Məhkəmə qərarları › İş №1(091)-42/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-42/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-42/2022 17.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamını müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi: – Şəki Regional Vəkil Bürosunun vəkili X6, zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi: Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1995-ci ildə Oğuz rayonu Zərrab kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Oğuz rayonu Zərrab kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25.05.2021-ci il tarixdə saat 23 radələrində ailə üzvləri ilə birlikdə Oğuz rayonu Tayıflı kəndində yaşayan bacısı Şahid2 evinə getmiş, orada sonuncunun qonşusu Zərərçəkmiş şəxs evin içərisində zalda kreslonun arxasında gizlənmiş vəziyyətdə aşkar etmiş, daha sonra Zərərçəkmiş şəxs bacısı ilə intim əlaqədə olduğunu zənn edərək qısqanclıq zəminində Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib bu məqsədlə seyvanda olan ailə üzvlərini yola salıb ağac götürərək evin içinə zala qayıtmış, həmin ağacla və daha sonra yumruqla Zərərçəkmiş şəxs sifətinə zərbə endirmiş, Zərərçəkmiş şəxs qaçmağa cəhd göstərsə də onu tutaraq seyvana çıxarmış, burada mətbəx bıçağı ilə bir dəfə onun sağ sağrı nahiyəsinə zərbə endirmiş, lakin bıçağın tiyəsi qırılmış, Zərərçəkmiş şəxs yenidən qaçmaq istəsə də buna imkan verməyərək onu evin pilləkənlərinin qarşısına yıxmış, burada termonun üzərində olan kasa ilə onun başına bir dəfə zərbə endirmiş, bundan sonra isə sapı taxtadan olan beli götürərək Zərərçəkmiş şəxs ağrı və iztirab çəkməklə yalvarışlarına məhəl qoymadan müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək sonuncunun başına və bədənin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirmiş, daha sonra məişət təyinatlı qayçı ilə sağ sağrı nahiyəsinə zərbələr vuraraq ona hər iki gözün buynuz qişasına qansızma, başın sol və sağ gicgah, sol təpə, ənsə nahiyəsinin, alının sağ yuxarı hissəsinin, burunun, üzün, hər iki almacıq nahiyəsinin, sağ bazunun arxa aşağı 1/3-nin, sağ dirsək nahiyəsinin, sol əlin üst səthinin, sağ mil bilək oynağının bayır tərəfinin, döş qəfəsinin sağ yuxarı nahiyəsinin, sağ çiyinin ön səthinin, sol kürək, oma və bel nahiyəsinin, sol dizin bayır tərəfinin, sol baldırın ön yuxarı, orta, aşağı və bayır aşağı 1/3-nin sıyrıqları, başın sağ və sol təpə nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən 21 ədəd, üzün və başın dərialtı hematoması, burunun, sağ baldırın ön yuxarı 1/3-nin əzilmiş yarası, sağ sağrı nahiyəsinin 5 ədəd deşilmiş-kəsilmiş yaraları kimi birlikdə və ayrı-ayrılıqda ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan 8 ədəd, hər iki almacıq sümüyünün, üst çənənin yerdəyişən sınıqları, orbitanın alt və yan divarının sınığı, burun sümüyünün yerdəyişən sınığı, sol İX qabırğanın sınığı kimi birlikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan 6 ədəd, baş beyinin əzilməsi, baş beyinin qişalarına və yan mədəciklərinə qansızma, pnevmahemotoraks, ağ ciyərlərin əzilməsi kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan 4 ədəd, ümumilikdə 39 ədəd xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs öldüyünü zənn edib oradan uzaqlaşmış, lakin sonuncu vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25.05.2021-ci il tarixdə anası Zəminə Yusifovanın doğum günü ilə əlaqədar həmin gün günorta saatlarında evlərində qonaqlıq olmuş, Oğuz rayonu Tayıflı kəndində yaşayan bacısı Vəfa Əliyeva ad gününə gələ bilmədiyi və sonuncunun əri hərbi xidmətdə olması ilə əlaqədar evində olmadığı üçün atası Dağlar Əliyev, anası Zəminə Əliyeva, arvadı Xanım Əliyeva və dayısı oğlu Şahid1la birlikdə evdən yeyib-içmək götürüb həmkəndliləri Haldunun taksi kimi idarə etdiyi “VAZ-2106” markalı avtomobili ilə Kərimli kəndinə gəlib oradakı mağazadan ərzaq aldıqdan sonra saat 23 radələrində Tayıflı kəndinə bacısının yaşadığı evə getmişlər. Evə qabaqda daxil olarkən bacısı uşaqlarının otaqda yatdığını, lakin bacısı Vəfanın orada olmadığını görmüş, sonra Vəfa digər otaqdan çıxaraq onunla görüşmüşdür. Atası, arvadı və dayısı oğlu Qalib də onun arxası ilə evə daxil olmuş, bacısı çıxan otağa girmək istəsələr də sonuncu həmin otaqda işığın yanmadığını bildirərək otağın qapısına stul qoymuşdur. Bacısının bu cür hərəkəti onu şübhələndirmiş, onlar seyvanda oturub söhbət edən zaman həmin otağa daxil olub alışqanın işığını yandıraraq, salonda kreslonun arxasında sonradan bacısıgilin qonşusu və adının İmran olduğu bildiyi şəxsi görmüşdür. İşığı İmranın üzünə salaraq evdən çölə çıxmış, atası getməli olduqlarını deyəndə bacısı həyətində çoxalmış otu biçdikdən sonra orada qalıb səhər gələcəyini demişdir. Valideynləri və arvadı gəldikləri taksi ilə getdikdən sonra həyətdən ağac götürüb evə qayıtmış, bu zaman bacısı Vəfa onun qarşısını kəsərək uşaqları olduğunu və heç nə etməməsini ondan xahiş etmişdir. Bacısının sifətindən bir dəfə yumruqla vurmuş, bundan sonra uşaqlar oyanıb ağladıqlarına görə uşaqlar olan otağa keçmişdir. İmranı gördüyü otağa daxil olduqda sonuncunun divanın arxasından çıxdığını görmüş, İmran ona nə istəyirsə verəcəyini deyərək buraxmasını xahiş etmişdir. Bu sözlər onu daha da özündən çıxararaq əlində olan ağacla İmranın sifətindən bir dəfə vurmuş, zərbənin təsirindən ağac qırılmaqla İmran arxa-arxaya gedib kreslonun üzərinə oturmuşdur. İmran yenidən durub üzərinə gələndə yumruqla İmranın sifətinə vurmuş, İmran qapıdan çıxıb qaçmaq istəyəndə əlini atıb İmranın şalvarın arxa hissəsindən kəmərindən tutub özü ilə dartaraq çölə, seyvana çıxartmışdır. Həmin vaxt dayısı oğlu Qalib də seyvana qalxıb İmranın bir dəfə üz nahiyəsinə yumruqla vurmuş, stolun üzərindən bıçağı götürüb İmranın arxa nahiyəsinə vurmaq istəsə də bıçaq İmrana girmədən əlində qırılmışdır. İmran əlindən çıxıb pilləkənə tərəf qaçmaq istədikdə ayağı ilə arxadan İmranın ayaqlarına vurmuş, İmran pilləkənin aşağısına güzgülü termonun qarşısına yıxılmışdır. Arxadan əli ilə İmranı boğaraq termonun üzərində olan kasa ilə sonuncunun başına bir dəfə vurmuş, həmin vaxt kasa sınmışdır. Sonra bulağın yanında olan taxta saplı bel götürüb həmin belin arxa hissəsi ilə bir neçə dəfə İmranın başına və belinə zərbələr endirmişdir. İmranın huşu özündən getmiş, bundan sonra o, öz şalvarının kəməri ilə İmranı sol ayağından ağaca bağlamışdır. Sonra çaydanla İmranın üzərinə su töküb ayıltmış, İmranı bağladığı yer qaranlıq olduğu üçün sonuncunu oradan açıb gətirib pilləkənin yanına, pilləkənin üzərində olan quraqlığın ayağına bağlamışdır. Sonra pəncərənin çərçivəsinə vurulmuş mismardan asılan qayçını götürüb həmin qayçı ilə İmranın arxa nahiyəsinə 4-5 dəfə zərbə vurmuş, İmran möhkəm qışqırdığı üçün yenidən bel ilə kürəyindən iki dəfə vurduqdan sonra sonuncunun səsi kəsilmişdir. Dava-dalaş zamanı Zərərçəkmiş şəxs qışqırdığına görə adının sonradan Yusif olduğunu bildiyi şəxs gəlmiş, Yusufə də sakitcə çıxıb getməsini bildirmişdir. Sonra bacısını axtarsa da tapa bilməmiş, bundan sonra yola çıxaraq yoldan keçən “Opel” markalı avtomobilə əl edib saxlatmış və avtomaşının sürücüsünə onu Zərrab kəndinə aparmasını xahiş etmişdir. Sürücü paltarlarında qan olduğunu görüb nə baş verdiyini soruşmuş, sürücüyə Xəzərin qaynı olduğunu, bir nəfərin bacısına sataşdığı üçün döyüb həyətə bağladığını bildirmişdir. Həmin şəxs ona döydüyü şəxsin kim olduğuna baxmaq istədiyini dedikdə onlar birlikdə həyətə getmiş, həmin şəxs döydüyü şəxsin İmran olduğunu bilmişdir. Bundan sonra o, yenidən yola çıxıb Qalib ilə birlikdə yoldan keçən üzərində taksi işarəsi olan avtomobilə əyləşib Zərrab kəndinə getmişdir. Yolda İmranı vurduğu və arxa sol cibində olan qayçını Yaqublu kəndinə çatmağa az qalmış “Süd zavod” deyilən yerdə körpünün üzərindən qayçını çaya atmışdır. Daha sonra avtomobilə əyləşib Zərrab kəndinə yaşadığı evə gələrək baş verənləri anasına danışaraq yatmışdır. Sonra polis əməkdaşları gəlib onu Oğuz rayon polis şöbəsinə gətirmişlər. Onun İmranı öldürmək niyyəti olmamış, sadəcə olaraq onu döyüb cəzalandırmaq istəmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 25 may 2021-ci il tarixdə axşam saat 23 radələrində yaşadığı evin yaxınlığında yerləşən bağ sahəsinə suyun yerini dəyişməyə getmiş, bağda olanda qonşusu Xəzərin həyətinin qabağında avtomobil gəlib dayandığını görmüşdür. Xəzərin evinin həyətindən danışıq səsləri gəlmiş, Xəzərin hərbçi olması ilə əlaqədar sonuncunun evə gəldiyini düşünmüşdür. Həyət qapısı açıq olduğundan qaranlıqda iki nəfərin söhbət etdiyini görərək Xəzəri səsləmiş, həmin şəxslər ona cavab verərək ona içəri dəvət etmişlər. Seyvanın qarşısında həmin şəxslərin Xəzərin qaynı Təqsirləndirilən şəxs və sonuncunun üzdən gördüyü, lakin adını bilmədiyi qohumu olduğunu görmüş, sonunculara “xoş gəlmisiniz” dedikdə Qabil ona “xeyirdimi?”-deyə cavab vermişdir. Qabilə Xəzərin gəldiyini güman etdiyini bildirmiş, Qabil isə ondan orada Xəzər olmadığıns və orayə niyə gəldiyini soruşmuşdur. Qabilə nəyə görə gəldiyini bildirdiyini demiş, həmin vaxt Qabil iki əli ilə onun sinəsindən tutub yenə həmin sualları vermişdir. Bir daha bağa gəldiyini, avtomaşın gəldiyini görüb, Xəzərin gəlməsini hesab etdiyini, Xəzər gəlmədiyini bilib gedəcəyini və əlini buraxmasını deyə bildirmiş, Qabilin əllərindən tutan zaman sonuncunun qohumu ağacla onun başından vurmuşdur. Qabilin əlini sinəsindən aşağı çəkəndə başından ikinci zərbə dəymiş, gözləri qaralaraq əlini üzünə tutub aşağı oturmuşdur. Həmin vaxt onların hər ikisi onu təpiklə və görmədiyi alətlərlə vurmağa başlamış, tam yerə yıxılandan sonra əlləri ilə üzünü tutub sifətinə heç nə olmaması üçün ağzı aşağı uzanmışdır. Sonra həmin şəxslər onun əlini arxadan bağlayıb yenə də onu döyməyə davam etmiş, bundan sonra onun huşu özündən getmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25.05.2021-ci il tarixdə Oğuz rayonu Zərrab kəndində bibisi Zəminə Yusifovanın doğum gününü qeyd etdikdən sonra saat 23 radələrində bibisi Zəminə, sonuncunun əri Dağlar Əliyev, bibisi oğlu Qabil və onun arvadı Xanım Əliyeva ilə birlikdə evdən yeyib-içmək götürüb taksi fəaliyyəti ilə məşğul olan həmkəndliləri Haldunun avtomaşını ilə Oğuz rayonu Tayıflı kəndinə bibisi qızı Vəfanın yaşadığı evə getmişlər. Təxminən 10 dəqiqə orada dayanıb söhbət etdikdən sonra hamıdan əvvəl gəldikləri taksiyə əyləşmişdir. Bir qədər sonra bibisi Zəminə Qabilin həyətin otunu biçəcəyini və qalıb sonuncuya köməklik etməsini bildirdiyinə görə avtomaşından düşüb həyətə daxil olaraq evə tərəf getmişdir. Evə çatanda Vəfanın Qabilin qarşısında dayandığını, sonuncunun əlində ağac olduğunu, Vəfanın isə balaları olduğunu dediyini eşitmişdir. Həmin vaxt Qabil yumruqla Vəfanın sifətindən vurduqdan sonra evə daxil olmuş, Vəfa isə digər otağa girib uşaqları götürüb bağa tərəf getmişdir. Qabilin girdiyi otaqdan isə səs-küy gəlmiş, həmin otağa girəndə adının sonradan İmran olduğunu bildiyi şəxsin Qabillə dalaşdığını görmüşdür. Onlar gəlməmişdən qabaq qabaq həmin şəxsin Vəfagildə olduğunu başa düşüb əsəbiləşərək İmranın sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Qabil İmranın kəmərindən tutub saxlamış, seyvandakı stoldan götürdüyü bıçağı İmranın arxa nahiyəsinə vursa da bıçaq qırılmışdır. İmran yenidən qaçmaq istəyəndə Qabil arxadan İmranın ayaqlarına vurmuş və İmran pilləkəndən yerə, güzgülü termonun qarşısına yıxılmışdır. Qabil İmranın üstünə yıxılıb arxadan tutmuş və kasa ilə sonuncunun başından vurmaqla kasa sınmışdır. Bundan sonra o, Vəfa və uşaqları axtarmağa getmiş, lakin sonuncuları tapa bilməyib Qabilin yanına qayıtmışdır. Qabil İmranı ayağından pilləkənin dirəyinə kəmərlə bağlamış, əlləri isə açıq olmuşdur. Həmin vaxt səs-küyə sonradan adının Yusif olduğunu bildiyi şəxs gəlmiş, X13 evdə tutduğunu, ona görə də sonuncunu döydüyünü bildirdikdən sonra Yusif çıxıb getmişdir. Bundan sonra Qabil pəncərədən asılmış qayçını götürüb İmranın arxa nahiyəsindən dörd-beş dəfə qayçı ilə vurmuş, İmran qışqırdığı üçün Qabil bel ilə kürəyindən vurduqdan sonra İmran səsini kəsmişdir. İmran üzü aşağı uzanıqlı vəziyyətdə qalmış, Qabil özü Vəfanı axtarmağa getsə də tapa bilməyib geri qayıtmışdır. Bundan sonra Qabil tək yola çıxmış, o isə həmin vaxt həyətdə qalmışdır. Bir qədər sonra Qabil tanımadığı bir nəfərlə həyətə gəlmiş, həmin şəxs İmranı tanımışdır. Həmin şəxs çıxıb getdikdən sonra onlar İmranı bağlı vəziyyətdə qoyub həyətdən yola çıxaraq taksiyə minib Zərrab kəndinə getmişlər. Yolda “Süd zavod” deyilən yerdə Qabil ürəyinin bulandığını deyərək sürücüdən avtomobili saxlamağını istəmiş, sürücü avtomobili saxladıqdan sonra Qabil yerə düşüb bir qədər sonra geri qayıdıb avtomobilə minmişdir. Evdə Qabil anasına baş verənləri danışmış, sonra polis əməkdaşları gələrək, əvvəlcə Qabili, sonra isə onu Oğuz rayon polis şöbəsinə aparmışlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 25.05.2021-ci il tarixdə saat 22:30 radələrində qonşuları İmran yaşadığı evə gəlib seyvana çıxmış, İmrana həyətlərindən çıxmasını desə də sonuncu ona sözü olduğunu demişdir. Seyvanın işığı yanılı olduğuna görə qonşularının bunu görə biləcəyini dedikdən sonra İmran otağa daxil olmuş, İmranın ardınca otağa daxil olaraq sözünü deyib tez getməsini istəmişdir. Otaqda təxminən 5 dəqiqə dayansalar da İmran ona heç nə deməmiş, həmin vaxt qardaşı Qabilin pilləkənlə seyvana çıxdığını görmüşdür. Söz-söhbət olmaması və şübhəli vəziyyətə düşməməsi üçün İmrana otaqda qalmasını deyərək özü otaqdan çıxmışdır. Qabillə görüşəndə artıq atası, anası, Qabilin arvadı və dayısı oğlu Qalib də seyvana gələrək ona bazarlıq gətirmişlər. Atasıgillə təxminən 10 dəqiqə seyvanda oturub söhbət edən vaxt həmin arada qardaşı otağa girib bir qədər sonra geri qayıtmış, lakin valideyinlərinə heç nə deməmişdir. Atasıgil gedəndə Qabil onlarda qalacağını, səhər həyətin otunu biçib gələcəyini demişdir. Həmin vaxt dayısı oğlu Qalib maşına getmiş, atası, anası və Qabilin arvadı seyvandan düşüb qapıya tərəf getmişlər. Atasıgil gedəndən sonra evdə dayanmış qardaşı Qabilin qarşısına keçib uşaqlarının olduğunu, ailəsini dağıtmamasını xahiş etmiş, lakin Qabil ona sol əli ilə üzünün sağ tərəfindən şillə ilə vurub İmran olan otağa keçmişdir. Bu zaman Qabilin sağ əlində ağac parçası olmuş, həmin vaxt dayısı oğlu Qalibin də geri gəldiyini görmüşdür. Uşaqları qorxub ağladığı üçün sonuncuları götürüb evdən çıxaraq qonşuluqda kimsəsiz otağa aparmış, 26 may 2021-ci il tarixdə saat 05 radələrində polis işçilərinin onu çağırmasını eşidərək gizləndiyi yerdən çıxmışdır Bundan sonra polislər onu Zərrab kəndinə valideyinlərinin yanına aparmış, həmin vaxt Qabilin İmranı döydüyünü və İmranın vəziyyətinin ağır olduğu üçün xəstəxanaya aparıldığını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Seyfəl oğlu ifadəsində göstərmişdir ki, 25.05.2021-ci il tarixdə saat 2330 radələrində dostları İbrahim və Cabbarla birlikdə yaşadığı Oğuz rayonu Tayıflı kəndində olan çayxanadan çıxıb evə gedərkən onlardan bir qədər aralıda beli möhkəm torpağa vuranda çıxan səs kimi səs, həmçinin insanın qışqırıq səsini eşidib həmin istiqamətə gedərkən səsin həmkəndlisi Xəzərgilin həyətindən gəldiyini görmüşdür. Xəzərin hərbi xidmətdə olması ilə əlaqədar həyət qapısını açıb içəri girmiş, yanındakı digər iki nəfər şəxs qaçıb getmişdir. İçəri girdikdən sonra Xəzəri səsləmiş, həmin vaxt seyvanın qarşısında olan kim isə onu içəri çaırmışdır. Yaxınlaşanda Xəzərin qaynı Qabilin əlində bel ilə kimisə döydüyünü, Qabilin qohumu Qalibin isə kənarda dayandığını görmüşdür. Qabil və Qalibi əvvəlcədən tanımış, döyülən şəxs isə arxası üstdə yerdə uzanmış vəziyyətdə olduğundan tanımamışdır. Qabil əlindəki beli yerə qoyaraq ona yaxınlaşıb nəyə görə gəldiyini soruşmuş, o da səs eşitdiyini, Xəzərin evdə olmamasını bildiyini, ailəsinin evdə tək olduğu üçün baxmağa gəldiyini bildirmişdir. Qabildən həmin şəxsi niyə bu vəziyyətə saldığını soruşmuş, Qabil də ona “gecə vaxtı sənin anana, bacına yaxınlaşsalar sən nə edərsən?” deyə cavab vermişdir. Qabilə artıq eləmək istədiyini etdiyini, İmranı buraxmasını bildirmiş, Qabil ona çıxıb getməsini, yoxsa böyük zibilə düşəcəyini bildirmişdir. Qabilin əlində olan kəskin aləti almaq istsə də Qalib ona imkan verməmiş və İmranın axmaq bir insan olduğunu demişdir. Bundan sonra həyətdən çıxıb getmiş, həmin vaxt Xəzərin ögey qardaşı İlkinin nömrəsinə zəng edib hadisə barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 26 may 2021-ci il tarixdə saat 01 radələrində özünə məxsus “Opel Astra” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayonu Qumlaq kəndindən yaşadığı evə gedərkən Tayıflı kəndi ərazisində sonradan Zərrab kənd sakini Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs əl edib avtomobili saxlatmışdır. Qabilin paltarlarının qan içində olduğunu görüb avtomobili saxlamış, Qabil ondan Zərrab kəndinə neçəyə apara biləcəyini soruşmuşdur, Qabilin üstü-başı qan olduğuna görə apara bilməyəcəyini deyərək nə baş verdiyini soruşmuş, Qabil ona bir nəfərin onun bacısına söz atdığını və həmin şəxsi döydüyünü demişdir. Sonra Qabil taksi çağırması üçün telefonunu istəmiş, telefonunu Qabilə vermiş, sonuncu kimləsə danışıb telefonu söndürəndən sonra yenə də onu aparmasını xahiş etmişdir. Qabili aparmağa razılaşmadığına görə sonuncu ona həmkəndlisi Xəzərin qaynı olduğunu, bir nəfərin bacısını narahat etdiyi üçün həmin şəxsi döydüyünü və həmin şəxsin Xəzərin həyətində bağladığını bildirmişdir. Döydüyü şəxsin kim olduğunu soruşanda Qabil tanımadığını demişdir. Döyülən şəxsin kimliyi maraqlı olduğu üçün Qabillə birlikdə Xəzərin evinin həyətinə getmiş, orada sonradan Şahid1 olduğunu bildiyi şəxs olmuş, sonradan İmran olduğunu bildiyi şəxs isə ayağından pilləkənin sütununa bağlandığını və tanınmaz vəziyyətdə olduğunu görmüşdür. Orada Qabil təpiklə bir dəfə uzanan şəxsin bədəninin yuxarı hissəsindən vurmuş, həyətdə olan Şahid1 isə uzananın İmran olduğunu demişdir. Qabil İmranı bacısının evində tutduğuna görə hələ qulaqlarını kəsəcəyini bildirmiş, Qabildən İmranı daha vurmamasını xahiş etmişdir. Qabil ona “bizi görməmisən buradan çıx get” demiş, bundan sonra o, nə edəcəyini bilməyərək Xəzərin həyətindən çıxandan sonra atasına zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 25 may 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı evin qarşısında olarkən Təqsirləndirilən şəxs yanına gələrək sonuncunu ailə üzvləri ilə birlikdə Tayıflı kəndinə aparmasını xahiş etmiş, bu barədə razılıq verərək birlikdə onun idarə etdiyi VAZ-2106 markalı avtomobili ilə Tayıflı kəndinə getmişlər. Qabilgil isə düşüb bacısının evinə getmiş, bir müddət sonra Qalib gəlib avtomobilə əyləşərək Qabilgili gözləməyə başlamışdır. Təxminən 10 dəqiqə sonra Qabilin atası, anası və arvadı gəlib avtomobilə əyləşmiş, Qabil isə çölə çıxmamışdır. Qabilin anası X9 səhər bacısının evinin həyətində olan otu biçəcəyini, ona görə də düşüb Qabilə kömək etməsini dedikdən sonra Qalib də avtomaşından düşüb orada qalmışdır. Qabilin ailə üzvlərini Zərrab kəndinə yaşadıqları evə düşürüb özü də evə getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 28.07.2021-ci il tarixli 34 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, baş beyinin qişalarına və yan mədəciklərinə qansızma, hər iki almacıq sümüyünün, üst çənənin yerdəyişən sınıqları, orbitanın alt və yan divarının sınığı, burun sümüyünün yerdəyişən sınığı, üzün və başın dərialtı hematoması, pnevmahemotoraks, ağ ciyərlətin əzilməsi, sol İX qabırğanın sınığı, hər iki gözün buynuz qişasına qansızma, burunun, sağ baldırın ön yuxarı 1/3-nin əzilmiş yarası, başın sol və sağ gicgah, sol təpə, ənsə nahiyəsinin, alının sağ yuxarı hissəsinin, burunun üzün hər iki almacıq nahiyəsinin, sağ bazunun arxa aşağı 1/3-nin, sağ dirsək nahiyəsinin, sol əlin üst səthinin, sağ mil bilək oynağının bayır tərfinin,döş qəfəsinin sağ yuxarı nahiyəsinin,sağ çiyinin ön səthinin, sol kürək, oma və bel nahiyəsinin, sol dizin bayır tərəfinin, sol baldırın ön yuxarı, orta, aşağı və bayır aşağı 1/3-nin sıyrıqları başın sol və sağ təpə nahiyəsinin qançırı, sağ sağrı nahiyəsinin 5 ədəd kəsilmiş-deşilmiş yaraları kimi xəsarəti vardır. Həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənə bilərlər. Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlər 39 ədəddir, yerləri morfoloji xüsusiyyətləri yuxarıda göstərildiyi kimidir. Birlikdə ağırlıq dərəcəsi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Ayrı ayrılıqda dərəcəsinə görə baş beyinin əzilməsi, baş beyinin qişalarına və yan mədəciklərinə qansızma, pnevmahemotoraks, ağ ciyərlərin əzilməsi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə, hər iki almacıq sümüyünün, üst çənənin yerdəyişən sınıqları, orbitanın alt və yan divarının sınığı, burun sümüyünün yerdəyişən sınığı, sol İX qabırğanın sınığı birlikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmanın əlamətlərinə, üzün və başın dərialtı hematoması, burunun, sağ baldırın ön yuxarı 1/3-nin əzilmiş yarası, sağ sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yaraları birlikdə və ayrı-ayrılıqda ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. Hər iki gözün buynuz qişasına qansızma, başın sol və sağ gicgah, sol təpə, ənsə nahiyəsinin, alının sağ yuxarı hissəsinin, üzün hər iki almacıq nahiyəsinin, sağ bazunun arxa aşağı 1/3-nin, sağ dirsək nahiyəsinin, sol əlin üst səthinin, sağ mil bilək oynağının bayır tərfinin,döş qəfəsinin sağ yuxarı nahiyəsinin,sağ çiyinin ön səthinin, sol kürək, oma və bel nahiyəsinin, sol dizin bayır tərəfinin, sol baldırın ön yuxarı, orta, aşağı və bayır aşağı 1/3-nin sıyrıqları, başın sol və sağ təpə nahiyəsinin qançırı sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Yuxarıda göstərilən xəsarətlər qısa müddət ərzində yetirildiyinə görə ardıcıllığını təyin etmək olmur. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər 25 may 2021-ci il tarixdə əllə, yumruqla, təpiklə, ağacla, kasa ilə, bel ilə, qayçı ilə bəçağın dəstək hissəsi ilə yetirilə bilər. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər təsir alətinə görə ayrılıqda –qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, baş beyinin qişalarına və yan mədəciklərinə qansızma, hər iki almacıq sümüyünün, üst çənənin yerdəyişən sınıqları, orbitanın alt və yan divarının sınığı, burun sümüyünün yerdəyişən sınığı, üzün və başın dərialtı hematoması, pnevmahemotoraks, ağ ciyərlərin əzilməsi, sol İX qabırğanın sınığı, hər iki gözün buynuz qişasına qansızma, burunun, sağ baldırın ön yuxarı 1/3-nin əzilmiş yarası, başın sol və sağ gicgah, sol təpə, ənsə nahiyəsinin, alının sağ yuxarı hissəsinin, burunun üzün hər iki almacıq nahiyəsinin, sağ bazunun arxa aşağı 1/3-nin, sağ dirsək nahiyəsinin, sol əlin üst səthinin, sağ mil bilək oynağının bayır tərfinin,döş qəfəsinin sağ yuxarı nahiyəsinin,sağ çiyinin ön səthinin, sol kürək, oma və bel nahiyəsinin, sol dizin bayır tərəfinin, sol baldırın ön yuxarı, orta, aşağı və bayır aşağı 1/3-nin sıyrıqları başın sol və sağ təpə nahiyəsinin qançırı küt alətin (əşyaların), sağ sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yaraları isə deşici-kəsici xarakterə malik olan ələtin (əşyanın) qayçının təsirindən törənməsinə uyğun gəlir. Zərərçəkmiş şəxs bədəni üzərində qeyd edilən xəsarətlər ekspertizaya təqdim edilən və yuxarıda əlamətləri qeyd edilən belin metaldan olan hissəsinin ağızlığının kəsici hissəsindən başqa digər bütün nahiyələri, o cümlədən, ağacdan olan dəstəyi ilə yetirilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kriminalistik ekspertizasının 07.07.2021-ci il tarixli 17/485 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən tiyə və dəstək kustar üsulla hazırlanmış deşici-kəsici xassəyə malik mətbəx bıçağının hissələridir, tiyə və dəstəyidir, soyuq silah hesab edilmirlər, üzərlərində sönradan düzəliş edilməmişdir. Tədqiqata təqdim edilən predmet zavod üsulu ilə hzırlanmış deşicikəsici xasssəyə malik, məişət təyinatlı qayçıdır, soyuq silah hesab edilmir, üzərində sonradan düzəliş edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 11.10.2021-ci il tarixli 688/2021-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti təsdiq edən sənədlərin axtarış vərəqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu /İİ/ göstərilmişdir. Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlərin axtarış vərəqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu /İİİ/ göstərilmişdir. Şahid1 şəxsiyyəti təsdiq edən sənədlərin axtarış vərəqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu /İ/ göstərilmişdir. Ekspertizaya təqdim edilmiş 01 ədəd köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrini ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız B antigeni alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə B (İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş 01 ədəd bıçaq, 01 ədəd bel (lapatka), 01 ədəd qayçı, 02 ədəd ağac parçası, 05 ədəd kasa qırıntıları üzərində qana şübhəli hər hanası bir ləkə aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının 16.09.2021-ci il tarixli 552/185 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xaraktereoloji xüsusiyyətlərə (şəxsiyyətin oyanıq tipli aksentusiyası) baxmayaraq o, hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb biçmək və onlara hesabat vermək, görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarındadır. Həmin rəyin psixoloji ekspertizaya aid hissəsindən görünür ki, emosional halından asılı olaraq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur, o, hal hazırda da öz hərəkətlərini tam dərk edir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərəçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 09.06.2021-ci il tarixli 30 nömrəli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 09.06.2021-ci il tarixli 31 nömrəli rəyindən görünür ki, vət. Şahid1 bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 09.06.2021-ci il tarixli 32 nömrəli rəyindən görünür ki, vət. Şahid2 bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdə saat 1255-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş Oğuz rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğunun barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Yaqublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05.08.2021-ci il tarixli, 240 və 241 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Zərrab kəndində yaşamaqla himayəsində 2014-cü il təvəllüdlü Zəminə Əliyeva və 2021-ci il təvəllüdlü Şəbnəm Əliyeva adlı iki azyaşlı uşaqları var, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Oğuz rayon X3 Hüquqi Şəxsindən daxil olmuş 11 aprel 2022-ci il tarixli 272 nömrəli məktubdan görünür ki, Oğuz rayon Tayıflı kənd sakini Zərərçəkmiş şəxs Oğuz rayon X1 Şöbəsində “T90.5 Kəllədaxili travmaların nəticələri” diaqnozu ilə qeydiyyatdadır. Oğuz rayon HMK-sı xəstə Zərərçəkmiş şəxs müayinəsi üçün yaşadığı ünvanda tibbi baxış keçirildi. Baxış zamanı məlum oldu ki, xəstənin vəziyyəti ağır dərəcədədir və evdə yataq şəraitindədir. Xəstənin hərəkəti məhduddur, hətta yox dərəcəsindədir. Zərərçəkmiş şəxs nümayənədəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək təmsil etdiyi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, həmçinin verdiyi mülki iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Beləliklə məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 29, 120.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarın 3-cü bəndinin 2-ci abzasında göstərilmişdir ki, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bacısının evində tutduğuna görə ona ağac parçası, bıçaq, qayçı və kasa ilə müxtəlif xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən xəsarətləri yetirdikdən sonra öz əməllərini davam etdirərək sonuncunun ayağından bağlamış və Zərərçəkmiş şəxs huşsuz vəziyyətə düşdükdən sonra onun öldüyünü hesab edərək oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yetirdiyi xəsarətlərin sayı, etdiyi hərəkətlərin xarakteri, (xəsarətləri müxtəlif predmetlərlə yetirmə, ayağından bağlaması, oraya gəlmiş şəxslərin oradan çıxıb getməsini bildirməsi və s.) onun Zərərçəkmiş şəxs xüsusi amansızlıqla öldürmək istəməsini bir daha təsdiq edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, sonuncuya ancaq xəsarət yetirməsinə dair ifadəsində göstərdikləri məhkəmə istintaqı zamanı təsdiq olunmadığına və işin hallarına uyğun gəlmədiyinə görə özünü müdafiə kimi qiymətləndirilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, himayəsində iki az yaşlı uşağının olması və zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı şikayət və tələbinin olması cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışığın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. CM-in 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarının 9-cu bəndinin 2-ci və 3-cü abzaslarında göstərilmişdir ki, cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-nin 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. CM-in 56.1.3-cü maddəsinə Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 03 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 30,60 AZN (otuz manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Mülki iddiaya gəldikdə məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iddiaçı Zərərçəkmiş şəxs ona 32551 manat maddi və mənəvi ziyan dəydiyini göstərsə də sonradan onun nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdıqlarını və verilmiş mülki iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. İş üzrə maddi sübut olan və Oğuz Rayon Prokurorluğunda saxlanılan bir ədəd köynək zərər çəkmiş Zərərçəkmiş şəxs qaytarılmalı, bir ədəd bel (lapatka), bir ədəd sınmış bıçaq, bir ədəd sınmış ağac parçası, bir ədəd qayçı və bir ədəd sınmış kasanın hissələri məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 03 avqust 2021-ci il tarixdən hesablansın. Mülki iddiaçı Zərərçəkmiş şəxs 32551 manat maddi və mənəvi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasına dair mülki iddiası baxılmamış saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 30,60 AZN (otuz manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Oğuz Rayon Prokurorluğunda saxlanılan bir ədəd köynək, bir ədəd bel (lapatka), bir ədəd sınmış bıçaq, bir ədəd sınmış ağac parçası, bir ədəd qayçı və bir ədəd sınmış kasanın hissələri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar