Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-45/2022 01.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X10, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X12, müdafiəçi: Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1980-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Yevlax Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 10 ədəd qara rəngli sellofana bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 0,227 qr, 0,319 qr, 0,255 qr, 0,286 qr, 0,304 qr, 0,287 qr, 0,321qr, 0,303qr, 0,276qr, və 0,312 qram olmaqla ümumi təmiz çəkisi 2,890 qram olan narkotik vasitə-heroini əldə edib üzərində saxlamış, 04 avqust 2021-ci il tarixdə, saat təxminən 22:30 radələrində əvvəllər tanıdığı, qonşusu Şahid1 idarə etdiyi “Mersedes Benz” markalı MO-666-SU nömrəli avtomobili Yevlax şəhəri Füzuli küçəsində görüb əl edib avtomobili saxladaraq Şahid1 onu sərnişin qismində dəmiryolu vağzalı istiqamətində aparmasını xahiş etmiş, həmin avtomobillə hərəkətdə olarkən üzərində narkotik vasitə olduğunu və polis əməkdaşlarının onun üzərində narkotik vasitə olmasından şübhələnərək onu izlədiklərini deyərək həmin narkotik vasitəni sonradan ona qaytarmaq şərtilə saxlamaq üçün əmanət olaraq Şahid1 vermək istədiyini bildirmiş, sonuncu bununla razılaşdığından o, üzərində saxladığı 10 ədəd bükümdəki narkotik vasitə heroinin 8 ədəd qara rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,227 qr, 0,319 qr, 0,255 qr, 0,286 qr, 0,304 qr, 0,287 qr, 0,321 qr və 0,303 qram olmaqla ümumi təmiz çəkisi 2,302 qram külli miqdarında olan hissəsini sonradan ona qaytarmaq şərtilə saxlamaq üçün əmanət olaraq Şahid1 vermiş, qalan 2 ədəd qara rəngli sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,276 qram və 0,312 qram olmaqla ümumi təmiz çəkisi 0,588 qram olan narkotik vasitəheroini üzərində saxlayaraq daşımış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 04 avqust 2021-ci il tarixdə saat 23:35 radələrində Yevlax şəhəri Nizami prospektində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək 05.08.2021-ci il tarixdə saat 00:25 radələrində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində üzərində olan həmin ümumi təmiz çəkisi 0,588 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüş, Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 04 avqust 2021-ci il tarixdə saat tarixdə saat 2300 radələrində Yevlax şəhəri Füzuli küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 2320-də müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sol yan cibindən Təqsirləndirilən şəxs sonradan ona geri qaytarmaq şərtilə saxlamaq üçün əmanət olaraq verdiyi həmin 8 ədəd qara rəngli sellofan bükümlərdə ümumi təmiz çəkisi 2,302 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 avqust 2021-ci il tarixdə yaşadığı evə gedən zaman polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt üzərində tanımadığı şəxsdən 150 manata aldığı iki büküm narkotik vasitə olmuşdur. Aşkar olunmuş digər 8 büküm narkotik vasitənin ona heç bir aidiyyəti olmamış, narkotik vasitənin satışı ilə məşğul olmamaqla özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ilkin ifadəsində göstərmişdir ki, 02 avqust 2021-ci il tarixdə saat 14 radələrində istifadəsində olan mobil nömrə ilə əvvəllər tanıdığı Yevlax şəhər sakini Vüsal adlı şəxsin mobil nömrəsinə zəng edib narkotik lazım olduğunu demiş, o, həmin gün saat 15 radələrində Vüsalla yaşadığı küçədə görüşüb 150 manat pul verərək əvəzində 10 ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamış, 04 avqust 2021-ci il tarixdə saat 2230 radələrində Yevlax şəhəri Fizuli küçəsində yerləşən “Şahin” çörək evinin qarşısında olarkən qohumu Şahid1 mobil telefonuna zəng edərək harada olduğunu soruşmuş, sonuncuya “Şahin” çörək evinin qarşısında olduğunu bildirmişdir. Həmin vaxt Əli özünə məxsus avtomaşınla oraya gəlmiş, Əlinin avtomaşınına oturandan sonra sonuncuya onu dəmiryol vağzalına aparmasını demişdir. Əli də onunla razılaşaraq onu dəmiryol vağzalına aparmış, dəmiryol vağzalına yaxınlaşan zaman polislərin dairədən döndüklərini görüb üzərində olan 10 ədəd bükümdə narkotik vasitə olan heroinin 8 ədədini saxlamaq üçün Əliyə vermiş, qalan 2 ədəd bükümdə narkotik vasitə heroini üzərində saxlayaraq Əlinin avtomaşınından düşmüşdür. Əli avtomoşını sürərək çıxıb getmişdir. Saat 2335 radələrində Yevlax şəhəri, Nizami prospektində polislər ona yaxınlaşaraq özlərini təqdim edib ona narkotik vasitə istifadə etməkdə, satışında və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı içərisində narkotik vasitə heroin olan 2 ədəd bükülünü əynindəki şalvarın sağ yan cibindən çıxardaraq təqdim etmişdir. 10 büküm heroindən 8 ədəd bükümlərdə heroini saxlamaq üçün qonşusu Əliyə verdiyini, qalan 2 ədəd bükümdə olan heroini isə üstündə saxladığını bildirmişdir. Heroin elektron tərəzidə çəkmiş və çəkisinin 0,790 qram olduğu məlum olmuşdur. Heroin sellofan bükümlərlə birlikdə ağ rəngli zərfə qoyulub qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 02 avqust 2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs onu dəmiryol vağzalına aparmasını xahiş etmiş, sonuncunu özünə məxsus avtomaşınla dəmiryol vağzalına aparan zaman Təqsirləndirilən şəxs avtomaşına bir büküm narkotik vasitə qoyaraq sonra götürəcəyini deyib avtomaşından düşmüşdür. Sonra polis əməkdaşları gəlib onu saxlamış, üzərində aşkar olunmuş bir büküm narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 04.08.2021-ci il tarixdə saat 2230 radələrində özünə məxsus «Mersedes Benz E-220» markalı avtomobilə Yevlax şəhəri Fizuli küçəsi ilə hərəkət edən zaman, Fizuli küçəsində yerləşən «Şahin» çörək evinin qarşısında onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onu saxladaraq dəmiryol vağzalina aparmasını xahiş etmişdir. Vahidlə razılaşaraq sonuncunu dəmiryol vağzalina aparmış, dəmiryol vağzalina çatdıqda Təqsirləndirilən şəxs ona üzərində narkotik vasitə olduğunu, polislərin izləməsindən şübhə etdiyini deyərək içərisində 8 ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitəni qaytarmaq şərti ilə saxlamağı xahiş etmişdir, Həmin bükümlərdəki narkotik vasitəni şalvarının sol yanına qoyaraq saxlamış, həmin gün saat 23 radələrində Fizuli küçəsində olan zaman 2 nəfər polis əməkdaşı özlərini təqdim edərək ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra üzrinə keçirilənşəxsi axtarış zamanı içərisində narkotik vasitə heroin olan sarı rəngli kapron qabı əynindəki şalvarın sol yan cibindən, özümə məxsus 1 ədəd «Samsung» markalı mobil telefonu isə əynindəki şalvarın sağ yan cibindən çıxardaraq təqdim etmişdir. O, kapron qabın içərisində olan 8 ədəd bükülüdəki narkotik vasitə olan heroinin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs məxsus olduğunu, həmin heroini 04.08.2021-ci il tarixdə saat 2245 radələrində Yevlax şəhəri dəmiryol vağzalında Təqsirləndirilən şəxs saxlamaq üçün ona verdiyini demişdir. Heroinləri sellofan bükümlərlə birlikdə elektron tərəzidə çəkmiş və çəkisinin 3,34 qram olduğu məlum olmuşdur. Sellofan bükümlərlə birlikdə ağ rəngli zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması və satması barədə 04 avqust 2021-ci il tarixdə daxil olmuş məlmat əsasında əməliyyat müvəkkili Şahid3 və təhqiqatçısı, X6 ibarət yaradılmış təhqiqat-əməliyyat qrupu ilə birlikdə saat 2335 radələrində Yevlax şəhəri Nizami prospektində Təqsirləndirilən şəxs yaxınlaşaraq qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və satması barədə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Vahid üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək onlarla birlikdə Yevlax rayon Polis Şöbəsinin inzibati binasına gəldikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən iki ədəd qara rəngli sellofana bükülmüş bükülünü təqdim edərək bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, iki gün əvvəl Vüsal adlı şəxsdən 150 manata 10 büküm heroin aldığını, 04.08.2021-ci il tarixdə saat 2230 radələrində Yevlax şəhəri Dəmiryol vağzalının yaxınlığında polislərin onu izləməsindən şübhələnərək Vüsal adlı şəxsdən aldığı həmin 10 büküm heroindən 8 ədəd bükümlərdə heroini qaytarmaq şərti ilə saxlamaq üçün tanışı Əliyə verdiyini, qalan 2 ədəd bükümdə olan heroini isə üstündə saxladığını bildirmişdir. Bükülülər açılarkən içərisində heroinə bənzər kütlələr olmuş, həmin kütlələri sellofan bükümlərlə birlikdə elektiron tərəzidə çəkilərkən çəkisi 0,790 qram olmuşdur. Həmin kütlələr sellofan bükümlərlə birlikdə ağ rəngli zərfə qoyularaq qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X5 X13 əməliyyat müvəkki işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 04.08.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Şahid1 üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan şalvarın sol yan cibindən bir ədəd sarı rəngli kauçuk qab və qabın içərsinə qoyulmuş səkkiz ədəd bükülüdə ümüumi çəkisi 3,34 qram olan heroin aşkar ounaraq götürülmüş, Şahid1 həmin narkotik vasitənin qonşusu Təqsirləndirilən şəxs məxsus olduğunu bildirərək saxaması üçün onaverdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 05.08.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş CDdiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən iki ədəd bükülüdə ümumi çəkisi 0,790 qram olan heroin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs onda 10 büküm narkotik vasitə olduğunu və həmin narkotik vasitənin 8 bükümünü saxlaması üçün Əli adlı şəxsə verdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 avqust 2021-ci il tarixli 17/580 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Şahid1 Allahyar oğlunun üzərindən aşkar edilmiş 2 (iki) ədəd narkotik maddə ... ” sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd qara rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,276qr., 0,312qr., ümumi təmiz çəkisi- 0,588 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroinlərdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 05 avqust 2021-ci il tarixli 17/579 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərəindən aşkar olunmuş içərisindəki 08 (bir) ədəd qara rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,227qr., 0,319qr., 0,255qr., 0286qr., 0,304qr., 0287qr., 0321qr., 0,303qr., ümumi təmiz çəkisi- 2,302 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroinlərdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş əlavə məhkəmə kimyəvi ekspertizasının 11 oktyabr 2021-ci il tarixli 17/731 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 2 (iki) ədəd narkotik maddə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd qara rəngli sellofan bükümlərdə olan heroinlər ilə üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 8 ədəd bükümlərdə narkotik vasitə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 08 (səkkiz) ədəd qara rəngli sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 oktyabr 2021-ci il tarixli 1256 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Əliyev X9 rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim edilmiş 26 oktyabr 2021-ci il tarixli 132/6 nömrəli məktubundan görünür ki, Yevlax rayon Məhkəməsinin 1(039)-114/2021 saylı 29.07.2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasını çəkməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 04.03.2022-ci il tarixli 7(039)-62/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “08 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Yevlax rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 1(039)- 114/2021 saylı hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün hissəsi 1 (bir) il azaldılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Əliyev X9 şəhəri R.İbrahimov küçəsi 16 saylı evdə yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir, himayəsində 30.04.2010-cu ildə doğulmuş Səma Əliyeva, 21.02.2006-cı ildə doğulmuş Sona Əliyeva və 17.07.2004-cü ildə doğulmuş Vüsal Əliyev adlı uşaqları vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X7 rayon Narkoloji Kabinetindən alınmış 15 sentyabr 2021-ci il tarixli 792 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 27.08.2021-ci il tarixdən narkoloji kabinetdə narkomaniya (metafetamin) qeydiyyatındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X2 rayon Psixonevroloji Kabinetindən alınmış 15 sentyabr 2021-ci il tarixli 2150 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixo-nevroloji kabinetdə dispanser müşahidəsində dayanmır. İş materiallarına əlavə edilmiş 05 avqust 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0020-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Yevlax rayon məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 04 avqust 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunmuş narkotik vasitələri satış məqsədi olmadan daşımasına və digər 8 bükümdə narkotik vasitənin ona məxsus olmamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə təqsirləndirilən şəxsin heç bir təsir olmadan istintqaın ilkin mərhələsində müdafiəçinin iştirakı ilə sərbəst şəkildə etirafedici ifadə verməsi, Şahid1 ifadəsi, aşkar olunmuş narkotik vasitələrin 10 bükümdə olması və işdə olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi faktiki həbsə alındığı 04 avqust 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən maddələrinə əsasən Yevlax rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək CM-in 67.1-ci maddəsinə əsasən onun təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və ərazi narkololi dispanserdə qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutlan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 141,04 (yüz qırx bir manat dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək CM-in 67.1-ci maddəsinə əsasən onun təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı 04 avqust 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 141,04 (yüz qırx bir manat dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,388 və 1,502 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Ərazi narkololi dispanserdə profilaktik qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-45/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-45/2022
01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver