Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-46/2021 03.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu ( sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Msayev Fuad Möhübbət oğlu, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Mustafayev Dəyanət Musa oğlu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxx 1996-cı ildə Yevlax rayonu Aşağı Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, Yevlax rayonu Aşağı Qarxun kəndində qeydiyyatda olmaqla həbs edilənə kimi həmin ünvanda yaşamış, 12.iyul 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə saat 10:00 radələrində həmkəndlisi, Zərərçəkmiş şəxs ilə aralarında 10 manata nisyə satdığı istintaqla müəyyən edilməyən mobil telefonun pulunun verilməməsinə görə Yevlax rayonunun Aşağı Qarxun kəndində yerləşən orta məktəbin həyətində baş vermiş mübahisə zamanı yaşadığı Yevlax rayonunun Aşağı Qarxun kəndindəki evinin həyətində olan stolun üstündən əvvəlcədən götürdüyü dəmir qayçı ilə Zərərçəkmiş şəxs boyun və qalça nahiyəsinə ümumilikdə iki dəfə qəsdən vuraraq ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran sağ qalça çuxuru nahiyəsinin qarın boşluğuna nüfuz edən, qalxan çəmbər bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası xəsarəti və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol qulaqarxası nahiyənin kəsilmiş yarası xəsarəti yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona verilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayının 10-da Zərərçəkmiş şəxs Rafiq oğluna 10 manata nisyə mobil telefon satmış, Asif isə yaxın vaxtda həmin pulu verəcəyini bildirmişdir. xx.xx.2020-ci ildə saat 09:20 radələrində o yaşadığı Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən ərzaq mağazasının qarşısında Asif ilə görüşmüş, ondan pulunu istəmiş, Asif isə pulu olmadığı üçün verə bilmədiyini, yaxın vaxtda düzəldib verəcəyini bildirmişdir. Asifə gözləməsini, mağazadan aldığı əşyaları evə qoyub qayıdacağını bildirmiş və gedib əşyaları evə qoyub stolun üstündə olan qırılmış vəziyyətdə olan qayçını götürüb qayıtmışdır. Qayçını götürməkdə məqsədi özümü qorumaq olmuşdur. Asiflə birlikdə söhbət etmək üçün Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən orta məktəbin arxasına-stadionun yanına getmişlər. Stadionun yanında yenidən telefonun pulunun verilməsi üstündə Asiflə danışmağa başlamış, Asiflə danışan zaman aralarında mübahisə yaranmış, sözləri uyğun gəlməmiş və Asif onu qolundan tutaraq sıxmış, o da sağ əli ilə şalvarının kəmərinin altında saxladığı qayçını çıxararaq ilk öncə onun boyun nahiyəsinə, daha sonra qarın nahiyəsinə ümumilikdə qayçı ilə 2 zərbə vurmuş, Asifi vurduqdan sonra Asif boynundan və qarnından qan axdığını görüb şoka düşmüş, Asifin qoluna girib onu evinə aparmış, Asifi vurduğu qayçını evin hazır olmayan otağında olan dəmir borunun içinə atmış, evinin otaqların birində Asifi çarpayıya uzadıb onun yaralarını əski ilə silmiş, Asifin qanaxmasının çoxaldığını görüb Yevlax şəhərinə gəlmiş və qanaxmanı dayandıran dərmanlardan alıb yenidən evə qayıtmış, həmin dərmanları Asifin yarasının üstünə qoymuş, saat təxminən 23:30 radələrində evdə olan zaman Asifin mobil telefonla danışdığını görmüş, Asifdən kiminlə danışdığını soruşduqda Asif atası ilə danışdığını və atasını çağırdığını bildirmiş, biraz sonra Asifin atası onlara gəlmiş və Asifi götürüb xəstəxanaya aparmışdır. xx.xx.2020-ci ildə saat təxminən 03 radələrində polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş, ona polis şöbəsinə aparmışlar. Zərərçəkmiş şəxs ilə barışmışdır. Tutduğu əməldən peşmandır. Zərər çəkmiş Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə Təqsirləndirilən şəxs 10 manata nisyə mobil telefon vermiş, pulunu 3-4 günə verəcəyini bildirmişdir. xx.xx.2020-ci ildə saat 09:30 radələrində Əlinin yaşadığı Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən mağazadan çıxdığını görmüş, ondan aldığı mobil telefonun pulunu verməməsinin səbəbini soruşmuş, Əli də mobil telefonun pulunu nə vaxt verəcəyini bilmədiyini demişdir. Əliyə “dünən yəni xx.xx.2020-ci ildə telefon alarkən pulu 3-4 saata çatdıracağını bildrmişdir, niyə görə pulu vermirsən?” sözlərini demiş, Əli də pulu verməyəcəyini bildirdikdə onlar bu məsələni söhbət edərək həll edəcəyi barədə razılaşmış, Əlinin əlində mağazadan aldığı əşyalar olduğuna görə o həmin əşyaları evə qoyduqdan sonra onunla söhbət edəcəyini deyərək ona evlərinin yanında küçədə gözləməsini bildirmişdir. Əli gəldikdən sonra söhbət etmək üçün Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən orta məktəbin həyətinə getmişlər. Orada Əlidən yenidən mobil telefonun pulunu istəmiş, Əli yenidən eyni sözləri təkrarlamış, onların arasında mübahisə yaranmış. mübahisə zamanı Əlinin qolundan tutmuş, Əli də onu vurmaq istədiyini düşünüb şalvarından çıxardığı qayçı ilə ilk öncə onun boyun nahiyəsinə daha sonra isə qarın nahiyəsinə zərbə vurmuşdur. Əli onun boynundan və qarnından qan axdığını görüb dayanmış, onun qoluna girib evlərinə aparmış, evlərində olan otaqların birində çarpayıda onu uzandırıb su vermiş, xx.xx.2020-ci il saat 22 radələrinədək ona qulluq etdikdən sonra ağrılara dözə bilmədiyi üçün atası Şahid1 zəng etmiş və yaralı vəziyyətdə Əlinin evində olduğunu bildirmiş, bir az sonra atası Şahid1 anası Şahid2 ilə birlikdə Əlinin evinə gəlmiş və onu Yevlax ŞMX-na gətirmişlər. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 01:00 radələrində oğlu Asif ona zəng edərək yaralı vəziyyətdə Təqsirləndirilən şəxs evində olduğunu bildirmiş, həyat yoldaşı Raziyə ilə gedib Asifi xəstəxanaya aparmışlır. Şahid qismində dindirilmiş Şahid2 məhkəmədə şahid R.Süleymanlının ifadəsinə uyğun ifadə vermişdir. İşə əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 408 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq və s.) aşkar edilmədi. Məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 407 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ qalça çuxuru nahiyəsinin qarın boşluğuna nüfuz edən, qalxan çəmbər bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. Sol qulaqarxası nahiyənin kəsilmiş yarası deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Hər iki xəsarətin əmələgəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Kompeks məhkəmə, trasoloji və soyuq silah ekspertizasının xx.xx.2020-ci il tarixli 740/2020-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ aşağı nahiyəsində bir ədəd, köynəyin arxa səthinin sağ yuxarı nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli deşici kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ nahiyəsində iki ədəd, köynəyin arxa səthinin sol yuxarı saniyəsində yeddi ədəd aşkar edilmiş deşilmiş zədələr küt ucu və ülgücü kafi itilikdə olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Eskpertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın ön sağ yuxarı səthində bir ədəd cırılma zədəsi aşkar olundu. Bu cırılma şalvarın müvafiq nahiyəsinin hər-hansı əşyaya ilişib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin arxa səthinin sağ aşağı nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş döşək ağı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş qayçı zavod üsulu ilə hazırlanmış məişət-təsərrüfat təyinatlı qayçıdır və soyuq silah hesab olunmur. Qayçının dəstəyi üzərində sonradan onun təyinatını dəyişəcək heç bir əlavə və dəyişiklik edilməmişdir. Kompeks məhkəmə, trasoloji və soyuq silah ekspertizasının xx.xx.2020-ci il tarixli 740/2020-MTBŞ saylı rəyindən görünür ki, X2 ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H (İİ).- Ekspertizaya təqdim edilmiş Şahid1 təqdim etdiyi şalvar və döşək ağı, Təqsirləndirilən şəxs uzunqol köynəyi, bir ədəd pambıq topasına hopdurulmuş nümunə və qayçı üzərində insan ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri, Şahid1 təqdim etdiyi döşək ağı və bir ədəd pambıq topasına hopdurulmuş nümunədə həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta/H (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Şahid1 təqdim etdiyi qısaqol köynək üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Gəncə şəhər rayonlararası psixonevroloji dispanserinin xx xxxxxxxx 2020-ci il tarixli 547 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X3 rayon Narkoloji Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 1015 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs narkomaniya (çətənə) diaqnozu ilə həmin kabinetdə qeydiyyatda durur. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 126.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. İş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmış, razılıq əldə etmişdir. Zərərçəkmiş şəxin heç bir tələbi və şikayəti yoxdur. Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən məhkəmə həmin halları Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə əməli cinayətin residivini yaradır ki, bu da CXM-nin 61ci maddəsinə əasən onun cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər törətmiş olduğu cinayətlərin sayını, xarakterini ictimai təhlükəliliyini, təyin edilmiş cəzanın onun islah olunmasına yetərli olmamasının səbəblərini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Cəza təyini zamanı isə CM-nin 65-cı maddəsinin “təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz” müddəası nəzərə alınır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vəsaitləri olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2020-ci ildə şübhəli şəxs kimi saxlanmış, 13 iyun 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Faktiki olaraq Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə olmuşdur. Onun ibtidai araşdırma zamanı həbsdə olduğu müddət təyin ediləcək cəzaya hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Ekspertiza xərci, mülki iddia yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351, 353-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablansın . Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan, yəni xx xxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X9 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-46/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-46/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver