Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-5/2023 23.08.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi – X50, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – X8 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ağdərə rayonunun Çələkdar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli və himayəsinə 04 azyaşlı uşağı olan, ali təhsilli, Kəlbəcər rayonu 58 saylı tam orta məktəbində fizika müəllimi işləmiş, məcburi köçkün olmaqla Göygöl rayonunun Çaykənd kəndində müvəqqəti məskunlaşmaqla həmin kənddə yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4, 120.2.5, 120.2.6, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.3, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 may 2019-cu il tarixdə saat 19 radələrində Göygöl rayonunun Çaykənd kəndininin inzibati ərazisində yerləşən otlaq sahəsindən həmin kəndin sakini Zərərçəkmiş şəxs10 məxsus 800 (səkkiz yüz) manat dəyərində 2 yaşlı erkək cinsli, 1 baş iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs10 800 (səkkiz yüz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə, 02 avqust 2019-cu il tarixdə saat 22 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs1 məxsus 1 baş, 1 yaş 8 aylıq, dişi cinsli, boz rəngli iribuynuzlu, 1000 (min) manat dəyərində heyvanı, 2 baş, hər biri 1000 (min) manat, ümumi 2000 (iki min) manat dəyərində olan 1 yaş 8 aylıq, dişi cinsli, qara rəngli iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 (üç min) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 21 sentyabr 2019-cu il tarixdə saat 15 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Yeni Zod kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs2 məxsus 1 baş, 2000 (iki min) manat dəyərində, 10 yaşlı, dişi cinsli, qara rəngli iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 2000 (iki min) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 21 sentyabr 2019-cu il tarixdə saat 15 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Yeni Zod kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs3 məxsus 1 baş 1500 (min beş yüz) manat dəyərində 4 yaşlı, dişi cinsli, qara rəngli, iribuynuzlu heyvanı və 1 baş 1500 (min beş yüz) manat dəyərində 4 yaşlı, dişi cinsli, qara-qırmızı rəngli olmaqla iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 Bəhmən qızına ümumilikdə 3000 (üç min) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 03 oktyabr 2019-ci il tarixdə saat 02 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndində Zərərçəkmiş şəxs11 məxsus saxlanc yeri hesab edilən ətrafı qapalı və qapısı olan torpaq sahəsinə qanunsuz daxil olaraq sonuncuya məxsus 800 (səkkiz yüz) manat dəyərində 4 yaşlı, 1 baş atı gizli yolla talayaraq Zərərçəkmiş şəxs11 800 (səkkiz yüz) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 27 aprel 2020-ci il tarixdə saat 15 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs1 məxsus 900 (doqquz yüz) manat dəyərində dişi cinsli, 1 il 4 aylıq, qarın hisəsinin altı ağ rəngli, 1 baş iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 900 (doqquz yüz) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 18 iyul 2020-ci il tarixdə saat 23 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs4 Əhliyyət oğluna məxsus 1000 (min) manat dəyərində, 1 yaş 2 aylıq, erkək cinsli, 1 baş iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 Əhliyyət oğluna 1000 (min) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 17 avqust 2020-ci il tarixdə axşam saatlarında digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs12 Haqverdi oğluna məxsus 1000 (min) manat dəyərində 1 baş atı gizli yolla talayaraq Zərərçəkmiş şəxs12 Haqverdi oğluna 1000 (min) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 31 avqust 2020-ci il tarixdə saat 23 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs4 Əhliyyət oğluna məxsus 1 baş 2000 (iki min) manat dəyərində, 2 yaşlı dişi cinsli qara rəngli iribuynuzlu heyvanı, 2 baş hər biri 2000 (iki min) manat, ümumi 4000 (dörd) min manat dəyərində, 2 yaşlı dişi cinsli, boz rəngli iribuynuzlu heyvanları və 1 baş 1000 (min) manat dəyərində 10 yaşlı dişi cinsli, boz rəngli iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 Əhliyyət oğluna ümumilikdə 7000 (yeddi min) manat xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tanışı X63 ilə Göygöl rayonunun Toğanalı kəndində yerləşən “Göyəzən” adlanan kafenin sahibi Zərərçəkmiş şəxs5 arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə ilə əlaqədar şəxsi ədavətə görə ondan qisas almaq üçün Zərərçəkmiş şəxs5 külli miqdarda əmlakını qəsdən məhv etmək məqsədi ilə digər şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşaraq 07 aprel 2021-ci il tarixdə saat 01 radələrində Göygöl rayonunun Toğanalı kəndində yerləşən Zərərçəkmiş şəxs5 məxsus “Göyəzən” adlanan kafenin qış aylarında işləməməsindən istifadə edib, kafenin həyətdən olan qapısını açmaq yolu ilə həyətə daxil olaraq oradan kafenin ikinci mərtəbəsinə pilləkənlə qalxıb pəncərəni mexaniki təsir etmə yolu ilə açdıqdan sonra digər şəxslə birlikdə özləri ilə gətirdikləri neft məhsulunu pəncərədən kafenin döşəməsinin üzərinə tökərək kibritlə alışdırmaqla od vurub Zərərçəkmiş şəxs5 məxsus ümumi səhəsi 48 kvadrat metr olan kafenin 25 kvadrat metr hissəsində olan 11.232 (on bir min iki yüz otuz iki) manat dəyərində ümumi konstruksiyanı və kafenin içərisində olan hər birinin dəyəri 2500 manat, ümumi 10000 manat dəyərində olan 4 dəst mebel dəstini, hər birinin dəyəri 600 manat, ümumi 2400 manat dəyərində 4 ədəd “LG” markalı, 107” ekran televizorları, 2000 manat dəyərində bir ədəd divanı və 4 ədəd qolaltını, hər birinin dəyəri 1500 manat, ümumi 6000 manat dəyərində olan 4 ədəd, 2 kameralı, “Xitaki” markalı soyuducunu, hər birinin dəyəri 500 manat, ümumi 1000 manat dəyərində olan 2 ədəd 2,5x8 metr uzunluğunda dəhliz üçün nəzərdə tutulmuş xalçaları, hər birinin dəyəri 700 manat, ümumi 2800 manat dəyərində olan 4 ədəd 4x5 metr ölçüdə xalçaları, hər birinin dəyəri 100 manat, ümumi 1000 manat dəyərində olan 10 ədəd çilçıraqları, 800 manat dəyərində 1 ədəd “LG” markalı paltaryuyanı, hər binin dəyəri 200 manat, ümumi 400 manat dəyərində olan 2 ədəd “Kenwood” markalı tozsoranı, hər birinin dəyəri 250 manat, ümumi 2000 manat dəyərində olan 8 ədəd örtüyü, hər birinin dəyəri 150 manat, ümumi 300 manat dəyərində olan 2 ədəd taxta materialdan yazı masasını, hər birinin dəyəri 70 manat, ümumi 140 manat dəyərində olan 2 ədəd unitazı, hər birinin dəyəri 50 manat, ümumi 100 manat dəyərində olan 2 ədəd əl-üz yumaq üçün dəsti, hər birinin dəyəri 30 manat, ümumi 60 manat dəyərində olan 2 ədəd hamam üçün güzgünü və tujları yandırmaqla yararsız hala salıb Zərərçəkmiş şəxs5 ümumilikdə xeyli miqdar hesab edilən 40.232 (qırx min iki yüz otuz iki) manat dəyərində əmlakını yandırmaqla qəsdən məhv etmişdir. Bundan başqa o, Yevlax rayonunun Aşağı Bucaq kəndində cücə istehsalı sexində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan qohumu – qayınanasının bacısı, əvvəllər borc münasibətinə görə ədavəti olduğu X15 həmin sexin yaşayış otağında xeyli miqdarda pul və qızıl-zinət əşyalarını saxladığını bilib həmin sexə qanunsuz girərək Səidə Hüseynovanı sağlamlığına ağır zərər vurmaqla quldurluqlə əlaqədar öldürərək qəsdən həmin xeyli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirib cinayətin onun tərəfindən törədilməsinə işarə edə biləcək izləri yandırmaqla məhv edərək itirmək qərarına gəlib, bu cinayətkar niyyətini həyata keçirmək məqsədilə əvvəlcədən planlaşdırdığı kimi 2021-ci ilin aprel ayının 14-də günorta saatlarında yaşadığı Göygöl rayonunun Çaykənd kəndində yerləşən evindən piyada çıxaraq qonşusu Səyyaf Məmmədova zəng edib sonuncunun faktiki istifadəsində olan, lakin mülkiyyət hüququ ilə ona məxsus olan “VAZ 2106” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin açarını sonuncudan istəyərək avtomobilin tanışı Şahid11 Çaykənd kəndində yaşadığı evinin həyətində olmasını öyrəndikdən sonra avtomobili götürərək Çaykənd kəndindən Yevlax şəhəri istiqamətində hərəkət etmiş, Gəncə şəhəri ərazisində yerləşən “Gəncə Petrol” yanacaqdoldurma məntəqəsində avtomobili saxlayaraq oradan 2 litrlik plastik qabda dizel yanacağı alıb həmin plastik qabı avtomobildə saxlayaraq yoluna davam edib həmin gün axşam saat 21 radələrində Yevlax rayonunun Aşağı Bucaq kəndinə gəlmiş, avtomobili kəndin girəcəyindən keçən Yevlax-Xaldan avtomobil yolunun kənarında saxlayaraq avtomobildən içərisində dizel yanacağı olan plastik qabı özü ilə götürüb piyada Aşağı Bucaq kəndində kənd orta məktəbinin yaxınlığında yerləşən X15 yaşadığı və işlədiyi sonuncuya məxsus olan yaşayış sahəsi, habelə saxlanc yeri hesab edilən cücə istehsalı sexinin yaxınlığına gələrək Səidə Hüseynovanın sexdə tək olub-olmadığını dəqiqləşdirmək məqsədilə kənardan gizli müşahidə aparmış, Səidə Hüseynovanın əri Şahid5 sexdən çıxıb avtomobilə əyləşib getdiyini gördükdən sonra Səidə Hüseynovanın sexdə tək olmasından əmin olaraq özü üçün əlverişli şərait seçib cücə istehsalı sexinin ikitaylı dəmir darvazasının arasından itələyib açmaqla qanunsuz həyətə girərək sağ çəpər istiqamətində gedib özü ilə gətirdiyi içərisində dizel yanacağı olan plastik qabı çəpərin dəmir qapısının yanında yerə qoymuş, sonra sexin yaşayış olan otağına tərəf gedərək yaşayış olan otağın qapısını əli ilə döyəcləyib “ay Səidə xala” deyərək Səidə Hüseynovanı səsləyib həyətə çağırmış, sonuncunun qapını açıb otaqdan həyətə çıxmaq istədiyini görüb Səidə Hüseynovaya həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək əvvəlcədən özü ilə şalvarının kəmərinə keçirtməklə gətirdiyi silah qismində istifadə etdiyi əşya olan, istintaqla müəyyən edilməsi mümkün olmayan dəstəyi qara rəngli açılıb-qatlanan cib bıçağının dəstək hissəsi ilə əvvəlcə Səidə Hüseynovanın başının sağ alın nahiyəsinə bir dəfə vuraraq sonuncunu otağa doğru vəziyyətdə yerə yıxıb, daha sonra əlində olan həmin bıçağın kəsici-deşici hissəsi ilə sonuncunun otaqda yerdə arxasıüstə uzanıqlı vəziyyətdə bədəninin müxtəlif nahiyələrinə 4-5 dəfə bıçaq zərbələri vurub sağlamlığına ağır zərər vuran çoxsaylı bədən xəsarətləri yetirmiş və onu hərəkətsiz halda yerdə uzanıqlı vəziyyətdə qoyaraq həmin otağı axtarıb orada olan sonuncuya məxsus qara rəngli əl çantasını tapıb oradan Səidə Hüseynovaya məxsus olan ümumilikdə 1500 manat və 1530 manat ekvalentində olmaqla 900 ABŞ dolları məbləğində pulu, habelə otaqda olan çarpayının döşəyini qaldırıb oradan parça materiala bükülmüş halda olan sonuncuya məxsus birlikdə 100 qram çəkidə, 583 əyarlı 1 qramının orta bazar qiyməti 67 manat olmaqla, ümumilikdə 6.700 manat dəyərində rekert sep və braslet qızıl dəstini, 30 qram çəkidə, 583 əyarlı 1 qramının orta bazar qiyməti 67 manat olmaqla, cəmi 2010 manat dəyərində qızıl tros sepi, birlikdə 30 qram çəkidə, 583 əyarlı 1 qramının orta bazar qiyməti 80 manat olmaqla, cəmi 2.400 manat dəyərində 2 komplekt qızıl üzük və sırğa dəstini, 48 qram çəkidə, 583 əyarlı 1 qramının orta bazar qiyməti 80 manat olmaqla, cəmi 3.840 manat dəyərində 6 ədəd qızıl üzüyü götürərək təkrarən ümumilikdə 14.950 manat məbləğində qəsdən xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirmiş, daha sonra qəsdən Səidə Hüseynovaya məxsus cücə istehsalı sexini konstruksiyası və içərisində olan əşyalarla birlikdə yandırmaqla külli miqdarda əmlak ziyanı vurmaq üçün həmin otaqdan sexin həyətinə çıxaraq özü ilə gətirdiyi plastik qabdakı dizel yanacağını əvvəlcədən saxladığı yerdən götürüb otağa qayıtmış, həmin dizel yanacağını Səidə Hüseynovanın bədəni üzərinə, habelə otağın döşəməsinə və müxtəlif hissələrinə səpələyib tökməklə üzərində olan kibriti alışdıraraq od vurub Səidə Hüseynovanın sağlamlığına ağır zərər vuran yüksək hərarətin-alovun təsirindən əmələ gəlmiş, yetirilən anda həyat üçün təhlükəli olan bədənin İV dərəcə termiki yanığı xəsarəti yetirməklə Səidə Hüseynovanı qəsdən quldurluqla əlaqədar xüsusi amansızlıqla öldürmüş və sonuncuya məxsus ümumi səhəsi 550 kvadrat metr olan cücə istehsalı sexinin 21227,20 manat dəyərində ümumi konstruksiyasını və sexin içərisində olan hər birinin dəyəri 350 manat olan 2 ədəd “LG Koreya 2012” markalı kondisioneri, 1 ədəd 250 manat dəyərində “LG Koreya 2015” markalı plazma televizoru, 1 ədəd 300 manat dəyərində “Raduqa Rusiya 2010” markalı televizoru, 1 ədəd 800 manat dəyərində Türkiyə istehsalı divan kreslo dəstini, 1 ədəd 500 manat dəyərində Türkiyə istehsalı divar mebelini, 1 ədəd 300 manat dəyərində Azərbaycan istehsalı şifoneri, hər birinin dəyəri 150 manat olan 2 ədəd Azərbaycan istehsalı sandığı, 1 ədəd 1000 manat dəyərində mətbəx mebelini, 1 ədəd 500 manat dəyərində Çin istehsalı iki kameralı soyuducunu, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı soyuducunu, 1 ədəd 200 manat dəyərində Azərbaycan istehsalı divanı və hər birinin dəyəri 8000 manat olan 5 ədəd Rusiya istehsalı inkubator aparatlarını yandırmaqla Səidə Hüseynovaya ümumilikdə 66277,20 manat məbləğində külli miqdarda ziyan vurmaqla əmlakını qəsdən məhv etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin iyun ayının ortalarında istintaqla müəyyən edilməyən gündə saat 13 radələrində Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs13 məxsus 1000 (min) manat dəyərində 2 yaşlı dişi cinsli, 1 baş iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs13 məxsus 1000 (min) manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 08 avqust 2021-ci il tarixdə saat 21 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs6 məxsus 1 baş 1000 (min) manat dəyərində dişi cinsli, 4 yaşlı ağ rəngli iribuynuzlu heyvanı, 1 baş 1000 (min) manat dəyərində dişi cinsli, 4 yaşlı, boz rəngli iribuynuzlu heyvanı və 1 baş 3000 (üç min) manat dəyərində 4 yaşlı, dişi cinsli, boz rəngli iribuynuzlu heyvanı gizli yolla talamaqla Zərərçəkmiş şəxs6 ümumilikdə 5000 (beş min) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 08 avqust 2021-ci il tarixdə saat 21 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs14 məxsus 1 baş 1500 manat dəyərində 3 yaşlı, göy rəngli, dişi cinsli iribuynuzlu heyvanları gizli yolla talamaqla Zərərçəkmiş şəxs14 1500 (min beş yüz) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 14 sentyabr 2021-ci il tarixdə saat 04 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndində yaşayan Zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış evinin həyətinə bağın çəpərində yerləşən giriş qapısını açma üsulu ilə qanunsuz olaraq daxil olaraq həyətdə yerləşən saxlanc yeri hesab edilən yardımçı tikilidə Zərərçəkmiş şəxs7 satmaq üçün saxladığı hər bir qutusunun dəyəri 2,10 manat olmaqla ümumi dəyəri 21 (iyirmi bir) manat olan 10 qutu “Prima” markalı siqareti, hər bir qutusunun dəyəri 2,10 manat olmaqla ümumi dəyəri 21 (iyirmi bir) manat olan 10 qutu “vicheroy” markalı siqareti, hər bir qutusunun dəyəri 2,60 manat olmaqla ümumi dəyəri 26 (iyirmi altı) manat olan 10 qutu “palmali” markalı siqareti, hər bir qutusunun 2,30 manat olmaqla ümumi dəyəri 23 (iyirmi üç) manat olan 10 qutu “Compakt Classik” markalı siqareti, hər birinin dəyəri 6 (altı) manat olmaqla ümumi dəyəri 12 (on iki) manat olan 2 ədəd 0.5 lt həcmdə “xan Chrystal” markalı arağı, 1 ədəd 10 manat dəyərində 0.7 litr həcmdə “Xan Chrystal” markalı arağı, hər birinin dəyəri 8 (səkkiz) manat ümumi dəyəri 16 (on altı) manat olan 2 ədəd 0.7 litr həcmdə “Ağ su” markalı arağı, hər birinin dəyəri 10 (on) manat ümumi dəyəri 20 (iyirmi) manat olan 1 litr həcmdə 2 ədəd “Ağ su” markalı arağı, hər birinin dəyəri 5 (beş) manat, ümumi dəyəri 25 (iyirmi beş) manat olan 0.5 litr həcmdə 5 ədəd “Ağ su” markalı arağı, ümumi dəyəri 60 (altmış) manat olan 5 kq çəkidə “Ovçular” markalı kolbasanı, ümumi dəyəri 24 (iyirmi dörd) manat olan 3 kq çəkidə “manqalüstü” markalı sosiskanı, hər birinin dəyəri 7 (yeddi) manat olmaqla, ümumi dəyəri 35 (otuz beş) manat olan 5 ədəd bağlı paketdə manqalüstü markalı sosiskaları, ümumi dəyəri 125 (yüz iyirmi beş) manat olan 25 ədəd parça dəsmalı, ümumi dəyəri 120 (yüz iyirmi) manat olan 5 bağlama corabı, hər bir qutusunun dəyəri 5 (beş) manat olmaqla 300 (üç yüz) manat dəyərində 60 qutu “BETA TEA” markalı qara çayları, hər birinin dəyəri 6 (altı) manat olan 120 (yüz iyirmi) manat dəyərində 20 ədəd “Pantin” markalı şampunu, hər birinin dəyəri 10 (on) manat olan ümumi dəyəri 180 (yüz səksən) manat dəyərində 18 ədəd “HELDON SHOLDERS” markalı şampunları, hər birinin dəyəri 5 (beş) manat olan 8 ədəd 40 (qırx) manat dəyərində “möcüzə” kərə yağlarını, hər biri 1 (bir) manat olmaqla ümumi dəyəri 20 (iyirmi) manat olan 20 ədəd “bizon” enerji içkisini, hər biri 1 (bir) manat olmaqla ümumi dəyəri 20 (iyirmi) manat olan 20 ədəd “hell” enerji içkisini, 13 (on üç) manat dəyərində “Gillet” markalı üz qırxanı gizli yolla talamaqla ümumilikdə Zərərçəkmiş şəxs7 1231 (min iki yüz otuz bir) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, 14 sentyabr 2021-ci il tarixdə saat 04 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndində yaşayan Zərərçəkmiş şəxs7 məxsus evin həyətində yerləşən yardımçı tikilidən yuxarıda qeyd edilən oğurluq cinayətini törətdikdən sonra törətdikləri oğurluq hadisəsinin izini itirmək məqsədi ilə sonuncuya məxsus fərdi yaşayış evinin pəncərəsini mexaniki təzyiq vasitəsi ilə açaraq qəsdən özləri ilə gətirdikləri neft məhsulunu pəncərədən döşəmənin üzərinə tökərək qrupun digər üzvü isə kibritlə neft məhsulu yayılmış hissəyə od salaraq Zərərçəkmiş şəxs7 204 kvadrat metr ölçüdə olan mənzilinin 26.040 (iyirmi altı min qırx) manat dəyərində 108 kvadrat metr konsruksiyasını, eləcə də mənzilin içərisində olan hər biri 800 manat, ümumi 1600 manat dəyərində 6 kq-lıq 2 ədəd “LG” markalı paltaryuyanı, 1 ədəd 1200 manat dəyərində ev üçün “Hisense” markalı soyuducunu, 1 ədəd 400 manat dəyərində dondurma saxlamaq üçün soyuducunu, 1 ədəd 200 manat dəyərində “Çinar” markalı soyuducunu, 1 ədəd 750 manat dəyərində “LG” markalı, 107 sm diaqonallı televizoru, 1 ədəd 100 manat dəyərində LG markalı, 86 sm diaqonallı televizoru, 2 ədəd hər biri 150 manat, ümumi 300 manat dəyərində “Bosh” markalı ütüləri, 2 ədəd hər biri 50 manat, ümumi 100 manat dəyərində “Bosh”markalı mikseri, 2 ədəd hər biri 125 manat, ümumi 250 manat dəyərində “Geepas” markalı tozsoranı, 1 ədəd 90 manat dəyərində “Beko” markalı tozsoranı, 2 ədəd hər biri 150 manat, ümumi 300 manat dəyərində “Akel” markalı elektrik sobasını, 2 ədəd hər biri 70 manat, ümumi 140 manat dəyərində “Philips” markalı hava fenini, 2 ədəd hər biri 50 manat, ümumi 100 manat dəyərində “Braun” markalı ütü fenini, 1 ədəd 130 manat dəyərində “Sony” markalı DVD-ni, 2 ədəd hər biri 45 manat, ümumi 90 manat dəyərində “Supermax” markalı krosna aparatı, 1 ədəd 60 manat dəyərində “Omron” markalı təzyiqölçən aparatı, 1 ədəd 50 manat dəyərində “Tp Lİnk” markalı internet şəbəkəsi üçün modemi, 1 ədəd 150 manat dəyərində Türkiyə istehsalı olan “Dəmir Döküm” markalı suqızdırıcını (pitminutka), 1 ədəd 900 manat dəyərində “Asus” markalı noutbuk kompyuteri, 3 ədəd hər biri 100 manat, ümumi 300 manat dəyərində Rusya istehsalı olan çılçıraqları, 1 ədəd 150 manat dəyərində “Zinger” markalı tikiş maşınını, 1 ədəd 70 manat dəyərində oyma taxta materialından əl işi ilə düzəldilmiş divar saatını, 1 ədəd 100 manat dəyərində yerli istehsal olan televizor altlığını, 1 ədəd 3000 manat dəyərində Türkiyə istehsalı olan yataq dəsti mebelini, 1 ədəd 250 manat dəyərində yerli istehsal olan, taxta materialdan hazırlanmış uşaq beşiyini, 1 ədəd 140 manat dəyərində yerli istehsal olan uşaq arabasını, 1 ədəd 800 manat dəyərində palıd ağacı materialından hazırlanmış 90/200 ölçülü tək çarpayını, 1 ədəd 1600 manat dəyərində “Bellona” markalı divan kreslo dəstini, 1 dəst 600 manat dəyərində 8 nəfərlik stol-stul dəstini, 2 ədəd hər biri 75 manat, ümumi 150 manat dəyərində mebel stulları, 6 ədəd hər biri 20 manat, ümumi 120 manat dəyərində plastmas materialdan hazırlanmış stulları, 15 ədəd hər biri 170 manat, ümumi 2550 manat dəyərində 15 dəst yorğan-döşək dəstini, 2 ədəd hər-biri 300 manat, ümumi 600 manat dəyərində 3/5 metr ölçüdə Türkiyə istehsalı olan yun gəvəni, 3 ədəd hər biri 120 manat, ümumi 360 manat dəyərində 2/3 metr ölçüdə Türkiyə istehsalı olan yun gəvəni, 2 ədəd hər biri 350 manat, ümumi 700 manat dəyərində 2/3 metr yerli istehsal olan yun gəvəni, 3 ədəd hər biri 250 manat, ümumi 750 manat dəyərində 1,5/2 metr ölçüdə Türkiyə istehsalı olan yun gəvəni, 1 ədəd 170 manat dəyərində 2,5/3 metr ölçülü Türkiyə istehsalı olan “Kaşmir” adlı gəvəni, 10 ədəd hər biri 80 manat, ümumi 800 manat dəyərində Türkiyə istehsalı olan təzə örtük dəstini, 1 ədəd 550 manat dəyərində 2/3 metr ölçülü Türkiyə istehsalı olan pərdəni, 1 ədəd 100 manat dəyərində 2,5 metr uzunluğunda ağac materialından hazırlanmış yerli istehsal olan pərdə asmaq üçün nəzərdə tutulmuş karnizi, 12 dəst hər biri 60 manat, ümumi 720 manat dəyərində yerli istehsal olan standart ölçülü mələfə dəsti, 12 ədəd hər biri 5 manat, ümumi 60 manat dəyərində “Gilan” firmasının istehsalı olan əl-üz dəsmalları, 6 ədəd hər biri 20 manat, ümumi 120 manat dəyərində “Gilan” firmasının istehsalı olan hamam dəsmalları, 20 ədəd hər biri 3 manat, ümumi 60 manat dəyərində “Gilan” firmasının istehsalı olan çay stəkanları, 2 ədəd hər biri 35 manat, ümumi 70 manat dəyərində Türkiyə istehsalı olan hamam-xələti, 1 ədəd 2500 manat dəyərində Türkiyə İstehsalı olan “çəngəl, bıçaq, qab-qacaq və qazanlarından” ibarət dəst, 1 ədəd 50 manat dəyərində qadın ayaqqabısı, 1 ədəd 65 manat dəyərində dəri materialdan hazırlanmış kişi üçün ayaqqabı, 1 ədəd 70 manat dəyərində dəri materialdan hazırlanmış kişi üçün uzunboğaz çəkmə, 1 ədəd 80 manat dəyərində dəri materialdan hazırlanmış qadın üçün uzunboğaz çəkmə, 1 ədəd 120 manat dəyərində qadın üçün yun materialdan hazırlanmış palto, 1 ədəd 100 manat dəyərində kişi üçün gödəkçə , 2 ədəd hər biri 60 manat, ümumi 120 manat dəyərində qadın üçün yazlıq parça plaş, 2 ədəd hər biri 60 manat, ümumi 120 manat dəyərində Türkiyə istehsalı olan qadın əl çantaları, 3 ədəd hər biri 150 manat, ümumi 450 manat dəyərində Türkiyə istehsalı olan kişi kostyumları, 2 ədəd hər biri 35 manat, ümumi 70 manat dəyərində yerli istehsal olan dəmir materialdan hazırlanmış xəncərlər, 1 ədəd 50 manat dəyərində “Monej” markalı uşaq arabasını alışdırıb yandırmaqla yararsız hala salıb Zərərçəkmiş şəxs7 ümumilikdə külli miqdar hesab edilən 51.635 (əlli bir min altı yüz otuz beş) manat dəyərində əmlakını qəsdən yandırmaqla məhv etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 01 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində digər şəxslər ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Yeni Zod kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs8 məxsus 2000 (iki min) manat dəyərində 1 baş ağ rəngli, 3 yaşlı, dişi cinsli iribuynuzlu heyvanı, 2000 (iki min) manat dəyərində 1 baş boz rəngli, 2 yaşlı, dişi cinsli iribuynuzlu heyvanı, 1500 (bir min beş yüz) manat dəyərində 1 baş boz rəngli, 1 yaşlı, dişi cinsli iribuynuzlu heyvanı, 2000 (iki min) manat dəyərində 1 baş ağ rəngli, 2 yaşlı, dişi cinsli və 2000 (iki min) manat dəyərində 1 baş böz rəngli, 2 yaşlı, dişi cinsli iribuynuzlu heyvanı gizli yolla talamaqla Zərərçəkmiş şəxs8 ümumilikdə 9500 (doqquz min beş yüz) manat dəyərində xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə digər şəxslər ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 oktyabr 2021-ci il tarixdə saat 1N radələrində Göygöl rayonunun Çaykənd kəndinin ərazisində “Su baseyni” kimi tanınan otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs9 məxsus hər birinin ayrı ayrılıqda dəyəri 210 (iki yüz on) manat, ümumi 1260 manat dəyərində olan 6 (altı) baş boğaz vəziyyətdə dişi cinsli və 1 baş 200 (iki yüz) manat dəyərində erkək cinsli keçiləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs9 ümumilikdə 1460 (min dörd yüz altmış) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 21 noyabr 2021-ci ildə yaşadığı kənddə məktəbdən mağazaya doğru gedərkən, polis əməkdaşları tərəfindən saxlanılmış və “VAZ 2107” markalı maşınla polis şöbəsinə aparılmış, ona oğurluq cinayətləri, evin və restoranın yandırılması ilə bağlı saxlanıldığı bildirilmiş, o isə həmin cinayətləri törətmədiyini bildirmiş və orada ona 2 gün işgəncə verilmişdir. Daha sonra Göygöl Rayon Məhkəməsində polisə tabe olmamağı əsas gətirilməklə 15 gün inzibati həbs olunmağı tələb edilmiş, o isə məhkəmədə bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman onlara müqavimət göstərməmişdir. Məhkəmə onu 200 manat cərimə etmişdir. Sonra o, yenidən polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində ona yenə də işgəncə verilmiş, ona oxuduğu və oxumadığı sənədlərə imza çəkdirilmişdir. Ona bildirilmişdir ki, ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən və Gəncə türməsindən əməkdaşlar gəlib. Daha sonra həmin ayın təxminən 27-28-i yenidən məhkəməyə aparılmış və barəsində 3 ay həbs qətimkan tədbiri seçilərək, 2 saylı İstintaq Təcridxanasına aparılmışdır. 8 dekabr 2021-ci illdə Gəncə şəhəri 2 saylı Təcridxanasından Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları gələrək, onu Yevlax Rayon Polis Şöbəsinə apararaq, orada X57 yerləşdirmişlər. O, ayaqqabısının iplərini açıb təhvil vermiş və onu 3-cü mərtəbəyə qaldırmışlar. Ona bildirilmişdir ki, Şahid11 və onun dostu da buradadır. X58 ölümü ilə bağlı məlumatının olub-olmaması ilə bağlı soruşmuşlar, o isə Səidə Hüseynovanın qayınanasının bacısı olduğunu, onun yas mərasimində iştirak etdiyini bildirmişdir. Ona ibtidai istintaq zamanı ünvanlanan suallara cavab olaraq, hadisə zamanı evində olduğunu və bunu sübut edən telefon danışıqlarının olmasını bildirmişdir. Qaynının arvadı onun arvadına zəng vuraraq, xalasının sexinin yanması ilə bağlı məlumat vermişdir. Polis şöbəsində ona bunu yalan dediyi bildirilmiş və o, digər otaqda Şahid11 döyülməsi ilə əlaqədar qışqırıq səsləri eşitmişdir. Adı ona sonradan məlum olan Vüqar adlı Cinayət Axtarış Bölməsinin rəisi onun digər otağa aparılmağı ila bağlı göstəriş vermişdir. Onun ayaqları və əlləri arxa hissədən yapıştırıcı lentlə bağlanılmış və ağaca keçirilmişdir. Polislər öz aralarında “Bunu karuselə qaldırın” deyə bir-birinə demişdir. Daha sonra ona işgəncə verməyə başlamışlar. Ayağının altına vurmuş və ona danışa bilməyəcəyi pis hərəkətlər etmək istəmişlər. O, məcbur qalaraq cinayət əməllərini törətdiyini bildirmişdir. Onu polis əməkdaşı Şahların otağına aparmışlar. Şahlar ona bildirmişdir ki, onun qayınanasının şikayət etmədiyi yer qalmayıb. O, polislərə bildirmişdir ki, S.Hüseynovanın ölümü ilə əlaqəsi yoxdur və qayınanasından onları şikayət etməməsini xahiş edə bilər. Sonra onu yenidən əvvəlki otağa aparmış və mülki geyimdə olan bir əməkdaşın da iştirakı ilə əvvəlki qaydada işgəncə etməyə başlamışlar. Polislər butulkanı onun ağzına salmış və sonra ağzını da yapıştırıcı lentlə bağlamışlar, bunun göstərişini isə Şahlar Cəfərov vermişdir. O, yenə məcbur qalaraq cinayəti törətdiyini bildirmiş və onu aşağı düşürmüşlər. Orada bir polis əməkdaşı gələrək, ona niyə işgəncə verildiyini soruşmuş və ağzında olan lenti kəsmişdir. Sonra onu Şahlar Cəfərovun otağına aparmışlar və orada bir polkovnik-leytenant da olmuşdur. Şahlar ona yaxınlaşaraq təzyiqlər göstərmişdir. O, cinayətlər törətmədiyini bildirmişdir. Sonra yenidən Şahlar Cəfərovun göstərişi ilə ona işgəncə verməyə başlamışlar. Ona qayınanasına maşın verməsi, 8 min pul verməsi və S.Hüseynovaya kompüter verməsini qayınanasının bildirdiyi deyilmişdir. O, bildirmişdir ki, kompüterə görə adam öldürmək olmaz. O, yenidən Şahlar Cəfərovun otağında dindirilərkən orada bir nəfər olmuş və həmin şəxs o olan tərəfə baxmamışdır. Sonra saat təxminən 7-8 radələrində ağ rəngli Kia markalı nömrəsinin sonu 966 olan və Volvo markalı nömrəsinin sonu 512 nömrəli olan maşınlarda hadisə yerinə aparılmışdır. Vüqar maşında qabaq oturacaqda oturmuş və digər bir polis əməkdaşı maşında olmuşdur. Onun qolu qandalla bağlanmışdır. Eyni zamanda, müstəntiqlə Şahlar Cəfərov digər maşında olmuşlar. Orada ona hadisə yerinin giriş qapısını göstərmişlər və sonra onu polis şöbəsinə qaytarmışlar. Oradan onu rayon prokurorluğuna aparmışlar. Orada onu hadisə yerində olan müstəntiq müdafiəçinin iştirakı ilə dindirmişdir. Şahlar da orada olmuş və girişdə - sol tərəfdə televizorun aşağısında stolda əyləşmişdir. Sonra bir nəfər kriminalist də oraya gəlmiş, ona hadisə yerinin şəkillərini göstərmişdir. O, qorxduğu üçün cinayəti törətdiyini bildirmişdir. Əslində o, cinayəti törətmədiyi üçün, hadisə yerini də tanımamışdır. Müstəntiq protokollarda 1 saat onun dindirildiyini qeyd etsə də, o, səhər saat 8-ə qədər dindirilmişdir. O, dindirilərkən əlyazma formasında ifadəsi alınmamışdır. O, danışmış, müstəntiq isə bunları kompütrer vasitəsilə yazmışdır. Sonra ayın 9-u Yevlax rayon prokuroru polis şöbəsində polis rəisi ilə birlikdə onu dindirmişdir. O, digər otaqda işgəncəyə məruz qalmış və sonra yenidən onlar tərəfindən dindirilmişdir. O, prokurora cinayəti törətmədiyini bildirmişdir. Prokurorun yanında Şahlar, Ziya və Vüqar da olmuşdur. Onu oraya qandallı vəziyyətdə aparmışlar. Sonra onu yenidən hadisə yerinə aparmışlar. Hadisə yerində ona giriş qapısına qədər olan hissəni göstərmişlər. İçəri hissəni isə o, tanımamışdır. O, orada bildirmişdir ki, guya *2244 taksi şirkətinə sifariş verərək, taksi ilə hadisə yerinə gəlmişdir. O, sexdə olan otaqları tanımamışdır. Lakin, kriminalist ona hadisə yerinin şəkillərini göstərmişdir. O, sexin ətrafında gəzəndən sonra, hadisəni hansı otaqda törətdiyini soruşmuşlar. Vüqar ona sobanın borusu olan otağı işarə ilə göstərmişdir. Ona S.Hüseynovanın olduğu otağın qapısının materialı haqqında soruşulduqda, o, mateialının dəmirdən olduğunu bildirmişdir. Müstəntiq ona bildirmişdir ki, qapı taxta materialda idi və qapı içəri açılırdı. O, yalandan hadisəni təsvir etməyə başlamışdır. Əslində, S.Hüseynovanın o qədər pulu olmamışdır. Şahlar Cəfərov bildirmişdir ki, S.Hüseynovanın çantasının üstü maqnit kimi dəmirdən olub və ona ifadəsində bunu bildirməyi ilə bağlı göstəriş vermişdir. Sonra onu polis şöbəsinə gətirmişlər və Şahlar Cəfərov bildirmişdir ki, o, onlara yalan məlumat vermişdir. Belə ki, onlar taksi şirkətinə sorğu verən zaman *2244-ə onun taksi sifariş verməyi ilə bağlı məlumat qeydə alınmadığı bildirilmişdir. Sonra ona işgəncələr verməyə başlamışlar. Sonra o, hadisə yerinə “Opel” markalı maşınla gəldiyini bildirmişdir. Lakin sonuncu məlumat ittiham aktında göstərilməmişdir. O, bu haqda məlumatı öz ərizəsində göstərmişdir. Sonra yenidən hadisə yerinə getmiş və o, hadisə yerində video çəkilişlə hadisə haqqında məlumat vermişdir. Sonra onu Gəncəyə qızıl satılan yerə aparmışlar. O, 2009-cu ildə qızıl satmışdır, bu qızıllar isə onun arvadına məxsus olmuşdur. O, qızılı univermaqda 1-ci mərtəbədə qızıl satana satdığını bildirmişdir. Müstəntiq qızıl satana satış etməsi ilə bağlı qeyd dəftərini açmağı ilə bağlı göstəriş vermişdir. Qızıl satan qeyd dəftərini açmış və aprel və may aylarında onun qızıl satana qızıl satmadığını, bu barədə yalan məlumat verdiyini bildirmişdir. Qızıl satan həmin vaxtı qızıl ona neçəyə satmağı barədə soruşduqda, o, 40 manata satdığını bildirmişdir. Qızıl satan bu qədər ucuz qiymətə ümumiyyətlə, qızıl almadığını bildirmişdir. Sonra onu univermağa aparmışlar. O, ibtidai istintaqda ifadəsində isə bildirmişdir ki, o qızılı univermaqda birinci mərtəbədə satmışdır. Orada məlum olmuşdur ki, ümumiyyətlə orada 1-ci mərtəbədə qızıl alınıbsatılan yer yoxdur. O, qızılı ağ saçlı və ortaboylu bir kişiyə satdığını bildirmiş və 2-ci mərtəbəyə qalxanda orada bir qızıl satana yaxınlaşıb qızılı ona satdığını bildirmişdir. O, ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki, 1200 manatlıq birinci qızıl satana qızıl satmış və 1800-1900 manatlıq qızılı isə ikinci qızıl satana satmışdır. Həmin qızıl satılan yerdə olan yaxınlaşdığı satıcı ona qızıl satmadığını və onun ümumiyyətlə qızıl deyil, brilliant alqı-satqısı ilə ilə məşğul olduğunu bildirmişdir. Onu oradan qardaşı olan evə aparmışlar. Çünki, o, qardaşının yaşadığı evdə qızılları gizlətdiyini bildirmişdir. Onun bunu deməkdə məqsədi isə bu olmuşdur ki, qardaşının evində ailəsinə ona işgəncə verildiyini bildirsin. Onu yanacaq doldurma məntəqəsinə gətirəndə, orada bildirmişdirlər ki, onlar yanacağı butulkaya doldurub satmırlar. O, isə ibtidai istintaqda ifadəsində yanacağı butulkada oradan aldığını bildirmişdir. Sonra yenidən ayın 10-u prokuror yenə də polis şöbəsində onu dindirmişdir. O, prokurora bildirmişdir ki, Çaykəndən Yevlax şəhərinə 200 km-dən çox məsafə var və yolda kamerlar var. O, hadisə yeri ilə bağlı qaynının arvadı vasitəsilə məlumat aldığını bildirmişdir. Eyni zamanda, prokurora aprel döyüşləri zamanından yaşadığı kənddə qoyulan kameralar haqqında məlumat vermişdir. Ayın 11-i günü polis şöbəsində üzləşmələr olmuşdur. Üzləşmədə yalnız “Orada olan qızıl satanı tanıyırsanmı, 2-ci qızıl satanı tanıyırsanmı” deyə suallar verilmişdir. Prosesdə iştirak edən müdafiəçi heç bir rol oynamamış və hadisə yerinə gedən zaman ona hadisəni kiminlə törətməyi barədə soruşulmuşdur. Ona S.Hüseyovanın şəkilləri və Səidə Hüseynovaya məxsus olması deyilən qızıllar göstərmişlər. Orada göstərilən bəzi qızılların 5-6 min manat dəyəri olmuşdur. O bununla bağlı 4-5 üzüklə bağlı məlumat vermişdir. Sonra müstəntiq üzüklərin sayını 6 kimi qeyd etmişdir. Bundan sonra Şahlar Cəfərov gəlmiş və gecə onu oyadaraq Ş.Cəfərovun otağına aparmışlar. Şahlar Cəfərov bildirmişdir ki, o, şikayət ərizələri yazmışdır. O isə bildirmişdir ki, o, sadəcə haqqını tələb edir. Şahlar ona bildirmişdir ki, hadisə yerinə “Opel” markalı maşınla gəlməyi barədə o, yalan məlumat vermişdir. Ona “Vaz 2106” markalı maşınla hadisə yerinə gəlməyi bildirilmişdir. Onun qonşusunun maşını var və həmin maşın onun adına qeydiyyatdadır. O həmin maşından hərbi hissədən artıq qalan yeməkləri gətirərək təsərrüffatında olan heyvanlara verirmiş. O, and içmişdir ki, “Vaz 2106” markalı maşınla gəlməmişdir. Orada olan üzdən tanıdığı əməliyyatçılar onu bel kəmərindən götürərək, digər otağa aparmışlar. Orada başına papaq keçirmiş və onu yuxarı qaldırmışlar. İşıqları söndürərək, ona əxlaqsız hərəkətlər etmək istədiklərini bildirmişlər. Orada olan Nofəl adlı əməkdaş ona daha çox işgəncə vermişdir. Yenə o, məcbur qalaraq, etiraf edici ifadələr vermiş və “Vaz 2106” markalı maşınla hadisə yerinə gəlməyi barədə məlumat vermişdir. Lakin, həmin maşınla hadisə yerinə getməyi barədə video çəkiliş aparılmamışdır. O, hadisə yerinə gedərkən, həmin maşını hadisə yerindən uzaqda olan yanacaq doldurma məntəqəsində saxladığı bildirmişdir. Ondan hadisə zamanı istifadə olunmuş bıçağın və oğurlanmış pulun yerini bildirməyini istəmişlər. Sonra ayın 13-ü günü onun vəkili və prokurorluğun əməkdaşı gəlmişdir. O, müdafiəçisinə cinayət əməllərinin törədilməsinə aidiyyatının olmamasını və ona işgəncələr olunduğunu bildirmişdir. O, 31 oktyabr tarixində Samux rayonunda olan zaman həmkəndlisi Səyyaf zəng edərək ona bildirmişdir ki, onun heyvan sürüsünə 7 baş keçi qarışıb və həmin zaman Şahid11 əsgər qardaşının yanında – Şəmkirdə olub. O, Gəncədən Şahid11la birgə Səyyafın yanına gəlmişdir. Həmin keçirləri onların damına salaraq, ikisini kəsmişlər və 5-ni satmışlar. Buna görə də, yalnız bu əməldə özünü təqsirli bildiyini göstərmişdir. Keçilərin əmisinə məxsus olması barədə isə heç birinin məlumatı olmamışdır. Müdafiəçisi onun xəsarətlərini qeyd etmişdir. Ayın 14-ü təcridxanaya daxil olmuş və 16-sı orada həkim öz əlyazması ilə məlumat veməyinə icazə vermişdir. O ayağının altında və dizində olan yaralar barədə qeydlər etmişdir. Prokurorun birinci müavini işi araşdırarkan, guya o özünə konvoy maşınında olarkən xəsarət yetirdiyini qeyd etmişdir. Şahlar Cəfərov bildirmişdir ki, guya onu bircə dəfə prokurorluqda görüb, lakin o, Şahlar, Vüqar və digər əməliyyatçıları artıq dəfələrlə gördüyü üçün onları üzdən tanımışdır. O müstəntiqdən telefon danışıqlarını və təhlükəsizlik kameralarından video görüntülərin əldə edilməsini xahiş etmişdir. Onlar isə bununla bağlı tələbi gələcəkdə məhkəməyə bildirməyini demişlər. O, bildirmişdir ki, saat 18:33-də onun telefon danışığı olub, bununla bağlı səs yazıları qeydə alınıb. Onun telefonu ilə övladının da danışa biləcəyini bildirərək, tələbini yerinə yetirməmişlər. O yaşadığı kənddən Xaldan qəsəbəsinə 150-200 km məsafə olduğunu bildirərək, bununla bağlı şikayət ərizələri yazmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, S.Hüseynovaya qarşı qərəzli münasibəti olmamış, o, 2014-cü ildə S.Hüseynovaya kompüterini verib əvəzində 1000 manat pul götürmüş, S.Hüseynova ilə münasibəti normal olmuşdur. Cücə sexində o, əvvəllər heç vaxt olmamış, qaynının arvadı hadisə ilə bağlı ayın 14-ü onun arvadına məlumat vermiş və ayın 15-i o, məktəb direktorundan icazə alaraq, yas mərasimində iştirak etmişdir. O, ibtidai istintaq zamanı ona təzyiqlər olduğundan, video çəkilişlərdə cinayət əməllərini törətdiyini bildirmişdir. O, hadisə yerində ilk dəfə video çəkiliş aparılanda heç bir yeri tanımamış, növbəti çəkilişlərdə o, kriminalistin təqdim etdiyi şəkillər və təqqsirləndirilən şəxs qismində cəlb olunana kimi qayınanasından aldığı məlumatlara əsasən cinayət hadisəsini təsvir etmişdir. Bundan əlavə qayınanası S.Hüseynovanın qısqapanmadan öldüyünü və prokurorun onun öldürülməsi faktını gizlətmək istəməsi, müqavilə bağladıqları vəkilin isə 5 min manat aldıqdan sonra 3 min manat istəyərək ekspert rəyinin dəyişdirilməsini təklif etməsi barədə məlumat vermişdir. Gəncə petrol onun istifadə etdiyi yolda olmadığından, o oradan dizel yanacağı almamışdır. Zərərçəkmiş şəxs7 münasibətdə törədilmiş cinayəti o törətməmiş, qonşuların qışqırıq səsinə oyanmış, Zərərçəkmiş şəxs7 evinin yandığını bilmiş və kömək məqsədilə oraya getmişdir. Göygöldə də ibtidai istintaq zamanı dindiriləndə ona təzyiqlər olunmuşdur. O orada etirafedici ifadələr vermiş, lakin bunları o yazmamış, sadəcə imza çəkmişdir. Ona olunan təzyiqlər barədə müdafiəçiyə məlumat vermişdir. 14 aprel 2021-ci il tarixində Səyyaf Məmmədovdan maşını istəməyi və hara getməyi barədə məlumatı tam olaraq xatırlamamış, lakin bildirmişdir ki, belə hallar dəfələrlə olub. Eyni zamanda, telefon danışıqlarından məlum olur ki, həmin günü Şahid10la əlaqə saxlamış və yəqin ki, maşın istəmişdir. O, tək və Şahid10la birlikdə hərbi hissədən artıq qalmış yeməkləri gətirirmiş. Şahid7 ittiham aktını oxuduqdan sonra tanımışdır və onun qızıl alan olduğu qeyd olunub, lakin bu cinayətdə qeyd olunan qızılı o, Şahid7 satmamış, Şahid7 ilk dəfə 2009-cu ildə qızıl satmışdır. 2009-cu ildən sonra onunla heç bir təması olmamışdır. Şahid7 ifadəsində bildirmişdir ki, ona 1200 manatlıq qızılı 2015-ci ildə o satmş, lakin mərhum S.Hüseynovanın qızları dediyi qızılın qiyməti ilə buna uyğun gəlməmişdir. X1 tanımamış, ibtidai istintaq zamanı valyuta dəyişmə məntəqəsində çəkilişlər zamanı onu tanımışdır. Kamaləddin Əliyevi əvəllər görmüş, lakin heç bir münasibəti olmamışdır. İbtidai istintaq zamanı da, o bu halı təsdiq edib ki, həqiqətən münasibətləri olmamışdır. İttiham aktında 800-900 dollar pulun dəyişilməsi qeyd olunsa da, konkret olaraq 1200 dolları ona vermişdir. Univermaqda olan qızılı satanı tanımamış, 8 dekabrda ifadə verərkən, “Opel” markalı maşınla gəldiyini deməmişdən əvvəl, taksi fəaliyyəti ilə məşğul olan Yolçu adlı şəxsin maşını ilə Xanlar rayonuna gəldiyini demişdir. Guya ki, oradan da başqa bir nömrə ilə *2244-ə zəng vurmuş və *2244-dən gələn taksi ilə hadisə yerinə gəlmişdir. Yolçu ilə danışığını yoxlamaq üçün Şahlar Cəfərov ona zəng vurmuşdur. Belə ki, Ş.Cəfərov bildirmişdir ki, Yolçu onun haqqında danışır və 3 ildi onun Yolçunun maşınına oturmadığını bildirir. O ona bildirmişdir ki, maşın alan günə kimi Yolçu onun daimi gedib-gəldiyi taksi olub. O, hadisə yerindən yola çıxaraq, guya “Vaz” 2107 markalı maşınla qayıtdığını bildirmişdir. O, qardaşıgildə qalandan sonra oradan getməyi barədə bildirmişdir ki, o oradan taksi ilə Xanlar rayonuna getmiş, oradan isə Seymurun oğlunun taksisi ilə yaşadığı evə getmişdir, lakin bununla bağlı Seymuru dindirməmişlər. Guya ki o keçini qızılın pulu ilə almışdır. O keçini yanvarfevral ayında almış, aprel-may aylarında qaytarmışdır. Farizə 2016-2017-ci ildə 100 baş keçi satmışdır. Daha sonra, o, İlhamla mal bazarına iki inək aparıb satdıqdan sonra, Farizdən hind quşu almaq istəməyi ilə bağlı danışmışdır. O, Farizdən 20 hind quşu alıb yemləmiş, satmış, həmin pula Farizdən keçi almışdır. O Farizə 700 manat pul vermiş və 1000 manat borclu qalmışdır. Aprel ayının əvvəllərində keçilərin pulunu istəyəndə, o Farizin satdığı keçilərin ölmüş cəsədlərinin şəkillərini atmış və bildirmişdir ki, satdığı keçilər ölür. İcra nümayəndəsi Əhliman müəllimdən borc istəmiş ki, keçilərin pulunu ödəsin, lakin o ona pul verə bilməmişdir. O keçini təxminən may ayı qaytarmışdır və keçini yanvar-fevral ayında aldığını xatırlamışdır. O keçiləri qaytarmış və 700 manat ölmüş keçilərin puluna çıxılmışdır. O bir keçi də alaraq, evə gətirmişdir. S.Hüseynovanın ölümündən əvvəl keçi alıb-satmışdır. O, S.Hüseynovanın yas mərasiminə ayın 15-i məktəbdə direktordan icazə alaraq Vüqarın taksisi ilə getmiş, yas mərasiminə getdiyi taksinin gediş haqqını qayınanasının qardaşı qızı Nigar vermişdir. O, hadisənin sabahı günü yas mərasiminə getmişdir. Qaynının yoldaşı Mədinə hadisə haqqında məlumat vermişdir. O əvvəl “Opel” markalı maşınla getdiyini bildirsə də, sonra ifadə dəyişdirilmişdir. Çünki “Opel” markalı maşını tapmaq mümkün olmamışdır. Buna görə də, ifadə dəyişdirilmişdir. O müdafiəçi qismində Müdafiəçi gəlməsini tələb etmiş və ona buna görə təzyiq olunmuşdur. Ona qayınanası bildirmişdir ki, bacısı S.Hüseynova alın nahiyəsindən bıçaq zərbəsi alaraq öldürülüb. O ona görə ifadəsində bildirmişdir ki, bıçaqla Səidəni öldürmüşdür. Daha sonra yaxınlıqda olan dayanacağın yanında bıçaq satılan yeri göstərmişdir ki, bıçağı oradan əldə etmişdir. Orada bildirmişlər ki, onlar yalnız balaca bıçaqlar satırlar. Bundan əlavə özünü gələcəkdə müdafiə etmək məqsədi ilə, sol əli ilə bıçaq zərbəsi vurduğunu bildirmişdir, lakin o solaxay olmadığı üçün zərbəni sağ əli ilə vurmuş olmalı imiş. O bıçağı hadisə yerindən çıxanda atdığını bildirmişdir. İki ifadəsində bıçağı atdığı fərqli yerlər bildirmişdir. O, cücə sexini əvvəllər tanımamış, hadisə yerində ifadə verərkən, həmin yerləri yalnız kriminalistin göstərdiyi şəkillərlə tanımış və ona işarə ilə S.Hüseynovanın öldürüldüyü yeri göstərmişlər. Qapının taxtadan olması və içəri açılması ilə bağlı məlumatı ona Ziya vermişdir. Nömrəsinin sonu 966 olan Kia və arxada olan Volvo markalı maşınlarla hadisə yerinə getmişlər. Şahlar Cəfərovun yanında olan müstəntiq də hadisə yerində olmuşdur. O birinci dəfə hadisə yerində gecə olmuş və o elə bilmişdir ki, ora park kimi bir yerdir. Sonra görmüşdür ki, ora betonlar tökülmüş bir yerdir. O çıxılmaz vəziyyətdə qalıb demişdir ki, o, ağacın yanında durmuşdur. O, ağacın yanında duranda necə olur ki, Lətif onun yanından keçir və onu görmür. O, bildirmişdir ki, 20:30-da Lətif sexdən gedib və 20:52-də maqazində olub. Eyni zamanda, S.Hüseynova 20:11-də Whatsapp-da olmuşdur və Səidə öləndən sonra bunu edə bilməzmiş. O, Şahid11la Osmanın restoranına getmiş və onlar Osmanla içəridə oturmuşlar. Qalib çölə çıxmış və təxminən 20 dəqiqə sonra qayıtmış, ona demişdir ki, gəl gedək. Bir neçə gün sonra Şahid11 etiraf etmişdir ki, həmin restoranı Qalib yandırmışdır. O, həmin restoranda olmamış, sadəcə uzaqdan görmüşdür. Qalib etiraf etmişdir ki, restoranı o, yandırıb. Baharın evindən oğurluqla bağlı dindirilərkən, polislər kitabça ilə başına vurmuş, daha çox oradan oğurlanmış televizorla bağlı məlumat almaq istəmişlər, televizoru hara aparmağı ilə bağlı heç nə deməmişlər. Daha sonra ona kompyuter, ütü və digər məişət əşyaları apardığını demişlər. O isə demişdir ki, onun heç nədən xəbəri yoxdur. Zərərçəkmiş şəxs1 3 baş iribuynuzlu heyvanını o, oğurlamamışdır. O həmkəndlisi Elmanla aparıb iribuynuzlu heyvanlarını satmışdır. Zərərçəkmiş şəxs1 isə onun qonşusudur, qonşusunun malını oğurlayıb həmkəndlisi ilə sata bilməz. O, həmin malları Mirzəlidən almışdır. Malların rəngləri qara, qırmızı və boz rəngdə olmuşdur. Yüzbaşıyevagil qonşu kənddən olmuşlar. Onların kəndindən təxminən 15 km uzaqda Quşçu kəndi var. O, hərbi hissədən artıq qalmış yeməkləri gətirdiyi yer Çaykəndin ərazisidir. Şahid11 Rantiklə əlaqəsi olmuş və onlar 2021-ci ilin aprelində ondan qoç və qoyun almışlar. Rantiki belə tanımışdır. Şahlar Cəfərov ona bildirmişdir ki, ifadəsində mərhumun üzərindən heç nə çıxarmadığını desin. Əgər kimisə öldürsə, onda olan qiymətli əşyaları götürə bilərmiş. Ayın 13-ü prokurorluq əməkdaşı 8-i verdiyi ifadəsini əlyazma ilə yazmağını istəmişdir. Yazının yarısını ayın 13-ü, yarısını isə 14-ü yazmışdır. X37 qonşusudur və onunla ədavəti olmayıb. Zərərçəkmiş şəxs10 1 baş iribuynuzlu heyvanının itməsindən xəbəri olmamışdır, sadəcə oğurlandığını sonradan bilmişdir. Zərərçəkmiş şəxs10 iribuynuzlu heyvanının itməsi tarixini xatırlamır. Saat 4-5 radələrində Zərərçəkmiş şəxs7 qonşusu Nadir kişinin səsinə çölə çıxmışdır. Həmin günü o maşın aldığı üçün Şahid11 ona qonaqlıq verəcəkmiş. Onlar həmin gün Həsənin “Cahan” yeməkxanasında yemək yeyib gəlmişlər. Zərərçəkmiş şəxs7 ilə münasibəti yaxşı olmuşdur. Şahid11 Zərərçəkmiş şəxs7 ilə bağlı epizodda ittiham irəli sürülmüşdür. “Göyəzən” kafesini işlədən Zərərçəkmiş şəxs5la yaxın münasibəti olmamışdır. Şahid11 o kafeni yandırdığını bildirmişdir. O, işgəncə nəticəsində S.Hüseynovanı öldürdüyünü bildirmişdir. Ona heç kim xəsarətlərlə bağlı göstəriş verməsə də, canını qutarmaq üçün özündən bildirmişdir ki, bir bıçaq zərbəsi alın nahiyəsindən, birini ürəyindən və birini isə qarnından vuraraq, S.Hüseynovaya xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq olunmuş və həmin ifadələrində göstərmişdir ki, X16 ilə rəsmi nikaha daxil olmuş, 4 övladı – 2 oğlan, 2 qız övladı var. Özü Göygöl rayonu Çaykənd kəndində yerləşən Kəlbəcər rayonu 58 saylı tam orta məktəbində fizika müəllimi işləmişdir. X38 onun arvadı Qaratel Hüseynovanın xalası olmuşdur. Səidə Hüseynova ilə ədavəti olmuşdur. Belə ki, əvvəllər Səidə Hüseynova ilə münasibətləri normal olmuşdur, təxminən 2014-2015-ci il tarixlərdə Səidədən 1000 manat ehtiyacı olduğu üçün pul borca götürmüşdür. Həmin pulu məzuniyyət pulu alan zaman ödəyəcəyinə söz vermişdir. Buna baxmayaraq həmin 1000 manat pulu vaxtında Səidə Hüseynovaya qaytara bilmədiyi üçün sonuncu Göygöl rayonu Çaykənd kəndində yaşadığı evə gəlmiş, Səidə pulunu tələb etmiş, o da uşaqları üçün aldğı kompyuteri 1000 manat pulun əvəzində Səidəyə vermişdir. Səidə kompyuteri 500 manata hesablayacağını demiş, lakin o, kompyuteri 1110 manata aldığını, borcunun əvəzində verdiyini bildirmişdir. Bundan sonra Səidə ilə onun arasında münasibətlər soyumuş və küsülü olmuşlar. 14 aprel 2021-ci il tarixdə saat 13-14 radələrində yaşadığı Göygöl rayonu Çaykənd kəndində yerləşən fərdi yaşayış evindən çıxıb kənddə “sentir” adlanan yola tərəf getmişdir. Orada taksi kimi fəaliyyət göstərən Yolçu adlı şəxsin istifadəsində olan VAZ 2107 markalı, sonu 974 dövlət qeydiyyat nişanlı göy rəngli avtomobillə Göygöl şəhərinə Avtovağzal olan yerə getmişlər. Yaşadığı kənddən Göygöl şəhərinə təxminən 30-40 dəqiqəlik yoldur. O, Göygöl şəhərində avtovağzala çatanda saat təxminən 14 radələri olmuşdur. O, həmin gün Səidə Hüseynovanı öldürməyi planlaşdırmışdır. Avtovağzalda olarkən vaxtıın tez olduğunu görüb, Göygöl şəhərində avtovağzal ətrafında gəzmiş, həmin vaxt avtovağzalın yanında olan “Əminə” marketə daxil olmuş, oradan “Bizon”, “Snikers” və “Kibrit” almışdır. Bundan sonra avtovağzaldakı çayxanada da oturub çay içmişdir. 14 aprel 2021-ci il tarixdə təxminən saat 18 radələrində avtovağzalın yanında dayanan taksilərdən birinin sürücüsünə yaxınlaşmış, həmin şəxs orta yaşlı olmuşdur. O, evdən çıxarkən istifadəsində olan telefonu evin birinci mərtəbəsində sol tərəfdə yerləşən pəncərənin yanına qoymuş, düşünmüşdür ki, hadisəni törətdikdən sonra hüquq mühafizə orqanları onun olduğu yeri telefon vasitəsi ilə tapa bilərlər, ona görə də telefonu üzərində götürməmişdir. Avtovağzalın yanında dayanmış taksi sürücüsündən telefonunu verməsini xahiş etmiş və sifarişlə taksi çağıracağını bildirmişdir. Həmin şəxs də telefonu ona vermişdir. O, *2244 saylı nömrəyə zəng edərək Göygöl şəhərində yerləşən avtovağzaldan Yevlax rayonu Xaldan kəndinə taksi sifariş vermiş, taksinin xidmət haqqısı təxminən 25-28 manat olmuşdur. Bir neçə dəqiqə sonra dövlət nömrə nişanını xatırlamadığı “Opel Astra” markalı “perlamont” rəngli avtomobil onun dayandığı yerə gəlmişdir. O, həmin avtomobilə əyləşəndən sonra yola düşmüşdür. Onlar avtomobillə Göygöl rayonu ərazisindən Gəncə şəhərinə daxil olmuş oradan da magistral yola çıxmalı olmuşlar. Gəncə şəhərini çıxmağa az qalmış orada yerləşən “GƏNCƏ PETROL” yanacaqdoldurma məntəqəsində taksini saxlatmış və dizel yanacağı alacağını bildirmiş, taksi sürücüsü də avtomobili saxlamış, lakin nə üçün aldığını soruşmamışdır. O, yanacaqdoldurma məntəqəsindən 2 litr-lik butulkada dizel yanacağı almışdır. Həmin butulkanı yanacaqdoldurma məntəqəsində işləyən işçi tapmışdır. O, dizel yanacağını aldıqdan sonra taksiyə əyləşmiş və onlar yola düşmüşlər. Taksi Gəncə şəhərindən çıxıb Gəncə-Yevlax avtomobil yolu ilə Yevlax şəhəri istiqamətinə getmiş, onlar Yevlax şəhərinə tərəf dönüb dar körpüdən keçib Xaldan kəndi istiqamətində getmişlər. O, taksi sürücüsündən avtomobili yüksək sürətlə idarə etməməsini xahiş etmişdir. Həmin gün saat 21-22 radələrində Yevlax rayonu Xaldan kəndinə çatmış, orada körpünü keçəndən sonra sürücüyə avtomobili saxlamasını xahiş etmiş, sürücü də avtomobili yolun sağında saxlamış və ödənişi edib yola düşmüşdür. Daha sonra yolun əks istiqamətinə keçmiş, orada sərnişin dayanacağı da olmuşdur. Sərnişin dayanacağının arxa tərəfi ilə X23 məxsus cücə sexinə gedən yola tərəf dönmüş, həmin vaxt əlimdə dizel yanacağının olduğu butulka da olmuşdur. Həmçinin həmin vaxt üzərində belinin sol tərəfində bel kəmərində açılıb-bağlanan dəstəyi qara rəngli bıçaq da olmuşdur. O, həmin yolla sexə tərəf getmişdir. Sexə çatmamış yolun sağında bina olmuş, yolun sol tərəfi isə boşluq sahə olmuşdur. O, sexə tərəf gedəndə sol tərəfə keçmiş, orada beton piltələr və ağac da olmuşdur. O, sexin qarşısında avtomobil dayandığını gördüyü üçün təxminən 10-15 dəqiqə gözləmiş, həmin vaxt sexdən hündür boy, orta yaşlı kişi cinsli bir nəfər şəxs çıxmışdır. Həmin kişi avtomobilə əyləşib sexdən getmişdir. O da bundan sonra ətrafda heç kəsin olmadığını görüb cücə sexində olan darvazaya tərəf yaxınlaşmış, darvazanın giriş qapısı bağlı olmuş, ancaq darvazanın özü bir qədər aralı qalmışdır. O, darvazanı sol ciyni ilə itələyib oradan içəri daxil olmuş, orada boş torpaq sahəsi olmasını görmüşdür. Darvazadan içəri daxil olduqdan sonra sağ tərəfə dönmüş, həmin hissədə “setka” çəpər olmuşdur. Həmin setka çəpərin olduğu yerdə setkadan qapı da olmuş, oradan keçib sexə tərəf getmişdir. Əlində olan dizel yanacağının olduğu butulkanı setkanın çöl sağ tərəfində qoymuşdur. Həmin vaxt sexdə işiğın yandığını görmüş və sexə tərəf yaxınlaşmış, Səidə Hüseynovanı “Ay Səidə xala, ay Səidə xala” deyərək səsləmiş, həmin vaxt belinin sol tərəfində olan kəmərin üzərindəki bıçağı sol əli ilə çıxarıb açılan düyməsinə basıb açmış, həmin vaxt Səidə qapını açmışdır. Lakin o, Səidənin qapını hansı istiqamətə açdığını xatırlamır. Səidə qapını açıb onu görən kimi “nə gəzirsən” demək istəyən vaxt sol əlində olan bıçağın arxa küt tərəfi ilə Səidə Hüseynovanın baş nahiyəsinin sağ tərəfindən vurmuş, Səidə Hüseynova arxası üstə yerə yıxılmış, huşunu itirmişdir. Həmin vaxt Səidənin qulağında sırğa görmüş, lakin götürə bilməmişdir. Səidənin yerə yıxıldığı yerlə qapıya qədər olan məsafə arasında məsafə bir metrədən az olmuş, həmin yer taxtın aşağı hissəsi olmuşdur. O, Səidənin sağ olduğunu bildiyi üçün sol əlində olan bıçaqla Səidənin ürək, sinə və qarın nahiyələrindən təxminən 4-5 dəfə vurmuşdur. O, Səidənin öldüyünə əmin olduqdan sonra otağı axtarmağa başlamışdır. Əvvəlcə Səidəyə məxsus qara rəngli çantanı götürmüşdür. Çanta otağa girəndə sol tərəfdə olan stolun üzərində olmuşdur. Çanta dəri materialdan olmuş, zəncirbəndlə bağlanıb açılmış, zəncirbəndin üzərində də maqnitli qapaqlığı olmuşdur. O, həmin çantanı açıb içərisində olan pulları götürmüş və əynində olan qara rəngli kurtkanın çöl sağ və sol yan ciblərinə yığmışdır. Həmin pulların içərisində həm Azərbaycan manatı, həm də ABŞ dolları olmuşdur. O, daha sonra taxtın baş hissəsinə tərəf gedib matrası qaldırmış, matrasın altından parça materiala bülükmüş qızıl-zinət əşyalarını tapmışdır. Həmin parça materialdan olan bükülünü iç sol yan cibinə yoymuşdur. Bundan sonra geri qayıdıb dizel yanacağını qoyduğu yerdən götürmüş, yenidən Səidə Hüseynovanın olduğu otağa daxil olub dizel yanacağının olduğu butulkanın ağzını açmış və sol əli ilə həmin butulkadakı dizel yanacağını Səidə Hüseynovanın bədəni üzərinə, habelə yataq taxına və otağın döşəməsinə səpələmişdir. Dizel yanacağını otağa və digər yerlərə tökməmişdən öncə əlini və bıçağı yataq taxtındakı mələfəyə silmişdir. Dizel yanacağını tökməmişdən öncə əlindəki bıçağı otaqda sol tərəfdə olan oturacaq stulunun üzərinə qoymuş, yanacağın hamısını tökdükdən sonra plastmas butulkanı da otağın içərisinə atmış və bıçağı götürüb kibriti yandırıb yanacağı tökdüyü yerlərə tutmuş, həmin yerlər yanmağa başlamışdır. Bundan sonra o, gəldiyi yol ilə sexdən çıxmış, cücə sexində təxminən 10 dəqiqə olmuşdur. Daha sonra darvazadan çıxıb yolun sağ istiqaməti ilə asfalt yola tərəf getmiş, həmin vaxt bıçaq əlində açıq vəziyyətdə olmuş, iti addımlarla asfalt yola tərəf getmişdir. Asfalt yola çatmamış yolun sağ istiqamətinə tərəf dönmüş, həmin yerdə bıçağı tullamış, sərnişin dayanacağının arxa tərəfindən dayanacağın ön tərəfinə keçmişdir. Bundan təxminən 5-6 dəqiqə sonra dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ 2107 markalı avtomobilə əl etmiş, sürücü də idarə etdiyi avtomobili saxlamışdır. Avtomobili idarə edən şəxs 45-50 yaşlarında olmuşdur. O, sürücüdən hansı istiqamətdə getdiyini soruşmuş, sürücü də Yevlax şəhərində yerləşən stasionar posta tərəf gedəcəyini bildirmiş, o, sürücüdən Yevlax şəhərində dairəvi yolda Gəncə şəhəri istiqamətində düşürməsini xahiş etmiş, həmin şəxs də onu qeyd etdiyi yerə gətirib düşürmüş, lakin ondan pul almamışdır. Bir neçə dəqiqə sonra oradan Gəncə şəhərinə gedən dövlət nişanını xatırlamadığı ağ rəngli “Mercedes Sprinter” markalı sərnişin avtobusuna minib Gəncə şəhərinə getmişdir. Sərnişin avtobusunda yolda olarkən 5-6 nəfər sərnişin olmuşdur. Gəncə şəhərində “Pribor” deyilən yerdən bir qədər sağda Abbas Səhhət küçəsinə tərəf istiqamətdə avtobusu saxlatdırıb düşmüş, sürücüyə 3 manat vermişdir. Daha sonra orada dövlət nişanını xatırlamadığı qırmızı rəngli VAZ 2106 markalı taksi ilə qardaşı X17 Gəncə şəhəri Gülüstan qəsəbəsinə “AKTA 6” adlı yaşayış sahəsində yaşadığı evə getmişdir. O, taksidən düşdükdən sonra darvazaya yaxınlaşmış və darvazanın giriş qapısının açıq olmasını görmüşdür. Həmin vaxt 15 aprel gecə 00 radələrini artıq keçmişdir. O, giriş qapısından içəri daxil olub Səidəyə məxsus cücə sexindən götürdüyü pulları və qızıl-zinyət əşyalarının olduğu bağlamanı həyətdə sol tərəfdə yerləşən hin və yardımçı tikili kimi istifadə olunan tikiliyə qoymuşdur. Azərbaycan manatı açıq vəziyyətdə, ABŞ dolları isə rezinlə bağlanmış vəziyyətdə olmuşdur, o, həmin pulları bağlamanın üzərinə qoymuş və evə daxil olmuşdur. Evə daxil olandan sonra qardaşı ondan haradan gəldiyini soruşmuş, o da dostları ilə birlikdə olduğunu bildirmiş, daha sonra hamam otağına girib əl-üzünü yumuşdur. Əl-üzünü yuyandan sonra yataq otağına keçib yatmışdır. 15 aprel 2021-ci il tarixdə səhər saat 0N radələrində yuxudan oyanmış və səhər yeməyində şirinçay pendir-incir yemiş, daha sonra getmək qərarına gəlmişdir. Evdən çıxıb həyətdəki əl damında gizlətdiyi pulları və qızıl-zinyət əşyalarını oradan götürüb yola çıxmışdır. Həmin ərazidə Qərargah deyilən yerə getmiş, oradan 14 saylı sərnişin avtobusuna minib “ARKA” deyən yerə çatmış, orada düşüb, yolun əks istiqamətinə keçib Göygöl rayonuna gedən dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli VAZ 2107 markalı maşınla Göygöl şəhərindəki avtovağzala getmiş, taksiyə 1 manat gediş haqqı vermişdir. Bundan sonra Göygöl rayonu Çaykənd kəndindıə yaşayan Seymurun oğlunun dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli VAZ 2107 markalı maşını ilə kəndə getmişdir. Seymurun oğlunun adını xatırlamır. Onu evə düşürməsi üçün həmin avtomobilin sürücüsünə 4 manat pul vermişdir. Həmin vaxt saat təxminən 09-10 radələri olmuşdur. O, yaşadığı evin qapısını döymüş, həyat yoldaşı Qaratel Hüseynova giriş qapısını açmış, həyətdə olarkən xalası Səidənin cücə sexində yanaraq öldüyünü demiş və Yevlax şəhərinə getməli olduqlarını bildirmişdir. O da razılıq vermiş, kənddə yaşayan Həsən adlı taksi sürücüsünə zəng edərək gəlməsini xahiş etmişdir. Həmin vaxt arvadı və 3 uşağı paltarlarını geyinmişdir. Həmin vaxt o, əynində olan qara rəngli kurtkasınn iç sol yan cibində olan bükülüdəki qızıl zinyət əşyalarını həyətdəki dəmir çardağın altında olan şkafın aşağı tərəfində olan sol qapını açıb içərisinə qoymuşdur. Daha sonra evlərinin birinci mərtəbəsində padval dedikləri yaşayış yerinə daxil olub kurtkasının hər iki cibində olan pulları orada olan qəhvəyi rəngli divanın altına qoymuşdur. Daha sonra Həsən idarə etdiyi dövlət qeydiyyat nişanının sonu 504 olan və markasını xatırlamadığı qara rəngli avtomobili ilə onun yaşadığı evin qarşısına gəlmiş, o, ailə üzvləri ilə birlikdə Yevlax şəhərinə yola düşmüşlər. 15 aprel 2021-ci il tarixdə saat 12-13 radələrində Yevlax şəhərinə çatmış, onlar qayınanası X44 şəhərində yaşadığı evə getmişlər. Onlar ora çatanda meyiti qəbristanlığa apardıqları üçün evdən çıxıb Yevlax şəhərində yerləşən qəbristanlığa getmişlər. Dəfn mərasiminə çatmışlar. Dəfn qurtardıqdan sonra həyat yoldaşı Qaratel və 3 uşağı Yevlax şəhərində qalmışdır. X51 anası Cəmilənin yanında böyüdüyü üçün Sevinci Yevlax şəhərinə aparmamışdır. Həmin gün təxminən saat 16-1N radələrində Həsənlə dəfn mərasimindən çıxıb Göygöl rayonu Çaykənd kəndinə qayıtmışlar. Təxminən 18-19 radələrində kəndə çatmışlar. Yevlax şəhərindən kəndə təxminən 1 saat 20 dəqiqəlik yoldur. O, Həsənlə sağollaşıb 35 manat gediş haqqı vermiş, daha sonra həyətə daxil olmuşdur. Həyətdə olarkən əvvəlcə çardağın altındakı şkafın aşağı sol qapısını açıb qoyduğu bükülüyə baxıb bükülünü açmış, bükülünün içərisində “REKERT SEP” “BRASLET”, “TROS SEP” 2 komplekt üzük və sırğası, habelə 5-6 ədəd də qızıl üzük olmuş, bundan sonra bükülünü bağlayıb götürdüyü yerə qoymuşdur. Daha sonra padval deyilən yerə getmiş, divanın altında sol tərəfdə olan pulları götürüb saymış, təxminən 1500 Azərbaycan manatı və 800-900 ABŞ dolları pulun olduğunu görmüşdür. Pulları sayandan sonra götürdüyü yerə qoymuşdur. Daha sonra evə daxil olub yatmışdır. Bundan 2-3 gün sonra həyat yoldaşı uşaqlarla birlikdə geri qayıtmışdır. Törətdiyi hadisədən təxminən 1 həftə sonra yanıbalalı keçi almaq qərarına gəlmişdir. Padvaldakı divanın altından 1500 Azərbaycan manatını götürüb Gəncə şəhərində yerləşən mal bazarına getmiş, orada Fariz adı şəxsdən həmin vaxt 7 baş yanıbalalı keçi, növbəti həftə isə 18 baş keçi almış, onlardan 12-nin balası olmuşdur. O, Farizə ümumilikdə 2500 manat pul verməli olmuş, həmin vaxt Farizə 1500 manat vermiş, yerdə qalan 1000 manat pulu 2021-ci ilin aprel ayının sonunda verəcəyini bildirmişdir. O, Farizdən əvvəllər də heyvan alıb satdığına görə Fariz ona heyvanı nisyə vermişdir. Heyvanları aldıqdan bir neçə gün sonra heyvanlar xəstələnib ölməyə başlamışdır. O da həmin heyvanları 2021-ci ilin may ayının ortalarında həmkəndlisi Elman adlı şəxsin sonu 508 olan dövlət nömrə nişanlı Qazel markalı yük maşını ilə Gəncə bazarına aparmışdır. Ölən heyvanların da şəkillərini çəkmişdir. Həmin heyvanları Farizə qaytarmış, Fariz isə pulu bir dəfəyə qaytara bilməyəcəyini bildirmişdir. Fariz həmin 1500 manat puldan 2 dəfəyə hissə hissə olmaqla 1000 manatını ona vermiş, bundan başqa Fariz ona 200 manat dəyərində çəpiş vermişdir. O, həmin çəpişi kəsdirib evinə aparmışdır. Farizin ona 300 manat borcu qalmışdır. Fariz daha sonra pulun müəyyən hissəsini qaytarsa da yerdə qalan hissəsini qaytarmamışdır. 2021-ci ilin may ayının sonlarında evdə divanın altında gizlətdiyi 800-900 ABŞ dolları məbləğində pulu evdən götürüb Gəncə şəhərinə gəlib “Köhnə Avtovağzal” deyilən yerdə düşüb “Panasonic” mağazasının yanında dayanacaqdan bir qədər aşağıda yerləşən valyuta dəyişmə məntəqəsinə getmiş, həmin pulu orada konvertasiya etmiş, təxminən 1500 manat pul etmişdir. Pulu götürüb Göygöl rayonu Çaykənd kəndinə qayıtmış, orada “1001 xırdavat” dükanına olan 300 manat borcundan 200 manatını ödəmiş, daha sonra İlham müəllimə ət verdiyi üçün 150 manat borcu ödəmiş, yerdə qalan pulu evə və anasının onkoloji xəstəliyi ilə əlaqədar dərmanlara xərcləmişdir. Təxminən 2021-ci ilin may ayının 25-də çardağın altında olan şkafın aşağı sol tərəfində qoyduğu bükülüdəki qızıl zinyət əşyalarını götürüb adını xatırlamadığı taksi ilə Göygöl şəhərinə getmiş, oradan da adını bilmədiyi taksi ilə Gəncə şəhərinə “Köhnə Avtovağzal” deyilən yerə kimi getmiş, daha sonra oradan piyada Gəncə şəhərində “Kolxoz” deyilən ərazidəki “Keçəllər” deyilən yerdəki yarmarkaya getmiş, əvvəlcə əlində olan qızılları bir neçə qızıl dükanında yoxlatdırmış, həmin qızılları “lom” qiymətinə, yəni yarı qiyməıtinə hesablamışlar. O, həmin gün saat təxminən 12-13 radələrində əvvəllər də qızıl satdığı yarmarka deyilən yerdə qızıl dükanı işlədən “ata-oğul” deyilən şəxslərin yanına getmişdir. O, həmin şəxslərə 1 komplekt sırğa və üzük, bir neçə üzük, rekert qolbağını satmış, qarşılığında 1200 manat pul almışdır. Həmin şəxslər onu tanıdığı üçün sənəd tələb etməmişlər. Daha sonra qızılların yerdə qalan hissəsini Gəncə şəhərində “Univermaq” adlanan alış-veriş mərkəzində üzdən tanıdığı orta yaşlı tanımadığı kişi cinsli şəxsə satmışdır. O, həmin şəxsə 1 komplekt üzük və sırğa, rekert sep, tros, 2-3 ədəd də üzük satmışdır. Həmin şəxs ona təxminən 1600-1700 manat pul vermiş, ümumilikdə 2800-2900 manat pul əldə etmişdir. Həmin pulu da ehtiyaclarına sərf etmişdir. O, hadisəni törətdiyi gündən, yəni 14 aprel 2021-ci il tarixdən təxminən 15 gün əvvəl Səidəni öldürməyi və sonuncuya məxsus pulu və qızıl zinət əşyalarını ələ keçirtməyi planlaşdırmışdır. Hətta bundan əvvəl də 2 dəfə də, yəni 2020-ci ilin fevral ayında və 2021-ci ilin əvvəllərində də Səidə Hüseynovanı öldürməyi və əmlakını ələ keçirtməyi planlaşdırmış, lakin sonradan fikrindən daşınmışdır. 2020-ci ilin fevral ayında qaynı Süleymanın oğlunun sünnət mərasimində iştirak edərkən Səidəni də orada görmüş və həmin vaxt onda Səidəyə qarşı qıcıq əmələ gəlmiş, buna görə də öldürmək istəmişdir. Onun məqsədi Səidəni öldürmək olmuş, ona görə də Səidəyə 4-5 bıçaq zərbəsi vurmuşdur. Dəstəyi qara rəngli açılıb-bağlanan bıçağı təxminən 1 il əvvəl Gəncə şəhərində “Köhnə Avtovağzalın” aşağı hissəsində yerləşən köşkdən 8 manata almışdır. Hadisəni törətdiyi gün də Səidəni öldürmək məqsədi ilə həmin bıçağı üzərində götürmüşdür. Ona qarşı hər hansısa şəxs və ya polis əməkdaşı tərəfindən heç bir fiziki zorakılıq və ya hər hansısa təsir edilməmiş, o, törətdiyi əməli səmimi etiraf edir, özünü təqsirli bilir və törətdiyi əmələ görə də peşmandır. O, Səidə Hüseynovanı tək öldürmüş, onun yanında həmin vaxt heç kim olmamışdır. O, Səidə Hüseynovanı öldürdükdən sonra bununla bağlı heç kimə heçnə deməmişdir. Yalnız Yevlax rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə şahid qismində dindirilərkən törətdiyi əməldən peşman olduğu üçün hadisəni törətdiyini səmimi etiraf etmişdir. O, 08 dekabr 2021-ci il tarixdə saat 16-1N radələrində Yevlax rayon polis şöbəsinin MSY-yə gətirilmişdir. Göygöl rayon polis şöbəsində barəsində cinayət işi istintaq edildiyi üçün Göygöl rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan təqdbiri seçilmişdir. 10 dekabr 2021-ci ildə əlavə dindirilmiş Təqsirləndirilən şəxs əlavə ifadə verərkən mərhum Səidə Hüseynovaya məxsus cücə istehsalı sexindən hadisəni törətdikdən sonra götürdüyü qızıl zinət əşyaslarını - 1 ədəd “Rekert braslet”, 1 ədəd “rekert sep”, 1 ədəd “tros sep”, 2 komplekt sırğa və üzük və 4 və ya 5 ədəd də üzüyün özlərini və ya fotoşəkillərini, habelə, hadisə yerindən götürdüyü qızıl-zinət əşyalarının bir qismini Gəncə şəhərində yerləşən Univermaqda satdığını, qızıl-zinət əşyalarını satdığı şəxsin boyunun təxminən 175 sm, ağ saçlı, bədən formaca dolu bədənli olan kişi cinsinə məxsus şəxs olduğunu, həmin şəxsi, o cümlədən hadisə yerinə gedərkən Gəncə şəhərində yerləşən “Gəncə petrol” yanacaqdoldurma məntəqəsindən 2 litr dizel yanacağı aldığı işçinin boyunun təxminən 180 sm, bədəncə kök, 37-38 yaşlarında olan kişi cinsinə mənsub şəxs olduğunu, o, həmin şəxsin fotoşəklini və ya özünü görsə tanıya biləcəyini göstərmişdir. 11 dekabr 2021-ci ildə əlavə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, əvvəlki ifadəsini qismən təsdiq edir. Belə ki, o, xx.xx.2021-ci il tarixdə əlavə ifadəsinin alınması üçün rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Ərizəsində hadisə yerinə hansı formada gəlməsi və hadisədən sonra haraya getməsi ilə bağlı yalnış ifadə verdiyindən əlavə ifadəsinin alınmasını xahiş etmişdir. 14 aprel 2021-ci il tarixdə X45 rayonu Aşağı Bucaq kəndində işlətdiyi cücə sexinə özünün adına olan, lakin qonşusu Səyyafa məxsus “VAZ 2106” markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə gəlmişdir. Dizel yanacağını isə ilkin ifadəsində göstərdiyi kimi Gəncə şəhərinin girəcəyində yerləşən “Gəncə Petrol” yanacaqdoldurma məntəqəsindən almışdır. 14 aprel 2021-ci il tarixdə saat 13-14 radələrində yaşadığı Göygöl rayonu Çaykənd kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında Səyyaf adlı həmkəndlisi heyvan otarmışdır, o Səyyafa avtomobilin açarını ona verməsini xahiş etmiş, Səyyaf da uşaqlarına demiş, sonuncunun uşaqları avtomobilin açarını ona gətirmişdir. Səyyaf həyətində avtomobil saxlamağa yer olmadığı üçün həmişə avtomobilini Qalib Məmmmədovun yaşadığı evin həyətində saxlamışdır. Səyyafla Qalib yeznə- qayın olmuşdur. O, açarı Səyyafın uşaqlarından aldıqdan sonra Şahid11 yaşadığı evə gedib avtomobili işə salıb yola düşmüşdür. Həmin vaxt Qalib evdə olmamışdır. O, avtomobili işə salıb yola düşərkən maşında tək olmuşdur. O, X45 rayonu Aşağı Bucaq kəndində işlətdiyi cücə istehsalı sexinə gedib sonuncunu orada öldürməyi planlaşdırmışdır. O, əvvəlcə avtomobillə Göygöl rayon avtovağzalına gəlib orada “Əminə” marketin yanında təxminən bir saat - bir saat yarım gəzmişdir. Sonra oradan Gəncə şəhərinə getmişdir. İlkin ifadəsində göstərdiyi kimi Gəncə şəhərinin girəcəyində yerləşən “Gəncə Petrol” yanacaq doldurma məntəqəsindən 2 litr dizel yanacağını oradan almışdır. Sonra yoluna davam edib Yevlax şəhərinin içərisindən keçərək, Yevlax-Xaldan yolu ilə hərəkətini davam etdirmişdir. O, cücə sexində əvvəl olmasa da eşitdiklərinə əsasən təxmini olduğu yeri bilmişdir. O, cücə sexi tərəfdə yerləşən yanacaqdoldurma məntəqəsinin sağ tərəfində idarə etdiyi avtomobili saxlamış və sexə tərəf piyada getmişdir. Cinayət hadisəsini törətdikdən sonra isə yenə piyada geri qayıdıb avtomobili saxladığı yerə gəlmiş, avtomobili işə salıb gəldiyi yolla birbaşa yaşadığı Göygöl rayonu Çaykənd kəndinə getmiş, evə çatanda təxminən saat 00 radələri olmuşdur. Həmin vaxt evdə uşaqları və arvadı olmuş, həmin vaxt onlar yatmışlar. İlkin ifadəsi ilə sonradan verdiyi ifadələr arasında ziddiyyətin səbəbi çıxış yolu kimi səhv ifadə verməsi olmuşdur. Təqsirləndirilən şəxs Göygöl rayon polis şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində dindirilərkən özünü Göygöl rayonu ərazisində oğurluq və əmlakı qəsdən məhv etmə cinayət hadisələrini törətməkdə tam olaraq təqsirli bilərək göstərmişdir ki, o, yaşadığı kənddə yerləşən Kəlbəcər rayon 58 saylı tam orta məktəbdə müəllim işləyir. Göygöl rayonu Çaykənd kənd sakini Zərərçəkmiş şəxs9 onun əmisidir, münasibətləri yaxşı deyil və bir-birləri ilə danışmırlar. xx.xx.2021-ci il tarixdə saat 1N radələrində həmkəndlisi Səyyaf Məmmədov ona zəng edib yaşadıqları kəndin ərazisində yerləşən “Su baseyni” kimi adlanan ərazidə heyvan otarır və onun sürüsünə 7 baş yiyəsiz keçi qarışmışdır. O, həmin 7 baş keçiləri vaxt itirmədən kəndə gətirməsini demişdir. Səyyaf Məmmədov sürüsünü onun evinin qarşısına gətirmiş və həmin 7 baş keçinləri ona göstərmişdir, onlardan 4-ü qara, 1-i sarı, 1-i ağ və 1-i qəhvəyi rəngdə olmuşlar. O, Səyyaf Məmmədovla birlikdə həmin 7 baş keçinləri onun evinin həyətində olan tövləyə salmış və öz heyvanlarını evinə aparıb rahatladıqdan sonra qayıdacağını ona bildirmişdir. Bir neçə dəqiqədən sonra Səyyaf Məmmədov onun evinə qayıtmış və Şahid11 da onun evinə çağırmış və Səyyaf Qalibə də həmin 7 baş keçiləri oğurladığını demişdir. Bundan sonra Səyyafın özü həmin keçilərdən ikisini tövlənin içərisində kəsmiş, Qalib və o da köməklik etmişlər. Sonra həmin keçiləri gözəyarı 3 yerə bölüb paylarını götürüb evlərinə getmişlər. Həmin gün axşam o, heyvan alveri və qəssablıqla məşğul olan Gəncə şəhəri ADAU-da yaşayan tanışı Şahid2 zəng edib satılası 5 keçisi olduğunu bildirmişdir. Saat 22 radələrində Şahid2 onun yaşadığı evə gəlmiş, o, tövlədə qalan həmin N baş keçini Şahid2 cəmi 160 manata satmış və 4-5 gündən sonra Şahid2la görüşüb 160 manat pulu ondan almışdır. Sonradan məlum olmuşdur ki, həmin 7 baş keçi əmisi Zərərçəkmiş şəxs9 məxsus olmuşdur. O, həmkəndliləri Şahid11 və Şahid10 ilə birlikdə də Göygöl rayonunun ərazisində bir neçə oğurluq hadisələri törətmişlər. Belə ki, 2019-cu ilin avqust ayının ilk günlərində saat 22 radələrində o, Şahid11la birlikdə Göygöl rayonunun Çaykənd kəndi ərazisində yerləşən otlaq sahəsindən 3 baş iribuynuzlu heyvanları oğurlamış, həmin heyvanlardan biri boz, ikisi isə qara rəngli olmuşlar. Heyvanları oğurladıqdan sonra onları yaşadığı evin həyətində olan tövləyə salmışlar. Səhərisi günü həmin heyvanları Gəncə şəhərində yerləşən heyvan bazarında satmaq qərarına gəlmiş və buna görə də həmkəndlisi «Qazel» markalı avtomobili olan Elman adlı şəxsə zəng edib özünə məxsus 3 baş heyvanları Gəncə şəhərinə «Mal bazarı»na aparmağı xahiş etmişdir. Səhər tezdən saat 03 radələrində Elman idarə etdiyi «Qazel» markalı avtomobillə onun yaşadığı evə gəlmiş, o, həmin 3 baş iribuynuzlu oğurladıqları heyvanları həmin avtomobilə yükləyib Gəncə şəhərinə bazara aparmış və tanımadığı şəxsə cəmi 1500 manat satmışdır. Həmin puldan Şahid11 700 manat vermişdir. Sonradan ona məlum olmuşdur ki, oğurladığı heyvanlar həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Sonrakı oğurluğu o, 2019-cu ilin sentyabr ayının sonlarında saat 15 radələrində Şahid11la törətmişdir. Onlar 3 baş iribuynuzlu heyvanları yaşadıqları kəndin ərazisində “Band” kimi tanınan otlaq sahəsindən oğurlayıb onun evinin həyətində olan tövləyə salmışlar. Heyvanların hər üçü dişi cinsli, onlardan ikisi qara, biri isə qırmızı rəngdə olmuşdur. Həmin heyvanların nömrəsini xatırlamadığı «Qazel» markalı avtomobillə Gəncə şəhərində yerləşən «Mal bazarı»na aparıb, cəmi 1100 manata tanımadığı şəxsə satmışdır. Həmin puldan «Qazel»in sürücüsünə 50 manat, Şahid11 isə 650 manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, oğurladıqları heyvanlar həmkəndliləri Mahirə və Gülnaz bacılarının heyvanları olmuşdur. Sonrakı oğurluq hadisəsini o, 2020-ci ilin aprel ayının sonlarında may ayının əvvəllərində saat 16 radələrində törətmişdir. Belə ki, o, yaşadığı evin qabağında tək dayanan zaman, yolla yiyəsiz qara rəngli, 1 yaşında olan dana gəldiyini görüb, həmin heyvanı tövləsinə salmışdır. Sonra isə Şahid11 evinə çağırıb həmin heyvanı oğurladığını bildirmiş və birlikdə həmin heyvanı kəsib ətini yarı bölmüş, Qalib payını götürdükdən sonra evlərinə getmişlər. Heyvanın dərisini, başı və ayaqlarını yaxınlığından axan Kürəkçay çayına atmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin heyvan həmkəndlisi X10 məxsus olmuşdur. Sonrakı oğurluq hadisəsini də Şahid11la birlikdə törətmişdir. Belə ki, 2020-ci ilin avqust ayının sonlarında və sentyabr ayının əvvəllərində saat 23 radələrində Şahid11la heyvan oğurlamaq üçün kəndin ərazisində Yığış adlı şəxsin fermasının yaxınlığına getmişlər. Oradan 4 baş hamısı dişi cinsli olmaqla üçü boz, digəri isə qara rəngli iribuynuzlu heyvanları oğurlayıb onları yenə də onun yaşadığı evə gətirib tövləyə salmışlar. Həmin günün səhərisi o, tanımadığı şəxsin idarə etdiyi «Qazel» markalı avtomobillə həmin heyvanları Gəncə şəhərində yerləşən heyvan bazarına aparmış və hamısını cəmi 1800 manat satmışdır. «Qazel»in sürücüsünə də 50 manat pul verərək evinə qayıtmışdır. Həmin puldan Şahid11 1000 manat vermişdir. Sonradan ona məlum olmuşdur ki, oğurladıqları heyvanlar həmkəndlisi Əhliyyət İmanova məxsus olmuşdur. Sonrakı oğurluq hadisəsini də o, Şahid11la birlikdə 2021-ci ilin avqust ayının əvvəllərində saat 22 radələrində törətmişdir. Həmin gün o, Şahid11la heyvan oğurlamaq üçün yenə də kəndin ərazisində Yığış adlı şəxsin fermasının yaxınlığına getmiş, orada sahibsiz olan 4 baş dişi iribuynuzlu, ikisi boz, biri ağ, biri isə göy rəngli olduqlarını görüb, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həmin heyvanların dördünü də qabaqlarına qatıb kəndə gətirərək onun yaşadığı evin həyətində olan tövləyə salmışlar. Həmin günün səhərisi saat 03 radələrində heyvanların dördünü də tanımadığı şəxsin «Qazel» markalı avtomobili ilə Gəncə şəhərində yerəşən heyvan bazarına aparıb cəmi 1400 manata satmış, sürücüyə 50 manat pul vermişdir. Həmin puldan isə Şahid11 500 manat pul vermişdir. Sonuncu oğurluq hadisəsini isə o, Şahid11 və Şahid10 birlikdə etmişdir. Belə ki, o, Şahid10 2021-ci ilin sentyabr ayının sonlarında oktyabr ayının əvvəllərində saat 11 radələrində görüşərək oğurluq etməyi təklif etmiş və Samir də onunla razılaşmışdır. Bundan sonra onlar oğurluq etmək məqsədilə Göygöl rayonu Çaykənd kəndinin ərazisində “Bant” deyilən yerə getmiş, orada N baş inəyi qabaqlarına qatıb onun yaşadığı evə getməyə başlamışlar. Onlar razılaşdıqları kimi Şahid10 nənəsinin evinə getmiş, o özü heyvanları evinə apararkən Şahid11 evin qarşısında görmüş və heyvanları göstərib onları tək oğurladığını bildirmişdir. O, Qaliblə birlikdə heyvanları onun evinin həyətindəki tövləyə salmışlar. Həmin vaxt heyvanlardan boz rəng olanı Şahid11la köməkləşib kəsmiş və həmin heyvanın ətinin hamısını evinə qoymuşdur. Təxminən 1 saat sonra o, Şahid2 zəng edib onda satılası inəklərin olduğunu bildirmişdir. Şahid2 saat 22 radələrində onun evinə gəlmiş, heyvanlardan boz rəngli və təxminən 50 kiloqram çəkisi olan dananı almaq istədiyini bildirmişdir. Onlar razlaşıb həmin dananı Şahid2 nisyə olaraq 150 manata satmışdır. Sonra o, heyvanların ikisini, yəni sarı və ağ rəngli olanları döşlərində süd olduqlarına görə, yəni boğaz olduqlarını nəzərə alıb tövlədən çölə buraxmışdır. Tövlədə oğurluq bir baş, ağ rəngli inəyi də xx.xx.2021-ci il tarixdə Şahid2 satmış, sonuncu gəlib onun evinin həyətində olan tövlənin içərisində həmin inəyi kəsib və ətini, baş və ayaqlarını avtomobilə yükləyib aparmışdır. Onlar həmin inəyi nisyə olaraq 200 manata razılaşmışlar. Lakin həmin inəyin dərisi tövlədə qalmış, o, dərini götürüb Kürəkçaya atmışdır. Həmin gündən 3-4 gün sonra o, Şahid2 350 manat pul almış, həmin puldan 120 manatını Şahid10 hissə-hissə vermişdir. O, Şahid11 ilə birlikdə 2020-ci ilin noyabr ayının sonlarında Göygöl rayonu Çaykənd kəndinin ərazisində «Göyəzən» adlı yeməkxananı yandırmışlar. Belə ki, Şahid11 «Göyəzən» adlı yeməkxananı işlədən Rauf adlı şəxslə ədavəti olduğunu və onun yeməkxanasını yandırmaq istədiyini bildirmişdir. Onlar razılaşmış və həmin gün saat 02 radələrində, Şahid11 yaşadığı evə gedib 1 litr neft yanacağı götürmüş və birlikdə “Göyəzən” yeməkxanasına getmişlər. Orada da heç kəs olmamış, onlar yeməkxananın qapısını açaraq pilləkənlə ikinci mərtəbəyə qalxmış, otaqların birinin pəncərəsini itələyib açdıqdan sonra Qalib əlində olan 1 litr yanacağı həmin pəncərədən otağın döşməsinə tökmüş, sonra isə cibindən kibrit qutusu çıxararaq yandırıb tökdüyü yanacağı alışdıraraq oradan qaçıb uzaqlaşmışlar. Növbəti cinayət hadisəsini Şahid11la birlikdə 2021-ci ilin yay aylarında törətmişdir. Həmin gün Şahid11la «Cahan» yeməkxanasında yemək yeyib araq içmiş, Qalib kənddə yaşayan Natiq adlı şəxsin evindən oğuluq etməsini təklif etmişdir. O, Şahid11la razılaşmış və gecə 03 radələrində piyada Natiqin evinin qarşısına gəlmiş, evin daravazası bağlı olduğuna görə evin həyatyanı sahəsinə Kürəkçayı tərəfdən qapı kimi istifadə edilən dəmir barmaqlığı açıb həyətə keçmişlər. Həyətdə olan taxtaların üstündən Şahid11la o, siqaretlər, pivələr, «Bizon» içkiləri, araqlar götürüb ağ sellofan torbalara yığıb evin həyətindən çıxmışlar. Təxminən 300 metr uzalaşdıqda o, qayıdıb Natiqin oğurluğu üstünü basdırmaq məqsədilə evi yandırmağı təklif etmişdir. O, razılaşmış və Şahid11la həmin evə qayıdaraq həyətədə olan manqalın üstündəki nefti götürüb yaşayış binasının pəncərəsinin birini itələyib açmış, sonra isə açdığı pəncərədən otağın döşəməsinə əlində olan yanacağı töküb kibritlə alışdırıb həmin otağın döşəməsinə atmış və oradan qaçıb getmişlər. (Vİİ cild, iş vərəqə 207-210, 230-231) Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X24 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalasının kürəkənidir. Elnur öz oğluna kiçik toy edəndə, öz qayınanası olan onun xalasından 1000 manat pul istəmişdir. Xalası isə Elnura pul verməmişdir. X79 xalasına demiş ki, qızı üçün 1000 manat pulu Elnura versin. Xalası yenə də, Elnura pul verməmişdir. Anası sanatoriyaya gedirmiş və demiş ki, Elnura həmin pulu versinlər və əgər Elnur pulu qaytarmasa da, anası pulu onlara verəcəkdir. Elnur xalası oğlu Süleymanla gəlib onun ərindən 1000 manat pulu götürmüş və toylarını etmişlər. Elnur pulu qaytarmamış, amma anası həmin pulu onlara qaytarmışdır. Anası onun əri ilə tək Elnurun yanına getsə də, yenə də, Elnur pulu qaytarmamışdır. Bir müddət sonra xalası anasına zəng vurmuş ki, Elnur 1000 manatın əvəzinə kompüter gətirib və onların evinə qoyub. Xalası demiş ki, gəlib kompüteri buradan götürsün, lakin anası gedib götürməmişdir. Bir neçə müddət sonra Elnur Yevlaxa gəlmiş ki, kompüteri versinlər satsın və anasının pulunu versin. Xalası isə kompüteri verməmiş və anasına zəng vurmuş ki, gəlib kompüteri aparsın. Belə ki, Elnur komputeri də satacaq və pul verməyəcəkdi. Komputeri anası belə əldə edib, yəni Elnurun evindən kompüter götürməyib. Cinayət işində isə onlar Elnurdan şübhələnməmişlər. Bir gün gecə saat 10-da ona xəbər gəlmiş ki, sex yanır və anası yoxdur. O, baldızı oğlu ilə həmin sexə getmiş, lakin öz sexləri yiyəsiz qalmaması üçün əri getməmişdir. O getmiş ki, sex yanaraq, külə dönüb və anası da dünyasını dəyişib. Anasını ekspertizaya aparmışlar. Ekspertiza rəy vermiş ki, qısaqapanmadan yanğın olub və ehtiyatsızlıqdan anası dünyasını dəyişib. Onlar cəsədi görmüşlər və həmin gündən anlamışlar ki, onun başında çapıq və ürəyinin üstündə qan ləkəsi vardır. Cəsəd yansa da, o, dedikləri aydın başa düşülürmüş. Bu dediklərini ibtidai istintaqın ilkin mərhələlərindən bildirmişlər. Onlar anlamış ki, bu cinayətdir. Deyirlər ki, anası güya ki, yatıb və elə yanıb. Onun anası heç vaxt həmin vaxtı yatmazmış. Həmin işlə onlar özləri də məşğuldur və bilir ki, sezona uyğun olaraq indi cücələrin çıxan vaxtıdır. Həmin gündə cücələr çıxacaqmış. Anasının yatması mümkün deyilmiş. Onlar ilk gündən bildirmişlər ki, burada qəsd vardır. O, hadisə yerinə baxdıqdan sonra cinayəti necə var canlandırmışdır. Bildirmişdir ki, buraya necə gəlinib, necə vurulub və anası özü yanaraq ölməyib. Yenə də bildirir ki, onlar Elnurdan şübhələnməmişlər. Onların Elnurla qəsdiqərəzliyi olmamışdır. Onun anasının imkanından da Elnurun xəbəri olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Rüxsarə Lətifova bildirmişdir ki, anası Səidə cücə sexində əri ilə yaşamış, lakin əri 2 gündən bir oğlu gecə növbəsində qaldığı üçün gedib gəlinin yanında qalmışdır. Yəqin ki, anasının tək qalması barədə Elnurun xəbəri olmuşdur. Elnur onun xalası qızı ilə əlaqə saxlamışdır. Hadisə günü anası xalasından aldığı 5000 manat borcu xalasına qaytarmış, sonra sexə gedib ölmüşdür. Elnurun anası ilə əlaqəsi olmamış, amma anasının Elnurun arvadı ilə əlaqəsi olmuşdur. Anasının cücə sexində özünə məxsus pulu olmuş, lakin həmin vaxtda sexdə nə qədər pulunun olmasını dəqiq deyə bilməmiş, lakin Elnur dediyi puldan daha çox olarmış. Çünki, onun özü də həmin işlə məşğuldur və aprel ayı nisyə pulların geri qayıdan vaxtıdır. Eyni zamanda, bildirmişdir ki, həmin vaxtlarda cücə də yaxşı satılır və alıcılıq qabiliyyiəti də çox olur. Buna görə də, Elnurun dediyi qədər yox, daha çox pul olmuşdur. Cücə sexində anasına məxsus qızıl-zinət əşyaları olmuş, dəqiq qızılın miqdarını bilməmiş, lakin çox olduğunu bilmişdir, lakin dəqiq çəki və ölçü deyə bilməmişdir. Anası daima qızılları özü ilə gəzdirmiş, bir yerə gedəndə də, qızıl onun çantasında olmuşdur. Anası ilə Elnurun arasında münasibət normal olmuş Elnurun anası ilə heç bir ədavəti olmamışdır. Kompyüter məsələsində də ədavət olmamışdır. Borc istənilmiş və borca pul verilmriş, sonra Elnur toy etmişdir. Elnur borcu qaytarmamış və borcun əvəzinə kompyüteri özü vermişdir. Anası gedib oradan kompyüter gətirməmişdir. Hadisə günü gecə saat 1-2 radələrində xalası qızı (Elnurun arvadı) görüntülü zəng etmiş ki, vurulmuş (Elnuru nəzərdə tutmuş) evdə yoxdur, əgər Elnur evdə olsa imiş, onlara gələrmiş və səhər gələ biləcəyini bildirmişdir. O, Qaratelə demişdir ki, onu qınamırlar və o da evlidir, bilir ki, bir yerə gedəndə ərinə demək lazımdır. O, Qaratelə bildirmişdir ki, gələ bilsən, gələrsən, onsuz da bizə olan olub. Səhərisi gün Elnurgil dəfndən sonra təxminən saat 2-də gəlmişlər. Yəni ki, Elnurgil dəfndə iştirak etməmişlər. Hadisədən əvvəl aprelin 10-u onun bacısı qızının toyu olub və qız toyununun xərcini anası çəkmişdir. Anası öldüyü gün 5 min manatı aparıb xalasına verib ki, o, toyu etmişdir və indi isə borcunu qaytarır. Anası həmin gün də qətlə yetirilib. Meyitə baxanda hiss olunurmuş ki, başına küt ələtlə vurulub. Ancaq skelet formasında qalsa da, başında iz və ürəyinin üstündə qan ləkəsi aydın görünürmüş. Bu iş materiallarında olan şəkillərdə də görünür. Qan laxtalanmış vəziyyətdə olmuş, meyitdən yanacaq iyi gəlmişdir. Anasının yas mərasimi xalasıgildə olub və hər kəs də buna şahid olub ki, meyitdən belə qoxu gəlir. Bu məsələləri ibtidai istintaqda da ifadələrində qeyd etmişdir. Meyit yanmış, lakin qan laxta şəkildə hiss olunmuşdur. O müstəntiqə də qan məsələsini demiş, lakin ifadədə qeyd edilməsini bilməmişdir. Anasının üzərindən qızıl əşyaları tapılmamış, sırğasının biri yerdən tapılmışdır, lakin sırğasının digəri tapılmamışdır. Ona ərinmiş şeylər verilmiş, lakin heç biri qızıl olmamışdır. Ərinmiş həmin şeyləri yoxlatdırmış və məlum olmuşdur ki, bunlar qızıl deyil. Ona qızıl adı ilə verilsə də, o, heç nəyə imza çəkməmiş, lakin ona məcbur imza çəkdirmişlər. Həmin verilən şeylərin içində bir ədəd bacısının qızının sırğası və bacısı qızının qayınanasının qolbağısı olmuşdur. Həmin qızıllar yerdən tapılmış, tapılan yerin dəqiq yerini xatırlamamışdır. O hadisə yerində olanda həmin qızılları görməmiş, anası ölməzdən əvvəl bacısı qızının toyu olmuşdur. Anası bacısı qızına cehiz almışdır. Bu cehiz Goranboydan alınmış, anası cehiz üçün nələr aldığını və nə qədər pula aldığını bilməmişdir. Normal cehizlik kimi yataq dəsti, divan dəsti və s. alınmışdır. Toyu bacısı özü etsə də, anası cehizin alınamsına köməklik etmişdir. Bütün əşyalar toy günü alınmamışdır, bəzi əşyalar əvvəldən alınmışdır. Anası mebel satılan yerdə nisyə mebel satılmadığı üçün xalasından borc pul almışdır. Anası xalasından pulu borc almışdır ki, bacısının qızına toy etsin. Sonradan anasına kimlərin borcu olması məlum olmuşdur. Məlum olmuşdur ki, anasına çox adamın borcu olmamış və borcu olan şəxslər anasına borclarını qaytarmışlar. Borclar hadisədən sonra ödənilmişdir. Hadisəyə qədər anasına borcu olanlardan bəziləri borclarını verməmişdir. Anası krediti təxminən ölümündən bir ay əvvəl olarmış ki, bağlamışdır. Anası krediti ya ərinin adına götürmüş, ya da ki, ərinin oğlunun adına götürmüşdür. Hadisə ərəfəsində onun kredit borcu olmamışdır. Bacılarının kreditinin olması barədə məlumatı olmamışdır. Anası kredit götürüb uşaqlarına pul verməmişdir. O, anasının hansı bankdan kredit götürdüyünü bilməmişdir. Anası yəqin ki, hadisədən öncə bağladığı krediti işlə bağlı götürmüşdür. Lətif müəllimin də oğluna pul lazım olmuş və anası ilə Lətif müəllimin oğlu kredit götürərək, iki yerə bölmüşlər. Anasının daşıdığı qızılları xatırlamışdır, anasının tros sepləri, qızıl dəstləri olmuşdur. Qızılları bankdan anası yeni götürmüşdür. Elnurun anasının yaşadığı yeri tanımasını bilməmişdir. O, anasının qaldığı sexə 5 il olarmış ki, getmirmiş. Buna görə də, Elnurun oraya gedibgəlməsini bilməmişdir. Anasının ölümü ilə bağlı ilk dəfə məlumatı bacısı Vüsalədən almışdır. Anasının ölüm xəbərini alanda saat 22 radələri olarmış. O getmişdir ki, sex yanaraq kül olub. Hadisədən əvvəl təxminən saat 9 radələrində anasının əri hadisə yerindən çıxıb getmişdir. Deyilənə görə anasının əri gedəndə anası onu yola salıb. Onun böyük bacısı anasının yanında işləyib deyə bilir ki, hadisə yerində olan darvaza yaxşı bağlanmırmış, çünki maşın həmin darvazanı əzmişdir. Darvaza bağlananda da yəqin ki, anası qadın olduğu üçün yaxşı bağlaya bilmirmiş. Darvaza möhkəm külək olanda açılırmış. Darvazanı biraz bərk itələsən açılarmış. Hadisə yerində darvazanın qırılması prosesi olmamışdır. Yanğınsöndürənlər də ifadə vermişlər ki, onlar gələndə qapı açıq olmuşdur. Hadisənin səhəri gün bildirmişlər ki, hadisə qısa qapanmadan baş verib. Yevlax RPŞ-nin əməkdaşı Şahlar bildirmişdir ki, cinayət hadisəsi yoxdur, sadəcə qısa qapanmadan hadisə baş verib, anası yatmış və tüstüdən boğularaq ölmüşdür. Hadisə yerində qonşular olmamışdır. Ola bilər ki, kompyüteri qayınanası gedib Elnurgildən gətirmiş, lakin onun anası gətirməmişdir. Anası həmin hadisə yerində yaşayırmış. Anasının evi isə Bakıda olmuş və sexdə yaşayış yeri də olmuşdur. Anası ilə xalasının gediş-gəlişi olmuşdur. Mədinə Qaratelə zəng edəndə gecə saat 2 olarmış. Mədinə xalasının öldüyünü onlar sexə gələndən sonra öyrənib. X60 şikayətçidir, onunla barışmamışdır və ona ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun 4 baş malını oğurlamışdır. Onun oğlu ayın 8-i onların evinin yuxarısında olan otlaqda mallarını tapa bilməmişdir. Oğlu demişdir ki, malı axtarmış, lakin tapa bilməmişdir. O, Elnurun yaşadığı evə Zərərçəkmiş şəxs14la getmişdir. Onlar Elnura bildirmişlər ki, onların malını Elnur oğurlayıb. Elnur demişdir ki, malı o aparmamışdır. Onlar Elnura demişlər ki, əgər malı aparmamışsa, bu barədə and içsin. Elnur birinci razılaşmış, sonra demişdir ki, bura nahaq gəlmişlər. O, bildirmişdir ki, əgər Elnur and içməsə, onu polisə şikayət edəcəkdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs6 bildirmişdir ki, ona dəymiş maddi ziyan ödənilməmiş və ona 6500 manat maddi ziyan dəymişdir. 4 heyvandan biri qudası Zərərçəkmiş şəxs14 məxsus olmuş, 1500 manat ziyan qudasına dəymiş, 5000 manat ziyan isə ona dəymişdir. Polisə ifadə verəndə, Qalib də, Elnur da etiraf edib ki, malı onlar oğurlayıblar. Onun malı 8 avqust tarixində itmişdir. Səhər malları otlağa gedib, lakin axşam tapa bilməmişlər. Oğlu da 2 gün axtarmış, lakin tapa bilməmişdir. O, dədə-baba adəti ilə istəmiş ki, Elnur and içsin və beləcə məsələni aydınlaşdırsınlar. O, Elnurdan və Qalibdən and içməsini istəmiş və Qalibin də evinə getmək istəmişdir. O, polisdə izahatında bildirmişdir ki, Elnurdan və Qalibdən şübhələnmişdir. Onun malının biri boz rəngdə, o biri göy rəngdə düyə, qudasının malı ağ inək olmuş, onun digər malı isə göysov bir inək olmuşdur. O, polisdə də bildirmişdir ki, Elmarın “Qazel”i ilə onun malı aparılıb Ağcabədidə satılıb. Hadisə günü Elnur zəng edib oğluna deyib ki, nə iş görürsüz?, oğlu isə dam tikdiklərini bildirmişdir. Ona sonradan aydın olmuşdur ki, Elnur malı aparmaq istəyirmiş və onların malının harada olması ilə bağlı məlumat öyrənirmiş. Sonradan oğlu “Elnur müəllim axı malı tapa bilmirik” deyəndə, Elnur demişdir ki, gedin evdə oturun, mal meşədə olar və əlavə etmişdir ki, mal oğurlansa, onun xəbəri olarmış. Təqsirləndirilən şəxsla barışmamışdır və ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 13 sentyabr tarixində onlar evdə olmamış, gecə radələrində Elnur və Qalib onların evlərinə gələrək, oğurluq etmişlər. Sonra Qalib və Elnur əl izini itirmək üçün evi yandırmışlar. Onlar evdə olmamışlar və səhərə yaxın onlara zəng vurub demişlər ki, evləri yanır. O gələndə Qalib və Elnur orada olmuşdur. Eyni zamanda, digər qonşular da hadisə yerində olmuşdur. O gəlmişdir ki, artıq ev yanmışdır. Onlar birinci oğurluq olduğunu bilməmiş, sonra görmüşlər ki, oğurluq da olub və əşyalarından oğurlananlar da vardır. Maqazin də evinə bitişik olduğu üçün, maqazin də yanmışdır. Maqazinə də baxanda oğurluq olduğunu anlamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs7 bildirmişdir ki, o, baxmışdır ki, maqazində kolbasa və başqa şeylər oğurlanmışdır. Sonradan bilmişdir ki, evdən də oğurluq edilmişdir. Evin içindən xalça, çexol və s. oğurlanmışdır. Eyni zamanda, qızının və gəlinin cehizlik əşyalarından da oğurluq edilmişdir. Hadisə günü oğlu Bakıda, əri isə işdə olmuş, o isə bacısı xəstə olduğu üçün onun yanına getmişdir. Qonşular hamısı bilmişdir ki, o evdə olmayacaq. Elnur da onun qonşusu olmuş və çayın digər tərəfində yaşamışdır. O evin işıqlarını söndürmüş, evdə və həyətdə heç bir işıq yanmamışdır. Ev yandığı üçün ilk öncə 95000 manat maddi ziyan hesablansa da, sonradan 50000 manatdan biraz yuxarı məbləğ hesablanmışdır. Ona ev yandığı üçün sığorta pulu ödənilməmişdir. Sənədləşmədə yanğın qısa qapanma nəticəsində deyil, qəsdən yandırılma kimi göstərilmişdir. Maqazin tam yanmamış, lakin yanan və oğurlanan mallar bilinmişdir. Hansı əşyanın maqazində harada yerləşməsini dəqiq bilməmişdir. Araq, kolbasa və digər yemək üçün qidalar, dəsmallar, pastellər və s. oğurlanmışdır. Cehizlik əşyalar evindən oğurlanmışdır. Xalçalar, pastel üzləri kimi əşyalar oğurlanmışdır. Yanan və oğurlanan əşyalar bilinmişdir. Ekspert rəyi ilə də nələrin yandığı müəyyən olunmuşdur. Evdə televizor və soyuducu olmuşdur. Yuxarıda olan bir ədəd televizor aparılmışdır. Televizorun markası “LG” olmuşdur. Yanğını ilk dəfə qonşular görmüşdür. Oğlu şəhid olmuş bir qonşusu demişdir ki, səs gəlmiş və o, elə bilmişdir ki, dolu yağır. Belə olub arvadına demişdir ki, deyəsən dolu yağır, çıx ayaqqabları evə yığ, arvad isə qayıdaraq, dolu yağmadığını bildirmiş, o özü çıxmış və görmüşdür ki, ev küncdən yanır. Həmin qonşusu hay salmış və qonşular hadisə yerinə gəlmişdir. Camaat gələndə görmüşdür ki, Qaliblə Elnur evin yanındadır. O da gedəndə onları orada görmüşdür. Qalib və Elnur evini yandırdığını özləri etiraf etmişlər. Maqazində “bizon” və başqa içkilər olmuşdur. Soklar oğurlanmasa da, bizonlar, kolbasa, sosiska, corab və araq oğurlanmışdır. Əlavə olaraq qeyd etmişdir ki, evi yandıranlar qapıda oturmuşlar və salfetkaları aşağıya atmışlar. Salfetkalarda qadın əlinin izi də olmuşdur. O, salfetkaları görmüş və polislərə də göstərmişdir. Qalib şampunu götürüb palçığa atmışdır. Belə ki, oğurluq edəndə bunu əllərindən yerə salıbmışlar. Qalibə, niyə şampunu palçığa atdığını deyəndə, bildirmişdir ki, əlindən sürüşüb düşmüşdür. Qalib bütün günü onlarla fırlanmış və əlini hər yerə sürtmüşdür ki, əl izlərini itirsin. Televizorun oğurlanmasını da istintaqda bildirmişdir. İlk öncə evin qısa qapanmadan yanması ehtimal olunmuş, ona görədə o, qonşunun üzərinə düşmüşdür ki, onlarının elektrik naqillərindən evləri yanmışdır. Sonra məlum olmuşdur ki, ev qısa qapanmadan yanmayıb. Nadir də bildirmişdir ki, ev qabaq balkon tərəfdən yanmağa başlamışdır. Elnurla onun evinin arasında təxminən 100 metr məsafə olmuşdur. Onun evindən oğurluq ancaq çaydan keçərək edilmişdir. Təqsirləndirilən şəxsla barışmamışdır və ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 19 sentyabr 2019-cu il tarixdə 10 baş inəyi otlaqda otlamış, Elnurgil həmin vaxt “Niva” markalı maşınla gedib-gəlmiş və onların heyvanları otlayan yerdə heyvanlarını da otarmışlar. Elnurgil ərazini nəzarətdə saxlayırmışlar. Elnurgil həmin 10 baş iribuynuzlu heyvanlarının içindən ona məxsus 2000 manat dəyərində qara buynuzlu boğaz inəyini və bacısına məxsus da 2 baş inəyi oğurlamaq məqsədi ilə aparmışlar. Onlar ilk öncə malları kimin apardığını bilməmişlər. Elnurgil sonradan ibtidai istintaqda etiraf etmişlər ki, onların inəklərini Elnurgil oğurlamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ona dəymiş maddi ziyan ödənilməmişdir. Onun inəyi boğaz olmuşdur. Ona Elnurgilin malı kimə satması barədə məlumat verilməmişdir. O, polisin inəyin Elnurgil tərəfindən kimə satılması barədə məsələnin niyə açılmamasını bilməmişdir. Onun inəyi 19 sentyabrda itmiş, lakin o, 21 sentyabrda şikayət etmişdir. Təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Ona dəymiş ziyanın ödənilməsini və cinayətkarın cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onların 4 baş iribuynuzlu mal heyvanlarını oğurlamışdır. 3 baş mal onun qudası Zərərçəkmiş şəxs6 məxsus olmuş, 1 baş mal isə ona məxsus olmuşdur. Onlar mallarını axtarmışlar, lakin tapa bilməmişlər. Sonra yeznəsi İsmayıl Elnura zəng vurub demişdir ki, mallarını tapa bilmirlər, Elnur isə deyib ki, malı axtarsınlar, mal itməmiş, itsə onun xəbəri olarmış, mal meşədə olar. Onlar Elnurun evinə getmişlər və bildirmişlər ki, mallarının oğurlanmasında ondan şübhələnirlər. Elnur malları oğurlamadığını bildirmişdir. Onlar Elnura demişlər ki, əgər malları oğurlayıbsa və ya oğurlayanı bilirsə, yerini desin, onlar isə bunun qarşılığında onun oğurladığı barədə heç nə danışmayacaqlar. Onlar əks halda polisə şikayət edəcəklərini bildirmişlər. Elnur isə polisə şikayət veriləndə, gedib sadəcə bir izahat verəcəyini demiş və malı oğurlamadığını bildirmişdir. Elnur bundan sonra "Niva" markalı maşın ilə kənddə gəzməyə başlamış və kənddə həmin maşını Rəfayıl və onun mallarını satıb aldığını danışmışdır. Daha sonra Elnur öz əmisi oğlunun keçilərini oğurlamışdır. Həmin keçilərin içində onların də keçiləri olmuşdur. Elnurgil həmin keçiləri oğurlayandan sonra, keçiləri kənddə kimin almaq istədiyini soruşmuşdur. Onlar bununla bağlı müxtəlif orqanlara şikayətlər də etmişlər. Daha sonra Elnurgil saxlanılmış və etdikəri bütün cinayətləri etiraf etmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs14 bildirmişdir ki, ona 1500 manat maddi ziyan dəymişdir. Ona maddi ziyanla bağlı ödəniş olmamış və bununla bağlı ona müraciət də olunmamışdır. Elnur maşını mallar oğurlanandan sonra almışdır. Elnur heyvanları oğurlayırmış, sonra isə kənddə oğurladığı barədə danışırmış. Elnur bildirmək istəyirmiş ki, o, heç kimdən və heç nə dən qorxmur. Onun itən malı 4-5 yaşında olan doğmuş inək olmuşdur. Onun malının 250 kq çəkisi olmuş və rəngi ağ olmuşdur. O, Elnurun malı hara aparması, kimə satması barədə polislərdən dəfələrlə məlumat almaq istəmiş, lakin cavab ala bilməmişdir. O mal itəndən 7-10 gün sonra polisə şikayət etmişdir. Kənddə olan kameralarda malların oğurlanması düşməsə də, keçilərin oğurlanması qeydə alınmışdır. Heyvanları avqust ayının 8-i itmişdir. Kəndin oğruları Elnurgil olduğundan, o ifadəsində onun adını da qeyd etmişdir. Təqsirləndirilən şəxsla barışmamışdır və ondan şikayətçidir. İş üzrə Zərərçəkmiş şəxs4 Əhliyyət oğlunun nümayəndəsi X86 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin iyun ayının 27-si tarixində Elnurgil ona məxsus 1 baş erkək malı evinin yaxınlığında tutub kəsmiş və dərisi ilə birlikdə ətin bir hissəsini aparmışlar, yerdə qalanını isə orada qoymuşlar. Həmin malın əsl sahibi bacısı olmuş və həmin malı alıb onun yanına qoyublarmış. Bundan sonra təxminən avqust ayının 31-i ona məxsus 4 baş malı Elnurla Qalib oğurlamışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Rəna İmanova bildirmişdir ki, ona dəymiş maddi ziyan ödənilməmişdir. Ona məxsus olan 1 baş erkək malı kəsib aparmışlar, digər 4 baş malı isə oğurlamışlar. 4 baş maldan biri boğaz olmuş, digərləri isə boğaz olmayan düyələr olmuş və həmin düyələrdən biri isə qısır olmuşdur. Onlar mallar oğurlananda dəqiq bilmişlər ki, malları Elnurgil oğurlayıb. Onlar Elnurgilin evlərinə də getmiş və onun qardaşı da qayınının oğluna təzyiq göstərmişdir ki, haradan bilirsiz ki, kənddən nə itirsə Elnur oğurlayır? Onlar bilmişlər ki, kənddə malları oğurlayan Elnurgildir. 2017-ci ildə də Elnur onların mallarını oğurlamış və bununla bağlı şikayət də edilmiş, lakin mallar tapılmamışdır. Nədənsə, həmin şikayətlə bağlı düzgün araşdırma aparılmamışdır. Elnurgil onların mallarını oğurladığını etiraf edəndən sonra polisdən Elnurgilin malları kimə satdığını soruşmamışlar. Onlar düşünmüş ki, polis Elnurgilin malları kimə satdığını bilmir və buna görə də, polisdən bu barədə soruşmamışlar. Ona 7 min manat ziyan dəymiş və bununla bağlı ödəniş olunmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 Haqverdi oğlu ifadəsində göstərmişdir ki, ona məxsus bir ədəd at itmişdir. O düşünmüşdür ki, həmin vaxt hərbiçilərə lazım olduğundan, atları toplayanda, onun da atını aparıblar. O, polisə gedərək, şikayət etmiş, lakin kimin oğurlaması barədə məlumat verməmişdir. Bundan sonra isə bu işlə bağlı heç nə maraqlanmamışdır. Elnurla Qalib tutulandan sonra ona polis şöbəsindən məlumat verilmişdir ki, Qalib və Elnur atını oğurladığını etiraf ediblər və Qalib atını silahla vuraraq, öldürüb. O, polisə kiminsə adını verməmişdir. O özü yazıb-oxuya bilmir. X91 ifadəsini oxumuşlar və o, belə olub onların atını oğurladıqlarını öyrənmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs12 bildirmişdir ki, onun dəyəri yüksək olmuş, həmin at yorğa at olmuş və onun sürəti 57 km/saat olmuşdur. O həmin atı 10000 manata belə satmayacağını bildirmişdir. Elnur həmin atın necə at olmasını bilirmiş. O, atının vurulduğu yerə gedib baxmamışdır. O, atı oğurlananda, Elnurdan şübhələnməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ona məxsus 3 baş iribuynuzlu malı meşəyə otlamaq üçün ötürmüş, lakin həmin mallar geri qayıtmamışdır. Bundan sonra, o digər mallarını içəridə saxlamaq məcburiyyətində qalmışdır. O, şəhərə getmiş və axşam vaxtı saat 6-N radələrində geri qayıdanda kənd sakini ona zəng vurub demişdir ki, onun malları buradadır. Onun həmin qonşu ilə arasında 1 km məsafə olmuşdur. O ora getmiş və görmüşdür ki, onun mallarının ikisi oradadır, biri isə yoxdur. Ora elə bir yer imiş ki, malın başqa istiqamətə gedəsi yolu olmamışdır. Mallar sadəcə cığırla gedə bilərmiş. Həmin yerin bir tərəfi dağlıq yer olmuş, digər tərəfi isə evlər olmuşdur. Ona görə də, mallar haraya isə gedə bilməzmiş. Onun mallarından biri Elnurla Qalibin evinin yanına qədər gedibmiş, o bunu izləyə bilmişdir. O biraz da irəliləmiş və orada olan qadınlardan malı görüb-görmədiklərini soruşmuşdur. Qadınlar həmin yerə mal gəlmədiyini bildirmişdir. O, Elnurgilin evinə gedəndə, Elnur itlə qapıya çıxmış və demiş ki, it ona xəsarət yetirə bilər. O, Elnurdan mal barədə soruşmuş, Elnur isə malın burada olmadığını bildirmişdir. O da polisə zəng etmiş və polis gəlmişdir. Polisə kiminsə adı verilməmiş və polis ona bildirmişdir ki, mallar tapılacaqdır, narahat olmasın. Onun aparılan malı xüsusi yemlədiyi mal olmuşdur. Bu hadisə 2020-ci ildə baş vermiş epizodla bağlıdır. İki qonşu qadın malın getdiyini, lakin 2 malın qayıtdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onun 4 malı oğurlanmışdır. Onun son itən malının rəngi qara olmuş, qarınının altı isə ala olmuşdur. Onun son itən malının yaşı 2 olmazmış. O malları məhəlləyə buraxmışdır. Elnurun evi ilə onun evi əks istiqamətdə olmuşdur. Evləri arasında məsafə 1 km olmazmış. Onun evi Ədilgilin evinin yanındadır. O, malları Pərvizgilin məhəlləsinə buraxmışdır. O gələndə oğurlanmayan iki malı Elnurgil tərəfdə olmuşdur. Həmin iki mal çayı keçmişdir. Həmin bir baş iribuynuzlu heyvanı itməzdən əvvəl 3 baş iribuynuzlu heyvanı da oğurlanmışdır. Həmin əvvəl itən heyvanların biri qara, biri qonur qara, biri isə boz rəngdə olmuşdur. Həmin heyvanların biri dişi, digər ikisi isə erkək olmuşdur. Malın üçünü də Elnurgil tərəfdə görmüşlər. Elnur onun təkcə malını oğurlamamışdır. Elnur kəndə ərazisində danışırmış ki, Əziz müəllimin damından pendir də oğurlamışdır və bildirmişdir ki, Əziz müəllimin danasının dadı yaxşı olmuşdur. Elnur ona məxsus pendir də oğurlamışdır. Təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Ona maddi ziyanla bağlı ödəniş olunmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabrın 19-u hər zaman olduğu kimi mallarını otlağa ötürmüşlər. Həmin mallardan 1-i günorta saat 9 radələrində geri qayıtmışdır. Onlar malları axtarmağa başlamışlar. Axşam saat 11 radələrində malları kəndin aşağısında tapmışlar, lakin malların bədəni çapılmışdır, onları yaralamışlar və 2 cavan iribuynuzlu inəkləri isə ümumiyyətlə olmamışdır. O, evdə bildirmişdir ki, yəqin ki, malları oğurlayıblar. Onlar 18 gün meşədə mallarını axtarmışlar. Onlar bununla bağlı polisə şikayət etmişlər. O, bacısı ilə daxili işlər nazirinın qəbulunda olmuşdur. Bacısının 1 inəyi, onun isə 2 inəyi oğurlanmışdır. Onlara bildirilmişdir ki, şikayətləri ilə bağlı cinayət işi açılıb və 10 il müddət keçsə də, cinayət açılacaq və onlara dəymiş maddi ziyan ödəniləcəkdir. Ona 3000 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, ona dəymiş maddi ziyan ödənilməmişdir. Onun oğurlanan mallarından birinin beli qırmızı, qarnının altı isə qara rəngdə, digəri isə şəvə qara rəngdə olmuşdur. Mallarının ikisi də boğaz olmuşdur. Onlar eşitmişlər ki, malları Gəncə bazarında satmışlar. Ona polis şöbəsində demişlər ki, malları Elnur oğurlayıb satmışdır. O bildirmişdir ki, Göygöl rayon Yeni Zod kəndində yaşayır və malları da həmin kənddə otlayırmış. O, Elnuru tanımamışdır. Ona 3000 manat maddi ziyan dəymişdir. Elnurdan şikayətçidir və onunla barışmamışdır Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayında onun 1 iribuynuzlu inəyi oğurlanıb. Sonradan məlum olmuşdur ki, malını Elnurgil oğurlayıb bazarda satıblar. Onlar malları evin yaxınlığında hərbi hissə tərəfdə örüşə yola salmışlar. Malının biri qayıtsa da, digəri qayıtmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs13 bildirmişdir ki, o, hərbi hissədə işləyirmiş və orada əsgərlər də olmuşdur. Malları hərbi hissənin yaxınlığında otlayırmış. O malları nə qədər soraqlasa da, heç kim malı gördüyünü deməmişdir. O başqa adamdan şübhələnsə də, sonradan məlum olmuşdur ki, malı Elnur oğurlayıb və bazarda 1000 manata satmışdır. Ona Rəfayıl adlı həmkəndlisi demişdir ki, “Qazel” şoferi ona deyib ki, Məcidənin malını Elnur aparıb bazarda satıb. Onun digər adı Məcidədir. “Qazel” şoferindən soruşanda ona demişdir ki, yalan söhbətdir və o, malın satılması barədə heç kimə heç nə deməmişdir. “Qazel” şoferi Qalibin işinə baxılanda deyib ki, onun Məcidənin malının satılmasından xəbəri olmamışdır. O, Elnurun əmisi oğlundan şübhələnmişdir. Belə ki, malı həmişə onun hasarının yanına getmişdir. O, Elnurun əmisi oğlunu tanıyırmış, lakin oğurluq etməsi barədə məlumatı olmamışdır. Onun şübhələnməkdə səbəbi malların Elnurun əmisi oğlunun hasarının yanına getməsi olmuşdur. Keçmiş qudası demişdir ki, mal onun evinin yaxınlığında otlayırmış. Lakin bildirmişdir ki, malı kimin apardığını görməmişdir. Malı 2020-ci ildə iyun ayında oğurlanmışdır. O, 1 inək üçün şikayət etməmiş, ona 1000 manat maddi ziyan dəymiş və maddi ziyan ödənilməmişdir və Elnurdan şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, ona məxsus 3 baş iribuynuzlu mal oğurlanmışdır. Malları oğurlanan zaman o, hərbi xidmətdə olmuşdur. Döyüşlərdən sonra ona məlum olmuşdur ki, malları oğurlanmışdır. Onlar malları çox axtarsalar da, tapa bilməmişlər. O, polisə şikayət etmişdir. Polisdən onlara məlumat verilmişdir ki, oğrular tapılmışdır. Şahid10 etiraf etmişdir ki, Elnurun tapşırığı ilə malını o, oğurlamışdır, Elnur isə ona 5 kq ət vermiş, ətin qalanını isə necə istifadə etdiyini bilmədiyini bildirmişdir. Təxminən ona 4000 manat maddi ziyan dəymişdir. Onun malının əvvəlcə 5-i oğurlanmış, sabahı gün isə malın 2-si qayıtmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs8 bildirmişdir ki, malları otlaqdan oğurlanmışdır. Şahid10 özü məhkəmədə etiraf etmişdir ki, malları Elnurun göstərişi ilə oğurlamışlar. Əvvəlcə malın 5-i oğurlanmış, daha sonra malın 2-sini buraxmışlar. Mallar Elnurun evinin yaxınlığında gecə qalmışdır. Elnurun qardaşı malların 2-sinin yeri barədə məlumat vermiş, mallar düyələr olmuş, düyələrin biri boğaz olmuş, düyələrin 2-si göy, 1-i isə ağ rəngdə olmuşdur. Ona polisdə bildirmişlər ki, oğruları tapmışlar, Şahid10 onun mallarını oğurladıqlarını etiraf etmişdir. Samir malın 5-ini də gətirdiyini etiraf etmiş, 2-sini isə buraxdıqlarını bildirmişdir. Samir bildirmişdir ki, malın birini kəsmişlər və ona həmin ətdən 5 kq ət və 15 manat da pul vermişlər. Bunları ona polisdə bildirmişlər. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxsla barışmamışdır və şikayətçidir. Ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Göygöl rayonunda ona məxsus katecləri yandırmışlar. Gecə saat 10-11 radələrində ona məlumat verilmişdir ki, katecləri yandırıblar. O, hadisə yerinə gəlmiş və görmüşdür ki, katecləri yandırıblar. O gələndə hadisə yerində polislər və yanğınsöndürənlər olmuşdur. Bir müddət sonra polisdən ona məlumat verilmişdir ki, katecləri Elnurgil yandırmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs5 bildirmişdir ki, ona 45000 manat maddi ziyan dəymişdir. Katecin içərisində oturacaq divan dəsti, LCD televizor və s. qiymətli əşyalar olmuşdur. Ona əvvəlcə polisdən bildirmişlər ki, katec qısa qapanmadan yanıb. O isə bildirmişdir ki, o hər il sentyabr ayında naqilləri elektrikdən ayırmış və qısa qapanmadan kateclərin yanması mümkün deyil. O naqilləri elektrikdən ayıranda işıq idarəsindən də əməkdaşları çağırırmış. O, Elnuru qismən tanımış, Qalibi isə yaxşı tanımış, onlarla ədavəti olmamışdır. Katecin içindən də oğurluq edilmişdir. Katecin içində televizorun oğurlandığını düşünmüşlər. Belə ki, televizora aid qalıqlar müəyyən edilməmişdir. Digər əşyaların da oğurlandığını ehtimal etmişdir. Əşyalar yandığından, o dəqiq hansı əşyaların oğurlandığını bilməmişdir. İlk dəfə ehtimal etmişlər ki, katec qısa qapanmadan yanmışdır. O, izah etmişdir ki, qısa qapanmadan katecin yanması mümkün deyil. Televizor balaca LCD televizor olmuşdur. Həmin televizora aid dəmir və başqa hissələr aşkar olunmamışdır. Onun əvvəllər Şahid11la incikliyi olub, lakin son vaxtlar münasibəti yaxşı olmuşdur. LCD televizor divarda dəmirlə asılmışdır. O televizorun hissələrini tapmamışdır. Katecin içində olan soyuducu yanmış və yanmış halda orada mövcud olmuşdur. O, pastellərin oğurlandığını da ehtimal etmişdir. Təqsirləndirilən şəxslə barışmadığını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, onun 2019-cu ildə bir ədəd iribuynuzlu heyvanı (cöngəsi) itmişdir. O, Göygöl RPŞ-yə bununla bağlı şikayət etmiş, lakin konkret olaraq kimdənsə şübhələndiyini bildirməmişdir. O, Elnurgilin onun malını oğurlamaqlarına inanmır. Belə ki, onun onlarla ədavəti olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs10 bildirmişdir ki, Elnur və Qalibdən heç vaxt şübhələnməmiş və onlardan heç bir şikayət və tələbi yoxdur, sonradan heyvanı tapılmamış, o, heyvanını kimin oğurladığını görməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifasəsində göstərmişdir ki, onun keçiləri dumanlı havada meşəlik ərazidə itmiş, lakin daha sonradan tapılmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. O, Təqsirləndirilən şəxsla barışmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs9 bildirmişdir ki, o, ümumi şəkildə polisə şikayət etmişdir. O, şikayətdə keçilərinin dumanlı havada itdiyini bildirmişdir.Ona dəymiş maddi ziyan ödənilmişdir. Keçilərinin itməsi ilə Elnurun əlaqəsi olmamışdır. Maddi ziyanı isə başqa adam tərəfindən ödənilmişdir. Keçilərini Elnur deyil, başqa şəxs oğurlamışdır. Qonşu kənddən başqa adam onun keçilərini oğurlamışdır. Zərərçəkmiş şəxs9 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonunun Çaykənd kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Əvvəllər Göygöl rayonunun Çaykənd kəndində yerləşən Kəlbəcər məktəbində müəllim işləyib. X96 yaşadıqları kənddə növbəli olaraq heyvan otarır. xx.xx.2021-ci il tarixdə Qeysin növbə sırası olmuşdur. Ona görə də oğlu həmin gün saat 0N radələrində həm özlərinə məxsus 20 qoyun və 10 keçidən ibarət heyvanlarını, o cümlədən kənd camaatının heyvanları ilə birlikdə təxminən cəmi 300 heyvanı kəndin ərazisində yerləşən “Su baseyni” kimi tanınan ərazidə otarmağa aparmışdır. Həmin gün axşam saat 19 radələrində Qeys heyvanları evlərinə gətirmişdir. Heyvanları sayan zaman 7 baş keçinin olmamasını müəyyən etmişlər. Bundan sonra keçiləri xx.xx.2021-ci il tarixədək həm öz yaşadıqları kəndin, həm də ətraf kəndlərin ərazisində axtarsalar da tapa bilməmişlər. Oğlu Qeys ona bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə heyvanları otaran zaman yaxınlıqda heyvanlarını otaran “Bəbiş” ləqəbli Səyyaf Məmmədovu görmüşdür. Ona görə də X100 bölməsinə gedib şikayət ərizəsi yazmışdır. Oğurlanmış keçilərin 4-ü qara, 1-i sarı, 1-i ağ və 1-i qəhvəyi rəngdə, 6-sı dişi, qara rəngli olanlardan yalnız biri erkək olmuşdur. Dişilər 35 kiloqram, erkək isə 20 kq çəkidə, dişilərin hər biri 210 manat, erkək isə 200 manat dəyərində olmuşlar. Keçilərinin oğurlanması nəticəsində ona 1460 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, onun atı itmişdir. Onlar bununla bağlı polisə şikayət etmişlər. Daha sonra, onlara maddi ziyanla bağlı polis şöbəsindən ödəniş edilmişdir. İsa adlı bir şəxs polis əməkdaşı olmasa da, orada işləyir. Onun əli ilə ona dəymiş maddi ziyanla bağlı ödəniş edilmişdir. Ona 800 manat verilmişdir ki, özünə yeni at alsın. O, sonradan eşitmişdir ki, Qalib adlı Elnurun tanışı onun atını avtomat silahla öldürmüşdür. Təqsirləndirilən şəxs şikayəti yoxdur və onunla barışmışdır Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs11 bildirmişdir ki, o, polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Orada bildirmişdir ki, atı həyətdən oğurlanıb. 800 manat pulu ona ödəmişlər ki, şikayətçi olmasın. Onun atının başında və ayaqlarında səkil olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Səidə Hüseynova onun arvadı olmuşdur. O, aprel ayının 13-ü günü gecə hadisə baş verdiyi yerdə qalmışdır. O, 2 gün orada, 1 gün isə oğlu işdə olduğundan, gedib evdə qalırmış. 14-ü günü tezdən o, hadisə olan yerdən çıxıb öz evinə getmişdir. Belə ki, oğlu Goranboyda işləyirmiş və 24 saat işdə olurmuş. Oğlu səhər tezdən işə getmişdir. O, evə gedirmiş, sonra paltarını dəyişib işə gəlirmiş. Səhər saat 9 radələrində Səidə ona zəng vuraraq, Yevlaxa gedib-getməyəcəyi barədə soruşmuşdur. O, Yevlaxa gedəcəyini bildirmişdir. Səidə demişdir ki, onu da götürsün, nisyə verdiyi şəxslərdən ona pul verilib və o, Rahiləyə pul verəcəkdir. O, saat 10-a işləmiş sexə gəlmiş və işçilərə tapşırıq veriləndən sonra Səidə ilə birlikdə oradan çıxmışdır. O, təxminən saat 10 radələrində Səidəni Rahiləgilə düşürmüş, özü isə öz işlərini görmək üçün getmişdir. O, saat 11 radələrində Səidəyə zəng vuraraq, işlərinin qutardığını bildirmiş, ona hazır olmasını və birazdan gəlib götürəcəyini demişdir. Sonra o, Səidəni saat 11:30 radələrində oradan götürərək məktəbə getmiş və saat 12-də məktəbdən çıxan nəvəsini götürmüşdür. Onlar nəvəsini də sexə gətirmişlər. Uşaq yemək yedikdən sonra Səidə demişdir ki, uşağı evə aparsın. O, uşağı aparmış və sonra öz işləri ilə məşğul olmuşdur. Günorta saat 3 radələrində Səidə zəng vurmuşdur ki, onu sexdə bəzi hissələri betonlamaq üçün sement, qum və qrabil almağa gəlib aparsın. Onlar gedib lazım olan qədər sement, qum və qrabil alıb, sifarişlə çağırdığı “qazel”lə sexə gətirmişlər. Saat 6 radələrində o, Xaldan kruqunda olan zaman Səidə zəng vurub demişdir ki, işçilər gedib, gəlib onunla birlikdə yemək yesin. O də sexə getmiş və yemək yemişlər. Həmin vaxtı yem işi ilə bağlı sexə gəlibgedənlər də olmuşdur. Daha sonra, Səidə ondan bəzi ərzaqlar almağı xahiş etmişdir. Belə ki, Səidəgil nəvəsini görmək üçün 3 gün sonra ora gedəcəkmiş və bunun üçün yemək bişirmək istəyirmiş. 13-ü günü toy olmuş və o, ayın 14-ü günü olanları danışmışdır. O da həmin ərzaqları alıb gətirmişdir. Sonra o orada oturmuş və onlar toy şəkillərinə baxmışlar. Səidə sonra bildirmişdir ki, saat 9-un yarısıdır, evdə heç kim yoxdur, o durub evə getsin. Səidə 10 dənə yumurta seçərək ona vermiş və o, maşına əyləşib oradan ayrılmışdır. O, kruqdan bir az buğda və paçka yağ almışdır. O, saat 9-a qalmış evə çatmış və evdə heç kim olmamışdır. Bir az televizora baxmışdır. O, hamamı qızdırmış və hamama girmişdir. Hamamdan çıxanda görmüşdür ki, ərazidə xidmət aparan polis zəng vurur. Saat 9-a qalmış olarmış. O düşünmüşdür ki, yəqin ki, oğlu qəza keçirib. Polis harada olduğunu soruşmuş, o isə evdə olduğunu bildirmişdir. Polis bildirmişdir ki, sex yanır. O, tez hazırlaşıb evdən çıxmışdır. O, Səidənin istifadə etdiyi mobil nömrələrinə zəng etsə də, əlaqə qura bilməmişdir. Belə ki, həmin nömrələrə zəng çatmamışdır. O, küçəyə çıxanda qonşu “Ay Lətif dayı, ay Lətif dayı, sex yanır” deyə qışqırmışdır. O, hadisə yerinə çatmışdır ki, sex alışıb yanır. O görmüşdür ki, yanğınsöndürənlər alovun qarşısını alır. O bildirmişdir ki, sexdə adam vardır. O, Səidə olan otağın nəfəsliyindən Səidəni səsləmiş, lakin cavab gəlməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid5 bildirmişdir ki, sexdə pul hər zaman olurmuş, bəzən sexə 1 saat içində çoxlu pul gəlirmiş. Səidə hər zaman 2-3 min manat ehtiyat pul saxlayarmış. Səidənin sepləri, sırğaları və s. qızıl-zinət əşyaları olmuşdur. O, Səidənin qızılı və ya qazancı ilə çox maraqlanmamışdır. Ayın 5-i və ya 6-sı Səidə demişdir ki, gedib Mingəçevirdən nəvəsinə mebel almaq lazımdır. Onlar Mingəçevirdə mebel salonlarından birində olanda Səidə orada satıcıya demişdir ki, onun hazırda pulu olmasa da, qızılları vardır. Səidə təklif etmişdir ki, qızıllarını mebel salonuna qoyub mebeli alsın, 10-15 günə və ya ən uzağı ay sonuna qədər pulu ödəyib qızılını götürsün. Satıcı müdirini çağırmış və Səidə həmin vaxt qızıllarını çıxaranda o, qızılları görmüşdür. Elnurla Səidənin münasibətləri barədə bildirmişdir ki, Elnur bir dəfə Səidədən 1000 manat pul almışdır. O bildirmişdir ki, Səidənin deməsinə görə Elnur əvvəlcə qayınanasından pul istəmiş, qayınanası isə ona pul verməmişdir. Daha sonra Elnur Səidədən pul istəyəndə Səidədə pul olmamışdır. Səidə kürəkəninə zəng edib demişdir ki, Elnura 1000 manat ver və elə bil ki, pulu mənə verirsən. Bu hadisə 2014-cü ildə baş vermişdir. Sonra Səidə həmin pulu kürəkəninə vermiş və Elnurun Səidəyə 1000 manat borcu qalmışdır. Daha sonra Elnur Rahiləyə 500 manat pulun əvəzinə kompyuter vermişdir ki, Səidəyə versin və 500 manat da borclu qalmışdır. Səidənin də xasiyyəti elə imiş ki, hər dəqiqə zəng vurub pulunu istəmirmiş. Səidə arabir Qaratelə zəng vurub deyirmiş ki, Elnura deyin ki, pulu qaytarsın. Səidə 2 gün sexdə onunla, 1 gün isə tək qalırmış. Elnur yəqin ki, sexin yerini bilirmiş, lakin Səidənin 1 gün tək qalmağı barədə bilməsini bilməmişdir. Onların dekabrın sonunda 20000 manat pulu var imiş. Səidə həmin pulu götürüb sexə aparıbmış. O bildirmişdir ki, sex elədir ki, orada 50000-60000 manat pul dövr etdirmək lazımdır ki, sexdən qazanc götürmək mümkün olsun. Belə ki, bəzən nisyə məsələləri də olurmuş. Səidə hər zaman qızılları özü ilə qara çantasında gəzdirmişdir. Hadisədən sonra o, meyiti görmüş, meyitdən yanacaq iyi hiss olunmuşdur ki, ətrafdakı insanlar da bunu təsdiq edə bilərmiş. Meyit skelet formasında olmuşdur. Mebel salonunda Səidə qızılları ona görə çıxarıbmış ki, mebelin pulu verilənə qədər qızıllar həmin salonda qalsın və pul veriləndə qızıllar götürülsün, lakin mebel də götürülməmişdir. Belə ki, notarius işləmədiyi üçün onlar evə gəlmişlər. Evə gələndə bacısı Rahilə Səidəyə zəng vurmuşdur ki, toyla bağlı nə etmisiz?, Səidə isə bildirmişdir ki, mebellə bağlı bir az kəsr vardır. Rahilə demişdir ki, ona pul verə bilər. Rahilə nə qədər pul lazım olduğunu soruşanda Səidə 6000 manat istəmişdir. Bu danışdıqları aprelin əvvəllərində baş vermişdir. Rahilə demişdir ki, Səidəyə pul verə bilər. O, aprel ayının 14-ü günü saat N radələrində hadisə yerindən çıxmışdır. Saat 9-da Səidə zəng vurmuşdur ki, nisyə verilən şəxslərdən 5000 manat pul gəlmişdir, gedib Rahilənin pulunu vermək istəyir. Səidədə pul var imiş, lakin iş üçün həmin pulu xərcləyə bilməzmiş. Buna görə də, Səidə mebel salonunda qızılı girov kimi qoymaq istəyirmiş. Səidə və onun oğlu birlikdə 2000 manat kredit götürmüşlər. Kredit götürüləndə Səidə qızıllarını banka girov qoymuşdur. Daha sonra onlar banka girov qoyulan qızılları bankdan çıxarmışdır. Səidə Rahilədən 6000 manat deyil, 5000 manat pul alıbmış. Səidə və Rahilə danışandan sonra sabahı gün onlar gedib 5000 manat pulu Rahilədən götürüblərmiş. Ayın təxminən 5-i və ya 6-sı olarmış ki, 5000 manatı götürəndən sonra Vüsalə, Əfsanə, Səidə və o, Gorana getmişlər. Orada mebel alınmış və götürüb oğlan evinə gətirmişlər. Səidənin 10000 manat borcu olmamışdır. Qudası Səidəyə 10000 manat pul vermiş, qudasının isə Səidəyə 3000 manat borcu olmuşdur. Səidənin qudasına 7000 manat borcu olmuşdur. Onlar Rahilədən pulu alan günü mebel almağa getmişlər. Oğlunun krediti 2021-ci ilin sentyabr ayında bağlanılmışdır. Kredit “Respublika” bankdan götürülmüşdür. O, Səidənin qızlarının adına kredit olub-olmamasını bilməmişdir. Kredit götürüləndə Səidə və oğlu pulu bölmüş və hərəsi 100 manat ödəmişdir. Sentyabr ayında sex zəif işləyirmiş. Əsasən sexin çox işləməsi dekabr ayından başlamışdır. Sexə borcu olan şəxslər pul versələr də, Səidəgil krediti bağlamırmışlar. Səidənin qızı Səlfinaz Bakıda yaşamışdır. Səlfinazın kredit götürməsi barədə eşitmişdir. Səidə ilə sement, qum və qrabil almağa gedəndə onların pulunu Səidə veribmiş. Cücə sexi fəaliyyətə başlayanda 20000 manat maya olmuş, lakin sex həmin pulla işləyə bilməzmiş. İlk başlağıcda isə 20000 manat bəs etmişdir. Onun oğlunun adına kredit 2020-ci il sentyabr ayında 2000 manat miqdarında götürülmüş, həmin pul oğlu və Səidə arasında yarıya bölünmüşdür. Daha sonra, yanvarın sonunda 5000-6000 kredit götürülmüş, bunu isə mart ayında bağlamışlar. Sex dekabr ayında fəaliyyətə başlamış və yanvarda kredit götürülmüşdür. Belə ki, sex 20000 manatla işləyəsi sex deyilmiş. 6000 manat kredit mart ayında bağlanılmış və təxminən mart ayının 15-i qızıl özlərində olmuşdur. 6000 manat kredit sexdən qazanılan pulla bağlanılmışdır. Səidə 6000 manat istəsə də, Rahilə 5000 manatı sabahı gün verə bilmişdir. Rahilə ilə Səidənin münasibətləri tam da yaxşı deyilmiş və Səidə onunla evlənəndən sonra araları daha da soyuqlaşmışdır. Səidənin astma-bronxit xəstəliyi olmamışdır. O, hadisə günü bütün gün Səidənin yanında olmamış və o, hadisə yerindən gedəndən 40 dəqiqə sonra hadisə baş vermişdir. Ona görə sexə nə qədər borc qayıtdığını və Səidədə nə qədər pul olduğunu dəqiq deyə bilmir. Sexdə mətbəx otağı varmış və hava soyuyandan sonra demək olar ki, onlar orada qalırmış. Son dəfə Səidə ilə ayrılanda ona demişdir ki, mətbəx otağında uzanacaq və bəlkə yatdı. Onlar sexdə qaz və elektrik istiliyindən istifadə etmişlər. Hava soyuq olanda Səidə az miqdarda açaraq, qaz sobasından istifadə edirmiş. Hadisə günü səhər yağış yağmışdır və hava normal temperturda olmuş, yəni soyuq da deyilmiş, isti də deyilmiş. Sexdə bir dəfə keçən il elektrik qəzası olmuşdur. Hadisədən bir ay əvvəl cücələr olan sexdə qazda qəza baş vermişdir və onlar bunu ləğv edərək odun sobasına dəyişmişlər. Qaz çox miqdarda istifadə edildiyindən, bu qəza baş vermişdir. O, hadisə yerinə gələndə yanğınsöndürənlər yanğının içində insan olduğunu bildirmişlər və onların əsas məqsədi yanğının qarşısının almaqdan ibarət olmuşdur. O, onlara içəridə insan olduğunu bildirmiş və bundan sonra həmin hissəyə yanğını söndürməyə gəlmişlər. Yanğınsöndürənlər nəfəslikdən içəri daxil olmuşlar. Evin qapısı içəri tərəfdən olmuş və çöldən evə giriş olmamışdır. Hadisə yerinə yanğınsöndürənlər sexin həyətindən girmişlər. Səidə sonuncu dəfə onu qapıya kimi yola salmışdır və orada üzündən öpmüşdür. Daha sonra, qapını arxadan bağlamışdır. Hadisə yerində jalüz formasında qapı olmuşdur. Səidə onu yola salanda orta qapıdan yola salmışdır və onun avtomobili də həmin qapının qarşısında olmuşdur. O, hadisə yerindən çıxandan sonra Xaldan dairəsinə getmişdir. O, Xaldan dairəsində kameraya düşmüş və o, maqazindən çıxanda saat 20:52 olmuşdur. Səidə isə təxminən 21:04 radələrində Ucarlı bir xanımla telefonla danışmışdır. Sexdən Xaldan dairəsinə təxminən maşınla 3-4 dəqiqəlik məsafə vardır. Sexdə olan maşın darvazası bir az çətin bağlanırmış və bir az güclü külək olanda darvaza açılırmış. Ümumiyyətlə, darvaza yaxşı bağlanmırmış. O, yanğınsöndürənlərin həmin darvazanı necə açmasını bilmir. O, hadisə yerində yataq otağının nəfəsliyindən başını içəri salıb Səidəni səsləsə də, cavab gəlməmişdir. Səidənin meyiti çarpayının aşağı hissəsinə düşmüşdür. Otağının planından bilmək olunmuş ki, hansı əşya hansı tərəfdədir. Yataq otağında qapı və ya heç nə qalmamışdır, hər şey yanmışdır. Deyilirmiş ki, alovun mənbəyi yataq otağıdır. Qapının tam və ya qismən yanmasını dəqiq xatırlamır. Onlara Səidənin bir briliant qaşlı sırğası, yarı yanmış bilərziyi və külçə şəklində yanmış şeylər təqdim edilmişdir. Külçə şəklində təqdim edilmiş əşyaları yoxladanda, bunların qızıl olmadığı aşkar olunmuşdur. Rahilənin oğlu da hadisə yerinə gəlmişdir. Səidənin qulağındakı sırğanın birini tapmışlar, birini isə tapmamışlar. Səidə hər zaman həmin sırğanı taxarmış, lakin işləyən zaman mane olduğundan, üzüyü taxmırmış. Sepi taxdığını və ya taxmadığını xatırlamır. Sexdə dizel yanacağı olmuş və miqdarı 30-40 litr olarmış. Rahilə sexə gəlib-getmirmiş. O, sexdə yanğının nədən baş verməsi barədə ibtidai istintaq zamanı fikir bildirməmişdir. Səidə hər zaman çox ayıq yatırmış və təkcə sex işlətmişdir. Əgər yatmış olsa idi belə, hər hansı hadisə baş versə tez oyanarmış. Ümumuiyyətlə, Səidə çox ayıq yatırmış. Səfinazın adına kredit götürülməsi barədə məlumatı yoxdur. Səidənin təxminən bir ovuc qızılı olmuşdur. Mebel salonunda Səidə qızılları çıxaranda 6000 manatdan artıq olan mebel üçün qızılın girov qoyulmasına razılıq verilmişdir. O, mebel salonunda çıxarılan qızılların dəqiq nələrdən ibarət olmasını bilmir. Səidənin qızılının qiyməti 4-5 min manat deyil, daha çox olmuşdur. O inanmazmış ki, kimsə gəlib Səidəni öldürsün. Səidəyə heç kim dəyməzmiş, çünki Səidənin özünün hörməti, yardım üçün gələn insalara kömək etməsi və onun da hörmətinə görə heç kimin Səidə ilə problemi yox imiş. Vüsalənin və Səlfinazın kreditlərinin olması barədə məlumatı yoxdur. Səidənin qızlarının krediti olması barədə elə-belə eşitmişdir. Həmin kreditlərin götürülməsində Səidənin qızıllarından girov qoyulmamışdır. Səidə qızılları çantasında saxlayarmış və bir yerə gedəndə də özü ilə apararmış. Qızılları seyfə qoymazmış. Sexdən saat 9-a qalmış radələrdə getmişdir. Müstəntiq qızılları tələb etmiş və baxış keçirəndən sonra saxlanması üçün özlərinə qaytarmışdır. Elektrik xətti otaqlarda suvaq altı ilə çəkilmişdir. Elnuru sexdə görməmişdir. Səidə Elnurla deyil, Elnurun arvadı ilə danışırmış. Sexdə olan qapılar içəridən bağlı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hadisə baş verən yerə yaxın ərazidə köşkdə satıcı işləyir. Elnur təxminən 2 il əvvəl ondan açılıb-qatlanan bıçaq almışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Elnur ondan aldığı bıçaq kiçik ölçüdə olmuşdur. Hadisə keçən il baş vermiş, Elnur isə bıçağı ondan 1 il əvvəl almışdır. O köşkdə tütün məmulatları, oyuncaqlar, bıçaqlar və digər əşyalar satmışdır. Satdığı bıçaqlar kiçik ölçülü olmuşdur. Bu bıçaqlar cib bıçaqları olmuşdur. O, Elnuru üzdən tanımışdır. Elnur köhnə avtovağzalın yanından keçirmiş. Elnurun harada yaşadığını bilməmişdir. O, ibtidai istintaq zamanı Elnuru görəndə tanımışdır ki, ondan bıçaq almışdır. O bildirmişdir ki, ibtidai istintaqda da Elnurla üzləşdirilmiş, üzləşmədə də məhkəmədə verdiyi ifadəni vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 5-6 ildir ki, ünvan 1 ünvanında qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. 2021-ci ilin may ayının sonları Elnur onun mağazasına gəlmiş və cibində olan qızlları təqdim etmiş və ehtiyacı olduğundan, satdığını bildirmişdir. O da qızılı tərəzidə çəkmiş və 1200 manat verə biləcəyini demişdir. Onlar razılaşmış və pulu ona vermişdir. Elnur sağollaşaraq oradan ayrılmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid7 bildirmişdir ki, Elnurun gətirdiyi qızıllar 1 dəst komplekt, 1 qolbağı və 2 ədəd üzük olmuşdur. O, qızılı alanda Elnurdan heç bir sənəd almamışdır. Elnur demişdir ki, ehtiyacı olduğundan, qızılları satır. Elnur o işlədiyi yerlərə gəlib-gedən adam olduğundan, onu tanıyırmış. Elnurla ibtidai istintaqda üzləşdirilmiş və üzləşmədə də məhkəməyə bildirdiklərini demişdir. Elnur o işlədiyi yerə gəlib-gedən adam olmuş və 2015-ci ildə də ona qızıl satmışdır. 2015-ci ildə Elnur ona qızıl satanda qeydiyyata almışdır. 2015-ci ildəki qeydiyyat kitabı itmişdir. Qızılları satmaqla bağlı qeydiyyat kitabı var, lakin ibtidai istintaq zamanı qeydiyyat kitabı götürülməmişdir. Belə ki, 2021-ci ildə Elnur ona qızıl satanda o qeydiyyata almamış, qeydiyyat kitabı ilə bağlı ibtidai istintaqda ondan soruşulmuş və o, qeydiyyata almadığını bildirmişdir. Pandemiya dövründə o, işləmirmiş. Həmin dövrdə Rusiya Federasiyasında olmamışdır. İbtidai istintaq zamanı Elnuru onun qızıl satdığı mağazaya gətirmişlər və çəkiliş aparılmasını xatırlamamışdır. Elnur orada bildirmişdir ki, qızılı ona satmışdır. O bildirmişdir ki, 2021-ci ildə Elnurdan aldığı qızılları qeydə almamğı onun səhvi olmuşdur. Normalda o aldığı qızılları hər zaman qeydiyyata almışdır. O, Elnuru üzdən zahiri tanıdığından, aldığı qızılları qeydiyyata almamışdır. Zahiri tanıdığı insanların bəzisindən aldığı qızılları qeydiyyata almış, bəzisindən aldığını isə almamışdır. Qeydiyyat kitabı hələ də vardır. Elnurun gətirdiyi qızılların qramı yadında qalmamışdır. O, qızılın pulunu alış qiymətinə uyğun hesablamışdır. O, qızılı 1200 manatla qiymətləndirmişdir. Elnurla razılaşmış və pulu verəndən sonra Elnur sağollaşıb getmişdir. Elnur polislərlə gələndə demişdir ki, may ayında ona qızılları satmışdır. O, bundan sonra xatırlamış, daha sonra qeydiyyat kitabına baxmışdır. O düşünmüşdür ki, ola bilsin ki, Elnuru tanıdığından, ondan aldığı qızılın qeydiyyatını aparmamışdır. Elnur polislərlə gələndə barmağı ilə onu göstərmişdir ki, ona qızılları satmışdır. O isə qeydiyyata almadığından, ilk öncə çaşqın olmuş və demişdir ki, bəlkə ona satmamışdır. O, “Niva” markalı maşınla onun iş yerinin yaxınlığından Elnurun keçdiyini görürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, aviakassada işləyir. Əvvəllər həmin yerdə qanuni formada pul mübadiləsi fəaliyyəti ilə məşğul olmuşdur. Lakin banklar ləğv olunandan sonra bu fəaliyyətlə məşğul ola bilməmişdir. Tanıdığı şəxslər olanda onların xahişi ilə pul dəyişmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs da onunla pul dəyişmişdir. Əvvəllər də Elnurun o işləyən yerə gəlib pul dəyişdiyi olmuşdur. Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının sonlarında 900 dollar dəyərində pulu dəyişmişdir. O, Elnura 1500 manatdan çox pul vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid8 bildirmişdir ki, ibtidai istintaqda Təqsirləndirilən şəxsla üzləşdirilmiş, orada da məhkəmədə dediklərini bildirmiş və Təqsirləndirilən şəxs da bunları təsdiqləmişdir. Ceyhun Almasovu tanımamış, polislər gələndə “X97 göndərən adamlarsız?” deməmiş, Təqsirləndirilən şəxsla polislər gələndə çəkiliş aparılmasını görməmiş, o, bəzən dolları 170 manata almış və 170 manat 50 qəpiyə satmışdır. Əgər 169 manat 70 qəpiyə dolları alarmışsa, 170 manat 20 qəpiyə satırmış. O, Elnurdan dolları təxminən 169 manat 50 qəpiyə və ya 170 manata almışdır. Təqsirləndirilən şəxs dolları 2021-ci ilin may ayının sonları almışdır və bu tarixin mayın 25-i və ya 28-i ola biləcəyini bildirmişdir. Elnurun onda dollar dəyişməsi barədə ondan dekabr ayında soruşulmuş, polislər Elnuru avikassanın qarşısına gətirmiş, Elnur polislərlə gələndə demişdir ki, may ayında onunla dollar dəyişmişdir. O, Elnuru işlədiyi yerdən gəlib-gedən şəxs kimi tanımışdır. O, 800-900 dolları Elnurdan aldığını ona görə demişdir ki, dəqiq rəqəmi unutmuşdur. Elnur hadisə yerinə gələndə “Mən müəllim adamam və savadım da yaxşıdır” dediyindən, o, onun müəllim olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, onun otardığı heyvan sürüsünə onun sürüsündən olmayan keçilər qarışmışdır. Bundan sonra, Elnurla o həmin keçiləri evə gətirərək, 2-sini kəsmiş, 5-ni isə satmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid9 bildirmişdir ki, Şahid11 onun yeznəsidir. Təqsirləndirilən şəxs bəzən hərbi hissədən heyvanlara verilməsi üçün artıq qalmış yeməkləri və ya çörək gətirmək üçün onun maşınını götürmüşdür. Elnur onun maşınını çox vaxt gündüz vaxtı götürürmüş. O, doğulduğu ili bilmir və 2-3-cü sinifə qədər məktəbə getmişdir. O, 1-ci sinifə Kəlbəcərdə getmiş və ilini xatırlamır. O yazmağı və oxumağı bacarmır. X98 adlı polis əməkdaşı dindirmək üçün gətirmişdir. O orada ifadəyə imza çəkmişdir. Elnurun artıq qalan ərzağı gətirdiyi hərbi hissə Çaykənd kəndinin yuxarı hissəsindədir. Onun avtomobili adətən Şahid11 həyətində olmuşdur. Elnur avtomobili götürəndə ona xəbər edirmiş. O, Yevlaxda dindiriləndə keçiləri oğurladığını bildirmişdir. Onu Yevlax RPŞ-yə Faiqgil gətirmişdir. Ondan Elnurun ölüm işi ilə bağlı Yevlax RPŞ-də sual soruşulmamışdır. Yevlax RPŞ-də ondan soruşmuşlar ki, Elnura o filan vaxtı maşın vermibmi? O, maşını Elnura soruşulan vaxtda vermədiyini bildirmişdir. Daha sonra, orada nə isə yazmışlar, onun isə xəbəri olmamışdır. Elnurun qohumunun ölməsi ilə bağlı sonradan məlumatı olmuşdur. Onlar sürüyə qarışmış keçiləri qapıya gətirmişlər. Onlar keçinin 2-sini kəsmiş, 5-ni isə satmışlar. Ona nə qədər pul çatdığını xatırlamır. O, keçilərin kimə məxsus olduğunu bilməmişdir. Avtomobili və açarı hər zaman Şahid11 həyətində olmuşdur. Müstəntiqi əvvəldən tanımırmış və müstəntiq də onu və ailəsini tanımırmış. İbtidai istintaqda ona təzyiq olunmuşdur. Yevlax RPŞ-də ondan Göygöldə döyüldüyü soruşulmuş, o döyüldüyünü bildirəndə, ona demişlər ki, orada döyüldüyü şükürlü olacaqdır. O isə polislərə heç nədən xəbərinin olmadığını demişdir. Onun arvadının adı Rafizə, qızının biri Pakizə Məmmədova, digəri isə Məmmədova Zeynabdır. Bir dəfə onun maşınının açarı yadından çıxıb üzərində evə getmiş, daha sonra qızları açarı gətirmişdir. Qızı açarı gətirib yeznəsi Qalibin qapısında ona vermişdir. Qızları açarı gətirəndə o Elnurla yenə hərbi hissəyə getmiş və qayıdanda maşını Qalibgilin evinin həyətində saxlamışdır. Səhv etmirsə, uşaqlar həmin gün Qalibgildə olmuş və onlara demişdir ki, gedib avtomobilin açarını gətirsinlər. Onlar Elnurla hərbi hissəyə gedəndə İlic adlı şəxsdən artıq qalmış ərzaqları alırmışlar. Onun maşını “Lada 2106” markalı maşındır və texniki cəhətdən yaxşı vəziyyətdə deyildir. İbtidai istintaq zamanı da şəkilləri çəkilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni o verməmişdir. İbtidai istintaq zamanı ifadəsində nə yazıldığını bilməmişdir. Elnurun ondan maşını alması, həmin günü maşını qaytarmaması və onun gedib Qarateldən açarı almağı kimi hallar olmamışdır. Məhkəmə istintaqı zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxsla hər hansısa ədavəti, düşmənçiliyi və ya qohumluğu yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının ortalarında günorta saatlarında ona zəng edib harada olduğunu soruşmuş, o da qoyun otardığını bildirmişdir. O, həmin vaxt Göygöl rayonunun Çaykənd kəndində qoyun otarmışdır. Elnur həmin vaxt ona “maşın mənə lazımdır, aşağı düşəcəm”demişdir. O da Elnura “maşının açarı evdə qalıb, uşaqlara deyərəm gətirib verər”demişdir. Onun ** BH *** d.q.n.n VAZ 2106 markalı avtomobili var. O çox vaxt avtomobili yeznəsi Şahid11 həyətində saxlayır, çünki avtomobili saxlaması üçün həyəti geniş deyildir. Avtomobilin açarı çox vaxt Qalibin evində olur. Lakin qeyd edilən vaxt avtomonbilin açarı yadından çıxıb gödəkçənin cibində qaldığı üçün açarı evə aparmışdır. Bundan sonra o, evdə arvadı Rafizəyə zəng edib maşının açarını uşaqlarla Elnura göndərməsini xahiş etmişdir. Uşaqları Pakizə və Zeynəb maşının açarını aparıb Elnura vermiş, bununla bağlı arvadı Rafizə ona xəbər vermişdir. Həmin gün Elnur onun yeznəsi Qalibgildən onun avtomobilini götürüb aparmışdır. Təqsirləndirilən şəxs onun avtomobilini həmin gün gətirməmiş, nə də həmin gün ona zəng etməmişdir. Təqsirləndirilən şəxs avtomobili Qalibin həyətindən götürdüyü günün səhəri təxminən 07-08 radələrində Elnura zəng edib gəlib-gəlmədiyini soruşmuşdur. Elnur da gəldiyini bildirmişdir. O da bundan sonra həmin gün saat 09 radələrində Elnurun yaşadığı evə getmiş, həmin vaxt qapıya Elnurun arvadı Qaratel çıxmış, o, avtomobilin açarını Qarateldən götürüb maşını işə salmış və maşını yeznəsi Qalibin həyətinə aparıb orada saxlamışdır. Bundan əlavə, xx.xx.2021-ci il tarixdə saat 1N radələrində o özünə məxsus heyvanları yaşadığı kəndin ərazisində yerləşən “Su baseyni” kimi adlanan ərazidə otarmış və həmin vaxt otlaq sahəyə sıx duman çökmüşdür. 5-10 dəqiqə sonra 7 baş keçinin onun olduğu istiqamətə gəldiyini, ətrafa boylanmış və həmin keçilərin arxasınca heç kəsin gəlmədiyini görmüşdür. O, keçiləri oğurlamaq qərarına gəlmış və Təqsirləndirilən şəxs zəng edib heyvanlarını otardığı yeri, 7 baş keçinin sahibsiz olduğunu və həmin keçiləri oğurlamaq istədiyini bildirərək bu işdə ona köməklik edib edəməyəciyini soruşmuşdur. Elnur isə ona “sən keçilərin yiyəsi gəlməmiş tez oğurla kəndə düş, mən də gəlirəm narahat olma, qalanı mənlikdi” demişdir. O, həmin 7 baş keçiləri öz sürüsünə qatıb danışdıqları kimi Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına aparmışdır. O, Təqsirləndirilən şəxsla yaşadığı evin yaxınlığında görüşüb oğurladığı 7 baş keçiləri öz sürüsünün içində ona göstərmişdir. Sonra Təqsirləndirilən şəxs məsləhəti ilə oğurladığı 7 baş keçiləri aparıb Elnurun yaşadığı evin həyətində olan tövləyə salmışlar. Təqsirləndirilən şəxs ona demişdir ki, keçilərdən ikisini kəsəcək və birazdan onun evinə gəlib kəsdiyi keçilərin ətindən götürüb evinə aparar. O, Təqsirləndirilən şəxsla razılaşmış və öz heyvanlarını yaşadığı evə apararaq tövləyə salıb rahatladıqdan sonra Elnurun evinə qayıtmış, orada Elnurdan başqa Şahid11 da görmüşdür. Təqsirləndirilən şəxs keçilərdən ikisini kəsmiş, keçilərin ətindən ona 3 kq ət verərək “apar evdə uşaqlar yisinlər” demişdir. Daha sonra Elnur qalan 5 keçini də satacağını və əldə edəcəyi puldan onun da payını verəcəyini bildirmişdir. O, Elnurla razılaşmış və 3 kq əti götürüb evinə gəlmişdir. Sonra isə Elnurla əlaqə saxlaya bilmədiyi üçün qalan N baş keçilərin harada olmasını bilməmişdir. Həmin vaxtdan 2 gün keçdikdən sonra isə ona məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə oğurladığı 7 baş keçi həmkəndlisi Zərərçəkmiş şəxs9 məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Elnurla Çaykənd kəndində Elnurgilin evinin yuxarı hissəsində meşəlik olan sahədən N baş iribuynuzlu heyvanı gətirmiş və evlərinin yuxarı hissəsindən yola salıb getmişdir. O həmin vaxt içkili olmuş və Elnur onunla getməyini təklif etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid10 bildirmişdir ki, iribuynuzlu N baş heyvan onlara məxsus olmamışdır. Elnur malları gətirəndə ona 300 manat verəcəyini vəd vermişdir. 1-2 saatdan sonra Elnur onu Xanlar rayonuna gətirmişdir. Elnur ona 15 manat pul və 5-6 kq ət vermişdir. O, sonra yenə içkili olanda Elnurdan 300 manatı verməsini xahiş etmiş, lakin Elnur razılaşmamışdır. Elnur onun yanında Roman adlı şəxsin bir baş iribuynuzlu malını qayadan uçuraraq öldürmüşdür. Onlar Romana aid malı oğurlamamışlar. Onlar N baş iribuynuzlu heyvanın olduğunu görmüş və oğurlamışlar. O həmin N baş malın oğurluq olduğunu sonradan öyrənmişdir. Bu hadisədən 1-2 gün keçəndən sonra bilmişdir ki, N baş iribuynuzlu heyvan oğurluqdur və Elnur ona 300 manat verəcəyin bildirmişdir. Elnur “Lada Niva” markalı maşınla onu Xanlar rayonuna gətirəndə 15 manat pul və 5-6 kq ət vermişdir. Onlar Elnurla hasar çəkməyə getmişlər. Elnur Roman adlı şəxsin malını qayadan uçuranda o da onun yanında olmuşdur. Polislər onun Elnurla əlaqəsi olduğu üçün onu tutmuşlar. Polislər onu tutanda əyninda idman forması olmuşdur. Polislər ona demişlər ki, düzünü deməsə, idman formasının cibinə narkotik vasitə qoyacaqlar. O isə yalnız həqiqəti demişdir. İbtidai istintaq zamanı polislər Romanın inəyinin şəkillərini çəkmişdir. Elnurla Romanın mübahisələri olduğundan, Elnur onun malını qayadan uçurmuşdur. Belə ki, Roman Elnurla dalaşmış və Roman Elnura silah çəkmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, 01 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs təklifi ilə razılaşıb birlikdə piyada Göygöl rayonu Yeni Zod adlanan ərazinin meşəlik sahəsindən heyvan oğurlamağa getmişdir. Orada təxminən 15- 20 baş iribuynuzlu heyvanlar görmüşlər. Ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həmin iribuynuzlu heyvanlardan N başını seçib Göygöl rayonu Çaykənd kəndi istiqamətdə gəlməyə başlamışlar. Yolda gələn zaman Təqsirləndirilən şəxs həmin heyvanları satdıqdan sonra ona 400 manat pul verəcəyini vəd etmiş və Çaykənd kəndinə təxminən 2 kilometr qalmış Təqsirləndirilən şəxs ona artıq ehtiyac olmadığına görə o, yaxınlıqda yaşayan nənəsinin evinə getmişdir. Saat 21 radələrində Təqsirləndirilən şəxs öz avtomobili ilə onu Göygöl şəhərinə avtovağzala gətirmiş və paketdə təxminən 5-6 kq çəkidə ət və 15 manat pul verərək oğurladıqları heyvanlardan birini kəsdiyini, həmin heyvandan onun payına düşənin bu olduğunu, digər iribuynuzlu heyvanları satdıqdan sonra 400 manat pul verəcəyini demişdir. O, əti və pulu götürüb tanımadığı taksi ilə Gəncə şəhərinə yaşadığı evə getmişdir. Təxminən 5 gün sonra o, Təqsirləndirilən şəxs dəfələrlə zəng edib iribuynuzlu heyvanları birlikdə oğurladıqları üçün onun payına düşən pulu nə səbəbə vermədiyini soruşmuş, Təqsirləndirilən şəxs isə hər dəfə heyvanları satdığını lakin pulunu almadığını, pulu alan kimi onun pulunu verəcəyini demişdir. Bundan sonra təxminən iki ay ərzində Təqsirləndirilən şəxs ona hissə-hissə cəmi 85 ( səksən beş) manat pul vermiş və artıq ona pul verməyəcəyini bildirmişdir. 2021-ci ilin avqust ayında dəqiq tarixini xatırlamadığı vaxtda Göygöl rayonu Çaykənd kəndində Təqsirləndirilən şəxs ona danışmışdır ki, aralarında olan ədavətə görə kənd sakini Roman adlı şəxsin 5-6 baş iribuynuzlu heyvanlarını qabağına qatıb meşəyə tərəf aparmış və meşədə həmin heyvanlardan birinin ayaqlarını bir-birinə bağlayıb dərəyə aşırmış, həmin heyvanın arxasınca gedib başından bir neçə dəfə daşla vurub öldürmüşdür. Təqsirləndirilən şəxs Romana yenə ziyan vurmaq istədiyini demişdir. Odur ki, o, Təqsirləndirilən şəxsla birlikdə həmin N baş iribuynuzlu heyvanları oğurlamış və oğurladıqları N baş iribuynuzlu heyvanları kimə satmasını və ya kiminlə birlikdə satmasını bilməmiş, bu barədə Təqsirləndirilən şəxs ona heç nə deməmiş, Təqsirləndirilən şəxsla birlikdə N baş heyvanları oğurlayan zaman kənar şəxslərdən onları heç kəs görməmiş, oğurluq etməyi barədə heç kimə heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyır. O, xırdabuynuzlu heyvan alveri ilə məşğuldur. 2018-ci ildə ona bir nəfər indi xatırlamadığı şəxs bildirmişdir ki, Elnur adlı şəxs Çaykənd kəndində keçi satır. O axtarıb Elnurun evini tapmış və onun satdığı keçilərə baxmışdır. Onu orada Elnurun qardaşı Etibar qarşılamışdır. Daha sonra, Elnur da gəlmiş və onlar keçilərin qiymətində razılaşmamışlar. O, evə gəlmişdir. Elnur səhəri gün ona zəng vurub demişdir ki, məktəbdə işləyir və keçilərə baxa bilmir. Elnur təklif etmişdir ki, razılaşıb keçiləri ondan alsın. Onlar telefonda razılaşandan sonra gəlib keçiləri götürüb getmişdir. O, keçilərin hamısını almışdır. O, Elnurla belə tanış olmuşdur. Daha sonra, 2020-ci ildə o, Gəncənin mal bazarına gəlmişdir. Elnur zəng edib demişdir ki, atları vardır və bunları satmaq istəyir. O, qış vaxtı olduğu üçün razılaşmamış, Elnur isə yaxşı xeyiri olacağını demişdir. Elnur “Whatsapp” proqramı vasitəsi ilə N baş atın şəkilini ona göndərmişdir. O gedəndə Elnur bir az gec gəlmiş və onlar atlara baxmışlar. O, atlara baxmış və razılaşıb həmin atları 1000 manata almışdır. Atların 2-si böyük, digərləri isə bala atlar olmuşdur. Onun gedən “Qazel” sürücüsü tələsirmiş və Elnur demişdir ki, o, atı alsa da, almsasa da onu olduğu ünvana çatdıracaqdır. Belə ki, Elnur demişdir ki, sürücü tələsirsə getsin. Bir müddətdən sonra Elnur gəlmişdir. Onlar yenidən razılaşmış və Elnur “Qazel” sürücüsünə zəng vurmuşdur. Daha sonra onlar getmiş və Elnur atları qeydiyyata aldırmışdır. Onlar həmin “Qazel”lə onu gətirən “Qazel”in yanında gəlmiş və atları yükləyib Tərtər rayonuna getmişdir. Bundan sonra, 2021-ci ildə Elnur ona zəng vurub demişdir ki, “butulka əmcək” keçisi almaq istəyir. Elnur 5-6 malının olduğunu və ona ot verə bilmədiyini bildirərək, keçi almaq istədiyini bildirmişdir. Aprel ayında Elnur bazara gəlmiş və o, Elnura 31 baş keçi vermişdir. Elnur bu keçilərin bir dəfə 7-sini, bir dəfə isə 24-nü almışdır. İlk dəfə ona 500 manat, daha sonra isə 700 manat pul vermişdir. O, keçini bazara səhər saatlarında saat 7- 8 radələrində gətirirmiş ki, balaları üşüməsin. Elnur səhər-səhər onunla görüşmüş və demişdir ki, mallarından doğanı var və qiyməti maraqlanıb satmaq istəyir. O malları satıb keçi alacağını və ondan 15-20 manata keçi pendiri istədiklərini bildirmişdir. Elnur keçilərə baxmış və bəyənib getmişdir. Elnur malının olduğunu bildirərək demiş ki, satıb keçiləri alacaqdır. Elnur bazarın sonu gəlmiş və ona 500 manat pul vermişdir. Elnur demişdir ki, 500 manat düzəldə bilmiş və qalanını malını satıb verəcəkdir. Daha sonra, o, Elnura demişdir ki, pulu nə vaxt verəcəkdir? Elnur demişdir ki, narahat olmasın, çalışacaq ki hələ ona artıq da pul versin ki, ondan yenə keçi alsın. Elnurla yenidən bazarda qarşılaşmış və Elnur o satdığı keçilərə baxmışdır. Elnur keçilərə baxmış və 24 baş keçi almışdır. Elnur demişdir ki, gedib mal bazarında malıbı satıb, daha sonra gəlib keçiləri alacaqdır. O da razılaşmışdır. O, əvvəlki borcun da olduğunu demiş, Elnur isə bazara mal gətirdiyini və satıb pulları verəcəyini bildirmişdir. Elnur bazarın sonu gəlmiş və and içmişdir ki, 700 manat pul düzəltmişdir. Elnur xahiş etmişdir ki, keçiləri ona versin və ayın sonuncu həftəsi pulu ona verəcəkdir. Onun şəriki buna etiraz etmiş, o isə şəriki ilə buna görə mübahisə etmişdir. Elnur isə bir-birlərini tanıdıqlarını, pulu gətirib verəcəyini bildirmişdir. Bir müddət sonra Elnura demişdir ki, pulu versin, Elnur isə hazırda imkanının olmadığını, keçilərdən isə ölənlərinin olduğunu demişdir. O demiş ki, bunu qəbul edər və o da kimdənsə bunu almışdır. Elnur ondan bir az da vaxt istəmiş və məsuliyyəti öz üzərinə götürərək, onun pulunu verəcəyini bildirmişdir. Elnur daha sonra pulu düzəldə bilmədiyini bildirmişdir. Elnur daha sonra bazarda keçiləri gətirib ona qaytarmışdır. Keçilərdən ölənləri və ayağına tikan batdığı üçün ayağı axsaq olanları da olmuşdur. Elnur ona 1200 manat pul verdiyini, 200 manat pulu ölən heyvanlara çıxdığını bildirərək, 1000 manat pulu geri istəmişdir. O, keçilərin vəziyyətinin yaxşı olmadığını, ölənlərinin olduğunu deyərək, bunu heç kimə sata bilməyəcəyini demişdir. Elnur da demişdir ki, o da Elnuru başa düşsün, Elnur da 2 dəfə keçiləri bazara aparıb gətirmişdir. Eyni zamanda, xəstələnən keçilərə iynə-dərmanla bağlı da xərc çəkdiyini də bildirmişdir. Onlar razılaşmış, lakin o hazırda 1000 manat verə bilməyəciyini bildirmişdir. Bazarın sonunda Elnura 500 manat verməyi təklif etmiş, Elnur isə növbəti həftələrdə verməyini istəmişdir. O, növbəti həftələrdə gələndə hissə-hissə Elnurun pulunu vermişdir. Sonda Elnur 120 manatın əvəzinə 1 baş keçi almışdır. Bundan sonra Elnurla əlaqəsi olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid6 bildirmişdir ki, Elnur atları hərbi hissədə olan komandirin ona verdiyi və o da həmin atları satdığını bildirmişdir. O, təklif etmişdir ki, komandir gəlsin, Elnur isə komandirin gəlməsinə ehtiyac olmadığını, atların ona həvalə olunduğunu bildirmişdir. Elnur demişdir ki, gedib atın şəkilini çəkdirsinlər, o isə atları götürüb getsin. 1-ci dəfə keçilərin alınması ilə 2-ci dəfə keçilərin alınması arasında neçə həftə keçməsini dəqiq xatırlamır. Elnur tərəfindən keçilərin alınması aprel ayında olmuşdur. Belə xatırlayır ki, həmin vaxtda onların ailəsində bəzi problemlər olmuşdur. Bazarda Elnurla qarşılaşmaqları təsadüfən alınmışdır. Elnur ondan 7 keçi alanda 500 manatı həmin gün vermişdir. Səhv etmirsə, keçiləri 115-120 manatdan satmışdır. 2-ci epizodda Elnur keçi satıb-satmadığını soruşmuşdur. Elnur 7 keçini və 24 keçini “Qazel”ə yığanda o da orada olmuşdur. Elnur hind quşlarını Məhəbbət adlı şəxsdən almışdır. Elnur keçiləri alanda demişdir ki, malları ot baha olduğu üçün saxlaya bilmir, keçini alıb pendirini satmaq istəyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, “Qazel” sürücüsüdür və Çaykənd kəndindən bazara yükdaşıma işi ilə məşğul olur. O, Elnurla bazara heyvan aparmış və ya Elnur bazardan aldığı heyvanı evlərinə gətirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Elnur onun “Qazel”i ilə keçi aparmışdır. Bazarda olanda aldığı keçiləri Elnur onun “Qazel”i ilə daşımışdır. Elnur o, mal bazarında olanda ona zəng etmiş və aldığı keçiləri daşımaq lazım olduğunu bildirmişdir. O, Elnurun olduğu mal bazarına getmişdir. Elnur ona ancaq mal bazarı fəaliyyət göstərdiyi günlərdə zəng vururmuş. Elnurun nə qədər keçi aldığını dəqiq xatırlamır. Elnur bazara gedəndə ona həftənin 6-cı günü zəng edirmiş, bazar günü isə heyvanları bazara aparırmışlar. O, Elnurun heyvanlarını Gəncənin mal bazarından başqa digər rayonda yerləşən bazara aparmamışdır. Keçiləri onun “Qazel”i ilə bir dəfə apardığını dəqiq xatırlayır. Ola bilsin ki, bu hal bir neçə dəfə baş vermiş olsun. Mal bazarına heyvan aparmaqla bağlı zənglər adətən 6-cı gün günorta saatlarından sonra edilirmiş. Bəzən isə səhər saatlarında da bununla bağlı zəng gəlirmiş. Çünki onun “Qazel”i ilə yalnız 5-6 iribuynuzlu heyvan aparmaq olurmuş. Elnurun öz qapısından iribuynuzlu heyvanı bazara apardığı da olmuşdur. Elnur 2 dəfə onun “Qazel”i ilə mal bazarına iribuynuzlu heyvan aparmış və bunları aparanda 1 dəfə sata bilməmişdir. O, bazara heyvan aparanda əvvəllər 1 iribuynuzlu heyvan üçün 10 manat, indi isə 15 manat, 1 xırdabuynuzlu heyvan üçün əvvəllər 2 manat, indi isə 3 manat alırmış. Bazardan qayıdanda isə sayı hesablanmadan az pul alaraq heyvanları daşıyırmış. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, onları 2021-ci ilin noyabr ayının 25-i Göygöl rayonunun Çaykənd kəndində saxlamışlar və polis şöbəsinə gətirmişlər. Noyabr ayının 27-sinə kimi onlara orada fiziki təzyiqlər olunmuşdur. Daha sonra, onlar məhkəmə qarşısına çıxarılmış və onlara 200 manat cərimə cəzası təyin olunmuşdur. Bundan sonra, oradan yenidən onları polis şöbəsinə qaytarmışlar. Polis şöbəsində ona nalayiq hərəkətlər etməyə başlamışlar. Ona təzyiqlər olunduğundan, cinayət əməllərini yalandan boynuna almışdır. 29 noyabrda məhkəməyə gətirilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra, Gəncə İstintaq təcridxanasına gətirilmişdir. O, Elnurgili görməmişdir. Daha sonra, onu Göygöl rayonuna aparmışlar və 4-5 gün orada qalmışdır. O, dekabrın 6-sına kimi orada qalmışdır. Onun müdafiəçisi ilə tanış olmağı üçün 3-5 dəqiqə vaxt verilmişdir. Üzləşdirmə istintaq hərəkətləri keçirilməzdən əvvəl ona təzyiq olunmuşdur ki, əvvəl ifadə verdiyi formada ifadə verməlidir. Ona yenə də nalayiq hərəkətlər olunacağı bildirilmişdir. Onu oradan olan 2 saylı İstintaq Təcridxanasına gətirmişlər. Gəncədən isə dekabrın 7-si onu Yevlax RPŞyə gətirmişlər və orada onu ölüm işi bağlı dindirmişlər. Daha sonra onu MSY-yə düşürmüşlər və dekabrın 8-i səhər 6-N radələrində onu yenidən 3-cü mərtəbəyə qaldırmışlar. Bundan sonra onu döyməyə başlamışlar və demişlər ki, hər şeyi boynuna almalıdır. O, huşunu itirirmiş və ona iynə vururmuşlar. Daha sonra, başqa otağa keçirib yenidən onu döyməyə başlamışlar. Saat 4-də onu yenidən MSY-yə endirmişlər. O, MSYdə 3 gün qalmış və həmin müddətdə ona yemək və ya su verilməmişdir. Elnur polislərdən şikayətlər etdiyi üçün onlara qarşı belə hərəkətlər edilmişdir. Onları heyvan oğurluğu ilə bağlı tutmuşlar, lakin sonradan başqa cinayətləri də onların üstünə yıxmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid11 göstərmişdir ki, ibtidai istintaqda ona təzyiq edərək, Elnurun üzünə qoymuşlar. O, Göygöldə olandan Elnura qarşı bir oyun başlatmışlar. Həmin vaxtdan ondan Elnurun edə biləcəyi hər hansı cinayətlərlə bağlı məlumat almaq istəyirmişlər. Rauf adlı şəxsin kafesinin yandırılması və oradan oğurluq edilməsi ilə bağlı məlumatı olmamışdır. Onun Raufla münasibəti yaxşı olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadə həqiqətə uyğun deyildir və həmin ifadələri təzyiq altında vermişdir. Onu dekabrın 7-si günü Yevlax RPŞyə aparanda dindirmişlər və sonra MSY-yə düşürmüşlər. Daha sonra, dekabrın 8-i 6-N radələrində MSY-dən yuxarı mərtəbəyə qaldırmışlar. 2-ci dəfə onu yuxarı qaldıranda ondan heç nə soruşmamışlar və əlini bağlamışlar. Ayaqlarını da əlinə bağlamışlar və ayağının altından vurmağa başlamışlar. Onu döyürmüşlər və huşunu itirəndə ona iynə vururmuşlar. Daha sonra, qolunu qabaqdan parça ilə bağlamışlar və qandalla sıxmışlar. Orada Şahlar, Vüqar və digər polis əməkdaşları olmuşdur. O, ibtidai istintaq zamanı Elnurla ayrı saxlanılırmış və bir-birlərini görmürmüşlər. O, Elnurun da döyüldüyünü eşidirmiş. Ona deyirmişlər ki, ölüm işi ilə onun da əlaqəsi vardır, o isə and içirmiş ki, onun əlaqəsi yoxdur. O, bildirirmiş ki, Elnuru tanıyır və Elnur belə hərəkət edə bilməz. Polislər isə onu döyürmüş. O, Yevlax RPŞ-dən 2 saylı İstintaq Təcridxanasına qaytarılmış və paltarlarını çıxaranda hər kəs çox təəccüblənmişdir. Belə ki, üzərində xeyli xəsarət izləri olmuşdur. O, Yevlax RPŞ-də döyülməyi ilə bağlı ərizə yazmışdır. Ona kağız gəlmiş ki, guya “Varanok”dan yıxılıb xəsarət almışdır. Elnurun döyülməyinin səsini eşidirmiş, lakin onlar fərqli yerlərdə saxlanılırmış. İstintaq təcridxanasında olan zaman tibbi eskpert və Yevlax rayon prokurorluğundan bir əməkdaş ona baxış keçirmişlər. O, ərizə yazmışdır ki, Yevlax RPŞ-də ona işgəncə verilmişdir. Bundan sonra, cavab gəlmişdir ki, araşdırma aparılıb və o “Varanok”dan yıxılmışdır. 2 saylı İstintaq Təcridxanasında ona yetirilən xəsarətlər qeydiyyata alınmışdır. O, Yevlax şəhərində hər hansı cinayəti törətməmiş və onu Yevlax RPŞ-yə aparmaqda məqsəd cinayəti onu boynuna yıxmaq olmuşdur. Ona təzyiq olunsa da, o, cinayəti etmədiyini bildirmişdir. Rantik Ağayevi də Yevlax RPŞ-yə gətirib dindirmişlər. Onun adını kimin verdiyini bilmir. X70 qoç almışlar. Rantik Ağayev onun əsgər yoldaşı olmuşdur. O, Elnur və X36 qoç almağa getmişlər. O, Yevlaxın Bucaq kəndini tanımır. Elnur öz nömrəsi ilə ona zəng edəndə özü danışırmış. Elnurun qayınanasının bacısı öldüyü günü bilmir. O, Elnurla Çaykənd kəndində yerləşən hərbi hissədən artıq qalmış çörək və ya digər ərzaq gətirməyə dəfələrlə getmişdir. Şahid9 maşınını onun həyətində saxlayırmış. Elnurun həmin maşını götürüb və axşam gəlmədiyi hal olmamışdır. O, Zərərçəkmiş şəxs1 tanıyır, lakin onun adını çəkməyi təzyiqlərlə bağlı olmuşdur. İfadələr onun adından yazılırmış və polis şöbəsinə daxil olan ərizələrdə heyvanları rəngi və ya digər əlamətləri qeyd olunduğundan, onun ifadələrində də eyni cür əks olunurmuş. O, Elnurla oğurluğa getməmişdir. Keçiləri isə Səyyaf gətirmişdir və bu oğurluq deyilmiş. Belə ki, həmin keçilər Səyyaf otardığı sürüyə qarışmışdır. Onlar elə düşünmüşlər ki, köç gedən heyvanlardan keçilər sürüyə qarışmışdır. Zərərçəkmiş şəxs7 evinin yanması onlarla əlaqəli olmayıb, lakin hadisə gününü xatırlayır. Gecə saatlarında Nadirin səsinə o çölə çıxmış, çaydan keçib getmişdir ki, ev yanır. Əvvəl Nadirin evinin yandığını düşünmüşdür. Bütün qonşular evin söndürülməsi üçün kömək edirmiş. Elnur da hadisə yerinə gəlmişdir, lakin ondan əvvəl və ya sonra gəldiyini xatırlamır. O, hadisə yerinə gedəndə çox adam olmuşdur. O, Zərərçəkmiş şəxs7 evi yanan günü Elnurla birlikdə olmamışdır. Ev yanan gündən əvvəlki gün Elnur özünə maşın almışdır. Ev gecə saat 3-4 radələrində yanmışdır. O, spirtli içki qəbul edir, Elnur isə spirtli içki qəbul etmir. O, ev yanan vaxtı orada kömək etmişdir. Zərərçəkmiş şəxs7 həyətində olan mağazada olan ərzaqları çölə çıxarmış və mağaza yanmamışdır. Orada Nüsrət və digər qonşular kömək edirmiş. O, su tökürmüş ki, yanğın daha da çox olmasın. Yanan evi söndürmək və ya əşyaları çıxarmaq üçün qonşular qıfılı qıraraq içəri daxil olmuşdur. Raufun kafesinin yanması ilə bağlı məlumatı yoxdur. Raufun kafesinin yaxınlığında o, Elnurla nərd oynamamışdır. Onun evində yanacaq kimi qazdan istifadə olunur. Onlar ağ neftdən istifadə etmirlər. Hadisə baş verən günü Çaykənd kəndinə qaz çəkilmişdir. Onların Üzeyirin mağazasında oturmağı və onun Elnurdan yanından gedib-gəlməyi kimi hallar olmamışdır. Kənddə heyvanı itmiş şəxslərin ərizələri əsasında onların ifadələr formalaşdırılmışdır. O, Mətləbin adını polis şöbəsində eşitmiş və onun atı ilə bağlı məsələdən xəbəri olmamışdır. Polis şöbəsində ona bildirmişlər ki, güya o, avtomatla Mətləbin atını vurmuşdur. Elnur onun avtomatının olduğunu bilmirmiş. Onu Çaykənd kəndinə tutub polis şöbəsinə aparmışlar. Həmin vaxt Elnurun da ora gətirildiyini bilmir. Ona polis şöbəsində təzyiq edirmişlər ki, cinayətləri güya onlar etmişlər. O, keçilərlə bağlı epizodu qəbul etmiş, onlar isə digər oğurluqların da onların tərəfindən edildiyini bildirmişdir. Çaykənd kəndində oğurluq tez-tez olurmuş. O, “Varanok”dan yıxılmamışdır. O, CM-in 177, 186 və 228-ci maddələri ilə təqsirləndirilir və ona qarşı irəli sürülən epizodlar hamısı Təqsirləndirilən şəxsla əlaqəlidir. O, keçilərin gətirilməsini qəbul edir, lakin digər bütün epizodları qəbul etmir. Onlar keçilərin yiyəsiz köçdən qalma heyvanlar olduğunu düşünmüşlər. O, atın güllə ilə vurulub öldürülməsi ilə bağlı məsələni polis şöbəsində bilmişdir. O, Göygöldə oğurluq epizodları ilə bağlı saxlanılmışdır. Onlar hərbi hissədən artıq qalan ərzağı İlic adlı Çaykənd kəndinin sakinindən alırmışlar. Onlar İlicə zəng edirmiş və artıq qalan ərzağı gedib götürürmüşlər. Onlar Səyyafın maşını ilə ərzağı gətirirmişlər. Səyyafın maşının açarı onların evində olurmuş. Səyyaf bəzən özü də onunla gedirmiş. O, Səyyafa demişdir ki, keçiləri həyətdə saxlasın, sahibini tapsınlar. Daha sonra, keçilərin sahibi tapılmamışdır. Keçilərin 2-sini Elnurun yanında kəsmiş, Elnur isə keçilərin 5-ni satmışdır. O, ibtidai istintaq zamanı həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qarşısına çıxarılanda ona olan təzyiqlər barədə məlumat verməmişdir. O, ibtidai istintaq zamanı təzyiq altında ifadə vermişdir. O, 2021-ci ilin noyabr ayının 27-sinə kimi heç nə boynuna almamışdır. Daha sonra, nalayiq hərəkətlər edilmiş və o, yalandan etiraf etmək məcburiyyətində qalmışdır. Şahid11 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayının ilk günlərində saat 22 radələrində o, Təqsirləndirilən şəxsla birlikdə yaşadıqları kəndin ətrafında olan otlaq sahəsindən 3 baş iribuynuzlu heyvan oğurlamışlar. Oğurladıqları heyvanlardan biri boz, ikisi isə qara rəngli olmuşdur. Onlar əvvəlcədən planlaşdırdıqları kimi, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tövləyə salmışlar. Təqsirləndirilən şəxs heyvanları satıb ona da pul verəcəyini bildirmişdir. Həmin günün səhərisi Təqsirləndirilən şəxs saat 13 radələrində kənddə onunla görüşmüş və ona 700 manat pul vermişdir. Sonradan məlum olmuşdur ki, oğurladıqları heyvanlar həmkəndliləri Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Növbəti oğurluq hadisəsini Təqsirləndirilən şəxsla birlikdə 2019-cu ilin sentyabr ayının sonlarında törətmişdir. Yaşadıqları kəndin ərazisində “Band” kimi tanınan otlaq sahəsindən 3 baş iribuynuzlu heyvanları oğurlayıb Təqsirləndirilən şəxs evinin həyətində olan tövləyə salmışlar. Heyvanların üçü də dişi cinsli, ikisi qara, biri isə qırmızı rəngli olmuşdur. O, yenə heyvanları tövləyə saldlqdan sonra evinə getmişdir. Səhərisi günü saat 14 radələrində Təqsirləndirilən şəxs onunla kənddə görüşərək ona 650 manat pul vermişdir. Ona sonradan məlum olmuşdur ki, oğurladıqları heyvanlar Göygöl rayonu Yeni Zod kənd sakinləri Mahirə və Gülnaz bacılarına məxsus olmuşdur. Növbəti oğurluq hadisəsini Təqsirləndirilən şəxsla birlikdə 2020-ci ilin aprel ayının sonlarında və ya may ayının əvvəllərində törətmişdir. Həmin gün saat 15 radələrində o, evdə olan zaman Təqsirləndirilən şəxs onu evinə çağırmış, evinin tövləsində bir baş qara rəngli, təxminən 1 yaşında olan dananı göstərib, həmin heyvanı tək olaraq onun evinin qarşısından keçən zaman evinə saldığını bildirmiş və həmin heyvanı kəsib yarı bölməsini təklif etmişdir. O, Təqsirləndirilən şəxsla razılaşmış və heyvanı kəsib tən yarı bölmüşlər. O, öz payını götürüb evinə getmişdir. Ona sonradan məlum olmuşdur ki, həmin heyvan həmkəndliləri Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Növbəti oğurluq hadisəsini Təqsirləndirilən şəxsla birlikdə 2020-ci ilin avqust ayının sonlarında törətmişdir. Oğurluq edildiyi gün saat 23 radələrində Təqsirləndirilən şəxsla heyvan oğurlamaq üçün kəndin ərazisində Yığış adlı şəxsin fermasının yaxınlığına getmişlər. Otlaq sahəsindən 4 baş dişi cinsli, üçü boz, digəri isə qara rəngli iribuynuzlu heyvanları oğurlayıb Təqsirləndirilən şəxs yaşadığı evin tövləsinə salmışlar və sonra o, yaşadığı evə getmişdir. Səhərisi günü saat 15 radələrində Təqsirləndirilən şəxs kənddə onunla görüşüb heyvanları satdığı puldan ona 1000 manat pul vermişdir. Ona sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxsla oğurladıqları həmin 4 baş heyvanlar həmkəndliləri Əhliyyət İmanovun olmuşdur. Növbəti cinayət hadisəsini Təqsirləndirilən şəxsla birlikdə 2020-ci ilin noyabr ayının sonlarında törətmişdir. Yaşadığı kənddə “Göyəzən” adlı yeməkxananı işlədən Qazax rayon sakini Rauf adlı şəxslə onun çoxdan davam edən ədavəti olmuş və ona görə də Raufa pislik edib heyfini çıxmaq istəmişdir. Raufla onun ədavətinin olması barədə Təqsirləndirilən şəxs da məlumatı olmuşdur. 2020-ci ilin noyabr ayının sonlarında o, Raufun yeməkxanasını yandırmasını Təqsirləndirilən şəxs təklif etmiş və sonuncu etraz etməmişdir. Həmin vaxt saat 01-02 radələrində o, evindən 1 litr ağ neft yanacağı götürüb Təqsirləndirilən şəxsla birlikdə piyada “Göyəzən” yeməkxanasına getmişlər. Həmin yeməkxana qış aylarında işləmədiyinə görə orada heç kəs olmamışdır. Onlar yeməkxananın həyətinə daxil olmuş və yeməkxananın ikinci mərtəbəsinə qalxaraq otaqlarının birinin pəncərəsini itələyib açmış və o, əlində olan 1 litr yanacağı həmin pəncərədən otağın döşəməsinə töküb kibriti yandıraraq tökdüyü yanacağın üstünə atmışdır. Döşəmədə olan yanacaq alışmağa başlamış və bundan sonra o, Təqsirləndirilən şəxsla oradan qaçıb uzaqlaşmışlar. Növbəti oğurluq hadisəsini Təqsirləndirilən şəxsla birlikdə 2021-ci ilin avqust ayının əvvəllərində törətmişdir. Oğurluq etdikləri gün saat 22 radələrində Təqsirləndirilən şəxsla heyvan oğurlamaq üçün yenə də yaşadıqları kəndin ərazisində Yığış adlı şəxsin fermasının yaxınlığına getmişlər. Orada sahibsiz olan 4 baş dişi, iribuynuzlu heyvanları görmüş, həmin heyvanlardan ikisi boz, biri ağ, biri isə göy rəngli olmuşdur. Ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra heyvanların dördünü də Təqsirləndirilən şəxs yaşadığı evə gətirib tövləyə salmışlar və sonra o, yaşadığı evə getmişdir. Həmin günün səhərisi heyvanları satdıqdan sonra Təqsirləndirilən şəxs əldə etdiyi puldan ona 1000 manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, oğurladıqları heyvanlar həmkəndlisi Zərərçəkmiş şəxs6 məxsus olmuşdur. Növbəti cinayət hadisəsini Təqsirləndirilən şəxsla birlikdə 2021-ci ilin yay aylarında törətmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, həmkəndliləri Natiq adlı şəxsin evinə gedib onun evinin həyətində olan mağazadan oğurluq etsinlər. O, Təqsirləndirilən şəxsla razılaşmış və həmin gecə saat 03 radələrində Natiqin evinə getmişlər. Evin daravazası bağlı olduğuna görə Natiqin evinin həyatyanı sahəsinə Kürəkçayı tərəfdən qapı kimi istifadə edilən dəmir barmaqlığı açaraq həyətə daxil olmuşlar. Sonra isə evin həyətində olan açıq havada mağaza kimi istifadə edilən yerə yaxınlaşıb orada olan taxtaların üstündən o, 5 qutu “Prima” siqareti, 2 şüşə adını unutduğu araq, 250 ml-lik «Bizon» içkisi, Təqsirləndirilən şəxs isə 2 şüşə araq, 4 ədəd 250 ml-lik «Bizon» içkiləri, bir şüşə yarım litrlik “Xırdalan” pivəsi götürmüşlər. Bundan sonra götürdükləri əşyaların hamısını ağ sellofan torbaya yığıb hadisə yerindən uzaqlaşmağa başlamışlar. Təxminən 300 metr getdikdən sonra Təqsirləndirilən şəxs ona geri qayıdıb oğurluğun izini itirmək üçün həmin evi yandırmağın lazım olduğunu demişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evə gedib bir litrlik şüşədə ağ neft gətirmiş və onlar yenidən Natiqin evinə qayıtmışlar. Təqsirləndirilən şəxs yaşayış binasının pəncərəsini itələyib aralamış, həmin pəncərədən otağın döşəməsinə gətirdiyi yanacağı tökmüş, o isə kibrit alışdırıb həmin otağın döşəməsinə atmış və döşəmə alışıb yanmağa başlamışdır. Bundan sonra onların hər ikisi oradan qaçıb getmişlər. Növbəti oğurluq hadisəsini Təqsirləndirilən şəxsla birlikdə 2021-ci ilin oktyabr ayının əvvəllərində törətmişdir. Həmin gün saat 10-11 radələrində evdə olan zaman Təqsirləndirilən şəxs ona mobil telefonla zəng edib evinin qarşısında olan təpəyə çıxmasını istəmiş, o, həmin yerə çıxanda görmüşdür ki, Təqsirləndirilən şəxs hamısı dişi olmaqla N baş iribuynuzlu heyvanları qabağına qatıb gətirir. Təqsirləndirilən şəxs ona həmin heyvanları oğurladığını bildirmiş, onlar birlikdə həmin heyvanları Təqsirləndirilən şəxs evinin həyətində olan tövləyə salmışlar. Sonra Təqsirləndirilən şəxsla birlikdə həmin heyvanlardan boz rəngli olanını köməkləşib kəsmişlər və kəsdikləri heyvanın ətinin hamısını Təqsirləndirilən şəxs evinə qoymuşdur. Ona isə ət verməmiş və o, Təqsirləndirilən şəxs inciyib evinə getmişdir. Qalan dörd baş heyvanların aqibəti barədə bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğurladığı heyvanların hamısı Göygöl rayonu Yeni Zod kənd sakini Zərərçəkmiş şəxs8 məxsus olmuşdur. Sonuncu oğurluq hadisəsini isə o, Təqsirləndirilən şəxs və digər həmkəndlisi X30 ilə birlikdə xx.xx.2021-ci il tarixdə törətmişdir. Belə ki, həmin gün o, Şəmkir rayonu Seyfəli kəndində əsgərlikdə olan qardaşı ilə görüşməyə getmişdir. Saat 1N radələrində Səyyaf Məmmədov onun mobil telefonuna zəng edərək “kənddə su baseyninin yaxınlığında heyvanlarımı otaranda yiyəsiz olan 7 baş keçi görmüşəm, neyniyim mən bu keçiləri?” demişdir. O, bu barədə dostu Təqsirləndirilən şəxs zəng edib danışacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs zəng edib Səyyaf Məmmədovun ona dedikləri barədə danışıb sonuncu ilə əlaqə saxlamasını istəmişdir. Təxminən 3 dəqiqədən sonra Təqsirləndirilən şəxs ona zəng edib Səyyaf Məmmədovla danışdığını və həmin 7 baş keçiləri kəndə gətirməsini tapşırdığını demişdir. Sonra isə ona demişdir ki, Seyfəli kəndindən qayıdanda Gəncə şəhərində Gülüstan qəsəbəsində görüşüb birlikdə yaşadıqları kəndə qayıtsınlar. Həmin vaxtdan təxminən 1 saat sonra o, Təqsirləndirilən şəxsla Gəncə şəhərinin Gülüstan qəsəbəsində görüşüb Elnurun idarə etdiyi avtomobillə kəndə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə çatanda Səyyaf Məmmədov heyvanları gətirdiyini görmüşlər. Həmin 7 baş keçiləri Təqsirləndirilən şəxs yaşadığı evin tövləsinə saldıqdan sonra Səyyaf Məmmədov öz evinə gedib bir azdan gələcəyini demişdir. O, Təqsirləndirilən şəxsla həmin keçilərdən ikisini kəsmişlər. Səyyaf Məmmədov həmin yerə qayıtmış, Təqsirləndirilən şəxs ona və Səyyaf Məmmədova kəsilən keçilərin ətindən 3 kiloqram ət vermiş, qalan N baş keçiləri özü satacağını və onlara da pul verəcəyni demişdir. Səyyaf Məmmədovla o, ətləri götürdükdən sonra evlərinə getmişlər. Həmin gündən təxminən bir həftə sonra Təqsirləndirilən şəxs kənddə ona 50 manat pul verib, keçiləri satdığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin 7 baş keçilər Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs9 olmuşdur. Növbəti cinayət hadisəsini Təqsirləndirilən şəxsla 2019-cu ilin iyul ayında törətmişdir. Belə ki, həmin gün saat 23-24 radələrində Təqsirləndirilən şəxs zəng edib onu evinə çağırmışdır. O, Təqsirləndirilən şəxs evinə getmiş və Elnur ona tövlədə olan 1 baş, qara rəngli, erkək dananı göstərib oğurladığını bildirmiş və təklif etmişdir ki, dananı kəsib yarı bölsünlər. O, razılaşmış və Təqsirləndirilən şəxsla birlikdə həmin dananı kəsdikdən sonra ətin yarısını götürüb evinə getmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin dananın sahibi həmkəndlisi Zərərçəkmiş şəxs10 olmuşdur. Növbəti cinayət hadisəsini Təqsirləndirilən şəxsla birlikdə 2019-ci ilin sentyabr ayında törətmişdir. Təqsirləndirilən şəxsla saat 23-24 radələrində birlikdə olan zaman Elnur əmisi Yunislə ədavəti olduğunu və Kürəkçayının digər tərəfində yerləşən çəpərlənmiş torpaq sahəsində əmisi Yunisin atını oğurlayıb aparıb kənar yerdə öldürmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşmış və evinə qayıdıb gizlətdiyi avtomatı, 30 gülləlik sandığı götürüb təxminən 500 metr yuxarı tərəfdə gözləmiş, Təqsirləndirilən şəxs isə atı oğurlayıb onun yanına gəlmişdir. Onlar atı piyada olaraq görüşdükləri yerdən təximnən 4 km uzaqlıqda yerləşən meşəyə aparmış, o, avtomat silahla atın ürəyinə bircə güllə vurmuş və at yerə yıxılıb ölmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxsla evlərinə qayıtmışlar. Növbəti cinayət hadisəsini Təqsirləndirilən şəxsla birlikdə 2020-ci ilin avqust ayında törətmişdir. Həmin gün gecə saat 03 radələrində Təqsirləndirilən şəxsla heyvan oğurlamaq üçün kəndin yaxınlığında “Aeroport yolu” deyilən əraziyə getmişlər. Orada bir neçə baş danaların olduğunu görmüşlər. Həmin danaların bir baş, qara rəngli, təxminən 1 yaşında olan dananı tutub başını kəsərək dərisini soymadan hər iki arxa budlarını bədənindən ayırıb evlərinə aparmışlar. Sonradan ona məlum olmuşdur ki, həmin dana həmkəndlisi Zərərçəkmiş şəxs4 məxsus olmuşdur. Növbəti cinayət hadisəsini Təqsirləndirilən şəxsla birlikdə 2020-ci ilin iyun-iyul aylarında törətmişdir. Belə ki, həmin gün saat 13-14 radələrində Təqsirləndirilən şəxs evinin qarşısında söhbət edən zaman onun evinin qabağınan 3-4 baş iribuynuzlu heyvanların keçdiklərini görmüşlər. Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, heyvanlardan birini onun həyətinə salıb tövləsində kəsib bölsünlər. O, Təqsirləndirilən şəxsla razılaşmış və bir baş, qara rəngli dişi dananı Təqsirləndirilən şəxs evindəki tövləyə salıb kəsmiş bölərək, yarısını götürüb evinə aparmışdır. Sonradan ona məlum olmuşdur ki, həmın heyvan həmkəndlisi Zərərçəkmiş şəxs13 məxsus olmuşdur. Növbəti cinayət hadisəsini Elnurla birlikdə 2020-ci ilin avqust ayında törətmişdir. Həmin gün saat 24 radələrində Təqsirləndirilən şəxs ona həmkəndlisi Zərərçəkmiş şəxs12 Haqverdi oğlu ilə bir neçə ildir ki, ədavəti olduğuna görə sonuncunun atını oğurlayıb öldürmək istədiyini demişdir. O, Təqsirləndirilən şəxs etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinə gedib bir ədəd qoşalüləli ov tüfəngi gətirmişdir. O, Təqsirləndirilən şəxs bələdçiliyi ilə Zərərçəkmiş şəxs12 evinin qarşı tərəfində olan boş sahəyə getmiş və orada boz rəngli bir atı hörükdən açıb oradan təxminən 7 km uzaqlaşıb “Band” kimi adlanan əraziyə getmişlər. O, tüfəngi Təqsirləndirilən şəxs almış və həmin atın da ürəyinə bir güllə vurub öldürmüşdür. Sonra isə Təqsirləndirilən şəxsla oradan kəndə qayıtmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, qərargah adlanan ərazidə o hər həftə 3-5 heyvan kəsib satırmış. Arvadı ona demişdir ki, xalasının oğlu Elnurda da heyvanlar vardır və təklif etmişdir ki, ondan heyvan alsın. O, Elnurun yanına getmiş və 3-4 keçisi olduğunu görmüşdür. O, Elnurun keçi saxladığını bilmiş, belə ki, onun keçilərini Samir otarmışdır. O, Elnurdan 4 baş keçi almışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Elnur ona biri 50 manat olmaqla, 4 baş keçi satmışdır. Həmin vaxt bazarda keçinin qiyməti 45-50 manat, ən baha keçilərin qiyməti isə 55-60 manat olmuşdur. Bazardan əvvəl olduğu üçün o, keçiləri Elnurdan almışdır. Elnurdan aldığı keçilər arıq keçilər olmuşdur. Elnurdan 1 baş buzov da almışdır. Elnur buzovun özünə məxsus olduğunu bildirmişdir. Buzovu hansı qiymətə aldığını indi xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadədə buzovu hansı qiymətə aldığını göstərmişdir. Elnur buzovu öz tövləsindən çıxarmışdır. O, Elnurdan buzovu alıb gətirmişdir. Həmin vaxt buzov kəsiləsi olmadığından, onu yemləmiş və daha sonra kəsmişdir. O, buzovu təxminən 250-280 manata satmışdır. O, Elnurdan 1 baş buzov almış və buzovun özünə məxsus olduğunu Elnur ona demişdir. O, Elnur tutulan ayın 22-si və ya 23-ü ona zəng vurmamışdır. Elnur həmin tarixdə ona zəng etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun Şahid2la oxşar məzmunlu ifadələr verməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X39 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qayınanasıdır və Səidə Hüseynovanın bacısıdır. Qızı ona zəng edib demişdir ki, Elnur axşam evə gəlməyib və deyəsən, Elnuru tutublar. O da əri ilə Göygölə getmişdir. Elnurun anası və qardaşı da onlarla getmişdir. Onlar polis şöbəsinin qarşısında dayanmışlar. Onları içəri buraxmırmışlar və Elnurun nə üçün tutulduğunu bilmirmişlər. Daha sonra, Elnuru polis nəfərinin aparmasını görmüş və yaxınlaşıb Elnurdan nə olduğunu soruşmuşdur. Elnur ona evə getmələrini, 10-15 dəqiqə sonra gələcəyini bildirmişdir. Onlar yenə də, orada gözləmişlər. Onlar gecə saat 2-3 radələrində Elnuru buraxmadıqlarını görüb, evə getməyə qərar vermişlər. Onlar Elnurun anasıgili evlərinə düşürmüş və səhv etmirsə, daha sonra o, Çaykənd kəndinə getmişdir. Daha sonra, demişlər ki, vəkil tutmaq lazımdır. Elnurun qardaşıgil Müdafiəçi Elnurun müdafiəçisi olmağı təklif etsələr də, Zabil müəllim Elnurun müəllim olması və oğurluqlar etdiyi üçün ona müdafiəçi olmaq istəmədiyini bildirmişdir. Daha sonra, o, Yevlax Rayon Polis Şöbəsində olan tanışlarına demişdir ki, Zabil müəllimə desinlər ki, Elnura müdafiəçi kimi hüquqi yardım göstərsin. Yevlax RPŞ-nin müstəntiqlərindən biri Zabil müəllimə zəng vurmuş və onun qohumu olduğunu bildirmiş və xahiş etmişdirki, Elnura müdafiəçi olmaqla bağlı onun istəyini yerinə yetirsin. Bundan sonra şənbə-bazar günləri olduğu üçün, o, 1-ci gün Zabil müəllimlə görüşə bilmişdir. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin yanında Zabil müəllimlə danışmışdır. Zabil müəllim Təqsirləndirilən şəxs barədə xoşagəlməz sözlər demişdir. Zabil müəllim “Ali təhsilli oğlandır, bu nə əməllər tutub, mən Elnur kimi adamların işinə çıxmıram” deyə Elnur haqqında bildirmişdir. O, şəhid bacısı olduğunu bildirmiş və Elnurun müdafiəçisi olmağını xahiş etmişdir. Onlar Elnurun qardaşı Etibarla Zabil müəllimlə müqavilə bağlamaq üçün getmişlər. Zabil müəllim 500 manat pul lazım olduğunu bildirmişdir. Pul onun sinəsində olduğu üçün orada pulu çıxara bilməmişdir. Zabil müəllim demişdir ki, pulu yoxdursa, nə üçün vəkil tutmaq istəyirlər? Onlar çölə çıxmış, Etibar 200 manat, o isə 300 manat pul qoyub Zabil müəllimlə müqavilə bağlamışlar. Zabil müəllim məhkəmə iclasının olduğunu, iclasdan sonra yeznəsinin yanına gəlib nə məsələ olduğunu maraqlanacağını bildirmişdir. Onlar düşünürmüşlər ki, xırda məsələ olsa, zərərçəkmiş şəxslərlə tez bir zamanda məsələni həll etsinlər. Zabil müəllim saat 5-6 radələrində gəlmiş, lakin onu da içəri buraxmırmışlar. Zabil müəllim polislərə orderinin olduğunu, yəqin ki, polislərin Elnuru döydüyünü və buna görə də, onu içəri buraxmadıqlarını bildirmişdir. Qaynar xəttə müraciət ediləcəyini eşidəndə, Zabil müəllimi içəri buraxmışlar. Zabil müəllim içəri girəndən 4-5 saat sonra çölə çıxmışdır. Zabil müəllim üzərinə gəlmiş və acıqla bildirmiş ki, belə tərbiyəsiz uşaq böyüdərlər? O, geriyə çəkilmiş, Elnurun qayınanası olduğunu bildirmiş və Elnurun anası və qardaşını ona göstərmişdir. Zabil müəllim Elnurun oğurluqlar etdiyini, ev və kafe yandırdığını bildirmişdir. O, həmin vaxta qədər 8 ay polis şöbələrində olmuşdur, bütün məktubları Elnura oxutdururmuş və bacısı Səidənin öləndən sonra çəkilmiş şəkilərinin oğlu Elnura göstərmişdir. Oğlu Elnura bildirmişdir ki, Səidənin sümüklərini bankaya o yığmışdır. O, Zabil müəllimin işindən razı qalmış və ona bir dəfə də zəng etmişdir ki, onun bacısının işini bağlayırlar. Onlar evə qayıdanda Elnurun anasına demişdir ki, dua etsin ki, onun bacısının işi ilə Elnurun əlaqəsi olmasın. O, Çaykənd kəndinə getmiş, qızı ona bildirmişdir ki, “ana, sən öl Elnur hadisə günü evdə olmuşdur.” O, demiş ki, Elnur evdə ola bilər, lakin hadisə axşam vaxtı olmuşdur. Ola bilsin ki, Elnur hadisəni törətdikdən sonra evə gəlmişdir. O, evdə yatanda Rüxsarə onu oyatmışdır ki, Elnuru televizorda göstərmişlər və Elnur bir nəfərin evini yandırdığını bildirmişdir. Rüxsarə demişdir ki, bəlkə də, anasını da o öldürmüşdür. O da Rüxsarə ilə prokurorluğa Ziya Əzizlinin yanına gəlmişdir. Rüxsarə demiş ki, onun qızı Elnurun arvadıdır və icazə versin ərizəni Rüxsarə özü versin. Bundan sonra bacıları onun üstünə düşmüşlər. Elnur ona zəng vurmuşdur ki, onunla işi vardır və qızı da ona demişdir ki, ana, Elnurun səninlə işi vardır. O da Elnurun yanına getmiş. Elnur demiş ki, cinayəti o etməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Rahilə Əhmədova göstərmişdir ki, o, iddia edirmiş ki, onun bacısı Səidəni öldürüblər. Onun bacısı Səidənin pulları və qızılları hadisə yerində tapılmadığı üçün düşünürmüş ki, onu öldürüblər. O bilirmiş ki, bacısı Səidənin pulları və qızılları vardır. Səidə 5 min manat onun pulunu həmin gün gətirib vermişdir. Səidəyə sex qurulanda o, 6 min manat vermiş və bu pulu borc kimi verməmişdir. 6 min manat pulu təxminən hadisədən 4 ay əvvəl Səidəyə vermişdir. O, hadisə yerinə getmiş, lakin içəri girə bilməmişdir. Oğlu demişdir ki, Səidənin meyiti çarpayının qarşısında olmuşdur. Oğlu Səidənin sümüklərini bankaya yığmışdır. Oğlu Səidəyə məxsus tros sep və ya başqa qızıl əşyaları götürməmişdir. Oğlu deyirmiş ki, meyitin 2-4 dənə tükü qalmışdır. Tükün nə üçün qalmasını bilmir. Səidənin əlinin hansı istiqamətdə olmasını bilmir. Hadisə yerində döşəmənin yanması onlarda şübhələr yaratmışdır ki, Səidə qəsdən öldürülüb. O, hadisə yerinə gedəndə işığı söndürməmişlər deyə, yanğınsöndürənlər içəri müdaxilə edə bilmirmişlər. O, Səidə Lətiflə evlənəndən sonra hadisə baş vermiş yerə getməmişdir, lakin əvvəllər gedirmiş. Sexdə olan yaşayış otağı böyük imiş və iki qapısı var imiş. Qapının biri sexə girmək üçün, digəri isə çölə çıxmaq üçün imiş. Uşaqlar deyirmiş ki, sexdə yaşayış otağında olan taxt nəfəsliyin yanında imiş. Taxt heç bir qapıya yaxın deyilmiş. Hadisə yerindən 1 ədəd sırğa tapılıb götürülmüşdür. Səidənin qızıllarının şəkilləri onun telefonunda vardır. Səidə Lətifin oğluna kredit götürüləndə qızılını girov qoymuşdur. Vüsalə kredit götürəndə Səidənin qızılının qoyulmasından xəbəri yoxdur. Vüsalə kredit götürsə, öz qızıllarını qoyacağını düşünür. Elnur onun yanına gəlmiş və kompyuterini gətirib demişdir ki, ona 1000 manat pul lazımdır. O da demişdir ki, pulu yoxdur. O, Elnura demişdir ki, ona pul verəndə ala bilmir. Daha sonra, Səidə onlara gəlmişdir. Səidə yeznəsi Fazilə zəng vurmuşdur ki, Elnur gələcəkdir və ona 1000 manat versin. Daha sonra, Elnur gəlmişdir ki, kompyuteri versin, satıb Səidənin pulu versin, o isə kompyuteri Elnura verməmiş və Səidəyə zəng vurmuşdur ki, kompyuteri gəlib aparsın. Bundan sonra, Səidə gəlib kompyuteri aparmışdır. Bu komputeri 500 manata hesablamışlar, 500 manatı isə Elnur verəcəyini bildirmişdir. Elnur isə 500 manatı qaytarmamışdır. Səidə dəfələrlə Elnurgilin Gəncədəki evinə gəlib-getmiş ki, pulu Elnurdan alsın. Bu Səidənin ölümündən 2-3 il əvvəl olmuşdur. Elnurun Səidənin yaşadığı yerə gəlib-getməsi barədə məlumatı yoxdur. Qaratel və onun gəlini arasında telefon danışığı olub. Bu saat gecə 2 radələrində, yəni onlar morqdan gələndən sonra olmuşdur. Gəlini Elnurun deyil, ümumiyyətlə, Qaratellə danışan zaman kişi səsinin gəldiyini bildirmişdir. Onlar hadisə yerinə gedəndə yanğınsöndürənlər təzə gəlmişdir. Qapılar isə açıq olmuşdur. Hadisə yerində çöl qapı açıq vəziyyətdə olmuşdur. Hadisə barədə ya qardaşı oğlu Eldar, ya da iş yoldaşları gəlininə məlumat vermiş, o da Süleymana məlumat vermiş, Süleyman işi bilsə də, ona bildirməmişdir. Süleymana hadisə yerinə getmək istəmədiyini bildirmiş, o isə məcbur onu aparmışdır. O, hadisə yerinə çatanda bilmişdir ki, ciddi yanğın baş vermişdir. O demişdir ki, bəs Səidə haradadır? Hadisə yerində bir nəfər “Ay başına xeyir, Səidə nə gəzir?” deyə bildirmişdir. Hadisə baş verən zamanlar hava yaxşı keçdiyindən, qaz sobası yandırılmırmış. Səidə onun yanına gəlib-gedirmiş və o bilirmiş ki, qaz sobası o yaşayan otaqda var, lakin yandırmırlar. Qazın farsunkası olması və bunun itməsi kimi hal olmamışdır. Elnur Göygöldə tutulanda onun heç bir polis əməkdaşları ilə əlaqəsi olmamışdır. Sexin yanması barədə təxminən saat 22 radələrində xəbəri olmuş və hadisə yerinə oğlu Süleymanla getmişdir. Səidənin ölüm xəbərini morqdan qayıdanda Qaratelə demişlər. Səidə qızıllarını çantasında saxlayırmış. Qalibin nömrəsini bilməmişdir. Telefon nömrəsini “Whatsapp”da Qaratel işlətsə də, nömrənin özünü Şirzad işlədirmiş. Elnurun Səidənin imkanı barədə məlumatı olmuşdur. 7-8 il əvvəl Səidə onlara gələndə Elnur və onun anası da Səidənin qızıllarını görmüşdür. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, hadisə günü sonuncu dəfə saat 19:52-də anası ilə danışmışdır. Anası həmin gün sexdə tək olacağını bildirmişdir. Onlar danışandan təxminən yarım saat sonra oğlunun tanışı ona zəng etmişdir ki, sexləri yanır. O həmin vaxt telefonla danışırmış. Oğlu demişdir ki, sex yanır. O bunu eşitmiş, daha sonra qonşunun taksisi ilə yaşadığı Yevlaxın Nizami küçəsindən hadisə yerinə - Xaldana getmişdir. Onlar hadisə yerinə çatanda baxmışlar ki, sex alışıb-yanır. Onlar anasını səsləmiş, lakin onu tapa bilməmişlər. Onlara demişlər ki, güya anası yanğından xəsarət alıb və onu xəstəxanaya aparmışlar. Onlar hadisə yerinə gedəndə sexdə olan işıqlar yanırmış. Buna görə də, yanğınsöndürənlər müdaxilə edə bilmirmiş. Anası yaşayan otaqda nəfəslik olan hissəni dağıdıb otaqda olan alovu söndürmək istəyirmişər. Onları oradan çıxartmışlar ki, anası xəstəxanadadır. Onlar səhəri gün saat 11 radələrində morqa getmişlər. Qeyd edir ki, cənazəni gətirəndə ondan dizel yanacağı iyi gəlirmiş. Cənazə gələn kimi aparıb dəfn etmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Vüsalə İsmayılova göstərmişdir ki, onlar anasının meyitini görməmişlər. Hadisə yerinə meyitin götürülməsi üçün ədyalı, səhv etmirsə, Lətif müəllim gətirmişdir. Anasının evinə gedib-gəlirmiş. Sexdə otaqda olan yatacaq nəfəsliyin altında imiş. Hadisənin baş verdiyi otağın uzunluğu 7-8 metr olarmış və 2 qapısı var imiş. Qapılardan biri sexə, digəri isə həyətə açılırmış. Qapı ilə yatacağın arasında məsafə 3 metrdən çox olarmış. Anasıgilin 6000 manat krediti bağlamasından sonra girov qoyulmuş qızıllar anasının özünə təqdim edilmişdir. 2000 manatlıq kreditlə bağlı qızıllar bacısına təqdim olunmuşdur. 2020-ci ildə özü üçün kredit götürmüşdür. Həmin krediti borcunu ödəyib qutarmamışdır. O, qızıllarını qoyub həmin krediti götürmüşdür və bu kredit üçün anasının qızıllarından da girov qoymamışdır. Bacısının da krediti üçün anasının qızılları girov qoyulmamışdır. 2000 manatlıq kredit ilə bağlı qızıllar 2022-ci ilin sentyabr ayında ona təqdim edilmişdir. Hadisə yerindən 1 ədəd tək sırğa və 1 ədəd bilərzik tapılmışdır. Eyni zamanda, həmin qızılların yanında yanmış dəmir də bacıları və ona təqdim edilmiş, onlar isə həmin dəmirin qızıl olmadığını bildirərək, qəbul etməkdən imtina etmişlər. Lətif müəllim isə imza çəkərək, qızılları onlara təqdim etmişdir. 6000 manat kreditlə bağlı 14 adlı qızıllar 2021-ci ilin mart ayında anasının özünə təqdim olunmuşdur. O isə krediti 2020-ci ildə götürmüşdür. İbtidai istintaqda meyitdən dizel yanacağının iyi gəlməsi barədə məlumat verməmişdir. Belə ki, ibtidai istintaqda ondan nə soruşulubsa, o da onu demişdir. Hadisə yerindən 1 ədəd sırğa tapılmışdır. Hadisə yerində döşəmə və taxt yanmışdır. Tam olaraq xatırlamır ki, taxt tamamilə və ya qismən yanmışdır. Hadisə yerinə girmişdir. Onlar gələndə böyük darvaza açıq olmuşdur. Orta dəmir qapını itələyərək, açmışlar. Hadisə yerində işıqla bağlı nasazlıq olmamışdır. Hadisə yerində ən çox mətbəxdə qaz sobası yandırırmışlar, yataq otağında isə anası isti sevmədiyindən, qaz sobasını yandırmırmış. Qaz sobasının farsunkasının götürülməsi ilə bağlı məlumatı yoxdur. Anasının meyitinin arxa hissəsində bir hissə saç tükləri qalmışdır. Qalan hissələri və paltarları isə yanmışdır. Onun qızılları “Bank Respublika”da girovdadır. O, Təqsirləndirilən şəxs həmin sexdə görməmişdir. Hadisə baş verən ərəfələrdə anası ilə Elnurun telefonla danışmağını görməmişdir. Anasının təxminən 15000 manat dəyərində qızılları olmuşdur. Anası qızılları hər zaman özündə saxlayırmış və qızıllar hər zaman çantasında olurmuş. Anası qızılları evdə, bir yerə gedəndə isə çantasında saxlamış və çantasını həmişə özü ilə aparmışdır. Hadisəyə qədər olan günlərdə anasının qızılları özündə olmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, səhv etmirsə, 2021-ci ilin yanvar-mart aylarında bazardan keçi almış, Təqsirləndirilən şəxs da keçi alıb və onunla birlikdə həmin keçiləri kəndə gətirmişdir. Həmin vaxtlarda N baş keçi almışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Heydər Həsənov bildirmişdir ki, o, bazara Elnurla birlikdə getməmişdir. Elnurla bazarda rastlaşmışlar. Onlar keçiləri Elmar adlı şəxsin “qazel”i ilə gətirmişlər. Onlar keçiləri “qazel”ə yığmışlar, o isə həmin “qazel”lə gəlməmişdir. Elnur sonra kənddə zəng vurmuş ki, kəndə çatmışlar. Saat təxminən günorta 2 radələri olarmış, Elnur da həmin gün keçi almışdır. O, Elnurla yalnız bir dəfə keçi almışdır. “Qazel”ə heyvanları yükləyirlər, özləri isə başqa maşınla gedirər. Belə ki, sürücü bazarın sonuna kimi gözləyir və sonda bütün heyvanları yüklədikdən sonra kəndə gəlir. Yanvar-mart aylarında bazara gedib keçi almamışdır. O, keçiləri həmin vaxt kəsimində almışdır. Elnuru həmkəndli kimi o çoxdan tanıyırmış. Elnurdan heç bir heyvan almamışdır. O yanvar-mart ayında keçi almağını onunla xatırlayır ki, həmin vaxtlar heyvaları tövlədə olurmuş və tövlədə onları yemləyirmiş. Bundan əlavə, paltarının qalın olması ilə də bilir ki, həmin vaxtlar hava soyuq olmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, qeyri-rəsmi yaşaslar da, Elnur onun həyat yoldaşıdır və 4 uşağının atasıdır. Xalası ölən günü Elnur evdə olmuşdur. Qardaşının arvadı Mədinə ona zəng etmişdir ki, sexdə yanğın baş verib və xalası sexdə vəfat etmişdir. Həmin vaxt o özünü döyəndə Elnur ona “Nə olub, nə olub?” deyəndə Mədinə də onun səsini eşitmişdir. O, Elnura Mədinənin ona dediyi xəbəri demişdir. O, bundan sonra “whatsapp”la qayınanasına və qayınına zəng vurmuşdur ki, xalası vəfat edib. Onun səhhəti ilə bağlı problemləri vardır və həmin xəbəri eşidəndə halı pisləşmişdir. Onun əri müəllimdir və onların toyuqları, malları, heyvanları vardır. Səhəri gün Elnur uşaqları məktəbə aparmış və ona da demişdir ki, hazırlaşsın, taksi gəlib onları Yevlax şəhərinə aparacaqdır. Həmin vaxt onların taksiyə veriləcək pulu olmamışdır. Əgər Elnur xalasını öldürüb, pullarını, qızıllarını götürmüşdüsə, cibində nə üçün 40-50 manat yox idi ki, həmin pulu taksiyə versin. O, dayısının qızı Nigara zəng etmişdir ki, o, çox pisdir və pulları yoxdur ki, taksiyə verib yas yerinə gəlsinlər. Nigar ona demişdir ki, gəlsinlər, o taksi pulunu verəcəkdir. Taksi onu götürmüş, daha sonra onlar Elnuru məktəbdən gedib götürmüşlər. Elnur məktəbdə uşaqlara icazə almışdır ki, uşaqlar mal-heyvana baxsınlar. Elnur onunla birlikdə gedib yasda iştirak etmişdir. Nigar ona 40 manat vermiş, o, pulu Elnura, Elnur isə taksi şoferinə vermişdir. Onlar saat 5-ə kimi yas yerində oturmuş, daha sonra evlərinə getmişlər. Deyirlər ki, Elnur xalasına məxsus külli miqdarda qızıl, pul götürmüşdür. Xalası ölən vaxtı o, Göygöl rayonu Çaykənd kəndində olmuş, lakin o, uzaq olsa da, bəzi şeylər eşitmişdir. Xalasının 40 mərasimindən sonra xalasının qızı Sərfinaz onlara gəlmiş və bildirmişdir ki, Bakıdan müstəntiq gəlmiş və o, müstəntiqə “Anam tədarüksüz qadın deyildi, lakin öldürüləcək qədər də pulu yox idi” deyə bildirmişdir. Səlfinaz bu sözü onlarda özü bildirmişdir. Bundan əlavə, onun qardaşı Süleyman yanğınsöndürən işləyir, lakin həmin vaxt növbədə olmamışdır. Süleyman bildirmişdir ki, yanğınsöndürənlərdən əvvəl o, içəri girmiş və gördmüşdür ki, xalası yanmışdır. Həmçinin bildirmişdir ki, xalası düyü yediyindən, bədənində düyü olmuşdur. Xalası Səidənin yanmış meyitinin şəklini o da görmüşdür. Əgər xalasının qanı və qızılı olsa idi, hər kəsdən əvvəl bunu Süleyman görərmiş. Süleyman bildirmişdir ki, polislər hər kəsdən əvvəl onu dindirmişdir. Belə ki, polislər Süleymana bildirmişdir ki, həmin gün növbədə olmadan nə üçün hadisə yerində olmuşdur. Lakin həmin izahat hazırda iş materiallarında yoxdur. Bundan əlavə, xalasının əgər pul var idisə, nə üçün hadisədən 2-3 ay əvvəl bacısı Rahilədən pul borc alırmış? Xalasının pulu var idisə, qudasından aldığı borc pulu qaytararmış. Qudası gəlib xalasından pulu istəyirmiş, daha sonra onları söyüb çıxıb-gedirmiş. Hadisə günü əri Elnur hərbi hissədən artıq qalmış ərzaq və yeməkləri gətirmiş və evdə olmuşdur. Onun əri tam günahsızdır. O, elə bir insan deyil ki, Elnur onun xalasını öldürə, o isə indi onu müdafiə etsin. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Qaratel Əhmədova bildirmişdir ki, martın əvvəllərində keçi südü ana südünü əvəz etdiyindən, Elnur keçilər almışdır. Onların Elnurla uşaqları 2020-ci ilin sentyabrın 28-i olmuşdur. Bundan sonra onun südü olmadığı üçün Elnur keçilər almışdır ki, uşaq keçi südündən içib sağlam olsun. Onlar keçini nisyə almışlar. O, mart ayında keçini aldığını ona görə bilir ki, onların hind quşları olmuş və hind quşlarını fevralın 28-i satıb, martın əvvəllərində Elnur keçiləri almışdır. Elnur sonradan aldığı keçiləri aldığı adama qaytarmışdır. Oğlu hətta deyirmiş ki, keçilərin içində olan göy keçini nənəsinin (Elnurun anasının) 02 apreldə ad günündə kəsmək istəyir. 02 aprel tarixinə qədər artıq keçilər alınmışdır. Keçiləri nisyə almışlar, daha sonra isə pulu ödəyə bilmədiklərindən, keçiləri Elnur sahibinə qaytarmışdır. Xalasının öldüyü gün Elnurun evdən çıxması və uzun müddət evə gəlməməsi kimi hallar olmamışdır. Elnur məktəbdən saat günorta 1-dı çıxırmış və uzağı 2-nin yarısı evdə olurmuş. Kəndlərinin yuxarı hissəsində olan hərbi hissədən Elnur artıq qalan yeməkləri götürüb-gətirirmiş. Adətən saat 7 və ya 8-ə işləmiş radələrdə qonşuları Səyyafla Səyyafın maşını ilə hərbi hissəyə gedirmişlər. Mədinə təxminən 11-12 radələrində onlara zəng vurmuş və hadisə barədə onlara məlumat vermişdir. Onlar həmin vaxt təxminən təzəcə yemək yemiş və yatmağa hazırlaşırmışlar. Onlar adətən yeməyi gec yeyirmişlər. Belə ki, Elnurun hərbi hissədən qayıtmağını gözləyirmişlər. Mədinə hadisə günü ona 2 dəfə zəng vurmuşdur. Nigar pulu Yevlaxda ona vermişdir. Taksi kimi onlarla Vüqar dayı getmişdir. Elnur da Mədinədən alınan pulu Vüqara vermişdir. Onların sələmə pul götürdüyünü xatırlamır. Elnurun bankdan kredit götürməsini bilir. Elnur krediti anası ilə götürmüşdür. Onların heyvanları olub. Onların inəkləri və keçiləri olub. Onlar hind quşlarını Elnurun maaşı ilə balaca vaxtı almışlar. O, Elnurla evlənəndə anası ona “Sən mənim sümüyümü it sümüyünə calamısan” deyirmiş. Uşaqlarına isə “Sən get-get, Elnura oxşayırsan” deyirmiş. Hadisədən sonra anası onlara gəlib və hətta, Elnurun yanına da getmişdir. Anası öz sözlərini Elnurun adından gedib qızlara çatdırırmış. Anası evə gələndə anasının ona inanmadığından, onu evinə qoymaq istəmirmiş. O anasına demişdir ki, Elnurun xalasını ödürdüyünü iddia edirsə, nə üçün Elnurun evinə gəlir? Anası da demişdir ki, o da istəyir ki, Elnur günahsız olsun və 200 kq da dana alaraq, aparıb prokurorluğun qarşısında kəsib paylayacaqdır. O anasına demişdir ki, onu o vaxt bağışlayar ki, Elnurun yanına getsin və Elnur ona niyə içərdə olması ilə bağlı başına gələnləri danışsın. Süleyman da anası ilə bərabər getmişdir. O da oğlunun yanına alıb Gəncəyə getmişdir. Elnur da anasına başına gələnləri danışmış və anasıgil səhv etmirsə, ona 30-40 manat pul da vermişlər. Elnur da pulu götürmürmüş və deyirmiş ki, pulu aparıb uşaqlara bir şey alarlar. O da uşaqlara özü baxdığını və pulun Elnura lazım olduğunu bildirmişdir. Elnur ona da istintaqda başına gələnləri danışmış və demiş ki, onlar öz problemlərini danışsınlar. Əri oğurluqla bağlı tutulandan 3 gün sonra anası onun harayına gəlmişdir. Əri tutulan gün anası ona demiş ki, nə üçün ağlayır, qulağı dincəlib. Anası onlara gələndə telefonuna mesaj gəlmiş və anası latın qrafikası ilə oxuya bilmədiyindən, qonşuya mesajda yazılanları oxutdurub. Həmin mesajda göstərilib ki, ekspert rəyində qısaqapanmadan xalası yanıb ölüb. Anası isə pul verdiyi və nə üçün belə rəyin verildiyini bildirib. 2022-ci ilin sentyabrın 16-sı 18-i arası COVİD 19 virusuna yoluxduğu üçün o anasıgilə getmişdir. Anası vəkilləri Nümayəndə zəng edib demişdir ki, ekspertizada adamı var və həmin adam deyir ki, Yevlaxın prokuroru deyir ki, 2500 manat müqabilində elə rəy versin ki, adam qısapanmadan yanmışdır. Beləcə, iş belə yekunlaşsın. Dayısının oğu Eldar da həmin vaxt orada olmuşdur. Vəkil də demişdir ki, orda adam vardır və deyir ki, 3000 manata istənilən rəyi çıxarmaq olur. Bundan əvvəl isə oğluna zəng vurmuş və oğlu demişdir ki, bu işdə sonuna kimi getmək lazımdır. Oğlu demişdir ki, pulu versin. O isə pul verməməyi məsləhət görmüşdür. Anası eksperti ələ alaraq, belə rəy verməsini təmin etmiş, daha sonra demişdir ki, prokurorun pişiyini ağaca dırmaşdırmışdır. Bundan sonra, anası xalası qızı ilə ərizə vermişdir ki, yeznəsi Elnur dindirilsin. Orada Elnurun və onun nömrəsi də verilmişdir. Onu prokurorluğa aparmışlar. Onun həmin vaxt telefonu olmayıb və o, oğlunun telefonu ilə danışmışdır. Anten məlumatlarından əldə etmişlər ki, güya o, 14-ü günü Yevlaxda olmuşdur. Onu prokuroluğa aparmışlar. Orada Şahlar və Ziya adlı şəxslər olmuşdur. Prokurorun yanında ona demişlər ki, o, Yevlaxda olmuşdur. O, telefonunun olmadığını bildirmişdir. O, xalasının sexi olduğunu bilirmiş və ora 3-4 dəfə getmişdir. Əri isə oraya getməmişdir. Şahlar bu işlərin başında duran şəxsdir. Elnurun izahatlarında olan sözlərin az hissəsi Elnura, qalanı isə anasına aiddir. Elnur hadisə günü saat təxminən N radələrində hərbi hissədən artıq qalmış yeməkləri gətirmək üçün gedib, saat 8 olmamış isə geri qayıtmışdır. Ona səhər saat 9-da dayısınn qızı Gülnar zəng edib demişdir ki, nə üçün yas yerinə gəlmirsən? O da demiş ki, taksi Vuquşu gözləyir. Qonşularında oğurluq indi də olur. Kiminsə gəlib ərinin oğurluq etdiyini deməsi və ya onun oğurluq keçi gətirməsi kimi hallar olmamışdır. Onlar ərinin əmək haqqı ilə dolanırmışlar. Tutulmazdan əvvəl əri malları satmış və kredit də götürüb “Lada Niva” markalı maşın almışdır. Şahid11 qonşuları olmuş və əri ilə münasibəti yaxşı olmuşdur. Qaliblə Elnurun tutulma səbəbi əri Elnurun haqsız işlər gördüyü zaman işi və vəzifəsindən asılı olmayaraq, həmin məsələni işıqlandırması olmuşdur. Buna görə də, bu hadisələr baş vermişdir. Əri polislərin qanunsuz işlərini ifşa edirmiş. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman o, Azərbaycanda olmuş, aprelin 14-ü saat 19 radələrində o, anası ilə danışmışdır Anası həmin gün onunla danışanda çox gümrah olduğunu hiss etmişdir. Saat gecə 11 radələrində dayısı qızı ona zəng vurmuşdur ki, sexin yanmağından xəbəri var mı? O, tez anasına zəng vurmuş, lakin zəng çatmamışdır. Həmin 11-12 radələrində Bakıdan Yevlaxa yola çıxmışdır. O, Xaldana getmək istəsə də, onu qoymamışlar. Onu xalasıgilə aparmışlar. O getmişdir ki, hamı ağlayır və anası ölüb. O, gecə saat 2-3 radələrində bacısıgilin dayısı qızının telefonu ilə Qaratellə danışdığını eşitmişdir. Elnurungilin necə ailə olmasını hər kəs yaxşı bilir. Onu xalasıoğlu Elnura görə vurub qapıdan qovmuşdur. Yəni, xalasıgilin şikayətlə böhtan ataraq Elnuru tutdurması tamamilə yalandır. Anası ölən gündən xalası Lətifin anasını öldürdüyünü deyirmiş. Əgər pulla tutdursalar, Lətifi tutdurarmışlar. O, telefonda Qaratelin “Allahvurmuş evdə yoxdu ki, mən də gəlim” dediyini eşitmişdir. Dayısının qızı qorxusundan izahat verməmiş ki, Elnur türmədən çıxıb gəlib onu öldürər. Elnurun mal heyvan oğurladığını eşitsələr də, onun bu cinayəti törətdiyini düşünməzmişlər. O, Elnurdan məsləhət alırmış. Belə ki, Elnurun çox savadlı olduğunu və yazdığı ərizələrə baxıldığını bilirmiş. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Sərfinaz Lətifova göstərmişdir ki, onun krediti olub və hazırda da vardır. Kredit borcu “Bank Respublika”dadır. Ona qızılları anası alıb və ona alınan qızılları o, banka girov qoymuşdur. Bu anasının özündə olan və özünə məxsus olan qızıllar olmamışdır. Anasının 6000 manat krediti olub və banka girov qoyulan öz qızılları olmuşdur. Həmin kredit Lətif müəllimin oğlunun adına olub. Həmin qızıllar bir komlepkt və 3-4 ədəd üzük olmuşdur. Bankdan götürülən qızıllar anasının özündə olub. Ona təqdim olunan qızıl 2000 manat kreditlə bağlı qızıllar olmuşdur. Anasının əvvəllər xəstəliyi olub, lakin xoşxassəli olub və sağalıb. Astma-bronxit xəstəliyi isə anasında olmayıb. Elnur əgər anasını öldürməmişdisə, nə üçün əlini onların çiyninə qoyub deyirmiş ki, Lətif ananızı öldürüb və indi də gəlib yasında oturub. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X32 ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, yanğınsöndürmə növbəsinin rəisi olmuşdur. Onlar məlumat əsasında yanğın baş verən yerə getmişlər. Onlar hadisə yerinə çatan zaman obyekt tamamilə yanırmış. Onlar hadisə yerinə çatanda yanğına müdaxilə edə bilməmişlər. Belə ki, elektrik naqillərində elektrikin olması və işıqların yanması onların işinə maneə törədirmiş. Belə olan halda, onlar Azərişıq ASC-yə elektrikin kəsilməsi ilə bağlı müraciət etmişlər və naqillərdən elektrik kəsiləndən sonra onlar yanğınsöndürmə fəaliyyətlərini həyata keçirməyə başlamışlar. Onlar öz fəaliyyətini həyata keçirmək üçün ilk növbədə qapıları qırmalı imişlər. Yanğınsöndürən orta qapını zor tətbiq etmədən toxunmaqla açmışdır. Belə ki, həmin qapının arxası açıq olmuşdur. Onlar hadisə yerinə gəlmiş şəxslərdən içəridə kiminsə olub-olmaması ilə bağlı soruşduqda, bir nəfər qadının orada olduğunu öyrənmişlər. Onlar otağın yerini soruşmuş və otağını yerini göstərdikdən sonra otağın qapısını qırmışlar. Onlar belə içəri daxil olmuşlar. Yanğın söndürüləndən sonra meyit aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Səbuhi Hüseynov göstərmişdir ki, onlar yanğın söndürüləndən sonra yerdə skeletdən ibarət insan meyiti olmasını görmüşlər. Bundan sonra bu barədə məlumat vermişlər. Meyit otağın ortasında olmuşdur. Onlar otaqdan hər hansı əşya taparaq götürməmişlər. Onların işi sadəcə yanğını söndürməkdən ibarət olmuşdur. Yanğın sexin hər tərəfini bürümüş və yanğın hər hissədə eyni qaydada olmuşdur. Elektrik naqili yanğın nəticəsində qırılıb yerə düşmüşdür. Bu naqil transformatordan sexə gələn naqil olmuşdur. Həmin naqil üstü açıq yoğun məftil olmuşdur. Giriş qapısı açıq olmuş, sexin orta qapısı sexin əsas girişi olmuşdur. O, orta qapının qırılması ilə bağlı göstəriş verəndə, yanğınsöndürən qırmadan əl vuran kimi qapı açılmışdır. Yanğının nədən baş verməsini bilməmişlər və bu onların səlahiyyətlərinə aid olan məsələ olmamışdır. O, yanğının nədən baş verməsi ilə bağlı fikir bildirə bilmir. Səidə Hüeynovanın meyiti sexin yaşayış otağında döşəmədə üzü yuxarı vəziyyətdə olmuşdur. Hadisə günü təxminən axşam saat 10-a qalmış radələrdə onlara məlumat daxil olmuş və onlar təxminən saat 10 radələrində hadisə yerində olmuşlar. Onlar hadisə yerinə çatandan sonra işığın sönməsi ilə əlaqədar 10 dəqiqə sonra yanğına müdaxilə etməyə başlamışlar. Onlar transformatordan elektrik naqilinin qırılıb yerə düşməsini müşahidə etmişlər. Onlar hadisə yerinə gələndə orada insanlar olmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X52 ifadəsində göstərmişdir ki, o, hadisə yerinə yaxın ərazidə yaşayır və məcburi köçkündür. Həmin ərazidə olan orta məktəbdə gecə gözətçisi işləyir. Hadisə günü o, növbədə olmuş və otaqda oturmuşdur. O, elektrikdə nasazlıq olduğunu hiss etmişdir. O, otaqlarda köhnə qızdırıcı olması ilə bağlı belə nasazlıq olacağını düşünmüşdür. Otaqları gəzmiş, daha sonra işığın sönüb-yanmasını müşahidə etmişdir. O, bundan sonra məktəbə gələn elektriki dayandırmışdır. Onun yaşadığı ev məktəbin arxa tərəfində olmuş və düşünmüşdür ki, onun evində də elektrikdə nasazlıq ola bilər. O, ev tərəfə yaxınlaşaraq baxmış, daha sonra digər tərəfə baxmışdır. O, məktəbin qabağına gələndə görmüş ki, işıqlanma vardır. Sexlə məktəbin arasında nar bağı və kolluq olan ərazi vardır. O düşünmüşdür ki, nar bağında yanğın baş vermiş ola bilər. O, yola tərəf getmiş və görmüşdür ki, sex yanır. O, sexə yaxınlaşanda oraya insanlar gəlirmiş. Ona orada demişlər ki, darvazaya yaxınlaşmasın, onu elektrik vura bilər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq İsbi Musayev bildirmişdir ki, o, hadisə yerinə gələndə orada insanlar olmuşdur. O, hadisə yerinə gələndə yanğınsöndürənlər hadisə yerində olmuş və onlar naqillərin elektrikdən ayrılmasını gözləyirmişlər. FHN-nin işçiləri hadisə yerinə darvazadan girmişlər. Darvaza ötrülü imiş, lakin zor tətbiq edilmədən açılmışdır. Sexin 3 qapısı olmuşdur. Yanğınsöndürənlər böyük darvazadan içəri daxil olmuşlar. Lətif müəllim gəlib demişdir ki, darvazadan maşın içəri girə bilir. Lətif müəllimin qapını açmasını xatırlamır. Səidə Hüseynovanın yatdığı otağın qapısını yanğınsöndürənlərin qırdıqlarını xatırlayır. O, qısaqapanma olmasını məktəbdə olan zaman hiss etmiş və hadisə yerinə gəlmişdir. O, naqilin qırılıb yerə düşməsini xatırlamır. Darvazaya yaxınlaşmağa ona görə icazə vermirmişlər ki, elektrik vurma təhlükəsi olmuşdur. Cücə sexində olan aparatların yanmasını da müşahidə etmişdir. Sexdə əvvəllər yanğınla bağlı problem olduğunu xatırlamır. Sexin yanında əvvəllər köhnə transformator olmuş, lakin sonradan təzə transformator qoyulmuşdur. Köhnə transformatorun vaxtında bəzən elektrikdə nasazlıqlar olmuşdur. O, hadisə yerində meyitin olduğu otağa girməmiş və ora heç kimi buraxmırmışlar. İbtidai istintaqda ifadə verən zaman ona heç bir təsir və ya təzyiq olunmamışdır. Hadisə yerində polis əməkdaşları olmuşdur. Hadisə yerinə yaxın müşahidə kameralarının olmasını xatırlamır. Çimnaz müəllimənin oğlu ona yaxınlaşaraq demişdir ki, elektrik vardır və darvazaya yaxınlaşmasın. Hadisə yerinə çatanda Lətifin oğlu Rəşid də hadisə yerində olmuşdur. İlk ehtimal kimi yanğının qısaqapanmadan yanması ilə bağlı fikirlər səsləndirilmişdir. Məktəbə gələn elektrik xətti ilə sexə gedən elektrik xətti eyni transformatordan gəlmişdir. O, məktəbə gələn elektriki bağladıqdan sonra öz evinə tərəf getmiş və heç nə olmadığını gördükdən sonra qayıtmışdır. Məktəbin qarşısına gəldikdə işıqlanma olmasını görmüşdür. O, sonradan sexin yandığını görmüşdür. O, hadisə yerinə çatanda sexin tamamilə alov içərisində olduğunu görmüşdür. O, elektrikdə nasazlıq olduğunu gördükdən təxminən 20-25 dəqiqə sonra hadisə yerinə çatmışdır. O, işığın zəiflədiyini hiss etmiş və məktəbə gələn işığı bağlamışdır. O, yanğın olacağını ehtimal etdiyindən, eklektriki bağlamışdır. O, məktəbin otaqlarına baxıb yoxlamışdır. Məktəb köhnə olduğundan, bəzən elektrikdə nasazlıqlar olurmuş. Hər dəfə işıqları söndürmürmüşlər, lakin nəzarət edirmişlər. Daha əvvəl yaxınlıqda qısaqanmadan sexin yanması kimi hadisə baş verməmişdir. O, hadisə yerinə gələndə yanğınsöndürənlər hadisə yerində olmuş və onlar naqillərin elektrikdən ayrılmasını gözləyirmişlər. Hadisə yerində dizel yanacağı olmuşdur. O, hadisə yerinə gedəndə bütün hissələr, həmçinin dizel yanacağının olduğu yer də yanırmış. Sexin yaşayış otağında yanğın daha güclü olmuşdur. Yanğınsöndürənlər içəri girəndə digər insanlarla birlikdə o, sexin həyətinə girmişdir. Sexdə yaşayış otağında olan qapını kuvaltla vurub qırmışlar. Yaşayış otağında olan qapını qırmadan içəri daxil olmaq olmurmuş. O, ibtidai istintaq zamanı orta qapının qırılması ilə bağlı xüsusatlar qeyd etməmişdir. Orta qapıya müqavimət olmadan qapı açılmışdır. Onun məktəbdə elektrikdə nasazlıq hiss etdiyi vaxtdan hadisə yerinə getməyimə qədərki zaman kəsiyi təxminən 20-25 dəqiqə olmuşdur. Hadisə yerində əvvəllər yanğın hadisəsi baş verdiyini xatırlamır. X26 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, 2008-ci ildən Aşağı Bucaq kənd orta məktəbinin gözətçisi işləyir. Səidə Hüseynova təqribən 10 ildir ki, tanıyırmış. Səidə gözətçisi olduğu məktəbin qonşuluğunda yerləşən cücə sexinin sahibi imiş. Cücə sexinin yerləşdiyi torpaq sahəsi və sexin özü Səidə Hüseynovaya məxsus olmuşdur. Cücə sexi bir damın altında yerləşən, təqribən 10 sayda otaqlardan ibarət tikilidən ibarət olmuşdur. X81 Bucaq bələdiyyəsinin sədri Lətif Hüseynovun arvadı imiş. 14 aprel 2021-ci il tarixdə qeyd etdiyi məktəbdə gözətçilik etdiyi vaxt saat 21:30-da oturduğu gözətçi otağının işıqları közərmiş, o, dərhal məktəbdəki sinif otaqlarına baxış keçirtmiş, elektrik sobalarının işlək vəziyyətdə olub-olmadığını yoxlamış, həmin elektrik sobaları heç biri işləmirmiş. Həmin vaxt işıq tam közərmiş, o isə dərhal işıq şitindən işıqları söndürmüşdür. Məktəbin həyətinə çıxıb öz evi tərəfə baxmış, ev tərəfdə işıqlar normal imiş. Səidə Hüseynovaya məxsus cücə sexi tərəfdə işıqlanma olduğunu görmüşdür. Bu zaman Səidənin əri Şahid5 zəng etmişdir, lakin ona zəng çatmamışdır. Elə bilmiş ki, sex tərəfdə yabanı kollar yanır. Qaçaraq sexə tərəf gələndə görmüş ki, cücə sexinin yaşayış otağı tərəfdə güclü alov vardır. Digər sahələrə də alov yayılsa da, ən çox alov yaşayış otağı yerləşən sahədə imiş. O, orada olarkən kənd sakinlərindən 5-10 nəfərin də orada olduğunu görmüşdür. Həmin vaxt orada Lətifin oğlu Rəşid, Muxtarın oğlu Emin, Çimnaz müəllimənin oğlu orda imiş, onun adını xatırlamır. Həmin vaxt Çimnaz müəllimənin oğlu ona yaxınlaşaraq sexə tərəf getməməyini, 3 fazalı elektrik xəttinin qırılıb setkanın üzərinə düşdüyünü, orada tok olduğunu bildirmişdir. Buna görə o da sexə tərəf gedə bilməmişdir. Həmin vaxt binanın 2 qapısı da örtülü vəziyətdə imiş. Az sonra yanğınsöndürənlər hadisə yerinə gəlmişlər və yanğın onlar tərəfindən söndürülməyə başlanmışdır. Cücə sexinin hər iki qapısı bağlı olduğu üçün yanğınsöndürənlər sexə daxil olub yanğını söndürə bilməmişlər. Həmin vaxt o, görmüş ki, yanğınsöndürənlər yaşayış otağı tərəfdə olan qapını kvaltla, lomla qırıb açırlar. Həmin vaxt Lətif də gəlib çatmış və Səidənin içəridə olduğunu demişdir. Cücə sexi tərəfdə olan böyük darvazanı Lətif müəllim açmış, yanğınsöndürənlər oradan da içəri daxil olmuşdur. Yaşayış otağı tərəfdə olan qapı qıfılla çöldən bağlanılırmış, əsas qapı isə ancaq içəridən bağlanırmış. Yanğınsöndürənlər qapının qıfılını qırandan sonra sexə daxil olub yanğını söndürməyə başlamışlar.Yanğınsöndürənlər böyük darvaza olan tərəfdən içəri daxil olduqdan təxminən 1 saat sonra sexin içəridən bağlı olan əsas qapısının da açıq vəziyyətdə olduğunu görmüşdür. Yanğın söndürüldükdən sonra yaşayış otağının daxilindən Səidə Hüseynovanın kömürləşmiş meyiti çıxarılmışdır. Cücə sexində olan saxlanc anbarında olan dizel yanacağı alovu daha da şiddətləndirmişdir. O, yanğınsöndürənlərdən soruşmuş ki, alov niyə bu qədər güclüdür, onlar demiş ki, sexdə dizel yanacağı olduğu üçün alov daha da şiddətlənir. İbtidai istintaq zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hadisə yerinə çatdıqda şiddətli alov tikilinin yaşayış otağı olan hissəsində imiş. Güman edir ki, yanğın həmin otaqdan başlamış və digər hissələrə yayılmışdır. Yanğına səbəb elektrik naqillərinə yaranmış nasazlıq olmuşdur. Yanğın zamanı hadisə yerində yalnız qohumqonşu və yanğınsöndürənlər olmuşlar. Sonradan polis əməkdaşları da hadisə yerinə gəlmişlər. O, yanğın zamanı orada kənar şəxslər görməmiş və şübhə doğuracaq halların şahidi olmamışdır. Səidə Hüseynovanı təqribən 10 ildir ki, tanıyır. Çox yaxşı insan imiş, hamıya əl tuturmuş, hamının qayğısına qalırmış. Onun hər hansı bir şəxslə dava-dalaş etməsi, borc, küsülülük və sair qərəzli münasibətlərinin olmasının şahidi olmamışdır. Səidə Hüseynova ilə hər gün salamlaşırmış. Lakin axırıncı dəfə hadisə baş verməmişən 4 gün əvvəl sexin yaxınlığında onunla söhbət etmişlər. Ona cücə lazım olduğu üçün Səidəyə bu barədə bildirmişdir. Aralarında başqa söhbət olmamışdır. O, inanmır ki, yanğın hadisəsi qəsdən törədilib. Çünki Səidə hamı ilə mehriban imiş. Kənddə hamı onu çox istəyirmiş. Yanğın hadisəsinin qəsdən törədilməsi barədə hər hansı şübhəsi yoxdur. Cücə sexinin hər iki qapısının bağlı vəziyyətdə olması hadisənin qəsdən törədilməsini istisna edir. Səidəyə məxsus cücə sexində işçilərin olduğunu bilirmiş. Lakin həmin işçilər Aşağı Bucaq kənd sakinləri olmadığı üçün onları tanımamışdır. Hadisə ərəfəsində Aşağı Bucaq kəndində elektrik enerjisində bir neçə dəfə nasazlıq olmuşdur, hətta transfarmatordakı qoruyucular tez-tez yanırmış, hətta onlar işıq idarəsinə zəng edirmiş, onlar mantyor göndərirmiş, mantyor da qoruyucuları dəyişirmiş. Hadisədən bir neçə öy əvvəl o transfarmatoru götürüb xətləri kənddə olan digər böyük bir transfarmatora qoşmuşlar. Hadisə baş verən gün də elektrik xəttində nasazlıq baş vermişdir. Lakin təbii qazın verilişində artıb-azalma və fasilələr olmamışdır. Cücə sexinin çöl küçəsinə çıxış üçün iki qapısı var imiş. Hadisə zamanı hər iki qapı arxadan bağlı imi.. Tikili ilə üzbəüz durduqda sağdan birinci qapını yanğınsöndürənlər sındıraraq içəri daxil olmuşlar. Tikilinin orta hissəsində olan qapı isə hadisə zamanı içəridən açılmışdır. Həmin qapının kim tərəfindən açılması barədə məlumatı yoxdur, yəqin ki yanğınsöndürənlər açmışdır, çünki yanğın zamanı heç kim alovun təsirindən və elektrk xəttinin üstünün açıq olması səbəbindən sexə tərəf gedə bilmirmiş. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş X33 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Səidə Hüseynovanı kənddə cücə sexi tikən vaxtdan tanıyır. Səidə Hüseynova cücə sexinin sahibi imiş. Cücə sexinin yerləşdiyi torpaq sahəsi və sexin özü Səidə Həsənovaya məxsus olmuşdur. X81 Bucaq bələdiyyəsinin sədri Şahid5 arvadı imiş. 14 aprel 2021-ci il tarixdə kənddə evində imiş, həmin gün axşam saat 21 radələrində evdə işıqlar bir neçə dəfə közərmiş, o, həyətə düşüb elektrik xəttində problem olub-olmadığına baxmışdır. O, evdən çıxandan sonra işıqlar sönmüşdür. Həyətdə olarkən Səidə Hüseynovaya məxsus cücə sexi tərəfdə işıqlanma olduğunu görmüşdür. Həmin vaxt elə bilmiş ki, kəndlisi Ceyhunun həyətyanı sahəsi yanır. O, bunu görən kimi həmin yerə getmişdir. Cücə sexinə tərəf çatanda görmüş ki, yanğın cücə sexində başlamışdır. O, oraya çatanda kənd sakinləri sexin yanına yığışmışdır. O, dərhal 101 qaynar xəttinə zəng edib kənd ərazisində yerləşən cücə sexində yanğın baş verdiyini bildirmiş, bundan 5-10 dəqiqə sonra yanğınsöndürənlər gəlmişdir. Cücə sexinin ön tərəfində iki dəmir qapı, 1 jalüzlü qapı, sexin sol yan tərəfində isə 1 dəmir qapı, sexin arxa tərəfində isə darvaza vardır. Hadisənin baş verdiyi yerdə təxminən 1 saat olmuş, daha sonra evinə getmişdir. Hadisə yerinə çatdıqda şiddətli alov tikilinin yaşayış otağı olan hissəsində imiş. Güman edir ki, yanğın həmin otaqdan başlamış və digər hissələrə yayılmışdır. Eşitdiyinə görə yanğına səbəb elektrik naqillərinə yaranmış nasazlıq olmuşdur. Yanğın zamanı hadisə yerində yalnız qohum-qonşu və yanğınsöndürənlər olmuşlar. Sonradan polis əməkdaşları da hadisə yerinə gəlmişlər. O, yanğın zamanı orada kənar şəxslər görməmiş və şübhə doğuracaq halların şahidi olmamışdır. Səidə Hüseynova çox yaxşı insan imiş, hamıya əl tuturmuş, hamının qayğısına qalırmış. Onun hər hansı bir şəxslə dava-dalaş etməsi, borc, küsülülük və sair qərəzli münasibətlərinin olmasının şahidi olmamışdır. Səidə Hüseynovanı hadisə baş verən gündən, yəni xx.xx.2021-ci il tarixdən təxminən 1 həftə əvvəl kənddə görüb salamlaşmışdır, ondan sonra görməmişdir. O, hazırlıqlarda olduğu üçün kənddə o qədər çox olmurmuş. O, inanmır ki, yanğın hadisəsi qəsdən törədilmişdir. Çünki Səidə hamı ilə mehriban imiş. Kənddə hamı onu çox istəyirmiş. Yanğın hadisəsinin qəsdən törədilməsi barədə hər hansı şübhəsi yoxdur. Səidəyə məxsus cücə sexində işçilərin olduğunu bilirmiş. Lakin həmin işçilər Aşağı Bucaq kənd sakinləri olmadığı üçün onları tanımamışdır. Hadisə baş verən gün saat 21 radələrində işıqda közərmə olmuş, daha sonra işıq sönmüşdür. Hadisə baş verən gün təbii qazın verilişində artıb-azalma və fasilələr olmamışdır. Cücə sexinin ön tərəfində iki dəmir qapı, 1 jalüzlü qapı, sexin sol yan tərəfində isə 1 dəmir qapı, sexin arxa tərəfində isə darvaza vardır. O, hadisə yerinə çatanda sexin ön tərəfində iki dəmir qapını, 1 jalüzlü qapını, sexin sol yan tərəfində isə 1 dəmir qapını və sexin arxa tərəfində olan darvazanı bağlı vəziyyətdə görmüşdür. Yanğınsöndürənlər gələndən sonra onlar tərəfindən əvvəlcə sexin ön tərəfindəki jalüzlü qapını əllərində olan alət vasitəsilə açılmış, daha sonra digər qapılar da həmin üsulla açılmışdır. Məhkəmə istintaqı zamanı ibtidai araşdırma dövründə şahid qismində dindirilmiş X20 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, X38 onun qayınanasının bacısı imiş. 14 aprel 2021-i İl tarixdə saat 22 radələrində əri Süleyman yaşadığı evdə olarkən yanğınsöndürən maşınların səsini eşitmiş, həmin vaxt iş yoldaşlarına zeng etmiş, ona Yevlax rayonu Aşağı Bucaq kəndində cücə istehsalı sexinin yandığını demişlər. X46 Mühafizə hissəsində yanğınsöndürən işləyir. Bundan sonra Süleyman qayınanası Rahilə Əhmədovaya getməli olduqlarını bildirmiş, Rahilə xanım da nə baş verdiyini soruşmuş, Süleyman da Səidə Hüseynovanın cücə istehsalı sexinin yandığını demişdir. Bundan sonra onlar çıxıb getmişlər. O da evdə uşaqları ilə qalmışdır. 2021-ci ilin aprel ayının 14-dən 15-nə keçən gecə saat təxminən 01-02 radələrində qayınanası Rahilə Əhmədova və əri Süleyman meyitxanadan evə gəlmişlər. Həmin vaxt hadisəni eşidən qohumlar və qonşular evə gəlmişdir. O, 15 aprel gecə saat 01-02 radələrindən sonra baldızı Qaratel Əhmədovaya "Whatsapp" mobil tətbiqi vasitəsilə zəng etmiş, ona Səidə Hüseynovanın cücə sexində yanaraq öldüyünü demiş, bu zaman Qaratel qışqırmış və ağlamış, həmin vaxt Qaratelin yanından Elnurun səsi gəlmiş və nə baş verdiyini soruşmuşdur. Qaratel də Elnura xalasının öldürüldüyünü demişdir. Bundan sonra telefonu söndürmüşdür. Bundan 5-10 dəqiqə sonra Qaratel təkrar ona “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng etmiş və Səidə Hüseynovanı kimin öldürdüyünü soruşmuş, o da bilmədiyini demişdir. Bundan sonra Qaratellə danışmamışdır. Təqsirləndirilən şəxs yalan deyir, o, baldızı Qaratelə qayınanası Rahilə və əri Süleyman morqdan evə gəldikdən sonra, yəni 15 aprel 2021-ci İl tarixdə gecə saat 01-02 radələrində zəng etmiş. O, 14 aprel 2021-ci İl tarixdə saat 23 radələrində Qaratelə zəng etməmişdir. Məhkəmə istintaqı zamanı ibtidai araşdırma dövründə şahid qismində dindirilmiş X11 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanınmaya təqdim etmə zamanı hadisə yeridən götürdüyü zinət əşyalarının bir hissəsini satdığı adamın əlamətlərini demiş və tanınmaya təqdim edilən şəxslərin içərisində onu əli ilə göslərib həmin qızıl-zinət əşyalarını ona satdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs qızıl-zinət əşyaları almamış, o yəqin ki, onu kiminləsə səhv salır. Məhkəmə istintaqı zamanı dəvət olunaraq dindirilmiş ekspert X64 ifadəsində göstərmişdir ki, cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ekspert rəyləri onun tərəfindən tərtib edilmişdir və hazırda da həmin rəyləri müdafiə edir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Vahid Xıdırov göstərmişdir ki, iş materiallarına əlavə edilmiş foto şəkillərdən də görünür ki, meyit yanaraq kömürləşmişdir. Yəni ki, 4-cü dərəcə termiki yanığa məruz qalmışdır. Belə olan halda, xəsarət olsa belə, müəyyən olunmaması normaldır. O, faktiki olaraq meyiti müayinə edərkən xəsarət müəyyən edə bilməmişdir. Balta ilə şəxsə xəsarət yetirilsə, 8-9 sm yara izi yarana bilər və xəsarət müəyyən olunar, lakin bıçağın tiyəsi balaca olduğundan, xəsarət müəyyən olunmaya bilər. Nəfəsalmada olan problem tüstü ilə əlaqəli ola bilər. Qaraciyərdə şok əlaməti meyitdə olmur. Bu hal canlı şəxs xəsarət alarkən yaranır. O, meyiti bir dəfə müayinə etmişdir. Daxilə keçən xəsarət daxili orqanları zədələməyə bilər. Ürəkdə o, xəsarət aşkar etmədiyindən, həmin xəsarətlə bağlı xüsusatlar da rəydə öz əksini tapmamışdır. Həyati vacib orqanlara – beyin, qara ciyər, ağ ciyər, ürək və s. orqanlara qan yığılır. Damarların dolu qanlı olması ilə şəxsin qan itiribitirməməsi ilə bağlı rəy vermək mümkün deyildir. Meyitdə bəzi orqanları tanımaq olurmuş və həmin orqanlarda xəsarətin olmasını müəyyən edə bilməmişdir. Yara kanalı daxili orqana getməyə bilər. Bu hallarla təcrübədə çox rastlaşmışdır. Meyitdə yanğının təsirindən kömürləşmə baş verdiyindən, xəsarət müəyyən olunmaya bilərmiş. Meyitin ağ ciyərində olan əlamətlər göstərmişdir ki, yanğın vaxtı şəxs sağ olmuşdur. Bronxların selikli qişasında çirklənmə olması o deməkdir ki, bu şəxs nəfəs almışdır, lakin həmin vaxt ölüm ayağında olması və ya normal sağlam olması kimi hallarla bağlı fikir bildirmək qeyrimümkündür. Şəxs nəfəs almasa idi, bronxlarda çirklənmə olmazmış. Meyitə baxış keçirərkən daxili orqanlar seçilmişdir. Ürəkdə xarici faktorun təsiri olsa idi, bu müəyyən olunarmış. Daxili orqanlarda xəsarət müəyyən edə bilməmişdir. Qaraciyər də termiki yanığa məruz qalmışdır, lakin anatomik şəkili çətinliklə də olsa, seçilirmiş. Səidə Hüseynovanın ölümünə səbəb 4-cü dərəcəli termiki yanıq olmuşdur. Qaraciyərdə şok əlamətinin olması və bronxların selikli qişasında his ləkəsinin olması ölümün 4-cü dərəcəli termiki yanıqdan baş verməsini deməyə əsas verir. Yanğın baş verərkən şəxs sağ olmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, hadisə olan ərəfədə Göygöl Rayon Polis Şöbəsində sahə rəisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs barəsində əvvəllər dəfələrlə oğurluq, əmlakı məhv etmə və hədə-qorxu gəlmə barəsində polis şöbəsinə şikayətlər daxil olmuşdur. O, həmin ərazidə işləyən vaxtı bu şikayətləri vətəndaşlardan qəbul etmişdir. Bununla bağlı Göygöl RPŞ-də dəfələrlə araşdırma başlanılmış, lakin sübut olmadığı üçün şəxs barəsində heç bir hüquqi tədbir görülməmişdir. Həmin dövr ərzində Təqsirləndirilən şəxs polis əməkdaşlarına müqaviməti və qeyri-qanuni davranışları qeydə alınmış və onun barəsində tədbir görülərək məhkəmə qarşısına çıxarılmışdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə qərar qəbul etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs barəsində sübutlar toplanıldıqdan sonra polis əməkdaşları onu polis şöbəsinə gətirmək istəyiblər. Həmin vaxt Təqsirləndirilən şəxs və onun yanında olan Qalib adlı şəxs polis əməkdaşlarına müqavimət göstəriblər. Bundan sonra həmin şəxslər polis şöbəsinə gətirilmişdir. O, həmin vaxtı polis sahə rəisi kimi xidmətdə olduğuna görə şöbə rəisinə məruzə etmiş və həmin şəxslər barəsində raport yazmışdır. Daha sonra həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən protokol tərtib etmişdir. Protokol tərtib etdikdən sonra şəxslərin izahatını almış, həmin vaxtı Təqsirləndirilən şəxs və yanında olan şəxs heç bir etiraz etməmişdir. Vətəndaşlar polis şöbəsində olduğu vaxtda heç kim onlara təzyiq-təsir göstərməmiş və ya onları döyməmişdir. Elə bir hala şahid olmamışdır. Bundan sonrakı mərhələdə şəxslər barəsində sübutlar toplanılmış və onlar məhkəmə qarşısına çıxarılmışdır. Buna görə də, həmin şəxslər özlərini müdafiə etmək üçün bildirdilər ki, güya polis əməkdaşları onları döyüblər. Ancaq belə bir hal baş verməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, Elnuru kənd sakini kimi tanımış, onunla heç bir ədavəti olmamışdır. Təqsirləndirilən şəxs onun adını ona görə çəkir ki, onun ilkin izahatını o, almış və onun barəsində protokol tərtib etmişdir. Şəxs barəsində protokol tərtib etdikdən sonra məhkəməyə gedib-getmədiyini dəqiq xatırlamır, çünki işin üstündən 2 il keçmişdir. Ola bilsin ki, getmişdir, lakin hazırda dəqiq xatırlamır. Bildiyim qədəri ilə məhkəmə Təqsirləndirilən şəxs cərimə etmişdir. Elnuru saxlayan polis əməkdaşları ona demişlər ki, Elnur onlara tabe olmayıb və müqavimət göstərib. Buna dair həmin polis əməkdaşlarının izahatını almışdır. Elnur saxlanıldığı vaxt orada olmamışdır.Elnur polis şöbəsinə gətirilən zaman polis əməkdaşlarına tabe olmayıb və qanunun tələblərini qəsdən pozub. Buna görə də, onun barəsində protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra 48 saat tamam olmamış məhkəmə qarşısına çıxarılmış, protokolda hansı tarix göstərilibsə, o, həmin tarixdə izahatı alınaraq həmin tarixdə məhkəmə qarşısına çıxarılmışdır. Əgər Təqsirləndirilən şəxs dediyi kimi 48 saat sonra onu məhkəmə qarşısına çıxarsaymışlar, məhkəmə bu qanun pozuntusuna görə onlar barəsində tədbiq görərmiş,lakin heç bir hal baş verməmişdir. Qanunun tələblərinə əsasən şəxs məhkəmə qarşısına çıxarılmış, məhkəmədə qərar qəbul olunduqdan sonra, məhkəmədən çıxıb getmişdir. Bundan sonra şəxsi görməmişdir. Hazırda şəxsin hansı tarixdə polisə tabe olmadığını dəqiq xatırlamır, lakin raportda hansı tarix yazılıbsa, dəqiq olan odur. Təqsirləndirilən şəxs inzibati işlə əlaqəli məhkəmə qarşısına çıxarılmış, bundan sonrakı prosesdən məlumatı olmamış, lakin sonradan eşitmişdir ki, şəxs cinayət işində şübhəli bilindiyinə görə yenidən tutulmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hadisə olan ərəfədə Göygöl Rayon Polis Şöbəsində bölmə rəisi vəzifəsində işləmişdir. Hadisə ilə bağlı bunu deyə bilər ki, Təqsirləndirilən şəxs bölmə rəisi olduğu ərazinin sakini olmuş, Təqsirləndirilən şəxs həmişə polis əməkdaşlarından haqsız yerə şikayətlər etmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində heç kim işgəncə verməmiş, bunun əksinə şəxs saxlanıldığı vaxt polis əməkdaşlarına müqavimət göstərmiş və qanunun tələblərini pozmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə bağlı şübhəli olmuş, ona görə də, şöbəsinin əməkdaşları onu saxlamışdır. Təqsirləndirilən şəxs 48 saat sonra məhkəmə qarşısına çıxarılmamışdır. Təqsirləndirilən şəxs ərazidə baş vermiş bağlı qalmış hadisələrlə bağlı şübhəli bilindiyi üçün saxlanılmışdır. Onun tərəfindən Elnura ümumiyyətlə işgəncə verilməmişdir. Əvvəllər Təqsirləndirilən şəxsla ədavəti olmamışdır. Şəxsin onun adını niyə çəkdiyini bilmir. Elnur saxlanılan zaman polis əməkdaşlarına tabe olmamışdır. Polis əməkdaşları onu kənd ərazində saxlayıb polis şöbəsində dəvət etmişlər. Şəxs həmin vaxt polis əməkdaşlarına müqavimət göstərmiş və tabe olmamışdır. Özü həmin vaxt orada olmamışdır. Bununla bağlı protokol polis şöbəsində tərtib olunmuşdur. Protokol tərtib olunan vaxt polis şöbəsində olmamışdır. Protokolun tərtib edilmə tarixini dəqiq xatırlamır, polis əməkdaşlarından şəxsin hansı vəziyyətdə saxlanıldığını soruşmamışdır. Təqsirləndirilən şəxs 25 noyabr və ya 27 noyabr 2021-ci il tarixdə polis şöbəsində olub-olmadığını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs səhv etmirsə 25 noyabr 2021-ci il tarixdə saxlanıldığı vaxt polis əməkdaşlarına müqavimət göstərmiş, bununla bağlı məhkəmə qarşısına çıxarılmış və cərimə olunmuşdur. Həmin vaxtı məhkəmədə iştirak etməmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs saxlanılıb. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs əmlakı məhv etmə və oğurluq əməlində şübhəli bilinərək saxlanılmışdı. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında dindirilən ekspert X13 ifadəsində göstərmişdir ki, cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli, 10/1605 nömrəli “Yanğın və texnoloji partlayışların tədqiqi” sahəsinə aid olan ekspert rəyi onun tərəfindən tərtib edilmişdir və hazırda da həmin rəyi müdafiə edir. Belə ki, işlədiyi ekspertiza mərkəzinə qərar daxil olmuş və həmin qərar əsasında hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı əldə olunmuş məlumatlar və götürülmüş nümunələr əsasında rəy tərtib etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq ekspert göstərmişdir ki, qaz farsunkası peçin içində olur, lakin baxış keçirdiyi vaxt qaz parçalanmış halda olmuşdur. Belə ki, yanğın söndürmə zamanı soba parçalanmışdı. Farsunka qaz xəttidir. Farsunkanın sonluğuna işçi kran bağlanır. İşçi krandan sonra qaz sobasının içərisinə farsunka girir və qazın yanmasını təmin edir. Baxış keçirdiyi otaqda partlayışla bağlı hər hansı bir əlamət olmamışdır. Farsunka onarəy tərtib etdiyi zaman heç nə verə bilməzdi. Onun tərtib etdiyi rəydə farsunka ilə əlaqəli heç nə olmamışdır. O, müəyyən etmişdir ki, hadisə yerində yanğın yerdən başlayıb. Yuxarıdan aşağı doğru qığılcım düşməsi üçün, yuxarıda hər hansı bir proses getməlidir. Belə bir hal isə müşahidə olunmamışdır. Yuxarıdan aşağı hər hansı bir qığılcım düşsə və döşəmə yanarsa, hər bir halda yanğının mənbəyi döşəmə olur. Qazı şərtləndirən amil baxış zamanı müşahidə olunmayıb. Yanğından sonra qısaqapanma ola bilər. Farsunka peçin üzərinə bərkidilir. Lakin sözü gedən peç barəsində heç nə deyə bilmir, çünki baxış keçirdiyi vaxt peç dağılmış vəziyyətdə olmuşdur. Bəhsi keçən peç baxış keçirdiyi otaqda olmuşdur. O biri otaqlarda qaz xətti olmuş, lakin həmin xətlər bağlı vəziyyətdə olmuşdur. Baxış zamanı qaz partlaşı ilə əlaqəli heç nə müşahidə etməmişdir. Qaz yandığı zaman kənara qığılcım düşməsi sobanın vəziyyətindən aslıdır. Kənardan gələn maddənin tam olaraq nə olması onların ekspertizaya aid deyil. Bəhsi keçən məsələ fiziki-kimyəvi ekspertizaya aiddir. Ümumiyyətlə neft məhsulu elədir ki, yandıqdan sonra itir. Əgər bir əşyanın müstəvi hissəsi, yəni üz hissəsi yanmırsa, onda 70/80 faiz neft məhsulu qala bilər. Kömürləşmiş hissədə isə neft məhsulunun çıxması yarı-yarıyadır. Həmin yerdə neft məhsulu çıxmaya bilər. Çünki neft məhsulu müəyyən tempraturda yandıqdan sonra itir. Qısaqapanmanın özünə məxsus əlamətləri vardır. Baxış zamanı həmin əlamətlərə rast gəlməmişdir. İlkin qısaqapanma olan nöqtə dəyişməz qalır. Yəni ətraf yansa belə ilkin qısapanma olan yer bilinir. Yanğına əsas səbəb kənardan gətirilən kimyəvi maddə olub. Hadisə yerinə baxışda iştirak etmiş, hadisə yerinə baxış keçirən zaman soba dağılmış vəziyyətdə olmuşdur. Evə baxış zamanı partlayışın əlamətləri olmamışdır. Ümumiyyətlə partlayışın səbəbləri var. Belə ki, 5-15 vol interval. Əgər təzyiq 15 vol intervaldan yuxarı olsa partlayışdan sonra yanğın müşahidə olunur. Əgər 15 vol intervaldan aşağı olsa partlayış olur, lakin yanğın olmur. Ümumiyyətlə evdə partlayışın əlamətləri yox idi. Yanğın kənardan gələn maddə ilə baş vermişdir. Əgər həmin maddə qaza yaxınlaşsa idi partlayış baş verə bilərdi. Ancaq bunun üçün döşəmənin tamamilə əriməsi lazımdır. Onu da qeyd edim ki, qazın başlığı misdən ibarətdir. Mis isə gec əriyən maddədir. Yanğın qısaqapanma nəticəsində baş verməmişdir. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə Göygöl rayon Çaykənd kənd sakini Zərərçəkmiş şəxs9 Göygöl RPŞ-nin X100 bölməsinə müraciət edərək xx.xx.2021-ci il tarixdə ona məxsus 7 keçisinin naməlum şəraitdə itməsini, həmin vaxt həmkəndliləri Təqsirləndirilən şəxs və Şahid11 hadisə yerində göründüklərini, heyvanlarını həmin şəxslərin oğurladıqlarını bildirmişdir (cild 07, iş vər. 93-109). Cinayət işi materiallarında olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, həmin tarixdə Göygöl rayon Çaykənd kənd sakini Zərərçəkmiş şəxs1 Göygöl RPŞ-nin X100 bölməsinə müraciət edərək xx.xx.2019-cu il tarixdə ona məxsus 03 baş iribuynuzlu heyvanın naməlum şəraitdə itməsini bildirmişdir (cild 07, iş vər. 243). Cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə Göygöl rayon Çaykənd kənd sakini Zərərçəkmiş şəxs1 Göygöl RPŞ-nin X100 bölməsinə müraciət edərək xx.xx.2020-ci il tarixdə ona məxsus 01 baş iribuynuzlu heyvanın naməlum şəraitdə itməsini bildirmişdir (cild 07, iş vər. 256). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, həmin tarixdə Göygöl rayonu Toğanalı kəndində yerləşən Zərərçəkmiş şəxs5 məxsus “Ağ ayı” (Göyəzən) adlı kafe yanmışdır (cild 07, iş vər. 280). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Göygöl rayonu Toğanalı kəndində yerləşən Zərərçəkmiş şəxs5 məxsus “Ağ ayı” (Göyəzən) adlı kafedir. Müvafiq foto şəkillər çəkilməklə protokola əlavə olunmuşdur (cild 07, iş vər. 282-291). Cinayət işinə əlavə edilmiş məhkəmə yanğın-texniki ekspertizasının nəticəsinə dair 23 iyun 2021-ci il tarixli 10/2104 nömrəli rəydə göstərilmişdir ki, Göygöl rayonu, Toğanalı kəndində yerləşən Zərərçəkmiş şəxs5 məxsus “Göyəzən” kafesində baş vermiş yanğının mənbəyi, kafenin ikinci mərtəbəsinin giriş hissəsində, döşəmə səviyyəsində olmuşdur. Ekspertizaya təqdim olunmuş yoxlama materiallarındakı məlumatlara, şahidlərin izahatlarında göstərdiyi hallara, hadisə ərəfəsində yanğının mənbə zonasında ikinci mərtəbədə hər hansı istilik ixrac edən cihaz və avadanlıqlar olmadığına, mənbə zonasında öz-özünə alışa bilən maddə və materiallar olub-olmaması barədə hər hansı məlumatın olmamasına, hadisənin baş vermə şəraitinə, mənbə zonasında olan konstruktiv elementlərin üzərində yaranmış termiki təsir izlərinin xarakterinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, yanğın, kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri nəticəsində baş verməsi üçün xarakterikdir (cild 07, iş vər. 296-297). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə Göygöl rayon Çaykənd kənd sakini X5 RPŞ-nin X100 bölməsinə müraciət edərək ona məxsus 04 baş iribuynuzlu heyvanın naməlum şəraitdə itməsini bildirmişdir (cild 07, iş vər. 332). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, həmin tarixdə Göygöl rayonu Çaykənd kəndində Zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış evi yanmışdır (cild 08, iş vər. 15). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Göygöl rayonu Çaykənd kəndində yerləşən Zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış evidir. Müvafiq foto şəkillər çəkilməklə protokola əlavə olunmuşdur (cild 08, iş vər. 16-24). Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə yanğın-texniki ekspertizasının nəticəsinə dair 06 yanvar 2022-ci il tarixli 10/7393 nömrəli rəydən görünür ki, Göygöl rayonu, Çaykənd kəndində yerləşən Zərərçəkmiş şəxs7 yaşayış evində baş vermiş yanğının mənbəyi, evin birinci mərtəbəsinin eyvanına daxil olduqda sağ tərəfdə yerləşən sayca birinci otağın daxilində, döşəmə səviyyəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək digər sahələrə yayılmışdır. Mənbə zonasında olan elektrik naqillərində elektrik təbiyyətli qəza hallarının aşkar edilmədiyini, hadisə ərəfəsində evin daxilində istilik ixrac edə bilən qurğuların işlək vəziyyətdə olmadığını və qərarın təsviri hissəsində göstərilən hadisənin baş vermə şəraitini nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın kənardan gətirilmiş alışdırma vasitələrinin təsiri nəticəsində baş verməsi üçün xarakterikdir (cild 08, iş vər. 318-321). Cinayət işinə əlavə edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsinə dair 11 fevral 2022-ci il tarixli 9/840 nömrəli rəyindən görünür ki, analoji malların markasına, modelinə, ölçüsünə, texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqıda qərarda göstərilən 4 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin sentyabr-oktyabr aylarına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 995,00 manat müəyyən olunur. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri, istehsal ili, istismar müddəti, keyfiyyəti, ölçüləri, çəkiləri və sair) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə ki, 6 kq-lıq “LG” markalı paltaryuyan 2 ədəd (hər biri 300 manat) 600 manat, “LG” markalı, 107 sm diaqonallı televizor 1 ədəd 350 manat, “Super Maks” markalı krosna aparatı 1 ədəd 25 manat, “Tp Link” markalı internet şəbəkəsi üçün modem 1 ədəd 20 manat dəyərində, ümumi məbləği 995,00 manatdır. Məhkəmə əmtəəşunaslıq ekspertizasının rəyindən göründüyü kimi 4 adda (“LG” markalı paltaryuyan 2 ədəd, “LG” markalı televizor 1 ədəd, “Super Maks” markalı krosna aparatı 1 ədəd və “Tp Link” markalı internet şəbəkəsi üçün modem 1 ədəd, ümumi məbləği 995,00 manat) əmlakı qiymətləndirilmiş, lakin digər əşyaların qiymətləndirilməsi mümkün olmamışdır (cild 10, iş vər. 131-134). Cinayət işinə əlavə edilmiş məhkəmə yanğın-texniki ekspertizasının nəticəsinə dair 18 fevral 2022-ci il tarixli 10/966 nömrəli rəydən görünür ki, Göygöl rayonu, Çaykənd kəndində yerləşən Zərərçəkmiş şəxs5 məxsus “Göyəzən” yeməkxanasında baş vermiş hadisə nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri 11232,0 (112,32x100) manat məbləğində müəyyən olundu. Göygöl rayonu, Çaykənd kəndində yerləşən Zərərçəkmiş şəxs7 məxsus yaşayış evində baş vermiş hadisə nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri 26040,0 (130,2x200) manat məbləğində müəyyən olundu (cild 10, iş vər. 137-139). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə Göygöl rayon Yeni Zod kənd sakini Zərərçəkmiş şəxs8 Göygöl RPŞ-nin X100 bölməsinə müraciət edərək xx.xx.2021-ci il tarixdə ona məxsus 03 baş iribuynuzlu heyvanın naməlum şəraitdə itməsini bildirmişdir (cild 08, iş vər. 45). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli ərizələrdən görünür ki, xx.xx.2021-ci il tarixdə Göygöl rayon Çaykənd kənd sakini Zərərçəkmiş şəxs13 Göygöl RPŞ-nin X100 Bölməsinə müraciət edərək 2021-ci ilin iyun ayında ona məxsus 1 baş iribuynuzlu heyvanının həmkəndliləri Təqsirləndirilən şəxs və Şahid11 hadisə yerində göründüklərini, heyvanlarını həmin şəxslərin oğurladıqlarını, habelə xx.xx.2019-cu il tarixdə Göygöl rayon Çaykənd kənd sakini Zərərçəkmiş şəxs10 Göygöl RPŞ-nin X100 Bölməsinə müraciət edərək xx.xx.2019-cu il tarixdə ona məxsus 1 baş iribuynuzlu heyvanının itməsini və tapa bilməməsini, xx.xx.2019-cu il tarixdə Göygöl rayon Çaykənd kənd sakini Zərərçəkmiş şəxs11 Göygöl RPŞ-nin X100 Bölməsinə müraciət edərək xx.xx.2019-cu il tarixdə ona məxsus 1 baş atının naməlum şəxslər tərəfindən oğurlanmasını, 19.082020-ci il tarixdə Göygöl rayon Çaykənd kənd sakini Abbasov X29 RPŞ-nin X100 Bölməsinə müraciət edərək xx.xx.2020-ci il tarixdə ona məxsus 1 baş atının itməsini və tapa bilməməsini və xx.xx.2020-ci il tarixdə Göygöl rayon Çaykənd kənd sakini İmanov X34 RPŞ-nin X100 Bölməsinə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə ona məxsus 1 baş iribuynuzlu heyvanının oğurlanmasını bildirmişlər (cild 09, iş vər. 148- 151; 162-171, 179; 185-208; 221-230; 243-260). Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli “Cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə istintaq edilən ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində CM-in 120.2.5-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş və cinayət işinin nömrəsi ********* nömrəsi ilə saxlanılmışdır (cild 07, iş vər. 76-79). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə Şahid7 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş və Şahid7 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək Təqsirləndirilən şəxs ifşa etmişdir (cild 05, iş vər. 175-176). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş və Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək Təqsirləndirilən şəxs ifşa etmişdir (cild 05, iş vər. 177-178). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə Şahid8 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş və Şahid8 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək Təqsirləndirilən şəxs ifşa etmişdir (cild 05, iş vər. 179-180). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid11 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş və Şahid11 Təqsirləndirilən şəxs üzünə qarşı cinayət hadisələrini birlikdə törətdiklərini bildirərək Təqsirləndirilən şəxs ifşa etmişdir (cild 08, iş vər. 288-290). Cinayət işi materiallarında olan üzləşdirmə protokolundan görünür ki, iş üzrə X30 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş və X84 Hüseynovun üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmişdir (cild 08, iş vər. 292-294). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid10 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş və Şahid10 Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmişdir (cild 08, iş vər. 296-299). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid6 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş və Şahid6 Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmişdir (cild 08, iş vər. 300-302). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid4 Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş və Şahid4 Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmişdir (cild 08, iş vər. 303-305). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, ş üzrə Təqsirləndirilən şəxs ilə Şahid2 üzləşdirilmiş, üzləşdirmə zamanı Enur Hüseynov əmisi Zərərçəkmiş şəxs9 məxsus N baş keçiləri oğurladığını və Şahid2 satdığını sonuncunun üzünə qarşı bildirmişdir (cild 07, iş vər. 232-233). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, 10 dekabr 2021-ci il tarixdə mərhum X15 üzərində qızıl zinət əşyalarının olduğu 1,2,3,4,5,6,7,8,9 və 10 nömrə ilə işarələnmiş fotoşəkillərə Təqsirləndirilən şəxs və müdafiəçisi Zaur Bərxudarovun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs Səidə Hüseynovanın üzərində qızıl zinət əşyalarının olduğu fotoşəkillərə baxdıqdan sonra hadisə yerindən götürdüyü qızıl-zinət əşyalarını şəkillərdə göstərə biləcəyini bildirmişdir. Daha sonra fotoşəkillər Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs 1 nömrə ilə işarələnmiş Səidə Hüseynovanın şəklini göstərərək şəkildə Səidə Hüseynovanın sağ qulağında olan sırğanın, 3 nömrə ilə işarələnmiş Səidə Hüseynovanın şəklini göstərərək şəkildə Səidə Hüseynovanın boğaz nahiyəsində olan tros boyunbağının, 4 və 7 nömrələr ilə işarələnmiş Səidə Hüseynovanın şəklini göstərərək şəkildə Səidə Hüseynovanın boğaz nahiyəsində olan “Rekert” boyunbağının hadisə yerindən götürdüyü qızıl-zinət əşyaları olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş digər fotoşəkillərdə hadisə yerindən götürdüyü Səidə Hüseynovaya məxsus digər qızıl-zinət əşyalarının olmadığını bildirmişdir (cild 05, iş vər. 154-158). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki,11 dekabr 2021-ci il tarixdə mərhum X15 üzərində qızıl-zinət əşyalarının olduğu 1,2,3,4,5,6,7,8,9 və 10 nömrə ilə işarələnmiş fotoşəkillərə Şahid7 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Şahid7 Təqsirləndirilən şəxs ona komplekt sırğa və üzük, 1 ədəd “Rekert” bronslet və 2 ədəd üzük satdığını bildirmişdir. Şahid7 Səidə Hüseynovanın üzərində qızıl zinət əşyalarının olduğu fotoşəkillərə baxdıqdan sonra Təqsirləndirilən şəxs ona satdığı qızıl-zinət əşyalarını şəkillərdə göstərə biləcəyini bildirmişdir. Daha sonra fotoşəkillər Şahid7 təqdim edilmişdir. Şahid7 1 nömrə ilə işarələnmiş Səidə Hüseynovanın şəklini göstərərək şəkildə Səidə Hüseynovanın sağ qulağında olan sırğanı Təqsirləndirilən şəxs ona satdığını bildirdi. Şahid7 Təqsirləndirilən şəxs ona satdığı digər qızıl zinət əşyalarının fotoşəkillərdə olmadığını bildirmişdir. (V cild, iş vər. 225-230) Cinayət işinə əlavə edilmiş mərhum X15 meyiti barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 08 nömrəli rəyindən görünür ki, X15 meyitində aşkar edilmiş xəsarətlər- bədənin İV dərəcə termiki yanığı yüksək hərarətin-alovun təsirindən əmələ gəlmişdir, həyatidir, sağlamlığa Ağır zərər vuran xəsarətlərə xas əlamətə malikdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb həyatla bir araya sığmayan xəsarətlər- bütün bədənin İV dərəcəli termiki yanığı olmuşdur. Mərhumun meyitində yuxarıda qeyd edilən xəsarətlərdən başqa digər xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Mərhumun meyitindən götürülmüş qanın məhkəmə-kimyavi tədqiqatı zamanı etil, metil, butil, propil və amil spirtləri aşkar edilməmişdir (cild 01, iş vər. 273-274). Cinayət işinə əlavə edilmiş mərhum X15 meyiti barəsində təyin edilmiş komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, T269/2021 nömrəli rəyindən görünür ki, mərhumə S.İ.Hüseynovada bədənin İV dərəcəli termiki yanığı xəsarəti olmuşdur. Qeyd edilən xəsarətlər yüksək hərarətin təsirindən törənmiş, qərarda göstərilən şəxaitdə və vaxtda, yəni xx.xx.2021-ci il tarixdə alovun təsirindən yarana bilərdi. Dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Meyitin müayinəsi zamanı qeyd edilən əlamətlər xəsarətlərin həyati olmasına uyğun gəlir. Təqdim edilən sənədlərə əsasən ölümə səbəb bütün bədənin termiki yanığı ola bilərdi (cild 04, iş vər. 257-260). Cinayət işinə əlavə edilmiş mərhum Səidə Hüseynova barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 07/08 nömrəli rəyindən görünür ki, X15 meyitində bədənin İV dərəcəli termiki yanığı aşkar edilmişdir. Meyitin yumşaq toxumalarında makroskopik (gözlə görünən) olaraq başqa xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Mərhumun gövdəsində, o cümlədən döş qəfəsində, qarın nahiyəsində yumşaq toxumalar İV dərəcə (kömürləşmə) termiki yanığa məruz qaldığından həmin nahiyələrə bıçaqla və ya hər hansı deşici-kəsici alətlə xəsarət yetirilsəydi belə yuxarıda göstərilən səbəbdən xəsarətin izinin aşkar edilməsi mümkün olmaya bilərdi (cild 06, iş vər. 140-141). Cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 10/4296 nömrəli məhkəmə-yanğın texniki ekspertizası rəyindən görünür ki, ekspertin iştirakı ilə yanğın baş vermiş Yevlax rayonu, Aşağı Bucaq kəndində Səidə Hüseynovaya məxsus cücə istehsalı sexinə baxış keçirilən zaman tikilidə həcmli genişlənmə (dağılma, parçalanma, yerdəyişmə) əlamətləri aşkar edilmədiyinə və cinayət işi materiallarında hadisə ərəfəsində tikilidə qaz avadanlıqlarından istifadə edilməsi konkret olaraq müəyyən edilmədiyinə görə yanğın hadisəsinin qaz sızması nəticəsində baş verməsi üçün xarakterik deyil (cild 06, iş vər. 20- 23). Cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 10/1605 nömrəli məhkəmə-yanğın texniki ekspertizası rəyindən görünür ki, Yevlax rayonu, Aşağı Bucaq kəndində yerləşən fərdi yaşayış evinin həyətyan sahəsində olan cücə sexində yanğının mənbəyi, sexlə üzbəüz dayandıqda sağ tərəfdə yerləşən sayca ikinci yaşayış otağının daxilində, döşəmə səviyyəsində olmuşdur. Beləliklə hadisə yerinə ekspertin iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmiş faktiki hallara, ekspertizaya təqdim edilmiş alüminium elektrik naqillərin üzərində elektrik qəza halının olmamasına, şahidlərin izahatlarında göstərdiyi hallara, hadisə ərəfəsində yanğının mənbə zonasında döşəmə səviyyəsində hər hansı istilik ixrac edən cihaz və avadanlıqlar olmadığına, cücə sexindən öz-özünə alışa bilən maddə və materiallar olub olmaması barədə hər hansı məlumatın olmamasına əsaslanaraq belə nəticəyə gəlmək olar ki, yanğın, kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən baş verməsi üçün xarakterikdir (cild 01, iş vər. 277-279). Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 10/770 nömrəli məhkəmə yanğıntexniki ekspertizası rəyindən görünür ki, Yevlax rayonu Aşağı Bucaq kəndində Səidə Hüseynovaya məxsus cücə istehsalı sexində yanğın izlərinin nisbi xarakterinə və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi, tikilinin daxilində Səidə Hüseynovanın yataq otağında, otağa girişdən bir qədər sağ tərəfdə çarpayı yerləşən zonada döşəmə səviyyəsində olmuşdur. Yanğın neft məhsulundan odlanma vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən baş vermişdir (cild 09, iş vər. 109-111). Cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 10/1604 nömrəli məhkəmə-texniki tikinti ekspertizası rəyindən görünür ki, Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən tikilidə baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 21227,20 manat məbləğində olduğu müəyyən edilmişdir (cild 02, iş vər. 101-102). Cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 9/2443 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizası rəyində görünür ki, tədqiqata təqdim edilmiş məlumatda göstərilən 10 adda malların orta istismar müddəti və orta istismar intensevliyi parametrlərinə uyğun olaraq zədələnməmişdən əvvəlki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 4750.00 manat müəyyən olunur. 2 adda mal haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir (cild 02, iş vər. 193-194). Cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 6/3673 nömrəli əlavə məhkəmə-fiziki kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1-5 N-li obyektlərin üzərində (yarıyanmış taxta qalıqları və ayaqqabısının daban hissəsi) tezalışan neft məhsullarının izləri yoxdur. Ümumilikdə nəzəri baxımdan, baş vermiş yanğın nəticəsində hadisə yerindən yanğın zonasından götürülmüş tam yanıb kömürləşmiş vəziyyətdə olan qalıqların üzərində tezalışan neft məhsullarının qalmaması mümkündür (ətraf mühütün təsiri, saxlanılması və onların yüksən tempratur nəticəsində tam yanması ilə izah edilə bilər) (cild 05, iş vər. 08-10). Cinayət işinə əlavə edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 55 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək etmək qabiliyyətindədir (cild 09, iş vər. 112-116). Cinayət işinə əlavə edilmiş Səidə Hüseynovaya məxsus qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi məqsədilə Yevlax şəhəri ərazisində yerləşən "xxxx" MMC tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli, 183 nömrəli məktubdan görünür ki, 100 qram çəkisi olan 583 əyarlı rekert sep və qolbağı qızıl dəstinin 1 qramının orta bazar qiyməti 67 manat olmaqla ümumillikdə 6.700 manat, 30 qram çəkisi olan 583 əyarlı tros sepin 1 qramının orta bazar qiyməti 67 manat olmaqla cəmi 2.010 manat, hər birinin çəkisi 15 qram olan 583 əyarlı 02 komplekt üzük və sırğa qızıl dəstinin 1 qramının orta bazar qiyməti 80 manat olmaqla cəmi 2.400 manat və hər birinin çəkisi 8 qram olan 583 əyarlı 06 ədəd üzüyün 1 qramın orta bazar qiyməti 80 manat olmaqla 3.840 manat təşkil edir (cild 10, iş vər. 39). Cinayət işi materiallarında olan Göygöl Rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə oğurlanmış heyvanların dəyərlərinin müəyyən edilməsi məqsədilə Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən «Mal-qara» satışı bazarı tərəfindən verilmiş məktubdan görünür ki, heyvanların qeyd olunan tarixlərdə bazarda orta satış qiymətləri : - 24 may 2019-cu il tarixdə 2 yaşlı, erkək cinsli, 1 baş iribuynuzlu heyvanın orta satış qiyməti 800 (səkkiz yüz) manat, 02 avqust 2019-cu il tarixdə, 3 baş, 1 yaş 8 aylıq, dişi cinsli, iribuynuzlu heyvanların hər birinin orta satış qiyməti 1000(min) manat, 21 sentyabr 2019-cu il tarixdə 1 baş, 10 yaşlı, dişi cinsli iribuynuzlu heyvanın orta satış qiyməti 2000 (iki min) manat, 2 baş 4 yaşlı, dişi cinsli iribuynuzlu heyvanların hər birinin orta satış qiyməti 1500 (min beş yüz) manat, 03 oktyabr 2019-ci il tarixdə 4 yaşlı 1 baş atın orta satış qiyməti 800 (səkkiz yüz) manat, 27 aprel 2020-ci il tarixdə 1 baş dişi cinsli, 1 il 4 aylıq iribuynuzlu heyvanın orta satış qiyməti 900(doqquz yüz) manat, 18 iyul 2020-ci il tarixdə 1 baş, 1 yaş 2 aylıq, erkək cinsli iribuynuzlu heyvanın orta satış qiyməti 1000(min) manat, 17 avqust 2020-ci il tarixdə 1 baş, 14-15 yaşınla atın orta satış qiyməti 1000 manat, 31 avqust 2020-ci il tarixdə 1 baş, 2 yaşlı, dişi cinsli iribuynuzlu heyvanın orta satış qiyməti 2000(iki min) manat, 2 baş 2 yaşlı dişi cinsli heyvanın orta satış qiyməti 2000(iki min) manat və 1 baş, dişi cinsli heyvanın orta satış qiyməti 1000 (min) manat, 2021-ci ilin iyun ayında 2 yaşlı, dişi cinsli, 1 baş iribuynuzlu heyvanın orta satış qiyməti 1000(min) manat, 08 avqust 2021-ci il tarixdə 3 baş, dişi cinsli, 4 yaşlı iribuynuzlu heyvanları hər birinin orta satış qiyməti 1000( min) manat, 1 baş, 3 yaşlı, dişi cinsli iribuynuzlu heyvanın orta satış qiyməti 1000(min) manat, 1 baş iri buynuzlu, heyvanın orta satış qiyməti 1500 manat, 01 oktyabr 2021-ci il tarixdə 1 baş , 3 yaşlı, dişi cinsli, 1 baş, 2 yaşlı, dişi cinsli iribuynuzlu heyvanın orta satış qiyməti 2000( iki min) manat, 1 baş, 1 yaşlı, dişi cinsli iribuynuzlu heyvanın orta satış qiyməti 1500( bir min beş yüz) manat, 1 baş, 1 yaşlı, dişi cinsli, 1 baş, 2 yaşlı, dişi cinsli və 1 baş, 2 yaşlı, dişi cinsli iribuynuzlu heyvanların orta satış qiymətləri 2000 ( iki min) manat, 31 oktyabr 2021-ci il tarixdə 6 (altı) baş dişi cinsli boğaz vəziyyətdə keçilərin hər birinin ayrı ayrılıqda dəyəri 210 (iki yüz on) manat, və 1 baş erkək cinsli keçinin orta satış qiyməti 200(iki yüz) manat dəyərində olmuşdur (cild 10, iş vər. 155). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Yevlax rayonu, Aşağı Bucaq kəndində yerləşən X23 məxsus cücə sexidir. Cücə sexi mişar daşından inşa olunmuş, dam örtüyü iki enişli olmaqla taxta atmaların üzərinə vurulmuş dalğavari metal təbəqə ilə üzlənmişdir. Cücə sexi ümumilikdə doqquz otaqdan ibarətdir. Cücə sexinin tikiliş forması “T” şəklindədir. Sexin yola baxan hissəsində 5 otaq yerləşir. Sexlə üzbəüz istiqamətdə dayandıqda sağ tərəfdən sayca birinci mətbəx otağı, ikinci yaşayış otağı, üçüncü inkubator qurğularının yerləşdiyi otaq, dördüncü sexin işçilərinin istirahət otağı, beşinci isə əşya və alətlərin saxlanıldığı otaqdır. Digər otaqlar isə cücələrin saxlanması və yemlənməsi üçün istifadə olunmuşdur. Cücə sexi elektrik enerjisi və təbii qazla təchiz edilmişdir. Sexin qaz xətlərinə baxış keçirilən zaman otaqlarda quraşdırılmış qaz sobalarının üzərində olan ventillər bağlı vəziyyətdədir. Sexin elektrik enerjisinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, elektrik xətləri sayğacdan çıxıaraq sexə daxil olan hissədə yəni, sexin sayca ikinici yaşayış otağının yola tərəf olan pəncərəsinin üst tərəfindən keçən hissəsində istiliyin təsirindən izolyasiya örtüyü ərimiş və nəticədə naqillərin damarlarının bir birinə toxunmasından elektrik qəza halına yaranması üçün xarakterik olan izlər müşahidə edilmişdir. Digər otaqlarda olan elektrik xətlərinin naqilləri çılpaqlaşmış vəziyyətdədir. Sexin sayca ikinci yaşayış otağından başqa digər otaqlar qismən istiliyin təsirinə məruz qalmış, dam örtüyü yarı dağılmış vəziyyətdədir. Belə ki, sexin yaşayış otağı daha çox termiki təsirə məruz qalmış, dam örtüyü və döşəmə tamamilə dağılmış, divarlarının üzərində açıq alovun təsirindən yaranması üçün xarakterik olan ağımtıl izlər əmələ gəlmiş, otağın giriş qapısının üst hissəsində suvaq qatı dağılmış vəziyyətdədir. Otağa giriş qapısından daxil olduqda sol tərəfdə yerləşən qaz sobasının üzərindəki ventil istiliyin təsirindən ərimiş, yanğın söndürülən zaman su şırnağının təsirindən yanğından sonrakı qalıqların içərisinə qarışmışdır. Sexin iki giriş qapısı vardır. Onlardan biri əsas, digəri isə köməkçi giriş qapısıdır. Yola baxan hissədə olan əsas giriş qapısı cücələrin satışı zamanı istifadə olunur. Qapının üzərinə baxış keçirilən zaman üzərində hər hansı mexaniki təsir izləri aşkar edilməmişdir. Həmin qapının üzərində mənbə konusuna xarakterik izlər olması müəyyən edilmişdir. Sexnən üzbəüz dayandıqda cücə sexi şimal-şərq istiqamətdə yerləşir. Qeyd olunan qapının içəri aşağı hissəsindən, yəni beton döşəmədən, yaşayış otağının 4 müxtəlif yerindən yanğından sonrakı qalıqlardan nümunələr və yarıyanmış taxta qalıqları, otağın yola baxan pəncərəsinin üst hissəsindən keçən elektrik naqilləri 1 metr uzunluğunda kəsilərək götürülmüş və polietilen torbalara qablaşdırılmışdır. Yanğının baş verdiyi otağa inqubatorun yerləşdiyi otaqdan qapı yeri istiqamətində otağına ortasına doğru məsafədə olmaqla yerdə tam yanmış halda başı skeletləşmiş formada meyit olması müəyyən edildi. Həmin meyitin ətrafında olan bütün əşyalar, meyitin bədəni yanmış haldadır. Meyitin ayaqları yanmışdır, yerində yoxdur. Meyitin bədən hissəsi otağın orta hissəsindəki divara tərəfdir. Bundan sonra meyit götürülərək MTE və PA birliyinin Yevlax rayon şöbəsinə aparıldı (cild 01, iş vər. 05-17, 80-103). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, fövqəladə hallar üçün nəzərdə tutulmuş zəncirbəndlə bağlananan rəngli xüsusi kisədə təşrih masası üzərindədir.Kisəni açdıqda bədəni yanıb kömürləşmiş meyit aşkar edildi. Meyitin periferik nöqtələri arasında məsafə 95 sm-dir. Başın alın-təpə və ənsə nahiyəsinin təpə nahiyəsinə yaxın hissəsində kəllə tağı sümükləri çılpaqlaşmışdır, ağımtıl rəngdədir, bir neçə yerdən çatlamışdır (məhkəmə krimnalistik tədqiqat üçün çatlamış fraqment təşrih aləti ilə qopardılaraq götürüldü).Sağ tərəf alın qabarı nahiyəsində 3x2,5 sm ölçülü sümük toxuması çatmamazlığı vardır. Çatlar arasından yüksək hərarətə məruz qalmış qaramtıl rəngdə beyin toxuması görünür. Ənsə nahiyyəsinin bərk örtüklə təmas yerində üzərində rəngində 1,5-2 sm uzunluğunda saç qalığı olan yumşaq toxuma saxlanılmışdır. Göz yuvaları boşdur, mənşəyi naməlum kütlə ilə dolmuşdur.Sifətin yumşaq toxumaları,o cümlədən burun qığırdaqları və qulaq seyvanı tamamilə yanaraq tökülmüşdür. Alt çənə sümüyü yoxdur. Ağız boşluğunun təftişi zamanı makroskopik 1 metaldan hazırlandığını təyin edilməsi mümkün olmayan protez aşkar edildi. Döş qəfəsinin və qarın divarında qabırğalar və yumşaq toxumalar kömürləşmişdir. Döş və qarın boşluğu üzvləri görünür, qara rəngdədir, formasına və saxlanılmış nahiyələrdə anatomik quruluşuna görə makroskopik olaraq ciyəri,ürəyi,ağ ciyərləri, dalağı, böyrəyi və bağırsaqları ayırd etmək mümkündür. Hər iki yuxarı ətraf bazunu iki aşağı ətraf budun müvafiq olaraq bazu oynağından 12 sm, bud çanaq oynağından 15 sm məsafədən sonra yoxdur. Ətrafların saxlanılmış nahiyələrində yumşaq toxumalar kömürləşmişdir, anatomik şəklini təyin etmək çətindir. Sümüklərin sərbəst kənarları girintili-çıxıntılıdır. Xarici cinsiyyət üzvləri kömürləşmişdir. Xarici müayinə zamanı yuxarıda qeyd edilənlərdən başqa bədəndə xəsarət və ya xəsarət izi aşkar edilməmişdir (cild 01, iş vər. 113-126). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadəsində göstərdiyi Səidə Hüseynovanı qəsdən öldürməsi cinayəti ilə bağlı xüsusatları xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində keçirilmiş ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı əyani şəkildə göstərərək təsdiq etmişdir (cild 05 iş vər. 141-151). İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid11 polis əməkdaşları tərəfindən döyülmələri və etirafedici ifadə vermələri üçün işgəncəyə məruz qalmaları ilə bağlı qeyd etdiyi xüsuatlar Yevlax rayon prokurorluğunda araşdırılmış və sözügedən xüsuatlar öz təsdiqini tapmadığından, CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilmişdir (cild 07, iş vər. 12-18). İş materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 may 2023-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, müdafiə tərəfin təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A50” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı hadisə baş verən tarixdə saat 21:37-də Təqsirləndirilən şəxs məxsus “Facebook”un “Messenger” bölməsindən “...” məzmunlu mesajın göndərilməsi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, N saylı hərbi hissədən N baş atın oğurlanması faktı, X41 məxsus 1 baş iribuynuzlu heyvanın oğurlanması faktı öz təsdiqini tapmadığından həmin hissədə Təqsirləndirilən şəxs barəsində CM-in 177-ci maddəsi ilə, o cümlədən CM-in 228.4, 120.2.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 10, iş vər. 273) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, hazırkı cinayət işinin materiallarını araşdırıb, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı yalnız CM-in 120.2.4, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.3, 186.2.1 və 186.2.2-ci maddələri ilə irəli sürülmüş ittihamla razılaşır və həmin ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə xüsusilə ağır cinayət sayılır və həmin əməli törətməkdə təqsirli bilinən şəxs doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qəsdən adam öldürmə xüsusi amansızlıqla və quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar törədildikdə, əməl CM-in 120.2.4 və 120.2.11-ci maddələri ilə cinayət məsuliyyətinə səbəb olur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CMnin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli qərarında həmçinin göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Habelə, həmin qərarda göstərilmişdir ki, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Eyni zamanda, özgənin əmlakını gizli olaraq talama oğurluq cinayəti sayılır və həmin əməli törətməkdə təqsirli bilinən şəxs üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə əməl CMin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə səbəb olur. CM-in 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Bundan əlavə, özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın quldurluq cinayəti sayılır və həmin əməli törətməkdə təqsirli bilinən şəxs dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Quldurluq cinayəti zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə əməl CM-in 181.3.3-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. CM-in 186.1-ci maddəsində əsasən isə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Sözügedən əməl zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə, bundan əlavə yandırmaqla, patlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda CM-in 186.2.1 və ya 186.2.2-ci maddələri ilə cinayət məsuliyyətinə səbəb olur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Habelə, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs «daxil olmaq» əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətləridir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Oğurluq, soyğunçuluq və ya quldurluq cinayətləri törədilərkən, talamanın predmeti olmayan zərərçəkmişin əmlakı (məsələn, mebel, məişət texnikası və digər şeylər) qəsdən məhv edilərsə və ya zədələnərsə, bu zaman əməl, buna əsaslar olarsa, əlavə olaraq CMnin 186-cı maddəsi ilə də tövsif edilməlidir. Eyni zamanda, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, şəxs quldurluq basqını zamanı zərərçəkmişi öldürərsə, onun əməli AR CM-nin 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Quldurluq basqını törətmiş şəxsin əməlində digər ağırlaşdırıcı hallar (məsələn, qabaqcadan əlbir olan bir qrup şəxs, yaşayış sahəsinə və s. yerlərə qanunsuz girmək, silah tətbiq etmək və s.) olarsa, quldurluğun bu obyektiv əlamətləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların hər birinə ayrı-ayrılıqda və cəm halında obyektiv qiymət verərək və hər bir sübutu mümkünlüyü, mötəbərliyi və mənsubiyyəti üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri, özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər mötəbər sübutlar (ifadənin yerində yoxlanması, tanınmaya təqdim etmə, üzləşdirmə istintaq hərəkətlərinin protokolları və s.) vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər məhz CM-in 120.2.4, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.3, 186.2.1 və 186.2.2-ci maddələri ilə tövsif olunmalıdır. Məhkəmə kollegiyası xüsusən də qəsdən adam öldürmə cinayəti ilə bağlı yuxarıda qeyd etdiyi qənaətə gələrkən o halı da nəzərə alır ki, iş materillarına əsasən Səidə Hüseynovanın ölümünə səbəb 4-cü dərəcəli termiki yanıq olmuşdur ki, bu hal onu təsdiq edir ki, sonuncuya məxsus cücə sexi yandırılarkən Səidə Hüseynova sağ olmuş və məhz yanğın nəticəsində ölmüşdür. Belə olan halda, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.4-cü maddəsinin də tərkib əlamətli mövcud olmuşdur. Belə ki, şəxs məhz cücə sexini yandırarkən Səidə Hüseynovanın faktiki olaraq sağ olduğunu, sadəcə ona müqavimət göstərmək və ya qaçmaq imkanın olmadığını bilmiş, törədəcəyi əməlin nəticələrini qabaqcadan görmüş və arzu edərək qəsdən sonuncunu yandırmaqla, dolayısı ilə də xüsusi amansızlıqla və quldurluqla əlaqədar Səidə Hüseynovanı qəsdən həyatdan məhrum etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən CM-in 120.2.5 və 120.2.6-cı maddələri ilə də ittiham irəli sürülmüşdür ki, məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən bu hissədə yanlışlığa yol verilmişdir. Belə ki, məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs quldurluqla əlaqədar xüsusi amansızlıqda Səidə Hüseyovanı qəsdən həyatdan məhrum etmişdir. Belə olan halda, onun ilkin və əsas niyyəti məhz talamadan, tamah niyətindən irəli gələn quldurluqla əlaqədar qəsdən adam öldürmə olduğundan, onun tərəfindən eyni zamanda başqa cinayəti gizlətmək məqsədi ilə Səidə Hüseynovanı öldürmək kimi bir əməlinin mövcudluğu istisna olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə qəsdən adam öldürmə (CM-nin 120.2.6-cı maddəsi) birbaşa qəsdlə həyata keçirilir. Bu zaman təqsirkar artıq törədilmiş, yaxud gələcəkdə törədiləcək (özü, yaxud başqası tərəfindən) cinayəti gizlətmək məqsədilə başqasını həyatdan qəsdən məhrum edir. Belə cinayətlərdə zərərçəkmiş şəxs qismində artıq törədilmiş cinayətin şahidləri, yaxud cinayətin sübutlarını özündə saxlayan və ya belə sübutların olduğu güman edilən şəxslər keçə bilər. Tamah niyyəti ilə adam öldürməyə münasibətdə irəlin sürülən ittihama gəldikdə isə qeyd olunmalıdır ki, yuxarıda adı çəkilən sözügedən Plenum qərarında həmçinin göstərilmişdir ki, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq CM-nin 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə olumuşdur ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əlavə olaraq CM-in 120.2.5 və 120.2.6-cı maddələri ilə ittiham irəli sürülməsi yanlış olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan CM-in 120.2.5 və 120.2.6-cı maddələrindən ibarət rəqəm ifadəsi xaric edilməlidir. Müdafiə tərəfinin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə həmin xüsusatlara münasibətdə məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri hesab edir. Əvvəla müdafiə nitqi ilə çıxış edən Müdafiəçi Təqsirləndirilən şəxs ümumiyyətlə hadisə baş verən günü Yavlax rayonu Aşağı Bucaq kəndində olmadığını bildirmiş, bununla bağlı şahid Səyyaf Məmmədovun və Təqsirləndirilən şəxs ifadələrinə, o cümlədən iş materiallarında olan hər iki şəxsə aid telefon məlumatlarına istinad etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi əvvəla hər iki şəxsin ifadəsini və mövcud sübutları öz istədiyi formada, müdafiə tərəfinə sərf edən məzmunda şərh etməyə çalışmışdır ki, məhkəmə kollegiyası müdafiəçinin bu arqumentləri ilə razılaşmır. Belə ki, ibtidai istintaq zamanı Səyyaf Məmmədov heç bir təzyiq altında qalmadan şahid qismində ifadə verərkən 2021-ci ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs zəng edib ondan avtomobilini istəməsini təsdiq etmiş və hər iki şəxsə aid telefon məlumatlarında sözügedən tarixdə və saatlarda hər iki şəxs arasında telefon danışığının olması faktı öz təsdiqini tapmışdır (cild 06, iş vər. 6-15). Eyni zamanda, Təqsirləndirilən şəxs da ifadələrində sözügedən tarixdə və saatlarda Səyyaf Məmmədovla danışdığını və ondan avtomobilinin açarlarını istədiyini qeyd etmiş, işin istintaqını aparan müstəntiq tərəfindən ondan həmin danışığın hansı formada (telefon vasitəsi ilə və yaxud birbaşa söhbət əsanasında) baş verdiyi dəqiqləşdirilmədiyi üçün, o, buna aydınlıq gətirməmiş, həmçinin ibtidai istintaq orqanı da bu hala xüsusi önəm verməmişdir. Çünki həm şahid Səyyaf Məmmədov bu halı öz ifadəsi ilə təsdiq etmiş, həm də şəxslərin telefon danışıqlarına dair məlumatlardan sözügedən danışığın məhz telefon vasitəsi ilə baş verdiyi öz təsdiqini tapmışdır. Şahid Səyyaf Məmmədovun hazırki iş üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası onun bu ifadəsinə tənqidi yanaşır və qeyd edir ki, onun Təqsirləndirilən şəxsla yaxın münasibətinin olmasını, hətta onunla birlikdə hüquqa zidd əməllərin törədilməsində iştirak etməsi, eyni ərazidə məskunlaşmaqla Təqsirləndirilən şəxs yaxınlarının ona təsir imkanlarının mövcudluğu onun hazırda Təqsirləndirilən şəxs xeyrinə ifadədə verməsini anlaşılan edir. Məhkəmə istintaqı zamanı Səyyaf Məmmədov ona polis əməkdaşları tərəfindən təzyiqlər olduğunu və ifadəsini məcbur qalıb imzaladığını bildirsə də, bu barədə heç bir orqana məlumat verməmiş, hüquq mühafizə orqanlarının hərəkətindən şikayət etməmiş və mövcud ifadəsinin təzyiq altında alınmasına dair etirazını bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası şahid Səyyaf Məmmdovun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsinin iş üzrə obyektiv həqiqəti əks etdirdiyi və iş materiallarında olan digər sübutlarla ilə üst-üstə düşdüyü qənaətinə gələrək həmin ifadəni əsaslı sayır və Təqsirləndirilən şəxs elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Bundan əlavə, sırf Təqsirləndirilən şəxs həmin dövrdə istifadə etdiyi mobil telefonun və nömrənin anten dairə məlumatlarına istinad edərək sonuncunun hadisə yerində olmaması ilə bağlı müdafiə tərəfinin arqumentlərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla anten dairə məlumatları birmənalı şəkildə hər hansı bir şəxsin müəyyən tarix və müəyyən zaman dilimində hər hansısa bir məkanda olması ilə bağlı dəqiq qənaətə gəlmək üçün əsaslı sübut qismində çıxış etmir. Belə ki, mobil telefon şəxsdən ayrılmaz bir əza və ya orqan deyil ki, ona istinad etməklə konkret şəkildə şəxsin məhz göstərilən tarixdə və göstərilən zaman çərçivəsinə müəyyən məkanda olması faktı dəqiq qəbul edilsin. Hər hansı bir şəxs mobil telefonu həmin ərəfədə başqa yerə qoya bilər və ya başqa şəxsə saxlaması üçün müvəqqəti verə bilər ki, hazırki halda bu istisna olunmur. Həmçinin, mövcud telefon məlumatlarından aydın olur ki, xx.xx.2021-ci il tarixdə 18:44dən sonra mobil telefon ümumiyyətlə işlək vəziyyətdə olmamış, anten dairə məlumatlarını götürmək mümkün olmamışdır. Sözügedən hadisə isə həmin tarixdə saat 21 radələrində baş vermişdir ki, bu hal belə özlüyündə şəxsin həmin vaxt dilimində Yevlax rayonunda yerləşən adıçəkilən ünvanda olması ilə bağlı kifayət qədər vaxta malik olması qənaətinə gəlməyə əsas verir. Hətta mövcud anten dairə məlumatlarını əsas götürdükdə belə Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı mərhələsində və ya məhkəmə istintaqı zamanı da qeyd etdiklərində ziddiyyətlərin mövcud olduğu açıq aydın görünür. Belə ki, Təqsirləndirilən şəxs sözügedən tarixdə, yəni xx.xx.2021-ci il tarixdə günorta saatlarından evdə olduğu və öz təsərrüfatı ilə məşğul olduğunu bildirsə də, mövcud anten dairə məlumatlarından onun həmin ərəfələrdə həm Çaykənd kəndində, həm də Toğanalıda, həmçinin də Quşçu kəndində olması müəyyən olunur ki, həmin coğrafi koordinatlar arasında kifayət qədər məsafə olduğu mübahisə doğurmur. Odur ki, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, bu sübut növü (anten dairə məlumatları) yalnız dolayı sübut qismində çıxış edərək mövcud əsaslı sübutlara yardımçı sübut kimi dəstək ola bilər ki, hazırki halda Təqsirləndirilən şəxs hadisə günü Yevlax rayonu Aşağı Bucaq kəndində olması və sözügedən cinayət hadisəsini törətməsi faktı iş materiallarında olan digər mötəbər sübutlarla (özünün etirafedici ifadəsi, şahid ifadələri və digər istintaq hərəkətinin protokolları ilə) tam təsdiq olunur. Bundan əlavə, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında hadisə baş verən ərəfədə Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A50” markalı mobil telefon müddi sübut kimi götürülərək ona baxış keçirilmiş və müdafiəçi Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsindəki istifadəçi profilindən xx.xx.2021-ci il tarixdə saat 21:38-də digər “Facebook” sosial şəbəkə istifadəçisi Nicat Ocaqlı ilə yazışmasının olduğunu bildirərək bir daha Təqsirləndirilən şəxs hadisə baş verən günü Yevlax rayonunda sözügedən ünvanda olmadığını, çünki həmin ərəfədə Göygöl rayonu Çaykənd kəndində yerləşən yaşadığı evdə olmaqla evdə quraşdırılmış WİFİ vasitəsi ilə “Facebook” sosial şəbəkəsindəki istifadəçi profili vasitəsi ilə digər şəbəkə istifadəçisi ilə yazışdığını bildirmişdir ki, buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla müdafiə tərəfin vəsatəti əsasında tədqiq edilən Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A50” markalı mobil telefonda olan “Facebook” sosial şəbəkəsindəki istifadəçi profilindən digər “Facebook” sosial şəbəkə istifadəçisi Nicat Ocaqlı ilə hər hansı bir yazışmanın olduğu müəyyən olunmur. Həmin istifadə profilində olan yazışmada yalnız 3 nöqtə qoyulmuşdur ki, bu hal hər hansı bir yazışmanın olduğunu sübut eləmir. Digər tərəfdən, “Facebook” sosial şəbəkəsindəki istifadəçi profili heç də məxfi profil deyil, istifadəçinin özünün razılı və göstərişi ilə (müvafiq profil kodunu verməklə) hər hansı bir şəxs həmin profilə girib onun adından yazışma apara bilər ki, bu hal da birmənalı şəkildə Təqsirləndirilən şəxs məhz həmin tarixdə və həmin zaman kəsimində Göygöl rayonu Çaykənd kəndində yerləşən yaşadığı evdə olduğunu təsdiq etmir. Eyni zamanda, müdafiə tərəfi məhkəmə çıxışı zamanı iş üzrə ibtidai istintaq orqanı tərəfindən şahid qismində dindirilən Qaratel Əhmədova və Mədinə Əhmədovanın da ifadələrinə istinad etməklə Təqsirləndirilən şəxs sözügedən tarixdə və saatda Göygöl rayonu Çaykənd kəndində yerləşən yaşadığı evdə olması ilə bağlı arqumentlər irəli sürmüşdür ki, həmin arqumentlərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla X75 Hüseynovun arvadı olmaqla onun yaxın qohumu sayılır və belə olan halda onun həyat yoldaşının xeyrinə, ona sərf edən, onu məsuliyyətdən kənarda qoyan məzmunda ifadə verməsi anlaşılandır. Şahid Mədinə Əhmədovanın ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadəni də əsaslı sübut növü kimi qəbul etmir və qeyd edir ki, iş materillarında Gülnar Hüseynovanın şahid ifadələri (cild 05, iş vər. 123-125; 241-243) mövcuddur ki, həmin ifadələrdən müəyyən olunur ki, şahid xx.xx.2021-ci il tarixdə Səidə Hüseynovanın dəfn günü saat 09-10 radələrində X7 Əhmədova ilə “Whats app” mobil tətbiqi vasitəsilə videogörüntülü əlaqə saxlamış, Qaratel Əhmədova dəfn mərasiminin bir qədər gecikdirilməsini xahiş etmiş, səbəbi kimi “vurulmuşu gözlədiyini” və pulunun olmadığını demiş, həmsöhbəti isə “vurulmuşu gözləyirəm” deməyindən nəzərdə tutduğu şəxsin Təqsirləndirilən şəxs olduğunu və onun evdə olmadığını ona görə də hazırda yas yerinə gələ bilmədiyini başa düşdüyünü bildirmişdir. Qeyd olunan danışığın həqiqətən də baş verdiyini Qaratel Əhmədova məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən təsdiq etmiş, lakin “telefonda əri Təqsirləndirilən şəxs gözləyirəm anlamında “vurulmuşu gözləyirəm” yox “taksi sürücüsü Vüqarı adlı şəxsi gözləyirəm anlamında Vuquşu gözləyirəm” dedeyini qeyd etmişdir ki, məhkəmə kollegiyası bu məqamda vurğulamağı zəruri sayır ki, Qaratel Əhmədova sərbəst şəkildə ifadəsində əvvəl taksi sürücüsü Vüqar adlı şəxsə “Vüqar dayı” deməklə onun kifayət qədər yaşlı şəxs olmasına dəlalət edən ifadə işlətmiş, bununla da yaşına görə ona dayı dediyinə, ona hörmətlə yanaşdığına eyham vurmuş, lakin daha sonra mövcud telefon danışığı ilə bağlı ona sual ünvanlananda telefonda şahid Gülnar Hüseynovaya “Vuquşu gözləyirəm” deməklə güya Vüqar dayı adlı taksi sürücüsünü nəzərdə tutduğunu bildirmişdir ki, məhkəmə Qaratel Əhmədovanın bu xüsusatla bağlı da həqiqətdən kənar ifadə verdiyi qənaətindədir. Əvvəla telefonla danışdığı Gülnar Hüseynovanın həmin Vüqar adlı şəxsi ümumiyyətlə tanımadığı aşikardır ki, Qaratel Əhmədovanın bu məzmunlu sözlərindən sonra taksi sürücüsü ilə bağlı söhbətin davamının olduğu görünmür. Əksinə şahidin Qaratel Əhmədovaya “Elnur gələcək gəlmiyəcək bilinmir, qayınananı götür gəl” dediyi ifadələrdən müəyyən olunur. Bu hal isə bir daha onu göstərir ki, Qaratel Əhmədova məhkəmə istintaqında səmimi ifadə vermir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfin yuxarıda qeyd etdiyi arqumentləri də əsaslı saymır, şahid Qaratel Əhmədovanın məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə, o cümlədən Mədinə Əhmədovanın iş materillarında olan ifadələrinə tənqidi yanaşır və həmin ifadələri Təqsirləndirilən şəxs bəraətinin əsasını təşkil edən sübut növü kimi qəbul etmir. Eyni zamanda, müdafiəçi ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs mərhumə Səidə Hüseynovaya üzərində götürdüyü və istintaq zamanı müəyyən olunmayan bıçaqla 4-5 dəfə zərbə endirməklə sonuncunun sağlamlığına ağır zərər vuran xəsarətlər yetirilməsi ilə bağlı gəldiyi qənaət və ittiham aktında qeyd etdiyi bu xüsusatlarla bağlı halların subyektiv fikrə əsaslandığını, dolayısı ilə də həqiqəti əks etdirmədiyini bildirmiş və bunu təsdiq edən fakt kimi iş materiallarında olan Səidə Hüseynovaya aid məhkəmə tibbi ekspertizasının rəylərinə istinad etmişdir ki, məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, əvvəla ibtidai istintaq orqanının qətl hadisə ilə bağlı, hadisənin baş vermə ardıcıllığı və törədilmə mexanizmi ilə bağlı ilkin qənaəti Təqsirləndirilən şəxs etirafedici ifadələri əsasında formalaşmış, daha sonra ibtidai istintaq davam etdirilməklə digər zəruri sübutlar toplanılmış və yekunda Təqsirləndirilən şəxs həqiqətən də sözügedən cinayəti törətməsi nəticəsinə gəlinmişdir. İlk öncə o hal qeyd olunmalıdır ki, Səidə Hüseynova 4-cü dərəcə termiki yanığa məruz qalmış, vizual baxımdan ona yetirilən xəsarətlərin lokalizasiyasını müəyyən etmək qeyrimümkün olmuşdur. Dolayısı ilə də mərhum zərərçəkmiş şəxsə sözügedən xəsarətlərin yetirilməsi ilk əvvəl Təqsirləndirilən şəxs qeyd etdikləri ilə müəyyənləşdirilmiş, daha sonra bu fakt ətrafında araşdırma aparılmış və yekunda bu xüsusatlar öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, əgər Təqsirləndirilən şəxs öz etirafedici ifadəsində göstərdiyi bu xüsusatlar mövcud olmamış olsaydı, yəni həmin vaxt Səidə Hüseynovanın sağlamlığına ağır xəsarətlər yetirilməmiş olsaydı, aydın idi ki, o, sexin alışdığını görən kimi hadisə yerini tərk edər, ən azından öz canını qurtarardı. Bu hal özü onu təsdiq edir ki, Səidə Hüseynova hadisə baş verən vaxtı hər hansı bir müqavimət göstərmək və ya hadisə yerindən yayınmaq imkanına malik olmamışdır. Həmçinin, iş materialları ilə təsdiq olunur ki, Səidə Hüseynova yatılı vəziyyətdə, yəni yuxuya getmiş vəziyyətdə olmamışdır. Əvvəla öldürülməsindən az əvvəl mobil telefonda “Whats app” mobil tətbiqi vasitəsilə yazışma etmiş, digər tərəfdən də onun nəşi (yanmış bədəni) sexdə yerləşən yataq otağında döşəmədə aşkar edilmişdir. Məhkəmə tibbi ekspertizasının mövcud rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu xüsusatla bağlı məhkəmə tibbi ekspertizanın rəylərini tərtib etmiş ekspert Vahid Xıdırov məhkəməyə dəvət olunaraq dindirilmiş və ekspert ifadəsində göstərmişdir ki, “zərərçəkmiş 4-cü dərəcə termiki yanığa məruz qalmışdır. Belə olan halda, xəsarət olsa belə, müəyyən olunmaması normaldır. O, faktiki olaraq meyiti müayinə edərkən xəsarət müəyyən edə bilməmişdir. Balta ilə şəxsə xəsarət yetirilsə, 8-9 sm yara izi yarana bilər və xəsarət müəyyən olunar, lakin bıçağın tiyəsi balaca olduğundan, xəsarət müəyyən olunmaya bilər... Daxilə keçən xəsarət daxili orqanları zədələməyə bilər. O, ürəkdə xəsarət aşkar etmədiyindən, həmin xəsarətlə bağlı xüsusatlar da rəydə öz əksini tapmamışdır. Həyati vacib orqanlara – beyin, qara ciyər, ağ ciyər, ürək və s. orqanlara qan yığılır. Damarların dolu qanlı olması əsası ilə şəxsin qan itirib-itirməməsi ilə bağlı rəy vermək mümkün deyildir. Mərhumədə damarlar dolu qanlı olmuşdur. Meyitdə bəzi orqanları tanımaq olurmuş və həmin orqanlarda xəsarətin olmasını müəyyən edə bilməmişdir. Yara kanalı daxili orqana getməyə bilər. Bu hallarla təcrübədə çox rastlaşmışdır. Meyitdə yanğının təsirindən kömürləşmə baş verdiyindən, xəsarətin müəyyən olunmaması normaldır. Göründüyü kimi, zərərçəkmiş şəxsin məruz qaldığı 4-cü dərəcə termiki yanığı onda olan bıçaq xəsarətlərinin müəyyən olunmamasına şərait yaratmışdır və bu hal ekspertin də qeyd etdiyi kimi, təcrübədə yaşanan bir hal olmuşdur. Görünən odur ki, zərərçəkmişə bıçaqla yetirilən xəsarətlər zamanı onun hər hansı bir daxili orqanı xəsarət almamışdır ki, nəticədə sözügedən müayinə zamanı da onlar aşkar olunmamışdır. Ekspert rəylərindən və məhkəmə istintaqı zamanı ekspertin qeyd etdiklərinən belə müəyyən olunur ki, zərərçəkmiş şəxsə sözügedən xəsarətlər yetirilmiş olsa da, Səidə Hüseynovanın ölümünə səbəb məhz 4-cü dərəcəli termiki yanıq olmuş, qaraciyərdə şok əlamətinin olması və bronxların selikli qişasında his ləkəsinin olması ölümün 4-cü dərəcəli termiki yanıqdan baş verməsini deməyə əsas vermişdir, bu isə o deməkdir ki, yanğın baş verərkən zərərçəkmiş şəxs sağ olmuşdur. Bu hala xüsusi önəm və qiymət verən məhkəmə kollegiyası yuxarıda da qeyd etdiyi kimi digər qənatələri ilə yanaşı şəxsin sağ ola-ola yandırılmaqla, yəni xüsusi amansızlıqla öldürülməsi ilə bağlı da nəticəyə gəlmişdir. Bundan əlavə, müdafiəçi ibtidai istintaq orqanı tərəfindən Səidə Hüseynovanın evindən güyakı Təqsirləndirilən şəxs tərəfindən talanmış qızıl-zinət əşyalarına münasibətdə ittiham aktında əks olunan xüsusatlara toxunaraq ziddiyyətli halların araşdırılmadığı, əslində Səidə Hüseynovanın həmin vaxt evində ittiham aktında qeyd edildiyi kimi çoxlu sayda qızıl-zinət əşyalarının olmadığı, həmin qızıl-zinət əşyalarının çox hissəsinin bankda girovda olduğu, 21 adda qızıl-zinət əşyalarının isə yanğından sonra tapılaraq zərərçəkmişin yaxınlarına qaytarıldığı, mərhumə Səidə Hüseynovanın qulağında olan qızıl sırğanın Təqsirləndirilən şəxs tərəfindən niyə götürülməməsinin araşdırılmaması, bunun da Təqsirləndirilən şəxs həmin vaxt orda olmamasına dəlalət etməsi bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası bu halla bağlı vurğulayır ki, əvvəla yanğından sonra aşkar olunaraq zərərçəkmiş şəxsin yaxınlarına təqdim olunan əşyaların konkret olaraq qızıl-zinət əşyaları olması faktı müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan (cild 01, iş vər. 33) protokoldan görünür ki, baxış zamanı evdə yanan əşyalara qarışmış 21 ədəd qızıl-zinət əşyalarına oxşar əşyalar tapılaraq zərərçəkmiş şəxsin yaxınlarına təhvil verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi isə məhkəmə istintaqı zamanı bildirmişdir ki, aşkar olunaraq onlara təhvil verilən əşyalar yoxlatdırılmış və onların əksəriyyətinin qızıl-zinət əşayları olmaması müəyyən olunmuşdur. Bu hal özü onu göstərir ki, heç də aşkar olunaraq zərərçəkmiş şəxsin yaxınlarına təhvil verilmiş həmin əşyaların hamısı qızıl-zinət əşyası olmamışdır. Digər tərəfdən məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Rüxsarə Lətifova məhkəmə kollegiyasına “Bank Respublika” tərəfindən X42 ünvanlanmış arayışı təqdim etmişdir. Həmin arayış məhkəmə istintaqı zamanı tədqiq olunmuş və müəyyən olunmuşdur ki, Aqşin Həsənova “Bank Respublika”ya girov qoyulmuş 14 sayda, ümumilikdə 11633.08 manat dəyərləndirilən qızıl-zinət əşayaları müqabilində xx.xx.2021-ci il tarixdə 6990 AZN kredit verilmiş (girov qoyan qismində Səidə Hüseynova çıxış etmiş), xx.xx.2021-ci il tarixdə isə həmin kredit tam ödənilməklə qızıl-zinət əşyaları girovdan çıxarılmışdır. Göründüyü kimi, hadisədən qısa müddət əvvəl Səidə Hüseynovanın evində olan qızılzinət əşyalarından əlavə banka girov qoyulmuş qızıl-zinət əşyaları da sonuncuya geri qaytarılmış və həmin zinət əşyaları hadisə baş evrən gün mərhumədə olmuşdur. Zərərçəkmiş şəxs Səidə Hüseynovanın qulağında olan qızıl sırğanın Təqsirləndirilən şəxs tərəfindən niyə götürülməməsinin araşdırılmamasına gəldikdə isə bu hal özlüyündə Təqsirləndirilən şəxs hadisə baş verən vaxtı orda olmaması ilə bağlı nəticəyə gəlməyə əsas ola bilməz. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, bu hal bir sıra nüanslarla bağlı ola bilərdi. Belə ki, Təqsirləndirilən şəxs hadisədən sonra hadisə yerindən tez bir zamanda uzaqlaşmaq üçün tələsdiyindən və ya ümumiyyətlə bu xüsusata fikir vermədiyindən, yəni sırğanı görmədiyindən götürməyə bilərdi ki, məhkəmə kollegiyası qeyd edir ki, bu hallar onun təqsirsiz olması ilə bağlı, o cümlədən onun tərəfindən Səidə Hüseynovaya məxsus sözügedən sexin yaşayış hissəsindən sonuncuya məxsus pul və qızıl-zinət əşyalarının talanmaması ilə bağlı qənaətə gəlməyə əsas vermir. Məhkəmə istintaqı zamanı müdafiəçi eyni zamanda təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə həm talama cinayətləri ilə bağlı Göygöl Rayon Polis Şöbəsində, həm də qətl hadisəsi ilə bağlı Yevlax rayon prokurorluğunda vermiş odluğu şahid, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrinin cinayət prosessual qanunvericiliyinin tələblərinin kobud pozulması ilə, yəni şəxsə polis əməkdaşları tərəfindən işgəncə verilməklə, müdafiə hüququnun formal təmin olunmaqla, əslində isə heç bir prosessual hüququnun təmin olunmamaqla alındığna istinad edərək həmin sübutların etibarsız sayılaraq sübutlar siyahısından xaric edilməsini xahiş etmiş, Təqsirləndirilən şəxsla ibtidai istintaq dövründə görüşdüyü ilk vaxtdan onun işgəncəyə məruz qalması ilə bağlı müraciətlər etdiyini, lakin kifayət qədər ətraflı araşdırmanın aparılmadığını, Təqsirləndirilən şəxs münasibətdə Yevlax rayon prokurorluğunda qərəzliliyə yol verildiyini qeyd etmişdir ki, müdafiə tərəfin qeyd etdiyi məsələlər çox ciddi araşdırılmaya səbəb olan məsələ olduğundan, həmçinin də həmin halların sübut olunması halında, yəni Təqsirləndirilən şəxs alınan etirafedici ifadələrin ona edilən təzyiq (fiziki və ya psixi) nəticəsində alındığı müəyyən olunduğu halda müəyyən olunanların işin seyrinə birbaşa təsir etmə ehtimalları (əldə olunan sübutların etibarlılığı ilə bağlı) yarana bilər ki, bununla bağlı məhkəmə kollegiyası bildirməyi zəruri sayır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra presedent yaradan qərarları vardır ki, onlardan da biri “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərardır və həmin qərarda məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 3 və 6-cı maddələrinin pozuntularını müəyyən edərək göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999- V). Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X9rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Həmçinin məhkəmə qeyd etmişdir ki, “polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87ci bənd). Məhkəmə əlavə olaraq göstərmişdir ki, “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009). Həmçinin həmin qərarda Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı da qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Bu baxımdam məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həm Göygöl Rayon Polis Şöbəsində istintaqı gedən cinayət işi, həm də Yevlax rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə (sonradan hər iki cinayət işi bir icraatda birləşdirilmişdir) Təqsirləndirilən şəxs dindirilmə mərhələləri ilə bağlı ayrı-ayrılıqda ətraflı araşdırma aparmağı və hər bir hala ayrıca münasibət bildirməyi zəruri sayır. Əvvəla ibtidai araşdırmanın ilkin dövründə hələ Göygöl Rayon Polis Şöbəsində istintaqı aparılan müvafiq cinayət işi üzrə Təqsirləndirilən şəxs alınan ifadələrə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Göygöl Rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə dindirilməsinin təmin edilməsi üçün polis əməkdaşları tərfindən polis şöbəsinə dəvət edilərkən polisin qanuni tələblərinə tabe olmadığı üçün inzibati qaydada tutularaq polis şöbəsinə gətirilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib olunmaqla Göygöl Rayon Məhkəməsinə çıxarılmış və məhkəmənin qərarı ilə xx.xx.2021-ci il tarixdə inzibati qaydada 200 manat cərimə edilmişdir. Daha sonra onun şübhəli şəxs qismində saxlanılmasına kifayət qədər əsaslar olduğuna görə xx.xx.2021-ci il tarixdə Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yenidən saxlanılaraq polis şöbəsinə gətirilmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin iştirakı ilə barəsində müvafiq protokol tərtib edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra isə istintaqın gedişində təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmə qarşısına çıxarılmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu ərəfdə də müdafiəçinin iştirakı ilə həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hələ inzibati qaydada tutulduğu ərəfədə xx.xx.2021-ci il tarixdə Göygöl Rayon Polis Şöbəsində istintaqı aparılan müvafiq cinayət işi üzrə şahid qismində dindirilərkən Təqsirləndirilən şəxs heç bir təzyiq altında qalmadan törətdiyi bir neçə cinayəti etiraf etmiş, öz əlyazması ilə protokola qeyd apararaq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödəniməsinə hazır olduğunu bildirmiş, nə həmin vaxt, nə də ondan sonra inzibati qaydada məsuliyyətə cəlb olunması üçün məhkəmə qarşısına çıxarılarkən saxlanıldığı zaman Göygöl Rayon Polis Şöbəsində təzyiqə məruz qaldığını bildirməmiş, bu barədə heç bir orqana müraciət etməmişdir. Məhkəmə kollegiyası bildirir ki, əgər hadisələr Təqsirləndirilən şəxs qeyd etdiyi kimi cərəyan etmiş olsaydı, yəni sözügedən ərəfədən (xx.xx.2021-ci il tarixdən) artıq şəxs polis əməkdaşları tərəfindən təzyiqə, işgəncəyə məruz qalmış olsaydı, onda istintaq orqanı təkcə bir neçə cinayətin etirafı ilə kifayətlənməz, digər cinayətlərin də üstünün açılması, Təqsirləndirilən şəxs təbirincə desək onun üzərinə məqsədli şəkildə yıxılması, yəni onun şərlənməsi ilə məşğul olardı. Halbuki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs həmin ərəfədə yalnız törətdiyi bir neçə cinayəti etiraf etmiş, daha sonra isə cinayət işi üzrə artıq şübhəli şəxs qismində tutulduqdan sonra törətdiyi digər cinayətlərlə bağlı etirafedici ifadə vermişdir ki, bu ifadələrdə göstərdiyi xüsusatlar sonradan digər mötəbər sübutlar (Səyyaf Məmmədovun, Şahid11, Şahid2 və s. şahid ifadələri) vasitəsi ilə öz təsdiqini tapmışdır. Bu hal isə onu təsdiq edir ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Polis Şöbəsində hər hansı bir formada təzyiq olunmamış, heç bir kənar təsir altında qalmadan artıq ifşa olunduğunu başa düşərək müdafiəçinin də iştirakı ilə etirafedici ifadələr vermişdir. Digər tərəfdən, məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları olan X6 və X12 da şahid qismində məhkəmədə dindirilmiş, onlar da belə bir halın baş vermədiyini, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Göygöl Rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə dindirilməsinin təmin edilməsi üçün polis əməkdaşları tərfindən polis şöbəsinə dəvət edilərkən polisin qanuni tələblərinə tabe olmadığı üçün inzibati qaydada tutularaq polis şöbəsinə gətirildiyini, pols şöbəsində təzyiqə məruz qalmadığını, sadəcə barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib olunmaqla Göygöl Rayon Məhkəməsinə çıxarıldığını və məhkəmənin qərarı ilə xx.xx.2021-ci il tarixdə onun inzibati qaydada 200 manat cərimə edildiyini bildirmişlər. Yevlax rayon prokurorluğunda istintaqı aparılan cinayət işi ilə bağlı (Səidə Hüseynovanın qətlə yetirilməsi ilə bağlı) polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması, etirafedici ifadələr verməsi üçün döyülməsi ilə bağlı xüsusatlara münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin xüsusatlar Yevlax rayon prokurorluğunda araşdırılmış və 31 yanvar 2022-ci il tarixli qərarla cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərar müdafiə tərəfinə təqdim edilmiş, müdafiə tərəfi qərarı mübahisələndirməmişdir və qərar hazırda qüvvədədir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında məhkəmələrə edilən tövsiyələr baxımından, o cümlədən cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin öz qərarlarında yaratdığı presedent hüququ baxımından ibtidai istintaq dövründə həyata keçirilən araşdırmanın nəticələrinin məhkəmələr üçün preyudisial olmaması ilə bağlı ümumi hüquq düşüncəsini nəzərə alan məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı Yevlax rayon prokurorluğunda istintaqı aparılan iş üzrə sözügedən xüsusatla bağlı daha da ətraflı araşdırmanın aparılmamasını onunla əsaslandırır ki, Yevlax rayon prokurorluğunda bütün bu xüsusatlar araşdırılmış və müdafiə tərəfin qeyd etdiyi heç bir hal araşdırmadan kənar qalmamışdır. Belə ki, araşdırma çərçivəsində Yevlax Rayon Polis Şöbəsinin və MSY-nin əməkdaşları dindirilmiş, konvoy əməkdaşlarının izahatı alınmış, 2 saylı İstintaq Təcridxanasından və Yevlax RPŞ-nin MSY-dən müvafiq sənədlər götürülmüş və araşdırma çərçivəsində 3 dəfə ekspertiza təyin olunanaraq müvafiq rəy alınmaqla yekunda bütün sənədlərə ətraflı qiymət verilmişdir. Eyni zamanda, həmin araşdırma nəticəsində qəbul olunan qərardan görünür ki, yuxarıda da qeyd olunduğu kimi Təqsirləndirilən şəxs sözügedən araşdırma çərçivəsində xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə olmaqla üç dəfə məhkəmə tibbi ekspertizasından keçirilmiş və ilk dəfə, yəni xx.xx.2021-ci il tarixdə onun bədənində hər hansı bir xəsarət aşkar edilməmiş, xx.xx.2021-ci il tarixdə onun sol mil bilək oynağında xəsarətin olması aşkar olunmuş və ekspert rəyində xəsarətin müayinədən 4-5 gün əvvələ uyğun gəldiyi, həmin xəsarətin qola qandal taxılması ilə bağlı yaranmasının istisna olunmadığı qeyd olunmuş, üçüncü dəfə isə xx.xx.2021-ci il tarixdə keçirilən müayinə zamanı onun bədənində sol mil bilək oynağında xəsarətin, iki ayaqaltı nahiyənin qançırları xəsarətinin və sol diz oynağnın sıyriğı xəsarətlərinin olması müəyyən olunmuş, həmin xəsarətlərin müddətinin müayinədən 2-3 gün əvvələ uyğun gəldiyi və rəydə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni MSY-nin konvoy hissəsinin avtomaşınında əllərini və ayaqlarını dəmir oturacaqların tinlərinə vuraraq özünə xəsarət yetirmə şəraitində yaranmasının istisna olunmadığı qeyd olunmuşdur. Bundan əlavə, müdafiə hüququnun formal təmin edilməsi və ya ümumiyyətlə təmin edilməməsi ilə bağlı vəkilin göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin dövründən dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, onunla bağlı həyata keçirilən bütün istintaq hərəkətlərində müdafiəçilər bilavasitə iştirak etmiş, onun hüquqlarının müdafiəsi istiqamətində kifayət qədər prosessual hərəkətlər etmişdir. Yevlax rayon prokurorluğunda istintaq aparılna iş üzrə Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunan müdafiəçi Zaur Bərxudarov onun şübhəli şəxs qismində dindirilməsi, ifadəsinin yerində yoxlanması və s. istintaq hərəkətlərinin keçirilməsində bilavasitə iştirak etmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müəyyən hərəkətlər etmiş (bütün bu hallar şəxsin dindirilməsi və ifadəsinin yerində yoxlanması istintaq hərəkətinin protokoluna əlavə edilmiş video görüntülərin əks olunduğu CD diksdən görünür), dolayısı ilə onun müdafiə hüququ kifayət qədər peşəkar şəkildə təmin olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı qeyd etdiyi hallar həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı dövründə geniş şəkildə araşdırılmış və müdafiə tərəfin qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmadığından, hazırki halda təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə həm talama cinayətləri ilə bağlı, həm də qətl hadisəsi ilə bağlı vermiş odluğu şahid, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrinin etibarsız sayılaraq sübutlar siyahısından xaric edilməsi ilə bağlı müdafiə tərəfin tələbinin təmin olunması qeyri-mümkündür. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin dövründə (həm talama cinayətləri ilə bağlı, həm də qətl hadisəsi ilə bağlı) verdiyi etirafedici ifadələrində törətdiyi cinayətləri birbir ətraflı şəkildə qeyd etmiş, onunla həmin cinayətlərin bəzilərində iştirak etmiş şəxsləri ayrı-ayrılıqda göstərmiş, hər bir cinayət əməli üzrə etdiyi hərkətlərin ardıcıllığı və törədilmə mexanizmi ilə bağlı heç kəsə bəlli olmayan faktları sadalamış, cinayət nəticəsində əldə etdiyi maddi nemətlərlə bağlı sonrakı hərəkətlərini geniş formada istintaqa bildirmişdir ki, bütün bunların fonunda məhkəmə kollegiyası onun ibtidai istintaqın ilkin dövründə verdiyi ifadələri obyektiv ifadə kimi qəbul edir, həmin ifadələrin iş üzrə mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək məhz həmin ifadələri əsaslı sayır və ona elan olunan ittihamın əsasına məhz həmin ifdələri qoyur. Əksinə məhkəmə istintaqı zamanı verdiyi ifadələri isə müdafiə taktikasında irəli gələn ifadələr, məsuliyyətdən yaxa qurtamaq üçün deyilmiş sözlər kimi qəbul edir və onlarla razılaşmır. Eyni zamanda, iş materiallarından görünür ki, ibtidai istintaq dövründə hər dəfə Müdafiəçi prosesə qoşulduqdan sonra (həm Göyçay Rayon Polis Şöbəsində istintaqı aparılan iş üzrə, həm də Yevlax rayon prokurorluğunda istintaqı aparılan iş üzrə) Təqsirləndirilən şəxs ifadəsini dəyişmiş, özünü törədilən cinayətlərdə təqsirli bilməmiş, polis əməkdaşları tərəfindən işgəncəyə məruz qaldığını bildirmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, bu hal, yəni Təqsirləndirilən şəxs sonradan fərqli ifadə verməsi məhz müdafiəçi ilə razılaşdırılmaqla seçilmiş müdafiə taktikasından irəli gələn hərəkətlərdir. Bundan əlavə, müdafiəçi həmçinin irəli sürdüyü dəlillərdə əgər Təqsirləndirilən şəxs Səidə Hüseynovanı öldürmüş və onun evindən müvafiq pul və qızıl-zinət əşyalarını talamışdırsa nəyə görə yas yerinə getmək üçün taksiyə verdiyi pulu başqasından borc aldığını, sonrakı dövrlərdə isə öz təsərrüfatı üçün nisyə formada keçilər aldığını qeyd etmiş və bu halın da Təqsirləndirilən şəxs bəraəti üçün əsas olan hallardan olduğunu bildirmişdir ki, buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qənaətincə bu hal da Təqsirləndirilən şəxs tərəfindən əvvəlcədən düşünülmüş və özü üçün müdafiə qalxanı yaratmaq naminə atılan addım olmuşdur. Belə ki, ilkin olaraq yas yerinə getmək üçün arvadı Qaratel öz qohumundan borca pul alır və bununla da Elnur özü üçün onu tanıyan şəxslər, o cümlədən qohum-əqrəba arasında fikir formalaşdırır ki, onun evində pul yoxdur, kasıbçılıq çəkir. Digər tərəfdən də öz təsərrüfatı üçün keçiləri də nisyə alır ki, heç kim şübhələnməsin ki, Təqsirləndirilən şəxs bu qədər pulu hardan aldı ki, öz təsərrüfatı üçün bu qədər keçi aldı. Odur ki, müdafiə tərəfin irəli sürdüyü bu arqument də əsaslı olmadığından, məhkəmə kollegiyası müdafiəçinin bu dəlilləri ilə də razılaşmır. Müdafiəçinin məhkəmə çıxışı zamanı üstündə dayandığı digər bir xüsusat Səidə Hüseynovanın cücə sexinin yanması ilə bağlı olmuşdur ki, müdafiəçi israrla həmin sexin qaz sobasında baş verən patlayış və ya işıq naqillərində baş verən qısa qapanma nəticəsində olduğunu qeyd etmiş, Səidə Hüseynovanın yanmış cəsədinin taxtın içində aşkar olunmasına toxunmuş, iş materiallarında olan ekspert rəylərinə, istintaqın gedişində qaz sobasının farsunkasının aşkar olunmamasına, habelə şahid ifadələrinə istinad etmiş, dolayısı ilə də hadisənin Təqsirləndirilən şəxsla bağlılığının olmadığını və bu hala istinadən də sonuncunun ümumiyyətlə hadisə günü orada olmadığını sübut etməyə çalışmışdır ki, bu xüsusat məhkəmə kollegiyasının da diqqətindən yayınmamış və həmin xüsusatın araşdırılması üçün müdafiə tərəfin vəsatəti təmin edilməklə bir sıra şahidlər, habelə iş üzrə “Yanğın və texnoloji partlayışların tədqiqi” sahəsinə aid ekspert rəyini tərtib etmiş ekspert X13 da çağırılaraq məhkəmə iclasında dindirilmişdir. Qeyd olunanlara münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, əvvəla iş materiallarında yer alan ekspert rəylərindən belə müəyyən olunur ki, cücə sexində yanğının mənbəyi sexdə olan yataq otağında döşəmə səviyyəsində olmuşdur. X69 da məhkəmə istintaqı zamanı bildirmişdir ki, hadisə yerinə baxış keçirilmiş və mavafiq nümunələr götürülmüş, tədqiqatın nəticəsində gəlinən qənaət ondan ibarət olmuşdur ki, yanğın nə qaz sızması nəticəsində baş verməsi üçün xarakterik deyil, nə də işıqla bağlı qısaqapanma üçün xarakterik deyildir. Yanğın kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən törədilməyə xarakterik olmuşdur. Belə ki, əgər qaz sızması ilə bağlı yanğın baş vermiş olsaydı, onda ərazidə həcmli genişlənmə, yəni dağılma, parçalanma, yerdəyişmə, patlamaya xarakterik əlamətlər aşkar olunmalı idi ki, bu halda belə əlamətlər aşkar olunmamışdır. Digər tərəfdən də, hadisə yerində işıqla bağlı qısaqapanma üçün xarakterik əlamətlər də aşkar edilməmişdir. Belə ki, qısaqapanmanın özünə məxsus əlamətləri var. Baxış zamanı həmin əlamətlərə rast gəlinməmişdir. İlkin qısaqapanma olan nöqtə dəyişməz qalır, yəni ətraf yansa belə ilkin qısapanma olan yer bilinir. Burda isə belə əlamətlər olmamışdır. Odur ki, qeyd olunaları və tədqiq olunmuş sübutları əsas tutaraq məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi cinayət işinin materiallarında olan sübutlara öz prizmasından yanaşmış və yalnız müdafiə etdiyi şəxsin xeyrinə həmin sübutları şərh etməklə Təqsirləndirilən şəxs məsuliyyətdən kənarda qoymağa çalışmışdır. Belə ki, əvvəla iş materiallarından Səidə Hüseynovanın yanmış cəsədinin cücə sexində olan sonuncuya məxsus yataq otağındakı taxtın içərisindən deyil, məhz həmin yataq otağının döşəməsindən aşkar olunması müəyyən olunur. Digər tərəfdən müdafiəçi israrla həmin otqada olan qaz farsunkasının aşkar olunmamasına istinad edərək bütün fikirləri ora yönəltməyə, dolayısı ilə də hadisənin qaz sobasında olan qaz sızmasından baş vermiş bəxbəxt hadisə kimi qələmə verməyə çalışmış, lakin nəzərə almamışdır ki, həmin farsunkanın aşkar olunmaması iş üzrə rəyi tərtib edən ekspertlər üçün elə də vacib atribut olmamış, vacib tədqiqat obyekti rolunu oynamamışdır. Sadəcə həmin farsunka olmadığı üçün qaz qurğusunun tədqiqatı aparılmamışdır. Əksinə ekspertin məhkəmə iclasında da qeyd etdiyi kimi, o cümlədən iş materialarında olan rəylərdən də göründüyü kimi, hadisə yerinə baxış zamanı qaz sızması ilə bağlı yanğın baş verməsinə xarakterik əlamətlər (otaqda həcmli genişlənmə, yəni dağılma, parçalanma, yerdəyişmə, patlama və s.) aşkar edilməmişdir. Ən əsas olan bu əlamətlə də ekspertlər hadisənin qaz sızması nəticəsində baş verməsi üçün xarakterik olmaması qənaətinə gəlmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müdafiə tərəfin bu məsələ ilə bağlı irəli sürdüyü dəlillər də məhkəmə kollegiyası tərəfindən əsaslı sayılmir və qəbul edilmir. Müdafiəçinin məhkəmə istintaqındakı çıxışı zamanı qeyd etiyi digər bir xüsusat Təqsirləndirilən şəxs mərhumə Səidə Hüseynovadan taladığı qızıl-zinət əşyalarını Gəncə şəhərində yerləşən mağazalardan birində Aqil adlı şəxsə satması ilə bağlı olmuşdur ki, müdafiəçi Aqil adlı şəxsin yalan danışdığını, Yevlax rayon prokuroru tərəfindən öyrədildiyini, onun qızıl-zinət əşyalarını alarkən və ya satarkən qeydiyyat apardığı dəftərin tələb olunaraq araşdırılmadığını qeyd etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, iş materiallarında olan sübutlardan (dindirmə protokolundan, ifadənin yerində yoxlanması protokolundan və s.) müəyyən olunur ki, iş üzrə şahid qismində dindirilməklə ifadəsi alınan Şahid7 barədə məlumatı ilk öncə Təqsirləndirilən şəxs özü istintaq orqanına vermiş, daha sonra bu xüsusatlar araşdırılarkən Şahid7 şahid qismində dindirilmiş və Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatları təsdiq edərək ondan müəyyən sayda qızılzinət əşyalarını aldığını istintaq bildirmişdir. Belə olan halda, heç bir düşmənçiliyi, ədavəti olmayan və istintaq orqanına Təqsirləndirilən şəxs verdiyi ifadələrlə cəlb olunaraq dindirilmiş Şahid7 yalan ifadə verməsi ilə bağlı müdafiə tərəfin arqumentləri də məhkəmə kollegiyası tərəfindən əsaslı sayılmır və qəbul edilmir. Beləliklə, ümumilikdə müdafiə tərəfin irəli sürdüyü dəlillərin heç biri Təqsirləndirilən şəxs barəsində (özünü qismən təqsirli bildiyi Zərərçəkmiş şəxs9 məxsus 7 ədəd keçinin talanması ilə bağlı epizod istisna olmaqla) bəraət hökmünün çıxarılması üçün əsas ola bilmədiyindən, bütün bu irəli sürülən arqumentlər və dəlillər müdafiə taktikası ilə deyilən və sərgilənən mövqe kimi qəbul edilmiş və məhkəmə kollegiyası tərəfindən rədd edilmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs9 məhkəmə istintaqında bildirdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Zərərçəkmiş şəxs9 təqsirləndirilən şəxslə qohumluq münasibətindədir və bu hal onun təqsirləndirilən şxəsin xeyrinə ifadə verməsini anlaşılan edir. Bu səbəbdən məhkəmə kollegiyası Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı sayır və Təqsirləndirilən şəxs elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Eyni zamanda, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 məhkəmə istintaqında bildirdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Zərərçəkmiş şəxs11 təqsirləndirilən şəxslə qohumluq münasibətinin olması və Zərərçəkmiş şəxs10 isə Təqsirləndirilən şəxsla həmkəndli olması onun xeyrinə ifadə vermələrini anlaşılan edir. Odur ki, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs tərəfindən onların heyvanlarının oğurlamamaması ilə bağlı qeyd etdikləri iş materialları ilə təkzib olunduğundan, məhkəmə həmin ifadələri əsaslı hesab etmir. Şahid qismində dindirilmiş Şahid11 məhkəmə istintaqında bildirdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxsin təqsirləndirilən şəxslə münasibətlərinin yaxşı olması, qonşu olmaları və bir sıra cinayətləri birlikdə törətməsi onun təqsirləndirilən şəxsin xeyrinə ifadə vermələrini anlaşılan edir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan şahidin məhkəmə istintaqı zamanı bildirdikləri ilə razılaşmır, əksinə onun ibtidai istintaq zamanı bildirdikləri iş materialları ilə üst-üstə düşdüyündən, həmin ifadələr əsaslı hesab edilir və məhz ittihamın əsasına da həmin ifadələr qoyulur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadədən qismən fərqli ifadə verməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin şahidin özünün barəsində də həmin oğurluq cinayəti ilə bağlı cinayət işi olduğundan, nisbətən özünümüdafiə xarakterli ifadə verməsi anlaşılan haldır. Ona görə də, Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət hadisəsi haqqında daha dolğun məlumatı əks etdirdiyindən, məhkəmə kollegiyası onun ibtidai istintaq zamanı verdiyi ifadəsini daha mötəbər sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında dindirilən şahid Heydər Həsənovun ifadəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxsla həmkəndli olması və Təqsirləndirilən şəxs yaxın qohumları ilə üz-üzə gəlmə ehtimalının olması onun Təqsirləndirilən şəxs xeyrinə ifadə verməsini anlaşılan edir. Ona görə də məhkəmə həmin ifadələrə tənqidi yanaşır və əsaslı sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs X43 barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş arayışlar və xasiyyətnamədən görünür ki, Ağdərə rayonundan məcburi köçkün Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı, 2 oğlu və 2 qızı ilə) Göygöl rayonu Çaykənd kəndində müvəqqəti məskunlanmışdır və yaşadığı müddətdə kənd sakinlərinin heç bir hörmət və nüfuzunu qazanmamış, kənd sakinləri onu fırıldaqçı, dələduz, oğru kimi tanımışdır. Dəfələrlə onun haqqında Çaykənd kənd İƏD üzrə nümayəndəliyinə şifahi məzmunlu şikayətlər daxil olmuşdur (cild 10 iş vər. 156-158). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 09, iş vər. 69-70). İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Milli Məclisinin “08 noyabr- Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında” qərarın təsiri altına düşdüyündən, onun barəsində olan CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir (cild 10, iş vər. 57-60). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində 04 azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs11la barışmasını CM-in 59.1.12-ci maddəsinə əsasən, məcburi köçkün olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ümumilikdə 3 dəfə yandırmaqla başqasına məxsus əmlakı qəsdən məhv etmə cinayətlərini təkrarən törətməsini CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 07, iş vər. 192-193). Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(066)-56/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 152-155). Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın bir qismi həbsxanada, qalan hissəsinin isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməsi məqsədə müvafiqdir. Belə ki, CM-in 56.2-ci maddəsində göstərilmişdir ki, xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi qəsdən adam öldürmə cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, cəzasının bir qismini həbsxanada çəkdikdə sonra, CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən Yevlax rayon X49 Hissəsinin əməkdaşı Səbuhi Hüseynov tərəfindən təqdim edilmiş içərisində yanğın hadisəsinin qeydə alındığı videogörüntülər olan 01 ədəd CD diskin, Azercell Mc-dən daxil olmuş 03 ədəd CD diskin, X39 tərəfindən təqdim edilmiş 09 ədəd CD diskin, Bakcell MMC-dən daxil olmuş 03 ədəd diskin, içərisində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin video görüntüsü olan 02 ədəd CD diskin, içərisində Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkətinin video görüntüsü olan 02 ədəd CD diskin, Təqsirləndirilən şəxs iştirakı ilə keçirilən daha bir neçə istintaq hərəkətinin video görüntüsü olan 03 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınmalı, Şəki Ağır Cinayətlər Məhkəməsində saxlanılan 01 ədəd “Samsung Galaxy A50” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə 1110 AZN (bir min yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.3, 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.11-ci maddəsi ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına və 186.2.1, 186.2.2-ci maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın ilk 03 (üç) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Yevlax rayon X49 Hissəsinin əməkdaşı Səbuhi Hüseynov tərəfindən təqdim edilmiş içərisində yanğın hadisəsinin qeydə alındığı videogörüntülər olan 01 ədəd CD diskin, Azercell MMC-dən daxil olmuş 03 ədəd CD diskin, X39 tərəfindən təqdim edilmiş 09 ədəd CD diskin, Bakcell MMC-dən daxil olmuş 03 ədəd diskin, içərisində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin video görüntüsü olan 02 ədəd CD diskin, içərisində Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkətinin video görüntüsü olan 02 ədəd CD diskin, Təqsirləndirilən şəxs iştirakı ilə keçirilən daha bir neçə istintaq hərəkətinin video görüntüsü olan 03 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınsın və Şəki Ağır Cinayətlər Məhkəməsində saxlanılan 01 ədəd “Samsung Galaxy A50” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 1110 AZN (bir min yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev (məruzəçi) Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-5/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-5/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver