Məhkəmə qərarları › İş №1(091)-44/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-44/2024

09.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-44/2024 09.08.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X4, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1978-ci ildə Goranboy şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Goranboy Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib 11 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Goranboy Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzadan azad edilmiş və məhkumluğu götürülmüş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özünü İran İslam Respublikasının vətəndaşı “Şəhruz” kimi təqdim edən şəxsiyyəti istintaqla dəqiq məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olaraq birgə qazanc əldə etmək barədə danışıb razılaşdıqdan sonra “Şəhruz” adlı həmin şəxsin Göyçay rayonunun Çayarxı kəndinin ərazisində yolun kənarındakı yarımtikilidə gizlətmiş olduğu bir ədəd göy rəngli sellofan torbanın içərisində olan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, külli miqdarda, yəni 1040,0 qram təmiz çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda, yəni 430,0 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, yəni 839,353 qram təmiz çəkidə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda, yəni 87,280 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini “Şəhruz” adlı həmin şəxsin “WhatsApp” tətbiqi vasitəsi ilə ona göndərdiyi məkan və fotoşəkillər əsasında götürmək məqsədi ilə bu barədə məlumatı olmayan Goranboy rayon sakini Şahid1 idarə etdiyi “Opel Astra” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 19 yanvar 2023-cü il tarixdə Goranboy rayonundan Göyçay rayonuna gəlib Şahid1 guya dostu ilə görüşdükdən sonra gəlib onu götürməsini deyərək “Şəhruz“ adlı şəxsin Göyçay rayonunun Çayarxı kəndinin ərazisində yolun kənarındakı yarımtikilidə gizlətdiyi külli miqdarda narkotik vasitələri və psixotrop maddəni həmin tarixdə saat 22 radələrində axtarıb satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq eyni məqsəd ilə daşıyarkən Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri ilə 19 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Göyçay rayonunun Çayarxı kəndinin ərazisində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Göyçay RPŞ-nin inzibati binasına gətirilib qeyd edilən tarixdə saat 22:40-da üzərində şəxsi axtarış aparılarkən özünü İran İslam Respublikasının vətəndaşı “Şəhruz” kimi təqdim edən şəxsiyyəti istintaqla dəqiq məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlayaraq eyni məqsəd ilə daşıdığı, ümumilikdə bir ədəd göy rəngli sellofan torbanın içərisində olan külli miqdarda, yəni 02 ədəd qara rəngli sellofan bükümdə olmaqla tərkiblərinə görə eynilik təşkil edən, ayrıayrılıqda 545,0 və 495,0 qram olmaqla, ümumilikdə 1040,0 qram təmiz çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd şəffaf sellofan bükümdə olmaqla külli miqdarda, yəni 430,0 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan bükümdə olmaqla külli miqdarda, yəni 87,280 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd şəffaf sellofan bükümdə olmaqla xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, ayrı-ayrılıqda 339,378 qram və 499,975 qram olmaqla, ümumilikdə 839,353 qram təmiz çəkidə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heroin və metamfetamin satmamış, həmin maddələrdən, habelə tiryəkdən istifadə etməmiş, ancaq marixuanadan istifadə etmiş, istifadəsində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri olmuşdur. 19 yanvar 2023cü il tarixdə İran İslam Respublikasının vətəndaşı “Şəhruz” adlı şəxs “Facebook” sosial şəbəkəsində ona dostluq göndərmiş və bir müddət həmin şəxslə sosial şəbəkə vasitəsi ilə yazışmışdır. Daha sonra o, həmin şəxsə öz mobil telefon nömrəsini vermiş və artıq “WhatsApp” tətbiqi vasitəsi ilə yazışmağa başlamışlar. “Şəhruz” adlı şəxs ondan nə istifadə etdiyini soruşmuş, o isə marixuanadan istifadə etdiyini demişdir. Təxminən iki ay sonra “Şəhruz” adlı şəxs onunla əlaqə saxlayıb Göyçay rayonunun ərazisində 350 qram qurudulmuş marixuana olduğunu, 50 qramını götürməsini, qalan hissəsini isə Bakı şəhərinin ərazisində dediyi yerə qoymasını xahiş etmişdir. Həmçinin “Şəhruz” adlı şəxs ondan imkanı olduğu halda 1500 manat məbləğində pul göndərməsini və narkotik vasitənin hamısını özünə götürməsini təklif etmiş, lakin onun narkotik vasitəni Bakı şəhərinə aparmaq fikri olmamış və narkotik vasitənin hamısını özünə götürüb yoxa çıxmağı fikirləşmişdir. Daha sonra o, birlikdə hərbi xidmət keçdiyi şəxslə görüşməsi üçün Göyçay rayonunun ərazisinə aparmasını qonşusu Şahid1 xahiş etmiş və geri qayıdan zaman sonuncuya narkotik vasitə verə biləcəyini təklif etmişdir. “Şəhruz” adlı şəxs ona narkotik vasitənin olduğu yerin koordinatını atmış, o da saat 18:00 radələrində Goranboy şəhərindən həmin koordinatlar üzrə narkotik vasitə olan yerə doğru hərəkət etmişdir və saat 19:00 radələrində Göyçay rayonunun ərazisinə çatmışdır. “Şəhruz” adlı şəxsin ona göndərdiyi koordinatlarda qeyd olunan yerə çatmağa az qalmış orada bir avtomobilin dayandığını və avtomobilin içərisində üç-dörd nəfər şəxsin olduğunu görmüşdür. Bundan sonra o, “Şəhruz” adlı şəxslə əlaqə saxlamış, sonuncu isə həmin şəxslərin narkotik vasitəni oraya qoyan şəxslər olduğunu və gedəcəklərini bildirmişdir. Avtomobil oradan uzaqlaşdıqdan sonra o, sellofan paketin olduğu yerə yaxınlaşıb həmin paketə toxunduqda həm içərisindəki kütlənin ağır çəkidə olduğunu, həm də bərk olduğunu görmüş və narkotik vasitədən istifadə edən şəxs olduğu üçün narkotik vasitənin kütləsinin yumşaq olmasının zəruri olduğunu düşünüb sellofan paketi götürmədən çıxıb getmiş və təxminən 15 metr uzaqlaşdıqdan sonra avtomobildə olan şəxslər onu saxlamışlar. Polis əməkdaşları onu orada döydükdən sonra qonşusu Şahid1la əlaqə saxlamasını tələb etmişlər və o da saat 20:37-də sonuncu ilə əlaqə saxladıqdan sonra Şahid1 avtomobili ilə onun olduğu yerə gəlmiş və onu saxlayan şəxslərdən onu saxlamalarının səbəbini soruşmuşdur. Bir müddət sonra ayıldıqda sellofan paketin onun qucağında olduğunu görmüşdür. İran İslam Respublikasının vətəndaşı 100 qram marixuananı ona 500 manata təklif etmiş, həmin vətəndaşa inanıb oraya gəlmiş, sonradan isə paketin içərisindən heroin, tiryək və metamfetamin aşkar edilmişdir. Polis şöbəsinə gətirildikdən sonra təxminən 2-3 saat müddət ərzində təsir-təzyiqlərə məruz qalmış, ilk dəfə polis şöbəsində videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman 350 qram narkotik vasitəyə görə gəldiyini demiş, sonradan polis əməkdaşları onu yenidən yuxarı mərtəbəyə aparıb döymüşlər və yenidən aşağı mərtəbəyə aparıb videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparmağa başlamışlar. Üzərində şəxsi axtarış aparılan zaman səhhəti qaydasında olmadığı üçün videoçəkilişin dayandırılıb-dayandırılmadığını xatırlamır. Videoçəkiliş aparılan zamanı 350 qram miqdarında qurudulmuş marixuanaya görə gəldiyini, sellofan paketdə olanlardan xəbərinin olmadığını, “Şəhruz” adlı şəxsin ondan 350 qram qurudulmuş marixuananı götürməsini və həmin miqdardan 300 qramını Bakı şəhərinin yaxınlığında bir yerə qoymasını, 50 qramını da özünə götürməsini dediyini bildirmiş, lakin videoçəkilişdə “Şəhruz” adlı şəxs və qurudulmuş marixuana ilə bağlı dedikləri öz əksini tapmamışdır. Təhqiqatçı ona narahat olmamasını, barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işinin başlanacağını demiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman hakimə paketin içərisində aşkar edilən narkotik vasitə və maddələrin ona aid olmadığını bildirmiş, lakin sonradan X3 qəbul olunan zaman müayinə olunmamışdır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 21 yanvar 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 19 yanvar 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə olan zaman bir ildir sosial şəbəkə vasitəsilə tanıdığı “Şəhruz” adlı şəxs onun istifadəsində olan 070 ***-**-** mobil telefon nömrəsinə “WhatsApp” tətbiqi vasitəsilə zəng edərək Göyçay rayonunda 350 qram çəkidə marixuana olduğunu, həmin marixuananın üzərindən 50 qram özünə götürə biləcəyini, qalanını isə Bakı şəhərinin girəcəyində hər hansı əlverişli yerə qoyaraq həmin yerin məkanını göndərməsini ondan xahiş etmiş, bunun qarşılığında ona 500 manat pul göndərəcəyini demiş, o da qeyd olunan şəxslə razılaşmışdır. Bundan sonra əvvəlcədən tanıdığı Şahid1 zəng edərək sonuncuya Göyçay rayonuna gətməyi təklif etmiş, sonuncu da razılaşdıqdan sonra birlikdə Göyçay rayonu istiqamətində hərəkət etmişlər. Avtomobil ilə hərəkətdə olan zaman özünü “Şəhruz” kimi təqdim edən şəxslə bir neçə dəfə “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxlamış, həmin şəxsin ona göndərdiyi məkəna çatdıqdan sonra avtomobildən düşüb yolun kənarında olan yarımtikilinin içərisinə daxil olmuş və oraya qoyulmuş sellofan torbanı götürmüşdür. Həmin sellofan torbanın ağır olduğunu görüb “Şəhruz” adlı şəxsə zəng etmiş, qeyd olunan şəxsə torbanın ağır olduğunu demiş, bu zaman Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu demişlər və onu Göyçay Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Göyçay Rayon Polis Şöbəsinə getmişdir. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əlində olan bir ədəd torbanın içərisindən 03 ədəd qara rəngli sellofana bükülmüş bükümlər aşkar olunmuş, həmin bükümlərdən ikisinin içərisi açıldıqda qurudulmuş halda olan yaşımtıl rəngli maddə olması müəyyən olunmuş, digər bükümün içərisi açıldıqda isə orada 04 ədəd bükümün olması aşkar olunmuş, qeyd olunan bükümlərin birinin içərisində qəhvəyi rəngli maddə, ikinci və üçüncü bükümlərin içərisində qara rəngli maddə, dördüncü bükümün içərisində isə ağ rəngli maddə olması müəyyən olunmuş, elektron tərəzi vasitəsilə çəkilən zaman içərisində yaşımtıl rəngli maddə olan birinci bükümün çəkisinin 599 qram, içərisində yaşımtıl rəngli kütlə olan ikinci bükümün çəkisinin isə 552 qram, içərisində qəhvəyi rəngli maddə olan üçüncü bükümün çəkisinin 477 qram, içərisində qara rəngli maddə olan dördüncü bükümün çəkisinin 512 qram, içərisində qara rəngli maddə olan beşinci bükümün çəkisinin 354 qram və içərisində ağ rəngli maddə olan altıncı bükümün çəkisinin isə 104 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 21 yanvar 2023-cü il tarixdə verdiyi ifadəsi ilə ibtidai istintaqın gedişində 17 may 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 8 ildir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir, narkotik vasitənin başqa növündən istifadə etmir. 2022-ci ilin yay aylarında, dəqiq xatırlamadığı tarixdə “Facebook” sosial şəbəkəsində olarkən fars əlifbası ilə yazılar olan hesabdan bir nəfər şəxs ona dostluq təklif etmiş, o, həmin dostluğu qəbul etdikdə özünü “Şəhruz” adı ilə təqdim edən şəxs İran İslam Respublikasında yaşadığını, ulu babalarının Azərbaycan Respublikasının ərazisində yaşadıqlarını bildirmiş və aralarında tanışlıq yaranmışdır. Bundan bir müddət sonra “Şəhruz” adlı şəxs ona Göyçay rayonunun ərazisində müəyyən yerdə 350 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın olmasını demiş, həmin narkotik vasitəni oradan götürüb Bakı şəhərinə müəyyən yerə aparıb çatdırmasını xahiş etmiş və bunun qarşılığında 50 qram çəkidə qurudulmuş marixuananı ona pay verəcəyinə vəd vermişdir. O, “Şəhruz” adlı şəxslə razılaşdığını sonuncuya bildirsə də həmin narkotik vasitəni götürüb hamısını bütövlükdə mənimsəməyi qərarlaşdırmışdır. 19 yanvar 2023-cü il tarixdə Goyanboy rayonunda olarkən əvvəlcədən tanıdığı Şahid1 zəng edərək Göyçay rayonunun ərazisində bir nəfər tanıdığı şəxsin ona çəkmək üçün narkotik vasitə marixuana verəcəyini demiş, birlikdə getməyi və götürəcəyi həmin narkotik vasitədən birlikdə istifadə etməyi təklif etmiş, sonuncu da onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra onlar Şahid1 məxsus “Opel” markalı avtomobil ilə Goranboy rayonundan Göyçay rayonu istiqamətində hərəkətə başlamışlar və bir müddət “Şəhruz” adlı İran İslam Respublikasının vətəndaşının “WhatsApp” tətbiqi vasitəsilə ona göndərdiyi məkan üzrə hərəkət edib Göyçay rayonunun Çayarxı kəndinə yaxınlaşmışlar. Məkanda qeyd edilən yerin yaxınlığına çatdıqda o, avtomobildən düşüb Şahid1 gözləməsini demiş və yolun kənarı ilə piyada həmin məkan istiqamətində hərəkət etməyə başlamışdır. Məkana çatdıqda uçmuş vəziyyətdə olan girişində divara söykənmiş halda qara rəngli bir ədəd torbanın olduğunu görmüş və həmin torbanı əlinə götürəndə içərisində bərk halda bir neçə bükümün olmasını və çəkisinin ağır olmasını hiss etmişdir. “Şəhruz” adlı şəxs ona həmin torbada yalnız 350 qram marixuana olmasını bildirmiş, özü isə həmin torbanı açıb içərisinə baxmamışdır. Həmin vaxt o, torbanın içərisində marixuana deyil, başqa növdə və çəkidə narkotik vasitənin olmasından ehtiyat edib həmin torbanı əlindən yerə atmış və oranı tərk edib uzaqlaşmağa başlamışdır. Təxminən 15 metr uzaqlaşmamış polis əməkdaşları əvvəlcə onu, daha sonra isə Şahid1 saxlamışlar və Göyçay Rayon Polis Şöbəsinə gətirmişlər. Orada olarkən müdafiəçi ilə təmin olunmuş, üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman “Şəhruz” adlı şəxsin qoyduğu həmin torba aşkar olunmuşdur. Daha sonra torba açılmış və içərisinə baxış keçirilərkən orada olan bükümlərdə narkotik vasitə heroin, tirək və marixuana, habelə psixotrop maddə metamfetaminin olması müəyyən olunmuş, elektron tərəzi vasitəsilə çəkilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır, aralarında şəxsi ədavət və düşmənçilik olmamış, sonuncu ilə birlikdə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişlər. 19 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs ona bir nəfər tanışı ilə görüşmək üçün Göyçay rayonuna getməli olduğunu bildirib avtomobillə onu Göyçay rayonuna aparmasını xahiş etmiş, qayıdanda həmin tanışından birlikdə çəkmək üçün marixuana götürəcəyini demişdir. O da Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmış və birlikdə ona məxsus olan “Opel Astra” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etmişlər. Hərəkətdə olan zaman Təqsirləndirilən şəxs “WhatsApp” tətbiqi vasitəsilə bilmədiyi şəxslə danışmış və həmin şəxsin bildirdiyi məkan əsasında hərəkət etmişlər. Danışıq əsnasında digər şəxs Təqsirləndirilən şəxs Göyçay rayonuna nə vaxt çatacağını soruşmuş, sonuncu isə çatacağı təxmini vaxtı bildirmişdir. O, Təqsirləndirilən şəxsla danışan şəxsin sonuncunun tanışı olduğunu və Təqsirləndirilən şəxs qeyd olunan şəxslə görüşməyə getdiyini düşünmüşdür. Bir müddət hərəkət edib saat 20:30 radələrində Göyçay rayonuna çatmışlar və bu zaman Təqsirləndirilən şəxs tanışı ilə görüşüb qayıdacağını ona deyib həmin yeri tərk etmişdir. Bundan sonra avtomobillə gəzmək məqsədilə Göyçay şəhərinin mərkəzi istiqamətində hərəkət etmiş, bir neçə dəqiqə sonra şəhərin mərkəzində olan zaman Təqsirləndirilən şəxs zəng edərək nə vaxt qayıdacağını soruşmuş, sonuncu isə zəng edib məlumat verəcəyini demişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs ona zəng edib düşürdüyü yerdən götürməsini xahiş etmiş, o da həmin yerə getdikdə sonuncunun yolun kənarında əlində torba ilə uzaqdan gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs ona çatmamış polis əməkdaşları əvvəlcə sonuncunu, daha sonra isə onu saxlamışlar və Göyçay Rayon Polis Şöbəsinə aparmışlar. Orada olan zaman Təqsirləndirilən şəxs Göyçay rayonuna tanışı ilə görüşmək üçün deyil, İran İslam Respublikasının vətəndaşı olan “Şəhruz” adlı şəxsin Göyçay rayonuna yerləşdirdiyi narkotik vasitəni götürüb Bakı şəhərinə aparmaq üçün gəlməsi və sonuncunun əlində olan torbadan külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin X1 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və Goranboy rayonundan Göyçay rayonunun ərazisinə gəlib satış niyyəti ilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edəcəkləri barədə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 22 radələrində Göyçay rayonunun Çayarxı kəndinin ərazisində Təqsirləndirilən şəxs əlində torba ilə Şahid1 məxsus “Opel Astra” markalı, **- VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf gedən zaman, Şahid1 isə özünün avtomobilinin içərisində olarkən saxlanılmış, daha sonra isə Göyçay Rayon Polis Şöbəsinə gətirilmişlər. Orada olarkən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əlində olan bir ədəd torbanın içərisindən 03 ədəd qara rəngli sellofana bükülmüş bükümlər aşkar olunmuş, həmin bükümlərdən ikisinin içərisi açıldıqda qurudulmuş marixuanaya bənzər kütlələr olan yaşımtıl rəngli maddə olması müəyyən olunmuş, digər bükümün içərisi açıldıqda isə orada 04 ədəd bükümün olması aşkar olunmuş, qeyd olunan bükümlərin birinin içərisində narkotik vasitə heroinə bənzər kütlə olan qəhvəyi rəngli maddə, ikinci və üçüncü bükümlərin içərisində narkotik vasitə olan tiryəkə bənzər qara rəngli maddə, dördüncü bükümün içərisində isə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli maddə olması müəyyən olunmuş, elektron tərəzi vasitəsilə çəkilən zaman narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin çəkilərinin müvafiq olaraq 599 qram və 552 qram, narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin 477 qram, narkotik vasitə tiryəkə bənzər kütlələrin çəkilərinin müvafiq olaraq 512 qram və 354 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisinin isə 104 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükmlərin içərisində narkotik vasitələrin və psixotrop maddənin olduğunu, həmin narkotik vasitələri və psixotrop maddəni “Şəhruz” adlı İran İslam Respublikasının vətəndaşının sifarişi əsasında Goranboy rayonundan ona göndərilmiş məkan əsasında hərəkət edib Göyçay rayonunun ərazisinə gələrək Göyçay rayonundan götürdüyünü, bundan sonra “Şəhruz” adlı şəxsin sifarişinə əsasən Bakı şəhərinə aparacağını, bunun müqabilində həmin “Şəhruz” adlı şəxsdən 500 manat pul əldə edəcəyini, mobil telefonunda “Şəhruz” adlı şəxslə mobil telefonun “WhatsApp” tətbiqi vasitəsi ilə danışdığını və bir-birilərinə səs göndərdiklərini bildirmişdir. Lakin sonradan “Şəhruz” adlı şəxslə bağlı konkret əməliyyat məlumatlarının əldə edilməsi mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4, X7 və Şahid6 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid2 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin məsul növbətçisi vəzifəsində xidmət edir. 19 yanvar 2023-cü il tarixdə təxminən saat 22 radələrində Göyçay RPŞ-nin Növbətçi Hissəsində növbədə olarkən əməliyyat müvəkkilləri tərəfindən Şahid1 və Təqsirləndirilən şəxs şöbəyə gətirilmişlər, daha sonra isə müdafiəçilərin iştirakları ilə hər iki şəxsin üzərində şöbənin Növbətçi Hissəsinin qarşısında şöbənin kiçik inspektor-kriminalisti Üzeyir Əliyev tərəfindən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilən zaman sonuncunun əlində göy rəngli sellofan torbanın olduğunu görmüş və kənardan baxanda torbanın içərisinin dolu olması ona məlum olmuşdur. Şəxsi axtarış yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs əlindəki torbanın içərisindən müxtəlif növ narkotik vasitələrin və psixotrop maddənin aşkar olunması ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CABnin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Hadisə baş verən zaman həmin polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi vəzifəsində işləmiş, qeyd olunan cinayət işi onun icraatında olmuş və həmin cinayət işi üzrə müvafiq istintaq hərəkətlərini aparmışdır. Təqsirləndirilən şəxs həmin cinayət işi üzrə verdiyi ifadəsində “Şəhruz” adlı şəxslə cinayət əlaqəsinə girib 500 manat pul müqabilində Göyçay rayonundan narkotik vasitəni götürüb Bakı şəhərinə aparacağını etiraf etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, narkotik vasitələri gəzdirməsi və narkotik vasitələrin satışı ilə məşğul olması, eləcə də Şahid1 idarə etdiyi “Opel Astra” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələri gəzdirməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, narkotik vasitələri gəzdirməsi və narkotik vasitələrin satışı ilə məşğul olması, eləcə də Şahid1 idarə etdiyi “Opel Astra” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələri gəzdirməsi və daşıması şübhəsi ilə həmin tarixdə saat 22 radələrində Göyçay Rayonunun Çayarxı kəndinin ərazisində yol kənarında saxlanılaraq əlində olan sellofan torba ilə birlikdə Göyçay Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmənin aparılması haqqında 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əlində olan bir ədəd torbada içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan 02 ədəd sellofan bükümlər, habelə həmin torbanın içərisində olan digər bir ədəd sellofan bükümün içərisində olan 4 ədəd seellofan bükümün 2 ədədində narkotik vasitə tiryəkə bənzər maddələr, bir ədədində narkotik vasitə heroinə bənzər kütlə, 1 ədədində isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilib götürülmüşdür. Şəxsi axtarış və götürmənin aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının və məhkəmə-bioloji ekspertizasının 20 yanvar 2023-cü il tarixli 17/80 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd kağız bağlamanın içərisindəki 02 (iki) ədəd qara rəngli sellofan torbada, ayrıayrılıqda təmiz çəkiləri 545,0 qram və 495,0 qram olmaqla, ümumi təmiz çəkiləri 1040,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 02 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 339,378 qram və 499,975 qram olmaqla, ümumi təmiz çəkiləri 839,353 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 430,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 87,280 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş tiryəklər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən mobil telefon smartfon tiplidir. Mobil telefonun “WhatsApp” tətbiqində +98 904 *** ** ** mobil telefon nömrəsinə və həmin nömrədən göndərilmiş üç ədəd bükümün olması, həmin bükümlərin Bakı şəhərinə aparılması, orada müəyyən bir yerə qoyulduqdan sonra məkanının göndəriləcəyi və Bakı şəhərinə 200 km məsafənin qalması barədə səs yazıları var. Baxış keçirilən zaman mobil telefonun “WhatsApp” tətbiqində qeyd edilən mobil nömrədən göndərilmiş yol kənarında yarımtikilinin, həmin tikilinin ox işarəsi ilə işarələnməsinin və içərisi dolu göy rəngli torbanın fotoşəkilləri aşkar edilmişdir. Bundan başqa, mobil telefonun zənglər bölməsində 19 yanvar 2023-cü il tarixdə saat 21:59-dək gələn və gedən zənglərin olduğu, “Dəli Ramin” adı ilə qeydə alınmış 055 ***-**-** mobil telefon nömrəsi ilə həmin tarixdə saat 20:37-də 07 saniyə, saat 20:57-də 13 saniyə danışığın aparılması, sonuncu zəng edən “Süleyman Zaur” adı ilə qeydə alınmış 055 ***-**-** mobil telefon nömrəsinə həmin tarixdə saat 21:59-da rədd verildiyi məlum olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin səslərin onun özünə və “Şəhruz” adlı şəxsə məxsus olduğunu, qeyd olunan səsləri içərisində narkotik vasitə olan torbanı götürdükdən sonra “Şəhruz” adlı şəxsə göndərdiyini, qeyd edilən fotoşəkillərdəki yerlərin “Şəhruz” adlı şəxsin ona göndərdiyi narkotik vasitə qoyulan yerin fotoşəkilləri olduğunu, “Dəli Ramin” adlı şəxsin Şahid1 olduğunu, “Süleyman Zaur” adı ilə qeydə alınmış 055 ***-**-** mobil telefon nömrəsindən daxil olmuş zəngə həmin vaxt polis əməkdaşları ona yaxınlaşdığına görə özü məşğul verdiyini, həmin vaxt polis əməkdaşları tərəfindən hələ tutulmadığını, Şahid1 onu düşürüb getdikdən sonra saat 20:37-də Şahid1 ona zəng edib nə vaxt Göyçay rayonuna qayıdacaqlarını soruşduğunu, xəbər edəcəyini dediyini, saat 20:57-də isə özü Şahid1 zəng edib təxminən 40 dəqiqə sonra gəlib onu düşürdüyü yerdən götürməsini dediyini qeyd etmişdir. Baxış keçirilən zaman foto və video çəkilişdən istifadə edilməmiş, mobil telefonun “WhatsApp” tətbiqində olan həmin səs yazıları 1 ədəd CD diskə köçürülərək, qeyd edilən fotoşəkillər və zənglərin siyahısı olan ekran görüntüsü isə çap edilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət əməlinin tövsif edilməsi haqqında 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 234.4.3-cü maddəsi saxlanılmaqla həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd olunan maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 iyun 2023-cü il tarixli 991 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananın qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi ilə bağlı həmin tarixdə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi ilə bağlı həmin tarixdə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kompyuter texniki ekspertizasının 06 may 2024-cü il tarixli 5/413 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd sensor ekran və “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A50” markalı, “SM-A505FN/DS” modelli “**********89646, **********89644” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Təqdim edilmiş “Samsung Galaxy A50” markalı, “SM-A505FN/DS” modelli smartfonun yaddaşında 070 630-07-67 abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “2.23.5.81” versiyalı “WhatsApp” proqram təminatı aşkar olundu. Təqdim edilmiş “Samsung Galaxy A50” markalı, “SM-A505FN/DS” modelli smartfonun yaddaşından “7.68.0.809 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsilə toplanmış, hal-hazırda yaddaşında mövcud olan və pozulmuş (kontaktlar, zəng qeydləri, foto, audio, video fayllar, SMS mesajlar, “WhatsApp” proqram təminatında, “Facebook”, “İnstagram” sosial şəbəkəsində aparılmış məlumat mübadiləsi və s.) məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) “Ekspertiza 5-413” adlı qovluqda xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu. Tədqiq olunan mobil cihazın yaddaşından əldə edilmiş məlumatların xüsusiyyətləri (yaradılma tarixi, dəyişdirilmə tarixi, həcmi, adı, formatı və s. kimi informasiyalar) həmin məlumatlar əsasında tərtib edilən hesabatda (Report-Hesabat) öz əksini tapmışdır (bax xarici yaddaş qurğusuna). Aparılmış tədqiqat işləri nəticəsində “Samsung Galaxy A50” markalı, “SM-A505FN/DS” mobil smartfonun yaddaşından əldə edilmiş “WhatsApp” proqram təminatında aparılmış mövcud olan və silinmiş məlumat mübadilələri daxilində xx.xx.2023-xx.xx.2023-cü il zaman intervalına aid yazışmalar müəyyən olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-fonoskopik ekspertizasının 01 iyul 2024-cü il tarixli 3-16-16/2-4/765 nömrəli rəyindən görünür ki, təqdim olunan 01 ədəd “BİNGO” markalı DVD-R diskdə aşkar olunan “Təqsirləndirilən şəxs (Şahid6)_1” adlı videofonoqramın 01:34-cü dəqiqəsində, 01:52-ci dəqiqəsində, 03:09-cu dəqiqəsində, 03:39-cu dəqiqəsində, 03:41-ci dəqiqəsində, 04:03-cü dəqiqəsində və 04:39-cu dəqiqəsində yazı qurğusunun yazma funksiyasında olan nasazlıqla əlaqədar keçid siqnalı üçün xarakterik siqnal (kəskin fon sıçrayışları, audiosiqnalın itməsi, harmonikalarda faza kəsilmələri, kəskin səhnə dəyişikliyi) qeydə alınmışdır. Təqdim olunan 01 ədəd “BİNGO” markalı DVD-R diskdə aşkar olunan “Şahid1 (Şahid6) – Copy” adlı videofonoqramın 01:38-ci dəqiqəsində, 02:46-cı dəqiqəsində, 03:09cu dəqiqəsində, 03:16-cı dəqiqəsində, 04:02-ci dəqiqəsində, 07:52-ci dəqiqəsində, 14:24cü dəqiqəsində və 15:14-cü dəqiqəsində yazı qurğusunun yazma funksiyasında olan nasazlıqla əlaqədar keçid siqnalı üçün xarakterik siqnal (kəskin fon sıçrayışları, audiosiqnalın itməsi, harmonikalarda faza kəsilmələri, kəskin səhnə dəyişikliyi) qeydə alınmışdır. Mübahisəli videofonoqramlardakı danışıqların əvvəli və sonu kommunikativ aktın əvvəli və sonu üçün xarakterik formadadır. Bu isə təqdim olunan mübahisəli videofonoqramlardakı aşkar olunan kəskin fon sıçrayışları, audiosiqnalın itməsi, harmonikalarda faza kəsilmələri və kəskin səhnə dəyişikliyi kimi əlamətlərin yazı qurğusunun yazma funksiyasında olan nasazlıqla əlaqədar olduğunu deməyə əsas verir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 10 mart 2023-cü il tarixli PHŞ-6-39/2-136/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur, lakin 17 iyul 2021-ci il tarixdən Narkoloji kabinetdə qeydiyyatdadır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin, 12-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana və 19-cu bəndinə əsasən 50 qram və daha artıq çəkidə narkotik vasitə tiryək, habelə psixotrop maddələrə aid olan İİ Siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil etmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin, 109.1-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana, 182-ci bəndinə əsasən təmiz halda 50 qram və daha artıq, lakin 5000 qramdan az çəkidə narkotik vasitə tiryək, habelə psixotrop maddələrə aid olan İİ Siyahısının 118-ci bəndinə əsasən təmiz halda 2 qram və daha artıq, lakin 400 qramdan az çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, 1040,0 qram narkotik vasitə qurudulmuş marixuananı, 839,353 qram narkotik vasitə tiryəki, 430,0 qram narkotik vasitə heroini və 87,280 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin, 12-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana və 19-cu bəndinə əsasən 50 qram və daha artıq çəkidə narkotik vasitə tiryək, habelə psixotrop maddələrə aid olan İİ Siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil etmiş, narkotik vasitələrin və psixotrop maddənin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə yenə də təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin, təmiz halda 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana, təmiz halda 50 qram və daha artıq, lakin 5000 qramdan az çəkidə narkotik vasitə tiryək, habelə təmiz halda 2 qram və daha artıq, lakin 400 qramdan az çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu qüvvəyə minənədək törədildiyindən həmin Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onun tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməllərinə görə cəza, bu əməllərin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitələrin külli miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı və psixotrop maddələrə aid olan İİ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 08 nömrəli Qərarının 34-cü bəndinə əsasən əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 19 aprel 2023-cü il tarixdə Göyçay Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, narkotik vasitələri gəzdirməsi və narkotik vasitələrin satışı ilə məşğul olması, eləcə də Şahid1 idarə etdiyi “Opel Astra” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələri gəzdirməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman əlində olan torbadan narkotik vasitə heroin, qurudulmuş marixuana və tiryək, habelə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 19 aprel 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 21 yanvar 2023-cü il tarixdə verdiyi ifadəsində 19 yanvar 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə olan zaman bir ildir sosial şəbəkə vasitəsilə tanıdığı “Şəhruz” adlı şəxsin onun istifadəsində olan 070 ***-**-** mobil telefon nömrəsinə “WhatsApp” tətbiqi vasitəsilə zəng edərək Göyçay rayonunda 350 qram çəkidə marixuana olduğunu, həmin marixuananın üzərindən 50 qram özünə götürə biləcəyini, qalanını isə Bakı şəhərinin girəcəyində hər hansı əlverişli yerə qoyaraq həmin yerin məkanını göndərməsini ondan xahiş etdiyini, bunun qarşılığında ona 500 manat pul göndərəcəyini dediyini, qeyd olunan şəxslə razılaşdığını, əvvəlcədən tanıdığı Şahid1 məxsus olan avtomobillə Göyçay rayonuna getdiyini, avtomobil ilə hərəkətdə olan zaman özünü “Şəhruz” kimi təqdim edən şəxslə bir neçə dəfə “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxladığını, həmin şəxsin ona göndərdiyi məkəna çatdıqdan sonra avtomobildən düşüb yolun kənarında olan yarımtikilinin içərisinə daxil olduğunu, oraya qoyulmuş sellofan torbanı götürdüyünü, həmin sellofan torbanın ağır olduğunu görüb “Şəhruz” adlı şəxsə zəng etdiyini, qeyd olunan şəxsə torbanın ağır olduğunu dediyini və bu zaman Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə aparıldığını desə də ibtidai istintaqın gedişində 17 may 2023-cü il tarixdə verdiyi ifadəsində sosial şəbəkə vasitəsilə tanıdığı “Şəhruz” adlı şəxsin ona Göyçay rayonunun ərazisində müəyyən yerdə 350 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olmasını dediyini, həmin narkotik vasitəni oradan götürüb Bakı şəhərinə müəyyən yerə aparıb çatdırmasını xahiş etdiyini, bunun qarşılığında 50 qram çəkidə qurudulmuş marixuananı ona pay verəcəyinə vəd verdiyini, “Şəhruz” adlı şəxslə razılaşdığını sonuncuya bildirsə də həmin narkotik vasitəni götürüb hamısını bütövlükdə mənimsəməyi qərarlaşdırdığını, daha sonra Şahid1 məxsus “Opel” markalı avtomobil ilə Goranboy rayonundan Göyçay rayonu istiqamətində hərəkətə başladıqlarını, bir müddət “Şəhruz” adlı İran İslam Respublikasının vətəndaşının “WhatsApp” tətbiqi vasitəsilə ona göndərdiyi məkan üzrə hərəkət edib Göyçay rayonunun Çayarxı kəndinə yaxınlaşdıqlarını, məkanda qeyd edilən yerin yaxınlığına çatdıqda avtomobildən düşüb yolun kənarı ilə piyada həmin məkan istiqamətində hərəkət etməyə başladığını, məkana çatdıqda uçmuş vəziyyətdə olan girişində divara söykənmiş halda qara rəngli bir ədəd torbanın olduğunu gördüyünü və həmin torbanı əlinə götürəndə içərisində bərk halda bir neçə bükümün olmasını və çəkisinin ağır olmasını hiss etdiyini, “Şəhruz” adlı şəxsin ona həmin torbada yalnız 350 qram marixuananın olmasını bildirdiyini, həmin torbanı açıb içərisinə baxmadığını, bu zaman torbanın içərisində marixuananın deyil, başqa növdə və çəkidə narkotik vasitənin olmasından ehtiyat edib həmin torbanı əlindən yerə atdığını, oranı tərk edib uzaqlaşmağa başladığını, təxminən 15 metr uzaqlaşmamış polis əməkdaşlarının əvvəlcə onu, daha sonra isə Şahid1 saxlayaraq Göyçay Rayon Polis Şöbəsinə apardılarını demiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə sosial şəbəkə vasitəsilə tanıdığı “Şəhruz” adlı şəxsin onunla əlaqə saxlayıb Göyçay rayonunun ərazisində 350 qram qurudulmuş marixuana olduğunu, 50 qramını götürməsini, qalan hissəsini isə Bakı şəhərinin ərazisində dediyi yerə qoymasını xahiş etdiyini, həmçinin “Şəhruz” adlı şəxsin ondan imkanı olduğu halda 1500 manat məbləğində pul göndərməsini və narkotik vasitənin hamısını özünə götürməsini təklif etdiyini, həmin vaxt narkotik vasitəni Bakı şəhərinə aparmaq fikrinin olmadığını, narkotik vasitənin hamısını özünə götürüb yoxa çıxmağı fikirləşdiyini, daha sonra “Şəhruz” adlı şəxsin ona narkotik vasitənin olduğu yerin koordinatını göndərdiyini, saat 18:00 radələrində Şahid1 məxsus olan avtomobillə Goranboy şəhərindən həmin koordinatlar üzrə narkotik vasitə olan yerə doğru hərəkət etdiklərini, saat 19:00 radələrində Göyçay rayonunun ərazisinə çatdıqlarını, “Şəhruz” adlı şəxsin ona göndərdiyi koordinatlarda qeyd olunan yerə çatmağa az qalmış orada bir avtomobilin dayandığını və avtomobilin içərisində üç-dörd nəfər şəxsin olduğunu gördüyünü, bundan sonra “Şəhruz” adlı şəxslə əlaqə saxladığını, sonuncunun həmin şəxslərin narkotik vasitəni oraya qoyan şəxslər olduğunu və gedəcəklərini bildirdiyini, avtomobil oradan uzaqlaşdıqdan sonra sellofan paketin olduğu yerə yaxınlaşıb həmin paketə toxunduqda həm içərisindəki kütlənin ağır çəkidə olduğunu, həm də bərk olduğunu gördüyünü və narkotik vasitədən istifadə edən şəxs olduğu üçün narkotik vasitənin kütləsinin yumşaq olmasının zəruri olduğunu düşünüb sellofan paketi götürmədən çıxıb getdiyini və təxminən 15 metr uzaqlaşdıqdan sonra avtomobildə olan şəxslərin onu saxladığını, polis əməkdaşlarının orada onu döydükdən sonra qonşusu Şahid1la əlaqə saxlamasını tələb etdiklərini, saat 20:37-də sonuncu ilə əlaqə saxladıqdan sonra Şahid1 avtomobili ilə onun olduğu yerə gəldiyini, bir müddət sonra ayıldıqda sellofan paketin onun qucağında olduğunu gördüyünü, İran İslam Respublikasının vətəndaşının 100 qram marixuananı ona 500 manata təklif etdiyini, həmin vətəndaşa inanıb gəldiyini, sonradan isə paketin içərisindən heroin, tiryək və metamfetaminin aşkar edildiyini, polis şöbəsinə gətirildikdən sonra təxminən 2-3 saat müddət ərzində təsir-təzyiqlərə məruz qaldığını, ilk dəfə polis şöbəsində videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman 350 qram narkotik vasitəyə görə gəldiyini dediyini, sonradan polis əməkdaşları onu yenidən yuxarı mərtəbəyə aparıb döydüklərini, yenidən aşağı mərtəbəyə aparıb videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparmağa başladıqlarını, üzərində şəxsi axtarış aparılan zaman səhhəti qaydasında olmadığı üçün videoçəkilişin dayandırılıb-dayandırılmadığını xatırlamadığını, videoçəkiliş aparılan zaman 350 qram miqdarında qurudulmuş marixuanaya görə gəldiyini, sellofan paketdə olanlardan xəbərinin olmadığını, “Şəhruz” adlı şəxsin ondan 350 qram qurudulmuş marixuananı götürməsini və həmin miqdardan 300 qramını Bakı şəhərinin yaxınlığında bir yerə qoymasını, 50 qramını da özünə götürməsini dediyini bildirdiyini, lakin videoçəkilişdə “Şəhruz” adlı şəxs və qurudulmuş marixuana ilə bağlı dediklərinin öz əksini tapmadığını, təhqiqatçının ona narahat olmamasını və barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işinin başlanacağını dediyini, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman hakimə paketin içərisində aşkar edilən narkotik vasitə və psixotrop maddələrin ona aid olmadığını bildirdiyini və X3 qəbul olunan zaman müayinə olunmadığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai araşdırmanın gedişində 17 may 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitələrin və psixotrop maddənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X3 qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-fonoskopik ekspertizasının 01 iyul 2024-cü il tarixli 3-16-16/2-4/765 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 üzərində şəxsi axtarış aparılan zaman qeydə alınmış videofonoqramlardakı danışıqların əvvəli və sonu kommunikativ aktın əvvəli və sonu üçün xarakterik formadadır. Bu isə təqdim olunan mübahisəli videofonoqramlardakı aşkar olunan kəskin fon sıçrayışları, audiosiqnalın itməsi, harmonikalarda faza kəsilmələri və kəskin səhnə dəyişikliyi kimi əlamətlərin yazı qurğusunun yazma funksiyasında olan nasazlıqla əlaqədar olduğunu deməyə əsas verir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kompyuter texniki ekspertizasının 06 may 2024-cü il tarixli 5/413 nömrəli rəyindən görünür ki, təqdim edilmiş “Samsung Galaxy A50” markalı, “SM- A505FN/DS” modelli smartfonun yaddaşından “7.68.0.809 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsilə toplanmış, hal-hazırda yaddaşında mövcud olan və pozulmuş (kontaktlar, zəng qeydləri, foto, audio, video fayllar, SMS mesajlar, “WhatsApp” proqram təminatında, “Facebook”, “İnstagram” sosial şəbəkəsində aparılmış məlumat mübadiləsi və s.) məlumatlar müəyyən olunmuşdur. Həmin ekspertiza zamanı da bərpa olunmuş müəyyən səs yazılarından da görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri və psixotop maddələri götürüb apararaq müəyyən yerdə gizlədəcəyini bildirir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai araşdırmanın gedişində 17 may 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 21 yanvar 2023-cü il tarixdə verdiyi ifadəsində qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri və psixotrop maddəni əldə edərkən, daşıyarkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bu Qərarın 12-ci bəndinə əsasən CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitələr heroin, qurudulmuş marixuana və tiryəkin, habelə psixotrop maddə metamfetaminin aşkar edilməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri və psixotrop maddəni əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamışdır, 2011-ci ildə doğulmuş Nərgiz Şahmuradova və 2013-cü ildə doğulmuş Elmir Şahmuradov onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Goranboy Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmünün və 30 noyabr 2021-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Goranboy Rayon Məhkəməsinin 11 iyun 2020ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Goranboy Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək cəzadan azad edilmiş və məhkumluğu üzərindən götürülmüşdür. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər hesab olunur və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CMin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törədənədək onun məhkumluğu götürüldüyündən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 22 yanvar 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 19 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay olmaqla 19 avqust 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün olmaqla 08 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 19 yanvar 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 1039,60 qram narkotik vasitə qurudulmuş marixuana, 838,953 qram narkotik vasitə tiryək, 429,800 qram narkotik vasitə heroin və 87,080 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Samsung A5” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Şahid1 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Şahid1 məxsus olan avtomobilə baxış keçirilməsini əks etdirən bir ədəd, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmənin aparılmasını əks etdirən bir ədəd, səs yazılarının köçürüldüyü bir ədəd və "xxxx" MMCdən daxil olmuş bir ədəd olmaqla ümumilikdə 06 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 353,65 (üç yüz əlli üç manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 353,65 (üç yüz əlli üç manat altmış beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 1039,60 qram narkotik vasitə qurudulmuş marixuana, 838,953 qram narkotik vasitə tiryək, 429,800 qram narkotik vasitə heroin və 87,080 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Samsung A5” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Şahid1 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Şahid1 məxsus olan avtomobilə baxış keçirilməsini əks etdirən bir ədəd, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmənin aparılmasını əks etdirən bir ədəd, səs yazılarının köçürüldüyü bir ədəd və "xxxx" MMC-dən daxil olmuş bir ədəd olmaqla ümumilikdə 06 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 353,65 (üç yüz əlli üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar