Məhkəmə qərarları › İş №1(091)-49/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-49/2022

27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-49/2022 27.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X13, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X15, müdafiəçilər: Şəki Regional Vəkil Bürusunun vəkilləri Müdafiəçi1, X17 və Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1998-ci ildə Zərdab rayonu Pərvanlı kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Zərdab rayon Mərkəzi Xəstəxanasında çilingər-texnik işləyən, orta təhsilli, Zərdab rayonu, Pərvanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, xx.xx.1992-ci ildə Zərdab rayonu Pərvanlı kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Zərdab rayonu, Pərvanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 237.2.1 və 237.2.3-cü maddələri, xx.xx.1997-ci ildə Zərdab rayonu Pərvanlı kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Zərdab rayonu, Pərvanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 22 iyul 2021-ci il tarixdə saat 15 radələrində Zərdab şəhəri, Dədə-Qorqud meydanı adlanan ərazidə dayısı oğlu Təqsirləndirilən şəxs2 оğlundan 01 kibrit qutusunda 25 (iyirmi beş) manat olmaqla pulu sonradan verəcəyi ilə razılaşmaqla, 3,06 qram Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş, bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə edib üzərində saxlamış, daşıyıb 22 iyul 2021-ci il tarixdə saat 20 radələrində Zərdab şəhəri S.Abdullayev küçəsi ilə Vidadi küçəsinin kəsişməsində tanışı Zərdab şəhər sakini Şahid7, ümumilikdə 25 (iyirmi beş) manata, 10(on) manatını öncədən almaqla, 15(on beş) manatını sonradan alacağı ilə razılaşmaqla satmış, sonuncu 22 iyul 2021-ci il tarixdə saat 20:45-də Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq, həmin gün saat 21:50-də üzərindən şəxsi axtarış və götürmə aparılan zaman 01kibrit qutusunda 3,06 qram həmin çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmkəndlisi Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun 18 aprel 2021-ci il tarixində Zərdab rayonu Pərvanlı kəndində “əyri yer” adlanan ərazidəki pay torpaqlarının yuxarı hissəsində Zərdab rayonu Pərvanlı bələdiyyəsinə məxsus su kanalının ətrafındakı kolların arasında boş sahədə toxumlarla əkmiş olduğu külli miqdar hesab olunan 21 ədəd çətənə (kannabis) bitki kollarına 2021-ci ilin iyul ayının əvvələrindən 22.07.2021-ci il tarixədək aqrotexniki qaydada qulluq etməklə, su verməklə yetişdirib kultivasiya etmiş, 23.07.2021-ci il tarixdə saat 11:50 radələrində Zərdab rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin çətənə kolları aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 2021-ci ilin iyul ayının ortalarında, axşam saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs3 ilə birlikdə kultivasiya etmiş olduqları çətənə kollarının yarpaqlarından xeyli miqdar hesab olunan 24,18 qram çəkidə yığaraq əldə etdiyi çətənə kollarının hissələrini, yəni yarpaqlarını qurudaraq xeyli miqdar hesab olunan 24,18 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlamaqla qanunsuz olaraq satış məqsədilə əldə etdiyi həmin narkotik vasitələri 01 ədəd kağız bükümdə təmiz çəkisi 8,95qr və 06 ədəd kibrit qutularında 2,57qr., 2,71qr., 1,35qr., 2,47qr., 3,07qr və 3,06 qr., olmaqla bükümlərə bükərək satış məqsədilə yaşadığı Zərdab rayonu Pərvanlı kəndində yerləşən evində qanunsuz olaraq saxlamış, həmin bükümlərdən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 3,06 qram narkotik vasitə olan qurudulmuş marixuananı 22.07.2021-ci il tarixdə saat 15 radələrində Zərdab şəhəri Dədə-Qorqud meydanı adlanan ərazidə bibisi oğlu Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manata, pulu sonra alacağı ilə razılaşmaqla qanunsuz olaraq satmış, həmin tarixdə saat 2045 radələrində Zərdab RPŞnin əməkdaşlarının keçirdiklərini əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində tutularaq axtarış və götürmə aparılan Zərdab şəhər sakini Şahid7 üzərindən həmin, 3,06 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 23.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Zərdab rayonu Pərvanlı kəndində yerləşən evinə baxış keçirilmiş, baxış zamanı evin birinci mərtəbəsindəki yaşayış olmayan otaqda satış məqsədilə qanunsuz olaraq saxladığı 01 ədəd kağız bükümdə təmiz çəkisi 8,95qr və 05 ədəd kibrit qutularında 2,57qr., 2,71qr., 1,35qr., 2,47qr., 3,07qr, ümumilikdə təmiz çəkisi 21,12 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 18.04.2021-ci il tarixdə Zərdab rayonu Pərvanlı kəndində “əyri yer” adlanan ərazidəki pay torpaqlarının yuxarı hissəsində Zərdab rayonu Pərvanlı bələdiyyəsinə məxsus su kanalının ətrafındakı kolların arasında boş sahədə toxumlarla külli miqdar hesab olunan 21 ədəd çətənə (kannabis) bitki kollarını əkmiş, 2021-ci ilin iyul ayının əvvələrindən 22.07.2021-ci il tarixədək həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aqrotexniki qaydada qulluq etməklə, su verməklə yetişdirib kultivasiya etmiş, 23.07.2021-ci il tarixdə saat 11:50 radələrində Zərdab rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin, 21 ədəd çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 iyul 2021-ci il tarixdə saat 11 radələrində Şahid7 adlı tanışı ona zəng vurub narkotik vasitə istədiyinə görə dayısı oğlu Təqsirləndirilən şəxs2lə əlaqə saxlayaraq narkotik vasitə lazım olduğunu bildirmiş, sonuncu da tapa bilsə ona zəng vuracağını demişdir. Təxminən 2 saat sonra Cahandar onunla əlaqə saxlayaraq narkotik vasitə tapdığını demiş, bundan sonra kəndə gedərək Cahandardan narkotik vasitəni götürərək Şahid7 vermişdir. Narkotik vasitə üçün Yusifdən 25 manat pul almış həmin pulu Cahandara vermişdir, təxminən bir ay sonra Yusif yenə ondan narkotik vasitə istədiyinə görə yenidən dayısı oğlu Cahandar ilə əlaqə saxlayıb sonuncudan narkotik vasitə istəmişdir. Cahandar təxminən 1 saat sonra onunla yenidən əlaqə saxlayaraq narkotik vasitənin olduğunu demiş, bu dəfə Yusifdən 50 manat pul alıb Cahandara vermişdir. Bir ay sonra Yusif ondan yenə narkotik vasitə istədiyinə görə yenidən Cahandarla əlaqə saxlayıb gələcəkdə 25 manat vermək şərtilə sonuncudan narkotik vasitəni alıb Yusifə vermişdir. Yusifdən 10 manat pul almış, 15 manat pulu da gələcəkdə verəcəyinə söz vermişdir. Sonuncu alqı-satqı zamanı Kür çayının kənarında polis əməkdaşları ona yaxınlaşaraq onu saxlamış və polis söbəsinə aparmışlar. Yusifə verdiyi narkotik vasitələrin müqabilində əlavə pul almamış, Yusifdən aldığı pulu Cahandara vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərdab şəhər sakini Şahid7 3-4 ildən əvvəl tanımış, münasibətləri normal olmuşdur. 22 iyul 2021-ci il tarixdə saat 11 radələrində Şahid7 onun mobil nömrəsinə zəng vuraraq narkotik vasitə olan marixuana istəmiş, Şahid7 onda narkotik vasitə olmadığını, taparsa verəcəyinə söz vermişdir. Şahid7la danışdıqan sonra dayısı oğlu Təqsirləndirilən şəxs2 zəng vuraraq 25 manatlıq narkotik vasitə olan marixuana lazım olduğunu demiş, dayısı oğlu Cahandar Cəfərquliyev bir qədər sonra gətirəcəyini demişdir. Həmin gün saat 18 radələrində dayısı oğlu Təqsirləndirilən şəxs2 ona zəng vurub Zərdab şəhəri “Dədə Qorqud” meydanı adlanan yerdə olduğunu, narkotik vasitəni gəlib oradan götürməsini bildirmişdir. Həmin vaxt özünə məxsus VAZ-21099 markalı, **-BC-*** dövlət qeydiyyat nömrə niaşnlı avtomobili ilə Zərdab şəhəri “Dədə Qorqud” meydanı adlanan əraziyə gedib orada dayısı oğlu Təqsirləndirilən şəxs2lə görüşüb kibrit qutusunda olan marixuananı götürüb pulunu sonra verəcəyini demişdir. Saat 20 radələrində Şahid7 zəng vurub marixuananın hazır olduğunu, gəlib Zərdab şəhəri S.Abdullayev küçəsi ilə Vidadi küçəsinin kəsişməsindən götürməsini demişdir. Şahid7la qeyd olunan ünvanda görüşərək dayısı oğlu Təqsirləndirilən şəxs2 aldığı bir ədəd kibrit qutusunda olan marixuananı Şahid7 verib 25 manatlıq olduğunu demiş, Şahid7 ona 10 manat verib 15 manatını da sonra verəcəyini demişdir. Tanışları ilə çay evinə getmək istəyərkən üç nəfər tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını deyib onu rayon Polis Şöbəsinə dəvət etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 iyul 2021-ci il tarixdə axşam saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs3 ona zəng vurub onunla görüşdükdən sonra sonuncunun idarə etdiyi QAZ-24 markalı avtomobil ilə yaşadıqları kənd ərazisində “əyri” adlanan təxminən 10 nəfər ailənin yonca və taxıl əkdiyi pay torpaq sahələrinin olduğu yerə getmişlər. Ora çatdıqdan sonra Təqsirləndirilən şəxs3 avtomobilinin arxa yük hisssindən üç ədəd kauçuk qabları götürüb həmin qablardan iksini ona verib arxası ilə getməsini demiş, sonra orada olan su arxından həmin qabları doldurub orada olan kolluq və qamışlıq olan ərazinin arasında boş sahədə bir düz xətt boyu əkilmiş bitkiləri ona göstərib özü tərəfindən əkilən çətənə bitkiləri olduğunu demişdir. Su arxından kauçuk qablara doldurduqları suları həmin bitkilərin dibinə tökmüş, bitkiləri bir-bir gətirdiyi plasmas su qabları ilə yaxınlıqda olan su kanalından su gətirməklə suvarmışlar. Təxminən bir həftə sonra axşam saatlarında Təqsirləndirilən şəxs3 ona zəng vurub yenə də əkdiyi həmin bitkiləri sulamağa köməklik etməsini xahiş etdiyinə görə sonuncu ilə həmin yerə gedib plasmas su qabılarını götürüb yaxınlıqdakı su arxından su daşıyıb həmin bitkiləri sulayıb evə qayıtmışlar. Həmin vaxtdan təxminən iki gün sonra Zərdab şəhərində yaşayan bibisi oğlu Təqsirləndirilən şəxs1 ona zəng vurub çəkmək üçün “nəşə” olub-olmadığını soruşmuş, bibisi oğlu Təqsirləndirilən şəxs1 olmadığını, lakin tapıb verə biləcəyini demişdir. Bundan sonra axşam saatlarında Təqsirləndirilən şəxs3 çətənə bitkilərini əkdiyi yerə gedib bitkilərin yarpaqlarından qoparıb yığaraq evə gətirmişdir. Yığdığı yarpaqları yaşadıqları evin birinci mərtəbəsində yaşayış olmayan otaqda döşəməyə yığılmış balonların yanında qalın kağızın altına qoyub saxlamışdır. 22.07.2021-ci il tarixdə bibisi oğlu Təqsirləndirilən şəxs1 ona yenə zəng vurub 25 manatlıq marixuana lazım olduğunu demiş, o, da bibisi oğlu Təqsirləndirilən şəxs1 bir qədər sonra gətirib verəcəyini demişdir. Həmin gün təxminən saat 18 radələrində o, bibisi oğlu Azər Abdullayevə zəng vurub Zərdab şəhəri, “Dədə-Qorqud” meydanı adlanan ərazidə olduğunu deyib oradan gəlib götürməsini demişdir. Bir qədər sonra bibisi oğlu Təqsirləndirilən şəxs1 özünə məxsus “VAZ-21099” markalı avtomobili ilə onun dediyi yerə gəlib 01 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananı götürüb pulunu sonra verəcəyini demişdir. 23.07.2021-ci il tarixdə saat 1015 radələrində yaşadığı kənd ərazisində olduğu zaman tanmadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Zərdab rayon Polis Şöbəinin əməkdaşları olduqlarını deyib, rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək rayon Polis Şöbəsinə dəvət etmişlər. Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üəzrinə keçirilən şəxs axtarış zamanı heç bir qanunsuz əşya aşkar edilməmiş, polis əməkdaşlarına həmkəndlisi Təqsirləndirilən şəxs3 tərəfindən yaşadığıqları kənd ərazisində əkilmiş narkotik vasitənin yarpaqlarından yığıb 5(beş) kibrit qutusunda və bir kağız bükümdə evində saxladığını, həmin narkotik vasitəni könüllü olaraq təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra həmkəndlisi Təqsirləndirilən şəxs3 yaşadıqları kənd ərazisində narkotik bitkilərini əkdiyi sahəyə keçirilən baxış zamanı 21 ədəd çətənə kolu aşkar edilib götürülmüşdür. Sonra yaşadığı evə baxış keçirilən zaman yaşadığı evin birinci mərtəbəsində yaşayış olmayan otaqda qalın kağızın altından 5(beş) kibrit qutusu və 01(bir) ədəd kağız bükümdə çəkisi 40 qram olan narkotik vasitə olan marixuananı təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Törətdiyi əməldən peşmandır, barəsində aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələri sahədə həqiqətən də onun tərəfindən əkilmiş, Cahandardan ona kömək etməsini xahiş etmişdirş. Cahandar ilə birgə sahəyə gedərək narkotik vasitələri sulayıb gəlmişlər. 23 iyul 2021-ci il tarixdə mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq heyvan kəsməyi bacarıb-bacarmadığını soruşmuş, sonuncularla razılaşaraq avtomobilə əyləşən zaman polis əməkdaşaları özlrərini təqdim edib onu polis şöbəsinə aparmışlar. İlkin araşdırma zamanı narkotik vasitələri əkməsini etiraf etməsə də sonradan səmimi olaraq etiraf etmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, 04.07.2021-ci il tarixdə Zərdab rayonu Pərvanlı kəndinin giriş hissəsində yerləşən Pərvanlı marektə bitşik mağazada heyvan kəsən zaman həmkəndlisi Təqsirləndirilən şəxs2 zəng vurub kömək etmək üçün çağırmış, heyvan kəsən vaxt Təqsirləndirilən şəxs2 yaşadıqları kənd ərazisində narkotik vasitə olan marixuana əkdiyini bildirmiş, lakin əkdiyi yeri ona deməmişdir. 13.07.2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs2 ona zəng vurub yaşadıqları kənd ərazisində tilovla balıq ovlamaqlarını demiş, birlikdə kənd ərazisində yerləşən gölə gedib təxminən 20 dəqiqə ərzində balıq ovladıqdan sonra Təqsirləndirilən şəxs2 ona narkotik vasitə olan marixuananı orada əkdiyini, qolu sındığı üçün bitkiləri sulamaqda kömək etməsini ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs2lə razılaşdıqdan sonra sonuncunun narkotik vasitə əkdiyi yerə getmiş, orada olan üç ədəd plasmas qabla torpaq sahəsinin yaxınlığından keçən su kanalından həmin qablara su doldurub kolların dibinə su tökmüşdür. Təxminən 15.07.2021-ci il tarixdə axsam saatlarında Təqsirləndirilən şəxs2 zəng vurub Zərdab rayonu Məmmədqasımlı kənd ərazisindən iri buynuzlu heyvan gətimək üçün ona köməklik etməsini demiş, Cahandar onunla birlikdə gedib iri buynuzlu heyvanı yaşadığı evə gətirmişlər. Səhəri gün yəni, 16.07.2021-ci il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs2 onlara gələrək iri buynuzlu heyvanı yaşadığıqları Pərvanlı kəndinin giriş hissəsində yerləşən “Pərvanlı Market”in yanında olan ət kəsimi yerinə aparıb orada kəsmiş, 18.07.2021-ci il tarixdə gunorta saatlarında qayınatası İlqar Mollayev ona yaşadıqları kənd ərazisində Kür çayının yaxınlığında yerləşən sahədən qarpız yığıb evə aparmağını demişdir. Təqsirləndirilən şəxs2 zəng vurub sahədən qarpız yığmaq üçün ona köməklik etməsini demiş, sonra Təqsirləndirilən şəxs2lə yaşadığı evin yaxınlığında görüşüb qayınatası İlqar Mollayevin dediyi sahəyə gedib qarpız yığmışlar. Təqsirləndirilən şəxs2 ona ot piçməyə getdiyini deyib getmiş, o, da yaşadığı evə qayıtmışdır. 23.07.2021-ci il tarixdə saat 15 radələrində yaşadığı kənd ərazisində olan zaman, tanımadığı iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını deyib rayon Polis Şöbəsinə getməyini təklif etmiş, polis əməkdaşları ilə birgə rayon Polis Şöbəsinə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 22 iyul 2021-ci il tarixdə saat 11 radələrində öz şəxsi istifadəsi üçün tanışı Azər Abdullayevə zəng vurub 25 manat dəyərində narkotik vasitə olan qurudulmuş marixuana istəmiş, Təqsirləndirilən şəxs1 həmin vaxtı olmadığını gün ərzində ona zəng vuracağını demişdir. Həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs1 ona zəng vurub narkotik vasitə tapdığını və ona Zərdab şəhəri S.Abdullayev küçəsi ilə Vidadi küçəsinin kəsişməsinə gəlməsini demişdir. Həmin ünvana gedərək Təqsirləndirilən şəxs1 ilə görüşüb sonuncudan qurudulmuş marixuananı götürmüş, Azərə 10 manat verərək 15 manatı da sonra verəcəyəni bildirmişdir. Bundan sonra saat 2030-da yaşadığı ünvandan çıxıb piyada getdiyi zaman tanımadığı iki nəfər polis əməkdaşları onu saxlayaqraq rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin işıtirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı qutu ilə birlikdə çəkisi 6,2 qram olan qurudulmuş marixuana aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Zərdab rayon Polis Şöbəsinin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 22.07.2021-ci il tarixdə saat 2030-da rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Zərdab şəhəri 20 Yanvar küçəsində olduqları zaman sonradan adının Şahid7 özünü şübhəli aparmasını görüb sonuncuya yaxınlaşıb özlərini təqdim edib üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığına görə rayon Polis Şöbəsinə dəvət etmişlər. Rayon Polis Şöbəsinə gəldikdən sonra Şahid7 cibində narkotik vasitə olan marixuana olduğunu bildirmiş, sonuncunun üzərinə şübhəli şəxs qismində şəxsi axtarış keçirilən zaman idman şalvarının sağ qarşı cibindən bir ədəd kibrit qutusunun içərisində qutu ilə birlikdə çəkisi 6,2 qram olan yaşımtıl rəngli marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şahid7 qurudulmuş marixuananı həmin gün saat 20 radələrində öz şəxsi istifadəsi üçün tanışı Təqsirləndirilən şəxs1 Zərdab şəhəri, S.Abdullayev küçəsində görüşüb aldığını bildirdiyinə görə saat 22:00-da Zərdab rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkilləri Şahid5 və Şahid3 ilə birlikdə Zərdab şəhəri ərazisinə Təqsirləndirilən şəxs1 saxlayaraq rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən hər hansı bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 həmin günü Şahid7la 25 manata razılaşdığı bir kibrit qutu marixuananı 10 manat satdığını, Şahid7 15 manat borcu qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni dayısı oğlu Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zərdab rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zərdab rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid5 ifadəsində göstərmişdir ki, 22.07.2021-ci il tarixdə Zərdab şəhər sakini Şahid7 narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş bir ədəd kibrit qutusunun içərisindəki qurudulmuş marixuananı həmin gün saat 20 radələrində öz şəxsi istifadəsi üçün tanışı Təqsirləndirilən şəxs1 Zərdab şəhəri, S.Abdullayev küçəsində görüşüb aldığını bildirmiş, saat 2200-da Zərdab rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkilləri Şahid3 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs1 Zərdab şəhəri ərazisində saxlayaraq rayon Polis Şöbəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs1 Şahid7 25 manata razılaşaraq verdiyi bir kibrit qutusundakı marixuananı dayısı oğlu Təqsirləndirilən şəxs2 aldığını bildirmiş, 23.07.2021-ci il tarixdə cinayət axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı Zərdab rayonu Pərvanlı kəndində getmişlər. Həmin gün saat 0915-də Təqsirləndirilən şəxs2 yaşdığı kənd ərazisində tərəflərindən saxlanılaraq rayon Polis Şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs2 üzərinə şübhəli şəxs qismində şəxsi axtarış keçirilən zaman üzərindən hər hansı bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 həmkəndlisi Təqsirləndirilən şəxs3 tərəfindən əkilmiş narkotik vasitələrin olduğunu, həmin narkotik vasitənin yarpaqlarından yığıb evində beş kibrit qutusu və bir kağız bükümdə narkotik vasitəni saxladığını, həmin narkotik vasitələri təqdim edə biləcəyini dediyinə görə əvvəlcə Zərdab rayonu Pərvanlı kənd ərazisində kənd sakinlərinə məxsus pay torpağına baxış keçirilən zaman 21 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüş, sonra Təqsirləndirilən şəxs2 oğunun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman evinin birinci mərtəbəsində anbar kimi istifadə etdikləri otaqda üzərinə kartof, soğan yığılmış qamışla kartonun arasında olan beş kibrit qutusunda və bir ədəd ağ kağız bükümdə olan yaşıl rəngli, spesifik iyli, ümumi çəkisi 40 qram olan narkotik vasitə marixuanaya oxşar bitki kütlələri aşkar olunmuşdur. 23.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 yaşadığı Zərdab rayonu Pərvanlı kənd ərazisində saxlanılaraq saat 1510-da rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zərdab rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid4, Şahid6 və ifadələri elan olunaraq tədqiq edilmiş Şahid3, aqronom-mütəxəssis Şahid1 eyni məzmunlu ifadə verərək Şahid5 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X5 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, 23 iyul 2021-ci il tarixdə səhər saat 10 radələrində qonşuluğunda yaşayan qaynı Taleh Cəfərquluyev ona oğlu Təqsirləndirilən şəxs2 narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şübhəli şəxs qismində tutulduğunu bildirmiş, həmin gün oğlu Cahandar Cəfəruluyevlə birlikdə rayon Polis Şöbəsinin əməkdaşları yaşadıqları evə gələrək baxış keçirən zaman yaşadıqları evin birinci mərtəbəsində yaşayış olmayan otaqda narkotik vasitə aşkar etmişlər. Oğlu Təqsirləndirilən şəxs2 narkotik vasitədə istifadə etməsini, əkib-beçərməsini və ya satması barədə heç bir məlumatı olmamış və bu barədə şübhələnməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində eyni mzəmunlu ifadə verərək X3 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 24 iyul 2021-ci il tarixli 17/536 nömrəli rəyində göstərilmişdir ki, tədqiqiata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs2... torpaq sahəsində köküstə yaş halda olan... çətənə bitkiləri və torpaq nümunələri...” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisəni açdıqda içərisində - 20 (iyirmi) ədəd hündürlüyü 30sm-dən 145 smdək, ümumi təmiz çəkisi – 2 kq 845 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, 01 (bir) ədəd hündürlüyü 15 sm, təmiz çəkisi – 3,42 qram bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir. Tədqiqata təqdim olunmuş, torpaq nümunəsinin münbitliyi və strukturu həmin torpaqda çətənə (kannabis) bitkisinin yetişməsini mümkün edir. Aqronom Şahid1 tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, 20 (iyirmi) ədəd çətənə (kannabis) bitkiləri və 01(bir) ədəd çətənə (kannabis) bitkisinin hissəsi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı evin birinci mərtəbəsindən götürülüb təqdim etdiyi...kütlələr...” sözləri yazılmış kağız bağlamanın içərisindəki, sellofan torbaya bükülmüş 01(bir) ədəd kağız bükümdə və 05(beş) ədəd kibrit qutularında, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 8,95qr., 2,57qr., 2,71qr., 1,35qr., 2,47qr., 3,07qr., ümumi təmiz çəkisi – 21,12 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, çətənə (kannabis) bitkiləri ilə qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 08 noyabr 2021-ci il tarixli 17/793 nömrəli rəyində göstərilmişdir ki, tədqiqiata təqdim olunmuş, üzərində “Şahid7 üzərində həyata keçirilən şəxsi axtarış zamanı götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuana ilə üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı evin birinci mərtəbəsində götürüb təqdim etdiyi kütlələr...” sözləri yazılmış kağız bağlamanın içərisindəki 01(bir) ədəd kağız bükümdə, 05 (beş) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar və üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs2 torpaq sahəsində köküstə yaş halda olan çətənə bitkiləri və torpaq nümunələri....” sözləri yazılmış sintetik kisənin içərisindəki çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə daktiloskopik ekspertizasının 24 iyul 2021-ci il tarixli 21/464R nömrəli rəyində göstərilmişdir ki, 22.07.2021-ci il tarixdə Zərdab şəhəri, S.Abdullayev küçəsində Təqsirləndirilən şəxs1 01 ədəd kibrid qutusunda qurudulmuş marixuananı satması faktı ilə əlaqədar bitki kolları olan əraziyə keçirilmiş baxış zamanı orada olan su qabının üzərindən götürülərək tədqiqata təqdim edilmiş 01 ədəd kağız parçasının üzərinə yapışdırımış 02 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 05 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 daktiloskopik xəritələri müqaisəli tədqiqat üçün yararlıdırlar. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izləri xx.xx.1997-ci ildə Zərdab rayonunda anadan olmuş Təqsirləndirilən şəxs3 sağ əlinin böyük (03 dəfə) şəhaddət və orta barmağlarının əksləri ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 sentyabr 2021-ci il tarixli 1176 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 sentyabr 2021-ci il tarixli 1177 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 sentyabr 2021-ci il tarixli 1178 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 02 avqust 2021-ci il tarixli 425 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs1 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin aksenturasiyası) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 Cəll oğlunun əməli CM-ın 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki ekspertiza zamanı da öz hərəkətlərini özlçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, hazır ki, ekspertiza zamanı özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlini düzgün qavrayıb həmin hadisə barəsində düzgün ifadə verə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 02 avqust 2021-ci il tarixli 426 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psiixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, hazırkı ekspertiza zamanı özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlini düzgün qavrayıb həmin hadisə barəsində düzgün ifadə verə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 02 avqust 2021-ci il tarixli 427 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 hazırkı ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, hazırkı ekspertiza zamanı özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməlini düzgün qavrayıb həmin hadisə barəsində düzgün ifadə verə bilər. İş materiallarında olan Zərdab rayon Mərkəzi Xəstəxanasının 24.07.2021-ci il tarixli, 05-435 nömrəli məktubunda göstərilmişdir ki, Zərdab rayon sakini Təqsirləndirilən şəxs1 Zərdab rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində Ruhi-əsəb və ya narkolji xəstəlikləri ilə dispanser qeydiyyatda yoxdur. İş materiallarında olan Zərdab rayon Mərkəzi Xəstəxanasının 24.07.2021-ci il tarixli, 05-436 nömrəli məktubunda göstərilmişdir ki, Zərdab rayon Pərvanlı kənd sakini Təqsirləndirilən şəxs2 Zərdab rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində Ruhiəsəb və ya narkolji xəstəlikləri ilə dispanser qeydiyyatda yoxdur. İş materiallarında olan Zərdab rayon Mərkəzi Xəstəxanasının 29.07.2021-ci il tarixli, 05-441 nömrəli məktubunda göstərilmişdir ki, Zərdab rayon Pərvanlı kənd sakini Təqsirləndirilən şəxs3 Zərdab rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində Ruhiəsəb və ya narkolji xəstəlikləri ilə dispanser qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən təqdim edilmiş 29.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 29.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3(CM 73.3) maddələrinə əsasən barəsində CM-in 263.1-ci maddəsi ilə olan cinayət işinin icratına xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən təqdim edilmiş 27.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən təqdim edilmiş 27.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Zərdab rayon İcra Hakimiyyəti Başçısının Pərvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 23 iyul 2021-ci il tarixli 68 nömrəli arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə Zərdab rayon Pərvanlı kəndində qeydiyyatda olmaqla yaşayır, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon Bölməsi tərəfindən verilmiş 24.11.2021-ci il tarixli 647 nömrəli arayışdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 24.07.2017-ci il tarixdən 25.01.2019-cu ilədək müddətli həqiqi hərbi xidmət keçmiş və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən qismən səfərbərliyə cəlb olunaraq 29.09.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. X11 29.09.2020-cin il tarixdən 25.02.2021-ci il tarixədək Vətən müharibəsi dövründə xidmət keçmiş və Laçın, Zəngilan və Qubadlının müdafiə və mühafizəsində iştirak etmişdir. “Zərdab rayon Mərkəzi Xəstəxanası” X23 tərəfindən verilmiş 07 dekabr 2021-ci il tarixli 743 nömrəli məktubdan görünür ki, 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Zərdab rayon X2 Poliklinika şöbəsində 2021-ci ilin yanvar ayından “Üzvi mənşəli” dissosiativ pozğunluq, psixotik daxil olmalar diaqnozu ilə ambulator müalicə almışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamlarından görünür ki, Təqsirləndirilən şəxs1 “Zəngilanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Abdullazadə X18 23.04.2022-ci ildə Cəlal Abdullazadə adlı uşağı olmuşdur. Cinayət işinə əlavə edilmiş Zərdab rayon İcra Hakimiyyəti Başçısının Pərvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 23 iyul 2021-ci il tarixli 67 nömrəli arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə Zərdab rayon Pərvanlı kəndində qeydiyyatda olmaqla yaşayır, himayəsində 02.02.2015-ci ildə doğulmuş Yağmur Cəfərquluyeva və 26.04.2018-ci ildə doğulmuş Ömər Cəfərquluyev adlı iki azayaşlı uşağı vardır. Yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Cinayət işinə əlavə edilmiş Zərdab rayon İcra Hakimiyyəti Başçısının Pərvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 23 iyul 2021-ci il tarixli 69 nömrəli arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri ilə birlikdə Zərdab rayon Pərvanlı kəndində qeydiyyatda olmaqla yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 22 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 2210-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 23 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 1015-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 23 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 1645-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 25 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 25 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı vəsatət verərək X1 qarşı irəli sürülmüş CM-in 235.1-ci maddəsi olan ittihamdan imtina etmiş, məhkəmənin 27 may 2022-ci il tarixli qərarı ilə X1 qarşı isə irəli sürülmüş CM-in 235.1-ci maddəsi olan cinayət təqibinə xitam verilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs3 CM-in 237.2.1 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməllərinin isə CM-in 237.2.1, 237.2.3 və 234.2-ci maddələrinə tövsif edilməsini qanuni hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlinin CM-in 234.2, Təqsirləndirilən şəxs3 əməlinin CM-in 237.2.1, və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlinin isə CM-in 237.2.1, 237.2.3 və 234.2-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi, himayəsində bir az yaşlı uşağının olması, Vətən müharibəsində iştirak edərək “Zəngilanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunması, “Üzvi mənşəli” dissosiativ pozğunluq, psixotik daxil olmalar diaqnozu ilə müalicə alması onun məsuliyyətini yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 ittiham olunduqları CM-in 237.2.1 və 237.2.3-cü, Təqsirləndirilən şəxs2 münasibətdə isə əlavə olaraq CM-in 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsinə gəldikdə isə məhkəmə tərkibi hesab edir ki, yuxarıda sadalanan təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallarınn məcmusu, o cümlədən onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi üçün Vətən Müharibəsində iştirak edərək göstərdiyi şücaətə görə “Zəngilanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunması, müharibədən sonra “Üzvi mənşəli” dissosiativ pozğunluq, psixotik daxil olmalar diaqnozu ilə müalicə alması, məhkəmə araşıdrması zamanı 23.04.2022-ci ildə Cəlal Abdullazadə adlı oğlunun doğulması onun ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edilir və CM-nin 62-ci maddəsinə uyğun olaraq müstəsna hal hesab edilərək təqsirləndirilən şəxsə CM-nin 234.2-ci maddəsi ilə CM-nin 62.1-ci maddəsi tətbiq olunmaqla həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasından daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 yuxarıda sadalanan yüngülləşdirici halların olması onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsinin CM-nin 8-ci maddəsində nəzərdə tutulan ədalət prinsipinə əsasən onun şəxsiyyətinə uyğun olmamaqla yanaşı, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan şəxsin islah edilməsinə xidmət etmir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinə əsasən təqsirkarın şəxsiyyətini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmasının onun Vətən müharibəsinin iştirakçısı kimi gənc nəsil arasında vətənpərvərlik ruhunun sarsılmasına, himayəsində olan ailə üzvlərinin onsuz da ağır vəziyyətdəki maddi-mənəvi durumunun daha da ağırlaşacağına səbəb olacağını hesab edir. Qeyd olunur ki, məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın növünü və həcmini müzakirə edərkən müəyyən edilmiş zəruri hallara əsasən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13.3-cü bəndində qeyd edilmiş tövsiyələrə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin onun şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlir. Odur ki, təqsirləndirilən şəxs X7 azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə 22 iyul 2021-ci il tarixdən 24 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş vəziyyətdə həbsdə olduğu 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin hər ikisi təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. CM-in 69.3-cü maddəsinə əsasən 23 iyul 2021-ci il tarixdən 25 iyull 2021-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılaraq üzərlərində qəti cəza saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 107,91 AZN (yüz yeddi manat doxsan bir qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 35,97 (otuz beş manat doxsan yeddi qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Zərdab rayon Polis Şöbəsində saxlanılan 23,90 qram narkotik vasitə qurudulmuş marixuana və 21 ədəd çətənə bitkiləri məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 22 iyul 2021-ci il tarixdən 24 iyul 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesablanıb çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Zərdab rayonunun hüdudlarını tərk etməmək, axşam saat 2300-dan səhər saat 0600-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və ya iş yerinin dəyişdirilməsi, eyni zamanda stasionar qaydada müalicəyə başladıqda bu barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplansın, Təqsirləndirilən şəxs2 qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 23 iyul 2021-ci il tarixdən 25 iyul 2021-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılaraq Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 27 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 23 iyul 2021-ci il tarixdən 25 iyul 2021-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılaraq Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 27 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 107,91 AZN (yüz yeddi manat doxsan bir qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Zərdab Rayon Polis Şöbəsində saxlanılan 23,90 qram narkotik vasitə qurudulmuş marixuana və 21 ədəd çətənə bitkiləri məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar