Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-47/2023 13.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X25, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin ağır cinayətlərə məhkəmələrdə Dövlət İttihamını müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X12, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi: X4 zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi: İsmayıllı Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1995-ci ildə İsmayıllı rayonu, Kürdmaşı kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X7 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə fəhlə kimi işlədiyi İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən X5 məxsus tikinti işləri aparılan evdə kombi ustası kimi işləyən X16 və fəhlə kimi işləyən sonuncunun bacısı oğlu Zərərçəkmiş şəxs ilə birlikdə işlərini bitirdikdən sonra yemək yeyib Elşad Fərzaliyevlə spirtli içki qəbul etmiş, həmin gün, saat 14 radələrində evlərinə getmək üçün o, Zərərçəkmiş şəxs idarə etdiyi Elşad Fərzaliyevə məxsus “VAZ-2106” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağına, Elşad Fərzaliyev isə avtomobilin arxa oturacağına əyləşdikdən sonra Zərərçəkmiş şəxs avtomobili idarə edərək onu İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən yaşadığı evin qarşısına apararkən o, Elşad Fərzaliyevə birlikdə gedib pivə içməyi təklif etmiş, həmin vaxt Zərərçəkmiş şəxs buna etiraz edərək Elşad Fərzaliyevi də pivə içmək fikrindən daşındırdığını görüb Elşad Fərzəliyevə “sən yeyib-içməyə layiq oğlan deyilsən” söyləyərək irad tutduqda, bu zəmində aralarında sözlə mübahisə yaranmış, o, yaşadığı evin qarşısında düşüb əynini dəyişdikdən sonra Elşad Fərzaliyevlə gedib pivə içmək məqsədi ilə yenidən avtomobilin qabaq oturacağına gəlib əyləşərək avtomobillə təxminən 100 metr getdikdən sonra Zərərçəkmiş şəxs yenidən pivə içmələrinə etiraz etdiyini görüb avtomobilin əl əyləcini çəkərək avtomobili saxlatdırıb Zərərçəkmiş şəxs və Elşad Fərzaliyevə yüksək səslə “siz məni rayona döyməyə aparırsız” deyərək avtomaşından düşmüş, bu zəmində aralarında yaranmış mübahisə zamanı o, əli ilə Zərərçəkmiş şəxs yaxasından tutub yumruqla qəsdən bir dəfə sonuncunun sinə nahiyəsindən vurmuş, Zərərçəkmiş şəxs da yumruqla qəsdən onun sinə nahiyəsindən vurub yerə yıxaraq ona alının, bel nahiyəsinin, sol iç topuğun sıyrıqları və döş qəfəsinin qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdiyindən o, əsəbləşərək yerdən götürdüyü daşla qəsdən bir dəfə Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq sonuncuya qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, alın və təpə sümüklərinin xətti sınığı ilə müşayiət edilən təpə nahiyəsinin əzilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti, habelə onun üzərinə gələn Elşad Fərzaliyev istiqamətində yerdən götürdüyü digər daşı qəsdən ataraq baş nahiyəsindən vurub sonuncuya qapalı kəllə beyin travması, baş-beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızma, kəllə tağı və əsasının sınıqları, sağ gicgah sümüyünün ön və arxa kəllə çuxuruna keçən sınığı, ənsə sümüyünün basılmış, böyük ənsə dəliyinə və sol gicgah-alın sümüyünə keçən xətti sınıqları, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının iç səthinə və gicgah əzələsinə qansızma, sağ qulaqarxası nahiyənin hematoması, ənsə nahiyəsinin dərialtı hematoması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, iki şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurub hadisə yerindən uzaqlaşmış, həmin gün, saat 18 radələrində X19 rayon mərkəzi xəstəxanasına, oradan isə Bakı şəhəri, 1 saylı X33 aparılmasına baxmayaraq, qəsdən yetirilmiş ağır bədən xəsarəti nəticəsində yaranmış sağ gicgah sümüyünün ön və arxa kəllə çuxuruna keçən sınığı, ənsə sümüyünün basılmış, böyük ənsə dəliyinə və sol gicgah-alın sümüyünə keçən xətti sınıqları, baş beyin toxumasına, qişaları altına və mədəciklərə qansızma, sağ qulaqarxası nahiyənin hematoması, ənsə nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan qapalı kəllə beyin travması nəticəsində ehtiyatsızlıqdan xx.xx.2022-ci il tarixdə Elşad Fərzaliyevin ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 126.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayının axırlarında qardaşı Şahid5 ilə birlikdə İsmayıllı rayonu Kürdmaşı kəndində X5 məxsus yeni tikilmiş evin həyətində fəhləlik edib həyətyanı sahəni alaq otlarından təmizləyib yonca əkən zaman həmin evdə həmin ərəfədə ondan başqa həmkəndliləri Şahid3, X26, X20 da müxtəlif təmir işləri görmüşdür. 28 fevral 2022-ci il tarixdə saat 10 radələrində qardaşı Hikmətlə birlikdə işləmək üçün Zaura məxsus evin həyətinə getdikdə Pərvin, Sadiq, Fəda orada öz işləri ilə məşğul olmuş, giriş qapısının qarşısında boz rəngli VAZ-2106 markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil də olmuşdur. Evdə həmçinin əvvəllər tanımadığı X16 və sonuncunun bacısı oğlu Zərərçəkmiş şəxs da işləyərək kombini quraşdırdıqlarını bilmişdir. Qardaşı Hikmətlə torpaqdan alaq otlarını təmizləyib həmin yerdə yonca əkmək üçün hazırlıq işləri görmüş, orada tanış olduğu Elşada öz mobil nömrəsini vermişdir. Saat 12 radələrində Sadiq, Pərvin, Fəda, Hikmət, Elşad və Vüsalla birlikdə eyvanda çay içdikdən sonra hər biri öz işi ilə məşğul olmağa başlamış, saat 13 radələrində Sadiq yaşadığı evə nahar etməyə getmiş, o, Sadiq, Pərvin və qardaşı Hikmət isə yaşadıqları evə nahar etmək üçün gedərkən Elşad Pərvinə naharı bir yerdə etmələrini təklif etmişdir. Giriş qapısından yaşadığı ev istiqamətində yolda gedərkən Şahid3 ona naharda içmək üçün evdən gedib araq gətirməsini demiş, Hikmət və Pərvin Zaurun yaşadığı evin qapısından təxminən 200- 300 metr məsafədə olan yaşadıqları evin qarşısına gəlmişlər. Hikmət evə daxil olmuş, o, evdən özü kustar üsulla çəkdiyi təxminən 750 qram həcmində olan üzüm arağını götürüb Pərvinlə birlikdə Zaura məxsus işlədikləri evə getmişdir. Pərvin Elşadın idarə etdiyi “Vaz- 2106” markalı avtomaşınla Kürdmaşı kəndi ərazisində hansısa mağazaya gedib təxminən 5-10 dəqiqədən sonra mağazadan kolbasa, çörək, balıq konservi, soğan, alma, mandarin, fanta içkisi alıb gətirmişdir. O, Elşad və Pərvin yeməklə birlikdə üzüm arağını içsə də, Vüsal araq içməmişdir. Təxminən 30 dəqiqə sonra Sadiq, Fəda və Hikmət həyətə gələrək öz işlərini görməyə başlamış, Pərvin sərxoş olduğundan evin ikinci mərtəbəsində yatmışdır. İçki içdiklərindən artıq nahardan sonra işləyə bilməyəcəklərini düşünüb işdən çıxıb getməyi qərara almış, Elşad gedib pivə içmələrini təklif etmişdir. Elşadın təklifi ilə razılaşaraq iş paltarında olduğundan evə gedib paltarını dəyişməli olduğunu bildirmiş, Elşad sərxoş olduğundan sonuncuya məxsus “Vaz-2106” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili Vüsal idarə edərək o isə qabaqda oturmaqla birlikdə təxminən 200-300 metr getdikdən sonra ona məxsus evin qarşısında avtomaşını saxlamışdır. Evə gedib paltarını dəyişdikdən sonra qapıya çıxanda Vüsal onun mobil telefonuna zəng edərək üst-başlarının köhnə olduğunu, pivə içmələrinin başqa vaxta qalmasını demiş, Vüsala hamının fəhlə olduğunu və ümumiyyətlə getmək istəmədiyini bildirmişdir. Bu zaman Elşad avtomaşından düşərək onu qucaqlayıb öpməklə məcburi avtomaşına otuzdurub birlikdə gedib pivə içmələrini bildirmişdir. Elşadın israrından sonra avtomaşının qabaq oturacağına əyləşmiş, Elşad isə arxa oturacağa əyləşmişdir. Vüsal əynindəki paltar köhnə olduğuna görə bir yerdə gedib pivə içmək istəmələrinə etiraz edərək avtomaşını qapılarının qarşısından daşlı-çınqıllı yolda sürətlə sürüb hərəkətdə olarkən təxminən qapıdan 20-30 metr aralaşan zaman sol əli ilə avtomaşının əl əyləcini qəflətən yuxarı çəkib maşının hərəkətini saxlamış, Vüsal və Elşad avtomaşından yerə düşmüşlər. Vüsal ona nəyə görə əl əyləcini çəkdiyini deyib onunla söz mübahisəsi etməyə başlamış, Vüsala avtomaşını yavaş sürməsini, ümumiyyətlə getmək istəmədiyini bildirdikdə Vüsal ona avtomaşına əyləşməsini və birlikdə getmələrini demişdir. Yenidən qabaq oturacaqda əyləşmiş, Elşad arxa oturacaqda, Vüsal isə sükan arxasında əyləşib avtomaşını idarə edib hərəkət etməyə başlamışdır. Vüsalın yenə də avtomaşını sürətlə idarə etdiyini görüb həmkəndlisi Zaurun işlətdiyi bərbərxananın qarşısında yenidən əl əyləcini çəkib avtomaşını saxladıqdan sonra dərhal avtomaşından yerə düşüb Vüsalın qapısına tərəf gələndə sükan arxasından yerə düşən Vüsala nəyə görə avtomaşını möhkəm sürdüyünü dedikdə sonuncu ona “qalsın başqa vaxt söhbət edərik” deyə bildirmiş, Vüsala bir yerdə çörək yediklərini, söhbəti burda da bağlamalarını demişdir. Vüsal ona “sən oğlan deyilsən” deyə bildirdikdə, o da Vüsala cavab qaytaran zaman Vüsal yumruqla onun sifət nahiyəsindən vurmuş və zərbədən yerə yıxılmışdır. Elşad və Vüsal yaxınlaşıb hər ikisi onu təpiklə ayaq, bədən və sifət nahiyəsinə vurub döyməyə başlamış, həmin vaxt Şahid2 və bərbər Şahid1 onlara yaxınlaşıb Elşadı ondan aralaşdırmağa başlamışlar. Yerdən əlini üzünə apardıqda sifət nahiyəsinin qanadığını görmüş, yerdən əlinə ovuc boyda təxminən 100 qram çəkidə daşı götürən zaman Vüsal üzünü çevirib qaçmaq istədikdə ayağa qalxıb təxminən 2 metr məsafədən daşı Vüsalın başına atmışdır. Daş Vüsalın başının arxa nahiyəsinə dəyərək sonuncu yerə yıxılmış, sifət nahisində ağrı olduğundan yerə oturararq əli ilə üzünü tutmuşdur. Qəflətən baxdıqda Zaur və Vəlinin kənara çəkildiklərini görmüş, Elşad sağ əlinə xəncər götürüb üstünə gəlmişdir. Bu zaman ayağa qalxmış, Elşad onun qarın nahiyəsinə xəncər atdıqda zərbədən yayındığına görə xəncər ona dəyməmişdir. Özünü müdafiə etmək məqsədi ilə yerdən sağ əlinə götürdüyü ovuc boyda çay daşını təxminən 10 metr məsafədən Elşada atmış, daş Elşadın sinə nahiyəsinə dəymişdir. Elşad yerə oturub arxasındakı maşına söykənmiş, o geriyə baxmadan yaxınlıqda yaşadığı evə getmişdir. Evin eyvanından baxdıqda Vəlinin və Zaurun Elşadın və Vüsalın əl-üzlərini yuyub yardım etdiklərini, sonra isə küçəyə çıxıb aşağı istiqamətdə baxdıqda Elşadın və Vüsalın orada olmadıqlarını görmüşdür. Həyətyanı sahələrində olarkən atası Nizami mobil telefonla ona zəng edərək harada olduğunu soruşduqda sonuncuya həyətdə olduğunu dedikdən sonra atası ona evə gəlməsini bildirmişdir. Saat 1430 radələrində evə çıxarkən Zərərçəkmiş şəxs baş nahiyəsində sarğı olduğunu və divanda uzandığını, Elşad Fərzaliyevin isə belində xəncər ayaq üstə gəzdiyini görmüşdür. Elşad yaxınlaşıb onu qucaqlayıb öpərək “oldu nə edə bilərik” deyə bildirmiş, o da Elşada “nə səhvim oldusa üzrlü hesab edin” deyə bildirmişdir. X40 və Vüsala istəyirlərsə DİN-nin 102 xidmətinə və 103 təcili tibbi yardıma zəng edib hadisə barədə məlumat verməsini demiş, Elşad atası Nizamiyə kişi olduqlarını, heç bir şikayət ola bilməyəcəyini deyib Vüsalla birlikdə pilləkəndən düşüb küçəyə çıxmışdır. Bundan 2-3 dəqiqə keçməmiş Elşad yenidən mobil telefonuna zəng edərək harada olduğunu soruşduqda sonuncuya zarafatyana özünə qəbir qazmağa getdiyini, qəbiristanlıqda olduğunu bildirmişdir. Bundan sonra baş verənlərdən xəbəri olmamış, həmin gün saat 19 radələrində sərxoş olduğu üçün yatmışdır. 1 mart 2022-ci il tarixdə gecə saat 01 radələrində polis şöbəsindən ona zəng edərək baş vermiş dava-dalaşla əlaqədar polis şöbəsinə gəlməsini bildirdikdə, o sərxoş olduğunu, səhər tezdən gələcəyini bildirmişdir. Davadan sonra özü piyada yaşadığı evə getmiş, təxminən 30 dəqiqədən sonra Elşad və Vüsal özü hadisə yerindən maşına əyləşib atası Nizaminin idarə etdiyi “VAZ- 2103” markalı maşınla yaşadığı evə gətirilmiş, həmin vaxt Vüsalın baş nahiyəsində yara xəsarəti olmuş və anası Gülçöhrə Vüsalın baş nahiyəsini yaylıqla sarımışdır. Elşadın gözlə görünə bilən hər hansı xəsarəti olmamış, özü sərbəst hərəkət etmiş, özü polisə və həkimə məlumat verilməməsini bildirmişdir. Elşad Fərzaliyevin baş nahiyəsindən daşla vurmamış, daşı Elşadın sinə nahiyəsindən ataraq vurmuş, sonuncu həmin gün yol qızasında xəsarət almışdır. İlk olaraq Vüsal onun sifət nahiyəsindən yumruqla vurduqdan sonra yerə yıxılmış, Elşad və Vüsal yerdə olarkən təpiklə onu döymüşlər. Özünü müdafiə etmək məqsədi ilə Vüsala tərəf bir dəfə daş atmış və daş Vüsalın baş nahiyəsindən dəyərək xəsarət yetirmişdir. Elşad onun üzərinə xəncərlə gəldikdə sonuncuya tərəf atdığı daş Elşadın sinə nahiyəsindən dəydikdən sonra yerə oturub maşına tərəf arxaya söykənmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə saat 10 radələrində dayısı X8 idarə etdiyi “Vaz- 2106” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla İsmayıllı rayonunun Kürdmaşı kəndində Zaur adlı şəxsin evinə getmiş, həmin vaxt həyətdə Pərvin, Vəli adlı şəxslər olmuşdur. Elşad özünə məxsus avtomaşınla Pərvinlə birlikdə tikinti materialları mağazasından tikintidə istifadə etmək üçün müxtəlif alətləri aldıqdan sonra geri qayıtmış, Elşadla birlikdə evin alt mərtəbəsində istilik radiatorlarnı qoşmağa başlamışlar. Təxminən 5 dəqiqə sonra çölə çıxanda adını sonradan bildiyi Təqsirləndirilən şəxs və sonuncunun qardaşı Şahid5 həyətdə torpağı alaqdan təmizlədiklərini görmüşür. Pərvin və yanında olan 2-3 nəfər tanımadığı şəxslər həyətin bir hissəsində toyuq hini tikmiş, qayıdıb Elşadla öz işlərini görməyə davam etmişlər. Evin alt mərtəbəsinin 3 ədəd istilik radiatorunu Elşadla birlikdə qoşmuş, saat 13 radələri olduğuna görə evin yuxarı mərtəbəsində olan 3 ədəd istilik radiatorlarını qoşa bilməmişlər. Nahar vaxtı olduğundan dayısı Elşad nə yeyəcəklərini bildirdikdə sonuncuya mağazadan nə isə alıb yemələrini bildirmiş, bu zaman Pərvin da içəri daxil olaraq dayısına nə yeyəcəklərini soruşduqda dayısı Pərvinə bir şey fikirləşəcəklərini deyib birlikdə çölə çıxmışlar. Boş qalmamaq üçün yuxarı mərtəbənin 3 ədəd istilik radiatorunu yuxarı daşımağa başlamış, bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs ikinci mərtəbəyə çıxaraq ona salam verib bir qədər səmimi söhbət etdikdən sonra sağollaşıb çıxıb getmişdir. Aşağıda qalan işlətdiyi ütünü və digər təmir alətlərini yuxarı qaldırmış, təxminən 15-20 sonra dayısı Elşad onu aşağıya yemək yeməyə dəvət etmişdir. Aşağı mərtəbəyə düşdükdə zalda Elşadın və Pərvinin stol üzərinə sellofan bağlamalarda kolbasa, konserv, ketçup, soğan, çörək, fanta, alma, mandarin, təndir çörəyi qoyduqlarını görmüş, süfrəyə oturduqdan təxminən 10 dəqiqə sonra Qədir əlində 1 litrlik üzərində “Fanta” yazısı olan plastmas butulka gətirərək özü də süfrə arxasında əyləşmişdir. Qədir gətirdiyi içkinin çəkilmə 70 dərəcə üzüm arağı olduğunu bildirmiş, Elşad, Pərvin və Qədir ərzaqlardan yeyib stəkandan az miqdarda araq süzüb içməyə başlamışlar. Həmin vaxt o, spirtli içki içməmiş, təxminən 20-30 dəqiqədən sonra artıq Qədirin, Pərvinin və Elşadın sərxoş olması hiss olunmuşdur. Pərvin söhbət zamanı hələ araq içdikdən sonra gedib şifer vuracağını bildirmiş, Qədir isə sərxoş olduğundan nə danışdıqlarını bilməmişlər. Söhbət zamanı Qədir Pərvinə əli ilə “bu şəhid var e” deyib nə isə bildirmək istəmiş, sonra həmin şəhidin ünvanına nalayiq ifadə işlətmişdir. Pərvin Qədirə 200 qram araq içdiyini, camaatın cavan qəbri ilə işi olmamasını bildirmiş, o da Qədirə şəhidlərin sayəsində rahat yaşadıqlarını bildirdikdən sonra dayısı Elşad da Qədirə bu sözünə görə irad bildirmişdir. Qədir ona və Elşada bunun onlara aidiyyəti olmadığını öz kəndlərinin şəhidi olduğunu bildirib cavab qaytarmış, Qədirə şəhid hamının şəhididir deyə bildirmişdir. Söhbət davamlı mübahisəyə çevrilməmiş və mübahisə başa çatmış, Pərvin sərxoş olduğundan süfrə arxasından durub həyətə çıxaraq ürəyi bulandığından yediklərini qaytarmışdır. Pərvin həyətdən qayıtdıqdan sonra hər üçünə çay süzmüş, Pərvin çay içdikdən sonra ikinci mərtəbəyə çıxmışdır. Elşad və Qədir isə stol arxasında söhbət edərkən X35 A52 markalı mobil telefonunu götürüb öz nömrəsini Elşadın telefonuna yazmış, Elşad sərxoş olduğundan həmin gün orada işləyə bilməyəcəyini deyərək çıxıb getmələrini bildirdikdən sonra Elşadın təmir alətlərini yığışdırıb maşının baqajına yığmışdır. Elşada içkili olduğundan evə getmələrini və səhəri gün gəlib işlərini davam etdirmələrini bildirmiş, Elşad da onunla razılaşmışdır. Həmin vaxt Elşad Pərvin, Qədirlə və adını bilmədiyi bir nəfər şəxslə həyətdə söhbət edərkən Pərvin də yuxarı mərtəbədən aşağı düşmüş, Elşadla birlikdə Pərvin və digər şəxslərlə sağollaşıb giriş qapısı istiqamətində gedib qapıya çatanda Qədir onları arxadan çağırıb Qədiri də yaşadığı evə düşürmələrini xahiş etmişdir. Qədir VAZ-2106 markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında əyləşmək istəyəndə Elşad hörmət əlaməti olaraq Qədirə qabaq oturacaqda əyləşməsini bildirmiş, Qədir avtomobilin qabaq oturacağında, Elşad isə arxa oturacaqda əyləşməklə onun idarə idarə etdiyi avtomaşınla oradan uzaqlaşmışlar. Avtomaşını Qədirin yaşadığı evin qapısı istiqamətinə hərəkət etdirərkən Qədir Elşada rayona gedib pivə içməyi təklif etmiş, lakin Elşad Qədirin bu təklifinə heç bir cavab verməmişdir. Avtomaşını Qədirin qapısının qarşısında saxladıqda sonuncunun artıq düşüb evə gedəcəyini fikirləşmiş, lakin Qədir onlara gözləmələrni, paltarını dəyişib gələcəyini, yenə də rayona gedib pivə içmələrini bildirmişdir. Qədirə heç nə deməmiş, Elşada Qədirin içkili olduğunu, çıxıb getmələrini bildirdikdə dayısı ona “hörmətsizlik olar, qoy gəlsin qapıya görək nə deyir” deyə cavab vermişdir. Avtomaşını döndərib rayona gedəcəyi istiqamətdə saxlamış, sürətlər qutusunun yanından dayısına məxsus “Samsung A52” markalı mobil telefonu götürüb Qədirə zəng edərək yorğun olduqlarını, pivəni sabaha saxlamalarını xahiş etdikdə Qədir “hə, hə, hə” deyərək telefonu söndürmüş, təxminən 4-5 dəqiqə sonra Qədir qapıya çıxaraq avtomaşının qabaq sağ oturacağında əyləşmişdir. Təxminən 20 km/saat sürətlə avtomaşını idarə edib Qədirin qapısından daşlı-çınqıllı yola təxminən 100 metr getdikdən sonra Qədir “siz məni yola verirsiz, məni döyməyə aparırsız” deyə qışqırmağa başlamış və əlini maşının əl əyləcinə istiqamətləndirib əyləci yuxarı qaldırmışdır. Bu zaman avtomaşının hərəkəti dayanmış, o da mühərriki söndürmüşdür. Qədirə “rayona sən getmək istəyirsən, biz səni məcbur aparmırıq, sənsən səhərdən pivə içmək istəyən” deyə cavab vermiş, əl əyləcini aşağı salıb asta sürətlə hərəkət edib 20-30 metr getdikdən sonra Qədir avtomaşını saxlamasını bildirmişdir. Avtomaşını kəndin ortasında işləməyən mağazanın qarşısında saxladıqdan sonra Qədir aşağı və Elşad avtomaşından aşağı düşərək avtomobilin arxa hissəsinə keçmişlər. Qədirin dayısı ilə mübahisə etməsini eşitmiş, dayısı Elşadın telefonunu götürüb onları aralamaq məqsədi ilə Elşadın İsmayıllı rayonunda olan dostlarına zəng edib çağırmaq istəmişdir. Avtomaşının salonunda olarkən arxa hissədən tappıltı səsi eşitmiş və zəng etməyə macal tapmamışdır. Tappıltı səsinə görə avtomobildən enmək istəyərkən Qədir yaxınlaşıb onun olduğu tərəfə getmiş və əlini avtomobilin içərisinə salıb açarı avtomaşının işlək vəziyyətə gətirlən yerin üstündən götürmək istəmişdir. Qədirin əlinə toxunub açarı götürməsinə imkan verməmiş, sonuncuya içkili olduğunu, hara getmək istəyirsə apara biləcəyini demişdir. Qədir sözünə əhəmiyyət verməyərək açarı avtomaşının işlək vəziyyətə gətirilən yerin üstündən götürməyə çalışan zaman yenə də əlindən tutub buna imkan verməmişdir. Qədirin əlini geriyə çəkib açarı götürməsinə imkan verməmiş və açarı əlinə götürüb cibinə qoyduqdan sonra avtomaşından enmək istəyərkən Qədir arxadan boyun hissəsindən yapışıb onu özünə tərəf dartmağa başlamış və yumruqla arxadan sinə nahiyəsinə zərbə endirmişdir. Qədirə sözlə əlini buraxmasını deyib içkili olduğuna görə hər hansı fiziki müqavimət göstərməmiş, Elşad və tanımadığı orta yaşlı bir kişi Qədiri ondan 5-10 metr aralaşdırmışdır. Qədirə yenidən evlərinə çıxıb getməsini bildirmiş, bu zaman dayısı Elşad da yanında olmuşdur. Qədir dayısı Elşada yeyib-içməyə layiq oğlan olmadığını demiş, Elşad da Qədirə bir tikə çörək kəsdiklərini, ayıb olduğunu, düzgün hərəkət etmədiyini demişdir. Onlar bir araya maşının yanına gəldikdən sonra Qədir yenə də mübahisəni davam etdirib Elşada “sən yeyib-içməyə layiq oğlan deyilsən” bildirib Elşadın sinə nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Qədirin dayısına artıq bir neçə dəfə əl qaldırdığını görüb bir dəfə Qədirin sifət nahiyəsindən vurmuş, həmin vaxt adını bilmədiyi orta yaşlı şəxs yenə yaxınlaşıb Qədiri aralaşdırmağa çalışmışdır. Qədir bir neçə addım arxaya səndəlləyib sağ əlini yerə atıb əlinə daş götürərkən o dayısı Elşadı qorumaq üçün üzünü geriyə çevirdikdən sonra Qədirin əlinin içində tutduğu daşla arxa nahiyəsindən vurduğunu hiss etmişdir. Həmin vaxt yavaş-yavaş özünü itirmiş, güclə ətrafa baxdıqda 2-3 nəfər tanımadığı şəxslərin onun tərəfə gəldiklərini görmüşdür. Sonuncu dəfə əynində sarı rəngli gödəkçəsi olan bir şəxsi görmüş və huşumu itirdiyindən yerə yıxılmışdır. 6 mart 2022-ci il tarixdə Bakı Kliniki Tibbi Mərkəzi müalicə alarkən ayılıb xəstəxanada olduğunu hiss etmiş, daha sonra dayısı 9 mart 2022-ci il tarixdə Bakı X30 vəfat etmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxs X9 hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə olarkən təcili tibbi yardım avtomobilinin səsinin gəldiyini eşitmiş, gəlini Rəna istifadəsində olan mobil nömrədən Elşadın istifadəsində olan mobil nömrələrə zəng etsə də mobil telefonuna cavab verən olmamışdır. Təxminən 2-3 dəqiqə sonra Rənanın mobil nömrəsinə Elşadın istifadəsində olan mobil nömrədən zəng gələrək oğlu Elşadın avtoqəzaya düşdüyünü bildirmişlər. Xəstəxanaya getdikdə Elşadın və Vüsalın xəsarət aldığını, Elşadın komada olduğunu bilmişdir. xx.xx.2022-ci il tarixdə Elşad aldığı xəsarətlərdən Bakı şəhəri, X30 ölmüş, sonradan oğlunun Qədirlə dalaşdığını və sonuncunun oğluna daşla yetirdiyi xəsarətlərdən öldüyünü bilmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X23 eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxsin hüquqi varisi X1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün saat 15 radələrində çayın digər tərəfində avtomobilin dayandığını və orada bir qrup şəxsin mübahisə etdiyini görmüş, sonradan həmin şəxslərin Vüsal, Elşad və Qədir olduğunu bilmişdir. Həmin şəxslərə yaxınlaşanda mübahisə daha da qızışmış, həmin vaxt Vüsal Qədirə bir dəfə yumruq zərbəsi vurmuşdur. Orada olan Vəlinin köməkliyi ilə Vüsal, Elşad və Qədiri bir-birlərindən ayırmış, Vəli ondan su gətirməsini istədiyinə görə su götürmək üçün yaxınlıqdakı bulaqdan su gətirmişdir. Vüsalın üzünü su ilə yuduqdan sonra sonuncunu işlədiyi bər-bərxanaya aparıb orada spirtlə yarasını təmizləmiş, sonra Vüsalın atası Nizamiyə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Nizami oraya gəldikdən sonra Vüsala xəstəxanaya getməyi təklif etsə də sonuncu bir hadisə olduğunu və keçib gedəcəyini deyərək bundan imtina etmiş, bir müddət sonra Elşadın yol nəqliyyat hadisəsinə düşdüyünü bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı evdən çıxıb işlədiyi bərbərxanaya tərəf gəldiyi zaman küçədə 3 nəfər şəxsin mübahisə etdiyini görüb sonunculara yaxınlaşarkən Elşad, sonuncunun qohumu Vüsalın və həmkəndlisi Təqsirləndirilən şəxs dalaşdıqlarını görmüşdür. Vüsal Qədiri yumruqla baş nahiyəsindən vurduqdan sonra sonuncu yerə yıxılmış, yerdə olarkən Vüsal təpiklə də Qədiri vurmuşdur. Həmin vaxt oraya gəlmiş həmkəndlisi Şahid2la birlikdə mübahisənin davam etməməsi üçün Qədir, Elşad və Vüsalın arasına girib sonuncuları bir-birindən ayırmaq istədikdə Qədir oradan kənara çəkilərək anidən yerdən götürdüyü daşı təxminən 3 metr məsafədən Vüsalın baş nahiyəsindən atmış və Vüsal zərbədən yerə yıxılmışdır. Vüsalın başından güclü qan axmağa başlamış, Elşadın sərxoş vəziyyətdə olması açıqaydın hiss olunmuşdur. Həmin vaxt Elşad avtomobildən xəncər götürüb həmin alətlə Qədirə tərəf getmiş, o, Vüsala yardım etmək üçün yaxınlıqda yerləşən bulaqdan plastmas butulka ilə qayıdarkən Elşadın yerdə ayaqları üstə oturduğunu görmüşdür. Vüsalın vəziyyətinin ağır olduğunu görüb su gətirərək sonuncunun başını yuduqdan yerindən qaldırmağa çalışmış, Vəli ilə birlikdə onun başı Vüsala yardım göstərməyə qarışmış, Qədirlə Elşad hər ikisi 2-3 metr məsafədə bir-biri ilə üzbəüz olmuşlar. Vüsala su vurduqdan sonra özünə gəlmiş, Qədir bu zaman evlərinə tərəf çıxıb getmişdir. Vəli ilə birlikdə Vüsalı yerdən qaldıraraq sonuncunun qoluna girib bulağa tərəf aparmışlar. Vüsal əl-üzünü yuduqdan bir qədər sonra özünə gəlmiş, bərbərxanadan dəsmal gətirib Vüsalın başına qoymuşlar. Elşad yerdə oturmuş vəziyyətdə olmuş, sonra özü piyada bulağa tərəf gəlib əl-üzünü yumuşdur. İşlədiyi yerdən spirt gətirərək spirt ilə Vüsalın baş nahiyəsini də təmizləmiş, Elşad bərbərxananın qarşısında oturub Qədirin üzr istəməli olduğunu bildirmişdir. Vüsal və Elşad bərbərxananın qarşısında təxminən bir saata yaxın oturmuş, istifadəsində olan mobil nömrədən Qədirin atası Nizaminin mobil telefonuna zəng edərək hadisə barədə bildirib təcili gəlməyini demişdir. Təxminən 15-20 dəqiqə sonra saat 16 radələrində Nizami oraya gələrək Elşadı və Vüsalı “VAZ-2103” markalı avtomaşınına mindirib yaxınlıqda yaşadığı evə aparmış, Elşada məxsus avtomobil hadisə yerində qalmışdır. Həmin vaxt Vəli Elşad və Qədirin tanışı Pərvinə zəng edərək bulağın yanına gəlməsini bildirmiş, təxminən 5-10 dəqiqə sonra Pərvin oraya gəldikdən sonra qısa şəkildə hadisəni sonuncuya danışmışlar. Təxminən bir saat sonra Nizami yenidən Elşadı və Vüsalı avtomaşınla bərəbərxananın yanındakı hadisə yerinə gətirmiş, Vüsalın baş nahiyyəsi bağlanmış vəziyyətdə olsa da Elşadın baş və bədən nahiyəsində hər hansı xəsarət görməmişdir. Elşad “Vaz 2106” markalı, avtomobilinin ön sərnişin oturacağında, Vüsal isə sükan arxasında oturduqdan sonra oradan uzaqlaşmış, Hikmət və Pərvin sonradan Qədirlə Elşadın və Vüsalın dalaşacağını təxmin edərək avtomobilin arxa oturacağına əyləşmişdir. Biraz getdikdən sonra avtomobil dayanaraq Elşad ilə Vüsal yerlərini dəyişməklə Elşad sükan arxasına əyləşmiş, sonradan kənd camaatından Elşadın yol-nəqliyyat hadisəsi keçirtdiyini və avtomobilində Vüsalın, Pərvinin və Hikmətin olduğunu öyrənmişdir. Vüsal baş nahiyəsindən xəsarət aldığı üçün su gətirmək üçün yaxınlıqdakı bulağa gedib su gətirmiş, qayıdanda artıq Elşadın yerdə oturmuş vəziyyətdə olduğunu görmüşdür. Qədirin Elşadı vurduğunu görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə yerindən 150 metr aralıda olmaqla səs-küyə hadisə yerinə gəlmiş, oraya çatanda Vüsal, Elşad və Qədir mübahisə etmişlər. Mübahisə zamanı Vüsal Qədiri vurmuş, Zaurla birlikdə sonuncuları ayırmaq istəyən zaman Qədir daşla Vüsalı vurmuşdur. Zaurdan su gətirməsini istəmiş, Zaur getdikdən sonra Elşad əlindəki bıçaqla Qədirə tərəf gəlmişdir. Başı Vüsala kömək etməyə qarışdığına görə Qədirin Elşadı vurub-vurmamasını görməmiş, sonra Vüsalı bulağın yanına gətirib əl-üzünə su vurmuşdur. Elşadda xəsarət izləri görməmiş, həmin vaxt Pərvinlə əlaqə saxlayaraq sonuncudan gəlib Elşadı aparmasını bildirdikdən sonra sonuncu oraya gəlmişdir. Həmin şəxslər oradan getdikdən bir müddət sonra Prəvin onunla əlaqə saxlayaraq avtoqəza baş verdiyini bildirdiyinə görə hadisə yerinə getmiş, oraya çatanda Elaşdın arxası üstə avtomobilin yanında yerdə uzandığını görmüşdür. Təxminən beş dəqiqə sonra təcili tibbi yardım avtomaşını oraya gələrək Elşadı oradan aparmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə saat 11 radələrində həmkəndlisi Zaur Rüstəmova məxsus evdə Elşad Fərzaliyev, sonuncunun qohumu Vüsal, həmkəndliləri Təqsirləndirilən şəxs, Şahid5 və başqaları ilə birlikdə işləmiş, həmin gün saat 11 radələrində Elşadın idarə etdiyi “Vaz-2106 markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla tikinti materialları almaq üçün Kürdmaşı kəndində tikinti mağazalarından birindən tikinti materialları alıb geri qayıtmışdır. Elşadla qayıdıb tikinti materiallarını Zaur Rüstəmovun həyətinə düşürdükdən sonra evinə getmiş, saat 14 radələrində yaşadığı kənddə Şəfiqə adlı bir qadının həyətyanı sahəsinə kərpic boşaltdığı vaxt təxminən 150 metr kənarda küçədə 3 nəfərin mübahisə etdiyini görüb piyada qaçaraq həmin şəxslərə yaxınlaşmışdır. Elşada məxsus “Vaz-2106 markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil də orada olmuş, bu zaman Elşad, sonuncunun bacısı oğlu Vüsalın və həmkəndlisi Qədirin dalaşdıqlarını görmüşdür. Vüsal Qədiri yumruqla baş nahiyəsindən vurmuş və sonuncu yerə yıxılmışdır. Qədir yerdə olarkən Vüsal təpiklə Qədirin bədən nahiyələrindən vurmağa başlamış, Elşad isə sərxoş vəziyyətdə onların yanında olmuşdur. Həmkədlisi Şahid1la birlikdə mübahisənin davam etməməsi üçün yaxınlaşıb Qədirlə Vüsalı bir-birindən ayırmaq istədikdə Qədir oradan kənara çəkilmiş, yerdən götürdüyü daşı anidən 3-4 metr məsafədən Vüsal istiqamətində atmışdır. Qədirin atdığı daş Vüsalın baş nahiyəsindən dəymiş, Qədir Vüsalı vurarkən aralarında təxminən 3 metr məsafə olmuşdur. Zərbənin təsirindən Vüsal yerə yıxılmış və baş nahiyəsindən güclü qan axmağa başlamışdır. Zaura gedib yaxınlıqdan su gətirməsini bildirmiş, sonuncu su gətirməyə gedərkən o, yerdə huşsuz vəziyyətdə qalan Vüsala yardım göstərməyə başlamışdır. Bu zaman Elşad Vüsalın xəsarət aldığını görüb avtomobilinə tərəf gedib xəncər götürüb Qədirin üstünə gəlməyə başlamış, Qədir isə yerdən əlinə ovuc boyda daş götürərək təxminən 3-4 məsafədən Elşad istiqamətinə atmışdır. Daşın Elşadın bədəninin hansı nahiyəsindən dəydiyini dəqiq görə bilməmiş, bu zaman Elşad yerə oturmuşdur. Həmin vaxt Qədir piyada evlərinə tərəf getməyə başlamış, diqqəti Vüsalda olduğu üçün sonuncunun baş nahiyəsindəki xəsarətinə yardım göstərmək istəmişdir. Zaur yaxınlıqda yerləşən bulaqdan plasmas qabla su gətirərək Vüsalın başını yumuş, sonra isə hər birisi Vüsalın qoluna girib yaxınlıqdakı bulağa aparıb sonuncunun əl-üzünü yumasına köməklik göstərmişlər. Elşad da özü bulağın yanına gəlib əl-üzünü yuduqdan sonra bərbərxananın qarşısında oturmuş, Elşadın baş nahiyəsində və digər hər hansı bədənində gözlə görünə bilən hər hansı xəsarət görməmişdir. Elşad tez-tez Qədirin gəlib üzr istəməli olduğunu bildirmiş, təxminən 1 saat oturduqdan sonra Zaur Qədirin atası Nizaminin mobil telefonuna zəng edərək hadisə barədə bildirməklə həmin yerə gəlməsini demişdir. Təxminən 15-20 dəqiqə sonra saat 16 radələrində Nizami idarə etdiyi VAZ-2103 markalı avtomaşınla bərbərxananın qarşısında gəlmiş, Elşad və Vüsalın özü avtomobilə əyləşdikdən sonra Nizami ilə birlikdə oradan uzaqlaşmışlar. Həmin vaxt Pərvinə zəng edərək hadisə yerinə gəlməsini demiş, sonuncu oraya gəldikdən sonra hadisə barədə məlumat vermişdir. Təxminən 30 dəqiqə sonra Nizami idarə etdiyi Vaz-2103 markalı maşınla Elşadı və Vüsal gətirib hadisə yerində düşürmüş, Elşad həmin yerdə saxladığı avtomaşının sükanı arxasında, Vüsal qabaq sağ oturacaqda, Hikmət və Pərvin isə arxa oturacaqda əyləşərək kənd ərazisində avtomaşınla hərəkət etməyə başlamışlar. Saat 18 radələrində Pərvin onun mobil telefonuna zəng edərək Elşadın idarə etdiyi avtomaşının qəbiristanlıq yolunda yol qəzasına düşdüyünü və həmin yerə gəlməsini bildirdiyinə görə həmkəndlisi Fəda İsgəndərli ilə birlikdə idarə etdiyi “Vaz-21011” markalı avtomaşınla qəbiristanlıq yoluna getdikdə orada Elşada məxsus VAZ-2106 markalı avtomaşının kəndarası yolda yanı üstə aşmış vəziyyətdə olduğunu, Elşadın topuq hissəsinin avtomobilin altında qaldığını, Vüsalın isə kənarda oturmuş vəziyyətdə olduğunu görmüşdür. Vüsal şok vəziyyətində olmuş, Elşadın huşu özündə olmasa da nəfəs almışdır. Elşadın qulaq və burun nahiyələrindən qan axmış, Hikmət və Pərvin isə özündə olmuşlar. Hadisədən 2-3 dəqiqə sonra kənd icra nümayəndəsi Saleh Ağayev həmin yerə gəlmiş, Vüsalla Elşadı təxminən 30 dəqiqədən sonra oraya gəlmiş təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya yola salmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə səhər saatlarından X26 və X20 ilə birlikdə həmkəndlisi Zaur Rüstəmova məxsus evdə toyuq hininin damının tikintisi ilə məşğul olmuş, bir müddət sonra əvvəllər tanıdığı Elşad və adını sonradan bildiyi Elşadın bacısı oğlu Zərərçəkmiş şəxs da kombi quraşdırmaq üçün oraya gəlmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs və sonuncunun qardaşı Şahid5 də gələrək həyətdə yonca əkmək üçün alaq otlarını təmizləyib torpağı düzəltməyə başlamış, qonşuluqda yaşayan Şahid2 tez-tez həyətə nəzarət edərək lazım olan əşyaları avtomaşınla alıb gətirmişdir. Elşad kombini quraşdırmaq üçün müəyyən avadanlıqların olmadığını bildirdiyinə görə Elşada məxsus “Vaz-2106” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla radiatorları qoşmaq üçün qəlyan və su xətlərinin şlanqını aldıqdan sonra evə qayıtmış, saat 13 radələrində nahar vaxtı yaxınlaşdığından Sadiq, Fəda və Şahid5 nahar etmək üçün hər biri yaşadıqları evə getmişdir. Elşada yaxınlaşıb birlikdə yaşadığı evə gedib nahar etməyi təklif etdikdə sonuncu bacısı oğlu Vüsalla birlikdə işlədiyi yerdə nə isə alıb yeyəcəyini bildirmiş, Elşada orada gözləməsini və evə gedib gələcəyini, Qədir də evdən araq götürüb gələcəyini bildirmişdir. Üzərində pulu olmadığından evə gedib 10 manat pul götürüb Elşadla birlikdə yaxınlıqdakı Almaz adlı qadının işlətdiyi mağazaya getmiş, mağazadan kolbasa, konserv, ketçup, soğan, çörək, fanta, alma, mandarin, təndir çörəyi alıb işlədi yerə qayıtmışlar. Aldığı ərzaqları birinci mərtəbənin zalında stolun üzərinə qoyub doğradıqdan sonra yeməyə başlamış, həmin vaxt Qədir də bir litrlik üzərində “Fanta” yazısı olan içərisində yarıya qədər araq olan plasmas butulka gətirdikdən sonra özü də süfrə arxasında əyləşmişdir. Vüsal içki içməmiş, o, Qədir və Elşad hər biri təxminən 150 qram araq içmişlər. Sərxoş olduğundan özünü pis hiss etdiyinə görə evin ikinci mərtəbəsində uzanıb bir qədər yatmış, təxminən 2-3 saat sonra yatdığı vaxt Şahid2 ona zəng edərək Kürdmaşı kəndindəki çaylaq hissəyə gəlməsini bildirmişdir. Saat 18 radələrində işlədiyi yerdən durub piyada çaylaq hissəyə, köhnə mağaza butkasının yanına getmiş, orada Elşad Fərzaliyevə məxsus “Vaz-2106” markalı **- GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanında Vüsalın əyləşdiyini, Elşadın qabaq sağ oturacaqda, Şahid5 isə arxa sol oturacaqda əyləşdiyini görmüşdür. Orada həmçinin Vəli, Zaur, Şahid4 və adını bilmədiyi başqa şəxslər olmuş, Nizami ona avtomaşına oturmasını, aparıb Elşadı rayona yola salmasını bildirmişdir. Avtomaşında arxa sağ oturacaqda əyləşmiş, Elşaddan nə baş verdiyini soruşduqda sonuncu ona heç bir hadisə baş vermədiyini bildirmişdir. Vüsal avtomaşını sürüb təxminən 40-50 metr getdikdən sonra Elşad kiminsə telefonuna zəng edib harda olmasını soruşmuş, sonra Vüsala avtomaşını qəbiristanlığa sürməsini demişdir. Elşaddan bir daha nə baş verdiyini soruşduqda sonuncu ona şəhid qəbri üstünə getdiyini bildirmiş, Vüsal da Elşada getmək istəmədiyini və avtomaşınla rayona qayıtmağı bildirdikdə Elşad Vüsala avtomaşını saxlamasını bildirmişdir. Vüsal avtomaşını saxladıqdan sonra Elşad avtomaşından düşüb sükan arxasında əyləşmiş, Vüsal isə qabaq sağ oturacaqda əyləşmişdir. Bundan sonra Elşad avtomaşını daşlı-çınqıllı yolla sürüb kənd qəbiristanlığına tərəf getməyə başlamış, bir neçə dəfə Elşada avtomaşını saxlamağı bildirdikdə Elşad avtomaşını saxlamamışdır. Elşad mobil telefonu ilə kiməsə zəng etsə də qarşı tərəf telefona cavab verməmiş, qəbiristanlığın giriş qapısına az qalmış yoxuşla hərəkətdə olarkən Elşad qarşı tərəfin zəngə vermədiyini görüb telefonu sürət ötürmə keçəcəyinin yanına qoyduqdan sonra avtomobili arxaya verib gəldiyi istiqamətdə qayıdıb getməyə başlamışdır. Elşad qaz verib 40-50 metr getdikdən sonra təxminən 30-40 km/saat sürətlə sola doğru döngəni dönüb hərəkətini davam etdirdikdə avtomobil qəflətən sol tərəfdəki təpəyə istiqamətlənmiş və maşının qabaq hissəsi təpəyə çırpılaraq 2-3 dəfə banı üstə aşıb fırlanaraq sol yanı üstə dayanmışdır. Özünə gəldikdə avtomaşında heç kimi görməmiş, birtəhər özünə gəlib qabaq alın şüşədən çölə çıxarkən Elşadın bir ayağının topuq hissəsinin avtomaşının təkərləri istiqamətində alt hissəsində qaldığını görmüşdür. Vüsalın da avtomaşından 2-3 metr kənarda oturmuş vəziyyətdə qaldığını, Şahid5 isə qarın nahiyəsini tutub dayandığını görmüş, mobil telefonu ilə təcili tibbi yardıma zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra mobil telefonu ilə Şahid2 istifadəsində olan mobil nömrəyə zəng edib hadisə barədə məlumat vermiş, Şahid2 idarə etdiyi Vaz-21011 markalı avtomaşınla Fəda İsgəndərli ilə birlikdə hadisə yerinə gəlmişdir. Fəda və Vəli köməkləşib Elşadın ayağını avtomaşının altından çıxartmış, hadisə yerinə gələn kənd icra nümayəndəsi Saleh Ağayev və tanımadığı başqa şəxslərlə köməkləşib Elşadı təxminən 20-25 dəqiqə sonra oraya gəlmiş təcili tibbi yardım avtomaşınına yerləşdirib yola salmışlar. Vüsal da özündə olmadığından Vüsalı da həmin təcili tibbi yardım maşınına yerləşdirmiş, o, Hikmət və Fəda da həmin təcili tibbi yardım avtomaşınına əyləşərək birlikdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına getmişlər. Xəstəxanada Elşada və Vüsala həkimlər tərəfindən tibbi yardım göstərilmiş, 9 mart 2022ci il tarixdə Elşad Fərzaliyevin aldığı bədən xəsarətlərindən Bakı X30 öldüyünü eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə qardaşı Qədirlə birlikdə yaşadıqları kənddə yerləşən Zaur Rüstəmova məxsus evdə həyətyanı sahəni alaq otlarından təmizləyərək orada yonca əkirmiş, həmçinin orada həmkəndliləri Pərvin, Sadiq və Fəda təmir-tikinti işləri ilə məşğul olmuşlar. Bundan başqa İsmayıllı şəhər sakinləri Elşad və Vüsal həmin evdə kombi çəkmiş, saat 13 radələrində Sadiq günorta yeməyini yemək üçün öz evlərinə getmişdir. Pərvin, Fəda və qardaşı Qədir yemək yemək üçün evlərinə getmək istəyərkən Elşad Pərvinə birlikdə yemək yeməyi təklif etmiş, Pərvin Elşada evə gedib gələcəyini demişdir. Qədir də araq götürüb gələcəyini bildirdikdən sonra Fəda öz evinə getmiş, o və Qədir də öz evlərinə getmişdir. Qədir evdən 1 ədəd 0,5 litrlik kustar üsul ilə hazırlanmış üzüm arağını götürüb getmiş, Qədirlə getməyərək yeməyi evdə yemişdir. Saat 14 radələrində iş yerinə gedib orada işlərinə davam etmiş, həmin vaxt Vüsal, Elşad və Qədir birlikdə çay içmişlər. Saat 16 radələrində yaşadığı evə gedib evdən 10 manat pul götürüb kənddə yerləşən poçtda işıq pulunu ödəmişdir. Yaşadığı evə tərəf qayıdarkən Elşad, Vüsal, həmkəndliləri Zaur və Vəlini bərbərxananın qarşısında görmüş, Elşad və Vüsal yerdə çöməlmiş vəziyyətdə ayaqları üstə oturmuşlar. Vüsala Zaur və Vəli yardım göstərmiş, Zaur və Vəli Qədir ilə Elşad və Vüsalın dalaşdıqlarını demişdir. Həmin vaxt Vəli zəng edərək Pərvini və atası Nizamini ora çağırmış, atası Nizami gəldikdən sonra “Vaz-2103” markalı maşınla Elşadı və Vüsala yardım göstərilməsi üçün evə aparmışdır. Vüsal və Elşad polisə məlumat verməmələrini xahiş etmiş, anası Gülçöhrə, gəlini Şəhanə, qardaşı Təqsirləndirilən şəxs də evdə olmuşlar. Elşadın hərəkətlərindən sərxoş olması hiss olunmuş, Elşad və Vüsal özləri sərbəst şəkildə piyada evin ikinci mərtəbəsinə çıxmışlar. Vüsalın baş nahiyəsində xəsarət olduğundan atası anasına Vüsalın başını bağlamaqdan ötrü parça gətirməsini bildirmiş, anası parça gətirdikdən sonra həmin parça ilə Vüsalın başını bağlamışlar. Qədir evdə digər otaqda olmuş, atası Qədirə Vüsal və Elşaddan üzr istəməsini dedikdən sonra sonuncu otaqdan çıxıb Vüsal və Elşaddan hadisəyə görə üzr istəmişdir. Qədir bundan sonra evin otağına getmiş, Elşadın kəmərinə xəncər taxılı vəziyyətdə olmuşdur. Elşad evin zalında sağa-sola gedib tez-tez Qədiri vurub öldürəcəyini demiş, Elşad və Vüsal təxminən 30 dəqiqə evlərində qalmışlar. Sonra isə atası avtomaşınla onları mərkəz hissəyə gətirmiş, Pərvin, Zaur, Vəli və adlarını xatırlamadığı başqa həmkəndliləri də orada olmuşdur. Elşad Pərvinə avtomaşına oturmasını və birlikdə İsmayıllıya getmələrini demiş, Vüsal avtomaşının sükanı arxasında, Elşad qabaq oturacaqda, Pərvin və o arxa oturacaqda əyləşmişlər. Atası ona Elşad içkili olduğuna görə sonuncuları kənddən yola salana qədər avtomaşında olmalırını demiş, Vüsal avtomaşınla kənd ərazisində dairə vurduqdan sonra çaylaq hissədə körpünün yanında avtomaşının mühərriki sönmüşdür. Pərvinlə birlikdə avtomaşından düşüb atasının yanına gəlmiş, atası Elşad sərxoş vəziyyətdə olduğunu və avtomaşına oturub birlikdə gedərək sonuncuları yola salmalarını bildirmişdir. Elşad həmin vaxt şəhidləri ziyarət etmək üçün kənd qəbiristanlığına getməsini onlara bildirdikdən sonra avtomobilin sükanı arxasında oturmuş, yolda Elşad Qədir ilə telefon vasitə danışmışdır. Qədir Elşada özü üçün qəbir qazmağa getdiyini və qəbiristanlıqda olduğunu demiş, onlar qəbiristanlığın qarşısına çatdıqda heç kəs avtomobildən enməmişdir. Elşad Qədirə zəng etsə də sonuncunun mobil telefonuna zəng çatmamış, Elşad əsəbi şəkildə telefonu avtomobilin orta hissəsinə ataraq avtomobili geriyə çevirmişdir. Qəbiristanlıq yolu ilə enişlə aşağı enərkən Elşad anidən avtomobilin əyləcinə basıb sürətli şəkildə təxminən 50-60 km/saat sürətlə avtomobili idarə etməyə başlamış, həmin vaxt yol çınqıllı-daşlı olduğu üçün sükan Elşadın əlindən çıxmaqla avtomobil sola doğru istiqamətlənmişdir. Həmin vaxt avtomobil aşıb fırlanaraq yanı üstə dayanmış, avtomobilin sınmış arxa şüşəsindən çıxmışdır. Elşadın ayaqları avtomaşının altında qalmış, başı isə yerdə daşın üstünə olmuşdur. Qulağından, burnundan və başından qan gəlməklə Elşad huşsuz vəziyyətdə olmuş, Vüsal isə kənarda oturmuşdur. Pərvin də avtomaşından çıxdıqdan təxminən 10 dəqiqə sonra Vəli, Fəda və icra nümayəndəsi Saleh müəllim hadisə yerində gəlmiş, köməkləşib avtomaşını qaldırmışlar. Fəda isə Elşadın ayaqlarını avtomaşının altından çıxardıqdan sonra oraya gəlmiş təcili tibbi yardım avtomaşınına mindirmişlər. Vüsal, Elşad, o və Pərvin də təcili tibbi yardım avtomaşını ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına getmiş, xəstəxanada həkimlər tərəfindən Vüsala və Elşada yardım göstərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 17/MEŞ nömrəli rəyindən görünür ki, X10 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyin toxumasına, qişalarıaltına və mədəciklərinə qansızma, kəllə tağı və əsasının sınıqları: sağ gicgah sümyünün ön və arxa kəllə çuxuruna keçən sınığı; ənsə sümüyünün basılmış, böyük ənsə dəliyinə və sol gicgah-alın sümüyünə keçən xətti sınıqları; sağ gicgah nahiyəsinin yumşaq toxumalarının iç səthinə və gicgah əzələsinə qansızma, sağ qulaqarxası nahiyənin hematoması, ənsə nahiyəsinin dərialtı hematoması; Burun-dodaq büküşü nahiyəsində sol tərəfli əzilmiş-cırılmış yaralar, burunun sıyrılmış yaralar: sağ gözaltı nahiyəsinin sıyrığı; Hər orbita ətrafı qansızma («eynək» simptomu); Soldan Vİİ,Vİİİ,İX qabırğaların qoltuqaltı xətt üzrə sınıqları və sol tərəfli pnevmotoraks. Sol ayaq pəncəsinin üst səthinin və sağ iç-topuq nahiyəsinin qançırları. Qeyd olunan xəsarətlər həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindən yetirilmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X10 ölümünün bilavasitə səbəbi kəllə tağı sümüklərinin kəllə əsasına keçən sınıqları, baş beyin toxumasına, qişalarıaltına və mədəciklərinə qansızma olmuşdur. Başa yetirilən daş zərbəsi ilə onun ölümü arasında bilavasitə səbəbli əlaqə vardır. X10 almış olduğu xəsarətlərin xarakterini, lokalizasiyasını və əmələgəlmə mexanizmini nəzərə alaraq demək olar ki, sol tərəfli pnevmotoraksla müşayiət olunan qabırğaların sınıqları, burun-dodaq büküşü nahiyəsinin sol tərəfli əzilmişcırılmış yaraları, burunun sıyrılmış yaraları, sağ gözaltı nahiyəsinin sıyrığı, sol ayaq pəncəsinin üst səthinin və sağ iç-topuq nahiyəsinin qançırları xx.xx.2022-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X11 qeyd olunan kəllə tağı sümüklərinin kəllə əsasına keçən sınıqları ilə əlaqədar baş beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızma kənar şəxs tərəfindən yetirilən küt əşyanın, ola bilsin daş parçasının güclü zərbəsindən yaranmış, baş beyinin sıxılması tədricən baş verdiyinə görə «işıqlı dövr» adlanan dövrdə də yol-nəqliyyat hadisəsi nəticəsində travmatizm sınıqların istiqamətində yayılaraq deformasiya prosesinə cəlb olunmasına səbəb ola bilərdi, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Belə ki, yastı tipli bərk küt əşya olan daşın təpə nahiyəsinə vurulan zərbəsi kəllə qapağında və əsasında müxtəlif formalı sınıqlar yaradır ki, bu da kəllənin formasından, onu təşkil edən sümüklərin qalınlığından, zərbənin gücündən asılıdır. Nəzərə almaq lazımdır ki, kəllə əsası sümüklərinin sınıqları daha çox ənsə nahiyəsinə yetirilən zərbə nəticəsində yaranır. Kəllə əsası tam kəllənin biomexaniki xüsusiyyətləri ilə bağlı olaraq ənsəyə yetirilən zərbə nəticəsində deformasiyalaşır. Konkret halda da baş nahiyəsinə yetirilən daş zərbəsi kəllə tağı və əsası sümüklərində sınıqların yaranmasına, baş beyinin əzilməsinə, subdural hematomanın yaranmasına səbəb olmuşdur. Nəzərə almaq lazımdır ki, subdural hematoma (qansızma) baş beyinin yerdəyişməsi ilə müşayiət oluna bilir ki, bu halda da baş beyinin sıxılması tədricən baş verdiyinə görə “İşıqlı dövr” adlanan bir dövr olur və bu dövrdə zərərçəkən aktiv hərəkətlər etmək iqtidarında olur (yerimək, ağır yükün yerini dəyişmək, mübarizəyə qoşulmaq, avtomaşın idarə etmək və s.), bəzən belə hərəkətlərin həcmi daha böyük olur. X10 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilalkilamin qurupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli T407/2022 nömrəli rəyindən görünür ki, E.K.Fərzəliyevin tibbi sənədlərinə və mərhumun meyitnin xx.xx.2022-ci il tarixli 17\MEŞ saylı rəyinə əsasən onda aşağıdakı xəsarətlər olmuşdur: a. Qapalı kəllə beyin travması: sağ gicgah sümyünün ön və arxa kəllə çuxuruna keçən sınığı; ənsə sümüyünün basılmış, böyük ənsə dəliyinə və sol gicgah-alın sümüyünə keçən xətti sınıqları; baş beyin toxumasına qişalanaltına və mədəciklərə qansızma, sağ qulaqarxası nahiyənin hematoması, ənsə nahiyəsinin dərialtı hematoması; b. Soldan Vİİ,Vİİİ,İX qabırğaların qoltuqaltı xətt üzrə sınıqları və sol tərəfli pnevmotoraks. v. sol burun-dodaq büküşü nahiyəsində əzilmiş-cırılmış yaralar, burununsıyrılmış yaraları, sağ gözaltı nahiyəsinin sıyrığı, sol ayaq pəncəsinin üst səthinin və sağ iç-topuq nahiyəsinin qançırları. Qeyd olunan xəsarətlər həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddətləri qərarın təsviri hissəsində göstərilən, vaxta yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Onlardan: a,b. bəndində olan xəsarətlər dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya, v. bəndində qeyd olunanlar isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. E.K.Fərzəliyevin ölümünə səbəb sağ gicgah sümyünün ön və arxa kəllə çuxuruna keçən sınığı, ənsə sümüyünün basılmış, böyük ənsə dəliyinə və sol gicgah-alın sümüyünə keçən xətti sınıqları, baş beyin toxumasına qişalanaltına və mədəciklərə qansızma, sağ qulaqarxası nahiyənin hematoması, ənsə nahiyəsinin dərialtı hematoması ilə müşayət olunan qapalı kəllə beyin travması olmuşdur. Həmin xəsarətlər kənar şəxs tərəfindən küt əşya, o cümlədən də daş parçası ilə endirilmiş güclü zərbələrin təsirindən yaranmışlar, digər “b və v” bəndində göstərilən xəsarətlər isə küt yaranma mexanizminə malik olmaqla xx.xx.2022ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yaranmaya uyğun gəlir. E.K.Fərzəliyevin ölümünə səbəb olmuş daşla yetirilmiş xəsarətlərin kobud xüsusiyyətləri nəzərə alınmaqla bu xəsarətlərdən sonra yol-nəqliyyat hadisəsi baş verməsə belə, onun həyatını xilas etmək mümkün olmazdı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş əlavə məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 553/KEŞ nömrəli rəyindən görünür ki, Elşad Fərzaliyevin ölümü ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli 17/MEŞ və xx.xx.2022-ci il tarixli T407/2022 nömrəli rəylərin nəticə hissəsində hər hansı ziddiyyət yoxdur, sadəcə olaraq təkrar ekspertiza aparılarkən komissiya tərəfindən xəsarətlər sadalanarkən sağ gicgah nahiyəsinin iç səthinə və gicgah əzələsinə qansızma nəzərdən qaçırılmış, bu isə işin halları üçün ciddi əhəmiyyət kəsb etmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 1015/K nömrəli rəyindən görünür ki, X6 götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı – 0,3%-dir. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik vasitələrin və psixatrop maddələrin təyinatını aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 186 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, baş-beynin yüngül dərəcəli əzilməsi, alın və təpə sümüklərinin xətti sınığı ilə müşayiət edilən təpə nahiyəsinin əzilmiş yarası bərk-küt əşya ( alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənməsi istisna edilmir, həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, eləcə də Zərərçəkmiş şəxs göstərdiyi şəraitdə, yəni, kənar şəxs tərəfindən bərk-küt əşya ilə vurulması nəticəsində törənə bilərdi. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına, yəni başın təpə nahiyəsində aşkar edilmiş xəsarətlər nahiyəsində alın və təpə sümüklərinin sınığına əsasən demək olar ki, həmin xəsarətin avtoqəza nəticəsində törənməsi istisna edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 1015A/K nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmədi. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik vasitələrin və psixatrop maddələrin təyinatını aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 84 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-alnın, bel nahiyəsinin, sol iç topuğun sıyrıqları və döş qəfəsinin qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənməsi istisna edilmir, dərəcəsinə görə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət Təqsirləndirilən şəxs göstərdiyi şəraitdə, eləcə də digər müxtəlif şəraitlərdə törənə bilərdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 224 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sağ qaşın sıyrığı, sağ gözün üst qapağının və sağ gözaltı nahiyənin qançırları küt əşya (alət) təsirindən törənmişdir, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsindən 4-5 gün əvvəl olmaqla onun qeyd etdiyi xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət müxtəlif şəraitdə törənə bilərdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 490 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal- hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin aksentuasiyası) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə idarə etmək etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, özünə və ətrafdakılara qarşı halhazırda təhlükəli deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 17/275 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Vaz 2106” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının üzlük hissəsinin səthi üzərindən tapılmış göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd isti qış gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 17/227 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmet kustar üsulla hazırlanmış iki tərəfi kəsisi ucu batıcı xassəyə malik olan xəncərdir, soyuq silah hesab edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 166/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu ABO sistemi üzrə O alfa beta (İ). X10 qan qrupu, ABO sistemi üzrə O alfa beta (İ). Ekspertizaya təqdim edilmiş 2 ədəd plastmas çubuğa sarınmış pambıq, 04 ədəd daş parçaları, avtomobil günlüyü üzərində olan ləkədə O alfa beta (İ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri O alfa beta (İ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs və ya X13 məxsus ola bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1996 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X27 Servis Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2000-ci il buraxılışlı Vaz 2106 markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 2265,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 1295,00 manat; Təmir –bərpa işlərinin qiyməti - 970,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 1713,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-743,00 manat; Təmir –bərpa işlərinin qiyməti - 970,00 manat. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/1888 nömrəli rəyindən görünür ki, 1.2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara görə Vaz-2106 markalı, 10GV076 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü E.K.Fərzaliyev Vaz-2106 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 82 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Şahid3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-sağ kürək nahiyəsinin sıyrığı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığa Zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət müxtəlif şəraitdə törənə bilərdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 83 nömrəli rəyindən görünür ki, 2002-ci il təvəllüdlü Şahid5 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-sağ kürək nahiyəsinin sıyrıqları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənməsi istisna edilmir, dərəcəsinə görə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitdə törənə bilərdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 87 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Şahid2 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində, eləcə də baş nahiyəsində xəsarətin hər-hansı bir obyektiv əlaməti və xəsarət izi (qançır, sıyrıq, yara və s.) aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 88 nömrəli rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Şahid1 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində, eləcə də baş nahiyəsində xəsarətin hər-hansı bir obyektiv əlaməti və xəsarət izi (qançır, sıyrıq, yara və s.) aşkar edilmədi. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2022-ci tarixdə saat 1810-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 13 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş İsmayıllı RMX-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 02-04-517/2022 nömrəli məktubdan görünür ki, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatda olan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1998-ci il təvəllüdlü Salmanov X18 RMX-sı PHŞ-nin Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-Əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdurlar. Cinayət işinə əlavə olunmuş İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Kürdmaşı kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 1199 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Qədirli X14 rayonunun Kürdmaşı kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 332.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Gəncə Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 01 il sınaq müddəti ilə 03 il azadlıqdan şərti məhrum olunma cəzasına məhkum olunmuş və xx.xx.2015-ci il tarixdə cəza müddəti başa çatmışdır. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. Beləliklə, məhkəmə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Elşad Fərzalıyevin avtoqəza nəticəsində aldığı xəsarətlərdən ölməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, məhkəmə-tibb ekspertizasının rəyindən də göründüyü kimi X11 qeyd olunan kəllə tağı sümüklərinin kəllə əsasına keçən sınıqları ilə əlaqədar baş beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızma kənar şəxs tərəfindən yetirilən küt əşyanın, ola bilsin daş parçasının güclü zərbəsindən yaranmış, baş beyinin sıxılması tədricən baş verdiyinə görə «işıqlı dövr» adlanan dövrdə də yol-nəqliyyat hadisəsi nəticəsində travmatizm sınıqların istiqamətində yayılaraq deformasiya prosesinə cəlb olunmasına səbəb ola bilərdi, yastı tipli bərk küt əşya olan daşın təpə nahiyəsinə vurulan zərbəsi kəllə qapağında və əsasında müxtəlif formalı sınıqlar yaradır ki, bu da kəllənin formasından, onu təşkil edən sümüklərin qalınlığından, zərbənin gücündən asılıdır. Nəzərə almaq lazımdır ki, kəllə əsası sümüklərinin sınıqları daha çox ənsə nahiyəsinə yetirilən zərbə nəticəsində yaranır. Kəllə əsası tam kəllənin biomexaniki xüsusiyyətləri ilə bağlı olaraq ənsəyə yetirilən zərbə nəticəsində deformasiyalaşır. Konkret halda da baş nahiyəsinə yetirilən daş zərbəsi kəllə tağı və əsası sümüklərində sınıqların yaranmasına, baş beyinin əzilməsinə, subdural hematomanın yaranmasına səbəb olmuşdur. Nəzərə almaq lazımdır ki, subdural hematoma (qansızma) baş beyinin yerdəyişməsi ilə müşayiət oluna bilir ki, bu halda da baş beyinin sıxılması tədricən baş verdiyinə görə “İşıqlı dövr” adlanan bir dövr olur və bu dövrdə zərərçəkən aktiv hərəkətlər etmək iqtidarında olur (yerimək, ağır yükün yerini dəyişmək, mübarizəyə qoşulmaq, avtomaşın idarə etmək və s.), bəzən belə hərəkətlərin həcmi daha böyük olur. Aparılmış araşdırma zamanı da müəyyən olundu ki, X32 Qədirli ilə arasında olan mübahisə zamanı sonuncu E.Fərzəliyevə atdığı daşla yetirdiyi ağır dərəcəli bədən xəsarətlərindən 09 mart 2022-ci il tarixdə həmin xəsarətdən xəstəxanada ölmüşdür. Məhkəmə-tibb ekspertizasının rəyindən də göründüyü kimi Elşad Fərzəliyevin yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərin onun ölümü ilə heç bir səbəbli əlaqəsi olmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün tövsif olunduğu qənaətinə gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən təqsirləndiriləm şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 12 may 2022-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Zərərçəkmiş şəxs mülki iddia verərək 6550 manat maddi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını xahiş etmişdir. Həmin mülki iddiaya münsibətdə məhkəmə kollegiyası hesab edir ki, mülki iddiaçı onun qeyd etdiyi məbləğləri təsdiq edən hər hansı sübut təqdim etmədiyindən onun verdiyi mülki iddia baxılmamış saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 237,54 manat (iki yüz otuz yeddi manat əlli dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan İsmayıllı Rayon Prokurorluğunda saxlanılan 1 ədəd sellofan bağlamada qablaşdırılmış 01 ədəd bağlamada 02 ədəd plastmas çubuğa sarınmış pambıq, 04 ədəd daş parçası, 1 ədəd avtomobil günlüyü, 01 ədəd xəncər məhv edilməli, “Lenovo” markalı mobil telefon X17 qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 12 may 2022-ci il tarixdən hesablansın. Mülki iddiaçı Zərərçəkmiş şəxs 6550 manat maddi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasına dair mülki iddiası baxılmamış saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 237,54 manat (iki yüz otuz yeddi manat əlli dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və İsmayıllı Rayon Prokurorluğunda saxlanılan 1 ədəd sellofan bağlamada qablaşdırılmış 01 ədəd bağlamada 02 ədəd plastmas çubuğa sarınmış pambıq, 04 ədəd daş parçası, 1 ədəd avtomobil günlüyü, 01 ədəd xəncər məhv edilsin, “Lenovo” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-47/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-47/2023
13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver