Məhkəmə qərarları › İş №1(091)-44/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-44/2025

13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-44/2025 13.01.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İ instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorui X8, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X9 iştirakları ilə xx.xx.1981-ci ildə Ağsu şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağsu şəhəri, X24 küçəsi ev 39, mənzil 47-də qeydiyyatda olmaqla ünvan 4nvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1984-cü ildə Ukrayna Respublikası Belozerka rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağsu rayonu Kalva kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə narkotik vasitə və psixotrop maddə sataraq qazanc əldə etməklə bağlı razılığa gəlib 04 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 satış məqsədilə əldə etdiyi xeyli miqdarda, yəni 2 ədəd ayrı-ayrı sellofan paketlərdə qablaşdırılmış, ümumi təmiz çəkisi 1,906 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd sellofan paketdə qablaşdırılmış, təmiz çəkisi 0,781 qram olan psixotrop maddə metamfetamini Ağsu şəhər sakini Şahid5 satmaq niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2la birlikdə daşıyaraq idarə etdiyi “Toyota Prius” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu rayonu ərazisinə gətirərkən üzərində saxlamış, həmin tarixdə saat 2130 radələrində Аğsu rаyоn Pоlis Şöbəsinin əməkdаşlаrı tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Bakı Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində fəaliyyət göstərən “Abdulla” adlı kafenin qarşısında olan zaman Təqsirləndirilən şəxs2la birlikdə sахlаnılıb rаyоn Pоlis Şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibаti binаsınа gətirilərək, оrаdа sааt 2315-dən etibarən üzərində şəxsi axtarış və götürmə aparılarkən, əyninə gеydiyi tünd boz rəngli gödəkçəsinin sağ yan cibindən, 2 ədəd sellofan paketlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,126 qram və 1,780 qram olan ümumi təmiz çəkisi isə 1,906 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan paketdə təmiz çəkisi 0,781 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də əynində olan gödəkçəsinin sol yan cibindən narkotik vasitə və psixotrop maddələrin çəkilməsində istifadə olunan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda yəni, 1,906 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 0,781 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib, həmin narkotik vasitə və psixotrop maddəni Ağsu şəhər sakini Şahid5 sataraq qazanc əldə etməklə bağlı tanışı Təqsirləndirilən şəxs1 ilə razılığa gələrək 04 yanvar 2024-cü il tarixdə narkotik vasitə və psixotrop maddəni Ağsu rayonu ərazisində Şahid5 satması üçün Təqsirləndirilən şəxs1 verdikdən sonra sonuncu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında daşıyıb Ağsu rayonu ərazisinə gətirmiş, həmin tarixdə saat 2130 radələrində Аğsu rаyоn Pоlis Şöbəsinin əməkdаşlаrı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu dolaylarında yerləşən “Abdulla” adlı kafenin qarşısında Təqsirləndirilən şəxs1 ilə birlikdə sаxlаnılıb rаyоn Pоlis Şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibаti binаsınа gətirilmiş, оrаdа sааt 2315-dən etibarən Təqsirləndirilən şəxs1 üzərində şəxsi ахtarış və götürmə aparılarkən, sonuncunun əyninə geydiyi tünd boz rəngli gödəkçəsinin sağ yan cibindən, 2 ədəd sellofan paketlərdə qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,126 qram və 1,780 qram olan ümumi təmiz çəkisi isə 1,906 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan paketdə qablaşdırılmış təmiz çəkisi 0,781 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də əynində olan gödəkçəsinin sol yan cibindən narkotik vasitə və psixotrop maddələrin çəkilməsində istifadə olunan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə tanımadığı bir İran vətəndaşı ona zəng edərək narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olduğunu, həmçinin sonuncunun kuryer kimi işləyən bir nəfər adamı olduğunu bildirmiş, həmin şəxsin narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmasını, həmçinin şəhidləri və qaziləri təhqir etdiyinə görə həmin telefonda yazılan mesajı qeyri-rəsmi olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsində həmin idarənin əməkdaşlarına köməklik edən Zamik adlı tanışına bildirmiş, bundan sonra Zamiklə birlikdə həmin idarənin qarşısına getmişlər. Həmin vaxt bayram günləri olduğu üçün idarə işləməmiş, bundan sonra özünü Zamikin rəisi kimi təqdim edən şəxslə görüşmüşdür. Yazılan mesajları həmin şəxsə təqdim edərək belə bir İran vətəndaşı olduğunu, nömrənin həmin İran İslam Respublikası vətəndaşına aid olduğunu, ona yazılan mesajların həmin iranlı tərəfindən göndərilməsini və üzərində külli miqdarda narkotik vasitənin olması haqqında məlumat verib həmin şəxs barəsində tədbir görülməsini xahiş etmiş, İran vətəndaşının foto-şəkilini də təqdim etmişdir. xx.xx.2024-cü il tarixə keçən gecə saat Baş idarədən çıxıb Zamiki Masazırda öz evinə düşürdükdən sonra “BOLT” şirkətinin proqramını açıb gecədən səhərə qədər taksi fəaliyyətinə başlamışdır. Övladı 1-ci qrup əlil olduğu üçün səhərdən gecəyə qədər uşağına baxmış, gecə vaxtı da ailəsinin dolanışığına köməklik etmək üçün taksi fəaliyyəti ilə məşğul olmuşdur. Gecədən səhərə qədər işlədikdən sonra səhər Masazırda olan xanım müştərisini avtovağzala düşürdükdən sonra avtomobilinin təkərində nasazlıq olduğunu görərək Zamikə zəng edib gecə yatmadığını bildirmiş, sonuncudan avtomobili ustaya təmirə aparmasını xahiş etmişdir. Avtomobilini təmirə aparması üçün Zamikə təhvil vermiş, yatmaq üçün evinə getmişdir. Yatan zaman ona zəng gələrək dayısının vəfat etməsi barədə ona məlumat vermişlər. Zamikə zəng edib dayısının rəhmətə getməsi ilə bağlı rayona getməli olduğunu demiş, Zamik Masazırda tıxac olduğunu, gələ bilməyəcəyini bildirib Sulutəpənin dairəsində görüşməli olduqlarını demişdir. Bu zaman Cavid ona zəng edib “Ağrıdayam, narkotik vasitə varındısa, mənə təşkil elə” dedikdə heç bir narkotik vasitəsinin olmadığını, hüzürə getdiyini və ora gələ bilməyəcəyini demiş, çoxlu israr etsə belə getməmişdir. Cavid yenidən ona zəng edib onun satmaq üçün 200 manata təklif etdiyi noutbuku almaq istədiyini, 160 manat verə biləcəyini bildirdikdə satmağa razılaşmışdır. Noutbuk da Zamikə məxsus olmaqla sonuncu heç bir problemin olmadığını, 100 manat Zamikin, 60 manat da ona verəcəyini demişdir. Cavid yenidən zəng edib rayona gəlməmələrini, dolaylarda görüşmələrini bildirmiş, dolaylarda avtomobildən düşən zaman polis əməkdaşları yaxınlaşıb üzərinə baxış keçirilən zaman 1.9 qram narkotik vasitə və metamfetamin aşkar olunmuşdur. Polis şöbəsində dövlət hesabına verilmiş vəkildən imtina etmiş, prokurorun gələrək onun ifadəsini almasını tələb etmişdir. İbitdai istintaq zamanı ona qarşı təsir, təyziq göstərildiyinə görə ibtidai istintaq zamanı narkotik vasitəni Zamiklə birlikdə satmasına dair ifadə vermişdir. Polislər ona təsir göstərsə də bədən nahiyəsində xəsarət olmamış, üzərindən çıxan elektron tərəzi müştəriyə aid olmaqla, həmin müştəri yadından çıxıb avtomobildə qoymuşdur. “BOLT” şirkətində taksi fəaliyyəti göstərdiyi üçün şirkətə müştərinin əşyasının avtomobildə qalmasını, qısa zamanda aparıb təhvil verəcəyini bildirmişdir. Avtomobildən düşən zaman elektron tərəzi əynindəki gödəkçədə olmuş, gödəkçəsinin iç cibinə qoyaraq evə aparmaq istəmiş, yas mərasiminə gedib gəldikdən sonra müştərinin əşyasını təhvil verməyi nəzərdə tutmuşdur. Üzərində narkotik vasitə olması barədə Zamikin məlumatı olmamış, yolda saxlanılan yerə çatana qədər yalnız Cavidlə əlaqə saxlamışdır. Həmin gün Cavid onunla narkotik vasitə almaq üçün əlaqə saxlamış, cavabında narkotik vasitənin olmadığını, narkotik vasitə üçün o məsafədə yolu gələ bilməyəcəyini demişdir. Sonra dayısının rəhmətə getdiyini, yolda oluğunu bilmiş, Cavidə Şamaxıya getdiyini, Şərədildə görüşəcəyini bildirmişdir. Biraz vaxt keçdikdən sonra Cavid ona zəng edib Ağsu dolaylarında olan Abdulla kafesinə gəlməsini bildirmiş, Abdulla kafesi Ağsu rayonunun ərazisində olmuşdur. Polis əməkdaşları çiyninə avtomat silah asıb 1 kq heroini qabağına qoyub Zamikin onunla əlbir olduğunu deməsini istəmişlər. Əgər Zamiklə bir yerdə olduqlarını deməsə, silah və heorini boynuna atacaqlarını bildirmişlər. Video çəkiliş zamanı üzərindən çıxan narkotik vasitənin tiryək olduğunu demiş, lakin polislər həmin narkotik vasitənin heroin olduğunu demişlər. Cavidə narkotik vasitəni satmaq üçün Zamikdən alıb aparmağı həqiqəti əks etdirməmiş, istintaq zamanı Zamiklə üzləşməsı olsa da sərbəst olmamış, video çəkiliş zamanı yalnız orada narkotik vasitəni Zamikdən aldığını demişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da ünvan 4nvanında ailəsi ilə birlikdə yaşamış, icarəyə götürdüyü “Toyota Prius” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Əslən Ağsu rayon sakini olan Təqsirləndirilən şəxs2 tutulmamışdan 7-8 ay əvvəl tanımış, 03 yanvar 2024-cü il tarixdə özünü ona İranlı kimi təqdim edən bir nəfər tanımadığı şəxslə telefonla danışan zaman həmin şəxs ona X10 şəxsiyyət vəsiqəsinin şəklini ataraq həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Bu barədə Təqsirləndirilən şəxs2 dedikdən sonra sonuncu ilə görüşüb bu barədə söhbət etmiş, Zamik ondan sabah tezdən birlikdə avtovağzala getməyi xahiş etmişdir. 04 yanvar 2024-cü il tarixdə səhər saat 09 radələrində o, Abşeron rayonu Masazıra Qəsəbəsinə gedib Zamiki oradan götürdükdən sonra Zamikin xatırlamadığı bir qohumunu aparıb avtovağzala düşürmüş, sonra Bakı şəhərinə geri qayıtmışlar. Yolda gedərkən Zamik üzərində narkotik vasitə olan heroin və psxiotrop maddə olan metamfetamin olduğunu bildirmiş, 4-cü mikrorayona, yaşadığı binanın qarşısına gəldikdən sonra avtomobili Zamikə verib yaşadığı evə getmişdir. Həmin vaxt Zamik ona istifadə etmək üçün narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin də vermiş, psixotrop maddəni istifadə etsə də narkotik vasitəni istifadə etməmişdir. Saat 1030 radələrində Ağsu şəhər sakini Şahid5la əlaqə saxlayıb sonuncu ondan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istədiyinə görə Cavidə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, Cavid 02 qram narkotik vasitə və 01 qram psixotrop maddə üçün ona 160 manat pul verəcəyini bildirmişdir. Bundan sonra Zamikə zəng edib bir nəfər şəxsin 02 qram narkotik vasitə olan heroin və 01 qram psixotrop maddə olan metamfetamin istədiyini və 160 manat pul verəcəyini demiş, Zamikdə onunla razılaşmışdır. Zamik ona Ağsu rayonuna getmələrini narkotik vasitə və psixotrop maddəni Cavidə satıb pulu almalarını, narkotik vasitə və psixotrop maddəni satdıqdan sonra əldə olunmuş qazancdan ona 40 manat, 20 manat da yol pulu verəcəyini bildirmiş, Zamikə onu 4-cü mikrorayondan götürməyi xahiş etmişdir. Saat 18 radələrində Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayıb tıxac olduğunu, Sulutəpə dairəsinə gəlməsini, həmin yerdə görüşüb, Ağsu rayonuna getmələrini bildirmiş, bundan sonra o, Sulutəpə dairəsinə gedib həmin yerdə Zamiklə görüşmüşdür. Özü avtomobili idarə etməklə Zamik qabaq sağ oturacaqda əyləşmiş, həmin vaxt Zamik ona 03 ədəd selofan paketlərdə olan maddələri və 01 ədəd elektron tərəzini verərək elektron tərəzi ilə maddələri çəkib satacağını bildirmişdir. Zamikdən aldığı maddələri əynində olan tünd boz rəngli gödəkcəsinin sağ cibinə, elektron tərəzini isə sol cibinə qoyub Ağsu rayonu istiqamətində avtomobilini idarə etməyə başlamış, Ağsu rayonuna gələn zaman bir neçə dəfə Şahid5la əlaqə saxlamışdır. Həmin vaxt Şahid5 ona Ağsu dolaylarında yerləşən Abdulla adlı kafenin qarşısında görüşəcəyini bildirmiş, saat 2130 radələrində Ağsu dolaylarında “Abdulla” adlı kafenin qarşısında avtomobili saxlayıb gözləyən zaman polis əməkdaşları onu saxlatdıraraq birlikdə Ağsu rayon polis şöbəsinя getməyi təklif еtmişlər. Ağsu rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcəsinin sağ yan cibindən, 02 ədəd selofan bükümlərdə olan narkotik vasitə olan heroini (kakos) və 01 ədəd selofan bükümdə olan psixotrop maddə olan metamfetamini cibindən çıxararaq təhvil vermişdir. Bundan başqa üzərində olan gödəkcəsinin sol yan cibində olan 01 ədəd elektron tərəzini və 01 ədəd Redmi Note 8 markalı mobil telefonu təhvil vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 7 ildən artıq bir müddətdə tam könüllü olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsində köməklik göstərmiş, narkotikin yayılmasına qarşı mübarizə aparmışdır. 03 yanvar 2024-cü il tarixdə Natiqdən ona “Whatsapp” vasitəsi ilə mesaj gələrək “salam” yazmış, Natiqi əvvəldən tanımamaqla mesajdan təxminən 7 ay əvvəl hansısa bir çay məclisində 2 dəfə görmüşdür. Natiq 1-2 dəfə yalan danışdığına görə nömrəsini telefonundan silmiş, həmin gün mesaja cavab olaraq kim olduğunu soruşduqda sonuncu “Ağsudan Natiqdi” cavabını yazmışdır. Sonra Natiq ona şəkil göndərərək İran vətəndaşı olduğunu, Azərbaycanda kuryeri olduğunu, həmin kuryerin narkotik vasitələri qoyduğunu, başqa kuryerin də gedib götürdüyünü demişdir. Natiqin göndərdiyi məlumatları qeyri-rəsmi işlədiyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşına “Whatsapp” vasitəsilə yönləndirmiş, sonra həmin əməkdaşla telefonla danışarkən məlumatı verən şəxsin yanında olub-olmamasını soruşmuşdur. Yanında olmadığını bildirdikdə həmin adamı da götürüb Badamdarda teleqüllənin yanında görüşməyə dəvət etmişdir. Natiqə yenidən Whatsapp” vasitəsilə zəng edərək getməli olduqlarını bildirmiş, Natiq onun göndərdiyi konuma gəlmişdir. Badamdara teleqüllənin yanında çayxanada iki nəfərlə görüşmüş, əməkdaşlar Natiqlə oturub söhbət eləmişlər. Gedən zaman əməkdaş ona Natiqi nəzarətdə saxlamasını bildirmiş, Natiqi nəzarətdə saxlamaq üçün sonuncu ilə yol yoldaşlığı etmişdir. Natiqin üzərində narkotik vasitə olduğunu bilməmiş, ama istifadə etməsi barədə məlumatı olmuşdur. Natiqin aldığı narkotikin mənbəsini öyrənmək istəmiş, Ağsu dolaylarına gələrkən Natiqə 2-3 dəfə zənglər gəlmişdir. Telefon danışığının məzmunu “Gəlirəm, filan yeri keçdim” kimi ifadədən ibarət olmuş, sonuncudan kiminlə danışdığını soruşduqda ona heç bir məlumat verməmiş, Ağsuda olan bir tanışı ilə görüşəcəyini demişdir. Saxlanıldıqları kafenin həyətində bir çay içməyi, daha sonra şəxsi Ağsuya düşürdüb kəndinə getməyi nəzərdə tutmuşdur. Ora düşən kimi polis əməkdaşları yaxınlaşmış, tam rahat şəkildə polislərə tabe olmuş, həmin vaxt Natiqin yerə sellofan atığını görmüşdür. Polis şöbəsinə gedərkən məxfi məlumat olduğuna görə rəis müavini ilə görüşmək istədiyini bildirmiş, rəis müavini onu otağına dəvət etmişdir. Telefonu polis əməkdaşlarında olmaqla həmin əməkdaşın yanında onunla söhbət etmiş, sadəcə olaraq tam tərsini deyərək onu tanımadıqlarını bildirmişlər. 1-2 saat keçdikdən sonra onu ifadə vermək üçün təhqiqat bölməsinə aparmış, bu zaman öz narazılığını bildirərək “Nəyə görə ifadə verməliyəm axı, mənim üzərimdə narkotik vasitə olmayıb” demişdir. Məqsədinin tamam başqa olduğunu bildirdikdən sonra onu müvəqqəti saxlama yerinə aparmışlar. Heç bir yerə qol çəkməmiş və ifadə verməmişdir. 2 saat sonra rəis müavini gəlib “Sən nəyisə etiraf etməsən belə yanındakı narkotik vasitəni səndən aldığını etiraf edib” demişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, 23 dekabr 2023-cü il tarixdə oğluna keçirdiyi kiçik toy məclisində ziyan etdiyi üçün pula ehtiyacı yaranmış, 03 yanvar 2024-cü il tarixdə saat 18 radələrində tanışı Natiqlə telefonla əlaqə saxlayan zaman sonuncu ona 04 yanvar 2024-cü il tarixdə Ağsu rayonuna gedəcəyini bildirmişdir. Ağsu rayonu Kalva kəndinə gedib qohumlarından borc pul almağı nəzərdə tutmuş, buna görə də Natiqlə birlikdə 04 yanvar 2024-cü il tarixdə Ağsu rayonuna getmək qərarına gəlmişdir. 04 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri Abşeron rayonu X5 görüşdükdən sonra Natiqin avtomobilinə əyləşib Ağsu rayonuna yola düşmüş, Ağsu rayonuna çatmağa az qalmış Təqsirləndirilən şəxs1 ona birlikdə Ağsu şəhərinə getməyi, özü düşdükdən sonra avtomobili ona verəcəyini və onun həmin avtomobillə Ağsu rayon Kalva kəndinə getməsini təklif etmişdir. Natiqlə razılaşdıqdan sonra Ağsu şəhərinə tərəf hərəkət etməyə başlamış, Ağsu dolayları ilə hərəkət edib saat 2130 radələrində Ağsu dolaylarında yerləşən “Abdulla” adlı kafenin qarşısına çatdıqda Natiq avtomobili saxlamışdır. Bir müddət sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə Ağsu rayon Polis şöbəsinə getməyi təklif еtmişlər. Ağsu rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdfiəçinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hansısa əşya aşkar edilməmişdir. Sonradan Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı narkotik vasitə aşkar olunduğu ona məlum olmuş, həmin narkotik vasitədən heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Ağsu rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 04 yanvar 2024cü il tarixdə Ağsu rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 оğlunun nаrkоtik vаsitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAB-ın əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və PPXB-nin polis nəfəri Şahid4 оğlu ilə birlikdə saat 2130 radələrində Bakı- Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində “Abdulla” adlı kafenin qarşısında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşərkən sonuncuları saxlayıb hər iki şəxsə nаrkоtik vаsitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Ağsu rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdfiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində оlаn tünd-boz rəngli gödəkçəsinin sağ yan cibindən ayrı-ayrı selofan qablarda olan 3 ədəd kütləni təqdim edib həmin kütlələrdən ikisinin narkotik vasitə olan tiryək, birinin isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitələrin çəkisi ayrı-ayrılıqda selofan qablarla birlikdə 3,35 və 0,66 qram psixotrop maddə olan metamfetaminin çəkisi, selofan qabla birlikdə 1,22 qram təşkil etməsi müəyyən edilmiş, həmin bükülülər qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə və psixotrop maddəni xx.xx.2024-cü il tarixdə dostu Təqsirləndirilən şəxs2 verdiyini və birlikdə Ağsu rayonuna Cavid adlı şəxsə satmaq məqsədilə gətirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 gödəkçəsinin sol yan cibindən bir ədəd elektron tərəzini təqdim edərək tərəzini də Təqsirləndirilən şəxs2 verdiyini, tərəzi ilə narkotik vasitəni və psixotrop maddəni çəkib satmağı tapşırmasını demişdir. Məhkəmə kimyəvi ekspertizasının rəyindən sonra Təqsirləndirilən şəxs1 tiryək kimi təqdim etdiyi narkotik vasitəyə bənzər kütlənin narkotik vasitə olan heroin olduğu müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ağsu rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2, Şahid3 və Post Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 01 yanvar 2024-cü il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib sonuncudan öz istifadəsi üçün təxminən 02 qram narkotik vasitə olan heroin və 01 qram psixotrop maddə olan metamfetamin istəmiş, Təqsirləndirilən şəxs1 özündə narkotik vasitə və psixotrop maddə olmadığını, lakin təşkil edə biləcəyini bildirib onunla əlaqə saxlayacağını demişdir. 04 yanvar 2024-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək özündə narkotik vasitə və psixotrop maddə olmadığını, Zamik adlı tanışından narkotik vasitə və psixotrop maddə əldə edəcəyini və ona sata biləcəyini demiş və ondan həmin narkotik vasitə və psixotrop maddənin müqabilində nə qədər pul verəcəyəni soruşmuşdur. Narkotik vasitə və psixotrop maddəni Ağsu rayonuna gətirib ona satması müqabilində Təqsirləndirilən şəxs1 160 manat pul verəcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 ona zəng edib narkotik vasitə və psixotrop maddəni Zamik adlı tanışı ilə birlikdə ona satmaq üçün Ağsu rayonuna gətirəcəyini bildirmişdir. Həmin gün bir neçə dəfə də əlaqə saxlamış, axşam radələrində Təqsirləndirilən şəxs1 gəlməsini gözləyən zaman saat 22 radələrində onların Ağsu dolaylarında polis əməkdaşları tərəfindən tutulduğunu öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitələrdən istifadə etsə də, 2023-cü ilin sentyabr ayından heç bir narkotik vasitədən istifadə etməmiş, narkotik vasitələrdən istifadə etdiyi vaxtlarda Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyinə görə bir neçə dəfə sonuncudan narkotik vasitə istəmişdir. 2023-cü ilin yay aylarında o, Təqsirləndirilən şəxs1 narkotik vasitə istəmiş, Təqsirləndirilən şəxs1 ona pul müqabilində narkotik vasitə verəcəyini bildirmişdir. Lakin onun pulu olmadığı üçün Natiqdən narkotik vasitə ala bilməmişdir. Ona məxsus ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə 12:21-də “EVDAYAM DANİSA BİLMİRAM 50MANAT VAR SAAT 2DE GELECEM TUKANA DENAN GONDARSİN GELİB VERACAM YARİ KOLA QALANİNADA DAS”” məzmunlu sms o, yazmamış, ola bilsin ki, ona məxsus ***-***-**-** saylı mobil nömrəni həmin vaxt kimsə istifadə etmiş və sms-i həmin şəxs yazmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ona məxsus ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə 18:42 dəqiqədə “Gel derman verim at” məzmunlu, xx.xx.2023-cü il tarixdə 12:13-də “Gel derman verim at”, “Gel derman verim at ozuve gel ......”” məzmunlu smslərlə bağlı heç bir fikir bildirməmiş, Təqsirləndirilən şəxs1 narkotik vasitə və ya psixotrop maddə almaq istəsə də ya pulu olmadığından ya da müəyyən səbəblərdən ala bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə “Ay qaqa niye bele edirsen dunenden seni gozdeyirem.gelirsen?. Deme konturum yoxdur.yiga bilmirem.konturda atdim sene. Ay rowen bu ne hereketdi edirsen?bele eleme.varyoxun ........ pis olar.apararam seni pircep.saat 3 de mene catdir.tecili”,məzmunlu, bundan başqa “Hara qoyursan qoy cinayet acdariw gelib dalimca.onu goturub qaciram burdan.bazarda dalimca gelibler evede.onu bir yere qoy goturum.sene soz deyirem.tecil”, məzmunlu, bundan başqa “Rowen emelyatcilar gelimiwdi dalimca.varyoxun s..... .men cixmaliyam burdan o mali goturmesem cixmayacam.men burda yansam sende yanacaqsan.mali goturmeden de getmeyecem.tutsalar meni sende gedeceksen.mali hara atirsan at goturum qacim.varyoxun s..... sende gedeceksen menimle.bunu bil” məzmunlu, bundan başqa “Rowen menim malimi firladanin her bir weyin ...... .ujey bawqa cur olacaq.onsuz palibomu gedirem.seni vurub gedecem. Mene qarwi qehbeliy edirsen s.... o oglanin varyoxun.meni burdan aparsalar senife getizdirmeyenin.yaxwi rowen canun sag olsun men burda yansam sende yana. Rowen menim malimi firladanin her bir weyin s......ujey bawqa cur olacaq.onsuz palibomu gedirem.seni vurub gedecem. Hardasan yerini de gelirem.menim telfonumu gorub acmiyanin varyoxun s.... .yeruvi de gelirem sene soxacam soxmayanin qeyretin s.... Ay qehbe hec olmasa mene nese getir ver.yoxsa her gun soyecem seni.men s....... menim elimle s......... seni” məzmunlu smslər yazılmış, belə ki, həmin tarixdən 2-3 gün əvvəl o, Təqsirləndirilən şəxs1 öz avtomobili ilə Bakı şəhərindən Ağsu şəhərinə gətirmişdir. Təqsirləndirilən şəxs1 Ağsu şəhərinə gətirdikdən sonra yaşadığı ünvanda düşürtmüşdür. Təqsirləndirilən şəxs1 də çıxıb getmiş, bir gün sonra o, avtomobilini təmizləyərkən avtomobilin içərisindən sağ ayaqaltından, yəni Təqsirləndirilən şəxs1 oturduğu yerdən siqaretin kağızına bükülmüş halda təxmini 1 qram narkotik vasitəyə bənzər maddə tapmışdır. Sonra həmin maddəni Bakı şəhərinə gedən zaman Şamaxinka adlanan ərzidə tualetə atmış, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək avtomobilində ona məxsus narkotik vasitənin qaldığını bildirmişdir. O da avtomobilində heç bir narkotik vasitə olmadığını demiş, Təqsirləndirilən şəxs1 bundan sonra ona yuxarıda göstərilən məzmunda smslər yazmağa başlamışdır. O da xəbəri olmadan nəyə görə avtomobilinə narkotik vasitə qoyduğunu və həmin narkotik vasitəni tulladığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitəlrədən istifadə etməklə narkotik vasitələrdən istifadə etdiyi vaxt Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmiş, buna görə də ona narkotik vasitə lazım olduqda Təqsirləndirilən şəxs2la əlaqə saxlayıb sonuncudan narkotik vasitə və psixotrop maddə almışdır. Belə ki, 2023-cü ilin mart ayında o, Ağsu rayon Kalva kəndində ata evinə qonaq getdiyi vaxt Zamikin də orada olduğunu eşidib sonuncunun ata evinə getmiş, orada çörək yeyib çay içdikdən sonra birlikdə bulağa su içməyə getmişlər. Həmin vaxt Zamikdən üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, sonuncu ona üzərində narkotik vasitə olan kokain olduğunu bildirmişdir. Birlikdə narkotik vasitə olan kokaindən istifadə etmiş, bundan bir neçə gün sonra Bakı şəhərinə qayıtmışdır. Həmin vaxtdan sonra o, bir neçə dəfə Təqsirləndirilən şəxs2la əlaqə saxlayıb görüşmüş, hətta bir neçə dəfə bir yerdə narkotik vasitə olan marixuanadan da istifadə etmişlər. 12 dekabr 2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2la əlaqə saxlayıb sonuncudan 10 qram narkotik vasitə olan heroin və 01 qram psixotrop maddə olan metamfetmin istəmiş, Təqsirləndirilən şəxs2 da narkotik vasitə və psixotrop maddə olduğunu və ona 10 qram narkotik vasitə olan heroin və 01 qram psixotrop maddə olan metamfetamini 300 manata satacağını bildirmişdir. Zamikin ona bildirdiyi, yadında qalmayan kart nömrəsinə 300 manat pul göndərdikdən sonra həmin tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2la Yasamal rayonu ərazisində Asan Xidmətin yaxınlığında görüşüb Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini almışdır. Bundan başqa 02 yanvar 2024-cü il tarixdə axşam saatlarında o, Təqsirləndirilən şəxs2la əlaqə saxlayıb özü istifadə etmək üçün psixotrop maddə olan metamfetamin istəmiş, sonuncu ona metamfetamin sata biləcəyini, gec olduğunu, psixotrop maddəni səhər verəcəyini və 300 manat pul alacağını bildirmişdir. 03 yanvar 2024-cü il tarixdə saat 08 radələrində Yasamal rayonunda yaşadığı məhlədə Zamiklə görüşüb sonuncudan 10 qram psixotrop maddə olan metamfetamin götürmüş və 300 manat pulu Zamikə nağd qaydada vermişdir. Səhəri gün isə o, yenidən Təqsirləndirilən şəxs2la onun Yasamal rayonu ərazisində yerləşən iş yerində görüşüb çay içmişlər. Bir neçə gün sonra o, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən tutulduğunu öyrənmişdir. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 1818 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “X26 X30 X28 Alaql Qaqa” məzmununda sms-in onun tərəfindən yazılmış, həmin vaxt Təqsirləndirilən şəxs2 metodon həbi istəmişdir. Zamik də ona tanımadığı bir nəfər şəxs vasitəsilə metodon həbi pay olaraq göndərmişdir. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx-xx-2023-cü il tarixdə saat 1709 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “X12 Ozume İsdiyrem O X18 Yeredec” məzmununda sms yazmış, həmin vaxt yenə də Təqsirləndirilən şəxs2 metodon həbi istəsə də Zamik ona dərman verməmişdir. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx-xx-2023-cü il tarixdə saat 1626 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “X33 X22 X17 X29 X23 X27 X25 X31 X32 Hardasan” məzmununda sms yazmış, onunla birlikdə işləyən Vaqif adlı şəxslə bir yerdə də narkotik vasitə istifadə etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/723 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “X6 üzərindən aşkar edilmiş kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 03 (üç) ədəd gümüşü rəngli kağız bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri - 0,230 qram, 0,135 qram, 0,321 qram, ümumi çəkisi 0,686 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 17/15 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlələr” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd kiçik sellofan paketlərdə quru vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,126 qram və 1,780 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Digər 01 (bir) ədəd kiçik sellofan paketdə təmiz çəkisi 0,781 qram, olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 194 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 195 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixatrik ekspertizasının 20 fevral 2024-cü il tarixli, 464 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər hər hansı psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixatrik ekspertizasının 20 fevral 2024-cü il tarixli, 469 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər hər hansı psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İş üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki tünd-boz rəngli gödəkçənin sağ yan cibindən iki ədəd sellofan bükümdə çəkiləri müvafiq olaraq 3,35 qram, 0,66 qram narkotik vasitə olan heroinə və bir ədəd sellofan bükümdə çəkisi 1,22 qram olan içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs1 məxsus Redmi markalı mobil telefona baxış protokolundan görünür ki, mobil telefonun Whatsapp bölməsində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə “Zamiq iş” adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə arasında 03 və 04 yanvar 2024-cü il tarixdə yazışmalar və danışıqlar aparılması müəyyən edilmişdir. 03 yanvar 2024-cü il tarixdə olan yazışmalar və danışıqlarda Təqsirləndirilən şəxs1, X10 şəxsiyyət vəsiqəsinin şəklini Təqsirləndirilən şəxs2 ataraq həmin şəxsin iranlıların kuryeri olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirir. Daha sonra isə həmin şəxsin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması üçün Təqsirləndirilən şəxs2 köməklik istəyir. 04 yanvar 2024-cü il tarixdə isə səhər saatlarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan təyin edib görüşmələrinə dair danışıqlar aparılmışdır. Həmin tarixdə saat 11:40-da Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Zamiq iş” adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrəyə “ Abi bir dənə də ot isdeyir.ikisi bir yerdə 40 verir. İkisi də düzəlirsə verim alım pulu verim sənə” məzmununda sms göndərilmiş, Təqsirləndirilən şəxs2 da “Yaxşı qaqaş yaxşı yaxşı, çox yazışma belə şeyləri yazma narahat olma da bildim uje gələcəm həll edərik” məzmunlu səs yazısı göndərilmiş, daha sonra həmin şəxslər arasında şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər şəxsə narkotik vasitə satılması ilə bağlı yazışmalar və danışıqlar aparılmışdır. Daha sonra 04 yanvar 2024-cü il tarixdə saat 13:16-da Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən “Zamiq iş” adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrəyə “Rayon zəng vurdu, Axşam gedəy?” məzmununda sms yazılmış Təqsirləndirilən şəxs2 isə “ora dobru gedərik qaqaş elə belə xırdaynan yox” məzmunlu səs yazısı göndərilmişdir. Bundan sonra 04 yanvar 2024-cü il tarixdə sonrakı vaxtlarda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan təyin edib görüşmələrinə dair yazışmalar və danışıqlar aparılmışdır. Bundan başqa mobil telefonun Whatsapp bölməsində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə Mehremin Qaynatası adı ilə qeyd olunmuş +**********39 saylı mobil nömrə, Meryamm 2 adı ilə qeyd olunmuş +**********70 saylı mobil nömrə, ***-***-**-** saylı mobil nömrə, Ayaz adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə, Eldar Cemi adı ilə qeyd olunmuş ***- ***-**-** saylı mobil nömrələr arasında narkotik vasitələrin və psixotrop maddələrin alqısatqısı ilə bağlı olan yazışmalar və danışıq səsləri aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs2 məxsus Huawei markalı qara rəngli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “Təqsirləndirilən şəxs1” adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə arasında 03 və 04 yanvar 2024-cü il tarixlərində yazışmalar və danışıqlar aparılması müəyyən olunmuşdur. 03 yanvar 2024-cü il tarixdə olan yazışmalar və danışıqlarda Təqsirləndirilən şəxs1, X10 şəxsiyyət vəsiqəsinin şəklini Təqsirləndirilən şəxs2 ataraq həmin şəxsin iranlıların kuryeri olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirir. Daha sonra isə həmin şəxsin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması üçün Təqsirləndirilən şəxs2 köməklik istəyir. 04 yanvar 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında gündəlik həyat tərzinə aid adi danışıqlar aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakcell MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsinə dair 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrə Zöhrə İbrəhimova adlı şəxsin adına qeydiyyata alınmış, xxxx-2023-cü il tarixdə 12:21 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “EVDAYAM DANİSA BİLMİRAM 50MANAT VAR SAAT 2DE GELECEM TUKANA DENAN GONDARSİN GELİB VERACAM YARİ KOLA QALANİNADA DAS” məzmununda sms göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakcell MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsinə dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ***- ***-**-** saylı mobil nömrə Şahid5 adına qeydiyyata alınmışdır. Diskdə olan Zənglərin_Detallaşması adlı fayla daxil olduqda müəyyən olunmuşdur ki, Şahid5 istifadəsində ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində ***-***- **-** saylı mobil nömrə arasında telefon danışıqları olmuşdur. Həmin faylda müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, eləcə də xx.xx.2024-cü il tarixdə saat 10:27, 12:47, 13:39, 15:55, 16:15, 17:45, 18:11, 19:02, 19:52, 20:19 və 20:25 dəqiqələrdə Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında danışıq aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərfon MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsinə dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrə Zöhrə İbrəhimova adlı şəxsin adına qeydiyyata alınmışdır. ***-***-**-** saylı mobil nömrə X1 adına qeydiyyata alınmışdır. xx-xx-2023-cü il tarixdə 18:42 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Gel derman verim at”, “Gel derman verim at ozuve gel ..........” məzmununda sms göndərilmişdir. Bundan başqa diskə baxış zamanı xx-xx-2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ay qaqa niye bele edirsen dunenden seni gozdeyirem.gelirsen?. Deme konturum yoxdur.yiga bilmirem.konturda atdim sene. Ay rowen bu ne hereketdi edirsen?bele eleme.varyoxun ........ pis olar.apararam seni pircep.saat 3 de mene catdir.tecili”,məzmunlu, bundan başqa “Hara qoyursan qoy cinayet acdariw gelib dalimca.onu goturub qaciram burdan.bazarda dalimca gelibler evede.onu bir yere qoy goturum.sene soz deyirem.tecil”, məzmunlu, bundan başqa “Rowen emelyatcilar gelimiwdi dalimca.varyoxun s..... .men cixmaliyam burdan o mali goturmesem cixmayacam.men burda yansam sende yanacaqsan.mali goturmeden de getmeyecem.tutsalar meni sende gedeceksen.mali hara atirsan at goturum qacim.varyoxun s..... sende gedeceksen menimle.bunu bil” məzmunlu, bundan başqa “Rowen menim malimi firladanin her bir weyin ...... .ujey bawqa cur olacaq.onsuz palibomu gedirem.seni vurub gedecem. Mene qarwi qehbeliy edirsen s..... o oglanin varyoxun.meni burdan aparsalar senife getizdirmeyenin.yaxwi rowen canun sag olsun men burda yansam sende yana. Rowen menim malimi firladanin her bir weyin s.......ujey bawqa cur olacaq.onsuz palibomu gedirem.seni vurub gedecem. Hardasan yerini de gelirem.menim telfonumu gorub acmiyanin varyoxun s.......yeruvi de gelirem sene soxacam soxmayanin qeyretin s...... Ay qehbe hec olmasa mene nese getir ver.yoxsa her gun soyecem seni.men s....... menim elimle s............ seni”məzmununda sms göndərilmişdir. Bundan başqa diskə baxış zamanı xx.xx.2023-cü il tarixdə 18:11 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Salaam qaqaw 100 Manat duzeltmisem uwqatur torpagcun,Bidene mene he yox dinen bilim” məzmununda sms göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərfon MMC-dən daxil olmuş CD diskə keçirilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrə Şahid6 adına qeydiyyata alınmışdır. Zənglərin_Detallaşması adlı fayllara daxil olduqda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə danışıqlar aparılmışdır. Diskdə olan Zenglerin Detallasmasi__**********4644___708050033 adlı fayla daxil olduqda ***- ***-**-** saylı mobil nömrənin xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində olan antenlərin əhatə dairəsində olması müəyyən edilmişdir. İş materiallarında olan Ağsu rayon İcra Hakimiyyətinin Ağsu rayon Mənzil İstismar Sahəsi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağsu şəhəri, Vidadi küçəsi, ev 39 mənzil 47-də qeydiyyatda olmaqla qeydiyyatda olduğu yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan Ağsu rayon İcra Hakimiyyəti Başçısının Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu rayonu Kalva kəndində qeydiyyatda olmaqla, qyediyyatda olduğu yeri üzrə müsbət səciyyələndirilmişdir. Himayəsində xx.xx.2012-ci ildə doğulmuş Ağasəf Müslümzadə adlı bir azyaşlı uşağı vardır. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Ağsu rayon X7 Hüquqi Şəxsi tərəfindən verilmiş 02 fevral 2024-cü il tarixli 181-25/2-98/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 ruhi-əsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş, dispanser qeydiyyata götürülməmişdir. İş materiallarında olan Ağsu rayon X7 Hüquqi Şəxsi tərəfindən verilmiş 02 fevral 2024-cü il tarixli 181-25/2-97/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 ruhi-əsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş, dispanser qeydiyyata götürülməmişdir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 04 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 2200-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 04 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 2200-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağsu rayon Məhkəməsinin 06 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağsu rayon Məhkəməsinin 06 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 12-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3- 1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Narkotik vasitə və ya psixotrop maddə ilə əlaqədar qanunsuz hərəkətlər satış məqsədi olmadan, lakin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əməlin CM-in 234.4.1-ci maddəsində göstərilən əlamət üzrə tövsif edilməsi istisna olunsa da, CMin 61.1.3-cü maddəsi həmin xüsusatın (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla da müəyyən edildi ki, Natiq Nuriev tanışı tanışı Şahid5 narkotik vasitəni qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la 160 manata satmaq üçün Ağsu rayonuna gəlmiş, Natiq həmin narkotik vasitəyə görə aldığı pulun 100 manatın bir hissəsini Təqsirləndirilən şəxs2 verməyi nəzərdə tutmuşdur. Bundan başqa məhkəmə təqsirləndirilən şəxslərin narkotik vasitə və psixotrop maddənin Təqsirləndirilən şəxs1 satış məqsədi ilə üzərində saxlamaması, həmin narkotik vasitə və psixotrop maddədən Təqsirləndirilən şəxs2 məlumatı olmaması və polis əməkdaşlarının təsir və təzyiqini görə həmin ifadəni verməsinə dair ifadələrini məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxslərin heç biri onlara qarşı zor tətbiq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, Təqsirləndirilən şəxs1 videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış və baxış zamanı aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin Təqsirləndirilən şəxs2la birlikdə özlərinə məxsus olmalarını və birlikdə satmaq üçün Ağsu rayonuna satmağa gətirdiklərini bildirmişlər. Həmçinin təqsirləndirilən şəxslərin mobil telefonlarına daxil olmuş SMS mətnlərin məzmunundan da göründüyü kimi hər iki şəxsin narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmaları bir daha təsdiq olunmuşdur. Bundan başqa iş üzrə digər şahid ifadələri də Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələrlə təsdiq olunduğuna görə məhkəmə həmin ifadələri daha obyektiv və mötəbər ifadələr kimi qəbul edir. Bundan başqa Təqsirləndirilən şəxs2 Baş Narkotiklərlə Mübarizə Baş İdarəsinin qeyri-rəsmi məxfi əməkdaşı olduğu və tapşırıq əsasında Təqsirləndirilən şəxs1 nəzarət etmək üçün sonuncunun yanında olmasını göstərsə də iş materiallarında bununla bağlı hansısa rəsmi sənəd olmamış, dediklərini təsdiq edən rəsmi dəlil təqdim edə bilməmişdir. Bu hissədə də məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr verdiyini hesab edir. Məhkəmə hesab edir ki, iş materiallarındakı çoxsaylı və təkibedilməz sübutlar (SMS-lər, şahid ifadələri və s.) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarını təsdiq etmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin CM-in 234.4.1-ci maddəsinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduqları xx.xx.2024-cü il tarixdən hesablanmalı, CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması təkil edilən əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 221,94 AZN (iki yüz iyirmi bir manat, doxsan dörd qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 110,97 AZN (yüz on manat doxsan yeddi qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 04 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı hüquqlarının faktiki olaraq məhdudlaşdırıldığı 04 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 221,94 AZN (iki yüz iyirmi bir manat, doxsan dörd qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 110,97 AZN (yüz on manat doxsan yeddi qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Ağsu Rayon Polis Şöbəsində saxlanılan çəkiləri 0,155 qram və 2,821 qram olan narkotik vasitə olan heroin, çəkisi 0,731 qram olan psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və bir ədəd narkotik vasitə qəbul etmək üçün nəzərdə tutulmuş bir manatlıq əskinas hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Redmi Note 8 markalı mobil telefon Təqsirləndirilən şəxs1, Huawei markalı mobil telefon isə Təqsirləndirilən şəxs2 oğıuna qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar