Məhkəmə qərarları › İş №1(091)-44/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-44/2022

07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-44/2022 07.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkilləri X4 və X2 iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Zaqatala rayonunun Yuxarı Tala kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1992-ci il tarixdə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində üç azyaşlı uşağı olan, işsiz, Balakən rayonunun Tatarlar kəndində qeydiyyatda olmaqla, Zaqatala rayonunun Göyəm kəndində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədilə 13 avqust 2021-ci il tarixdə saat 18 radələrindən 22 radələrinədək olan müddət ərzində Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən dəmiryol xətlərinin mühafizə zolağına daxil olan torpaq sahəsində yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərini yığdıqdan sonra 13 avqust 2021-ci il tarixdən 14 avqust 2021-ci il tarixə keçən gecə Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı Zaqatala rayonu, Göyəm kəndində yerləşən fərdi yaşayış evində həmin bitkilərin yarpaqlarını budaq və saplaqlarından ayırıb təmizləyərək, qanunsuz olaraq külli miqdarda, yəni 6125 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuananı hazırlayıb əldə edərək həmin evdə saxlamış, 14 avqust 2021-ci il tarixdə, saat 02 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin evdə hər ikisi saxlanılaraq evə baxış keçirilərkən təmiz çəkisi 3 kiloqram 975 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, qara rəngli sellofan torbanın içərisində təmiz çəkisi 1 kiloqram 040 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, göy rəngli sellofan torbanın içərisində təmiz çəkisi 175 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, şəffaf sellofan torbanın içərisində təmiz çəkisi 285 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, şəffaf, üzərində yazılar olan sellofan torbanın içərisində təmiz çəkisi 650 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, həmçinin təmiz çəkisi 1 kiloqram 480 qram, əkilib becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin budaq və saplaqları, o cümlədən təmiz çəkisi 1 kq 515 qram, 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 avqust 2021-ci il tarixdə saat 18 radələrində Vüsal istifadəsində olan mobil telefon nömrəyə zəng edərək birlikdə Aşağı Tala kəndində yerləşən fındıq bağına getməyi xahiş etmiş, bundan sonra o, yolun qırağına çıxmış, Vüsal VAZ 21015 markalı taksi ilə gələrək onu götürmüşdür. Vüsalla birlikdə Aşağı Tala kəndində dəmiryol xətlərinin yanında düşmüş, o, Vüsalı yolun kənarında oturaraq gözləmişdir. Vüsal fındıq bağları tərəfə getmiş və bir saat sonra geri qayıtmışdır. Qayıdan zaman Vüsalın əlində bir ədəd böyük kisə olmuş, həmin kisənin içərisində nə olmasını isə görməmiş, amma Vüsal həmin kisənin içərisindəkinin fındıq olduğunu bildirmişdir. Taksi gəlib onları düşürdüyü yerdən götürmüş, birlikdə Göyəm kəndinə getmişdir. O, kəndin girişində mağazada düşmüş, Vüsal isə taksi ilə yaşadığı evə getmişdir. O, gecə saat 23 radələrində yuxudan durmuş və Vüsalın zəngini görmüşdür. Küçəyə çıxıb Vüsala zəng etdikdə Vüsal onu çay içməyə yaşadığı evə çağırmış, o da Vüsalın yaşadığı evə getmişdir. O, evin içərisinə girən zaman otağın döşəməsində parçanın üzərinə yığılmış qurudulmamış marixuana olduğunu görmüşdür. Döşəməyə sərilmiş qurudulmamış marixuananın üzəri örtülsə də, az qismi görünmüşdür. Vüsaldan döşəməyə sərilənlərin nə olduğunu soruşduqda Vüsal ona demişdir ki, “sənlik deyil”. Vüsalgildə təxminən 20-25 dəqiqə dayandıqdan sonra polis əməkdaşları gəlib onları saxlamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, onun Vüsalın narkotik vasitə yığması üçün meşəyə getdiyindən xəbəri olmamış, Vüsal ona fındıq yığmaq üçün getdiyini demişdir. Vüsaldan narkotik vasitə istəməmiş, ondan narkotik vasitə götürməmişdir, Vüsal da ona narkotik vasitə verməmişdir. Vüsal fındıq yığmağa fındıq bağına onunla getməmiş, o, dəmiryolunun qırağında dayanmış, Vüsal özü müşəyə tək getmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs1 özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, təxminən 1 ildir ki, aradabir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, Təqsirləndirilən şəxs2 təxminən 4-5 ay əvvəl avtoyuma məntəqəsində işləyən zaman tanımış, həmin vaxtdan sonra onun Vüsal ilə sıx əlaqəsi yaranmışdır. 13.08.2021-ci il tarixdə saat 18 radələrində Vüsal istifadəsində olan 077 *** ** ** mobil nömrəsi ilə onun istifadəsində olan 055 *** ** ** mobil nömrəsinə zəng edərək birlikdə Aşağı Tala kəndində yerləşən fındıq bağına getməyi istəmişdir. O, yolun qırağına çıxmış, Vüsal VAZ 21015 markalı taksi ilə gəlmiş və o, həmin taksiyə minmişdir. Həmin taksini Allahverdi idarə etmiş, Vüsalla birlikdə Aşağı Tala kəndində dəmiryol xətlərinin yanında düşmüşlər. Vüsal ona evin kirayəsini ödəmək üçün fındıq yığıb satacağını demiş, o da Vüsala heçkimin bağından fındıq yığmayacağını demiş və yolun kənarında oturaraq gözləmişdir. Vüsal fındıq bağları tərəfə getmiş və 1 saat sonra geri qayıtmışdır. Vüsalın əlində 1 ədəd böyük kisə olmuş, həmin kisənin içərisində nə olmasını görməmiş, amma Vüsalın deməsinə görə fındıq olmuşdur. Allahverdi onları gəlib düşürdüyü yerdən götürmüş, birlikdə Göyəm kəndinə getmişlər. O, kəndin girişində mağazada düşmüş, Vüsal isə taksi ilə yaşadığı evə getmişdir. O, öz yaşadığı evə qayıdaraq yatmışdır. O, gecə saat 23 radələrində yuxudan durmuş və Vüsalın zəngini görmüşdür. O, küçəyə çıxıb Vüsala zəng etdikdə Vüsal onu çay içməyə yaşadığı evə çağırmışdır. O, yaşadıqları evin yanında olan avtomobil təmiri məntəqəsinin yanında VAZ 2106 markalı nömrə nişanını bilmədiyi taksini saxlatmışdır. Həmin taksi sürücüsü yaşlı kişi olmuş, həmin kişi ilə 2 manata razılaşmış və Vüsalın yaşadığı Göyəm kəndində yerləşən evin yanına getmişdir. O, küçənin başında taksidən düşmüş, Vüsalın yaşadığı evə getmiş, darvazanın qapısı açıq olduğundan həyətə girmişdir. O, evin içərisinə girən zaman otağın döşəməsində parçanın üzərinə yığılmış qurudulmamış marixuana olmasını aşkar etmiş, Vüsal budaqlardan olan yarpaqları bitkidən ayıraraq kənara yığmışdır. O, Vüsaldan nə baş verməsini soruşan zaman onluq bir şey olmadığını demiş, Vüsaldan narkotik vasitəni bu gün bağdan yığması barədə maraqlansada, Vüsal ona heç bir söz deməmişdir. Onun narkotik vasitə istifadə etdiyini Vüsal bildiyi üçün ona pay verə biləcəyini və istəsə həmin narkotik vasitədən götürə biləcəyini demişdir. O da özü istifadə etmək üçün 3 ədəd çənə bitkisinin yarpaqlarını qopardaraq döşəmənin üzərinə yığmışdır. Vüsal ondan çay qoymasını istəmiş, o, mətbəxə keçib çay qoymuşdur. Həmçinin siqaretləri qurtardığı üçün Vüsal taksi sürücüsü Allahverdiyə bir neçə dəfə zəng edərək ondan siqaret alıb gətirməsini istəmişdir. Həmin vaxt evin həyətindən səs-küy gəlmiş, Vüsal evin həyətinə çıxmışdır. Vüsalın arxası ilə o, həyətə çıxmış, polis əməkdaşları evin həyətində olmuşlar. Vüsala yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olmasını bildirib baxış keçirəcəyini bildirmişlər. Vüsal ərizə yazaraq baxış keçirməyə etirazının olmadığını bildirmiş, daha sonra onun, Vüsalın və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə evə baxış keçirilmişdir. Baxış keçirilən zaman evin döşəməsindən narkotik vasitə qurudulmamış marixuana, evin yataq otağından içərisində narkotik vasitə qurudulmamış marixuana olan 4 ədəd torba aşkar edilmişdir. Narkotik vasitə qurudulmamış marixuananın olduğu kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra imzalarla təsdiq etmişlər. Bundan sonra o, Zaqatala rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Ona dövlət hesabına vəkil ilə təmin olunmaq hüququ izah edilmiş, o, ərizə yazaraq dövlət hesabına vəkil ilə təmin olunmaq istədiyini bildirmişdir. Ona dövlet hesabına müdafiəçi Afər Mahmudov ilə təmin edilmiş, üzərində şəxsi axtarış zamanı heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, əlavə olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmamış marixuananı haradan və nə vaxt əldə etməsi barədə heç bir məlumatı olmamışdır. O, Vüsalın yaşadığı evə çay içməyə getmişdir. Onun narkotik vasitə istifadə etdiyini Vüsal bildiyi üçün ona pay verə biləcəyini demiş, o da özü istifadə etmək üçün 3 ədəd çətənə bitkisinin yarpaqlarını qoparaq kənara yığmışdır. Təqsirləndirilən şəxs2 nə məqsədlə narkotik vasitəni yaşadığı evdə saxlaması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik vasitə istifadə etməsi və saxlaması barədə məlumatı olmamışdır. O, ancaq özü narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Aşağı Tala kəndində dəmir yolu tərəfdə börütkən yığdığı zaman qarşısına narkotik tərkibli bitkilər çıxmış, həmin yeri yadında saxlamışdır. Təxminən 1 ay sonra, 13 avqust 2021-ci il tarixdə Elvinlə zəngləşib həmin əraziyə getmiş, öz istifadəsi üçün narkotik bitkilərinin başlarından qoparıb özü ilə götürdüyü un kisəsinə yığmışdır. Həmin günü Elvini çay içməyə kirayə qaldığı evə dəvət etmiş, Elvin onlara gəlmişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları yaşadığı evə gəlib onları saxlamışdır. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, narkotik bitkilərini un kisəsində evə gətirmiş, hadisə baş verən günü gecə saatlarında Elvin onun kirayə qaldığı evə gəlmiş, döşəmənin üzərindəkilərin nə olduğunu soruşmuş, o da cavabında “sənlik deyil” demiş, lakin Elvin həmin bitkilərin narkotik vasitə olduğunu bilmiş, belə olub ona istəsən narkotik vasitədən istifadə edə bilərsən demişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, təxminən 3-4 ildir ki, aradabir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, o, Təqsirləndirilən şəxs1 təxminən 6-7 ildir ki, avtoyuma məntəqəsində işləyən zaman tanımış, həmin vaxtdan sonra onun Elvin ilə sıx əlaqəsi yaranmışdır. O, böyürtkən toplayan zaman Aşağı Tala kəndindən keçən dəmiyol xətlərinin yanında çətənə bitkisinin kollarını görmüş və həmin bitkiləri toplayıb qurudaraq narkotik vasitə qurudulmuş marixuana əldə etməyi planlaşdırmışdır. 13.08.2021-ci il tarixdə saat 18 radələrində o, istifadəsində olan 077 532 21 88 nömrəsi ilə Elvinin istifadəsində olan 055 839 57 28 mobil nömrəsinə zəng edərək onunla birlikdə Aşağı Tala kəndində yerləşən fındıq bağına getməyini istəmiş və Elvin onunla gəlməyə razılaşmışdır. O, tanışı taksi sürücüsü işləyən Allahverdiyə zəng etmiş, Allahverdi onu Zaqatala şəhərində avtovağzalın yanından götürmüşdür. Onlar birlikdə Elvini götürmək üçün Aşağı Tala kəndi istiqamətində getmişlər, Elvini yolun kənarından götürərək Aşağı Tala kəndində dəmiryol xətlərinin yanında düşmüşlər. O, Elvinə evin kirayəsini ödəmək üçün fındıq yığıb satacağını demiş, Elvin yolun kənarında kimsə gəlsə xəbər vermək üçün gözləmiş, o, dəmiryolun xəttinin yanına gedərək orada bitmiş çətənə kollarını özü ilə gətirdiyi böyük ağ rəngli torbaya yığmışdır. Təxminən 7-8 kiloqram çətənə bitkisinin kollarını torbaya yığmış, 1 saat sonra o, Elvinin yanına getmişdir. Elvin torbanın içərisində narkotik vasitə olmasını bilərək, nəyə görə yığmasını soruşmuş, o, Elvinə onluq bir şey olmadığını, özünün həll edəcəyini demişdir. O, Allahverdiyə zəng vuraraq çağırmış, Allahverdi gəlib onları düşürdüyü yerdən götürmüşdür. Onlar birlikdə Göyəm kəndinə getmişlər, Elvin kəndin girişində mağazada düşmüşdür. O isə taksi ilə yaşadığı evə getmiş, Allahverdiyə 6 manat pul vermiş, Elvin öz yaşadığı evə getmişdir. O isə çətənə bitkisinin yarpaqlarını əli ilə qoparıb 4 ədəd torbaya yığmış və yataq otağına qoymuşdur. Yerdə qalan çətənə bitkisinin yarpaqlarını da yavaşyavaş qopararaq evin döşəməsinə yığmağa davam etmişdir. Elvin ona zəng edərək yaşadığı evdə olub-olmadığını soruşmuş, o da Elvinə evdə heç kim olmayacağını, gəlib qala biləcəyini demişdir. Gecə saat 23 radələrində Elvin yaşadığı evə gəlmiş, Elvin evin içərisinə girən zaman otağın düşəməsində parçanın üzərinə yığılmış qurudulmamış marixuananı görmüşdür. Elvin də narkotik vasitə istifadə etdiyi üçün ondan pay verməsini istəmişdir. O da Elvinə nə qədər istəsə istifadə edə biləcəyini demişdir. Elvin də özü istifadə etmək üçün çətənə bitkisinin yarpaqlarını qoparıb döşəməyə yığmışdır. Siqareti qurtardığı üçün bir neçə dəfə Allahverdiyə zəng edərək siqaret alıb gətirməsini istəmişdir. Həmin arada o, Elvindən çay qoymasını istəmiş, Elvin mətbəxə keçib çay qoymuşdur. Həmin vaxt evin həyətindən səs-küy gəlmiş, o, evin həyətinə çıxmış, Elvin onun arxası ilə həyətə çıxmışdır. Polis əməkdaşları evin həyətində olmuşlar. Ona yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olmasını bildirib baxış keçirəcəklərini bildirmişlər. O, ərizə yazaraq baxış keçirməyə etirazının olmadığını bildirmişdir. Daha sonra onun, Elvinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə evə baxış keçirilmişdir. Baxış keçirilən zaman evin döşəməsindən narkotik vasitə qurudulmamış marixuana, evin yataq otağından içərisində narkotik vasitə qurudulmamış marixuana olan 4 ədəd torba aşkar edilmişdir. Narkotik vasitə qurudulmamış marixuananın olduğu kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra imzalarla təsdiq etmişlər. Bundan sonra o, Zaqatala rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, ona dövlət hesabına vəkil ilə təmin olunmaq hüququ izah edilmişdir. O, ərizə yazaraq dövlət hesabına vəkil ilə təmin olunmaq istədiyini bildirmiş, o, dövlet hesabına müdafiəçi Şaban Məmmədov ilə təmin edilmişdir. Üzərində şəxsi axtarış zamanı heç bir qanunsuz əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, əlavə olaraq ifadəsində göstərmişdir ki, o, kirayədə yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmamış marixuananı Zaqatala rayonu, Aşağı Tala kəndindən keçən dəmiryol xəttlərinin yanındakı sahədən yığmışdır. O, özü istifadə etmək üçün narkotik vasitəni saxlamışdır. Şahid6 əvvəlcədən onun narkotik vasitə yığaraq hazırlayıb yaşadığı evdə saxlayacağından ümumiyyətlə məlumatı olmamışdır. Elvinin isə o, yığıb yanına getdikdən sonra məlumatı olmuşdur. Elvin onun yaşadığı evdə narkotik vasitəni gördükdən sonra ondan istifadə etmək üçün istəmiş, o da istədiyi qədər istifadə edə biləcəyini demişdir. Elvin də özü istifadə etmək üçün çətənə bitkisinin yarpaqlarını qoparmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik vasitə istifadə etməsi və saxlaması barədə məlumatı olmamışdır. O, ancaq özü narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, Zaqatala rayonu Göyəm kəndində kirayədə yaşayan Təqsirləndirilən şəxs2 və Zaqatala rayonu, Yuxarı Tala kəndində yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq Təqsirləndirilən şəxs2 Göyəm kəndində yerləşən kirayədə yaşadığı evdə narkotik vasitə saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14.08.2021-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin ünvanda saxlanılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə saxlamaqda şübhəli bilindikləri üçün saxlanılmaları barədə məlumat verilmiş və yaşayış evinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ərizə yazaraq yaşayış evinə baxış keçirilməsinə heç bir etiraz etməmişlər. Daha sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, onun və digər polis əməkdaşlarının iştirakları ilə video çəkilişlə evə baxış keçirilmişdir. Baxış keçirilən zaman evin döşəməsinə sərilmiş örtüyünün üzərindən narkotik vasitə qurudulmamış marixuana aşkar edilmişdir. Narkotik vasitə qurudulmamış marixuananın bir hissəsi təmizlənərək döşəmənin üzərinə yığılmışdır. Çətənə bitkisinin digər hissələri isə örtüyün üzərinə yığılmışdır. Təmizlənmiş narkotik vasitə qurudulmamış marixuana və çətənə bitkisinin hissələri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Sonra evin yataq otağından içərisində narkotik vasitə qurudulmamış marixuana olan 4 ədəd torba aşkar edilmişdir. Narkotik vasitə qurudulmamış marixuananın olduğu kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə qurudulmamış marixuananı Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisindən keçən dəmiryol xətlərinin yanında yabanı halda bitən çətənə bitkisinin hissələrini yığaraq əldə etməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid5 da Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid6 Abduləziz oğlunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Şahid həmin ifadəsində göstərmişdir ki, o, etibarnamə əsasında idarə etdiyi VAZ 21015 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi əmək kimi taksi sürücüsü işləmişdir. Təqsirləndirilən şəxs2 təxminən 4-5 ildir ki, tanımış, Vüsal mütəmadi olaraq onun müştərisi olmuşdur. Təqsirləndirilən şəxs1 isə 13.08.2021-ci il tarixə kimi tanımamış, Elvin Vüsal ilə birlikdə ilk dəfə həmin gün onun avtomobilinə minən zaman adının Elvin olmasını bilmişdir. 13.08.2021-ci il tarixdə saat 17:30 radələrində Vüsal onun istifadəsində olan 070 *** ** ** mobil nömrəsinə zəng edərək getməli yer olduğunu deyərək onu yaşadığı evə çağırmışdır. O da Vüsalın kirayədə yaşadığı Zaqatala rayonu, Göyəm kəndində yerləşən evə getmiş, o, Vüsalı evin qarşısından götürmüşdür. Vüsal ona Aşağı Tala kəndindən bir nəfər Elvin adlı şəxsi götürəcəklərini demiş və o da Vüsalın dediyi istiqamət üzrə avtomobili idarə etmişdir. Aşağı Tala kəndinə dönən yolda avtomobili saxlaış, Elvin adlı şəxs avtomobilə əyləşmişdir. Vüsal ondan Aşağı Tala kəndi ərazisindən keçən dəmiryol xətlərinin yanına sürməsini istəmiş və o da Vüsalın dediyi yerə getmişdir. Təxminən dəmiryol xətlərinə 20- 25 metr məsafə qalmış “Hacıbulaq” deyilən yerin yanında avtomobili saxlamış, Vüsal və Elvin avtomobildən düşmüşlər. Vüsal ona zəng edən zaman gəlib onları götürməsini istəmişdir. O da onlardan ayrılıb öz işlərini görmüşdür. Təxminən saat 22 radələrində Vüsal ona zəng edərək həmin yerə gedib onları götürməsini istəmiş, o da onları düşürdüyü yerə getmişdir. Vüsalın əlində ağ rəngli böyük kisə olmuş və kisənin içərisi dolu olmuşdur. Vüsal ondan baqajı açmasını istəmiş, o, baqajı açmış və Vüsal həmin torbanı baqaja qoymuşdur. Ancaq o, torbanın içərisində nə olmasını görməmiş, Vüsal və Elvin avtomobildə əyləşmişlər. O, Vüsaldan torbada nə olmasını soruşan zaman Vüsal və Elvin ona torbada fındıq olmasını demişlər. O, Elvini gətirib Göyəm kəndində mağazanın yanında düşürmüş, Vüsalı isə kirayədə yaşadığı Göyəm kəndində yerləşən evə düşürmüşdür. Vüsal torbanı baqajdan götürmüş və ona 6 manat pul vermişdir. Vüsal evin darvazasından içəri girmiş, o isə öz taksi fəaliyyətini davam etdirmişdir. Daha sonra saat 22 radələrində Elvin ona zəng edərək onu Vüsalın yaşadığı evə aparmasını istəsə də, o, müştərisi olduğu üçün apara bilməmişdir. Gecə saat 23 radələrində Vüsal ona bir neçə dəfə zəng edərək siqaret alıb gətirməsini istəsə də, vaxt tapa bilmədiyi üçün siqaret alıb verə bilməmişdir. O, əlavə olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 avtomobilin baqaj hissəsinə qoyduğu torbanın içərisində nə saxlamasını soruşan zaman Vüsal və Elvin ona fındıq olmasını demişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə saxlamasından, istifadə etməsindən, yaxud qanunsuz dövriyyəsi ilə məşğul olmasından heç bir məlumatım olmamışdır. O, narkotik vasitə istifadə etməmişdir. Cinayət işinin materiallarında olan 14.08.2021-ci il tarixli “Raport”dan görünür ki, Zaqatala Rayon Polis Şöbəsinə Zaqatala rayonunun Yuxarı Tala kəndində qeydiyyatda olan və Göyəm kəndində kirayədə yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Balakən rayonunun Talalar kəndində qeydiyyatda olmaqla Zaqatala rayonunun Göyəm kəndində kirayədə yaşayan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Zaqatala rayonunun Göyəm kəndində kirayədə yaşadıqları evdə narkotik vasitə olan marixuana saxlamaları barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 4) Cinayət işinin materiallarında olan 14.08.2021-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Zaqatala rayonu Göyəm kəndində kirayədə yaşayan Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və onun kirayədə yaşadığı ünvana baxış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 5) Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı Zaqatala rayonunun Göyəm kəndində yerləşən fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 06) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 14.08.2021ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə Zaqatala rayonunun Göyəm kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin qonaq otağının döşəməsinə sərilmiş ağ örtüyün üzərindən narkotik vasitə qurudulmamış marixuana, çətənə bitkisinin budaq və saplaqları, döşəmənin üzərindən isə təmizlənmiş narkotik vasitə qurudulmamış marixuana aşkar edildi. Narkotik vasitə qurudulmamış marixuana, çətənə bitkisinin budaq və saplaqları ağ rəngli kisədə qablaşdırılaraq elektron tərəzidə çəkildi və ümumi çəkisi 6150 qram oldu. Təmizlənmiş narkotik vasitə qurudulmamış marixuana şəffaf rəngli sellofan torbaya yığılaraq qablaşdırıldı və elektron tərəzidə çəkilərək ümumi çəkisinin 290 qram olması müəyyən edildi. Daha sonra evin yataq otağına baxış keçirilərkən üzərində “MEGA” sözü yazılmış ağ rəngli polietilen torbanın içərisindən narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək elektron tərəzi ilə çəkildi və ümumi çəkisinin 660 qram olması müəyyən edildi. Həmin yerə qoyulmuş qara rəngli polietilen torbanın içərisindən narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək elektron tərəzidə çəkildi və ümumi çəkisinin 1060 qram olması müəyyən edildi. Bundan başqa həmin yerə qoyulmuş ağ rəngli kisənin içərisindən narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək elektron tərəzidə çəkildi və ümumi çəkisinin 1815 qram olması müəyyən edildi. Bundan başqa həmin yerə qoyulmuş göy rəngli polietilen torbanın içərisindən narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək elektron tərəzidə çəkildi və ümumi çəkisinin 185 qram olması müəyyən edildi Əməliyyat-axtarış tədbirinin keçirilməsi video çəkilişlə aparılmış və müvafiq görüntülər CD diskə yüklənməklə protokola əlavə olunmuşdur. (cild 1, iş vərəqi 8-17) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 14 avqust 2021-ci il tarixli 17/604 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zaqatala rayon Göyəm kəndində kirayədə qaldığı evdə aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki təmiz təmiz çəkisi-1 kiloqram 480,00 qram olan budaq və saplaqlar əkilib- becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin budaq və saplaqlarıdır. Həmin kisənin içərisindəki, təmiz çəkisi-3 kiloqram 975,00 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zaqatala rayon Göyəm kəndində kirayədə qaldığı evdə aşkar edilərək götürülmüş..." sözləri və imzalar yazılmış qara rəngli sellofan torbanın içərisindəki təmiz çəkisi- 1 kiloqram 040,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zaqatala rayon Göyəm kəndində kirayədə qaldığı evdə aşkar edilərək götürülmüş..." sözləri və imzalar yazılmış göy rəngli sellofan torbanın içərisindəki təmiz çəkisi- 175,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda "Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zaqatala rayon Göyəm kəndində kirayədə qaldığı evdə aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış şəffaf rəngli sellofan torbanın içərisindəki təmiz çəkisi- 285,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda "Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zaqatala rayon Göyəm kəndində kirayədə qaldığı evdə aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış şəffaf rəngli üzərində yazılar olan sellofan torbanın içərisindəki təmiz çəkisi- 650,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zaqatala rayon Göyəm kəndində kirayədə qaldığı evdə aşkar edilərək götürülmüş..." sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki, ümumi təmiz çəkiləri- 1 kiloqram 515 qram olan 05 (beş) ədəd bitki hissələri narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş çətənə bitkisinin hissələri və qurudulmamış marixuanalar tərkiblərinə görə eynidirlər. (cild 1, iş vərəqi 67-68) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2021-ci il tarixli 1189 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannobionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. (cild 02, iş vər. 1) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2021-ci il tarixli 1188 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannobionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. (cild 02, iş vər. 2) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 19.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərərək təsdiq etmiş və müvafiq foto şəkillər çəkilməklə protokola əlavə olunmuşdur. (cild 1, iş vərəqi 161-165) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 19.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərərək təsdiq etmiş və müvafiq foto şəkillər çəkilməklə protokola əlavə olunmuşdur. (cild 1, iş vərəqi 166-170) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Aqronom mütəxəssis Şahid isayevin 19 avqust 2021-ci il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 13.08.2021-ci il tarixdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisini dərib topladığı yer Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisindən keçən dəmiryol xətlərindən ətrafı boyunca 20-25 metr məsafədə yerləşən əhatələnməmiş ərazidir. Adi gözlə baxdıqda görünür ki, həmin yerdə torpağın tərkibində çürüntülərin çox olması nəticəsində hums qatı minerallarla zənginləşmiş, eləcə də həmin yer günəş şüalarının sərbəst şəkildə düşə biləcəyi sahədə olduğundan günəş şüaları ilə qidalanmağa kifayət qədər şərait vardır və çayın kənarında yerləşməsinə görə təbii şəkildə toxumların külək vasitəsi ilə gətirilməsi nəticəsində həmin yerdə aqrotexniki qulluq edilmədən yabanı halda narkotik tərkibli çətənə bitkilərinin yetişməsi üçün münbit şərait vardır. Həmçinin Zaqatala rayonu ərazisində yağıntıların çox olması bitkilərin inkişaf etməsinə şərait yaradır. Baxış zamanı həmin ərazidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisinə rast gəlinmədi. Belə ki, sahədən göründüyü kimi həmin yer suvarılmamış, üzvü və mineral kübrə verilməmişdir. Həmçinin kənd təsərrüfatı maşınları ilə də becərmə aparılmamışdır. (cild 01, iş vər. 171) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Telefon danışıqlarına baxış keçirilməsi barədə” 27 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, 13.08.2021-ci il tarixdən əvvəlki vaxtlarda da Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 055 839 57 28 mobil nömrəsi ilə mütəmadi olaraq əlaqə saxlamışdır. 13.08.2021-ci il tarixdə saat 14:38 radələrində birinci dəfə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 077 *** ** ** mobil nömrəsinə zəng edərək 132 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu, Aşağı Tala kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 14:42 radələrində Təqsirləndirilən şəxs1 həmin mobil nömrə ilə Təqsirləndirilən şəxs2 eyni mobil nömrəsinə zəng edərək 18 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Aşağı Tala kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin gün saat 14:53 radələrində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək 16 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Aşağı Tala kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 14:58 radələrində Təqsirləndirilən şəxs1 həmin mobil nömrə ilə Təqsirləndirilən şəxs2 eyni mobil nömrəsinə zəng edərək 29 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Yuxarı Tala kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 15:03 radələrində Təqsirləndirilən şəxs1 həmin mobil nömrə ilə Təqsirləndirilən şəxs2 eyni mobil nömrəsinə zəng edərək 14 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala şəhəri, Zərifə Əliyeva küçəsi 13 anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 17:34 radələrində Təqsirləndirilən şəxs2 həmin mobil nömrə ilə Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək 41 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Tala Meşəbəyliyi 32-ci kvartal, 16-cı bölmə anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 17:46 radələrində Təqsirləndirilən şəxs2 həmin mobil nömrə ilə Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək 2 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Tala Meşəbəyliyi 32-ci kvartal, 16-cı bölmə anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 17:48 radələrində Təqsirləndirilən şəxs2 həmin mobil nömrə ilə Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək 20 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Tala Meşəbəyliyi 32-ci kvartal, 16-cı bölmə anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 17:51 radələrində Təqsirləndirilən şəxs2 həmin mobil nömrə ilə Şahid6 istifadəsində olan ***-***- **-** mobil nömrəsinə zəng edərək 09 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Tala Meşəbəyliyi 32-ci kvartal, 16-cı bölmə anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 18:34 radələrində Təqsirləndirilən şəxs1 həmin mobil nömrə ilə Təqsirləndirilən şəxs2 eyni mobil nömrəsinə zəng edərək 10 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Aşağı Tala kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 18:39 radələrində Təqsirləndirilən şəxs1 həmin mobil nömrə ilə Təqsirləndirilən şəxs2 eyni mobil nömrəsinə zəng edərək 09 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Aşağı Tala kəndi anten dairəsində qeydə alınmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir-biri ilə əlaqə saxlamamışdır. Bundan sonra həmin tarixdə saat 22:00 radələrində Təqsirləndirilən şəxs2 həmin mobil nömrə ilə Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək 08 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Tala Meşəbəyliyi 32-ci kvartal, 16-cı bölmə anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 22:02 radələrində Təqsirləndirilən şəxs2 istifadəsində olan həmin mobil nömrəyə Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng edərək 23 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Tala Meşəbəyliyi 32-ci kvartal, 16-cı bölmə anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 23:41 radələrində Təqsirləndirilən şəxs2 istifadəsində olan həmin mobil nömrəyə Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng edərək 67 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Çökəkoba kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra 14.08.2021-ci il tarixdə saat 00:13 radələrində Təqsirləndirilən şəxs2 həmin mobil nömrə ilə Şahid6 istifadəsində olan 070 642 00 62 mobil nömrəsinə zəng edərək 09 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Çökəkoba anten dairəsində qeydə alınmışdır. Bundan sonra 14.08.2021-ci il tarixdə saat 00:13 radələrində Təqsirləndirilən şəxs2 həmin mobil nömrə ilə Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək 09 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Çökəkoba anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 00:14 radələrində Təqsirləndirilən şəxs2 istifadəsində olan həmin mobil nömrəyə Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng edərək 56 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Çökəkoba kəndi anten dairəsində qeydə alınmışdır. 13.08.2021-ci il tarixdə saat 14:44, 16:46, 17:32, 18:12, 18:59, 19:08, 22:24 radələrində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi ilə mütəmadi olaraq zəng edərək mobil telefonla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs2 həmin mobil nömrəni ailə üzvlərinin istifadə etməsini bildirdi. Mesajların çıxarışlarına baxış zamanı əhəmiyyət kəsb edəcək məlumat müəyyən edilmədi. (cild 02, iş vər. 34-36) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Telefon danışıqlarına baxış keçirilməsi barədə” 07 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, 13.08.2021-ci il tarixdən əvvəlki vaxtlarda da Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə mütəmadi olaraq əlaqə saxlamışdır. 13.08.2021-ci il tarixdə saat 14:38 radələrində birinci dəfə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək 132 saniyə müddətində danışmışdır. Həmin zəng Zaqatala rayonu, Aşağı Tala kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 14:42 radələrində Təqsirləndirilən şəxs1 həmin mobil nömrə ilə Təqsirləndirilən şəxs2 eyni mobil nömrəsinə zəng edərək 18 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Aşağı Tala kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin gün saat 14:53 radələrində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək 16 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Aşağı Tala kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 14:58 radələrində Təqsirləndirilən şəxs1 həmin mobil nömrə ilə Təqsirləndirilən şəxs2 eyni mobil nömrəsinə zəng edərək 29 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Yuxarı Tala kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 15:03 radələrində Təqsirləndirilən şəxs1 həmin mobil nömrə ilə Təqsirləndirilən şəxs2 eyni mobil nömrəsinə zəng edərək 14 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala şəhəri, Zərifə Əliyeva küçəsi 13 anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 17:54 radələrində Təqsirləndirilən şəxs1 həmin mobil nömrə ilə Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək 30 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Tala Meşəbəyliyi 32-ci kvartal, 16-cı bölmə anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 18:34 radələrində Təqsirləndirilən şəxs1 həmin mobil nömrə ilə Təqsirləndirilən şəxs2 eyni mobil nömrəsinə zəng edərək 10 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Aşağı Tala kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 18:39 radələrində Təqsirləndirilən şəxs1 həmin mobil nömrə ilə Təqsirləndirilən şəxs2 eyni mobil nömrəsinə zəng edərək 09 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Aşağı Tala kəndi anten dairəsində qeydə alınmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir-biri ilə əlaqə saxlamamışdır. Bundan sonra həmin tarixdə saat 21:57 radələrində Təqsirləndirilən şəxs1 həmin mobil nömrə ilə Şahid6 070 642 00 62 mobil nömrəsinə zəng edərək 17 saniyə müddətində danışmışdır və həmin zəng də Zaqatala rayonu, Tala Meşəbəyliyi 32-ci kvartal, 16-cı bölmə anten dairəsində qeydə alınmışdır. Mesajların çıxarışlarına baxış zamanı əhəmiyyət kəsb edəcək məlumat müəyyən edilmədi. (cild 02, iş vər. 16-17) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 01 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində CM-nin 237.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. (cild 02, iş vər. 57- 75) Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. İş materiallarından görünür ki, 14.08.2021-ci il tarxdə polis şöbəsinə Zaqatala rayonunun Yuxarı Tala kəndində qeydiyyatda olan və Göyəm kəndində kirayədə yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Balakən rayonunun Talalar kəndində qeydiyyatda olmaqla Zaqatala rayonunun Göyəm kəndində kirayədə yaşayan xx.xx.1992ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Zaqatala rayonu Göyəm kəndində kirayədə yaşadıqları evdə narkotik vasitə olan marixuana saxlamaları barədə əməliyyat məlumatı daxil olmuş, müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı ünvana gedilərək qanunvericiliyin tələbləri çərçivəsində video çəkilişlə baxış keçirilmiş və müvafiq olaraq həmin ünvanda müxtəlif yerlərdə külli narkotik vasitə olan qurudulmamış marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı evə baxış keçirilərək külli miqdarda narkotik vasitə olan qurudulmamış marixuananın aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Şəxslərin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Sözügedən siyahıdan isə görünür ki, qurudulmuş marixuananın çəkisi 500 qramdan çox olduqda artıq bu çəki külli miqdarı ehtiva edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin qismən etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllər CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunması ilə bağlı müdafiə tərəfinin xahişinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 kirayə yaşadığı evdən aşkar olunan narkotik vasitənin miqdarının külli miqdar hesab edilən miqdardan dəfələrlə çox olması, evin müxtəlif yerlərindən müxtəlif bağlamalarda aşkar olunması onların narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə etdiyini və özlərində saxladığını təsdiq edir ki, belə olan halda qeyd olunan şəxslərin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi qeyri-mümkündür. Odur ki, məhkəmə müdafiə tərəfinin qeyd etdiklərini səmimi olmayan, işin faktiki halları ilə üst-üstə düşməyən ifadələr kimi qəbul edir və həmin ifadələrin əvvəlcədən seçilmiş və təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinin daha ağır maddəsi ilə cinayət məsuliyyətindən yayınmaq üçün seçilmiş sözlərdən ibarət olan müdafiə taktikası olduğu qənaətinə gəlir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Həmçinin həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Füzuli Hərbi Məhkəməsinin 08.09.2011-ci il tarixli hökmünə əsasən CM-nin 330.1ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08.02.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, daha sonra Zaqatala Rayon Məhkəməsinin 06.10.2016-cı il tarixli hökmünə əsasən CM-in 29,326.1, 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10.05.2017-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzadan 05 ay 18 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş, sonra cəza müddəti başa çatdığından, qeydiyyatdan çıxarılmışdır. (cild 1, iş vər. 184-185) Cinayət işinin materiallarında olan Balakən rayon İcra və Probasiya Şöbəsinin 15.09.2021-ci il tarixli, 578/3 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 10.05.2017-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzadan 05 ay 18 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş, cəza müddəti 28.10.2017-ci il tarixdə başa çatmışdır. (cild 1, iş vərəq 242) Cinayət işinin materiallarında olan xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində icra nümayəndəliyinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (cild 01, iş vərəq 244) Cinayət işinin materiallarına əlavə olunan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 19.01.2019, 08.09.2017 və 10.09.2021-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs2 əvvəllər Zaqatala Rayon Məhkəməsinin 06.10.2016-cı il tarixli hökmünə əsasən az ağır cinayətin törədilməsinə görə məhkum edildiyindən, CM-nin 83-cü maddəsinə əsasən isə az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş hesab olunduğundan, Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal olan cinayətlərin residivi müəyyən edilmir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəq 183) Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Həsənov X3 rayonunun Yuxarı Tala kəndində yaşayır və barəsində Zaqatala RİHB-nin Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və ya şikayət daxil olmamışdır. (cild 1, iş vərəq 190-191) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs1 CMnin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-nin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməllərində yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halın mövcudluğunu, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs1 isə əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını əsas götürərək, habelə törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxslərin şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onlara yalnız təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ilə cəzanın məqsədinə nail oluna bilər. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər məhz onlara təyin olunan azadlıqdan məhrumetmə növündə cəzanı real olaraq çəkməklə islah oluna bilərlər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 14.08.2021ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 14.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəq 25, 47) Cinayət işinin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 15.08.2021-ci il tarixli 4(033)-34/2021 və 15.08.2021-ci il tarixli 4(033)-33/2021 nömrəli qərarlarından görünür ki, əvvəli 14.08.2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəq 141- 148) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 14.08.2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 14.08.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onlar yaşadığı ərazi üzrə profilaktik qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olmaqla Zaqatala Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 3 kiloqram 975 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, qara rəngli sellofan torbanın içərisində təmiz çəkisi 1 kiloqram 040 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, göy rəngli sellofan torbanın içərisində təmiz çəkisi 175 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, şəffaf sellofan torbanın içərisində təmiz çəkisi 285 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, şəffaf, üzərində yazılar olan sellofan torbanın içərisində təmiz çəkisi 650 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, həmçinin təmiz çəkisi 1 kiloqram 480 qram, əkilib becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin budaq və saplaqları, o cümlədən təmiz çəkisi 1 kq 515 qram, 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 17,30 AZN (on yeddi manat, otuz qəpik) olmaqla tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Cinayət işi üzrə maddi zərər və mülki iddianın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı 14.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı 14.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Zaqatala Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 3 kiloqram 975 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, qara rəngli sellofan torbanın içərisində təmiz çəkisi 1 kiloqram 040 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, göy rəngli sellofan torbanın içərisində təmiz çəkisi 175 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, şəffaf sellofan torbanın içərisində təmiz çəkisi 285 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, şəffaf, üzərində yazılar olan sellofan torbanın içərisində təmiz çəkisi 650 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, həmçinin təmiz çəkisi 1 kiloqram 480 qram, əkilib becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin budaq və saplaqları, o cümlədən təmiz çəkisi 1 kq 515 qram, 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 17,30 AZN (on yeddi manat, otuz qəpik) olmaqla tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar