Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-45/2023 31.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, Ağdaş şəhəri F.Axundov küçəsi 1/24-də qeydiyyatda olan və Ağdaş rayonu Güvəkənd kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda yəni, 1269,47 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq Ağdaş rayonu Güvəkənd kəndində yerləşən yaşadığı evin zirzəmisində saxlamış, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 22:10-dan 22:24-dək Ağdaş şəhəri Güvəkənd kəndində yerləşən yaşadığı evin zirzəmisinə baxış keçirilən zaman, həmin zirzəmidən qeyd olunan narkotik vasitə yəni, 01 ədəd sintetik kisənin içərisindən 17 (on yeddi) ədəd sellofan torbada, ayrı-ayrılıqda təmiz çəkiləri- 19.40 qram, 47.10 qram, 32.35 qram, 11.93 qram, 52.25 qram, 68.88 qram, 28.05 qram, 21,11 qram, 69.21 qram, 19,99 qram, 37.03 qram, 22.28 qram, 33.35 qram, 59.25 qram, 79.99 qram, 96.17 qram və 93.17 qram, ümumi çəkiləri - 791,51 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01(bir) ədəd sellofan torbanın içərisindəki 03 (üç) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 29.34 qram, 67.95 qram və 50.61 qram, ümumi çəkiləri - 147.90 qram və 01(bir) ədəd sellofan torbanın içərisindəki 03 (üç) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 29.34 qram, 67.95 qram və 50.61 qram, ümumi çəkiləri - 147.90 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, digər 01 ədəd sintetik kisənin içərisindən isə 09 (doqquz) ədəd şüşə bankada ayrı-ayrılıqda təmiz çəkiləri -14.99 qram, 28.84 qram, 11.09 qram, 42.25 qram, 23.66 qram, 16.25 qram, 48.46 qram, 41.14 qram və 47.80 qram, ümumi təmiz çəkiləri - 274.48 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, digər 01 (bir) ədəd şüşə bankanın içərisindəki 02 (iki) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 33,08 qram və 3.90 qram, ümumi çəkiləri - 36,98 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, 02 (iki) ədəd kağız və 01 (bir) ədəd salfet kağızı bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri- 2.50 qram, 0.30 qram və 1.99 qram, ümumi çəkiləri - 4,79 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çǝtənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana, 05 (beş) adǝd bütöv və 01 (bir) ədəd yarı hissəsi kəsilmiş kibrit qutusunda, ayrı- ayrılıqda təmiz çəkiləri - 3.43 qram, 3.06 qram, 1.70 qram, 2.90 qram, 1.58 qram, 1.14 qram, ümumi çəkiləri 13,81 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindan kustar usulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-1-ci maddəsi elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:45 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirmiş və onu Ağdaş Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birgə Ağdaş Ağdaş Rayon Polis Şöbəsinə getmişdir. Ağdaş Rayon Polis Şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşlarına yaşadığı Ağdaş rayonu Güvəkənd kəndində yerləşən evin zirzəmisində narkotik vasitələri saxlamağı barədə məlumat vermiş, bundan sonra yaşadığı evin həyətinə və evə müdafiəçinin, həmçinin polis əməkdaşlarının iştirakı ilə baxş keçirilmiş, baxış zamanı yaşadığı evin həyətindən iki ədəd sellofan torbada olan 19 ədəd sellofan büküm, 6 ədəd kağız büküm, 9 ədəd şüşə qab, 6 ədəd kibrit qutusu aşkar edilmişdir. Bundan sonra həmin selofan bükümlər, kağız bükümlər, kibrit qutuları açılmış, həmçinin şüşə qablarının qapaqları da açılmış, hər birinin içərisində yaşıl rəngli xüsusi iyə malik narkotik vasitəyə bənzər bitki kütləsi aşkar olunmuş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Yaşadığı evdən aşkar edilərək götürülmüş həmin narkotik vasitələri 10 gün əvvəl Şirvan kanalının yaxınlığından yerdən tapmış, narkotik vasitələri yaşadığı evin həyətindən aşkar olunmuş formalarda tapmışdır. Həmin narkotik vasitələri də istifadə etmək üçün yaşadığı evin həyətində saxlamışdır. Heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Əməlindən peşmandır, himayəsində iki azyaşlı uşağının, xəstə anasının olmasını və barəsində yüngül cəzanın təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və Ağdaş rayonu Güvəkənd kəndində yaşayan, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə rayon polis şöbəsinə məlumat daxil olmuş, həmin məlumat əsasında tərəfindən həmin tarixdə raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2022-ci il tarixdə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Ağdaş şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman Qaçayın yolun kənarı ilə piyada getməsini görmüşlər. Bundan sonra Qaçaya yaxınlaşaraq özlərini təqdim edərək ona narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra Qaçayı rayon polis şöbəsinə dəvət etmişlər, Qaçay də onlarla birlikdə Ağdaş Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində Qaçaya dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə növbətçi hissədə Qaçayın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Qaçayın üzərindən siqaret qutusu aşkar edilmiş və həmin siqaret qutusu isə açılan zaman içərisində siqaret dənələri olması müəyyən edilmişdir. Bundan başqa Qaçayın üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək heç nə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Qaçay yaşadığı evin zirzəmisində narkotik vasitələri saxlamasını etiraf etmiş, şəxsi axtarış videokamera vasitəsilə videoqeydə alınmışdır. Daha sonra da protokol tərtib olunmuş və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Qaçaydan onun yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması barədə soruşulmuş və Qaçay da yaşadığı evinə, evin həyətinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, həmçinin bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra Qaçayın, onun müdafəçisinin iştirakı ilə onun yaşadığı evinə baxış keçirmək üçün onun yaşadığı Ağdaş rayon Güvəkənd kəndində yerləşən evinin həyətinə gəlmişlər. Həyətə daxil olduqdan sonra Qaçay narkotik vasitələri saxladığı yeri, yəni yaşadığı evin zirzəmisini göstərək narkotik vasitələrin həmin yerdə olduğunu bildirmişdir. Həmin yerə baxış keçirilən zaman evin zirzəmisindən 02 ədəd sintetik kisə aşkar edilmiş, 1-ci kisə açılan zaman içərisindən 18 ədəd sellofan torbalar aşkar edilmişdir. Həmin torbalar açılan zaman 18 ədəd sellofan torbaların içərisində yaşıl rəngli xüsusi iyə malik narkotik vasitəyə bənzər bitki kütlələri aşkar edilmiş, aşkar olunmuş 01 ədəd sellofan torbanın içərisindən 03 ədəd kağız bükümdə yaşıl rəngli xüsusi iyə malik narkotik vasitəyə bəznər bitki kütlələri aşkar edilmişdir. Daha sonra aşkar edilmiş sellofan torbalar və kağız bükümlər 01 ədəd sintetik kisəyə qablaşdırıldıqdan sonra elektron tərəzidə çəkilmişdir. Bundan sonra 01 ədəd kisənin içərisindən 10 ədəd şüşə banka aşkar edilmişdir. Həmin bankalar baxış keçirilən zaman 09 ədəd bankaların içrəsində kəskin iyli, narkotik vasitəyə bənzər bitki kütləsi, digər 01 ədəd bankanın içərisindən 01 ədəd sellofan torbanın içərisində 01 ədəd kağız büküm və 01 ədəd sellofan büküm və 06 ədəd kibrit qutusu və 03 ədəd kağız bükümdə içərisində yaşıl rəngli xüsusi iyə malik narkotik vasitəyə bənzər bitki kütlələri aşkar edilmiş və aşkar olunmuş predmentlər 01 ədəd sintetik torbaya qablaşdırılaraq tərəzidə çəkilmiş və qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş rayonu Güvəkənd kəndində yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Ağdaş rayonu Güvəkənd kəndində yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 20:45-də Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Ağdaş rayonu Güvəkənd kəndində yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi şübhəsi ilə Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 1, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Ağdaş rayonu Güvəkənd kəndində yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı evə və evin həyətinə baxış keçirilməsinə və axtarış aparılmasına etiraz etməmişdir (cild 01, iş vər. 30). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs evinə və evinin həyətinə video çəkilişlə baxış keçirilmiş və baxış zamanı onun yaşadığı evin zirzəmisindən 09 (doqquz) ədəd şüşə bankada, 06 (altı) ədəd kibrit qutusunda, 19 (on doqquz) ədəd sellofan bükümdə və 06 (altı) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 1269,47 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Baxışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunuşdur (cild 01, iş vər. 31-32). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2022-ci il tarixli 17/578 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01(bir) ədəd sintetik kisənin içərisindəki 09(doqquz) ədəd şüşə bankada ayrı-ayrılıqda təmiz çəkiləri- 14.99qram, 28.84qram, 11.09qram, 42.25qram, 23.66qram, 16.25qram, 48.46qram, 41.14qram və 47.80qram, ümumi təmiz çəkiləri -274.48qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Digər 01 (bir) ədəd şüşə bankanın içərisindəki 02 (iki) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 33,08qram və 3.90qram, ümumi çəkiləri- 36,98 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 02(iki) ədəd kağız və 01 (bir) ədəd salfet kağızı bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri- 2.50qram, 0.30qr və 1.99qram, ümumi çəkiləri- 4,79 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çǝtənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 05(beş) adǝd bütöv və 01(bir) ədəd yarı hissəsi kəsilmiş kibrit qutusunda, ayrı- ayrılıqda təmiz çəkiləri- 3.43qram, 3.06qram, 1.70qram, 2.90qram, 1.58qram də 1.14qram, ümumi çəkiləri 13,81 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindan kustar usulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş digər 01 (bir) ədəd sintetik kisənin içərisindəki 17(on yeddi) ədəd sellofan torbada, ayrı-ayrılıqda təmiz çəkiləri- 19.40 qram, 47.10 qram, 32.35 qram, 11.93 qram, 52.25 qram, 68.88 qram, 28.05 qram, 21,11qram, 69.21qram, 19,99 qram, 37.03 qram, 22.28 qram, 33.35 qram, 59.25 qram, 79.99 qram 96.17 qram və 93.17 qram, ümumi çəkiləri- 791,51 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01(bir) ədəd sellofan torbanın içərisindəki 03 (üç) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 29.34 qram, 67.95 qram və 50.61qram, ümumi çəkiləri- 147.90 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 09(doqquz) eded şüşə bankada, 06(altı) ədəd kibrit qutusunda, 19(on doqquz) ədəd sellofan bükümdə və 06(altı) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuananın ümumi çəkisi -1269.47 qramdır (cild 01, iş vər. 39-41). Cinayət işinin materiallarında olan “Ağdaş RMX” X5 alınmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Ağdaş rayonu Güvəkənd kəndində yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX-nın polilinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil (cild 01, iş vər. 82). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Ağdaş rayonu Güvəkənd kəndində yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat əldə etmək üçün müvafiq tədbirlər keçirilmiş, lakin onun narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə olunmamışdır (cild 01, iş vər. 85). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1583 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannbinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 104). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 110-115). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarxdə Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş rayonu Güvəkənd kəndində yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun yaşadığı evə və evin həyətinə video çəkilişlə baxış keçirilmişdir. baxış zamanı onun evinin zirzəmisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs evinə və evinin həyətinə müdafiəçinin də iştirakı ilə video çəkilişlə baxış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (anası və 2010-cu il təvəllüdlü iki azyaşlı uşağı ilə) birlikdə Ağdaş rayonu Güvəkənd kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 102-103). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir dəfə ölkə hüdudlarından kənarda məhkum olunmuş və cəzasının sonu ilə azad olunaraq Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycan Respublikasında məhkum olunmamışdır və məhkumluğu yoxdur (cild 01, iş vər. 97). Qeyd olunalara əsasən məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, habelə əməlində cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin aşkar olunan narkotik vasitənin çəkisinin çox olmasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 25). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əvvəli 22.07.202-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 70-71). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1268,47 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1268,47 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-45/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-45/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver