Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-50/2021 16.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X2 Məhkəməsində Dövlət ittihamını müdafiə şöbəsinin prokuroru, ədliyyə müşaviri Musayev Fuad Möhübbət oğlu, Müdafiəçi - Şəki şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxxx 1992-ci il tarixdə Oğuz rayonu, Şirvanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Şirvanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X6 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Oğuz rayonunun Qumlaq kəndində, Əlican çayının kəndin aşağısından keçən hissəsinin kənarında həmkəndlisi xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs onun bibisi oğlu Şahmar Qasımovun arvadı Şahid6 ilə intim münasibətdə olmasından şübhələnərək həmin məsələni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxslə görüşüb söhbət edərkən aralarında yaranmış münaqişə zamanı özündə olan bıçaqla qəsdən sonuncunun qarın nahiyyəsinə bir dəfə zərbə vuraraq onа qarının ön sol yuxarı hissəsində qarın boşluğuna nüfuz edən, mədənin, mədəaltı vəzinin daxili qanaxma ilə müşayiət olunan həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran, həmin bıçaqla qəsdən sonuncunun sağ qol nahiyyəsinə bir dəfə zərbə vuraraq onа sağ saidin arxa yuxarı 1/3-nin kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verməklə göstərdi ki, məhz Zərərçəkmiş şəxs onun bibisi oğlu Şahmar Qasımovun arvadı Şahid6 ilə intim münasibətdə olmasından şübhələnərək həmin məsələni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxslə görüşüb söhbət edərkən aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla qəsdən sonuncunun qarın nahiyyəsinə bir dəfə zərbə vuraraq ona ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Hazırda əməlindən çox peşmandır, hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır, sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən qeyd olunan halları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin fevral ayında dostu Baba ilə söhbət zamanı o, X3 yaşadığı evdən çıxanda gördüyünü və Pərvinlə Tünzalə arasında münasibət olduğundan şübhələndiyini demişdir. xx.xx.2020-ci il tarixdə saat 21:50 radələrində Baba onun telefonuna zəng edərək harada olduğunu ondan soruşmuş, o da Babaya Qumlaq kəndinin aşağı hissəsində Əlican çayının kənarında olduğunu demişdir. Baba da ona həmin yerdə gözləməsini və onunla görüşməli olduğunu demişdir. Həmin vaxtdan 10 dəqiqə sonra Baba Pərvinlə birgə onun olduğu yerə gəlmişdir. Bu vaxt Pərvin ona sözü olduğunu bildirərək kənara çəkmiş və ondan Tünzalə ilə münasibəti olması barədə Babaya danışıb-danışmadığını soruşmuşdur. O da Pərvinə Tünzalə ilə münasibəti olduğunu Babaya danışdığını demişdir. Bu zaman Pərvin əlindəki bıçaqla onun qarın boşluğuna bir dəfə vurmuşdur. Bundan sonra o, qarnından qan gəldiyini görüb yaxınlıqda dayanan traktora tərəf qaçmış, Pərvin isə arxasınca gələrək istifadəsində olan mobil telefonu ona verməyini bildirib əlindəki bıçaqla sağ qoluna xəsarət yetirmişdir. Həmin vaxt orada olan şəxslərdən Orxan və Baba onu traktora əyləşdirərək Oğuz rayon Mərkəzi Xəstəxanasına, oradan isə Şəki rayon Mərkəzi xəstəxanasına aparmışlar. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən bu halların nəzərə alınmaqla təqsirləndirilən şəxs barəsində ağır deyil, yüngül cəza, yəni ən azından üç il azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Pərvin adlı həmkəndlisi onun mobil telefonuna zəng edərək onunla görüşmək istədiyini bildirmiş, o da Pərvinlə razılaşaraq yaşadığı kəndin mərkəzində yerləşən məktəbin yanına gedərək onunla görüşmüşdür. Söhbət zamanı Pərvin ona Röyalla yaxın dost olduğunu deyərək Röyalın Tünzalə ilə münasibətlərindən xəbəri olub-olmamasını ondan soruşmuşdur. O da cavabında Röyalla Tünzalənin arasında intim münasibətlərinin olmasından xəbəri olduğunu demişdir. Bu zaman Pərvin bu barədə kiminsə yanında deyib-demədiyini ondan soruşmuş, o da cavabında qeyd edilənlər barədə həmkəndlisi Fəqana dediyini bildirmişdir. Həmin vaxt Pərvin ondan Röyalla onu görüşdürməsini xahiş etmişdir. Bundan sonra o, Röyalın mobil telefonuna zəng edərək harda olmasını soruşmuş, Röyal da cavabında Əlican çayının Oğuz rayonu Qumlaq kəndinin aşağı hissəsindən keçən hissəsində olduğunu ona demişdir. O da Röyala olduğu yerdə dayanmasını və onunla görüşməli olduğunu demişdir. Bundan sonra o, Pərvinlə birlikdə Röyalın olduğu yerə getmişdir. Onlar həmin yerə çatanda Röyalın Tural adlı şəxsin idarə etdiyi traktorda olduğunu, traktorda Röyal və Turaldan başqa Orxan adlı şəxsin də olduğunu görmüşlər. Röyal onları görüb traktordan düşərək Pərvinə tərəf getmiş, Pərvin də Röyalı kolluq olan yer tərəfə aparmış, o, da Röyal və Pərvinin arxası ilə onların söhbət etdiyi yerə tərəf getmişdir. Həmin vaxt Pərvin Röyaldan Tünzalə ilə arasında nə kimi münasibətlərin olmasını soruşmuş, Röyal isə Tünzalə ilə arasında intim münasibətləri olmasını təsdiqləyərək Pərvinin də Tünzalə ilə arasında intim münasibətləri olduğunu bildirdiyini demişdir. Bu zaman Pərvin bıçaqla Röyalın qarnına bir dəfə vurmuşdur. Bundan sonra Röyal traktora tərəf qaçmış, Pərvin də Röyalın arxasınca gedərək Röyaldan telefonda olan Tünzaləyə aid smsləri və fotoşəkilləri silməsini tələb edərkən Pərvinin əlindəki bıçaq Röyalın qoluna dəyərək xəsarət yetirmişdir. Bundan sonra Pərvin oradan çıxıb getmiş, o da Orxan və Turalın köməyi ilə Röyalı xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 və Şahid5 Şahid7 ifadəsinə uyğun ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, həmkəndliləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında baş verən münaqişə barədə məlumatı xx.xx.2020-ci il tarixdə saat 23 radələrində olmuş, həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğu ona məlum olmuşdur. Röyalla Tünzalə arasında olan intim münasibətləri olmasından onun məlumatı hadisə baş verməzdən bir müddət əvvəl olmuşdur. Belə ki, Şahid7 Zərərçəkmiş şəxslə Şahid6 arasında intim münasibətləri olması barədə ona deyərkən bilmişdir. Bundan sonra o, Röyalla Tünzalə arasında olan intim münasibətlər barədə həmkəndlisi Şahid3 yanında danışmışdır. Həmin vaxtdan bir müddət sonra Təqsirləndirilən şəxs onun yanına gələrək, Röyal ilə Tünzalə arasında intim münasibətlərin olub-olmamasını hardan bildiyini soruşmuş, o da bu barədə Şahid7 eşitdiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, baş verən hadisəni görməmişdir. Lizinq yolu ilə aldığı Belarus 892 markalı 90 A 815 dövlət qeydiyyat nişanlı traktoru vardır. O, həmin traktoru xx.xx.2020-ci il tarixdə həmkəndlisi Şahid4 etibarnamə vermədən və traktor idarə etmək üçün sürücülük vəsiqəsi olmadan özünə məxsus bağ sahəsinə mal peyini daşıması üçün idarə etməyə vermişdir. Sonradan ona məlum olmuşdur ki, Tural idarə etdiyi ona məxsus traktorla Oğuz rayonu Qumlaq kəndi ərazisində Orxan və Röyal adlı şəxslərlə birlikdə mal peyini daşıyarkən Röyal adlı şəxs Pərvin adlı şəxslə münaqişə etmiş və həmin münaqişə zamanı Pərvin Röyalı bıçaqla vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir, bundan başqa Təqsirləndirilən şəxs onun qohumudur. Belə ki, Pərvin onun həyat yoldaşı Şahmarın dayısı oğludur. Pərvin onun yaşadığı evə yalnız xeyir və şər işlərində gəlmişdir. Pərvin və Röyalla arasında intim münasibətləri olmasa da, Zərərçəkmiş şəxslə arasında uzun müddətdir ki, sevgi münasibətləri olmuşdur. Belə ki, həyat yoldaşı Şahmar Qasımovun adına qeydiyyatda olan, lakin özü istifadə etdiyi ***-***-**-** saylı mobil telefon ilə Röyalın istifadəsində olan 709484849, ********* və ********* saylı nömrələrlə günün müxtəlif vaxtlarında mütəmadi olaraq əlaqə saxlamış və SMS vasitəsilə yazışmışdır. Təqsirləndirilən şəxs nə üçün Zərərçəkmiş şəxs bıçaqla vurmasından heç bir məlumatı olmamış, hadisəni sonradan öyrənmişdir. Cinayət işinin materiallarında olan “Raport”dan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 23:57 radələrində Oğuz Rayon Mərkəzi Xəstəxanasından Oğuz rayonu, Şirvanlı kəndində yaşayan 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs qarın boşluğunun kəsilmişdeşilmiş yarası xəsarəti ilə xəstəxanaya müraciət etməsi barədə Oğuz Rayon Polis Şöbəsinə məlumat verilmişdir. (cild 01, iş vər. 4) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən “Baxış keçirilməsi və götürülmə haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə Oğuz rayonunun Qumlaq kəndində, Əlican çayının kəndin aşağısından keçən hissəsinin kənarında baş vermişdir. Hadisə yeri təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən göstərilmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 18-23) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış və sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində əyani şəkildə göstərmişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 83-88) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 58 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarının ön sol yuxarı hissəsində qarın boşluğuna nüfuz edən, mədənin, mədəaltı vəzinin və daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, sağ saidin arxa yuxarı 1/3-nin kəsilmiş yarası, qarının ön divarında orta xətt üzərində və qarını ön aşağı hər iki qalça çüxuru nahiyyələrində drenaj qoyulmuş yaralar vardır. Qarının ön sol yuxarı hissəsində qarın boşluğuna nüfuz edən, mədənin, mədəaltı vəzinin daxili qanaxması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, sağ saidin arxa yuxarı 1/3-nin kəsilmiş yarası yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni xx xxxx 2020-ci ildə iti deşici-kəsici xarakterə malik olan alətin (əşyanın-bıçağın) təsirindən törənə bilər. Qeyd olunan xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir, ayrı-ayrılıqda isə qarının ön sol yuxarı hissəsində qarın boğluğuna nüfuz edən, mədənin, mədəaltı vəzinin daxili qanaxması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə, sağ saidin arxa yuxarı 1/3-nin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. Qarının ön divarında orta xətt üzərindəki, qarını ön aşağı sol və sağ qalça çüxurundakı yaralar onun üzərində xx xxxx 2020-ci ildə həyati göstəriş məqsədi ilə aparılmış cərrahi əməliyyat zamanı yaranmışlar. Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan xəsarətlər- qarının ön sol yuxarı hissəsində qarın boşluğuna nüfuz edən, mədənin, mədəaltı vəzinin daxili qanaxması ilə müşayiət olunan deşilmiş-kəsilmiş, sağ saidin arxa yuxarı 1/3-nin kəsilmiş yarası bıçağın təsirindən törənməsinə uyğun gəlir. (cild 01, iş vər. 169-171) Cinayət işinin materiallarında olan məhkəmə trasoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 3/924 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin və maykanın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədə kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə qeyd edilən xassəyə malik olan bıçaq tiyələri də aiddir. Həmin zədə qərarın təsviri hissəsində qeyd olunan şəraitdə də yaranması mümkündür. Təqdim edilmiş şalvarın üzərində hər hansı mexaniki zədə aşkar edilmədi. (cild 01, iş vər. 152-153) Cinayət işinin materiallarında olan məhkəmə lifli ekspertizasının xx xxxxxxxx 2020ci il tarixli, 6/1554 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan paltarlar üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və növü rəyin 1 nömrəli cədvəlində göstərildi. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarlardan boz rəngli köynəyi üzərindən tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan köynəyin tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan paltarlar üzərində Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarların tərkib liflərindən yoxdur. (cild 01, iş vər. 145-149) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-bioloji tədqiqi şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 9/886 nömrəli rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O alfa beta/İ/. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs oğluna məxsus alt mayka, qısaqol mayka və şalvar üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda H antigeni, qısaqol mayka üzərindəki ləkələrdə həmçinin alfa, beta aqqlyutinini alındı. Bu qan ləkələri O alfa, beta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. (cild 01, iş vər. 208-212) Cinayət işinin materiallarında olan Oğuz Rayon Mərkəzi X4 Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 313 saylı məktubdan görünür ki, Oğuz rayonu, Şirvanlı kənd sakini xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Oğuz RMX-nın Ruhi-Əsəb və Narkoloji kabinetində qeydiyyatda yoxdur. (cild 01, iş vər. 115) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə görüşüb onun bibisi oğlu Şahmar Qasımovun arvadı Şahid6 ilə intim münasibətdə olması ilə bağlı məsələni aydınlaşdırarkən aralarında yaranmış mübahisə zamanı üzərində olan və ibtidai istintaq zamanı müəyyən edilməyən bıçaqla bir dəfə zərbə vuraraq sonuncuya qəsdən sağlamlığa ağır zərər vurmaya aid (məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 58 №-li rəyinə əsasən) bədən xəsarəti yetirmişdir. Odur ki, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, o cümlədən biri-digərini tamamlayan digər sübutlarla məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Oğuz rayonu, Şirvan kəndində yaşayır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 135-137) Cinayət işinin materiallarına əlavə edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. (cild 01, iş vər. 227) Məhkəmə kollegiyası zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamaqla onunla barışmasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Cinayət işinin materiallarında olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(054)-8/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 117-118) Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun tutulduğu, həbsdə olduğu vaxt cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli həbs edildiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Oğuz RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs xəsarət aldığı vaxt əynində olmuş bir ədəd şalvar, bir ədəd mayka və bir ədəd qolu qısa kofta, Təqsirləndirilən şəxs istintaqa könüllü olaraq təqdim etdiyi bir ədəd şalvar və bir ədəd köynək tələb edilmədiyindən hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Azərfon MMC-dən daxil olmuş 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 218,46 AZN (iki yüz on səkkiz manat, qırx altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Oğuz RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs xəsarət aldığı vaxt əynində olmuş bir ədəd şalvar, bir ədəd mayka və bir ədəd qolu qısa kofta, Təqsirləndirilən şəxs istintaqa könüllü olaraq təqdim etdiyi bir ədəd şalvar və bir ədəd köynək tələb edilmədiyindən hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Azərfon MMC-dən daxil olmuş 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 218,46 AZN (iki yüz on səkkiz manat, qırx altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu gündən (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı gündən) 20 (iyirmi) gün müddətinə X6 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-50/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-50/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver