Məhkəmə qərarları › İş №1(091)-45/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-45/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-45/2021 02.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X14, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Musayev Fuad Möhübbət oğlu, Zərərçəkmiş şəxsin hüquqi varisi – X11, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1989-cu il tarixdə Qəbələ rayonunun Böyük Əmili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Qəbələ rayonunun Böyük Əmili kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263-1.3 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X18 Məhkəmənin 2 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 17:20 radələrində Zarağan- Ağdaş magistral yolunun Hacallı kəndinin mərkəzindən keçən hissəsində maksimum sürət həddi 50 km/saat nəzərdə tutulmuş yolda nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan vətəndaş Zərərçəkmiş şəxs2 məxsus etibarnamə ilə idarə etdiyi Vaz 21093 minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu istiqamətindən Qəbələ şəhəri istiqamətinə yolun sol hərəkət zolağı ilə 90 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 5ci hissəsinin 2-ci bəndinə əsasən ötmə və qarşılıqlı keçmə əməliyyatı aparılması üçün piyada keçidlərində-piyadaların olduqları nəzərə alınmalı, həmin Qanunun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli, həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələrini sürücülük hüququ verən sənədlə idarə etməli, eləcə də həmin qanunun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyaraq və ya ləğv edərək (3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanın) hərəkətə nəzarət etməli olduğu halda sürücünün hərəkət və hərəkətsizliyində hadisənin baş verməsi arasında səbəbli əlaqəsi olmaqla, texniki imkanları olmasına baxmayaraq göstərilən qanunun tələblərinə riayət etməməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, yüksək sürətlə idarə etdiyi avtomobilin sağ ön yan hissəsi ilə Hacallı dairəsinin yaxınlığında piyada keçidinin üstündə yolun sağından soluna tərəf keçən Qəbələ rayonunun Bayramkoxa kənd sakini 1973-cü il təvəllüdlü X8 vurmaqla yol-nəqliyyat hadisəsi törədərək Eyyub Rəsulovun hadisə yerində ölməsinə, daha sonra idarəetməni itirərək avtomobilinin arxa hissəsi ilə yolun sağ ehtiyat hissəsində dayanmış və hərəkətsiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus Vaz 2107 markalı **- BJ-*** dövlət nömrə nişanlı avtomobilin ön sağ tərəfindən dəyərək Zərərçəkmiş şəxs1 məxsus avtomobilə 215 (iki yüz on beş) manat, idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus Vaz 21093 minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 800 (səkkiz yüz) manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə sürücülük hüququ olmadan etibarnamə ilə idarə etdiyi Vaz 21093 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Zarağan-Ağdaş magistral yolu ilə Hacallı kəndinin mərkəzinə doğru üzü Qəbələ şəhəri istiqamətində yolun sağ tərəfi ilə hərəkətdə olarkən həmin vaxt qarşısında dövlət qeydiyyat nişanı yadında qalmayan yük avtomobili hərəkətdə olmuş, həmin yük avtomobilini soldan keçib getmək istəyərkən sol yan güzgüdən Şahid1 idarə etdiyi Vaz 2109 markalı avtomobili ilə ötmə əməliyyatına başladığını görmüş, Nadir idarə etdiyi avtomobillə onun idarə etdiyi avtomobili və qarşıda gedən yük avtomobilini ötməklə keçib getmiş, daha sonra o, ötmə əməliyyatı etmək üçün sol xəbərdaredici işığı yandırıb, sol tərəfdən önündə gedən yük avtomobilini ötüb keçməklə avtomobilini 90 km/saat sürəti ilə idarə etməyə başlamış, ondan qarşıda Şahid1 idarə etdiyiyi Vaz 2109 markalı avtomobili hərəkətdə olmuş, Hacallı dairəsinə yaxınlaşarkən qarşısında hərəkətdə olan Nadirin idarə etdiyi Vaz 2109 markalı avtomobili ötmək üçün yolun soluna tərəf çıxıb avtomobili 3-cü sürət qutusundan 4-cü sürət qutusuna keçirdərək həmin yüksək sürətlə davam edərək ötmə əməliyyatı etmiş, Nadirin idarə etdiyi avtomobili ötüb keçərkən yolun sağ tərəfindən sol tərəfinə doğru hərəkətdə olan Eyyub Rəsulovu idarə etdiyi avtomobilin ön sağ yan tərəfi ilə vurmuş, piyada Eyyub Rəsulov zərbənin təsirindən başıüstə avtomobilin ön şüşəsinə dəyib avtomobilin qarşısına düşmüş, sonra idarəetməni itirdiyindən idarə etdiyi avtomobil sol yanı üstə sürüşərək təxminən 100 (yüz) metr irəliyə hərəkət edərək yolun sağ ehtiyat hissəsində hərəkətsiz vəziyyətdə dayanmış Mahir adlı şəxsə məxsus Vaz 21074 markalı dövlət nömrə nişanını bilmədiyi avtomobilə dəyməklə hərəkətsiz vəziyyətdə dayanmışdır. Avtomobilindən düşərək asfalt örtüyün üzərində qalmış piyadanın yanına getdikdə vurmuş olduğu piyada Eyyub Rəsulovun aldığı bədən xəsarətlərindən hadisə yerində öldüyünü görmüş, hadisədən sonra orada olan Böyük Əmilli kənd sakini Vüqar adlı şəxsin Vaz 2115 markalı dövlət nömrə nişanını bilmədiyi avtomobilinə minərək onu Qəbələ Rayon Polis Şöbəsinə aparmasını xahiş etmiş, polis şöbəsinə gedərək Növbətçi Hissəyə yaxınlaşıb az öncə yolnəqliyyat hadisəsi törətməsi və idarə etdiyi avtomobil ilə bir nəfər şəxsi vuraraq öldürdüyü barədə məlumat vermişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, sonuncuların ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən qeyd edilənlərin və himayəsində üç azyaşlı uşağının olmasının nəzərə alınmasını, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, özünə məxsus Vaz 2107 markalı **-BJ-*** dövlət nömrə nişanlı minik avtomobili var, həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020ci il tarixdə təxminən saat 16:30 radələrində özünə məxsus Vaz 21074 markalı ** BJ *** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ rayonunun Hacallı kəndinin mərkəzinə gələrək avtomobilini Hacallı kəndinin yolayrıcı dairəsindən təxminən 100-150 metr aralıda Qəbələ Beynalxalq hava limanı istiqamətindən üzü Qəbələ şəhəri istiqamətinə doğru asfalt yoldan təxminən 10-15 metr aralıda yolun sağ ehtiyat hissəsində saxlayaraq çay içmək məqsədi ilə yolun əks istiqamətində olan Kənan adlı şəxsin çayxanasına getmiş, çayxanada olarkən bayırdan asfalt yol tərəfdən yüksək səs eşidərək səsə çayxanadan bayıra çıxmış, bayıra çıxarkən Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2109 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ona məxsus Vaz 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəyməklə hərəkətsiz vəziyyətdə dayandığını, təxminən 60-70 metr aralı məsafədə isə Hacallı dairəsi istiqamətinə doğru piyada keçidinin yaxınlığında kiminsə yerə uzandığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə Qəbələ Beynəlxalq hava limanı istiqamətindən üzü Qəbələ şəhəri istiqamətində hərəkətdə olaraq Hacallı kənd dairəsi yaxınlığında piyada yolu keçmək istəyən Eyyub Rəsulovu vurmuş, sonuncu hadisə yerində ölmüş, sonra isə idarə etdiyi avtomobil ilə gələrək hərəkətsiz vəziyyətdə dayanmış, ona məxsus avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində Vaz 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 215 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ildə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21093 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə əsasında ondan almışdır. Həmin avtomobil onun mülkiyyətində olsa da, qeyd edilən avtomobili xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs 3 000 manata satmış, lakin avtomobil sonuncunun mülkiyyətinə keçirilməmiş, öz adından avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs baş etibarnamə vermişdir. Hazırda həmin avtomobil faktiki olaraq Təqsirləndirilən şəxs sahibliyindədir. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə kollegiyasının iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X11 göstərdi ki, xx.xx.2020-ci il tarixdə işdən çıxıb evə gedən zaman anası ona zəng vuraraq harada olduğunu soruşmuş, anasına Qəbələ rayonu Soltannuxa kəndi ərazində evlərinə gəldiyini demiş, anasından baş verdiyini soruşduqda anası ona atası X15 rayonu Hacallı kəndi ərazisində avtomobil vurduğunu demişdir. Bundan sonra o, dayısı Bəxtiyara zəng vuraraq hadisə barədə ondan maraqlanarkən dayısı ona, həqiqətən də, atası Eyyubu Hacallı kəndi ərazisində avtomobil vurduğunu, onu Qəbələ rayonu X1 apardıqlarını, həmin ünvana gəlməsini bildirmişdir. Daha sonra o, xəstəxanaya getdikdə atası Eyyub Rəsulovun öldüyünü öyrənmişdir. Sonradan ona məlum olmuşdur ki, atası X16 kəndi ərazisində piyada keçidi ilə piyada yolun sağından soluna keçmək istəyərkən Qəbələ rayonu Böyük Əmili kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21093 markalı **-BX- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Zarağan-Ağdaş magistral yolu ilə Ağdaş şəhəri istiqamətindən üzü Qəbələ şəhəri istiqamətində yüksək sürətlə hərəkət edərək atasını vurmuş, nəticədə atası Eyyub Rəsulov aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi, xx.xx.2020-ci il tarixdə saat təxminən 17 radələrində idarə etdiyi Vaz 21093 markalı **-OV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Qəbələ şəhərindən Qəbələ rayonu Böyük Əmili kəndinin Tatlar deyilən yoluna 3 nəfər sərnişin olmaqla bir kişi, bir qadın və bir uşaq düşürdükdən sonra üzü Çarxana kəndi istiqamətinə gəlib Qəbələ Beynəlxalq hava limanının qarşısındakı dairəni dönərək avtomobilinə yanacaq vurmaq üçün dairə yaxınlığındakı “Star petrol” yanacaqdoldurma məntəqəsinə daxil olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs da idarə etdiyi avtomobilinə yanacaq doldurmuş, Təqsirləndirilən şəxs ondan əvvəl avtomobilinə yanacaq vurduraraq yanacaqdoldurma məntəqəsindən çıxıb təxminən 10-15 metr irəliyə gedib üzü Qəbələ şəhəri istiqamətində idarə etdiyi avtomobili yolun kənarında saxlamışdır. İdarə etdiyi avtomobil ilə yanacaq doldurma məntəqəsindən çıxıb düz yola düzələrək üzü Qəbələ şəhəri istiqamətində hərəkət etməyə başlamış, həmin vaxt Təqsirləndirilən şəxs da idarə etdiyi avtomobili işə salaraq üzü Qəbələ şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. İdarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili soldan manevr edib ötüb keçmək istəyərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sürətini artırmağa başlamış, müəyyən məsafə gedib Ramin idarə etdiyi avtomobilin sürətini azaltmış, yolun boş olduğunu görüb Raminin ona yol verməsi və onu ötüb keçmək üçün avtomobilinin işıqları ilə işarə etmiş, lakin Ramin idarə etdiyi avtomobilin sürətini artıraraq yol nişanlarının tələblərini pozaraq avtomobilini yolun gah soluna, gah da sağına verməklə onun ötüb keçməsinə imkan verməmiş, həmin vaxt arxadan yolun solu ilə qara rəngli markası və nömrə nişanını bilmədiyi avtomobilin gəldiyini görüb həmin avtomobili buraxmış, həmin avtomobil Raminin avtomobilini keçdikdən sonra idarə etdiyi avtomobilin sürətini artırmaqla Raminin idarə etdiyi avtomobili soldan ötüb keçməklə bir qədər gedib, sonra yolun sağ tərəfinə keçib sürətini azaldaraq hərəkət etməyə başlamış, Hacallı kəndi ərazisindəki dairə yaxınlığındakı piyada keçidini keçib Ulduz marketin qarşısına çatanda arxadan səs gəldiyini eşidib avtomobilin güzgüsündən baxdıqda Raminin idarə etdiyi avtomobilin çəpəki vəziyyətdə yolun sağına ehtiyat hissəyə tərəf gəldiyini görmüşdür. Sonra idarə etdiyi avtomobil ilə hərəkət edib Böyük Əmili kəndi ərazisindəki yolayrıcı dairəyə daxil olub oradan yaşadığı Qəbələ rayonunun Dızaxlı kəndinə gələrkən Hacallı kəndi ərazisindəki yolayrıcı dairəyə çatdıqda ətrafa çoxlu sayda adamların toplaşdığını və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə piyada Rəsul Eyyubovu vurduğunu, sonuncunun isə hadisə yerində öldüyünü görmüşdür. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi, xx.xx.2020-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı Qəbələ rayonunun Hacallı kəndinin mərkəzində olan zaman Təqsirləndirilən şəxs ilə Şahid1 hər ikisi idarə etdikləri Vaz 2109 markalı avtomobilləri ilə Hacallı kəndinin mərkəzindən keçən asfalt yol ilə üzü Çarxana kəndi istiqamətinə tərəf sürətlə hərəkətdə olmuşdur. Adı çəkilən yer yaşayış məntəqəsindən və iaşə obyektlərindən ibarət olduğu üçün orada sürət həddi 50 km/saat sürətində nəzərdə tutulmuşdur. Təxminən 15-20 dəqiqə sonra avtomobillərin uğultu səsindən Təqsirləndirilən şəxs və Şahid1 Qəbələ Beynəlxalq hava limanı istiqamətindən üzü Qəbələ şəhəri istiqamətində yüksək sürətlə yol nişanlarının tələblərini gözləməyərək hərəkət etdiklərini görmüşdür. Hacallı kəndi dairəsinə çatanda Şahid1 Təqsirləndirilən şəxs öndə və Nadir avtomobilini sol hərəkət zolağı ilə, Ramin isə sağ hərəkət zolağı ilə hərəkət etdirmiş, Hacallı kəndi ərazisindəki yolayrıcı dairənin yaxınlığında olan piyada Eyyub Rəsulov həmin vaxt Mamayıllı-Bayramkovxa kəndləri istiqamətinə gedən yoldan yolun sağ istiqamətindən sol istiqamətinə piyada keçidi ilə keçərkən Nadirin idarə etdiyi avtomobil Raminin idarə etdiyi avtomobildən öndə olduğu üçün Nadir soldan keçib getmiş, lakin Təqsirləndirilən şəxs piyada keçidini gördüyü halda heç bir tormozlama vermədən gəldiyi kimi yüksək sürətlə piyada keçidində idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə Eyyub Rəsulovu vurmuş və o, önə atılaraq üzü üstə asfalt örtüyə yerə düşmüş, sonra Raminin idarə etdiyi avtomobil sol istiqamətdə çəpəki vəziyyətdə müəyyən məsafə gedib yolun sağ ehtiyat hissəsində dayanmış vəziyyətdə olan Mahir adlı şəxsin idarə etdiyi avtomobilə dəyməklə hərəkətsiz vəziyyətdə dayanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, o, Qəbələ Rayon Polis Şöbəsində işləyir. xx.xx.2020-ci il tarixdə polis şöbəsində “Növbətçi Hissə”də növbədə olduğu zaman özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onlara yaxınlaşaraq bir az əvvəl yol-nəqliyyat hadisəsi törətdiyini və həmin hadisə nəticəsində bir nəfər şəxsin öldüyünü bildirərək özünü polisə təqdim etmək üçün gəldiyini qeyd etmişdir. Bundan sonra müvafiq rəsmiləşdirmələr həyata keçirilmiş və Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada saxlanılmışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X12 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonunda taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Zarağan-Ağdaş magistral yolunun Hacallı kəndinin mərkəzindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verdiyini görmüş və hadisə yerinə yaxınlaşdıqda Təqsirləndirilən şəxs ölən şəxsin yanında görmüşdür. Bu zaman Ramin ona müraciət edərək hadisəni özünün törətdiyini və avtomobili ilə onu polis şöbəsinə aparmasını xahiş etmişdir. Beləliklə, onu öz avtomobili ilə Qəbələ Rayon Polis Şöbəsinə gətirmiş, sonra isə öz işlərinin ardınca getmişdir. Cinayət işinin materiallarında olan “Raport”dan görünür ki, X4 Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək xx.xx.2020-ci il tarixdə yeznəsi X7 avtomobil vurması nəticəsində vəfat etdiyini bildirmişdir. (cild 01, iş vər. 4) Cinayət işinin materiallarında olan “Raport”dan görünür ki, Qəbələ rayon Mərkəzi xəstəxanasının xx.xx.2020-ci il tarixli məlumatında Qəbələ rayonunun Bayramkovxa kənd sakini 1973-cü il təvvəllüdlü X7 həmin tarixdə Qəbələ rayonu Hacallı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü bildirilmişdir. (cild 01, iş vər. 5) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Qəbələ rayonu, Zarağan-Ağdaş magistral yolunun Hacallı kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Protokola müvafiq olaraq hadisənin başvermə sxemi və fotoşəkillər əlavə olunmuşdur. (cild 01, iş vər. 6-17) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları hadisə yerində bir daha əyani şəkildə göstərmiş, istintaq hərəkəti zamanı fotoşəkillər çəkilmiş, sxem tərtib olunmuş, çəkilmiş fotoşəkillərin əksi çıxarılmaqla işə əlavə edilmişdir. (cild 01, iş vər. 124-128) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 04 saylı rəyində mərhum X7 meyitində açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli zədələnməsi, baş beyinin qişalarına və toxumasına qansızma, kəllə əsası sümüklərinin sınığı, qabırğaların sol tərəfdə çoxsaylı sınığı, burun sümüklərinin qəlpəli sınığı, alt çənənin sol şaxəsinin açıq sınığı, başın yumşaq toxumasına qansızma, hər iki göz ətrafına qansızma, sol baldır sümüklərinin aşağı 1/3-nin açıq sınığı, sağ bud sümüyünün yuxarı 1/3-nin qapalı sınığı, başın sol təpə nahiyəsinin, alt çənənin sol tərəfinin, sol gözün bayır bucağı nahiyəsinin, sol baldırın ön aşağı 1/3-nin əzilmiş-cırılmış yaraları, alının orta hissəsinin, burunun, üzün sol tərəfinin, döş qəfəsinin ön sol hissəsinin, sağ saidin arxa orta 1/3-nin və sağ əlin üst səthinin sıyrıqları kimi xəsarətləri vardır ki, mərhum X7 ölümünə səbəb baş beyin toxumasının ağır dərəcədə əzilməsi, onun ölümü ilə hadisə vaxtı aldığı ağır bədən xəsarətlərinin birbaşa səbəbli əlaqəsi olduğu, mərhum X7 meyitində aşkar edilən xəsarətlərin xx xxxx 2020-ci il tarixdə piyadanın minik avtomaşını ilə vurulması nəticəsində törənməklə dərəcəsinə görə həmin xəsarətlərin canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olduğu və mərhum X7 meyitindən götürülmüş qanda və sidikdə aparılmış məhkəmə kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və güclü təsiredici maddələrin aşkar edilmədiyi göstərilmişdir. (cild 1, iş vər. 211-215) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat ekspertizasının xx.xx.2020-ci il tarixli 8/1273 N-li rəyində Vaz 21093 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 5-ci hissəsinin 2-ci bəndinin və 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu, sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu və sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdutlaşdırılmış yolda 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olduğu göstərilmişdir. (cild 01, iş vər. 197-201) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli 389 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmaqla anlaqlı olmuşdur.O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır, onun əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. (cild 01, iş vər. 205-206) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətmiş olduğu yer yaşayış zonası hesab edilməklə, həmin istiqamətdə maksimum sürət 50 km/saatdır. (cild 01, iş vər. 55) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs adına BDYPİ-nin Mərkəzi bazasında sürücülük vəsiqəsi qeydə alınmamışdır. (cild 01, iş vər. 115) Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21093 markalı ** BX *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə və Zərərçəkmiş şəxs1 məxsus Vaz 21074 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə xx.xx.2020-ci il tarixdə baxış keçirilmiş, hər iki avtomobilin Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə törətmiş olduğu yol-nəqliyyat hadisəsi zamanı zədələndiyi müəyyən olunmuşdur. Baxış zamanı protokol tərtib olunmuş, fotoşəkilləri çəkilməklə sürətləri çıxarılıb protokola əlavə edilmişdir. (cild 01, iş vər. 129-135) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Ziyan aktı”ndan görünür ki, Vaz 2107 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilə 215 manat maddi ziyan dəydiyi müəyyən olunmuşdur. (cild 01, iş vər. 111) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Ziyan aktı”ndan görünür ki, Vaz 2109 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilə 800 manat maddi ziyan dəydiyi müəyyən olunmuşdur. (cild 01, iş vər. 111) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda VAZ 21093 minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. (cild 01, iş vər. 221) Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan Vaz 2109 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə ona qarşı irəli sürülən ittihamda öz əksini tapan cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-tibb, məhkəmə-avtotexniki ekspertizalarının rəyləri, yol-nəqliyyat hadisəsi yerinə, nəqliyyat vasitəsinə baxış keçirilməsi, ifadələrin yerində yoxlanması kimi istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir və ona görə də, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 263- 1.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. (cild 01, iş vər. 244) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayon Böyük Əmili kənd sakinidir, arvadı və üç azyaşlı – xx.xx.2012, xx.xx.2013 və xx.xx.2014-cü il təvəllüdlü uşaqları ilə həmin kənddə yaşayır. Onun barəsində ərazi nümayəndəliyinə bugünədək heç bir ərizə və şikayət daxil olmamışdır. (cild 01, iş vər. 248-249) Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 250 manat cərimə cəzasına, eləcə də Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1,177.2.2, 177.2.3, 62 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (cild 01, iş vər. 153- 154, 174-195) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 250 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli Amnistiya qərarına əsasən cərimə cəzasından azad edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1,177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 04 ay 13 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2018-ci il tarixdə Qəbələ rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. (cild 01, iş vər. 167) Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi və zərərçəkmiş şəxslər ilə barışmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin, o cümlədən digər zərərçəkmiş şəxslərin ondan şikayətinin və tələbinin olmamasını, polis orqanlarına könüllü gəlib təqsirini boynuna almasını, himayəsində üç azyaşlı uşağının olmasını CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanın həddinə gəldikdə isə CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınsa da, məhkəmə kollegiyası hesab edir ki, bu zaman təqsirləndirilən şəxsin idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini maksimum sürət həddi 50 km/saat olan yolda 90 km/saat sürətlə idarə edərək piyada keçidinin üzərində piyadanı vurması halları, o cümlədən hadisədən dörd gün əvvəl məhz idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunmasından heç bir nəticə çıxarmaması kimi hallar da nəzərə alınmalı və təqsirləndirilən şəxsə real olaraq islah oluna biləcəyi həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Odur ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 39) Cinayət işinin materiallarında olan Qəbələ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. (cild 01, iş vər. 113-114) Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 94-95) Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə və CMnin 56.1.2-ci maddəsinə istinadən qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılmalı, cəzasının başlanğıcı zalda həbsə alındığı gündən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan yanacaq doldurma məntəqəsindən götürülmüş kamera görüntüsünü özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 100 AZN (yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan 02 (iki) gün müddət onun cəzasına hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs üzərində 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il 06 (altı) ay müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 yerləşdirilməsi üçün X3 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan yanacaq doldurma məntəqəsindən götürülmüş kamera görüntüsünü özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 100 AZN (yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində X18 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar