Məhkəmə qərarları › İş №1(091)-49/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-49/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-49/2024 30.01.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1956-cı ildə Balakən rayonu Qullar kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayının sonlarında tanışı Şahid7 sonuncunun yaşadığı ünvan 2 ünvanının qarşısında 3400 manat müqabilində alıb əldə etdiyi 350 (üç yüz əlli) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əvvəlcə yaşadığı evə aparıb gizlədərək saxlamış, daha sonra 2023-cü ilin mart ayının əvvəllərində həmin 350 (üç yüz əlli) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını yaşadığı evin həyətyanı sahəsində qəsdən, qanunsuz olaraq torpağa əkmiş, həmin toxumlardan bitmiş 298 (iki yüz doxsan səkkiz) ədəd uzunluqları 40 sm-dən 160 sm-dək yaş vəziyyətdə ümumi təmiz çəkiləri 136 kq 855 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini alaq otlarından təmizləyib suvarmaqla, həmçinin digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, həmçinin əkib-yetişdirərək kultivasiya etdiyi həmin 298 (iki yüz doxsan səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin bəzilərinin üzərindən yararlı hissələrini yığıb toplayaraq qurutmaqla, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 01 ədəd qara rəngli sellofan torbanın içərisində təmiz çəkisi 1090 (min doxsan) qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq üzərində daşıyıb öz şəxsi istifadəsi məqsədi ilə yaşadığı ünvan 3 ünvanının həyətyanı sahəsində yerləşən altıaçığın altındakı masanın üzərində saxlamışdır. 30 may 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə onun öz könüllü razılığı və iştirakı ilə 30 may 2023-cü il tarixdə saat 22:15 dəqiqədən 31 may 2023cü il tarixdə saat 01:20 dəqiqəyədək olan müddət ərzində baxış keçirilən zaman onun qəsdən, qanunsuz olaraq, əkib-yetişdirməklə kultivasiya etdiyi, külli miqdar hesab edilən, yəni 298 (iki yüz doxsan səkkiz) ədəd uzunluqları 40 sm-dən 160 sm-dək yaş vəziyyətdə ümumi təmiz çəkiləri 136 kq 855 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş, eləcə də, onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə əldə edib daşıyaraq saxladığı külli miqdarda, yəni 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki təmiz çəkisi 1090 (min doxsan) qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun yaşadığı ünvan 3 ünvanının həyətyanı sahəsində yerləşən altıaçığın altındakı masanın üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayının əvvəllərində uzaq qohumu və tanışı olan Balakən şəhər sakini Şahid7 əkib-becərməsi üçün narkotik tərkibli çətənə bitkilərinin toxumlarını istəmiş, fevral ayının əvvəllərində Məzahir ona zəng vuraraq yaşadığı evə dəvət etmişdir. Orada Məzahir ona bir 10 manata olmaqla narkotik tərkibli çətənə bitkisinin toxumunu təşkil edə biləcəyini bildirmiş, təxminən iki gün sonra Məzahirə 3400 manat pul verərək 350 ədəd narkotik tərkibli çətənə bitkilərinin toxumlarını almışdır. 2023-cü ilin mart ayının əvvəllərində həmin 350 ədəd toxumları yaşadığı evin həyətində düzəltdiyi istixanada əkmiş, əkdiyi 350 ədəd toxumlardan 298 ədədi cücərib bitərək inkişaf etmişdir. Təxminən 1 ay sonra həmin narkotik tərkibli çətənə bitkilərinin şitillərini inkişaf etdirmək üçün daha böyük ərazi lazım olduğundan o, istixanadan çöldə, yaşadığı evin qarşısında torpaqda quyular qazıb həmin 298 ədəd bitki şitillərini orada əkmiş, həmin bitkilərə su verib, diblərini alaq otlarından təmizləyib, digər tədbirlər görərək qulluq etmişdir. 2023-cü ilin may ayının əvvəllərində əkdiyi narkotik tərkibli çətənə bitkilərinin üzərində olan qurumuş yarpaqlar yerə töküldükcə həmin yarpaqları gələcəkdə zibilə atmaq üçün bir ədəd qara rəngli sellofan torbaya yığaraq evin həyətində olan altıaçığın altında masanın üzərində saxlamışdır. 30 may 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evin yerləşdiyi küçədə olduğu zaman Balakən RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğunu bildirib yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə qəbul olunmuş qərarla onu tanış etmişlər. Polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmələri barədə icazə verdikdən sonra dəvət edilmiş mütəxəssis aqronomun iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, orada onun əkib becərdiyi hündürlükləri 40 sm-dən 160 sm-dək olan, yaş halda ümumi çəkiləri 148,715 kiloqram olan 298 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Daha sonra yaşadığı evin həyətindəki altıaçığın altındakı masanın üzərində saxladığı bir ədəd qara rəngli sellofan torbada olan narkotik tərkibli çətənə bitkilərinin qurumuş yarpaqlarını təqdim etmiş, həmin bir ədəd qara rəngli sellofan torba polis əməkdaşları tərəfindən bir ədəd sintetik kisəyə qoyularaq elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1 kiloqram 155 qram təşkil etmişdir. Həmin sintetik kisə də qablaşdırıldıqdan sonra möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilımiş Şahid6 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında şəxsi işləri ilə əlaqədar Ukraynaya gedən zaman tanışı Şahid7 qayıdanda 350 ədəd narkotik tərkibli çətənə bitkisi toxumu alıb gətirməsini ondan xahiş etdiyinə görə 1750 manat pul verib 350 ədəd narkotik tərkibli çətənə bitkisi toxumu almış, 2023-cü ilin yanvar ayının sonlarında özünə məxsus avtomobillə Ukraynadan Balakən şəhərinə gələrkən həmin toxumları da gətirib 2700 manata Məzahirə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayının əvvəllərində Balakən şəhər sakini Təqsirləndirilən şəxs ondan əkibbecərməsi üçün narkotik tərkibli çətənə bitkilərinin toxumlarını istəmiş, sonuncuya maraqlanıb bir söz deyəcəyini bildirmişdir. 2023-cü ilin yanvar ayında Balakən şəhəri ərazisində yerləşən Karvan adlı kafedə Rasim adlı tanışı ilə söhbət edərkən sonuncudan narkotik vasitə olan marixuana toxumu istəmiş, Rasim ona narkotik toxumlarını tapa biləciyini, 2700 manata 350 ədəd narkotik tərkibli çətənə bitkilərinin toxumlarının olduğunu bildirmişdir. 2023-cü ilin təxminən fervral ayında Rasimlə Balakən şəhəri ərazisində görüşərək Rasim ona 01 ədəd sellofan bükümdə 350 ədəd narkotik tərkibli çətənə bitkilərinin toxumlarını vermiş, bunun qarşılığında Rasimə 2700 manat pul vermişdir. Rasimlə ilk dəfə danışdıqdan sonra toxumları 3500 manat təşkil edə biləcəyini Məhəmmədə bildirmiş, Məhəmməd onunla görüşən zaman 3400 manat pulunun olduğunu bildirərək həmin məbləğə razılaşmaqla pulu Məhəmməddən almışdır. 2023-cü ilin fevral ayının sonlarında Məhəmmədi yaşadığı Balakən şəhərində yerləşən evinin qarşısına çağıraraq sonuncu ilə orada görüşüb 350 ədəd toxumu Məhəmmədə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 30 may 2023-cü il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib-becərməkdə şübhəli olması ilə bağlı daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupu və dəvət edilmiş aqronom-mütəxəssis ilə birlikdə saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına gedərək sonuncuya yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib-becərməkdə şübhəli olması ilə bağlı həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirib bununla bağlı qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı təqdim etmişlər. Təqsirləndirilən şəxs bununla bağlı heç bir etirazının olmadığını bildirdikdən sonra həmin evin həyətyanı sahəsinə keçirilən baxış zamanı torpağa basdırılmış halda ümumilikdə 298 ədəd olmaqla hündürlükləri 40-160 sm olan narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları aşkar edilərək çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Baxışda iştirak edən aqranom-mütəxəssis həmin bitkilərə aqrotexniki qaydada qulluq edilərək becərildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış davam etdirilən zaman sonuncu yaşadığı evin həyətyanı sahəsində əkdiyi narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərdən quruyaraq yerə tökülmüş yarpaqları zibilə atmaq üçün sellofan torbaya yığdığını bildirib həyətyanı sahədə yerləşən altıaçığın altındakı masanın üzərində olan 01 ədəd qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbaya baxdıqda içərisində 1 kq 155 qram narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkmiş olduğu narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Balakən şəhər sakini Şahid7 3400 manata aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon X3 Tədqiqatlar Qrupunun baş inspektor kriminalisti işləyən X10, Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2, X2 sahə polis nəfəri işləyən Şahid3, Post Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid4, X4 və Balakən rayon İcra Hakimiyyətinin Balakən rayon Hənifə kənd icra nümayəndəsi işləyən Şahid5 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, əri Məhəmməd 2023-cü ilin mart ayının əvvəllərində xalası qızı Ayşənin əri Məzahirdən 3400 manata aldığı sellofana bükülmüş toxumları evlərinin həyətində düzəltdiyi istixanada əkmiş, Məhəmmədin əkdiyi toxumların gül bitkilərinin toxumları olduğunu hesab etmişdir. Həmin bitkilər yetişib artıq böyüməyə başlayanda bitkilərin qoxusundan gül olmadığını başa düşmüş, bu barədə Məhəmmədə sual verdikdə sonuncu həmin bitkilərin narkotik tərkibli bitkilər olduğunu bildirmişdir. Buna görə narahat olaraq həmin bitkiləri kökündən çıxarıb həyətdən çıxarmasını Məhəmməddən xahiş etmiş, bir neçə dəfə həmin bitkiləri özü kökündən çıxarıb atmağa cəhd etsə də Məhəmməd buna imkan verməmişdir. 30 may 2023-cü il tarixdə təxminən saat 18 radələrində evlərinin həyətyanı sahəsində təmizlik işləri ilə məşğul olan zaman həyətdə olan Şam ağacının dibində 01 ədəd qara rəngli sellofan torba olduğunu görmüşdür. Həmin torbanı açıb baxanda içərisində narkotik bitkisinin yarpaqlarının olduğunu görmüş və həmin yarpaqları nə üçün saxladığını Məhəmməddən soruşduqda sonuncu həmin yarpaqları bitkilərin üzərindən yerə töküldüyünü və zibilə atmaq üçün sellofan torbaya yığdığını bildirmişdir. Həmin tarixdə saat 22 radələrində əri Məhəmməd onun həyətdən topladığı zibilləri aparıb atmaq üçün küçəyə çıxmış və bir neçə dəqiqədən sonra Məhəmməd geri qayıdanda yanında polis əməkdaşları olduğunu görmüşdür. Bundan sonra polis əməkdaşları əri Məhəmmədin yaşadıqları evin həyətində əkibbecərdiyi narkotik tərkibli bitkiləri kökündən çıxarıb kisələrə yığaraq götürmüşlər, həmçinin əri Məhəmmədin sellofan torbaya yığdığı narkotik tərkibli bitkilərin yarpaqlarını götürmüşlər. Daha sonra polis əməkdaşları həmin kisələri, sellofan torbanı və əri Məhəmmədi özləri ilə aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 31 may 2023-cü tarixli 17/429 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş hər birinin üzərinə yapışdırılmış kağızda "ünvan 3 ünvanından yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar edilmiş..çətənə bitkilərinə oxşar bitkilər.." sözləri, adlar və imzalar yazılmış 14 (on dörd) sintetik kisələrin içərisindəki ümumilikdə 298 (iki yüz doxsan səkkiz) ədəd, uzunluqları 40 sm-dən 160 sm-dək, yaş vəziyyətdə, ümumi təmiz çəkiləri - 136 kiloqram 855 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom Şahid5 31 may 2021-ci il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqədə "Balakən şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar edilmiş kütlə.." yazısı, adlar və imzalar olan sintetik kisənin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi- 1090 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olar çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 298 (iki yüz doxsan səkkiz) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 298 (iki yüz doxsan səkkiz) ədəd çətənə (kannabis) bitkiləri və 01 ədəd qara rəngli sellofan torbada olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 iyun 2023-cü il tarixli 1108 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Yaşı 65-dən yuxarı olduğuna görə məcburi mülaicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsinə dair 30 may 2023-cü il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CDdiskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evin həyətində olan hündürlükləri 40 sm-dən 160 sm-dək olan 298 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki və bir ədəd qara rəngli sellofan torbada çəkisi 1,155 kq olan narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti Başçısının Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İ-1880 nömrəli vəsiqənin surətindən görünür ki, X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2021-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş 31 may 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs əvvəli 30 may 2023-cü il saat 2215-dən hesablanmaqla saat 0140-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Balakən rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, 13 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət qanununda nəzərdə tutulmuş əməli törətməsi özünün səmimi etriafı ilə yanaşı hadisə yerinə baxış keçirilməsi istintaq hərəkəti, şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının rəyi və iş materiallarında digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1 və 237.2.3-cü maddələrinə tövsifi ilə razılaşır. Məhkəmə müdafiə tərəfinin aşkar olunmuş 1090 (min doxsan) qram narkotik vasitə qurudulmuş marixuananın yararsız olmasına dair dəlili ilə də razılaşmır və hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə bioloji ekspertizasının rəyi ilə də həmin maddələrin çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olduğu qeyd edilmiş və yararsız olması barədə heç bir qeyd aparılmamışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi, ahıl yaşda olması və oğlu X8 Müharibəsinin iştirakçısı olmaqla müvafiq medalla təltif edilməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli hüquqlarının faktiki olaraq məhdudlaşdırıldığı 30 may 2023-cü il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı hüquqlarının faktiki olaraq məhdudlaşdırıldığı 30 may 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Balakən rayon Polis Şöbəsində saxlanılan 298 (iki yüz doxsan səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 1089,9 qram tərkibində narkotik maddələr olar çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar