Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-46/2022 11.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X12 müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1987-ci ildə Naxçıvan MR Naxçıvan şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Yevlax rayonu Yuxarı Qarxun kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə etməklə 2021-ci ilin mart ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonunun Yuxarı Qarxun kəndində yerləşən yaşadığı evin həyətində 9 ədədi torpaqla doldurulmuş dibçəklərdə və 16 ədədi torpaq üzərində olmaqla qanunsuz olaraq əkib ümumilikdə külli miqdarda 25 (iyirmi beş) ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, istintaqla müəyyən edilməyən gündə və saatda həmin çətənə (kannabis) bitkilərindən ümumi çəkisi 144.58 qram olan 8 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrini toplamış, istintaqla müəyyən edilməyən gündə və saatda həmin çətənə bitkilərinin yarpaqlarından satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 232,54 qram narkotik vasitə olan qurudulmamış marixuana əldə edərək həyətində masanın üzərinə sərərək saxlamış, 04 avqust 2021-ci il tarixdə saat 10:00-da Yevlax RPŞ-nin əməkdaşları tərəfindən aqronomun iştirakı və video çəkilişlə keçirilmiş təxirəsalınmaz baxış nəticəsində Ramin İsayevin həmin yaşadığı evin həyətində 9 ədədi torpaqla doldurulmuş dibçəklərdə və 16 ədədi torpaq üzərində olmaqla kultivasiya etdiyi ümumilikdə külli miqdarda narkotik tərkibli cəmi 25 (iyirmi beş) ədəd hündürlükləri 40 sm-dən 230 sm-dək ümumi çəkisi 11 kq 780 qram olan çətənə (kannabis) bitkiləri, həmin çətənə (kannabis) bitkilərindən topladığı ümumi çəkisi 144.58 qram olan 8 ədəd əkilibbecərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri və həmin bitkilərdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı ümumi çəkisi 232,54 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.2.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun qulağına səslər gəlməklə həmin səslər ona narkotik tərkibli bitkiləri əkməsini demiş, buna görə də həyətində aşkar olunmuş narkotik tərkibli çətənə bitkilərini əkmişdir. 04 avqust 2021-ci il tarixdə biri xidməti, digəri isə mülki geyimdə olmaqla iki nəfər polis əməkdaşları onun yaşadığı evə gələrək narkotik tərkibli bitkilər əkdiyini bildirmiş, polislərə sonuncuların axtardığı yerə narkotik tərkibli bitkilər əkmədiyini, ona gələn səslərin təsiri altında əkdiyi narkotik tərkibli bitkilərin yerini göstərmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, narkotik vasitə olan marixuana istifadə etməklə həmin narkotik vasitəni yaşadığı kəndin ərazisindən yabanı halda bitmiş çətənə bitkilərindən yığmışdır. 2020-ci ilin sentiyabr ayının əvvəllərində «Kür» çayından balıq tutmağa gedərkən orada yabanı halda bitmiş çətənə bitkisindən 35 ədəd toxum yığaraq gələcəkdə əkmək üçün evlərinə gətirmişdir. 2021-ci ilin mart ayının əvvəllərində həmin toxumları yaşadığı evin həyətində əkmiş və həmin toxumlardan 25 ədədi ədədi bitmişdir. Bitmiş şitillərin dibinə suvarmaq üçün arx çəkmiş, peyin vermişdir. Şitillər təxminən 40 sm 2 metir hündürlüyə boy atmış, həmin ağacların yarpaqlarından toplayıb qurudaraq istifadə etməyə başlamışdır. 04 avqust 2021-ci il tarixdə saat 10 radələrində evdə olduğu vaxt Yevlax rayon Polis Şöbəsinin əməkdaşları gələкэл onun həyətyanı sahəsinə onun razılığı əsasında video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı həyatyanı sahədə əkib-becərdiyi 25 ədəd çətənə bitkiləri və həmin bitkilərdən qurutmaq üçün yığıb orda olan masanın üzərində saxladığı kütlə aşkar edilmişdir. Baxışdan sonra polis əməkdaşları həmin bitkiləri qablaşıraraq götürmüşlər. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 04 avqust 2021-ci il tarixdə Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi və narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasda yaradılmış əməliyyat qrupu və Yevlax rayonu X10 rəisi X6 ilə birlikdə 04 avqust 2021-ci il tarixdə saat 10 radələrində Ramil İsyaevin yaşadığı Yevlax rayonu Yuxarı Qarxun kəndinə getmişlər. Ramil İsyaevin özünün razılığına əsasən video çəkilişlə birlikdə evin həyatyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədə 25 ədəd çətənə bitkiləri və bitkilərin yanındakı masanın üzərində isə Ramilin qurutmaq üçün yığdığı yaş halda çətənə bitkilərinin hissələri və marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin bitkilərin dibi yumşaldılmış, ətrafı digər alaq otlarından təmizlənərək sulanmış halda olmuşdur. Aşkar edilmiş həmin bitklərin kolları kökündən çıxarılmış torbalara qoyularaq masanın üzərində olan marixuanaya oxşar kütlə ilə birlikdə birlikdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax rayon X16 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən X5 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsustları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 04 avqust 2021-ci il tarixli 17/574 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş 25 ədəd hündürüklər 40 sm-dən 230 sm-dək yaş vəziyyətdə ümumi çəkisi 11 kq 780 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 1 ədəd göy rəngli sellofan torbanın içərisində 08 ədəd hündürükləri 41 sm-dən 124 sm-dək nəm vəziyyətdə ümumi çəkisi 144,58 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin hissələridir. Həmçinin ümumi çəkisi 232,54 qram nəm vəziyyətdə olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 02 noyabr 2021-ci il tarixli 1314 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş stasionar məhkəmə-psixiatrik ekspertizasının 28.01.2022-ci il tarixli 227 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik yoxdur. Onda hər hansı psixi xəstəlik əlaməti müəyyən olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğuna görə anlaqlı hesab edilməlidir. Onun əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmüşdür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra hər hansı formada psixi pozuntuya düçar olmamışdır. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək iqtidarındadır. Hal-hazırki psixi vəziyyətinə görə özünə və yaxud başqa şəxslərə zərər yetirməsi təhlükəsi yoxdur. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, törətdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, törətdiyi hadisə barəsində istintaqa düzgün ifadə vermək və digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Onun hazırki psixi durumu gələcəkdə təyin edilə biləcək azadlıqdan məhrum etmə cəzasını çəkməyə imkan verir. Təqsirləndirilən şəxs onun barəsində cəza təyin olunmasını və yaxud icrasını istisna edə biləcək heç bir psixi pozuntudan əziyyət çəkmir. Onda psixiatrik nöqteyi-nəzərdən simulyativ davranış, narkoloji nöqteyi-nəzərdən kannabinoid tipli narkotik vasitədən asılılıq əlamətləri müşahidə edilir. Onun kannabinoid tipli narkotik vasitədən mütəmadi istifadə etdiyinin nəzərə alınması və müvafiq profilaktik tədbirlərin görülməsi zəruridir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edlimiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən 25 ədəd narkotik tərkibli çətənə bitkiləri, masanın üzərindən 8 ədəd çətənə bitkilərinin hissələri və 232.54 qram qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş 04 avqust 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1155-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 05 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X7 rayon Narkoloji Kabinetindən alınmış 25 sentyabr 2021-ci il tarixli 1770 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X2 rayon Psixonevroloji Kabinetindən alınmış 25 sentyabr 2021-ci il tarixli 2225 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixo-nevroloji kabinetdə dispanser müşahidəsində dayanmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Qarxun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1 və 237.2.3-cü maddələrinə tövsifi ilə razılaşır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini hansısa “səslərin” təsiri altında əkdiyini göstərməsinə dair ifadəsində göstərdiklərini məsuliyyətdən yayınmaq üçün özünü müafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə iş üzrə təyin edilmiş stasionar məhkəmə psixiatrik ekspertizasının rəyi və iş materiallarında olan digər sənədlər əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini CMin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi həbsə alındığı 04 avqust 2021-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplansın, Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 04 avqust 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan 25 ədəd çətənə bitkiləri, 8 ədəd ümumi çəkisi 114,42 qram çətənə bitkilərinin hissələri və ümumi çəkisi 232,49 qram olan qurudulmamış marixuana məhv edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-46/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-46/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver