Məhkəmə qərarları › İş №1(091)-48/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-48/2021

30.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-48/2021 30.08.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X13, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, xx xxxxxx 1993-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri C.Mustafayev küçəsi 90 saylı evdə qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxx 1990-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 11.01.2010-cu il tarixli hökmünə əsasən CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 182.2.2, 331.3, 32.3,332.2.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19.08.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, daha sonra məhkumluğu ödənilmədən və ya götürülmədən yeni cinayət əməli törətmiş və Yevlax Rayon Məhkəməsinin 05.03.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23.05.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Yevlax şəhəri A.Məmmədov küçəsi 20 saylı evdə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 177.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən vaxtda və şəraitdə, satış məqsədi ilə, külli miqdarda ümumi çəkisi 9,424 qram narkotik vasitə olan heroini və 2 ədəd polietilen kəsiyinə bükülmüş ayrı-ayrılıqda çəkisi 1,852 qram və 2,054 qram olmaqla, ümumi çəkisi 3,906 qram külli miqdarda olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək saxlamış, əldə etdiyi 9,424 qram narkotik vasitə olan heroindən 0,321 qram olan hissəsini əvvəlcədən aralarında olan şifahi razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 gümüşü rəngli kağız bükümdə qablaşdıraraq satış məqsədilə yaşadığı evində saxlamış və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun ona satmaq üçün verdiyi 1 ədəd polietilen kəsiyinə bükülmüş ümumi çəkisi 9,103 qram külli miqdarda olan narkotik vasitə heroini və 2 ədəd polietilen kəsiyinə bükülmüş ayrı-ayrılıqda çəkisi 1,852 qram və 2,054 qram olmaqla, ümumi təmiz çəkisi 3,906 qram külli miqdarda olan psixotrop maddə - metamfetamini 17 aprel 2020-ci il tarixdə, saat 17:00 radələrində Yevlax şəhəri X28 küçəsində «şərti alıcı» Şahid2 650 manata qanunsuz olaraq satmış, həmin vaxtı Baş Narkotiklərlə Mübarizə İdarəsinin X19 şöbənin polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq 1 ədəd polietilen kəsiyinə bükülmüş ümumi çəkisi 9,103 qram külli miqdarda olan narkotik vasitə heroin və ümumi çəkisi 3,906 qram külli miqdarda olan psixotrop maddə – metamfetamin götürülmüşdür. Təqsirləndirilən şəxs2 digər şəxslə birlikdə tamah niyyəti ilə qəsdən qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli talayaraq ələ keçirmək məqsədilə 17 mart 2020-ci il tarixdə, saat 04 radələrində Yevlax rayonu Qoyunbinəsi kənd sakini Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab olunmayan fermanın yaxınlığında örüş sahəsində mıxla yerə kəndirlə bağlanmış 6 illik, sarı kəhər rəngli bir rəst atı qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs 700 (yeddi yüz) manat dəyərində maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən vaxtda və şəraitdə, satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 9,424 qram narkotik vasitə olan heroini və 2 ədəd polietilen kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 1,852 qram və 2,054 qram olmaqla ümumi təmiz çəkisi 3,906 qram külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib özündə saxlamış, əldə etdiyi 9,424 qram narkotik vasitə olan heroindən 0,321 qram olan hissəsini əvvəlcədən aralarında olan şifahi razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 gümüşü rəngli kağız bükümdə qablaşdıraraq satış məqsədilə yaşadığı evində saxlamış, daha sonra aralarında olan razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 satmaq üçün verdiyi 1 ədəd polietilen kəsiyinə bükülmüş ümumi təmiz çəkisi 9,103 qram külli miqdarda narkotik vasitə olan heroini və 2 ədəd polietilen kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 1,852 qram və 2,054 qram olmaqla ümumi təmiz çəkisi 3,906 qram külli miqdarda psixotrop maddə olan metamfetamini sonuncu 17 aprel 2020-ci il tarixdə, saat 17.00 radələrində Yevlax şəhəri X28 küçəsində «şərti alıcı» Şahid2 650 manata qanunsuz olaraq satmış, həmin zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin X19 şöbənin polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi təmiz çəkisi 9,103 qram külli miqdarda olan narkotik vasitə heroin və ümumi çəkisi 3,906 qram külli miqdarda olan psixotrop maddə metamfetamin götürülməklə Təqsirləndirilən şəxs1 saxlanılmış və Yevlax rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 5(039)-23/2020 nömrəli qərarına əsasən həmin tarixdə Təqsirləndirilən şəxs2 faktiki yaşadığı Yevlax şəhəri Şəkili küçəsi, ev 4, mənzil 2-də axtarış aparılan zaman yataq otağındakı çarpayının üzərində olan döşəyin altından istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə bir ədəd gümüşü rəngli kağız bükümdə qablaşdıraraq yaşadığı evində qəsdən satış məqsədilə saxladığı 0,321 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə qismən (CM-in 234.4.3-cü maddəsi ilə) təqsirli bilərək göstərdi ki, əməliyyat tədbiri zamanı saxlanılarkən satmaq istədiyi sözügedən narkotik vasitə və psixotrop maddə özünə məxsus olmuşdur. Maddi ehtiyacı yarandığı üçün onu satmaq istəmişdir. Sadəcə olaraq həmin ərəfədə Təqsirləndirilən şəxs2 evində usta işlədiyi üçün sonuncunun telefonundan istifadə etməklə narkotik vasitənin alğı-satqısı ilə bağlı telefon danışı aparmışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin X19 şöbənin polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra təsir və təzyiqə məruz qalmış və aralarındakı münasibət həmin vaxt yaxşı olmadığı üçün, həmçinin ona olan pul borcunu vermədiyi üçün Təqsirləndirilən şəxs2 adını deyərək narkotik vasitə heroinin və psixotrop maddə olan metanfetaminin Təqsirləndirilən şəxs2 aid olması barədə yalan məlumat vermişdir. Onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəyə əsasən Təqsirləndirilən şəxs2 saxlanılmış və məsuliyyətə cəlb olunmuşdur. İbtidai istintaq zamanı təsir və təzyiqə məruz qalması barədə heç kimə bildirməmiş, şikayət ərizəsi yazmamış, mahiyyəti üzrə işə baxan məhkəməyə hər şeyi danışmağı qərara almışdır. İbtidai istintaq zamanı verdiyi ifadənin mahiyyətini heç dəqiq bilmir, həmin ifadə yazılıb onun qarşısına qoyulmuş və o da imzalamışdır. Hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. Barəsində ədalətli qərar qəbul edilməklə yüngül cəza təyin olunmasını, Təqsirləndirilən şəxs2 azadlığa buraxılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq dövründə verdiyi həmin ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Müdafiəçinin də iştirakı ilə verilən həmin ifadəsində Təqsirləndirilən şəxs1 özünü ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, fərdi əməklə məşğul olur. Təxminən 4 gün bundan əvvəl Yevlax şəhərində yaşayan Nicat adlı tanışı ondan yaşadığı evin mətbəxini təmir etməsini xahiş etmişdir. O, Nicatla mətbəxin 1 kvadrat metrini 2 manat qarşılığında təmir edəcəyi ilə bağlı razılığa gəlmişdir. 14 aprel 2020-ci il tarixdən Nicatın yaşadığı evi təkcə təmir etməyə başlamışdır. O, təxminən 3 ay olar ki, narkotik vasitə olan «şüşə» (metamfetamin) qəbul edir. Nicatın evində işləyərkən Nicatın narkotik vasitə istifadə etməsini görmüş və ona görə də Nicatdan özünə qəbul etməsi üçün narkotik vasitə olan “şüşə” verməsini xahiş etmişdir. Bundan sonra o, Nicatdan bir neçə dəfə pulsuz narkotik vasitə olan metamfitamin alıb qəbul etmişdir. Narkotik vasitə olan metamfetamini Nicat həmişə cibindən çıxarıb ona vermişdir. 17.04.2020-ci il tarixdə saat təxminən 16:30 radələrində Nicatla birlikdə Nicatın yaşadığı evdən çıxıb, evdən təxminən 150-200 metr uzaqlıqda, küçədə olarkən Nicat elektrik dirəyini ona göstərib oraya 7 qram heroin, 3 qram metamfetamin qoyacağını, bir azdan «Şevralet» markalı avtomobillə tanışları gələcəyini bildirmiş, ona isə həmin şəxslərdən 650 manat pulu alıb, sobraniya siqaretinin qutusunun içində olan heroin və metamfitamini elektirik dirəyinin yanına qoyduğu yerdən götürüb verməsini istəmişdir. O da Nicatla razılaşmışdır. Bundan sonra Nicat içərisində ***-***-**-** nömrə olan «Samsung» markalı mobil telefonunu ona verib narkotik vasitə almaq üçün gələn tanışlarını tapa bilməyəcəyi təqdirdə zəng edib həmin şəxslərlə əlaqə saxlaya biləcəyini bildirmişdir. O, Nicatın göstərdiyi elektrik dirəyinin yanına gedib, orada Nicatın tanışlarının gəlməsini gözləmiş, bir qədər sonra Nicatın onda olan mobil telefonuna zəng gəlmiş, o, zəngə cavab verən zaman bir nəfər şəxs telefonda ondan Nicatın göndərdiyi adam olduğunu soruşmuş, o da həmin şəxsə küçədə gözlədiyini demişdir. Bir neçə dəqiqə sonra onun yanında Nicatın dediyi «Chevralet» markalı avtomobil dayanmışdır. Həmin avtomobildən bir nəfər ona Nicatın çağırdığı adam olduğunu deyəndə o həmin şəxsə “Nicat məni göndərib, pulu verin gedim narkotiki gətirim” demişdir. Həmin avtomobildə olan bir nəfər də ona narkotik vasitəni verdikdən sonra pulu verəcəyini bildirmişdir. O, Nicatın elektirik dirəyinin yanına qoyduğu “sobraniya” markalı siqaretinin içərisində olan heroini və metamfetamini götürüb avtomobilə əyləşmiş, sonra narkotik vasitələri verib, qarşılığında 650 manat pulu almış və həmin pulu cibinə qoymuşdur. Bu zaman avtomobildə olan şəxslər özlərini Narkotiklərlə Mübarizə Baş İdarəsinin X19 Şöbəsinin əməkdaşları olduqlarını bildirərək, onun narkotik vasitənin dövriyyəsində şübhəli olduğunu bildirərək tutulduğunu elan etmiş və onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb X8 getməsini təklif etmişlər. O, polis əməkdaşlarına tutulmağına və onlarla birlikdə getməsinə etiraz etməmişdir. Şöbədə hüqüqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmuş, bundan sonra videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxışa başlamazdan əvvəl ona üzərində odlu silah, deşici-kəsici alət, narkotik vasitə, qeyri qanuni əşyalar və predmetlər varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O isə polis əməkdaşılarına üzərində yalnız bir qədər əvvəl narkotik vasitələr sataraq əldə etdiyi 650 (altı yüz əlli) manat pul olduğunu bildirmişdir. O, həmin pulu videoçəkiliş altında polis əməkdaşlarına təqdim etmiş, baxış keçirilərkən həmin pulların polis əməkdaşları tərəfindən narkotik vasitənin alınması üçün sürəti çıxarılaraq nömrələri protokolda qeyd olunmuş pullarla eynilik təşkil etdiyi ona məlum olmuşdur. O, bundan sonra həmin pulların polis əməkdaşları tərəfindən əvvəlcədən narkotik vasitənin alınması üçün verilmiş pul olduğunu anlamışdır. Bundan sonra narkotik vasitənin ondan alan şəxs həmin narkotik vasitəni təqdim etmişdir. Həmin narkotik vasitələrə baxış keçirilmiş və narkotik vasitələrin bir qədər əvvəl Yevlax şəhərində 650 manata satmış olduğu “Sobrania” markalı siqaretinin qutusunda olan heroin və metanfetamin olduğunu görmüşdür. Həmin narkotik vasitələrə onun və müdafiəçisinin iştirakı ilə baxış keçirildikdən sonra ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin üzəri onun, müdafiəçinin və baxışda iştirak edən digər şəxslər tərəfindən imzalanaraq möhürlənmiş, ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. O, polis əməkdaşlarına həmin narkotik vasitəni satmaqda Nicata kömək etdiyini və narkotik vasitənin Nicata məxsus olmasını bildirmişdir. O, sözügedən narkotik vasitəni satmaqdan başqa əvvəllər heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona CM-nin 177.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərdi ki, onun narkotik vasitə heroinin və psixotrop maddə metanfetiminin satışı ilə heç bir əlaqəsi yoxdur. Xəyyam ilə arasında pul haqq-hesabı olduğu üçün sonuncu polis əməkdaşları tərəfindən saxlanılarkən onun adını çəkmişdir. Belə ki, onun yaşadığı evin mətbəxinin təmirə ehtiyacı olmuşdur. Tanıdığı Təqsirləndirilən şəxs1 da evin təmir işləri ilə məşğul olur. Ona görə də evin mətbəxini təmir etməsi üçün Xəyyamla razılığa gəlmiş və Xəyyam onun evində işləmişdir. Belə olub ona pul borcu yaranmışdır. Lakin sonra aralarında pulun məbləği ilə bağlı narazılıq baş vermişdir. Odur ki, Xəyyam acığa düşüb saxlanılan zaman onun adını vermişdir. Atla bağlı epizoda gəldikdə isə, həmin atı 300 manata adını hazırda xatırlamadığı şəxsdən almış, Natiqə isə 500 manata satmışdır. Atın oğurluq olduğunu bilməmiş, həmçinin atın oğurlanmasında heç bir əlaqəsi olmamışdır. Evindən aşkar olunan narkotik vasitə heroin isə ona məxsus olmuşdur, həmin narkotik vasitəni istifadə etmək üçün evdə saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən təsir və təzyiqlərə məruz qalmışdır. Hazırda özünü yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və barəsində həmin maddə ilə ittiham hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyət olduğundan, onun ibtidai istintaq dövründə verdiyi həmin ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, yaşadığı evin mətbəxinin təmirə ehtiyacı olmuşdur. Tanıdığı Təqsirləndirilən şəxs1 da evin təmir işləri ilə məşğul olur. Ona görə də evin mətbəxini təmir etməsi üçün Xəyyamla razılığa gəlmiş və 14 aprel 2020-ci ildə Xəyyam onun yaşadığı evin mətbəxini təmir etməyə başlamışdır. Xəyyam onlarda işləyən zaman Xəyyamın bir neçə dəfə cibindən narkotik vasitə olan heroin çıxardıb istifadə etdiyini görmüşdür. O da Xəyyama onun yaşadığı evdə narkotik istifadə etməsinə etirazını bildirmişdir. Həmin ərəfədə istifadə etdiyi mobil telefon “Whatsapp” tətbiqi işlətmədiyindən, öz telefonunu Xəyyama vermiş, Xəyyam isə “Whatsapp” tətbiqi işlədən smartfon telefonunu ona vermişdir. Həmin gün o, Bərdə rayonu Mehtixanlı kəndindəki baba evinə getmiş, axşam Xəyyam ona zəng edib “sənin adından bir nəfərlə telefonla danışmışam sabah gəlib məndən narkotik alacaq” demiş, o da Xəyyama “qələt etmisən mənim adımdan danışmısan” demişdir. Səhəri gün, yəni 17.04.2020-ci il tarixdə isə Xəyyamın polis əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. Xəyyamın ifadəsində qeyd etdiyi narkotik vasitə olan heroindən və metafitamindən nə xəbəri olmamış, nədə ki, Xəyyam onun heç bir narkotik vasitəsini satmamışdır, nədə ki, özü Xəyyama heç bir narkotik vasitə verməmişdir. O, Natiqə həmin 1 rəst atı 500 manata satmışdır. Həmin atı Ülvi adlı tanışından 300 manata alıb 500 manata Natiqə satmışdır. Natiqə atın oğurluq olduğu barədə heç nə deməmişdir. Yaşadığı evdə özü istifadə etmək üçün bir balaca bükümdə narkotik vasitə olan heroin olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 29.05.2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus bir rəst atının oğurlanmasını bildirmişdir. Yaşadıqları kəndin ərazisində ona və qardaşlarına məxsus fermaları var, həmin fermada təsərüfatla məşğul olurlar. 16 mart 2020-ci il tarixdə axşam özünə məxsus bir rəst atını fermanın yaxınlığında sahədə hörükləyib evə getmişdir. Səhəri gün, yəni 17.03.2020-ci il tarixdə atın hörüyünü dəyişmək üçün gedərkən atın hörüklədiyi yerdə olmadığını görmüşdür. O, atın açılıb getdiyini və itdiyini güman edərək polisə məlumat verməmişdir. O, bir müddət atını yaxın kəndlərdə soraqlasa da, axtarsa da tapa bilməmişdir. Ona görə də o, atının oğurlandığını düşünərək 29.05.2020-ci il tarixdə səhər tezdən polis şöbəsinə getmiş və atının oğurlanması barədə ərizə yazmışdır. Həmin gün Bərdə rayonunda yerləşən malqara bazarına getmiş və bazara satışa çıxarılan atlara baxmışdır. O, bazarı bir qədər gəzəndən sonra ona məxsus atı bir nəfər şəxsin satmaq istədiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşmış və “at mənim atımdır, mart ayında oğurlanıb” demişdir. Sonradan adının Natiq olduğunu bildiyi şəxs ona bildirmişdir ki, özü Bərdə rayonu Mehdixanlı kəndində yaşayır, atı 2020-ci ildə mart ayının axırlarında tanıdığı Təqsirləndirilən şəxs2 500 manata almışdır, bu vaxta kimi atı saxlamış, indi isə atı satmaq üçün bazara çıxarmışdır. O isə Natiqə atın özünə məxsus olduğunu və oğurlandığını bildirmişdir. Bundan sonra o, Yevlax rayon polis şöbəsinə zəng edərək oğurlanan atını Bərdə şəhərində mal-qara bazarında aşkarladığını bildirmişdir. Bir qədər sonra polis əməkdaşları da bazara gəlmiş və birlikdə Yevlax rayon polis şöbəsinə getmişlər. Polis şöbəsində də Natiq onun atını Təqsirləndirilən şəxs2 500 manata almasını bildirmişdir. Hal-hazırda oğurlanan at özünə qaytarılmışdır. Ona görə də, hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X19 Şöbənin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 aprel 2020-ci il tarixdə Goranboy rayonu Qazanbulaq qəsəbəsində qeydiyyatda olan və yaşayan Şahid6 şöbəyə şifahi ərizə protokolu ilə müraciət edərək Yevlax şəhərində yaşayan, ***-***-**-** nömrəli telefon istifadə edən Nicat adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, Nicatın narkotik vasitə olan heroinin hər bir qramını 50 manata, psixotrop maddə metafetaminin isə hər bir qramını 100 manata satmaqla 7 qram heroini və 3 qram metafetamini 650 manata satmaq üçün alıcı tapmasını xahiş etdiyini bildirmişdir. Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində Nicat adlı şəxsin, xx.xx.1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri A.Məmmədov küçəsi ev 20-də qeydiyyatda olan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. O, daxil olmuş məlumatı dərhal raportla rəhbərliyə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmçinin şöbə əməkdaşlıarından ibarət əməliyyat-axtarış qrupu yaradılmış, özü «Şərti alıcı», operator polis nəfəri polis serjantı X17 isə «təlimatlandırılmış şəxs» qismində tədbirə cəlb olunmuşdur. Bundan sonra ona xüsusi əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən 650 manat pul əskinaslarının nömrələri protokola qeydiyyata alınaraq verilmiş, həmçinin bu barədə əməliyyat-axtarış qrupunun üzvlərinə daxil olmuş əməliyyat məlumatının mahiyyəti barədə məlumat verilmişdir. Bundan sonra o, ərizə ilə müraciət etmiş Şahid6 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng edərək İlhamın yaxını olduğunu, İlhama təklif etdiyi, yəni 7 qram narkotik vasitə heroini və 3 qram psixotrop maddə metafetamini 650 manata almaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs2 da evdə olduğunu və Yevlax şəhərində görüşməyə hazır olduğunu bildirmişdir. Həmin gün yəni, 17.04.2020-ci il tarixdə saat 15:20 radələrində «Şərti alıcı» qismində özü və «Təlimatlandırılmış şəxs» qismində Teymur Nəsirov onun idarə etdiyi «Chevralet-Cruz» markalı TU 003 Al dövlət nömrə nişanlı avtomobillə, digər əməliyyat qrupunun üzvləri isə «Xəzər» markalı **-PZ-*** dövlət nömrə nişanlı avtomobillə Yevlax şəhərinə yola düşmüşdür. Saat 16:50 radələrində Yevlax şəhərinə çatmışlar. O, Təqsirləndirilən şəxs2 zəng etmiş, Nicat ona Yevlax şəhərində «Mahir» aptekin arxa tərəfindəki küçədə görüşüb narkotik vasitə heroini və psixotrop maddə metafetamini satacağını bildirmişdir. O, Teymur Nəsirovla birlikdə avtomobili Nicatın dediyi küçəyə sürüb saxlamış, əməliyyat qrupunun digər üzvləri isə onlardan bir qədər kənarda avtomobili saxlayıb müşahidə qaydasında nəzarət etmişlər. O, Nicata zəng edib dediyi yerdə avtomobildə oturub gözlədiyini bildirmiş, Nicat isə satacaq olduğu narkotiki götürüb gələcəyini bildirmişdir. Bir qədər sonra bir nəfər şəxs gəlib onlara yaxınlaşmış, həmin şəxs satacaq olduğu narkotik vasitənin və psixotrop maddənin pulunu yəni, 650 manatı istəmişdir. O da protokollaşdırılmış 650 manat pulu həmin şəxsə vermiş, narkotik vasitəni və psixotrop maddəni istəmişdir. Həmin şəxs isə satacağı olduğu narkotik vasitəni və psixotrop maddəni bir neçə metr aralıda, yolun kənarında elektirik dirəyinin dibində gizlətdiyini bildirmişdir. O, həmin şəxsə “biz belə danışmamışdıq, narkotiki gətir sonra pulu apar” demişdir. Həmin şəxs isə pulu qaytarıb onlara verərək gedib bir neçə metr kənarda olan elektirik dirəyinin dibindən nəsə götürüb gətirmiş, avtomobilin arxa oturacağında əyləşərək içərisində bir ədəd qara rəngli, «Sobranie» siqaret qutusunu ona verərək içərisində bir ədəd bükümdə 7 qram narkotik vasitə heroin və iki ədəd bükümdə 3 qram psixotrop maddə metafitamin olduğunu bildirərək əvəzində 650 manat pulu istəmişdir. O da 650 manat pulu çıxardıb özünü Nicat kimi təqdim edən şəxsə vermişdir. Bu vaxt onları müşayət edən əməliyyat qrupunun digər üzvləri də onların yanına gəlmişlər, onlar özlərini Nicat kimi təqdim edən şəxsə polis əməkdaşları olduqlarını deyərək narkotik vasitənin satışında şübhəli şəxs kimi şöbəyə dəvət etmişlər. Həmin vaxt özünü Nicat kimi təqdim edən şəxs Nicat olmadığını, Təqsirləndirilən şəxs2 evində tikinti işləri gördüyünü, biraz əvvəl Nicat mobil telefonu ona verib narkotik vasitə almağa gələn şəxslə görüşüb 650 manat pulu alaraq elektirik dirəyinin dibinə qoyduğu bir ədəd qara rəngli «Sobranie» siqaret qutusunun içərisindəki bir ədəd bükümdə 7 qram narkotik vasitə heroini və iki ədəd bükümdə 3 qram psixotrop maddə metafetamini gələn şəxsə satmasını xahiş etdiyini bildirmişdir. Sonradan onlara həmin şəxsin xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş Yevlax şəhəri C.Mustafayev küçəsi ev 90-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1lə birlikdə şöbəyə getmişlər. Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmək üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişlər, Xəyam Mustafayev həmin siyahıdan seçdiyi vəkillə təmin olunmuşdur. Bundan sonra o, videoçəkilişlə Təqsirləndirilən şəxs1 əməliyyat müvəkkili ona 650 manata satmış olduğu içərisində narkotik vasitə və psixotrop maddə olan bir ədəd qara rəngli «Sobranie» siqaret qutusunu təqdim etmişdir. Həmin qutuya baxış keçirilərkən içərisində bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə və iki ədəd sellofan bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə metafitaminə bənzər kütlələr aşkar olunmuşdur. Həmin kütlələr elektiron tərəzidə çəkilərkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlənin olduğu bir ədəd sellofan bükümün çəkisinin 9,9 qram, içərisində psixotrop maddə metafitaminə bənzər kütlələrin olduğu iki ədəd sellofan bükümlərin çəkisinin isə 4,3 qram olduğu müəyyən olunmuş və həmin üç ədəd bükümün olduğu siqaret qutusu şöbənin əməkdaşları tərəfindən bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən ona satdığı narkotik vasitə və psixotrop maddəyə görə aldığı altı ədəd 100 manatlıq və bir ədəd 50 manatlıq pul əskinazlarından ibarət cəmi 650 manat pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin pulu aparıb Təqsirləndirilən şəxs2 verməli olduğu bildirmişdir. Həmin pul əskinaslarına baxış keçirilərkən pul əskinaslarının seriya və nömrələrinin ona nəzarət qaydasında narkotik vastə alınması üçün protokollaşdırılaraq verilmiş 650 manat pul əskinasları ilə eyni olduğu müəyyən edilmiş, həmin pul əskinaslarının kseresurəti çıxarılaraq protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid4 və Şahid5 Azad oğlu Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsinə göstərmişdir ki, 17 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb X8 şifahi ərizə protokolu ilə müraciət etmişdir. O, X19 şöbəyə ərizə ilə müraciət etdikdən bir-iki gün əvvəl istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna ***-***-**-** saylı nömrəyə zəng gəlmiş, o, telefon zənginə cavab verən zaman bir nəfər şəxs adının Nicat olduğunu, özünün Yevlax şəhərində yaşadığını və onun mobil nömrəsini tanışlarından aldığını bildirmişdir. O da həmin şəxsdən nə səbəbə ona zəng etdiyini soruşmuş, özünü Nicat adı ilə təqdim etmiş şəxs ona narkotik vasitə heroin və psixotrop maddə metafitamin olduğunu, həmin narkotik maddələri satdığını bildirmişdir. Onun da narkotik vasitələrin alğı-satqısı ilə məşğul olan şəxslərə qarşı nifrəti olduğu üçün özünü Nicat adı ilə təqdim edən şəxsi həbs etdirmək üçün yalandan ondakı narkotik vasitəni almağa adam tapacağını deməyi qərara almışdır. Nicat onunla telefonda danışan özündə 7 qram narkotik vasitə heroin, 3 qram metafitamin olduğunu, heroinin qramını 50 manata, metafitaminin qramını isə 100 manata, cəmi 650 manata satdığını bildirmişdir. O isə Nicata həmin narkotik vasitəni və metafitamini almaq üçün əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra Nicat adlı şəxslə bir neçə dəfə telefonla əlaqə saxlamışdır. 17.04.2020-ci il tarixdə Nicat adlı şəxsə zəng edərək özünün işi olduğu üçün Yevlax şəhərinə gələ bilmyəcəyini və narkotik vasitə almaq üçün xalası oğlunu Yevlax şəhərinə göndərəcəyini, xalası oğlunun ona 650 manat pul verəcəyini, əvəzində isə 7 qram heroini və 3 qram metafitamini götürəcəyini bildirmişdir. O, həmçinin Nicata öz nömrəsini xalası oğluna verəcəyini və xalası oğlunun həmin nömrə ilə zəng edib görüşəcəyini bildirmişdir. Bundan sonra o, Nicatın qanunsuz nakotik vasitələrin alğı-satqısı ilə məşğul olmasını ifşa etmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb X8 getmiş və Nicatın qanunsuz narkotik vasitələrin alğı-satqısı ilə məşğul olması barədə, həmçinin Nicatın ona 7 qram heroini və 3 qram metafitamini 650 mnanata satmaq istəməsi barədə məlumat vermiş və Nicatın mobil telefon nömrəsini də polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları Nicatın ona 7 qram heroini və 3 qram metafitamini satmaq istəməsi barədə vermiş olduğu məlumatı şifahi ərizə protokoluna qeyd etmiş, o da həmin ərizəyə imza etmişdir. Bundan sonra o, özünə məxsus mobil telefonu Nicatla onun qohumu adından danışmaq üçün polis əməkdaşı Şahid2 vermişdir. Sonradan Şahid2 ona Nicat adlı şəxslə telefonla danışdıqlarını, Nicatın Yevlax şəhərində görüşmək üçün yer təyin etdiyini, lakin görüşə öz yerinə başqa bir nəfər göndərdiyini, həmin şəxsin Nicatın dediyi 7 qram heroini və 3 qram metafitamini 650 manata onlara satdığını və polis əməkdaşlarının həmin şəxsi həbs etdiklərini bildirmişdir. İfadəsinin davamında Təqsirləndirilən şəxs2 əvvəllər tanımadığını, evdə oturduğu zaman Nicat tərəfindən ona zəng oluduğunu, narkotik vasitələrin satışına qarşı olduğu üçün Nicatla narkotik vasitənin alğı-satqısı barədə razılaşıb Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb X8 müraciət etdiyini, əvvəllər heç bir vaxt polis əmkdaşları ilə hər hansısa bir əməliyyat tədbirində iştirak etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsinə göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uşaqlıq vaxtından tanımışdır. 2020-ci il mart ayının sonlarında kənddə yaşadığı evin həyətində əyləşib çay içərkən Nicat onun yaşadığı evin həyətinə gəlmiş və ona atı olduğunu, həmin atı satmaq istədiyini, ata müştəri tapacağı təqdirdə onun özünə də hörmət edəcəyini bildirmişdir. O da Nicatdan həmin atın kimə məxsus olduğunu və necə at alduğunu soruşmuş, Nicat da ona bir nəfərdən olan borcu qarşılığında aldığını bildirmişdir. O, bir-iki nəfərə zəng edib satılıq at oluğunu demiş lakin atı almaq istəyən olmamışdır. Nicat da ona atı özü almasını təklif etmiş, o da Nicata üzərində nəğd pulu olmadığını, atı alacağı təqdirdə borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Belə olub həmin atı pulunu hissə-hissə ödəmək şərti ilə 500 manata Nicatdan almışdır.Hətta atı Nicatdan alan zaman Nicata “birdən at oğurluq olar ha bizim ailədə nə oğurluq at almırlar, nədə ki, oğurluq at satmırlar” demişdir. Nicat da and içərək ona «at oğurluq deyil, atı mənə borcu olan şəxs borcun yerinə verib” demişdir. O, atı aldıqdan sonra atı bəsləmiş, at əmələ gəldikdən sonra, qazanc əldə etmək üçün 29.05.2020-ci il tarixdə Bərdə rayon mal-qara bazarına aparıb satmağı qərara almışdır. O, bazarda olan zaman bir nəfər ona yaxınlaşmış və atı göstərərək “bu at mənimdir, hardan almısan” demişdir. O da həmin şəxsə “bu atı Təqsirləndirilən şəxs2 500 manata almışam, indi də bazara çıxartmışam ki, satım” demişdir. Sonradan adının İnqilab olduğunu bildiyi şəxs də ona “bu at mənim atımdır, 2020-ci ilin mart ayında həmin bu atımı oğurlayıblar” demişdir. O da İnqilaba “mən bu atı mart ayının axırlarında Təqsirləndirilən şəxs2 almışam, Nicat bu atı mənə satanda bildirdi ki, bu atı ona borclu olan şəxs borcunun yerinə ona verib” demişdir. İnqilab isə ona “Nicat adlı şəxsi tanımıram, o, kimdirsə yalan danışır mənim atım oğurlanıb” demişdir. Həmin vaxt İnqilab adlı şəxs Yevlax rayon polis şöbəsinə zəng edərək oğurlanmış atını bazarda tapması barədə məlumat vermiş, sonra o, İnqilab adlı şəxslə birlikdə Yevlax rayon polis şöbəsinə getmişdir. O, polis şöbəsində izahat verərək həmin atı Təqsirləndirilən şəxs2 500 manata aldığını bildirmişdir. O, sonra həmin atı sahibi Zərərçəkmiş şəxs təhvil vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid9 ifadəsinə göstərmişdir ki, 03 iyun 2020-ci il tarixdə saat 15:30 radələrində Yevlax RPŞ-nin İB-nin rəisi polis polkovnik-leytenantı Elşən Abdullayev, İB-nin müstəntiqi polis kapitanı Elçin Sevindikov, CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Vasif Əliyev və Şahid10la birlikdə Yevlax rayon məhkəməsinin 03.06.2020-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax şəhəri ünvan 1 ünvana çatdıqdan sonra Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru X21 “Panasonic” markalı kamera vasitəsi ilə video çəkilişə başlamışdır. X12 həmin evin qapısını döymüş, bir nəfər qadın qapını açmış, müstəntiq həmin qadına özünü təqdim etməsini bildirmiş, həmin qadın Təqsirləndirilən şəxs2 anası Şahid8 olduğunu bildirmişdir. Bundan sonra müstəntiq Şahid8 Yevlax rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə axtarış aparılacağını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs2 anası Şahid8 iştirakı ilə onun yaşadığı mənzildə axtarışa başlamışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs2 yatdığı otaqda çarpayının üstündəki döşəyi qaldıran zaman döşəyin altından bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü aşkar olunmuşdur. Aşkar olunmuş bükülünün içərisinə baxış keçirilən zaman narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuşdur. Müstəntiq heroinə bənzər kütləni elektron tərəzidə çəkmiş və həmin kütlənin çəkisinin 0,51 qram olduğu məlum olmuşdur. Müstəntiq həmin kütləni ağ zərfə qoyaraq üzərində qeydiyyat aparmış, bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Müstəntiq qablaşdırdığı kütlənin narkotik vasitə heroin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə digər otaqlarda axtarışı davam etmiş, başqa cinayət xarakterli hər hansı bir əşya və ya narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 anası Şahid8 bildirmişdir ki, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş otaq Nicata məxsusdur və Nicatdan başqa həmin otaqda heç kim yatmır. Axtarış başa çatdıqdan sonra müstəntiq protokol tərtib etmiş, müstəntiq protokolu ucadan oxumuş, iştirak edənlərlə birlikdə özü də protokolun doğruluğunu təsdiq etmək üçün imza etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş şahidlər Şahid10 və Şahid8 Şahid9 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan 17.04.2020-ci il tarixli “Şifahi ərizə protokolu”ndan görünür ki, Şahid6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb X8 müraciət edərək ***-***-**-** nömrəli mobil telefon işlədən Yevlax rayon sakini Nicat adlı şəxsin narkotik vasitənin satışı ilə məşğul olduğunu bildirmiş və onun barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. (cild 1, iş vərəqi 4) Cinayət işinin materiallarında olan 17.04.2020-ci il tarixli “Raport”dan görünür ki, vətəndaş Şahid6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb X8 müraciət edərək ***-***-**-** nömrəli mobil telefon işlədən Yevlax rayon sakini Nicat adlı şəxsin narkotik vasitənin satışı ilə məşğul olduğunu bildirmiş, keçirilmiş əməliyyat müəyyənləşdirilməsi nəticəsində Nicat adlı şəxsin xx.xx.1990-cı il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. (cild 01, iş vər. 5) Cinayət işinin materiallarında olan 17.04.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 ifşa olunması məqsədilə ondan nəzarət qaydasında narkotik vasitə alınması ilə bağlı təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 6) Cinayət işinin materiallarında olan 17.04.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini ifşa etmək üçün ondan nəzarət qaydasında narkotik vasitə alınması məqsədilə əməliyyat xərcləri üçün nəzərdə tutulmuş hesabdan altı ədəd C53943063, D20038210, A82639959, C43725741, A33780291 və A48145896 seriyalı 100 manatlıq əskinasın, bir ədəd A62406765 seriyalı 50 manatlıq əskinasın, ümumilikdə 650 manat pul əskinaslarının surətləri çıxarılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X19 Şöbəsinin əməkdaşı Şahid2 verilmişdir. (cild 1, iş vər. 8-11) Cinayət işinin materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 17.04.2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs1 satmış olduğu narkotik vasitə olan heroinin, psixotrop maddə olan metamfetaminin müqabilində almış olduğu 650 manat pul əskinasları (6 ədəd 100 manatlıq pul əskinasları, C53943063, D20038210, A82639959, C43725741, A33780291, A48145896, 1 ədəd 50 manatlıq pul əskinası A********) Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş, daha sonra həmin pul əskinaslarının əməliyyat tədbiri zamanı istifadə olunan pul əskinasları olub-olmamasını müəyyən etmək üçün eyniləşdirmə keçirilmiş və aşkar olunan pul əskinaslarının həmin pul əskinasları olması müəyyən olunmuş, həmin pul əskinaslarının surəti çıxarılmaqla protokola əlavə edilmiş, eyni zamanda «şərti alıcıt» Şahid2 üzərindən Təqsirləndirilən şəxs1 650 manata satmış olduğu bir ədəd sellofan bükümdə heroin, iki ədəd sellofan bükümlərdə isə metamfetamin aşkar edilmiş, onlar elektron tərəzidə çəkilmiş və bir ədəd sellofan bükümdə olan heroinin çəkisinin 9,9 qram olduğu, iki ədəd sellofan bükümlərdə isə cəmi 4,3 qram psixotrop maddə olan metamfetamin olduğu müəyyən olunmuş və həmin kütlələr qanunamüvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin keçirilməsini əks etdirən video çəkiliş CD diskə yüklənməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 27-31) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən materialların məhkəmə ekspertizasının 18 aprel 2020-ci il tarixli 16/280 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «17.04.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 şərti alıcıya satdığı və şərti alıcı Şahid2 təqdim etdiyi bir ədəd Sobranie siqaret qutusunun içərisində olan bir ədəd sellofan bükümdə içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə və iki ədəd sellofan bükümdə içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlələr.» sözləri və imzalar olan kağız paketdəki, bir ədəd «Sobranie» adlı siqaret qutusunun içərisində 1 (bir) ədəd polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 9,103 qram olan maddə, maddə kustar hazırlanmış narkotik vasitə - heroindir, 2 (iki) ədəd polietilen kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 1,852 qram, 2,054 qram, ümumi təmiz çəkisi 3,906 qram olan maddələr, kustar üsulla hazırlanmış psixotrop maddələrin siyahısına daxil olan - metamfetamindir. (cild 01, iş vər. 41-44) Məhkəmə istintaqı zamanı həmçinin hər iki təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə üzləşdirilməsi haqqında istintaq hərəkətinin protokolu elan olunaraq tədqiq olunmuş və müəyyən olunmuşdur ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha demiş, “Sobraniya” siqaretinin içərisində olan heroini və metamfetamini satmaq üçün məhz Təqsirləndirilən şəxs2 ona verdiyini bildirmişdir. (cild 01, iş vər. 100-101) Məhkəmə istintaqı zamanı eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə ifadəsinin hadisə yerində yoxlanmasına dair istintaq hərəkətinin protokolu elan olunaraq tədqiq olunmuş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək təsdiq etmişdir. İfadənin hadisə yerində yoxlanmasını əks etdirən video çəkiliş CD diskə yüklənməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 72-74) Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 5(039)-23/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax şəhəri ünvan 4 ünvanında yerləşən binanın 4-cü mənzilində axtarış və götürmənin həyata keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 121-122) Cinayət işinin materiallarında olan “Axtarış aparılması haqqında” 03.06.2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax şəhəri ünvan 4 ünvanında yerləşən binanın 4-cü mənzilində axtarış aparılmış və axtarış zamanı Təqsirləndirilən şəxs2 yataq otağındakı çarpayının üzərində olan döşəyin altından bir ədəd gümüşü rəngli bükülüdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Axtarışı əks etdirən video çəkiliş CD diskə yüklənməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 123-127) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən materialların məhkəmə ekspertizasının 04 iyun 2020-ci il tarixli 17/338 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə axtarış aparılarkən yataq otağında döşəyin altından aşkar olunmuş narkotik” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,321 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə axtarış aparılarkən yataq otağında döşəyin altından aşkar olunmuş narkotik” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroin ilə üzərində “17.04.2020-ci il tarixdə ” Təqsirləndirilən şəxs1 şərti alıcıya satdığı və şərti alıcı Şahid2 təqdim etdiyi kütlələr sözləri yazılmış zərfin içindəki 01 (bir) ədəd «Sobranie» adlı siqaret kağızında olan 01 (bir) ədəd polietilen bükümdəki heroin tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 133-136) Cinayət işinin materiallarında olan Mingəçevir şəhər X7 rayon Narkoloji Kabineti tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayon Narkoloji Kabinetdə qeydiyyatda durmur. (cild 01, iş vər. 187) Cinayət işinin materiallarında olan Mingəçevir şəhər X1 rayon Psixo-Nevroloji Kabineti tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Psixo-Nevroloji Kabinetdə qeydiyyatda durmurlar. (cild 01, iş vər. 242-243) Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 21 aprel 2020-ci il tarixli 263 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 192) Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 15 iyul 2020ci il tarixli 575 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vər. 84) Cinayət işinin materiallarında olan “Materialın cinayət işinə əlavə edilməsi və iş üzrə əməlin cinayət məcəlləsinin digər maddəsinə tövsif edilməsi haqqında” 04 iyun 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/1016 nömrəli material Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-nin 234.4.3-cü maddəsi olan ********* saylı cinayət işinə birləşdirib bir icraatda istintaqının aparılması, iş üzrə cinayət əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 177.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməklə Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb olunması qərara alınmışdır. (cild 01, iş vər. 139-142) Cinayət işinin materiallarında olan 29.05.2020-ci il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək 2020-ci ilin mart ayının 16-da Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən fermanın həyətindən ona məxsus dəyəri 1000 manat olan bir ədəd kəhər atın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmiş və həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. (cild 01, iş vər. 144) Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin 15 iyun 2020-ci il tarixlə ƏQ- 86/2020 saylı qiyəmtləndirmə haqqında mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus oğurlanmış 6 illik kəhər atın real bazar dəyəri 700 manat təşkil etmişdir. (cild 01, iş vər. 206-213) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 14 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən X3 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ayrılmış və sonuncunun Yevlax Rayon Polis X5 CM-nin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə birləşdirilməsi qərara alınmışdır.(cild 02, iş vər. 115-134) Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. İş materiallarından görünür ki, 17.04.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb X8 Yevlax rayon sakini Nicat adlı şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirilməsi nəticəsində Nicat adlı şəxsin xx.xx.1990-cı il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmiş, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış, 17.04.2020-ci il tarixdə əməliyyat tədbiri çərçivəsində nəzarət qaydasında narkotik vasitənin alğı-satqısı həyata keçirilmiş, əməliyyat tədbiri zamanı özünü Nicat Ababsov adı ilə təqdim edən Təqsirləndirilən şəxs1 saxlanılmış, 17.04.2020-ci il tarixdə müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs1 satmış olduğu narkotik vasitə olan heroinin, psixotrop maddə olan metamfetaminin müqabilində almış olduğu 650 manat pul əskinasları (6 ədəd 100 manatlıq pul əskinasları, C53943063, D20038210, A82639959, C43725741, A33780291, A48145896, 1 ədəd 50 manatlıq pul əskinası A********) Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş, daha sonra həmin pul əskinaslarının əməliyyat tədbiri zamanı istifadə olunan pul əskinasları olub-olmamasını müəyyən etmək üçün eyniləşdirmə keçirilmiş və aşkar olunan pul əskinaslarının həmin pul əskinasları olması müəyyən olunmuş, həmin pul əskinaslarının surəti çıxarılmaqla protokola əlavə edilmiş, eyni zamanda «şərti alıcıt» Şahid2 üzərindən Təqsirləndirilən şəxs1 650 manata satmış olduğu bir ədəd sellofan bükümdə heroin, iki ədəd sellofan bükümlərdə isə metamfetamin aşkar edilmiş, onlar elektron tərəzidə çəkilmiş və bir ədəd sellofan bükümdə olan heroinin çəkisinin 9,9 qram olduğu, iki ədəd sellofan bükümlərdə isə cəmi 4,3 qram psixotrop maddə olan metamfetamin olduğu müəyyən olunmuş və həmin kütlələr qanunamüvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Daha sonra Yevlax Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 5(039)-23/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax şəhəri ünvan 4 ünvanında yerləşən binanın 4-cü mənzilində axtarış və götürmənin həyata keçirilməsi qərara alınmış, həmin tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax şəhəri ünvan 4 ünvanında yerləşən binanın 4-cü mənzilində axtarış aparılmış və axtarış zamanı Təqsirləndirilən şəxs2 yataq otağındakı çarpayının üzərində olan döşəyin altından bir ədəd gümüşü rəngli bükülüdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi zamanı, əməliyyat tədbiri nəticəsində narkotik vasitənin və psixotrop maddənin aşkar olunması və Təqsirləndirilən şəxs1 saxlanılması zamanı, cinayət işi başladıqdan sonra Təqsirləndirilən şəxs2 saxlanılması, Təqsirləndirilən şəxs2 yaşadığı evdən narkotik vasitənin aşkar olunması zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə, o cümlədən cinayət qanunvericiliyinin tələblərinə əsaslanaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələrə tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 özünü yalnız CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməsi barədə dedikləri həm özünün müdafiəsi üçün, həm də Təqsirləndirilən şəxs2 məsuliyyətdən yayınmasını təmin etmək üçün söylənilmiş sözlərdir. Təqsirləndirilən şəxs2 özünü yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsi barədə dedikləri isə CM-nin daha yüngül məsuliyyət nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb olunmağa hesablanmış müdafiə taktikasıdır. Cinayət işinin materiallarında olan və biri-digərini tamamlayan, o cümlədən üst-üstə düşən sübutlar vasitəsi ilə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdikləri təkzib olunur. Əksinə bu şəxslərin məhkəməyədək icraat zamanı verdiyi ifadələr daha dolğun, ağlabatan, obyektiv həqiqəti əks etdirən, həm də cinayət işinin materiallarında yer alan sübutlarla üst-üstə düşən ifadələr olduğuna görə, məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələri həqiqi və əsaslı ifadə kimi qəbul edərək məhz həmin ifadələri onlara qarşı irəli sürülmüş ittihamın əsasına qoyur. Hər iki təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldıqlarını, döyüldüklərini, işgəncə və qeyri-insani rəftara məruz qaldıqlarını bildirsə də, cinayət işinin materiallarına əlavə olunmuş Yevlax rayon prokurorluğunun 18.06.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs2 qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və qeyd olunanlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin Gəncə şəhər prokurorluğunun 22.01.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs1 qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və qeyd olunanlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Hər iki qərar təqsirləndirilən şəxslərə təqdim olunmuş və müdafiə tərəfindən mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Digər tərəfdən hazırkı iş üzrə “şərti alıcı”dan istifadə edilməklə nəzarət qaydasında narkotik vasitənin alğı-satqısı həyata keçirilmişdir ki, məhkəmə kollegiyası bu halın da araşdırılmasını, Avropa İnsan Hüquqları Məhkəməsinin “təhrik etmə” anlayışla bağlı presedent halına gətirdiyi yanaşması və qeyd edilən məsələyə dair yaratdığı hüquqi mövqeyi nəzərə alınaraq hazırkı iş üzrə polis əməkdaşları tərəfindən “təhrik etmə”nin baş verib-verməməsinə aydınlıq gətirilməsini zəruri hesab edir. İlk nöbədə məhkəmə kollegiyası cinayət işi üzrə baş verən halları ardıcıllığı ilə göstərməklə bildirir ki, iş üzrə müəyyən olunan hal ondan ibarətdir ki, X20 rayon sakini Nicat adlı şəxsin narkotik vasitə satışı ilə məşğul olduğunu bildikdən sonra, onunla telefon söhbəti zamanı İlham İmamqiluyev öyrənir ki, 7 qram heroin və 3 qram metamfetamin əldə etmək üçün 650 manat pul ödəmək lazımdır. Bundan sonra İlham İmamqiluyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb X8 gələrək Nicat adlı şəxs barədə polis əməkdaşlarına məlumat verir və qanunauyğun tədbirlərin görülməsini xahiş edir. Əməliyyat məlumatı əsasında həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğu müəyyən olunur. O hal da qeyd olunmalıdır ki, bu anadək qeyd edilən şöbədə Təqsirləndirilən şəxs2 adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumat olmamışdır. Qeyd olunan məlumat nəzarətə görürüldükdən sonra əməliyyat qurulur, polis əməkdaşı Şahid2 şərti alıcı kimi müəyyən olunur və ona protokol əsasında müəyyən olunmuş pul əskinasları verilir. Daha sonra yevlax rayonunda əməliyyat keçirilir və alğı-satqı zamanı özünü Nicat adlı şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs1 heroin və metamfetamini şərti alıcıya təqdim edir və ondan 650 manat pulu alır. Bundan sonra Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilir, bu zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 olmadığını bildirir və şöbədə müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilən zaman əməliyyat üçün verilmiş pullar onun üzərindən aşkar olunaraq götürülür. Həmçinin nəzarət qaydasında əldə olunan kütlələrə baxış keçirilir və həmin kütlələrin heroin və metamfetaminə oxşar kütlələr olduğu müəyyən olunur. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 saxlanılır. Məhkəmə qərarı əsasında onun yaşadığı evə baxış keçirilir və yenə də narkotik vasitə heroinə mənzər bir büküm kütlə aşkar olunur. Həmin kütlələr ekspertizaya göndərilir və ekspert rəyi ilə müəyyən olunur ki, həmin kütlələr narkotik vasitə heroin və metamfetamindir və hər iki narkotik vasitə (həm Təqsirləndirilən şəxs1 satdığı, həm də Nicat Ababsovun evindən aşkar olunan heroin) tərkibinə görə eynidirlər. Bu halda polis əməkdaşları tərəfindən “təhrik etmə”nın baş verib-verməməsinin anlaşılması üçün həm Avropa İnsan Hüquqları Məhkəməsinin öz qərarlarında məhz “təhrik etmə”yə hansı prizmadan yanaşmasına, həm də yaratdığı hüquqi mövqeyinə nəzər yetirmək zərurəti yaranır. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, pərdə altında qanuni istintaqın əksinə olaraq, təhrik təhlükəsizlik qüvvələrinin üzvləri, yaxud onların təlimatları əsasında faəliyyət göstərən şəxs olmasından asılı olmayaraq vəzifəli şəxslərin, cinayət fəaliyyətini mahiyyət etibarilə passiv formada araşdırmaqla kifayətlənmədikləri və hüquq pozuntusunun mümkünlüyünü müəyyən etmək, beləliklə, sübut təmin edib cinayət təqibi başlatmaq məqsədilə subyektə onu hüquq pozuntusu törətməyə (əks halda törədilməyəcək bir pozuntuya) sövq edəcək şəkildə təsir etdikləri vəziyyətdir (Ramanasukas Litvaya qarşı iş). Eyni zamanda məhkəmə həmin qərarında göstərmişdir ki, məhkəmə hakimiyyət orqanlarının xüsusən mütəşəkkil cinayət və korrupsiya işlərində xüsusi istintaq metodlarına müraciət etmək zərurətini qəbul edir. Bununla əlaqədar olaraq, o müəyyən etmişdir ki, xüsusi istintaq metodlarından istifadə - ələlxüsus, gizli metodlar – öz-özlüyündə ədalətli məhkəmə araşdırması hüququnu pozmur. Lakin belə metodların istifadəsi zamanı polisin təhriki riskini nəzərə alsaq, onların istifadəsi aydın çərçivə daxilində həyata keçirilməlidir. Mütəşəkkil cinayətkarlığın artması dövlətlərdən müvafiq tədbirlərin görülməsini tələb etsə də, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi tələbini nəzərdə tutan ədalətli məhkəmə araşdırması hüququ ən adidən ən mürəkkəbə qədər bütün cinayət hüququ pozuntularına tətbiq olunur. Ədalət mühakiməsinin düzgün həyata keçirilməsi hüququ demokratik cəmiyyətdə elə əhəmiyyətli yer tutur ki, əlverişlilik naminə qurban verilə bilməz. Belə istifadə yalnız sui-istifadəyə qarşı adekvat və yetərli təminatlar, xüsusən sözügedən istintaq tədbirlərinə icazənin verilməsi, onların həyata keçirilməsi və nəzarəti üçün aydın və proqnozlaşdırıla bilən prosedur mövcud olduqda məqbul sayıla bilər. Bununla yanaşı olaraq, məhkəmə polisin gizli fəaliyyət göstərə biləcəyini, lakin cinayətə təhrik etməməli olduğunu vurğulamışdır (Xudobin Rusiyaya qarşı iş). Digər bir qərarında isə məhkəmə qeyd etmişdir ki, (Teyşeyra de Kastro Portuqaliyaya qarşı işdə) Məhkəmə o cümlədən ərizəçinin daha əvvəl məhkumluğunun olmamasını, onun barəsində heç bir istintaqın açılmadığını, onun polis əməkdaşlarına məlum olmamasını, evində narkotik maddə tapılmamasını və həbs zamanı onun üstündə tapılan narkotik maddənin miqdarının gizli agentlərin almaq istədiyindən çox olmamasını nəzərə almışdı. Məhkəmə qət etmişdir ki, agentlərin fəaliyyəti gizli agentlərin fəaliyyət sərhədlərini aşıb, çünki onlar şəxsi hüquq pozuntusuna təhrik etmişdilər və onların müdaxiləsi olmasa idi sözügedən hüquq pozuntusunun törədiləcəyini göstərən heç bir əlamət yox idi (37-38). Daha əvvəl məhkumluğun olması öz-özlüyündə cinayət əməlinə meylliliyin mövcud olduğunu göstərmir (Konstantin və Stoyan Rumıniyaya qarşı, 55). Lakin ərizəçinin narkotik maddənin cari qiyməti ilə tanış olması və qısa müddətə narkotik maddə əldə edə bilməsi, eyni zamanda əlində imkanı olsa da, sövdələşmədən imtina etməməsi Məhkəmə tərəfindən cinayət fəaliyyətinin və ya belə bir niyyətin daha əvvəl də mövcud olduğunun göstəricisi hesab olunmuşdur (X9rşı (qər.)). Ərizəçinin sözügedən əməli törətmək üçün təzyiqə məruz qoyulub-qoyulmadığı da nəzərə alınmalı olan daha bir amildir. Ərizəçinin cinayət əməlində iştirakı və ya cinayət törətməyə meylli olduğu barədə hər hansı obyektiv şübhə mövcud olmadıqda, ərizəçi ilə əlaqənin qurulmasına təşəbbüsün göstərilməsi (Burak Hun türkiyəyə qarşı, 44), ərizəçinin ilkin etirazına baxmayaraq təkrar təklifin verilməsi, inadkarlıqla cinayətə təhrik (ramanauskas Litvaya qarşı [BP], 67), orta qiymətdən yüksək təklifin verilməsi (Malininas Litvaya qarşı, 37), narkotik abstensiya əlamətlərinə istinad etməklə, ərizəçidə mərhəmət hissi yaratmaq (Vanyan Rusiyaya qarşı, 11 və 49) Məhkəmə tərəfindən hüquq mühafizə orqanlarının işçisi və ya onların təlimatı əsasında fəaliyyət göstərən fərdi şəxs olmasından asılı olmayaraq sözügedən agentin ərziəçinin cinayət törətmək üçün təzyiqə məruz qoyduğunu müəyyən edilmişdir. Həmçinin Avropa Məhkəməsinin bu məsələ ilə bağlı qəbul etdiyi son qərarlardan biri olan “Vanyan Rusiyaya qarşı” işində məhkəmə “İnsan Hüuqularının və X11 Haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qaşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhəkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində əksini tapmış ədalətli məhkəmə araşdırmasına dair tələbdən belə nəticə irəli gəlir ki, narkotiklərin satışına qarşı mübarizəyə olan ictimai maraq belə polis provakasiyası nəticəsində əldə olunmuş sübutlardan istifadə edilməsinə bəraət qazandıra bilməz. O halda ki, polisin gizli agentlərinin hərəkətləri şəxsin cinayətə təhrik edilməsinə yönəldilir və həmin şəxsin bu cinayəti onların (agentlərin) müdaxiləsi olmadan da törədə biləcəyini göstərən əsaslar mövcud deyil, bu vəziyyət “gizli agent” anlayışından kənara çıxır və artıq provakasiya adlandırıla bilər. Odur ki, “təhrik etmə” anlayışına Avropa Məhkəməsinin mövqeyindən yanaşdıqda qeyd olunmalıdır ki, əgər sübut müstəsna olaraq polis provakasiyasının nəticəsidirsə və şəxsin yalnız polis provakasiyasının nəticəsi kimi meydana gələn hərəkətlərini (cinayət kimi görülən əməlini) ifşa edirsə, belə materiallar şəxsin cinayətdə təqsirli olduğunu göstərən əsaslar kimi qəbul edilə bilməz. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri də şəxsi əslində törətmək niyyətində olmadığı cinayətə sövq edən hərəkətlər olaraq çıxış etməməli, yəni şəxsin cinayət kimi qiymətləndirilən əməli müstəsna olaraq polisin təhriki ilə törədilmiş hərəkətlərdən ibarət olmamalıdır. Nəzarət qaydasında malın alınması kimi əməliyyat-axtarış tədbirinin gedişində şəxsin onda olan narkotik vasitəni polis əməliyyatına cəlb edilmiş şərti alıcıya “satması” da, şəxsin bu əməliyyatadək, yəni polisin müdaxiləsi olmadan törətdiyi kriminal hərəkətlərinin ifşa edilməsi üçün həyata keçirlən tədbir kimi nəzərdən keçirilməlidir. Yəni qanunsuz olaraq narkotik vasitə saxlayan şəxs şərti alıcı vasitəsi ilə nəzarət qaydasında malın alınması əməliyyatının gedişində ifşa olunursa, məsuliyyət yaradan kriminal davranış kimi həmin şəxsin qanunsuz olaraq narkotik vasitəni saxlaması və bunu məhz satış məqsədi ilə etməsi çıxış edir, narkotik maddənin əməliyyatın gedişində şərti alıcıya “satılması” isə onun əməliyyatadək (polisin müdaxiləsi olmadan) törətmiş olduğu həmin cinayətini (satış məqsədi ilə narkotik vasitəni saxlamasını) ifşa etməyə kömək edən vasitə rolunu oynayır. Başqa sözlə, əməliyyat-axtarış tədbiri provakasiya yolu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların “yaradılmasını” deyil, polisin müdaxiləsi olmadan törədilmiş və yaxud hazırlanan cinayətin ifşa edilməsini təmin etməli və məhz belə olduqda həm əməliyyatın özü, həm də onun nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin əsaslandırlmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir. Hazırkı iş üzrə müəyyən olunan hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən vaxtda və şəraitdə, satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metanfetamin əldə edib evdə saxlamış və sonradan onun satışını həyata keçirməyə çalışmışdır. Bundan əlavə, hüquq mühafizə orqanlarında onun narkotik vasitənin dövriyyəsi ilə məşğul olması barədə məlumat olmasa da, Şahid6lə telefonla əlaqə saxlanılan anda o, dərhal narkorik vasitənin satışına hazır olduğunu bildirmiş, bunun üçün lazım olan məbləği qarşı tərəfin nəzərinə çatdırmış, görüş yeri və vaxtı barədə razılaşmış, ona edilən təklifdən könüllü şəkildə imtina etmək imkanı olduğu halda imtina etməmiş, ibtidai araşdırmanın gedişində onun yaşadığı evdən əldə edib saxladığı narkotik vasitə aşkar olunaraq götürülmüş, yəni təqsirləndirilən şəxsin əvvəl törətmiş olduğu cinayət əməli ifşa olunmuşdur. Belə olan halda Avropa Məhkəməsinin öz qərarlarında yaratdığı hüquqi mövqedən çıxış edib, həmçinin cinayət işinin materiallarında olan sübutlara məcmu halında qiymət verməklə qeyd etmək olar ki, Təqsirləndirilən şəxs2 polis təhrikinə məruz qalmamış, o cümlədən cinayətin törədilməsi üçün polis provakasiyasının qurbanı olmamışdır. Eyni zamanda, mövcud sübutlara məcmu halında qiymət verən məhkəmə kollegiyası ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 münasibətdə əməlin tövsifinə dair gəldiyi qənaətlə də razılaşır və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən maddələrlə yanaşı CM-nin 177.2.1-ci maddəsi ilə irəli sürülən ittihamın da əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirli bilməsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində sözügedən atı tanışı Ülvi adlı şəxsdən aldığını etiraf etmişdir. İbtidai istintaq zamanı dindirilən X10 ifadəsində göstərmişdir ki, özünə məxsus qoyunları Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən Camal adlı şəxsin fermasında saxlamış, həmin kənd ərazisində İnqilab adlı şəxsə məxsus ferma da mövcud olmuşdur. Həmin fermada İnqilaba məxsus bir ədəd kəhər at olmuş və həmin atın yaxşı qiymətə satılma ehtimalı olduğunu bildiyi üçün həmin atı oğurlayaraq satmaq qərarına gəlmişdir. 16.03.2020-ci il tarixdə Yevlax şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs2 zəng edərək ona “qonşu fermada yaxşı bir at var, həmin atı oğurlasam sata bilərikmi?” deyə soruşmuş, Nicat isə ona “Bərdə rayonunun Mehtixanlı kəndində baba evi var, atı oğurlayıb ora aparması, orada atı ona verməsini” demişdir. O isə “gecə atı oğurlayacağını və dediyi kəndə aparacağını” bildirmiş, Nicat da onunla razılaşmışdır. Həmin gecə İnqilabı izləmiş və İnqilab atı yaşadığı fermanın yaxınlığında hörükləyib evinə getdikdən sonra, 17 mart 2020-ci il gecə saat 4-5 radələrində İnqilabın fermasının yaxınlığında bağladığı atın yanına getmiş, atı açıb minərək Bərdə rayonu Mehtixanlı kəndinə getmişdir. Həmin kəndin yaxınlığındakı meşədə atı bağlayıb Nicata zəng edərək atı oğurlayıb dediyi yerə gətirdiyini bildirmişdir. Nicat ona gözləməyi və ora gələcəyini demişdir. Təxminən yarım saat sonra Nicat ora gəlmiş, o isə Nicata 300 manat ona verməsini, atı isə istədiyi qiymətə satmasını söyləmişdir. Nicat onunla razılaşmış və 100 manat nağd pul vermiş, qalan 200 manatı isə atı satandan sonra verəcəyini bildirmişdir. O isə 100 manat pulu alandan sonra çıxıb getmişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 qeyd edilən atın oğurlanacağından xəbəri olmuş, özü atı oğurlayıb Bərdə rayonuna Mehtixanlı kəndinə aparmağı bildirmişdir. İbtidai istintaq zamanı X3 ifadəsi hadisə yerində yoxlanılmış və həmin vaxt Ülvi Kərəmzadə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək təsdiq etmişdir. İfadənin hadisə yerində yoxlanmasını əks etdirən video çəkiliş CD diskə yüklənməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 32-33) Göründüyü kimi, Təqsirləndirilən şəxs2 inkar etməsinə baxmayaraq X26 Abbasovla arasında olan razılaşmanı, bir-biri ilə məlumatlı şəkildə hərəkət etmələrini, hadisənin törədilmə mexanizmini və baş vermə vaxtını ətraflı olaraq göstərmiş, bu zaman onlardan başqa heç bir şəxsin bilmədiyi xüsuatları geniş şəkildə ifadə etmişdir ki, bu hal özlüyündə Təqsirləndirilən şəxs2 qeyd etdiklərinin həqiqəti əks etdirmədiyini, məsuliyyətdən yayınmağa çalışdığını əks etdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməl CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllər isə CM-nin 177.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Həmçinin həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cinayət işinin materiallarında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 85) Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailəsi ilə birlikdə Yevlax şəhəri, C.Mustafayev küçəsi 90 saylı evdə yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 1, iş vərəq 244-2445) İş üzrə Təqsirləndirilən şəxs1 CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmir. Həmçinin Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran digər hallar da müəyyən edilmir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 11.01.2010-cu il tarixli hökmünə əsasən CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 182.2.2, 331.3, 32.3,332.2.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19.08.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, daha sonra Yevlax Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23.05.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 01, iş vər. 197-198) Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 anası ilə birlikdə Yevlax şəhəri, ünvan 5 ünvanında yaşamışdır və yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. (cild 1, iş vərəq 246-247) İş üzrə Təqsirləndirilən şəxs2 CM-nin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmir. Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi yaranır. CM-nin 83.3.3-cü maddəsinə əsasən isə ağır cinayətin törədilməsinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs cəzasını çəkib qurtardıqdan sonra altı il, az ağır cinayətin törədilməsinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs cəzasını çəkib qurtardıqdan sonra iki il keçdikdə məhkumluq ödənilmiş sayıldığından və Təqsirləndirilən şəxs2 isə əvvəlki hökmə əsasən 19.08.2015-ci il tarixdə, sonrakı hökmə əsasən 23.05.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunduğundan, ilk məhkum olunduğu müddətdən altı il, sonrakı məhkumluğundan isə iki il müddət keçmədiyindən onun əməlində CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal olan cinayətlərin təhlükəli residivi müəyyən edilir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən halların olmamasını, o cümlədən cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivinin olmasını əsas götürərək, həmçinin törədilən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxslərin şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, eyni zamanda Təqsirləndirilən şəxs2 münasibətdə CM-nin 65.2-ci maddəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, onlara yalnız təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ilə cəzanın məqsədinə nail oluna bilər. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər məhz onlara təyin olunan azadlıqdan məhrumetmə növündə cəzanı real olaraq çəkməklə islah oluna bilərlər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 17 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 17 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəq 21) Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 02 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 02 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəq 111) Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 19.04.2020-ci il tarixli 4(0539)-21/2020 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 17 aprel 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 77-79) Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli 4(039)-38/2020 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 02 iyun 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 182-185) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işinin materiallarında olan ekspert rəyinə əsasən narkomaniya xəstəliyindən əzab çəkmələri əsas götürülərək onlara cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və yaşadıqları ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. CM-nin 99-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Yevlax RPŞ-də saxlanılan 9,002 qram heroin, 3,706 qram psixotrop maddə olan metamfetamin və 0,271 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, bir ədəd rəst atın Zərərçəkmiş şəxs qaytarılması, 650 manat əmliyyat tədbirində istifadə edilməsi üçün ayrılmış pul əskinaslarının təhqiqat orqanına qaytarılması, 09 (doqquz) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 104,34 AZN (yüz dörd manat, otuz dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 52,17 AZN (əlli iki manat, on yeddi qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 09 (doqquz) il müdətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax RPŞ-də saxlanılan 9,002 qram heroin, 3,706 qram psixotrop maddə olan metamfetamin və 0,271 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, bir ədəd rəst atın Zərərçəkmiş şəxs qaytarılması, 650 manat əmliyyat tədbirində istifedə edilməsi üçün ayrılmış pul əskinaslarının təhqiqat orqanına qaytarılması, 09 (doqquz) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 104,34 AZN (yüz dörd manat, otuz dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 52,17 AZN (əlli iki manat, on yeddi qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar