Məhkəmə qərarları › İş №1(091)-51/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-51/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-51/2022 13.07.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X13, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkili X16 və Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X10 iştirakları ilə xx.xx.1994-cü ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə, xx.xx.1992-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Mingəçevir şəhəri, Babək küçəsi 28 №-li evdə qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi bir ədəd siqaretin gümüşü kağız bükümündə təmiz çəkisi 0,286 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən Mərkəzi Bazarın qarşısındakı piyadalar üçün nəzərdə tutulmuş yeraltı keçidin yaxınlığında Şahid1 10 (on) manata qanunsuz olaraq satmış, həmin gün Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 Mingəçevir şəhəri, N.Nərimanov prospektində yerləşən «Mingəçevir şəhər Dram Teatrı»-nın yaxınlığında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-yə aparılaraq orada saat 22 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə psixotrop maddə - metamfetamin Şahid1 əynində olan tünd qırmızı rəngli gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd ümumi uzunluğu 256 mm, dəstəyinin uzunluğu 146 mm, orta hissədən eni 23 mm, qalınlığı 17 mm, tiyəsinin uzunluğu 110 mm, orta hissədən eni 20 mm, orta hissədən qalınlığı 2,9 mm olan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını ovçuluq peşəsi ilə bağlı olmayaraq üzərində, xx.xx.2021-ci il tarixdə isə tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi «VAZ 21099» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ oturacağının yan hissəsində gəzdirmiş, habelə şəxsiyyətləri istintaqa məlum olmayan qeyri-müəyyən sayda şəxsə narkotik vasitə – heroin və psixotrop maddə metamfetamin satmaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girdikdən sonra istintaqa məlum olmayan mənbədən təkrarən satış məqsədi ilə qanunsuz olaraq Təqsirləndirilən şəxs2la birlikdə əldə etdiyi bir ədəd qara rəngli sellofana qablaşdırılmış, təmiz çəkisi 6,604 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əynindəki boz rəngli cins şalvarın sol yan cibində, satış məqsədi ilə əldə etdiyi və çəkisi 6,642 qram olan külli miqdarda psixotrop maddə - metamfetaminin 0,262 qram olan hissəsini bir ədəd qara rəngli parçanın üzərində Təqsirləndirilən şəxs2 idarə etdiyi «VAZ 21099» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda «sürət qutusunun» kənarında, qalan 6,380 qram çəkidə olan hissəsini isə bir ədəd şəffaf rəngli sellofana qablaşdırılmış 27 ədəd sellafon bükümlərin içərisində Təqsirləndirilən şəxs2 idarə etdiyi «VAZ 21099» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol oturacağın ayaq altında saxlayaraq daşımış, xx.xx.2021-ci il tarixdə saat 1110 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospekti 72a №-li yaşayış binasının yaxınlığında saxlanılaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə birlikdə Mingəçevir ŞPŞ-nin həyətinə gətirildikdən sonra Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2la birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, saxladığı və daşıdığı ümumi təmiz çəkisi 6,604 qram külli miqdarda narkotik vasitə - heroin onun əynindəki boz rəngli cins şalvarın sol yan cibindən, habelə Təqsirləndirilən şəxs2la birlikdə satış məqsədi ilə əldə etdiyi, saxladığı və daşıdığı ümumi təmiz çəkisi 6,642 qram çəkidə külli miqdarda psixotrop maddə – metamfetamin, həmçinin özünə məxsus qanunsuz olaraq tək əldə etdiyi və gəzdirdiyi soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı Təqsirləndirilən şəxs2 idarə etdiyi «VAZ 21099» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna saat 12 radələrində axtarış keçirilərkən oradan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 şəxsiyyətləri istintaqa məlum olmayan qeyri-müəyyən sayda şəxsə narkotik vasitə – heroin və psixotrop maddə metamfetamin satmaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girdikdən sonra istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq Təqsirləndirilən şəxs1lə birlikdə əldə etdiyi bir ədəd qara rəngli sellofana qablaşdırılmış, təmiz çəkisi 6,604 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - heroini Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarın sol yan cibində, satış məqsədi ilə əldə etdiyi və çəkisi 6,642 qram olan külli miqdarda psixotrop maddə - metamfetaminin 0,262 qram olan hissəsini bir ədəd qara rəngli parçanın üzərində idarə etdiyi «VAZ 21099» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda «sürət qutusunun» kənarında, qalan 6,380 qram çəkidə olan hissəsini isə bir ədəd şəffaf rəngli sellofana qablaşdırılmış 27 ədəd sellafon bükümlərin içərisində idarə etdiyi «VAZ 21099» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol oturacağın ayaq altında saxlayaraq daşımış, xx.xx.2021-ci il tarixdə saat 1110 radələrində Mingəçevir ŞPŞnin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospekti 72a №-li yaşayış binasının yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Mingəçevir ŞPŞ-nin həyətinə gətirildikdən sonra Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman onunla birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, saxladığı və daşıdığı ümumi təmiz çəkisi 6,604 qram külli miqdarda narkotik vasitə - heroin Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarın sol yan cibindən, habelə Təqsirləndirilən şəxs1lə birlikdə satış məqsədi ilə əldə etdiyi, saxladığı və daşıdığı ümumi təmiz çəkisi 6,642 qram çəkidə külli miqdarda psixotrop maddə-metamfetamin onun idarə etdiyi «VAZ 21099» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna saat 12 radələrində axtarış keçirilərkən oradan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 aprel 2021-ci il tarixdə evdə olduğu zaman tanışı Namiq ona mesaj yazaraq narkotikə ehtiyacı olduğunu bildirmiş, Namiqə cavab yazaraq narkotik vasitəni tərgitdiyini, sonuncuya da tərgitməsini məsləhət görmüşdür. Sonra Namiqlə birlikdə evlərinə ət almağa getmiş, avtomobil ilə qayınanasının evinin yanında olarkən polis əməkdaşları onu saxlamışlar. Polislər gələn zaman Namiq kül qabını boşaltnaq üçün çöldə olmuş, o isə avtomobildə olmuşdur. Avtomobildə aşkar olunmuş bıçaq və narkotik vasitə ona məxsus olmamış, həmin narkotik vasitəni polis əməkdaşları onun avtomaşınına qoymuşlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, 24 aprel 2021-ci il tarixdə gecə saatlarından səhər saat 08 radələrinədək tanışı Təqsirləndirilən şəxs2la telefonundakı Whatsapp sosial şəbəkəsi vasitəsi ilə yazışarkən sonuncu əgər onda narkotik vasitə varsa həmin narkotik vasitəni istifadə etməyi təklif etmişdir. Namiqə narkotik vasitələrdən artıq istifadə etməməsi barədə məlumat verərək Namiqin yaşadığı evə tərəf gəldiyini bildirmişdir. Namiqdən ona siqaret almağı xahiş etmiş, saat 10 radələrində Namiq ona sms yazaraq yaşadığı mənzilin qapısının qarşısında onu gözlədiyini bildirərək ona narkotik vasitə istifadə etməyi təklif etmişdir. Namiqin təklifini qəbul edərək birlikdə həyətə çıxmış, Namiqin avtomobilində qabaq sağ oturacaqda əyləşmişdir. Namiq avtomobili idarə edərək birlikdə Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən yanacaq doldurma məntəqəsinə gedib avtomobilə yanacaq vurdurduqdan sonra yaşadığı evə ət almaq məqsədilə Namiqdən avtomobili Ş.İ.Xətai küçəsinə sürməsini xahiş etmişdir. Ət aldıqdan sonra Namiqin idarə etdiyi avtomobillə arvadının yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 72a ünvanda yerləşən binanın qarşısına getmiş, Namiq avtomobili saxladıqdan sonra avtomobildən çıxıb arvadının yaşadığı mənzilə qalxmışdır. Namiq avtomobili idarə edib oradan ayrılmış, təxminən 2 dəqiqə sonra Namiq ona zəng edərək aşağı düşməsini xahiş etmişdir. Namiqin xahişinə əsasən həyətə düşmüş, binanın qarşısında dayanmış Namiqin avtomobilinə əyləşdikdən sonra Namiq ona bir qədər kənara getməyi təklif etmişdir. Birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Sənaye Parkının» yaxınlığına getmiş, orada Namiq avtomobili saxlayıb arxa oturacaqdan bir ədəd bağlama götürüb qabaq oturacağa keçmişdir. Şəffaf rəngli sellofanın içərisində də qara rəngli sellofan bükümlər olmuş, Namiq ona həmin sellofan paketdə olan “patı” adlandırdıqları psixotrop maddə metamfetamin olduğunu deyərək həmin sellofan bağlamanı avtomobilin qabaq oturacağının arasında olan elektron tərəzidə çəkmişdir. Sonra sellofan paketi açaraq ona həmin narkotik vasitəni istifadə etməyi təklif etmiş, lakin o, buna etiraz etmişdir. Həmçinin Namiq içərisində narkotik vasitə olan xırda sellofan bükümü açmış və avtomobilin əşya qutusundan kiçik lampanı çıxarmışdır. Lampa və açılmış bükümdə olan narkotik vasitəni sürət qutusunun başlığının ətrafına qoymuş, yenə də narkotik vasitədən istifadə etməyə etriaz etmişdir. Həmin vaxt Namiq ona həmin narkotik vasitəni satmağı təklif etsə də etiraz etmiş, bundan sonra Namiq avtomobili sürüb şəhərin H.Əliyev prospekti 72a nömrəli yaşayış binasının qarşısında saxlamışdır. Avtomobildən bayıra çıxarkən əlində olan qara rəngli sellofan paketi ona verərək saxlamasını demiş, həmin sellofan bükümü Namiqdən alaraq saxlamışdır. Namiq avtomobildən düşən kimi polis əməkdaşları avtomobilə yaxınlaşaraq onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək onları polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən içərisində narkotik vasitə heroin olan büküm aşkar edilmişdir. Sorğu zamanı həmin bükümün Namiqə məxsus olduğunu bildirmişdir. Daha sonra Namiqə məxsus avtomobilə baxış keçirilərkən avtomobilin arxa sağ oturacağının ayaq altında şəffaf rəngli büküm, iki ədəd bıçaq narkotik vasitələrin qəbulundə istifadə edilən lampa, eləcə də avtomobilin sürətlər qutusunun ətrafından parçanın üzərində olan narkotik vasitə, qabaq sürücü oturacağının üzərindən isə elektron tərəzi aşkar edilmişdir. Arxa oturacaqdan aşkar olunmuş sellofan bağlama açılarkən içərisində 27 ədəd bükümlər, bükümlərin içərisindən isə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Sorğu zamanı həmin psixotrop maddənin də Namiqə məxsus olduğunu bildirmiş, avtomobildən aşkar olunmuş elektron tərəzinin özünə məxsus olduğunu bildirsə də həmin tərəzi və aşkar olunmuş bıçaq əslində Namiqə məxsus olmuşdur. Fərid adlı şəxsə narkotik vasitə satmamış, ümumiyyətlə Fəridlə arasında heç bir əlaqə olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə ağrıdan yata bilmədiyi üçün tanışı Elvinlə yazışaraq narkotik vasitə tapmasını xahiş etmiş, Elvinlə birlikdə ət alıb aparıb sonuncunun qayınanasının evinin yanında dayana zaman polis əməkdaşları onlara yaxınlaşıb onları polis şöbəsinə aparmışlar. Avtomaşında tapılan narkotik vasitə ona məxsus olmamış, özünə məxsus olan bir büküm narkotik vasitəni polis əməkdaşları gələnə kimi Elvinlə birlikdə istifadə etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 24 aprel 2021-ci il tarixdə gecə saatlarından saat 08 radələrinədək tanışı Təqsirləndirilən şəxs1lə Whatsapp sosial şəbəkəsi vasitəsi ilə yazışarkən sonuncudan özü istifadə etməsi üçün narkotik vasitə istəmiş, Əvvəlcə Elvin ona narkotik vasitə olmadığını bildirsə də sonradan razılaşdığına görə birlikdə narkotik vasitə istifadə etmək məqsədilə Elvingilin yaşadığı binanın qarşısına getmişdir. Whatsaap sosial şəbəkəsi vasitəsi ilə yazışarkən Elvinə ona narkotik vasitə heroin satması müqabilində 10 manat məbləğində pul təklif etmiş, lakin Elvinlə aralarında olan razılaşmaya görə Elvinə bir qutu siqaret və mobil telefon üçün kontur almağı razılşamışlar. Saat 10 radələrində Elvin həyətə düşüb idarə etdiyi «Vaz 21099» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, əvvəlcə Mingəçevir şəhəri, A.Məmmədov küçəsində “Əşya Bazarı”nın yaxınlığındakı yanacaq doldurma məntəqəsinə gedərək Elvin onun idarə etdiyi avtomobilə 2 manatlıq yanacaq vurduqdan sonra Elvinin deməsinə görə avtomobili Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən yaşayış binalarının qarşısındakı qəssabxanaya sürmüşdür. Orada Elvin ət alıb geri qayıtdıqdan sonra avtomobili Elvinin arvadının yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən binanın qarşısına sürmüşdür. Elvin avtomobildən bayıra çıxaraq arvadının yaşadığı mənzilə gedib geri qayıtmış, avtomobilə əyləşdikdən sonra cibindən 1 ədəd şəffaf bükümdə çəkisi təxminən 8-10 qram olan narkotik vasitə heroini çıxardıb həmin heroindən bir qədərini qızılı kağızda yandırıb çəkmişlər. Daha sonra Elvin əynindəki qısaqol gödəkcənin cibindən bir ədəd sellofan bükümdə içərisində bir neçə büküm olan “patı” adlandırdıqları psixotrop maddə metamfetaminləri çıxarıb, həmin metamfetaminlərdən 1 bükümünü açaraq kiçik işıq lampasının içərisinə tökdükdən sonra alışqanla lampanın şüşə hissəsini isidərək əmələ gələn tüstünü çəkmişlər. Həmin psixotrop maddənin bir qədəri avtomobilin salonunda sürətlər qutusunun yaxınlığındakı parçanın üzərinə dağılmış, narkotik vasitə və psixotrop maddəni qəbul etdikdən sonra avtomobilin salonunda əyləşib siqaret çəkmişlər. Təxminən bir saat avtomobilin salonunda əyləşib söhbət etdikdən sonra avtomobilinin salonunda siqaret çəkərək kötükləri avtomobilin salonundakı kül qabına atmışlar. Kül qabı dolduğu üçün kül qabını boşaltmaq üçün qapını açıb bayıra çıxarkən polis əməkdaşları avtomobilin qapısını açmaq istəsələr də qapılar daxildən kilidlənmişdir. Avtomobilinin mərkəzi kilid sistemi olmadığından qapıları bağlamamış, ona görə də ola bilsin ki, Elvin polis əməkdaşlarının yaxınlaşdığını görüb içəridən qapıları bağlamışdır. Bir qədər orada dayandıqdan sonra başqa bir polis əməkdaşı köməyə gəlmış, polis əməkdaşının idarə etdiyi avtomobillə, Elvin isə digər polis əməkdaşları ilə birlikdə **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə polis şöbəsinə getmişlər. Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra ona məxsus «Vaz 21099» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa sol oturacağının ayaq altından şəffaf rəngli büküm, avtomobilin sol qapısının cibindən 1 ədəd kustar üsulla hazırlanmış bıçaq, sağ ayaq altı hissədə qapının oturacaqla arasında olan yerdən 1 ədəd zavod üsulu ilə hazırlanmış bıçaq, sürətlər qutusunun ətrafındakı parçanın üzərindən psixotrop maddə qalıqları, sağ ayaq altının üzərindən narkotik vasitələrin qəbulunda istifadə edilən lampa, qabaq sağ oturacağının üzərindən isə elektron tərəzi, sağ arxa oturacağın üzərindən Elvinə məxsus mobil telefon aşkar olunmuşdur. Sol arxa ayaqaltının üzərindən aşkar olunmuş sellofan bağlama açılarkən içərisində metamfetamin olan 27 ədəd bükümlər aşkar olunmuşdur. Həmin psixotrop maddənin Elvinə məxsus olduğunu bildirmiş, avtomobildən aşkar olunmuş elektron tərəzi, zavod üsulu ilə hazırlanmış bıçağın da Elvinə məxsus olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə almamış, Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları onu məcbur etdiklərinə görə tutulan zaman narkotik vasitəni Təqsirləndirilən şəxs1 aldığını bildirmiş, həmçinin barəsində CM-in 234.1-ci maddəsi ilə olan işə Mingəçevir şəhər Məhkəməsində baxılarkən Polis Şöbəsi yaxınlıqda olduğuna görə narkotik vasitəni Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 06 mart 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı mənzildə tanışı Gültəkinlə birlikdə olarkən Elvinin istifadəsində olan mobil telefon nömrəsinə Whatsapp proqramı vasitəsi ilə zəng edib əlaqə saxlayaraq Elvindən “şüşə” adlandırdıqları psixotrop maddə metamfetamin istəmiş, Elvin də ona “şüşə” adlandırdıqları psixotrop maddə olduğunu və həmin maddənin bir bükümünü ona 10 (on) manata sata biləcəyini demişdir. Elvinlə razılaşdıqdan sonra tanışı Gültəkinlə birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Mərkəzi Bazarın» qarşısındakı yeraltı piyada keçidinin yaxınlığında Elvinlə görüşüb sonucuya 10 manat verib bir ədəd siqaretin gümüşü bükümündə psixotrop maddə olan metamfetamin almışdır. Gültəkin ondan təxminən 5-6 metr aralıda dayanıb gözləmiş, Elvindən metamfetamini aldıqdan sonra Gültəkinlə birlikdə Mingəçevir şəhərinin N.Nərimanov prospektində yerləşən “Mingəçevir şəhər Dram teatrı”nın yaxınlığından keçərkən Elvindən aldığı bir ədəd siqaretin gümüşü kağız bükümündə olan metamfetamini əynində olan tünd qırmızı rəngli gödəkcənin sol yan cibində “Rothmans” markalı siqaret qutusunun içərisində olmuşdur. Saat 22 radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən “Mingəçevir şəhər Dram Teatrı”-nın yaxınlığı ilə hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Mingəçevir şəhər Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki tünd qırmızı rəngli gödəkcənin sol yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusu, həmin siqaret qutusunun içərisində siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində çəkisi çəkisi 0,43 qram olan psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları ilə əlaqədar daxil olmuş əməliyyat məlumatı əsasında Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları Şahid9, Şahid8, Şahid4la birlikdə Mingəçevir şəhəri H.Əliyev prospekti 72a saylı yaşayış binasının qarşısında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncunun idarə etdiyi Vaz 21099 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda dayandıqlarını görüb həmin avtomobilə yaxınlaşmışlar. Yaxınlaşan zaman Təqsirləndirilən şəxs2 avtomobildən bayıra çıxmış, Təqsirləndirilən şəxs1 isə avtomobilin salonunda qabaq sağ oturacaqda əyləşmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşul olmaları barədə polis şöbəsində məlumat olduğunu bildirirb onlarla birlikdə polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Polis şöbəsindən digər əməkdaşlar gələnədək Təqsirləndirilən şəxs2 çöldə dayanmış, Təqsirləndirilən şəxs1 isə avtomobilin salonunda əyləşmişdir. Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfəri Şahid6 Onlara köməyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 avtomobildən bayıra düşürmüş, sonuncu onunla və polis əməkdaşları Şahid9, Şahid6la birlikdə digər avtomobillə, Şahid8 isə polis əməkdaşı Şahid4 və Təqsirləndirilən şəxs2la birlikdə Vaz 21099 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhər Polis Şöbəsinin inzibati binasının həyətinə getmişlər. X18 Əliyev və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqdan sonra üzərllərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sol yan cibindən içərisində çəkisi 9,42 qram olan qəhvəyi rəngli, kristallik, kəskin iyə malik maddə yəni narkotik vasitə heroinin olduğu bir ədəd şəffaf rəngli sellofan büküm aşkar olunmuş, Təqsirləndirilən şəxs2 üzərindən isə qanunla qadağan olunmuş hər-hansı əşya aşkar edilməmişdir. Vaz 21099 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq sağ oturacağın üzərindən iki ədəd alışqan, bir ədəd elektron tərəzi, bir qutu içərisində siqaretlər olan siqaret qutusu, qabaq sağ oturacağın alt yan hissəsindən bir ədəd açıq vəziyyətdə, bir tərəfi kəsici, digər tərəfi küt, tiyə və dəstək hissədən olan bıçaq içərisində dörd ədəd 1 manatlıq əskinaslar olan dəmir qutu, sağ ayaqaltının üzərindən bir ədəd başı qırılmış şüşə lampa, sürətlər qutusunun ətrafındakı qara rəngli parçanın üzərində dağınıq vəziyyətdə olan şəffaf rəngli kristallik psixotrop maddə metamfetaminə oxşar kütlələr, sağ arxa oturacağın üzərindən bir ədəd “Redmi” markalı mobil telefon, avtomobilin salonunda sol arxa oturacağın ayaqaltından bir ədəd içərisində bükümlər olan şəffaf rəngli büküm, sol qabaq qapının cibindən bir ədəd kustar üsulla hazırlanmış bıçaq aşkar olunmuşdur. Avtomobilin arxa sol oturacağının ayaqaltısının üzərindən aşkar olunmuş şəffaf rəngli büküm açılarkən içərisində şəffaf rəngli, kəskin iyli kristallik, yəni psixotrop maddə metamfetaminə oxşar maddələr olan 27 ədəd bükümlər olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 avtomobilin sol oturacağının ayaqaltının yan hissəsindən aşkar olunmuş 1 ədəd bıçağın, sol oturacağın üzərindən aşkar olunmuş 1 ədəd elektron tərəzinin, arxa sağ oturacağın üzərindən aşkar olunmuş 1 ədəd “Redmi” markalı mobil telefonun özünə məxsus olduğunu, avtomobilin sol arxa oturacağının ayaqaltısının üzərindən aşkar olunmuş içərisində psixotrop maddə metamfetaminlər olan bükümlərin isə Təqsirləndirilən şəxs2 məxsus olduğunu, avtomobilin sağ qabaq ayaqaltından aşkar olunmuş 1 ədəd başı qırılmış şüşə lampada Təqsirləndirilən şəxs2la birlikdə psixotrop maddə metamfetamin istifadə etdiklərini bildirmişdir. Həmçinin, sorğu zamanı Təqsirləndirilən şəxs2 avtomobilin qabaq sol qapısının cibindən aşkar olunmuş 1 ədəd kustar üsulla hazırlanmış bıçağın özünə məxsus olduğunu, aşkar olunmuş psixotrop maddə metamfetaminin, 1 ədəd elektron tərəzinin və avtomobilin qabaq sağ oturacağın ayaqaltı hissəsinin yanından aşkar olunmuş bıçağın Elvinə məxsus olduğunu bildirmişdir. Bundan sonra aşkar olunmuş psixotrop maddələr, 2 ədəd bıçaq və 1 ədəd elektron tərəzi, 1 ədəd mobil telefon protokol tərtib olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid9, Şahid8, Şahid4 və Şahid6, həmçinin ifadəsi elan olunaraq tədqiq olunmuş Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid5 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsində Cinayət- Axtarış Bölməsində əməliyyat müvəkkili işləyən Şahid10 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Mingəçevir şəhər sakini Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar daxil olmuş əməliyyat məlumatı əsasında Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları Şahid4 və Şahid7lə birlikdə Şahid1 Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən Mingəçevir şəhər Dram Teatrının yaxınlığında saxlayaraq Mingəçevir şəhər Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra Şahid1 üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki tünd qırmızı rəngli gödəkcənin sol yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusu, həmin siqaret qutusunun içərisində çəkisi 0,43 qram olan psixotrop maddə metamfetamin olan siqaretin gümüşü kağızı aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Şahid1 həmin psixotrop maddə olan metamfetamini Mingəçevir şəhəri H.Əliyev prospketində yerləşən Mərkəzi Bazarın qarşısındakı piyada keçidinin yaxınlığında əvvəllər tanıdığı Elvin adlı şəxsdən 10 (on) manata aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid4 və Şahid7 eyni məzmunlu ifadə verərək Şahid10 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanımamış, tanışı Şahid1 Təqsirləndirilən şəxs1 narkotik vasitə alması ilə bağlı heç bir məlumatı olmamışdır. Fəriddə metamfetamin olması barədə məlumatı olmamış, ifadəsini oxumadan imzalamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Şahid1 yaşadığı mənzildə qonaq olarkən Fərid tanışı Elvin adlı şəxslə öz istifadəsində olan mobil telefondakı “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq sonuncudan psixotrop maddə metamfetamin istəmiş, Elvin də telefonda Fəridə həmin psixotrop maddəni 10 (on) manata sata biləcəyini, həmçinin Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən Mərkəzi Bazarın qarşısındakı piyadalar üçün yeraltı keçidin yaxınlığında görüşməyi təklif etmişdir. Bundan sonra Fəridlə yaşadıqları mənzildən çıxıb birlikdə Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən Mərkəzi Bazarın qarşısındakı piyadalar üçün yeraltı keçidin yaxınlığına getmiş, orada bir qədər aralıda dayanıb gözləmişdir. Fərid ondan təxminən 5-6 metr aralıda Elvin adlı şəxslə görüşüb geri qayıtmışdır. Fərid ona yaxınlaşaraq əlində olan siqaretin gümüşü kağız bükümün göstərib həmin bükümün içərisində psixotrop maddə olduğunu bildirdikdən sonra həmin bükümü əynində olan qırmızı rəngli gödəkcənin cibinə qoymuşdur. Fəridlə gəzərək birlikdə Mingəçevir şəhərinin N.Nərimanov prospektində yerləşən Mingəçevir şəhər Dram Teatrın yaxınlığından keçərkən polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. X19 Əliyevin üzərinə keçirilən şəzsi axtarış zamanı psixotrop maddə olan metamfetaminin aşkar olunduğunu bilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli,17/180 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Şahid1 üzərindən aşkar olunub götürülmüş...”sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,286 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra № 27) daxil olan-metamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 17/299 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 6,604 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vaz 21099 markalı **-BF-*** d.q. n-lı avtomobilin salonundan aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki: 01 (bir) ədəd sellofan bükümün içərisindəki 27 (iyirmi yeddi) ədəd sellofan bükümlərdə, ümumi təmiz çəkiləri- 6,380 qram olan maddələr “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra №27 ) daxil olan-metamfetamindir. 01 (bir) ədəd qara rəngli parçanın içərisindəki təmiz çəkisi 0,262 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra №27 ) daxil olan-metamfetamindir. 01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə lampada olan maddə hissəcikləri-metamfetamin hissəcikləridi. Tədqiqata təqdim edilmiş 27 (iyirmi yeddi) ədəd sellofan bükümlərdə və 01 (bir) ədəd qara rəngli parçanın içərisində olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş 01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə lampada olan metamfetamin hissəcikləri cüzi miqdarda olduğundan onun təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş metamfetaminlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş soyuq silahın kriminalistik ekspertizasının xx.xx.2021-ci il tarixli,17/315 №-li rəyinə əsasən tədqiqata təqdim edilən bir tərəfi kəsici, ucu deşici xassəyə malik kustar üsulla hazırlanmış, təsərüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 752 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 754 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. İş üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli şəxsi axtarış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Şahid1 üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qırmızı rəngli gödəkçənin sol yan cibindən “Rothmans” markalı siqaret qutusunun içərisindən 1 (bir) ədəd gümüş-ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,286 qram olan psixotrop maddə metamfetamin və 2 ədəd kiçik ölçülü lampa aşkar edilərək götürülmüşdür. İş üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli şəxsi axtarış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş video çəklişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofanın içərisində təmiz çəkisi 6,604 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. İş üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli baxış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi Vaz 21099 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sağ oturacağın üzərindən 1 ədəd elektron tərəzi, qabaq sağ oturacağın alt yan hissəsindən 1 ədəd açıq vəziyyətdə, bir tərəfi kəsici, digər tərəfi küt, tiyə və dəstək hissədən ibarət olan zavod üsulu ilə hazırlanmış bıçaq, sağ ayaqaltının üzərindən 1 ədəd başı qırılmış şüşə lampa, sürətlər qutusunun ətrafındakı qara rəngli parçanın üzərində dağınıq vəziyyətdə olan 0,262 qram çəkidə psixotrop maddə metamfetamin, sağ arxa oturacağın üzərindən 1 ədəd Təqsirləndirilən şəxs1 məxsus «Redmi» markalı mobil telefon, avtomobilin salonunda sol arxa oturacağın ayaqaltından 1 ədəd rəngli bükümünü içərisində 27 (iyirmi yeddi) ədəd bükümlərdə ümumi çəkisi 6,380 qram olan psixotrop maddə metamfetamin, sol qabaq qapının cibindən 1 ədəd kustar üsulla hazırlanmış bıçaq aşkar olunmuşdur. İş üzrə tərtib edilmiş Təqsirləndirilən şəxs1 məxsus “Redmi” markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, telefonun fayl istifadəçisi qovuluğunda telefon vasitəsi ilə çəkilmiş elektron tərəzi, elektron tərəzinin üzərində narkotik vasitə və ya psixotrop maddələr bükümlərinin miqdarının ölçülməsi prosessinin fotoşəkilləri, eləcə də baxış keçirilən telefon vasitəsi ilə çəkilmiş Vaz 21099 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş zavod üsulu ilə hazırlanmış bıçağın, həmin avtomobildən aşkar olunmuş narkotik vasitələrin qəbulunda istifadə olunan lampanın, elektron tərəzinin kənarına psixotrop maddəyə bənzər maddənin hissəcikləri dağılmış və narkotik vasitələrin qəbulunda istifadə olunan qızılı kağızın fotoşəkilləri, eləcə də gündəlik pul sərfiyyatları olan cədvəlində narkotik vasitələrə sərf edilən pulun məbləği göstərilən fotoşəkillər olduğu müəyyən edilmişdir. İş üzrə tərtib edilmiş Təqsirləndirilən şəxs2 məxsus Samsung modelli Galaxy A 11 markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin mobil telefonda qurlaşdırılmış Whatssap tətbiqinin abonetnlərdən “Elvin sim” adıyla +994 349-26-24 mobil telefon nömrəsi ilə adı qeyd olunmuş abonentə Təqsirləndirilən şəxs2 +99***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş Whatssap tətbiqi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə saat 07:00-da “Cəkməyə bişey varsa gəlim bir iki tustu vurub duzələrdim Alınar qadanalaram”, saat 07:01-də “Axırıncı inşallah biraz” , “Acana dərman duzələnə saxlasin deyirəm”, saat 07:02-də “Nə deyirsən”, “Görüm beş on manat tapım gəlim”, “Lap sənədə yük olmasin”, məzmunlu smslərin göndərildiyi, həmin mobil telefonda qurlaşdırılmış Whatssap tətbiqinin abonetnlərdən “Elvin sim” adı ilə +994 349-26-24 mobil telefon nömrəsi ilə adı qeyd olunmuş abonentdən Təqsirləndirilən şəxs2 +99***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş Whatssap tətbiqinə xx.xx.2021-ci il tarixdə saat 07:03-də “Qaqa birazdan cixacam xeber edecem mamam oyaqdi gudur meni”, məzmunlu smsin göndərildiyi, “Elvin sim” adı ilə +994 349-26-24 mobil telefon nömrəsi ilə adı qeyd olunmuş abonentə Təqsirləndirilən şəxs2 +99***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş Whatssap tətbiqi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə saat 07:03-də “Hə Qaqa”, 07:04-də “Narahat olma”, “10 m mənə nə köməyin dəyə bilər qaqa”, 07:05 “10m pula gəlim qayidim sənədə yuk olmasin”, “Ureyi sixir adamin”, 07:06 “Obirisi temadan”, “Bu mənim üureyimi yerinən cixarti”, saat 07:07-də “Gəlib qaytardim”, saat 07:08-də “Nə deyirsən brat”, saat 07:09-da “?”, saat 07:10-da “Əmələ gələr” məznumlu smslərin göndərildiyi, həmin mobil telefonda qurlaşdırılmış Whatssap tətbiqinin abonetnlərdən “Elvin sim” adı ilə +994 349-26-24 mobil telefon nömrəsi ilə adı qeyd olunmuş abonentdən Təqsirləndirilən şəxs2 +99***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş Whatssap tətbiqinə xx.xx.2021-ci il tarixdə saat 07:11-də “Birazdan tapib gelersen cunki onakimide azdi burda cekimlik goturerem cixarig bir yerde biraz sebrli ol” məzmunlu smsin daxil olduğu, “Elvin sim” adı ilə +994 349-26-24 mobil telefon nömrəsi ilə adı qeyd olunmuş abonentə Təqsirləndirilən şəxs2 +99***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş Whatssap tətbiqi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə saat 07:11-də “Birazdan nə vaxt qaqa”, 07:12-də “Az olsun amma gec olmasin”, saat 07:12-də “Qaqa”, saat 07:13-də “Tapmişam”, “Mən cixim da yavaş yavaş” məzmunlu smslərin göndərildiyi, həmin mobil telefonda qurlaşdırılmış Watssap tətbiqinin abonetnlərdən “Elvin sim” adı ilə +994 349-26-24 mobil telefon nömrəsiylə adı qeyd olunmuş abonentdən Təqsirləndirilən şəxs2 +99***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş Whatssap tətbiqinə xx.xx.2021-ci il tarixdə saat 07:13-də “Evden cixanda mene yaz” məzmunlu sms-in daxil olduğu, “Elvin sim” adı ilə +994 349-26-24 mobil telefon nömrəsi ilə adı qeyd olunmuş abonentə Təqsirləndirilən şəxs2 +99***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş Whatssap tətbiqi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə saat 07:14-də “Hindi cixiram masin tapim sms var yazacam” məzmunlu smsin göndərildiyi, həmin mobil telefonda qurlaşdırılmış Watssap tətbiqinin abonetnlərdən “Elvin sim” adıyla +994 349-26-24 mobil telefon nömrəsi ilə adı qeyd olunmuş abonentdən Təqsirləndirilən şəxs2 +99***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş Whatssap tətbiqinə xx.xx.2021-ci il tarixdə saat 07:15-də “Cixanda yazarsan yatmiyimgozluyum” məzmunlu sms-in daxil olduğu, “Elvin sim” adıyla +994 349-26-24 mobil telefon nömrəsiylə adı qeyd olunmuş abonentə Təqsirləndirilən şəxs2 +99***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş Whatssap tətbiqi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə saat 07:18-də “Maşın xodanir gəlsəm olar”, “Masinan” məzmunlu smlərin göndərildiyi, həmin mobil telefonda qurlaşdırılmış Watssap tətbiqinin abonetnlərdən “Elvin sim” adı ilə +994 349-26- 24 mobil telefon nömrəsiylə adı qeyd olunmuş abonentdən Təqsirləndirilən şəxs2 +99***- ***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş Whatssap tətbiqinə xx.xx.2021-ci il tarixdə saat 07:19-da “Mene bir packa siqaret al bir manatligda kontur basqa hecne lazim deyil”, “Gelirsen gozleyim ya yatim” məzmunlu sms-lərin daxil olduğu, “Elvin sim” adı ilə +994 349-26-24 mobil telefon nömrəsi ilə adı qeyd olunmuş abonentə Təqsirləndirilən şəxs2 +99***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş Whatssap tətbiqi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə saat 07:19-da “Yaxsi cixtim, “Alacam” məzmunlu sms-lərin göndərildiyi, həmin mobil telefonda qurlaşdırılmış Watssap tətbiqinin abonetnlərdən “Elvin sim” adıyla +994 349-26-24 mobil telefon nömrəsiylə adı qeyd olunmuş abonentdən Təqsirləndirilən şəxs2 +99***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş Whatssap tətbiqinə xx.xx.2021-ci il tarixdə saat 07:21-də “Gel biz terefe”, saat 07:22-də “Cox gucludu”, “Prosta biraz tez gel”, “Yatacam men” məzmunlu smslərin daxil olduğu müəyyən edilmişdir. İş üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli protokolla Azərbaycan Respublikası DİNnin Baş İnformasiya və Kommunikasiya İdarəsinin ünvanladığı «CD-R» formatlı diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 07:49-da “gozle gorum aynonu tapmiram..soyus” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 08:32-də “ Qaqa tema lazimdi ya bir ya bir yarım telefonu acseydin əldən çıxmazd” məzmunlu, Təqsirləndirilən şəxs1 istifasində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 13:44-də “Qaqa 35 den qram isdesen xeber ele. Super patida var cekiynen” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 13:53də “Qaqa özumdə hər şey var sagol” məzmunlu, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 13:57-də “Teki hemise olsun yeni nezerinde saxla ne vaxtsa lazim olsa 5 dene 10 dene 20 dene 30 dene 50 dene ferqi yoxdu ozumde ozum verecem gel e mele cox goturen olsa 30 danda emele geler patida yaxsi qaqa oldu” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 00:57-də “Xetrin cekir səni agridan cixarda bilərəm ölmuyub qaqan ki sən agri da qalasan. Belədə tema lazim olsa həbər elə” məzmunlu, X11 adlı şəxsin adına olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2021-ci il saat 23:57-dən xx.xx.2021-ci il saat 11:41-dək “cavab vermirs n! Cavab ver sro?cnu seryoznu sob tim var s nl ! Y qin bildin n söhb tdi?? C mi Elvin ne?c saatdi yigiram cavab vermirs n! Cavab ver sro?cnu seryoznu sob tim var s nl ! Y qin bildin n söhb tdi?? C m”, “Brat bunla 2 ci d f di bu cür olur, 2 d n qalin salafana bükülü halda brat, 4 ,3 aynoyun vardi, salafanla bir yerd Qaqa salafanin 2 si d bas t r fd n desik idi, qapas bu adam kimdis a?cib üstünd n götürüb, bu 100% di, 3 n f r oglanin, y ni m n, 2 n f rd evde gözdüyürdu m ni! S n öl qaqa qoymusuq t r ziy Allaha and olsun 2 d n salafanin arasinda c mi 4,3 aynoyun!! S nd h l indi cavab verirs n!! M n dey nd ki sn 10 d yq di vermisem RUSLANA vermiyib h l ? Dedim yox, onda h l s n d dedimki qaqa aynoyunun üstünd n götürm y girib! Axirda dedinki götür get evd nyig, ele senle danisa danisa dedimki g lir! Götür n kimi pramoy dedim s n ki qaqa uzagi burda 4,5 aynoyun olar burda!! M n qayitdinki Ramil s n öl, varyoxuna n hl t 0,6 aynoyun qoymusam, gedib ev ?catib s ni yigdim ne?c d f cavab verm din! S n h l indi cavab verirs n!”, “Qaqas m nd atdim t r ziy 3 nf rik bizd , görürük qaqa s n öl 4,3 aynoyun!! S nid neyn dim cavab vermedin, deyimki Elvin m ni niy aldadirsan? Yadindadida ondan aynoyunu parkda götür n kimi dedimki ay elvin uzagi 4,5 aynoyun olar burda! Oda ?c kirik 4,3 aynoyun!!! Tezd n g lir m qaqa, onsuzda tutulmagima kimi gözumün qabagina almisam Elvin götdü yalan dey n! Ruslanida gör sorus v zy ti danis, m n artiq he?cn lazim deyil brat!! Sad c n q d r skikdi o verilsin!”,“Ay qaqa cavab ver söp timizi ed k d qaqa' bird ki dün nki iki qalin salafana bükülü verilib m n” məzmunlu, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsindən X11 adlı şəxsin adına olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2021-ci il saat 10:31-dən xx.xx.2021-ci il saat 10:32dək “ “.....” soyus o oglanin varyoxunu bu bir ikincidefe ne qalin salafan bide ucundeki sen oglan demisdin ki varyoxunu “.....” soyus kecendefe paprese de ne nazik salafan olub bu iki ucundeki ene ne vaxt demisem men qoymusam 06 i ele sohbet olubsa gel qulag ayilmeyib atdig senin yaninda tereziye 07 geldi sen gedenen sonra ac sen ne danisirsan ne mesaj yazmisan menim telefonum ses yazir men smisig 10 dene oglan baxirig ki limon duzu qatilib ayib deyil idi o” məzmunlu, Elvin Rüstəmov adlı şəxsin adına olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 21:03də “ Qaqa pati isteyen var” məzmunlu, Yeganə Yusifova adlı şəxsin adına olan ***-***-**- ** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 21:03-də “ ayqa meinimde on besim var qaqayada dobru bir seyele nolarkicatiram” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən X8 adlı şəxsin adına olan ***-***- **-** mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 11:31-də “mənə usaqlar 15-20 q tema gönderir niyə pulunun gündelik biraz biraz vururam bugun sabah gondereceyler” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən X9 adlı şəxsin adına olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 15:33-də “tema istiyən var üç qrama 100m verir 5qrama 150 alaram amma 5 6 sa at gözdəmir Temə burda olsa pulu göturub gəlib temani göturə bilərəm” məzmunlu sms, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən X9 adlı şəxsin adına olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 15:33-də “Tər təmiz 15di burda ? Fasofka eləmirəm səhər tərəziyə atim sonra nəsə xoşuma gəlmir bilmirəm sixdi diyə belə görunur yoxsa deyirəm b irdən insan ciy sud əmif göturən usag əl atar buna gətirəndə inamir am eliyə amma yenədə cəkəcəm pati qalardi məndə həmdə unu öturməy lazim olsa kimə gedir unan uve ren sən bizi padvodit eləməz bidə gördun priblatnyonular ustumuzə gəldi” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 12:32-də“Qaqa cox cirpag soypətər eləmə qaqa unuda qoy getsin torpagi qaqa d eyilər qrami 40m yari 20m bir qrami 35 də dirənib almag olar” məzmunlu, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən X5 adlı şəxsin adına olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2021 tarixdə saat 12:30-da “Ayqa gec durasan??? Menem Elvin” məzmunlu, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən X6 adlı şəxsin adına olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2021 tarixdə saat 18:07-də “Menem Elvin ********** bunu yig kontur varsa” məzmunlu, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən X6 adlı şəxsin adına olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2021 tarixdə saat 18:07-də “Menem Elvin ********** bunu yig kontur varsa” məzmunlu smslərin daxil olduğu müəyyən edilmişdir. Bundan başqa mobil telefon rabitəsi ilə ötrülən məlumatları özündə əks etdirən diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdə 13:09-dan saat 17:00-dək Mingəçevir şəhəri ərazisində, saat 17-26-dan saat 19:23-dək Yevlax şəhəri ərazisində, saat 19:25-dən başlayaraq Yevlax Mingəçevir avtomobil yolu istiqamətində, saat 19:51-də Mingəçevir şəhərinin Yevlax rayonu Xaldan qəsəbəsi istiqamətində girəcəyində yerləşən Məcburi Köçkünlər üçün qəsəbənin yaxınlığında, saat 20:14-dən 21:54-də olan müddət ərizində Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən “Bank Standart”-ın inzibati binasının yaxınlığında aktiv olunduğu, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdə saat 19:00-dan 23:00-də olan müddət ərizində Mingəçevir şəhərinin Təbriz küçəsində, yəni yaşadığı evin yaxınlığında aktiv olundu müəyyən edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər 14 saylı Mənzil İstismar sahəsi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli, 306 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Əliyev X3 şəhəri, Ə.Vahid küçəsi, ev 6, mənzil 18-da yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2017-ci ildə doğulmuş Uğur Əliyev adlı azyaşlı uşağı vardır. İş materiallarında olan Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən verilmiş xx.xx.2021-ci il tarixli, 683 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Həsənov X4 şəhəri, Babək küçəsi, ev 28-də yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Həsənov X4 şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin resdivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir şəhər İcra və probasiya Şöbəsinin 06 oktyabr 2021-ci il tarixli 219010/3-12№-li məktubdan görünür ki, xx.xx.2021-ci il tarixə Təqsirləndirilən şəxs2 2 (iki) il 1 (bir) ay 11 (on bir) gün azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(051)- 139/2020 nömrəli hökmünə əsasən təyin edilmiş 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 il 1 ay 11 gün hissəsi 01 (bir) il azaldılmışdır. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 24 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 1110-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 24 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 1145-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Mİngəçevir şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Mingəçevir şəhər prokurorluğunun 19 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalmaları faktına görə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-in 228.4, 234.4.1, 234.4.2 və 234.4.3, Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Bəhs edilən Qərarın 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 arasında olan SMS yazışmalardan (Qaqa tema lazimdi ya bir ya bir yarım telefonu acseydin əldən çıxmazd” “Qaqa 35 den qram isdesen xeber ele. Super patida var cekiynen” “Qaqa özumdə hər şey var sagol” “Teki hemise olsun yeni nezerinde saxla ne vaxtsa lazim olsa 5 dene 10 dene 20 dene 30 dene 50 dene ferqi yoxdu ozumde ozum verecem gel e mele cox goturen olsa 30 danda emele geler patida yaxsi qaqa oldu” və s.) da onların qabaqcadan razılaşmaqla narkotik vasitələrin satışı ilə məşğul olmaları öz təsdiqini tapmış və məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrə tənqidi yanaşaraq həmin ifadələri məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə narkotik vasitələri saxlamaları iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının rəyi, şahid ifadləri, SMS yazışmalar və işdə olan digər sənədlərlə təsdiq edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 aşkar olunmuş soyuq silah hesab olunan bıçağın ona məxsus olmamasını göstərsə də ona məxsus mobil telefona baxış keçirilən zaman həmin bıçağın fotoşəklinin mobil telefonda aşkar edilməsi, eyni zamanda avtomaşında aşkar olunmuş tərəzinin də üzərində narkotik vasitə ilə birlikdə şəkillərinin həmin mobil telefonda aşkar edilməsi həmin ifadələrin özünü müdafiə xarakterli olmasını bir daha təsdiq edir. Eyni zamanda məhkəmə Şahid1 və Şahid2 da məhkəmə baxışı zamanı verdikləri ifadələrini Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kmi qəbul etməklə həmin şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadələrini işin hallarına uyğun gəldiyinə görə daha səmimi və obyektiv ifadələr kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 əməlinin CM-in 228.4, 234.4.1, 234.4.2 və 234.4.3, Təqsirləndirilən şəxs2 isə əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal yaşadığı yer üzrə müsbət səciyyələndirilməsidir. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduqları xx.xx.2021-ci il tarixdən hesablanmalı, CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 68.1.1-1-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş və çəkilməmiş 1 (bir) il 1 (bir) ay 11 (on bir) gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesablanmaqla 06 (altı) ay 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək CM-in 67.1-ci maddəsinə əsasən onun təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Əliyev X12 Namiq Natiq oğlu narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiklərinə görə barələrində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olumalı əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 99,70 AZN (doxsan doqquz manat, yetmiş qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 49,85 AZN (qırx doqquz manat səksən beş qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məclləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 24 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş və çəkilməmiş 01 (bir) il 1 (bir) ay 11 (on bir) gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesablanmaqla 06 (altı) ay 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 24 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 99,70 AZN (doxsan doqquz manat, yetmiş qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 49,85 AZN (qırx doqquz manat səksən beş qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan 0,186 qram psixotrop maddə metamfetamin, 2 ədəd lampa, 6,554 qram narkotik vasitə olan heroin, 6,082 qram psixotrop maddə olan metamfetamin, bir ədəd zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilən bıçaq, bir ədəd elektron tərəzi, bir ədəd başı kəsilmiş şüşə lampa məhv edilsin, Samsung modelli Galaxy A 11 markalı mobil telefon Təqsirləndirilən şəxs2, “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs1 qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar