Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-45/2025 23.04.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Sabirabad rayonu Ulacalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Sabirabad rayonu Ulacalı kəndində qеydiyyatda оlmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırcı hissədə CM) 182.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədilə 2023-cü ilin iyul-avqust aylarında istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə “instagram” sosial şəbəkəsində tanış olub daha sonra “whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə müxtəlif tarixlərdə danışdığı Bakı şəhəri Binəqədi rayonu Moskva prospekti, bina 75A mənzil 81-də yaşayan Zərərçəkmiş şəxs2 ona göndərmiş olduğu fotoşəkili porno saytlarda və digər sosial şəbəkələrdə yayacağını deyib barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə əhatə olunan cinayətkar qəsdlə Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə saat 22:06-da 100 manat, həmin gün saat 22:21-də 300 manat olmaqla cəmi 400 (dörd yüz) manat məbləğində pulunu özünün "xxxx"a məxsus 4098 5844 6475 1583 saylı kart hesabına köçürtməsini təmin edib hədə-qorxu ilə tələb etməklə ələ keçirmiş, bundan başqa o, təkrarən eyni niyyət ilə xx.xx.2023-cü il tarixdə eyni hədə ilə əhatə olunan cinayətkar qəsdlə Zərərçəkmiş şəxs2 500 (beş yüz) manat məbləğində pul tələb etmiş, həmin tarixdə saat 14:19-da sonuncunun 200 manat (iki yüz) manat məbləğində pulunu özünün "xxxx"a məxsus 4098 5844 6475 1583 saylı kart hesabına köçürtməsini təmin edib hədə-qorxu ilə tələb etməklə ələ keçirmiş, bundan başqa o, təkrarən eyni niyyət ilə Zərərçəkmiş şəxs2 23 avqust 2023-cü il tarixdə saat 14 radələrində eyni hədə ilə əhatə olunan cinayətkar qəsdlə 600 manat məbləğində pulu özünün "xxxx"a məxsus 4098 5844 6475 1583 saylı kart hesabına köçürtməsini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədilə 19 yanvar 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində tanış olub daha sonra “whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə müxtəlif tarixlərdə danışdığı Balakən rayon Qazma kənd sakini Zərərçəkmiş şəxs1 ona göndərmiş olduğu fotoşəkilləri və səs yazılarını porno saytlarda və digər sosial şəbəkələrdə yayacağını deyib barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə əhatə olunan cinayətkar qəsdlə Zərərçəkmiş şəxs1 26 yanvar 2024-cü il tarixdə saat 09:04-də 300 manat, saat 09:45-də 100 manat olmaqla cəmi 400 (dörd yüz) manat məbləğində pulunu özünün "xxxx"a məxsus 4098 5844 6475 1583 saylı kart hesabına köçürtməsini təmin edib hədə-qorxu ilə tələb etməklə ələ keçirmiş, bundan başqa o, təkrarən eyni niyyət ilə Zərərçəkmiş şəxs1 Balakən rayonu ərazisində yaşadığı evdə olan zaman sonuncudan 27 yanvar 2024-cü il tarixdə saat 12:40 radələrində eyni hədə ilə əhatə olunan cinayətkar qəsdlə 400 manat məbləğində pulu özünün "xxxx"a məxsus 4098 5844 6475 1583 saylı kart hesabına köçürtməsini hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, özünü ona qarşı irəli sürülən ittihamda göstərilən maddə ilə təqsirli bilmir. İttihamda göstərilmişdir ki, o, zərərçəkmişlərdən pulu hədə-qorxu ilə tələb etmişdir. O, isə pulu borc kimi istəmiş və almışdır. Yazışmalardan da görünür ki, şəxs ondan borcunu nə vaxt qaytaracağını soruşmuşdur. Əgər hədə-qorxuyla pul almış olsaydı, ondan borcu geri istəməzmişlər. Ona şəkillər də könüllü göndərilmiş, həmin şəkilləri isə o, heç bir sayta yerləşdirməmiş və belə bir niyyəti də olmamışdır. Zərərçəkmiş şəxs1 ondan şikayət etməsinin səbəbini bilmir. Çünki tutulana qədər onunla münasibəti yaxşı olmuşdur. Kamalə ona borc kimi pul vermiş, əlaqələri kəsildikdən sonra isə ondan şikayət etmişdir. Kamalə ilə yazışmalarında Kamalə ondan verdiyi pulu istəmiş, o da hazırda pulunun olmadığını və müəyyən vaxtdan sonra pulu qaytaracağını bildirmişdir. Lakin müstəntiq bu yazışmaları iş materiallarına əlavə etməmiş, yalnız ona sərf edən yazışmaları iş materiallarına əlavə etmişdir. O, Kamalə barəsində qeyri-etik sözlər dediyini etiraf edir, lakin başqa nə isə etmək niyyəti olmamışdır. Samirə Mehdiya isə Bakı şəhərində yaşamış və tanıdığı insandır. Onunla bir neçə dəfə oturub yemək də yemişdir. Ondan da eyni qaydada pulu borc kimi istəmişdir. Bunu Samirə özü də təsdiq edə bilər. O ondan pulunu istəmiş, hətta onlar bununla bağlı onunla görüşmüş və müəyyən vaxtdan sonra ona pulu qaytaracağını bildirmişdir. Samirə ondan şikayətçi olmamış, bu məsələ 1 il yarım əvvəl olmuş, lakin müstəntiq Samirəni Balakən RPŞ-yə çağırıb ondan şikayət etdirmişdir. Samirə ona demişdir ki, ondan şikayətçi olmayacaq və pulunu gözləyir, lakin müstəntiq yol xərcini də verəcəyini bildirərək onu polis şöbəsinə çağırmışdır. Zərərçəkmiş şəxslərin də hazırda ondan şikayətləri yoxdur. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandıraraq Təqsirləndirilən şəxs göstərmişdir ki, zərərçəkmiş şəxsləri əvvəllər tanımış və onlarla sosial şəbəkədə tanış olmuşdur. Zərərçəkmiş şəxslərin birini 1 il əvvəl, digərini isə 6-7 ay əvvəl tanımışdır. Zərərşəkmiş şəxslərlə ədavəti olmamışdır. Polisdə verdiyi ifadə ilə bağlı qeyd edir ki, o, dediyi sözlərin hamısı ifadəsində qeyd edilməmişdir. Polislər onu aldatmışdır. İlk dəfə ona bildirilmişdir ki, 182.1-ci maddə ilə ittiham olunur. Sonradan isə CM-in 182.2.2-ci maddəsi ilə ittiham verilmişdir. Müstəntiq ona demişdir ki, valideyinləri gəlmiş, haqq-hesab aparılmış və sənədlərə imza çəksin və prokurorluğa aparıb əgər razılıq olsa onu azad edəcəklər. Müstəntiq ona demişdir ki, yazsın ki, ona qarşı irəli sürülən itthamda özünü qismən təqsirli bilir. O, Samirədən borc almış və 2 gün sonra görüşüb dəniz kənarında yemək yemişdir. Hədə-qorxu gəldiyi insan isə onunla görüşməzmiş. Ola bilər ki, o, zərərçəkmiş şəxslərin pulunu gec qaytardığı üçün ondan şikayət etmişdir. İlk tanış olduqları vaxtlar Kamalədən pul istəməmişdir. O, sonradan Kamalədən borc istəmişdir. Kamalə problemlərinin olduğunu bilmiş və Bakıya gələndə pulunu qaytarmağını istəmişdir. Kamaləyə demişdir ki, ona borc pul lazım olsa verə bilər? Kamalədən pul istəyəndə ona borc verə biləcəyini demişdir. Kamaləyə 400 manat borcu olmuş, o isə ondan 2000 manat pul tələb etmişdir ki, şikayət ərizəsini geri götürsün. Əslində o ona hədə-qorxu gəlmişdir. Kamaləyə 2000 manat verilməsi ilə bağlı çek vardır. Samirədən bir dəfə borc istəmiş, lakin o, 1 gün ərzində 2-3 dəfəyə ona pul göndərmişdir. Ümumi istədiyi pul məbləği cəmi 600 manat olmuşdur. Samirədən borc alandan 2 gün sonra onunla və 1 dostu ilə dəniz kənarında yemək yemişlər. Samirə ilə yedikləri yeməyin pulunu özündə olan və Samirədən aldığı pullarla ödəmişdir. Samirənin ondan şikayət etməsi ilə bağlı qeyd edir ki, müstəntiq telefondan Samirənin ondan pul istədiyini görmüş və çağırıb ondan da şikayətçi olması barədə ərizə almışdır. Samirə ona demişdir ki, o, şikayətçi olmaq istəsə Balakəndə yox, Bakıda polisə şikayət edərdi. Samirəyə 1000 manat ödəmişdir. Belə ki, əslində həmin pul müstəntiqə verilib və müstəntiq demişdir ki, o, ərizəni geri götüzdürəcək və 1000 manat verməlidir. İnstagramda Kamaləyə məxsus pornoqrafik şəkillər olmamışdır. İnstagramdan o, Kamalənin şəkillərini götürməmişdir. Əksinə Kamalə “Whatsapp” proqramı vasitəsilə ona normal şəkillərini göndərmişdir. Heç vaxt Kamalənin prornoqrafik şəkilləri onda olmamışdır. Kamalədən pul aldığı vaxtdan nə qədər sonra ondan şikayətçi olduğunu dəqiq bilmir, lakin xatırlayır ki, pul alandan 1 ay sonra qaytarmağını istəmiş, o isə ödəyə bilməmişdir. Kamalə telefon krediti olduğunu demişdir. Əslində bəzən Kamalə ona zəng vurub 15-20 manat internet üçün pul istəmiş və bunun borcundan çıxılacağını demişdir. O da göndərmişdir. Yazışmalarında da bunlar təsdiq olunur. Kamalə ilə yazışmalarla bağlı qeyd edir ki, ona nalayiq sözlər demişdir. Lakin onun kiminsə şəklini hansısa saytda yerləşdirmək kimi niyyəti və hərəkəti olmamışdır. Pul almaq məqsədi ilə də bu sözləri deməmişdir. Ani əsəblə o, nalayiq ifadələr işlətmişdir. Kamalə bəzən görürmüş ki, başqası ilə danışır. Qısqanclıq olmasa da, ani əsəblə o, nalayiq sözlər demişdir. O, pul almaq məqsədi ilə yazmamışdır. Onlar sonra özləri də ona yazmışlar ki, o, əsəbləşib bu sözləri yazmışdır və o, belə bir insan deyildir. O, hədə-qoxu ilə pul alsaydı, ondan borcu geri istəməzmişlər. Kamalə ilə sevgi münasibətində olmuş, lakin onunla şəxsən görüşməmişdir. Kamalə ilə tanışlıqdan 4-5 ay sonra ehtiyacı olduğu üçün ondan pul istəmişdir. Hətta özü ona borc verə biləcəyini bir neçə dəfə demişdir. Kamalə özünün borclarının olduğunu ona bildirmişdir. Belə ki, ondan borc alandan sonra ona demişdir ki, telefonunun krediti var, pulu qaytarar. Kamalənin nə qədər əmək haqqı aldığını ona dediyini hazırda xatırlamır. Kamalədən 400 manat pul istəmişdir. O, ona gecə olduğu üçün 300 manat, sabahı gün isə 100 manat göndərmişdir. Zərərçəkmiş şəxs2 daha uzun müddət tanımışdır. Müstəntiq telefonuna gələn zəngləri, mesajları və danışıqları əldə edib baxış keçirərərkən Samirə ilə arasında olan pul məsələsini müəyyən etmişdir. Samirədən 600 manat borc almışdır və bunu 2-3 hissədə göndərmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslərdən birinə 400 manat əvəzinə 2000 manat, birinə isə 600 manat əvəzinə 1000 ödəniş olunmuşdur. Zərərçəkmiş şəxslərdən pulu borc kimi almışdır. O, Kamalə və Samirə ilə instagramda tanış olmuşdur. O, birinci Samirə ilə tanış olmuşdur. Kamalədən pul alanda artıq 5-6 aylıq münasibətləri olmuşdur. O, bir dəfə evlənmiş və həmin evlilikdən bir uşağı dünyaya gəlmişdir. Daha sonra isə boşanmış, uşağı isə anasının himayəsində yaşayır. O, ikinci dəfə ailə qurmuş, lakin bu evlilik rəsmiləşdirilməmişdir. İkinci dəfə ailə qurduğu şəxs Kamalə və ya Samirə olmamışdır. Kamalə ilə tanış olanda xüsusi bir niyyəti olmamışdır. O, pul alanda bunu aldatmaq və ya alıb geri verməmək məqsədilə etməmişdir. O, Kamalə pulunu istəyəndə onun başqa oğlanlarla danışması və bunu ona sübut edə bilmədiyi üçün ona əsəbləşib nalayiq sözlər demişdir. Pul verən adam pulunu geri istəyəndə onun əsəbləşməsi düzgün olmamış və Kamalənin başqa şəxslərlə əlaqəsinin olmasının ona aidiyyəti olmamalıdır. Kamalə ona zəng edib pul istəyib, o, isə hazırda pulu olmadığını bildirmişdir. Dəfələrlə ona zəng etdiyi üçün əsəbləşmişdir. Onun maşını var. Ona məxsus olan maşın Toyoto “Prius” markalı maşındır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dəfələrlə ifadə verərək yalnız Zərərçəkmiş şəxs1 qarşı törətmiş olduğu cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu, nəticəsini və həmin cinayət əməlini törətdiyini ətraflı şəkildə göstərməsinə baxmayaraq məhkəmə istintaqında təkcə Zərərçəkmiş şəxs2 qarşı deyil, habelə Zərərçəkmiş şəxs1 qarşı heç bir cinayət əməlini törətmədiyini zərərçəkmiş şəxslərlə yalnız borc münasibətinin olduğunu bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı cinayət törədərkən sonuncularla borc münasibətlərinin olması və onlardan hədə-qorxu ilə pul tələb etməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq və yaxud cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə istintaqında araşdırılmış sübutlara, o cümlədən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, cinayət işinin materiallarında olan çoxlu sayda sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də ona irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona hədə-qorxu gələrək pul tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxsla sosial şəbəkədə tanış olduqdan bir müddət sonra ona hədə-qorxu gəlməyə başlamış və pul tələb etmişdir. Nahidə öz şəklini atmışdır. Nahid növbəti dəfə ondan şəkil istədiyi zaman ona şəklini atmamışdır. Həmin vaxtdan sonra ondan şəklini silməsi üçün pul tələb etmişdir. O da şəklinin silinməsi üçün Nahidə pul göndərmişdir. Ancaq sabahısı gün Nahid təkrar ondan 500 manat pul tələb etmişdir. Bundan sonra onu polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs cəmi 1-2 şəkil atmışdır. Şəkillər normal şəkillər olmuşdur. Nahidlə tanışlıq baş vermişdir. O da ona şəklini atmışdır. Nahid ona ailə quracağı barədə heç nə deməmişdir. Onunla tanışma dönəmində olmuşlar. Nahid şəkillərinin silinməsi üçün ondan pul tələb etmişdir. Nahid demişdir ki, pul verməsə şəkillərini sosial şəbəkədə başlıqlarla yayacaqdır. Nahid pis şəkillər düzəltmək istəmişdir. O da bundan qorxaraq ona pul göndərmişdir. Nahid şəklin üstünə nəsə yazacağını deməmişdir. Nahid demişdir ki, şəklini pis formada düzəldib yayacaqdır. Nahidə bir dəfə 100 manat, bir dəfə də 300 manat pul göndərmişdir. Nahid gecəylə pulu ona göndərməyini bildirmişdir. O da məcbur qalıb gecə vaxtı müdirindən avans istəmişdir. Müdirinə pulu nə üçün istədiyini deməmişdir. Nahid demişdir ki, şəklini saytlarda paylaşacaqdır. Balakən şəhərində yaşayır. Nahid şəklini Balakən saytlarında paylaşacağını demişdir. Ona dəymiş ziyan ödənilmişdir. Nahidin ailəsi ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxslə barışmış və ondan şikayət və tələbi yoxdur. Nahidlə valideynlər barədə söhbət etməmişdir. Nahidlə özlərindən danışmışlar. Nahid ondan pul istəyib, o isə razı olmamışdır. Bundan sonra ona hədə-qorxu gəlmişdir. Pulu avans şəklində maaşından götürüb Nahidə vermişdir. Avans çəkmədən əvvəl ehtiyyatda olan pulu olmamışdır. Nahid onun işlədiyini bilirmiş. Ona görə ondan borc pul istəyirmiş. Nahidə göndərdiyi şəkil normal şəkil olmuşdur. Nahidə şəkil atmışdır. Telefonunun profilində şəkli olmamışdır. Nahid demişdir ki, ona pul göndərməsə şəklini sosial şəbəkədə paylaşacaqdır. O da səhərisi gün ona 100 manat bir, 300 manat bir olmaqla cəmi 400 manat pul göndərmişdir. Sonra Nahid şəklini siləcəyini qeyd etmişdir. Ancaq bir gün sonra ondan 500 manat pul tələb etmişdir. Bundan əlavə olaraq ona təhqiredici ifadələr işlətmişdir. Nahid demişdir ki, 500 manat göndərməsə şəklini paylaşacaqdır. O da Nahidi şikayət etmişdir. Ona heç kim şikayət etməyini bildirməmişdir. Artıq o, dərəcəyə çatmışdır ki, Nahidi şikayət etmişdir. Nahidlə özü tanış olmuşdur. Nahid ilk əvvəl onu narahat etməmişdir. Şəkildən sonra ondan pul tələb etməyə başlamışdır. Nahid ona səhifələr atırmış ki, şəklini başlıqlar yazıb paylaşacaqdır. O da fikirləşmişdir ki, Nahid başlıqlar yazıb şəklini paylaşa bilər. Nahid atası və qardaşı ilə onu təhdid etmişdir. Hətta xalası oğlunu və əmisi oğlunu tapıb səs yazılarını onlara atacağını demişdir. Nahid atasının iş yerini tapmışdır. Nahid ən son ondan 500 manat pul tələb etmişdir. Bu barədə müstəntiqə məlumat vermişdir. Nahid atası və qardaşı ilə onu təhdid edirmiş ki, onun əxlaqsız qadın olduğu barədə onlara məlumat verəcəkdir. Nahidin məqsədi pul olmuşdur. Nahidlə 15 gün tanış olmuşdur. Nahidlə şəxsi münasibətlər barədə söhbət etmişlər. Nahidlə ilk əvvəl tanış olmuş və bir-birlərinə iş yerləri barədə məlumat vermişdirlər. Pul istəmə mərhələsi Nahidlə telefon danışığından sonra baş vermişdir. Nahidlə 2-3 gündən sonra telefonla danışmağa başlamışdır. Nahidlə maaşı barədə söhbət etmişdir. Nahid 400 manat pulu ondan sırf şəkillərinə görə istəmişdir. Nahidə 400 manat verdikdən sonra, sabahısı gün ondan 500 manat pul tələb etmişdir. O da ondan pulu tapmaq üçün vaxt istəmişdir. Nahid israrla pulu ona həmin gün göndərməsini bildirmişdir. Nahid deyirmiş ki, pulu yoxdursa kimdənsə borc alıb göndərsin, maaşında həmin adama borcu verərmiş. Ya da deyirmiş ki, təkrar müdirindən avans istəsin. Ola bilsin ki, istintaq zamanı dediyini unutmuşdur. Nahidə 400 manat verdikdən sonra ondan 400 manat pul tələb etmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla sosial şəbəkədə tanış olmuşlar. Nahidlə normal münasibəti olmuşdur. Bir müddət danışdıqdan sonra profildə şəkli olmadığına görə, Nahidə bir ədəd şəkil atmışdır. Sonra şəklini silmişdir. Ancaq Nahid şəklinin ekran görüntüsünü almış və telefonunun yaddaşında saxlamışdır. Nahid kənarda pulunun olubolmadığını soruşmuş və ondan borc pul istəmişdir. O da ona tanımadığı insana pul verə bilməyəcəyini bildirmişdir. Bir-neçə gündən sonra Nahid ona atdığı şəkillə ona hədə-qorxu gəlmiş və ona demişdir ki, pul göndərməsə şəklini porno saytlarda və digər saytlarda əxlaqsız sözlərlə paylaşacaqdır. O da Nahidə 300 manat bir, 100 manatda bir pul göndərmişdir. Bir-neçə gün sonra gecə radələrində Nahid ondan təkrar 500 manat pul tələb etmişdir. Nahid dayanmadan ona zəng edir, “SMS”lər yazır və onu təhqir edərək, pul tələb edirmiş. Nahidə pulunun olmadığını bildirirmiş. Nahid isə haradan olur olsun ona pul tapıb göndərməyini qeyd edirmiş. Bundan sonra pul tapıb Nahidə 200 manat göndərmişdir. Nahid 600 manatı ona geri göndərəcəyini qeyd etmişdir. O da ona kart nömrəsini atmışdır. Bir-iki gün keçmiş, lakin Nahid pulunu göndərməmişdir. Bundan sonra Nahid təkrar ondan 500 manat pul tələb etmişdir. Nahid demişdir ki, ya 500 manat pul versin, yada ki, boynundakı qızılı versin. O da ona verməyəcəyini bildirmişdir. Sonra araya anası girmiş və Nahidlə danışıb pul tapmaq üçün möhlət istəmişdir. Nahid ona və ailəsini təhqir etməyə başlamışdır. Bundan sonra anası “102” qaynar xəttinə zəng etmiş və şikayət etmişdir. Sonra Nahid axşam üstü ona “SMS” yazmış, daha sonra zəng edib üzr istəmiş və müəyyən vaxt sonra pulu geri qaytaracağını bildirmişdir. Anası isə şikayəti geri çəkmişdir. Ancaq Nahid pulu geri qaytarmamışdır. Amma hazırda ona dəymiş maddi ziyan geri qaytarılmışdır. Nahidlə sosial şəbəkədə “İnstaqram”da tanış olmuşdur. Özü Bakı şəhərində yaşayır. Nahid ona “Socar”da işlədiyini bildirmiş və özünü imkanlı şəxs kimi tanıtmışdır. Nahid ilk əvvəl onunla çox gözəl danışır və düşüncələri normal olmuşdur. Nahid ona demişdir ki, kənarda olan pulunu ona göndərsin, istədiyi vaxt həmin pulu ona geri göndərəcəkdir. O da ona tanımadığı insana pul verməyəcəyini bildirmişdir. Həmin axşam Nahid şəkli ilə ona hədə-qorxu gələrək pul tələb etmişdir. Nahidə bir şəkil yollamışdır. Nahidə atdığı şəkil normal şəkil olmuşdur. Nahid demişdi ki, pul göndərməsə şəklinin altına əxlaqsız sözlər yazıb fərqli-fərqli saytlarda paylaşacaqdır. Nahidə başqa şəkil yollamamışdır. Nahidə cəmi bir şəkil göndərmiş və dərhal şəkli silmişdir. Fikrincə Nahid ona göndərdiyi şəklin ekran görüntüsünü almışdır. Çünki həmin şəkli ona göndərmişdir. Kənarda olan pulundan Nahidə pul vermişdir. Yazışmaları və pul qəbzlərini istintaqa təqdim etmişdir. Ona dəyən ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Ondan şikayət və tələbi yoxdur. Nahidlə bir dəfə görüşmüşdür. Nahidlə dəniz kənarına getmişdir. Həmin vaxt Nahidin dostuda yanında olmuşdur. Nahid həmin vaxt içkili olmuşdur. Sonra Nahidin dostu çıxıb getmişdir. Sonra Nahid dostuyla onu evə düşürmək istəmişdir. Nahid maşında ona əxlaqsız hərkətlər etmək istəyən zaman buna şərait yaratmamış və səsini yüksəltmişdir. Bir gün sonra Nahid maşında videokamera olduğunu bildirmiş və videogörüntünü əmisi oğluna atacağını bildirərək, ona hədə-qorxu gəlmişdir. Nahid ondan 500 manat tələb edəndən sonra anası məsələyə qarışmışdır. Anası şəxsən Nahidə zəng etmişdir. Bundan sonra Nahid anasını və onu təhqir etmişdir. Sonra anası “102” qaynar xəttinə zəng edib şikayət etmişdir. Nahid axşamı günü zəng edib üzr istəmişdir və pulu geri qaytaracağını bildirmişdir. Anası ona inanıb şikayəti geri çəkmiş, lakin Nahid pulu geri ödəməmişdir. Heç kimə şikayət etməmişdir. Nahidə “SMS”lər yazmışdır. “SMS”ləri polis əməkdaşları görüb, onu dəvət etmişdirlər. Nahid içkili olduğuna görə maşında ona qarşı əxlaqsız hərəkətlər etmişdir. Sonra səhvini başa düşmüş və ondan üzr istəmişdir. Ancaq 2 gündən sonra onu təhdid etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Nahidlə sevgili olmamışlar. Yəni o qədər dərinə getməmişlər. Nahid ona ailəli olduğunu deməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspertiza rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 yanvar 2024-cü il tarixli “raport”dan görünür ki, Zərərçəkmiş şəxs1 DİN –in 102 xidmətinə zəng vuraraq əvvəllər qeyri–rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs zəng edərək şəklini internet üzərindən paylaşacağı ilə hədə-qorxu gələrək pul tələb etməsinə narazılığını bildirdi (cild 01, iş vər. 04). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 yanar 2024-cü il tarixli Zərərçəkmiş şəxs1 balakən RPŞ-nə ünvanladığı ərizəsindən görünür ki, 10 gün əvvəl sosial şəbəkədə tanış olduğu özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onun foto şəkillərini sosial şəbəkədə paylaşacağı ilə hədə - qorxu gələrək ondan pul tələb etmiş və 400 (dörd yüz) manat pulunu ələ keçirmişdir (cild 01, iş vər. 05). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 yanvar 2024-cü il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 01 ədəd komnpakt diskdən görünür ki, ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs1 “whatsap” tətbiqi vasitəsi ilə çoxsaylı hədə-qorxu ilə pul tələb edilməsinə dair mesajlar olan yazışmaların fotoşəkilləri və eləcə də 07 ədəd səs yazıları olması müəyyən edilmişdir. Bundan başqa səs yazıları oxudulan zaman “mən də deyirəm ki, kartıvı at mənə, bilirəm də səndədi, mən də deyirəm ki, get onu da yolla, dünən dedim axı sənə” ; “bunu ay ürəyim əvvəldən sən niyə eləmirdinki, həqiqətən sənə halaldı belə izah edim də sənə halaldı, gedib o 100-ü də yolluyasan, olmayan yerdən gedib müdürə ağız açdın, əvvəl sadəcə inanmamışdım, sonra gördüm ki, Nahidi sevirsən, mən bunları gözəl görürəm, gecə 12-də müdürə ağız açdın, sən deyirsən məni pulsuz qoydun, mən səni pulsuz qoyaram heç?” ; “mən inanıram və görürəm pis olma” ; “yaxşı da pis olma, birdəki nə dedim sənə dedimki dur hazırlaş get özündəkini də yolla” ; “mən də səni itirmək istəmirəm, səni həqiqətən çox sevirəm, mənimsən səni həyat yoldaşım kimi görürəm, məndən sənə heç vaxt pislik gəlməz, amma bidənə bu sözümdən çıxma, get özündəkini də yolla təmiz ondan sonra özümü daha da gözəl ifadə edəcəm, görəsən ki, səni heç vaxt pulsuz qoymaram” ; “sən mənə söz vermişdinki, kredit də olsa götürəcəm, yaxşı, bilirdim axırınm bura gətirəsən həqiqətən sənə heçnə demirəm, sən məni axtarasan varyoxuna nəhlət elə bu dəqiqədən” ; “get sən də əlindən nə gəlir sən də onu elə görək kim udur” məzmunlu səsli mesajlar olduğu müəyyən edilmişdir (cild 01, iş vər. 10-37). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər.58). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 mart 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər 106). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 aprel 2024-cü il tarixli Balakən Rayon Məhkəməsinin 4(019)-11/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 mart 2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər. 135-137). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 aprel 2024-cü il tarixli Azərbacan Respublikası Sabirabad rayon İcra Hakimiyyəti ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası Cəfər Bağırov, anası Nuridə Bağırova olmaqla Sabirabad rayon Ulacalı kəndində qeydiyyatdadır və nümayəndəlik tərəfindən müsbət səciyyələndirilir (cild 01, iş vər.138-140). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2024-cü il tarixli Azercell MMC-nin xx.xx.2024-cü il tarixli, 5849 nömrəli məktubuna əlavə edilmiş CD diskdən və 13 aprel 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan, həmçinin ona əlavə edilmiş SMS mətnlərindən görünür ki, xx/xx/2024-cü il tarixdə **********80 saylı mobil nömrədən **********64 saylı mobil nömrəyə “Gör məni nə günlərə qoudun, İnterne vurmağa bele pulum yoxdu kartda” məzmunlu, xx/xx/2024-cü il tarixdə **********80 saylı mobil nömrədən **********64 saylı mobil nömrəyə “X2, Senin O puluvuda Tapacam. Elə bilme Boş diyaniram. Axşama tapsam Elə axsam belə göndərəcəm. Biri söz verənlər var Borc istemisem, Səbrin olsun, O pulu tapıb verəcəm sene rahat ol. Set Tutmur. Sən mənə soyc yazırsan Bəsti” məzmunlu, xx/xx/2024-cü il tarixdə **********64 saylı mobil nömrədən **********80 saylı mobil nömrəyə “Q*hbe bled meni ne dolamisan sen!!!!!!! internetin uje bitdi?!!!! menim mqbaytimla sen basqasi ile mazaxlawdin!!!!!” məzmunlu mesajların göndərilməsi, eləcə də “**********64_SMS.txt” adlı qovluq açıldıqda həmin qovluğun içərisində xx/xx/2024-cü il tarixdə **********74 saylı mobil nömrədən **********64 saylı mobil nömrəyə “Senin pulu qaytarmaq fikrin yoxdu?? Mene bir cavab denen, axiri pis olmamish! Cox alcaq hereket edirsen bilirsen da bunu? Kishiluye sigmayan hereketdi bu!” xx/xx/2024-cü il tarixdə isə “Sen nece mundar, alcaq, menliyi olmuyan birisen. Qorxaq, kishiliye sigmayan hereketler edirsen. Yaziq valideyinlerine senin kimi evladi var! PULU QAYTAR!!Qorxursan??” məzmunlu mesajların göndərilməsi müəyyən edilmişdir. Diskdəki digər qovluqlara baxış keçirildi və iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir (cild 01, iş vər. 86-87; 149-150). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 aprel 2024-cü il tarixli Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 sosial şəbəkədə tanış olduğu Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayında onun foto şəkillərini sosial şəbəkədə paylaşacağı ilə hədə-qorxu gələrək Zərərçəkmiş şəxs2 600 manat pulu ələ keçirmişdir (cild 01, iş vər.154). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa tədqim etdiyi CD diskdən və 27 aprel 2024-cü il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs2 “whatsap” tətbiqi vasitəsi ilə, eləcə də instagram sosial şəbəkəsi vasitəsi ilə hədə-qorxu ilə pul tələb edilməsinə dair çoxsaylı mesajlar olan yazışmaların fotoşəkilləri olması müəyyən edilmişdir. Həmçinin diskdə xx.xx.2023-cü il tarixdə saat 22:06-da 100 manat, həmin gün saat 22:21-də 300 manat pulun Unibanka məxsus 4098 5844 6475 1583 saylı kart hesabına köçürülməsi, xx.xx.2023-cü il tarixdə saat 14:19-da 200 manat manat məbləğində pulun Unibanka məxsus 4098 5844 6475 1583 saylı kart hesabına köçürülməsini əks etdirən qəbzlərin fotoşəkilləri olması müəyyən edilmişdir (cild 01, iş vər.170-187). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 aprel 2024-cü il tarixli "xxxx" ASC-nin HTİD-OUT-02930-2024 nömrəli məktubuna əlavə edilmiş CD diskdən və 01 may 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan "xxxx"a məxsus 4098 5844 6475 1583 saylı kart hesabına "xxxx" ASC məxsus kart hesabından 26 yanvar 2024-cü il tarixdə saat 09:04-də 300 manat, saat 09:45-də 100 manat pul köçürülməsi müəyyən edilmişdir (cild 01, iş vər. 224-225; 236- 242). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 aprel 2024-cü il tarixli məhkəmə kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 225 nömrəli rəyindən görünür ki, Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert komissiyası belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. Bunu cinayət işi materiallan, həmin cinayət işindəki sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri {müayinə zamanı ünsiyyətə həvəslə daxil olması, bu zaman verilən suallara ətraflı və ardıcıl cavablar verməsi, keçirilən ekspertizanın məqsədini və mahiyyətini düzgün başa düşərək onun nəticəsinə maraq göstərməsi, hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, kəksin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar olunmaması, onda əsəbiliyə meyillilik müşahidə edilməsi, qavrama, yaddaş, təfəkkür və intellekt pozuntularının müəyyən olmaması, müdafiə olunaraq hər hansı cinayət əməli törətmədiyini bildirməsi və s.) sübut edir. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı apanlmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: a. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi müşahidə müşahidə edilmədiyindən o, ona şamil edilən ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. b. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur (cild 01, iş vər. 249-252). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardadan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 01 ədəd, Zərərçəkmiş şəxs2 Raqif qızı tərəfindən təqdim edilmiş 1 ədəd, "xxxx" ASC-nin HTD-OUT-02930-2024 nömrəli məktubuna əlavə edilmiş 1 ədəd, DİN-in BİKİ-indən 20/1-5021m saylı məktuba əlavə edilmiş 1 ədəd, "xxxx" MMC-in 5849 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd və "xxxx" ASC-dən 2024/111/12227 nömrəli məktuba əlavə edilmiş 01 ədəd kompaq disklər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut əhəmiyyəti daşıdığından iş materiallarına saxlanılması nəzərə alınması qərara alınmışıdır (cild 01, iş vər. 261-271). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 dekabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, cinayət işi üzrə ona dəymiş maddi ziyan ödənilmiş, o, Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 dekabr 2024-ci il tarixli Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, cinayət işi üzrə ona dəymiş zərər ödənilmiş, ona görə də Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayət tələbin yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsə onun əleyhinə olan sübutlara etiraz etmək, həmin sübutları və ittihamı bütövlükdə mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirmiş və məhkəmə istintaqında müdafiə tərəfi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üstüstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlardan görünür ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə “instaqram” sosial şəbəkəsində tanış olmuş və bu tanışlığı “whatsapp” ani mesajlaşma mübabadilə sistemi vasitəsi ilə davam etdirmiş və zərərçəkmiş şəxslərlə münasibət qurmuşdur. Qeyd edilən halı məhkəmə istintaqında cinayət işinin tərəfləri mübahisələndirməmiş, həm ibtidai istintaq dövrü, həm də məhkəmə istintaqında zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxsin vermiş olduqları ifadələri əsasında tam şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə tanışlıqdan sonra o, zərəçəkmiş şəxslə bir müddət normal münasibət yaratmışdır. Zərərçəkmiş şəxsin sosial hesabında profil şəkli olmadığına görə Təqsirləndirilən şəxs bir ədəd şəkil göndərmişdir. Təqsirləndirilən şəxs pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs2 ehtiyat pulunun olub-olmadığını soruşmuş və Samirə ona 400 manat pulu olduğunu bildirmiş və Təqsirləndirilən şəxs Samirədən 400 manat borc verməyini xahiş etmiş, lakin Zərərçəkmiş şəxs2 onu tanımadığı üçün ona borc verməkdən imtina etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona atdığı şəkillə ona hədəqorxu gələrək pul göndərməzsə şəklini porno saytlarda və digər saytlarda əxlaqsız sözlərlə paylaşacağını bildirmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs bu hədələrini real qəbul edərək onun belə tələblərindən sonra ona xx.xx.2023-cü il tarixdə 300 (üç yüz) manat və 100 (bir yüz) manat yollamış, həmçinin xx.xx.2023-cü il tarixdə ona 200 (iki yüz) manat pulu göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs eyni niyyət ilə Zərərçəkmiş şəxs2 23 avqust 2023-cü il tarixdə saat 14 radələrində eyni hədə ilə əhatə olunan 600 manat məbləğində pulu özünün kart hesabına köçürtməsini hədə-qorxu ilə tələb etmişdir. Habelə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla sosial şəbəkədə tanış olduqdan bir müddət sonra ona öz şəklini atmışdır. Təqsirləndirilən şəxs cəmi 1-2 şəkil atmışdır. Şəkillər normal şəkillər olmuşdur. Nahid növbəti dəfə ondan şəkil istədiyi zaman ona şəklini atmamışdır. Təqsirləndirilən şəxs şəkillərinin silinməsi üçün ondan pul tələb etmiş və Nahid ona demişdir ki, pul verməsə şəkillərini sosial şəbəkədə başlıqlarla yayacaqdır. Nahid demişdir ki, şəklini pis formada düzəldib yayacaqdır. Nahid pis şəkillər düzəltmək istəyirmiş. O da bundan qorxaraq ona pul göndərmək məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs bir dəfə 100 manat, bir dəfə də 300 manat pul göndərmişdir. Nahid gecəylə pulu ona göndərməyini bildirmişdir. O da məcbur qalıb gecə vaxtı müdirindən avans istəyərək ona pul göndərmişdir. O da şəklinin silinməsi üçün Nahidə pul göndərmişdir. Ancaq sabahısı gün Təqsirləndirilən şəxs təkrar ondan 400 manat pul tələb etmişdir. Bundan sonra onu polis şöbəsinə şikayət etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı ayrı-ayrılıqda zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə cinayətini törətməsi nəticəsinə gələrkən cinayət əməlinin törədilməsi üsulu və mexanizminə xüsusi diqqət yetirmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində niyyətinin zərərçəkmiş şəxslərin əmlakını hədə qorxu ilə ələ keçirmək olmadığını, həmin vaxt onlardan borc aldığını və maddi imkanının olmaması ilə əlaqədar borcunu qaytara bilməməsi, bununlada zərərçəkmiş şəxslərə qarşı onların haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə cinayəti törətmədiyini bildirsə də, onun hərəkətləri, yəni zərərçəkmiş şəxslərlə münasibət yaradaraq onların şəkillərini əldə etdikdən sonra zərərçəkmiş şəxslərin şəkillərini internet şəbəkəsi üzərindən müxtəlif saytlarda yerləşdirməsi hədəsi ilə onlardan pul tələb etməsi və onları hədənin real olmasına inandırması olmuşdur. Eyni zamanda cinayət işi üzrə maddi sübut qismində çıxış edən səs yazıları, mesajlar, qarşılıqlı yazışmalar və zərərçəkmiş şəxslər ilə Təqsirləndirilən şəxs ayrıayrılıqda yazışmaları ona dəlalət edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı onlar haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlaklarını hədə-qorxu ilə tələb etmək cinayəti törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs öz hərəkətlərinin ictimai təhlükəliliyini, həmin hərəkətlərinin ictimai təhlükəli nəticələr doğuracağını dərk etmiş, həmin hərəkəti törətməyi və hərəkətin doğuracağı ictimai təhlükəli nəticəni arzu etmiş, həmçinin həmin hərəkəti etməyə qətiyyət yaradan, hərəkətində maddiləşmiş və dərk etmiş olduğu marağına və məqsədinə doğu istiqamətlənmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 oktyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. "Hədə–qorxu ilə tələb etmə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 dekabr 198-ci il tarixli, 02 saylı qərarının 2ci bəndində göstərilir ki, hədə-qorxu ilə tələb etmənin soyğunçuluqdan və quldurluqdan fərqləndirilməsi məsələsini həll edərkən nəzərə alınmalıdır ki, əgər zor tətbiq etmə soyğunçuluq və quldurluqda əmlakı ələ keçirmə və yaxud onu əldə saxlama üsuludursa, zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmədə bu hədənin təsirini gücləndirmə vasitəsidir. Həmin qərarın 3-cü bəndinin 2-ci abzastında həmçinin göstərilir ki, rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olubolmaması əhəmiyyət kəsb etmir. Həmçinin qeyd edilən qərarın 4-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində göstərilmiş cinayətlərdən hər hansı birini törətmiş, lakin həmin cinayətə görə məhkum edilməmiş və cinayət məsuliyyətindən azad edilməmiş şəxs əvvəl törədilən cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyi halda hədə-qorxu ilə tələb etmə cinayətini törədərsə, bu halda birinci əməl (əgər əvvəlki əməl CM-in 182.1-ci maddəsi ilə ehtiva olunan cinayət deyilsə) Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə, hədəqorxu ilə tələb etmə isə cinayətlərin təkrar törədilməsi əlaməti üzrə - Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, yəni bu cinayətlərin məcmusu kimi tövsif edilməlidir. Bir və ya bir neçə şəxsə qarşı yönəlmiş əmlakı və yaxud ona olan hüququ və yaxud əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini dəfələrlə tələb etmə, əgər bu tələblər vahid qəsdlə əhatə olunmuşsa və eyni bir əmlakın (eyni bir əmlaka olan hüququn) ələ keçirilməsinə, əmlak xarakteri daşıyan eyni bir hərəkətin yerinə yetirilməsinə yönəlmişsə, bu halda əməl təkrar hədə-qorxu ilə tələb etmə kimi tövsif edilə bilməz. Sözügedən qərarın 7-ci bəndinin 4-cü abzastında göstərilir ki, təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrı-ayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində CM-in 182.2-ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə CM-in 182.2.2-ci, habelə həmin tövsifedici əlamətləri nəzərdə tutan CM-in 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmiş və həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri başa çatmış cinayətdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi üzrə sanksiyasının aşağı həddində ədalətli şəkildə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, onun cavan olmasını, himayəsində bir az yaşlı uşağın olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onunla barışdığını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsini (Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddlərə) və onların ona qarşı şikayət və tələbinin olmadığını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödədikdə (Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddlərə) və təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Yuxarıda göstərilən halları və maddi hüquq nomaların imperativ tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona məhkəmə tərəfindən təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməlidir. Qanunun bu tələbi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub cinayət işi materiallarında saxlanılan Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 01 ədəd, Zərərçəkmiş şəxs2 Raqif qızı tərəfindən təqdim edilmiş 1 ədəd, "xxxx" ASC-nin HTD-OUT-02930-2024 nömrəli məktubuna əlavə edilmiş 1 ədəd, DİN-in BİKİ-indən 20/1-5021m saylı məktuba əlavə edilmiş 1 ədəd, "xxxx" MMC-in 5849 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd və "xxxx" ASC-dən 2024/111/12227 nömrəli məktuba əlavə edilmiş 01 ədəd kompaq disklər cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə üzrə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olmaqla cinayət işinin materiallarında saxlanılan Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 01 ədəd, Zərərçəkmiş şəxs2 Raqif qızı tərəfindən təqdim edilmiş 1 ədəd, "xxxx" ASC-nin HTD-OUT- 02930-2024 nömrəli məktubuna əlavə edilmiş 1 ədəd, DİN-in BİKİ-indən 20/1-5021m saylı məktuba əlavə edilmiş 1 ədəd, "xxxx" MMC-in 5849 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd və "xxxx" ASC-dən 2024/111/12227 nömrəli məktuba əlavə edilmiş 01 ədəd kompakt disklərin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Rafail Əliyev Hakimlər Tural Əfəndizadə Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-45/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-45/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver