Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-47/2021 12.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X10, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Musayev Fuad Möhübbət oğlu müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər Vəkil Bürosunun vəkili Nümayəndə xx xxx 1988-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 5 pasport qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X7 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 128, 157.2, 29,149.2.4 və 182.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öz ailəsi ilə birlikdə onun anası Xanım Əliyevaya məxsus Mingəçevir şəhəri M.Mahmudov küçəsi ev 11, mənzil 25-də müvəqqəti yaşadığı dövrdə xx xxxxxx 2018-ci il tarixdə Zərərçəkmiş şəxs əri Şahid2la evdə qalmağa görə aralarında yaranmış münaqişə səbəbindən xx xxxxxx 2018-ci il tarixdə sonuncunun arvadı Zərərçəkmiş şəxs ilə həmin məsələyə görə yaranmış mübahisə zəminində üzərində olan kəsici-deşici xassəyə malik olan bıçaqla qəsdən Zərərçəkmiş şəxs bud nahiyəsindən bir dəfə vuraraq ona sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş “sağ budun deşilmiş-kəsilmiş yarası” ilə nəticələnən dərəcəsinə görə yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Bundan sonra, o, cinayət əməllərini davam etdirərək 2019-cu ilin sentyabr ayından oktyabr ayına kimi olan müddətdə mütəmadi olaraq Zərərçəkmiş şəxs əvvəllər onunla intim münasibətlərdə olduğu zaman çəkdiyi sonuncuya məxsus olan erotik şəkilləri onun qohumlarına göndərəcəyi və ya sosial şəbəkələrdə yayacağı hədəsi ilə ondan 2000 manat pulu hədə-qorxu ilə tələb edib, özgəsinin əmlakı olan həmin pulu ala bilmədiyindən xx xxxxxxx 2019-cu il tarixdə saat 1430 radələrində Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə gələrək giriş qapısını açdırmaq məqsədilə qonşuluqda yaşayan azyaşlı Ramil İsmayılovu aldadıb evin blokundan götürdüyü qəbzi ona verərək qapını döyüb Zərərçəkmiş şəxs verməsini xahiş etmiş, Ramil İsmayılovun qapını döyməsi və Zərərçəkmiş şəxs qapını açmasından istifadə edərək gizlənmiş olduğu ikinci mərtəbəyə qalxan pilləkənlərdən aşağı düşüb qapını zorla içəri basaraq orada yaşayan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzilə daxil olub sonuncunun ondan təkidlə çıxıb getməsini, əks təqdirdə polisə xəbər verəcəyini deməsinə əhəmiyyət vermədən giriş qapısını içəridən bağlayıb ondan əvvələr də mütəmadi olaraq barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə istədiyi 2000 (iki min) manat pulu artıq zor tətbiq etmək hədəsi ilə hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs ona veriləsi pulu olmadığını bildirdikdə isə əvvəlcə mənzilin giriş qapısından içəri tərəfdə dizi ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmaqla ona “sağ budun 1/3-nin ön səthinin qançırı” xarakterli sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib ona qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmaq qərarına gəlib bunun üçün əvvəlcə Zərərçəkmiş şəxs divara sıxıb özünə tərəf çəkməklə öpməyə çalışmış, sonuncunun ona müqavimət göstərdiyini gördükdə isə özü ilə zorla mənzilin hamam otağının qarşısına gətirib yerə yıxaraq, azyaşlı övladları- 2013-cü il təvəllüdlü X14 və 2014-cü il təvəllüdlü X6 gözləri qarşısında onlara iztirab verdiyini dərk edərək əynində olan paltarlarını zorla çıxarmağa davamlı cəhdlər etmiş, lakin Zərərçəkmiş şəxs ona aktiv müqavimət göstərməsini və zorakı əməllərinin qarşısını almaq üçün qışqırmasını görüb müqavimətini qırmaq məqsədilə əvvəlcədən üzərində olan kəsici-deşici xassəyə malik bıçağı çıxarıb Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurmaqla ona “sağ qoltuqaltı, sağ kürəkaltı nahiyənin, boyunun ön səthinin aşağı 1/3-nin, sağ əlin ovuc səthinin, sol körpücükaltı nahiyənin kəsilmiş yaraları” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmiş, həmin vaxt evdə olan və yaranmış səs-küyə oyanaraq analarına qarşı zor göstərilərək xəsarət yetirilməsini görüb həyəcanlanmış və qorxmuş Zərərçəkmiş şəxs azyaşlı övladları Əli Əlabbasov və Fatimə Əlabbasovanın qışqırıb ağlayaraq uca səslə kömək istəmələrini, həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs boğaz nahiyəsindən kəskin qan gəlməsini görüb yaxınlıqda yaşayan şəxslərin səs-küyə gələ biləcəyindən qorxaraq onu anasından aralamaq istəyən X3 itələyib bu zaman ona dərəcəsi təyin edilməyən “sol qulaq seyvanının sıyrığı” xəsarəti yetirib mənzildən qaçıb getməklə öz iradəsindən asılı olmayan səbəblərdən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini başa çatdıra bilməməklə zərərcəkmiş Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə xüsusi amansızlıqla onunla cinsi əlaqədə olmağa cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, 2017-ci ilin oktyabr ayında mərhum anası Xanım Alıyevanın xəstəliyi ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycana qayıtmış, qayıtdıqdan sonra Mingəçevir şəhərində anası ilə qonşuluqda kirayədə yaşayan Rəna ilə münasibətləri yaranmışdır. Təxminən 15-20 gün ərzində Rəna ilə telefon vasitəsilə əlaqə yaratmış, sonra isə könüllü olaraq görüşüb cinsi əlaqədə olmuşlar. Həmin vaxt Rəna onun anasının telefonundan nişanlısının nömrəsini tapıb danışaraq özünü onun sevgilisi kimi təqdim etdiyi üçün nişanı da pozulmuşdur. Anası xx xxxxxx 2018-ci il tarixdə vəfat etdikdən sonra Mingəçevir şəhəri M.Mahmudov küçəsi ev 11, mənzil 25-də yerləşən mənzildə tək qalmağa başlamış, anasının 40 mərasimindən sonra isə Rusiya Federasiyasına qayıtmışdır. Rusiyaya getməmişdən əvvəl Rənanın əri Salehə gəlib onların evlərində yaşamağı təklif etmiş, bundan sonra Saleh Əliabbasov özü, arvadı Rəna iki uşağı ilə birlikdə gəlib evə yığışmışlar. Razılaşmaya əsasən Salehdən kirayə pulu almamış, əvəzinə Saleh evdəki bəzi təmir işlərini görməyi öhdəsinə götürmüşdür. Rusiya Federasiyasında iki ay yarım qaldıqdan sonra Rənanın övladının ad günü ərəfəsində Azərbaycana qayıtmış, Rusiyada olarkən də Rəna ilə tez-tez telefonla əlaqə saxlamışdır. Ad gününə gələrkən Rənaya telefon, qızına sırğa almışdır. Qayıtdıqdan sonra öz evində Rənagillə birlikdə yaşamış, həmin vaxt yenə də Rəna ilə sevgi münasibətləri davam edərək bir neçə dəfə cinsi əlaqədə olmuşlar. Saleh səhərlər işə gedib axşam gəlmiş, həmçinin Saleh Mehdi adlı şəxsi özünün əmisi oğlu kimi təqdim etmişdir. Mehdi Saleh evdə olmayanda Rənanın yanına gedib-gəldiyinə görə sonuncular arasında nə isə münasibətlərin olmasından şübhələnmişdir. Bir dəfə Rəna ilə aralarında həm kirayə məsələsinə görə, həm də Rənanın onu təhqir etməsinə görə mübahisələri yaranmış, Rəna pərdə asan vaxt o da aşağıda əlində qayçı gözləyərkən Rəna özü yıxılaraq qayçıya batmışdır. Rəna əvvəl ondan şikayət etsə də sonradan gedib ərizə yazaraq şikayəti olmadığını və onunla barışdığını bildirmişdir. 2018-ci ilin dekabr ayında qohumları Rənanın problemlərinə görə sonuncunu evdən çıxartmış, Rənagil evdən çıxdıqdan sonra o, Rusiyaya qayıtmışdır. Rusiyada olduğu müddətdə yenə də Rəna ilə münasibətləri davam etmiş, Rəna ona ünvan 2 ünvanında yerləşən binaya kirayəyə köçmələrini bildirmişdir. 2019-cu ilin yay aylarında Rusiyadan Azərbaycana qayıtmış, bir neçə gün sonra Rənagilin Puşkin küçəsində kirayədə qaldıqları evə getmişdir. Həmin dövrdə də Rəna ilə mütəmadi görüşərək arabir Puşkin küçəsindəki evlərində cinsi əlaqədə olmuşlar. Həmin dövrdə o, Mingəçevir şəhərindəki Səməni otelində ofisiant işlədiyindən Kürün qırağındakı kirayədə qaldığı binalardan birində Rəna ilə sonuncunun əri işdə, uşaqları isə baxçada olarkən cinsi əlaqədə olmuşdur. 2019-cu ilin iyun-iyul aylarında Rəna ona müraciət edərək qardaşı Amil Nuriyevin fövqəladə hallar nazirliyinin müvafiq bir qurumuna və ya hərbiyə düzəlməsi üçün pul lazım olmasını bildirərərk ondan pul tapmasını xahiş etmişdir. 2019-cu ilin yayında o 1800 manatı Rənagilin kirayədə qaldığı Puşkin küçəsindəki evdə qapının qarşısında Rənaya vermiş, bir müddət sonra isə 200 manat pulu aparıb yenə həmin evdə Rənaya vermişdir. 2019-cu ilin sentyabr ayının əvvəlində Rənanın əri Saleh Rənanın mobil telefonunda sonuncunun onunla yazışmalarını görüb Rənanın adından onunla yazışmış və ondan Rəna ilə çəkdirdikləri şəkilləri telefona göndərməsini istəmişdir. Özünün Rəna ilə birlikdə olan, həmçinin Rənanın intim xarakterli şəkillərini Rənanın nömrəsinə “Whatsapp” tətbiqinə göndərmişdir. Rəna Salehin şəkilləri və mesajları görüb onun adından ərizə yazmağa getməsini bildirmiş, bununla bağlı onu Mingəçevir şəhər polis şöbəsinə çağırmışlar. Orada onun telefonunda olan şəkilləri silmişlər. Rənagillə barışıq olduğundan şikayətlərini geri götürmüşdür. Rənanın onun barəsində Rənanın şəkillərini yaymaqla hədələməsiylə bağlı şikayətindən sonra Puşkin küçəsindəki evlərinə gedib pulunu istəməyə çalışmış, Rəna ona səhəri gün gəlib pulu götürməsini demişdir. Səhəri gün o, yenidən Rənagilə getdikdə artıq evdə heç kimi tapmamış, Rənanın ailəsi ilə birlikdə Yevlax rayonuna köçdüyünü bilmişdir. Bundan sonra Salehin işlədiyi hərbi hissəyə gedib sonuncunun işdən sonra evə gəlməsini izləyib yaşadığı binanı tapmışdır. xx xxxxxxx 2019cu il tarixdə səhər saatlarında dostu Bəxtiyarla birlikdə Mingəçevir şəhərindən Yevlax rayonuna Rənagilin evlərinə tərəf gedib binalarının qarşısında gözləyərkən Rənanın qızı ilə birlikdə gəlməsini görmüş, ancaq sonuncu onu görməmişdir. Təxminən 10-15 dəqiqə sonra Bəxtiyara onu binanın qarşısında gözləməsini tapşırıb tezliklə gələcəyini demiş, Rənagilin bloklarına girib orada azyaşlı uşaq olmasını görüb həmin vaxt üzərində olan qaz borcu ilə bağlı qəbzi həmin uşağa verib Rənagilin qapılarını döyüb qəbzi həmin evə verməsini xahiş etmişdir. Özü isə qapının ağzından yuxarı qalxan pilləkənə qalxıb orada gözləmiş, uşaq qapını döyüb Rəna qapını açdığı vaxt o da qapını itələyərək evə daxil olmuşdur. Rənadan sonuncuya verdiyi pulu istəmiş, bu zaman aralarında mübahisə yaranmışdır. Yaranmış münaqişə zamanı Rəna onu itələyərkən köynəyinin qolundan tutduğu üçün köynəyinin sağ qol hissəsi cırılmışdır. Rəna onu itələyərkən əlində olan kirayədə qaldığı evin açarı Rənanın boğaz nahiyəsinə dəymişdir. Rəna yenə onu itələməyə davam etdikdə o da yumruqla Rənanı vurmağa başlamış və əlbəyaxa olmuşlar. Bu vaxt Rənanın evdə olan uşaqları otaqdan çıxmış, Rəna ağlaya-ağlaya evdən çıxıb getməsini istəmişdir. Bundan sonra evdən çıxıb aşağı düşmüş, daha sonra Bəxtiyarla yaxınlıqdakı yola gedib oradan taksiyə əyləşib əvvəlcə avtovağzala, daha sonra isə marşrutla Mingəçevir şəhərinə getmişdir. Bundan sonra daha Rəna ilə əlaqəsi olmamışdır. Həmin günü Yevlax rayon Polis Şöbəsindən zəng edərək onu şöbəyə dəvət etsələr də içkili olduğundan getmək istəməmişdir. Sonrakı müddətdə Gəncə, Goranboy, Ağdaş rayonlarında qonaq kimi tanışların evində qalmışdır. xx xxx 2020-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhərində yenidən Səməni oteldə işləmək üçün otelə getmək istəyərkən yaşadığı evin yaxınlığındakı dayanacağa çatmamış 3 nəfər Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. Zərərçəkmiş şəxs ilə heç vaxt zorla cinsi əlaqədə olmaq istəməmiş, sonuncudan heç vaxt hədə-qorxu ilə pul tələb etməmişdir. Məhkməmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, əri Şahid2 hərbi qulluqçu olduğuna görə işi ilə əlaqədar 2017-ci ildən Mingəçevir şəhərində Azdres qəsəbəsində kirayədə yaşamağa başlamışlar. Əvvəl Hüsniyə adlı qadına məxsus olan M.Mahmudov küçəsi bina 11, mənzil 26-da, 2018-ci ilin fevral ayından isə Xanım adlı qadının həmin binada 25 nömrəli mənzildə olan evində kirayədə yaşamışlar. Məhəmməd X1 tanımış, Xanım vəfat etdikdən sonra övladları sağlığında Xanıma qulluq etdiyi üçün sonuncunun evində pulsuz qalmalarına icazə vermişlər. Onlar da kirayə haqqının əvəzinə evin bəzi yerlərini təmir etdirmişlər. Həmin evdə qaldıqdan 2-3 ay sonra Xanımın oğlu Məhəmməd həmin evə gəlib-getməyə başlamış, 2018-ci ilin mart ayında həmin evdə təmir işləri görərkən onunla söhbət etdikləri vaxt Məhəmməd ondan xoşu gəldiyini deyib qəflətən onu döşəməyə yıxmış, sonra ağzını tutub şalvarını çıxarıb onun da əynində olan koftasını çıxardıqdan sonra alt geyiminin bəzilərini çıxarıb onunla bir dəfə cinsi əlaqədə olmuşdur. Məhəmmədi özündən itələməyə çalışsa da gücü çatmamış, onunla cinsi əlaqədə olduqdan sonra Məhəmməd durub çıxıb getmişdir. Bu barədə heç kimə heç nə deməmiş, qaldıqları 8-ci ayda Xanımın Türkiyədə yaşayan Nuriyə adlı qızı əri Salehdən evdə qalmaqlarına artıq kirayə pulu verilməsini istəmişdir. Əri Saleh də razılaşdıqdan sonra Nuriyə onlara aylıq 90 manat pulu qardaşı Məhəmmədə verilməsini bildirmişdir. Əri Saleh əvvəlcə Məhəmmədə bir ay 80 manat kirayə haqqı vermiş, qalan 10 manatın azlığına görə Məhəmmədlə əri Saleh arasında mübahisə yaranmışdır. Həmin vaxt o da Məhəmmədə iradını bildirmiş, səhəri gün, yəni xx xxxxxx 2018-ci il tarixdə saat 9-da qızını və oğlunu baxçaya aparıb evə qayıdarkən Məhəmməd onunla birlikdə evə daxil olub və mətbəxə daxil olub geri qayıdarkən ona dünən Salehin yanında niyə Məhəmmədlə kobud danışmasını soruşmuş, Məhəmmədə özünün onlara qarşı hörmətsizlik etdiyini bildirdiyi vaxt Məhəmməd evdən götürdüyü və arxasında gizlətdiyi taxta dəstəkli mətbəx bıçağını çıxarıb sağ tərəfindən böyründən bir dəfə bıçaqla onu vurmuşdur. Xəstəxanada Məhəmməd onu hədələdiyi üçün qorxub guya evdə pərdə asarkən qayçı batmasını bildirmiş, lakin Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşı ondan izahat alarkən hadisənin necə baş verməsini danışmışdır. Məhəmməd həmin hadisədən sonra Rusiya Federasiyasına getmiş, Məhəmmədin bacıları və bacısının əri ondan şikayət ərizəsini geri götürməyini xahiş etdikdən sonra ərizə yazaraq Məhəmməd barədə olan şikayətini geri götürmüşdür. Bir müddət Məhəmməd Azərbaycanda olmadığından sonuncunu görməmiş, xx xxxxxx 2018-ci il tarixdə Məhəmmədgilin evlərindən ünvan 3 mənzil 44 ünvanına köçmüşlər. 2019-cu ilin iyun ayında rəfiqələri və uşaqları ilə birlikdə Mİngəçevir şəhərində “Dostluq” parkında oturduğu vaxt Məhəmmədi iki nəfər digər şəxslə birlikdə gəzərkən görmüş, bir gün sonra Məhəmməd onun nömrəsinə zəng edərək qayıtdığını bildirib yenidən onu təhdid edərək onunla münasibətinin olması barədə ərinə deyəcəyini bildirmişdir. Məhəmməd ona ərindən boşanmasını istəyib özünün onunla evlənəcəyini və evi də adına keçirəcəyini vəd etmişdir. 2019-cu ilin avqust ayının əvvəlində Məhəmməd onu izləyib yaşadığı evi öyrəndikdən sonra parkdan evə qayıdarkən arxası ilə açıq qapıdan evə daxil olub uşaqların sonuncunu görməməsi üçün girib hamamda gizlənmiş, uşaqları rahatladıqdan sonra mətbəxə keçib yenə də onu hədələyərək ərindən boşanmasını istəmişdir. 2019-cu ilin təxminən avqust ayında Məhəmməd onu şəhərdə görüb ondan xəbərsiz şəhərə çıxdığı üçün əsəbləşib arxasınca gəlib qolundan tutub onu kirayədə yaşadığı evə aparıb döyməyə başlamış, həmin vaxt Məhəmmədin əlində olan şampan açmaq üçün istifadə olunan əşya ilə dirsəyindən vurarkən xəsarət aldıqdan sonra Məhəmməd gedib aptekdən bint və pereks alıb ona gətirərək qolunu sarımışdır. Həmin hadisədən sonra Məhəmməd onunla cinsi əlaqədə olaraq həmin aktı telefona çəkmişdir. Məhəmmədə şikayət edəcəyini bildirsə də, sonuncu onu videogörüntülərlə hədələmişdir. Məhəmməd həm də onunla skype vasitəsilə danışarkən olan yarıçılpaq və paltarlı şəkillərini götürüb əri Salehə göndərmişdir. Evə gəldikdən sonra əri Salehə Məhəmməd barədə danışmış, əri isə Məhəmmədin mobil nömrəsinə zəng etsə də telefona qadın cavab verərək onun rəfiqəsi Əfsanənin xalası qızı olmasını bildirmişdir. Ərinə nömrəni verdiyinə görə Məhəmməd yolda onu tutub əri Salehə nömrənin Məhəmmədə aid olmadığını deməsini tələb etmişdir. Bu hadisədən sonra Məhəmməd əri Salehə onun intim xarakterli şəkillərini və videoları göndərərək ərinə onun əxlaqsız qadın olduğunu demişdir. Saleh artıq ondan boşanmaq dərəcəsinə çatmış, Salehin təkidi ilə Məhəmmədin onun qoluna xəsarət yetirməsi və onu şantaj etməsi ilə bağlı yenidən ərizə ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmişdir. Həmin vaxt Məhəmməd şəkilləri onun ailə üzvlərinə göndərəcəyi və onu daha da biabır edəcəyi ilə onları hədələyərək şikayəti geri götürməsini istəmişdir. Məhəmməd Sahil adlı iş yoldaşı vasitəsilə polis şöbəsinə kağızda özünün artıq ona yaxınlaşmayacağı və şəkilləri telefondan silməsi barədə izahat yazaraq mobil telefonla birlikdə göndərdikdən, mobil telefondan şəkilləri silərək kartı da sındırdıqdan sonra bu dəfə də ərizəni geri götürmüş, bundan sonra ailəsi ilə birlikdə Yevlax rayonuna köçmüşlər. Buna baxmayaraq Məhəmməd 2019-cu ilin sentyabr-oktyabr aylarında mütəmadi olaraq müxtəlif şəxslərdən söz göndərməklə ona məxsus lüt şəkilləri yayacağı ilə hədələyərək onlardan 2000 manat pul istəmişdir. xx xxxxxxx 2019-cu il tarixdə saat 14 radələrində uşaqlarını evdə yatızdıran zaman qapı döyüldüyünə görə gözlükdən baxarkən qonşuları Familin oğlunun qapını döydüyünü görmüşdür. Həmin uşaqdan nəyə görə qapını döydüyünü soruşduqda Familin oğlu çek verəcəyini bildirdiyinə görə qapını biraz açdıqda qəflətən Məhəmməd yuxarı pilləkənlərdən aşağıya doğru hücum edib qapını qəfil itələyib açaraq içəri keçmişdir. Evə daxil olduqdan sonra Məhəmməd onu təpiklə bir neçə dəfə vuraraq qapını açarla içəridən bağlamış, daha sonra onu divara tərəf sıxıb özünə tərəf çəkərək öpmək istəmişdir. Məhəmmədi itələyərək çıxıb getməsini istəmiş, Məhəmməd isə onun ağzını tutaraq hamam tərəfə aparmışdır. Məhəmməd ona nəyə görə əvvəl dediyi 2000 manat pulu vermədiyini soruşduqda pulunun olmadığını və Məhəmmədə istədiyi pulu verə bilməyəcəyini bildirib çıxıb getməsini demişdir. Bundan sonra Məhəmməd ona soyunmağını demiş, razılaşmadıqda Məhəmməd əvvəlcə onun əynində olan maykanı cırıb çıxartmağa və onu yerə yıxıb özü də şalvarını açmağa çalışmışdır. Yerə yıxıldıqdan sonra Məhəmmədin hərəkətlərinə artıq tab gətirə bilmədiyindən mətbəxə qaçıb bıçaq götürməyə çalışmış, ancaq Məhəmməd onun saçından tutub yenidən yerə yıxmışdır. Daha sonra əynində olan boz rəngli idman şalvarını aşağı çəkməyə başlamış, həmin vaxt artıq uşaqları da səs-küyə yataq otağından çıxıb onu həmin vəziyyətdə görərək ağlamağa başlamışlar. Məhəmməd onunla cinsi əlaqədə olmağa razı olmayacağını və pulu verməyəcəyini görüb şalvarının yan cibindən açılıb-qatlanan dəstəyi qara rəngli bıçağı çıxarıb onu qorxutmaq və cinsi əlaqəyə razı salmaq üçün əvvəlcə iki dəfə yan tərəfindən, daha sonra isə bir dəfə də boğazından vurub xəsarət yetirmişdir. Həmin vaxt azyaşlı oğlu Əli ağlayaraq Məhəmmədi çəkib ondan aralamağa çalışdıqda Məhəmməd əli ilə oğlunu da itələyərək sonuncunun qulağını cızmışdır. Bundan sonra boğazından qan gəlməsini və uşaqların qışqırmasını görüb Məhəmməd qorxub evdən çıxıb getmişdir. Məhəmməd qardaşının işə düzəlməsi ilə əlaqədar ona heç bir məbləğdə pul verməmiş, ümumiyyətlə qardaşının Fövqəladə Hallar Nazirliyinin hər hansı qurumuna və ya hərbi hissələrin birinə hərbi qulluqçu kimi işə düzəlmə məsələsi olmamışdır. Həmçinin özlərinin Təqsirləndirilən şəxs evlərində qaldıqları müddətdə sonuncuya kirayə puluna görə hər hansı məbləğdə borcları olmamışdır. Təqsirləndirilən şəxslə barışmamış, sonuncuya ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayına kimi işlədiyi hərbi hissə Mingəçevir şəhərinə yaxın olduğu üçün ailəsi ilə birlikdə Az.DRES qəsəbəsində əvvəl Hüsniyyə adlı qadının evində kirayədə yaşamış, həmin evlə üzbəüz yaşayan Xanım adlı qadınla münasibətləri normal olmaqla qadının övladları kənarda olduğu üçün o və arvadı Xanıma mütəmadi olaraq qulluq göstərmişlər. xx xxxxxx 2018-ci il tarixdə Xanım vəfat etdikdən sonra sonuncunun övladları analarının ölməmişdən əvvəl evində onların qalmalarını istədiyini və onların anasına qulluq etdikləri üçün yenə Xanımın evində pulsuz olaraq qalmalarını təklif etmişlər. Ailəsi ilə birlikdə bununla razılaşıb həmin evə köçmüş, Xanımın yaxınları onlardan yalnız evin çatışmayan bəzi hissələrini kirayə haqqı əvəzinə təmir etmələrini istəmişlər. Evin qapısını dəyişdirib, divarların bəzilərini təmir etdirmişdir. Təqsirləndirilən şəxs Xanımın dörd uşağından biri kimi tanımış, münsibətləri normal olmuşdur. Evdə təxminən 10 ay qaldıqdan sonra Xanımın Türkiyədə yaşayan qızı onunla əlaqə saxlayaraq qardaşı Təqsirləndirilən şəxs evdə qalmalarının əvəzinə hər ay 90 manat kirayə haqqı vermələrini tapşırmışdır. Bununla razılaşaraq yaşadıqları müddətin doqquzuncu ayında Məhəmmədə 90 manat pul vermiş, ikinci ayın pulunu verəndə 10 manat pulu çatmadığına görə Məhəmmədlə aralarında narazılıq yaranmışdır. Bundan sonra Məhəmməd arvadı Rəna vasitəsilə ona söz göndərərək 5000 manat verib həmişəlik həmin evdə pul ödəmədən kirayədə qalmalarını bildirmişdir. Məhəmmədlə razılaşmayıb o qədər pulu olmadığını bildirmiş, bunun üstündə aralarında yaranmış münaqişə zamanı qarşılıqlı olaraq birbirilərini söymüşlər. Səhəri gün Mingəçevir şəhər polis şöbəsinin təhqiqatçısı ona zəng edərək xəstəxanaya çağırmış, orada arvadı Rənanın xəsarət alaraq xəstəxanaya düşdüyünü bilmişdir. Evə gəldikdən sonra arvadı Rəna ona özünə qayçı batmasını bildirmiş, hadisənin necə baş verməsindən xəbəri olmamışdır. Yalnız səhəri gün ekspertizaya aparılarkən arvadı onu Məhəmmədin vurduğunu və kiməsə deyəcəyi təqdirdə onu uşaqları ilə hədələdiyini demişdir. Məhəmməd həmin hadisədən sonra qaçıb başqa yerə getmiş, bir müddət Məhəmmədin qohumları və ailə üzvləri onlara xahişə gələrək Məhəmmədi bağışlamalarını istəmişlər. Məhəmmədin qohumlarının xahişlərini nəzərə alıb barışıq ərizəsi yazmışlar. Bir neçə ay sonra Məhəmməd yenidən Azərbaycana qayıtmış, 2019-cu ilin avqust ayının axırında Rəna ona Məhəmmədin arvadının nömrəsini taparaq mütəmadi olaraq zəng edib narahat etməsi barədə məlumat vermiş, Rənanın ona göstərdiyi nömrəyə zəng etmişdir. Həmin nömrəyə zəng etdikdə bir qadın telefona cavab vermiş və özünü onun arvadının rəfiqəsi Əfsanənin xalası qızı kimi təqdim etmişdir. Arvadının həqiqətən də Əfsanə adlı rəfiqəsi olduğundan həmin qadına inanmış, ancaq səhəri gün yenidən həmin nömrəni yığdıqda telefona Məhəmməd cavab verib onun nömrəsini bloka atmışdır. Sonra isə Məhəmməd özü ona zəng edərək arvadının fahişə olmasını, arvadı ilə əlaqəsi olmasını bildirib arvadının Məhəmməddə şəkillərinin olmasını demişdir. xx xxxxxxxx 2019-cu il tarixdə işdən evə gəldikdə arvadı Rəna Məhəmmədin yaşadıqları binanın yaxınlığında arvadına yaxınlaşaraq zəng edən şəxsin özü olmaması barədə ərini inandırmağı tapşırıb qorxutduğunu bildirmişdir. Bununla bağlı Mingəçevir şəhər polis şöbəsinə gedib ərizə də yazmış, Rəna həmin vaxt ona əgər 2000 manat verməsələr Məhəmməd əlində olan şəkilləri hamıya yayacağını demişdir. Polis şöbəsində araşdırma gedərkən polis əməkdaşlarının tələbi ilə Məhəmməd telefonu şöbəyə yollamış və həmin telefon format edildikdən sonra qaynanasının təhriki ilə onlar şikayətlərini geri götürmüşlər. Məhəmməd sonradan iş yoldaşı Miri vasitəsilə ona evində qalmaqlarının müqabilində hər ay 50 manat göndərərək ümumilikdə ona 2000 manat verməli olduqları barədə xəbər göndərmişdir. 2019-cu ilin sentyabr ayında onlar artıq Mingəçevir şəhərindən Yevlax rayonuna köçdükdən sonra Məhəmməd yenidən Miri vasitəsilə ona xəbər göndərərək evinin yerini tapmasını və pulu ödəməyəcəyi təqdirdə şəkilləri Rənanın qohum əqrabasına və digər şəxslərə yayacağını bildirmişdir. Bu məsələ ilə bağlı Miri ilə birlikdə Azdres qəsəbəsinə Məhəmmədin vaxtının əksər hissəsini keçirdiyi çayxanaya gedib sonuncunu axtarsa da tapa bilməmişlər. xx xxxxxxx 2019-cu il tarixdə işdə olarkən rayon mərkəzi xəstəxanasından zəng edərək arvadının bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə xəbər vermişlər. Biraz sonra arvadı ona zəng edərək Məhəmmədin kirayədə yaşadıqları evə gələrək pul istəyib zor tətbiq etdikdən sonra bıçaqla xəsarət yetirdiyini, daha sonra oğlu Əlini itələyib qaçıb getməsini bildirmişdir. Sonradan Məhəmmədin qonşuları Familin oğlu vasitəsilə arvadı Rənanı aldadaraq evə daxil olduğunu və arvadı ilə zorla cinsi əlaqədə olmaq istəyərək sonra bıçaqla xəsarət yetirib qaçdığını bildirmişdir. Xəstəxanadan sonra yaşadığı mənzilə gəldikdə dəhlizin divarlarında və mənzilə giriş qapısının qarşısında səpələnmiş vəziyyətdə qanabənzər ləkələrin olmasını aşkar etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə əvvəldən tanıdığı Məhəmməd adlı şəxs yaşadıqları Yevlax şəhərindəki evə gələrkən o da evdə olmuş, həmin vaxt Məhəmməd anasını tutub yerə yıxmış, həmin vaxt anası qışqırdığına görə o və bacısı qışqırıb ağlamağa başlamışlar. Məhəmməd cibindən bıçaq çıxarıb anasının boğazından və qarnından vurmuş, Məhəmmədə anasını vurmamasını desə də, Məhəmməd əli ilə onu da itələmişdir. Məhəmmədin əlindəki bıçaq onun qulağına dəymişdir. Bundan sonra Məhəmməd evdən qaçıb getmiş, anasının boğazından qan gəldiyi vaxt qonşular köməyə gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Məhəmmədi Mingəçevir şəhərində yaşayan qızı Rənanın qonşusu Xanımın oğlu kimi tanımış, Xanım tək yaşadığı üçün Rəna ev işlərində Xanıma kömək etmişdir. 2018-ci ilin yanvarın ayında Xanım vəfat etmiş, Xanımın “40” mərasimindən sonra qohumlarının təkidi ilə Rəna Salehlə birlikdə Xanımın evinə köçmüşlər. Xanımın qohumları Salehdən kirayə pulu istəməmiş, qızının yanına gedərkən Məhəmmədi görmüşdür. 2018-ci ilin dekabr ayının sonlarında Rəna ona zəng edərək yıxıldığını, böyrünə qayçı batdığını desə də, sonradan Saleh ona zəng edərək Məhəmmədin Rənanı bıçaqladığını demişdir. Səhəri gün o qızının yaşadığı evə gedərkən orada Rənanın böyründən xəsarət aldığını görmüş, Rəna Məhəmmədin pul üstündə Salehlə dalaşdığını, sonra gəlib bıçaqla Rənanı vurduğunu demişdir. Rəna Məhəmməddən qorxduğu üçün polisə izahat verərkən yalan dediyini, izahatında Məhəmməd tərəfindən bıçaqlandığını göstərmədiyini, böyrünə qayçı batdığını dediyini bildirmişdir. Bundan sonra onlar qızı Rənanın ailəsi üçün Mingəçevir şəhərində başqa bir ünvanda kirayə ev tutmuşlar. 2019-cu ilin sentyabr ayının əvvəlində Saleh ona zəng edərək Məhəmmədin telefonda “WhatsApp” ilə telefona Rənanın lüt şəkillərini atdığını dedikdən sonra Mingəçevir şəhərinə, qızının yanına getmişdir. Saleh telefonunda olan Rənaya məxsus lüt şəkilləri ona göstərmiş, Rənadan şəkillər barədə soruşduqda sonuncu ona Məhəmmədin qızına hədə-qorxu gəldiyini, yaşadığı evə girib Rənaya soyunmağı tapşırıb telefonla şəklini çəkdiyini bildirmişdir. Rəna Məhəmmədin şəkillər ilə qızını şantaj edərək 2000 manat pul tələb etdiyini bildirmişdir. Sonra həmin gün Məhəmməd telefonla ona zəng edərək qızının lüt şəkillərini qohumlarına göndərəcəyini demiş və Rənanın Mingəçevir şəhər polis şöbəsinə etdiyi şikayətini geri götürməsi tələb etmişdir. Məhəmməd ona qızının əri Salehdən boşanmasını, qızı ilə evlənəcəyini demişdir. Hədə-qorxu gəldiyi üçün Rəna Məhəmməddən şikayətçi olmaması barədə ərizə yazmış, sonra Mingəçevir şəhərindən Yevlax şəhərinə köçmüşlər. xx xxxxxxx 2019-cu il tarixdə Rənanın bıçaqlandığını eşitdikdən sonra Yevlax şəhərinə gəldikdən sonra xx xxxxxxx 2019-cu il tarixdə günorta saatlarında Məhəmmədin qonşuda yaşayan bir nəfər uşağın vasitəsi ilə Rənanı aldadıb evin giriş qapısını açdırdığını, Rənadan 2000 manat pul tələb etdiyini, sonra qızını yerə yıxıb zorlamaq istədiyini, Məhəmmmədi itələyib dəhlizə qaçdığını, həmin vaxt Məhəmmədin əlindəki bıçaqla Rənanın boğazından və böyründən bir neçə dəfə bıçaqla vurduğunu, azyaşlı uşaqlarının qorxub ağladığını görüb qaçıb getdiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə o evdə yatdığı vaxt Salehgilin evlərindən səs-küy gəldiyini eşidib evdəkilərin uşaqlarını döydüyünü hesab etmişdir. Biraz sonra Rəna yaralı vəziyyətdə və üstü-başı qanlı onların evlərinə girmişdir. Rənanı həmin vəziyyətdə görüb təcili tibbi yardım xidmətinə zəng etmiş, daha sonra bayıra çıxıb qonşu uşaqlardan yaxınlıqda olan taksilərdən birini çağırmasını istəmişdir. Biraz sonra Rəna taksi ilə qonşulardan biri ilə xəstəxanaya getmişdir. X12 şəhərində kirayədə qaldıqları evin sahibi olan oğlan tərəfindən xəsarət yetirildiyini eşitmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Saleh Əliabbasov və ailəsini bir neçə il əvvəl hərbidə işləyən qardaşı Laçın Mehdiyev vasitəsilə tanımış, sonuncuların evlərinə gedişgəlişləri olmuşdur. X8 adlı şəxsin evində qalmış, bir neçə dəfə qardaşı Mirzəli və sonuncunun arvadı ilə birlikdə Salehgilin kirayədə qaldığı evə getmişdir. Məhəmməd adlı ev sakinini isə Salehgilin evlərində bir dəfə görmüşdür. Rəna və Saleh Məhəmmədgilin evlərində qaldıqları müddətdə bir dəfə Rəna ona zəng edərək Məhəmməd adlı ev yiyəsi tərəfindən incidilməsi, tez-tez pul tələb olunması və döyülməsini bildirərək bu barədə ərinə və qardaşına deyə bilmədiyi üçün ondan köməklik etməyini istəmişdir. Rənanın danışıqlarından könüllü olmasa da Məhəmmədlə münasibətlərinin olduğunu hiss etmiş, Rənaya köməklik etmək məqsədi ilə Rənadan Məhəmmədin nömrəsini alıb sonuncuya zəng etmişdir. Məhəmmədlə danışıqlarında Rənanı incitməsinə görə iradını bildirdikdə Məhəmməd əsəbləşərək onun ünvanına nalayiq ifadələr və təhqirlərdən istifadə etmiş, Rənanın heç nəyi olmadığına görə bu məsələyə də müdaxilə etməyə səlahiyyəti olmadığını bildirmişdir. Məhəmməd özünün Rəna ilə əlaqəsi olmasına görə onun da Rəna ilə yaxın münasibəti olmasını düşünüb Rənanın ondan uzaq olmasını istəmişdir. Məhəmmədlə Rənanın bu məsələsinə görə 2 gün ərzində bir neçə dəfə danışmış, sonra Məhəmmədlə danışmamışdır. Bu məsələdən bir müddət sonra Rəna ona anasının qonaq gəlməsini və anası üçün hədiyyə almalı olduğunu bildirərək buna görə 70 manat pul istəmişdir. Həmin vaxt işlədiyi Zərdab rayonu Əlvənd kəndindən poçt vasitəsilə Rənaya 70 manat pul göndərmiş, bir neçə aydan sonra Rənadan pulu istədikdə sonuncu həmin pulu Məhəmmədə verdiyini, Məhəmməd tutulmaması üçün Azərbaycandan getmək üçün pul topladığını və pulun düzəlməsi üçün məcbur qalıb Məhəmmədin hədələrindən sonra pulu sonuncuya verməsini bildirmişdir. Rənaya irad bildirərək Məhəmmədin telefonda ona dediyi sözlərin qarşılığında nəyə görə onun pulunu Məhəmmədə verməsinə görə Rənanı tənbeh etmişdir. Rəna isə Məhəmməddən qorxduğu üçün məcbur qalıb verdiyini bildirmişdir. Pul məsələsinə görə Mingəçevir şəhərinə də getmiş, Rəna ilə kirayədə qaldıqları binanın yaxınlığında söhbət edərkən sonuncu Salehdən qorxduğu üçün pulu ərindən istəyə bilmədiyini və pulu özünün tapıb verəcəyini demişdir. Bundan sonra artıq pulu Rənadan istəməmiş, bir müddət sonra Bərdə rayon Polis Şöbəsindən ona zəng edərək şöbəyə dəvət etdikdən sonra Rənanın barəsində guya özünün Rənanı narahat etdiyini, ailəsi ilə birlikdə yaşamağa imkan vermədiyi ilə əlaqədar şikayət etməsini bilmişdir. Bu hadisədən bir neçə ay sonra Rəna öz telefonu ilə ona zəng edərək üzr istəyib Məhəmmədin məcbur edərək barəsində polisə şikayətlə əlaqədar müraciət etdirdiyini bildirmişdir. Həmin məsələlərdən sonra Bakı şəhərinə getdiyindən Rəna və Salehlə artıq əlaqələri kəsilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 724 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətsağ qoltuqaltı, sağ kürəkaltı nahiyənin, boyunun ön səthinin aşağı 1/3-nin, sağ əlin ovuc səthinin, sol körpücükaltı nahiyənin kəsilmiş yaraları, sağ budun yuxarı 1/3-nin ön səthinin qançırı vardır. Bu xəsarətlərdən sağ qoltuqaltı, sağ kürəkaltı nahiyənin, boyunun ön səthinin aşağı 1/3-nin, sağ əlin ovuc səthinin, sol körpücükaltı nahiyənin yaraları iti kənarlı alətin, ola bilsin bıçağın tiyəsinin təsirindən, qançır isə küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən qançır sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən, qalan xəsarətlər isə səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarına əlavə edilmiş əlavə məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 13/724 nömrəli ekspert rəyindən görünür ki, yuxarıda göstərilən xəsarətlər “Xəsarətlərin xarakterini, yerləşdiyi nahiyələri nəzərə alaraq onların zor tətbiq etməklə cinsi əlaqədə olmaya cəhd zamanı zərərçəkmişin göstərdiyi müqavimət zamanı əmələ gəlməsini istisna etmək olmaz.“ İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2018-ci il tarixli 694 nömrəli ekspertiza rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş sağ budun deşilmiş-kəsilmiş yarası deşici kəsici alətin təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2018-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığa qısa müddət pozulmasına səbəb olduğundan yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 730 nömrəli ekspert rəyindən görünür ki, Şahid3 aşkar edilmiş xəsarət sol qulaq eyvanının sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarına əlavə edilmiş məhkəmə tibbi-kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 567/2019-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt maykanın arxa sağ nahiyəsində iki ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt mayka üzərində aşkar edilmiş iki ədəd zədənin daxil olma səviyyəsində eni 1,2 sm-ə qədərdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində həmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş kompleks məhkəmə-bioloji və trasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 850/2019-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu B(İİ)-dür. Ekspertizaya təqdim edilmiş 03 ədəd pambıq tampon, Zərərçəkmiş şəxs məxsus mayka (köynək), şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan Ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız B(İİİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus mayka (köynək), şalvar üzərində olan ləkələrdə spermaya şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 493 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22ci maddələrinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək etmək qabiliyyətindədir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş qara rəngli, “X18 Prime” markalı telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs “whatsapp” tətbiqindən +7-937-533 30 36 saylı mobil nömrə ilə qeydiyyatdan keçmişdir. Təqsirləndirilən şəxs 055 *** ** ** nömrə ilə “whatsapp” tətbiqindən qeydiyyatdan keçmiş Sənan adlı tanışı ilə xx xxxxxxx 2019-cu il tarixdə mesajlaşmaları vardır. Mesajlaşmalarda Təqsirləndirilən şəxs Sənan adlı tanışından Rəna Əliabbasovanın qaldığı mənzili tapmaqda ona köməklik etməsini istəməsi öz əksini tapır. Təqsirləndirilən şəxs “whatsapp” tətbiqinin əlaqələr bölməsinə “Sestr turç” kimi qeyd etdiyi bacısı ilə xx xxxxxx 2019-cu il tarixdə mesajlaşmaları vardır. X2 bacısından Rəna Əliabbasovaya şikayətini geri götürməsini demələrini istəməsi, əks təqdirdə efirə çıxıb biabır edəcəkləri ilə bağlı Rənaya təsir etmələrini istəməsi öz əksini tapır. Whatsapp tətbiqi vasitəsilə həmçinin Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrəsi ilə səsli zənglərin olması da müəyyən edilmişdir. Telefonun fotoşəkillər olan bölməsində Rəna Əliabbasovaya məxsus intim xarakterli fotolar, onun əri və uşaqlarının fotoları həmçinin Rəna Əliabbasovanın özünün göndərmiş olduğu fotolar öz əksini tapır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2019-cu il tarixli qərarı ilə həbsdə saxlama müddəti 1 ay 14 gün yəni xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixli qərarı ilə isə 1 ay 20 gün, yəni xx.xx.2020ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Alıyev X4 şəhəri Mahir Mahmudov küçəsi 11, ev 25-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmaq istəməməsi, sonuncudan hədə-qorxu ilə pul tələb etməməsinə dair ifadəsini məhkəmə özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin bu qənaətə gəlməsinə Zərərçəkmiş şəxs və şahid Əli Əlabbasovun ifadələri, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin ifadəsində Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı vurması, sonradan isə sonuncuya qardaşının Fövqəladə Hallar Nazirliyində işə düzəlməsi üçün 2000 manat borc verdiyi pulu istəyərək vurmasını göstərməsinə dair ziddiyyətli hallar və iş materiallarında olan digər sənədlər əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin istintaq orqanı tərəfindən CM-in 128, 29, 149.2.4, 157.2 və 182.2.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 75.1.1-ci maddəsinə əsasən şəxs böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti yetirmə cinayətini törətdiyi xx xxxxxx 2018-ci il tarixdən iki ildən artıq müddət keçdiyinə görə ona CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini CMin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-in 29, 149.2.4-cü maddəsi ilə cəza təyin edərkən məhkəmə əlavə olaraq CM-in 63.3-cü maddəsinin tətbiqini də qanuni hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 29, 149.2.4, 157.2 və 182.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu xx xxx 2020-ci ildən hesablanmalı və CM-nin 56.1.2-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci yoxdur, xüsusi müsadirə olunan əmlak nəzərdə tutulmamışdır. İş üzrə maddi sübut olan Yevlax rayon Polis Şöbəsində saxlanılan qara rəngli mayka, boz rəngli idman şalvarı zərərçəkmiş Zərərçəkmiş şəxs, “X18 Prime” markalı mobil telefon təqsirləndirilən Təqsirləndirilən şəxs qaytarılmalı, hadisə yerindən götürülmüş 03 ədəd qan nümunəsi məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 149.2.4, 157.2 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı xx xxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan qara rəngli mayka, boz rəngli idman şalvarı zərərçəkmiş Zərərçəkmiş şəxs, “X18 Prime” markalı mobil telefon təqsirləndirilən Təqsirləndirilən şəxs qaytarılsın, hadisə yerindən götürülmüş 03 ədəd qan nümunəsi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-47/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-47/2021
12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver