Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-49/2025 24.06.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi - Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Şəki Regional Vəkil Bürosunu vəkili Müdafiəçi iştirakı ilə, 06 avqust 1973-cü il tarixdə Balakən rayonu Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Balakən rayonu Qullar kəndində qeydiyyatda olmaqla faktiki Balakən şəhəri, Şahid1 küçəsi, ev 79 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qismən qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 11 mart 2024-cü il tarixdə saat 15-16 radələrində Balakən şəhərində bacısı Zərərçəkmiş şəxs oğlu Şahid1 ilə görüşdükdə sonuncu ona Həlimətin tanımadığı şəxsə “WhatsApp” proqram tətbiqi vasitəsi ilə göndərdiyi səs yazılarını dinlətdikdən sonra əsəbiləşib müvəqqəti yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə getmiş, həmin səs yazılarının pozğunluq olduğunu və onun namusunu kirlətdiyini düşünüb bacısı Zərərçəkmiş şəxs qısqanclıq zəminində öldürmək qərarına gəlmiş, evində saxladığı özünə məxsus, soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağını götürərək arxa sağ cibində gizlədərək saat 17 radələrində Həlimətin yaşadığı ünvan 3 ünvanında yerləşən evin ikinci mərtəbəsinə daxil olub yataq otağında uzanan Həlimətdən nəyə görə pozğunluq etməsinin səbəbini soruşduqdan sonra sonuncunun cavab verməsinə imkan verməyərək cibindən çıxartdığı bıçaqla sifət, sinə və qarın nahiyələrindən olmaqla həmin otaqda 3 zərbə, canını xilas etmək məqsədi ilə otaqdan qaçan Həlimətin arxasınca gedərək evin birinci mərtəbəsinə düşən pilləkənlərdə qarın nahiyyəsindən 1 zərbə, ümumilikdə 4 zərbə vuraraq qarınüstü nahiyənin sol iç hissəsindən 1 ədəd daxilə keçib nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran 1 ədəd yara, eləcə də sifətinin sağ aşağı yanaq hissəsində 1 ədəd, döş qəfəsinin sol yuxarı bayır hissəsində 1 ədəd və qarının üst nahiyəsinin sağ iç hissəsində 1 ədəd daxilə keçməyən, birlikdə və ayrı-ayrılıqda sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmiş, öz məqsədinə çatmaq üçün hərəkətlərini davam etdirərkən Azərşənin ona aktiv müqavimət göstərməsi səbəbindən Həlimətin uzaqlaşması, dərhal təcili tibbi yardım avtomobili ilə Balakən rayon mərkəzi xəstəxanasına təxliyə edilməsindən sonra orada həkimlər tərəfindən ixtisaslı tibbi yardım göstərilməsi və həyatının xilas edilməsi nəticəsində bilavasitə qəsdən adam öldürməyə yönəlmiş əməllərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla da zərərçəkmiş şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, onun bacısı Zərərçəkmiş şəxs öldürmək fikri olmamışdır. 11 mart 2024-cü il tarixdə saat 15-16 radələrində Həlimətin oğlu Azərşən onun yanına gələrək anası Həlimətin əxlaqsızlıqla məşğul olduğunu bildirmiş, amma o, Azərşənə inanmamışdır. Həmin vaxt Azərşən mobil telefonundan Həlimətin səs yazısını açaraq ona qulaq asdırmış və nə edəcəyini bilmədiyini demişdir. O, Azərşənə evə getməsini, birazdan özünün gəlib məsələni aydınlaşdıracağını bildirmişdir. Bundan sonra işlədiyi yerdən birbaşa bacısı Həlimətin evinə getmiş və onun otaqda uzandığını görmüşdür. O, Həlimətdən nəyə görə əxlaqsızlıqla məşğul olaraq onları biabır etdiyini soruşduqda sonuncu onu təhqir edərək üzərinə hücum çəkmişdr. Buna görə o, əsəbləşərək brinci bıçaq zərbəsini Həlimətin üzünə, ikinci bıçaq zərbəsini sinəsinə, üçüncü bıçaq zərbəsini isə pilləkəndə qarın nahiyəsinə vurmuşdur. O, Həlimətə dörd yox, cəmi üç bıçaq zərbəsi vurmuşdur. Məhkəmə-tibbi ekspertizasının rəyində guya Həlimətə dörd bıçaq xəsarəti yetirilməsi barədə yazılanlar həqiqət deyil. O, Həlimətin arxasınca düşüb onu izləməmişdir. Usta olduğundan hadisə baş verməmişdən əvvəl su çəkməklə məşğul olmuş və üzərində bıçaq olmuşdur. Onun Zərərçəkmiş şəxs öldürmək fikri olmamış, sonuncu onun üzərinə hücum çəkərək nalayiq ifadələr işlətdiyi üçün bu hadisə baş vermişdir. Azərşənin uşaqları hadisə baş verəndən sonra hadisə yerinə gəlmişlər. Hadisə vaxtı onu heç kim tutmamışdır. O, birinci bıçaq zəbəsini həmin an, ikinci bıçaq zərbəsini evdən çıxanda, üçüncü bıçaq zərbəsini isə pilləkənin axırında vurmuşdur. Axırıncı zərbədən sonra Azərşən gəlib yaxınlaşaraq onu Həlimətdən ayırmış və anasına “bəsdir, geri çəkil” deyə bildirmişdir. Hadisə baş verənə kimi onun bacısı Həlimətlə münasibəti olmamış, onlar bir-biriləri ilə danışmamışlar. Azərşən onları ayırmamış, sadəcə olaraq anasına geri çəkilməsini demişdir. Belə ki, o, özü geri çəkilsə də Həlimət onun üzərinə hücum çəkmişdir. Hadisəni törətdikdən sonra birbaşa polis şöbəsinə gedərək təslim olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında bir sıra ziddiyyətli məqamlar olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, 11 mart 2024-cü il tarixdə saat 15-16 radələrində Balakən şəhərində bacısı oğlu Azərşənlə rastlaşmış, sonuncu ona anası Zərərçəkmiş şəxs tanımadığı şəxslə nalayiq formada danışması ilə bağlı olan səsli mesajını göstərmiş və Həlimətin belə əxlaqsız işlərlə məşğul olduğunu bildirmişdir. O, Azərşəndən məsələnin nə olduğunu soruşduqda sonuncu mobil telefonundan Həlimətin səs yazısını açaraq ona qulaq asdırmışdır. O, həmin səs yazısında Həlimətin kiməsə “yaxşı oldu, intim əlaqə ona ləzət elədi, sinəm ağ-appaq idi” və sair bu kimi intim söhbətlər etdiyini eşitmişdir. O da Azərşənə “sən qarışma mən özüm söhbət edib aydınlaşdıracam” deyə bildirmişdir. Azərşənlə ayrıldıqdan sonra o, yaşadığı Balakən şəhəri Zərifə Əliyeva küçəsində yerləşən evinə getmişdir. Həmin vaxt əsəbi olsa da, Həliməti öldürmək niyyəti olmamışdır. Lakin evdə olan zaman bu barədə fikirləşdikdə daha da əsəbləşmiş və Həlimət onun namusunu kirlətdiyinə görə onu öldürmək qərarına gəlmişdir. Bu məqsədlə evdə olan ona məxsus qatlanıb-açılan gümüşü rəngli bıçağı götürüb saat 17 radələrində Həlimətin ünvan 3 ünvanında yerləşən evinə getmişdir. Həyətin qapısını açmış, həyətdə heç kimi görməmiş, çöldə olan pilləkənlərlə evin ikinci mərtəbəsinə qalxmış və Həlimətin girişdən soldakı otaqda yataqda uzandığını görmüşdür. O, Həlimətə yaxınlaşaraq niyə pozğunluq etdiyini soruşmuş, Həlimət isə uzandığı yerdən qalxaraq oturmuş və ona nalayiq sözlər demişdir. Utandığına görə ilkin ifadələrində Həlimətin ona cavab verməsinə imkan vermədiyini bildirmişdir. Hazırda da sonuncunun ona nələr dediyini deməyəcək. Bəlkə də Həlimət ona həmin sözləri deməsəydi onu vurmayacaqdı. Həmin sözlərdən daha da əsəbləşərək Həlimətin bu əxlaqsız hərəkətlərinə görə sonuncunu cəzalandırmaq üçün arxa sağ cibində olan qatlanan bıçağı götürərək açmış, sağ əlində saxladığı bıçağı ilə Həlimətin boyun, sinə və qarın nahiyələrindən hərəsindən bir dəfə vurmuşdur. Həlimət qışqıraraq otaqdan qaçmağa başlamış, o da Həlimətin arxasınca düşərək pilləkənlərdə bir dəfə də sonuncunun qarın nahiyəsindən bıçaqla vurmuşdur. Həmin vaxt Azərşən onu tutaraq nə etdiyini soruşmuş və onun Həliməti bıçaqlamağına imkan verməmişdir. Azərşən onu tutan zaman Həlimət qaçaraq həyətdən çıxıb getmişdir. Bundan sonra o, həyətdə olarkən əlini yumuş, cinayətin aləti olan bıçağı yuyub-yumadığını xatırlamamışdır. O, təslim olmaq qərarına gəlmiş, hadisə yerini tərk edərək təxminən 5 dəqiqə piyada getdikdən sonra qara rəngli “Vaz 2107” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə minərək Balakən Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olmuşdur. Əvvəllər Zərərçəkmiş şəxs ilə ədavəti və ya düşmənçiliyi olmamışdır. Hadisə baş verən zaman Həlimətin 1 dəfə boyun nahiyyəsinə, 1 dəfə döş nahiyəsinə və 2 dəfə qarın nahiyyəsinə vurmuşdur. İlkin ifadəsində həyəcanlı olduğundan neçə bıçaq zərbəsi vurduğunu dəqiq bildirməmiş, ona görə də otaqda vurduğu bıçaqların sayını da əksik demişdir. Həliməti bıçaqlamazdan qabaq heç kimə heç nə deməmişdir. Həliməti bıçaqlayan zaman otaqda ikisi olmuş, lakin Həliməti pilləkəndə vuran zaman Azərşənin və sonuncunun uşaqlarının hadisəni görmə ehtimalı olmuşdur. Azərşənin ona Həlimətə məxsus səs yazılarını və mesajları göstərməkdə məqsədi sadəcə ona məlumat vermək olmuşdur. Azərşən və ya başqa şəxs ona Həliməti bıçaqlayaraq xəsarət yetirməsi və ya öldürməsi üçün ona hər hansı bir xahiş, təhrik və sair etməmiş, eləcə də heç kim onu Həliməti bıçaqlamağında köməklik göstərməmişdir. Əksinə Azərşən ona mane olmağa çalışmışdır. Məmmədov X3 bıçaq zərbəsi vurmamışdır. Bundan başqa evə daxil olarkən heç kimi görməmiş, Azərşənin onun Nurgünü öpdükdən sonra evin ikinci mərtəbəsinə qalxması barədə dedikləri yalan olmuşdur (cild 1, iş vərəqə 38-39, 60-61, 87- 90, 96-97, 245-250). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 göstərdi ki, o, hadisə günü səhər işə getmiş, məktəbdə iclasda da iştirak etdikdən sonra evə gəlmiş və yemək yeyib istirahət etmək üçün uzanmış, nəvələri isə telefonla oynamışlar. Həmin vaxt Azərşənin həyat yoldaşı Vüsaləni çağırdığını eşitmiş, bundan sonra anidən hər kəsin səsi kəsilmişdir. O, uzanıqlı vəziyyətdə başını çevirən zaman dörd ilə yaxın müddətdir ki, danışmadığı qardaşı Təqsirləndirilən şəxs otaqda olduğunu görmüşdür. O, Adildən onun evində nə etdiyini soruşmuş, sonuncu bir az söz-söhbət etdikdən sonra ayağa qalxan zaman onun üz nahiyəsinə nəsə soxmuş və burmuşdur. Həmin zaman Azərşənin ona dediyi söz yadına düşmüşdür. Belə ki, Azərşən ona boğazında şah damarına bıçaqla vurub buraraq onu öldürəcəyini demişdir. Həmin an Azərşən və onun həyat yoldaşı bu hadisəyə baxıb gülmüşlər. Adil bıçağı buran zaman o, bıçağı əli ilə vurub çıxartmış və qaçmaq istəmişdir. Amma Adil yenidən onun qarın boşluğundan və sinəsindən bıçaqlamışdır. O, qışqıraraq pilləkənlərlə aşağı düşərək qonşunu çağırmışdır. Azərşən Adilin qabağına keçməmişdir. O, qonşunu köməyə çağırdığına görə Adil dayanmışdır. Adil bıçaqla onun boynuna vurduqdan sonra bıçağı burmuş, daha sonra sinəsinə və qarın boşluğuna vurmuşdur. Yataq otağında Adil ona üç bıçaq zərbəsi vurmuşdur. Həmin vaxt Azərşən otağa daxil olmuş və onun otaqdan çıxmasına imkan verməmişdir. O, bir təhər eyvana çıxıb qaçmış və pilləkənlərdə olan zaman Adil onun arxasınca gələrk qarnından bir daha vurmuşdur. Təqsirləndirilən şəxs sonuncu bıçaq zərbəsini Azərşənlə birlikdə vurmuşdur. Adil otağa girərkən o, sonuncuya qarşı nalayiq ifadələr işlətməmişdir. Onun fikrincə Adil bu cinayəti Azərşənin sifarişi əsasında törətmişdir. Onlar qeyd edirlər ki, guya bu hadisəni onun kimləsə danışdığına görə törətmişlər, amma əslində həqiqət ondan ibarətdir ki, Azərşən onu öldürməklə evə yiyələnmək istəmişdir. Təqsirlənləndirilən şəxslə barışmamışdır, onun cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşayır. 11 mart 2024-cü il tarixdə təxminən saat 17-18 radələrində həyəti yığışdıran zaman həyətin qapısı açılmış və Həlimət həyətə daxil olmuşdur. Bu vaxt Həlimətin boğazından qan axmış və sonuncu ondan kömək etməyini, təcili tibbi yardıma zəng etməyini xahiş etmişdir. O, Həlimətin boğazından qan gəldiyi üçün özünə məxsus olan qırmızı rəngli əl-üz dəsmalını sonuncuya vermiş, Həlimət dəsmalı boğazına tutduqdan sonra dərhal 103-ə zəng edib təcili tibbi yardım çağırmışdır. Bundan sonra kömək çağırmaq üçün küçəyə çıxmış, lakin küçədə heç kəsi tapmadığına görə geri qayıtmışdır. O, həyətə qayıdan zaman Həlimət həyətindən küçəyə çıxaraq öz həyətinə getmişdir. Həlimət gedən zaman o, sonuncuya təcili tibbi yardım çağırdığını deyib geri çağırsa da Həlimət geri qayıtmamış və çıxıb getmişdir. O da Həlimətin arxasınca onun evinin həyətinə tərəf gedib darvazanın ağzında dayanıb ona təcili tibbi yardımın indi çatacağını deyərək onu geri çağırmışdır. Həlimət isə gələ bilmədiyini deyərək onu öz yanına çağırmışdır. Həmin vaxt Həlimət özlərinin həyətindəki hovuzun yanında yıxılmaq üzrə olanda o, tez qaçıb Həliməti tutmuşdur. Həmin vaxt o, təcili tibbi yardıma zəng edərək tez gəlmələrini bildirmişdir. Bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobili gəlmiş və Həliməti avtomobilə mindirib xəstəxanaya aparmışlar. Həlimətə kimin xəsarət yetirməsi, hadisənin necə baş verməsi barədə onun heç bir məlumatı yoxdur. O, Həlimətin boynunda xəarət olduğunu və boynundan qan gəldiyini görmüşdür. Həlimət ondan kömək istəmiş, o da dəsmalı götürüb onun boyun nahiyyəsinə qoymuşdur ki, qan axmasın. O, Həlimətin arxasınca onların evinə gedəndə təqsirləndirilən şəxsi orada görməmiş, həmin vaxt heç kim Həlimətin üzərinə hücum etməmişdir, Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Nurəddin oğlu göstərdi ki, anası Həlimətlə evlərində həmişə prolemlər olmuş, problemsiz bir günləri belə olmamışdır. Cinayət hadisəsi anası Həlimətin əxlaqsızlığı üzündən baş vermişdir və bunu təsdiq edən səs yazıları da mövcuddur. O, dayısı Adilə gedib anası Həliməti öldürməsini deməmiş, əgər belə bir fikri olsaydı özü anasını öldürərdi. Dayısı Adilin niyyəti Həliməti öldürmək olmamışdır. O, həmin səs yazılarını eşitdikdən sonra nə edəcəyimi bilməmiş və utanautana dayısı Adilə göstərmiş, dayısı da bu məsələni özünün həll edəcəyini bildirmişdir. Dayısı Adil ona Həliməti öldürəcəyi və yaxud xəsarət yetirəcəyi barədə heç nə deməmişdir. Zərərçəkmiş şəxs dəfələrlə ona şər ataraq həbs etdirməyə çalışmışdır. Buna görə o, məcbur olub evin hər tərəfinə kamera qoydurmuşdur. O, oğluna elektron saat almış və hadisə günü həmin saatı oğluna verdikdən sonra səs-küy eşitmişdir. Həmin vaxt o, çölə çıxanda dayısının su hovuzu tərəfə getdiyini və anası Həlimətin isə dayısını təhqir edərək aşağı düşdüyünü görmüşdür. Həmin vaxt böyük oğlunun pis olduğunu görmüş və ona dərman gətirmək üçün iş yerinə getmişdir. O, geri qayıdan zaman anasını görməmiş, ona anasının təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparıldığını bildirilmişdir. Anasına məxsus səs yazılarını ona görə dayısına göstərmişdir ki, dayısı gəlib anasını başa salsın ki, belə hərəkət etmək olmaz. Bu barədə digər dayısına yox, məhz dayısı Təqsirləndirilən şəxs məlumat verməsini onunla izah edir ki, digər dayısı ilə onun yaş fərqi çox olduğuna görə və həmin dayısı əsəbi olduğuna görə ona deməkdən çəkinmişdir. Dayısı Adil onların evinə gələndə o, evdə olmuş, amma dayısının evə girməsini görməmiş, sadəcə evdən çıxdığını görmüşdür. Uşaqları aşağı çağırmaqda məqsədi oğluna saat vermək olmuşdur. Hadisə günü o, ikinci mərtəbəyə çıxmamışdır. O, anasının qan içində olduğunu görməmiş, uşağa dərman gətirib gələndən evə qayıdanda evdə qan izlərinin olduğunu görmüşdür. Həlimətin əsas məqsədi onu evdən çıxardaraq evi əxlaqsızlıq yuvasına çevirməkdir. Şahid1 Nurəddin oğlunun məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında ziddiyyətli məqamlar olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Şahid1 Nurəddin oğlu ibtidai istintaq zamanı verdiyi həmin ifadələrində göstərmişdir ki, ailəsindən savayı anası Həlimət də onlarla yaşayır. Onun Həlimətlə aralarında əvvəllər mübahisə və narazılıqlar olmuşdur. Belə ki, Həlimət onu və ailəsini evdən çıxarmaq istəmiş və aralarında olan problemin onun səbəbindən olduğunu demişdir. O, hər kəsə problemin Həlimətdə olduğunu desə də, heç kim ona inanmamışdır. Həlimətlə 3 ilə yaxın müddətdir ki, danışmır. Həlimətin özünə məxsus olan markasını bilmədiyi smartfon mobil telefonu vardır. Həmin telefonu ara-sıra nəvələri, yəni onun övladları götürüb oynatmışlar. Xalaları tez-tez onların arasında olan mübahisələr barədə Həlimətə səsli mesajlar atıb fikir bildirmişlər və Həliməti ona qarşı öyrətmişlər. O da heç kimə heç nəyi sübut edə bilmədiyi üçün oğlu Nurgünə Həlimətə gələn mesajları onun telefonuna atmağını tapşırmışdır. 11 mart 2024-cü il tarixdə saat 16:39-da o, Balakən şəhəri H.Əliyev prospektində yerləşən stomotoloji kabinetdə, iş yerində olarkən Həlimətin ***-***-**-** saylı nömrəsindən onun ***-***-**-** saylı mobil nömrəsinə “WhatsApp” vasitəsilə yazılı və səsli mesajlar gəlmişdir. O, həmin mesajlara və səslərə baxdıqda Həlimətin səsli və yazılı mesajlarla tanımadığı şəxslə intim və eşq söhbətləri etdiyini görmüşdür. Həmçinin həmin tanımadığı kişi də Həlimətə eyni qaydada səsli və yazılı mesajlar göndərmişdir. Həmin mesajlar və səs yazıları onun qeyd etdiyi nömrənin “WhatsApp” proqramında hazırda vardır. Bundan sonra o, əsəbindən neyləyəcəyini bilməmiş və iş yerini bağlayıb özünə məxsus “BMV” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayısı Təqsirləndirilən şəxs kirayə yaşadığı Balakən şəhəri Z.Əliyeva küçəsinə getmişdir. Həmin vaxt Adil küçədə olmuş, sonuncuya işi olduğunu demiş və avtomobilə əyləşməsini xahiş etmişdir. Adil avtomobilinə əyləşmiş və o, Həlimətin tanımadığı şəxslə intim və əxlaqsız mesaj və səs yazılarının bir neçəsini Adilə göstərib bu işdən məlumatlı olmasını demişdir. Adil də həmin səs yazılarına qulaq asdıqdan və mesajları oxuduqdan sonra məyus olmuş və başını yelləyib ona “sən çıx get” demişdir. O, avtomobili ilə iş yerinə gedib oradan özü üçün şəkər dərmanı götürmüşdür. Təxminən 30-40 dəqiqə orada dayandıqdan sonra avtomobili ilə yaşadığı evə gəlmiş və arvadı Şahid2 çağırmışdır. Vüsalə uşaqlarla eyvana çıxıb pilləkəndən düşmüş və birinci mərtəbədəki otağın qarşısında dayanmışlar. O, bir gün qabaq kiçik oğlu Nurgünə aldığı saatı sonuncuya vermişdir. Həmin vaxt Adil küçədən həyətə girmiş və oğlu Nurgünün üzündən öpüb birbaşa ikinci mərtəbəyə çıxmışdır. Adil yuxarı mərtəbəyə çıxmağından heç bir dəqiqə keçməmişdi ki, yuxarıdan Həlimətin qışqırıq səsini eşitmiş və tez yuxarı çıxmışdır. İkinci mərtəbənin zal otağına girəndə Həlimət və Adil zalda olmuş, həmin vaxt Həlimətin boyun nahiyəsindən qan gəlmişdir. O, otağa girən kimi Həlimət evdən eyvana çıxıb pilləkənlə aşağı qaçmışdır. Adil də Həlimətin arxasınca zaldan eyvana çıxmış və əlində olan bıçaqla Həliməti bıçaqlamaq üçün arxasınca getmişdir. Bu vaxt o, özünü ələ almış, Adilin arxasınca qaçıb arxadan sonuncunun qolundan tutmuş və qabağına keçib Adili sakitləşdirmək üçün dayanmağını deyib Adili Həlimətin dalınca getməyə qoymamışdır. Bu vaxt isə Həlimət həyətdə olan su hovuzunun yanında olmuş və küçə darvazasına tərəf getmişdir. Arvadı və uşaqları isə həyətdə olmuşlar. Həlimət isə darvazadan çıxıb getmişdir. Uşaqlar ağladığı üçün o, uşaqların yanına getmiş, bu vaxt Adil də darvazadan çıxıb getmişdir. Daha sonra böyük oğlu Toğrul böyrək xəstəsi olduğu üçün və hadisəni görüb pis olduğu üçün o, evdən çıxıb iş yerinə getmiş və Toğrula dərman götürüb geri evə qayıtmışdır. O, küçəyə çıxanda nə Həliməti, nə də Adili görməmişdir. Bundan sonra o, yenidən iş yerinə qayıtmış və orada bir-iki saat dayandıqdan sonra geri evə qayıtmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evin ikinci mərtəbəsində bıçaqlamışdır. Həmin vaxt evdə başqa heç kim olmamışdır. Lakin Həlimət qaçıb eyvana və həyətə düşəndə Şahid2, eləcə də uşaqları Toğrul və Nurgün həyətdə olmuşlar. Adil Həlimətə xəsarət yetirərkən hadisəni görməmişdir. Həlimət qaçıb eyvana və həyətə düşəndə Adilin əlində bir ədəd bıçaq olmuş və o, Həlimətin arxasınca onu bıçaqlamaq üçün getmişdir. Adilə Həlimətə məxsus səs yazılarını və mesajları göstərməkdə məqsədi sadəcə olaraq sonuncunun bu hərəkətlərindən qardaşı olaraq xəbərdar olması olmuşdur. O, bunları Adilə Həliməti bıçaqlasın və ya xəsarət yetirsin deyə göstərməmişdir. Adilə Həliməti bıçaqlayıb xəsarət yetirməsi və ya öldürməsi üçün hər hansı bir xahiş, təhrik və s. və ya ona köməklik etməmişdir. O, hadisə baş verməzdən əvvəl 10 gün olardı ki, ailə üzvləri Toğrul, Nurgün və Vüsalə ona Həlimətin onlar barəsində qohum-qonşuya “WhatsApp” proqram tətbiqi vasitəsi ilə pis ifadələr atdığını bildirmişlər. Bundan sonra o, kiçik oğlu Nurgünə Həlimətin telefonundan qonşuları Gülümzərin və Gülmirənin, xalaları Rəfiqənin və digər xalası Firəngizin mesajlarını ona atmasını tapşırmışdır. Nurgün gündəlik olaraq 11 mart 2024-cü il tarixədək həmin səs yazılarını ona atmışdır. 11 mart 2024-cü il tarixdə atdığı səs yazılarına qulaq asan zaman Həlimətin tanımadığı bir kişi ilə qeyri-etik söhbətlər etdiyinin şahidi olmuşdur. Bundan sonra Vüsaləyə zəng edərək bu səs yazılarının nə olduğunu soruşmuş, Vüsalə də ona səs yazılarının Həlimətə məxsus olduğunu, sonuncunun bir kişi ilə danışdığını bildirmişdir. Bundan sonra o, bu səs yazılarını dayısı Adilə dinlətmişdir. Onun səs yazılarını dinlətməkdə məqsədi Həliməti öldürtmək olmamışdır. O, dayısının digər bacılarını yığacağını və Həliməti başa salacağını fikirləşmişdir. Adilin Həliməti vuracağını düşünməmişdir. Hadisə baş verdikdən sonra o, həmin səs yazılarını xalası oğlu Anant Ağacayevə, xalaları Fatma, Bəsti və Arzuya, qardaşları Rövşənə və Nurşənə atmışdır. Onun 3 ilə yaxın müddətdir ki, Həlimətlə münasibəti yoxdur. Sonuncu onu və ailəsini qohum-qonşuya biabır etmişdir. Hamı problemin onda olduğunu fikirləşmişdir. Dəfələrlə Həlimətin şikayəti ucbatından polis orqanlarına çağırılmışdır. Hamısında onun doğru olduğu təsdiq olunmuşdur. Lakin heç kim ona inanmamışdır. Bundan sonra o fikiləşmişdir ki, Həlimətin onlar barəsində qonşulara və qohumlara dediklərini əldə edib günahın onda yox, Həlimətdə olduğunu sübut edə bilər. Onun həmin səs yazılarını toplamaqda və yaymaqda məqsədi Həliməti öldürtmək olmamışdır. Onun məqsədi özünün günahsız olduğunu sübut etmək olmuşdur. Ümumiyyətlə ona sonradan məlum olmuş ki, Həlimətin əsas məqsədi onu evdən çıxardaraq evi əxlaqsızlıq yuvasına çevirmək olmuşdur. O, Adili oradan götürüb evinə aparmamışdır (cild 1, iş vərəqə 52-54, 62-64; cild 2, iş vərəqə 60-63) Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, hadisə baş verən gün atası onlara elektron saat almış və onlar həmin saata baxmışlar. Daha sonra səs-küy eşitmişlər. Həmin vaxt atası “yenə bu başladı” deyərək çölə çıxmışdır. Onlar evdən çıxdıqdan sonra nənəsi Həlimət onlara qarğışlar etmişdir. Həmin vaxt qardaşının halı pisləşmiş və atası ona dərman almağa getmişdir. Onlar Təqsirləndirilən şəxs evin həyətində gördükləri vaxt o, çıxıb getmişdir. Nənəsi Həlimətin telefonundakı mesajları atasına o, göndərmişdir. Çünkü nənəsi Həlimət onların arxasınca danışmışdır. Atası ona həmin mesajları onun telefonuna göndərməsini tapşırmamışdır, o özü mesajları atasına göndərmiş, həmin mesajların məzmununu bilməmişdir. O, həmin vaxt atasının aldığı yeni saata baxmaqla məşğul olduğundan Adilin evə daxil olmasını görməmişdir. Səs-küy eşitdikdən sonra atası Azərşən ikinci mərtəbəyə çıxmamışdır. O, nənəsi Həliməti görəndə onun üzərində qan olmamışdır. Adil əlində bıçaqla nənəsinin arxasınca qaçmamışdır. Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında ziddiyyətli olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 11 mart 2024-cü il tarixdə yaşadıqları evdə olan zaman hava qaralana yaxın anası Vüsalə qardaşı Toğrulu və onu onu çağıraraq aşağı düşmələrini, atasının onları çağırdığını bildirmişdir. Aşağı düşdükdən sonra onlar atası Azərşənin ona saat aldığını görmüşlər. Təxminən beş dəqiqə sonra atasının dayısı Adil içəri girmişdir. Adil onun üzündən öpərək yuxarı qalxmış və bir dəqiqə sonra Həlimətin qışqırıq səslərini eşitmişdir. Onlar nəyin baş verdiyini başa düşməmişlər. Elə bu vaxt nənəsinin sinəsindən qan axaraq pilləkənlərdən aşağı qaçdığını, Həlimətin arxasınca isə Adilin gəldiyini görmüşdür. Bu zaman anası Vüsalə onları dərhal qırağa aparmışdır. Azərşən isə Adilin qarşısına keçərək sonuncunu saxlamış və Adilin Həliməti vurmasına icazə verməmişdir. Həlimət bundan istifadə edərək evdən çıxmışdır. 1-2 dəqiqə sonra isə Adil evdən çıxmışdır. Toğrul həddindən artıq pis olduğuna görə Azərşən dərhal dərman gətirmək üçün evdən getmiş və dərman gətirmişdir. Havanın qaralmağına az qalmışdı ki, hüquq-mühafizə orqanları onların evinə gəlmişlər. Həlimət onların barəsində qonşulara, öz bacılarına və sair şəxslərə “WhatsApp” proqram tətbiqi vasitəsi ilə nalayiq sözlər dediyindən o, Vüsalə və qardaşı bu barədə Azərşənə məlumat vermişlər. Atası hadisə baş verməzdən təxminən 10 gün əvvəl ona Həlimətin telefonunda olan səs yazılarını ona atmasını və nənəsinin xəbəri olmasın deyə çatı silməyini tapşırmışdır. O, gündəlik olaraq atası Azərşənin dediyini etmiş, nənəsinin mesajlarını atasının “WhatsApp” proqram tətbiqinə göndərmiş və çatı silmişdir. Hadisə baş verən gün Həlimətin kontaktında “Bb” kimi qeydiyyatda olan şəxslə olan mesajlar nənəsinin kontaktında sonuncu danışdığı adam olduğu üçün o, həmin mesajları da atasına göndərmək qərarına gəlmiş və göndərmişdir. Lakin həmin səs yazılarına qulaq asmamışdır. Bundan sonra isə o, bu barədə anası Vüsaləyə və qardaşı Toğrula məlumat vermişdir. Vüsalə ilə Toğrulun danışığından başa düşmüşdür ki, həmin şəxslə nənəsi sevgi söhbətləri etmişdir. O, həmin vaxt Həlimətin telefonundan atası Azərşənlə olan çatı silmədiyi üçün onlar qərara gəlmişlər ki, Azərşənin belə şeyləri görməsi düzgün deyil. Ona görə Azərşənlə olan çatdan həmin səs yazılarını silmişlər. Lakin Azərşənin telefonunda “WhatsApp+” proqramı olduğu üçün silinmiş mesajları açıb oxuya bilmişdir. Bundan sonra atası Azərşən anası Vüsaləyə zəng edərək bu səs yazılarının nə olduğunu soruşmuş, anası da həqiqəti danışmışdır. Atası ondan qonşuları Gülümzərin və Gülmirənin, Həlimətin bacıları Rəfiqənin və Firəngizin mesajlarını göndərməsini tələb etmişdir. Azərşənin həmin səs yazılarını əldə etməkdə məqsədi ilk olaraq başqa şəxslərin onlar barəsində dediklərini öyrənmək olmuşdur. Bundan başqa isə atası Azərşənin uzun illərdir ki, Həlimətlə münasibəti pis olmuş və hər kəs bunun səbəbkarının atası olduğunu düşünmüşdür. Ona görə də Azərşən həmin səs yazılarını toplayaraq hamıya problemin onda yox, Həlimətdə olduğunu sübut etməyə çalışmışdır. Atası Azərşənin nənəsi Həliməti öldürtmək kimi bir niyyəti olmamışdır (cild 2, iş vərəqə 47-50) Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, hadisə baş verməmişdən öncə atası evə gəlmiş və onlara elektron saat almışdı. O, qardaşı ilə birlikdə saata baxmaqla, anası isə yemək bişirməklə məşğul olmuşdur. Bir müddət sonra səs-küy gəlməyə başlamış və atası çölə çıxaraq nənəsi Həlimətə “bəsdir bizi biabır edirsən” deyə bilmişdir. Daha sonra onlar hamısı çölə çıxmış və həmin vaxt nənəsi onlara qarğış etməyə başlamışdır. Onlar həmin vaxt Adilin həyətdən çıxıb getdiyini görmüşlər. Həmin vaxt onun halı pisləşdiyi üçün atası ona dərman almağa getmişdir. Daha sonra qonşular gəlmiş və nənəsi Həliməti xəstəxanaya aparmışlar. Qardaşı Nurgün nənəsi Həlimətin telefonundakı mesajları atası Azərşənə göndərmişdir. Belə ki, nənəsi Həlimət onların arxasınca danışdığı üçün atası həmin mesajların ona göndərməsini istəmişdi. O, hadisə günü atasının dayısı Adilin evə gəldiyini görməmişdir. Hadisə vaxtı onun atası Azərşən evin ikinci mərtəbəsinə çıxmamışdır. Hadisə vaxtı nənəsinin vəziyyəti yaxşı olmuş, o, nənəsinin al-qan içində olduğunu görməmişdir. Şahid5 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyətl olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində qardaşı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verərək nənəsi Həlimətin sinəsindən qan axaraq pilləkənlərdən aşağı qaçdığını, Adilin Həlimətin arxasınca gəldiyini, atası Azərşənin Adilin qarşısına keçərək onu saxladığını və Həliməti vurmasına icazə vermədiyini göstərmişdir (cild 1,iş vərəq 38-41). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, hadisə vaxtı onlar aşağı otaqda olmuşlar. Həmin vaxt həyat yoldaşı Azərşən elektron saat alıb gəlmişdir. Bu zaman evin ikinci mərtəbəsindən səs-küy gəldiyini eşidərək çölə çıxmışlar və Azərşənin dayısı Adilin hovuzun yanında olduğunu, qaynansı Həlimətin isə Adilin arxasınca nalayiq sözlər deyərək gəldiyini görmüşlər. O, Təqsirləndirilən şəxs evə gəldiyini və evin ikinci mərtəbəsinə qalxdığını görməmişdir. Adilin Azəşəndən əvvəl yoxsa sonra gəldiyini bilmir. Adili onların evinə Azərşən gətirməmişdir. Azərşən evə gələndə onu çağırmış və uşağa saat vermişdir. Hadisə vaxtı Azərşən evin ikinci mərtəbəsinə qalxmamışdır. Həlimət həmişə onların arxasınca danışdığı üçün Azərşən həqiqəti üzə çıxarmaq üçün uşağa tapşırmışdı ki, Həlimətin telefonundakı mesajları ona göndərsin. Qaynanası Həlimətlə həmişə aralarında problem olmuş, sonuncu onun və həyat yoldaşı Azərşənin barəsində polisə şikayət etmişdir. Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 onun əridir. Onlar Zərərçəkmiş şəxs ilə birlikdə yaşayırlar. Onların Həlimətlə aralarında əvvəllər mübahisə və narazılıqlar olmuşdur. Həlimət onları evdən çıxarmaq istəmiş və aralarında olan problemin əri səbəbindən olduğunu demişdir. Ümumiyyətlə əri 3 ildir ki, Həlimətlə danışmır. Həlimətin özünə məxsus olan smartfon mobil telefonu vardır. Həmin telefonu ara-sıra onun övladları götürüb oynatmışlar. 11 mart 2024-cü il tarixdə saat 16:50 radələrində oğlu Nurgün ona “ay ana mən çaşıb səhvən nənəmin mesajlarını atamın telefonuna yollamışam” demişdir. Bu vaxt əri Azərşən ona zəng edib “bu nə mesajlardır” deyə soruşmuşdur. O da heç nə bilmədiyini demiş və telefonu söndürmüşdür. Bundan sonra o, oğlu Nurgündən Həlimətin telefonunu alıb baxdıqda göndərilən səs yazıları və mesajlarda sonuncunun tanımadığı bir kişiylə əxlaqsız və intim formada danışıqlarının olduğu görmüşdür. Ancaq bu barədə heç kimə heç nə deməmişdir. Bundan təxminən 20-30 dəqiqə sonra o, evin ikinci mərtəbəsində uşaqlarla olan zaman əri Azərşən həyətdən onu və uşaqları səsləmiş və onlar aşağı düşmüşlər. Onlar aşağı mərtəbədə olan zaman Azərşənin dayısı Adil həyətə girmiş və onlara yaxınlaşıb pilləkənlərdən yuxarı qalxmışdır. Bu vaxt o, uşaqlar və Azərşən aşağıda mətbəxtin qarşısında dayanmışdır. Adil ikinci mərtəbəyə qalxdığından bir dəqiqə keçməmişdi ki, onlar yuxarıdan Həlimətin qışqırıq səsini eşitmişlər və Azərşən tez yuxarı çıxmışdır. O da Azərşənin arxasınca baxanda Həlimət arxasınca da qardaşı Adilin əlində bıçaqla eyvana çıxdıqlarını görmüşdür. Həlimətin boyun nahiyəsindən qan gəlmişdir. Həlimət pilləkəndən düşüb qaçmaq istəyəndə Adil də arxasınca gəlmək istəmiş, lakin Azərşən Adilin qabağına keçib sonuncunu sakitləşdirmək üçün dayanmağını deyib Adili Həlimətin dalınca getməyə qoymamışdır. Bu vaxt isə Həlimət də həyətdə olan su hovuzunun yanına düşmüş və küçə darvazasına tərəf getmişdir. O, uşaqlarla birlikdə həyətdə evin böyrünə keçmişdir. Həlimət isə darvazadan çıxıb getmişdir. Uşaqlar ağladığı üçün Azərşən uşaqların yanına gəlmiş və bu vaxt Adil də darvazadan çıxıb getmişdir. Böyük oğlu Toğrul hadisəni görüb pis olduğundan Azərşən evdən çıxıb getmiş və bir müddət sonra dərman götürüb geri evə qayıtmışdır. Azərşən evdə olmayan vaxt aralığında qonşuda yaşayan adının Sevinc olduğunu bildiyi təzə kirayəçi Həliməti gətirib həyətə gəlmiş, həmin vaxt sonuncunun əlində boğazına tutduğu qırmızı əski olmuşdur. Bu vaxt qonşu təcili tibbi yardıma zəng elədiyini demişdir. O da yola qaçıb küçəyə gələn təcili tibbi yardım maşınına evi göstərmiş və tibb işçiləri Həliməti xəstəxanaya aparmışlar. Adil Həliməti evin ikinci mərtəbəsində bıçaqlamışdır. Həmin vaxt onlar evin içərisində tək olmuşlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlayacağı barədə əvvəlcədən məlumatı olmamışdır (cild 1, iş vərəqə 57-59, 65-67; cild 2, iş vərəqə 51-54). Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, hadisə günü o, evə gələn zaman həyat yoldaşı Adilin harasa getməyə hazırlaşdığını görmüşdür. Adildən hara getdiyini soruşduqda sonuncu ona qardaşının onu çağırdığını, axşam iftara gələcəyini bildirmişdir. Axşam radələrində Adilin Rusiyada yaşayan digər bacısı ona zəng edərək Adilin bacısı Həlimətə xəsarət yetirdiyini bildirmişdir. Hadisə barədə heç nə bilmir, Adilin belə bir hadisə törədəcəyi barədə onun əvvəlcədən məlumatı olmamış, sonuncu bu barədə ona heç nə deməmişdir. Təxminən hadisədən beş gün sonra qohumlardan Azərşənin gəlib Adili apardığını eşitmişdir. Buna görə, həm də hadisənin təsirindən stressdə olduğundan Azərşənin Adili aparması barədə baldızı Rəfiqəyə səs atmışdır. O, hadisə günü evə gələn zaman Adil evdə tək olmuş, həmin vaxr nə Azərşəni, nə də onun avtomobilini məhəllərində görməmişdir. Adil evdən çıxan zaman Azərşənin onu gözləməsi və ya Azərşənin gəlib-getməsi barədə ona heç nə deməmişdir. Adil və Həlimət küsülü olmuşlar, Adilin sonuncu dəfə Həlimətin evində nə zaman olduğunu bilmir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Balakən rayon Polis Şöbəsinin məsul növbətçisi Elçin Əyyubov tərəfindən tərtib edilmiş 11 mart 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 18:00 radələrində Sayılov X6 rayon X9 Hissəsinə gəlib üzərində olan bir ədəd gümüşü rəngli açılıb-bağlanan bıçağı təqdim edərək bacısı Həlimə adlı şəxsi bıçaqladığını bildirmişdir (cild 1, iş vərəqə 3). Balakən rayon Polis Şöbəsinin müstəntiqi Ayxan Cəlilov tərəfindən tərtib edilmiş 11 mart 2024-cü il tarixli “təqsirini boynuna almaqla könüllü gəlmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10-da Balakən rayon Polis Şöbəsinə gələrək 11 mart 2024-cü il tarixdə saat 17 radələrində Balakən şəhərində yaşayan bacısı Zərərçəkmiş şəxs sonuncunun yaşadığı evdə xəsarət yetirdiyini və cinayəti törətdiyi bıçağı özü ilə gətirdiyini bildirmişdir (cild 1, iş vərəqə 6). Əşyanın könüllü təqdim edilməsi, götürülməsi və baxış keçirilməsi haqıında 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10-da könüllü olaraq Balakən rayon Polis Şöbəsinə gəlib Balakən şəhər sakini olan bacısı Zərərçəkmiş şəxs bir ədəd qatlanan bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmiş və həmin bıçağı təqdim etmişdir. Həmin bıçağa baxış zamanı müəyyən olunmuşdur ki, bıçaq qatlanıb açılan bıçaqdır, gümüşü-sarı rəngli dəmir materialdan tiyəsi var, ümumi uzunluğu 25 sm, tiyəsinin uzunluğu 13 sm, kəsici hissəsinin uzunluğu 12 sm-dir. Bıçağın kəsici hissəsinin və tiyəsinin üzərində qana bənzər ləkələr olması müəyyən edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 7-9). Hadisə yerinə baxış keçirilməsi haqqında 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs İsrəfil qızının ikimərtəbəli evdə yaşadığını və sonuncunu həmin evdə bıçaqladığını bildirmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edimişdir ki, Adilin Həliməti bıçaqlayaraq xəsarət yetirdiyi ev iki mərtəbəli həyət evidir. Evin həyətinin dəmirdən giriş darvazası vardır. Həyətə daxil olduqdan sonra sol istiqamətdə iki mərtəbəli yaşayış evi mövcuddur. Evin ikinci mərtəbəsinə sağdan sola doğru istiqamətdə pilləkənlər qalxır. Evin ikinci mərtəbəsində girişdə eyvan (beton) vardır. Zal otağa daxil olduqda sol tərəfdə otağın boş hissəsində taxta qapısı olan bir ədəd otaq mövcuddur. Həmçinin digər istiqamətdədə otaqlar vardır. Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs bıçaqladığı, Zərərçəkmiş şəxs hadisədən əvvəl olduğu otaq zal otağın giriş qapısından solda, zalın baş hissəsində yerləşən taxta qapılı otaqdır. Hadisə yerinə baxış keçirildikdə zal otağın giriş qapısından 3.40 metr otağın içərisinə istiqamətdə yerdə üzərində qan ləkələri olan 01 ədəd şabalıdı rəngli yaylıq vardır. Həmin yaylığın əhatə etdiyi yer 55x60 sm ölçüdədir. Yaylıqdan hadisənin başladığı otağa məsafə 160 sm-dir. Hadisənin baş verdiyi Zərərçəkmiş şəxs otağının giriş qapısında yerdə 30x25 sm ölçüdə qan ləkələri vardır. Həmin qapının girişindən 110 sm məsafədə otağın içərisində yerdə 50x20 sm ölçüdə qan ləkələri vardır. Zal otağın giriş qapısında 50x20 sm əhatəli ölçüdə qan ləkələri vardır. Giriş qapısından eyvana doğru 110 sm məsafədə 40x36 sm ölçüdə qan ləkələri vardır. Zal otağın giriş qapısında 50x 20 sm əhatəli ölçüdə qan ləkələri vardır. Giriş qapısından eyvana doğru 110 sm məsafədə 40x36 sm ölçüdə qan ləkələri vardır. Zal otağın giriş qapısından 60 sm eyvana doğru məsafədə 5x2 sm ölçüdə qan ləkələri vardır. Hadisə yerinə baxış zamanı Balakən RPŞ-nin kriminalisti tərəfindən aşkar olunmuş qan ləkələrində və hissəciklərindən müvafiq nümunələr götürülmüşdür. Hadisə yerinə baxış zamanı hadisənin baş verdiyi yeri, evin otaqlarını, evin həyətini çəkən işlək videokameraların və digər müşahidə cihazlarının olmadığı müəyyən edilmişdir. Hamçinin hadisə yerinə baxış zamanı hadisənin başladığı Zərərçəkmiş şəxs otağından üzərində qana bənzər ləkələr olan 01 ədəd açıq yaşıl rəngli adyal, 01 ədəd üzərində qana bənzər ləkələr olan ağ rəngli yorğan üzü, bundan başqa hadisənin baş verdiyi zal otaqda yerdə olan, üzərində qanabənzər ləkələr olan 01 ədəd şabalıdı rəngli yaylıq qablaşdırılıb götürülmüşdür. Bundan başqa hadisə yerinə baxış zamanı evin ikinci mərtəbəsinə qalxan pilləkənlərin üzərində də qan ləkələrinin olması müəyyən edilmişdir. Həmçinin evin həyətinə baxış keçirildikdə həyətdə yerləşən dairəvi formalı hovuzun (su), yanında 01 ədəd qırmızı rəngli əski (dəsmal) olduğu və üzərində qana bənzər kisəcik və ləkələrin olması müəyyən edilmişdir. Həmçinin həmin yerdə hovuzun yanında da qan ləkələrinin olması müəyyən edilmişdir. Baxış zamanı üzərində qanabənzər ləkələr olan bir ədəd yaylıq, bir ədəd adyal, bir ədəd dəsmal, bir ədəd yorğan üzü və qan nümunələri götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 10-19). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs və Şahid1 arasında, eləcə də Zərərçəkmiş şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzünə qarşı deyərək deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 202-205; cild 2, iş vərəqə 6-8, 25-26). X2 mobil telefonunda olan “WhatsApp” proqram tətbiqinə baxış keçirilməsi haqqında 19 iyun 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə olunmuş diskdən görünür ki, Şahid1 Nurəddin oğlunun mobil telefonunda ola “WhatsApp” proqramına anası Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrəsindən 79 ədəd səs yazısı yönləndirilmişdir. Həmin səsə yazılarında Zərərçəkmiş şəxs sevgi məzmunlu mesajlarının olduğu müəyyən olunmuşdur (cild 2, iş vərəqə 74-97). Məhkəmə-tibbi ekspertizasının 13 mart 2024-cü il tarixli, 76 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs İsrəfil qızının məhkəmə tibbi müayinəsinə zamanı onun qarınüstü nahiyənin sol iç hissəsindən 01 ədəd daxili keçib nazik bağırsağın zədələnməsi ilə müşaiyət olunan 01 ədəd yara, sifətinin sağ aşağı yanaq hissəsində 01 ədəd, döş qəfəsinin sol yuxarı bayır hissəsində 01 ədəd, qarınüstü nahiyənin sağ iç hissəsində 01 ədəd daxilə keçməyən yara aşkar edilmişdir. Həmin xəsarətlər iti əşyanın (əşyaların), alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 11 mart 2024-cü ildə yetirilə bilərdilər. Dərəcələrinə görə qarınüstü nahiyənin sol iç hissəsindən 01 ədəd daxili keçib nazik bağırsağın zədələnməsi ilə müşaiyət olunan 01 ədəd yara onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Sifətinin sağ aşağı yanaq hissəsində 01 ədəd, döş qəfəsinin sol yuxarı bayır hissəsində 01 ədəd, qarınüstü nahiyənin sağ iç hissəsində 01 ədəd daxilə keçməyən yara isə birlikdə və ayrı-ayrılıqda onun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd edilmiş xəsarətlər ekspertizaya təqdim edilmiş bıçağın kəsici hissəsinin təsirindən əmələ gələ bilərdilər (cild 1, iş vərəqə 75-77). Məhkəmə-tibbi ekspertizasının 13 mart 2024-cü il tarixli, 75 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun sağ əlin ikinci barmağının arxa dırnaq falanqası nahiyəsində 01 ədəd səthi yara, sağ ağız bucağında 01 ədəd, burnunda yuxarı ön səthdə 01 ədəd çapıqlar aşkar edilmişdir. Sağ əlin ikinci barmağının arxa dırnaq falanqası nahiyəsində 01 ədəd səthi yara iti əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarət ekspertizaya təqdim edilmiş bıçağın kəsici hissəsinin təsirindən əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs sağ ağız bucağında və burnunda yuxarı ön səthdə yerləşən çapıqlar (deməsinə görə, 20-25 il əvvəl avtoqəza nəticəsində alıb) hər hansı bir yaraların nəticəsi olub, müayinədən 1,5 ildən əvvəl əmələ gəlməyə uyğun gəlirlər (cild 1, iş vərəqə 73-74). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 02-Ə nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs İsrəfil qızının məhkəmə tibbi müayinəsinə zamanı onda qarınüstü nahiyənin sol iç hissəsindən 01 ədəd daxili keçib nazik bağırsağın zədələnməsi ilə müşaiyət olunan 01 ədəd yara, sifətinin sağ aşağı yanaq hissəsində 01 ədəd, döş qəfəsinin sol yuxarı bayır hissəsində 01 ədəd, qarınüstü nahiyənin sağ iç hissəsində 01 ədəd daxilə keçməyən yara aşkar edilmişdir. Həmin xəsarətlər iti əşyanın (əşyaların), alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2024-cü ildə yetirilə bilərdilər. Dərəcələrinə görə qarınüstü nahiyənin sol iç hissəsindən 01 ədəd daxili keçib nazik bağırsağın zədələnməsi ilə müşaiyət olunan 01 ədəd yara onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Sifətinin sağ aşağı yanaq hissəsində 01 ədəd, döş qəfəsinin sol yuxarı bayır hissəsində 01 ədəd, qarınüstü nahiyənin sağ iç hissəsində 01 ədəd daxilə keçməyən yara isə birlikdə və ayrı-ayrılıqda onun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd edilmiş xəsarətlər ekspertizaya təqdim edilmiş bıçağın kəsici hissəsinin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs İsrəfil qızının qarın nahiyəsində yuxarıdakı xəsarətlərdən əlavə cərrahi əməliyyata uyğun olaraq nazik bağırsağın zədələnməsinə görə cərrah tərəfindən dəri səthindən kəsilərək qarın boşluğuna salınmış 02 ədəd drenaj borucuq yarasının çapıqları vardır (cild 2, iş vərəqə 21-24). Maddi sübutların məhkəmə-tibbi bioloji ekspertizasının 26 aprel 2024-cü il tarixli, 191/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs İsrəfil qızının ABO sistemi üzrə qrup göstəricisi: Abeta\H\İl).-dır. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(İ) (sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən). Zərərçəkmiş şəxs məxsus trusik, ipli mayka, bel bagı, uzunqol xalat va qolsuz jilet, Təqsirləndirilən şəxs məxsus uzunqol pencək və uzunqol kofta, hadisə yerindən götürülmüş qadın şərfi, yorğan üzü, adyal, əl-üz dəsmalı, beş ədəd çubuqlu pambıq tampona hopdurulmuş maddə ləkəsi və bir ədəd qatlanan bıçaq üzerində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə "A" va "H" antigenləri, Zərərçəkmiş şəxs məxsus trusik, ipli mayka, bel bağı və uzunqol xalat, hadisə yerindən götürülmüş qadın şərfi və beş ədəd çubuqlu pambıq tampona hopdurulmuş maddə ləkəsi üzərində həmçinin beta aqqlyutinini de alınmışdır. Bu qan ləkələri Abeta/H/lİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin O(l) qruplu Təqsirləndirilən şəxs da (əgər onda hadisə zamanı qanaxma ila müşahidə olunan xəsarətlər olmuşdursa) qarışmış qanının olması mümkündür. Təqsirləndirilən şəxs şalvarı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (cild 1, iş vərəqə 162-170). Maddi sübutların məhkəmə-tibbi kriminalistik ekspertizasının 29 aprel 2024-cü il tarixli, 134/2024-MTKŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus xalat, mayka, bandajın ön hissəsində solda 01 (bir) ədəd; xalat, mayka, bandajın ön hissəsində ortada 01 (bir) ədəd; xalat ve maykanın ön hissəsində solda yuxarıda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ucu, ülgücü ve küpü olan yastı tiyə tipli deşici-kəsici alət (alətlərin) tiyəsinin təsirinden əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrə əsasən, onlar yetirilən anda zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi, deşici-kəsici alətin ucu zədə mərkəzinə yönəlmiş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs məxsus xalat,mayka, bandajın ön hissəsində solda 01 (bir) ədəd; xalat, mayka, bandajın ön hissəsində ortada 01 (bir) ədəd; xalat va maykanın ön hissəsində solda yuxarıda 01(bir) ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin qarınüstü nahiyənin sol iç hissəsindən 01 ədəd, döş qəfəsinin sol yuxarı bayır hissəsində 01 ədəd, qarınüstü nahiyənin sağ iç hissəsində 01 ədəd olan deşilmiş-kəsilmiş yaralar ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Sifətinin sağ aşağı yanaq hissəsində olan yara paltarlarda öz əksini tapmamış, bu da paltarları həmin nahiyəni örtməməsi ilə izah olunur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağıdır və soyuq silah hesab edilmir (cild 1, iş vərəqə 171-177). Məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 06 aprel 2024-cü il tarixli, 224 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri sübut edir. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam dərk etmişdir, o, hazırda da öz hərəkətlərini tam dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hər hansı ruhi (psixi) xəstəlik əlamətləri aşkar olunmamışdır, onun məcburi müalicə tədbirlərinin tətqiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyilli deyil, cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Keçirdiyi emosional halın yaranma səbəblərindən biri bacısı Zərərçəkmiş şəxs “pis yola” düşməsi düşüncəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 1, iş vərəqə 178-181). “Balakən Rayon Mərkəzi Xəstəxanası” X11 14 mart 2024-cü il tarixli, 18-1-27/2- 191/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsində həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında yoxdur (cild 1, iş vərəqə 111). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, iş vərəqə 136-137). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmayan cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxsi öldürmək niyyətində olmamasına, zərərçəkmiş şəxsə dörd deyil, üç bıçaq zərbəsi yetirməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Məhkəmə hesab edir ki, təqsirlıəndirilən şəxs Təqsirləndirilən şəxs özü ilə bıçaq götürüb Zərərçəkmiş şəxs evinə gedərək onun həyati vacib orqanları istiqamətində dörd dəfə bıçaq xəsarəti yetirməsi onun niyyətinin məhz zərərçəkmiş şəxsi öldürmək olduğunu təsdiq edir. Təqsirləndirilən şəxs, eləcə də şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid5 ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri sübut kimi qəbul edir. Məhkəmə şahidlər Şahid1, Şahid2, onların azyaşlı uşaqları Şahid4 və Şahid5 məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır və bir ailənin üzvləri olmaqla Zərərçəkmiş şəxs ilə münasibətləri pis olan həmin şahidlərin məhkəmədə verdikləri ifadələrini qohumları Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qəbul edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində qeyd edilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmə cinayətinə görə doqquz ildən on dörd ildək ilədək müddətə azadlıqdan məhrum etmə məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 59.1.10-ci maddəsində (şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə) nəzərdə tutulmuş hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 9-cu bəndində göstərilmişdr ki, cinayətə cəhdə görə cəza təyin edilərkən, təyin olunası cəza müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar Cinayət Məcəlləsinin 63.3-cü maddəsi ilə müəyyən edilən qaydaya əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Həmin tövsiyəyə əsasən, başa çatmamış cinayətə - cinayət etməyə cəhdə görə cəza Cinayət Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən, daha ciddi cəza növünün son həddinin dörddə üçü, qanunla cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə cəhdə görə cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Balakən rayon Məhkəməsinin 13 mart 2024-cü tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 11 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəq 32, 107-109). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Balakən rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş buskalter, bel bandajı, tünd bənövşəyi rəngli uzunqol xalat, Təqsirləndirilən şəxs əynində olan bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli uzunqol kofta və bir ədəd boz rəngli pencək, hadisə yerindən götürülmüş bir ədəd sarı rəngli adyal, bir ədəd ağ rəngli yorğan üzü, bir ədəd şabalıdı rəngli qadın yaylığı, bir ədəd qırmızı rəngli dəsmal, hadisə yerində qanabənzər ləkələrdən götürülmüş beş ədəd ayrı-ayrı qablaşdırmada olan qanabənzər nümunələr və bir ədəd gümüşü-sarı rəngli qatlanan bıçaq məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 11 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Balakən rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş buskalter, bel bandajı, tünd bənövşəyi rəngli uzunqol xalat, Təqsirləndirilən şəxs əynində olan bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli uzunqol kofta və bir ədəd boz rəngli pencək, hadisə yerindən götürülmüş bir ədəd sarı rəngli adyal, bir ədəd ağ rəngli yorğan üzü, bir ədəd şabalıdı rəngli qadın yaylığı, bir ədəd qırmızı rəngli dəsmal, hadisə yerində qanabənzər ləkələrdən götürülmüş beş ədəd ayrı-ayrı qablaşdırmada olan qanabənzər nümunələr və bir ədəd gümüşü-sarı rəngli qatlanan bıçaq məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-49/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-49/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver