Məhkəmə qərarları › İş №1(091)-42/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-42/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-42/2024 12.06.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1985-ci ildə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Qəbələ rayonunun Tola kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır, Qəbələ Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət etmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 182.2.1, 302.1 və 309.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Qəbələ rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət edərkən, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən insan və vətəndaş hüquq və azadlıqlarının, fiziki və hüquqi şəxslərin qanunla müdafiə olunan mənafelərinin, ictimai və dövlət təhlükəsizliyinin qorunması üçün öz səlahiyyətləri daxilində bütün qanuni tədbirləri görmək, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair məhkəmə qərarlarını, istintaq orqanlarının qərarlarını və ya cinayət işləri üzrə yazılı tapşırıqlarını, habelə əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarlarını yerinə yetirmək, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatları, onların mənbəyini və əldə edilməsi üsullarını yaymadan, konkret cinayət işi üzrə təhqiqatı və ya istintaqı aparan şəxsə və yaxud məhkəməyə vermək, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən xarici dövlətlərin hüquq-mühafizə orqanlarının və müvafiq beynəlxalq təşkilatlarının sorğularına cavab vermək, Azərbaycan Respublikasının ərazisində əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin səlahiyyətinə aid olan faktların aşkar edildiyi təqdirdə təxirəsalınmaz tədbirlər keçirməklə onları xəbərdar etmək və lazımi kömək göstərmək, əməliyyat-axtarış fəaliyyətini həyata keçirərkən konspirasiya qaydalarına riayət edilməsi üçün müvafiq tədbirlər görmək, öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərini “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirmək, öz əməkdaşlarının, onların yaxın qohumlarının, əməliyyat-axtarış fəaliyyəti subyektlərinə kömək edən şəxslərin, onların yaxın qohumlarının, habelə cinayət prosesi iştirakçılarının, onların yaxın qohumlarının şəxsi təhlükəsizliyini və əmlakını hüquqazidd qəsdlərdən qorunmasını təmin etmək, hər hansı şəxslə əməkdaşlığın məxfiliyini və anonimliyini təmin etmək və hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu aparmaq vəzifələri olmaqla ümumilikdə əməliyyat-axtarış tədbirlərini həyata keçirməyə səlahiyyətli olan vəzifəli şəxs kimi, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb əməliyyat-axtarış tədbirini qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirməklə Qəbələ rayonunda yaşayan maddi imkanı üstün olan şəxslərin barəsində rüsvayedici məlumatlar əsasında hədə-qorxu gəlib onların, yəni özgə əmlakını ələ keçirməklə bağlı qeyrisi ilə razılaşmaqla onunla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Bu məqsədlə 2021-ci ilin əvvəllərindən şəxsi, o cümlədən, intim münasibətləri olan xx xxxx 1988-ci il tarixdə Qəbələ rayonunun Seyidqışlaq kəndində anadan olmuş Məmmədova (Müzəffərova) Səma Sərdər qızı ilə 2021-ci ilin yay aylarında Bakı şəhəri, Nizami rayonu ərazisində görüşərək, Qəbələ rayonunda fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşayan Zərərçəkmiş şəxs şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini Şahid1 verib, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə zidd olaraq, yəni əməliyyat-axtarış fəaliyyətinin subyektinə öz səlahiyyətlərinin icra edilməsi zamanı hər hansı şəxsi qanun pozuntularına təhrik etmək, şantaj etmək, habelə insan və vətəndaşların hüquq və azadlıqlarını, qanunla müdafiə olunan mənafelərini məhdudlaşdıran digər qanunsuz tədbirlərə əl atmaq, səlahiyyətindən kənara çıxan tədbirləri həyata keçirmək qadağan olmasına baxmayaraq, Zərərçəkmiş şəxs zəng etməsini, tanış olub onunla görüş yeri təyin etməsini, Qəbələ rayonu ərazisində gəzərkən sonuncunun diqqətini yayındırıb mobil telefonundan özünün istifadəsində olan mobil telefona pul qarşılığında cinsi əlaqədə olmaqla bağlı təklif ismarıcı yazmasını, daha sonra intim münasibətdə olmaq məqsədilə heç kimin olmadığı meşəlik əraziyə birlikdə gedib çatdıqdan sonra qəflətən səs-küy salaraq guya Zərərçəkmiş şəxs Şahid1 əxlaqsız hərəkətlər etməsi ilə bağlı təklif etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək yalandan şikayət etməsini, bu müddət ərzində özünün isə kənardan gizlin olaraq onları izləyəcəyini, səs-küy olan kimi isə dərhal onlara yaxınlaşacağını bildirməklə Şahid1 təlimatlandırmışdır. Hazırladığı planı həyata keçirmək məqsədi ilə 14 avqust 2021-ci il tarixdə şəxsi istifadəsində olan “Tofaş Şahin” markalı “**- OK-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə Şahid1 təyin edilmiş görüş yerinin yaxınlığına, Qəbələ rayon avtomobil vağzalının qarşısında düşürmüşdür. Özü isə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10 və 11-ci maddələrinin tələblərini kobud şəkildə qəsdən pozaraq, əməliyyat-axtarış tədbirinin qanunvericiliklə müəyyən edilmiş səbəblər, o cümlədən, fiziki şəxsin ərizəsi, əməliyyataxtarış fəaliyyəti subyektlərinin bilavasitə əldə etdikləri məlumatlar, habelə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün əsas olan məhkəmənin (hakimin) qərarı, istintaq orqanlarının qərar və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarı olmadan "insanların güdülməsi” kimi əməliyyat-axtarış tədbirini qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirərək, Şahid1 və Zərərçəkmiş şəxs kənardan müşahidə etməklə güdmüşdür. Şahid1 ondan aldığı təlimata uyğun olara həmin gün saat 08 radələrində qeyd olunan ərazidə Zərərçəkmiş şəxsla görüşüb birlikdə sonuncunun şəxsi istifadəsində olan “Ford” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobilə əyləşməklə Qəbələ şəhərində “Körpü” adlanan ərazidə yerləşən çayxanaya gedib bir qədər orada oturub söhbət etdikdən sonra Zərərçəkmiş şəxs təklifi ilə çayxana yaxınlığında olan meşəlik əraziyə piyada gedib çatmış, sonuncunun onunla cinsi əlaqədə olmaq təklifini eşitdikdən dərhal sonra Şahid1 səs-küy salıb həmin gün saat 09.33-də Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək guya Zərərçəkmiş şəxs ona əxlaqsız hərəkətlər etməsi ilə bağlı məlumat vermişdir. Hazırladığı plana uyğun olaraq Təqsirləndirilən şəxs, səs-küyə Şahid1 yaxınlaşıb guya sonuncuya Zərərçəkmiş şəxs əxlaqsız təkliflər etməsini öyrənərək sonuncunu şikayət əsasında Qəbələ rayon polis şöbəsinə dəvət etmişdir. Xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxıb orada qanunvericiliyə zidd olaraq 1.000 (bir min) manat məbləğində pul vəsaitləri verməyəcəyi halda Zərərçəkmiş şəxs törətmiş olduğu əmələ görə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün müraciət edəcəyini, eləcə də, Şahid1 qarşı əxlaqsız təkliflər etməsi ilə bağlı ailə üzvlərinə məlumat verərək rüsvay edəcəyini bildirməklə qabaqcadan əlbir olduğu qeyrisi ilə birlikdə bir qrup şəxs halında hədə-qorxu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını tələb etmişdir. Hədə-qorxunu real qəbul edən Zərərçəkmiş şəxs həmin an cibində yalnız 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaitlərinin olmasını bildirib ona təqdim edərək, rüsvay edilməməsi üçün yalvardıqdan sonra, Zərərçəkmiş şəxs 14 avqust 2021-ci tarixdə Qəbələ rayon polis şöbəsinin inzibati binasında 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaitlərini hədəqorxu ilə tələb edib ələ keçirmişdir. Bununla da, Təqsirləndirilən şəxs, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həbs ediləcəyini bildirməklə şəxsiyyəti üzərində zor göstərmək, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin, yəni Zərərçəkmiş şəxs əmlakını hədə-qorxu ilə tələb etmiş, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxs kimi həmin tədbirləri qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirməklə Zərərçəkmiş şəxs hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olmuş, vəzifəli şəxs olaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək Zərərçəkmiş şəxs öz razılığı olmadan şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilməməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan təməl prinsiplərinə zidd olaraq onun hüquqlarına və qanuni mənafelərinə, habelə təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaq olan Azərbaycan Respublikasında polis fəaliyyətini həyata keçirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub vəzifə səlahiyyətlərini aşmışdır. Məhkəmə kollegiyasınını iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 182.2.1, 302.1 və 309.2 -ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilmir. Əvvəlki məhkəmə iclasında məlum olmuşdur ki, Şahid1 necə yalan danışır. İstintaq orqanı anten dairəni sübut kimi təqdim edib. Həmin anten dairələrinin araşdırılmasını xahiş etmişdir. O, özü on dörd il polis əməkdaşı işləmişdir. Anten dairələrini necə işləmək lazım olduğunu çox gözəl bilir. Belə ki, sözügedən anten dairələrində heç bir uyğunluq yoxdur. Səma Müzəffərovanın ifadəsində olan uyğunsuzluğa toxunmaq istəyir. Səma əvvəlki məhkəmə istintaqı zamanı fərqli ifadə vermişdir. Sonradan demişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Hörmətli məhkəmə, hər şey göz qabağındadır. O, bu işi törətməmişdir. Hadisə ilə bağlı bunu deyə bilər ki, Səidə Abdullayevanın itkin düşməsi ilə bağlı polis şöbəsində cinayət işi qaldırılmışdır. Onun Səidə dediyi xanımla əvvəllər münasibəti olmuşdur. Bu cinayət işində qızın anası polis şöbəsinə müraciət edərək, bildirmişdir ki, onun qızını itirən güya ki, o olmuşdur. Bundan sonra cinayət işi açılmışdır. Prokurorluqda altı ay davam edən cinayət işi dayandırılmış və baş prokurorluğa təhvil verilmişdir. Daha sonra sözügedən işlə bağlı onun izahatı alınmışdır. Bundan sonra barəsində araşdırma işləri aparılmış və Şahid1 yazdığı beş ədəd mesaj aşkarlanmışdır. Daha sonra onu cinayət məsuliyyətinə cəlb etmişdirlər ki, güya o, hədə qorxu ilə Zərərçəkmiş şəxs pul tələb etmişdir. Sonra onu Baş Cinayətkarlıqla Mübarizə idarəsinə aparmışdırlar. İyirmi altı gün orada qalmışdır. Orada qaldığı müddət ərzində ona işgəncə vermişdirlər. Görmüşdürlər ki, heç nəyi boynuna almır. Daha sonra ona demişdirlər ki, Səidənin ölməyini boynuna götürməlisən. Həmin vaxt etiraz etmişdir. Çünki o, Səidəni öldürməmiş və niyə boynuna almalıymış? Zərərçəkmiş şəxs əvvəlki məhkəmə prosesində dəfələrlə qeyd etdi ki, Təqsirləndirilən şəxs ona hədə qorxu gəlməmişdir. Pul məsələni isə deməyə məcburdur. Anten dairələri ilə məsələyə gəldikdə, şəxsən özü anten dairələri ilə çox saylı cinayət işi açmışdır. Anten dairələrinin biri Qəbələ şəhəri Vəndam kəndindədir, digəri isə Zarağanda. Anten dairəsini vururlar və görürlər ki, həmin vaxt Qəbələ Rayon Polis Şöbəsində olmuşdur. Anten Şahid1 Qəbələ rayonunda göstərir. Düzdü onlar eyni antenin əhatə dairəsində olmuş, lakin ünvan eyni olmamışdır. Hadisə baş verən yerlə Qəbələ Rayon Polis Şöbəsinin arasında dörd kilometr məsafə vardır. Antenin sübut kimi götürülməsinə qəti etiraz edir. Səma Müzəffərova ifadəsində qeyd etmişdir ki, Anar ona Bakı şəhərində nömrə vermişdir. Belə bir hal baş verməmişdir. Araşdırılma aparılsın görək o, həmin vaxt Bakı şəhərində olmuşdurmu? Bunu da sübut edə bilər ki, həmin vaxt Bakı şəhərində olmamışdır. Güya o, Səmanı şantaj edərək onunla işləməyə məcbur etmişdir. O, Səmanı şantaj etmişdirsə əsaslı bir sübut olmalıdır. O, Səma ilə iş görürdüsə niyə əvvəlki günlərə dair bir dənə də olsun mesaj yoxdur? Niyə məhz sadəcə həmin günə aid mesajlar var? Səma özü ona yazıb. O da onun mesajına cavab vermişdır. Ancaq Səmaya yazmaqda məqəsdi ona istiqamət vermək olmuşdur. İzahatında Səma qeyd etmişdir ki, o, “102” qaynar xəttinə zəng etdikdən sonra güya o, gəlmişdir. Məhkəmə istintaqı zamanı isə qeyd etmişdir ki, Anar gəlib ona demişdir ki, tez “102” qaynar xəttinə zəng et. Güya o hadisə yerinə tək gəlmişdir. İşin doğrusu isə hadisə yerinə iki əməkdaşla getmişdir. Səma ilə Sadiqi polis şöbəsinə o, aparmamışdır. Onları polis şöbəsinə əməkdaşlar aparmışlar. Sonradan isə o, getmişdir. Rəhbərlik onları qəbul etmişdir. Sonradan rəhbərlik bildirib ki, güya onları qəbul etməmişlər. Deməli hardasa polis şöbəsində də ona qarşı bir qərəz vardır. Onları isə məcbur edənlər olmuşdur. Bu iş yalan bir cinayətdir. Onun bu işdə günahı yoxdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Səma ilə olan mesajları o yazmışdır. Sözügedən mesajların məzmununu bilir. Səma ona yazmışdır ki, “Sadiqin maşınına əyləşib və nə edəcəyini bilmir”. O da həmin vaxt polis şöbəsində oturmuşdur. Polis şöbəsində səhər təlimatı olmuşdur. O da ona yazmışdır ki, “sən tapmısan nə bilirsən onu da et.” Əslində o məzmunu izah etmişdir. Mesajda isə Səmaya yazmışdır ki, “Sadiqi şəhər ərazisindən çıxar, şəhərdə olmayın”. Daha sonra yazmışdır ki, “102” qaynar xəttinə zəng et. Əvvəlcədən isə Səmaya demişdir ki, yazılı ərizə ilə polis şöbəsinə müraciət etsin. O, qanunsuz adam tuta bilmir. Onun marağı Səmaya kömək etmək olmuşdur. Səhər təlimatında telefonla mesaj yazmağına münasibətdə rəhbərlik tədbir görməli idi. Şahid1 əvvəlcədən ona demişdir ki, Sadiq ona ilişir. Səma ondan kömək etməyini xahiş etmişdir. Dəqiq xatırlamır. Əgər səhv etmirsə, hadisədən bir neçə gün əvvəl Səma sözügedən məsələ ilə bağlı ona kömək etməyini xahiş etmişdir. Səma həmin vaxtı Bakı şəhərində yaşayırmış. Səma Bakı şəhərindən Qəbələ şəhərinə gələcəyini ona demişdir. Nə məqsədlə gələcəyini dəqiq bilməmişdir. Səmanın Qəbələ şəhərində evləri vardır. Mesajlardan məlumdur ki, Səma Sadiqin onunla görüşmək istədiyini qeyd etmişdir. O da yazmışdır ki, “görüşmək istəyir get görüş”. Daha sonra Səma Sadiqlə görüşmüş və ona mesaj yazmışdır. Həmin vaxt Səmaya istiqamət vermişdir. Ona istiqamət verməkdə məqsədi kömək etmək olmuşdur. Səma birinci dəfə idi ki, elə bir işlə bağlı ona müraciət etmişdir. Zərərçəkmiş şəxsin ifadələri ilə tanış olmuşdur. Zərərçəkmiş şəxsi əvvəllər tanımış və onunla münasibəti olmuşdur. Zərərçəkmiş şəxslə münasibəti normal olmuşdur. O, Sadiqi hadisə yerinə gələn vaxt görmüşdür. O, bilməmişdir ki, Sadiq həmin Sadiqdir. Sadiqlə münasibətləri normal olduğu üçün onu polis şöbəsindən buraxmışlar. Sadiq onun ziyanına ifadə vermişdir. Çünki ona müstəntiqlər təsir etmişlər. Səma Müzəffərova ilə mesajlaşan vaxt yanında polis əməkdaşı Rəhim Məmmədcanov olmuşdur. Səma həmin vaxt ona mesajda demişdir ki, “kimisə ilişdirib sizdə tutun”. Həmin vaxt ona bildirmişdir ki, “onların rəis bu işlərə qol qoymur”. Səma Müzəffərovanın bir neçə işdə adı hallanır. Çünki Səma bu işin adamıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxs qismində çıxış edən Sadiq Mikaylovla cinayət işi üzrə Şahid1 polis şöbəsinə aparmamasını, hədə qorxu ilə pul tələb etmədiyini, eləcə də şahid qismində çıxış edən Şahid1 köməklik etmək məqsədi ilə ona istiqamət verməsini,həmçinin Şahid1 onunla işləməyə məcbur etdiyini, habelə baş vermiş cinayətlərə onun aidiyyətinin olmaması ilə bağlı hissədə verdiyi ifadəsini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərmişdir ki, evlidir və ailə üzvləri birlikdə kənddə yaşayır, Qəbələ rayonunun Mıxlıqovaq kəndində yerləşən ərzaq mağazasını işlədir, həmçinin fərdi qaydada fındıqçılıqla məşğul olur. Qəbələ rayon polis şöbəsinin sabiq əməkdaşı Təqsirləndirilən şəxs təxminən 2019-cu ildən etibarən yaşadığı kənddə sahə müvəkkilinin köməkçisi işlədiyi dövrdən tanımışdır. 2015-ci ildən etibarən istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Şahid1 2021-ci ilin yay aylarında tanımışdır. Belə ki, mobil telefonuna qısa çağrılarla zənglər gəlmiş və həmin zənglərə cavab olaraq danışarkən telefonda Şahid1 ilə tanış olmuş, Şahid1 dəqiq adını istintaq dövründə bilmişdir. Tanışlıq zamanı isə Şahid1 ona başqa adla özünü təqdim etmiş, söhbətləri zamanı sonuncuya fındıqçılıqla məşğul olduğunu demiş, Şahid1 da ona ərindən boşandığını, himayəsində azyaşlı uşağının olduğunu, dolana bilmədiyini bildirərək fındıq yığımı zamanı işləyə biləcəyini ona demiş, lakin telefon danışıqları zamanı ona heç vaxt intim təkliflər etməmişdir. 14 avqust 2021-ci il tarixdə Qəbələ şəhərinə bazardan fındıq almağa getməyi planlaşdırdığı üçün bu barədə Şahid1 əvvəlcədən telefonda məlumat vermiş, Şahid1 uşağını rəfiqəsinin yanında qoyub, 14 avqust 2021-ci il tarixdə onunla görüşə biləcəyini bildirmişdir. 14 avqust 2021-ci il tarixdə saat 08 radələrində istifadəsində olan “Ford” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhərinə gedərək yeni avtomobil vağzalının qarşısında gözləmiş və bir müddət sonra uzaqdan Şahid1 “Tofaş” markalı avtomobildən düşüb telefonla ona zəng edərək görüş üçün gəldiyini görmüş, həmin vaxt “Tofaş” markalı avtomobilin Təqsirləndirilən şəxs olduğunu ağlına belə gətirməmiş, daha sonra Şahid1 onun idarə etdiyi avtomobilə oturmuş və əvvəlcədən razılaşdıqları kimi Bakı şəhərindən Qəbələ rayonuna gəlməsi üçün yol pulu kimi vəd etdiyi 50 manat pulu avtomobildə Şahid1 vermiş, yol boyu Şahid1 övladına zəng etmək üçün mobil telefonunu istəmişdir. O da etiraz etmədikdə Şahid1 onun mobil telefonundan istifadə edərək mobil ismarıclar yazmış, öz növbəsində telefondan məlumatlı olmadığı üçün Şahid1 kimə və nə üçün nə yazdığına belə fikir verməmişdir. Şahid1 ona Qəbələdən sonra İsmayıllı rayonuna gedəcəyini əvvəlcədən bildirdiyi üçün o, avtomobilini həmin səmtə - yəni avtovağzalın yaxınlığında, “Körpü” deyilən yerin yaxınlığında yerləşən çayxanaya sürmüş, razılıqları əsasında meşəlik ərazinin ətəyində yerləşən çayxanaya gedib oturaraq orada çay içmişlər. Çayxanada olarkən Şahid1 öz mobil telefon nömrəsinə kontur pulu göndərmək üçün onun mobil telefonunu istədikdə etiraz etməmiş, Şahid1 mobil telefonu götürüb kənara keçib kimləsə danışmış, eyni zamanda Şahid1 onun yanında olduğu müddətdə də tez-tez telefonu ilə kiməsə ismarıclar yazmışdır. Ardınca o, Şahid1 gəzmək üçün meşəyə tərəf getməyi təklif etmiş, Şahid1 da etiraz etməmiş, meşəyə tərəf gedəndə Şahid1 50 manat pulu ona xırdalamaq üçün vermiş, o isə öz növbəsində pulu qəbul edərək qayıdanda ona verəcəyini demiş, meşədə olarkən o, Şahid1 intim münasibətdə olmaq istəyib-istəmədiyini soruşduqda Şahid1 hay-küy salıb geri qayıtmaq istədiyini tələb etmiş, o da etiraz etməmişdir. Buna baxmayaraq Şahid1 ondan qabaqda qaçaraq avtomobil yoluna tərəf getmiş, özü isə sakit formada çayın pulunu vermək üçün təxminən 1-2 dəqiqəlik məsafədən çayxanaya qayıtmış, çayın pulun verəndə, çayxanada işləyən çayçı ona Daxili İşlər Nazirliyinin “102” xidmətinə kimin zəng etdiyini soruşmuş, o isə heç kimin zəng etmədiyini demiş və çayın pulunu verib avtomobilinə tərəf qayıtmışdır. Elə bu vaxt Qəbələ rayon polis şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs həmin “Tofaş” markalı avtomobillə çayxananın qarşısında olduğunu görmüş, həmin vaxt Təqsirləndirilən şəxs onu və Şahid1 kənardan izlədiyini başa düşmüş, Təqsirləndirilən şəxs ona yaxınlaşaraq nə baş verdiyini, Daxili İşlər Nazirliyinin “102” xidmətinə bir xanım tərəfindən nalayiq və intim xarakterli təkliflər edilməsi ilə bağlı şikayət daxil olduğunu demiş, o isə heç nə baş vermədiyini bildirməsinə baxmayaraq qısa müddətdə iki nəfər də polis əməkdaşının əraziyə gəldiyini görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə getməli olduqlarını bildirmiş, o da etiraz etməmişdir. Təqsirləndirilən şəxs tapşırığı ilə bir nəfər polis əməkdaşı onun avtomobilini idarə edib özünü də yanında əyləşdirib şöbəyə aparmış, Təqsirləndirilən şəxs özü isə yaxınlıqda olan Şahid1 avtomobilinə əyləşdirib onların arxasınca şöbəyə getmişdir. Rayon polis şöbəsində ona Şahid1 “102” xidmətinə zəng edərək onun əxlaqsız təkliflər etməsi barədə şikayət verdiyini bildirmişlər. Daha sonra otaqların birində Təqsirləndirilən şəxs təklikdə ona Şahid1 əxlaqsız təkliflər etməsi barədə ailə üzvlərinə məlumat verəcəyi və onu həbs ediləcəyi ilə hədələyərək ondan 1000 (bir min) manat pul verməsini tələb etmişdir. O da öz növbəsində rüsvay olmamaq üçün ailə üzvlərinə bu barədə məlumat verməməsini Təqsirləndirilən şəxs xahiş etmiş, üzərində 1000 (bir min) manat pul olmadığını bildirərək inandırmaq üçün ciblərini göstərərək cəmi 220 manat məbləğində pulunun olduğunu Təqsirləndirilən şəxs bildirməklə təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ondan tələb etdiyi pulun məbləğini 500 manata yendirərək 500 manat verməsini tələb etmiş, o isə təkid edərək cəmi üzərində 220 manat pul olduğunu sonuncuya bildirmişdir. Təqsirləndirilən şəxs da onda olan 220 manat pulu götürüb öz cibinə qoyduqdan sonra ondan sakitcə çıxıb getməsini tələb etmişdir. O da öz növbəsində polis şöbəsindən çıxıb evinə qayıtmışdır. Qadın məsələsində şərlənib şantaj edildiyi üçün utandığından heç kimə bu barədə bir söz deməmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs Şahid1 başqa otaqda saxlamışdı. Həmçinin polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs onların yanında olan digər iki nəfər polis əməkdaşlarını onlardan uzaqlaşdırmışdır. Qəbələ rayon polis şöbəsində olarkən Təqsirləndirilən şəxs başqa kimsə onunla söhbət aparmamışdır. İstifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən 14 avqust 2021-ci il tarixdə saat 08.59-da Şahid1 istifadəsindəki ***-***-**-** nömrəyə göndərilmiş “Menle neceye gorusersen” məzmunlu ismarıcı da onun özü deyil, məhz Şahid1 özü-özünə yazmışdır. Məhkəmə kollegiyasının şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərmişdir ki, Qəbələ rayon polis şöbəsinin sabiq əməkdaşı Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin əvvəlindən tanıyır. Belə ki, dərziyə zəng etmək əvəzinə, səhvən başqa nömrə yığaraq Təqsirləndirilən şəxsya zəng etmiş və həmin ərəfələrdə ərindən ayrı olduğundan bu təsadüfi zəng vasitəsilə Təqsirləndirilən şəxsla telefonda tanış olmuş və tanış olduqdan sonra Təqsirləndirilən şəxs ona Qəbələ rayon polis şöbəsində işlədiyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxsla onun arasında qısa müddətlik sevgili münasibəti olmuşdur. Özünün istifadəsində ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələr olmuşdur. Təxminən 2021-ci ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs istifadəsindəki “Tofaş” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyası yaxınlığındakı “Kontakt home” adlı mağazanın qarşısına gedərək onunla orada görüşmüş, qarşılıqlı razılıq əsasında “28 May” metrostansiyası yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasına gedərək Təqsirləndirilən şəxs təşkil etdiyi mənzilin birində bir gecə qalmışlar və həmin gecə intim münasibətdə olmuşlar. Həmin görüşdən təxminən 1-2 həftə sonra Təqsirləndirilən şəxs təkrar Bakı şəhərinə gələrək onunla avtomobildə görüşüb söhbət etmiş və söhbət əsnasında onun bibisi oğlu Lütfini tanıdığını, intim münasibətdə olduqları hərəkətlərinin videoçəkilişini apardığını, əgər dedikləri hərəkətləri icra etməyəcəyi halda barəsində çəkdiyi videoçəkilişi bibisi oğlu Lütfiyə göstərəcəyini deyib polis əməkdaşı olduğu üçün ona işləməyi, maddi imkanı yaxşı olan şəxsləri tutmaq məqsədilə həmin şəxslərlə danışaraq görüşə çağırmalı olduğunu tapşırmışdır. O, Təqsirləndirilən şəxs intim videolarla onu rüsvay edəcəyindən qorxaraq onun təklifini qəbul etmişdir. Bu razılaşmadan sonra Təqsirləndirilən şəxs ona Qəbələ rayonunda yaşayan 3-4 nəfər şəxsin mobil telefon nömrələrini verib həmin şəxslərlə tanış olmağını və Qəbələ rayonunda görüş təşkil etməyini, görüş zamanı onun polis kimi gəlib həmin şəxsləri tutacağını və şantaj etmək yolu ilə şəxslərdən pul alacağını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ona Qəbələ rayon sakinlərindən Zərərçəkmiş şəxs, kafe işlədən Əli adlı şəxsin, aptek işlədən Asif adlı şəxsin də mobil nömrəsini verərək onların maddi imkanlı olduğunu bildirmişdir. O da əvvəlcə məqsədli şəkildə Zərərçəkmiş şəxs zəng edib guya səhv düşdüyünü demiş, Zərərçəkmiş şəxs da razılaşaraq ona təkrar zəng etməmişdir. Lakin o, sonradan yenə də Zərərçəkmiş şəxs qısa zəng etmiş, bundan sonra Zərərçəkmiş şəxs ona təkrar zəng edərək telefonda söhbətləşmiş və bu formada sonuncu ilə telefonda tanış olmuşdur. Asif adlı şəxsin telefon nömrəsinə isə tanışlıq üçün səhv etmirsə zəng etsə də sonuncu cavab vermədiyi üçün tanışlığı baş tutmamışdır. Söhbət əsnasında Zərərçəkmiş şəxs ona mağaza işlətdiyini və fındıqçılıqla məşğul olduğunu söyləmişdir. O da, Zərərçəkmiş şəxs fındıq yığımı vaxtı işləyə biləcəyini, ərindən boşanmış qadın olduğunu, himayəsində azyaşlı uşağının olduğunu, dolana bilmədiyini Zərərçəkmiş şəxs demişdir. Zərərçəkmiş şəxs 14 avqust 2021-ci il tarixdə Qəbələ şəhərinə bazardan fındıq almağa getməyi planlaşdırdığını və səhər saatlarında görüşə biləcəyini ona əvvəlcədən demiş, o da bu görüş barədə dərhal Təqsirləndirilən şəxs xəbər vermişdir. Təqsirləndirilən şəxs ona Qəbələ şəhərinə gəlməyi tapşırmış, bundan sonra Zərərçəkmiş şəxs danışıb 14 avqust 2021-ci il tarixdə görüşə biləcəyi barədə razılıq verərək Bakı şəhərindən Qəbələ rayonuna getmək üçün yol pulu istəmiş, sonuncu da ona yol pulu verəcəyinə vəd verməklə onu 14 avqust 2021-ci il tarixdə səhər Qəbələ şəhərində gözləyəcəyini bildirmişdir. Bu səbəbdən də, o, 14 avqust 2021-ci il tarixdə günortadan sonra xatırlamadığı taksi avtomobili ilə getmiş, orada onu Təqsirləndirilən şəxs öz avtomobili ilə qarşılamış, xatırlamadığı mehmanxanaya yerləşdirmişdir. Səhəri gün, yəni 14 avqust 2021-ci il tarixdə səhər tezdən Təqsirləndirilən şəxs onu avtomobilinə götürüb Zərərçəkmiş şəxsla görüşmək üçün avtovağzalın yanına aparmış, Zərərçəkmiş şəxsla zəngləşərək vağzalın yanına bir az piyada hərəkət etdikdən sonra görüşmüş, eyni zamanda görüş zamanı edəcəyi hərəkətlər və gedəcəyi yerlər barədə vaxtında Təqsirləndirilən şəxs mobil ismarıc vasitəsilə məlumatlar ötürmüşdür. Görüş zamanı Zərərçəkmiş şəxs ona avtomobildə yol pulu kimi 50 manat pul vermiş, onunla birlikdə evə getmək istədiyini, lakin çəkindiyini, qorxduğunu deyərək onu çay içmək üçün kafeyə getməyə dəvət etmiş, o da Zərərçəkmiş şəxs etiraz etməmişdir. Bu barədə vaxtında telefonu ilə Təqsirləndirilən şəxs mesaj yazıb məlumat vermiş, Təqsirləndirilən şəxs isə ona Zərərçəkmiş şəxs telefonunu götürüb nömrəsindən öz nömrəsinə mesaj yazmağı tapşırmış, öz növbəsində kiməsə zəng etmək bəhanəsi ilə Zərərçəkmiş şəxs telefonunu götürüb öz nömrəsinə intim məzmunda ismarıc yazmış və telefonu geri qaytarmışdır. Daha sonra Zərərçəkmiş şəxsla meşə ətrafında yerləşən çayxanaya gedib bir qədər orada söhbət etmiş, həmin vaxt ətrafda kimsə olmamışdır. Çayxanada olduğu müddətdə Zərərçəkmiş şəxs xəbərsiz Təqsirləndirilən şəxsla mobil ismarıc vasitəsilə əlaqə yaratmış, sonuncu ona təkidlə “102” xidmətinə zəng edib şikayət verməsini tapşırmış, zəng etmək üçün mobil telefonunda kifayət qədər pul olmadığından Zərərçəkmiş şəxs telefonundan öz nömrəsinə pul göndərmiş, ardınca Zərərçəkmiş şəxs ona meşə istiqamətində piyada gəzməyi təklif etmişdir. O da bu barədə dərhal Təqsirləndirilən şəxs mobil ismarıc vasitəsilə xəbər etmiş, sonuncu da ona Zərərçəkmiş şəxs onunla intim münasibətin olmasına imkan verməyəcəyini, həmin vaxta kimi gəlib Zərərçəkmiş şəxs yerindəcə tutub polis şöbəsinə aparacağını əvvəlcədən bildirmişdir. O da Təqsirləndirilən şəxs sözünə arxayın olaraq plana uyğun şəkildə Zərərçəkmiş şəxsla birlikdə meşəyə doğru gəzə-gəzə hərəkət etmiş və verdiyi 50 manat pulu xırda əskinazla verməsini xahiş etmiş, Zərərçəkmiş şəxs da 50 manatlıq pulu ondan götürüb aşağı düşərkən əvəzində xırda pul verəcəyini bildirmişdir. Nəhayət meşəlikdə olarkən Zərərçəkmiş şəxs ona intim münasibətdə olmağı təklif etmiş, o isə razılaşmayaraq səs-küy salıb, qaçaraq yola tərəf getmiş və Təqsirləndirilən şəxs tapşırığı ilə Daxili İşlər Nazirliyinin “102-qaynar xətt” xidmətinə zəng edərək zorlanma barədə Zərərçəkmiş şəxs şikayət vermişdir. Az bir müddət sonra yol kənarına tərəf gedərkən Təqsirləndirilən şəxs özünü ona çatdırmış, Zərərçəkmiş şəxs da onlara yaxınlaşanda artıq Təqsirləndirilən şəxs onun üçün oyun qurduğunu başa düşmüş, həmin vaxt əlavə iki nəfər polis əməkdaşları ora gəlmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobilə mindirib avtomobili digər polis əməkdaşı idarə etməklə polis şöbəsinə yola salmış, özü isə onu avtomobilinə götürüb polis şöbəsinə getmiş, Təqsirləndirilən şəxs Qəbələ rayon polis şöbəsində onu ayrıca otaqda saxlamış, özü isə Zərərçəkmiş şəxsla bir neçə saat təkbətək söhbət aparmışdır. Bir neçə saat sonra Təqsirləndirilən şəxs ona məhz əsəbi olması səbəbindən “102” xidmətinə şikayət etməsi məzmunda ərizə yazıb şikayətçi olmadığını ərizədə göstərməsini tapşırmışdır. O da Təqsirləndirilən şəxs tapşırığına əsasən həmin məzmunda ərizə yazıb şöbəyə təqdim etmişdir. Təqsirləndirilən şəxs ona Bakı şəhərinə qayıtması üçün 15 manat yol pulu verərək onu yola salmışdır. Bundan sonra onun Təqsirləndirilən şəxsla münasibəti soyumuş, Təqsirləndirilən şəxs sonradan onunla telefonda danışarkən Zərərçəkmiş şəxs pul alıb, buraxdığını etiraf etmişdir. Daha sonra münasibətləri soyuduğundan və telefon nömrəsini dəyişdiyindən Təqsirləndirilən şəxsla əlaqə saxlamamış, Təqsirləndirilən şəxs ona, barəsində olan intim videogörüntünü təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla işçi qaydasında normal münasibəti olmuşdur. Təqsirləndirilən şəxs əməliyyat müvəkkili vəzifəsində işləyərkən, əslən Qəbələ rayonundan olan, lakin Bakı şəhərində yaşayan Şahid1 ilə tanış olaraq intim münasibətlərinin olması, Səma ilə əlbir olub Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul əldə etmək üçün Qəbələ rayonu ərazisində görüş təşkil etməsi və bu hadisəni kənardan izləməsi, Zərərçəkmiş şəxs Şahid1 cinsi əlaqədə olmaq barədə təklif verdikdən sonra Səmanın səs-küy salaraq bu barədə əvvəlcədən Təqsirləndirilən şəxsla razılaşmasına uyğun “102” xidmətinə şikayət verməsi, Təqsirləndirilən şəxs dərhal ora gedib Zərərçəkmiş şəxs polis şöbəsinə gətirməsi, eləcə də Zərərçəkmiş şəxs Şahid1 intim, əxlaqsız təklif etməsini ailə üzvlərinə də bildirəcəyi ilə hədələməklə ondan pul tələb edib 220 manat pulunu alması və sərbəst buraxması barədə məlumatı vardır. Belə ki, Şahid1 “102” xidmətinə 2021-ci ilin səhv etmirsə avqust ayında Zərərçəkmiş şəxs barədə şikayət vermiş, lakin məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ona sadəcə intim münasibət təklif etmişdir. Bu şikayətlə əlaqədar Qəbələ rayon polis şöbəsində hər hansı cinayət işinin ibtidai istintaqı aparılmamış, cinayət faktı olmadığı üçün Zərərçəkmiş şəxs sərbəst buraxılmışdır. O, Şahid1 və ya Zərərçəkmiş şəxs üzdən tanımır, onlarla hər hansı formada əlaqəsi olmamışdır. Ümumiyyətlə Şahid1 Zərərçəkmiş şəxs barədə “102” xidmətinə şikayət verdiyi vaxtadək onlar barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onun və digər polis əməkdaşı Şahid3 barəsində ifadəsində göstərdikləri yalandır. Anar ona Səmanın Sadiq barədə “102” xidmətinə şikayət edəcəyini əvvəlcədən deməmişdir. Əgər Təqsirləndirilən şəxs belə bir əməlindən əvvəlcədən xəbəri olsaydı qanunazidd hərəkətlərinə imkan verməzdi. Şahid1 “102” xidmətinə Zərərçəkmiş şəxs barədə şikayət verdikdən sonra Təqsirləndirilən şəxs onları rayon polis şöbəsinə gətirmiş və təklikdə Zərərçəkmiş şəxs həbs etdirəcəyi, ailə üzvlərinə xəbər verəcəyi ilə hədələyərək ondan hədə-qorxu ilə 220 manat pul almışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul aldığını yalnız sonuncu barədə cinayət təqibi aparıldığı zaman bilmişdir. Təqsirləndirilən şəxs barəsində bu faktının aşkara çıxarılmasının onun və polis əməkdaşı Şahid3 tərəfindən təşkil edildiyini düşünür və bu səbəbdən də qanunazidd hərəkətlərinə onları da şərik qoşmaq üçün barələrində həqiqətə uyğun olmayan məlumatları ifadəsində bildirir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı kənddə polis nəfəri vəzifəsində işlədiyi dövrdən tanımış, Şahid1 isə bacısı X5 görə tanımaqla ailəvi yaxın münasibətləri olmuş, Təqsirləndirilən şəxsla Şahid1 tanışlıqlarından xəbəri olmamış, o cümlədən, onların tanışlıqlarında hər hansı bir rolu olmamışdır. Zərərçəkmiş şəxs isə uşaqlıqdan tanımış, münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs mobil telefon nömrəsini heç vaxt Şahid1 təqdim etməmiş, bu kimi hal heç vaxt baş verməmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mobil telefon nömrələri onda olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 avqust 2022-ci il tarixli məktubuna və həmin məktuba əlavə edilmiş 01 ədəd optik diskin daxilindəki məlumatlara həmin tarixdə baxış keçirilərək digər xüsusatlardan əlavə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında 14 avqust 2021-ci il tarixdə sonuncunun Zərərçəkmiş şəxs ilə görüşünün təşkil edilməsi və barəsində Daxili İşlər Nazirliyinin “102-qaynar xətt” mərkəzinə şikayət verilməsi haqqında ismarıclar yazdıqları aşkar edilmişdir (cild 01, iş vər. 43-67) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 yanvar 2023-cü il tarixli məktubuna və həmin məktuba əlavə edilmiş 01 ədəd optik diskin daxilindəki məlumatlara həmin tarixdə baxış keçirilərək müəyyən edilmişdir ki, Səma Müzəffərovanın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***- **-** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında mütəmadi qaydada yazışmalar aparılmışdır. Qeyd olunan iki şəxsin birlikdə qanunsuz şəkildə əməliyyat qurduqları aralarında olan yazışmalardan aydın olmuşdur. Həmin yazışmalar cədvəl şəkilində aşağıdakı kimidir: Tarix İsmarıc İsmarıc İsmarıcın məzmunu göndərən və saat qəbul edən xx.xx.202 ********** ********** Urəy bayramın mubarək olsun hayatim. Can 1 saglıgı, firavan heyat dileyirem. Hər zaman uzun gulsun insallah. 10:19:05 xx.xx.202 ********** ********** Can səninde bayramın mübarək Allah yanında 110:19:3 meqamin uca olsun 3 xx.xx.202 ********** ********** Necesen Anar zəngə cavab verə bilmərəm 114:28:4 denizdeyem tel maşında olur 0 xx.xx.202 ********** ********** Salam canım. Üzürlü say. Tədbirdəyəm 112:41:3 7 xx.xx.202 ********** ********** Sora yigacam 112:41:4 8 xx.xx.202 ********** ********** Ehtiyac deyil zəng etmersen 112:43:3 0 xx.xx.202 ********** ********** Danışmaq istəmirem sağol ehtiyac deyil zəng 118:22:5 etməyin 4 xx.xx.202 ********** ********** Anlamadıme ay Səma. Nolduki? 118:33:0 7 xx.xx.202 ********** ********** Özün terzde özüne uyğun olan biri ile dans 118:36:1 4 xx.xx.202 ********** ********** Heçnə anlamıram, isim olub Allaha and olsun. 1,18:37: Tədbirimiz var idi 05 xx.xx.202 ********** ********** Səma bəlkə cavab verəsən 118:58:3 0 xx.xx.202 ********** ********** Men ara adamı deyiləm ayrı hecne can sağlığı 119:06:2 zəhmət nomremi sil 4 xx.xx.202 ********** ********** Sənə kim dediki ara adamısan? 119:07:0 5 xx.xx.202 ********** ********** Sağol bir birimizi incitmeyek 119:09:0 1 xx.xx.202 ********** ********** Məni qirmaq fikrin varsa bu basqa məsələ ama 119:11:2 mən adam incidən deyil əm nədə variant gələn 8 deyilım xx.xx.202 ********** ********** Mən panytaka sahibiyəm bugüne kimi yaşayışımi 119:12:5 bilmişəm bizde ne variant nede qırmaq sobeti 6 olmur nede mən göstərdiyin münasibətə laiqem xx.xx.202 ********** ********** Allaha and olsun isim olub deyirəm. Şey tədbiri 119:15:2 okub. İndidə Şəkidəyəm expertə gətirmişəm. Açıq 6 deyirəmda. Burda nəvarki xx.xx.202 ********** ********** Dünənde tedbir idi?mene ara nömrəsi ver at 119:16:4 maşına get mən ele qabiliyyətsiz biriyəm küçə 3 adamıyam? xx.xx.202 ********** ********** Ara nömrəsi deyil. Adıma olan qanuni nömrəmdi. 119:18:2 Dunən toyda olmusam. 0 xx.xx.202 ********** ********** Səhər zəng vurmusdum. Nə problem varki 119:18:2 6 xx.xx.202 ********** ********** Qanuni nömrə ada sobeti deyil sen meni ya 109:53:3 anlamırsan yada istemirsen 8 xx.xx.202 ********** ********** Urəyim vallah mən səni həm anlayiram hemdə 109:54:5 istəyirəm. 7 si gılirəm 1 xx.xx.202 ********** ********** Menim telefonumuda getir bir iş var danışım 109:56:1 düzdüsə sene xəbər verecem 7 xx.xx.202 ********** ********** Kontr yoxdu ya yaz ya yığ 8de görusekmi he yo 117:32:0 4 xx.xx.202 ********** ********** Bilmirəm bu ne edebsizlik mene qarşı bir saatdı 118:58:2 mene cavab vermirsə 4 xx.xx.202 ********** ********** Bu ne edebsizlik mene qarşı bir saatdı cavab 118:59:5 vermirsən mən ele dişovu adam deyilem ki sen 6 kefinə düsende meni yığ ki mende gelim xx.xx.202 ********** ********** Sen mene heç hörmət qoymursan sende günah 119:00:4 yoxdu mende günah varki senin neyinle 4 danışıram.nese kefinə bax nede meni gözlə xx.xx.202 ********** ********** Sen yaxşı adam deyilsen nede düzgün nede 119:01:1 emelin ile dilin birdi 1 xx.xx.202 ********** ********** Nede mən uşaq deyiləm hecne hiss etmedim 119:36:0 8 xx.xx.202 ********** ********** sen oraliqda ol men sene taksi baxacam getsin 120:31:1 deyecem sora gel 4 xx.xx.202 ********** ********** Ok 120:31:4 0 xx.xx.202 ********** ********** Hara çatmısan? 120:31:5 5 xx.xx.202 ********** ********** vedre bazari 120:32:1 8 xx.xx.202 ********** ********** Poçtun qabaginda dus. 120:32:4 1 xx.xx.202 ********** ********** oldu 120:32:4 9 xx.xx.202 ********** ********** oraliqda ol az qalib men demeden yaxinlasma 120:37:3 8 xx.xx.202 ********** ********** Ok burdayam 120:38:0 8 xx.xx.202 ********** ********** oldurecem seni tez gel 122:33:0 0 xx.xx.202 ********** ********** yaz supelenir deyir ki kimle danisdin deyir kruqdan 108:38:1 donub gellem 7 xx.xx.202 ********** ********** Ok 108:38:4 6 xx.xx.202 ********** ********** ...... (qeyri etik ifadə) atsa 102 yig deki məni 108:43:4 narahat eləyir. Zorlamaq istəyir əl atir 0 xx.xx.202 ********** ********** deyir gezek gedek sora cay icek 108:44:5 9 xx.xx.202 ********** ********** Ok 108:45:2 2 xx.xx.202 ********** ********** Səhərdən çıxmayin 108:45:3 9 xx.xx.202 ********** ********** ay blin indi qusacam bunun ustune 108:47:4 7 xx.xx.202 ********** ********** Calış harasa aparsin səni 108:48:2 9 xx.xx.202 ********** ********** burda korpude otrrur belke deyim.nese alaq 108:49:1 meseye gedek 0 xx.xx.202 ********** ********** Körpudə oturma 108:49:4 3 xx.xx.202 ********** ********** Dünən dusək sonqar var ora 108:50:1 8 xx.xx.202 ********** ********** Cay içirsiz? 108:54:5 1 xx.xx.202 ********** ********** he 1 08:55:17 xx.xx.202 ********** ********** Nə deyir 108:55:1 9 xx.xx.202 ********** ********** Onu orda 20 dəq yubat 108:55:4 0 xx.xx.202 ********** ********** Oldu? 108:55:5 1 xx.xx.202 ********** ********** yaxsi hr can 108:56:0 3 xx.xx.202 ********** ********** Buralardayiq 108:56:4 3 xx.xx.202 ********** ********** Menle neceye gorusersen 108:59:1 1 xx.xx.202 ********** ********** Fikri nədi 109:00:0 9 xx.xx.202 ********** ********** Puluvu verdi? 109:00:5 2 xx.xx.202 ********** ********** verdu 50 indi cay icib meni bura yuxari meseye 109:03:3 aparacaq ........ (qeyri etik ifadə) 3 xx.xx.202 ********** ********** Ok 109:03:5 0 xx.xx.202 ********** ********** biz yuxari qalxanda gelin yola dogru baxir ablava 109:04:0 edir 8 xx.xx.202 ********** ********** Sən meşəyə girən kimi işdən söhbət salıb qatı qutu 109:05:0 sal mütləq 102 yə yig deki is adıyla məni gətirib 2 əxlaqsız təkliflər edir xx.xx.202 ********** ********** Başa dusdun? Mütləq yigha. Rəis dediki mütləq 109:05:4 yigsin 0 xx.xx.202 ********** ********** Durana xəbər ver mənə 109:06:0 9 xx.xx.202 ********** ********** yaxsi arxayin ol 109:06:3 6 xx.xx.202 ********** ********** iyrenirem bundan amciq sifat 109:07:0 3 xx.xx.202 ********** ********** Boş ver. Məndeyəni elə. Həmdə şübhələndirmə 109:07:3 7 xx.xx.202 ********** ********** he cox baxanda supelenir dayan meseye girek 109:12:1 yigacam polisi 5 xx.xx.202 ********** ********** Hansi meşəyə gedəssiz? Şonqara apar onu 109:12:2 8 xx.xx.202 ********** ********** onu masinina minende tut yox ele burda yuxari 109:12:4 qalxib sikecek meni 4 xx.xx.202 ********** ********** Narahat olma. 109:13:2 2 xx.xx.202 ********** ********** Mən deyən kimi meşəyə girəndə problem yarat, 109:16:0 deki aldadib gətirmisən məni. Biz iş danışmışdıq. 4 102 yədə elə de xx.xx.202 ********** ********** Onnan mehribanlaşma. İstəyirsən orda problem 109:23:2 yarat yig 102 4 xx.xx.202 ********** ********** edecem dayan 109:24:3 2 xx.xx.202 ********** ********** Sora mənə zəng vur guya qiznan danışırsan 109:25:0 4 xx.xx.202 ********** ********** Gör xəlbət şəklini çəkə bilirsən 109:26:2 8 xx.xx.202 ********** ********** qalxiriq yuxari 109:28:1 1 xx.xx.202 ********** ********** Hara çıxırsız? 109:28:3 5 xx.xx.202 ********** ********** yuxari daga men deyende basilin bura 109:28:5 4 xx.xx.202 ********** ********** Yig 102 109:29:1 2 xx.xx.202 ********** ********** Sora 109:29:1 8 xx.xx.202 ********** ********** Dava sal 109:29:2 6 xx.xx.202 ********** ********** Noldu 109:33:0 1 xx.xx.202 ********** ********** Meaajlari sil 110:24:4 7 xx.xx.202 ********** ********** cixar meni burdan 110:38:0 8 xx.xx.202 ********** ********** Canim mən getdim evə. Yimazsan məni 113:07:3 7 Həmçinin, baxış zamanı Səma Müzəffərovanın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında 14 avqust 2021-ci il tarixdə mütəmadi qaydada qanunsuz şəkildə əməliyyat qurulması ilə bağlı yazışmalar aşkar edildiyindən, zərərçəkmiş şəxsin müəyyən olunması məqsədi ilə optik sikdə olan “**********01.txt” adlı mətn sənədi və “2021.xlsx” adlı microsoft excel formatlı fayl qeyd olunan tarix üzrə təhlil olunmuşdur. X6 həmin tarixdə görüş təyin edilməsi ilə əlaqədar ***-***-**-** saylı mobil telefon nömrəsi ilə səhər saatlarında mütəmadi danışdığı aşkar edilmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsi “abuneciler.xlsx” (Microsoft Excel) adlı faylda axtarışa verildikdə, həmin mobil telefon nömrəsinin Qəbələ rayonunun Mıxlıqovaq kəndində qeydiyyatda olan, xx.xx.1971-ci il təvəllüdlü, şəxsiyyət vəsiqəsinin nömrəsi AZE№02669593 olan X3 adına rəsmiləşdirildiyi aşkar edilmişdir. İbtidai istintaqla isə həmin mobil telefonun real olaraq sonuncun qardaşı Zərərçəkmiş şəxs tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Qeyd olunan hər üç şəxs arasında 14 avqust 2021-ci il tarixdə olan danışıqlar və antenn dairələri aşağıdakılardır: Zəng edən Zəng Tarix Danışı Zəngin əhatə Ünvan edilən q dairəsi və saat müddət i ********** ********** xx.xx.202 7 ARANANİN CELL Qebele r-nu, 1 3:03 İD-si Nic ********** ********** xx.xx.202 7 ARAYANİN CELL Qebele r- 1 3:03 İD-si nu,Nic ********** ********** xx.xx.202 25 ARANANİN CELL Qebele r- 1 7:23 İD-si nu,Nic ********** ********** xx.xx.202 25 ARAYANİN CELL Qebele r-nu, 1 7:23 İD-si Bum ********** ********** xx.xx.202 16 ARAYANİN CELL Qebele r-nu 1 7:47 İD-si ********** ********** xx.xx.202 16 ARANANİN CELL Qebele r-nu, 1 7:47 İD-si Nic ********** ********** xx.xx.202 25 ARANANİN CELL Qebele r-nu 1 8:01 İD-si ********** ********** xx.xx.202 25 ARAYANİN CELL Qebele r-nu, 1 8:01 İD-si Nic ********** ********** xx.xx.202 40 ARANANİN CELL Qebele r-nu, 1 8:20 İD-si Zaragan ********** ********** xx.xx.202 40 ARAYANİN CELL Qebele r-nu 1 8:20 İD-si ********** ********** xx.xx.202 41 ARANANİN CELL 1 8:31 İD-si Qebele r-nu ********** ********** xx.xx.202 41 ARAYANİN CELL Qebele r-nu, 1 8:31 İD-si Qutqashen kuc. ********** ********** xx.xx.202 27 ARANANİN CELL Qebele r-nu, 1 8:35 İD-si Qutqashen kuc ********** ********** xx.xx.202 27 ARAYANİN CELL Qebele r-nu, 1 8:35 İD-si Qutqashen kuc ********** 508927801 xx.xx.202 1 ARANANİN CELL Qebele r-nu, 1 8:36 İD-si Qutqashen kuc ********** 508927801 xx.xx.202 1 ARAYANİN CELL Qebele r-nu 1 8:36 İD-si ********** ********** xx.xx.202 39 ARANANİN CELL Qebele r-nu 1 8:36 İD-si ********** ********** xx.xx.202 39 ARAYANİN CELL Qebele r-nu, 1 8:36 İD-si Qutqashen kuc ********** 102 xx.xx.202 113 ARAYANİN CELL Qebele r-nu, 1 9:29 İD-si Zaragan ********** ********** xx.xx.202 52 ARANANİN CELL Qebele r-nu, 1 9:38 İD-si Qutqashen kuc. ********** ********** xx.xx.202 52 ARAYANİN CELL Qebele r-nu, 1 9:38 İD-si Zaragan ********** ********** xx.xx.202 22 ARANANİN CELL Qebele r-nu, 1 9:42 İD-si Qutqashen kuc. ********** ********** xx.xx.202 22 ARAYANİN CELL Qebele r- 1 9:42 İD-si nu,Zaragan ********** ********** xx.xx.202 52 ARANANİN CELL Qebele r-nu, 1 9:42 İD-si Zaragan ********** ********** xx.xx.202 52 ARAYANİN CELL Qebele r-nu 1 9:42 İD-si ********** ********** xx.xx.202 63 ARANANİN CELL Qebele r-nu 1 9:43 İD-si ********** ********** xx.xx.202 63 ARAYANİN CELL Qebele r-nu, 1 9:43 İD-si Qutqashen kuc ********** ********** xx.xx.202 24 ARANANİN CELL Qebele ray., 1 9:45 İD-si Boyuk Pireli kendi ********** ********** xx.xx.202 24 ARAYANİN CELL Qebele r-nu, 1 9:45 İD-si Qutqashen kuc ********** ********** xx.xx.202 127 ARANANİN CELL Qebele r-nu, 1 9:46 İD-si Qutqashen kuc. ********** ********** xx.xx.202 127 ARAYANİN CELL Qebele r-nu, 1 9:46 İD-si Zaragan ********** ********** xx.xx.202 28 ARANANİN CELL Qebele r-nu, 1 9:49 İD-si Qutqashen kuc. ********** ********** xx.xx.202 28 ARAYANİN CELL Qebele r-nu, 1 9:49 İD-si Qutqashen kuc. ********** ********** xx.xx.202 6 ARANANİN CELL Qebele r-nu 1 9:51 İD-si ********** ********** xx.xx.202 6 ARAYANİN CELL Qebele r-nu, 1 9:51 İD-si Qutqashen kuc. ********** ********** xx.xx.202 9 ARANANİN CELL Qebele r-nu 1 9:51 İD-si ********** ********** xx.xx.202 9 ARAYANİN CELL Qebele r-nu, 1 9:51 İD-si Qutqashen kuc. ********** 102 xx.xx.202 33 ARAYANİN CELL Qebele r-nu 1 11:20 İD-si ********** ********** xx.xx.202 10 ARANANİN CELL Qebele r-nu 1 11:52 İD-si ********** ********** xx.xx.202 10 ARAYANİN CELL Qebele r-nu 1 11:52 İD-si ********** ********** xx.xx.202 85 ARAYANİN CELL Qebele r-nu, 1 12:08 İD-si Zaragan ********** ********** xx.xx.202 85 ARANANİN CELL Qebele r-nu, 1 12:08 İD-si Qutqashen kuc. ********** ********** xx.xx.202 34 ARANANİN CELL Qebele r-nu, 1 12:29 İD-si Qutqashen kuc. ********** ********** xx.xx.202 34 ARAYANİN CELL Qebele r-nu, 1 12:29 İD-si Zaragan Yuxarıda qeyd olunan danışıqlar və antenn dairələrindən də aydın olur ki, 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs eyni anten dairələrində hərəkətdə olmuşlar (cild 01, iş vər. 116-118, 120-134). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş avtomobilə baxış keçirilməsi haqqında 15 noyabr 2022-ci il, 08 fevral 2023-cü il tarixli protokollardan və həmin protokollara əlavə edilmiş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində və istifadəsində “Tofaş Şahin” markalı, mavi metellik rəngli, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır (cild 01, iş vər. 76-86, Cild 02, iş vər. 106-115). Cinayət işinin materiallarından görünür ki, X8 müraciəti əsasında Qəbələ rayon polis şöbəsində toplanmış materialdan görünür ki, 14 avqust 2021-ci il tarixdə saat 09:33-də Məmmədova (Müzəffərova) Səma Sərdər qızı istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng edərək, Sadiq adlı şəxsin onu iş üçün Qəbələ rayonuna çağırması və sonuncunun əxlaqsız təkliflər etməsi barədə şikayət etmiş, araşdırma nəticəsində şikayət edən şəxsin Lalə Məmmədova deyil, Səma Müzəffərova olduğu müəyyən edilmiş, Qəbələ rayon polis şöbəsində şəxslərdən izahatlar alındıqdan sonra Səma Müzəffərova hər hansı bir şikayətinin olmadığını bildirərək, bu barədə ərizə vermişdir. Araşdırmanın nəticəsi olaraq hər hansı bir qərar qəbul edilməmiş, toplanmış material işə alınmışdır (cild 01, iş vər. 180-186, cild 03, iş vər. 168-173). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 02, iş vər. 13-14). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadələri ilə Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyətlər yarandığı üçün aralarında həmin tarixdə üzləşdirmə istintaq hərəkəti həyata keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, onu ifşa etmişdir (cild 02, iş vər. 35-37). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Şahid2, habelə Şahid3 ifadələri ilə Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyətlər yarandığı üçün onlar arasında həmin tarixdə üzləşdirmə istintaq hərəkəti həyata keçirilmişdir. Üzləşdirmə zamanı Şahid2 və Şahid3 ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunu ifşa etmişlər (cild 02, iş vər. 76-81). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 fevral 2023-cü il tarixli Qəbələ Rayon Məhkəməsinin qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 02, iş vər. 96-99). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 07 noyabr 2019-cu il tarixli Ə3494ş/h-001- 19 saylı əmrindən çıxarışdan görünür ki, polis serjantı Təqsirləndirilən şəxs 08 noyabr 2019-cu il tarixdən etibarən Qəbələ rayon polis şöbəsinin sahənin polis nəfəri vəzifəsindən azad edilib, həmin şöbənin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuş və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə müvafiq olaraq polis leytenantı xüsusi rütbəsi verilmişdir (cild 02, iş vər. 131). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavininin 30 iyul 2022-ci il tarixli Ə2261ş/h-001-22 saylı əmrindən çıxarışdan görünür ki, polis baş leytanantı Təqsirləndirilən şəxs 30 iyul 2022-ci il tarixdən etibarən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndi ilə Qəbələ rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, “istefada olan polis baş leytanantı” sayılmaqla xidmətdən xaric edilmişdir (cild 02, iş vər. 132). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 yanvar 2023-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, Qəbələ rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş polis baş leytanantı Təqsirləndirilən şəxs xidməti yer üzrə mənfi xarakterizə olunmuş, o cümlədən, xidmət və icra intizamını pozduğuna görə dəfələrlə müvafiq əmrlərlə ona intizam tənbehləri elan edilmişdir (cild 02, iş vər. 133). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Tövlə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (atası, anası, qardaşı, arvadı 2016-cı il təvəllüdlü oğlu (X12) və 2017-ci il təvəllüdlü qızı (X13) ilə) Qəbələ rayonu Tövlə (Tola) kəndində daimi qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 02, iş vər. 178-180). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qəbələ rayon polis şöbəsinin 23 fevral 2023-cü il tarixli məktubundan və həmin məktuba əlavə olunmuş Qəbələ rayon polis şöbəsinin 2021-ci ilin avqust ayı üçün nəzərdə tutulmuş istintaq-əməliyyat qrupunun növbətçilik cədvəlindən görünür ki, Qəbələ rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş polis baş leytanantı Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdə Qəbələ rayon polis şöbəsində istintaq-əməliyyat qrupunun üzvü olmamışdır (cild 02, iş vər. 167, 174-175). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Şahid1 ifadələri ilə Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyətlər yarandığı üçün, onlar arasında həmin tarixdə üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş və Şahid1 ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək sonuncunu ifşa etmişdir (cild 03, iş vər. 01-06). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, X4 Qəbələ şəhərində yerləşən kirayə yaşadığı evi tərk edib bir daha geri qayıtmamasının və bununla əlaqədar digər xüsusatların Təqsirləndirilən şəxs ittiham edildiyi cinayətlə bağlı olmayan hal olduğunu, eləcə də, cinayət təqibi gedişində qeyd olunan hallar üzrə araşdırmanın davam etdirilməsinin Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin təmin edilməsinə maneçilik törətməklə araşdırmanı və işin məhkəməyə göndərilməsini yolverilməz dərəcədə uzatdığını nəzərə alaraq həmin xüsusatlar üzrə hazırki cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125 və 182.2.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 03, iş vər. 118-130). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X2 Sistemindən edilən edilən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs mülkiyyətində “Ford” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı furqon növlü sarı rəngli yük avtomobili vardır (cild 03, iş vər. 137). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlamaqla satması və intim videogörüntülərdən istifadə etməklə başqa şəxsi hədələməsi xüsusatları öz təsdiqini tapmadığından, həmin faktlarla bağlı aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilmişdir (cild 03, iş vər. 140-159). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şəxslərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermişlər, habelə ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həbs ediləcəyini bildirməklə şəxsiyyəti üzərində zor göstərmək, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin, yəni Zərərçəkmiş şəxs əmlakını hədə-qorxu ilə tələb etmiş, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxs kimi həmin tədbirləri qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirməklə Zərərçəkmiş şəxs hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olmuş, vəzifəli şəxs olaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək Zərərçəkmiş şəxs öz razılığı olmadan şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilməməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan təməl prinsiplərinə zidd olaraq onun hüquqlarına və qanuni mənafelərinə, habelə təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaq olan Azərbaycan Respublikasında polis fəaliyyətini həyata keçirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub vəzifə səlahiyyətlərini aşmışdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə qeyd edir ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, o, Qəbələ rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət edərkən, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən insan və vətəndaş hüquq və azadlıqlarının, fiziki və hüquqi şəxslərin qanunla müdafiə olunan mənafelərinin, ictimai və dövlət təhlükəsizliyinin qorunması üçün öz səlahiyyətləri daxilində bütün qanuni tədbirləri görmək, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair məhkəmə qərarlarını, istintaq orqanlarının qərarlarını və ya cinayət işləri üzrə yazılı tapşırıqlarını, habelə əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarlarını yerinə yetirmək, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatları, onların mənbəyini və əldə edilməsi üsullarını yaymadan, konkret cinayət işi üzrə təhqiqatı və ya istintaqı aparan şəxsə və yaxud məhkəməyə vermək, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən xarici dövlətlərin hüquqmühafizə orqanlarının və müvafiq beynəlxalq təşkilatlarının sorğularına cavab vermək, Azərbaycan Respublikasının ərazisində əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin səlahiyyətinə aid olan faktların aşkar edildiyi təqdirdə təxirəsalınmaz tədbirlər keçirməklə onları xəbərdar etmək və lazımi kömək göstərmək, əməliyyat-axtarış fəaliyyətini həyata keçirərkən konspirasiya qaydalarına riayət edilməsi üçün müvafiq tədbirlər görmək, öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərini “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirmək, öz əməkdaşlarının, onların yaxın qohumlarının, əməliyyat-axtarış fəaliyyəti subyektlərinə kömək edən şəxslərin, onların yaxın qohumlarının, habelə cinayət prosesi iştirakçılarının, onların yaxın qohumlarının şəxsi təhlükəsizliyini və əmlakını hüquqazidd qəsdlərdən qorunmasını təmin etmək, hər hansı şəxslə əməkdaşlığın məxfiliyini və anonimliyini təmin etmək və hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu aparmaq vəzifələri olmaqla ümumilikdə əməliyyat-axtarış tədbirlərini həyata keçirməyə səlahiyyətli olan vəzifəli şəxs kimi, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb əməliyyataxtarış tədbirini qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirməklə Qəbələ rayonunda yaşayan maddi imkanı üstün olan şəxslərin barəsində rüsvayedici məlumatlar əsasında hədə-qorxu gəlib onların, yəni özgə əmlakını ələ keçirməklə bağlı qeyrisi ilə razılaşmaqla onunla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Bu məqsədlə 2021-ci ilin əvvəllərindən şəxsi, o cümlədən, intim münasibətləri olan xx xxxx 1988-ci il tarixdə Qəbələ rayonunun Seyidqışlaq kəndində anadan olmuş Məmmədova (Müzəffərova) Səma Sərdər qızı ilə 2021-ci ilin yay aylarında Bakı şəhəri, Nizami rayonu ərazisində görüşərək, Qəbələ rayonunda fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşayan Zərərçəkmiş şəxs şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini Şahid1 verib, “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərini zidd olaraq, yəni əməliyyat-axtarış fəaliyyətinin subyektinə öz səlahiyyətlərinin icra edilməsi zamanı hər hansı şəxsi qanun pozuntularına təhrik etmək, şantaj etmək, habelə insan və vətəndaşların hüquq və azadlıqlarını, qanunla müdafiə olunan mənafelərini məhdudlaşdıran digər qanunsuz tədbirlərə əl atmaq, səlahiyyətindən kənara çıxan tədbirləri həyata keçirmək qadağan olmasına baxmayaraq, Zərərçəkmiş şəxs zəng etməsini, tanış olub onunla görüş yeri təyin etməsini, Qəbələ rayonu ərazisində gəzərkən sonuncunun diqqətini yayındırıb mobil telefonundan özünün istifadəsində olan mobil telefona pul qarşılığında cinsi əlaqədə olmaqla bağlı təklif ismarıcı yazmasını, daha sonra intim münasibətdə olmaq məqsədilə heç kimin olmadığı meşəlik əraziyə birlikdə gedib çatdıqdan sonra qəflətən səs-küy salaraq guya Zərərçəkmiş şəxs Şahid1 əxlaqsız hərəkətlər etməsi ilə bağlı təklif etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək yalandan şikayət etməsini, bu müddət ərzində özünün isə kənardan gizlin olaraq onları izləyəcəyini, səs-küy olan kimi isə dərhal onlara yaxınlaşacağını bildirməklə Şahid1 təlimatlandırmışdır. Hazırladığı planı həyata keçirmək məqsədi ilə 14 avqust 2021-ci il tarixdə şəxsi istifadəsində olan “Tofaş Şahin” markalı “**-OK-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə Şahid1 təyin edilmiş görüş yerinin yaxınlığına, Qəbələ rayon avtomobil vağzalının qarşısında düşürmüşdür. Özü isə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10 və 11-ci maddələrinin tələblərini kobud şəkildə qəsdən pozaraq, əməliyyat axtarış tədbirinin qanunvericiliklə müəyyən edilmiş səbəblər, o cümlədən, fiziki şəxsin ərizəsi, əməliyyataxtarış fəaliyyəti subyektlərinin bilavasitə əldə etdikləri məlumatlar, habelə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün əsas olan məhkəmənin (hakimin) qərarı, istintaq orqanlarının qərar və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarı olmadan "insanların güdülməsi” kimi əməliyyat-axtarış tədbirini qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirərək, Şahid1 və Zərərçəkmiş şəxs kənardan müşahidə etməklə güdmüşdür. Şahid1 ondan aldığı təlimata uyğun olara həmin gün saat 08 radələrində qeyd olunan ərazidə Zərərçəkmiş şəxsla görüşüb birlikdə sonuncunun şəxsi istifadəsində olan “Ford” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobilə əyləşməklə Qəbələ şəhərində “Körpü” adlanan ərazidə yerləşən çayxanaya gedib bir qədər orada oturub söhbət etdikdən sonra Zərərçəkmiş şəxs təklifi ilə çayxana yaxınlığında olan meşəlik əraziyə piyada gedib çatmış, sonuncunun onunla cinsi əlaqədə olmaq təklifini eşitdikdən dərhal sonra Şahid1 səs-küy salıb həmin gün saat 09.33-də Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək guya Zərərçəkmiş şəxs ona əxlaqsız hərəkətlər etməsi ilə bağlı məlumat vermişdir. Hazırladığı plana uyğun olaraq Təqsirləndirilən şəxs, səs-küyə Şahid1 yaxınlaşıb guya sonuncuya Zərərçəkmiş şəxs əxlaqsız təkliflər etməsini öyrənərək sonuncunu şikayət əsasında Qəbələ rayon polis şöbəsinə dəvət etmişdir. Xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxıb orada qanunvericiliyə zidd olaraq 1.000 (bir min) manat məbləğində pul vəsaitləri verməyəcəyi halda Zərərçəkmiş şəxs törətmiş olduğu əmələ görə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün müraciət edəcəyini, eləcə də, Şahid1 qarşı əxlaqsız təkliflər etməsi ilə bağlı ailə üzvlərinə məlumat verərək rüsvay edəcəyini bildirməklə qabaqcadan əlbir olduğu qeyrisi ilə birlikdə bir qrup şəxs halında hədə-qorxu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını tələb etmişdir. Hədə-qorxunu real qəbul edən Zərərçəkmiş şəxs həmin an cibində yalnız 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaitlərinin olmasını bildirib ona təqdim edərək, rüsvay edilməməsi üçün yalvardıqdan sonra, Zərərçəkmiş şəxs 14 avqust 2021-ci tarixdə Qəbələ rayon polis şöbəsinin inzibati binasında 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaitlərini hədəqorxu ilə tələb edib ələ keçirmişdir. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 302.1 və 309.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini həqiqətən də törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs irəli sürülmüş hər bir ittiham öz təsdiqini tapmışdır. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri - məhz təqsirləndirilən şəxs/şəxslər tərəfindən törədilmiş əməlin/əməllərin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 302.1 və 309.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi təsdiq edilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 302.1 və 309.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, baş vermiş cinayət əməlləri Təqsirləndirilən şəxs tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs hər biri ayrıayrılıqda irəli sürülmüş ittiham üzrə təqsirlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 302.1 və 309.2-ci maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 302.1 və 309.2-ci maddələri üzrə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.1 -ci maddəsi ilə bağlı ittiham üzrə məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən cinayət əməllinin törədilməsindən qanunla müəyyən edilmiş 2 (iki) illik müddət keçdiyindən Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən o, qeyd edilən maddələr ilə təqsirli bilinməli, lakin Cinayət Məcəlləsinin 302.1-ci maddələri ilə ona cəza təyin edilməməlidir. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini 2021-ci il tarixdə törətmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 302.1 və 309.2-ci maddələri ilə təqsirli bilinməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 309.2-ci maddələri ilə cinayətlərin məcmusu qaydasında cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların hər birinin şəxsiyyətini, cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzaların onların islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının (xx.xx.2016-cı il təvəllüdlü Nihan Səmədli və xx.xx.2017-ci il təvəllüdlü Cahan Səmədli) olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, habelə CM-in 182.2.1-ci maddəsinə münasibətdə Zərərçəkmiş şəxsla barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin 302.1 və 309.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini tamah məqsədi ilə və onun qulluq mövqeyinə göstərilən etimaddan istifadə etməklə törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin 182.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qulluq mövqeyinə göstərilən etimaddan istifadə etməklə törətməsi onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə işin bütün hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə onların təqsirli bilindikləri maddələr üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, eləcə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 309.2ci maddəsinə aid hissədə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən əlavə cəza kimi dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, və 309.2-ci maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər, Cinayət Məcəlləsinin 302.1-ci maddələrində göstərilən cinayət əməlləri isə həmin Məcəllənin 15-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxildirlər. Bundan başqa, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 302.1 və 309.2-ci maddələri başa çatmış cinayət əməlləri təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məcmusunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 302.1 və 309.2-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, və 309.2-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə əlavə cəza kimi dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaqla və Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.1-ci maddəsi üzrə həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs qeyd edilən maddə üzrə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 31 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri isə məhkəmə hökmü qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut, məhkəmə xərcləri yoxdur. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakları məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 302.1 və 309.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qeyd edilən maddələr ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 31 yanvar 2023-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar