Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-46/2025 30.07.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), X41 və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X13, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafəçisi Ağdaş Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1996-cı il təvəllüdlü, Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(014)-21/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək qəti olaraq 8 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda həmin cəzanı çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ağdaş şəhəri, H.Hacıyev küçəsində nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.2 və 240.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə, satış məqsədi ilə xeyli miqdarda 0,697 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və xeyli miqdarda 0,336 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı Ağdaş şəhəri, H.Hacıyev küçəsində yerləşən nömrəsiz evdə saxlamış, xx.xx.2024-cü il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 15:45-dən 16:14-dək həmin evə keçirilmiş baxış zamanı yataq otağındakı dolabın üzərindən 03 ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi 0,697 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,230 qram, 0,228 qram və 0,239 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,336 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd işlək vəziyyətdə qara rəngli üzərində cüzi miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin hissəcikləri olan elektron tərəzi, 01 ədəd üzərində cüzi miqdarda psixotrop maddə metamfetamin hissəcikləri olan şüşə elektrik lampasının başlığı, 01 ədəd üzərində cüzi miqdarda narkotik vasitə heorinin hissəcikləri olan şüşə elektrik lampasının başlığı, 01 ədəd 1 manatlıq pul əsginasından hazırlanmış içərisində cüzi miqdarda psixotrop maddə metamfetmin hissəcikləri olan boruşəkilli bükülü aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə, təkrarən satış məqsədi ilə xeyli miqdarda 1,786 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 0,076 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, habelə xeyli miqdarda tərkibində ümumilikdə 1.2 qram narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edici preqabalin olan 04 ədəd üzərlərində “P 300” yazılmış dərman kapsullarını satış məqsədilə qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2024-cü il tarixdə saat 22:20 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, H.Hacıyev küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev, 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 22:45-dən 23:21-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qolsuz gödəkcənin sağ yan cibində olan dəmir qutunun içərisindən 01 ədəd sellofan və 01 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 1,786 qram, ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 1,624 qram və 0,162 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, tərkibində ümumilikdə 1.2 qram narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edici preqabalin olan 04 ədəd üzərlərində “P 300” yazılmış dərman kapsullarını və 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,076 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd 1 manatlıq pul əsginasından hazırlanmış içərisində cüzi miqdarda psixotrop maddə metamfetmin hissəcikləri olan boruşəkilli bükülü aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qisimdə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, əməliyyat olunduqdan sonra ayağında ağrıları olmuşdur. Xəstəxanada ximya götürmək üçün gözlədiyi zaman bir nəfər onun yanına yaxınlaşmış və onlar bir qədər söhbət etmişlər. Həmin şəxs onda olan ağrıların kəsilməsi üçün ona kömək edə biləcəyini bildirmişdir. Belə olub o, narkotik vasitə almışdır. Daha sonra, o rayona gəlmişdir. O, evdə tualetdə olan zaman onu tutmuşlar. Bundan sonra həyətlərində polis əməkdaşlarının olduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, tərəzini narkotik vasitəni istifadə edən zaman normasını müəyyən etmək üçün saxlamışdır. O, hər gün yarım qramdan az miqdarda narkotik vasitə istifadə edirmiş. O, hər gün 2-3 dəfə narkotik vasitəni yuxudan oyanan zaman və ağrıları olanda istifadə edirmiş. Psixotrop maddəni də ağrıdığı üçün istifadə etmişdir. Tramodolu həkim reseptinə əsasən verirlər. Lakin bunun miqdarı az olduğu üçün digər vasitələrdən də istifadə etməli olmuşdur. Narkotik vasitənin aşkar olunduğu adsız nömrəli ev rəhmətlik əmisinin evi olmuşdur. Evə baxış keçiriləndə ərizə yazmamışdır. ***-***-**-** mobil nömrə ona məxsus olmuşdur. O, 2022-ci ilin avqustun 21-i əməliyyat olunmuşdur. SMS-ləri xatırlamır. O, ağrıları olan zaman hər hansı narkotik vasitəni, psixotrop maddəni və ya tramodolu istifadə edirmiş. Bəzən onları tapa bilmir və ehtiyat üçün saxlayırmış. O, narkotik vasitə satmamış, lakin narkotik istifadə etdiyi üçün ondan narkotik vasitə istəmişdirlər. Belə ki, o, narkotik vasitə olmayanda o, başqasından əldə etmiş, bəzən ondan da kimsə istəyəndə narkotik vasitə vermişdir. Narkotik vasitənin olduğu yerin şəkilləri ona atılırmış və o da gedib götürürmüş. O, narkotik vasitənin olduğu yerin şəklini kiməsə göndərməmişdir. Narkotik vasitə aldığı şəxslər Ağdaş rayonu sakinləridir. Narkotik vasitənin niyə evinə gətirilməməsi və ona şəkillər atılaraq gedib özünün götürməyi barədə heç nə deyə bilməz. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, özü narkotik vasitə istifadə edirmiş. Bununla bağlı bir neçə dəfə əlaqəsi olduğu üçün Anara zəng etmiş və onda narkotik vasitə olub-olmamasını soruşmuşdur. Anar isə narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra, o, Anarla danışmamışdır. Sonra o, özü məhkum olunmuşdur. O, Anardan 2-3 dəfə narkotik vasitə istəmiş, lakin onda olmamışdır. O, Anarın narkotik vasitə istifadə etdiyini bilirmiş, lakin onu narkotik vasitə satan şəxs kimi tanımamışdır. Mesaj yaza bilir. Anara narahatçılığının olduğunu demiş, Anar isə narkotik vasitə olmadığını bildirmişdir. Anarı tanıyırmış və görəndə salamlaşırmışlar. Anarın necə olması barədə hazırda əmisi uşaqlarından məlumat alırmış. Anar əziyyət çəkmiş insandır. Anarla dost olmamış, lakin qonşu kimi münasibətləri yaxşı olmuşdur. Onun daha çox Anarın qardaşı ilə ünsiyyəti olmuşdur. O, ibtidai istintaqda ifadəyə sadəcə imza çəkmişdir. O, ifadəni oxumamışdır. İbtidai istintaq zamanı ifadəsi uca səslə ona oxunmamışdır. O, oxumağı və yazmağı bacarmır. Polisdə ona demişlər ki, sən Anardan narkotik vasitə alıbsatmısan. O, isə heç nə alıb-satmadığını bildirmişdir. Onun məhkəmədə verdiyi ifadəsi düzgündür. İbtidai istintaq zamanı verdiyi ifadəsi isə düzgün deyildir. O, Anarın narkotik vasitə istifadə etdiyini bilirmiş və buna görə ondan narkotik vasitə istəmişdir. O, Anardan narkotik vasitə almamışdır. Məhkəmə kollegiyasının iclasında Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmaqla, tədqiq edilmişdir. Şahid5 həmin ifadəsində göstərmişdir ki, Ağdaş şəhəri, M.F.Axundov küçəsində yerləşən nömrəsiz evdə ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər bir neçə dəfə narkotik vasitədən istifadə etmiş və narkotik vasitədən istifadə etdiyinə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, lakin hazırda müalicə olunduqdan sonra istifadə etməmişdir. O, Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi, narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıyır, aralarında heç bir düşmənçilik və ədavətləri yoxdur. O, əvvəllər öz adına olan ***-***-**-** saylı mobil nömrədən istifadə etmiş, lakin hazırda istifadə etmir. Həmçinin 2023-cü il tarixdə narkotik vasitə olan heroin istifadə etmiş, həmin vaxtlarda Təqsirləndirilən şəxs pul müqabilində narkotik vasitə heroin almış və istifadə etmişdir. Lakin, o uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, bir il yarım əvvəl o da narkotik vasitə istifadə edirmiş. Narkotik vasitə istifadə edən şəxslər adətən bir-birinə zəng edirlər. O da Anara bununla bağlı zəng etmiş, ondan narkotik vasitəni haradan əldə edə biləcəyini soruşmuş, o isə bilmədiyini demişdir. Anardan narkotik vasitə almamışdır. Anarı narkotik vasitə satan şəxs kimi tanımamışdır. O, Anardan narkotik vasitəni pulla almamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəni oxuyub imzalamışdır. O, Anara mesaj yazırmış və Anardan narkotik vasitəni haradan aldığını soruşmuşdur. Anarın özündə narkotik vasitə olmasını da soruşmuşdur. Anar narkotik vasitə istifadə etdiyi üçün ondan narkotik vasitə olub-olmamasını soruşurmuş. O, Anarda narkotik vasitə olanda gedib onunla istifadə edirmiş. Anar narkotik vasitə olması ilə bağlı ona yazmamış, o isə ona yazmışdır. Anarla bir küçədə yaşamışlar və normal münasibətiləri olmuşdur. O, Anara mesaj yazmış və narkotik vasitə olub-olmamısını soruşmuş, əgər vardırsa, gəlib istifadə etməyini demişdir. Anar onun qonşusu olduğu üçün ondan narkotik vasitə istəmişdir. Anarın yanına gedib bir az ona narkotik vasitə verməsini istəmiş və birlikdə istifadə etmişlər. Anarla marixuana və methadon həbləri qəbul etmişlər. O, Anara zəng etmiş, narkotik vasitə olmasını soruşmuş, o, olduğunu demiş və yanına gedəndə özü istifadə etdiyindən ona da vermişdir. Müstəntiqlə ədavəti olmamışdır. Bir-iki dəfə Anar ona heç ödəniş olmadan narkotik vasitə vermişdir. O, ondan pulla narkotik vasitə almamışdır. O, Anarın ona verdiyi narkotik vasitəni onunla birlikdə istifadə etmişlər. O, məktəb oxuyan vaxt 4-5 il ərzində Anarla bir küçədə olmuşdur. Məktəb oxuyan vaxt narkotik istifadə etməmiş və bildiyi qədər Anar da həmin vaxtlar istifadə etməmişdir. Sadəcə olaraq, onar həmin vaxtlar tanış olmuşlar. Məhkəmə kollegiyasının iclasında Şahid7 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmaqla, tədqiq edilmişdir. Şahid7 ifadəsində göstərmişdir ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər bir neçə dəfə narkotik vasitədən istifadə etmiş və narkotik vasitədən istifadə etdiyinə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, lakin hazırda istifadə etmir. O, Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi, narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıyır, aralarında heç bir düşmənçilik və ədavətləri yoxdur. O, əvvəllər öz adına olan ***-***-**-** saylı mobil nömrədən istifadə etmiş, lakin hazırda istifadə etmir. Həmçinin 2023-cü il tarixdə psixotrop maddə olan metamfetamin istifadə etmiş, həmin vaxtlarda Təqsirləndirilən şəxs pul müqabilində psixotrop maddə olan metamfetamin almış və istifadə etmişdir. Lakin, o uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, özü narkotik vasitə istifadəçisi olmuşdur. O, xəstəxanalarda müalicə almışdır. Hadisələri xatırlamaqda çətinlik çəkirmiş. Anara nə vaxtsa pul göndərdiyini xatırlamır. 14 manat müqabilində nə isə aldığını xatırlamır. O, metamfetamini fərqli qiymətlərlə alırmış. O, narkotik vasitəni rayondan deyil, Bakı şəhərindən əldə edirmiş. O, Anardan narkotik vasitə almamışdır. Onun adından yazılan mesajarı narkotik vasitəni satmaq məzmununda başa düşmək olmazmış. Anarı narkotik vasitə satan şəxs kimi tanımırmış. Elan olunan ifadəni xatırlamırmış. O, narkotik vasitə istifadə etdiyi üçün xeyli insana mesaj yazmışdır. Buna görə də, Anara mesaj yazıb-yazmamağını xatırlamır. O, müharibə iştirakçısıdır və narkotik istifadəçisi olmuşdur. O, müalicə alır. Buna görə də, ifadələrini xatırlamır. Məhkəmə kollegiyasının iclasında Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmaqla, tədqiq edilmişdir. Şahid6 ifadəsində göstərmişdir ki, Ağdaş şəhəri, Azadlıq küçəsi, ev 23-də ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər bir neçə dəfə narkotik vasitədən istifadə etmiş və narkotik vasitədən istifadə etdiyinə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, lakin hazırda istifadə etmir. O, Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi, narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıyır, aralarında heç bir düşmənçilik və ədavətləri yoxdur. O, əvvəllər öz adına olan ***-***-**-** saylı mobil nömrədən istifadə etmiş, lakin hazırda istifadə etmir. Həmçinin 2023-cü il tarixdə psixotrop maddə olan metamfetamin istifadə etmiş, həmin vaxtlarda Təqsirləndirilən şəxs pul müqabilində psixotrop maddə olan metamfetamin almış və istifadə etmişdir. Lakin, o uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:45 radələrində polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, H.Hacıyev küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına gedilmiş və qapı döyülmüşdür. Təqsirləndirilən şəxs qapını açmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olduğu, ona görə də yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə yaşadığı evə tərəf gedilmişdir. Evin eyvan hissəsinə pilləkənlə çıxaraq evə, daha sonra isə sol hissədə yerləşən yataq otağına daxil olmuşlar. Yataq otağına baxış keçirilərkən çarpayının yanındakı dolabın üzərindən 01 ədəd kiçik ölçülü, yumru formalı, sarı rəngli qutunun içərisindən 04 ədəd büküm aşkar edilmiş, həmin bükümlər açılmışdır. 04 ədəd bükümdən 03 ədədinin içərisindən qəhvəyi rəngli toz halında kimyəvi maddə və 01 ədədinin içərisindən ağ rəngli kristal halında kimyəvi maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə “kakos” və “patı” adlanan maddələr olmasını, 2-3 gün öncə Bakı şəhərində tanımadığı şəxsdən almasını və öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Çəkilərinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş. Həmin bükümlər 01 ədəd kağız zərfə qablaşdırılmış, möhürlənərək götürülmüş və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra dolabın üzərində olan 01 ədəd tərəzi, 01 ədəd alüminium falqa rulonu, 02 ədəd lampa, 01 manatlıq pul əsginasından narkotik vasitə çəkmək üçün hazırlanmış borucuq və 09 ədəd plastik kartlar da aşkar olunaraq götürülmüşdür. Bundan sonra digər otaqlara baxış keçirilmiş, yaşayış evindən hər hansı narkotik vasitə və iş üçün əhəmiyyət kəsb edən hər hansı bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar olunmuş içərisindən 04 ədəd büküm çıxdığı 01 ədəd kiçik ölçülü, yumru formalı, sarı rəngli qutu iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan sonra evin digər otaqlarına və həyətinə də baxış keçirilmiş, hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması üçün Ağdaş RPŞ-yə gətirilmiş və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 03 ədəd mobil telefonu, əynində olan qara rəngli iç gödəkçənin sağ yan cibindən 01 ədəd alışqanı, əynində olan qara rəngli qolsuz gödəkcənin sol yan cibindən 01 ədəd siqaret qutusunu, 01 ədəd alışqanı, əynində olan qara rəngli şalvarın sol yan cibindən 03 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq və 01 ədəd 1 manatlıq, ümumilikdə 41 manat pul əsginasını və 01 ədəd açar dəstini, həmin şalvarın sol arxa cibindən özünə aid şəxsiyyət vəsiqəsini təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, üzərində hər hansı əşya aşkar olunmamışdır. Üzərindən, aşkar olunmuş siqaret qutusu açılmış, içərisində siqaret dənəcikləri olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd alışqan, 01 ədəd siqaret qutusu, 41 manat pul, 01 ədəd açar dəsti və şəxsiyyət vəsiqəsi iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxslə şifahi şəkildə sorğu-sual aparılmış, evindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs də həmin narkotik vasitə və maddələrin özünə məxsus olmaqla istifadə etmək üçün yaşadığı evdə saxlamağını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və RPŞ-yə gətirilən zaman hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotorp maddələrin satışı ilə məşğul olması barədə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı olmasa da, son dövrlər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatlarının daxil olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:20 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Hacıyev küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmiş və polis şöbəsində üzərinə şəxsi axtarış keçiriləcəyini bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış və Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o üzərində narkotik vasitə olan “patı” və “kokos” olmasını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən dəmir qutunu, üzərinə “Sobranie” sözləri yazılmış siqaret qutusunu, 01 ədəd alışqanı, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən “Honor-90” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən 13 ədəd 1 manatlıq, 06 ədəd 5 manatlıq, 02 ədəd 10 manatlıq, 01 ədəd 100 manatlıq pul əsginasını, əynində olan gödəkcənin sol yan cibindən 01 ədəd açar dəstini təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və onun əynində olan qara rəngli qolsuz gödəkcənin sol yan cibindən 02 ədəd alüminium falqa və 01 manatlıq pul əsginasından narkotik vasitə çəkmək üçün hazırlanmış borucuq aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, üzərinə “Sobranie” sözləri yazılmış siqaret qutusu açılmış və içərisində siqaret dənəciklərinin olması müəyyən olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş pul əsginasları sayılmış və ümumilikdə 163 (yüz altmış üç) manat olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş dəmir qutu açılmış və dəmir qutunun içərisində müxtəlif bükümlərin olması müəyyən edilmişdir. Həmin bükümlər bir-bir açılmağa başlanılmışdır. İlk olaraq sellofan büküm açılmış və içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitəyə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmişdir. Daha sonra 01 ədəd gümüşü-ağ rəngli kağız büküm açılmış və içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitəyə bənzər kütlə olması müəyyən edilmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmişdir. Sonra digər 01 ədəd gümüşü-ağ rəngli kağız büküm açılmış və içərisində ağ rəngli, kristal halında psixotrop maddəyə bənzər kütlə olması müəyyən edilmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmişdir. İçərilərində qəhvəyi rəngli kütlələrin olduğu bükümlər, üzərindən aşkar olunmuş 02 ədəd alüminium falqa və 01 manatlıq pul əsginasından narkotik vasitə çəkmək üçün hazırlanmış borucuq 01 ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində ağ rəngli, kristal halında olan kütlənin olduğu büküm 01 ədəd kağız zərfə qablaşdırılaraq götürülmüş və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 ədəd üzərinə “Preqabalin 300 mq” sözləri yazılmış dərman həbləri 01 ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib götürülmüş və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Honor-90” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən 01 ədəd kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan, 01 dəst ev açarı, 163 manat pul əsginası, içərisindən 03 ədəd büküm və dərman həbləri çıxdığı dəmir qutu iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunan dəmir qutunun içərisindən “patı” və “kokos” və 04 ədəd dərman həblərinin olmasını, həmin kütlələri xx.xx.2024-cü il tarixdə təxminən saat 15-16 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazarın yaxınlığından, Canpolad adlı şəxsə məxsus geyim mağazasının arxa hissəsindən, yəni həmin yerdə olan binanın həyətindən-yerdən tapıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və RPŞ-yə gətirilən zaman hər hansı bir zor və güc tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları həmin ifadəsində təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid3 xx.xx.1996-cı ildə Ağdaş şəhərində anadan olmuş ünvan 1-də qeydiyyatda olmaqla Ağdaş şəhəri H.Hacıyev keçəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, daşıması, istifadə etməsi, eləcə də satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05- 06). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tarixdə Ağdaş şəhəri H.Hacıyev küçəsində saxlanılaraq Ağdaş rayon Polis şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, xx.xx.1996-cı il tarixdə Ağdaş şəhərində doğulmuş, Ağdaş şəhəri H.Əliyev prospekti, ev 74-də qeydiyyatda olmaqla, Ağdaş şəhəri, H.Hacıyev küçəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cild 01, iş vər. 12). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “tutma haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 22-23). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş video çəkilişin əks olunduğu diskdən görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən dəmir qutunu, üzərinə “Sobranie” sözləri yazılmış siqaret qutusunu, 01 ədəd alışqanı, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən “Honor-90” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən 13 ədəd 1 manatlıq, 06 ədəd 5 manatlıq, 02 ədəd 10 manatlıq, 01 ədəd 100 manatlıq pul əsginasını, əynində olan gödəkcənin sol yan cibindən ev açarını təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və əynində olan qara rəngli qolsuz gödəkcənin sol yan cibindən 02 ədəd alüminium falqa və 01 manatlıq pul əsginasından narkotik vasitə çəkmək üçün hazırlanmış borucuq 01 manatlıq pul əsginasından narkotik vasitə çəkmək üçün hazırlanmış borucuq aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üzərinə “Sobranie” sözləri yazılmış siqaret qutusu açılmış və içərisində siqaret dənəciklərinin olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş pul əsginasları sayılmış və ümumilikdə 163 (yüz altmış üç) manat olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş dəmir qutu açılmış və dəmir qutunun içərisində müxtəlif bükümlərin olması müəyyən edilmişdir. Daha sonra həmin bükümlər bir-bir açılmağa başlanılmış, ilk olaraq sellofan büküm açılmış və içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitəyə bənzər kimyəvi maddənin olması müəyyən edilmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq 2,05 qram olmuşdur. Daha sonra 01 ədəd ağ-gümüşü rəngli olan kağız büküm açılmış və içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitəyə bənzər kimyəvi maddənin olması müəyyən edilmiş, sonra həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq 0,36 qram olmuş, sonra digər 01 ədəd ağ-gümüşü rəngli olan kağız büküm açılmış və içərisində ağ rəngli, kristal halında narkotik vasitəyə bənzər kimyəvi maddənin olması müəyyən edilmiş, sonra həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq 0,15 qram olmuşdur. Bundan sonra içərilərində qəhvəyi rəngli olan narkotik vasitəyə bənzər kütlələrin olduğu bükümlər və üzərindən aşkar olunmuş 02 ədəd alüminium falqa və 01 manatlıq pul əsginasından narkotik vasitə çəkmək üçün hazırlanmış borucuq 01 ədəd kağız zərfə qablaşdırılaraq götürülmüş və ekspertizaya təqdim olunacağı bildirilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində ağ rəngli kristal və toz halında olan narkotik vasitəyə bənzər kütlənin olduğu büküm 01 ədəd kağız zərfə qablaşdırılmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Sonra üzərindən aşkar olunmuş “Honor- 90” markalı mobil telefon da 01 ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Bundan sonra sonuncu olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 ədəd üzərinə “Preqabalin 300 mq” sözləri yazılmış dərman həbləri 01 ədəd kağız zərfə qablaşdırılaraq ekspertizaya təqdim olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan, 01 dəst ev açarı, 163 manat pul əsginası, içərisindən 03 ədəd büküm və dərman həbləri çıxdığı dəmir qutu iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır (cild 01, iş vər. 30-33). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/293 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X38 Bölməsinin rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1) 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi –0,076 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2) 01 ədəd sellofan və 01 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 1,624 qram, 0,162 qram, ümumi təmiz çəkisi 1,786 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir, 3) tədqiqata təqdim edilmiş 01 ədəd sellofan və 01 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynidirlər (cild 01, iş vər. 41-45). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi və saxlanıldığı Ağdaş RpŞ-nin MSYdən azad edilməsi qərara alınmışdır (cild 01, iş vər. 66). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “başqa yerə getməmək haqqında” iltizamdan görünür ki, Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada yazılı öhdəlik üzərinə götürmüşdür (cild 01, iş vər.67). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə ********* saylı cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilib ********* sayı altında istintaqı davam etdirilməsi qərara alınmışdır (cild 01, iş vər.90-91). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində və yaşadığı ünvanda saxlaması və istifadə etməsi barədə Ağdaş rayon Polis şöbəsinin CAB–in əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 97). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 98- 99). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Ağdaş rayon Polis şöbəsinə ünvanlanan “ərizədən” görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01, iş vər. 106). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, baxış keçirilən yer Ağdaş şəhəri, H.Hacıyev küçəsində nömrəsiz evdə yerləşən Təqsirləndirilən şəxs yaşadığı ev və həyətyanı sahəsi olmuş, Təqsirləndirilən şəxs evini göstərərək baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yol ilə hərəkətə başlanılmış, həyətin sol tərəfində daşdan tikilmiş hündür hasar olmuş, həyətin sağ tərəfi isə ağaclıq olmuşdur. Təqsirləndirilən şəxs həyətin orta tərəfində yerləşən evi göstərmiş, evin eyvan hissəsinə çıxaraq giriş qapısından keçərək evə daxil olmuşlar. Evə daxil olduqdan sonra sol tərəfə döndükdən sonra yataq otağı olmuş, yataq otağına baxış keçirilərkən yataq otağında olan çarpayının yanında olan dolabın üzərində olan 01 ədəd kiçik ölçülü, yumru formalı, sarı rəngli qutunun içərisindən 04 ədəd büküm aşkar edilmiş, həmin bükümlər açılmış, 04 ədəd bükümdən 03 ədədinin içərisindən qəhvəyi rəngli toz halında kimyəvi maddə və 01 ədədinin içərisindən ağ rəngli kristal halında kimyəvi maddə aşkar olunmuş, çəkilərinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş, çəkiləri müvafiq olaraq 0,37 qram, 0,38 qram, 0,36 qram və 0,37 qram olmuşdur. Həmin bükümlər 01 ədəd kağız zərfə qablaşdırılmış və götürülmüşdür. Daha sonra dolabın üzərində olan 01 ədəd tərəzi, 01 ədəd alüminium falqa rulonu, 02 ədəd lampa, 01 manatlıq pul əsginasından narkotik vasitə çəkmək üçün hazırlanmış borucuq və 09 ədəd plastik kart da iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılmış və möhürlənib götürülmüşdür. Bundan sonra digər otaqlara baxış keçirilmiş, yaşayış evindən hər hansı narkotik vasitə və iş üçün əhəmiyyət kəsb edən hər hansı bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar olunmuş içərisindən 04 ədəd büküm çıxdığı 01 ədəd kiçik ölçülü, yumru formalı, sarı rəngli qutu iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə də iştirakçılar ilə birlikdə baxış keçirilmiş, hər hansı qanunsuz əşya aşkar olunmamışdır (cild 01, iş vər. 107-109). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cild 01, iş vər. 110). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 120-121). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD-R diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 03 ədəd mobil telefonu, əynində olan qara rəngli iç gödəkçənin sağ yan cibindən 01 ədəd alışqanı, əynində olan qara rəngli qolsuz gödəkcənin sol yan cibindən 01 ədəd siqaret qutusunu, 01 ədəd alışqanı, əynində olan qara rəngli şalvarın sol yan cibindən 03 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq və 01 ədəd 1 manatlıq, ümumilikdə 41 manat pul əskinasını və 01 ədəd açar dəstini, həmin şalvarın sol arxa cibindən özünə aid şəxsiyyət vəsiqəsini təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, üzərində hər hansı əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş siqaret qutusu açılmış, içərisində siqaret dənəcikləri olması müəyyən olunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd alışqan, 01 ədəd siqaret qutusu, 41 manat pul, 01 ədəd açar dəsti və şəxsiyyət vəsiqəsi iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılmışdır (cild 01, iş vər. 128-130). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/183 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X38 Bölməsinin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 1) 03 ədəd sellofan bükümlərdə, ayı-ayrılıqda təmiz çəkiləri – 0,230 qram, 0,228 qram, 0,239 qram, ümumi təmiz çəkisi 0,697 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir, 2) 01 ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,336 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 3) tədqiqata təqdim edilmiş 03 ədəd sellofan bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynidirlər (cild 01, iş vər.138- 142). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 162). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “başqa yerə getməmək haqqında” iltizamdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə qanunvericilikdə nəzərdə tutulmuş öhdəlikləri götürmüşdür (cild 01, iş vər. 163). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 191-192). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri məhkəmə-narkoloji ekspertizasının 362 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 197). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində publik hüquqi şəxsin poliklinika şöbəsində “Eroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır (cild 01, iş vər.200). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC-in 5354 nömrəli məktubuna əlavə edilmiş CD diskdən görünür ki, “108117296_SMS” fayldan: xx/xx/2023,00:09:27,**********83,**********96,Men pulumu alib bile bile men lomkada qoyub telfon sonduren oglan varyoxun anasin si*im me pulu buna gore atdirdinsa at **** yawa xx/xx/2023,15:05:47,**********83,**********96, Varyoxunu **** dusub dedennen isdicem pulu ya mali biyabirciliq olcaq as me cavab ver xx/xx/2023,15:16:58,**********83,**********96,**** eleme senol cox pisem ele pisemki senol dusub dedennen danisib pulu mali isdiyecek derecede pisem as telfon qaqa olurem varyoxun **** nese pul xx/xx/2023,14:18:24,**********73,**********96,QАQА TЕL АC XEYİRLİ İŞ VAR xx/xx/2023,14:23:06,**********73,**********96,QА 10MАNАT VАR KАPTАLİN YАNİN GЕLM xx/xx/2023,14:48:34,**********73,**********96,QА LOMKADAYAM GЕLM XİRDALAN? xx/xx/2023,15:47:16,**********96,**********73,Gele bilisrn gel xrdalana ama bele şey yazma seymur soz dedim sene xx/xx/2023,15:47:17,**********96,**********73,gele bilsense gel xx/xx/2023,15:47:17,**********96,**********73,gele bilsense gel xx/xx/2023,01:01:07,**********05,**********96,Xаlа oglu 1 yа 2 qurtum аrаgin olmаz gеlim tеkcе tеz icim gedim da xx/xx/2023,01:01:12,**********05,**********96,iş bilеmki sеn dе icmеmiş yаtа bilеn dölsеn аmа аrаgin vаrsа mеndе xx/xx/2023,01:01:16,**********05,**********96, gеlim tеz bir qurtum vurum gеdim аmа mеnе hе yox yаzdа xаiş xx/xx/2023,01:07:19,**********05,**********96,Еven zеng gеldi xаlа oglu onа gorеdе tеl sondu xx/xx/2023,01:07:19,**********05,**********96, Еven zеng gеldi xаlа oglu onа gorеdе tеl sondu xx/xx/2023,16:31:31,**********96,**********00,Qaqa men naşpapa gelirem yolda rasdaşax goturum getmeliyem men xx/xx/2023,00:25:41,**********05,**********96,Xala oglu yeke prableme duşmuşem meti yad gorsen eşitsen mene tez xeber ele ya bugun ya sabah en qisa vaxtda xaiw edirem prablem boyukdu lomka yad **** xx/xx/2023,00:25:42,**********05,**********96,ibdi bu prablemin yaninda xaiş edirem mesajida gorende mene he yoxunu de xx/xx/2023,19:21:12,**********96,**********84, məllim belə sabaha soruşdugunan indide eləməy olur xx/xx/2023,11:54:48,**********29,**********96,Ogul pulu duzetmışem nagarim sen gelsen yoxsa men gelim gedesiyem a xx/xx/2023,11:54:48,**********29,**********96,nan cani tez de xx/xx/2023,14:11:33,**********96,**********29,Birde mene burda nese yazna ana **** xx/xx/2023,21:27:05,**********29,**********96,Sen mene ağiz acanda. Men seni qapidan artiqlamasinan yola saldim s xx/xx/2023,21:27:06,**********29,**********96,en ama ****. Kimi men bu vezyetde qoydun pulda cixdi elımnen dag d xx/xx/2023,21:27:11,**********29,**********96,agâ râs gelmese de biz gelceyik borc olsun xx/xx/2023,12:07:22,**********29,**********96,Qa 25 m almişam uşaqdân sen câni gel mene dey pisem âllâhâqi xx/xx/2023,17:43:46,**********96,**********24,Ay qaqa sen başa donum mən vəzyətimi sen bilisen bir denede şey qal xx/xx/2023,17:43:46,**********96,**********24,ıb hec olmasa reşad 40 eləsin onunqaqa Allahqı borcum coxdu bugunde xx/xx/2023,13:54:55,**********79,**********96,Anar mene zeng ele bidene qebele gelmey isdirr yari duza xx/xx/2023,20:30:06,**********60,**********96,Qa meni yiğda imkan varsa xx/xx/2023,20:29:15,**********96,**********09,Ygram brat afiqin yanındayam cıxıram burdan xx/xx/2023,20:30:05,**********09,**********96,Qaqa bunun adini ne qoyax başa düşmedim xx/xx/2023,20:32:19,**********09,**********96,Qaqa men qaydıram canın sağolsun xx/xx/2023,21:30:41,**********60,**********96,Qa meni yiğ pulum var 05 ederdin gelib göturerdim xx/xx/2024,14:06:58,**********96,**********92,Qa mən bu gədəni tapmışam əlaga gilin kafesine aparam ora gelersiz xx/xx/2024,20:17:31,**********96,**********11,4169.7388.7199.8369 xx/xx/2024,20:17:31,**********96,**********11,4169.7388.7199.8369 xx/xx/2024,20:18:13,**********96,**********11,Qa men agdawdan cixmiwam danwanmiram yanimda Adam var pulu karta vurun 3 yewik pirnixdi yerini deyim goturun xx/xx/2024,20:18:45,**********96,**********11,100 manatdi xx/xx/2024,20:20:00,**********11,**********96,Menim o qeder yixumdu 80 varimdi qilincida ver ona gore gelmiwem coxusu xx/xx/2024,20:22:32,**********96,**********11,Senol menlik dolu nati qilincida sabah bakiya gedecem gelib goycaydan gedecem veteram orca goruwub xx/xx/2024,05:33:40,**********96,**********05,E **** kimi zırıllasın mene birde burda msj yazmagını tergit bu b xx/xx/2024,05:33:41,**********96,**********05,ir ikinciside ki dozmuşun xx/xx/2024,05:34:56,**********96,**********05,Yazma mene hecne a kişi **** salmağa elleşisen meni mene burda ağza xx/xx/2024,05:34:56,**********96,**********05, geleni yazın xx/xx/2024,06:04:29,**********34,**********96,Adaw canu yeyim cavab ver xx/xx/2024,06:08:57,**********34,**********96,Adaw olem aqridan 1 dene de artiq goturecem nolar cavab veer qaqa xx/xx/2024,13:10:31,**********96,**********03,Abu sen xelilova 4 de zadq dimisen?qa men getmeliyem hardasansa gel xx/xx/2024,13:10:38,**********96,**********03,im o siqaretderi gotyrum cıxım meni gozduyuler xx/xx/2024,13:28:55,**********96,**********03,Qa hec olmasa yerini de gelim evde tekem darxıram hemde bu zibil ac xx/xx/2024,13:28:55,**********96,**********03,ılıbdı pisdeşirem xx/xx/2024,14:32:05,**********96,**********03,Yeke oglansandaye qa soz didim sene **** onun icini xx/xx/2024,14:36:45,**********96,**********03,E aşda bu siki yeke oglansan e diyirem ki olurem osturxcı bu ne her xx/xx/2024,14:36:53,**********96,**********03,ekütse senen nese isdiyen var yeri se gelim **** giturum atlmde veİ xx/xx/2024,14:37:00,**********96,**********03,yetim pisdi adamın niye mazqisini **** ki xx/xx/2024,14:45:50,**********96,**********03,Sen neter adamsan e qa varyoxubu **** sende adam başa duşmekluk yo xx/xx/2024,14:45:51,**********96,**********03,xdyda ozunde o **** agrısını biliaen adamə ne draznit eleyisen e y xx/xx/2024,14:45:57,**********96,**********03,xdyda ozunde o **** agrısını biliaen adamə ne draznit eleyisen e y xx/xx/2024,14:45:58,**********96,**********03,eke oglansan abu xx/xx/2024,14:46:46,**********03,**********96,10ca dq səbrli ol mawinkalarin sesinden danismag olmur xx/xx/2024,14:48:03,**********96,**********03,E bildumda konun atda bir dene **** nolar sene diyen var nenne danı xx/xx/2024,14:48:08,**********96,**********03,ş konum at gelim goturum **** atlm bir qıtaxdq fozdeyim “509811381_SMS” fayldan. xx/xx/2023,15:48:59,**********81,**********11,Qaqa bir denede lazım olası oldu ama onu ten yarıdan bol xx/xx/2023,14:59:05,**********81,**********11,Qaqa qadan alaram oları narmalni eleda ele olsun ki menede nese qalsın xx/xx/2023,22:22:14,**********78,**********81,Balam neyinse varsa mene qoyarsan da girib nolar xx/xx/2023,14:23:32,**********81,**********20,Niysen ey acıb day anarda mal yoxdu axı yaxşı eleyisen tebi nese xx/xx/2023,03:30:37,**********81,**********13,Qaqa hecne almayıb ozum olem varyoxunu **** yerimde xx/xx/2023,11:03:32,**********81,**********11,Qaqa altımda maşpn olmuşken mene bir soz dida bu tupurcekde yanımdadı xx/xx/2023,16:42:19,**********81,**********11,Qaqa 50 manat vurdum sen qadanı alaram 30 manatıuşaxdan aldım buda xx/xx/2023,16:42:23,**********81,**********11,cox axmax adamdı da qaqa meni pis veziyetde qoyma nolar xx/xx/2023,00:56:40,**********90,**********81,Yeke oglansan açda qapıdayam 5var nese ele üreyim partdadı xx/xx/2023,17:37:11,**********73,**********81,Qa bull tamiwam hardas xx/xx/2023,18:03:17,**********73,**********81,Qaqs 10hazirdi xx/xx/2023,05:11:22,**********18,**********81,Ogul sohbet var? Yari lazimdi xx/xx/2023,05:13:09,**********18,**********81,Alinirsa Gelim goturm gec olsa lazim olmayacag xx/xx/2023,12:02:23,**********24,**********81,Men zaurdayam seni gozleyirem 20mantda pulu verim apar ver borcuma xx/xx/2023,12:18:29,**********24,**********81,Gelmirsense de iwimi bilim gedim xx/xx/2023,12:33:39,**********24,**********81,Bir cavab verde iwim bilim xx/xx/2023,18:57:16,**********20,**********81,Sondur yaxwi elisen mawinkan verib wotdawmiwdim senen.pulu natiye atmiwdim cekler hamsi durur men dolamagiza gore pewman olcasiz bugun men yarimi sat 9a xx/xx/2023,18:57:22,**********20,**********81,kimi getirmesen sizi fanin gunune qoymuyanin varyoxun neslin **** men amanatimi getirib vermiyeninde varyoxun neslin **** sat 9da catdirma gor nolur. xx/xx/2023,17:57:46,**********73,**********81,АNАR MЕNЕ DUNЕN BАLKONАN TЕMАNİ АTАN АQDАŞDİN NOMRЕSİN VЕR Digər siyahılara baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir (cild 01, iş vər. 216-221). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 7921 nömrəli "xxxx" MMC-in məktubundan və ona əlavə edilmiş bir ədəd diskdən görünür ki, “517597992_SMS” faylda: xx/xx/2024,01:57:37,**********29,**********92,5 3 m pulum catmir deye men agrida qoysan bir gün cetniliyim oldu hamida ola biler bu agridan gözümə yuxu getmir men on altinda qalmazdim beyaqdan gözdede xx/xx/2024,01:57:38,**********29,**********92,in indide acmirsan Allah cani sag elesin xx/xx/2024,12:37:45,**********24,**********92,Eke size getmek isdeyir olurem deyir bunu niye bele elediniz yeke kiwisen.deyir taksiye zeng vur afiq tapim men nagayrim indi ayifdi.mikiye nese deda xx/xx/2024,16:41:34,**********92,**********92,zaryatkam yoxdu mene birdamci kola qoy ozumdeki baglidi acmiyim xx/xx/2024,17:32:12,**********99,**********92,Sene 20 manat pul gondermisem 20 manata got boyda sey gonderdin mene helemi? Eybi yoxdu gorusceyik. xx/xx/2024,19:34:39,**********99,**********92,Cavab verda 2 dene tebiyi 10 da das elemek olur 30 manat verecem xx/xx/2024,22:19:33,**********39,**********92,Anar menem ismayl anar men sene veziyeti dedim mene catasi olan amaneti catdir gelmisdim masnda qapidadi anar darxdirma.mameni zengimi ac qapdan cagrmiym xx/xx/2024,22:19:38,**********39,**********92,da seni varyoxuna nehlet darxiramda mene yarm saat dedin 2 saatdi senol yaxwi olmura bele Digər siyahılara baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir (cild 01, iş vər. 233-236). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, “İphone 6”, “KGTEL” və “Honor 90” markalı mobil telefonlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmiş, lakin “Samsung A32” markalı mobil telefonun qalereya bölməsinə baxış zamanı müxtəlif narkotik vasitələrlə bağlı şəkillər aşkar olunmuşdur. Belə ki, bir neçə şəkillərdə narkotik vasitələrin bükümlərlə tərəzidə şəkilləri çəkilərək qramının müəyyən edilməsi, narkotik vasitələrin siqaret qutularına qoyularaq rayon ərazisində bir sıra yerlərə qoyulduğu və şəkillərinin çəkildiyi müəyyən edilmişdir. Fotoşəkillərin çıxarışı işə əlavə olunmuşdur (cild 01, iş vər. 237-243). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ağdaş RPŞ-də saxlanılan “İphone 6”, “KGTEL” və “Honor 90” markalı mobil telefonlar müsəntiq Süleyman Süleymanov tərəfindən Təqsirləndirilən şəxs təhvil verilmişdir (cild 01, iş vər. 244). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbayacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/1852 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üzərlərində “P300” yazısı olan 04 ədəd dərman kapsullarının tərkibində ümumilikdə 1,2 qram preqabalin təsiredici maddəsi müəyyən edilmişdir (cild 01, iş vər.1-5). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəllər seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır (cild 02, iş vər. 24-25). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat taşırığına verilmiş cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalini istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə edərək daşıyıb, üzərində və yaşadığı evdə saxlamış, qeyd olunan maddə və vasitələri əldə etdiyi mənbənin müəyyən olunması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuş, eləcə də ayrı-ayrı şəxslərə həmin narkotik vasitə və maddələri satması barədə əməliyyat məlumatları daxil olsa da, konkret olaraq həmin şəxsləri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş elektron tərəzini narkotik vasitə və maddələri satan zaman həmin qeyd olunanların ölçüsünü müəyyən etmək üçün evində saxlamışdır (cild 02, iş vər. 37). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş "xxxx" ASC-dən xx.xx.2024-cü il tarixli, 2024/111/12206 nömrəli məktuba əlavə edilmiş 02 ədəd diskdən görünür ki, 1) "xxxx" ASC-dən daxil olmuş 1-ci diskdə müxtəlif adlarla və müxtəlif rəqəmlərlə rəqəmlənmiş ümumilikdə 51 ədəd qovluqda fotoşəkillər müvcuddur. Fotoşəkillərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilmədi, 2) Lakin, 2-ci diskdə 05 ədəd fayl mövcuddur ki, onlardan 1-i “4169-0229 kart”, 1-i “4169-8092 kart”, 1-i “**********218633”, 1-i “**********523350”, 1-i “**********998369” və 1-i “**********149859”-dır. “**********218633” adlı fayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kart hesabına Şahid7 xx.xx.2024-cü il tarixdə 25 manat, xx.xx.2023cü il tarixdə 5 manat, xx.xx.2023-cü il tarixdə müxtəlif saatlarda 30 manat və 5 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, “4169-8092 kart” adlı fayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kart hesabına -X14 xx.xx.2023-cü il tarixdə 180 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 45 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 2 və 3 manat, xx.xx.2023-cü il tarixdə 125 manat, xx.xx.2024-cü il tarixdə 85 manat, xx.xx.2024-cü il tarixdə 65 manat, xx.xx.2024-cü il tarixdə müxtəlif saatlarda 50 manat və 10 manat, -X4 xx.xx.2023-cü il tarixdə 5 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 27 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 15 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 40 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 25 manat, xx.xx.2023-cü il tarixdə 24 manat, xx.xx.2023-cü il tarixdə 25 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 68 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 28 manat, xx.xx.2023-cü il tarixdə 10, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 25 manat, xx.xx.2023-cü il tarixdə 25 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 37 manat, xx.xx.2023-cü il tarixdə 26 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə müxtəlif saatlarda 45 manat və 30 manat, xx.xx.2023-cü il tarixdə müxtəlif saatlarda 28 manat və 27 manat, xx.xx.2023-cü il tarixdə 28 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 25 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə müxtəlif saatlarda 8 manat və 35 manat, xx.xx.2024-cü il tarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə 8 manat, xx.xx.2024cü il tarixdə 13 manat, xx.xx.2024-cü il tarixdə 7 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə müxtəlif saatlarda 70 manat və 30 manat, -Şahid6 xx.xx.2023-cü il tarixdə 35 manat, xx.xx.2023-cü il tarixdə 25 manat, xx.xx.2023-cü il tarixdə müxtəlif saatlarda 14 manat və 14 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 90 manat, xx.xx.2023-cü il tarixdə 12 manat, xx.xx.2024-cü il tarixdə müxtəlif saatlarda 60 manat və 50 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, -X5 xx.xx.2023-cü il tarixdə 4 manat, xx.xx.2023-cü il tarixdə 25 manat, xx.xx.2024cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 250 manat, -X15 xx.xx.2023-cü il tarixdə 100 manat, -X55 xx.xx.2023-cü il tarixdə 48 manat, xx.xx.2023-cü il tarixdə 190 manat, -X42 xx.xx.2023-cü il tarixdə 15 manat, -X25 xx.xx.2023-cü il tarixdə 98 manat, -X43 xx.xx.2023-cü il tarixdə 30 və 30 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 2 manat, -X44 xx.xx.2023-cü il tarixdə 40 manat, xx.xx.2023-cü il tarixdə 25 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, -X26 xx.xx.2023-cü il tarixdə 10 manat, -X45 xx.xx.2024-cü il tarixdə 50 manat, -X27 xx.xx.2023-cü il tarixdə 4 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023cü il tarixdə 5 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 23 manat, xx.xx.2024-cü il tarixdə 110 manat, xx.xx.2024cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 60 manat, xx.xx.2024-cü il tarixdə 319 manat, -X21 xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə müxtəlif saatlarda 10 manat və 7 manat, -X10 xx.xx.2023-cü il tarixdə 10 manat -X28 xx.xx.2023-cü il tarixdə 10 manat -X6 xx.xx.2023-cü il tarixdə 74 manat -X46 xx.xx.2023-cü il tarixdə 12 manat -X16 xx.xx.2023-cü il tarixdə müxtəlif saatlarda 99 manat, 99 manat, 104 manat, xx.xx.2023-cü il tarixdə 68 manat, -X47 xx.xx.2023-cü il tarixdə 59 manat, xx.xx.2023-cü il tarixdə 90 manat, -X29 xx.xx.2023-cü il tarixdə 100 manat, -X30 xx.xx.2023-cü il tarixdə 10 manat, -X56 xx.xx.2023-cü il tarixdə 192 manat, xx.xx.2023-cü il tarixdə 165 manat, -X22 xx.xx.2023-cü il tarixdə 30 manat, -X31 xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, -X17 xx.xx.2023-cü il tarixdə 20 manat, -X28 xx.xx.2024-cü il tarixdə 30 manat, -X48 xx.xx.2024-cü il tarixdə 30 manat, -X23 xx.xx.2024-cü il tarixdə 10 manat, -X11 xx.xx.2024-cü il tarixdə 15 manat, -X18 xx.xx.2024-cü il tarixdə 20 manat, -X36 xx.xx.2024-cü il tarixdə 10 manat, -X2 xx.xx.2024-cü il tarixdə 40 manat, -X32 xx.xx.2024-cü il tarixdə 20 manat, -X33 xx.xx.2024-cü il tarixdə 31 manat mədaxil etmişdir. “**********149859” adlı fayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, -X3 xx.xx.2024-cü il tarixdə 35 manat, -X4 xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, -X37 xx.xx.2023-cü il tarixdə 15 manat, -X14 xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 5 manat, xx.xx.2023-cü il tarixdə 5 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, -X24 xx.xx.2023-cü il tarixdə 23 manat, -X55 xx.xx.2023-cü il tarixdə 48 manat, -X27 xx.xx.2023-cü il tarixdə 15 manat, -X21 xx.xx.2024-cü il tarixdə 10 manat, -Şahid7 xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 9 manat, xx.xx.2024-cü il tarixdə 10 manat, -X7 xx.xx.2024-cü il tarixdə 50 manat, -X31 xx.xx.2024-cü il tarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə 25 manat mədaxil etmişdir. Habelə Təqsirləndirilən şəxs isə 1 manatdan daha yüksək məbləğlərə qədər müxtəlif şəxslərə pul köçürməsi müəyyən edilmişdir. Bundan başqa xx.xx.2024 və xx.xx.2024-cü il tarixli “Azercel”-dən daxil olmuş disklərə baxış protokolları ilə müəyyən edilmişdir ki, Şahid7, X14, X4, Şahid6 və X31 ilə Təqsirləndirilən şəxs ilə arasında narkotik vasitələrin satışı ilə bağlı aralarında danışıqlar olmuşdur (cild 02, iş vər. 38-136). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbayacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-17/469 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 1) 01 ədəd şüşə elektrik lampasının başlığının içərisində cüzi miqdarda psixotrop maddə metamfetamin hissəcikləri vardır, həmin metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır, 2) 01 ədəd şüşə elektrik lampasının başlığının içərisində cüzi miqdarda narkotik vasitə heroin hissəcikləri vardır, həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır, 3) 01 ədəd 1 manatlıq pul əsginasından hazırlanmış boruşəkilli bükülünün içərisində cüzi miqdarda psixotrop maddə metamfetamin hissəcikləri vardır, həmin metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır,4) 01 ədəd işlək vəziyyətdə qara rəngli elektron tərəzinin üzərində cüzi psixotrop maddə metamfetamin və narkotik vasitə heroin hissəcikləri vardır, həmin metamfetamin və heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1) 01 ədəd 1 manatlıq pul əsginasından hazırlanmış boruşəkilli bükülünün içərisində cüzi miqdarda psixotrop maddə metamfetamin hissəcikləri vardır, həmin metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır (cild 02, iş vər. 138-141). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs onkoloji xəstədir, xəstəlik üçüncü dərəcəli pataloji aiddir və o, ikinci dərəcəli əlilldir (cild 02, iş vər.149-151). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi bir nəfərdən ibarət olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 02, iş vər.174-175). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbayacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X38 bölməsinin 3-16-16/2-17/543 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd zərfin içərisindəki 03 (üç) ədəd sellofan bükümlərdə olan heroinlər (1,2,3 nömrəli ob) ilə digər 01 (bir) ədəd zərfin içərisində olan heroinlər (5,6 nömrəli ob) xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) sellofan bükümdə olan metamfetamin (4 nömrə ob) ilə digər 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan metamfetamin (7 nömrə ob) xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər (cild 02, iş vər.193-196). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi qərara alınmışdır (cild 01, iş vər. 198-221). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Ağdaş rayon Polis şöbəsinn xx.xx.2025-ci il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki Penitensiar Xidmətin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə X9 gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(014)-21/2025 nömrəli hökmündən və xx.xx.2025-ci il tarixli göstərişdən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinimiş və ona qəti olaraq 8 ay 28 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və həmin hökm xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-nin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qanunvericiliyin tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası Təqsirləndirilən şəxs verilmiş ittihamın əsaslılığını yoxlayarkən hazırki cinayət işinin materiallarına və ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən ibtidai araşdırma zamanı toplanmış məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara müraciət edərək bu sübutlarla müəyyən edilmiş hallara əsasən özünün hüquqi mövqeyini aşağıdakı qaydada əsaslandırmağı zəruri bilir. Cinayət işi materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, Təqsirləndirilən şəxs saxlanılaraq onun yaşayış ünvanına baxış keçirilmiş, sonra o, polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin də iştirakı ilə xx.xx.2024-cü il tarixdə onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş və keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. Götürülmüş maddələr ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə təkrarən Təqsirləndirilən şəxs barəsində polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmaqla həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, keçirilmiş əməliyyat – axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin də iştirakı ilə xx.xx.2024-cü il tarixdə onun üzərinə şəxsi axtarışa dair prosessual hərəkətlər keçirilmiş və nəticədə psixotrop maddə və narkotik vasitə, eləcə də narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə aşkar olunmuşdur. Götürülmüş maddələr ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərindən ayrı – ayrı vaxtlarda narkotik vasitələr və psixotrop maddələr, habelə narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-ci il 8 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 14-cü bəndinə əsasən isə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən qeyd olunan cinayətlərin yenidən törədilməsi təkrarlıq əlamətini yaratmır. Təkrarlıq əlamətinin təfsiri zamanı CM-in 16-cı maddəsinin qeyd olunan müddəaları ilə yanaşı, o da nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 15 mart tarixli Qərarına əsasən CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda, ikinci əməl təkrarlıq yarada bilməz. Şəxsin qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı narkotik vasitəni və ya psixotrop maddəni vahid qəsdlə (məsələn, bütöv məbləğ təşkil edən müəyyən miqdarda pul əldə etmək üçün) bir şəxsə bir neçə dəfəyə (müxtəlif vaxtlarda) hissə-hissə və yaxud eyni vaxtda eyni bir hərəkətlə müxtəlif şəxslərə satması, burada narkotik vasitələrin (psixotrop maddənin) satış məqsədilə əldə edilməsi və daha sonra satılması, eləcə də satmanı təşkil edən ayrı-ayrı epizodlar cinayətlərin çoxluğunu yaratmadığından və vahid cinayətin tərkib elementləri kimi çıxış etdiyindən, əməl cinayətin təkrar törədilməsi əlaməti üzrə CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilə bilməz. Lakin şəxsin satış məqsədilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl CM-in 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə - CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Habelə həmin qərarın 24-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olub-olmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış 32 məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilib-edilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olub-olmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmaması araşdırılmalıdır. Maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid olması barədə nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və “Zəhərli maddələrin siyahısı” 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs onkoloji xəstə olduğu üçün narkotik tərkibli dərmanlardan qəbul etdiyini və ona görə də narkotik vasitələrdən və psixotrop maddələrdən, habelə narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən istifadə etdiyini, satış məqsədi olmadan həmin narkotik vasitələri, psixotrop maddələri, həmçinin narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri üzərində saxlaması, polis əməkdaşlarının ondan rüşvət istəməsini, ondan tələb edilən məbləği verə bilmədiyi üçün iki dəfə həbs olunduğu zaman üzərindən çıxmış olduğu bütün narkotikləri, dərmanı, elektron tərəzini işə daxil edilb məhkəməyə göndərməsi barədə bildirdiklərinə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs rüşvətlə bağlı hissədə iddia etdiyi hallar məhkəmə tərəfindən araşdırma aparılmamalı və Təqsirləndirilən şəxs bu və ya digər şəkildə rüşvət istəyib-istəməmələri ilə bağlı məsələyə ayrıca icraatda prokurorluq orqanında araşdırılıb həll edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən həm də onu rəhbər tutmuşdur ki, qeyd edilən məsələnin məhkəmədə araşdırılması və göstərilən məsələyə hüquqi qiymət verilməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə əsasən məqsədə müvafiq deyil. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin aşkar olunan narkotik vasitələrin, psixotrop maddələrin və narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin şəxsi istifadə üçün əldə edilərək saxlanılması barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Belə ki, şahidlər Şahid5, Şahid6 və Şahid7 ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitə almadıqlarını və onu narkotik vasitə satan şəxs kimi tanımadıqlarını göstərmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Şahid5, Şahid6 və Şahid7 məhkəmə istintaqında verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə şahidlər Şahid5, Şahid6 və Şahid7 məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şahid5, Şahid6 və Şahid7 məhkəmə istintaqında belə məzmunda ifadə verməklə məhz Təqsirləndirilən şəxs cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdürlər. Belə ki, "xxxx" MMC-dən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin, habelə narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddərin dövrüyyəsinə dəlalət edən sms-lər mövcud olmuşdur. Məsələn Şahid7, X14, X4, Şahid6 və X31 ilə Təqsirləndirilən şəxs ilə arasında narkotik vasitələrin satışı ilə bağlı aralarında danışıqların olması öz təsdiqini tapmışdır. Həmçinin "xxxx" ASC-dən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bank kartlarına müxtəlif şəxslər pul vasaitləri köçürülmüş, eləcə də Şahid7, X14, X4, Şahid6 və X31 tərəfindən müxtəlif vaxtlarda pul vəsaitləri köçürülmüşdür. Habelə Təqsirləndirilən şəxs məxsus “Samsung A32” markalı mobil telefonun qalereya bölməsindən müxtəlif narkotik vasitələrlə bağlı şəkillər aşkar olunmuş və bir neçə şəkillərdə narkotik vasitələrin bükümlərlə tərəzidə şəkilləri çəkilərək qramının müəyyən edilməsi, narkotik vasitələrin siqaret qutularına qoyularaq rayon ərazisində bir sıra yerlərə qoyulduğu və şəkillərinin çəkildiyi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli Azərbayacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X38 bölməsinin 3-16-16/2-17/543 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd zərfin içərisindəki 03 (üç) ədəd sellofan bükümlərdə olan heroinlər (1,2,3 nömrəli ob) ilə digər 01 (bir) ədəd zərfin içərisində olan heroinlər (5,6 nömrəli ob) xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) sellofan bükümdə olan metamfetamin (4 nömrə ob) ilə digər 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan metamfetamin (7 nömrə ob) xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-ci il tarixli 362 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 8-ci bəndinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Həmin bənddə həmçinin göstərilmişdir ki, qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərin sayını və onların çəkiləri nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən psixotop maddə olan metamfetamin, narkotik vasitə olan heroin, habelə narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edici preqabalin olan dərman kapsullarını şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və müvafiq qaydada qablaşdırılmaqla saxlanılmışdır. Ona görə də hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 240.1-ci maddələrinə tövsif edir və belə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən hazırkı cinayət işi üzrə ona təyin ediləcək cəza Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(014)-21/2025 nömrəli hökmü ilə ona təyin edilmiş 8 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun hər bir əməli ayrıayrılıqda başa çatmış cinayətdir. Onun əməlləri nəticə etibarı ilə cinayətlərin təsnifatına görə az ağır və ağır cinayət kateqoriyasına aiddir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onkoloji xəstə olmasını və İİ dərəcəli əlil olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixli qərarla onun barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə təkrarən tutulmuş və xx.xx.2024-cü il tarixli qərarla onun barəsində yenidən “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xx.xx.2024-cü il tarixli qərarla dəyişdirilərək onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Habelə xx.xx.2025-cü il tarixli Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun haqqında axtarış elan edilmiş və xx.xx.2025-cü il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq X9 təhvil verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun tutulduğu vaxtdan, yəni xx.xx.2025-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və təqsirləndirilən şəxsin 04 (dörd) gün müddətinə tutulduğu vaxt cəzasına hesablanmaqla çıxılmalıdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Ağdaş rayon Polis şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkiləri - narkotik vasitə heroinin ümumilikdə 2,233 qram, psixotrop maddə metamfetanin ümumilikdə 0,342 qram, 03 ədəd kapsulda preqabalin, 02 ədəd lampa başlığı, 01 ədəd tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 manatlıq pul əsginasından hazırlanmış 02 ədəd boruşəkilli bükülü və 01 ədəd “Samsung A32” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 397 (üç yüz doxsan yeddi) manat 76 (yetmiş altı) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunan cəza ilə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin olunan 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdən, 22 fevral 2024-cü il tarixdə qədər tutulduğu 02 (iki) gün müddət və 20 mart 2024-cü il tarixdən, 22 mart 2024-cü il tarixdə qədər tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan narkotik vasitə heroinin ümumilikdə 2,233 qram qalığı, psixotrop maddə metamfetanin ümumilikdə 0,342 qram qalığı, 03 ədəd kapsulda preqabalin, 02 ədəd lampa başlığı, 01 ədəd tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 1 manatlıq pul əsginasından hazırlanmış 02 ədəd boruşəkilli bükülü və 01 ədəd “Samsung A32” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılsın və 03 diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 397 manat 76 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-46/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-46/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver