Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-53/2021 03.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu ( sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrdə Dövlət İttihamının müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Musayev Fuad Möhübbət oğlunun, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxxxx 1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olmaqla həbs edilənə kimi həmin ünvanda yaşamış, xx xxxx 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X7 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və vaxtda narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə etməklə 2020-ci ilin aprel ayının əvvəllərində Yevlax rayonunun Havarlı kəndində yerləşən yaşadığı evin həyətində qanunsuz olaraq külli miqdarda 107 (bir yüz yeddi ) ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 2020-ci ilin iyul ayında həmin çətənə bitkilərinin yarpaqlarından ümumi çəkisi 9,144 qram narkotik vasitə olan qurudulmuş marixuana toplayıb əldə edərək yaşadığı evin həyətindəki tövlədə saxlamışdır. xx xxxx 2020-ci ildə saat 20:45-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 Qərb Regional Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində Təqsirləndirilən şəxs həyətində kultivasiya etdiyi külli miqdarda narkotik tərkibli cəmi -107 (yüz yeddi) ədəd çətənə (kannabis) bitkiləri və həmin bitkilərdən toplayıb saxladığı ümumi çəkisi 9,144 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hərdən narkotik vasitə olan marixuana istifadə edir. 2019-cu ilin əvvəllərində narkotik vasitə olan marixuana istifadə edərkən içərisində olan toxumları yığıb saxlamış və həmin toxumları 2020-ci ilin aprel ayında yaşadıqları evin həyətyanı məhləsinin ayaq tərəfində əkmiş və toxumları suvararaq qulluq etmişdir. 107 ədədi bitmişdir. Bitmiş şitillərin dibini boşaldaraq seyrəltmiş şitillərin dibinə arx çəkmiş və peyin vermişdir. Şitillər böyüyərək boy atmış, həmin ağacların yarpaqlarından toplayıb qurudaraq gündəlik istifadə etmişdir. xx xxxx 2020-ci ildə saat 20 radələrində evdə olarkən onlara Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin əməkdaşları gəlmiş, evinə və həyətyanı sahəsinə baxış keçirmişlər. Tövlənin qarşısındakı yeşiklərin içərisindən istifadə etmək üçün torbada saxladığı marixuana həyətyanı sahədə əkib-becərdiyi 107 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə Yevlax rayonu Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə məlumat əsasında baxış keçirilmiş, baxış zamanı Şahin özü bir ədəd sellofan torba təqdim edərək içərisindəki narkotik vasitə olan marixuananı təqdim etmişdir. Əlavə olaraq onun yaşadığı evin həyətindən 107 ədəd çətənə bitkisi aşkar edilərək götürmüşdür. Həmin bitkilərin dibi yumşaldılmış, ətrafı digər alaq otlarından təmizlənmiş suvarılmış olmuşdur. Şahid2, Şahid3 Azad oğlu məhkəmədə Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Şahid X4 məhkəmədə ifadəsində göstərmişdir ki, Yevlax rayonu Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsində mütəxəssis kimi iştirak etmişdir. Baxış zamanı 107 ədəd çətənə bitkisi aşkar edilmiş və həmin çətənə bitkilərinin dibləri alaq otlarından təmizlənmiş, dibləri boşaldılmış, suvarılmış, peyinlənmiş, xüsusi qaydada düzəldilmiş ləkdə sıra ilə əkilmiş olmuşur. Bitkilər 40 sm-dən 205 sm hündürlüyündə olmuşdur. Şahid4 məhkəmədə ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahinin narkotik tərkibli bitkilər əkməsindən xəbəri olmamışdır. Belə ki, gündəlik səhər Mingəçevir şəhərinə fəhlə kimi işə gedir və gecələr evə qayıdır. Evdə uşaqlara əri Şahin baxmışdır. xx xxxx 2020-ci ildə saat 20 radələrində polis əməkdaşları gəlmiş və Şahinin evin məhləsində əkdiyi 107 ədəd narkotik tərkibli kollar aşkar edilmişdir. Şahinin narkotik vasitə olan marixuana qəbul etdiyini eşitsə də, narkotik bitkilər əkdiyini eşitməmişdir. İşə əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi və maddi sübutu götürülməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahədə əkib-becərdiyi 107 ədəd çətənə bitkisini və istifadə etmək üçün yığıb həyətindəki tövlənin qarşısında saxladığı kütlə aşkar edib götürülmüşdür. xx xxxx 2020-ci il tarixli 16/493 saylı ekspert rəyindən rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş 107 ədəd, ümumi çəkisi 21500 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləridir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd polietilen torbada çəkisi 9,144 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tərkibinə görə eynidir. xx.xx.2020-ci il tarixli 472 saylı rəydən görünür ki, vət. Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərinə qiymət vermək, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 927 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir ki, satış məqsədi olmadan, şəxsi istehlakı üçün 9,144 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlamışdır. Həmin ittiham isə öz təsdiqini tapmır. Bedə ki, “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının dövriyyəsi” haqqında qanunun 1.0.9-cu maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin CM-nin 234.1-ci maddəsinə uyğun olaraq əldə edilmə dedikdə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşması kimi qəbul edilməsi, başqa mallara və ya əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı bir üsulla yiyələnməsinə yönəldilmiş hərəkət kimi nəzərdə tutmuşdur. Həmin qanunun 1.0.6-cı maddəsi narkotik tərkibli bitkilərin kultivasiyası anlayışına onların əkilməi, becərilməsi və toplanmasını daxil etmişdir. Əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması isə CM-nin 237-ci maddəsinin tərkib əlaməti kimi ehtiva edilmişldir. Odur ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələri olan yarpaqlarının, digər hissələrinin hansı məqsədlə toplanmasından asılı olmayaraq CM-nin 237-ci maddəsi ilə tövsif edilməlidir. Onun yarpaqlarının toplanmasına görə əlavə ittiham verilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası CM-nin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 25 fevral 2013-cu il tarixli qərarında da göstərilmişdir ki, CM-nin 237.1-ci maddəsi ilə əməlin tövsif edilməsi üçün narkotik tərkibli bitkilərin, onların hissələrinin istehlak və ya satış məqsədi ilə toplanması əhəmiyyət kəsb etmir. Külli miqdar narkotik vasitələrin (qurudulmuş və ya qurudulmamış) miqdarı məsələsi həll edilərkən isə bu barədə qanun qəbul edilənə kimi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»a əsasən həll edilməlidir. Konstitusiya Məhkəməsi toplanmış narkotik vasitələrin (qurudulmuş və ya qurudulmamış) miqdarı məsələsi həll edilərkən bu barədə qanun qəbul edilənə kimi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»a istinad edilməsini göstərməklə də əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması anlayışı ilə narkotik vasitənin əldə edilməsi anlayışını bir- birindən ayırmışdır. Bu həm də onu ehtiva edir ki, narkotik tərkibli bitkinin əkilib becərilməsinə görə bir maddə, onun hissəsi yığıldıqda isə digər bir maddə də verilməsi düzgün deyildir. Bu ona gətirib çıxarır ki, ağac kökü üstə olanda, bütov olanda bir maddə ilə,. həmin ağacın hissələri toplandıqda isə həm ağaca görə, həm də onun hissələrinə görə əməl tövsif edilməlidir. Bu bir əmələ görə şəxsin təkrar cəzalandırılması anlamına gətirib çıxarar. Təfsir isə əməlin ağırlaşdırması halına görə edilə bilməz. Odur ki, bu halda əməlin tövsifi üçün narkotik tərkibli çətənə bitkilərini satış və ya satış məqsədi olmadan əkilməsinin, həmin çətənə bitkilərinin hissələri olan yarpaqlarının satış və ya şəxsi istehlak üçün toplanmasının əməlin tövsifinə heç bir əhəmiyyəti yoxdur. Hətta, təqsirləndirilən şəxslər həmin narkotik tərkibli çətənə bitklərini satış məqsədi ilə əkib becərmələrini, onun hissələrini satış məqsədi ilə toplamalarının bildirsələrdə əməlin CM-nin 237-ci maddəsində başqa, başqa maddəyə də tövsif edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»a əsasən isə çətənə bitkisi kolları 15 ədəddən çox olduqda külli miqdarı təşkil edir Təqsirləndirilən şəxs aşkar edilən çətənə bitkisi kolları 107 ədəd olmuşdur ki, bu da külli miqdar təşkil edir. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli CM-nin 237.2.3-cü maddəsinə düzgün olaraq tövsif edilmişdir. CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham isə CM-nin 237.2.3-cü maddəsi ilə əhatə olunduğunda “CM-nin 234.1-ci maddəsi” rəqəm ifadəsi ona verilmiş ümumi ittihamdan çıxarılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Ona göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Ş.Tağyüevin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi barədə məlumat yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən himayəsində 2010-cü il təvəllüdlü Sürayə, 2012-ci il təvəll Fərid, 2015-ci il təvəllüdlü Reyhan adlı 3 azyaşlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası verilməlidir. İş materiallarından görünür ki, Ş.N.Tpağyev 19 iyul 2020-ci ildə şübhəli şəxs kimi tutulmuş və xx xxxx 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı və cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid edildiyindən CMnin 56.1.2-ci maddəsinə əsasən o, təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq ediləlməsini məqsədəmüvafiq hesab edir. Ekspertiza xərci 32 (otuz iki) manat 40 ( qırx) qəpik təşkil edir. Həmin pul təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğluna verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası «CM-nin 234.1-ci maddəsi» ilə olan rəqəm ifadəsi çıxarılsın. CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu müddət həmin cəzaya hesablansın. Ş.N.Tağyev təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 32 (otuz iki) manat 40 ( qırx ) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 107 ədəd çətənə bitkisi və 9,044 qram qurudulmamış marexuana məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X7 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-53/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-53/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver