Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-5/2024 13.02.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1989-cu ildə Balakən şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Balakən şəhəri, Şahid1 prospekti 35/10 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2013cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına, Azərbaycan Respublikası Prezidentinin 24 may 2018-ci il tarixli 137 nömrəli Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş, istifadəyə yararlı ümumi təyinatlı 01 ədəd ov bıçağını qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində gəzdirmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumilikdə 7,484 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə saat 20:40-da Balakən rayonunun Qazbinə kəndi ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzinin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Balakən Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 22:43-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən həmin soyuq silah olan 01 ədəd ov bıçağı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən, qeyd edilən külli miqdarda ümumilikdə 7,484 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin isə Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 4,275 qram və 3,209 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlər halında çıxarıb təqdim etməsi əsasında aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3 və 228.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə CM-in 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Balakən rayonunda “Zəvran” adlı ailəvi istirahət mərkəzində dostları ilə süfrə arxasında olduğu zaman gözlənilmədən polis əməkdaşları həmin yerə basqın edərək onların üzərinə silah çıxarmaqla əllərini qandallayaraq onları Balakən rayon Polis Şöbəsinə aparmış, orada xidməti otaqda ona təzyiq göstərərək ciblərindən iki büküm çıxardıb həmin bükümdə olan narkotik vasitəni boynuna almasını bildirmişlər. Kişiliyinin və mənliyinin alçalacağından və evində də axtarış aparıb oradan narkotik vasitə çıxaracaqlarından qorxaraq narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Yalnız üzərindən aşkar olunmuş bıçaq özünə məxsus olmuş, buna görə də özünü CM-in 228.4cü maddəsi ilə təqsirli bilmişdir. Narkotik vasitənin ona heç bir aidiyyəti olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı ilkin verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə saat 2040 radələrində tanışları X9, Şahid11, Şahid12, Şahid13, Şahid9 və Şahid10 ilə birlikdə Balakən rayonunun Qazbinə kəndi ərazisində olan «Zəvran» ailəvi istirahət mərkəzinin qarşısında dayanan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Balakən Rayon Polis Şöbəsinin polis əməkdaşları onlara yaxınlaşaraq onun və tanışı Emil Dibirovun narkotik və psixotrop maddələrin satışı ilə, qanunsuz dövriyyəsi ilə məşğul olmalarında şübhəli olduqlarına görə Balakən Rayon Polis Şöbəsinə dəvət edib aparmışlar. Üzərində 02 ədəd bükümdə narkotik maddə heroinlə yanaşı 01 ədəd bıçaq da olmuş, həmin heroin bükümlərini bir gün qabaq axşam saatlarında yaşadığı Balakən şəhərində yerləşən “Şahid1” adına parkda dəqiq tanımadığı, özünü “Baba” adı ilə təqdim etmiş bir nəfərdən 50 manata öz istifadəsi üçün almışdır. Bıçağı isə yaşadığı evin yaxınlığında yerdən təsadüfən tapmış, tanışı Emil Dibirovda narkotik maddə olmasından isə həmin vaxta qədər xəbəri olmamışdır. Balakən rayon X14 Dibirovla birlikdə şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçilərin iştirakları ilə üzərilərinə keçirilən şəxsi axtarış zamanı Emil Dibirov əynindəki açıq boz rəngli kətan şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə olan heroini təqdim etmişdir. Sorğu-sual zamanı Emil Dibirov həmin heroini bir gün qabaq axşam saatlarında yaşadığı ünvan 4 ünvanının yaxınlığında yerdən təsadüfən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları Emildən aşkar edilmiş həmin 01 ədəd sellofan bükümdə olan heroini qablaşdırdıqdan sonra götürmüşlər. Sonra onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bıçağı, sağ yan cibində saxladığı 02 ədəd şəffaf sellofan bükümdəki heroini çıxardıb təqdim etmişdir. Polis əməkdaşlarına da həmin heroin bükümlərini 04 sentyabr 2022-ci il tarixdə axşam vaxtı Balakən şəhərində “Şahid1” adına parkda tanımadığı “Baba” adlı şəxsdən ona ümumilikdə 50 manat pul verib öz şəxsi istifadəsi üçün aldığını, bıçağı isə 2 gün əvvəl öz yaşadığı ev ünvanının yaxınlığından təsadüfən tapdığını bildirmişdir. Daha sonra polis əməkdaşları digər tanışları Şahid11, Şahid12, Şahid13, Şahid9 və Şahid10 üzərilərinə baxış keçirən zaman sonuncuların üzərlərindən narkotik vasitələr, psixotrop maddələr, yaxud digər hər hansı qanunsuz əşyalar aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə Balakən şəhər sakinləri olan X5 və Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər polis əməkdaşları Şahid2 və Şahid3, habelə Balakən Rayon Polis Şöbəsinin polis əməkdaşları olan Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid8 ilə birlikdə həmin gün saat 2040-da Balakən rayonunun Qazbinə kəndi ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzinin qarşısında yanlarında digər bir neçə şəxslərlə birgə olduqları zaman Emil Dibirov və Təqsirləndirilən şəxs yaxınlaşaraq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etməklə sonunculara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, üzərilərində soyuq silah gəzdirmələri barədə əməliyyat məlumatı olduğundan Balakən Rayon Polis Şöbəsinə dəvət edib aparmışlar. Birlikdə Balakən Rayon Polis Şöbəsinin inzibati binasına gələndən sonra Emil Dibirov və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra üzərlərinə keçirilən şəxsi axtarış zamanı Emil Dibirov əynindəki açıq boz rəngli kətan şalvarının sağ yan cibindən içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu bir ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin sellofan büküm qablaşdırıldıqdan sonra götürülmüş, Emil Dibirovun üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Sorğu zamanı Emil Dibirov həmin heroini bir gün qabaq axşam saatlarında Balakən şəhərində öz yaşadığı evin yaxınlığında təsadüfən yerdən tapıb götürdüyünü və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncu əynindəki göy cins şalvarının sol yan cibindən bir ədəd bıçağı, sağ yan cibindən hər birinin içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu iki ədəd şəffaf sellofan bükümləri çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroin bükümlərini özü bir gün qabaq axşam vaxtı Balakən şəhərindəki “Şahid1” adına parkda tanımadığı hansısa “Baba” adlı şəxsdən ümumilikdə 50 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, bıçağı isə 2 gün əvvəl Balakən şəhərində öz yaşadığı ünvanının yaxınlığından təsadüfən tapdığını bildirmişdir. İki ədəd sellofan bükümlərdəki maddələr və bir ədəd bıçaq zərflərdə qablaşdırıldıqdan sonra götürülmüş, Emil Dibirova və Təqsirləndirilən şəxs qarşı, eləcə də sonuncuların yanında olmuş şəxslərə qarşı heç bir fiziki və ya psixoloji təzyiq, təsir, zorakılıq hərəkətlərinə yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyən Şahid2, Şahid3, Balakən rayon Polis Şöbəsinin əməkdaşları Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid8 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə tanışları Şahid12, Şahid11, Şahid10 öz Şahid13 ilə birlikdə yemək üçün Balakən rayonu Qazbinə kəndində yerləşən “Zəvran” istirahət mərkəzinə getmiş, daha sonra Təqsirləndirilən şəxs və Emil Dibirov oraya onların yanına gəlmişlər. İstirahət Mərkəzinin həyətində çay içdikləri vaxt polis əməkdaşları oraya gələrək əvvəl Emil Dibirovu, sonra isə onların hamısının əllərini bağlamış, üzərlərinə baxış keçirdikdən sonra Balakən rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində ilk öncə Emil Dibirovu onlardan ayırmış, daha sonra Təqsirləndirilən şəxs aparmışlar. Daha sonra hamısının iştirakı ilə Emil Dibirovun və Təqsirləndirilən şəxs üzərlərinə şəxsi axtarış keçirilmiş və hər ikisinin üzərindən sellofan paketdə narkotik vasitə aşkar olundu. Həmçinin birinci dəfə istirahət mərkəzində üzərlərinə şəxsi axtarış keçirilən zaman Əfqanın üzərindən aşkar olunan bir ədəd bıçaq da ikinci dəfə Polis Şöbəsində baxış keçirilən zaman Əfqanın üzərindən aşkar olunmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid9 göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə saat 2040 radələrində özü və tanışları X9, Təqsirləndirilən şəxs, Şahid12, Şahid11, Şahid10 və öz əmisi oğlu olan Şahid13 birlikdə Balakən rayonu Qazbinə kəndi ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzinin qarşısında olduqları zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Balakən Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, Emil Dibirovun və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarına görə şübhəli olduqlarını bildirib bu barədə özlərində olan qərarla onları tanış etmişlər. Bundan sonra polis əməkdaşları onları Balakən Rayon Polis Şöbəsinə dəvət etmiş, polis əməkdaşları ilə birlikdə həmin polis şöbəsinə gəlmişlər. X14 Dibirovun və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hər iki şəxsin hüquqlarının müdfiəsi üçün dəvət edilmiş müdafiəçinin iştirakları ilə üzərlərinə keçirilən şəxsi axtarış zamanı Emil Dibirov şalvarının sağ yan cibindən içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu bir ədəd şəffaf sellofan bükümü təqdim edərək həmin narkotik vasitəni 04 sentyabr 2022-ci il tarixdə axşam vaxtı yaşadığı evin yaxınlığından təsadüfən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin şəffaf sellofan bükümdə olan narkotik vasitə olan heroin polis əməkdaşı tərəfindən götürülüb zərfə qoyularaq möhürlənmişdir. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibində olan bir ədəd bıçağı, sağ yan cibindən isə içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu iki ədəd şəffaf sellofan bükümləri çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni 04 sentyabr 2022-ci il tarixdə axşam vaxtı Balakən şəhəri ərazisində yerləşən “Şahid1” adına parkda dəqiq tanımadığı hansısa “Baba” adlı şəxsdən ümumilikdə 50 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, bıçağı isə təxminən iki gün əvvəl yaşadığı evin yaxınlığından təsadüfən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd sellofan bükümdə olan narkotik vasitə heroin və bir ədəd bıçaq polis əməkdaşı tərəfindən götürülərək zərflərdə qablaşdırılmışdır. Daha sonra isə polis əməkdaşları tərəfindən özünün, Şahid12, Şahid11, Şahid13 və Şahid10 üzərilərinə keçirilən baxış zamanı üzərilərindən narkotik vasitələr, psixotrop maddələr və qanunsuz heç bir əşya aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Balakən Rayon Polis Şöbəsinə dəvət edilib aparılarkən özünə və ya tanışları Emil Dibirova, Təqsirləndirilən şəxs, Şahid12, Şahid11, Şahid13 və Şahid10 qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12, Şahid11, Şahid13 və Şahid10 eyni məzmunlu ifadələr verərək Şahid9 məhkəmədə verdiyini ifadəsini bir daha təsdiq etmişlər. Məhkəmədə ifadələri elan olunaraq tədqiq edilmiş Şahid12, Şahid11, Şahid13 və Şahid10 məhkəməyədək icraat zamanı verdiyi ifadələrində Şahid9 məhkəməyədək icraat zamanı ifadəsində göstərdiklərini bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə axşam saatlarında tanışı Cavanşir Ukalayevlə birlikdə Balakən rayonu Qazbinə kəndində yerləşən “Zəvran” restoranında yemək yeyən zaman Təqsirləndirilən şəxs tanışları ilə oturduqları digər masada qarışıqlıq yarandığını görüb həmin masaya yaxınlaşan zaman polis əməkdaşları əməliyyat apardıqlarını bildirib onları yaxına buraxmamış, Təqsirləndirilən şəxs və Emil Dibirovla birlikdə olan şəxsləri özləri ilə birlikdə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, xx.xx.2022ci il tarixdə saat 18-19 radələrində ofisiant kimi işlədiyi Balakən rayonu Qazbinə kəndində yerləşən “Zəvran” restoranında olarkən Təqsirləndirilən şəxs 6-7 nəfərlə birlikdə restoranın həyətində oturmuş, yemək sifariş verdikdən sonra hamısı namaz qılmışlar. Yemək yedikdən sonra hesabı istədikləri vaxt polis əməkdaşları restoranın həyətinə daxil olaraq Əfqangilin olduğu masada oturan şəxslərin üst-başlarını yoxladıqdan sonra qollarını qandallamış, Əfqanın üzərindən bir ədəd bıçaq aşkar olunmuşdur. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxsla bir masada olan şəxsləri rayon Polis Şöbəsinə aparmış, həmçinin restoranda olan kameranı söküb özləri ilə aparmışlar. Restoranda işləməsi ilə bağlı əmək müqaviləsi olmamış, hadisədan 20 gün qabaq həmin restoranda işə girməklə 10 gün sonra işdən çıxmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2022-ci il tarixli 6/4822 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,275 qram və 3,209 qram - ümumi təmiz çəkisi 7,484 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin 1ci siyahısına daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-soyuq silahın kriminalistik ekspertizasının 14 sentyabr 2022-ci il tarixli 3/1235 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 07 noyabr 2022-ci il tarixli 6671 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 410/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli 3352/K nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, amfetamin, metamfetamin və salisilatlar aşkar edilməmişdir. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə protokolundan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əyinində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd üzərində “Stainless, Steel, U.S.A” yazıları qeyd olunmuş qatlanan bıçaq, sağ yan cibindən iki ədəd bükümdə içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Balakən rayon İcra Hakimiyəti Başçısının Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 1679 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Əzizov X8 şəhəri, Heydər Əliyev prospekti ev 35 mənzil 10-da qeydiyyatda olmaqla yaşamış, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9109 nömrəli məktubdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, Balakən şəhəri, Şahid1 prospekti ev 35/10 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Balakən rayon Mərkəzi Xəstəxanası” X15 28 sentyabr 2022-ci il tarixli PHŞ/6.27-2-2022-62 nömrəli məktubdan görünür ki, 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixiatriya kabinetində qeydiyyatda yoxdur. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərəkn 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. CM-in 18.2.2-ci maddəsinə əsasən ağır cinayətə görə cəza çəkməkdən azad edildikdən sonra məhkumluğu ödənilmədən yenidən ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi vardır. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2040-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 228.4-cü maddəsi ilə düzgün tövsif edilsə də CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması istisna edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin əvəllər narkotik vasitənin satışına görə məhkum olunmaması, narkotik vasitələrin satışını təsdiq edəcək hər hansı mobil telefon danışığının və SMS yazışmalarının aşkar olunmaması kimi hallar, həmçinin qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilməsi onun üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istehlak məqsədi ilə saxlaması qənaətinə gəlməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmaması və polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmiş, həmin vaxt ona qarşı hansısa bir qanunsuzluq edilməsinə dair heç bir müraciət etməmiş, bunrdan başqa barəsində həbs qətimlan tədbiri seçilərkən məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında da bu barədə heç nə bildirməmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini işin hallarına uyğun gəldiyinə görə daha obyektiv və səmimi ifadələr kimi qəbul edir. Bundan başqa məhkəmə şahidlər Şahid9, Şahid12, Şahid11, Şahid13, Şahid10, X11 və X6 verdiyi ifadələrinə də tənqidi yanaşaraq həmin şəxslərin ifadələrini həmyerliləri və tanışları olduğuna görə Əfqan Əzizivun məsuliyyətindən yayınmasına istiqamətlənmiş ifadələr kimi qəbul edir. Bu zaman məhkəmə qyed etməyi zəruri hesab edir ki, həmin şəxslər məhkəməyədək icraat zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunduğunu bildirmiş, onlara qarşı hansısa təsir və təzyiq olmadığı halda sonradan ifadələrinin dəyişdirilməsi ilə bağlı müraciət etməmişlər. Müdafiə tərəfinin bildirdiyi kimi təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarışın təxminən 3 saat sonra keçirilməsinə münasibətdə isə qeyd edilməlidir ki, iş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs saat 2040-də rayon Polis Şöbəsinə faktiki gətirilmiş, şübhəli şəxs kimi tutulma protokolunda da şəxsin tutulmasının əvvəli həmin vaxtdan hesablanmışdır. Şəxsin şübhəli şəxs qismində tutulması və üzərinə şəxsi axtarışın keçirilməsinə gəldikdə isə məhkəmə bir halı da diqqətdən qaçırmır ki, həmin vaxt şəxsi axtarış həmçinin Təqsirləndirilən şəxsla birlikdə saxlanılmış X7 da münasibətdə həyata keçirilmiş, hər iki şəxsin əvvəl şübhəli şəxs qismində tutulması və müdafiəçinin təmin edilməsi, eyni zamanda Təqsirləndirilən şəxsla birlikdə rayon Polis Şöbəsinə gətirilmiş digər beş nəfər şəxsin sorğu edilərək şəxsiyyətinin müəyyən edilməsi vaxt apardığından həmin vaxtı itkisini obyektiv hal kimi qiymtələndirir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin CM-in 228.4 və 234.1- 1-ci maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.1-ci maddəsinə əsasən CM-in 234.1-1-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Ona görə də məhkəmə tərkibi qeyd edir ki, CM-in 234.1-1ci maddəsinə münasibətdə cəza təyin edərkən CM-in qeyd edilən müddəası nəzərə alınmalıdır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, CM-in 56.1.3-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən cinayətin aləti olan 01 (bir) ədəd ov bıçağı xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah və Sursat Anbarına təhvil verilməlidir. İş üzrə ittiham aktında məhkəmə məsrəfi olan 129 AZN (yüz iyirmi doqquz manat) göstərilsə də, məhkəmə tərkibi hesab edir ki, məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2022-ci il tarixli 6/4822 nömrəli rəyi həmçinin X5 təqsirləndirildiyi cinayət işi üzrə sübut növü olduğundan həmin ekspertiza tədqiqatının 65 AZN (altmış beş manat) dəyərinin yarası Təqsirləndirilən şəxs tutulmalıdır. Ona görə də məhkəmə məsrəfi olan 96,5 AZN (doxsan altı manat əlli qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məclləsinin 234.1- 1-ci maddəsi ilə 05 (beş) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 05 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 96,5 AZN (doxsan altı manat əlli qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanılan 7,384 qram narkotik vasitə heroin məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayətin aləti olan 01 (bir) ədəd ov bıçağı xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah və Sursat Anbarına təhvil verilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-5/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-5/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver