Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-47/2022 16.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi4 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxx 1989-cu il tarixdə Zərdab rayonu Alıcanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Zərdab Rayon Məhəkəməsinin 08.05.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə təqsirli bilinərək aylıq qazancından 15 % tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmiş, 24.07.2020-ci il tarixdə «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 01.05.2020-ci il tarixli Qanun»un tətbiqi ilə əlaqədar olaraq cəza çəkməkdən azad edilmiş və qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmiş, Zərdab rayonu Alıcanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3.-cü maddəsi ilə, xx xxx 1989-cu il tarixdə Zərdab rayonu Alıcanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Zərdab Rayon Məhkəməsinin 02.08.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məşkum edilmiş, Zərdab Rayon Məhkəməsinin 14.01.2022-ci il tarixli qərarına əsasən barəsində 8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək Zərdab Rayon Məhkəməsinin 02.08.2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış və üzərində 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkumluğu ödənilməmiş, Zərdab rayon Alıcanlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3.-cü maddəsi ilə, xx xxxx 1986-cı il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Zərdab rayon Alıcanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 144.3.-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07.08.2021-ci il tarixdə, saat 13 radələrində onlara aşkar surətdə yetkinlik yaşına çatmadığı məlum olan Zərdab rayonu, Alıcanlı kənd sakini xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 saçına xına qoymaq bəhanəsi ilə sonuncunun evinə dəvət etməklə Zərərçəkmiş şəxs iradəsi ziddinə qollarından tutaraq sol dirsək oynağının əzilməsi ilə müşayiət olunan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməklə Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2107” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zorla əyləşdirib evlənmək məqsədilə qanunsuz olaraq Təqsirləndirilən şəxs3 qardaşı Şahid3 yaşadığı ünvan 1 ünvanına aparıb saxlamaqla adam oğurluğu cinayətini törətmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 CM-nin 144.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü Zərərçəkmiş şəxs onun qardaşı evinə qonaq gəlmiş, o, həmin vaxt Təqsirləndirilən şəxs2 zəng edərək qardaşı evinə gəlməsini xahiş etmiş və Orxan bir müddət sonra həmin evə gəlmişdir. Orxan gəldikdən sonra onun avtomobili ilə Zərərçəkmiş şəxs geyim almaq üçün onu Ucar rayonuna aparmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs heç bir etiraz etməmiş və könüllü olaraq onlarla birlikdə getmişdir. Geyim aldıqdan sonra Almanı qohumu Şahid7 evinə aparmışdır. Bir müddət sonra isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Zərərçəkmiş şəxs geyim almağa onun razılığı ilə aparmış, onun pis niyyəti olmamış, Alma ilə evlənib ailə qurmaq istəmiş, lakin Almanı apararkən onun ailəsinə məlumat verməmişdir. Amma Almanı qaçırmaq niyyəti olmamışdır. Onun niyyətindən Almanın ailəsinin xəbəri olmuş, lakin evlənməyə razı olmamışlar. Almanın yaşının az olduğunu bilməmiş, Almanı apararkən ona xəsarət yetirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imza etmiş, orda yazılanların məzmunundan xəbəri olmamışdır. Odur ki, pis niyyətinin olmaması, Alma ilə evlənmək istədiyini, onu qaçırmadığını, onun öz xahişi ilə getdiyini və cavan olduğunu nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs1 ona CM-in 144.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, Zərdab rayonu Alıcanlı kəndində yaşayır. Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Son zamanlar Almanı sevməyə başlamış və Alma ilə evlənərək ailə həyatı quraq fikrinə düşmüşdür. Bunu Almanın valideynləri də bilmişdir. Hətta anasını Almanın valideynlərinin yanına elçi də göndərmişdir. Əvvəlcə Almanın valideynləri razılaşmış, lakin Almanın qohumları bu işi pozmuşlar. Bundan sonra Almanın anası onların evinə gəlmiş, “toplaşın bir yerə bir qərara gəlin, qıza elçi gəlin, nişan eləyək” demişdir. Bundan sonra o, tez-tez küçədə Alma ilə rastlaşmış və onlar salamlaşıb keçib getmişlər. O, artıq Alma ilə ailə qurmaq qərarına gəlmiş və Almanı qaçırmaq barədə fikirləşmişdir. Bu barədə qəti fikrə gələndən sonra 07 avqust 2021-ci il tarixdə saat 13 radələrində o, dayısı oğlu Orxanı çağırmış və Almanı qaçırmaq istədiyni Orxana demişdir. Orxan idarə etdiyi “VAZ-2107” markalı qırmızımtıl rəngli avtomobili ilə gəlmiş və onlar qardaşı Elnurgilə getmişlər.Qardaşı arvadı Aygünlə gözləmişlər. Alma Aygüngilə gəlmiş, o, Almaya demişdir ki, “səni sevirəm, gəl nişanlanaq”. Lakin Alma razı olmamış, bundan sonra o, Almaya demişdir ki, “onda səni qaçıracağam”. Alma isə demişdir ki, “qaçırma məni”. Lakin o, Almaya qulaq asmamış, Almanı qucağına alıb Orxanın avtomobilinin yanına aparmış, avtomobilə əyləşdirmişdir. Aygün də onun yaında əyləşmiş, Orxan avtomobili sürərək çıxıb getmişlər. Onlar Ucar rayonuna Aygünün qardaşı İsa İbrahimovun evinə getmişlər. İsa evdə olmamış, Orxan onları orada düşürüb qayıtmışdır. Az sonra polis əməkdaşları onların yerini bilib gələrək onları aparmışlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 CM-nin 144.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs1 ona zəng edərək Ucar rayonuna gedəcəyini bildirmiş, o da razılaşmışdır. Belə olub avtomobili ilə gəlib Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs3 götürərək Ucar rayonuna aparmış, sonra isə evə qayıtmışdır. Avtomobildə olduğu müddətdə Zərərçəkmiş şəxs heç nəyə etiraz etməmiş, sakitcə oturmuş, qaçırılmasını bildirməmişdir. Onun hadisənin gedişatından, yəni Elvinin Almanı qaçırmasından xəbəri olmamışdır. Yalnız həmin günü polis əməkdaşları ona zəng etdikdən sonra baş verən hadisədən xəbərdar olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, yalnız sürücü kimi orda iştirak etmiş, Təqsirləndirilən şəxs1 ona onları Ucar rayonuna aparmağı müqabilində 20 manat pul vermiş, hadisə günü Zərərçəkmiş şəxs avtomobilə özü əyləşmiş, heç bir etiraz etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imza etmiş, orda yazılanların məzmunundan xəbəri olmamışdır. İbtidai istintaq zamanı ona təzyiq olmuş, lakin bu barədə heç bir yerdə deməmiş, bu barədə heç bir orqana müraciət etməmişdir. Odur ki, onun Zərərçəkmiş şəxs qaçırılması ilə heç bir əlaqəsinin olmadığını, Elvin və Aygünün hərəkətlərindən xəbərsiz olduğunu, yalnız sürücü kimi onları Ucar rayonuna apardığını bildirərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs2 ona CM-in 144.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, Zərdab rayonu Alıcanlı kəndində yaşayır. Əvvəllər CM-nin 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. 07 avqust 2021-ci il tarixdə, saat 13 radələrində bibisi oğlu Təqsirləndirilən şəxs1 telefonla ona zəng edərək «Ucar şəhərinə gedə bilərikmi?»- deyə soruşmuş, o da «gedə bilərik» demiş və Elvin onu qardaşı Elnurgilə gəlməsini demiş, o da idarə etdiyi «VAZ-2107 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtombili ilə Elvinin dediyi ünvana getmişdir. Orada Elvin ona qonşuluqda yaşayan Almanı qaçırmaq istədiyini demiş, o isə «problem olar» deyə cavab vermiş, Elvin Almanın valideynlərinin bu barədə məlumatı olduğunu demiş, bundan sonra o razılaşmış, Elvinlə Elvinin qardaşının həyat yoldaşı Aygün Almanı onun avtomobilinə mindirmişlər.Yolda Alma ona avtomobili saxlamağı ona demiş, Elvin isə sənə problem olmaz deyrək avtomobili sürməsini məsələhət bilmişdir. Onlar Ucar şəhərinə Aygünün qardaşı İsanın evinə Almanı aparıb düşürmüş, həmçinin Elvin və Aygün də maşından düşüb orada qalmışlar. Sonra o, evinə - Alıcanlı kəndinə gəlmişdir. Az sonra polislər onun mobil telefonuma zəng edərək Alıcanlı kəndindən azyaşlı qız aparıb-aparmadığını soruşmuşlar,o isə aparmadığını, qoyun otardığını demişdir. Yolda Alma bir dəfə Elvinə demişdir ki, telefonu versin, atası ilə danışsın, lakin Elvin telefonu verməmişdir. O, həmin vaxt bilmişdir ki, Elvin Almanı qaçırır. Elvin ona demişdi ki, qızın razılığı var. Ona görə də o, bu işdən imtina etməmişdir. Təqsirləndirilən şəxs1 Almanı zorla qaçırmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 CM-nin 144.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Elvin onun qaynıdır. Elvinin Zərərçəkmiş şəxs sevdiyini hər ikisinin valideynləri bilirdi. Lakin elçi gedilsə də, ailələr arasında razılıq əldə olunmamışdı. 07 avqust 2021-ci il tarixdə, saat 13 radələrində Alıcanlı kəndində öz həyətində ev işləri ilə məşğul olan zaman qaynı Elvin onlara gəlmiş və ona demişdir ki, «gəl otur maşina gedək». O, Elvindən soruşmuşdur ki, «məni hara aparırsan?», Elvin demişdir ki, Göyçay rayonuna gedib qayıdacağıq. O da Elvinin gəldiyi qırmızımtıl rəngli «07» markalı avtomobilə minmiş, arxa oturacaqda əyələşmişdir. Avtomobili idarə edən şəxsi əvvəlcə tanımamış, sonradan həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğunu bilmişdir. Orxan avtomobili sürmüş və onlar çıxıb getmişlər. Yolda Zərərçəkmiş şəxs azyaşlı qız uşağı ilə gəldiyini görərək avtomobili saxlamış və Elvin Almanı qucağına alıb avtomobilə mindirmiş, Almanı arxa salonda onun yanında əyləşdirmişdir. Bundan sonra onlar Ucar şəhərinə getmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, onların əvvəlcədən Almanı qaçırmaq üçün heç bir razılığı olmamış, Almaya qarşı heç bir təzyiq olmamış, Alma avtomobildə olduğu müddətdə avtomobilin qapıları açıq olmuş, həmin müddətdə Alma heç bir etiraz etməmiş, səs-küy salmamış və ondan kömək istəməmişdir. Özünü təqsirli bilməsini, iki azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qonşusudur. Elvin onunla ailə qurmaq üçün onun evinə elçi göndərmiş, lakin o, oxumaq istədiyindən, evlənmək istəmədiyini valideynlərinə bildirmiş və belə olub bu izdivac baş tutmamışdır. 07 avqust 2021-ci il tarixdə saat 13 radələrində Elvinin qardaşının arvadı Təqsirləndirilən şəxs3 onu evlərindən qızı Ayşənə çağırtdırmışdır ki, saçına xına qoysun. O, Aygüngilə getmiş, azyaşlı əmisi qızı Nuray da onun yanında olmuşdur. O, Aygüngilə gələndə Aygünün həyətində heç kəs olmamış, həyətə giriş qapılarının yanında maşın dayanmamışdır. O, Aygünün evinin qapısını açıb pilləkənə çıxmışdır. Aygün kağızın arasında xına gətirmiş və guya başına xına qoymaq istəmiş, lakin sonra kağızı büküb xına qoymaq fikri olmadığını demişdir. Həmin vaxt oraya gəlmiş Elvin Aygünə göz vuraraq işarə eləmiş və onlar pilləkəndən düşüb həyətə çıxanda Elvin qəfildən onu qucağına alaraq qolları arasında həyətin giriş qapısına tərəf aparmış, Nurayı itələmiş, Nuray ağlamışdır. O, əllərini evin və qapının kənarlarından tutaraq müqavimət göstərməyə çalışsa da, mümkün olmamışdır. Artıq Elvin onu qucağında evin həyətinə çıxaranda həmin vaxt orada qırmızımtıl rəngli maşın olmuş, maşının yanındakı bir nəfər oğlan maşının arxa qapısını açmış, onu maşının arxa oturacağına tullamışlar. Aygün pəncərə tərəfdə, Elvin ortada, o isə o biri pəncərə tərəfdə Elvinin yanında əyləşmişdir. Sürücü maşına əyləşib sürmüş və onu harasa aparmağa başlamışlar.Sonradan bilmişdir ki,avtomobilin sürücüsü Elvinin qohumu Təqsirləndirilən şəxs2dur. Onu aparanda qışqırmış, bu zaman Aygün əlində olan parçanı Elvinə vermiş, Elvin də həmin parça ilə onun ağzını tutmuş, sürücü Orxan isə avtomoilin maqnitafonun səsini ucaltmışdır ki, onun səsini eşidən olmasın. Orxan da onun qaçırılmasından xəbərdar olmuş, lakin əhəmiyyət verməmişdir. Onu Ucar şəhərinə gətirmişlər. Əvvəlcə onu aldatmışlar ki, Zərdaba gedirlər, o isə tanımışdır ki, bura Ucardır. Onu Aygünün qardaşı İsa adlı şəxsin evində saxlamışlar. Aygün və sürücü Orxan çıxıb getmişlər. Elvin ona kağız verərək öz xoşu ilə getdiyini yazmağını demiş, o isə zorla aparıldığını deyərək Elvinin dediyi kimi yazmamışdır. Hadisə zamanı Elvin onu zorla qollarından tutub aparanda xəsarət almışdır. Sonra polislər gəlmişlər və onları aparmışlar. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan şikayətçi deyildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə zərərçəkmiş şəxslə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmiş, əlavə olaraq göstərmişdir ki, 07 avqust 2021-ci il tarixdə, saat 13 radələrində o evimizdən qayını Talehgilə gedərkən yolu Təqsirləndirilən şəxs3 evinin yanından keçdiyindən yolda Aygünlə rastlaşmış və Aygün ona demişdir ki, «sabah toya gedəcəyəm, qızın Almanı göndər gəlib başıma xına qoysun». O, qayını Talehgilə gəlmiş, az sonra Aygünün azyaşlı qızı Ayşən gəlmiş və Ayşən də ona yalvararaq demişdir ki, «anam deyir ki, Alma gəlsin saçıma xına qoysun». Onun yazığı gəlmiş və razılıq verərək qızı Almanı Aygünün saçına xına qoymaq üçün göndərmişdir. Alma Talehin 5 yaşlı qızı Nurayla getmişdir. Az sonra Nuray ağlayraq gəlmiş və demişdir ki, «Elvin Orxanının maşınında Alma bacını qaçırdı». O, həyacanlı vəziyətdə Elvinin anası Ceyranın yanına getmiş və hadisə barədə soruşmuş, Ceyran xəbəri olmadığını demişdir. Sonra o, Agüngilə getmiş,qapılarını döymüş, evdə heç kəs olmamış, qayını Mətləbgilə qaçmış, Mətləbi də tapa bilməmiş, həyat yoldaşı Afət zəng edərək Mətləbə və həyat yoldaşı Raminə xəbər vermişdir. Məlum olmuşdur ki, qızı Almanı Elvin, Orxan və Aygün qabaqcadan sözləşərək qaçırmışlar. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan şikayətçi deyildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək şahid Qanuni nümayəndə göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid4 ifadəsindən göstərmişdir ki, 07 avqust 2021-ci il tarixdə, saat 13 radələrində əmisi qızı Zərərçəkmiş şəxs onlara gəlmişdir. Onlar həyətdə oynayan zaman Təqsirləndirilən şəxs3 qızı Ayşən onlara gəlmiş və anası Aygünün saçına xına qoyması üçün Almanı çağırdığını demişdir. Alma ilə o da Aygüngilə getmişlər. Evin qapısını açıb eyvana çıxmışlar. Aygün xına gətirmiş, lakin saçına qoymamış, «xınanı sonra qoyarıq» demişdir. Bundan sonra Alma ilə o, həyətə düşüb evə gəlmək istəyəndə qəfildən Elvin Almanı qucaqlayıb evin həyət qapısının yanında dayanmış qırmızımtıl rəngi avtomaşına mindirmiş, Aygün də Elvinə kömək etmişdir. Maşının sürücüsü maşının qapısını açmış, Alma qışıqırmış, buna baxmayaraq Almanı maşına mindirib aparmışlar. O, qaça-qaça evlərinə gəlmiş və xala-mama deyə müraciət etdiyi Almanın anası Səliməyə Çələbiyevaya xəbər vermişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid5 ifadəsindən göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Alma ilə münasibəti yaxşı olmuş, hadisə baş verən günü Almanın onlara getdiyini görmüşdür. Daha sonra əmisi Təqsirləndirilən şəxs1 onlara gəlmiş və Alma onunla birlikdə avtomobilə əyləşərək getmişdir. Həmin vaxtı avtomobili Təqsirləndirilən şəxs2 idarə etmişdir. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 07 avqust 2021-ci il tarixdə, saat 13 radələrində o, evlərində olarkən anası Aygün də həyətdə olmuşdur. Həmin vaxt əmisi Elvin = dayısı oğlu Təqsirləndirilən şəxs2 avtomobili ilə onlara gəlmiş, anası Aygünlə nə isə söhbət eləmişlər. Sonra əmisi Elvin ona demişdir ki, «get Almagilə, Almanı çağır ki, gəlib anam Aygünün saçına xına qoysun» O da Almanı çağırmağa getmiş, Almaya demişdir ki, gəlib anasının saçına xına qoysun. Bir azdan Alma əmisi qızı Nurayla gəlmiş, evin pilləkənində oturmuşlar. Anası Aygün saçına xına qoymamışdır. Sonra anası Aygün, əmisi Elvin, avtomobili idarə edən Orxan Almanı harasa aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ona uyğun ifadə vermiş və ifadəsində göstərmişdir ki, 07.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 qız qaçırıb onun evinə gətirməsi barədə əvvəlcədən məlumatı olmamışdır. Həmin günü saat 21 radələrində evə gəlmiş və Elvinin qız qaçıraraq onların evinə gətirməsini bilmişdir. Elvin ona qızın razılığı olduğunu demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək Şahid3 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Əmiralı qızı ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ona uyğun ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, zərərçəkmiş şəxsin ailəsi ilə qonşudurlar, onlarla yaxşı münasibətləri vardır. Hazırda zərərçəkmiş şəxs onlarla barışmışdır. Onun oğlunun pis niyyəti olmamış, ailə qurmaq üçün Almanı qaçırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ucar şəhərində yaşayır. Ucar Kommunal Müəssisələri Kombinatında briqadir işləyir. 07 avqust 2021-ci il tarixdə saat 21 radələrində iş vaxtından sonra Ucar şəhərində yaşadığı evin yaxınlığında «Ugur» kafesində çay içərkən qonşusu Şahid3 görmüş, həmin vaxt onun yanında qohumu Təqsirləndirilən şəxs1 olmuşdur. Şahid3 həmin vaxt kafedə ucadan danışaraq qohumu Təqsirləndirilən şəxs1 onu işə saldığını, Zərdab rayonundan qız qaçırıb onların evinə gətirdiyini bildirmişdir. Bir qədər sonra hər kəs öz evinə getmişdir. O, evə gəldikdən bir müddət sonra onun qapısı döyülmüş, qapını açdıqda polis əməkdaşlarını görmüşdür. Polislər evə girərək qaçırılan qızın harada olduğunu ondan soruşmuş, o isə cavabında onun evində qaçırılan qızın olmadığını bildirmişdir. Sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş və polis şöbəsində Şahid3 görmüşdür. Sonradan polislər Şahid3 evinə gedərək orada olan qızı götürüb atasına təhvil vermişlər. Həmin günü polislər onun evinə zorla girdiyi üçün əsəbiləşib Daxili İşlər Nazirliyinin “102 xidməti”nə zəng edərək şikayət etmişdir. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Ucar şəhərində yaşayır. Ucar Kommunal Müəssisələri Kombinatında briqadir işləyir. 07 avqust 2021-ci il tarixdə saat 21 radələrində iş vaxtından sonra Ucar şəhərində yaşadığı evin yaxınlığında «Ugur» kafesində çay içərkən Kommunal müəssisələri Kombinatının fəhləsi, qonşusu Şahid3 onun yanıma gəlmiş, ona demişdir ki, Zərdab rayonu Alıcanlı kəndindən olan qohumu Elvin qız qaçırıb və onun evinə gətirmişdir. İsa telefonunda kontur olmadığı üçün ondan xahiş etmişdir ki, polisin 102 xidmətinə məlumat versinlər.O da öz növbəsində özünə məxsus 055 787- 27-55 nömrəli mobil telefonla polisin 102 xidmətinə zəng edərək məlumat verib bildirmişdir ki, 35 yaşında bir şəxs 15 yaşında bir qız uşağını evlənmək məqsədi ilə qaçırıb Ucar şəhərində gizlədib. Dərhal Ucar rayon polis şöbəsinin əməkdaşları onun yanına gəlmişlər və o, İsa ilə birlikdə İsanın evinə gedərək qızın yerini polislərə göstərmişdir. Polis əməkdaşları Zərdab rayon polis şöbəsinin əməkdaşlarına məlumat vermiş və qızı tapıb valideynlərinə təhvil vermişlər. Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Şahid1 07.08.2021-ci il tarixə yazılı şəkildə Zərdab Rayon Polis Şöbəsinə müraciət edərək 07.08.2021-ci il tarixdə saat 13 radələridə qızı xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə zorla iradəsinə zidd olaraq qaçırılmışdır. Həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş edir (cild 01, iş vər. 4). Cinayət işinin materiallarında olan 07.08.2021-ci il tarixli “Raport”dan görünür ki, ünvan 3 ünvanında yaşayan vət. Şahid2 istifadəsində olan (055)-787-27-55 mobil nömrə ilə həmin tarixdə saat 21:43-də Daxili İşlər Nazirliyinin “102 xidməti”nə zəng edərək 35 yaşlı oğlanın 15 yaşlı qızı qaçırması barədə məlumat vermiş, oğlanın saxladığı yeri bildiyini qeyd etməklə polisin onunla əlaqə saxlamasını xahiş etmişdir (cild 01, iş vər. 05). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07.08.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs oğurlanaraq gətirildiyi ünvan Şahid3 məxsus ünvan 4vdir. Hadisə yerinə dair müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 132-135). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış, təqsirləndirlən şəxs qismində verdiyi ifadəsində göstərdiklərini bir daha təsdiq etməklə ona uyğun ifadə vermişdir (cild 01, iş vər. 209-212). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmış, təqsirləndirlən şəxs qismində verdiyi ifadəsində göstərdiklərini bir daha təsdiq etməklə ona uyğun ifadə vermişdir (cild 01, iş vər. 205-207). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanılmış, təqsirləndirlən şəxs qismində verdiyi ifadəsində göstərdiklərini bir daha təsdiq etməklə ona uyğun ifadə vermişdir (cild 01, iş vər. 215-217). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, video çəkiliş vasitəsi ilə Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində göstərdiklərini bir daha təsdiq etməklə ona uyğun ifadə vermişdir (cild 01, iş vər. 218-220). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10.08.2021-ci il tarixli 23 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı onun bədəni üzərində aşkar olunmuş xəsarətlər - hər iki saidin orta 1/3-nin ön-yan səthində sıyrıqlar küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 07.08.2021-ci il tarixinə uyğun gəlirlər və sağlamlığa yüngül zərər vurmaya aiddirlər (cild 02, iş vər. 46-48). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin ruhi-əsəb dispanserinin 02.11.2021-ci il tarixli, 215 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi və yaş xüsusiyyətləri, hadisənin baş verdiyi konkret şəraiti nəzərə alaraq iş üçün vacib olan halları qəbul və dərk edə bilər. O, təlqinə qapılmağa meyilli deyildir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik aşkar edilmir (cild 02, iş vər. 57-58). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin ruhi-əsəb dispanserinin 23.10.2021-ci il tarixli, 638 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 şamil edilən əmələi törədərkən öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqdidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 50-51). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin ruhi-əsəb dispanserinin 18.10.2021-ci il tarixli, 625 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 şamil edilən əmələi törədərkən öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqdidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 53-54). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin ruhi-əsəb dispanserinin 23-10.2021-ci il tarixli, 639 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 şamil edilən əmələi törədərkən öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqdidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 55-56). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməli təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş şahidlərdən Şahid1, Şahid4, Şahid3, Şahid7 və Şahid6 məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə, şahidlərdən Şahid2 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, o cümlədən iş materiallarında yer alan ekspertiza rəyləri, ifadənin yerində yoxlanması və digər istintaq hərəkətinin protokolları, həmçinin işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onların törətmiş olduğu əməl düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən CM-nin 144.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsi oğurlamaması, zərərçəkmiş şəxsin öz istəyi ilə onunla könüllü şəkildə avtomobilə oturaraq getməsi barədə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, onun göstərdikləri müdafi xarakterli ifadələrdir və təqsirləndirilən şəxs məhz bu məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Belə ki, onun qeyd etdikləri zərərçəkmiş şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə, habelə ifadənin yerində yoxlanması haqqında istintaq hərəkətinin protokolları ilə, həmçinin şəxsin özünün ibtidai istintaq zamanı heç bir təzyiq altında qalmadan müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadəsi ilə tam təkzib olunur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin iş materialları ilə üst-üstə düşdüyü və obyektiv həqiqəti əsk etdirdiyi üçün həmin ifadələri əsaslı sayaraq onun məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və ona elan olunan ittihamın əsasına məhz ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması, həmçinin cinayət əməlindən heç bir məlumatının olmaması ilə bağlı məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası bu qənaətdədir ki, onun göstərdikləri də müdafi xarakterli ifadələrdir. Məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs məhz bu məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Belə ki, məhkəmə istintaqı ilə onun polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı heç bir hal müəyyən olunmadığından, habelə keçən müddət ərzində təqsirləndirilən şəxs bu barədə heç bir orqana müraciət etmədiyindən, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə, həmçinin müdafiəçi ilə birlikdə dindirilərkən bu barədə bildirmədiyindən, məhkəmə qeyd olunanların həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Cinayət əməli ilə heç bir əlaqəsi olmadığı ilə bağlı qeyd etdiklərinə gəldikdə isə onun qeyd etdikləri zərərçəkmiş şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə, habelə ifadənin yerində yoxlanması haqqında istintaq hərəkətinin protokolları ilə tam təkzib olunur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin iş materialları ilə üst-üstə düşdüyü və obyektiv həqiqəti əsk etdirdiyi üçün həmin ifadələri əsaslı sayaraq onun məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və ona elan olunan ittihamın əsasına məhz ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. İş üzrə şahidlər Şahid5 və Şahid2 məhkəmə istintaqı zamanı göstərdiklərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxslərdən Şahid5 Təqsirləndirilən şəxs3 qızı olması faktı, habelə yaşının az olması etibarı ilə yalan ifadə verməyə görə heç bir məsuliyyət daşımamasının ona bəlli olması və anasının təsiri altında olması halı onun Təqsirləndirilən şəxs3 xeyrinə ifadə verməsini anlaşılan edir. Digər Şahid2 Daxili İşlər Nazirliyinin “102 Xidməti”nə zəng edərək qız uşağının oğurlanması ilə bağlı məlumat verməməsinə dair söylədikləri isə iş materialları ilə təkzib olunduğundan, habelə onun da təqsirləndirilən şəxslərin qohumları ilə yaxınlıq münasibətinin olmasını və belə olan halda onların xeyrinə ifadə verməyə çalışması halı nəzərə alınaraq məhkəmə həmin şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşır və onların ibtidai istintaq zamanı heç bir təsir və təzyiqə məruz qalmadan, hadisədən dərhal sonra dindirilərkən verdikləri ifadələri əsaslı sayaraq təqsirləndirilən şəxslərə elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyatnamədən, o cümlədən şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 ailəsi ilə birlikdə (əri, 2011-ci və 2014-cü il təvəllüdlü iki azyaşlı uşağı ilə birlikdə) Zərdab rayonu Alıcanlı kəndində yaşayır. Onun barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 02, iş vər. 24, 32, 35-36) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyatnamədən, o cümlədən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ailəsi ilə birlikdə (arvadı və 2021-ci il təvəllüdlü azyaşlı uşağı ilə birlikdə) Zərdab rayonu Alıcanlı kəndində yaşayır. Onun barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə normal səciyyələndirilir. (cild 02, iş vər. 28-29, 34) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs1 anası və atası ilə birlikdə Zərdab rayonu Alıcanlı kəndində yaşayır. Onun barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə normal səciyyələndirilir. (cild 02, iş vər. 30-31) Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vər. 22) Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Əmirov X3 Rayon Məhkəməsinin 02.08.2020-ci il tarixli hökmünə əsasən CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məşkum edilmiş, Zərdab Rayon Məhkəməsinin 14.01.2022ci il tarixli qərarına əsasən barəsində “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək Zərdab Rayon Məhkəməsinin 02.08.2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış və üzərində 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hazırda məhkumluğu ödənilməmişdir (cild 01, iş vər .159-162, cild 02, iş vər. 21). Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən və məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Zərdab Rayon Məhəkəməsinin 08.05.2017-ci il tarixli hökmünə əsasən CM-in 128 və 134-cü maddələri ilə təqsirli bilinərək aylıq qazancından 15 % tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmiş, Zərdab Rayon Məhkəməsinin 24.07.2020-ci il tarixli qərarına əsasən «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 01.05.2020-ci il tarixli Qanun»un tətbiqi ilə əlaqədar olaraq cəza çəkməkdən azad edilmiş və qeydiyyatdan çıxarılmış, hazırda məhkumluğu ödənilmişdir (cild 01, iş vər. 163, cild 02, iş vər. 22). Cinayət işinin materiallarına əlavə olunmuş “ərizə”dən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 02, iş vər. 134). Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını CM-in 59.1.12-ci maddəsinə əsasən, qadın olmasını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini və səmimi peşmançılığını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Zərdab Rayon Məhkəməsinin 02.08.2020-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını və CM-in 18ci maddəsinin tələblərini əsas götürərək sonuncunun əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmamasını müəyyən edir. Belə ki, CM-in 18.4.4-cü maddəsində göstərilmişdir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin, Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində göstərilən digər cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi və azyaşlı şəxsə qarşı törədilməsi hər bir təqsirləndirilən şəxsə münasibətdə ayrı-ayrılıqda cəzanı ağırlaşdıran hal kimi qəbul edilmiş və ittiham aktında əks etdirilmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş üzrə Zərərçəkmiş şəxs 2006-cı il təvəllüdlü olmaqla hadisə baş verən vaxtı, yəni 2021-ci ilin avqust ayında 15 yaşında olmuşdur ki, bu halda o, azyaşlı deyil, yetkinlik yaşına çatmayan şəxs olmuşdur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı ittiham da məhz CMin 144.3-cü maddəsi ilə irəli sürülmüşdür ki, sözügedən cinayət əməli məhz yetkinlik yaşına çatmayan şəxslərə qarşı törədilməsi halında yaranmış olur. Həmçinin məhkəmə kollegiyası bildirməyi zəruri sayır ki, CM-in 61.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Odur ki, ibtidai istintaq orqanı tərəfindən hər üç təqsirləndirilən şəxsə qarşı ittiham CM-in 144.3-cü maddəsi ilə irəli sürüldüyündən və həmin ittiham yetkinlik yaşına çatmayan şəxslərə qarşı sözgedən cinayətin törədilməsini ehtiva etdiyindən, habelə öz növbəsində CM-in 144.2.3-si maddəsi ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu cinayətinin törədilməsi ilə bağlı irəli sürülən ittihamı da əhatə etdiyindən və hər iki cəzanı ağırlaşdıran hal təqsirləndirilən şəxslərə elan olunan ittihamın məzmununda əks etdirilən cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulduğundan, yuxarıda qeyd olunan hallar təkrar cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri ümumiləşdirərək təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda hər iki təqsirləndirilən şəxsin əvvəllər də qəsdən cinayət əməli törətməyə görə təqsirli bilinərək məhkum olunmasını, Təqsirləndirilən şəxs2 hazırda da məhkumluğunun ödənilməməsini, hər iki şəxsin cinayəti qəbul etməyərək peşmançılıq çəkməməsini nəzərə alaraq cəzanın məqsədinin təmin edilməsi üçün həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs3 təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə onun əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də aşağı həddə cəza təyin edilməlidir. Belə ki, CM-in 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası mövcud cəzanı yüngülləşdirən halları, onun qadın olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonrakı davranışını, yəni əməlindən peşman olmasını müstəsna hallar kimi qəbul edərək bu qənaətə gəlir və Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəza təyin edilərək islah olunmasını mümkün sayır. Eyni zamanda, məhkəmə onun həmin cəzanı da real olaraq çəkmədən islah oluna biləcəyini əsas götürərək ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların sayının kifayət qədər çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, yəni şəxsin qadın olmasını, habelə ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, həmin uşaqların ana ilə bağlılığını, həmin uşaqların azyaşlı olmaqla ana qyğısına ehtiyacının olmasını, ana olaraq onun da uşaqların qeydinə qalmasındakı rolunu, onun səmimi peşmançılığını, zərərçəkmiş şəxsin onunla barışmasını, heç bir şikayətin və tələbin olmamasını, bir rayon sakini olmaqla bir-birilərini, ailələrini tanımalarını, qonşu olmalarını, əvvəllər aralarında hər hansı ədavətin və düşmənçiliyin olmamasını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 08.08.2021ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 08.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəq 42, 60) Cinayət işinin materiallarında olan Zərdab Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli 4(035)-07/2021 və 10.08.2021-ci il tarixli 4(035)-08/2021 nömrəli qərarlarından görünür ki, əvvəli 08.08.2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 83-84, 102-103) Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 08.08.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanlımalıdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 08.08.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanlımalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Zərdab Rayon Məhkəməsinin 02.08.2020-ci il tarixli hökmünə əsasən təyin olunan, daha sonra həmin məhkəmənin 14.01.2022-ci il tarixli qərarına əsasən barəsində “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına qədər azaldılmış cəza həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməli və Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan 14.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə şəxsin azadlıqdan məhrum edilmədən də islah olunması qənaətinə gəldiyindən hesab edir ki, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanlımalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Eyni zamanda, iş üzrə maddi sübutun, mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Zərdab Rayon Məhkəməsinin 02.08.2020-ci il tarixli hökmünə əsasən təyin olunan, daha sonra həmin məhkəmənin 14.01.2022-ci il tarixli qərarına əsasən barəsində 8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına qədər azaldılmış cəza həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir hesabı ilə hesablanmaqla 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il 01 (bir) ay müdətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 barədə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Zərdab Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-47/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-47/2022
16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver