Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-5/2025 14.01.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), hakimlər Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X12 nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı Şəhər 12 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi – Nümayəndə2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1979-cu il tarixdə Zaqatala rayonunun Mosul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli və himayəsində 1 azyaşlı uşağı olan, işsiz, Zaqatala rayonunun Mosul kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı CM) 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Zaqatala Filialının müdiri ilə arasında bağlanmış 15 fevral 2010-cu il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən "xxxx" ASC-nin Zaqatala Filialının aparıcı mütəxəssis-xəzinədarı vəzifəsində işləyərkən bank rəhbərliyi tərəfindən təsdiq edilmiş 04 iyun 2015-ci il tarixli vəzifə təlimatına əsasən “Məxfilik və təhlükəsizlik tələblərinə riayət olunmaqla yüksək səviyyəli kassa xidmətlərinin göstərilməsi, nağd pul və digər qiymətlilərin qəbul edilməsi, verilməsi, nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi üzrə əməliyyatları yerinə yetirmək, müəyyən olunmuş qaydada gündəlik əməliyyatların uçotunu və üzləşdirməsini aparmaq, mədaxil (gündüz və axşam), məxaric, mədaxil-məxaric kassalarının işini aparmaq, nağd pulu müştərilərdən qəbul etmək, mədaxil əməliyyatları üzrə “Kassaya daxil olmuş nağd pulun məbləği və sənədlərin sayı haqqında arayış” tərtib etmək, imzalamaq və mədaxil kassa jurnalı ilə üzləşdirmək, qəbul edilmiş nağd pulları, mədaxil sənədlərini, tərtib edilmiş arayışı “Qəbul edilmiş və təhvil alınmış nağd pulun və digər qiymətlilərin uçotu kitabı”-na imza atmaqla baş xəzinədara təhvil vermək, kassa sənədlərinin tərtib edilməsi və saxlanılması üzrə müəyyən edilmiş qaydalara riayət etmək, fəaliyyətini qüvvədə olan qanunvericilik, Mərkəzi Bankın və ABB-nin qaydaları, təlimatları, qərar və sərəncamları çərçivəsində həyata keçirmək, qüvvədə olan qanunvericiliyə və bankdaxili qaydalara uyğun gəlməyən sərəncamları icra etməmək, xəzinəyə daxil olan mədaxil və məxaric sənədlərində hər hansı bir uyğunsuzluq aşkar etdikdə bu əməliyyatları dayandırmaq və sənədləri geri qaytarmaq”, işə götürənlə arasında bağlanmış 15 fevral 2010-cu il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən “ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda Banka heç bir səbəb üzündən ziyan vurmamalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməli” kimi, səlahiyyət və öhdəliklərə malik vəzifəli şəxs kimi qeyd edilən əmək funksiyaları və vəzifə öhdəliklərinə əsasən “ABB-nin korporativ maraqlarına və nüfuzuna xələl gətirəcək hərəkət və hərəkətsizliyə yol verməməli” olduğu halda xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi əleyhinə istifadə edərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əlavə gəlir əldə etmək üçün bankda əmanət müqaviləsi üzrə hesab açılması ilə bağlı 2018-ci ilin sonlarında özünə müraciət etmiş Zərərçəkmiş şəxs özünü geniş səlahiyətlərə malik şəxs kimi təqdim edib, bankın prosedur qaydalarına uyğun olaraq filiala müraciət etmədən, sənədləşdirmənin aparılmasında iştirak etmədən sonuncuya məxsus pul vəsaitini qəbul edib onun adına əmanət müqaviləsi üzrə hesab açılmasını təmin etmək imkanına malik olduğunu bildirib, sonuncu ilə razılaşmaqla sövdələşib həmin niyyətlə Zərərçəkmiş şəxs 04 dekabr 2018-ci il tarixdə sonuncunun yaşadığı ünvan 1 ünvanının qarşısında aldığı 6.000 manat məbləğindəki pul vəsaitini, 07 dekabr 2018-ci il tarixdə həmin ünvanda aldığı 5.000 və 10.000 manat məbləğindəki pul vəsaitini, xx.xx.2019-cu il tarixdə Zaqatala şəhəri ərazisində ayrı-ayrılıqda 2 dəfəyə 20.000 manat olmaqla aldığı cəmi 40.000 manat və 07 may 2019-cu il tarixdə isə Zaqatala şəhəri ərazisində aldığı 20.000 manat olmaqla ümumilikdə 81.000 manat məbləğindəki pul vəsaitini bankda adına açılacaq əmanət hesabına yerləşdirməklə əlavə gəlir əldə edəcəyi bəhanəsi ilə aldadaraq ələ keçirib həmin pul vəsaitlərini bankın xəzinəsinə ödəməyib şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs məxsus 81.000 (səksən bir min) manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək dələduzluq etmiş və özünə olan inamı artırmaq, eləcə də guya qeyd edilən pul vəsaitlərinin filialın xəzinəsinə mədaxil edilməsi görüntüsü yaratmaq məqsədilə ünvan 2 ünvanında yerləşən ABB-nin Zaqatala filialının inzibati binasında, bankın əməkdaşlarına ayrılmış xidməti kompüterdə xəzinəyə pul vəsaitinin mədaxil edilməsinə dair əməliyyatı başladıb, müvafiq BPM seriya nömrəli xəzinə mədaxil qəbzlərini çap edib qəbzləri əldə etdikdən sonra, sistemdə əməliyyatı sonlandırıb, xəzinəyə hər hansı qəbz daxil etməyib, törətdiyi cinayət əməlini gizlədərək, bankın xəzinə əməliyyatı aparılmasına dair avtomatlaşdırılmış BPM sistemi vasitəsilə çap edilmiş xəzinə mədaxil qəbzlərinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, yəni xx.xx.2019-cu il tarixdə BPM **********47 və BPM **********87 nömrəli xəzinə mədaxil qəbzlərinin məzmununa guya xx.xx.2019-cu il tarixdə 20.000 manat pul vəsaitinin xəzinəyə mədaxil edilməsi barədə məlumatlar daxil etməklə həmin qəzbləri özünə məxsus bankın “2” nömrəli möhürü ilə təsdiq edib, imzasını qəsdən saxtalaşdırmaqla, həmçinin BPM **********53 nömrəli xəzinə mədaxil qəbzinin məzmununa xx.xx.2018-ci il tarixdə 6.000 manat pul vəsaitinin xəzinəyə mədaxil edilməsinə dair bilə-bilə yalan məlumat daxil etməklə, həmin qəbzi filialın baş xəzinədarı vəzifəsində işləmiş Şahid1 xəbərsiz sonuncuya məxsus filialın “1” nömrəli möhürü ilə təsdiq edib, imzasını saxtalaşdırmaqla, BPM **********95 nömrəli xəzinə mədaxil qəbzinin məzmununa xx.xx.2018-ci il tarixdə 5000 manat pul vəsaitinin, BPM **********21 nömrəli xəzinə mədaxil qəbzinin məzmununa xx.xx.2018-ci il tarixdə 10.000 manat pul vəsaitinin, BPM **********92 nömrəli xəzinə mədaxil qəbzinin məzmununa xx.xx.2019-cu il tarixdə 20.000 manat məbləğində pul vəsaitinin mədaxil edilməsi barədə bilə-bilə yalan məlumatlar daxil etməklə, həmin qəbzləri filialın digər xəzinədarı vəzifəsində işləmiş Şahid2 xəbərsiz sonuncuya məxsus filialın “3” nömrəli möhürü ilə təsdiq edib imzasını saxtalaşdırmaqla vəzifə saxtakarlığı etmiş, həmin 6 ədəd qəbzləri qeyd edilən tarixlərdə Zərərçəkmiş şəxs təqdim etməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib "xxxx" ASCnin hüquqlarına və qanuni mənafeylərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-in 178.3.2, 308.1 və 313-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2016-2017-ci illərdə "xxxx"nın Zaqatala şəhər filialında xəzinədar kimi fəaliyyət göstərdiyi vaxt Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs əmlak alqı-satqısı ilə məşğul olmuşdur. Bundan sonra dostu ilə şərikli tikdirdikləri 3 mərtəbəli 900 kvadratlıq obyekti satmaq qərarına gəlmişlər. Çünki dostunun səhhətində problem olmuş və ona pul lazım olmuşdur. Zərərçəkmiş şəxs dəfələrlə ona təklif etmişdir ki, həmin obyekt boş durmasın və oranı satsınlar. Əlavə olaraq qeyd edirmiş ki, onun əlində yaxşı müştərilər vardır. Nəhayət ki, obyekti satmaq qərarına gəlmiş və Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Zərərçəkmiş şəxs sənədlərə baxmış və demişdir ki, onun obyekti sənədlərdə ev kimi göstərilmişdir. Belə ki, obyekt kimi göstərilməlidir ki, yaxşı qiymətə satılsın. Bununla bağlı Zərərçəkmiş şəxs ondan 10 000 manat pul gğtürmüş və arxitektura şöbəsinə vermişdir. Bundan sonra dəfələrlə arxitektura şöbəsi ilə əlaqə saxlasa da, ona demişlər ki, səbirli olsun, onun sənəd məsələsi uzanır. Bu məsələ beləcə bir il davam etmişdir. Daha sonra Zərərçəkmiş şəxs ona demişdir ki, ev alqı-satqısı ilə məşğul olduğu üçün onun əlinə ucuz yerlər düşür və ucuz qiymətə obyektlər alıb-sataraq pul qazana bilərlər. Həmin vaxt ona bildirmiş ki, onun pulu yoxdur. İsa ona demişdir ki, onun qardaşı İsveçredə yaşayır, ondan pul götürsün və ya bankdan kredit götürsün ucuz yerlər alıb-satsınlar. Beləcə bu məsələni qardaşına demişdir. Qardaşı etiraz etməmiş və ona yavaş-yavaş pullar göndərməyə davam etmişdir. Ümumilikdə qardaşı ona 70 000 dollara yaxın pul göndərmişdir. Bundan əlavə, dostundan 23 000 manat pul götürmüş və bir azda bankdan kredit almışdır. Daha sonra, həmin pullara əmlaklar almışlar. Bankda işlədiyi üçün işi ağır olurmuş və bankdan tez-tez çıxa bilməmişdir. Ona görə də, Zərərçəkmiş şəxs etibarnamə vermişdir. Daha doğrusu, etibarnamə verməyini Zərərçəkmiş şəxs ondan istəmişdir. Zərərçəkmiş şəxs torpaqları alıb sənədlərini ona göstərirmiş ki, narahat olmasın, sənədlər də onun adı vardır. Ancaq Zərərçəkmiş şəxs həmin sənədləri ona vermirmiş və özündə saxlayırmış. Bakı şəhərində və xaricdə yaşadığı üçün rayon ərazisini o qədər də yaxşı tanımamışdır. İşin doğrusu Zərərçəkmiş şəxs belə bir dələduz olduğunu bilməmişdir. Sonradan bilmişdir ki, Zərərçəkmiş şəxs dələduzluq edir. Lakin həmin vaxt artıq Zərərçəkmiş şəxs 130 000 manat pulu olmuşdur. 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ona bildirmişdir ki, onun obyektini 350 000 manata almaq istəyən bir müştəri vardır. Həmin obyektin alqı-satqısı zamanı ona 70 000 manatlıq beh müqaviləsi bağlatdırmışlar. Həmin müqavilənin məzmununda isə yazılmışdır ki, müqaviləni pozsa, iki qat pul ödəmək məcburiyyətindədir. O isə bunu bilməmişdir. Daha sonra görmüş ki, alqı-satqı məsələsi uzanır. İsaya obyekti satmaq istəmədiyini bildirmişdir. Həmin vaxt müqavilənin şərtini ona bildirmişdir və demişdir ki, müqaviləni pozsa, iki qat pul ödəyəcəkdir. Daha sonra vergi rüsumları az ödənsin deyə 145 000 manata alqı-satqı olunmuş və 200 000 manat pul ödənmişdir. Zərərçəkmiş şəxs onu dəfələrlə təhdid etmişdir ki, o, adam öldürəndir və hər şey edə bilər. O da Zərərçəkmiş şəxs səs yazılarını özündə qeyd etmişdir. Zərərçəkmiş şəxs həmişə ona hədə-qorxu gəlmişdir ki, onun övladlarını izlətdirir. Əlavə olaraq qeyd etmişdir ki, onun sirlərini kiməsə desə, onun üçün çox pis olacaqdır. Bir sözlə Zərərçəkmiş şəxs onu qorxu içinə salmışdır. Zərərçəkmiş şəxs Gürcüstan Respublikası və Tiflis şəhərində banditləri olduğunu demişdir və onu təhdid etmişdir. Bu dediklərinin hamısı səs yazılarında mövcuddur. Zaqatala Rayon Məhkəməsinin hakimi bu səsləri dinləmiş və polis əməkdaşlarına demişdir ki, Zərərçəkmiş şəxs barəsində tədbir görülməlidir. Zərərçəkmiş şəxs 130 000 manat pulu olmuşdur. Ona görə də, susmağa başlamışdır. Alqı-satqı zamanı 70 000 manat beh kartına oturan vaxt Zərərçəkmiş şəxs demişdir ki, həmin pulu çıxarıb ona verməlidir. Səbəbini soruşan vaxt ona demişdir ki, həmin insanlar onun qohumlarıdır. Zərərçəkmiş şəxs obyektlə bağlı Musa ilə bir neçə dəfə görüşmüşdür, lakin o, həmin görüşlərdə olmamışdır. 2023-cü ilin 08 yanvar tarixində qardaşı İsveçrədən gəlmiş və ona demişdir ki, bu məsələni həll etmək lazımdır. Beləliklə 08 yanvar tarixində qardaşı, o və İsa kafedə görüşmüşlərk. Həmin vaxt onun bütün etiraflarını səs yazısına qeyd etmişlər. Belə ki, onlar İsaya sual vermişlər ki 350 000 manat pulları haradadır? Həmin vaxt Zərərçəkmiş şəxs demiş ki, güya ona dünən zəng edib 100 000 dollar vermək istəmişdir. Əlavə olaraq qeyd etmişdir ki, pula əmlaklar alıb satacaqdır və daha sonra pulu geri ödəyəcəkdir. Bundan əlavə Zərərçəkmiş şəxs onu aldadaraq 50 000 manatlıq borc müqaviləsi yazdırmışdır. Həmin səs yazısıda onda vardır . Bank məsələsinə gəldikdə isə əvvəllər işlədiyi dövrdə bankda normal bir şərait olmamışdır. Belə ki, bankda iki ədəd kamera olmuşdur. Hazırda isə 6 kamera vardır. O, işlədiyi dövrdə kassa şüşədən olmuşdur. Hətta həmin şüşədən əl də keçirmiş. Kassanın qapısı da bəzən açıq qalmışdır. Çünki qapıda texniki nasazlıq olmuşdur. Bununla bağlı müdirə müraciət edib düzəltdirmişlər. Çox təəssüf ki, həmin dövrdə boşluqlar olmuşdur. Daha sonra öyrənmişdir ki, Zərərçəkmiş şəxs dələduzdur. Buna görə də, Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ünvanlamışdır. Ancaq yenə də, Zərərçəkmiş şəxs barəsində bir tədbir görülməmişdir. Bu şikayətindən sonra Zərərçəkmiş şəxs çekləri banka təqdim etmişdir. Hansı ki, həmin çekləri saxtakarlıqla özü düzlətdirmişdir. Bankda normal şəkildə həmin çekləri korrupsiya idarəsinə təqdim etmişdir və daha sonra bu proses başlamışdır. Yəni bu çeklərlə bağlı çeklərin üzərində üç peçat vardır. Əgər o, çekə peçat vururmuşsa, öz peçatını vurarmış. Niyə bir başqa kassirin peçatını vursun? Çeklərdə isə hər üç xəzinədarın peçatı vardır. Ümumiyyətlə həmin dövrdə Zərərçəkmiş şəxs banka daxil olub ödəniş etmədən çekləri əldə edə bilərmiş. Onun bu işlə bağlı Baş prokurorla görüşü olmuşdur. Bu görüşdən sonra polisin qərarı ləğv olunmuşdur. Daha sonra işi dayandırılmış və təkrar yenidən başlanılmışdır. Zərərçəkmiş şəxs barəsində isə heç bir tədbir görülməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, müştəri banka daxil olaraq qəbzləri kassada və ya əməliyyat sistemində yazdıra bilər. Eyni zamanda, müştəri əməliyyatda yazdırdığı qəbzləri ödəniş etmədən bankdan çıxıb gedə də bilər. Ümumiyyətlə işlədiyi dövrdə depozit açma hüququna malik olmamışdır. Depoziti açan müştəri əməliyyatdan keçməlidir və daha sonra müdirlə görüşməlidir. Daha sonra isə depozit hesabı açılır. Zərərçəkmiş şəxsin dələduz olduğunu o, sonradan bilmişdir. Möhürlər sadəcə bir otaqda saxlanılmışdır. Ona aid möhürü bir başqa əməkdaş rahat şəkildə götürə bilməzmiş. Ancaq istisna hallar olmuşdur. Belə ki, kassanın qapısı yaxşı bağlanmamışdır və ya şüşədən içəri əl keçə bilirmiş. Məhkəmə kollegiyasının 27 sentyabr 2023-cü il tarixdə keçirilmiş iclasında Təqsirləndirilən şəxs ona verillən suallara cavab olaraq göstərmişdir ki, 50 000 manatlıq borc müqaviləsi ilə bağlı bunu deyə bilər ki, Zərərçəkmiş şəxs onun yanında bir xanımla danışmış və demiş ki, milyonluq yer təcili olaraq 550 000 manata satılır. Əlavə olaraq qeyd etmişdir ki, güya onun ona 50 000 manat borcu vardır. Zərərçəkmiş şəxs əvvəlcədən ona demişdir ki, gəlsin bu 50 000 manat borc müqaviləsini yalandan tərtib edək və müştirəyə göstərsinlər ki, güya onun İsaya borcu vardır. Ona görə də, milyonluq yeri təcili olaraq ucuz qiymətə satır. 50 000 manatlıq borc müqaviləsi ilə bağlı səs yazıları vardır. O, əslində sözügedən müqaviləni tərtib etməzmiş, lakin şəxs ona hədə-qorxu gəlmişdir. Obyekt 350 000 manata danışılmış və 70 000 beh alınmışdır. Həmin 70 000 manatı Zərərçəkmiş şəxs ona vermişdir. Sonradan onu məcbur etmişdir ki, həmin 70 000 manatı ona versin. O da həmin pulu ona vermişdir. Hazırda obyekt alıcının qızının adındadır. Yəni artıq obyekt satılmışdır. Obyekt onun İsaya verdiyi etibarnamə əsasında satılmamışdır. Obyekti o, aldanıb satmışdır və pulda Zərərçəkmiş şəxsdir. Bankda xəzinədar işləmişdir. Həmin bankda üç nəfər xəzinədar olmuşdur. Xəzinədar işlədiyi vaxt 11 ədəd bankomata baxmışdır. Hətta bəzi vaxtlar pulları öz maşını ilə gedib bankomatlara doldurmuşdur. Çox vaxt baş xəzinədar kassada tək oturmuşdur. Digər iki xəzinədar isə bankomatlara getmişdir. Ona aid möhür 2 nömrəli möhürdür. Möhürləri adətən kassa otağında olan siyirtməyə qoyurmuşlar. Həmin siyirmə açarla bağlanırmış. Bəzən ola bilər ki, iş çox olan zaman yəni pensiya kartları paylanılan zaman 300-500 nəfər adam sıra gözləyirmiş. Ona görə də, onların ağır iş rejimi olmuşdur. Ola bilər ki, möhürü kassa otağında qoyub gedə bilərmiş. Digər xəzinədarların da möhürləri həmin şəkildə otaqda qala bilərmiş. Ancaq bu işi törədən şəxs digər xəzinədar ola bilməz. Çünki bir xəzinədar niyə öz peçatını vursun ki? Digər iki xəzinədarlar Zərərçəkmiş şəxs rayon sakini kimi tanımışdır. Ancaq münasibətlərinin hansı səviyyədə olduğunu dəqiq deyə bilmir. Hesab etmir ki, digər xəzinədarlar zərərçəkmişin sənədinə peçat vursunlar. Qanunla müştəri kassa otağına girə bilməzmiş, lakin dediyi kimi iş çox olduğu vaxt çox pul gətirən müştərini kassa otağına alırmışlar. Çünki elə olurmuş ki, bankda 300-500 nəfər adam sıra gözləyirmiş. Kassanın təhlükəsizlik sistemi zəif olmuşdur. Bununla bağlı rəhbərliyə müraciət etmişlər. Bankın digər əməkdaşlarının zərərçəkmiş şəxslə yaxın münasibəti olmamışdır. Sənədlərdə olan möhürləri bununla izah edir ki, sənədlərdə onun imzası yoxdur. Zərərçəkmiş şəxs sözügedən sənədlərlə bağlı ötən 5 il müddət ərzində banka müraciət etməmişdir. Onu qeyd edir ki, kassada olan şüşədən əl içəri girə bilərmiş. Ola bilsin ki, hər hansı bir şəxs möhürü götürüb qəbzə vurmuşdur. Ancaq deyə bilmir ki, sırf bunu zərərçəkmiş şəxs və ya başqa bir şəxs etmişdir. Qapı bəzi vaxtlar açıq qalırmış və bağlanmırmış. Ehtimal edir ki, bunu kimsə etmişdir. Ancaq bu əməliyyatı edən şəxsin anlayışı olmamışdır. Əgər digər xəzinədarlar Ramazan və Osman və ya o, bu işi etsəymişlər öz peçatlarımızı vurmazmışlar. Yəni bu əməliyyatı kənar şəxsin etdiyini düşünür. Ümumiyyətlə şəxs 81 000 manatla bağlı ötən 5 il müddət ərzində bir dəfə də olsun banka müraciət etməmişdir. Bankda təhlükəsizlik xidməti o, işlədiyi ərəfədə aşağı səviyyədə olmuşdur. Kassada iki kamera olmuşdur. Sonradan gətirib 5-6 kamera quraşdırılmışdır. İndi isə daha çox kamera vardır. İşlədiyi dövrdə barmaq izi olmamışdır. İndi isə kassaya barmaq izi ilə girilir. Şəxs dəfələrlə ona demişdir ki, onda ona aid elə sənədlər var ki, onu ilişdirə bilər. Ancaq soruşduğu zaman hansı sənədlərin olması barədə ona məlumat verməmişdir. Hətta bununla bağlı zərərçəkmiş şəxsi səsini yazmışdır. Çox vaxt möhürü siyirməyə qoyub açarla bağlayırmış. Çox vaxt açar ciblərində olmuşdur. Bəzi vaxtlarda isə kassa otağında altda bir yerə qoyurmuşlar. Bəzən işin çoxluğundan ora bura qaçırmışlar. Bəlkə də, sözügedən qəbzə möhür həmin vaxt vurulmuşdur. Xəzinədar kimi əmanət müqaviləsi bağlamaq səlahiyyətləri olmamışdır. Zərərçəkmiş şəxsin səsi yazılmış və “CD disk” polisə təqdim edilmişdir. Polis işi araşdırıb ləğv qərarı versə də, həmin qərar hazırda prokurorluq tərəfindən ləğv edilib və işlə bağlı araşdırma gedir. Belə ki, o, bu işlə bağlı baş prokurorun qəbulunda olmuşdur. Zərərçəkmiş şəxsin ona borcu vardır. Evlə bağlı 70 000 manatı o, özüm imza ataraq götürmüşdür. Sonradan Zərərçəkmiş şəxs onu təhdid edərək 70 000 manatı ondan geri almışdır. Pulun onda olması barədə danışıqları özü etiraf edir və həmin səsləri yazmışdır. Evin alqı-satqı müqaviləsinə o, özü imza çəkmişdir. 50 000 manatlıq borc müqaviləsini alıcıya təqdim etmək üçün bağlamışlar. Yəni müştəriyə görüntü məqsədilə həmin borc müqaviləsi bağlanılmışdır. 50 000 manatlıq borc müqaviləsinin vaxtını uzatmışdır. Çünki həmin vaxt güclü təsir və təhdid altında olmuşdur. Bundan əlavə 120 000 manatı artıq Zərərçəkmiş şəxs olmuşdur. Zərərçəkmiş şəxs ona hədə-qorxu gəlirmiş ki, kiməsə bu barədə nə isə desə, onun başına oyun açar, onun killerləri vardır və onu izlədir. Bu barədə heç yerə şikayət ərizəsi verməmişdir. Çünki həmin vaxt təhdid altında olmuşdur. Zərərçəkmiş şəxs ona ailəsi ilə hədə-qorxu gəlmişdir. Eyni zamanda, onun İsada yüklü miqdarda pulu olmuşdur. Bankda vəzifəsi xəzinədar olmuşdur. Kassada kameralar olmuşdur. Bəzən bankda 500 nəfər şəxs olurmuş. Çox təəssüf ki, bankda olan kameralar 6 aydan çox videogörüntüləri saxlamır. Bayaq dediyi kimi, xəzinadar işlədiyi müddət ərzində 11 ədəd bankomata baxmışdır. Hansı ki, həmin bankomatların xarab olduğu vaxtb təmiri ilə də özü məşğul olmuşdur. Hal-hazırda ola bilsin ki, bankomatların təmiri ilə bağlı məşğul olan şəxslər vardır, lakin həmin dövrdə olmamışdır. Onları özləri bu işlərlə məşğul olmuşdur. İki nömrəli möhür ona aiddir. Bankda elə şərait olmuşdur ki, müştəri əlini atıb möhürü götürə bilərmiş. Kassada olan əməkdaşların bu işi edəcəyini düşünmür. Çünki kassa işçisi möhür vursaymış, öz möhürünü vurmazmış. O, zərərçəkmiş şəxsdən şübhələnir ki, möhürü məhz o, özü vurmuşdur və ya bu işi kiməsə etdirmişdir. Düşünür ki, bankın kassasında boşluqlar olmuşdur və həmin boşluqlardan istifadə olunmuşdur. Lakin bankın əməkdaşlarından şübhələnmir. Obyektin satılması üçün Zərərçəkmiş şəxs baş etibarnamə vermişdir. Hansı ki, şəxs onun adından alqı-satqı edə bilərmiş. Torpaq alqı-satqısı ilə bağlı Zərərçəkmiş şəxs pullar vermişdir. Borc müqaviləsini müvəqqəti bağlamışlar. Qardaşının pulu ilə aldıqları torpaqları satacaqmışlar. Ancaq onun obyektinin bu işlərlə əlaqəsi olmamışdır. Qaldı ki, 50 000 manatlıq borc müqaviləsini sırf binanı satmaq üçün bağlamışlar. Belə ki, müştəri zərərçəkmiş şəxsin dediyinə görə 1 ay ərzində gələcəkmiş, ancaq aylar keçməsinə baxmayaraq müştəri gəlməmiş və bu iş uzanmışdır. Sonradan zərərçəkmiş şəxs onun üstünə qışqırmış və ya hədə-qorxu gəlirmiş. Çünki əlində borc müqaviləsi olmuşdur. 50 000 manatlıq borc müqaviləsinin vaxtını zərərçəkmiş şəxs özü onu aparıb artırmışdır. Çünki həmin vaxt təsir altında olmuşdur. Sözügedən qəbzlərlə ibtidai istintaq zamanı tanış olmuşdur. Göstərilən qəbzlər “Beynəlxalq banka” aiddir və qəbzlər eynidir. Bu möhürlərə məsul şəxs xəzinədardır. Möhür xəzinədarə təhvil verilir. Möhürlər seyfdə qalır və o, işdə olduğu vaxt möhür onun məsuliyyəti altında olur. Qəbz yazılandan sonra birinci müştəri özü imza edir. Olubdur ki, müştəri yazılan qəbzi götürüb getmişdir. Əgər şəxs həqiqətən ödənişi edibsə və bu sistemə düşübsə müştərini axtarıb tapmışlar. Uyğunsuzluq olan zaman onlar çeki dəyişib yenidən yazırmışlar. Onlar yazan sənədlər 2019-cu il tarixədək sistemə düşmürmüş. 2019cu ildən sonra isə onlar yazan sənədlər sistemə düşürmüş. Yəni uyğunsuzluq olan zaman kassa çeki müştəridə qala bilərmiş. Kassada xəzinədar işləmişdir. Xəzinədar kimi vəzifəsi xəzinə əməliyyatlarını yerinə yetirmək olmuşdur. Xəzinə əməliyyatları bankomatların doldurulması və ya boşaldılması, müştəriləri qəbul etmək və onlara xidmət etməkdir. Banka ödənişləri qəbul etmək, qəbz vurmaq və qəbzi təhvil vermək. Bunlar xəzinadarın vəzifəsidir. Qəbzlər onlara hazır blanklar formasında gəlmirmiş. Qəbzləri kompyuter o şəkildə çıxarırmış. Qəbzləri kompyuterdə hazırlayıb çıxarırmışlar. Əvvəllər qəbzləri əməliyyatçılar yazırmış. Sonradan isə onlar yazmışlar. Göstərilən qəbzləri onlar kompyuterdə yaradırmışlar. Qəbzdə göstərilən rəqəmlər “BPN” nömrəsidir. Bu qəbləri onlar özləri hazırlamışdır. Sistemdə qəbzin banka aid olan foması vardır. Bankda bir neçə sistem vardır. “BPN” sistemini onlar özləri yazırmışlar. “BPN” sistemində onlar kredit ödənişlərini edirmişlər. Belə ki, sistemə vəsiqənin finkodunu yazan zaman məlumatlar gəlmişdir. Sonra printerə A4 vərəqəsini qoyub məlumatları çıxarırmışlar. Müştəri gəlir və deyirmiş ki, hesabına 10 000 manat pul vurmaq istəyir. Vəsiqəni təqdim edir və vəsiqənin finkodunu vuran zaman avtomatik olaraq məlumatları çıxır. Daha sonra sənədi yazıra və imza çəkdirirmiş. O, olan dövrdə xəzinədar əməliyyatçı gedirmiş. 20 000 manata kimi xəzinədar pulu hesaba vura bilərmiş. “BPN”də qəbzə borc aldı yazmaq mümkündür. Borc aldı və borc verdi olan qəbzlərdəki 2 nömrəli möhür ona aiddir. Qəbzlərə borc aldı və ya borc verdi yazmaq mümkündür. Məhkəmə istintaqı zamanı nə demişdirsə, ibtidai istintaq zamanı da onları ifadəsində qeyd etmişdir. Ona olunan qanunsuzluqla bağlı kifayət qədər dövlət qurumuna müraciət etmişdir. Bayaq qeyd etdiyi kimi, əvvəllər zərərçəkmiş şəxs tərəfindən təsir və təhdid altında olduğu üçün hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Zərərçəkmiş şəxs 2019-cu il tarixdən etibarən onu təhdid etməyə başlamışdır. Qəbzlərdə olan möhürü onunla izah edir ki, kimsə həmin möhrü kassadan götürə bilərmiş və qəbzə vura bilərmiş. Sözügedən qəbzlərə o, möhür vurmamışdır. 2023-cü il tarixdə bankdan çıxmışdır. Çünki özünə iş quracaqmış. Həm də korrupsiya idarəsindən ona teztez zəng gəlirmiş. İşi ilə bağlı gedə bilmirmiş. Buna görə də, ərizəni yazıb bankdan çıxmışdır. Hansısa ölkəyə getmək məqsədilə bankdan çıxmamışdır. Əsas bu işin üstünə düşdüyü üçün işdən çıxmışdır. Onun xaricə getmək fikri əvvəlcədən olmuşdur. Hansı ki, xarici ölkədə yaşamışdır. Xarici ölkədən Azərbaycana gəlməkdə məqsədi atası və anasının yanında yaşamaq olmuşdur. Çünki onlara dəstək olmaq istəyirmiş. 13 ildir bankda işləyirmiş. Zərərçəkmiş şəxs çox təhlükəli adamdır. Hətta ona demişlər ki, o, şikayət ərizəsini rayonda verməsin. Çünki şəxs yüzlərcə adamı uduzdurmuşdur. Ona görə də, ərizəsini Bakı şəhərinə DİN-nə vermişdir. Qəbzlərə borc verdi və ya borc aldı qismini o, yaza bilirsə, digər bank əməkdaşları da yaza bilərmiş. Sözügedən blanklar yazıldıqdan sonra, müştəri həmin sənədi götürüb gedə bilərmiş və yaxudda əməliyyatı yarımçıq qoyub gedə bilərmiş. Zərərçəkmiş şəxs banka gəlib-gedirmiş. Zərərçəkmiş şəxs qəbz verdiyi yadında deyildir. “BPN” həmin tarixin sıra sayları ola bilərmiş, lakin o, həmin tarixdə qəbz verdiyini xatırlamır. Beynəlxalq bankda hər hansı bir əməkdaş həmin o çeki çıxara bilərmiş. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2016-cı ildə təqsirləndirilən şəxslə bankda tanış olmuşdur. Həmin vaxtdan sonra onunla dostluq münasibətləri başlamışdır. O, özü alqı-satqı ilə məşğul olmuşdur. Zaurla tanış olduqdan bir müddət sonra, ona məsləhət vermişdir ki, banka pulunu qoysun və 10 faizdən pulunu alsın. O da Zaura inanıb Zaura pullar vermişdir. Zaur üzərində möhür olan qəbzləri onun yaşadığı evə gətirib imza çəkdirmişdir. Sonradan bilmişdir ki, Zaur onun verdiyi pulları banka qoymamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Zaura pul verməklə bağlı ailə üzvlərinin məlumatı olmamışdır. Zaura pulu verdikdən sonra həmin gün və ya beş gün sonra qəbzləri gətirmişdir. Qəbzləri vermək üçün Zaur özü onunla əlaqə saxlamışdır. Zaur qəbzləri ona evinin qarşısında və ya bankda vermişdir. Zaura pulları hissə-hissə vermişdir. Zaura ilkin olaraq 6000 manat, sonra 5000 manat, sonra 10000 manat, daha sonra isə iki dəfə 20000 manat pul vermişdir. Həmin pulları Zaura evində vermişdir. Zaurun ona verdiyi qəbzlər bir nüsxədən ibarət olmuşdur. Qəbzlərdə möhür olmuşdur. O, qəbzə imza atmışdır. Zaura 2018-ci ildə 50 000 manat borc pul vermişdir. Zaur ona demişdir ki, 10 gün ərzində pulu geri qaytaracaqdır. Həmin pulu ona notarial qaydada vermişdir. Onu notariusa Zaur özü aparmışdır. Kartlarına baxmış və görmüş ki, kartlarında balansı yoxdur. Bundan sonra banka getmişdir. Banka getdikdən sonra bilmişdir ki, Zaur onun verdiyi pulları banka qoymamışdır. Beş il ərzində banka qoyduğu pullarla bağlı maraqlanmamışdır. Çünki Zaura inanmışdır. Zaur ona demişdir ki, o, hər il mütamadi olaraq onun pulunu verəcəkdir. Zaur onun barəsində şikayət etməmişdir. İlkin olaraq Zauru o, şikayət etmişdir. Zaurla qohum deyildir. Zaurla bankda tanış olmuşdur. Məhkəmə kollegiyasının 30 avqust 2023-cü il tarixdə keçirilmiş iclasında Zərərçəkmiş şəxs ona verillən suallara cavab olaraq göstərmişdir ki, banka pul qoymaq təklifi Təqsirləndirilən şəxs gəlmişdir. Ümumiyyətlə o, bu yaşına qədər banka pul qoymamışdır. Zaur ona təklif etmişdir ki, pulu evdə saxlamasın. Pulunu banka qoysun və faizini götürsün. Zaur pulları ondan hissə-hissə almışdır. Qəbzləri gətirib evə vermişdir. Bəzən banka qəbz almağa getmişdir. Zaur həmin vaxt iş yoldaşlarının yanında ona göz-qaş edirmiş ki, bankdan çıxsın. Sonra bankın yanında ona qəbz vermişdir. Zaur pulları ondan bütövlükdə almamış, hissə-hissə almışdır. O da ona inandığı üçün hər dəfə pul vermişdir. Zaurun dediyinə görə, o, banka qoyduğu pulların faizini ilin axırı götürməli olmuşdur. Zaurla münasibətləri yaxşı olduğu üçün o, onun əmlakını və onda hansı miqdar pul olduğunu bilmişdir. Zaur ona qəbzləri təqdim etdiyi vaxt imza çəkmişdir. Zaurun ona təqdim etdiyi qəbzlər möhürlənmiş və hazır vəziyyətdə olmuşdur. Qəbzlərdə xəzinadarın imzası olmuşdur. Ancaq sonradan məlum olmuşdur ki, qəbzlərdə fərqli-fərqli imzalar olmuşdur. Zaura inandığı üçün sözügedən pulları ona bankda verməmişdir. Evində və ya küçədə vermişdir. İbtidai istintaq zamanı pul ilə bağlı epizodlarda müstəntiqə düzgün ifadə vermişdir və ifadəsini təsdiq edir. Zaura pulları verdiyi vaxt yanında heç kim olmamışdır. Zaur heç kimin yanında ondan pul almazmış. Pulu ondan təklikdə almışdır. Eşitmişdir ki, Zaur İsveçrəyə qaçmaq istəyir. Bir-neçə şəxs ona demişdir ki, Zaur onda başqa adamlardan da banka pul qoymaq adı altında pul alıb, geri vermir. Həmin vaxt ailəsi xəstə olmuşdur. Zaurdan pulu tələb etmişdir. Ancaq Zaur telefonları bağlamış və pulu geri verməmişdir. Zaur ona banka qoyduğu pulların faizini ildən ilə alacağını demişdir. Birinci ilin faizisini 2018-ci ilin sonlarında alacaqmış. Zaurla faizlə bağlı aralarında danışıqlar olmamışdır. Bankda Zaurdan başqa tanışı olmamışdır. Ona başqa şəxs tərəfindən qəbz verilməmişdir. Əmənət olaraq başqa şəxsə pul verməmişdir. Pulu ancaq Zaura vermişdir. Bəli, ibtidai istintaq zamanı Zaurla aramızda üzləşmə olub. Zaur onu müdriyyətə şikayət etməyimə icazə verməmişdir. Heç övladları bilməmişdir ki, Zaura o məbləğdə pul vermişdir. Ona demişdir ki, heç kimə deməsin, söz-söhbət olmasın. Zaura verdiyi pullardan hər-hansı bir məbləğ ona qaytarılmamışdır. Bankın müdiri Osman müəllimi evə dəvət etmiş və ona Zaurun ona verdiyi qəbzləri göstərmişdir. Osman müəllim ona demişdir ki, maraqlanıb ona xəbər edəcəkdir və onun belə bir puldan məlumatı yoxdur. Osman müəllim sonradan ona zəng edib bildirmişdir ki, onu aldatmışlar. Ali təhsili yoxdur, orta təhsillidir. Daşınmaz əmlak alqı-satqısı ilə məşğul olmuşdur. Beynəlxalq Bankda hesablarım vardır. Belə ki, həmin hesabları onun adından Zaur açdırmışdır. Bankda hesab açanda Zaur onun adından hər şeyi həll etmişdir. Hesab açdıran zaman banka sənəd təqdim etmişdir. Hesab açılan zaman müqavilə bağlamışdır. Banka pul qoyduğu zaman müqavilə bağlamamışdır. Çünki Zaura inanırmış və ona güvənmişdir. Zaura işləri həll etmək üçün etibarnamə verməmişdir. Sözügedən 6 qəbz üzrə banka yaxınlaşmamışdır. Qəbzləri bankdan almamışdır. Qəbzləri ona Zaur özü vermişdir. Zaur pulları ondan evə gəlib alırmış, qəbzləri isə sonra verirmiş. Zaur pulların 6-da evdən gəlib aparmışdır. Zaur pulu ondan almışdır və üzərindən bir müddət keçdikdən sonra ona demişdir ki, bu məbləğdə pul hazırla gəlib aparacaqdır. O da həmin pulu hazırlamışdır. Zaur qəbzin birini ona evdə vermişdir. Digər qəbzləri banka özü gedib ondan almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni qəbul edir. Zaura inandığı üçün sənədsiz pul vermişdir. 2017-ci ildə Zaurla daha yaxın münasibəti olmuşdur. Belə ki, Zaur torpağını satmışdır. O da həmin torpağı ondan almışdır. Daha sonra münasibətləri bir az da yaxşı olmuşdur. Zaura qarşı onda 2017-ci ildən sonra inam yaranmışdır. 2018-ci ildə Zaurla arasında kredit müqaviləsi olmuşdur. Ona 50000 manat borc pul vermişdir. Zaurla arasında kredit müqaviləsi bağlamağının səbəbi ona yüklü miqdar, yəni 50000 manat borc verməsi olmuşdur. Çünki burada xırda məbləğdən söhbət getməmişdir. 81000 manat müqabilində Zaurla arasında müqavilə bağlamamışdır. Çünki həmin pulu banka qoymaq adı ilə və faiz əldə etmək adı ilə Zaura vermişdir. Ancaq 50000 manatı isə Zaura borc olaraq vermişdir. Ona görə də, onunla müqavilə bağlamışdır. Banka pul qoymaq adı ilə Zaur ondan pul aldığı zaman, ona elə şeylər demişdir ki, ona inanmışdır. Ona görə də, onunla müqavilə imzalamanışdır. Bankda Zaurdan başqa tanışları olmamışdır. Yəni sadəcə bankdakılara salam verib keçmişdir. Zaur bankda olan digər hesablarını yoxlamağa icazə verməmişdir. Məhkəmə qərarı ilə onun hesabına və ya onun hesabından digər şəxsin hesabına pul köçürülməsi barədə məhkəmə qətnaməsi vardır. Ancaq o, heç nəyi yoxlamamışdır. Hamısını Zaur həll etmişdir. Bankdakı pulun faizi ilə bağlı il tamam olduqda banka yaxınlaşmamışdır. Çünki Zaur demişdir ki, buna ehtiyac yoxdur, o, özü həll edəcəkdir. Müqavilənin vaxtını 2021-ci ildə uzatmışdır. Çünki Zaura dəfələrlə demişdir ki, pulunu verməsə, onu məhkəməyə verəcəkdir. Ancaq Zaur pulunu geri qaytarmamışdır. Zaura 31 may 2018-ci il tarixdə 50000 manat borc pul vermişdir. Həmin pulu verdiyi vaxt onunla müqavilə bağlamışdır. Zaur pulu 10 gün sonra qaytaracağını bildirsə də, pulu geri qaytarmamışdır. Pulu vermədiyi üçün Zaura qarşı içində şübhə yaranmışdır. Sonradan bu bank məsələsinə görə ona yenə pul vermişdir. Çünki Zaurun 4 mərtəbəli obyekti olmuşdur. Ona demişdir ki, obyekti satıb, pulunu verəcəkdir. O da ona inanmışdır. 50000 manatı Zaura borc olaraq vermişdir. 81000 manatı isə banka depozit qoymaq üçün və faiz əldə etməyi üçün vermişdir. Zaur ona demişdir ki, 50000 manat borcunu obyekti satıldığı vaxt verəcəkdir. 81000 manatı isə ona demişdir ki, ona köməklik etsin, banka depozit qoysun və faiz əldə etsin. Onu da qeyd edir ki, məhkəmənin hazırlıq iclasından 2 gün sonra təqsirləndirilən şəxsin tanışı onu döymüşdür. Bununla bağlı cinayət işi başlanılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadə düzgündür. Həmin vaxt kimsə ona əlavə heç nə öyrətməmişdir. Zaur istəmişdir ki, onun banka pul qoymağını heç kim bilməsin. Buna görə də, nə vaxt banka getsə, ona göz-qaş etmişdir ki, bankdan çıxsın. Soruşurmuş ki, niyə belə edir? Zaur ona demişdir ki, gözləsin, səbirli olsun, niyə belə etdiyini görəcəkdir. O da ona inanmışdır. İbtidai istintaq zamanı Zaurun ona göz qaş edib bankdan çıxarmağını ifadəmdə bildirmişdir. İbtidai istintaq zamanı ifadəsini oxumuşdur. Ola bilsin ki, ibtidai istintaq zamanı Zaurun ona göz qaş edib bankdan çıxarmağını ifadəsində bildirməmişdir. Çünki görmüşdür ki, ibtidai istintaq zamanı düzgün araşdırma aparılır. Zauru çağırmışdır ki, notariusun qarşısına gəlsin və müqavilənin vaxtını uzatsınlar. Görmüşdür ki, gəlmir və telefonunu bağlamışdır. Bundan sonra bankın əməkdaşı olan Osmanı evə dəvət etmişdir. Məlum olmuşdur ki, Zaur onu aldatmışdır. Əvvəllər banka pul qoyan zaman əmanət kitabçası vermişlər. Bundan məlumatı vardır. Zaurdan əmanət kitabçası istəməmişdir. O, bilməmişdir ki, Zaur ondan aldığı pulları banka mədaxil etməmişdir. Osman müəllim onun evinə gəldikdən sonra başa düşmüşdür ki, Zaur onu aldatmışdır. Zaura 3 dəfə evinin qarşısında pul vermişdir. Qalan pulları isə kənarda vermişdir. Üzərində 20000 manatla şəhərdə gəzmişdir. Çünki onun heç kimlə düşmənçiliyi olmamışdır. Bankda Zaurdan başqa digər əməkdaşlarla münasibəti olmamışdır. Zaurun ona verdiyi qəbzlərin üzərini oxumamış və götürüb özündə saxlamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla, tədqiq olunmuşdur və o həmin ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, əvvəllər fındıq çərəzi və tütün məhsullarının satışı, həmçinin daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmuşdur. "xxxx" ASC-nin Zaqatala filialının sabiq xəzinədarı işləmiş Təqsirləndirilən şəxs da 2016-cı il tarixdən həmin filiala valyuta mübadiləsinə görə getdiyi müddətlərdən tanımış, daha sonra Təqsirləndirilən şəxsla ailəvi yaxınlıq münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs onun biznes fəaliyyəti ilə məşğul olduğunu və müəyyən qədər nağd pul vəsaitinin olduğunu bildiyi üçün ona bankda adına əmanət müqaviləsi üzrə aylıq 10 faiz gəlir əldə etməklə hesab açılmasını, hesab açılması üçün də banka gəlmədən pulları ona verməsini, özünün həmin pulları onun əvəzinə xəzinəyə mədaxil edəcəyini təklif etmiş, o da razılaşaraq həmin məqsədlə xx.xx.2018-ci il tarixdə yaşadığı ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs təklikdə 6.000 manat pul vermiş, Zaur da həmin pulu ondan alıb özünün banka gəlməyinə ehtiyac olmadığını, onun əvəzinə pulları bankda əmanət hesabı açdıraraq xəzinəyə mədaxil edəcəyini, daha sonra həmin mədaxil qəbzlərini də ona təqdim edəcəyini bildirmişdir. O da həmin gün Zaurun işlədiyi bank filialına getmiş, Zaur onun filiala getdiyini görüb bayıra çıxaraq 6.000 manat pulun xəzinəyə mədaxil edilməsinə dair mədaxil qəbzində “müştərinin imzası” bölməsinin qarşısına imza çəkdirməklə qəbzi ona təqdim etmişdir. Təqsirləndirilən şəxs ona bütün qəbzləri vahid nüsxədə təqdim etmiş, qəbzləri də ona təqdim edənədək qəbzlər möhürlənmiş və xəzinədarın imzası icra olunmuş vəziyyətdə olmuşdur. xx.xx.2018-ci il tarixdə Zaur eyni məqsədlə yaşadığı ünvan 1 ünvanının qarşısında ondan təkrarən 5.000 manat və 10.000 manat pul almış, o da həmin gün bankın filialına getdikdə Zaur təklikdə ona eyni üsulla hazırladığı qəbzlərə imza çəkdirib 5.000 manat və 10.000 manat olmaqla ona 2 ədəd xəzinə mədaxil qəbzini təklikdə ona vermişdir. Bundan sonra da, Təqsirləndirilən şəxsla eyni məqsədlə xx.xx.2019-cu il tarixdə Zaqatala şəhəri ərazisində görüşüb hər birində 20.000 manat olmaqla iki dəfəyə 40.000 manat pul vermiş və həmin gün də filialın qarşısında Təqsirləndirilən şəxsla görüşdükdə Zaur ona hər biri 20.000 manat olmaqla 2 ədəd xəzinə mədaxil qəbzi vermişdir. Bundan başqa da, təkrarən xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs eyni məqsədlə Zaqatala şəhəri ərazisində ondan 20.000 manat pul almış və həmin gün filialın qarşısında görüşüb ona həmin pulun xəzinəyə mədaxil edilməsinə dair qəbz təqdim etmişdir. Təqsirləndirilən şəxs ondan pulları alarkən və qəbzləri təqdim edərkən yanlarında kənar şəxs olmamışdır. Bununla da, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək onu adına bankda açılacaq əmanət hesabı üzrə aylıq 10 faiz əlavə gəlir əldə edəcəyi bəhanəsi ilə aldadaraq ümumilikdə 81.000 manat pul vəsaitini ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs ondan aldığı 81.000 manat qarşılığında vəd verdiyi faiz gəlirlərini təqdim etmədiyini görüb 2022-ci ilin sonlarından etibarən Təqsirləndirilən şəxs pullarını geri istəmiş, lakin Zaur ona müxtəlif bəhanələr deyərək pullarını geri qaytarmaqdan yayınmışdır. Həmçinin Təqsirləndirilən şəxs İsveçrədə yaşayan qardaşının yanına köçməyi planlaşdırdığını və buna görə də, 2023-cü ilin yanvar ayının əvvəllərində işdən çıxdığını bildiyindən xx.xx.2023-cü il tarixdə vəkillə müqavilə bağlayaraq Təqsirləndirilən şəxs verdiyi pulları geri almaq üçün "xxxx"-na müraciət etmiş, həmin vaxtadək də, bankın özünə müraciət etməməsinin səbəbi Təqsirləndirilən şəxsla əvvəllər aralarında ailəvi yaxınlıq münasibətlərinin olması və Təqsirləndirilən şəxs onu aldatması olmuşdur. Lakin banka müraciətindən sonra Təqsirləndirilən şəxs ondan aldığı pulları xəzinəyə mədaxil etmədiyini, adına hər hansı əmanət müqaviləsinin qeydə alınmadığını, Zaurun həmin pulları onu aldadaraq alıb ələ keçirdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 06 sentyabr 2017-ci il tarixdən etibarən Azərbaycan Beynəlxalq Bankının Zaqatala Filialının müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun işçisi olmuşdur. Şəxsi 2017ci ildən bəri tanıyır. Belə ki, o, sözügedən banka gəldiyi zaman Zaur orada xəzinədar kimi fəaliyyət göstərmişdir. Onun işlədiyi müddət ərzində Zaurun elədə ciddi nöqsanları ilə rastlaşmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid3 bildirmişdir ki, bu hadisələr Beynəlxalq Bankın köhnə binasında olan tarixi əhatə edir. Həmin vaxt xəzinədarlar bir gərcə otururlarmış. İlk başda baş xəzinədar Şahid1, ikinci masada xəzinədar Şahid2 və üçüncü masada isə Təqsirləndirilən şəxs əyləşirmiş. Masaların arasında ara məsafəsi və arakəsmə olmamışdır. Belə ki, hər üç xəzinədarın bir masası olmuşdur. Birinci oturan xəzinədarın üçüncü oturan xəzinarın möhüründən istifadə etməsi ehtimalı ola da bilər, olmaya da bilər. Bu barədə dəqiq heç nə deyə bilmir. Qaydalarda göstərilir ki, xəzinədar yerindən qalxarkən, möhürü mütləq qaydada seyfə qoymalıdır. Bu təlimatdır. Ancaq elə olur ki, bu təlimatlara riayət edilmir. Belə ki, anidən xəzinədara zəng gələ bilər və o, yerindən qalxıb gedə bilər. Ola bilər ki, proses zamanı xəzinadar harasa təcili gedən zaman möhürünü seyfə qoymasın. Kamera görüntüləri olmadan deyə bilmir ki, bu xəzinadar digərinin möhüründən istifadə etmişdir və ya etməmişdir. Çünki bu ehtimaldır. Həmin vaxtı bankın kassasında 6 kamera olmuşdur. Görmüşdür ki, əməkdaş çıxıb, lakin möhürü masanın üstündə unutmuşdur. İş prosesində belə hallar baş verir. O, mülahizə üzərindən heç nə deyə bilmir. Olur ki, xəzinədar nahara gedir, lakin möhürünü masada unudur. Zaurla bağlı belə hal olduğunu xatırlamır. Belə izah edir ki, bank sistemində iş etibar üzərinə qurulmuşdur. Yəni bir əməkdaş digər əməkdaşa etibar etməsə, orada iş getməz. Əlbəttə əməkdaşlar arasında bir-birlərinə etibar olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegyasının 27 sentyabr 2023-cü il tarixdə keçirilmiş iclasında Şahid3 ona verillən suallara cavab olaraq göstərmişdir ki, barmaq izi ilə xəzinəyə daxil olmaq səhv etmirsə, 2019-cu ildən etibarən başlamışdır. 2019-cu ilin dekabr ayında belə bir sistemin olduğunu dəqiq xatırlamır. 2017-ci ilin sentyabr ayından sözügedən bankın müdiri işləyir. Xəzinənin qapısı açıq ola bilməz və ya bankın hər hansı bir əməkdaşı xəzinəyə daxil ola bilməz. Belə bir şey mümkün deyildir. Çünki xəzinə otağında qapı bağlama sistemi vardır. Məsələn, xəzinədar otaqdan çıxdığı an qapı avtomatik olaraq bağlanır. Onun geri açılması üçün mütləq barmaq izi olmalıdır. Barmaq izi olmayan dövrdə də, qapı avtomoatik bağlanırdı. İçəri kimsə daxil olması üçün xəzinədar içəridən qapını açmalı imiş. Hər hansı bir əməkdaş tərəfindən kassaya kiminsə daxil ola biləcəyi barədə ona məlumat verilməmişdir. Təqsirləndirilən şəxs ona belə bir məlumat verməsini xatırlamır. Möhürlərin təhvil-təslim kitabı mövcuddur. Xəzinədar ilk dəfə işə başlayan zaman təhvil-təslim olunur. Bir də xəzinədar məzuniyyətə çıxdığı vaxt kitaba qeyd olunur. Bildiyi qədəri ilə qeyd edilən tarixdə Zaur işdə olmuşdur. Xəzinənin qabağında əvvəllər şüşə olmuşdur. Şüşənin qarşısında isə balaca pəncərələr olmuşdur. Həmin pəncərələrdən hər hansı bir müştərinin əlini atıb möhürü götürüb vurması fikrincə mümkün deyildir. Bəlkə də, mümkündür, bunu praktiki olaraq yoxlamaq lazımdır. Ancaq onun fikrincə mümkün deyildir. Yəni kiminsə əli möhürə çatmaz. Təqsirləndirilən şəxs xəzinədən başqa işlərlə məşğul olmuşdur. Belə ki, həmin səlahiyyətlər əvvəllər olmuşdur. Hansı ki, xəzinədar bankomatlara pul doldura bilərmiş. 2019-cu il tarixədək xəzinədarın bilavasitə vəzifəsində olmuşdur ki, boşalan bankomatı doldursun. Təqsirləndirilən şəxs öhdəliyində 11 bankomat olmuşdur. Çox vaxt Zaur özü gedib bankomatları doldurmuşdur. Texnika o qədər inkişaf etmişdir ki, sözügedən qəbzləri başqa şəxs çıxara bilərmiş. Demir ki, sözügedən qəbzləri başqa şəxs etmişdir. Sadəcə ona vurğulayır ki, mümkündür ki, kimsə eyni məzmunlu qəbzi düzəltsin. Xəzinədarlar bankda yanaşı otururmuşlar. Ehtimal vardır ki, bir xəzinədar digər xəzinədarin möhründən istifadə etsin. Kənar şəxsin əlini pəncərədən içəri daxil edib möhürü götürməsi yarı-yarıyadır. Yəni olada bilər, olmayada bilər. Filial müdiri işlədiyi vaxt Zauru hər hansı bir iş arxasınca göndərdiyi vaxt, onun möhüründən başqa bir şəxs istifadə etməmişdir. Qanuna əsasən bir xəzinədarin işlədiyi dövrdə, digər xəzinədarin möhüründən istifadə etmək səlahiyyəti bir halda olur. O da təhvil-təslim olanda mövcud olur. Bunun xaricində qanun icazə vermir. Xəzinə otağında kassanın qarşısında şüşə olur. Şüşənin altında isə balaca pəncərələr var idi. Kassanın qarşısında təxminən 120 cm olan şüşələr olmuşdur. Şüşənin altında olan pəncərələr isə təxminən 20-30 cm böyüklükdə olmuşdur. Həmin dövrdə müştərilər sözügedən pəncərədən istifadə edərək sənədləri vermişdir. Gün ərzində kassada nə qədər əməliyyat aparıldığını deyə bilmir. Çünki günə görə əməliyyat sayı dəyişmişdir. Elə vaxt olur ki, gün üzərində 200 müştəri olur. Hətta pensiya kartlarının verildiyi vaxt bankda kassanın qarşısında 300 nəfər sıra gözləyir. Bu vaxt xəzinədarlərin işi həddindən artıq çox olur. Bu işdən onun sonradan məlumatı olmuşdur. Qəbzlərlə bağlı bunu deyə bilər ki, qəbzlər verilən günün sonunda, o, filial müdiri kimi kassadakı pul qalığına cavabdehlik daşıyır. Həmin günü qəpiyə-qəpik kassalar düz olur. Bu kassa kitabında da və kassa sistemində də vardır. Yəni kassada əksiklik olmamışdır. Şəxs depoziti kassaya verə bilməz. İşin gedişatı belə ola bilməz. Belə ki, vətəndaş birinci növbədə əməliyyatçıya yaxınlaşmalıdır. Əməliyyatçının yanında depozit müqavilələri imzalanır. Əməliyyatçı kassaya mədaxili yazır. Bundan sonra əməliyyatçı vətəndaşı kassaya yönləndirir. Sonra vətəndaş əlindəki mədaxil qəbzi ilə bərabər pulunu kassaya təqdim edir. Xəzinədar üç nüsxədən ibarət qəbzin birini özündə saxlayır, birini müştəriyə verir və digərini əməliyyatçıya təqdim olunur. Əməliyyatçı həmin qəbzi görəndən sonra sözügedən məbləği vətəndaşın sisteminə otuzdurur. Yəni əməliyyatları xəzinədar tək özü edə bilməz. Xəzinədarlar arasında arakəsmə olmamışdır. Xəzinədarlar yanaşı otururmuşlar. Ehtimal vardır ki, bir xəzinədar digər xəzinədarın möhründən istifadə etsin. Əgər hesaba mədaxil varsa, vətəndaş istədiyi məbləğlə kassaya yaxınlaşıb öz hesabına pul yükləyə bilər. Depozit müqaviləsi bir dəfə bağlanır. Vəkillər Bürosundan filiala bu işlə bağlı məktub daxil olmuş, lakin həmin vaxtdan əvvəl Zaur ərizəsini yazıb işdən çıxmışdır. Məktub daxil olmadan əvvəl Zaurun hansı vaxt işdən çıxdığını dəqiq xatırlamır. Bankda olan kameralardakı videogörüntülər 6 ay saxlanılır. Əslində bu məsələ ona aid deyildir. Əvvəlki filial F.Əmirov 14 küçəsində yerləşmişdir. Onlar yeni binaya 2022-ci ilin dekabr ayında yerləşmişlər. Filialı təhvil alan zaman sənədləri və inventarı təhvil almışdır, lakin kameralar onun işi deyildir. Köhnə filialda 2 kamera olmamışdır. Xatırladığı qədərilə köhnə filialda 32-35 ədəd kamera olmuşdur. Həmin kameralar aktiv olmuş və hamısı işləmişdir. Hər xəzinədarın da başının üstündə bir kamera olmuşdur. Kameradakı videogörüntülər 6 aydan sonra silinir. Ümumiyyətlə kameralar serverdə olur. Hansı ki, o, həmin serverə girə bilmir. Belə bir icazəsi yoxdur. Köhnə filialda kameralarla bağlı problem olmamışdır. Zaur 2018-ci il tarixdə bankomatlara pul apara bilirmiş. Zaur öz maşını ilə bankomatlara pul aparmamışdır. Bankomatlarda olan nasazlığa xəzinədarlər baxmışdır. Belə ki, nasazlıq yüngül isə xəzinədar özü həll edirmiş. Nasazlıq böyük olduğu təqdirdə, baş idarədən əməkdaşlar gəlirmiş. Təlimatda xəzinədarlər bankomatlara pul qoya bilərmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Həmin dövrdə kassa otağının qapısı yaxşı bağlanmırmış. Zaur özü və digər xəzinədarlər ona müraciət etmişdir ki, kassa otağının qapısı yaxşı bağlanmır. Şəxsən özü gedib kassanın otağının qapısını düzəltmişdir. Qapılar xüsusi qapılar olmuşdur. Qapıda olan nasazlıq ciddi olmadığı üçün özü müdaxilə edib düzəltmişdir. Zərərçəkmiş şəxsi əvvəllər görməmişdir. Bankda olan xəzinədar sayısı birə qədər düşə bilər. İş bölgüsünə görə baş xəzinədar kassa otağını tərk edə bilməz. Tərk etdiyi zaman xəzinədarlara normal şəkildə vəsait verib çıxa bilər. Xəzinədar nahara çıxan zaman möhürü siyirməyə qoyub bağlamalıdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində Azərbaycan Beynəlxalq Bankın Zaqatala Filialının baş xəzinədarı işlədiyini bildirmiş və ona verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə olan ərəfədə, Azərbaycan Beynəlxalq Bankın Zaqatala Filialının baş xəzinədarı işləmişdir. Həmin vaxt Zaur da bankda xəzinədar işləmişdir. Hər kəsin özünə məxsus möhürü olmuşdur. Möhürlər bir stolun üzərində olmuşdur. Onda 1 nömrəli möhür olmuşdur. Zaurda 2 nömrəli, Ramazanda isə 3 nömrəli möhür olmuşdur. Hər kəsin öz kompyuteri vardır və əməkdaşlar bir birinin işinə qarışa bilməzmiş. Möhürlər şəxsən əməkdaşın özündə olmalıdır. Əməkdaş harasa gedərkən möhürü kilidli seyfə qoymalıdır. Və ya möhürü təhvil verməlidir. Onlar bankda digər xəzinədarlarla eyni masada otururmuşlar. Bəzən pul gəlirmiş, xəzinədar isə pul götürməyə gedirmiş. Elə olurmuş ki, möhürü yaddan çıxıb masanın üzərində qalırmış. Ehtimal vardır ki, bu vəziyyətdə xəzinədar digər xəzinədarın möhüründən istifadə etsin. Yəni möhür əl çatacaq vəziyyətdə olurmuş. Göstərilən qəbzə möhür vurmamışdır. Yəni o, pulu almadan möhür vurmur. Ehtimal vardır ki, harasa getdiyi vaxt Zaur onun möhüründən istifadə etsin. O, zərərçəkmiş şəxsdən pul qəbul etməmişdir. Nə də ki, qəbzə möhür vurmamışdır. İbtidai istintaq zamanı qəbzlər ona təqdim olunmuşdur. Hər əməkdaşın öz profaylı vardır. BPN-nömrələri barədə heç nə deyə bilmir. Bunu ekspertiza müəyyən edə bilər. Sistemə girmək üçün hər əməkdaşın özünə məxsus məxfi kodu olur. BPN-nömrələrini ekspert müəyyən edə bilər. Sistəmə girən kimi BPN-lər sırayla göstərilir. Beynəlxalq bankda baş xəzinədar işləyir. Qəbzlərdə olan BPN-lər ümumiyyətlə mövcud olmamışdır. Qəbzlərdə olan BPN-nömrələri qeydiyyatdan keçməmişdir. Sistemə daxil olan vaxt BPN-nömrələrini sistem özü verir. Hər hansı bir sənədə möhür vurmağını ondan heç kim xahiş etməmişdir. Kompyuterinin şifrəsini heç bir əməkdaşa verməmişdir. BPN-anında sistemə yazılır. Sistemdən kağız çıxır və ona möhür vurulur. Əgər sənəd təsdiqlənmirsə, sənəd düzgün sənəd deyildir. Bankdan çıxmayan sənədə möhür vurulsa belə həmin sənədin hüquqi qüvvəsi yoxdur. Müştəri pulu tam şəkildə verdiyi təqdirdə ona qəbz verilir. Hansı məbləğdirsə, o məbləğdə qəbz verilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə olan ərəfədə Azərbaycan Beynəlxalq Bankın Zaqatala Filialının xəzinədarı işləmişəm. Təqsirləndirilən şəxs 2018-ci ilin may ayından tanıyıram. Həmin dövrdə Zaur mənimlə birlikdə bankda xəzinədar işləyib. Hazırda həmin bankda işləmirəm. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Zaurla eyni otaqda xəzinədar işləmişdir. Eyni masada oturmuşlar. Masalar arasında arakəsmə olmamışdır. Kassa otağındakı qapıda qıfıl olmuşdur. Ola bilər ki, xəzinədar möhür unudub qalxıb getsin. Bu hər xəzinədarda olan birşeydir. Şəxsən o, heç bir xəzinədara ona məxsus möhürü verməmişdir. İbtidai istintaq zamanı qəbzlər ona təqdim olunmuşdur. Qəbzlər bankın qəbzlərinə çox oxşamışdır. İşlədikləri dövrdə Zaur ona məxsus möhürü istəməmişdir. Ola bilər ki, xəbəri olmadan kimsə onun möhründən istifadə etsin. Qəbzlərin necə əldə olunması barədə heç nə deyə bilmir. Bu barədə məlumatı yoxdur. 3 nömrəli qəbz ona aiddir. O, sözügedən qəbzlərə möhür vurmamışdır. Ona ibtidai istintaq zamanı qəbzlər göstərilmişdir. Həmin qəbzlərə o, möhür vurmamışdır. Qəbzlərə kimin möhür vurduğunu bilmir. Zərərçəkmiş şəxs onun tərəfindən qəbz verilməmişdir. Təqsirləndirilən şəxs onun işlədiyi yerə gəlib onu narahat etmişdir. Onda ona iradını bildirmişdir ki, onun işlədiyi yerə gəlməsin. Təqsirləndirilən şəxs iş yerinə gəlib deyirmiş ki, onu istintaqa çağıracaqlar, o da olanları danışsın. Təqsirləndirilən şəxs onun möhründən istifadə etdiyini ona deməmişdir. Zaurdan soruşmuşdur ki, qəbzlərdəki ona məxsus möhür haradan əldə edilib? Zaur həmin vaxt bu barədə heç nə bilmədiyini qeyd etmişdir. Zərərçəkmiş şəxsi sadəcə banka gələn vaxt görmüşdür. Zaur ona zərərçəkmiş şəxsə qarşı ifadə verməyini bildirməmişdir. Zaur işlədiyi yerə gəlib, lakin ona iradını bildirmişdir ki, işlədiyi yerə gəlməsin. Kənar şəxslərin gətirdiyi qəbzlərə möhür vurmamışlar. Zərərçəkmiş şəxsi əməliyyatla bağlı bankda görməmişdir. Zərərçəkmiş şəxs ona alqı-satqı ilə məşğul olması barədə məlumat verməmişdir. Zərərçəkmiş şəxs onun adından qardaşına nə isə deyə bilməz. Ola bilər ki, zərərçəkmiş şəxs özü qardaşına nə isə təklif etsin, lakin onun tərəfindən heç nə deyilməyib. O, kassada ortada oturmuşdır. Qəbzləri ibtidai istintaq zamanı ona gəstəriblər. Qəbzdəki imzalar ona məxsus olmamışdır. Ancaq üç qəbzdəki möhür ona aid olmuşdur. Möhürləri isə o vurmamışdır. Təqsirləndirilən şəxs demişdir ki, iş yerinə gəlib onu narahat etməsin. Zərərçəkmiş şəxs pul xırdalamaq üçün banka tez-tez gəlmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. BPN-nömrələri ödəniş olan vaxt sistemdə qalmalıdır. Əgər banka ödəniş olursa və gün sonunda ödəniş tapılmırsa, həmin ödəniş araşdırılır və tapılır. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli müşayiət məktubuna əlavə edilmiş bank hesabından çıxarışdan görünür ki, BPM **********47, BPM **********87, **********53, BPM **********95, BPM **********21 və BPM **********92 nömrəli xəzinə mədaxil qəbzlərində qeyd edilmiş ******************** hesab nömrəsi Zərərçəkmiş şəxs hesabı olmuş, lakin qəbzlərdə qeyd edilmiş pul vəsaitləri həmin hesaba mədaxil edilməmişdir (cild 01, iş vər. 11-16). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2010-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin Zaqatala Filialının müdiri X15 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış müqaviləyə əsasən Təqsirləndirilən şəxs aparıcı mütəxəssis-xəzinədar vəsifəsinə təyin edilmişdir (cild 01, iş vər. 18-21). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş "xxxx" ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2023-cü il tarixli, 163 K nömrəli əmrindən çıxarışdan görünür ki, "xxxx" ASC-nin Zaqatala filialının “xəzinə bölməsinin aparıcı mütəxəssisi” vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə əsasən, “AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a”- (tərəflərdən birinin təşəbbüsü)” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir (cild 01, iş vər. 29). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, BPM **********53 nömrəli "xxxx" ASC-nin Zaqatala filialının mədaxil qəbzindən görünür ki, müştəri “Zərərçəkmiş şəxs ALİ OGLU” tərəfindən 6.000 (altı min manat 0 qəpik) manat pul vəsaiti “B42.1” kodlu təyinatla ******************** nömrəli hesaba mədaxil edilmiş və üzərinə “Xəzinə 1” möhürü əks edilmişdir (cild 01, iş vər. 50). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, BPM **********795 nömrəli "xxxx" ASC-nin Zaqatala filialının mədaxil qəbzindən görünür ki, müştəri “Zərərçəkmiş şəxs ALİ OGLU” tərəfindən 5.000 (beş min manat 0 qəpik) manat pul vəsaiti “B42.1” kodlu təyinatla ******************** nömrəli hesaba mədaxil edilmiş və üzərinə “Xəzinə 3” möhürü əks edilmişdir (cild 01, iş vər. 51). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, BPM **********21 nömrəli "xxxx" ASC-nin Zaqatala filialının mədaxil qəbzindən görünür ki, müştəri “Zərərçəkmiş şəxs ALİ OGLU” tərəfindən 10.000 (beş min manat 0 qəpik) manat pul vəsaiti “B42.1” kodlu təyinatla ******************** nömrəli hesaba mədaxil edilmiş və üzərinə “Xəzinə 3” möhürü əks edilmişdir (cild 01, iş vər. 52). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, BPM **********47 nömrəli "xxxx" ASC-nin Zaqatala filialının mədaxil qəbzindən görünür ki, müştəri “Zərərçəkmiş şəxs ALİ OGLU” tərəfindən 20.000 (beş min manat 0 qəpik) manat pul vəsaiti “BORC ALDİ – Zərərçəkmiş şəxs” kodlu təyinatla ******************** nömrəli hesaba mədaxil edilmiş və üzərinə “Xəzinə 2” möhürü əks edilmişdir (cild 01, iş vər. 53). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, BPM **********87 nömrəli "xxxx" ASC-nin Zaqatala filialının mədaxil qəbzindən görünür ki, müştəri “Zərərçəkmiş şəxs ALİ OGLU” tərəfindən 20.000 (beş min manat 0 qəpik) manat pul vəsaiti “Zərərçəkmiş şəxs BORC VERDİ” kodlu təyinatla ******************** nömrəli hesaba mədaxil edilmiş və üzərinə “Xəzinə 2” möhürü əks edilmişdir (cild 01, iş vər. 54). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, BPM **********92 nömrəli "xxxx" ASC-nin Zaqatala filialının mədaxil qəbzindən görünür ki, müştəri “Zərərçəkmiş şəxs ALİ OGLU” tərəfindən 20.000 (beş min manat 0 qəpik) manat pul vəsaiti “B42.1” kodlu təyinatla ******************** nömrəli hesaba mədaxil edilmiş və üzərinə “Xəzinə 3” möhürü əks edilmişdir (cild 01, iş vər. 55). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Kompleks məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizasının 27 fevral 2023-cü il tarixli 5/284-4/317 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli "xxxx" ASC-nin Zaqatala filialına məxsus olan mədaxil orderlərin üzərlərində olan möhür əksləri reylef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli "xxxx" ASC-nin Zaqatala filialına məxsus olan mədaxil orderlərin üzərlərindəki “AZƏRBAYCAN BEYNƏLXALQ BANKİ ASC ZAQATALA FİLİALİ Xəzinə 1”, “AZƏRBAYCAN BEYNƏLXALQ BANKİ ASC ZAQATALA FİLİALİ Xəzinə 2”, “AZƏRBAYCAN BEYNƏLXALQ BANKİ ASC ZAQATALA FİLİALİ Xəzinə 3” məzmunlu möhür əksləri təqdim edilmiş eyni məzmunlu eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Təqdim edilmiş xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli "xxxx" ASC-nin Zaqatala filialına məxsus olan mədaxil orderlərin üzərlərində “Customer signature (müştəri imzası) və “Xəzinədar imzası” qrafalarında olan imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdirlər. Ekspertizaya təqdim edilmiş 6.000 AZN mədaxil edilməsi barədə xx.xx.2018-ci il tarixli, 5.000 AZN mədaxil edilməsi barədə xx.xx.2018-ci il tarixli, 10.000 AZN mədaxil edilməsi barədə xx.xx.2018-ci il tarixli, 20.000 AZN mədaxil edilməsi barədə xx.xx.2019-cu il tarixli, 20.000 AZN mədaxil edilməsi barədə xx.xx.2019-cu il tarixli və 5.000 AZN mədaxil edilməsi barədə xx.xx.2019-cu il tarixli qəbzlərdə “Müştərinin imzası (Cusotmer signature)” qrafalarındakı imzalar – Zərərçəkmiş şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 6.000 AZN mədaxil edilməsi barədə xx.xx.2018-ci il tarixli, 5.000 AZN mədaxil edilməsi barədə xx.xx.2018-ci il tarixli, 10.000 AZN mədaxil edilməsi barədə xx.xx.2018-ci il tarixli, 20.000 AZN mədaxil edilməsi barədə xx.xx.2019-cu il tarixli, 20.000 AZN mədaxil edilməsi barədə xx.xx.2019-cu il tarixli və 5.000 AZN mədaxil edilməsi barədə xx.xx.2019-cu il tarixli qəbzlərdə “Xəzinədarın imzası (Cashier signature)” qrafalarındakı imzalar – Təqsirləndirilən şəxs tərəfindən yox, Şahid1 tərəfindən yox, Şahid2 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur (cild 01, iş vər. 115-122). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X20 təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs və X1 mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar (cild 01, iş vər. 184). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 202). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ərizə”dən görünür ki, Şahid2 istintaq orqanına ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona dəfərlərlə zəng etdiyini və iş yerinə gəlib ondan istintaq zamanı ifadəsində onu intizamlı əməkdaş kimi, Zərərçəkmiş şəxs isə saxtakar və dələduzluqla məşğul olan şəxs kimi xarakterizə etməsini xahiş etdiyini bildirmişdir (cild 01, iş vər. 232). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Zaqatala RİHB-nin Mosul kənd inzibati ərazi dairəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş xasiyyətnamə və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı, xx.xx.2009-cu il təvəllüdlü qızı (X8) və xx.xx.2012-ci il təvəllüdlü oğlu (X7)) birlikdə Zaqatala rayonunun Mosul kəndində yaşayır və yaşayır yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 244-246). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş "xxxx" ASC-nin Zaqatala filialından Baş İdarəyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 6-2- 93ZQT/2-66/2023 nömrəli məktubdan görünür ki, BPM **********47, BPM **********87, **********53, BPM **********95, BPM **********21 və BPM **********92 nömrəli qəbzlər üzrə bankın əməliyyat sistemində hər hansı bir əməliyyat öz əksini tapmamışdır, qeyd olunan qəbzlər üzrə həm kağız daşıyıcılarında, həm də bankın əməliyyat bazasında mövcud deyildir. Bankın əməliyyat sistemində qeyd olunan BPM nömrələr üzrə axtarış verdikdə heç bir sənəd tapılmamışdır (cild 02, iş vər. 02). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 15 fevral 2010-cu il tarixli, 04 iyun 2015-ci il tarixli, xx.xx.2020-ci il tarixli "xxxx" ASC-nin Zaqatala filialının xəzinədarının vəzifə təlimatının surətindən görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2010-cu il tarixdə, 04 iyun 2015-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə filial müdiri tərəfindən təsdiq edilmiş xəzinədarın vəzifə təlimatı ilə tanış olaraq “Məxfilik və təhlükəsizlik tələblərinə riayət olunmaqla yüksək səviyyəli kassa xidmətlərinin göstərilməsi, nağd pul və digər qiymətlilərin qəbul edilməsi, verilməsi, nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi üzrə əməliyyatları yerinə yetirmək, müəyyən olunmuş qaydada gündəlik əməliyyatların uçotunu və üzləşdirməsini aparmaq, mədaxil (gündüz və axşam), məxaric, mədaxil-məxaric kassalarının işini aparmaq, nağd pulu müştərilərdən qəbul etmək, mədaxil əməliyyatları üzrə “Kassaya daxil olmuş nağd pulun məbləği və sənədlərin sayı haqqında arayış” tərtib etmək, imzalamaq və mədaxil kassa jurnalı ilə üzləşdirmək, qəbul edilmiş nağd pulları, mədaxil sənədlərini, tərtib edilmiş arayışı “Qəbul edilmiş və təhvil alınmış nağd pulun və digər qiymətlilərin uçotu kitabı”-na imza atmaqla baş xəzinədara təhvil vermək, kassa sənədlərinin tərtib edilməsi və saxlanılması üzrə müəyyən edilmiş qaydalara riayət etmək, fəaliyyətini qüvvədə olan qanunvericilik, Mərkəzi Bankın və ABB-nin qaydaları, təlimatları, qərar və sərəncamları çərçivəsində həyata keçirmək, qüvvədə olan qanunvericiliyə və bankdaxili qaydalara uyğun gəlməyən sərəncamları icra etməmək, xəzinəyə daxil olan mədaxil və məxaric sənədlərində hər hansı bir uyğunsuzluq aşkar etdikdə bu əməliyyatları dayandırmaq və sənədləri geri qaytarmaq”, işə götürənlə arasında bağlanmış 15 fevral 2010-cu il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən “ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda Banka heç bir səbəb üzündən ziyan vurmamalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməli” kimi, səlahiyyət və öhdəliklərə malik vəzifəli şəxs kimi qeyd edilən əmək funksiyaları və vəzifə öhdəliklərinə əsasən “ABB-nin korporativ maraqlarına və nüfuzuna xələl gətirəcək hərəkət və hərəkətsizliyə yol verməməli” kimi vəzifə öhdəliklərini qəbul etmişdir (cild 02, iş vər. 03-24). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X20 təqdim etdiyi məktubdan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar (cild 02, iş vər. 86). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ABB-nin Təhlükəsizlik Departamentinin təqdim etdiyi məktubdan görünür ki, 2018-2019-cu illər üzrə videogörüntülərin təqdim edilməsi texniki imkanlarının xaricindədir (cild 01, iş vər. 88). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X5 himayəsində iki uşağı – xx.xx.2009-cu təvəllüdlü X8 və X7 vardır (cild 01, iş vər. 141-143). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, ibtidai istintaq həmin tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun əlavə gəlir əldə etmək üçün bankda adına əmanət müqaviləsi üzrə hesab açılması bəhanəsi ilə aldatmasını, həmin məqsədlə Təqsirləndirilən şəxs 04 dekabr 2018-ci il tarixdə yaşadığı ünvan 1 ünvanının qarşısında 6.000 manat, 07 dekabr 2018-ci il tarixdə həmin ünvanda 5.000 və 10.000 manat, xx.xx.2019-cu il tarixdə Zaqatala şəhəri ərazisində ayrı-ayrılıqda 2 dəfəyə 20.000 manat olmaqla 40.000 manat və 07 may 2019-cu il tarixdə Zaqatala şəhəri ərazisində 20.000 manat olmaqla ümumilikdə 81.000 manat pul vəsaiti verməsini, Təqsirləndirilən şəxs da ondan aldığı pullar müqabilində içərisində "xxxx" ASC-nin Zaqatala filialının möhürü əks edilmiş 06 ədəd saxta xəzinə mədaxil qəbzləri təqdim etməsini və iş üçün əhəmiyyət kəbs edən digər xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir (cild 01, iş vər. 154-157). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində CM-in 178 və 320-ci maddələri ilə, Təqsirləndirilən şəxs barəsində CM-in 179, 204-205-ci maddələri ilə, Şahid1 və Şahid2 barəsində CM-in 178, 308, 313 və 314-cü maddələri cinayət işinin başlanılmasının rədd olunması qərara alınmışdır. Həmçinin, borc alan Təqsirləndirilən şəxs borc verən Zərərçəkmiş şəxs 50.000 manat məbləğindəki pul vəsaitini notarial qaydada təsdiq edilmiş 31 may 2018-ci il tarixli kredit müqaviləsi üzrə aldığından, müqavilənin şərtlərinə əsasən hər iki tərəfin razılığına əsasən xx.xx.2026-cı il tarixədək qaytarmağı öz öhdəsinə götürdüyündən, qeyd edilən məsələ mülki mübahisə xarakterli daşıdığından həmin xüsusat üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır (cild 02, iş vər. 187-209). Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ABBnin hüquq departamentinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, həmin tarixdən Nümayəndə2 məhkəmə orqanlarında Bankı prosessual tərəf qismində cinayət işlərində təmsil etmək üçün ABB-nin nüayəndəsi təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ABBnin hüquq departamentinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ******************** nömrəli hesabda xx.xx.2018, xx.xx.2018, xx.xx.2019 və xx.xx.2019-cu illər tarixlərdə müvafiq məbləğlərlə bağlı əməliyyatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli arayış və ona əlavə olunan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs 2014-cü il tarixdən başlayaraq "xxxx" ASC-də hesablar açmağa başlamış və həmin hesablar üzərindən əməliyyatlar aparmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin təqdim etdiyi xəstəlik tarixi çıxarışından (epikriz) görünür ki, X3 C50.4-Süd vəzisinin yuxarı-bayır kvadrantının bədxassəli yenitörətməsi pT1N0M0 mərhələ lA G2R0LVİ0 diaqnozu qoyulmuşdur. Diaqnoz qeydi: Sağ süd vəzinin xərçəngi. pT1bN0M0. İA (xx.xx.2021). Radikal rezeksiyadan (xx.xx.2021) sonrakı vəziyyət. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya X18 şöbəsinin raportunun yekun və şərh hissəsində göstərilmişdir ki, sağ 5-ci qabırğanın lateral hissəsində orta dərəcəli osteoblastik aktivlik göstərən sklerotik sahə. Bu əlamətin təqibi tövsiyə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müxtəlif məsələlər üzrə şəxsən onun əleyhinə olan sübutlara dair etirazlar etmiş və onları mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar və şahidlər ifadələri ilə Zərərçəkmiş şəxs ibtidai istintaqa təqdim etdiyi bank qəbzlərinin üzərindəki möhürlərin banka aid olması, həmin möhürlərin bankın xəzinədarlığında (kassada) saxlanılması, həmin möhürlərdən xəzinədarlardan başqa heç kəsin istifadə edə bilməməsi, xəzinədarlığın qapısının həmişə bağlı olması, xəzinəyə xəzinədarlardan başqa kənar şəxslərin daxil ola bilməməsi, həmin möhürlərdən hər hansı bir kənar şəxsin istifadə etmə imkanının qeyrimümkün olması, habelə Zərərçəkmiş şəxslə xəzinədarlardan yalnız Təqsirləndirilən şəxs mütəmadi görüşməsi, iş vaxtı onunla birlikdə çölə çıxaraq bankın qarşısında söhbət etmələri, onların yaxşı münasibətlərinin olması, həmçinin bankın digər xəzinədarları ilə Zərərçəkmiş şəxs münasibətinin olmaması və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bank depozit hesabına pul mədaxil edəcəyini deyərək müxtəlif vaxtlarda zərərçəkmiş şəxsdən pul vəsaitlərini götürərək ona bank qəbzlərini verməsi tam sübuta yetirilmişdir. Beləliklə, hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, şəxsə qarşı ittiham irəli sürülmüşdür ki, o, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil edərək, onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə vəzifə saxtakarlığı törətmişdir. CM-in 178.1-ci maddəsinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluq cinayətini ehtiva edir. CM-in 178.3-cü maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə Həmin məcəllənin 178.3.2-ci maddəsi ilə tövsif edilməlidir. CM-in 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Eyni zamanda, həmin qərarda göstərilmişdir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Eyni zamanda, CM-in 308.1-ci maddəsinə əsasən vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma vəzifə səlahiyyətlərindən sui-istifadə sayılır və cinayət əməli sayılır. Həmin əmələ görə şəxs iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan əlavə, CM-in 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə cinayət əməli sayılır. Həmin əmələ görə şəxs min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 308-ci maddəsinin qeyd hissəsinə əsasən bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar başa düşülür. Yuxarıda qeyd olunanları əsas götürərək, habelə cinayət işinin materiallarında olan sübutlara, o cümlədən işin faktiki hallarına nəzər yetirən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil edərək, onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə vəzifə saxtakarlığı törətmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, habelə cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmiş və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə bağlı ittiham üzrə məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən cinayət əməllinin törədilməsindən qanunla müəyyən edilmiş 2 (iki) illik müddət keçdiyindən Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən o, qeyd edilən maddələr ilə təqsirli bilinməli, lakin Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ona cəza təyin edilməməlidir. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini 2019-cu il tarixdə törətmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.1-ci maddələri ilə cinayətlərin məcmusu qaydasında cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, qeyd edilənlər məsuliyyətdən yayınmaq üçün seçilmiş müdafiə taktikasıdır. Belə ki, Təqsirləndirilən şəxs qeyd etdikləri iş materialları ilə tam təkzib olunur. Əksinə onun qeyd edilən cinayət əməllərini törətməsi yuxarıda da göstərildiyi kimi biri-digərini tamalayan və üst-üstə düşən sübutlar (zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi və s.) vasitəsi ilə tam təsdiq olunur,. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə bağlı ifadələrini işin mövcud faktiki və obyektiv halları ilə tam təkzib olunduğundan həmin ifadələri əsassız sayır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini və həmin şəxslərin ondan şikayətçi olmasını əsas götürərək ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını və həmin cəzaların qismən toplanılmaqla ona cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər və yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətini öz qulluq mövqeyindən istifadə etməklə törətdiyindən, onun barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin olunmalıdır. Belə ki, CM-in 46.2-ci maddəsində göstərilmişdir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, cəzaçəkməsinin əvvəli həbsə alındığı vaxtdan, yəni 14 yanvar 2025-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 200 (ikin yüz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (ikin yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan BPM **********47, BPM **********87, **********53, BPM **********95, BPM **********21 və BPM **********92 nömrəli xəzinə mədaxil qəbzlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Mülki iddiaya münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət işinin materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs mülki iddia qaldıraraq 81000 (səksən bir min) manat cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə, ümumilikdə 81000 (səksən bir min) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır: CPM-in 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Hazırkı cinayət işi üzrə qeyd edilən cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirildiyindən, maddi ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduğundan, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddia təmin edilməli və 81000 (səksən bir min) manat cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə, ümumilikdə 81000 (səksən bir min) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas və əlavə cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qeyd edilən maddələr ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs saxlanması üçün Azərbycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin və 81000 AZN (səksən bir min manat) cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə, ümumilikdə 81000 AZN (səksən bir min manat) məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut olan BPM **********47, BPM **********87, **********53, BPM **********95, BPM **********21 və BPM **********92 nömrəli xəzinə mədaxil qəbzlərinin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-5/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-5/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver