Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-50/2023 17.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkilləri X11 və X5 iştirakları ilə, xx xxxxx 1986-cı ildə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, xx xxxxx 1993-cü ildə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Yevlax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmək üçün tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşaraq 13 sentyabr 2022-ci ildə istintaqla müəyyən edilməyən saatda 170 manat pulu Bakı şəhərində Təqsirləndirilən şəxs2 verib həmin pulun müqabilində 16 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Yevlax şəhəri C.Cabbarlı küçəsində Təqsirləndirilən şəxs2 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,798 qram miqdarında psixotrop maddə olan metamfetamini və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,706 qram miqdarında narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq alıb əldə edərək üzərində saxlamış, 17 sentyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri C.Cabbarlı küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində həmin gün saat 1930 dəqiqədən 2010 dəqiqəyədək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən qəsdən satış məqsədi ilə qanunsuz olaraq 16 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Yevlax şəhəri C.Cabbarlı küçəsində 170 manat pul müqabilində Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədilə alaraq əldə edib saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,798 qram miqdarında psixotrop maddə-metamfetamin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,706 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,706 qram miqdarında narkotik vasitə olan heroini və 1,798 qram miqdarında psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlamış, tanışı Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə satmaq barədə sonuncu ilə razılaşaraq 13 sentyabr 2022-ci ildə istintaqla müəyyən edilməyən saatda Təqsirləndirilən şəxs1 170 manat pulu Bakı şəhərində alıb həmin pulun müqabilində 16 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Yevlax şəhəri C.Cabbarlı küçəsində həmin 01 ədəd sellofan bükümdə olan təmiz çəkisi 0,706 qram miqdarında narkotik vasitə olan heroini və 01 ədəd sellofan bükümdə olan təmiz çəkisi 1,798 qram miqdarında psixotrop maddə olan metamfetamini tanışı Təqsirləndirilən şəxs1 170 manat pul müqabilində satmış, 17 sentyabr 2022-ci il tarixdə saat 1830 radələrində Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri C.Cabbarlı küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində həmin gün saat 1930 dəqiqədən 2010 dəqiqəyədək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq alıb saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,798 qram miqdarında psixotrop maddə-metamfetamin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,706 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,823 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlamış, 16 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Yevlax şəhəri C.Cabbarlı küçəsində ayrı-ayrılıqda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,450 qram və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,373 qram olmaqla cəmi iki bükümdə təmiz çəkisi 2,823 qram külli miqdarında narkotik vasitə olan heroini tanışı Şahid7 135 manat pul müqabilində təkrarən satmış, 20 sentyabr 2022-ci il tarixdə saat 1730 radələrində Şahid7 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri C.Cabbarlı küçəsində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində həmin günü saat 1845 dəqiqədən 1910 dəqiqəyədək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən 16 sentyabr 2022ci il tarixdə axşam saatlarında Yevlax şəhəri C.Cabbarlı küçəsində Təqsirləndirilən şəxs2 135 manat pul qarşılığında alaraq qanunsuz olaraq saxladığı ayrı-ayrılıqda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,450 qram və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,373 qram olmaqla cəmi təmiz çəkisi 2,823 qram külli miqdarında olan narkotik vasitəheroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə problemləri olduğu üçün tanışı Rizvanın yanında qalmış, 17 sentyabr 2022-ci il tarixdə Rizvan nənəsigilə getdiyini bildirib evdən çıxmış, təxminən yarım saat sonra polis əməkdaşları oraya gələrək evdən narkotik vasitə heroin aşkar etmişlər. Polislər həmin narkotik vasitənin kimə məxsus olmasını soruşmuş, həmin vaxt orada olan Rizvanla birlikdə narkotik vasitənin kimə məxsus olmasını bilmədiklərini bildirmişlər. Narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün vəziyyəti həmin vaxt yaxşı olmamış, buna görə də ağrılara dözə bilməyərək məcbur olub polis əməkdaşlarına həmin narkotik vasitəni Rizvandan aldığını bildirmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 11 sentyabr 2022-ci il tarixdə tanışı və onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhərinə getmiş, 13 sentyabr 2022-ci il tarixdə narkotik vasitə əldə etmək məqsədilə 170 manat pulu Bakı şəhərində Təqsirləndirilən şəxs2 vermişdir. 15 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixə keçən gecə Rizvanla birlikdə Bakı şəhərindən Yevlax rayonuna gəlmiş, Yevlaxa çatdıqdan sonra Rizvan ona vəd etdiyi narkotik vasitəni və psixotop maddəni sabah verəcəyini dedikdən sonra öz evinə getmişdir. 16 sentyabr 2022-ci il tarixdə Rizvanın yaşadığı Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən evinin qarşısına gedərək sonuncunu çağırmış, Rizvan həmin vaxt ona Rizvana verdiyi 170 manat pulun qarşılığında narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin vermişdir. 17 sentyabr 2022-ci il tarixdə saat 1830 radələrində yaşadığı Yevlax şəhəri C.Cabbarlı küçəsində olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmiş, Yevlax rayon Polis Şöbəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən Rizvandan aldığı 01 ədəd sellofan bükümdə olan psixotrop maddə olan metamfetamin və 01 ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini özü istifadə etmək üçün saxlamış, satış məəqsədi olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç kimə narkotik vasitə satmamış və verməmişdir. 17 sentyabr 2022-ci il tarixdə nənəsigildən qayıdarkən polis əməkdaşları onu saxlayaraq Polis Şöbəsinə aparmış, orada bir neçə dəqiqə gözlədikdən sonra yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Evinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar olunmuş, ondan narkotik vasitənin satışı ilə məşğul olub-olmamasını soruşmuşlar. Həmin narkotik vasitənin ona məxsus olmadığını və heç kimə narkotik vasitə satmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmışdır. Sonradan həmin narkotik vasitənin tanışı Təqsirləndirilən şəxs1 170 manata ondan aldığını bildirmişlər. Şahid7 da narkotik vasitə satmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsində əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 17 sentyabr 2022-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qupuna daxil olan Post Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid4 ilə birlikdə saat 18 radələrində Təqsirləndirilən şəxs1 olduğu Yevlax şəhər C.Cabbarlı küçəsinə gedib həmin vaxt orada olan Təqsirləndirilən şəxs1 yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğuna görə rayon polis şöbəsinə dəvət etmişlər. Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofana bükülmüş büküm içərisində narkotik maddə olan heroinə oxşar kütləni və 1 ədəd sellofana bükülmüş bükümün içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütləni və Təqsirləndirilən şəxs1 özünün limon duzu hesab etdiyi ağ rəngli sellofanı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin bükümün içərisində olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Rizvan adlı tanışından 170 manat qabaqcadan pul verib aldığını, özünün də narkotik və psixotrop maddədən istifadə etdiyini, bu məqsədlə üzərində saxladığını, satış məqsədinin olmadığını bildirmişdir. Həmin bir ədəd sellofana bükülmüş bükümün içərisində narkotik maddə olan heroinə oxşar kütlə və bir ədəd sellofana bükülmüş bükümün içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə və 01 ədəd sellofanda olan limon duzu qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X16 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid4 və ifadəsi elan olunaraq tədqiq edilmiş X2 inspektoru işləyən Şahid2 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Rizvandan narkotik vasitə almamış, polis əməkdaşlarını təzyiqi ilə Rizvandan narkotik vasitə aldığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 10 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhərində Nizami rayonu ərazisində “Neftçilər” metrosunun yaxınlığında olarkən əvvəlcədən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq narkotik vasitə verməyi təklif etmiş, həmin şəxsə 100 manat verərək bir büküm psixotrop maddə olan metamfetamin almışdır. Daha sonra təxminən 15 sentyabr 2022-ci il tarixdə isə Yevlax şəhərində olan zaman tanışı, Yevlax şəhər sakini Rizvan adlı şəxslə telefonla əlaqə saxlayaraq özü istifadə etmək üçün narkotik vasitə olan heroin istəmiş, Rizvan ona Yevlax şəhəri, C.Cabbarlı küçəsinə gəlməsini demişdir. Həmin gün axşam saatlarında Yevlax şəhəri, C.Cabbarlı küçəsinə gedib orada Rizvanla görüşərək sonuncuya 135 manat verərək iki bükümdə narkotik vasitə olan heroin almışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Yevlax şəhəri C.Cabbarlı küçəsində olarkən Yevlax RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu rayon polis şöbəsinə dəvət etmiş, Yevlax rayon polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cizgili şalvarının sağ yan cibində saxladığı 02 (iki) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinləri və 01 (bir) ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini çıxardaraq təqdim etmişdir. Polis əməkdaşlarına həmin bükümlərdən birinin içərisində psixotrop maddə olan metamfetamin və digər iki bükümün içərisində isə narkotik vasitə olan heroin olduğunu, bir hissəsini Bakı şəhərində tanımadığı şəxsdən, bir hissəsini isə Rizvandan aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X16 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid5 ifadəsində göstərmişdir ki, şübhəli şəxs kimi tutulduqdan sonra Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarışda iştirak etmiş, şəxsi axtarış zamanı sonuncunun üzərində qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X16 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid6 eyni məzmunlu ifadə verərək Şahid5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, səhvən Təqsirləndirilən şəxs2 mesaj yazaraq sonuncudan satılıq torpaq sahəsi olub-olmamasını soruşmuş, həmin mesajı torpaq alqı-satqısı ilə məşğul olan digər Rizvan adlı tanışına göndərməyi nəzərdə tutsa da mesaj Təqsirləndirilən şəxs2 getmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə istifadə etmələrini bilmiş, ***-***-**-** saylı mobil nömrə atası Dağıstan Həsənova məxsus olsa da onun istifadəsində olmuşdur. Narkotik vasitələrdən istifadə etdiyinə görə bədənində ağrıları olduğu üçün Rizvana mesaj yazaraq sonuncudan torpaq adı ilə deyilən narkotik vasitə olan heroin istəmiş, lakin Rizvan ona narkotik vasitə verməmiş və satmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2la dostluq münasibəti olmaqla istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 17 sentyabr 2022-ci il tarixdə “İnce adam var ona aynuyon verdim meni yandirib”, “itder xovostum duwub”, “Bakida yanımda kulu miqdarnan” məzmunlu mesaj göndərmişdir. Rizvanın hansı səbəbə ona həmin mesajları yazmağını bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 18 sentyabr 2022-ci il tarixli 17/729 nömrəli rəyində göstərilmişdir ki, təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş..” sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 1,798 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01(bir) ədəd kiçik ölçülü şəffaf sellofan paketin içərisində, təmiz çəkisi – 1,951 qram olan maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyil. 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,706 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli 17/737 saylı rəyində göstərilmişdir ki, təqdim olunmuş üzərində “xx.xx.2022-ci il tarixdə Yevlax şəhər sakini Şahid7 üzərindən aşkar olunmuş” sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi – 4,540 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 01(bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi – 1,450 qram olan maddə kustar üsula hazırlanmış narkotik vasitə heroindir. 01(bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi – 1,373 qram olan maddə kustar üsula hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş 02(iki) ədəd şəffaf rəngli sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 17/759 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “xx.xx.2022-ci il tarixdə Yevlax şəhər sakini Şahid7 üzərindən aşkar olunmuş.....” sözləri yazılmış zərfin içərisindəki 02(iki) ədəd şəffaf rəngli sellofan bükümlərdə olan heroinlər ilə üzərində “..Vət. Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş.” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli 1753 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli 1752 nömrəli rəyindən görünür ki, X8 narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 17 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümün içərisində çəkisi 1,44 qram olan narkotik vasitə heroinə oxşar kütlə və bir ədəd sellofana bükülmüş bükümün içərisində çəkisi 2,17 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şahid7 üzərində şəxsi axtarış və götürmə aparılmasına dair 20 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Şahid7 əynindəki qara rəngli şalvarın sağ yan cibindən hər birinin çəkisi 4,78, 4 və 256 qram olan, iki ədəd şəffaf qara rəngli bükümün içərisində narkotik vasitə olan heroin, bir ədəd şəffaf sellofan bükümdə isə psixotrop maddə metamfetamin olan kütlə aşkar edilərək götürülmüşdür. Şahid7 bir ədəd şəffaf rəngli bükümdə olan narkotik vasitə olan heroini 5 gün qabaq Yevlax şəhər sakini Rizvan adlı şəxsdən 15 manata aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 məxsus “realme” markalı mobil telefona baxış keçirilməsi haqqında 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, telefonun “Whatsapp” ani mesajlaşma sistemində 17 sentyabr 2022-ci il tarixdə saat 1506-dan başlayaraq ***-***-**-** saylı mobil nömrədən çoxlu sayda mesajlar göndərilmişdir. Belə ki, ***-***-**-** saylı mobil nömrədən “O aydına çatacag aynoyun variydi ee. Gelim onun yerinə torpag ver mende veziyetden çixim”, “yaman narahatam”, ”Gelirem teretoryaya özün görün catib jest eliye bilmədiyin seyi. He olmasa aydina catasi şeyin evezinə torpaq ver vezietdən cixaq” məzmunlu mesajlar göndərilmişdir. “Whatsapp” tətbiqində adı “Sahilə Qonwu” kimi qeyd olunmuş ***-***-**-** saylı mobil nömrəyə 17 sentyabr 2022-ci il tarixdə saat 1254-dən başlayaraq çoxlu sayda mesajlar göndərilmişdir. Belə ki, ***-***-**-** saylı mobil nömrəyə “İnce adam var ona aynuyon verdim meni yandirib”, “itder xovostum duwub”, “Bakida yanımda kulu miqdarnan” məzmunlu mesajlar göndərmişdir. “Whatsapp” tətbiqindən ***-***-**-** saylı mobil nömrəyə “sən orda ətir satırsan məndə kakos satıram hərənin öz yolu-yolağası var” məzmunlu sesli mesaj göndərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrələri ilə ötürülən məlumatların olduğu CD-diskə baxış keçirilməsinə dair 02 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Men nevaxtsa senin zengini acsam cindir olaram.Belede ki sene patiynan koku vereceydim senol” məzmunlu mesaj göndərilmiş, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqa pati alindira bilsen mene denen xeber ele mene gozdiyecem” məzmunlu mesaj göndərilmiş, xx.xx.2022-ci il tarixdə “Menim qonaqim var yaxwi pati axdariram gor neynir Ye bilirsen” məzmunlu mesaj göndərilmiş, xx.xx.2022-ci il tarixdə ***- ***-**-** saylı mobil nömrədən “eydi patı yerne duz vermey ne demeydi darxma sen” məzmunlu mesaj göndərilmiş, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Mene az aynoyun ver gelim sen qeyretin varsa kutaraq sennen” məzmunlu mesaj göndərilmiş, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “rizvan etis dedi men evmizdeyem yeqide qapin baglayib yatib. sen qapin spalnin penceresin berk mohkem doy duracaq, denenki qara sumkani ver terezi faliqa balon” məzmunlu mesaj göndərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “qaqa men sene zeg vurayam birce qriq sebrli ol ozme saxladxim mali vereyem sebrli ol sene zeg vururam” məzmunlu mesaj göndərilmiş, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “kimi verecem qaqani basa dus senden basqa hec kime deye bilmirem. pati meni deli edib. Qaqa sene yazdiqimi hec kes bilmesin” məzmunlu mesaj göndərilmiş, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “men ona narkotik almiram deye bele hokka cixardir el cekin menden o oqlun oda sen” məzmunlu mesaj göndərilmiş, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Neynemisen pulu bes alver eliyecekdinpulu verdin narkotike utan 300 ver vusala bilmirem men gonderdim senin ustune” məzmunlu mesaj göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X6 rayon Narkoloji Kabinetinin 27 sentyabr 2022-ci il tarixli 1603 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 07 may 2019-cu il tarixdən həmin kabinetdə narkomaniya (heroin) diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X1 rayon Psixonevroloji Kabinetinin 28 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həmin kabinetdə dispanser müşahidəsində dayanmır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X6 rayon Narkoloji Kabinetinin 27 sentyabr 2022-ci il tarixli 1002 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həmin kabinetdə qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X1 rayon Psixonevroloji Kabinetinin 28 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həmin kabinetdə dispanser müşahidəsində dayanmır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsnin xx.xx.2009-cu il tarixli qərarı ilə CM-in 62.1-ci maddəsi tətbiq edilməklə cəzası 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzasından 04 ay 19 gün vaxtından əvvəl şərti azad edilmiş, Yevlax rayon Məhkəməsinin 27.03.201-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasından 04 ay 17 gün vaxtından əvvəl şərti azad edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən Təqsirləndirilən şəxs1 əməlində cnayətlərin residivi müəyyən olunmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən təqdim edilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayon Məhkəməsinin 13 mart 2015-ci il tarixli hökmü ilə CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 15% dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.5 bəndinə əsasən üzərində təyin edilmiş cəzadan azad edilmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi təqsirli bilinərək 02 şərti sınaq müddəti ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində olan şərti məhkum etmə ləğv edilərək CM-in 67.1-ci maddəsi tətbiq edilməklə cəzalar qismən birləşdirilməklə qəti olaraq 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan 09 ay 28 gün vaxtından əvvəl azad edilmişdir. CM-in 18.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə məhkum olunduqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə əməlində cinayətin təhlükəli residivi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər 1 saylı Mənzil-Təmir sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax şəhəri C.Cabbarlı küçəsi 5/12 nömrəli evdə qyediyyatda olmaqla yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər 1 saylı Mənzil-Təmir sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə Yevlax şəhəri C.Cabbarlı küçəsi 3/2 saylı evdə yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 1830-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 0115-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 4(107)-91/2022 nömrəli qərarından görünür ki, Yevlax rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs1 ittiham olunduğu CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini, Təqsirləndirilən şəxs2 CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini satmış, daha sonra Şahid7 təkrar olaraq narkotik vasitə olan heroini satmışdır. İş materiallarında olan SMS yazışmalar da Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmasını bir daha təsdiq edir. Təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmalarını bildirmələrinə dair münasibətdə isə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmənin belə qənaətə gəlməsinə iş materiallarında olan təqsirləndirilən şəxslərin video çəkilişlə etirafedici ifadələri, məhkəmə kimyəvi ekspertizasının rəyləri, SMS yazışmalar və işdə olan digər sənədlər təsdiq edir. İş materiallarından da görünür ki, təqsirləndirilən şəxs ona qarşı qanunsuzluq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 və Şahid7 aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmiş, eyni zamanda üzləşdirmə istintaq hərəkəti zamanı da narkotik vasitəni Təqsirləndirilən şəxs2 almalarını sonuncunun üzünə qarşı bildirmişlər. Bundan başqa məhkəmə kollgeiyası həmçinin Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş aşkar olunmuş narkotik vasitənin iki bükümdə olması, həmçinin ona aid telefon məlumatlarında olan SMS yazışmalara görə onun həmin narkotik vasitələri satış məqsədilə saxlaması qənaətinə gəlir. Məhkəmə kollegoyası təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrə də tənqidi yanaşaraq həmin ifadələri məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir və təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadəni işin hallarına uyğun gələn daha səmimi və obyektiv ifadə kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 əməlinin CM-in 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 əməlinin CM-in 234.4.2 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.1-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal cinayətin təhlükəli residividir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 19 sentyabr 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 29 sentyabr 2022ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 isə CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 17 sentyabr 2022-ci il tarixdən 19 sentyabr 2022-ci il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu müddət ona təyin olunacaq cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən nəzərə alır ki, CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiklərinə görə barələrində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. İş üzrə məhkəmə məsrəfi olan 204,24 AZN (iki yüz dörd manat, iyirmi dörd qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 102,12 AZN (yüz iki manat on iki qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 17 sentyabr 2022-ci il tarixdən 19 sentyabr 2022-ci il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda alınsın. İş üzrə məhkəmə məsrəfi olan 204,24 AZN (iki yüz dörd manat, iyirmi dörd qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 102,12 AZN (yüz iki manat on iki qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Yevlax rayon Polis Şöbəsində saxlanılan 1,748 qram miqdarında psixotrop maddə olan metamfetamin, 0,606 qram miqdarında narkotik vasitə heroin, 1,350 qram miqdarında narkotik vasitə - heroin və 1,273 qram miqdarında narkotik vasitə - heroin məhv edilsin, bir ədəd “realme” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs2 qaytarılsın, 06 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-50/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-50/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver