Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-51/2021 15.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamını Müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Musayev Fuad Möhübbət oğlu, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxsin hüquqi varisi: X19 xx.xx.1988-ci il tarixdə Ağdaş rayonu, Tofiqi kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla həbs edilənədək həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 4 azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, xx xxxx 2020-ci il tarixdə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təqsviri-əsaslandırıcı hissədə CM) 128 və 120.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə X32 Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 01 radələrində yaşadığı Ağdaş rayonunun Tofiqi kəndində yerləşən evin həyətyanı sahəsində yerləşən hamam otağında arvadı Ağdaş rayonunun Tofiqi kənd sakini xx.xx.1995-ci il təvəllüdlü X10 ilə aralarında baş vermiş ailə münaqişəsi zəmnində mübahisə etmiş və mübahisə zamanı Nuranə Sətdarovanın bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq, təpik və istilik sobasının dəmir borusu ilə vuraraq sonuncuya sol gözətrafı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sol gözün ağlı qişasına qansızma, sağ çiyin nahiyəsinin, boynun arxa səthinin, sağ əlin İİ barmağının üst səthinin qançırları, sol dirsək oynağının arxa səthinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində arvadı X5 qısqanclıq zəminində sonuncunun atası X14 məxsus Ağdaş rayonunun Nehrəxəlil kəndində yerləşən evin həyətyanı sahəsində özünə məxsus avtomobildən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən öldürmək məqsədi ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən çox saylı bıçaq zərbələri vurmaqla ona sağ İİİ qabırğanın sınığı, sağ ağ ciyərin yuxarı payının, miokardın, qara ciyərin, nazik bağırsağın və bağırsaq ilgəklərinin yaraları, döş qəfəsinin sağ ön nahiyəsinin İİİ-İV qabırğa arası nahiyəsinin ümumilikdə 2 ədəd daxilə keçən deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin ön səthində sağ Xİ-Xİİ qabırğalar proyeksiyasının daxilə keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası, orta qarın nahiyəsinin 1 ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası, sağ süd vəzisi nahiyəsinin, sağ aşağı qarın nahiyəsinin, boynun arxa nahiyəsinin, sağ bel nahiyəsinin ümumilikdə 4 ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vuran cəmi 8 ədəd xəsarətlər yetirərək Nuranə Sətdarovanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni, X5 qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 128 və 120.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, üç dəfə rəsmi nikahda olmuş, 2013-cü ildə Ağdaş rayonu Nehrəxəlil kənd sakini X10 ilə rəsmi nikaha daxil olaraq həmin nikahdan üç uşaqları olmuşdur. Arvadı Nuranə ilə 2018-ci ilədək mehriban yaşasalar da, həmin ilin yay aylarında Nuranənin ondan gizli şəkildə mobil telefon istifadə etdiyindən xəbər tutub sonuncu ilə mübahisə etmiş, daha sonra Nuranənin tanımadığı şəxslərlə danışaraq ona xəyanət etdiyini bilmişdir. Son üç il ərzində Nuranə Sətdarova ilə qeyd etdiyi səbəblərdən ailə daxili mübahisələri və münaqişələri olsa da Nuranə onun dediklərinə əhəmiyyət verməmişdir. Təxminən xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı evə gəldikdən sonra Nuranənin evdə olmadığını görüb bu barədə anası Qərənfildən soruşduqda sonuncu Nuranə Sətdarovanın özünə məxsus paltarlarını, əşyalarını və ona məxsus 12 ədəd “Classic” və “Argo” markalı siqaretləri götürərək evdən çıxıb getdiyini bildirmişdir. Həmin gün günorta radələrində Nuranə ilə sonuncunun onun xalasının oğlunu, gəlinini və nəvəsini özünə məxsus avtomaşınla Ağdaş şəhərinə aparmasına görə mübahisə etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 24 radələrində piyada kənd yoluna çıxaraq Nuranəni axtarmağa başlamış, saat 01 radələrində sonuncunun Tofiqi kəndindən çıxarkən görüb qol nahiyəsindən tutaraq evə aparmışdır. Yolda Nuranə ona yalvararaq vurmamasını xahiş etmiş, o da, kənd camaatının görməməsi üçün Nuranəni vurmamışdır. Nuranəni evə gətirdikdən sonra yaşadığı evin həyətyanı sahəsində yerləşən hamam otağına salaraq orada onu 1-2 dəfə yumruq və təpiklə sifət və boyun nahiyələrinə vuraraq döymüş, həmin vaxt Nuranə Sətdarova yıxılaraq hamam otağında olan sobaya dəymişdir. Nəticədə sobanın dəmir borusu Nuranənin arxa boyun və bel nahiyəsinə düşmüş, daha sonra çantadan Nuranənin evdən götürdüyü siqaretləri götürüb yaşadığı evə getmişdir. Nuranə Sətdarova da bir neçə dəqiqə ağladıqdan sonra ondan üzr istəyib yataq otağına gəlmiş və onlar yuxuya getmişlər. xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində arvadı Nuranə Sətdarova Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə qonşuluqda yaşayan Rəşad adlı şəxsin mobil telefonu ilə yığaraq onu döyməyi barədə məlumat verdikdən sonra Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gələrək Nuranəni izahatının alınması və məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün Ağdaş rayon Polis Şöbəsinə aparmışlar. Həmin gün saat 11 radələrində o da Ağdaş rayon Polis Şöbəsinə gedərək izahat vermişdir. Həmin gün Nuranə Sətdarova qızları Lalə ilə birlikdə atası Elbrus Əhmədovun yaşadığı Ağdaş rayonu Nehrəxəlil kəndinə gedib orada qalmışdır. xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində azyaşlı övladları Murad və Xəyalə Sətdarova ilə birlikdə idarə etdiyi VAZ-21043 markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə azyaşlı övladı Lalə Sətdarovanı görmək məqsədi ilə Ağdaş rayonunun Nehrəxəlil kəndinə getmiş, həmin gün Nehrəxəlil kəndinə çatdıqdan sonra Nuranə Sətdarovanın atası Elbrus Əhmədova məxsus evin qarşısında idarə etdiyi avtomobili saxlayıb evə daxil olduqdan sonra Nuranənin analığı Xuraman onu qarşılayaraq Nuranənin evdə olmadığını və qızı Lalə Sətdarova ilə birlikdə Ağdaş şəhərində yaşayan bacısının yanına getdiyini bildirmişdir. Həmin vaxt Elbrus Əhmədova məxsus evdə sonuncunun arvadı Xuraman, Nuranə Sətdarovanın ögey qardaşları Yusif və Asif evdə olmuş, bir neçə dəqiqə sonra X16 ilə birlikdə həmin evə gələrək bacısının yanına getdiyini bildirmişdir. Övladları anaları Nuranə ilə görüşdükdən sonra sonuncuya təklikdə söhbət etmək istədiyini bildirmiş, Nuranə Sətdarova onunla razılaşdıqdan sonra birlikdə evin arxasında yerləşən həyətyanı sahəyə getmişlər. Övladları Murad, Lalə və Xəyalə qayınları Yusif və Asif həyətyanı sahədən çıxaraq birlikdə ona məxsus avtomobilin yanında oynamağa getmiş, qayınanası Xuraman da uşaqlara nəzarət eləmək üçün sonuncuların yanına getmişdir. Həyətyanı sahədə Nuranə ilə söhbət edən zaman ona hansı səbəbdən barəsində Polis Şöbəsinə şikayət etdiyini, mütəmadi olaraq kənar şəxslərlə danışdığını, qonşuları Rəşadla hansı münasibəti olmasını soruşmuş, Nuranə isə cavabında ona “Yaxşı eləyirəm, hələ gör sizə neyniyəcəm, səni tutduracam, Rəşadla mənim yaxınlığım var onunla cinsi ilə əlaqədə oluram, yaxşı edirəm əlimin içindən gəlir” kimi ifadələr işlətmişdir. Nuranə Sətdarovanın dediyi sözlərdən sonra həyətyanı sahədən çölə çıxaraq avtomobilində sürücü oturacağının altında saxladığı və kənd təsərrüfat işlərində istifadə etdiyi mətbəx bıçağını götürərək əynindəki paltarın alt hissəsinə qoyduqdan sonra övladları Muradı, Xəyaləni və Laləni avtomobilə əyləşdirmiş, qayınları Yusif və Asif də avtomobildən kənarında avtomobilin qapılarını açıb-örtərək uşaqlarla oynamışdır. Xuraman isə avtomobilindən kənarında duraraq uşaqlara nəzarət etmişdir. Avtomobildən bıçaq götürdüyünü heç kim görməmiş və heç kim hiss etməmişdir. Bundan sonra həyətyanı sahəyə daxil olan zaman Nuranə həyətyanı sahədən çıxaraq evin qarşısına gəlmiş, sonuncuya söhbətlərinin bitmədiyini bildirib arxa həyətyanı sahəyə gəlməsini demişdir. Nuranə onunla birlikdə həyətyanı sahəyə daxil olduqdan sonra bir daha qonşuları Rəşadla hansı əlaqələrinin olmasını soruşmuş, Nuranə isə əsəbi şəkildə ona “Sənin bilmədiyin şeylər çoxdur” bildirmişdir. Nuranə Sətdarovanın bu sözündən sonra əynindəki köynəyin alt hissəsində saxladığı mətbəx bıçağını çıxaraq sağ əli ilə Nuranə Sətdarovanın bədənin müxtəlif nahiyələrinə çox saylı zərbələr vurmuş, Nuranəyə ilk dəfə bıçaq zərbəsi vurarkən sonuncu qışqırdığı üçün sol əli ilə Nuranənin ağız nahiyəsindən tutmuşdur. Nuranə çox saylı bıçaq zərbələrindən sonra yerə yıxılaraq xırıldamağa başlamış, əsəbi olduğu üçün Nuranəyə vurduğu bıçaq zərbələrindən yalnız arxa boyun və qarın nahiyələrinə vurduğu zərbələrini xatırlamışdır. Zərbələri vurduqdan sonra həyətyanı sahədən çıxaraq evin qarşısında gəlmiş, Xuraman onun əlində qanlı bıçaq olduğunu görüb kənara çəkilmişdir. Bir neçə dəqiqə sonra Xuraman arxa həyətyanı sahəyə keçib qışqırmağa başlamış, o, isə avtomobilə əyləşib övladları ilə birlikdə oradan ayrılmışdır. Yolda Ağdaş rayon Polis Şöbəsinin təhqiqatçısı Şahid6 zəng vuraraq arvadı Nuranəni öldürdüyünü, övladlarını Tofiqi kəndində yaşadığı evə düşürüb Polis Şöbəsinə gələcəyini bildirmişdir. Şahid6 isə Ağdaş rayonu Tofiqi kəndində gözləməsini və qısa zamanda polis əməkdaşlarının gələcəyini bildirmiş, övladlarını yaşadığı evə düşürdükdən sonra qapının ağzında polis əməkdaşlarını gözləmişdir. Bir neçə dəqiqədən sonra Ağdaş rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Pünhan adlı şəxs tanımadığı digər polis əməkdaşları ilə birgə yaşadığı evə gəldikdən sonra sonunculara mətbəx bıçağını təqdim edərək törətdiyi hadisə barədə məlumat vermişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X19 ifadəsində göstərmişdir ki, mərhum Nuranə Sətdarova onun qızı olmaqla 2013cü ildə Ağdaş rayonu Tofiqi kənd sakini Təqsirləndirilən şəxs ilə ailə hayətı qurmuş, biggə nikahlarından üç uşaqları olmuşdur. 2018-ci ilə kimi Turalla Nuranə mehriban şəkildə yaşasalar da sonradan Tural Nuranəni xəyanətdə ittiham edərək sonuncu ilə mübahisə edib döymüşdür. Nuranənin hər-hansı bir şəxslə Turala xəyanət etməsi və əxlaqsızlıq etməsi barədə məlumatı olmamışdır. xx xxxx 2020-ci il tarixdə qızı Nuranə ona zəng edərək Ağdaş rayon Polis Şöbəsində olduğunu bildirmiş, şöbəyə getdikdən sonra qızının kürəkəni tərəfindən döyülməsi ona məlum olmuşdur. Bundan sonra qızı Nuranəni nəvəsi Lalə ilə birlikdə yaşadığı Nehrəxəlil kəndinə gətirmişdir. xx xxxx 2020-ci il tarixdə Ağdaş şəhəri Bazar adlanan ərazidə olan zaman qızının kürəkəni Tural tərəfindən bıçaqlandığını eşitmişdir. Meyit yuyulan zaman meyitdə 9 bıçaq zərbəsinin və xəsarət izlərinin olduğunu bilmişdir. Təqsirləndirilən şəxslə barışmış, heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X6 eyni məzmunlu ifadə verərək X11 yuxarıda göstərdiklərini təsdiq etmiş, əlavə olaraq göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla azyaşlı uşaqları Xəyalə və Muradla birlikdə onların yaşadığı evə gəlmiş, Turala Nuranənin övladı Lalə ilə birlikdə Ağdaş şəhərində yaşayan bacısı Rufanənin evinə qonaq getdiyini demişdir. Tural bir az gözlədikdən sonra Nuranə övladı Lalə ilə evə qayıtmış, Tural ondan avtomaşının yanında olan uşaqlara nəzarət etməsini xahiş etmişdir. Oğlu Yusiflə birlikdə Turalın avtomobilinin yanına getmiş, bir qədər orada dayanıb uşaqlara nəzarət edərkən qışqırıq səsi eşitmişdir. Bundan dərhal sonra oğlu Yusif ilə birlikdə həyətyanı sahəyə gedərkən Nuranəni yerdə uzanıqlı vəziyyətdə görmüş, Tural isə tez avtımaşınına oturaraq oradan uzaqlaşmışdır. Nuranəyə yaxınlaşarkən sonuncunu qanlı vəziyyətdə bıçaqlandığını gördükdən sonra Turalın Nuranəni bıçaqla vurduğunu bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək X2 yuxarıda göstərdiklərini təsdiq etmiş, həmçinin əlavə olaraq ifadəsində Turalın hadisə yerindən kənarlaşarkən Nuranənin başına təpiklə vurduğunu gördüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olmaqla 2012-ci ilin noyabr ayında Nuranə Sətdarova ilə ailə hayatı qurmuş, birgə nikahlarından üç uşaqları olmuşdur. Oğlu Turalla gəlininin münasibətləri əvvəl normal olsa da sonradan sonuncunun gizli mobil telefon işlətdiyini bildikdən sonra aralarında mübahisə yaranmışdır. Sonradan Nuranənin qonşuları Rəşad adlı şəxslə danişdığını və sonuncunun Nuranəyə mobil telefon aldığını bilmişlər. Nuranə Tural tərəfindən döyülməsinə görə Ağdaş rayon Polis Şöbəsinə şikayət etmiş, sonra isə atası evinə getmişdir. xx xxxx 2020-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs gəlini Nuranə Sətdarovanı öldürdüyünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X12 eyni məzmunlu ifadə verərək X13 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Ağdaş rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı işləyən Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 1051-də Ağdaş rayonu Tofiqi kənd sakini Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng edərək arvadı X1 yaşadığı atası Elbrus Əhmədova məxsus Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən evin həyətində bıçaqla vuraraq öldürdüyünü, hal-hazırda övladları ilə birgə avtomobillə yaşadığı Ağdaş rayonu Tofiqi kəndinə getdiyini, daha sonra isə törətdiyi cinayət əməli ilə əlaqədar olaraq polis əməkdaşlarına təslim olmaq məqsədi ilə Ağdaş rayon Polis Şöbəsinə gələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs heç yerə getməməsini yaşadığı evə çatdıqdan sonra gözləməsini və polis əməkdaşlarının sonuncunun yaşadığı ünvana gələcəyini bildirmiş, sonra dərhal bu barədə Ağdaş RPŞ-nin rəhbərliyinə məlumat vermişdir. Təxminən 15-20 dəqiqə ərzində Ağdaş rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin Pünhan və Samit adlı əməliyyat müvəkkilləri Ağdaş rayonu Tofiqi kəndinə gedib həmin vaxt yaşadığı evdə olan Təqsirləndirilən şəxs xidməti avtomobillə rayon Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi mətbəx bıçağını Ağdaş RPŞ-nin əməkdaşlaşlarına təhvil verərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Bundan başqa xx xxxx 2020-ci il tarixdə səhər radələrində Ağdaş rayonu, Tofiqi kənd sakini X10 DİN-nin 102 xidmətinə zəng edərək əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmiş, daxil olmuş məlumat Ağdaş RPŞ-də HK-1-780 nömrəsi ilə qeydə alınaraq araşdırılması üçün icraatına daxil olmuşdur. Daxil olmuş məlumat əsasında tərəfindən material üzrə Nuranə Sətdarovanın, Təqsirləndirilən şəxs və onun anası Qərənfil Sətdarovanın izahatları alınmış, Nuranə Sətdarova barəsində məhkəmə tibbi ekspertizası təyin edilərək müvafiq rəy alınaraq material üzrə digər sorğular verilmişdir. Araşdırma zamanı isə Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə səhər radələrində X23 rayonu, Nehrəxəlil kəndində yerləşən evin həyətində sonuncuya bıçaqla xəsarət yetirərək qətlə yetirdiyi üçün toplanmış material Ağdaş rayon prokurorluğunda Nuranə Sətdarovanın qətli ilə əlaqədar istintaq olunan cinayət işinə əlavə edilməsi üçün rayon prokurorluğuna göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, mərhumə X10 və Təqsirləndirilən şəxs qonşu kimi tanımış, münasibətləri normal olmuşdur. xx xxxx 2020-ci il tarixdə axşam radələrində Ağdaş rayonu Tofiqi kəndində olarkən qonşusu Təqsirləndirilən şəxs arvadı Nuranə Sətdarovanı sonuncunun atasının yaşadığı Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən evin həyətində bıçaqla çox saylı bədən xəsarətləri yetirərək öldürdüyünü eşitmişdir. Nuranə Sətdarova və Təqsirləndirilən şəxs aralarında baş vermiş mübahisə və ya münaqişə barədə heç nə eşitməmiş və ya bu barədə heç nə görməmişdir. Yaşadığı kənddə ot biçini ilə məşğul olduğu üçün hər gün səhər radələrində yaşadığı evdən çıxmış, axşam isə işlərini qurtardıqdan sonra geri qayıtmışdır. İstifadə etdiyi mobil telefonu isə hər gün evdə qoymuşdur. Anası Məlahət evdə tək qaldığı və istifadəsində mobil telefon olmadığı üçün o, istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonu evdə qoymuş, xx xxxx 2020-ci il tarixdə axşam radələrində anası Məlahət səhər radələrində qonşuları Nuranə Sətdarovanın əri Təqsirləndirilən şəxs zəng etməsi üçün mobil telefonu istədiyini, anası Məlahət Nuranəyə mobil telefonu verdiyini, daha sonra isə Nuranə Sətdarova mobil telefonla danışıb telefonu anası Məlahətə qaytardığını demişdir. X3 məxsus mobil telefonla Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat verdiyini bilmişdir. Nuranə Sətdarova ilə qonşu münasibətləri olmuş, onunla qəti şəkildə yaxın münasibətləri və ya sevgi münasibətləri olmamışdır. Azərsell Telekom MMC-dən götürülmüş məlumatlarda onun mobil telefonu ilə Nuranə Sətdarovanın arasında olan intim xarakterli SMS yazışmaları izah edə bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 409 saylı rəyindən görünür ki, X4 bədəni üzərində aşağıdakı xəsarətlər-sol gözətrafı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sol gözün ağlı qişasına qansızma, sağ çiyin nahiyəsinin, boynun arxa səthinin, sağ əlin İİ barmağının üst səthinin qançırları, sol dirsək oynağının arxa səthinin sıyrığı küt alət təsirindən (o cümlədən yumruqla, təpiklə və ekspertizaya təqdim edilmiş dəmir boru ilə vurmaqla yarana bilər) törənmiş törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 10 saylı rəyindən görünür ki, X4 bədəni üzərində aşağıdakı xəsarətlər- sağ İİİ qabırğanın sınığı, sağ ağ ciyərin yuxarı payının, miokardın, qara ciyərin, nazik bağırsağın və bağırsaq ilgəklərinin yaraları, döş qəfəsinin sağ ön nahiyəsinin İİİ-İV qabırğa arası nahiyəsinin 2 ədəd daxilə keçən deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin ön səthində sağ Xİ-Xİİ qabırğalar proyeksiyasının daxilə keçən 1 ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası, orta qarın nahiyəsinin 1 ədəd daxilə keçən deşilmişkəsilmiş yarası, sağ süd vəzisi nahiyəsinin, sağ aşağı qarın nahiyəsinin, boynun arxa nahiyəsinin, sağ bel nahiyəsinin ümumilikdə 4 ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları (cəmi 8 ədəd), deşici-kəsici alət (ola bilər bıçaq) təsirindən törənmiş, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından canlı şəxslərdə birlikdə sağlamlığa ağır zərər vuran xəsarətlərə aidd olunurlar. X4 meyitində aşkar olunan xəsarətlərdən - sol gözətrafı nahiyənin qançırı, sol gözün ağlı qişasına qansızma, sağ çiyin nahiyəsinin, boynun arxa səthinin, sağ əlin İİ barmağının üst səthinin qançırları, küt alət təsirindən (o cümlədən təpiklə və ekspertizaya təqdim edilmiş dəmir boru ilə vurmaqla yarana bilər) törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Bu barədə xx.xx.2020-ci il tarixli 409 saylı rəy tərtib olunmuşdur. X4 meyitində aşkar olunan yaraların yara kanallarının dərinliyi belədir. Döş qəfəsinin ön sol nahiyəsində qoltuq önü xətt üzrə Vİ-Vİİ qabırğarası sahədəki yara kanalının istiqaməti aşağıdan yuxarı, soldan sağa öndən arxaya doğrudur, yara kanalının dərinliyi 9 sm-dir. Sol kürəkaltı nahiyədə Vİİİ- İX qabırğarası sahədəki yaranın yara kanalının istiqaməti soldan sağa aşağıdan yuxarı arxadan önə doğrudur, dərinliyi 9 sm-dir. Sol bazunun aşağı 1/3-nin arxa səthindəki yaranın yara kanalının istiqaməti soldan sağa, aşağıdan yuxarı, öndən arxaya doğrudur, yara kanalının dərinliyi 4 sm-dir. Sol bazunun orta 1/3-nin ön səthindəki yaranın yara kanalının istiqaməti soldan sağa, aşağıdan yuxarı, öndən arxaya doğrudur, dərinliyi 1 smdir. Sağ süd vəzisində olan yara kanalının istiqaməti sağdan sola, yuxarıdan bir qədər aşağı, öndə bir qədər arxaya doğrudur. X4 ölümünə səbəb kəskin xarici və daxili qanitirmə olmuşdur. X4 meyitində aşkar olunan xəsarətlərin yerləşmə nahiyələri onun paltarlarında aşkar olunan zədələrin yerləşmə nahiyələrinə uyğun gəlir. X4 ölümü meyitin müayinəsindən ən azı 2 ən çoxu 4 saat əvvəl baş vermişdir. X4 meyitində aşkar olunan xəsarətlər ekspertizaya təqdim olunan bıçaqla yetirilə bilərlər. X4 meyitindən götürülən qanda etil spirti aşkar olunmadı. (məhkəmə-kimyəvi müayinə aktı xx.xx.2020-ci il tarixli 2167/K saylı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər- sağ əlin ovuc səthinin İİ daraq falanqa oynağı proyeksiyasının yarası, kəsici alət ( ola bilər bıçağın kəsər hissəsi) təsirindən törənmiş,törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Qeyd olunan xəsarət ekspertizaya təqdim olunan bıçaqla yetirilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 488/213 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağılllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini ölçübbiçərək onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Hüseynov Rövşən Zalı oğlunun əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Hüseynov Rövşən Zalı oğlu hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtirarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmiş Nuranə Sətdarovanın ona xəyanət etməsi düşüncəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 6/1811 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş paltarlar üzərində kənar lif mikro hissəcikləri vardır. Onların rəngi və növü rəyin 1 N-li cədvəlində göstərildi. X7 aid olduğu qeyd edilən paltarlardan göy rəngli, qara zolaqlı köynəyi üzərindən tapılmış boz rəngli pambıq liflər cinsli əlamətlərinə görə Təqsirləndirilən şəxs aid olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs aid olduğu qeyd edilən paltarlar üzərində Nuranə Sətdarovaya aid olduğu qeyd edilən paltarların tərkib liflərindən yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-ballistik və trasoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 3/1082, 3/1089-cu il saylı rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici, xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, istifadəyə yararlıdır. Soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş koftanın, şalvarın, büstqalterin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır.Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Ümumi əlamətlərinə əsasən koftanın, şalvarın, büsqalterin səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın ( bıçaq tiyəsinin) da təsirindən yaranması mümkündür. Həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin konkret olaraq hansı bıçağın tiyəsi ilə təsir nəticəsində yaranması müəyyən etmək mümkün deyil. Təqdim edilmiş koftanın, şalvarın, büsqalterin səthində olan zədələr, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, predmetin, tiyəsinin öndən arxaya istiqamətdə, iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərə olmaqla yetirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 674/2020 saylı rəyindən görünür ki, X4 ABO sistemi üzrə qan qrupu:Oalfa, beta (İ) Ekspertizaya təqdim olunmuş bıçaq üzərində və 02 ədəd pambıq topasına hopdurulmuş ləkələrdə insan qanı aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı. H antigeni O( İ) qrupunun əsasını təşkil edir. Beləliklə həmin qan ləkələri ABO sistemi üzrə O (İ) qruplu şəxsə, o, cümlədən də X7 məxsus ola bilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il il tarixli Təqsirləndirilən şəxs məxsus qara rəngli “Samsung” markalı mobil telefona baxış protokolundan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 1051-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı Şahid6 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng etmiş və onlar arasında 54 saniyə müddətində telefon bağlantısı olmuşdur. Həmçinin, xx xxxx 2020-ci il tarixdə Şahid6 Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng etmiş və onlara arasında 27 saniyə müddətində telefon bağlantısı olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş X4 istifadəsində olmuş ***-***-**-** və ***-***- **-** mobil mobil nömrələrindən göndərilmiş və qəbul edilmiş qısa mesajların mətnləri, həmçinin, telefon zənglərinin elektron formada “xxxx” MMC-dən Ağdaş rayon prokurorluğuna təqdim edilən 1 ədəd CD diskə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs X4 istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində çox saylı mobil nömrələr arasında telefon bağlantıları və yazışmalar olmuşdur. Həmçinin, xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək olan müddət ərzində ***-***-**-** mobil nömrə ilə çox saylı mobil nömrələr arasında olan telefon bağlantıları və yazışmalar olmuşdur. Həmçinin, xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda Ağdaş rayonunun Tofiqi kənd sakini Şahid5 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə sevgi məzmunlu yazışmalar olmuş, həmçinin qeyd edilən tarixlərdə Şahid5 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə çox saylı telefon bağlantıları olmuş, telefon yazışmalarının və zənglərinin əks olunduğu məlumatların bir qismi çap edilərək protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Ağdaş rayon Polis Şöbəsinə könüllü gələrək təqsirini boynuna almış və cinayətin aləti olan bir ədəd bıçağı təqdim etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci tarixdə saat 1215-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər Ruhi-əsəb xəstəlikləri dispanserinin xx xxxxxx 2020-ci il tarixli 470 saylı məktubundan görünür ki, Ağdaş rayonunun Tofiqi kənd sakini xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qeyd edilən dispanserdə psixatrik müşahidədə olmamış və hər hansı bir psixi xəstəliklə bağlı müraciət etməmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş Rayon Mərkəzi X18 Şəxsinin xx xxxx 2020-ci il tarixli 776 saylı və xx xxxxxxxx 2020-ci il tarixli 1053 saylı məktublarından görünür ki, Ağdaş rayonunun Tofiqi kənd sakini Təqsirləndirilən şəxs Ağdaş poliklinika şöbəsində ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda olmamış, xx xxxx 2020-ci il tarixdə Ağdaş RMX PHŞ-ə sağ əlin iç səthinin kəsiyi diaqnozu ilə müraciət etmiş, xx.xx.2008-ci il tarixdən Ağdaş RMX PHŞ-in Ftiziatrik kabinetində ambulator qeydiyyatdadır. Diaqnozu: “Keçirilmiş sol ağ ciyər vərəmindən sonrakı qalıq əlamətləri, fibroz və bərk ocaqlar şəklində”. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş Rayon Mərkəzi X18 Şəxsinin xx xxxx 2020-ci il tarixli 142 saylı məktubundan görünür ki, xx xxxx 2020-ci il tarixdə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı Təqsirləndirilən şəxs sərxoş olmaması müəyyən edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş Rayon Mərkəzi X18 Şəxsinin xx xxxxxxxx 2020-ci il tarixli 1077 saylı məktubundan görünür ki, Ağdaş rayonu, Tofıqi kənd sakini, xx.xx.2014-cü il təvəllüdlü X15 poliklinika şöbəsində “Yüngül dərəcə əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə ruhi qeydiyyatdadır. Narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Vətəndaş xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə həkim-psixiatr Tahir Nəbiyevin qəbulunda olmuşdur. Diaqnozu: “Yüngül dərəcəli əqli gerilik”. xx.xx.2020-ci il tarixdə həkim-nevroloq Sevinc Eyyubovanın qəbulunda olmuş, “Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar” diaqnozu qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə TTTY şöbəsinə müraciət etmiş, həkim-çağırışçı Simuzər Osmanova tərəfindən ilkin tibbi yardım göstərilmiş, “Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası” diaqnozu qoyulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası ƏƏSMN-nin DSMF Ağdaş rayon filialının xx xxxxxxx 2020-ci il tarixli **********8 saylı məktubundan görünür ki, Ağdaş rayonunun Tofiqi kənd sakini Təqsirləndirilən şəxs Nazirlik tabeliyində DSMF PHŞ-in Ağdaş rayon filialından ümumi səbəbdən İİ qrup əlil kimi 901093 nömrəli işinə əsasən hər ay 130,0 manat müavinət alır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş xx xxxx 20200-ci il tarixli 220 saylı yaşayış yeri, ailə tərkibi haqqında arayışdan və arayışlara əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Tofiqi kəndində ailə üzvləri, atası Şahid3, anası Qərənfil Sətdarova, arvadı Nuranə Sətdarova və 3 azyaşlı övladları Lalə, Xəyalə, Murad Sətdarovlarla birgə Tofiqi kəndində yaşamış, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş AZN 025238 nömrəli Nikah haqqında şəhadətnamədən, AZE:18116229, AZE:18115822, AZE:18115821 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Nuranə Sətdarova ilə evli olmuş və himayəsində xx.xx.2016-cı il təvəllüdlü X21, xx.xx.2014-cü il təvəllüdlü X15, xx.xx.2013-cü il təvəllüdlü X22 adlı azyaşlı övladları vardır. Həmçinin, AZE:18116827 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəlki evliliyindən xx.xx.2012-ci il təvəllüdlü X24 adlı övladı vardır. Zərərçəkmiş şəxsin hüquqi varisi X19 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncudan heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 128 və 120.2.4-cü maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. CM-in 73.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxsin hüquqi varisi X37 Sətdarovla barışdığına görə onun barəsində CM-in 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Tural Satdarovun əməli istintaq orqanı tərəfindən düzgün olaraq xüsusi amansızlıqla qəsdən adam öldürməni nəzərdə tutan CM-in 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli, 3 №-li Qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirkarin əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Təqsirləndirilən şəxs Nuranə Sətdarovanı öldürərkən sonuncuya 8 dəfə bıçaq xəsarəti yetirməsi onun zərərçəkmişi xüsusi amansızlıqla həyatdan məhrum etdiyini bir daha təsdiq edir. Bundan başqa zərərçəkmişin qardaşı Şahid2 da ifadəsində Turalın hadisə yerindən gedərkən yerdə uzanıqlı vəziyyətdə olan Nuranəyə təpiklə vurub oradan uzaqlaşdığını göstərmişdir. Bütün bu qeyd edilənlər Təqsirləndirilən şəxs Nuranə Sətdarovanı qəsdən həyatdan məhrum edərkən rəhmsizlik nümayiş etdirdiyini bir daha təsdiq edir. Məhkəmə təqsirləndirilən şəxsin könüllü olaraq gəlib təqsirini boynuna almasını, himayəsində biri ruhi xəstə olmaqla dörd azyaşlı uşağının olmasını, İİ qrup əlil olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən cinayətin törədilməsində alət olmuş 1 ədəd bıçaq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 236,46 AZN (iki yüz otuz altı manat, qırx altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Ağdaş rayon prokurorluğunda saxlanılan 2 (iki) ədəd pambığa hopdurulmuş qan nümunələri və 1 (bir) cüt göy rəngli tərlik, 1 (bir) ədəd boz rəngli qısaqol köynək və 1 (bir) ədəd boz rəngli idman şalvarı, 1(bir) cüt tünd göy rəngli ayaqqabı, 1 (bir) ədəd qara rəngli sintetik materiallı şalvar,1 (bir) ədəd göy rəngli üzərində qara xətləri olan qısaqol köynək, 1 (bir) ədəd boz-qəhvəyi buzqalter, 1 (bir) ədəd uzunluğu 1 metr 10 sm olan dəmir boru və məhv edilməli, 1 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs təhvil verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığına görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 236,46 AZN (iki yüz otuz altı manat qırx altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Ağdaş rayon prokurorluğunda saxlanılan 2 (iki) ədəd pambığa hopdurulmuş qan nümunələri və 1 (bir) cüt göy rəngli tərlik, 1 (bir) ədəd boz rəngli qısaqol köynək və 1 (bir) ədəd boz rəngli idman şalvarı, 1(bir) cüt tünd göy rəngli ayaqqabı, 1 (bir) ədəd qara rəngli sintetik materiallı şalvar,1 (bir) ədəd göy rəngli üzərində qara xətləri olan qısaqol köynək, 1 (bir) ədəd boz-qəhvəyi buzqalter, 1 (bir) ədəd uzunluğu 1 metr 10 sm olan dəmir boru və məhv edilsin, 1 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs təhvil verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd bıçaq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X32 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-51/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-51/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver