Məhkəmə qərarları › İş №1(091)-50/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-50/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-50/2022 10.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri - Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə 8 avqust 1966-cı ildə İsmayıllı rayonunun Mican kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, İsmayıllı şəhərində (keçmiş Mican kəndi) qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3, 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri, xx xxxx 1996-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və üzərində daşıyaraq saxlamışdır. Belə ki, o 21 avqust 2021-ci il tarixdə, saat 15 radələrində İsmayıllı rayonunun Mican kəndində yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı evin giriş qapısının qarşısında, sonuncudan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,305 qram təşkil edən narkotik vasitə heroini 10 manat pul müqabilində alaraq öz şəxsi istifadəsi üçün əldə edib üzərində daşıyaraq saxlamış, həmin tarixdə, saat 15 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin (bundan sonra İsmayıllı RPŞ) Narkotiklərlə mübarizə qrupunun əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhəri, Cavanşir küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq İsmayıllı RPŞ-ya gətirilib növbətçi hissənin qarşısında üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd gümüşü ağ rəngli kağız bükümdə satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün əldə edib saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda 0,305 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində daşıyaraq saxlamış və qanunsuz olaraq narkotik vasitəni satmış, habelə saxlanc yeri hesab olunan binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamağa cəhd etmiş və təkrarən saxlanc yeri hesab olunan binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 2,249 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, ayrı-ayrılıqda təmiz çəkiləri 0,053 qram, 0,073 qram, 0,075 qram, 0,085 qram, 0,056 qram, 0,083 qram, 0,074 qram, 0,078 qram, 0,067 qram, 0,057 qram, 0,076 qram, 0,094 qram, 0,084 qram, 0,082 qram, 0,048 qram, 0,096 qram, 0,074 qram, 0,046 qram, 0,305 qram və 0,643 qram olmaqla, gümüşü ağ rəngli kağız və sellofan bükümlərdə qablaşdırmaqla yaşadığı evdə və üzərində daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində üzərində daşıyaraq saxladığı narkotik vasitə olan heroinin 0,305 qram çəkidə olan hissəsini İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs2 əvvəlcədən aralarında olan razılaşmaya əsasən öz yaşadığı evin həyətyanı sahəsinin giriş qapısının qarşısında 10 manata qanunsuz olaraq satmış, xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində İsmayıllı RPŞ-nın Narkotiklərlə mübarizə qrupunun əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Həsənov X5 şəhərinin Cavanşir küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq İsmayıllı RPŞ-ya gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü ağ rəngli kağız bükümdə satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün əldə edib saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda olan həmin 0,305 qram çəkidə kustar üsula hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş, həmin gün, yəni xx.xx.2021-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı İsmayıllı şəhərində (keçmiş Mican kəndində) yerləşən evinin yaxınlığındakı küçədə saxlanılaraq İsmayıllı RPŞ-ya gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı külli miqdar hesab edilən həmin narkotik vasitə heroinin bir hissəsi, yəni 1 ədəd plastik qabda 18 ədəd kağız bükümlərdə 0,053 qram, 0,073 qram, 0,075 qram, 0,085 qram, 0,056 qram, 0,083 qram, 0,074 qram, 0,078 qram, 0,067 qram, 0,057 qram, 0,076 qram, 0,094 qram, 0,084 qram, 0,082 qram, 0,048 qram, 0,096 qram, 0,074 qram, 0,046 qram çəkilərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilərək xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində sonuncunun yaşadığı evə baxış keçirilmiş, evin qonaq otağında, peyk qəbuledicisinin içərisində saxladığı həmin külli miqdar hesab edilən narkotik vasitə heroinin qalan hissəsi, yəni 1 ədəd sellofan bükümdə 0,643 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o xx.xx.2021-ci il tarixdə, saat 03 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib 200-300 manat civarında nağd pul və öz istifadəsi üçün ağrıkəsici həblər əldə etmək məqsədi ilə İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 10 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus aptekin qarşısına gəlmiş, ətrafda heç kəsin olmamasından istifadə edərək həmin vaxt qapı və pəncərələri bağlı olan aptekin əlavə giriş qapısının şüşələrindən birini yerdən götürdüyü daş parçası ilə vurub sındırmaqla, saxlanc yeri hesab edilən aptekə qanunsuz daxil olaraq apteki axtarmış, aptekin içərisində vitrinlərdən öz istifadəsi üçün axtardığı hər hansı bir ağrıkəsici həblər, eləcə də aptekin kassasında pul və ya qiymətli əşya olmadığından, iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək özgənin 200-300 manat məbləğində əmlakını qəsdən gizli olaraq talayıb oğurlamağa cəhd etmişdir. Bundan başqa, o təkrarən, xx.xx.2021-ci il tarixdə, saat 03 radələrində tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə İsmayıllı şəhəri, Cavanşir küçəsi, 21A ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus aptekin qarşısına gəlmiş, ətrafda heç kəsin olmamasından istifadə edərək həmin vaxt qapı və pəncərələri bağlı olan aptekin yan tərəfdən pəncərəsinin şüşələrindən birini yerdən götürdüyü daş parçası ilə vurub sındırmaqla, saxlanc yeri hesab edilən aptekə qanunsuz daxil olub, vitrinlərdən öz istifadəsi üçün ağrıkəsici həblər axtararaq tapmamış, bundan sonra həmin aptekin kassasında olan, cəmi 280 (iki yüz səksən) manat məbləğində dəmir və kağız əskinaslardan ibarət pulları götürüb qəsdən gizli yolla talayaraq, həmin yerdən uzaqlaşmaqla Zərərçəkmiş şəxs1 280 (iki yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci, Təqsirləndirilən şəxs1 isə 234.4.3, 29, 177.2.3, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların qeyd olunan cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özlərinin qismən etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona CM-in 234.4.3, 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü CM-in 234.4.3-cü madddəsi ilə deyil, 29, 177.2.3, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bildiyini qeyd edərək göstərmişdir ki, onda ittihamda göstərilən miqdarda narkotik vasitə olmamışdır. Onda 1,7 qram çəkidə narkotik vasitə olan heroin olmuşdur. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır, ancaq narkotik vasitənin istifadəsi ilə məşğul olmuşdur. Gecə vaxtı onun narkotik vasitəyə ehtiyacı olduğundan, ağrıları çoxaldığı üçün küçədə olan aptekə dərman almaq üçün girmişdir. Həmin aptekdən əvvəllər də eyni dərman aldığı üçün dərmanın hara qoyulduğunu bilmişdir. Girdiyi aptekdən axtardığı dərmanı tapmadığı üçün digər aptekə girmiş və həmin aptekdən dərmanı götürmüşdür. Aptekdə olan stolun üstündə isə 280 manat pul olmuş, həmin pulu da götürüb aptekdən çıxmışdır. Ancaq götürdüyü pulu istintaq vaxtı polis əməkdaşlarına geri qaytarmışdır. Onlar isə qaytardığı pulu aptekin sahibinə verməmişlər. Təqsirləndirilən şəxs1 ona ünvanlanan sualları cavablandırarkən isə bildirmişdir ki, onu ev paltarlarında polis şöbəsinə aparmışlar. Sonra evə gətirilmiş, evdə axtarış keçiriləndən sonra növbətçi hissədə narkotik vasitələri tərəzidə çəkmişlər. 18 ədəd xırda bükümlərin çəkisi kağızla birlikdə 1,7 qram, təmiz çəkisi isə 1,2 qram olmuşdur. O, Təqsirləndirilən şəxs2 yarım çet narkotik vasitə vermişdir. Təqsirləndirilən şəxs2 ağrıları olduğu üçün ona narkotik verməklə evinin qarşısında köməklik etmişdir. Təqsirləndirilən şəxs Zakir Niftalıyev ibtidai istintaq zamanı isə ona CM-in 234.4.3, 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü CM-in 234.4.3-cü madddəsi ilə deyil, həmin Məcəllənin 234.2 və 29, 177.2.3, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bildiyini qeyd edərək göstərmişdir ki, o xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində İsmayıllı rayonunun Mican kəndində yerləşən yaşadığı evin önündə, yol kənarında olarkən İsmayıllı RPŞ-nın əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək üzərində narkotik vasitə olmasına dair şübhələr olduğundan, üzərində şəxsi axtarış keçirəcəklərini, bu barədə əməliyyat məlumatı olduğunu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini bildirərək onlarla birlikdə İsmayıllı RPŞ-ya getməyi dəvət etmişlər. Həmin vaxt polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin növbətçi hissəsinin qarşısında ona hüquq və vəzifələri izah olunmuş, onu dövlət hesabına müdafiəçi İslam İsmayılov ilə təmin etmişlər. Bundan sonra ona vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Onun üzərində 01 ədəd silindirik formalı plastik qutuda narkotik vasitə hesab edilən heroin olduğundan, həmin vaxt əynimdəki açıq boz rəngli şalvarın sağ yan cibindən həmin plastik qutunu çıxararaq təqdim etmişdir. Həmin plastik qutu açıldıqda içərisində 18 ədəd gümüşü ağ rəngli kağız bükümlər aşkar olunmuşdur. Həmin bükümlər açıldıqda içərisində qəhvəyi rəngli, kəskin iyə malik narkotik tərkibli vasitə heroin olması məlum olmuşdur. Sorğu zamanı həmin narkotik vasitələrin ona məxsus olduğunu, şəxsi istifadə məqsədilə üzərində saxladığını, satış niyyəti olmadığını bildirmişdir. Həmçinin, polis əməkdaşları ondan həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqları zaman həmin 01 ədəd plastik qutuda 18 ədəd gümüşü ağ kağız bükümlərdə aşkar edilmiş heroin narkotik vasitəsini saxlanılmazdan iki gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, birinci mikrorayon ərazisində, yol kənarından yerdən tapdığını bildirmişdir. Belə ki, həmin gün o, Bakı şəhəri, birinci mikrorayon ərazisində piyada hərəkətdə olan zaman yol kənarında silindir formalı plastik qutu görmüş, qaldırıb içinə baxarkən bükümlər olmasını bilmiş, həmin bükümlərdən birini açdıqda isə içərisində qəhvəyi rəngli, kəskin iyi olan heroin narkotik vasitəsi olması ona məlum olmuşdur. Heroin narkotik vasitəsindən arabir istifadə etdiyi üçün götürüb cibinə qoymuş, bu barədə heç kimə bildirməmiş, məqsədi sonra təklikdə istifadə etmək olmuşdur. Təqdim etdiyi heroin narkotik vasitəsinin kütləsi kağız bükülülərlə birlikdə xüsusi elektron tərəzidə çəkilmiş, çəkisinin ümumilikdə 1,95 qram olması müəyyən edilmişdir. Baxış zamanı əynində olan digər paltarlarda və geyimlər üzərində narkotik vasitəyə bənzər hər hansı kütlə, habelə cinayət xarakterli hər hansı əşya, predmet, iz aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilməklə protokol tərtib edilmiş, protokolun doğruluğunu iştirakçılar kimi özü də imzası ilə təsdiq etmişdir. Bundan sonra sorğu zamanı polis əməkdaşları ondan yaşadığı evdə saxlanılması qanunla qadağan edilmiş hər hansı bir əşyanın, eləcə də narkotik vasitələrin olub-olmamasını soruşmuş, əks halda evinə baxış keçirəcəklərini dedikdən sonra polis əməkdaşlarına yaşadığı evdə də bir ədəd sellofan bükümdə heroin olduğunu bildirmiş və evinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə vermişdir. Bundan sonra İsmayıllı rayon Mican kəndində yerləşən yaşadığı evə gəlmişlər və polis əməkdaşlarının, hal şahidlərinin və vəkilin iştirakı ilə evinə baxış keçirilmişdir. Baxış zamanı evin zal hissəsində, peyk qəbuledicisinin içərisində bir ədəd sellofan bükülü aşkar edilmişdir. Sellofan bükülüyə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kütlə olmuşdur. Həmin bir ədəd sellofan bükümdə olan kütlənin nə olduğu ondan soruşulduqda isə etiraf etmişdir ki, həmin sellofan bükümdə olan kütlə heroindir və həmin heroini xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, birinci mikrorayon ərazisində, yol kənarından həmin plastik qutuda yerdən tapdığını, yaşadığı ünvana qayıtdıqdan sonra həmin narkotik vasitə bükümlərindən bir qədər irisini bir ədəd sellofanda ayıraraq evində peyk qəbuledicisinin içərisində saxladığını, bu barədə heç kimə demədiyini və məqsədinin isə üzərində olan narkotik vasitə bitdikdən sonra istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra həmin bir ədəd sellofan bükülüdə olan narkotik vasitə olan heroinə baxış keçirilmiş, baxış zamanı həmin heroin sellofan bükülü tərəzidə çəkilmiş, çəkisi 2,12 qrama bərabər olmuşdur. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuş, aşkar edilmiş həmin bir ədəd sellofan torbada olan narkotik qablaşdırılmışdır. O, polis əməkdaşları, vəkil və hal şahidləri protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan başqa, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir və bu səbəbdən də bədənində ağrılar olur. Ağrıları olanda bəzən həmin ağrılara dözə bilmir. 19 oktyabr 2021-ci il tarixdə, saat 03 radələrində yaşadığı evdə olduğu zaman bədənində ağrı hiss etmişdir. Təxminən 5-6 dəqiqədən sonra həmin ağrı kəskinləşmişdir. Yaşadığı evdən çıxaraq yaxınlıqda yerləşən Əhməd adlı şəxsə məxsus aptekə getmişdir. Lakin aptek bağlı olduğu üçün aptekdən ağrıkəsici ala bilməmişdir. Həmin vaxtı o, aptekin şüşəsini sındırıb ora daxil olmaq və oradan dərman və pul götürmək qərarına gəlmişdir. Bunun üçün aptektin sağ tərəfində olan əlavə qapısının iki şüşəsindən birini yerdən götürdüyü daşla sındırmış və ora daxil olmuşdur. Həmin yer qaranlıq olmuş və oradakı dərmanlar da qarışıq halda olduğundan buna görə ağrıkəsici dərman tapa bilməmişdir. Aptekə daxil olmuşkən isə oradan təxminən 200-300 manat miqdarında pul götürməklə başqa bir yerdən özünə ağrı kəsici dərmanlar almağı düşmüş, bunun üçün də aptekin kassa hissəsinə yaxınlaşmış, kassanı açmış, lakin orada pul olmamışdır. Bundan sonra oradan çıxıb yaxınlıqda olan başqa bir aptekin yanına getmişdir. Həmin aptek Xəyyam adlı şəxsə məxsusdur. Həmin aptekin yan tərəfdən olan pəncərəsinin bir şüşəsini yerdən götürdüyü daşla sındırmış və aptekə daxil olmuşdur. Aptekə daxil olduqda oradan ağrıkəsici olan hər hansı bir dərman axtarmışdır. Lakin dərmanlar çox olduğu üçün ona tanış adda dərman tapa bilməmişdir. Aptekə daxil olmuşkən oradan da pul götürmək fikrinə düşmüş, bunun üçün də aptekin kassasına yaxınlaşmış, kassada dəmir və kağız əsginaslardan ibarət pullarının olduğunu görmüşdür. Həmin pulların hamısını götürmüş və oradan uzaqlaşmışdır. Yaxınlıqda işıqlı bir yerdə pulları saydıqda pulların, ümumilikdə 280 manat olduğunu görmüşdür. Həmin pulları da zəruri ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs1 ifadəsini davam etdirərək göstərmişdir ki, o, qeyd etdiyi oğurluq hadisələrini 2021-ci ilin oktyabr ayının 19-da, gecə saat 03 radələrində ardıcıl olaraq törətmiş, birinci dəfə İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 10 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus aptekə daxil olmuş, lakin oradan nə dərman və nə də pul oğurlaya bilməmiş, ardından isə İsmayıllı şəhəri, Cavanşir küçəsi, 21A ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus aptekə daxil olmuş, oradan isə yalnız 280 manat pul oğurlamış, həmin hadisələri o, tək halda törətmiş, ona heç kim köməklik etməmiş, bu barədə kiməsə bildirməmiş və kimsənin də məlumatı olmamış, həmin oğurluğu da öz maddi ehtiyaclarına görə törətmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saxlanılmamışdan təxminən üç ay əvvəl, yəni fəhlə işlədiyi yerlərdə sonuncunun da fəhlə işlədiyi zaman tanımış, həmin vaxtlardan Əmrahın hərəkətlərindən narkotik vasitə istifadə etdiyini bilmiş, həmçinin sonuncu ona arabir narkotik vasitə olan heroin qəbul etdiyini demiş, lakin həmin ərəfədə o, Təqsirləndirilən şəxs2 narkotik vasitə satmamışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 xatırlamadığı nömrədən onun istifadəsində olmuş 077 533 10 43 saylı mobil nömrəyə zəng edərək bədənində ağrılar olduğunu, həmin ağrılara dözə bilmədiyini, narkotik vasitə almaq istədiyini və onda narkotik vasitə heroin olub-olmadığını soruşmasını demiş, o, Əmrahı tanıdığına və sonuncunun narkotik vasitə istifadə etdiyini bildiyinə görə, həmçinin narkotik vasitənin bədəndə yaratdığı ağrıları bildiyi üçün və maddi vəziyyətinin pis olmasına görə Əmraha narkotik vasitə sata biləcəyini və bunun üçün sonuncuya evinin qarşısına gəlməsini bildirmişdir. Əmrah bir neçə dəqiqəyə evinin qarşısına yaxınlaşacağını demiş, həmin vaxt o, üzərində saxladığı həmin plastik qabdan bir ədəd iri bükümü ayıraraq əlində saxlamış və həyətin giriş qapısı önünə çıxmış, təxminən iki-üç dəqiqə sonra Əmrah gəlib çıxmış, yanında kimsə olmamış, həmçinin ətrafda kimisə görməmiş, həmin vaxtı o, Əmraha bir büküm heroini 10 manata verə biləcəyini bildirmiş, Əmrah da razılaşaraq cibindən 10 manat çıxardıb ona vermiş, o, əlində saxladığı həmin bir büküm heroini Əmraha vermiş, budan sonra Əmrah getmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur, yalnız bir dəfə Təqsirləndirilən şəxs2 narkotik vasitə satmış, başqa heç kimə narkotik vasitə satmamış, üzərindən aşkar edilmiş 18 ədəd kağız bükümlərdə heroin narkotik vasitəsinin ümimi təmiz çəkisi 1,301 qram və evindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə, heroin narkotik vasitəsinin təmiz çəkisi 0,643 qram olmaqla, ümümi təmiz çəkisi 1,944 qram, yəni 2 qramdan az olmuşdur, bu səbəblə də ona elan edilmiş ittihamdan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə verilmiş ittihamın xitam edilməsini və həmin Məcəllənin 234.2, 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilməsini xahiş etmişdir. O, məhkəmə kimyəvi ekspertizasının 21 avqust 2021-ci il tarixli 17/622 saylı rəyi ilə tanış olmuşdur. Üzərindən aşkar edilmiş on səkkiz ədəd gümüşü ağ rəngli kağız bükümlərdə, habelə evindən aşkar edilmiş bir ədəd sellofan bükümdə, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd gümüşü ağ rəngli kağız bükümdə olmuş heroin narkotik vasitələri kağız və sellofan bükülüləri ilə birlikdə çəkilmişdir, ona görə də çəkisi ekspertiza rəyində göstəriləndən artıq olmuşdur. Həmin ekspert rəyində göstərilən üzərindən aşkar edilmiş 18 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,053 qr, 0,073 qr, 0,075 qr, 0,085 qr, 0,056 qr, 0,083 qr, 0,074 qr, 0,078 qr, 0,067 qr, 0,057 qr, 0,076 qr, 0,094 qr, 0,084 qr, 0,082 qr, 0,048 qr, 0,096 qr, 0,074 qr, 0,046 qram olan heroin narkotik vasitəsinin ümumi təmiz çəkisinin 1,301 qram və yaşadığı ünvandan aşkar edilmiş 01 ədəd sellofan bükülüdə heroin narkotik vasitəsinin təmiz çəkisinin 0,643 qram, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə heroin narkotik vasitəsinin təmiz çəkisinin 0,305 qram göstərilməsi ilə tam razı olmuşdur. O, bunlardan başqa heç bir cinayət hadisəsi törətməmiş və törətdiyi əməldən peşimandır. Təqsirləndirilən şəxs2 məhkəmə kollegiyasının iclasında ifadə verərək bildirmişdir ki, o 1-2 ay olardı ki, narkotik vasitədən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 tanımış, amma yaxın münasibəti olmamışdır. Ağrılarının olduğu üçün Təqsirləndirilən şəxs1 evinə getmiş və imkan olsa ona kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni yarıya bölərək yarısını ona vermişdir. Zakir ilə o bir yerdə narkotik vasitə istifadə etməmişlər. O, narkotik vasitəni alıb rayon istiqamətinə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunmuş və o, polis şöbəsinə aparılmışdı. Onun üzərində çox az çəkidə narkotik vasitə olmuşdur. O, narkotik vasitənin qarşılığında Təqsirləndirilən şəxs1 pul verməmişdir. O, Zakirə yaxınlaşmış, Zakir onun vəziyyətini görmüş və ona narkotik vasitə vermişdir. Polis şöbəsində ona qarşı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs2 ona ünvanlanan sualları cavablandırarkən isə bildirmişdir ki, Zakir ona narkotik vasitəni verərkən tərəzidə çəkmədən vermişdir. Təqsirləndirilən şəxs1 əlində olan narkotik vasitəni yarıya bölmüş və yarısını ona vermişdir. Zakir narkotik vasitəni ona pulsuz vermişdir. İbtidai istintaq zamanı müstəntiqə də belə ifadə vermişdir. İfadəsini oxumamış, lakin qol çəkmişdir. O 20 avqust saat 15:00-dan sonra 4 nəfər polis əməkdaşı tərəfindən Zakirin evindən təxminən 200-300 metr məsafədə saxlanılmış, yolda onun üzərinə baxış keçirilmiş və polis şöbəsinə aparılmışdır. Şöbədə ona qarşı təzyiq göstərilmişdir. Onun üzərinə baxış keçirilən zaman vəkili olmamışdır. Narkotik vasitə saxlanılan zaman onun üzərində olmuş, lakin polis əməkdaşları baxış keçirən zaman götürmüşlər. Narkotik vasitənin neçə qram olduğunu bilməmişdir. Üzərində olan bükülü ağ rəngdə olmuş, lakin video çəkilişdəki bükülü isə göy rəngdə olmuşdur. Həmin vaxt eyni bükülü olmadığını həyəcanlı olduğu üçün deyə bilməmişdir. Narkotik vasitəni kimdən aldığını öyrənmək üçün polislər onu döymüşlər. Döyülməklə bağlı heç kimə şikayət etməmişdir. Zakirlə üzləşdirilmiş və narkotik vasitəni ondan pul ilə almadığını demişdir. Məhkəmə istintaqı zamanı dindirilməsi mümkün olmayan Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri, T.Hüseynov küçəsi, ev 4 ünvanında yaşayır. Təxminən 1998-ci ildən İsmayıllı şəhəri, Cavanşir küçəsi, 21A ünvanında yerləşən aptekdə çalışaraq ailəsinin dolanışığını təmin edir. Həmin apteki rəsmi olaraq sənədlər əsasında işlətməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur, hər gün səhər saat 08 radələrində həmin apteki açır və axşam saat 22 radələrində isə bağlayır. Ondan başqa həmin aptekdə rəsmi olaraq qardaşı Şahid6 da çalışır. İsmayıllı rayonunun Mican kənd sakini Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onun bir neçə dəfə işlədiyi aptekə gələrək açıq satışına icazə verilən xatırlamadığı müxtəlif dərman vasitələri almış, həmin vaxtlarda onu görmüş, aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2021-ci il tarixdə evə bir qədər tez getmiş, apteki isə saat 22 radələrində Abdulla Həmzəoğlu bağlamışdır. Ertəsi gün, yəni xx.xx.2021-ci il tarixdə, saat 08 radələrində o, apteki açmaq üçün işə getmiş, bu zaman aptekin sağ tərəfində yerləşən tək qatlı pəncərənin böyük ölçülü, yəni eni 35 sm və hündürlüyü 155 sm olan 4 mm qalınlığında şüşəsinin sındırılmış vəziyyətdə olduğunu görərək, aptekə kiminsə daxil olunduğunu başa düşmüşdür. Bu səbəbdən içəri daxil olmadan DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Polis əmədaşları gələrək hadisə yerini müayinə etmiş, bundan sonra o, polis əməkdaşları ilə birlikdə içəri daxil olmuşdur. İçəri daxil olan zaman iki ədəd iri daş parçasının aptekin içərisində, birinin sındırılmış pəncərə şüşəsinin olduğu yerdə və digərinin isə salonun mərkəzi hissəsində, yerdə olduğunu, həmçinin aptekin satış yerində vitrin hissəsinin pəncərəsinin 90 sm enində və 120 sm hündürlükdə olan 4 mm qalınlıqda şüşəsinində aşağı hissəsinin sınmış vəziyyətdə olmasını görmüş, aptekə nəzər yetirdiyi zaman isə kassada olan kağız və dəmir pulların olmadığını bilərək oğurluq olmasını başa düşmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, aptekə daxil olmuş şəxs həmin iri daş parçalarından istifadə edərək aptekin sağ tərəfində yerləşən pəncərənin şüşəsini sındıraraq içəri keçmiş, kassada olmuş dəmir və kağız pulları oğurlamışdır. Lakin aptekə baxan zaman içəridə olan dərman preparatlarından isə heç nə oğurlanmadığı məlum olmuşdur. Adətən o və yaxud qardaşı Abdulla axşamlar apteki bağladığı zaman kassadan iri pulları götürür, ertəsi gün üçün kassada yalnız xırda pullar, yəni təxminən 30-35 manatlıq dəmir və 50 manatlıq bir manatdan ibarət pul əsginazları saxlayırlar. Hadisə yerinin müayinəsi zamanı polis əməkdaşları ondan aptekdən nə oğurlanması barəsində sual verdikləri zaman, dərman vasitələrinin oğurlanmadığını, ancaq kassadan pul oğurlandığını bildirmiş, lakin nə qədər məbləğdə pulun oğurladığını dəqiq bilmədiyi üçün, kassada təxminən 30-35 manatlıq dəmir və təxminən 50 manatlıq bir manatdan ibarət kağız pul əsginazların qalmasını düşünərək, ona görə İsmayıllı RPŞ-ya ərizə ilə müraciət edib ona məxsus aptekdən 85 manat pulun oğurlanması barədə məlumat versə də, sonradan aptekdə işləyən qardaşı Abdulla ilə danışarkən və gündəlik hesabatı apararkən ona aptekin kassasında təminən 30 manatlıq dəmir və 250 manatlıq kağız pul əsginazlarından ibarət, ümumilikdə 280 manat olması və həmin məbləğdə pulun oğurlanması məlum olmuşdur. Şüşələrin sındırılması nəticəsində isə ona, ümumilikdə 40 manat ziyan dəymişdir. Polis şöbəsində aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, aptekə daxil olaraq həmin pulları oğurlayan şəxs İsmayıllı rayon Mican kənd sakini Təqsirləndirilən şəxs1 olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən digər Zərərçəkmiş şəxs2 göstərmişdir ki, səhər saatlarında işə gedərkən arxa anbarın qapısının üzərində olan şüşələrin sındırıldığını və aptekə girildiyini görmüşdür. O, içəri girmiş, ətrafa göz gəzdirmiş və aptekdən heçnə oğurlanmadığını görmüşdür. Dərhal polis əməkdaşlarına xəbər vermişdir. Polislər gəlmiş və kamera görüntülərinə baxmışlar. Kamera görüntülərindən bəlli olmuşdur ki, Təqsirləndirilən şəxs1 aptekə daxil olmuş, lakin aptekdən heçnə götürməmişdir. Daha sonra, polis şöbəsində izahatlar alınmışdır. Təqsirləndirilən şəxs1 ona vurduğu ziyan 30 manat məbləğində olmuşdur. Zərərçəkmiş şəxs2 ona ünvanlanan sualları cavablandırarkən isə bildirmişdir ki, şüşə daşla sındırılmış və həmin daş aptekdə olmuşdur. Təqsirləndirilən şəxs1 tərəfindən aptekdən pul götürülməmişdir. Aptekə dəyən ziyan ödənilməmiş və həmçinin ödənilməsini də istəməir. O, Təqsirləndirilən şəxs1lə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Onlara Təqsirləndirilən şəxs2 narkotik vasitələrin üzərində saxlanılması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumat rəhbərliyə məruzə olunaraq müvafiq qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs2 saxlanılması ilə bağlı tədbir keçirmişlər. İsmayıllı rayonunun Mican kəndində yolda tək halda hərəkətdə olarkən, Təqsirləndirilən şəxs2la qarşılaşmışlar. Özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində videoçəkiliş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. O, üzərində bir bükümdə narkotik vasitə hesab olunan heroin olduğunu bildirmiş və cibindən “Magna” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Siqaret qutusuna baxış keçirərkən 3 ədəd siqaret dənəsinin və bir ədəd kağız bükümün olması müəyyən edilmişdir. Kağız büküm açılmış və içərisində qəhvəyi rəngli və toz halında olan kəskin qoxulu maddə aşkarlanmışdır. Onun nə olduğu Təqsirləndirilən şəxs2 soruşulanda, cavab olaraq heroin olduğunu və özünün istifadə etməsi üçün üzərində daşıdığını bildirmişdir. Necə əldə etdiyini soruşanda, onlara 10 manat qarşılığında saat 15:00 radələrində Mican kəndi sakini Təqsirləndirilən şəxs1 aldığını etiraf etmişdir. Daha sonra 20 avqust 2021-ci il tarixdə qərar qəbul olunaraq əməliyyat keçirilmiş və yolun kənarında Təqsirləndirilən şəxs1lə qarşılaşmışlar. Özlərini təqdim edib, məlumat verdikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və onlarla gəlmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirəndə, Təqsirləndirilən şəxs1 buna etirazını bildirməmişdir. Həmçinin, üzərində olanları könüllü təqdim etməsi də ona təklif olunmuş və o, üzərində olan plastik qutunu çıxarıb onlara təqdim etmişdir. Həmin qutuya baxış zamanı 18 ədəd gümüşü ağ bükümdə olan qəhvəyi rəngli və toz halında olan kəskin qoxulu maddə aşkarlanmışdır. Nə olduğunu soruşduqda, cavabında heroin olduğunu və özünün istifadə etməsi üçün üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 razılığı əsasında onun İsmayıllı rayonunun Mican kəndində olan yaşadığı evə də baxış keçirilmiş və evdə peyk qəbuledicisinin içərisində 1 ədəd sellofan bükülü aşkar olunmuşdur. Həmin bükülüyə baxış keçirən zaman qəhvəyi rəngli və toz halında olan kəskin qoxulu maddə aşkarlanmışdır. Həmin maddənin nə olması soruşulanda, cavab vermişdir ki, heroindir və üzərindəkilər bitdikdən sonra özünün istifadə etməsi üçün saxlamışdır. Daha sonra verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, evdən aşkar olunan sellofan bükümü Təqsirləndirilən şəxs1 özü təqdim etmişdir. Peyk qəbuledicisinin içərisində olmuşdur. Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs1 Mican kəndində saxlanılmış, Mican kəndi ilə polis şöbəsi arasındakı məsafə 5-6 dəqiqə olmuşdur. Təqsirləndirilən şəxs2 saxlanılandan təxminən yarım saat sonra narkotik vasitəni Təqsirləndirilən şəxs1 aldığını etiraf etmişdir. Bütün əməliyyat tədbirlərində Şahid3 iştirak etmişdir. Əməliyyat tədbiri birinci Təqsirləndirilən şəxs2 barədə keçirilmiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 adını çəkdikdən sonra onun barəsində də əməliyyat tədbiri keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, onlara Təqsirləndirilən şəxs2la bağlı əməliyyat məlumatı daxil olmuş, qərar qəbul olunaraq Təqsirləndirilən şəxs2 saxlanılması ilə bağlı tədbir keçirmişlər. Mican kəndində yolda tək halda hərəkətdə olan Təqsirləndirilən şəxs2la qarşılaşmış, özlərini təqdim etdikdən sonra polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməmiş və onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində video çəkilişin və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, üzərində olan “Magna” markalı siqaret qutusunu çıxararaq təqdim etmişdir. Siqaret qutusuna baxış keçirərkən 3 ədəd siqaret dənəsinin və bir ədəd kağız bükümün olması müəyyən edilmişdir. Kağız büküm açılmış və içərisində qəhvəyi rəngli və toz halında olan kəskin qoxulu maddə aşkarlanmışdır. Heroin olduğunu və özünün istifadə etməsi üçün üzərində daşıdığını bildirmişdir. Necə əldə etdiyi soruşulan zaman Təqsirləndirilən şəxs2 Mican kənd sakini Təqsirləndirilən şəxs1 aldığını demişdir. 20 avqust 2021-ci il tarixdə qərar qəbul edərək əməliyyat keçirmişlər. Yolun kənarında Təqsirləndirilən şəxs1lə qarşılaşmışlar. Özlərini təqdim edib, məlumat verdikdən sonra polis şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş və onlarla gəlmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirilmiş və Təqsirləndirilən şəxs1 buna etirazını bildirməmişdir. Həmçinin, üzərində olanları könüllü təqdim etməsi də təklif olunmuş, özü üzərində olan plastik qutunu çıxarmış və onlara təqdim etmişdir. Həmin qutuya baxış zamanı 18 ədəd gümüşü ağ bükümdə olan qəhvəyi rəngli və toz halında olan kəskin qoxulu maddə aşkarlanmışdır. Nə olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs1 cavabında heroin olduğunu və özünün istifadə etməsi üçün üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 Mican kəndində yaşadığı evə də baxış keçirilmiş, evdə peyk qəbuledicisinin içərisində 1 ədəd sellofan bükülünü Təqsirləndirilən şəxs1 özü təqdim etmişdir. Həmin bükülüyə baxış keçirən zaman, qəhvəyi rəngli və toz halında olan kəskin qoxulu maddə aşkarlanmışdır. Nə olduğunu soruşmuşlar. O, cavabında heroin olduğunu və üzərindəkilər bitdikdən sonra özünün istifadə etməsi üçün saxladığını bildirmişdir. Daha sonra verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxslərin heç birinin etirazı olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir ki, o, həmin vaxt verdiyi ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 2 ev 1 ünvanında yaşayır. xx.xx.2021-ci il tarixdə, saat 19:35-də İsmayıllı şəhəri, Cavanşir küçəsi ilə piyada hərəkətdə olarkən, bir neçə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və onların İsmayıllı RPŞ-nın əməkdaşları olmaları məlum olmuşdur. Həmin vaxt polis əməkdaşları ona bir nəfər şəxsin yaşadığı ünvanda narkotik vasitələr saxlamasına şübhələr olduğunu və həmin şəxsin yaşadığı ünvana baxış keçirəcəklərini, onun da həmin prosesdə hal şahidi kimi iştirak etməyi xahiş etmişlər. Həmin vaxt o, keçiriləcək baxışda iştirak etməyə könüllü olaraq razılıq vermiş və polis işçiləri ilə birlikdə İsmayıllı rayonunun Mican kəndinə gəlmişlər. Həmin ərəfədə ona və dəvət olunmuş digər bir nəfər hal şahidinə hüquq və vəzifələri izah edilmiş, sonra vəkilin də iştirakı ilə əvvəllər tanımadığı, şəxsiyyəti həmin vaxt ona məlum olan İsmayıllı rayonunun Mican kəndində yaşayan, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl polislər tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşyanın olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda evində bir ədəd sellofan bükümdə narkotik vasitə hesab edilən heroin olduğunu bildirmişdir. Baxış zamanı evin zal hissəsində, peyk qəbuledicisinin içərisində bir ədəd sellofan bükülü aşkar edilmişdir. Sellofan bükülü açılanda içərisində toz halında, qəhvəyi rəngli, kəskin iyə malik maddə olması məlum olmuşdur. Polis əməkdaşları həmin sellofan bükümdə olan maddənin nə olduğu soruşduqları zaman Təqsirləndirilən şəxs1 həmin sellofan bükümdə olan maddənin heroin narkotik vasitəsi olduğunu bildirmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni haradan əldə etdiyini soruşulduqda, o, həmin 01 ədəd sellofan bükülüdə olan heroin narkotik vasitəsini xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, birinci mikrorayon ərazisində, yol kənarından bir ədəd silindirik formalı plastik qutuda yerdən tapdığını, içərisinə baxdığı zaman narkotik maddə heroin olmasını bildiyini, həmin narkotik vasitəsindən bir büküm sellofana büküb ayıraraq ayrıca saxladığını, bu barədə heç kimə demədiyini və məqsədinin isə sonra ondan istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra həmin bir ədəd sellofan bükülüdə olan narkotik vasitəyə oxşar maddəyə baxış keçirilmiş, baxış zamanı həmin maddə sellofan bükülüdə tərəzidə çəkilmiş, çəkisi 2,12 qrama bərabər olmuşdur. Aşkar edilmiş həmin bir ədəd sellofan torbada olan maddə bir ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evdə və ya həyətyanı sahədə başqa cinayət xarakterli əşya və predmetlər, eləcə də narkotik vasitə aşkar olunmamışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuş, o və iştirakçılar tərəfindən protokolun doğruluğu imzaları ilə təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, İsmayıllı şəhəri, F.Feyzullayev küçəsi, ev 4 ünvanında yaşayır. Təxminən 2008-ci ildən İsmayıllı şəhəri, Cavanşir küçəsi 21A ünvanında yerləşən qardaşı Zərərçəkmiş şəxs1 məxsus aptekdə çalışır. Hər gün səhər saat 08 radələrində həmin aptek açılır, axşam saat 22 radələrində isə bağlanılır. Ondan başqa həmin aptekdə rəsmi olaraq qardaşı Zərərçəkmiş şəxs1 da çalışır. O, hadisə günü işə gec getmişdir. Aptekin şüşəsinin sındırılması ilə bağlı ona məlumat verilmişdir. O, işə getmiş, və şüşələrin sındığını, lakin qapının açılmadığını görmüşdür. Qardaşı Zərərçəkmiş şəxs1 polislərə xəbər vermiş, polislər gəlmədən onlar içəri daxil olmamışlar. Daha sonra polis əməkdaşları gəlmiş, qapı açılmış və içəri daxil olmuşlar. Daxil olan zaman dərhal dərmanlara baxılmış, lakin dərmanların yerində olduğunu görmüşlər. Kassaya baxarkən, kassadan pulların götürüldüyünü görmüşlər. Axşam kassada olan pulları saymadıqları üçün o, pulun miqdarını dəqiq bilməmişdir. Şahid6 ona ünvanlanan sualları cavablandırarkən isə bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Kassada olan pulları saymadıqları üçün pulun miqdarını dəqiq bilməmiş amma təxminən 200 manat civarında pul olmuşdur. Zərərçəkmiş şəxs olan qardaşı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, İsmayıllı rayonunun İvanovka kəndində yaşayır. Təxminən 2018-ci ildən Zərərçəkmiş şəxs2 məxsus İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 10 ünvanında yerləşən aptekdə işləyir. Həmin aptek hər gün səhər saat 08 radələrində açılır və axşam saat 24 radələrində isə bağlanılır. Zərərçəkmiş şəxs2 aptekin fəaliyyətinə nəzarət edir, o olmadığı vaxtlarda isə apteki özü açıb bağlayır. İsmayıllı rayonunun Mican kənd sakini Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onun bir neçə dəfə aptekdən xatırlamadığı dərmanlar almasını görmüş və aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2021-ci il tarixdə aptekdə işdə olmuş, Əhməd isə bir qədər tez getmiş, həmin gün saat 22 radələrində o, kassadan pulları götürərək apteki bağlamışdır. Ertəsi gün, yəni xx.xx.2021-ci il tarixdə, saat 08 radələrində Əhməd zəng edib aptekin pəncərəsinin sındırılmış vəziyyətdə olmasını deyərək, oğurluq edilməsini bildirmişdir. Həmin vaxt aptekə gəlmiş, çatdığı zaman aptekin sağ tərəfində yerləşən, təkqatlı pəncərəsinin böyük ölçülü şüşəsinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt polis əməkdaşları hadisə yerinin müayinəsini aparmışlar. Aptekin pəncərəsinin sınmış vəziyyətdə olmasını görərərək, oğurluq üçün girildiyini başa düşmüşdür. Əhməd ondan kassada pul saxlayıb-saxlamadığını soruşmuş, Əhmədə apteki bağlayarkən kassada olmuş pulların hamısını götürdüyünü bildirmişdir. Həmçinin, aptekə nəzər saldığı zaman heç bir dərman vasitələrinin oğurlanmadığı məlum olmuşdur. Polis şöbəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, aptekə pəncərə şüşəsini sındırmaqla daxil olan şəxs İsmayıllı rayonunun Mican kənd sakini Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 aptekə pəncərə şüşəsini sındırmaqla qanunsuz daxil olmuş, lakin içəridən hər hansı bir dərman vasitəsi və ya pul oğurlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2la bağlı əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə raportla məruzə edilərək qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs2la hərəkətdə olan zaman rastlaşmış, özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs2 qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs2 polis şöbəsinə dəvət edilmiş, o, etiraz etməmiş və polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkillə təmin olunmuş və üzərində şəxsi axtarış həyata keçirilmişdir. Axtarış zamanı üzərində 1 ədəd kağız bükümdə olan narkotik vasitə aşkar olunmuşdur. Bu barədə Təqsirləndirilən şəxs2 soruşanda heroin olduğunu və özünün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 pul qarşılığında Təqsirləndirilən şəxs1 aldığını demişdir. Dərhal əməliyyat keçirilmiş və Təqsirləndirilən şəxs1 evinin qarşısında saxlanılaraq polis şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs1 etiraz etməmiş və polis şöbəsinə getmişdir. Üzərinə baxış zamanı qabın içərisində narkotik vasitələr aşkar olunmuşdur. Daha sonra başqa yerlərdə olması ilə bağlı soruşanda Təqsirləndirilən şəxs1 evində də narkotik vasitə olduğunu bildirmişdir. Dərhal evə baxış keçirilmişdir. Peyk qəbuledicisinin içərisində olan narkotik vasitəni Təqsirləndirilən şəxs1 özü polis əməkdaşlarına təqdim etmişdir. Şahid1 ona ünvanlanan sualları cavablandırarkən isə bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 10 manat məbləğində narkotik vasitə aldığını demişdir. Təqsirləndirilən şəxs1 evinə baxış zamanı peyk qəbuledicisinin içərisində bir bükümdə, Təqsirləndirilən şəxs1 üzərində isə 18 bükümdə narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxslər axtarışın aparılmasına etiraz etməmişlər. Təqsirləndirilən şəxs2 saxlanma gününü xatırlamadığını, amma günün 2-ci yarısı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 saxlanılmasında təxminən 3 nəfər polis əməkdaşı iştirak etmişlər. Təqsirləndirilən şəxs2 üzərindən siqaret qutusu və kağız bükümdə narkotik vasitə aşkar olunmuşdur. Aşkar olunan kağız bükümün rəngi yadında qalmamış, narkotik vasitənin çəkisi yarım qramdan az olmuşdur. Təqsirləndirilən şəxs1 evinə baxış zaman 2 nəfər hal şahidi olmuş və onlar axtarışda sona qədər iştirak etmişlər. Məhkəmə istintaqında ibtidai istintaq zamanı yol verilmiş nöqsanla bağlı dindirilən müstəntiq X11 bildirmişdir ki, ibtidai istintaq zamanı ifadələrdə qeyd olunan 15:00 radələri mexaniki səhv olmuşdur. Təqsirləndirilən şəxs2 tutulduqdan sonra törətdiyi əməli etiraf etmiş və ondan sonra digər əməliyyat tədbiri keçirilərək Təqsirləndirilən şəxs1 saxlanılmışdır. Həyata keçirilən əməliyyat tədbirləri arasında müəyyən qədər vaxt olmuşdur. O, ibtidai istintaq zamanı verilmiş ifadələrdə qeyd olunanları mexaniki səhv kimi qəbul etməyi məhkəmə kollegiyasından xahiş etmişdir. X6 ünvanlanan sualları cavablandırarkən isə bildirmişdir ki, hadisədən uzun müddət keçdiyinə və polis əməkdaşları olan şahidlər ayda bir neçə dəfə belə tədbirdə iştirak etdiklərinə görə bu işdə saatı dəqiq xatırlamamışlar. Hesab edir ki, şahid qismində dindirilən polis əməkdaşlarının məhkəmə iclasında verdikləri ifadələr ibtidai istintaq zamanı yazılan ifadələrə əsaslanmışdır. Hal şahidləri məhkəmə prosesi başlamamışdan əvvəl ibtidai istintaq zamanı verdikləri ifadənin elektron variantını ondan istəmiş və buna görə onlar da ifadələrində saat olaraq 15:00 radələrini demişlər. Reallıq isə budur ki, Təqsirləndirilən şəxs2 saat 15 radələrində, Təqsirləndirilən şəxs1 isə saat 19:05-də polis əməkdaşları tərəfindən saxlanılmışlar. Göstərilənlərlə yanaşı, cinayət işinin materiallarında olan 19 oktyabr 2021-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən İsmayıllı RPŞya göndərilmiş ərizələrə əsasən, Zərərçəkmiş şəxs1 19 oktyabr 2021-ci il tarixdə, saat 00:00-dan 05:00-dək olan müddətdə naməlum şəxsin ona məxsus İsmayıllı şəhəri, Cavanşir küçəsi 21a ünvanında yerləşən aptekin şüşəsini sındırma yolu ilə kassadan 280 manat pul oğurlaması, Zərərçəkmiş şəxs2 isə xx.xx.2021-ci il tarixdə, saat 04 radələrində naməlum şəxsin ona məxsus İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 10 ünvanında yerləşən aptekin şüşəsini sındırdığını, lakin heç nə oğurlamadığını bildirməklə həmin şəxsi müəyyən edib barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. Cinayət işinin materiallarında olan 19 oktyabr 2021-ci il tarixli raportdan görünür ki, İsmayıllı RPŞ-ya Azərbaycan Respublikası DİN-in “102” xidmətindən daxil olmuş məlumata əsasən, İsmayıllı şəhərində yaşayan Zərərçəkmiş şəxs1, ***-***-**-** nömrəsindən zəng edərək, İsmayıllı şəhəri, Cavanşir küçəsi, 21a ünvanında işlətdiyi aptekə yaxınlaşması, şüşələrin sındırılması, oğurluq olması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan 19 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi, 21a ünvanında yerləşən aptekə baxış keçirilmişdir. Aptek yaşayış binasının sağ qabaq kənarında yerləşmiş, bir mərtəbəli olmaqla, qabaq və sağ tərəfi lay şüşələrdən ibarət olmuşdur. Aptekin giriş qapıları iki laylı metal çərçivəyə bükülmüş şüşələrdən ibarət olmuşdur. Aptekin sağ tərəfi üç şüşədən ibarət olmuş, hər şüşə isə iki laylı olmuşdur. Baxış zamanı vətəndaş Həmzə X2 tərəfində olan iri laylı pəncərənin iri daş parçası atılaraq sındırıldığını, bundan başqa aptekin içərisində olan kassadan kağız və dəmir pul əskinaslarından ibarət 85 manat pulun götürüldüyünü demişdir. Baxış zamanı aptekin sağ pəncərəsindən başqa aptekin içərisində olan vitrinin də atılan daş parçasının təsirindən sındığı görünmüşdür. Baxış zamanı aptekin pəncərə hissəsində olan 01 ədəd daş parçası və aptekin salonunda qalmış 01 ədəd daş parçası aptekə qanunsuz daxil ounan zaman sındırılma vasitəsi hesab olunduğu üçün polislər tərəfindən qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı baş inspektor kriminalistin iştirakı ilə aptekə daxil olunan yerlər müayinə olunsa da, lakin keyfiyyətli əl barmaq izləri müəyyən edilməmiş və götürülməmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və çıxarıldıqdan sonra protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 19 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 10 ünvanında yerləşən aptekə baxış keçirilmişdir. Aptek bir mərtəbəli olmaqla, qabaq və sağ tərəfində plastik çərçivəli qapılar var. Qapıların kənarı lay şüşəli pəncərələrdən ibarət olmuşdur. Baxış zamanı aptekin sağ tərəfində olan qapının iri ölçülü şüşəsinin sındırıldığı və həmin hissədən aptekə girildiyi müəyyən edilmişdir. Baxış zamanı vətəndaş Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci ildə saat 00:00-dan saat 05:00 radəsinə kimi olan müddət ərzində naməlum şəxsin həmin şüşəni sındıraraq içəri daxil olduğunu, lakin içəridən heç bir dərman preparatı oğurlamadığını bildirmişdir. Aptekin sağ tərəfində olan qapıdan içəri daxil olan zaman sağ tərəfdə yardımçı yeddi kvadratmetr otağın olduğu görünür, sol tərəfdə isə kassanən və vitrinlərin yerləşdiyi əlli kvadratmetrlik olan digər otaq olduğu müəyyən edilmişdir. Baxış zamanı baş inspektor kriminalistin iştirakı ilə aptekə daxil olunan yerlər müayinə olunsa da, lakin keyfiyyətli əl barmaq izləri müəyyən edilməmişdi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya vasitə aşkar edilməmiş və götürülməmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 aptekə daxil olan yeri izahata uyğun göstərmiş, baxış zamanı fotoşəkillər çəkildi və çıxarıldıqdan sonra elavə edilmişdir. Cinayət işinin materiallarında olan 23 oktyabr 2021-ci il tarixli raportdan görünür ki, İsmayıllı şəhəri, Sabir keçəsi, ev 1-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 10 ünvanında yerləşən aptekinin pəncərəsinin şüşəsini sındırmaqla içəri daxil olan şəxsin İsmayıllı rayonunun Mican kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, İsmayıllı şəhəri (keçmiş Mican kəndində) qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 İsmayıllı RPŞ-ya gətirilmişdir. Cinayət işinin materiallarında olan 20 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 19:05 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 20 avqust 2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynində üzərində qara rəngli qısaqol köynək, boz rəngli şalvar və üzərində ağ rəngli cizgiləri olan göy rəngli idman ayaqqabısı vardır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan olunmuş maddə olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində olan şalvarın sağ yan cibində narkotik vasitə heroin olğunu bildirərək qeyd etdiyi içərisində heroin olan kağız bükümlərin yerləşdiyi 1 ədəd plastik qabı təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş plastik qabın qapağını açdıqda içərisində 18 ədəd kağız büküm aşkar edilmişdir. Kağız bükümləri açdıqda içərisində toz halında narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Daha sonra polis əməkdaşı tərəfindən axtarış davam etdirilmiş, onun üzərindən 2 ədəd 5 manatlıq pul əskinasları və kağız parçaları aşkar edilmişdir. İçərisində heroin olan həmin 18 ədəd kağız bükümün tərəzidə çəkdikdə, ümumilikdə çəkinin 1,95 qram olduğu müəyyən edilmişdir Təqsirləndirilən şəxs1 şəxsi axtarış davam etdirilsə də, əynində paltarların ciblərindən və digər hissələrindən hər hansı narkotik vasitəyə bənzər maddə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan 20 avqust 2021-ci il tarixli raportdan görünür ki, İsmayıllı rayonunun İsmayıllı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün İsmayıllı RPŞ-ya gətirilmişdir. Cinayət işinin materiallarında olan 20 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 16:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 20 avqust 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərardan görünür ki, xx.xx.1996-ci ildə doğulmuş, İsmayıllı şəhəri (keçmiş Mican kəndində) qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etməkdə, onları üzərində saxlamaqda şübhəlidir. Odur ki, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməsi zərurəti yaranmışdır. Cinayət işinin materiallarında olan 20 avqust 2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əynində qara rəngli cizgiləri olan qısaqol köynək, boz rəngli cins şalvar və qara rəngli ayaqqabı vardır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 hər hansı narkotik vasitə və ya qanunla qadağan olunmuş maddə olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində olan şalvarın sağ yan cibində narkotik vasitə heroin olğunu bildirmiş və heroinin olduğu 1 ədəd siqaret qutusunu təqdim etmişdir. “Magna” adlı siqaret qutusunu açdıqda içərisində üç ədəd siqaret dənəsi və bir kağız büküm aşkar edilmişd. Kağız bükümü açdıqda içərisində toz halında narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin maddəni kağız büküm ilə birlikdə tərəzidə çəkdikdə çəkisinin 0,38 qram olduğu müəyyən edilmişdir. Daha sonra polis əməkdaşı tərəfindən axtarış davam etdirilmiş, onun üzərindən 2 ədəd 1 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinasları aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 şəxsi axtarəı davam etdirilsə də, əynində paltarların ciblərindən və digər hissələrindən hər hansı narkotik vasitəyə bənzər maddə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan 22 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Həsənov X5 RPŞ-nın MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 22 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, 8 avqust 1966-cı ildə İsmayıllı rayonunun Mican kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı usağı olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, İsmayıllı şəhəri Mican kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 İsmayıllı RPŞ-nın MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 20 avqust 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı rayonunun Mican kəndində yerləşən həyətyanı sahəsi olan fərdi evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evdə hər hansı narkotik vasitə və ya qanunla qadağan olunmuş maddə olduğu halda təqdim etməsi təklif edilmişdir. Evin qonaq otağında, peyk qəbuledicisinin içərisində saxladığı həmin külli miqdar hesab edilən narkotik vasitə heroinin qalan hissəsi, yəni 1 ədəd sellofan bükümdə 0,643 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 25 oktyabr 2021-ci il tarixli cinayət işlərinin birləşdirilməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, CM-in 234.1 və 234.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi CM-in 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq CM-in 234.1 və 234.2 və 177.2.3-cü maddələri ilə davam etdirilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhəri narkoloji dispanserindən daxil olmuş ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 sentyabr 2021-ci il tarixli 1110 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Gəncə şəhəri narkoloji dispanserindən daxil olmuş ambulator məcburi narkoloji-tibbi yoxlamanın 20 sentyabr 2021-ci il tarixli 1111 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 21 avqust 2021-ci il tarixli 17/622 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərlndən aşkar edlərək götürülmüş" sözləri yazılmış zərfin içərisindəki bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,305 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik...” sözləri yazılmış zərfin içərisindəki on səkkiz ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,053 qr., 0,073 qr., 0,075 qr., 0,085 qr., 0,056 qr., 0,083 qr., 0,074 qr., 0,078 qr., 0,067 qr., 0,057 qr., 0,076 qr., 0,094 qr., 0,084 qr., 0,082 qr., 0,048 qr., 0,096 qr., 0,074 qr., 0,046 qr., təmiz çəkisi 1,301 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş narkotik..." sözləri yazılmış zərfin içərisindəki bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,643 qram olan maddə kustar üsulia hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik..." sözləri yazılmış zərfin içərisindəki on səkkiz ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər və üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmış narkotik...” sözləri yazılmış zərfin içərisindəki bir ədəd sellofan bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş” sözləri yazılmış zərfin içərisindəki bir ədəd gümüşüağ rəngli kağız bükümdə olan heroin digər iki ədəd zərfdə olan heroinlərdən təkibinə görə fərqlənir. İsmayıllı Rayon Mərkəzi X9 Şəxsdən daxil olmuş 26 avqust 2021-ci il tarixli xx-xx- 1544/21 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı RMX-nın PHŞ-nın Poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatdadır. İsmayıllı Rayon Mərkəzi X9 Şəxsdən daxil olmuş 30 avqust 2021-ci il tarixli xx-xx- 1579/21 nömrəli məktubdan görünür ki, Həsənov X5 RMX-nın PHŞ-nın Poliklinika şöbəsinin nevroloji, narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. İsmayıllı RİH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli 1978 nömrəli arayışdan görünür ki, Həsənov X5 şəhəri (keçmiş Mican) kəndində qeydiyyatda olmaqla həmin ünvanda tək yaşayır. Həmin nümayəndəlk tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli 1979 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı şəhərində (keçmiş Mican kəndi) qeydiyyatda olmaqla həmin ünvanda öz ailəsi ilə yaşamışdır. Həmin nümayəndəlik tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Həsənov X5 şəhər ərazisində qeydiyyatdadır. Subaydır. Təqsirləndirilən şəxs2 barəsində İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Həmin nümayəndəlik tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 İsmayıllı şəhəri (keçmiş Mican kəndi) ünvanında qeydiyyatdadır. Ailəlir, 1 uşağı var. Təqsirləndirilən şəxs1 barəsində İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli hökmü ilə Azərbaycan SSR CM-in 226-1 maddəsinin 1-ci hisəsi və 42-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 İsmayıllı Rayon Xalq Məhkəməsinin xx.xx.1992ci il tarixli hökmü ilə Azərbaycan SSR CM-in 145-ci maddəsinin 2-ci hisəsi, 207-ci maddəsinin 2-ci hissəsi, 146 və 38-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.1993-cü ildə Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Amnistiya qərarına əsasən, cəzadan azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə CM-in 191-ci maddəsinin 1-ci hisəsi, 220-ci maddəsinin 1ci hissəsi, 220-ci maddəsinin 3-cü hissəsi, 189-1-ci maddəsinin 2-ci hissəsi və 38-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2000-ci ildə CM-in 50-2-ci maddəsinə əsasən, 03 il 24 gün müddətə şərti azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2005-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2012-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə CM-in 76-cı maddəsinə əsasən, 02 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 234.2, 177.2.1, 177.2.3, 177.2.4, 66.3 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci ildə Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsinə əsasən cəzası 03 il 09 aya endirilmiş və cəzasını çəkmiş hesab edilərək azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Həsənov X5 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 300 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı ildə Amnistiya qərarına əsasən həmin cəzadan azad edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan 23 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 18:15 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 barədə 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və evinə baxış keçirilərək narkotik maddənin aşkar edilməsi, digər Təqsirləndirilən şəxs2 isə üzərinə şəxsi axtarış keçirilən zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən, məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi cinayət işinin materiallarında olan təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, ekspert rəyləri və biri digərini tamamlayan başqa dəlillər vasitəsi ilə tam sübuta yetirilmişdir və ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs1 əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 oğurluq cinayət əməlini də düzgün olaraq CM-in 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri tövsif etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 həmin əməli özünün tam etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ibtidai istintaq məhkəmə kollegiyasının iclasında verdikləri ifadələr, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması istintaq hərəkəti aparılarkən verdiyi ifadə, habelə şahidlərin idafələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı digər Təqsirləndirilən şəxs2 əməlini CM-in 234.1-ci maddəsi ilə tövsif edərkən də səhvə yol verməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun verdiyi anlayışlar baxımından (maddə 1.0.11) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 5-ci bəndinə əsasən, beynəlxalq adı “heroin” olan narkotik vasitənin 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla), 2 qramı isə külli miqdar (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Cinayət işindən görünür ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 2,249 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, sellofan bükümlərdə qablaşdırmaqla yaşadığı evdə və üzərində daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində üzərində daşıyaraq saxladığı narkotik vasitə olan heroinin 0,305 qram çəkidə olan hissəsini digər Təqsirləndirilən şəxs2 əvvəlcədən aralarında olan razılaşmaya əsasən öz yaşadığı evin həyətyanı sahəsinin giriş qapısının qarşısında 10 manata satmış, xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs2 İsmayıllı şəhəri, Cavanşir küçəsində piyada hərəkətdə olarkən İsmayıllı RPŞ-nın əməkdaşkarı tərəfindən saxlanılmış və üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün əldə edib saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda olan həmin 0,305 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün, saat 19 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı İsmayıllı şəhərində (keçmiş Mican kəndində) yerləşən evinin yaxınlığındakı küçədə saxlanılaraq İsmayıllı RPŞ-yə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı külli miqdar hesab edilən həmin narkotik vasitə heroinin bir hissəsi, yəni 1 ədəd plastik qabda 18 ədəd kağız bükümlərdə 0,053 qram, 0,073 qram, 0,075 qram, 0,085 qram, 0,056 qram, 0,083 qram, 0,074 qram, 0,078 qram, 0,067 qram, 0,057 qram, 0,076 qram, 0,094 qram, 0,084 qram, 0,082 qram, 0,048 qram, 0,096 qram, 0,074 qram, 0,046 qram çəkilərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilərək xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində sonuncunun yaşadığı evə baxış keçirilmiş, evin qonaq otağında, peyk qəbuledicisinin içərisində saxladığı həmin külli miqdar hesab edilən narkotik vasitə heroinin qalan hissəsi, yəni 1 ədəd sellofan bükümdə 0,643 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsini etiraf etsə də, ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli olaraq məhkəmə kollegiyasının iclasında narkotik vasitənin satışı ilə məşğul olmaması, onda ittihamda göstərilən miqdarda narkotik vasitənin olmaması, 1,7 qram çəkidə narkotik vasitə olması, ancaq narkotik vasitənin istifadəsi ilə məşğul olması, 18 ədəd xırda bükümlərin çəkisinin kağızla birlikdə 1,7 qram, təmiz çəkisinin isə 1,2 qram olması, Təqsirləndirilən şəxs2 yarım çet narkotik vasitə verməsi, Təqsirləndirilən şəxs2 ağrıları olduğu üçün ona narkotik verməklə evinin qarşısında köməklik etməsi, həmin narkotikə görə Əmrahdan pul almamasını bildirmişdir. Təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, o, istintaqın ilkin mərhələsindən başlayaraq, videoşəkilişlə üzərində və evində axtarış və baxış keçirilərkən, şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən, 20 avqust 2021-ci il tarixdə izahat verərkən, 03 sentyabr 2021-ci ildə Təqsirləndirilən şəxs2la üzləşdirilərkən, 25 oktyabr 2021-ci il tarixli İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən zaman ifadə verərkən Təqsirləndirilən şəxs2 narkotik vasitə satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs1lə bərabər, digər Təqsirləndirilən şəxs2 da məhkəmə kollegiyasının iclasında ifadə verərəkən aldığı narkotik vasitəyə görə Təqsirləndirilən şəxs1 pul verməməsi, Zakirin onun vəziyyətinin pis olmasını başa düşüb, ona narkotik vasitə verdiyini bildirsə də, digər Təqsirləndirilən şəxs1 kimi o da istintaqın ilkin mərhələsindən başlayaraq, 20 avqust 2021-ci il tarixdə izahat verərkən (i. v. İ cild, 141- 142) , videoşəkilişlə üzərinə axtarış və baxış keçirilərkən (i. v. İ cild, 137-140), şübhəli və təqsirləndirilən şəxs qismində videoçəkilişlə ifadə verərkən (i. v. İ cild, 206-209, 231-234), 03 sentyabr 2021-ci ildə Təqsirləndirilən şəxs1lə üzləşdirilərkən (i. v. İİ cild, 48-50) Təqsirləndirilən şəxs1 aldığı narkotik vasitəyə görə ona on manat verdiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında“ 24 dekabbr 2021-ci il tarixli 15 nömrəli qərarının 24-cü bəndində deyilir ki, CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 25-cü bəndində isə qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, narkotik vasitəni kimdən aldığını öyrənmək üçün polislər onu döymüşlər. Məsələyə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi saxlanıldığı vaxtdan məhkəmədə sərbəst ifadə verənədək polislər tərəfindən döyülməsi və ya hər hansı təsir və təzyiqə məruz qalması barədə heç bir söz deməmiş, nə özü nə də müdafiəçisi vasitəsilə məhkəməyədək icraatı aparan orqan və ya hər hansı bir dövlət qurumu qarşısında bununla bağlı məsələ qaldırmamış, hər hansı narazılıq ifadə edən müraciət etməmişdir. İşdən görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanandan üzərindən aşkar edilmiş narkotik vasitəni digər Təqsirləndirilən şəxs1 aldığını bildirmiş, barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitə satdığını etiraf etmişdir. Belə olan halda onun polis tərəfindən döyülməsinin hansı zərurətdən irəli gəlməsi ağlabatan görünmür. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxsin bu barədə dəlillərini əsaslı hesab etmir. Göstərilənlərlə yanaşı, təqsirləndirilən şəxslərin müdafiəçiləri çıxışlarında işin ibtidai istintaqını aparan müstəntiqlər tərəfindən prosessual pozuntulara yol verilməsi və buna görə həmin müstəntiqlər barədə xüsusi qərar çıxarılması barədə məsələyə gəlincə, qeyd olunmalıdır ki, həm cinayət işinin ibtidai istintaqını aparan müstəndiqin izahatından, həm işdə olan sübutlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 20 avqust 2021-ci il tarixdə, saat 15 radələrində şübhəli şəxs qismində saxlanılsa da, onun polis şöbəsinə gətirilməsi, üzərində şəxsi axtarış keçirməzdən əvvəl müdafiəçi ilə təmin olunması məqsədilə müdafiəçinin çağırılması, müdafiəçinin gəlməsi və s. vaxt tələb etdiyindən, onun üzərində şəxsi axtarışın həmin gün saat 16:55-də başlanması, bundan sonra əməliyyat tədbirinin davam etdirilərək digər təqsirləndirilən şəxs Zakir Niftalıyevin şübhəli şəxs kimi tutularaq polis şöbəsinə gətirilməsi, onun üzərində şəxsi axtarşın aparılması, daha sonra isə onun yaşadığı evdə axtarış və götürmə əməliyyat tədbirinin davam etdirilməsi zaman etibarı ilə həmin tədbirlərin protokollarında göstərilən vaxtlarla uyğunluq təşkil edir. Təqsirləndirilən şəxslərin üzərlərində aparılmış şəxsi axtarışa dair video görüntülərin daha qısa zaman kəsiyində oması və digər çatışmazlıqlar bütövlükdə təqsirləndirilən şəxslərdən narkotik vasitənin aşkar edilməsinə dair sübutların qanunsuz olması kimi qiymətləndirilən bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, müstəntiqlərin təhqiqat və ibtidai istintaq zamanı yol verdikləri prosessual pozuntular yalnız onların haqqında xüsusi qərarların çıxarılması üçün əsas ola bilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarından bəziləri ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmiş, bəziləri isə hadisə xeyli müddət qabaq olduğu üçün hal-hazırda bəzi məqamları tam xatırlaya bilmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası hadisədən xeyli müddət keçməsini və keçən müddət ərzində polis əməkdaşlarının başqa bu kimi tədbirlərdə iştirak etmələrini nəzərə alaraq, hesab edir ki, bu kimi amillər onların hadisəni olduğu kimi təsvir etmələrinə mane ola bilər. Ona görə də həmin şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələr daha mötəbər sübutlar kimi qəbul edilməlidir. Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir (CPM-in 124.1-ci maddəsi). Ancaq bu şahidlərin ifadəlrində ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar görünmür. Ona görə də bu ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda (CPM-in 125.2-ci maddəsi). İstinad olunan məlumatlar isə qanunvericiliyin tələb etdiyi tərzdə əldə edilmədiyi üçün sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onlar tərəfindən törədilməsi və təqsirlilikləri tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada qanuni və ədalətli cəza təyin edilməlidir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cinayət-prosessual qanunvericiliyinin istinad olunan müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında CMP-in 125-ci maddəsinin müddəalarına əsasən, məhkəmə istintaq orqanının hazırki iş üzrə əldə etdiyi sübutları mötəbər və qanuni hesab edir. Məhkəmə kollegiyası gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin ayrıayrılıqda CM-in 234.1, 234.4.3, 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin məhkəmə istintaqı zamanı qeyd etdiklərini məhkəmə kollegiyası əvvəlcədən düşünülmüş müdafiə taktikası kimi qəbul edir və hesab edir ki, onların məhkəmə istintaqı zamanı bildirdikləri müdafiə xarakterli əsaslandırmalardır və bunlar təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə və CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin törətdiyi əməllərdə cinayət tərkibi vardır. Onların bu əməldə təqsirsiz olması barədə özünün və müdafiəçilərinin gətirdiyi bütün dəlillər əsassızdır. Düzgün olaraq təqsirləndirilən şəxslərin hər birinə ayrı-ayrılıqda CM-in 234.1, 234.4.3, 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1nın və Təqsirləndirilən şəxs2 hər birinin ayrı-ayrılıqda CM-in 234.1, 234.4.3, 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1nın və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də onların hər birinə ayrı-ayrılıqda CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə uyğun olaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə verilmiş xasiyyətnamələrdə müsbət səciyyələndirilmələrini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ə təyin olunacaq cəza məsələsinə gəlincə, məhkəmə kollegiyası bu məsələ üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm olmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarı). Digər tərəfdən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Məhkəmə kollegiyasının qənaətinə görə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini (məhkumluqları olmasa da, təqsirləndirilən şəxslər bundan əvvəllər də dəfələrlə bu qəbildən olan cinayət əməlləri törətdiklərinə görə məhkum olunmuşlar), cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 CM-in 234.4.3-cü maddəsilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 29, 177.2.3-cü maddəsilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 177.2.2 və 177.2.3-cü maddələrilə isə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasısının təyin edilməsi cəzanın islah təsiri baxımından da əsaslı sayıla bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Çünki, təqsirləndirilən şəxslərin hazırda heç bir məhkumluqları olmadığı üçün onlar ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər hesab olunurlar. Ona görə də qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir (CM-in 56.1.2-ci maddəsi). Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın başlanğıcı onların şübhəli şəxs qismində tutulduqları tarixdən hesablanmalı, təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək saxlanılmalı, Təqsirləndirilən şəxs2 barədə polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cinayət işinin materiallarında olan narkoloji ekspertizanın rəyində əks olunanlar əsas götürülərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, iş üzrə maddi sübut olub saxlanılması üçün İsmayıllı RPŞ-nın MSSK-ya verilən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd zərfdə qablaşdırılmış, bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,305 qram olan, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 0,255 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd zərfdə qablaşdırılmış, on səkkiz ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,053 qr, 0,073 qr, 0,075 qr, 0,085 qr, 0,056 qr, 0,083 qr, 0,074 qr, 0,078 qr, 0,067 qr, 0,057 qr, 0,076 qr, 0,094 qr, 0,084 qr, 0,082 qr, 0,048 qr, 0,096 qr, 0,074 qr, 0,046 qr, ümumi təmiz çəkisi 1,301 qram olan, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 0,941 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd zərfdə qablaşdırılmış, bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,643 qram olan, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 0,593 qram çəkidə narkotik vasitə heroin, həmçinin Zərərçəkmiş şəxs2 məxsus aprekə baxış keçirilən zaman götürülmüş bir ədəd daş parçası və Zərərçəkmiş şəxs1 məxsus aptekə baxış keçirilən zaman götürülmüş iki ədəd daş parçaları məhv edilməlidir. Cinayət işi üzrə yetmiş bir manat doxsan dörd qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən otuz beş manat doxsan səkki qəpik olmaqla, tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 CM-in 234.4.3, 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-in 234.4.3-cü maddəsi ilə altı il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29,177.2.3-cü maddəsi ilə iki il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 177.2.2 və 177.2.3cü maddələri ilə iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 yeddi il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 20 avqust 2021-ci il tarixdən 22 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün onun cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq altı il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 23 oktyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 20 avqust 2021-ci il tarixdən 22 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün onun cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 yerləşdirilməsi üçün X1 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 10 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün İsmayıllı RPŞ-da saxlanılan Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd zərfdə qablaşdırılmış, bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,305 qram olan, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 0,255 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd zərfdə qablaşdırılmış, on səkkiz ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,053 qr, 0,073 qr, 0,075 qr, 0,085 qr, 0,056 qr, 0,083 qr, 0,074 qr, 0,078 qr, 0,067 qr, 0,057 qr, 0,076 qr, 0,094 qr, 0,084 qr, 0,082 qr, 0,048 qr, 0,096 qr, 0,074 qr, 0,046 qr, ümumi təmiz çəkisi 1,301 qram olan ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 0,941 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd zərfdə qablaşdırılmış bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,643 qram olan, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 0,593 qram çəkidə narkotik vasitə heroin, həmçinin Zərərçəkmiş şəxs2 məxsus aprekə baxış keçirilən zaman götürülmüş bir ədəd daş parçası və Zərərçəkmiş şəxs1 məxsus aptekə baxış keçirilən zaman götürülmüş iki ədəd daş parçaları məhv edilsin. İş üzrə 71 manat 97 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 35 manat 98 qəpik olmaqla, tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar