Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-5/2022 04.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X20, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri X32, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Ağdaş rayonunun Ləki qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Ağdaş rayonu Ləki qəsəbəsi Sabir küçəsi 20-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 fevral 2021-ci il tarixdə saat 23 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə etməməli, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, idarə etdiyi “Mercedes-Benz C-180” markalı avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli, avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməmiş, alkoqollu içkilərdən qəbul edərək orta dərəcəli sərxoş halında etibarnamə olmadan idarə etdiyi boz rəngli **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes-Benz C-180” markalı avtomobillə Ağdaş-Ləki avtomobil yolunun 5-ci kilometrliyində Ləki qəsəbəsi istiqamətində maksimum icazə verilən hərəkət sürəti 70 km/saat olan yol şəraitində avtomobili 120-130 km/saat sürətlə idarə edib idarə etdiyi avtomobili əks hərəkət zolağına çıxartmış və avtomobilin qabaq sol hissəsi qarşıdan əks istiqamətdə öz yolu ilə hərəkətdə olan sürücü Ağdaş şəhəri, İstiqlal küçəsində qeydiyyatda olmaqla yaşayan 02.01.1984-cü il təvəllüdlü X12 idarə etdiyi qırmızı rəngli VAZ-2107 markalı avtomobillə toqquşmuş, nəticədə VAZ- 2107 markalı avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Ağdaş şəhəri, İstiqlal küçəsində qeydiyyatda olmaqla yaşayan xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 sol mil və dirsək sümüklərinin açıq yerdəyişmiş sınıqları, sol İ-İİ-İİİ-İV dişlərin sınıb düşməsi, hər iki əng sümüyünün, burun sümüyünün sınıqları, hər iki göz qapaqlarının yaraları kimi ehtiyatsızlıqdan az ağır xəsarətlər almasına, həmçinin, VAZ-2107 markalı avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Ağdaş şəhəri, İstiqlal küçəsində qeydiyyatda olmaqla yaşayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 sol əng sümüyünün sınığı, alın təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi və dərialtı hematoması, (şişkinliyi), sol üst göz qapağının yarası, sol gözətrafı nahiyənin,sol almacıq nahiyəsinin yumşaq toxumalarının əzilməsi kimi ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, “Mercedes-Benz C-180” markalı avtomobilin qabaq hissəsində əyləşmiş sərnişin Zərərçəkmiş şəxs3 sağ bazu sümüyünün başının böyük burmasının yerdəyişmiş sınığı, sağ bazu oynağının çıxığı, üzün sıyrıqları kimi ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, VAZ-2107 markalı avtomobildə olan sürücüsü X15 boyun fəqərələrinin sınığı, başın alın nahiyəsinin yumşaq qatının iç səthinə qansızma, burun sümüklərinin sınığı, sağ bazu sümüyünün aşağı 1/3-nin, sol baldır sümüklərinin aşağı 1\3nin qapalı sınıqları, sağ diz oynağının ön səthinin, sağ baldırın orta 1/3-nin iç səthinin geniş yaraları, döş qəfəsinin sağ ön aşağı nahiyəsinin, sağ qarın nahiyəsinə keçən sıyrığı, sol baldırın orta 1/3-nin ön səthinin sıyrığı, sol qabırğaaltı nahiyənin sıyrığı, alın nahiyəsinin qançırı kimi sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və həmin xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə, avtomobilin qabaq hissəsində əyləşmiş sərnişin Ağdaş şəhəri, İstiqlal küçəsində qeydiyyat olmaqla yaşayan 07.12.1961-ci il təvəllüdlü X13 ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə ənsə nahiyəsinə qansızma, ənsə nahiyəsinin yarası, sol said sümüklərinin yuxarı 1/3-nin qapalı sınığı, sağ said sümüklərinin aşağı 1/3-nin açıq sınığı, sol bud sümüyünün aşağı 1/3-nin qapalı sınığı, başın ənsə nahiyəsinin yarası, sağ budun aşağı 1/3-nin ön səthinin, sağ diz oynağının ön səthinin, sağ çiyin nahiyəsinin, çənəaltı nahiyənin, sol körpücükaltı nahiyənin, sol baldırın orta 1/3-nin ön səthinin sıyrıqları kimi sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və həmin xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə, avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Ağdaş şəhəri, İstiqlal küçəsində qeydiyyat olmaqla yaşayan 09.10.2008-ci il təvəllüdlü X8 ağır qapalı kəllə beyin travması, beynin sərt qisası altına beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə alın təpə nahiyəsində qansızma, alın təpə nahiyəsinin qançırı, alt çənə sümüyünün sol bazu sümüyünün aşağı 1/3-nin, sol bud sümüyünün aşağı 1/3-nin qapalı sınıqları kimi sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və həmin xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə səbəb olmuş, yəni, ehtiyatsızlıqdan 3 şəxsin ölümünə və 3 şəxsin az ağır xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 fevral 2021-ci il tarixdə saat 24 radələrində Ağdaş şəhərində "xxxx" ASC-nin bankomatından pul çıxardıqdan sonra dostu Ağdaş rayonu, Ləki qəsəbə sakini Zərərçəkmiş şəxs3 ilə birlikdə idarə etdiyi boz rəngli “Mercedes Benz” C-180 markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Ləki qəsəbəsinə gedərkən yolunun 6-7-ci km-nə yaxınlaşan zaman qarşı yoldan hərəkət edən markasını və nömrəsini görmədiyi avtomobil qəfildən onun idarə etdiyi hərəkət zolağına çıxmış, dərhal tormoz əyləcinə basaraq avtomobili saxlamağa çalışmışdır. Lakin toqquşma baş vermiş, qəzadan sonra yaddaşında heç nə qalmamış, ancaq xəstəxanada ayılmışdır. Yolda sürət həddi 70 km/saat olmuş, lakin o, 120-130 km/saat sürətlə hərəkət etmişdir. Həmin vaxt Xəzanla birlikdə az miqdarda spritli içki qəbul etmiş, hadisə o, əyləci basan anda baş vermişdir. Qarşıdan gələn avtomaşın təxminən 4-5 metr qalmış onun yoluna çıxmış, o, idarə etdiyi avtomaşınla öz hərəkət yolunda olmuşdur. Sonradan qarşı tərəfdən gələn avtomaşının Ağdaş şəhər sakini X12 idarə etdiyi qırmızı rəngli VAZ-2107 markalı avtomobil olduğunu və avtomaşında olan şəxslərdən sürücü və iki nəfər şəxsin öldüyünü və iki nəfər şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bilmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 06 fevral 2021-ci il tarixdə evdən çıxdıqdan sonra İqballa qabaqlaşıb Ağdaş şəhərinə getmiş, orada ikisinə 0,5 litrlik araq içmişlər. Saat 24 radələrində yaşadıqalrı Ləki qəsəbəsinə qayıdarkən qarşıdan gələn avtomaşının oynadığını görmüş, İqbal uzaq vuran işıqları yandırıb söndürdükdən sonra qəza baş vermişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, 06 fevral 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə yeyib içib spirtli içki qəbul etdikdən sonra yaşadığı küçədə çayxanaya gəlmiş, orada olan dostu Təqsirləndirilən şəxs ilə görüşüb bir neçə dəqiqə sonra sonuncunun idarə etdiyi boz rəngli “Mercedes Benz” C-180 markalı **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşərək Ağdaş rayonunun Nehrəxəlil kəndində yerləşən kafeyə gedərək Təqsirləndirilən şəxs ilə yemək yeyib 0,5 litr həcmində spirti içki qəbul etdikdən sonra Ağdaş şəhərinə getmişlər. Ağdaş şəhərində Təqsirləndirilən şəxs "xxxx" ASC-nin bankomatından pul çıxardıqdan sonra onunla birlikdə idarə etdiyi boz rəngli “Mercedes Benz” C-180 markalı **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə əyləşərək yaşadığı Ağdaş rayonu, Yuxarı Ləki qəsəbəsinə doğru yola düşmüş, Ağdaş şəhərindən Ləki qəsəbəsinə doğru hərəkət etdikdən təxminən 10-15 dəqiqə sonra Ağdaş-Ləki avtomobil yolunun 6-7 km-nə yaxınlaşan zaman qarşı yoldan hərəkət edən markasını və nömrəsini görmədiyi avtomobil qəfildən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə toqquşmuşdur. Həmin vaxt spirtli içkilərin təsiri altında yuxulu və halsız olduğuna görə hadisənin necə baş verdiyini bilməmiş, sadəcə həmin vaxt gözlərinə işıq gəldiyini və avtomobillərin toqquşduğunu bilmişdir. Ayıldıqdan sonra onu Göyçay RMX-na aparmışlar. İlkin tibbi yardımlardan sonra ona baş vermiş avtoqəza nəticəsində sonradan adlarını öyrəndiyi X25, X21, X7 vəfat etdiyini, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 isə müxtəlif dərəcələri bədən xəsarətləri aldığını, dostu Təqsirləndirilən şəxs hər iki ayaq nahiyələrinin sındığını bilmişdir. Həmçinin, qəza nəticəsində onun çiyni sınmış, baş vermiş qəza ilə bağlı hər hansı bir şəxsdən şikayət və tələbi olmamışdır. Məhkəmədə zərər çəkmiş şəxs və ölmüş zərərçəkmiş şəxs X7 hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 06 fevral 2021-ci il tarixdə saat 14 radələrində mərhum əri Seymur Əhmədov, qaynanası Rahilə Əhmədova, qaynı Samir Əhmədov, qohumları Pərviz İsmayılovun avtomobilinə əyləşib Mingəçevir şəhərində yaşayan qohumlarının evlərində təşkil olunan ad günü məclisinə getmiş, o isə övladları Zərərçəkmiş şəxs2 və Rahilə Əhmədova ilə birlikdə yaşadığı evdə qalmışdır. Həmin gün saat 20 radələrində əri Seymur Əhmədov, qaynanası Rahilə Əhmədova, qaynı Samir Əhmədov qohumları Pərviz İsmayılovun avtomobili ilə evə qayıtmış, əri X46 rayonunun Ləki qəsəbəsində yaşayan anası X4 yaşadığı evə qonaq getmək istədiyini bildirdikdən sonra o, övladları Zərərçəkmiş şəxs2, qızı Rahilə Əhmədova və qaynanası X21 ilə birgə əri Seymur Əhmədova məxsus qırmızı rəngli VAZ-2107 markalı 10–DO-468 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşib saat 21 radələrində yaşadıqları evdən çıxaraq Ləki qəsəbəsində yaşayan anası Məlahət İsmayılovanın yaşadığı evə gəlmişlər. Orada təxminən 1 saat oturduqdan sonra avtomobilə əyləşib Ləki qəsəbəsindən çıxaraq yaşadıqları Ağdaş şəhərinə gələrkən 15-20 dəqiqə sonra Ağdaş-Ləki avtomobil yolunda hərəkətdə olarkən qarşı yoldan hərəkət edən markasını və nömrəsini görmədiyi avtomobilin sürücüsü avtomobilin yaxın və uzaq işıqlarını yandırıb söndürməyə başlamış, həmin vaxt həyat yoldaşı Seymur Əhmədov hətta qarşıdan hərəkət edən avtomobilin işıqlarının gözünü kor etdiyini demişdir. Bir neçə saniyə sonra hərəkətdə olduqları avtomobillə qeyd olunan avtomobil toqquşmuş və nəticədə qəza baş vermişdir. Həmin avtomaşın onların yoluna çıxaraq toqquşma onlar hərəkət olduqları yolda baş vermişdir. Sonradan Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilin hərəkətdə olduqları əri Seymur Əhmədovun idarə etdiyi VAZ-2107 markalı avtomobilin yoluna çıxaraq toqquşduğunu bilmişdir. Sonradan baş verənlər yaddaşında qalmamış özünə gəldikdən sonra Göyçay RMX-na aparıldığını görmüşdür. Bədənində çoxsaylı xəsarətlər və sınıqlar olmuş, bir neçə gün sonra baş vermiş qəzada o, və övladı Zərərçəkmiş şəxs2 çox saylı bədən xəsarətləri aldığını, əri Seymur Əhmədov, digər övladı Rahilə Əhmədova və qaynanası Rahilə Əhmədovanın isə öldüyünü bilmişdir. Ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 eyni məzmunlu ifadə verərək X7 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxs X9 hüquqi varisi X33 ifadəsində göstərmişdir ki, mərhum Seymur Əhmədov onun qardaşı olmaqla 06 avqust 2021-ci il tarixdə axşam saatlarında yatdığı vaxt arvadı onu oyadaraq qardaşının qəza törətdiyini ona bildirmişdir. Hadisə yerinə gəldikdən sonra qardaşı Seymurun, qardaşı qızı Rahilənin və anası Rahilənin öldüyünü, qardaşı arvadı Dursunla qardaşı oğlu Seymurun yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldğını bilmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş X12 hüquqi varisi X10 eyni məzmunlu ifadə verərək X12 yuxarıda göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ağdaş rayon X23 hissəsinin 2-ci yanğın söndürmə növbəsinin manqa komandiri işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 06 fevral 2021-ci il tarixdə saat 23 radələrində FHN-nin 101 qaynat xəttinə Ağdaş-Ləki avtomobil yolunun 5-ci kilometrliyində yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olduqdan sonra o, qəza xilas etmə bölməsi ilə birlikdə xidməti avtomobillərlə hadisənin baş verdiyi yerə getmiş, hadisə yerinə çatdıqdan sonra hadisə yerində qırmızı rəngli VAZ-2107 markalı **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə boz rəngli “Mercedes Benz” C-180 markalı **-CN-*** avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verdiyini görmüşdür. Həmin vaxt “Mercedes” markalı avtomobilin deformasiya uğradığını və avtomobilin içərisində adlarını sonradan öyrəndiyi sürücü Təqsirləndirilən şəxs olduğunu, digər deformasiyaya uğramış VAZ-2107 markalı avtomobildə isə sürücü X25 və ön sərnişin hissədə əyləşən X1 avtomobilin içərisində qaldıqlarını görmüşdür. Həmin şəxsləri xüsusi vasitələrin köməkliyi ilə avtomaşından çıxarmışlar. Həmçinin hadisə yerinə baxışda hal şahidi kimi iştirak etmiş, ilk gördüyündə VAZ 2107 markalı avtomaşın beli üstə çönmüş, avtomaşının qabağı yolda olmuşdur. Digər avtomaşının hansı vəziyyətdə olmasını bilməmiş, yerdə xətt bilinməmişdir. Mersedes markalı avtomaşın öz yolunda düzünə olmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, hadisə yerinə baxış zamanı hadisənin baş verdiyi avtomobil yolunun ümumi eni 8 metr olmaqla Ağdaş şəhəri istiqamətinə doğru gedəndə yolun sağında olan ehtiyat hissəsi, 2,1 metr, Ağdaş rayon Ləki qəsəbəsinə doğru gedəndə isə yolun solunda olan ehtiyyat hissə 2,4 metr olduğu müəyyən olunmuş, hadisə yerində 2 ədəd qəzaya düşmüş avtomobil olmuşdur. Hadisə yerində olan boz rəngli “Mercedes-Benz C-180” markalı **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzü Ləki qəsəbəsi istiqamətində 47 sm qarşı hərəkət zolağına daxil olmuş şəkildə dayanmış, avtomobilin ön sol hissəsi və digər hissələri əzilmiş və deformasiyaya uğramışdır. Qarşı hərəkət zolağında üzü Ağdaş şəhəri istiqamətində qırmızı rəngli “VAZ-2107 markalı **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil aşmış və ön hissəsi deformasiya uğramış şəkildə dayanmışdır. Avtomobilin ön hissəsi 50 sm ölçüdə qarşı hərəkət zolağında dayanmışdır. Toqquşma nöqtəsi VAZ-2107 markalı avtomobilin hərəkət zolağında yəni üzü Ağdaş şəhəri istiqamətinə gələndə orta ağ rəngli qırıq xətdən 47 sm kənar məsafədə yerləşmişdir. Avtomobillər arasında məsafə 2,8 metr olmuş, “Mercedes-Benz C-180” markalı avtomobilin sol ön təkəri ağ xəttin üzərində olmuşdur. “Mercedes-Benz C-180” markalı avtomobil ön sol hissəsindən qarşı hərəkət zolağında olan yolun kənarına qədərər məsafə 3 metr 53 sm olmuş, “Mercedes-Benz C-180” markalı avtomobil sol arxa təkərindən ağ qırıq xəttə qədər məsafə 50 sm olmuşdur. “Mercedes-Benz C-180” markalı avtomobilin ön sağ təkərindən yolun sağına qədər məsafə 2,8 metr, sağ arxa təkərindən yolun kənarına qədər olan məsafə 1,9 metr olmuşdur. “VAZ 2107” markalı avtomobilin ön sol və sağ təkərlərindən qarşı hərəkət zolağında olan yolun kənarına qədər məsafə 3metr 50 sm olmuşdur. “VAZ 2107” markalı avtomobilin arxa sağ təkərindən yolun sağına qədər məsafə 1,8 metr, arxa sol təkərindən yolun sağına qədər məsafə 1,6 metr olmuşdur. Hadisə yerinin fotoşəkilləri, sxemi və fotocədvəllər xilasedicilər hadisə yerinə gəldikdən sonra avtomobillərin dayandığı vəziyyətlə tam uyğun olmuşdur. Həmçinin, xilasedicilər VAZ-2107 markalı **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilldən və ya boz rəngli “Mercedes Benz” C-180 markalı **-CN-*** avtomobildən Rahilə Əhmədovanı, Seymur Əhmədovu və Təqsirləndirilən şəxs çıxardarkən avtomobillər dayandıqları yerdən tərpədilməmişdir. Xilasedicilər xüsusi cihazlarla avtomobillərdən adı çəkilən şəxsləri çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Ağdaş rayon X39 X47 yol patrul xidməyi inspektoru işləyən X16 ifadəsində göstərmişdir ki, 06 fevral 2021-ci il tarixdə saat 23 radələrində Ağdaş şəhəri ərazisində **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı “BMW” markalı xidməti avtomobillə xidmətdə olduğu zaman iş yoldaşı, yol patrul xidməti inspektoru Samir Zamanpur ona mobil telefonla zəng edərək iş yoldaşı Dövlət X47 operatoru Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz C-180” markalı avtomobillə Ağdaş-Ləki avtomobil yolunun 5-ci kilometrliyində avtomobil qəzası törətdiyini dedikdən sonra hadisənin baş verdiyi hadisə yerinə çatdıqdan sonra hadisə yerində qırmızı rəngli VAZ-2107 markalı **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə boz rəngli “Mercedes Benz C-180 markalı” **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verdiyini görmüş, həmin vaxt deformasiyaya uğramış “Mercedes” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həmin avtomaşında, digər deformasiyaya uğramış VAZ-2107 markalı avtomobildə isə adlarını sonradan öyrəndiyi sürücü X12, ön sərnişin hissədə əyləşən X1 avtomobilin içərisində qaldıqlarını görmüşdür. Həmin vaxt hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobilin içərisində VAZ-2107 markalı avtomobilin digər sərnişinləri Zərərçəkmiş şəxs1 və azyaşlı Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarını görmüş, hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra qeyd olunan şəxslər xəstəxanaya aparılmışdır. Həmin vaxt VAZ-2107 markalı avtomobilin yaxınlığında Ağdaş şəhərinə doğru hərəkət istiqamətində avtomobil yolunun üzərində adını sonradan öyrəndiyi azyaşlı X7 meyiti olmuş, təcili tibbi yardım xidməti həkimlərinin köməkliyi meyit avtomobilə qoyularaq xəstəxanaya aparılmışdır. Həmçinin VAZ-2107 markalı avtomobildə olan şəxslər X21 və X25 da hadisə yerində ölmüşlər. Hadisə yerinə gələn FHN-nin xilas edicilərin köməkliyi ilə ilk növbədə “Mercedes” markalı avtomobildə sıxışıb qalan Təqsirləndirilən şəxs avtomobilinin qapısını xüsusi cihazlarla açaraq Təqsirləndirilən şəxs avtomobildən çıxarıldıqdan sonra Təqsirləndirilən şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. Daha sonra xilasedicilər VAZ-2107 markalı avtomobildə olan sürücü X25 və ön sərnişin hissədə əyləşən X14 xüsusi cihazlar vasitəsi ilə avtomobildən çıxardıqdan sonra meyitləri aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, hadisə zamanı “Mercedes” markalı avtomobildə Ləki qəsəbə sakini kimi tanıdığı Zərərçəkmiş şəxs3 da onlar gələnə kimi xəstəxanaya aparılmışdır. VAZ-2107 markalı **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən və ya boz rəngli “Mercedes Benz” C-180 markalı **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən Rahilə Əhmədovanı, Seymur Əhmədovu və Təqsirləndirilən şəxs çıxardarkən avtomobillər dayandıqları yerdən tərpədilməmiş, xilasedicilər xüsusi cihazlarla avtomobillərdən adıçəkilən şəxsləri çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş X34 ifadəsində göstərmişdir ki, 07 fevral 2021-ci il tarixdə hadisə yerinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmiş, müstəntiq tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra metrə ilə ölçülər aparılmaqla hadisə yerinə baxış keçirilmişdir. Həmin vaxt hadisə yerində avtomaşınlar olmamış, avtomaşınlara məxsus tormoz izləri olmuşdur. Həmin tormoz izlərinə uyğun toqquşma nöqtəsi müəyyən edilmiş, tərtib edilmiş protokol və sxemə imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X22 eyni məzmunlu ifadə verərək X17 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmə-tibb ekspertizasının 25.02.2021-ci il tarixli 07 saylı rəyindən görünür ki, X12 meyitində aşkar oluna xəsarətlər- boyun fəqərələrinin sınığı, başın alın nahiyəsinin yumşaq qatının iç səthinə qansızma, burun sümüklərinin sınığı, sağ bazu sümüyünün sınığı, aşağı 1/3-nin, sol baldır sümüklərinin aşağı 1\3-nin qapalı sınıqları, sağ diz oynağının ön səthinin, sağ baldırın orta 1/3-nin iç səthinin geniş yaraları, döş qəfəsinin sağ ön aşağı nahiyəsinin, sağ qarın nahiyəsinə keçən sıyrığı, sol baldırın orta 1/3-nin ön səthinin sıyrığı, sol qabırğaaltı nahiyənin sıyrığı, alın nahiyəsinin qançırı , küt alət təsirindən törənmiş törənmə müddətləri 06.02.2021-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X12 ölümünə səbəb boyun fəqərələrinin sınığı olmuşdur. X12 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş verən yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. X12 ölümü meyitin müayinəsindən ən azı 8, ən çoxu 12 saat əvvəl baş vermişdir. X12 meyitindən götürülən qanda 0, 84 promilli etil spirti aşkar olunmuşdur. Aşkar olunan bu miqdar etil spirti rəsmi cədvəli üzrə canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğundur. (məhkəmə müayinə kimyəvi müayinə aktı 12.02.2021-ci il tarixli 368saylı K) Məhkəmə-tibb ekspertizasının 27.02.2021-ci il tarixli 08 saylı rəyindən görünür ki, X9 meyitində aşkar olunan xəsarətlər - ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına beyin maddəsinə, beyin mədəciklərinə qansızma, başın yumşaq qatının iç səthinə ənsə nahiyəsinə qansızma, ənsə nahiyəsinin yarası, sol said sümüklərinin yuxarı 1/3-nin qapalı sınığı, sağ said sümüklərinin aşağı 1/3-nin açıq sınığı, sol bud sümüyünün aşağı 1/3-nin qapalı sınığı, başın ənsə nahiyəsinin yarası, sağ budun aşağı 1/3-nin ön səthinin, sağ diz oynağının ön səthinin, sağ çiyin nahiyəsinin, çənəaltı nahiyənin, sol körpücükaltı nahiyənin, sol baldırın orta 1/3-nin ön səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri 06.02.2021-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X9 ölümünə səbəb ağır qapalı kəllə beyin travması, beyin sərt qişası altına, beyin maddəsinə, beyin mədəcəklərinə qansızmalar olmuşdur. X9 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş verən yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. X9 ölümü meyitin müayinəsindən ən azı 8 ən çoxu 14 saat əvvəl baş vermişdir. Məhkəmə-tibb ekspertizasının 27.02.2021-ci il tarixli 09 saylı rəyindən görünür ki, X7 meyitində aşkar olunan xəsarətlər- ağır qapalı kəllə beyin travması, beynin sərt qisası altına beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə alın təpə nahiyəsində qansızma, alın təpə nahiyəsinin qançırı, alt çənə sümüyünün sol bazu sümüyünün aşağı 1/3-nin, sol bud sümüyünün aşağı 1/3-nin qapalı sınıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri 06.02.2021-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X7 ölümünə səbəb ağır qapalı kəllə beyin travması, beyin sərt qişası altına, beyin maddəsinə, beyin mədəcəklərinə qansızmalar olmuşdur. X7 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş verən yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. X7 ölümü meyitin müayinəsindən ən azı 8 ən çoxu 16 saat əvvəl baş vermişdir. Məhkəmə-tibb ekspertizasının 14.04.2021-ci il tarixli 149 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər- iki bud sümüyünün travmatik şokla müşahidə olunan çoxqəlpəli qapalı yerdəyişmiş sınıqları, sağ ayağın İ barmağının çıxığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri 06.02.2021-ci il tarixə uyğun gəlir, həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərinə aiddirlər. Qeyd olunan xəsarətlər yol nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. Məhkəmə-tibb ekspertizasının 19.03.2021-ci il tarixli 150 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlər - sol mil və dirsək sümüklərinin açıq yerdəyişmiş sınıqları, sol İ-İİ-İİİ-İV dişlərin sınıb düşməsi, hər iki əng sümüyünün, burun sümüyünün sınıqları, hər iki göz qapaqlarının yaraları küt alət təsirindən törənmiş, törənmə müddətləri 06.02.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. Məhkəmə-tibb ekspertizasının 19.03.2021-ci il tarixli 151 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlər- sol əng sümüyünün sınığı, alın təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi və dərialtı hematoması, (şişkinliyi), sol üst göz qapağının yarası, sol gözətrafı nahiyənin, sol almacıq nahiyəsinin yumşaq toxumalarının əzilməsi küt alət təsirindən törənmiş, törənmə müddətləri 06.02.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. Məhkəmə-tibb ekspertizasının 31.03.2021-ci il tarixli 152 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində olan xəsarətlər - sağ bazu sümüyünün başının böyük burmasının yerdəyişmiş sınığı, sağ bazu oynağının çıxığı, üzün sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri 06.02.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. Məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2021-ci il 404/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 qan nümunələrində etil spirtli aşkar edildi. Etil spirtinin qatılığı Təqsirləndirilən şəxs qanında -1%, Zərərçəkmiş şəxs3 qanında - 0,43%0-dir. Məhkəmə yol-nəqiyyat hadisəsi ekspertizasının 16 may 2021-ci il 8/893 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz C180 markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü İ.E.X44 C-180 markalı avtomobili sərxoş vəziyyətdə və hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırması” yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda 120-130 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-2107 markalı **-DO-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü S.S.Əhmədov VAZ-2107 markalı avtomobili sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə və hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırması” yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda 80-90km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 07 fevral 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Ağdaş- Ləki avtomobil yolunun 5-ci km-də yerləşməklə yolun hərəkət hissəsi düzdür. Örtüyün növü asfaltbetondur. Örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 8 metr, hərəkət zolaqlarının sayı 2 olmaqla hərəkət hissəsinin eni 4 metrdir. Hərəkət hissədə qırıq-qırıq xətt vardır. Hərəkət hissəyə sağdan və soldan ehtiyat hissə, sonra sağdam ağaclar və soldan boşluq və kolluq hissə birləşir. Yol işıqlandırılmamaqla sürücü yerindən faraların işığında görünüş məsafəsi uzaq işıqla 150 metr, yaxın işıqda 100 metr, gün işığında 200 metrdir. Toqquşan nəqliyyat vasitələrinin sayı 2 olmaqla toqquşmadan əvvəl VAZ 2107 markalı avtomaşın Ağdaş şəhəri istiqamətinə, Mersedes markalı avtomaşın Ağdaş rayonu Ləki qəsəbəsi istiqamətində hərkətdə olmuşdur. Hadisə yerində üzü Ağdaş istiqamətinə gedəndə yarı hissəsi ağ xəttin üzərinə aşmış formada üzü əks hərəkət yoluna VAZ 2107 markalı avtomaşın dayanmış, qabaq hissəsi həmin avtomaşına istiqamətlənmiş üzü Ləki qəsəbəsi tərəfə Mersedes markalı avtomaşın dayanmışdır. VAZ 2107 markalı avtomaşının qabaq hissəsi, Mersedes markallı avtomaşının isə sol qabaq hissəsi əzilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 07 fevral 2021-ci il tarixli hadisə yerinə əlavə baxış keçirilməsinə dair protokoldan görünür ki, toqquşma yeri VAZ markalı avtomaşının hərəkət yolunda orta qırıq-qırıq xətdən 47 sm məsafədədir, həmin toqquşma yerinə qədər Ağdaş şəhərindən istiqamətlənmiş 19 metr tormoz izi vardır. Mersedes markalı avtomaşının hərəkət yolunda 8 metr toqquşma nöqtəsinə istiqamətlənmiş tək tozmoz izi vardır VAZ 2107 markalı avtomaşının hərəkət yolunda VAZ 2107 markalı avtomaşına aid olmayan tək və cütlənmiş tormoz izi vardır. Toqquşma yerində asfalt üzərində sürtünmə vardır. Ağdaş rayon mərkəzi xəstəxanasının 07 fevral 2021-ci il saat 02:11 tarixli 26 saylı tibbi müayinə protokoluna əsasən Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olmuşdur. Cinayət işinə əlavə edilmiş Ağdaş RPŞ-nin DYBP-nin 03 mart 2021-ci il tarixli 9/132 saylı-1221 saylı məktubundan görünür ki, X2 vəsiqəsi olmamış, həmçinin, idarə etdiyi VAZ-2107 markalı **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 05.12.2020-ci il tarixdən 05.12.2021-ci il tarixədək müddəti olan etibarnamə əsasında idarə etmiş, Seymur Əhmədovun avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün barəsində İXM-nin 332.2-ci maddəsinə əsasən barəsində inzibati protokol tərtib olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs AE 221223 nömrəli BC dərəcəli 20.07.2026- ci il tarixədək etibarlılıq müddəti olan sürücülük vəsiqəsinin olmuş, Mercedes Benz C-180 markalı **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsus olmamış, avtomobili etibarnamə olmadan idarə etmiş, əvvəllər Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması ilə əlaqədar barəsində İXM-nin 328.1-ci, 328.2-ci və 342.2.2-ci maddələrinə əsasən inzibati protokol tərtib olunmuşdur. Bundan başqa 06 fevral 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi Ağdaş-Ləki yolunun 5-ci km-də baş vermiş, həmin ərazidə sürət həddinin 70 km/saat olmuş və qeyd edilən ərazidə təhlükəsizlik kameraları olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Mingəçevir şəhər Ruhi-əsəb xəstəlikləri dispanserinin 09 mart 2021-ci il tarixli 202 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qeyd edilən dispanserdə psixatrik müşahidədə olmamış və hər hansı bir psixi xəstəliklə bağlı müraciət etməmişdir. İş materiallarında olan Ağdaş rayon X19 Hüquqi Şəxsinin 12 mart 2021-ci il tarixli 355 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX-nı PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb, narkoloji və ftiziatrik xəstəlikləri üzrə qeydiyyatda deyil. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ləki qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən təqdim edilmiş 03 mart 2021-ci il tarixli 37 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri - atası 1967ci il təvəllüdlü X26, anası, 1970-ci il təvəllüdlü X3, qardaşı 2005-ci il təvəllüdlü X27, arvadı 1995-ci il təvəllüdlü X28, qızı 26.08.2018-ci il təvəllüdlü X29, oğlu 04.09.2020-ci il təvəllüdlü X35 ilə birgə ünvan 1 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin 12 mart 2021-ci il tarixli 17/132- 4866-1221 saylı məktubuna əlavə edilmiş xasiyyətnamə və əmrdən görünür ki, polis serjantı Təqsirləndirilən şəxs X24 24.10.2018-ci il tarixdən xidmətə qəbul edilmiş, 26.04.2019-cu il tarixdən 31 mart 2021-ci il tarixədək olan müddət ərzində Ağdaş RPŞ DYPB-nin operator vəzifəsində çalışmış, Ağdaş RPŞ-nin rəisinin 31 mart 2021-ci il tarixli əmri ilə öz arzusu ilə tutduğu vəzifədən azad olunmuşdur. Qətimkan tədbirinin seçilməsinə dair 25 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsini məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-in 263-1.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsinin yolun onun hərəkətdə olduğu zolağında baş verməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, müdafiə tərəfi Şahid1 məhkəmədə verdiyi ifadəsinə istinad edərək sonuncunun Mersedes markalı avtomaşının 47 sm qarşı hərəkət zolağına çıxmasını görmədiyini bildirmişdir. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şahid1 birinci dəfə hadisə yerinə baxış keçirilən zaman hal şahidi qismində iştirak edərkən hava qaranlıq olduğundan nəqliyyat vasitələrinin toqquşma nöqtəsi müəyyən edilməmiş və protokolda bununla bağlı heç bir qeyd aparılmamışdır. Daha sonra müdafiə tərəfi şahid Zərərçəkmiş şəxs3 ifadəsinə istinad edərək onun Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə verdiyini göstərmişdir. Məhkəmə kollgeiyası hesab edir ki, Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı ətraflı ifadə vermişdir ki, həmin ifadəsində göstərdikləri araşdırma zamanı müəyyən olunmuş hallarla üst-üstə düşmüşdür. Məhkəmə Zərərçəkmiş şəxs3 məhkəmədə verdiyi ifadəsini də dostu Təqsirləndirilən şəxs məsuliyyətinin istisna edilməsinə istiqamətlənmiş ifadə kimi qəbul edir. Bundan başqa müdafiə tərəfi dəlil gətirərək hadisə yerində olan tormoz izlərinin hadisə yerinə gələn FHN məxsus avtomaşına aid olmasını və toqquşma nöqtəsinin Təqsirləndirilən şəxs olduğu yolun hərəkət zolağında baş verdiyini göstərmişdir. Məhkəmə bu dəlilə münasibətdə qeyd edir ki, hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yerində toqquşma nöqtəsinə istiqamətlənmiş və qarşı hərəkət zolağında olan 19 metr tormoz izi və toqquşma nöqtəsinin olduğunu təsdiq edən sürtünmə izləri vardır ki, bu hallar da yol nəqliyyat hadisəsinin baş vermə mexanizminə uyğun gəlmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışaraq sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, ölmüş zərər çəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, himayəsində iki azyaşlı uşaqlarının olmasını, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı özünün də həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aid xəsarətlər almasını onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin başlanğıcı faktiki həbsə alındığı andan hesablanmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxslərlə barışdığına və cəzasını ağırlaşdıran hallar olmadığına görə məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiqini qanuni hesab edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. CM-in 45.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi olan 100 AZN (yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Ağdaş rayon Polis Şöbəsində saxlanılan “Mercedes-Benz” markalı **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın mülkiyyətçisi X18 və qırmızı rəngli “VAZ-2107” markalı **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı tarixdən, yəni 04 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 04 (dörd) il müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 AZN (yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Ağdaş Rayon Polis Şöbəsində saxlanılan “Mercedes-Benz” markalı **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın mülkiyyətçisi X18 və qırmızı rəngli “VAZ-2107” markalı **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbs olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-5/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-5/2022
04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver