Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-52/2022 25.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, 11 avqust 1996-cı il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsinin 12.02.2019cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki Apellyasiya Məhkəməsinin 05.04.2019-cu il tarixli qərarı ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzası 02 ilə endirilmiş, Şəki Rayon Məhkəməsinin 25.12.2019-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 07 ay 12 gün hissəsindən vaxtından əvvəllər şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 12.02.2019-cu il tarixli hökmünə əsasən CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05.04.2019-cu il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək cəzası 2 ilə endirilmiş, 25.12.2019-cu il tarixdə isə Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 07 ay 12 gün hissəsindən vaxtından əvvəl şərti olaraq cəzadan azad edilməsinə baxmayaraq həmin hökmə əsasən məhkumluğu ödənilmədən və ya qanuna müvafiq qaydada götürülmədən 06.05.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi bir ədəd sellofan bükümdə təmiz çəkisi 0.995 qram narkotik vasitə hesab olunan heroini üzərində saxlayaraq, daşımış və həmin narkotik vasitə 06.05.2021-ci il tarixdə saat 16:13-də Ağdaş Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən 24.07.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 1.911 qram olan psixotrop maddə hesab edilən metamfetamin əldə etmiş, həmin psixotrop maddə hesab edilən metamfetamindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1.853 qram olan hissəsini üzərində saxlayaraq daşımış, qalan 0.058 qram hissəsini isə evində saxlamış, 24 iyul 2021-ci il tarixdə saat 11:55-də Təqsirləndirilən şəxs Ağdaş Rayon Polis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman qanunsuz saxlayaraq, daşıdığı həmin psixotrop maddə metamfetamindən 1.853 qram olan hissəsi onun üzərindən aşkar edilərək götürülmüş, həmin gün yəni, 24.07.2021-cu il tarixdə saat 12:41-də onun yaşadığı Ağdaş şəhəri, S.Vurğun küçəsi 41 ünvanında yerləşən evində axtarış aparılan zaman əvvəlcədən qanunsuz olaraq əldə edib evdə saxladığı 0.058 qram çəkidə psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, ilk dəfə 06.05.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilən 1 qram çəkidə olan narkotik vasitə heroin ona məxsus olmuş, onu istifadə etmək məqsədi ilə əldə edərək üzərində saxlamışdır. İkinci dəfə, yəni 24 iyul 2021ci il tarixdə saxlanılarkən isə üzərində heç bir narkotik vasitə olmamış, bu dəfə polis əməkdaşları onun üzərinə psixotrop maddə metamfetamin qoyaraq çəkilişlə üzərindən aşakr edərək götürmüşlər, hüquqlarını bilmədiyindən, hüquqi savadsızlığından həmin psixotrop maddə metamfetaminin ona məxsus olması barədə ifadə vermiş, əslində həmin kütlələrin ona məxsus olmaması barədə müdafiəçiyə, o cümlədən başqa heç kimə bildirməmişdir. Lakin həmin tarixdə yaşadığı evdən aşkar olunan 0.058 qram çəkidə psixotrop maddə hesab olunan metamfetamin onun özünə məxsus olmuş, onu da özü istifadə etmək üçün əldə edib evdə saxlamışdır. O, heç kimə narkotik vasitə satmamış, həmçinin narkotik vasitəni satış məqsədi ilə əldə etməmişdir. Cinayət işinin materiallarında olan onun telefon nömrəsinə gələn mesajlarla bağlı isə onu deyə bilər ki, həmin mesajlar ona gəlsə də, heç bir mesaja cavab verməmiş və heç kimə narkotik vasitə satmamışdır. Odur ki, qeyd olunanların nəzərə alınmaqla barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs 06.05.2021-ci il tarixdə təxminən saat 14-40 radələrində Ağdaş şəhərində H.Hacıyev küçəsində yaşayan Müşviq adlı şəxsin evindən çıxarkən polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını və həmin vaxt orada olan Vüsal adlı şəxslə ona üzərlərində narkotik vasitə saxlamaqları barədə onlarda məlumat olmasını bildirdiklərini və onları RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol cibindən 01 ədəd sellofan büküm, sağ cibindən isə 01 ədəd 5 manatlıq pul əskinası aşkar edildiyini, həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal və toz halında vasitə aşkar edildiyini, özünün həmin maddənin narkotik vasitə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik vasitə elektron tərəzidə çəkildiyini və çəkisinin 1,42 qram olduğunu, sonra həmin sellofan büküm zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, özü və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, onunla birlikdə RPŞ-nə gətirilən Vüsalın da üzərində narkotik vasitə olan heroin aşkar olunduğunu sonradan bildiyini, bundan sonra onun barəsində Ağdaş RPŞ-nə cinayət işi başlandığını və daha sonra barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçildiyini, daha sonra 24.07.2021ci il tarixdə təxminən saat 11:10 radələrində Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq ona üzərində narkotik vastələrin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, özünün də polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan tünd sarı rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm aşkar olunduğunu, daha sonra üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, həmin maddənin psixotrop maddə olan “patı” yəni metamfetamin olmasını bildirdiyini və özünün istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, şəxsi axtarış zamanı üzərindən aşkar edildiyini, 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini və çəkisinin 2,15 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 01 ədəd sellofan büküm zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçılar həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, bundan sonra Ağdaş RPŞ-nin əməkdaşlarının və müdafiəçinin iştirakı ilə məhkəmə qərarına əsasən onun yaşadığı ünvan 1 ünvanında yerləşən evə və həyətə baxış keçirildiyini, baxış zamanı könüllü olaraq yaşadığı evdə saxladığı 04 ədəd kağız bükümü polis əməkdaşlarına təqdim etdiyini, həmin 04 ədəd kağız bükümün onun və müdafiəçinin iştirakı ilə açılaraq baxıldığını və həmin kağız bükümlərdən 01 ədəd kağız büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, digər 03 ədəd kağız büküm açılan zaman içərisində narkotik vasitə olmadığı aşkar olunduğunu, özünün həmin maddənin də psixotrop maddə olan metamfetamin olmasını bildirdiyini və özü istifadə etmək üçün evdə saxladığını bildirdiyini, həmin yaşadığı evə baxış zamanı üzərindən aşkar edilmiş 01 ədəd kağız büküm elektron tərəzidə çəkildiyini və çəkisinin 0,13 qram olduğunu, daha sonra evə baxış zamanı yaşadığı evdən aşkar olunmuş 01 ədəd kağız büküm zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçılar həmin zərfə imza etdiklərini, baxış axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, 06.05.2021-ci il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini həmin gün yaşadığı S.Vurğun küçəsindən tapdığını, həmçinin 24.07.2021-ci il tarixdə üzərindən və evindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini də həmin gün yaşadığı küçədən tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində 06.05.2021-ci il tarixdə Ağdaş şəhər S.Vurğun küçəsi 41-də qeydiyyada olan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, satması və qəbul etməsi barədə polis şöbəsinə məlumat daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 14:40 radələrində Fuadı ünvan 2 ünvanda yaşayan Müşviq Əzizov adlı şəxsin həyətindən çıxarkən gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu polis şöbəsinə dəvət etdiklərini, şöbədə növbətçi hissədə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Fuadın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Fuadın əynində olan göy rəngli cins şalvarın sol cibindən 01 ədəd sellofan büküm, sağ cibindən isə 01 ədəd 5 manatlıq pul əskinası aşkar edildiyini, həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal və toz halında vasitə aşkar edildiyini, Fuadın həmin maddənin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra aşkar olunmuş həmin narkotik vasitə elektron tərəzidə çəkildiyini və çəkisinin 1,42 qram olduğunu, sonra həmin bükümün zərfə qablaşdırılaraq qanuna müvafiq qaydada götürüldüyünü, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni 06.05.2021-ci il tarixdə yaşadığı S.Vurğun küçəsindən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə polis şöbəsinə məlumatlar daxil olduğunu, lakin həmin məlumatları realizə edə bilmədiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 06.05.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri ilə bağlı qeyd etdikləri ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmiş, əlavə olaraq 24.07.2021-ci il tarixdə Ağdaş şəhər S.Vurğun küçəsi 41-də qeydiyyada olan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, satması və qəbul etməsi barədə polis şöbəsinə məlumat daxil olduğunu, həmin məlumat əsasında sənədləşmələr aparıldığını, həmin gün saat 11:10 radələrində Fuadın Ağdaş şəhər M.Ə.Rəsulzadə küçəsində piyada hərəkətdə olmasını gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu polis şöbəsinə dəvət etdiklərini, şöbədə növbətçi hissədə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Fuadın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Fuadın əynində olan tünd sarı rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm aşkar olunduğunu, daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, Fuad həmin maddənin Psixotrop maddə olan “patı” yəni metamfetamin olmasını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini və çəkisinin 2,15 qram olduğunu, sonra həmin bükümün zərfə qablaşdırılaraq qanuna müvafiq qaydada götürüldüyünü, bundan sonra müdafiəçinin də iştirakı ilə məhkəmə qərarına əsasən Fuadın yaşadığı ünvan 1 ünvanında yerləşən evə və həyətə baxış keçirildiyini, baxış zamanı Fuadın könüllü olaraq yaşadığı evdə saxladığı 04 ədəd kağız bükümü təqdim təqdi etdiyini, həmin 04 ədəd kağız büküm Fuadın və müdafiəçinin iştirakı ilə açılaraq baxıldığını və həmin kağız bükümlərdən 01 ədəd kağız büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, digər 03 ədəd kağız büküm açılan zaman içərisində narkotik vasitə olmadığı aşkar olunduğunu, Fuadın həmin maddənin də psixotrop maddə olan metamfetamin olmasını və özü istifadə etmək üçün evdə saxladığını bildirdiyini, Fuadın yaşadığı evə baxış zamanı aşkar edilmiş 01 ədəd kağız bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 0,13 qram olduğunu, daha sonra evə baxış zamanı Fuadın yaşadığı evdən aşkar olunmuş 01 ədəd kağız bükümün zərfə qablaşdırılaraq qanuna müvafiq qaydada götürüldüyünü, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə bağlı polis şöbəsinə məlumat daxil olduğunu, lakin həmin məlumatları realizə edə bilmədiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 24.07.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri ilə bağlı qeyd etdikləri ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, özüm narkotik vasitə istifadəçisi olduğu üçün bir–iki dəfə Təqsirləndirilən şəxs ona narkotik vasitə verməsini xahiş etmiş, Təqsirləndirilən şəxs də ona bu barədə köməklik etmişdir. Bəzən Təqsirləndirilən şəxs ilə birlikdə, bəzən də ayrıca özü narkotik vasitə istifadə etmişdir. Fuadın narkotik vasitə istifadə etdiyini bildiyindən, ona görə ondan narkotik vasitə istəmişdir. Fuaddan narkotik vasitə alanda qarşılığında ona pul vermişdir. Narkotik vasitəni ona satması üçün Fuada pul vermişdir. Təqsirləndirilən şəxs məxsus bank kartına 2–3 dəfə pul köçürmüşdür ki, ona narkotik vasitə versin. Sonuncu dəfə Fuada 50 manat vermiş, əvəzində Fuad ona 1 çet narkotik vasitə vermiş və qalan hissəni də sabah gəlib götürməyini istəmiş, lakin sonra qalan hissəni ona verməmişdir. Narkotik vasitələrlə bağlı təqsirləndirilən Vüsal adlı şəxsin məhkəməsində bir dəfə şahid qismində iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, özü narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitə olan heroindən, psixotrop maddə olan metanfetamindən, bəzən marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Sonuncu dəfə Fuad tutulmamışdan 15 gün əvvəl Fuadla birlikdə narkotk vasitə qəbul etmişdir. Həmin narkotik vasitəni isə Bakı şəhərindən əldə etmişdir. Fuaddan heç vaxt narkotik vasitə almamış, Fuada narkotik vasitə satmamışdır, yalnız narkotik vasitə olanda onunla birlikdə istifadə etmişdir. Həmçinin Fuadın kimlərəsə narkotik vasitə satmasını eşitməmiş və görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, özü narkotik vasitə istifadəçisi olduğundan Təqsirləndirilən şəxs telefon vasitəsi ilə SMS yazaraq ondan narkotik vasitə istəmiş, Fuad da ona bildirmişdir ki, “mən sənə xəbər edərəm”. Lakin sonra Təqsirləndirilən şəxs xəbər gəlməmişdir. Heç vaxt Təqsirləndirilən şəxs pul müqabilində narkotik vasitə almamışdır. Həmçinin Fuadın kiməsə pul müqabilində narkotik vasitə satması barədə məlumatı olmamışdır. Hazırda Fuada yazışdığı SMS-lərin məzmunu dəqiq yadında deyildir. Cinayət işinin materiallarında olan 24.07.2021-ci il tarixli “Raport”dan görünür ki, ünvan 3 ünvanında yaşayan xx.xx.1996-cı il il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddə metamfetamini əldə etməsi, üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 04). Cinayət işinin materiallarında olan 24.07.2021-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli qərarından görünür ki, Ağdaş şəhəri, S.Vurğun küçəsi 41 ünvanında yaşayan xx.xx.1996-cı il il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddə metamfetamini əldə etməsi, üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi ilə əlaqədar olaraq onun yaşadığı evə və evin həyətinə baxış keçirilməsi qərar alınmışdır (cild 01, iş vər. 13). Cinayət işinin materiallarında olan 24.07.2021-ci il tarixli “Şəxsi axtarış aparılması və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 2,15 qram olması müəyyən olunmuş, daha sonra sözügedən kütlə müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 28-29). Cinayət işinin materiallarında olan 24.07.2021-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs Ağdaş şəhəri, S.Vurğun küçəsi 41 ünvanında yerləşən yaşadığı evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq evdə saxladığı 04 ədəd kağız bükümü polis əməkdaşlarına təqdim etmiş, həmin bükümlərin birinin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,18 qram olması müəyyən olunmuş, daha sonra sözügedən kütlə müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, baxışın əks olunduğu video görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 30-31). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının 24 iyul 2021-ci il tarixli 17/537 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. X3 üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd iç-içə keçirilmiş sellofan bekemdə, təmiz çəkisi- 1,853 qram, olan maddə kustar üsulla hazırlanmış psixorop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş narkotik vasitə...” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi -0,058 qram olan maddə kustar üsulla hazırlanmış psixorop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş 01 (bir ) ədəd sellofan bükümdə və 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 42-45). Cinayət işinin materiallarında olan 25.07.2021-ci il tarixli qərardan görünür ki, CM-in 234.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilərək ********* say altında istintaqın davam etdirilməsi qərara alınmışdır (cild 01, iş vər.69-70). Cinayət işinin materiallarında olan 06.05.2021-ci il tarixli “Raport”dan görünür ki, ünvan 3 ünvanında yaşayan xx.xx.1996-cı il il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 81). Cinayət işinin materiallarında olan 06.05.2021-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 82. Cinayət işinin materiallarında olan 06.05.2021-ci il tarixli “Şəxsi axtarış aparılması və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilıə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, həmin şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 1,42 qram olması müəyyən edilmiş və qanuna müvafiq qaydada qablaşdırılaraq götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 98-99). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının 06.05.2021-ci il tarixli 17/330 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. X3 üzərindən aşkar edilmiş 01ədəd sellofan büküm...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bekemdə, təmiz çəkisi- 0,995 qram, olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (cild 01, iş vər. 110-113). Cinayət işinin materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 615 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kamağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kamağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır (cild 02, iş vər. 175-177) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17.06.2021ci il tarixli 712 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilkatiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 196). Cinayət işinin materiallarında olan 12.11.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1, 234.2 və 234.4.1-ci maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir (cild 02, iş vər. 195-218). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 24.07.2021-ci il tarxdə ünvan 3 ünvanında yaşayan xx.xx.1996-cı il il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddə metamfetamini əldə etməsi, üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs həmin günü şübhəli şəxs qismində saxlanılaraq vəkil ilə təmin edilməklə üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı üzərindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş, daha sonra məhkəmə qərarı ilə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı evdə də çəkilişlə baxış keçirilmiş, baxış zamanı üzərindən psixotrop aşkar olunmuş, bundan başqa 06.05.2021-ci il tarixdə ünvan 3 ünvanında yaşayan xx.xx.1996-cı il il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş, vəkil ilə təmin edilməklə üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 24.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı, həmçinin 06.05.2021-ci il tarixdə üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələri ilə cinayət törətmiş təqsirkar tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci yaxud 234.4.3-cü maddəsi nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1, 234.4.2 yaxud 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməli, belə olan halda əməlin əlavə olaraq CM-in 234.2 və 234.3-cü maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində dindirilərkən özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, habelə ekspert rəyləri, cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə hesab edir və vurğulayır ki, təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 24.07.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə olmadığını və polis əməkdaşları tərəfindən həmin kütlənin onun üzərinə qoyulduğunu bildirsə də, ibtidai istintaq zamanı bu barədə heç nə bildirməmiş, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən, təqsirləndirilən şəxs qismində dindirilərkən göstərdiyi xüsusatla bağlı heç nə qeyd etməmişdir. Odur ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən həmin kütlənin onun üzərinə qoyulduğu ilə bağlı qeyd etdikləri öz təsdiqini tapmadığından, məhkəmə şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır. Əksinə şəxsin ibtidai istintaq zamanı narkotik vasitənin əldə edilməsi ilə bağlı verdiyi ifadəsi hərtərəfli, obyektiv həqiqəti əks etdirdiyi, işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyü üçün məhkəmə məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı sayır və ona elan olunan ittihamın əsasına həmin ifadəni qoyur. Eyni zamanda, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istinatq zamanı özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından bir neçə dəfə çox olması, narkotik vasitə ilə yanaşı üzərindən və yaşadığı evdən psixotrop maddənin aşkar olunması, aşkar olunanların bir neçə büküm təşkil etməsi, şahid ifadələri, mobil telefon nömrəsinə gələn SMS yazışmalar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edərək üzərində və evində saxlamışdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Ağdaş şəhəri, S.Vurğun küçəsi 41 ünvanında yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vərəqi 191-192). İş materiallarına əlavə edilmiş tələbnamədən və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsinin 12.02.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki Apellyasiya Məhkəməsinin 05.04.2019-cu il tarixli qərarı ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzası 02 ilə endirilmiş, Şəki Rayon Məhkəməsinin 25.12.2019-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 ay 12 gün hissəsindən vaxtından əvvəllər şərti olaraq cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmişdir (cild 01, iş vər. 167- 168, 193-195). Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivi müəyyən olunur. Belə ki, CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət əməli törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2019-cu ildə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, lakin CM-in 83-cü maddəsində öz əksini tapan müddəaya əsasən məhumluğun ödənilməsi üçün nəzərdə tutulmuş 6 illik müddət keçmədən, yenidən qəsdən ağır cinayət əməli törətmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda şəxsin əvvəllər də azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini, məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətməsini, habelə 65.2-ci maddəsinin müddəalarını nəzərə alaraq, cəzanın məqsədinin təmin edilməsi üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin üçdə ikisindən az olmayan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 06.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 08.05.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə X4 sərbəst buraxılmışdır (cild 01, iş vər. 95, 145-146). İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 24.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 26.07.2021-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər.25, cild 02, iş vər. 14-16). Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət onun cəzasına hesablanmalı, 06.05.2021-ci il tarixdən 08.05.2021-ci il tarixədək tutulduğu iki gün müddət onun cəzasından çıxılmalı və ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun ikinci dəfə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 24.07.2021ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1.841 qram psixotrop madddə olan metamfetamin, 0,945 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 05 (beş) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan Redmi-8 markalı və içərisində ***-***-**-** saylı mobil nömrə olan Nokia markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 141,04 AZN (bir yüz qırx bir manat, dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06.05.2021-ci il tarixdən 08.05.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılsın və üzərində 08 (səkkiz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 24.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1.841 qram psixotrop madddə olan metamfetamin, 0,945 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 05 (beş) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan Redmi-8 markalı və içərisində ***-***- **-** saylı mobil nömrə olan Nokia markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 141,04 AZN (bir yüz qırx bir manat, dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-52/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-52/2022
25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver