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə araşdırılan cinayət işinə birləşdirilmişdir. Lakin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrinə tövsif edilmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əmlaklarının oğurlanması faktı üzrə toplanmış materiallar Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə araşdırılan cinayət işinə 26 aprel 2023-cü il tarixdə birləşdirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs əməlləri CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrinə materialların cinayət işinə birləşdirildiyi 26 aprel 2023cü il tarixdən bir gün əvvəl olmaqla 25 aprel 2023-cü il tarixdə tövsif edilmişdir. Qeyd olunanlara əsasən bu hal da məhkəmədə şübhə yaradır. Eləcə də məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs1 əmlakının oğurlanması faktı üzrə toplanmış materialda olan Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixli izahatından görünür ki, sonuncu həmin izahatında 25 aprel 2023-cü il tarixdə gecə vaxtı Zərərçəkmiş şəxs1 əmlakını oğurlayaraq yaşadığı mənzilə apardığını, səhər tezdən isə polis əməkdaşlarının onun yaşadığı mənzildən velosipedi götürüb polis şöbəsinə daşıdığını qeyd etmişdir. Lakin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqdim etmə və götürmə aparılması haqqında 27 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı velosipedi və kondisioneri polis əməkdaşlarına həmin tarixdə təqdim etmiş və qeyd olunan predmetlər müvafiq qaydada götürülmüşdür. Göründüyü kimi rəsmi sənəd olan təqdim etmə və götürmə aparılması haqqında 27 aprel 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs oğurladığı velosiped və kondisioneri həmin tarixdə təqdim etdiyi və qeyd olunan predmetlər göstərilən tarixdə götürüldüyü halda, sonuncunun 26 aprel 2023-cü il tarixdə verdiyi izahatına əsasən polis əməkdaşları velosipedi təqdim etmə və götürmənin aparıldığı 27 aprel 2023-cü il tarixdən bir gün əvvəl olmaqla 26 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzildən polis şöbəsinə daşımışlar. Qeyd olunanlara əsasən məhkəmə həmin məsələyə də şübhə ilə yanaşır. CPM-in 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 350.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Bundan əlavə, “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, CM-in 234.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində həmin maddə üzrə ittiham hökmünün çıxarılması mümkün deyildir və ona görə də Təqsirləndirilən şəxs qeyd edilən maddə üzrə bəraət verilməlidir. Məhkəmə daha sonra ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etməsi ittihamı ilə bağlı aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirliyi bilərək 25 aprel 2023-cü il tarixdə saat 02 radələrində Yevlax şəhəri, C.Cabbarlı küçəsində yerləşən qəssabxanaya daxil olaraq kondisionerin ön hissəsini oğurlayıb yaşadığı mənzilə apardığını, daha sonra isə yenidən həmin tarixdə saat 04 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən tikiliyə daxil olub oradan velosipedi oğurlayıb yaşadığı mənzilə aparmaqla təkrarən oğurluq hadisəsini törətdiyini etiraf etmişdir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan başqa, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005ci il tarixli 01 nömrəli Qərarının (bundan sonra – Qərar) 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Bu Qərarın 7-ci bəndinə əsasən, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Bu Qərarın 17-ci bəndinə əsasən, CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. CM-in 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. Bu Qərarın 19-cu bəndinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Bu Qərarın 20-ci bəndinə əsasən, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Bu Qərarın 21-ci bəndinə əsasən, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Bu Qərarın 26-cı bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Göründüyü kimi, Təqsirləndirilən şəxs mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt əvvəlcə Zərərçəkmiş şəxs2 məxsus olan, daha sonra isə təkrarən olmaqla Zərərçəkmiş şəxs1 məxsus olan saxlanc yerinə daxil olmaqla Zərərçəkmiş şəxs1 məxsus olan 01 ədəd 120 (yüz iyirmi) dəyərində olan “ANMİER” markalı velosipedi və Zərərçəkmiş şəxs2 məxsus olan “Supermax” markalı kondisionerin 300 (üç yüz) manat dəyərində olan ön hissə avadanlığını-spliti oğurlaması onun məhz təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərə məxsus olan əmlakları oğurlamasını, yəni özgənin əmlaklarını gizli olaraq talamasını təsdiq edir. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs əməlinin CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə düzgün olsa da oğurlanmış əmlakların dəyəri ilə bağlı bağlı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham yanlış olmuşdur. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 iyun 2023-cü il tarixli 9/3500 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, istifadədə olmuş 01 ədəd 24lük (24 dyüm) “ANMİER” markalı velosipedin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 120,00 (yüz iyirmi) manat və 40 kvadrat metrlik ərazi üzrə soyutma gücü olan “Supermax” markalı kondisionerin ön hissəsinin (split-otağın içərisində quraşdırılmış hissə) orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 300,00 (üç yüz) manatdır. Lakin Təqsirləndirilən şəxs qarşı qeyd olunan maddələrlə irəli sürülmüş ittiham üzrə əmlakların qiymətləndirilməsi zərərçəkmiş şəxslərin ifadələrinə əsasən müəyyən olunmuş, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı 26 aprel 2023-cü il tarixdə verdiyi ifadəsində ona məxsus olan və oğurlanmış “ANMİER” markalı velosipedin qiymətinin 300 (üç yüz) manat olduğunu, digər Zərərçəkmiş şəxs2 isə ibtidai istintaq zamanı həmin tarixdə verdiyi ifadəsində ona məxsus olan və oğurlanmış “Supermax” markalı kondisionerin ön hissəsinin-splitin qiymətinin 500 (beş yüz) manat olduğunu qeyd etmişdir. Məhz ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdə CM-in 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edib ona həmin maddələr ilə ittiham elan edən zaman hələ məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmədiyi və müvafiq rəyi əldə etmədiyi üçün təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda oğurlanmış əmlakların dəyəri ilə bağlı zərərçəkmiş şəxslərin ifadələrində qeyd etdikləri məbləğləri əsas götürmüşdür. Lakin sonradan ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əmlakların pərakəndə satış (sərbəst satış) qiymətlərinin müəyyən olunması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edib 05 iyun 2023-cü il tarixli 9/3500 nömrəli rəyi əldə etməsinə və oğurlanmış əmlakların dəyəri ilə bağlı həmin rəylə zərərçəkmiş şəxslərin ifadələri arasında əhəmiyyətli fərqin olmasına baxmayaraq, ibtidai istintaq orqanı sübutların qiymətləndirilməsi haqqında 10 iyul 2023-cü il tarixli qərarında oğurlanmış əmlakların dəyəri ilə bağlı zərərçəkmiş şəxslərin ifadələrində qeyd etdiklərinin mötəbərliyə uyğun olduğunu və əmlakın real qiymətinə uyğunluq təşkil etdiyini hesab edərək məhz oğurlanmış əmlakların dəyəri ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının qeyd olunan rəyi ilə müəyyən olunmuş məbləğləri deyil, zərərçəkmiş şəxslərin ifadələrində qeyd etdikləri məbləğləri əsas götürmüş və qeyd olunan səbəbdən də təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan etməmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, CPM-in 264.1ci maddəsinə əsasən ekspertiza elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tələb edildikdə cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə aparılır. CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Göründüyü kimi, ibtidai istintaq orqanı oğurlanmış əmlakların dəyəri ilə bağlı ekspert rəyi ilə razılaşmaması qənaətinə gəlsə də, bunu qərarında kifayət qədər əsaslandırmamış, ətraflı şəkildə əks etdirməmiş və formal əsaslara istinad etməklə qərarda şablon-ümumi ifadələrdən istifadə etməklə kifayətlənmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, oğurlanmış əmlakların dəyəri ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 iyun 2023-cü il tarixli 9/3500 nömrəli rəyi ilə müəyyən olunmuş hallar əsas götürülməli və istifadədə olmuş 01 ədəd 24lük (24 dyüm) “ANMİER” markalı velosipedin orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 120,00 (yüz iyirmi) manat və 40 kvadrat metrlik ərazi üzrə soyutma gücü olan “Supermax” markalı kondisionerin ön hissəsinin (split-otağın içərisində quraşdırılmış hissə) orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 300,00 manat (üç yüz) olması qəbul edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə aşağıdakılar başa düşülməlidir: təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan norması tətbiq olunur; ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamın qeyd edilən şəkildə dəyişdirilməsi onun müdafiə hüquqlarını pozmur, dəyişdirilmiş ittiham daha ağır cinayətin əlamətlərinə malik deyil, faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənmir və faktiki hallar baxımından ittihamın həcmini genişləndirmir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə gecə saat 02 radələrində qəsdən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Yevlax şəhəri, C.Cabbarlı küçəsində yerləşən Zərərçəkmiş şəxs2 istifadəsində olan ət kəsimi qəssabxanasının plastik qapısını əlləri ilə fiziki güc tətbiq edərək itələyib açmaqla içəriyə daxil olmuş və oradan divarda quraşdırılmış Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “Supermax” markalı kondisionerin 300 (üç yüz) manat dəyərində olan ön hissə avadanlığını-spliti gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vuraraq saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla qəsdən oğurluq etmişdir. Bundan başqa, o, 25 aprel 2023-cü il tarixdə saat 04 radələrində qəsdən qanunsuz olaraq təkrarən saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq məqsədilə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən saxlanc yeri hesab edilən yardımçı tikilinin taxta qapısının qıfılını daşla vuraraq sındırmaqla qapını açıb həmin tikiliyə daxil olaraq oradan Zərərçəkmiş şəxs1 oğlu Əjdər Fətəlizadənin istifadəsində olan 01 ədəd 120 (yüz iyirmi) manat dəyərində olan “ANMİER” markalı velosipedi gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 120 (yüz iyirmi) manat məbləğində maddi ziyan vuraraq saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla qəsdən təkrarən oğurluq etmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsifi düzgün hesab olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yaşamışdır, yaşayış yeri üzrə mənfi səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 ünvan 8 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs2 ünvan 9 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Yevlax Rayon Məhkəməsinin 25 yanvar 2011-ci il tarixli hökmünün surətindən və Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 03 iyul 2023-cü il tarixli 177/2 nömrəli görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 25 yanvar 2011-ci il tarixli hökmünə əsasən CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin 31 oktyabr 2013-cü il tarixli qərarı ilə həmin cəza 01 il müddətə islah işləri cəzası ilə əvəz edilmiş və cəzasını 03 dekabr 2014-cü il tarixdə çəkib qurtarmışdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törədənədək azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyindən və həmin məhkumluğu ödənildiyindən onun sonradan qeyd olunan cinayət əməllərini törətməsi cinayətlərin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini isə CM-in 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cəzanı yüngülləşdirən halların olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, ictimai təhlükəliliyi yalnız maddi ziyanla bağlı olan cinayət törətməsini, onun hadisədən sonrakı hərəkətlərini, yəni zərərçəkmiş şəxslər ilə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və tələblərinin olmamasını, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, CM-in 60-cı maddəsinin tələblərini və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, həmin şəxs qeyd olunan cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 177.2.2 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlləri az ağır cinayətlər təsnifatına aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 25 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 25 aprel 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdən 06 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 11 (on bir) gün cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 02 (iki) il 22 (iyirmi iki) gün müəyyən olunaraq ona təyin ediləcək cəzadan çıxılmalıdır. Habelə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyi üçün dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilməli və polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzanın icrası onun yaşadığı yer üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eləcə də məhkəmə qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs üzərinə səhhəti ilə bağlı tibb müəssisəsinə müraciət etmə halları istisna olmaqla məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1114,90 qram narkotik vasitə qurudulmuş marixuana onun əldə olunma mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilməli və ibtidai araşdırmanın davam etdirilməsi üçün saxlanılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk və əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “ANMİER” markalı velosipedin Zərərçəkmiş şəxs1, 01 ədəd “Supermax” markalı kondisionerin ön hissəsinin-splitin isə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 84,55 (səksən dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən və təqsirli bilindiyi hissədə 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməli, Təqsirləndirilən şəxs bəraət aldığı hissədə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat təşkil edən digər ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdən 06 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 11 (on bir) gün cəzaçəkmə müddətinə daxil edilsin və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 02 (iki) il 22 (iyirmi iki) gün müəyyən olunaraq hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq 05 (beş) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyi üçün dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilsin və polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin, cəzanın icrası onun yaşadığı yer üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə səhhəti ilə bağlı tibb müəssisəsinə müraciət etmə halları istisna olmaqla yaşadığı Yevlax rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1114,90 qram narkotik vasitə qurudulmuş marixuana onun əldə olunma mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilsin və ibtidai araşdırmanın davam etdirilməsi üçün saxlanılsın, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk və əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın, bir ədəd “ANMİER” markalı velosipedin Zərərçəkmiş şəxs1, bir ədəd “Supermax” markalı kondisionerin ön hissəsinin-splitin isə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən və təqsirli bilindiyi hissədə 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün, Təqsirləndirilən şəxs bəraət aldığı hissədə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat təşkil edən digər ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-41/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-41/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver