Məhkəmə qərarları › İş №1(091)-51/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-51/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-51/2025 13.03.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1998-ci ildə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, İsmayıllı Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, İsmayıllı şəhəri, kvartal 30 A ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən 3,642 qram çəkidə psixotrop maddə metamfetamini, tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı az miqdar təşkil edən 0,006 qram çəkidə psixotrop maddə klonazepam olan 3 ədəd klonazepam həblərini, xeyli miqdar təşkil edən 1,338 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı xeyli miqdar təşkil edən 0,36 qram çəkidə narkotik vasitə metadon olan konvalyut kəsiklərinin içərisinə qoyulmuş 7 ədəd və gümüşü rəngli bükümlərdə qablaşdırılmış 2 ədəd metadon həblərini əldə edib, psixotrop maddə metamfetamini 2,131 qram, 1,214 qram, 0,019 qram, 0,015 qram, 0,016 qram və 0,247 qram olmaqla, sellofan və kağız bükümlərdə, narkotik vasitə heroini 1,320 qram və 0,018 qram olmaqla, 02 ədəd kağız bükümlərdə qablaşdırmaqla, habelə narkotik vasitə metadon tərkibli 09 ədəd həbləri və psixotrop maddə klonazepam tərkibli 03 ədəd həbləri özünə məxsus yaşıl rəngli qapaqlı plasmas qabın içərisində yerləşdirərək, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımaqla saxlamış, 13 fevral 2024-cü il tarixdə saat 21 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhəri, kvartal 30 A ünvanında saxlanılıb İsmayıllı Rayon Polis Şöbəsinə dəvət edilərək həmin tarixdə saat 22:17 radələrində üzərində şəxsi axtarış aparılarkən əynində olan yaşıl rəngli qış gödəkcəsinin iç cibində gəzdirdiyi 01 ədəd qapaqlı yaşıl rəngli plasmas qabın içərisində 06 ədəd sellofan bükümdə saxladığı ümumi təmiz çəkisi 3,642 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 0,006 qram təşkil edən, üzərində “..CLO..” markalanma göstəricisi olan 03 ədəd konvalyut kəsiklərində yerləşdirilmiş psixotrop maddə klonazepam həbləri, 02 ədəd sellofan bükümlərdə saxladığı ümumi təmiz çəkisi 1,338 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edən, konvalyut kəsiklərində yerləşdirilmiş, üzərində “Methadone 40” göstəricisi olan 07 ədəd və kağız bükümlərdə qablaşdırılmış qəhvəyi rəngli, dairəvi formalı 02 ədəd narkotik vasitə metadon tərkibli həblər aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 fevral 2024-cü il tarixdə saat 20:00-21:00 radələrində 2-3 nəfər polis əməkdaşı tərəfindən saxlanılaraq İsmayıllı Rayon Polis Şöbəsinə aparılmış, həmin vaxt üzərində narkotik vasitə metadon və psixotrop maddə klonazepam həbləri olmuş, lakin üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmamışdır. Orada olarkən polis əməkdaşları onu təhqir edib və onun sifətinə, qarın nahiyəsinə və ayağına yumruq və təpik zərbələri, habelə rezin dəyənəklə zərbələr vuraraq ona qarşı zor tətbiq edib bükümləri ona təqdim edərək videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin də ona məxsus olması barədə ifadə verməsini təklif etdikləri üçün həmin narkotik vasitənin və psixotrop maddənin də ona məxsus olması barədə ifadə vermək məcburiyyətində qalmışdır. Polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində iki qaşarası nahiyəsində və əlində xəsarət yaranmış, savadı olmadığı və polis əməkdaşlarının yenidən aparıb onu döyəcəklərindən qorxduğu üçün İsmayıllı Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman bu barədə deməmiş, lakin sonradan ona qarşı edilmiş qanunsuz hərəkətlərlə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və İsmayıllı Rayon Prokurorluğuna şikayət etmiş və bu barədə müdafiəçiyə bildirmişdir. Habelə X3 qəbul olunan zaman müayinə olunmuş, bu zaman bədəni üzərində xəsarətlər aşkar olunmuş və o, həmin xəsarətlərin polis şöbəsində döyülməsi nəticəsində yarandığını qeyd etmişdir. Bununla yanaşı o, bədəni üzərində aşkar olunmuş xəsarətlərin yaranma şəraiti ilə bağlı izahat yazmış, lakin qeyd olunan izahatında onun bədəni üzərində aşkar olunmuş xəsarətlərin hansı səbəbdən yaranması ilə bağlı qeyd etdiklərini xatırlamır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, təxminən 2 ildir narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. 2024-cü ilin fevral ayının əvvəllərində İsmayıllı şəhəri, Ə.Mahmudov küçəsi ilə “Kəpənək” adlanan yerlə piyada hərəkətdə olarkən yolun kənarında 01 ədəd yaşıl rəngli plasmas qabın olduğunu görmüş və götürüb açdıqda içərisində sellofan və kağız bükümlərin, həmçinin həblərin olduğunu müəyyən etmişdir. Bükümləri açıb baxdıqda 02 ədəd sellofan bükümdə və 04 ədəd kağız bükümün içərisində psixotrop maddə metamfetaminin, digər 02 ədəd kağız bükümdə narkotik vasitə heroinin olmasını, 07 ədəd həb qabında və 02 ədəd kağız bükümdə isə üzərində “Metadon 40” sözləri yazılmış narkotik vasitə metadon həblərinin və 03 ədəd psixotrop maddə klonazepam həblərinin olmasını görmüşdür. Həmin yaşıl rəngli plasmas qabı əynindəki yaşıl rəngli gödəkçəsinin iç yan cibinə qoyaraq gəzdirmiş, narkotik vasitə heroindən isə 1 dəfə az miqdarda istifadə etmişdir. 13 fevral 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evin qarşısında olarkən İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etdikdən sonra onu polis şöbəsinə dəvət etmişlər, o isə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə İsmayıllı Rayon Polis Şöbəsinə getmişdir. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan tünd yaşıl rəngli gödəkçənin sol iç cibində saxladığı içərisində narkotik vasitələr və psixotrop maddələr olan 01 ədəd plasmas yaşıl qab, həmin qabın içərisindən isə 02 ədəd sellofan bükümdə və 04 ədəd kağız bükümlərdə saxladığı psixotrop maddə metamfetamin, 02 ədəd kağız bükümlərdə saxladığı narkotik vasitə heroin, 07 ədəd xüsusi plasmas həb qabında və 02 ədəd kağız bükümdə saxladığı narkotik vasitə metadon həbləri və 03 ədəd psixotrop maddə klonazepam həbləri aşkar edilmişdir. Daha sonra narkotik vasitələr və psixotrop maddələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, İsmayıllı Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə 13 fevral 2024cü il tarixdə İsmayıllı Rayon Polis Şöbəsinə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri, kvartal 30 A ünvanının yaxınlığında saxlanılaraq İsmayıllı Rayon Polis Şöbəsinə gətirilmiş, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan tünd yaşıl rəngli gödəkçənin sol iç cibində saxladığı içərisində narkotik vasitələr və psixotrop maddələr olan 01 ədəd plasmas yaşıl qab, həmin qabın içərisindən isə 02 ədəd sellofan bükümdə və 04 ədəd kağız bükümlərdə saxladığı psixotrop maddə metamfetamin, 02 ədəd kağız bükümlərdə saxladığı narkotik vasitə heroin, 07 ədəd xüsusi plasmas həb qabında və 02 ədəd kağız bükümdə saxladığı narkotik vasitə metadon həbləri və 03 ədəd psixotrop maddə klonazepam həbləri aşkar edilmişdir. Təlan Pirverdiyev sellofan və kağız bükümlərdə olan kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həblərin narkotik vasitə metadon olduğunu, digər 03 ədəd həbin psixotrop maddə klonazepam həbləri olduğunu, həmin narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olduğunu, 2024-cü ilin fevral ayının əvvəllərində İsmayıllı şəhərində “Kəpənək” adlanan yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Daha sonra narkotik vasitələr və psixotrop maddələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1la eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 fevral 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə İsmayıllı Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 fevral 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması şübhəsi ilə həmin tarixdə saxlanılaraq İsmayıllı Rayon Polis Şöbəsinə aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması haqqında 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan tünd yaşıl rəngli gödəkçənin sol iç cibində saxladığı içərisində narkotik vasitələr və psixotrop maddələr olan 01 ədəd plasmas yaşıl qab, həmin qabın içərisindən isə 02 ədəd sellofan bükümdə və 04 ədəd kağız bükümlərdə saxladığı psixotrop maddə metamfetamin, 02 ədəd kağız bükümlərdə saxladığı narkotik vasitə heroin, 07 ədəd xüsusi plasmas həb qabında və 02 ədəd kağız bükümdə saxladığı narkotik vasitə metadon həbləri və 03 ədəd psixotrop maddə klonazepam həbləri aşkar olunmuşdur. Şəxsi axtarış aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 14 fevral 2024-cü il tarixli 3-16-16/2-6/896 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №74” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan kağız zərfdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,131 qram və 1,214 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,320 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 05 (beş) ədəd bükümdəki, onlardan 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,019 qram, 0,015 qram, 0,016 qram və 0,247 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,018 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutdakı ümumi 07 (yeddi) ədəd və gümüşü rəngli kağız bükümdə 02 (iki) ədəd olmaqla, ümumilikdə 09 (doqquz) ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir. 09 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Üzərində “...CLO..” markalanma göstəricisi olan konvalyutda ümumi 03 (üç) ədəd ağ rəngli dairəvi formalı həb klonazepam tərkibli həblərdir və 03 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,006 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,002 qram klonazepam olmaqla). 01 (bir) ədəd üzərində “...Grindex” yazısı olan ağ rəngli həbin tərkibində narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə məxsus komponentlər yoxdur. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 3,642 qram təşkil edir və həmin psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 1,338 qramdır və həmin narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. Narkotik vasitə metadon tərkibli həblər xarici əlamətlərinə və tərkibində təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edirlər. Psixotrop maddə klonazepam tərkibli həblər xarici əlamətlərinə və tərkibində təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd olunan maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 18 mart 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini, psixotrop maddə metamfetamini, narkotik vasitə tərkibli metadon həblərini və psixotrop maddə tərkibli klonazepam həblərini satış məqsədi ilə üzərində saxlaması müəyyən olunmuş, lakin onun narkotik vasitələri və psixotrop maddələri hansı mənbədən əldə etməsini müəyyən etmək, habelə onun istifadəsində olan mobil telefon nömrələrinə daxil olan və həmin mobil telefon nömrələrindən çıxan zənglərə baxış keçirilən zaman cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi ilə bağlı həmin tarixdə material ayrıca icraata ayrılmışdır. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə narkotik vasitə heroin xeyli miqdar və 111-ci bəndinə əsasən, təmiz halda 0,02 qram və daha artıq, lakin 1,6 qramdan az çəkidə narkotik vasitə metadon xeyli miqdar, habelə psixotrop maddələrə aid olan İİ Siyahısının 91-ci maddəsinə əsasən, təmiz halda 0,1 qram və daha artıq, lakin 1 qramdan az çəkidə psixotrop maddə klonazepam xeyli miqdar və 118-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 400 qramdan az çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 13 fevral 2024-cü il tarixdə İsmayıllı Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitələr heroin və metadon, habelə psixotrop maddələr metamfetamin və klonazepam aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 13 fevral 2024-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitələrin və psixotrop maddələrnin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək narkotik vasitə heroini və metadon həblərini, habelə psixotrop maddə metamfetamini və klonazepam həblərini qanunsuz əldə etdiyini, saxladığını və daşıdığını, lakin satmaq məqsədinin olmadığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 13 fevral 2024-cü il tarixdə saat 20:00-21:00 radələrində 2-3 nəfər polis əməkdaşı tərəfindən saxlanılaraq İsmayıllı Rayon Polis Şöbəsinə aparıldığını, həmin vaxt üzərində narkotik vasitə metadon və psixotrop maddə klonazepam həblərinin olduğunu, lakin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin olmadığını, orada olarkən polis əməkdaşlarının onu təhqir edib və onun sifətinə, qarın nahiyəsinə və ayağına yumruq və təpik zərbələri vuraraq, habelə rezin dəyənəklə zərbələr vuraraq ona qarşı zor tətbiq edib bükümləri ona təqdim edərək videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin də ona məxsus olması barədə ifadə verməsini təklif etdikləri üçün həmin narkotik vasitənin və psixotrop maddənin də ona məxsus olması barədə ifadə vermək məcburiyyətində qaldığını, polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində iki qaşarası nahiyəsində və əlində xəsarətlərin yarandığını, savadı olmadığı və polis əməkdaşlarının yenidən aparıb onu döyəcəklərindən qorxduğu üçün İsmayıllı Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman bu barədə demədiyini, lakin sonradan ona qarşı edilmiş qanunsuz hərəkətlərlə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və İsmayıllı Rayon Prokurorluğuna şikayət etdiyini, bu barədə müdafiəçiyə bildirdiyini, habelə X3 qəbul olunan zaman müayinə olunduğunu, bu zaman bədəni üzərində xəsarətlərin aşkar olunduğunu, həmin xəsarətlərin polis şöbəsində döyülməsi nəticəsində yarandığını qeyd etdiyini, bədəni üzərində aşkar olunmuş xəsarətlərin yaranma şəraiti ilə bağlı izahat yazdığını, lakin qeyd olunan izahatında onun bədəni üzərində aşkar olunmuş xəsarətlərin hansı səbəbdən yaranması ilə bağlı qeyd etdiklərini xatırlamadığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat üzrə aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Polis Şöbəsinə 13 fevral 2024cü il tarixdə saat 21:30-da gətirilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində "xxxx" xəsarətləri aşkar edilmişdir. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X3 qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində “sağ əlin ovuc nahiyəsində şişkinlik, qaşarası nahiyədə qançır izi” xəsarətləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində qeyd olunan xəsarətlərin polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində yarandığını qeyd etmişdir. Bundan savayı, Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş şəxsi işindən götürülüb cinayət işinin materiallarına əlavə olunaraq məhkəmə istintaqı təqdqiq edilmiş izahatının surətindən görünür ki, o, yuxarıda qeyd olunan xəsarətlərin həbs edilməmişdən əvvəl yarandığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs bədəni üzərində polis əməkdaşları tərəfindən yetirilməyə xarakterik və polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun hər hansı xəsarət aşkar olunmamış, İsmayıllı Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə qəbul olunan zaman onun bədən səthində aşkar olunmuş "xxxx" və X3 qəbul olunan zaman onun bədən səthində aşkar olunmuş “sağ əlin ovuc nahiyəsində şişkinlik, qaşarası nahiyədə qançır izi” xəsarətləri isə tutulmamışdan əvvəl aldığı xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş "xxxx" və “sağ əlin ovuc nahiyəsində şişkinlik, qaşarası nahiyədə qançır izi” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri tapdığını, öz istifadəsi üçün saxladığını və satmaq niyyətinin olmadığını bildirmişdir. Bunlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 09 aprel 2024-cü il tarixli 615 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunarkən həkimə 1 ildir M-40 həbi qəbul etdiyini, 7-8 aydır narkotik vasitə heroindən çəkmə və vena daxilinə yeritmə yolu ilə istifadə etdiyini və aşkar edilən narkotik vasitəni tapdığını etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri və psixotrop maddələri əldə edərkən, daşıyarkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı, yəni Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə etməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən 06 ədəd sellofan bükümdə külli miqdarda, yəni 3,642 qram çəkidə psixotrop maddə metamfetamin, 03 ədəd konvalyut kəsiklərində psixotrop maddə klonazepam həbləri, 02 ədəd sellofan bükümdə xeyli miqdarda, yəni 1,338 qram çəkidə narkotik vasitə heroin, 07 ədəd və kağız bükümlərdə 02 ədəd narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, həmin narkotik vasitələrin və psixotrop maddələrin bir neçə bükümdə olmasına baxmayaraq, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün narkomaniya xəstəliyindən əziyyət çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 3,642 qram çəkidə psixotrop maddə metamfetamin, 03 ədəd konvalyut kəsiklərində olan psixotrop maddə klonazepam həbləri, 1,338 qram çəkidə narkotik vasitə heroin və 09 ədəd narkotik vasitə metadon həbləri satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Habelə şəxsə məxsus mobil telefon nömrəsinə daxil olan və həmin mobil telefon nömrəsindən çıxan zənglərə və SMS mətnlərinə dair məlumatlar götürülmüş, lakin iş üçün hər hansı əhəmiyyətli hal müəyyən olunmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamış, onların bu xüsusatla bağlı verdiyi ifadələr ehtimallara əsaslanmışdır. Eləcə də cinayət işinin materiallarında olan raportdan da görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması ilə bağlı olmuşdur. Bunlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş polis əməkdaşı Şahid2 tərəfindən tərtib olunmuş əməliyyat tapşırığına dair 18 mart 2024-cü il tarixli raportda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini, psixotrop maddə metamfetamini, narkotik vasitə tərkibli metadon həblərini və psixotrop maddə tərkibli klonazepam həblərini satış məqsədi ilə üzərində saxlamasının müəyyən olunması qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, polis əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini, psixotrop maddə metamfetamini, narkotik vasitə tərkibli metadon həblərini və psixotrop maddə tərkibli klonazepam həblərini satış məqsədi ilə üzərində saxlamasının müəyyən olunmasına dair qeyd etdikləri ehtimallara əsaslanmışdır. Belə ki, həmin xüsusatla bağlı Şahid2 məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində əməliyyat məlumatının təqsirləndirilən şəxsin narkotik vasitəni saxlaması ilə bağlı olduğunu, şəxsin daha sonra narkotik vasitənin satışı ilə məşğul olması barədə ona məlumatın daxil olmadığını, araşdırma zamanı raport tərtib edib-etmədiyini və şəxsin narkotik vasitənin satışı ilə bağlı məlumatın olub-olmamasını xatırlamadığını qeyd etmişdir. Qeyd olunan xüsusatla bağlı Şahid1 məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satması ilə bağlı ona məlumatın daxil olmadığını demişdir. Göstərilən xüsusatla bağlı Şahid3 məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı məlumatının olmadığını bildirmişdir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs barəsində başlanmış əməliyyatqeydiyyat işinin məhkəmə iclasında tədqiq olunması məqsədilə həmin əməliyyat-qeydiyyat işinin məhkəməyə təqdim olunması ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə müvafiq sorğu ünvanlanmış, lakin sorğuya cavab olaraq, İsmayıllı Rayon Polis Şöbəsindən daxil olmuş məktubda Təqsirləndirilən şəxs barəsində 09 yanvar 2024-cü il tarixdə 28132 nömrəli, “Məhkum” şərti adlı əməliyyat qeydiyyat işinin başlanması qeyd olunsa da, “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 4-cü hissəsində əməliyyat-qeydiyyat işinin saxlanılması yerinin birbaşa və konkret göstərilməsi, həmçinin onun hər hansı digər orqana verilməsinə dair istisna halların nəzərdə tutulmaması, eləcə də əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatların öz əksini tapması səbəbindən əməliyyat-qeydiyyat işinin məhkəməyə göndərilməsinin imkan xaricində olması əks olunmaqla məhkəməyə məlum olmayan səbəblərdən müvafiq əməliyyat-qeydiyyat işinin məhkəməyə təqdim olunmasından imtina olunmuşdur. Bundan sonra müvafiq normativ hüquqi aktların tələblərinə istinad olunmaqla təkrar (iki dəfə) sorğu göndərilməsinə baxmayaraq, yenə də sorğuya cavab olaraq, İsmayıllı Rayon Polis Şöbəsindən daxil olmuş məktublarda yuxarıda göstərilənlər qeyd olunmaqla və müvafiq normativ-hüquqi aktların tələbləri əsaslandırılmamaqla həmin əməliyyat-qeydiyyat işinin məhkəmə iclasında tədqiq edilməsi üçün təqdim edilməsindən yenidən əsassız olaraq imtina edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5-ci maddəsinin 4-cü hissəsi əməliyyat-qeydiyyat işinin hansı qurumda saxlanılması məsələsini tənziməyir və həmin maddə məhkəmə tərəfindən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların məxfiliyi təmin olunmaqla tələb edilə bilməsini qadağan etmir. Bu Qanunun 19-1-ci maddəsinə əsasən, əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir. CPM-in 137-ci maddəsinə əsasən, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının (bundan sonra – Qərar) 16-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Bu Qərarın 17-ci bəndinə əsasən, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Göründüyü kimi, yuxarı hissədə təhlil olunmuş aktlar məhkəmə tərəfindən əməliyyataxtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların məxfiliyi təmin olunmaqla tələb edilə bilməsini qadağan etmir. Qeyd olunanlara baxmayaraq, İsmayıllı Rayon Polis Şöbəsi məhkəmə tərəfindən verilmiş sorğulara hər hansı normativ-hüquqi akta əsaslanmadan və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini səhv şərh edib yanlış nəticəyə gəlməklə müvafiq əməliyyat-qeydiyyat işinin məhkəmə iclasında tədqiq edilməsi üçün təqdim edilməsindən təkrarən əsassız olaraq imtina etmişdir. Məhz müvafiq əməliyyat-qeydiyyat işinin məhkəməyə təqdim olunmasından imtina olunması əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş materialın məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq edilməsini, o cümlədən CPM-in 125, 144- 146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlanılmasını, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsini mümkünsüz etmiş, həmin sübutun etibarlılığı ilə bağlı məhkəmədə müvafiq şübhələr yaratmış və qeyd olunanlar müvafiq əməliyyat-qeydiyyat işində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə deyil, məhz onun narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə məlumatın daxil olmasına dair məhkəmənin müvafiq qənaətə gəlməsinə səbəb olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin narkotik vasitələrin və psixotrop maddələrin bir neçə bükümdə olmasına baxmayaraq, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsini hazırkı anda heç nə ilə sübut etmək mümkün olmadığından sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə etməsi qənaətinə gəlinməsi də yolverilməzdir. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri və psixotrop maddələri əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Qeyd olunmalıdır ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitələri və psixotrop maddələri satış məqsədi olmadan əldə etməsi şahidlərin ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməl CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, kvartal 30 A ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, İsmayıllı Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmünün surətindən və İsmayıllı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 05 mart 2024-cü il tarixli 01/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 26 yanvar 2024-cü il tarixdə İsmayıllı Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata götürülmüş və cəzasının 18 gün hissəsini çəkmişdir. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.4.4cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək cəzasını çəkib qurtarmasa da əvvəllər törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən və həmin cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza hesab olunduğundan onun sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay olmaqla, 14 avqust 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılması haqqında İsmayıllı Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 13 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Habelə cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və həmin cəzasının çəkilməmiş hissəsi 01 il 11 ay 08 gün təşkil edir. Bununla bağlı qeyd olunmalıdır ki, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 68.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, CM-in 67.1-ci maddəsinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 11 ay 08 günü CM-in 68-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 11 ay 19 gün müəyyən olunaraq hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 09 aprel 2024-cü il tarixli 615 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 27 fevral 2024cü il tarixli 18-1-47/2-326/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 mart 2024-cü il tarixli 173 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. O, “Dissosiativ konversion pozuntu XBT 10” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışı) F44.8 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətlərinin nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Onun əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. O, hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 27 fevral 2024cü il tarixli 18-1-47/2-326/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində “yüngül dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu” diaqnozu ilə dispanser qeydiyyatdadır. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs “Dissosiativ konversion pozuntu XBT 10” xəstəliyindən əziyyət çəkməsi müəyyən olunsa da onda müşahidə olunan xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə psixi pozuntu ilə bağlı tibbi xarakterli məcburi tədbirin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə 3,462 qram psixotrop maddə metamfetamin, 1,278 qram narkotik vasitə heroin, 07 ədəd narkotik vasitə metadon həbləri və 02 ədəd psixotrop maddə klonazepam həbləri maddi sübut qismində tanınmış və saxlanılması üçün İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrə aid olan İ Siyahısının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ hissəsinin 49-cu bəndinə əsasən, heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə aid olan İİ hissəsinin 27-ci bəndinə əsasən, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə, habelə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələrə aid olan İİ Siyahısının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrə aid olan İ hissəsinin 6-cı bəndinə əsasən, metadon Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrə, həmçinin Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrə aid olan İİİ Siyahısının 30-cu bəndinə əsasən, klonazepam Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 3,462 qram psixotrop maddə metamfetamin, 1,278 qram narkotik vasitə heroin, 07 ədəd narkotik vasitə metadon həbləri və 02 ədəd psixotrop maddə klonazepam həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 08 (səkkiz) günü Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 11 (on bir) ay 19 (on doqquz) gün müəyyən olunaraq hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 3,462 qram psixotrop maddə metamfetamin, 1,278 qram narkotik vasitə heroin, 07 ədəd narkotik vasitə metadon həbləri və 02 ədəd psixotrop maddə klonazepam həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar