Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-51/2023 01.03.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X11, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1998-ci il tarixdə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Yevlax şəhəri N.Nərimanov küçəsi ev 86-da qeydiyyatda olmaqla Yevlax şəhəri B.Kərimov küçəsi ev 61-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 228.4, 234.4.2, 234.4.3 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,854 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 0,525 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlamış, həmin 0,854 qram psixotrop maddə olan metamfetamini və 01 ədəd kibrit qutusunun içərisində olan 12 (on iki) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,044 qram, 0,03N qram, 0,055 qram, 0,03N qram, 0,041 qram, 0,051 qram, 0,060 qram, 0,051 qram, 0,036 qram, 0,03N qram, 0,039 qram, 0,03N qram olmaqla ümumi təmiz çəkisi 0,525 qram narkotik vasitə olan heroini 03 avqust 2022-ci il tarixdə saat 10 radələrində 120 manat pul qarşılığında Yevlax şəhəri 32-ci məhəllədə Şahid8 satmış, Şahid8 xx.xx.2022-ci il tarixdə saat 1410 dəqiqədə Yevlax şəhəri 32-ci məhəllədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Yevlax RPŞ-nə gətirilib orada həmin günü saat 1525-dən 1555-dək olan müddət ərzində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının arxa sağ cibindən Təqsirləndirilən şəxs 120 manat pul qarşılığında aldığı 0,854 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd kibrit qutusunun içərisində olan 12 (on iki) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,044 qram, 0,03N qram, 0,055 qram, 0,03N qram, 0,041 qram, 0,051 qram, 0,060 qram, 0,051 qram, 0,036 qram, 0,03N qram, 0,039 qram, 0,03N qram olmaqla ümumi təmiz çəkisi 0,525 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa o, qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1645 qram külli miqdarda narkotik vasitə olan marixuananı, təmiz çəkisi N3,146 qram külli miqdarda narkotik vasitə olan tiryəki və ümumi təmiz çəkisi 64,535 qram külli miqdarda psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlamış, xx.xx.2022-ci il tarixdə saat 0015 radələrində Təqsirləndirilən şəxs Yevlax şəhəri H.Əliyev prospektində Yevlax RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılan zaman o, əlində olan ümumi təmiz çəkisi 1645 qram külli miqdarda narkotik vasitə olan marixuananı, təmiz çəkisi N3,146 qram külli miqdarda narkotik vasitə olan tiryəki və ümumi təmiz çəkisi 64,535 qram külli miqdarda psixotrop maddə olan metamfetamini saxladığı 01 ədəd göy rəngli üzərində “Samuray” sözləri yazılmış sellofan torbanı yerə atmış, həmin içərisində külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr olan torba Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən götürülüb, Təqsirləndirilən şəxsla birlikdə Yevlax rayon polis şöbəsinə gətirilib orada həmin günü saat 0050-dən saat 0210-dək olan müddətdə videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən Şahid1 hadisə yerindən götürdüyü və Təqsirləndirilən şəxs ona məxsus olduğunu təsdiq edərək göstərdiyi 01 ədəd göy rəngli üzərində “Samuray” sözləri yazılmış sellofan torbanın içərisində qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki 05 ədəd şəffaf sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri - 300 qram, 385 qram, 325 qram, 345 qram və 290 qram olmaqla ümumi təmiz çəkisi - 1645 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - N3,146 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan tiryək və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 64,535 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə alınmış əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə saat 0010 radələrində Yevlax şəhəri H.Əliyev prospektində Yevlax RPŞ-nin Cinayət axtarış Bölməsinin və NMQnun əməliyyat müvəkkiləri tərəfindən şübhəli şəxs qismində saxlanılan zaman üzərində külli miqdarda narkotik vasitə və psixotrop maddə olan torbanı yerə atıb hadisə yerindən qaçmaq istəyərkən polis əməkdaşlarının qanuni “dayan” əmrinin tələbinə tabe olmayaraq qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış kəsici deşici xassəyə malik soyuq silah hesab edilən qatlanan ov bıçağını silah qismində istifadə etməklə xidməti vəzifəsini yerinə yetirən Yevlax RPŞ-nin Cinayət axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs sol qol nahiyəsinə bir dəfə qəsdən həmin soyuq silahla vuraraq sonuncuya sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sol bazunun orta 1/3-nin ön yan səthinin yarası xəsarəti yetirərək hakimiyyət nümayəndəsi olan polis əməkdaşı Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olmaqla X13 vətəndaşı onunla əlaqə saxlayaraq narkotik vasitə olduğunu və həmin narkotik vasitəni Bərdə şəhərinə gedən yolun yaxınlığındakı mağazanın önünə atdığını bildirdiyinə görə həmin yerə getdikdə orada iranlının dediyindən daha çox narkotik vasitə qoyduğunu görmüş, buna görə yaşadığı evə qayıtmaq istəyərkən mülki geyimdə olan polis əməkdaşları onu saxlamaq istəmiş, polis əməkdaşları mülki geyimdə olduğuna görə həmin polislərdən birinə özündə olan bıçaqla xəsarət yetirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsə maddi vəziyyətinin pis olduğunu dedikdən sonra sonuncu ona Yevlax şəhərinə içərisində narkotik maddələr olan bağlama göndərəcəyini bildirmiş, xx.xx.2022-ci il tarixdə Rza ilə “whatsapp” vasitəsilə danışarkən bağlamanı Yevlax şəhəri ərazisində yerləşən Yevlax-Bərdə yolunun kənarına, “Mehman” marketin yaxınlığına qoyduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 24 radələrində Rza adlı şəxslə əvvəlcədən razılaşdıqları kimi narkotik vasitələri qoyduğu Yevlax-Bərdə yolunun kənarında, Mehman marketin yaxınlığına getmək üçün Yevlax dairəsinin yaxınlığında “Vaz 210N” markalı taksiyə əyləşərək qeyd olunan əraziyə yola düşmüşdür. Həmin yerə çatdıqda taksidən düşərək Rzanın narkotik vasitələri qoyduğu yerə getdikdən sonra orada olan bağlamanı götürmüşdür. Daha sonra taksiyə əyləşərək Yevlax şəhərinə geri qayıtmaq istəyən zaman yolun kənarında olan ağaclıq sahədən 3 nəfər şəxs çıxaraq ona tərəf gəlməyə başlamış, bu zaman taksi sürətlə oradan uzaqlaşaraq Bərdə şəhəri istiqamətinə getmişdir. Həmin vaxt əlindəki içərisində narkotik vasitələr olan bağlamanı yerə ataraq Yevlax-Bərdə yolunun digər tərəfinə Yevlax şəhəri istiqamətinə gedən yola keçməklə Yevlax şəhəri istiqamətinə qaçmağa başlamışdır. Bu zaman həmin şəxslər də onun arxası ilə qaçmış, təxminən 150-200 metr qaçdıqdan sonra sol tərəfdən ağ rəngli avtomobil keçib gedərək ondan 10 metr irəlidə qarşısında saxlamışdır. Avtomobildən bir nəfər düşərək onun üzərinə doğru gəlib polis olduğunu bildirmiş, bu zaman yolun sol tərəfində olan avto-yuma yerinə tərəf qaçmağa başlamışdır. Avto-yuma yerinə çatan zaman arxası ilə gələn polis əməkdaşı onun sol çiynindən tutaraq özünə tərəf itələmiş, geriyə doğru çevrilərkən sağ əlində olan bıçaq ilə polis əməkdaşının sol qoluna xəsarət yetirdikdən sonra avto-yuma yerinin içərisinə doğru qaçmışdır. Polis əməkdaşları da avto-yuma yerinin içərisinə daxil olaraq bıçağı onun əlindən aldıqdan sonra onu saxlayaraq Yevlax rayon Polis Şöbəsinə aparmışlar. Yevlax rayon polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı hadisə vaxtı əlində olmuş 01 (bir) ədəd göy rəngli üzərinə “Samuray” sözləri yazılmış sellofan torbanı və əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı smartfon mobil telefonu və 4169 N416 33400823 nömrəli bir ədəd plastik kartı çıxardaraq təqdim etmişdir. Sellofan torbanın içərisində içərisində yeddi ədəd büküm olmaqla həmin bükümlərdən çəkiləri müvafiq olaraq 304 qram, 311 qram, 363 qram, 340 qram və 410 qram olan beş ədədinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, çəkisi N5,2N qram olan bir ədədinin içərisində narkotik vasitə olan tiryəkə bənzər kütlə və digər çəkisi 66,29 qram olan bir ədəd bükümün içərisində isə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. 0,854 qram psixotrop maddə olan metamfetamini və 01 ədəd kibrit qutusunun içərisində olan 12 (on iki) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,044 qram, 0,03N qram, 0,055 qram, 0,03N qram, 0,041 qram, 0,051 qram, 0,060 qram, 0,051 qram, 0,036 qram, 0,03N qram, 0,039 qram, 0,03N qram olmaqla ümumi təmiz çəkisi 0,525 qram narkotik vasitə olan heroini 03 avqust 2022-ci il tarixdə saat 10 radələrində 120 manat pul qarşılığında Şahid8 satmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Yevlax RPŞ-nin Cinayət Axtarış Bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili işləyən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Yevlax rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və bu məqsədlə Yevlax-Bərdə magistral yolunda naməlum şəxs tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin veriləcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Yevlax rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Şahid4, əməliyyat müvəkkili Teymur Baxışəliyev, X1 əməliyyat müvəkkili Şahid3, Post Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid2la birlikdə Yevlax-Bərdə yolunun Yevlax rayonu ərazisində olan hissəsində yol ayrıcına gələrək orada olan Təqsirləndirilən şəxs görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs tək olmaqla piyada Bərdə şəhəri istiqamətinə hərəkət etmiş, təxminən 20 metr irəli getdikdən sonra qara rəngli “Vaz 210N” markalı avtomobil Ceyhunun yanına yaxınlaşdıqdan sonra sonuncu həmin avtomobilə əyləşmişdir. Həmin vaxt onlar da “Hyundai Accent” markalı **-AP-***” dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobildə “Vaz 210N” markalı avtomobilin arxasınca getmiş, avtomobil təxminən 150-200 metr getdikdən sonra Bərdə şəhəri istiqamətində yolun sağ tərəfində olan torpaq yolda dayanmış, Təqsirləndirilən şəxs avtomobildən düşdükdən sonra avtomobili idarə edən şəxslə söhbət etməyə başlamışdır. Həmin vaxt idarə etdiyi avtomobilin işıqlarını söndürərək Təqsirləndirilən şəxs olduğu avtomobildən təxminən 30 metr arxada saxlamış, avtomobilin arxa oturacaqlarında əyləşən Şahid3, Teymur Baxışəliyev və Şahid2 avtomaşından düşərək yolun sağında olan ağaclıq sahəyə daxil olaraq Təqsirləndirilən şəxs izləməyə başlamışlar. Həmin vaxt Vüqar Manafovla birlikdə avtomobilin içərisindən Təqsirləndirilən şəxs müşahidə edərkən Təqsirləndirilən şəxs magistral yolun kənarına yaxınlaşaraq bir ədəd bağlama götürdükdən təxminən 2 dəqiqə sonra “Vaz 210N” markalı avtomobil sürətlə Bərdə şəhəri istiqamətinə getmiş, Təqsirləndirilən şəxs isə magistral olun digər tərəfinə doğru qaçmağa başlamışdır. Şahid3, Teymur Baxışəliyev və Şahid2 Təqsirləndirilən şəxs arxasınca qaçmağa başlamış, o da dərhal idarə etdiyi avtomobili hərəkətə gətirərək təxminən 200 metr irəlidə olan yol ayrıcından Yevlax şəhəri istiqamətinə sürmüşdür. Sürətlə hərəkət edərək yolun sağ tərəfində hərəkətdə olan Təqsirləndirilən şəxs və arxasınca qaçaraq Ceyhunu müşahidə edən Şahid3, Teymur Baxışəliyevi və Şahid2 keçmiş, Təqsirləndirilən şəxs təxminən 20 metr irəlidə avtomobili saxlayaraq avtomobildən düşmüşdür. Təqsirləndirilən şəxs onu gördükdə yolun digər tərəfində olan “avto-yuma” yerinə tərəf qaçmağa başlamış, o da Ceyhunun arxasınca qaçaraq polis olduqlarını bildirmişdir. Avto-yuma yerinin qarşısında Təqsirləndirilən şəxs çataraq sağ qolu ilə Ceyhunun sol çiyinindən tutmuş, bu zaman Təqsirləndirilən şəxs geriyə doğru çevrilərək sağ əlində olan bıçaq ilə onun sol qol nahiyəsinə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs avto-yuma yerinin qarşısına doğru qaçmağa başlamış və daha sonra o, aldığı xəsarətdən özünü itirdiyindən Ceyhunun arxasınca getməmişdir. Bundan sonra Vüqar Manafov, Şahid3, Teymur Baxışəliyev və Şahid2 Təqsirləndirilən şəxs yaxalayaraq sonuncunun əlindən bıçağı aldıqdan sonra Yevlax rayon Polis Şöbəsinə aparmışlar. Oradan Yevlax rayon Mərkəzi Xəstəxanasına gedərək orada ona ilkin tibbi yardım göstərilmişdir. Təqsirləndidirlən şəxslə barışmamış, sonuncuya ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Yevlax rayon X15 rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və bu məqsədlə Yevlax- Bərdə magistral yolunda naməlum şəxs tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin veriləcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Cinayət-axtarış Bölməsinin rəisi Şahid4, əməliyyat müvəkkili Zərərçəkmiş şəxs, X1 əməliyyat müvəkkili Şahid3 və Post Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid2la birlikdə dərhal “Hyundai Accent” markalı **-AP-***” dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobilə əyləşərək Yevlax şəhər dairəsi adlanan yerə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs piyada Bərdə şəhəri istiqamətinə getmişdir. Təqsirləndirilən şəxs təxminən 20 metr getdikdən sonra qara rəngli “Vaz 210N” markalı avtomobil sonuncunun yanına yaxınlaşdıqdan sonra Təqsirləndirilən şəxs həmin avtomobilə əyləşmişdir. Həmin qara rəngli “Vaz 210N” markalı avtomobil təxminən 150 metr getdikdən sonra Bərdə şəhəri istiqamətində olan magistral yolun sağ tərəfində olan torpaq yolda dayanmış, Təqsirləndirilən şəxs avtomobildən düşərək avtomobili idarə edən şəxslə söhbət etməyə başlamışdır. Bundan sonra Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin işıqlarını söndürərək avtomobili Ceyhunun olduğu yerdən təxminən 30 metr arxada saxlamış, o, Şahid3 və Şahid2la birlikdə avtomobildən enərək yolun sağında olan ağaclıq sahə tərəfdən Təqsirləndirilən şəxs tərəf yaxınlaşmağa başlamışlar. Təxminən 10 metr məsafə qalan zaman Ceyhun onları görmüş, bu zaman “Vaz 210N” markalı avtomobil sürətlə Bərdə şəhəri istiqamətinə getmişdir. Təqsirləndirilən şəxs magistral yolun digər tərəfinə qaçmağa başlamış və əlində olan bağlamanı yerə atmışdır. O, Şahid3 və Şahid2la birlikdə Ceyhunun arxasınca qaçmağa başlamış, o, Təqsirləndirilən şəxs əlindən yerə atdığı bağlamanı da götürmüşdür. Tural da dərhal idarə etdiyi avtomobili hərəkətə gətirərək təxminən 200 metr irəlidə olan yol ayrıcından Yevlax şəhəri istiqamətinə dönmüş, Tural sürətlə hərəkət edərək yolun sağ tərəfində hərəkətdə olan Təqsirləndirilən şəxs təxminən 20 metr qarşıda avtomobili saxlayaraq avtomobildən düşmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gördükdə yolun digər tərəfində olan “avto-təmizləmə” yerinə tərəf qaçmağa başlamış və Tural da Təqsirləndirilən şəxs arxasınca qaçaraq polis olduqlarını bildirmişdir. Avto-yuma yerinin qarşısında Tural Ceyhuna çataraq sağ qolu ilə Ceyhunun sol çiyinindən yaxalamış, bu zaman Təqsirləndirilən şəxs geriyə doğru çevrilərək sağ əlində olan bıçaq ilə Zərərçəkmiş şəxs sol qol nahiyəsinə xəsarət yetirdikdən sonra avtoyuma yerinin qarşısına doğru qaçaraq oraya daxil olmuşdur. Bu zaman Şahid3 Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaxalayaraq bıçağı əlindən aldıqdan sonra Yevlax rayon Polis Şöbəsinə aparmış, o isə Zərərçəkmiş şəxs Yevlax rayon mərkəzi xəstəxanasına aparmışdır. Yevlax RPŞ-də şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan bağlamaya baxış zamanı həmin bağlamanın içərisində yeddi ədəd büküm olmaqla həmin bükümlərdən çəkiləri müvafiq olaraq 304 qram, 311 qram, 363 qram, 340 qram və 410 qram olan beş ədədinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, çəkisi N5,2N qram olan bir ədədinin içərisində narkotik vasitə olan tiryəkə bənzər kütlə və digər çəkisi 66,29 qram olan bir ədəd bükümün içərisində isə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin rəisi işləyən Şahid4, Post Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid2 və X6 əməliyyat müvəkkili işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 24 radələrində qardaşı ŞahidN və onları evə aparmağa hazırlaşan Şahid6la birlikdə işlədikləri Yevlax rayonundan Bərdə rayonunda gedən magistral yolun sağında yerləşən avtoyuma yerində olan zaman Bərdə şəhəri istiqamətindən bir nəfər şəxsin onlara tərəf qaçdığını, həmin şəxsin arxasından da Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının qaçdığını görmüş, həmin şəxs avtoyuma yerinin yaxınlığına çatanda əməliyyat müvəkkili Zərərçəkmiş şəxs həmin şəxsi yaxalamaq üçün sağ əli ilə özünə tərəf çəkmiş və həmin şəxs əlində olan bıçaqla Turalın sol qol nahiyəsinə bir dəfə xəsarət yetirərək avtoyuma yerinin içərisinə tərəf qaçmışdır. Bu zaman Əşrəf uca səslə həmin şəxsə təslim olmasını bildirmiş, daha sonra digər polis əməkdaşları həmin şəxsi yaxalayaraq əlindəki bıçağı əlindən aldıqdan sonra özləri ilə polis şöbəsinə aparmışlar. İş üzrə şahid qismində dindirilmiş ŞahidN və Şahid6 eyni məzmunlu ifadə verərək Şahid5 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə almamış, polis əməkdaşlarının təzyiq və təsiri ilə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs narkotik vasitə aldığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid8 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində əvvələr tanıdığı Yevlax şəhər sakini Ceyhun adlı şəxs ilə görüşərək sonuncudan 120 manata kibrit qutusunun içərisində 12 ədəd kağız bükümlərdə narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin alıb üzərində olan plastik qabın içərisinə qoymuş, həmin gün saat 14 radələrində yaşadığı evə gedərkən Yevlax şəhəri 32ci məhəllədə Yevlax rayon Polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsidə şübhəli olduğunu bildirərək onu Yevlax rayon Polis Şöbəsinə aparmışlar. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı şalvarın arxa sağ cibində olan plastik qabın içərisindən 12 ədəd kağız bükümlərdə çəkiləri ayrı-ayrılıqda 0,10 qr, 0,0N qa, 0,09, qr, 0,0N qr, 0,06 qr, 0,0N qr, 0,09 qr, 0,0N qr, 0,06 qr, 0,0N qr, 0,11qr, 0,05 qr olmaqla, ümumilikdə 0,91 qram ol narkotik vasitə heroin olan bir ədəd kibrit qutusu, içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükülü və bir ədəd şpiris aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 560 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sol bazunun orta 1/3-nin ön yan səthinin yarası deşicikəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir,əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran” xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizanın xx.xx.2022-ci il tarixli, 546/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi:B(İİİ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus cins şalvar, kofta, mayka və hadisə yerindən götürülmüş 03 ədəd pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “B” antigeni alındı. Belə olan halda bu qan ləkələri B(İİİ) qruplu şəxsə(şəxslərə), o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-trasoloji və soyuq silah ekspertizanın xx.xx.2022-ci il tarixli, 431-MTKŞ/2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin sol qolunun ön səthində bir ədəd kənarı zədə aşkar olundu. Bu zədənin forma, xarakteri və morfoloji əlamətlərinə görə demək olar ki, bu zədə kəsilmiş zədə olub, iti kənara malik hər hansı bir kəsici alətin təsirindən törənmişdir, o cümlədən təqdim olunmuş bıçağın tiyəsinin kəsici kənarının təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar və mayka üzərində zədə və zədə izləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs məxsus köynəkdə olan zədə müxtəlif şəraitlərdə əmələ gələ bilərdi, zədə yetirilən anda iz törədən alətin tiyəsi zədə nahiyəsinə doğru istiqamətlənmişdir.Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağıdır və kəsici-deşici xassəyə malik soyuq silahdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1N/668 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...götürülmüş...5 ədəd büküm olan kütlələr sözləri və imzalar yazılmış 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindəki 05(beş) ədəd şəffaf sellofan torbada, ayrıayrılıqda təmiz çəkiləri- 300,qr., 385,qr., 325,qr., 345,qr. və 290,qr., ümumi çəkiləri - 1645,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim olunmuş 05(beş) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...aşkar edilmiş...tiryəkə bənzər kütlə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - N3,146 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...götürülmüş...metafetaminə bənzər...kütlə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 64,535 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1N/606 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Şübhəli şəxs Şahid8 üzərindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki- 01 (bir) ədəd kibrit qutusunun içərisində olan 12 (on iki) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,044qr., 0,03Nqr., Ü,055qr,, 0,03Nqr., 0,041qr., 0,051 qr., 0,060qr., 0,051 qr., 0,036qr., 0,03Nqr., 0,039qr. və 0,03Nqr., ümumi çəkiləri - 0,525 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,854 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 01 (bir) ədəd şprisdə heroin izləri vardır, şprisdə heroin iz şəklində olduğundan (normal çəki təşkil etmədiyindən) onun təqdim olunmuş heroinlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Metamfetamin 28 noyabr 2005-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1N/N92 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...götürülmüş...metafetaminə bənzər...kütlə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan metamfetamin ilə üzərində “Şübhəli şəxs Şahid8 üzərindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəməambulator psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 622 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, hal-hazırda da öz hərəkətlərinin mənası dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1683 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd göy rəngli üzərinə “Samuray” sözləri yazılmış sellofan torbanın içərisindən ümumilikdə 0N (yeddi) ədəd olmaqla 05 ədədinin içərisində çəkiləri müvafiq olaraq 304 qram, 311 qram, 363 qram, 340 qram və 410 qram olan narkotik vasitə olan marixunaya bənzər kütlə, bir ədədində çəkisi N5,2N qram olan narkotik vasitə olan tiryəkə bənzər kütlə və bir ədədində çəkisi 66,29 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Şahid8 əynindəki qara rəngli şalvarın sağ arxa cibində saxladığı plastik qabın içərisində bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,854 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd kibrit qutusunun içərisində olan 12 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,044 qram, 0,03N qram, 0,055 qram, 0,03N qram, 0,041 qram, 0,051 qram, 0,060 qram, 0,051 qram, 0,036 qram, 0,03N qram, 0,039 qram, 0,03N qram olmaqla ümumi təmiz çəkisi 0,525 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş üzrə tərtib edilmiş X5 təqdim etdiyi bir ədəd ağ rəngli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videogörüntünün qeydə aldığı xx.xx.2022-ci il tarixdə saat 0012 dəqiqədə Təqsirləndirilən şəxs ağ rəngli VAZ210N markalı avtomobilin sağ tərəfi ilə qaçması və Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Zərərçəkmiş şəxs və digər polis əməkdaşlarının onun ardı ilə qaçması, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşıb tutmağa cəhd edərkən sonuncunun ona zərbə endirməsi və oradan uzaqlaşması, Zərərçəkmiş şəxs isə sol qolunu tutaraq arxaya doğru getməsi öz əksini tapır. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 283 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, N.Nərimanov küçəsi, ev 61-də yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan Mingəçevir şəhər X8 rayon Narkoloji Kabineti tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda durmur. İş materiallarında olan “Yevlax rayon Mərkəzi Xəstəxanası” X1N tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixo-nevroloji kabinetdə qeydiyyatda durmur. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 332.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018ci il tarixli hökm dəyişdirilərək 04 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası CM-in N0-ci maddəsinə əsasən 06 ay şərti sınaq müddəti ilə təyin edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2N13 və 2N14 nömrəli Sərəncamların surətindən görünür ki, Təqsirləndirilən şəxs “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarında olan “N” saylı Hərbi Hissənin komandiri tərəfindən imzalanmış 16 yanvar 2021-ci il tarixli Fəxri Fərmandan görünür ki, əsgər Muradov XN və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 21 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0015-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs CMin 228.4, 234.4.2, 234.4.3 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni götürmədən polis əməkdaşlarının onun üzərinə gəlmələri, həmçinin bıçaqla vurub xəsarət yetirdiyi Zərərçəkmiş şəxs polis olmasını bilməməsinə dair ifadəsini müəsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlər əsas verir. Bundan əlavə məhkəmə kollegiyası Şahid8 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə almamasına dair ifadəsinə də tənqidi yanaşaraq həmin ifadənin Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirməyə yönəlmiş ifadə kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı müdafiəçinin iştirakı ilə və video çəkilişlə şübhəli şəxs kimi üzərində şəxsi axtarış aparılarkən, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, həmçinin videoçəkilişlə üzləşdirilən zaman Şahid8 üzərindən aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmiş, ona hər hansı təsir və təzyiq olması barədə nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora nə də ki, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini işin hallarına uyğun gəldiyinə görə daha səmimi və obyektiv ifadələr kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin CM-in 228.4, 234.4.2, 234.4.3 və 315-ci maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilməsi, həmçinin xidmət etdiyi hərbi hissədə Fəxri Fərmanla təltif edilməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 66.5-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunacaq cəzaya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 1N2,N5 AZN (yüz yetmiş iki manat, yetmiş beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.2, 234.4.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə 0N (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 il müddətə azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə üzərində qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 21 avqust 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 1N2,N5 AZN (yüz yetmiş iki manat, yetmiş beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 299,95 qram, 384,95 qram, 324,95 qram, 344,95 qram, 289,95 qram qurudulmuş marixuana, çəkisi N3,046 qram tiryək, 64,485 qram metamfetamin, 0,804 qram metamfetamin, 01 ədəd kibrit qutusunun içərisində çəkisi 0,405 qram olan heroin, Yevlax rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş 01, 02 və 03 nömrə ilə işarələnmiş qan ləkələri, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçaq məhv edilsin, bir ədəd açıq yaşıl rəngli köynək, bir ədəd tünd göy rəngli cins şalvar və bir ədəd ağ rəngli mayka Zərərçəkmiş şəxs, “Samsung” markalı 01 ədəd mobil telefon təqsirləndirilən Təqsirləndirilən şəxs qaytarılsın, 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkdiyinə görə barəsində narkomanoyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-51/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-51/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver