Məhkəmə qərarları › İş №1(091)-45/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-45/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-45/2024 17.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əfəndizadə Tural Qurbanəli oğlu, hakimlər Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlu, Məhkəmə iclas katibi – X27, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, xx.xx.1985-ci ildə Yevlax şəhərində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, Yevlax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “Amnistiya aktı” tətbiq edilməklə cəzası 06 ay müddətində azaldılmış, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 26 gün müddətində vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Yevlax şəhəri, C.Kərimov küçəsi ev 135-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx.xx.1998-ci ildə Yevlax rayonunda doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, Yevlax rayonu Xaldan kəndində qeydiyyatda olmaqla yaşamış, əvvəllər məhkum olunmamış, barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Yevlax rayonu, Xaldan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə 7,053 qram külli miqdarda narkotik vasitə olan heroini əldə edərək həmin narkotik vasitə olan heroinin 5,751 qram külli miqdarda olan hissəsini 2023-cü ilin fevral ayının axırlarında istintaqla müəyyən edilməyən gündə axşam saatlarında Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları olan Şahid5 Yevlax rayonu, Xaldan qəsəbəsi ərazisində 250 manat pul müqabilində satmış, Şahid5 26 fevral 2023-cü il tarixdə, saat 13:30-da narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən Yevlax şəhəri C.Kərimov küçəsində tutularaq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 14:10dan saat 14:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki qara rəngli idman şalvarının sağ yan cibində olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə edib saxladığı narkotik vasitədən qalan 01 ədəd yaşıl rəngli plastik qabın içəsində olan 01 (bir) ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümdə, təmiz çəkisi – 3,421 qram və 01 (bir) ədəd 1 manatlıq pul əskinasına bükülmüş bükümdə, təmiz çəkisi – 0,199 qram olmaqla ümumi cəmi təmiz çəkisi – 3,620 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri Nizami küçəsi ilə Füzuli küçəsinin kəsişməsində Yevlax RPŞ-nin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-nə gətirilib həmin gün saat 17:50-dən saat 18:25-dək olan müddət ərzində orada videoçəkilişlə və müdafiəçinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən Şahid5 satdıqları narkotik vasitə olan heroinlə eyni tərkibli olan 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə 1,302 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə təkrarən satış məqsədi ilə qanunsuz olaraq 0,556 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib kauçuk materialdan olan qabın içərisində olmaqla üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 15:20-də Yevlax RPŞnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri, C.Kərimov küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, həmin günü saat 16:20-dən saat 16:50-dək olan müddət ərzində Yevlax rayon polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki şalvarın sağ yan cibində olan kauçuk materialdan hazırlanmış qabın içərisindən siqaret kağızına bükülmüş bükülü halda olan qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə saxladığı 0,556 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 Yevlax şəhəri, C.Kərimov küçəsi ev 135-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə 7,053 qram külli miqdarda narkotik vasitə olan heroini əldə edərək həmin narkotik vasitə olan heroinin 5,751 qram külli miqdarda olan hissəsini 2023-cü ilin fevral ayının axırlarında istintaqla müəyyən edilməyən gündə axşam saatlarında Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları olan Şahid5 Yevlax rayonu, Xaldan qəsəbəsi ərazisində 250 manat pul müqabilində satmış, Şahid5 26 fevral 2023-cü il tarixdə, saat 13:30-da narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən Yevlax şəhəri C.Kərimov küçəsində tutularaq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 14:10-dan saat 14:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki qara rəngli idman şalvarının sağ yan cibində olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əldə edib saxladığı narkotik vasitədən qalan 01 ədəd yaşıl rəngli plastik qabın içəsində olan 01 (bir) ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümdə, təmiz çəkisi – 3,421 qram və 01 (bir) ədəd 1 manatlıq pul əskinasına bükülmüş bükümdə, təmiz çəkisi – 0,199 qram olmaqla ümumi cəmi təmiz çəkisi – 3,620 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri Nizami küçəsi ilə Füzuli küçəsinin kəsişməsində Yevlax RPŞ-nin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-nə gətirilib həmin gün saat 17:50-dən saat 18:25-dək olan müddət ərzində orada videoçəkilişlə və müdafiəçinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən Şahid5 satdıqları narkotik vasitə olan heroinlə eyni tərkibli olan 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə 1,302 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 özünü ona CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Yevlax RPŞ-nin polis əməkdaşları olan Faiq və Teymurun onunla ədavəti olmuşdur. Belə ki, o, cəzaçəkmə müəssisəsindən cəzasını çəkib çıxdıqdan sonra polis şöbəsinə getmişdir. Həmin vaxt “Faiq” və “Teymur” adlı polis əməkdaşları ona demişlər ki, onu təkrar həbs edəcəklər. Elanə tutulduqdan sonra onu döymüşlər və demişlər ki, Niyazın üzünə durmalıdır. Əlavə olaraq onu da qeyd edir ki, o, Elanəyə narkotik vasitə satmamışdır. Onun bu işdə günahı yoxdur. Saxlanıldıqdan sonra polis əməkdaşları onu döymüşdür. Həmin vaxt “Teymur” və “Faiq” adlı polis əməkdaşları ona demişlər ki, narahat olmasın, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəkdir. Sonradan bilmişdir ki, onu aldadıblar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, müstəntiqə də məhkəmədə verdiyi ifadə ilə eyni məzmunda ifadə vermişdir. Müstəntiqə demişdir ki, Elanəyə heç nə satmamışdır. İzahatında bu qeyd olunmuşdur. Onda narkotik vasitə olmamışdır. Narkotik vasitəni polis şöbəsində cibinə qoymuşlar. Sonradan bilmişdir ki, boynuna külli miqdarda narkotik vasitə qoymuşlar. Şahid5 tanıyır. Həmin şəxs əmisinin nəvəsidir. Narkotik vasitə satacaq olsa imiş, elə Siracın özünə satarmış. Elanə və Siraca narkotik vasitə satmamışdır. Polis əməkdaşları onun yaşadığı küçəyə başqa şəxsi saxlamaq məqsədilə gəlmişdir. O da həmin vaxt küçədə dayanmışdır. Elə həmin vaxt bir də görmüşdür ki, “Faiq” və “Teymur” adlı polis əməkdaşları üstünə qaçıb onun tutmuşlar. Həmin vaxt üstündə qanunla qadağan edilən heç nə olmamışdır. Polis şöbəsində polis əməkdaşları ona demişlər ki, güya o, Elanəyə narkotik vasitə satmışdır. İbtidai istintaq zamanı Elanə ilə üzləşməsi olmuşdur. Elanəyə həmin vaxt demişdir ki, ona narkotik vasitə satmamışdır. Polis şöbəsində videoçəkilişdən əvvəl polis əməkdaşları üzərinə narkotik vasitə qoymuşdur. Polis əməkdaşları onu döymüşdür. Bundan sonra ona demişlər ki, narkotik vasitəni boynuna almalıdır. Əlavə olaraq ona demişlər ki, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəkdir. O da onlarla razılaşmışdır. Döyülmə faktı ilə bağlı heç yerə şikayət etməmişdir. Sonradan bilmişdir ki, ona daha ağır maddə ilə ittiham veriblər. Barəsində həbs qətimkan tədbiri seçilən vaxt məhkəmə qarşısına çıxmışdır. Həmin vaxt məhkəməyə demişdir ki, narkotik vasitə ona aid deyildir. Polis əməkdaşları onu səhər 10 radələrində saxlamış, daha sonra polis şöbəsinə aparıb döymüşlər. Polis əməkdaşları onu saxladıqdan sonra demişlər ki, o, həbs olunmalıdır. Polis əməkdaşları yaşadığı küçəyə gəlmişlər. Həmin vaxt başqa şəxsi saxlamalıymışlar. O da həyət qapısının yanında küçədə dayanmışdır. Bir də görmüş ki, qəflətən polis əməkdaşları üstünə doğru qaçırlar. Həmin vaxt qaça bilməmişdir. Polis əməkdaşları onu maşına əyləşdirib polis şöbəsinə gətirmişlər. Saxlanılan vaxt polis əməkdaşlarına müqavimət göstərməmişdir. Polis əməkdaşları ona demişlər, onun cibinə narkotik vasitə qoyacaqlar və videoçəkiliş zamanı üstündən həmin narkotik vasitəni çıxaracaqlar. Sonra onu aldatmışlar ki, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəkdir. Polis əməkdaşları belinə və ayağının altına vurmuşlar. Saxlanıldığı gün məhkəmə qarşısına çıxmışdır. Daha sonra onu 2 X13 aparmışlar. Müəssisəyə daxil olan vaxt bədənindəki xəsarətlər qeydə alınmışdır. İbtidai istintaq zamanı ifadə verən vaxt demişdir ki, Elanəni tanımır və ona narkotik vasitə satmamışdır. İbtidai istintaq zamanı özləri ona necə deyiblərsə, o məzmunda ifadə vermişdir. Çünki həmin vaxt onu döyüblər. Elanə ilə üzləşmişdir. Elanə həmin vaxt üzünə durmuşdur. 26 fevral tarixində Elanə ilə görüşməmişdir. Elanə ilə uzaq məsafələrdə yaşayırlar. Elanə ilə telefonla danışmamışdır. Elanə ilə “Whatsapp” mesajlaşma proqramı ilə mesajlaşmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə məhkəməyədək icraat zamanı göstərdikləri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və o, həmin ifadəsində özünü CM-in 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun illərdir narkotik vasitələrdən istifadə edir. O, 05 may 2023-cü il tarixdə səhər saatlarında yaşadığı küçədə kauçuk materialdan hazırlanmış qab tapmışdır. O, həmin qabın içərisinə baxdıqda qabın içərisində bir ədəd siqaret kağızına bükülmüş bükülüdə narkotik vasitə olan heroin olduğunu görmüşdür. O, özü narkotik vasitə istifadəçisi olduğundan heroinin bir qismini istifadə etmiş, yerdə qalan hissəsini isə gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. O, 05 may 2023-cü il tarixdə həmin bir ədəd büküm üzərində olan zaman öz yaşadığı küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onun qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və satışında şübhəli olduğu bildirilərək polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində onun üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılan zaman üzərindən bir ədəd bükümdə kauçuk materialdan hazırlanmış qabın içərisindən olan heroin aşkar edilərək götürülmüş və qablaşdırılaraq ekspertizaya göndərilmişdir. O, Təqsirləndirilən şəxs2 və ya digər bir şəxsə narkotik vasitə satmamış və ya verməmişdir. O, Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin satışı ilə məşğul olmamış və Təqsirləndirilən şəxs2 ilə birlikdə Şahid5 narkotik vasitə satmamışdır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 fevral 2023-cü il tarixdə Şahid5 evinə getmişdir. Həmin vaxt Sirac evdə yatmışdır. Siracın yoldaşı Siraca demişdir ki, onu çağırırlar. O, özü narkotik vasitə istifadəçisi olmuşdur. Ağrıdan çıxmaq məqsədilə Siracın evinə getmişdir ki, ona narkotik vasitə versin. X26 evinə gəlmişdir. Onu da qeyd edir ki, Niyazla Sirac Bakı şəhərindən birlikdə gəlmişdir. Həmin vaxt yeddinci plana getmişlər. Belə ki, Sirac ona demişdir ki, o, özü çıxa bilmir. Ona görə də, ona demişdir ki, gedib Niyazdan narkotik vasitəni götürüb gəlsin. Yəni o, narkotik vasitəni Siraca vermişdir. Həmin vaxt polis əməkdaşları həyəti gəlmişdir. 27 fevral tarixində isə saxlanılmışdır. Bundan sonra polis əməkdaşları üzərinə narkotik vasitə qoymuşdur. Sonra onu döymüşlər və Siracı onun üzünə qoymuşlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Niyazla aralarında üzləşmə olmuşdur. Sirac ona Niyaza çatdırmaq üçün 250 manat verməmişdir. Sirac ona demişdir ki, Niyazda olan narkotik vasitəni götürüb gəlsin. Həmin vaxt Sirac özü evdən çıxa bilməmişdir. Niyazdan hansı miqdarda narkotik vasitə götürdüyünü dəqiq bilmir. Səhv etmirsə, Niyazdan götürdüyü narkotik vasitə bir büküm olmuşdur. Niyazdan narkotik vasitəni götürüb Siraca gətirdiyi təqdirdə, Niyaz ona oradan bir miqdar narkotik vasitə olan heroin verəcəkmiş. O, yazıb oxuya bilmir. O, ifadə verdiyi vaxt kompyuterə yazırmışlar. İfadəsi sonradan ona oxunmamışdır. Vəkili yanında olmuşdur. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən döyülmüşdür. Ona görə də, narkotik vasitəni boynuna almışdır. Onu Yevlax Rayon Polis Şöbəsinin üçüncü mərtəbəsində döymüşlər. O, Siracgilin evinə gedən vaxt Niyaz orada olmuşdur. Sonradan Niyaz yeddinci plana getmişdir. Siracdan narkotik vasitə istəmişdir. Sirac həmin vaxt ona demişdir ki, narkotik vasitə Niyazdadır. Həmin günün səhəri Niyaz və Sirac Bakı şəhərindən gəlmişdir. Niyaz daha sonra narkotik vasitə üçün evinə getmişdir. O da bir müddət sonra Niyazın ünvanına getmişdir ki, narkotik vasitəni alıb Siraca gətirsin. Sonradan Niyazla birlikdə Siracgilin evinə gəlmişlər. Onu Niyazın yanına Sirac göndərmişdir. Niyazla birlikdə Siracgilə gəlmişlər. Niyaz narkotik vasitəni Siraca verib çıxıb getmişdir. Bir müddət sonra polis əməkdaşları evi basmışdır. O, pulunu verib Siracdan narkotik vasitə almışdır. Sirac ona 250 manat pul verməmişdir. O, Siraca 10 manat pul vermişdir və onun qarşılığında ondan narkotik vasitə almışdır. Həmin vaxtı polis əməkdaşları gəlmişdir. İbtidai istintaq zamanı onu döydükləri üçün fərqli ifadə yazılmışdır. Çünki həmin ifadəni təzyiq altında vermişdir. Niyaz beşinci planda qalmışdır. Niyazdan dəfələrlə narkotik vasitə almışdır. O, Siracın yanına narkotik vasitə almaq məqsədilə getmişdir. Sirac həmin vaxt ona demişdir ki, ona məxsus narkotik vasitə Niyazdadır. Daha sonra Sirac ona demişdir ki, Niyazdan gedib narkotik vasitəni götürüb gəlsin. Belə ki, Sirac həmin narkotik vasitədən ona bir miqdar verəcəkmiş. Niyaz Siracın yanında olmuşdur. Daha sonra Niyaz özü narkotik vasitəni gətirməyə getmişdir. Belə ki, həmin vaxt ağrıyırmış. Niyazın arxasınca ona baxmaq məqsədilə getmişdir. Daha sonra Niyaz Siraca narkotik vasitə vermişdir. Həmin narkotik vasitədən Sirac ona bir miqdar narkotik vasitə vermişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadə doğrudur. Yəni narkotik vasitə Siracda olmuşdur. Siracla Niyaz həmin günün səhərisi Bakı şəhərindən gəlmişdir. O da ağrıdan çıxmaq üçün Siracın evinə narkotik vasitə almaq məqsədilə getmişdir. Sirac ona demişdir ki, narkotik vasitə Niyazdadır. Daha sonra Niyaz narkotik vasitəni gətirmək məqsədilə yeddinci plana getmişdir. O da bir müddət sonra Niyazın ardınca ona baxmaq məqsədilə getmişdir. Daha sonra Niyaz narkotik vasitəni Siraca vermişdir. Sirac da həmin narkotik vasitədən ona bir qram vermişdir. Polis əməkdaşları ayaqlarının altına vurmuşdur. Polis əməkdaşları ona demişdir ki, güya onun İran İslam Respublikasının vətəndaşı ilə nəsə qeyri-qanuni əlaqələri vardır. Onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Narkotik vasitəni polis əməkdaşları döyüb boynuna qoymuşdur. Polis əməkdaşları ayağına vurmuşdur. Döyülmə faktı ilə bağlı həkimə müraciət etməmişdir və ya harasa şikayət etməmişdir. Onu iki gün polis şöbəsində saxlayıb sonra buraxmışlar. Döyülmə faktı ilə bağlı heç yerə şikayət etməmişdir. Xəsarətlərini ailə üzvlərinə göstərmişdir. Polis şöbəsindən çıxana qədər xəsarətləri sağalmışdır. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə məhkəməyədək icraat zamanı göstərdikləri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və o, həmin ifadəsində özünü CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, heroin istifadəçisidir. xx.xx.2023-cü il tarixdə o, yaşadığı Yevlax rayonu Xaldan kəndindən Yevlax şəhərinə gəlmiş və o, narkotik almaq məqsədi ilə əvvəllərdə narkotik vasitə olan heroin aldığı qaraçı millətindən olan “Sirac” adlı şəxsin yaşadığı evə getmiş, o, Siracın yaşadığı evə getdikdə orada Siracla görüşmüş və Siracdan narkotik vasitə olan heroin almaq istədiyini bildirmişdir. Sirac ona narkotik vasitə olan heroinin tanışı qaraçı millətindən olan “Niyaz” adlı şəxsdə olduğunu bildirmişdir. O, həmin narkotikin alınmasına 250 manat pul verdiyini bildirmişdir. Bundan sonra Sirac ona Niyazın yaşadığı evə gedərək Niyazdan narkotik vasitə olan heroini alıb Siraca gətirməsini bildirmişdir. O, Yevlax şəhəri 5-ci plan adlanan C.Kərimov küçəsində qaraçı millətindən olan Niyaz adlı şəxsin yaşadığı evə getmiş və orada Niyazla görüşmüş, həmin vaxt Niyaz ona Siraca veriləcək sellofan bükümdə narkotik vasitə olan heroini vermiş və o, həmin heroini gətirib Siraca vermişdir. Sirac narkotik vasitə olan heroini ondan götürdükdən sonra ona təxminən bir qrama yaxın istifadə etməsi üçün narkotik vasitə olan heroin vermişdir. O, Siraca üzərində olan 5 manatlıq pul əskinasını vermək istədikdə Sirac, ondan pul götürməmişdir. Bundan sonra o, Yevlax şəhəri “3”-ün başı deyilən Nizami prospekti ilə Fizuli küçəsinin kəsişməsində Xaldan kəndinə qayıtmaq üçün avtobus gözləyərkən polis əməkdaşları ona yaxınlaşmış və onun özünü şübhəli apardığını bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış aparılan zaman onun əynindəki ağ rəngli qolu qısa gödəkçənin sağ yan cibindən 1 ədəd sellofana bükülmüş büküm aşkar edilmişdir. Həmin sellofana bükülmüş bükümə baxış zamanı onun içərisində narkotik vasitə olan heroinə bənzər kəskin iyli kütlə aşkar edilmişdir. Həmin heroin ona məxsusdur. Aşkar olunmuş heroin kütləsi qablaşdırılmış və möhürlənərək götürülmüş. Bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra baxış qurtarmışdır. Protokol tərtib etdilərək ona ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün o, həmin protokola imza etmişdir. O, narkomaniya xəstəliyindən əziyyət çəkir, o, xəstə olaraq müalicə almaq istəyir. O, heç kimə heroin satmamış, ümumiyyətlə onun elə bir məqsədi olmamışdır Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə olan heroinin əldə edilməsi, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə 05 may 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Yevlax rayon polis şöbəsinin 05 may 2023-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 və Yevlax rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs1 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin günü polis əməkdaşı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs1 olduğu Yevlax şəhəri C.Kərimov küçəsinə getmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 həmin vaxt C.Kərimov küçəsində olması barədə onun məlumatı olmuşdur. Onlar Yevlax şəhəri C.Kərimov küçəsində Təqsirləndirilən şəxs1 görərək ona yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq üzərində narkotik vasitə olan heroin saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Lakin Təqsirləndirilən şəxs1 həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə baxışı həmin yerdə keçirməmələrini xahiş etmişdir. Onlar Niyazın xahişini nəzərə alaraq Niyazı Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. O, Təqsirləndirilən şəxs1 gətirilməsi barədə raport yazmışdır. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürülmə aparılarkən Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansi bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd üzərində “Doktor Mom” yazılmış plastik qabı təqdim etmiş və həmin qabın içərisindəki siqaret kağızına bükülmüş bükülüdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən qadağan edilmiş əşya və predment aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd plastik qabın içərisindəki siqaret kağızına bükülmüş bükülüyə baxdıqda bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması aşkar edilmişdir. Həmin siqaret kağızına bükülmüş bükülü elektron tərəzidə çəkildikdə çəkisinin 1,33 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar etdiyi maddələri ekspertizaya göndərilməsi məqsədi ilə bir ədəd zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. O, Təqsirləndirilən şəxs1 Yevlax rayonunda yaşayan şəxs kimi tanımışdır. Onun Təqsirləndirilən şəxs1 ilə qohumluğu, ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs1 tutularkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsində olarkən onun və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 heç bir fiziki, psixi zor və təzyiq tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Rəfael oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə olan heroinin əldə edilməsi, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə 27 fevral 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Yevlax rayon polis şöbəsinin 27 fevral 2023-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid4, Təmin Hissəsinin polis nəfəri X15 və Yevlax rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru X16 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs2 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin günü polis əməkdaşı Şahid4 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs2 olduğu Yevlax şəhəri Nizami prospektinə getmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 həmin vaxt Nizami prospektində olması barədə onun məlumatı olmuşdur. Onlar Yevlax şəhəri Nizami prospektində Təqsirləndirilən şəxs2 görərək ona yaxınlaşmış, o, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üzərində narkotik vasitə olan heroin saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmiş, lakin Təqsirləndirilən şəxs2 həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə baxışı həmin yerdə keçirməmələrini xahiş etmişdir. Onlar Təqsirləndirilən şəxs2 xahişini nəzərə alaraq Elanəni Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirmişdirlər. O, Təqsirləndirilən şəxs2 gətirilməsi barədə raport yazmışdır. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutmuşdur. Onun, Şahid4, Günay Abışovanın və vəkil Zaur Bərxudarovun iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Bundan sonra Elanədən saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansı bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şpris, 1 ədəd şüşə flakon və əynindəki ağ rəngli qısa qol gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükülünü çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən qadağan edilmiş əşya və predment aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükülüyə baxılmış və bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması aşkar edilmişdir. Həmin sellofan bükülü elektron tərəzidə çəkildikdə çəkisinin 1,72 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş maddələri ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və üzəri möhürlənərək götürülmüşdür. O, Təqsirləndirilən şəxs2 Yevlax rayonunda yaşayan şəxs kimi tanımış, Onun Təqsirləndirilən şəxs2 ilə qohumluğu, ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs2 tutularkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsində olarkən onun və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 heç bir fiziki, psixi zor və təzyiq tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və onun da Şahid3 Rəfael oğlu ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, eşitdiyinə görə güya Niyaz onların yanlarında olmuşdur, lakin o, Niyaz Dərvişovu görməmişdir. Niyaz tutulan vaxt o, 2 X3muşdur. Niyaz Dərvişovdan narkotik vasitə və ya psixotrop maddə almamışdır. Niyazla üzləşməsi olmamışdır. İbtidai istintaq zamanı ifadə verməmişdir, lakin imza çəkmişdir. Ancaq nəyə imza çəkdiyini bilmir. Çünki oxumaq və yazmaq bacarığı yoxdur. İfadə ona oxunmamışdır. Ona təzyiq göstərib, imza çəkdirmişlər. Heç kimdən narkotik vasitə almamışdır. Üzərimdən çıxan narkotik vasitəni polis əməkdaşları qoymuşdur. Elanə ilə üzləşməsi olmuşdur. Elanə bir neçə dəfə yanına gəlib getmişdir. Polis əməkdaşları ona təzyiq göstərmişdir. Onlar nə deyiblərsə, üzləşmə zamanı onu demişdir. Məhkəmə kollegiyasının iclasında Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə olan kakosdan mütəmadi olaraq istifadə edir. Narkotik vasitə aludəçisidir. Narkotik vasitə olan “kakos”un, yəni heroinin alqı-satqısı ilə məşğul olur. Təxminən bir neçə gün bundan əvvəl tanışı Yevlax rayonu Xaldan qəsəbə sakini “Elanə” adlı qadın cinsindən olan şəxsdən satmaq üçün 250 manatlıq nisyə şəkildə narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitənin bir hissəsini satır, bir hissəsini isə özü istifadə edirmiş. Narkotik vasitəni isə üzərində saxlamışdır. Təxminən 20 gündür ki, narkotik vasitə satır. Əldə etdiyi narkotik vasitəni bir neçə şəxsə satmışdır. Həmin şəxslərdən “İlqar” adlı şəxsə 4-5 gün bundan əvvəl 10 manata 1 büküm, xx.xx.2023-cü il tarixdə isə yaşadığı Yevlax şəhəri C.Kərimov küçəsində 15 manat pul müqabilində 01 büküm üzərində saxladığı narkotik vasitədən satmışdır. Qalan hissəsini isə üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən günorta saat 13 radələrində Yevlax şəhəri C.Kərimov küçəsində olmuş və qeyd etdiyi narkotik vasitə olan heroin üzərində olmuşdur. Bu zaman tanımadığı şəxslər ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Yevlax rayon polis şöbəsinə dəvət etmişlər. O isə etiraz etməyərək polis əməkdaşları ilə Yevlax rayon polis şöbəsinə gəlmişdir. Yevlax rayon polis şöbəsində olan zaman təhqiqatçı ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək vəkillərin siyahısını ona təqdim etmiş, o, vəkillərin siyaısından vəkil Hüseyn Abbasovun onun hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı vəkil Hüseyn Abbasovu polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı ona hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmişdir. Həmin vaxt bir nəfər polis əməkdaşı da videokamera vasitəsi ilə çəkiliş aparmışdır. Təhqiqatçı ona üzərindəki əşyaları təqdim etməsini bildirmişdir. Həmin vaxt o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli plastik qabın içəsində olan 01 (bir) ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümdə və 01 (bir) ədəd 1 manatlıq pul əskinasına bükülmüş bükümdə narkotik vasitə olan heroin, 1 ədəd şpris, 1 ədəd başı kəsik şəkildə olan ampula və həmin şalvarın sol yan cibindən isə 01 ədəd “Samsung” markalı ona məxsus olan mobil telefonu çıxardıb təqdim etmişdir. O, sorğu-sual zamanı həmin bükülülərin içərisində narkotik vasitə olan heroin olduğunu və həmin heroinləri Yevlax rayonu Xaldan qəsəbəsində Elanə adlı şəxsdən 250 manata aldığını, satmaq və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları həmin bükülülərin içərisindəki kütlələrə baxaraq narkotik vasitə olan heroinə bənzədiyini bildirmişlər. Daha sonra təhqiqatçı həmin kütlələri bükümlərlə birlikdə elektron tərəzidə çəkdikdən sonra həmin kütlələri vəkilin, onun və polis əməkdaşlarının iştirakı ilə qablaşdıraraq zərfə qoyub möhürləmişdir. Protokol tərtib edilərək, ucadan oxunmuşdur. İştirakçılar və o, protokolu imzalamışlar. Həmin narkotik vasitə də ekspertizaya göndərilmişdir Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə xx.xx.1985-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06.07). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 həmin tarixdə Yevlax şəhəri, C.Kərimov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “tutma haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 20-21). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, həmin tarixdə polis əməkdaşları tərəfindən müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd üzərində “Doktor Mom” yazılmış qutunun içərisində “kakos” adlanan narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş və siqaret kağızı ilə birlikdə ümumi çəkisinin 1,33 qram olması müəyyən edilmişdir (cild 01, iş vər. 28-36). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X34 Bölməsinin 06 may 2023-cü il tarixli 17/382 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş siqaret kağızına bükülmüş 01 ədəd heroinə bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,556 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Qeyd: Heroinin təmiz çəkisi – 0,556 qr., tədqiqata sərf edildi – 0,050 qr., qalıq – 0,506 qr (cild 01, iş vər. 44-47). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X34 Bölməsinin 28 fevral 2023-cü il tarixli 17/222 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş kokos narkotik vasitəyə bənzər maddə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 1,302 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Qeyd: Heroinin təmiz çəkisi – 1,302 qr., tədqiqata sərf edildi – 0,050 qr., qalıq – 1,252 qr (cild 02, iş vər. 45-50). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan və ona əlavə edilmiş video görüntüdən görünür ki, iş üzrə 06 may 2023-cü il tarixdə saat 12:30 dəqiqədən 12:40 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir ki, qarşısında oturan şəxsi tanıyır, həmin şəxs Təqsirləndirilən şəxs1dur. Onun Təqsirləndirilən şəxs1 ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, Təqsirləndirilən şəxs1 2023-cü ilin fevral ayının 26-da tanımışdır. O, Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir ki, o, 2023-cü ilin fevral ayının 26-da narkotik vasitə almaq üçün “Sirac” adlı şəxsin yanına getmiş, Sirac ona narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs1 olduğunu və Niyazın Siraca 250 manat dəyərində olan narkotik vasitə heroin verməli olduğunu bildirmişdir. O da Niyazın evinin qarşısına gəlmiş və Niyaz ona 7 qramdan çox narkotik vasitə olan heroin vermişdir. O, həmin narkotik vasitə olan heroini aparıb Siraca vermiş və Sirac həmin narkotik vasitədən bir qismini ona vermişdir. Qeyd olunan istintaq hərəkətini əks etdiyən video görüntü CD diskə köçürülərək müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 74-76). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X34 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/219 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Şahid5 üzərindən şəxsi axtarış və götürmə aşkar olunaraq götürülmüş 1(bir) ədəd sellofan torbada narkotik vasitə olan heroinə bənzər kütlə və 1 manatlıq əskinasa bükülmüş bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə.” Sözləri, adlar və imzalar yazılmış zərfin içərisində 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-3,421 qram və 01(bir) ədəd 1 manatlıq pul əskinasına bükülmüş bükümün içərisində təmiz çəkisi-0,199 qram, ümumi çəkiləri 3,620 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş 01(bir) ədəd şəffaf sellofan bükümdə və 01(bir) ədəd 1 manatlıq pul əskinasına bükülmüş bükümün içərisində olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Qeyd: Heroinin təmiz çəkisi – 1,302 qr., tədqiqata sərf edildi – 0,100 qr. (hər ob.0,050 qr.), qalıq – 3,52 qr (cild 01, iş vər. 81-83). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X34 Bölməsinin 19 aprel 2023-cü il tarixli 17/338 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “01 ədəd sellofan bükümdə və 01 ədəd 1 manatlıq pul əskinası bükümündə heroinlər. Şahid5.” Sözləri yazılmış 01(bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə və 01(bir) ədəd 1 manatlıq pul əskinasına bükülmüş bükümün içərisində olan heroinlər ilə üzərində “01 ədəd sellofan bükümdə heroin. X28.” Sözləri yazılmış 01(bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı).Qeyd: a) Heroinin təmiz çəkisi – 3,371 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 3,321 qr. b) Heroinin təmiz çəkisi – 0,149 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 0,099 qr.c) Heroinin təmiz çəkisi – 2,081 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 2,031 qr (cild 01, iş vər. 84-86). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 119-124). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli PHŞ-3367/23 nömrəli İcbari Tibbi Sığorta üzrə X40 rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 138). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2011-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə Şəki Rayon Məhkəməsinin qərarı ilə 04 ay 01 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2013-cü ildə Nizami rayon məhkəməsinin qərarı ilə barəsində təyin olunmuş Narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 xx.xx.2011-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə 02 ay 26 gün müddətə vaxtından əvvəl şərti azad edilmişdir (cild 01, iş vər. 145-146). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”-dan görünür ki, xx.xx.1998-ci ildə Yevlax rayonu Xaldan kəndidə doğulmuş, həmin kəndə qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakı ilə məşğul olması barədə Yevlax RPŞ-yə məlumat daxil olunmuşdur (cild 02, iş vər.09). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 02, iş vər. 11-12). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 həmin tarixdə Yevlax şəhəri, Nizami prospektində saxlanılaraq polis şöbəsinə gətirilmişdir (cild 02, iş vər. 13). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur (cild 02, iş vər. 24-25). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” protokolundan və ona əlavə olunmuş video görüntüdən görünür ki, həmin tarixdə saat 17:50 dəqiqədən saat 18:25 dəqiqəyədək olan müddət ərzində Yevlax rayon polis şöbəsinin inzibati binasında xidməti iş otağında polis əməkdaşları tərəfindən müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmış və Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi-axtarış və götürmə zamanı əvvəlcə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şpris, 1 ədəd şüşə flakon və əynindəki ağ rəngli qısa qol gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükülü aşkar edilmiş, Təqsirləndirilən şəxs2 həmin sellofan bükülünün içərisində olan kütlənin “kakos” adlanan narkotik vasitə olan heroin olduğunu bildirmiş və həmin bükülü ilə birlikdə kütlənin ümumi çəkisinin 1,72 qram olması müəyyən edilmişdir (cild 02, iş vər. 32-38). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 02, iş vər. 70-71). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yaşadığı həyət evinin dəmirdən hazırlanmış giriş qapısını göstərərək ifadəsində göstərtdiyi xüsusatları bir daha qeyd etmişdir (cild 02, iş.vər 85-87). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokolundan və ona əlavə edilmiş video görüntüdən görünür ki, Şahid5 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid5 Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir ki, qarşısında oturan şəxsi tanıyır, həmin şəxs Təqsirləndirilən şəxs2dır, onun Təqsirləndirilən şəxs2 ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, istintaqa verdiyi ilkin ifadəsini tam təsdiq edir və Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir ki, onun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini o, polis tərəfindən tutulduğu gündən 4-5 gün əvvəl Elanədən sonuncunun yaşadığı Yevlax rayonu Xaldan kəndində almışdır. O, Elanədən almış olduğu narkotik vasitə heroini 250 manata razılaşaraq almışdır. Elanənin onun üzünə qarşı dediklərini eşitmiş və bildirmişdir ki, Elanə yalan deyir, o, Elanəyə narkotik vasitə verməmişdir (cild 02, iş vər. 88-90). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Yevlax şəhər İcra hakimiyyətinin Başçısı Xaldan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi atası- X7, anası-X5, qardaşı-X8 və xx.xx.2016-cı il təvəllüdlü X12 ibarətdir və kənd sakini olaraq müsbət səciyyələndirilir (cild 02, iş vər. 93-95). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır (cild 02, iş vər. 96). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(023)-755/2021 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 “8 Noyabr –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır (cild 02, iş vər.116-117). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(057)-444/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə 02 ay 26 gün müddətə vaxtından əvvəl şərti azad edilmişdir (cild 02, iş vər. 118-120). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 20 may 2023-cü il tarixli və 14 iyun 2023-cü il tarixli əməliyyat tapşırıqlarının cavab raportlarından görünür ki, təqsirləndirilən şəxs X6 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin onun özünə məxsusdur, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatlar düzgün deyil. Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 1,302 qram miqdarındakı narkotik vasitə olan heroin onun özünə məxsusdur. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 250 manat pul müqabilində qabaqcadan əlbir olaraq 8 qrama yaxın miqdarda narkotik vasitə-heroini Şahid5 satmışlar. Bundan başqa Təqsirləndirilən şəxs2 başqa şəxslərə də narkotik vasitələr satması ilə bağlı bəzi əməliyyat məlumatları daxil olsa da həmin məlumatlar realizasiyasının həyata keçirilməsi mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin onun özünə məxsusdur, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatlar düzgün deyil. Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 0,556 qram miqdarındakı narkotik vasitə olan heroin onun özünə məxsusdur. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq narkotik vasitələrin satışı ilə məşğul olmuşdur, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 250 manat pul müqabilində qabaqcadan əlbir olaraq 8 qrama yaxın miqdarda narkotik vasitə-heroini Şahid5 satmışlar. Bundan başqa Təqsirləndirilən şəxs1 başqa şəxslərə də narkotik vasitələr satması ilə bağlı bəzi əməliyyat məlumatları daxil olsa da həmin məlumatlar realizasiyasının həyata keçirilməsi mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Şahid5 satdıqları külli miqdarda narkotik vasitə olan heroinin mənbəsinin müəyyən eidlməsi mümkün olmamışdır (cild 01, iş vər. 174-175 və cild 02, iş vər. 103-104). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışları və xassiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2 üzvanda yaşayır və ailə tərkibinə atası- X42, arvadı-X29, qızı-xx.xx.2009-cü il təvəllüdlü X18, oğlu-xx.xx.2011-ci il təvəllüdlü X30, qızı-xx.xx.2013-cü il təvəllüdlü X19, qızı-xx.xx.2016-cı il təvəllüdlü X20, qızı-xx.xx.2016-cı il təvəllüdlü X25, qızı-xx.xx.2018-ci il təvəllüdlü X21, qızı-xx.xx.2019-cu il təvəllüdlü X22, oğlu-xx.xx.2020-ci il təvəllüdlü X43 daxil olmaqla yaşadığı inzibati ərazidə qismən yaxşı səciyələndirilir (cild 02, iş vər. 147-150). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 03 avqust 2023-cü il tarixli 1292 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər X14 X41 Yoxlamanın ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 152). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 03 avqust 2023-cü il tarixli 1293 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər X14 X41 Yoxlamanın ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 154). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli PHŞ-3367/23 nömrəli İcbari Tibbi Sığorta üzrə X40 rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 02, iş vər.180). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin 08 avqust 2023-cü il tarixli 543 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 narkoloji dispanserdə qeydiyyatda yoxdur (cild 02, iş vər.188). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin 08 avqust 2023-cü il tarixli 541 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 narkoloji dispanserdə qeydiyyatda yoxdur (cild 02, iş vər 189). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 0,556 qramçəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Şahid5 satdıqları 7,053 qram külli miqdarda olan narkotik vasitə - hheroinin mənbəsini müəyyən etmək məqsədi ilə cinayət işindən ayrıca material ayrılmışdır (cild 02, iş vər. 190-212). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tİbb Baş İdarəsinin Təqsirləndirilən şəxs1 adına açılmış “X36”-dan görünür ki, Təqsirləndirilən şəxs1 müəssisəyə qəbul olunarkən bədənində hər hansı bir xəsarət olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Yevlax rayon Qeydiyyat şöbəsinin “Doğum haqqında şəhadətnamə”sindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə X31 adında uşağı doğulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabıdan görünür ki, Elanə Mütəllilova xx.xx.2023-cü il tarixdə Yevlax rayon Polis şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Tibbi Müayinənin keçirilməsi və Tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabından görünür ki, Eləanə Mütəllimovanın üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Yevlax rayon Polis şöbəsinin məktubundan görünür ki, Yevlax RPŞnin əməkdaşları xx.xx.2024-cü il tarixdə X1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixlərdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərar alınmış, Təqsirləndirilən şəxs2 saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin də iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və narkotik vasitə aşkar olunmuşdur. Götürülmüş maddə ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Habelə iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs1 barəsində polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixlərdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərar alınmış, Təqsirləndirilən şəxs1 saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin də iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və narkotik vasitə aşkar olunmuşdur. Götürülmüş maddə ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Habelə qərarda həmçinin göstərilmişdir ki, əvvəllər CM-in 234.2 və 234.3-cü maddələri ilə cinayət törətmiş təqsirkar tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci yaxud 234.4.3-cü maddəsi nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1, 234.4.2 yaxud 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməli, belə olan halda əməlin əlavə olaraq CM-in 234.2 və 234.3-cü maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, o cümlədən ekspert rəyləri və iş üzrə mövcud olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı işgəncəyə məruz qalması, polis əməkdaşları tərəfindən döyülmələri barədə qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası bildirir ki, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Təqsirləndirilən şəxs1 aid “X36”-ından görünür ki, Təqsirləndirilən şəxs1 müəssisəyə daxil olarkən onun üzərindən hər hansı bir xəsarət aşkar edilməmiş, həmçinin Təqsirləndirilən şəxs2 xx.xx.2023-ci il tarixdə tutulduğu gündən məhkəmədə ifadə verənədək ifadəsində göstərdiyi dəlillərlə bağlı heç bir dövlət orqanına müraciət etməmiş, əksinə ibtidai araşdırma zamanı dəfələrlə etirafedici ifadə verərək üzərindən aşkar edilərək götürülmüş 1,302 qram olan narkotik vasitə heroinin ona məxsus olmasını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin aşkar olunan narkotik vasitələrin şəxsi istifadə üçün əldə edilərək saxlanılması barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Belə ki, Şahid5 ifadəsində göstərmişdir ki, Elanə adlı qadın cinsindən olan şəxsdən satmaq üçün 250 manatlıq nisyə şəkildə narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitənin bir hissəsini satır, bir hissəsini isə özü istifadə edirmiş. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o, Siracın yaşadığı evə getdikdə orada Siracla görüşmüş və Siracdan narkotik vasitə olan heroin almaq istədiyini bildirmişdir. Sirac ona narkotik vasitə olan heroinin tanışı qaraçı millətindən olan Niyaz adlı şəxsdə olduğunu bildirmişdir. X38 bildirmişdir ki, Niyaz daha sonra narkotik vasitə üçün evinə getmişdir. O da bir müddət sonra Niyazın ünvanına getmişdir ki, narkotik vasitəni alıb Siraca gətirsin. Niyaz ona Siraca veriləcək sellofan bükümdə narkotik vasitə olan heroini vermiş və o, həmin heroini gətirib Siraca vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X34 Bölməsinin 16 iyun 2023-cü il tarixli 17/448 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “01 ədəd kağız bükümdə heroin. Təqsirləndirilən şəxs1.” sözləri yazılmış 01(bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 01(bir) ədəd kağız bükümdə olan heroin, üzərində 01 ədəd sellofan bükümdə və 01 ədəd 1 manatlıq pul əskinası bükümündə heroinlər. Şahid5.” Sözləri yazılmış 01(bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə və 01(bir) ədəd 1 manatlıq pul əskinasına bükülmüş bükümün içərisində olan heroinlər və üzərində “01 ədəd sellofan bükümdə heroin, 01 ədəd şüşə ampula və 01 ədəd 1 ml-li şpris. Təqsirləndirilən şəxs2 q.” Sözləri yazılmış 01(bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Qeyd edilənlər onu deməyə əsas verir ki, təqsirləndirilən şəxslərin üzərindən aşkar olunan narkotik vasitələr şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş, saxlamış və satmışdırlar. Bundan əlavə, Təqsirləndirilən şəxs2 cinayətlə heç bir əlaqəsinin olmadığını və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satmaq məqsədi ilə narkotik vasitə əldə etmədiyini qeyd etsə də, cinayət işinin materiallarında olan sübutlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 satış məqsədi ilə narkotik vasitə əldə etmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və cinayət əməlinin törədilməsində iştirak etmişdir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxslərə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayon Xaldan kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Xaldan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi arayışından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir az yaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 himayəsində bir az yaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və qadın olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə yaxın azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanda yaşayır və yaşayış yeri üzrə qismən müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində yeddi az yaşlı uşaqları vardır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 himayəsində səkkiz az yaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən halı kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Yevlax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə 02 ay 26 gün müddətə vaxtından əvvəl şərti azad edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəticəsində yaranmış məhkumluq müddəti ödənilmədən yenidən qəsdən CM-in 234.4.1, 234.4.2 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli törətmiş, bununla da cinayətin residivinə yol vermişdir. Bu da qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, habelə CM-nin 65.2-ci maddəsinin müddəalarını rəhbər tutaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın son həddinin yarısından az olmayan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 Yevlax RPŞ-nin MYS-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Habelə xx.xx.2024-cü il tarixli Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun haqqında axtarış elan edilmiş və xx.xx.2024-cü il tarixdə Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 2 saylı İstintaq Təcrodxanasına təhvil verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və təqsirləndirilən şəxsin 02 gün müddətinə tutulduğu vaxt cəzasına hesablanmaqla çıxılmalıdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Yevlax Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitə heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs2 oğlunda narkotik vasitə heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Yevlax rayon Polis şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi - 0,456 qram miqdarında narkotik vasitə-heroin, Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi - 1,202 qram miqdarında narkotik vasitə-heroin, Şahid5 götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi - 3,350 qram miqdarında narkotik vasitə-heroin və X10 götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi –- 2,031 qram miqdarında narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “04” ədəd kompakt disk cinayət işinin materiallarında olması nəzərə alınmalıdır. İş üzrə 207 (iki yüz yeddi) manat 30 (otuz) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda 103 (bir yüz üç) manat 65 (altmış beş) qəpik olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 X13 yerləşdirilməsi üçün Yevlax Şəhər Polis Şöbəsinin əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi - 0,456 qram miqdarında narkotik vasitə-heroin, Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi - 1,202 qram miqdarında narkotik vasitə-heroin, Şahid5 götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi - 3,350 qram miqdarında narkotik vasitə-heroin və X10 götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi – 2,031 qram miqdarında narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 04 ədəd kompakt diskin iş materiallarında olması nəzərə alınsın. İş üzrə 207 manat 30 AZN (iki yüz yeddi manat, otuz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda 103 (bir yüz üç) manat 65 (altmış beş) qəpik olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar