Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-53/2023 18.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X7, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: Nümayəndə iştirakları ilə, xx.xx.1979-cu ildə İsmayıllı rayonu Hacıhətəməli doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, İsmayıllı rayonu Hacıhətəmli kəndində qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan seçilməklə X1 saxlanılan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırcı hissədə CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X4 xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində yaşadığı İsmayıllı rayonu Hacıhətəmli kəndindəki evin qarşısında olarkən həmkəndlisi və qonşusu xx.xx.2015-ci il təvəllüdlü aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs küçədə tək olduğunu görüb ətrafda heç kimin olmamasından istifadə edərək cinsi ehtirasını təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs həyətində olan meyvə ağacından alça verəcəyi adı ilə həyətə aparıb alça verdikdən sonra Zərərçəkmiş şəxs çay verəcəyini bildirib evin yataq otağına aparıb öz qeyri normal cinsi ehtirasını təmin etmək məqsədi ilə çarpayının üzərinə uzadıb sonuncunun köməksiz vəziyyətdə olmasından istifadə edərək əynində olan paltarlarını çıxarmaq istəyərkən Zərərçəkmiş şəxs ağladığını görüb kənardan səsinin eşidilməməsi üçün əlləri ilə zərərçəkmiş şəxsin ağzından tutub zor tətbiq edərək əynindəki şortiki və tumanı ayaqlarına qədər aşağı çəkib cinsi orqanını ayaqlarının arasına dəfələrlə sürtüb cinsi aktını başa çatdırmaqla aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ona CM-in 150.3.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadə verməkdən imtina etmiş, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində isə göstərmişdir ki, 01 iyun 2022-ci il tarixdə saat 1930 radələrində yaşadığı evdə tək yemək yeyib yarım litr spirtli içki araq qəbul etdikdən sonra yaşadığı həyətin giriş qapısına çıxarkən azyaşlı qonşusu Zərərçəkmiş şəxs görüb sonuncu ilə salamlaşmış, Mələk ondan alça istədiyinə görə Mələyin əlindən tutaraq birlikdə yaşadığı həyətə daxil olmuşlar. Evə çıxaraq mətbəxdən bir ədəd sellofan torba götürüb həyətə düşmüş, Mələk isə həyətdə onu gözləmişdir. Götürdüyü torbaya alça yığaraq Mələyə verdikdən sonra sonuncuya evində çay içməyi təklif etmişdir. Əvvəlcə Mələk buna etiraz etsə də sonradan razılıq verərək ikisi birlikdə evə qalxdıqdan sonra özünün dəmir çarpayısı və televizorunun olduğu yataq otağına daxil olmuşlar. Mələyin əlindəki içərisində alça olan sellofan torbanı stolun üstünə qoyduqdan sonra Mələyi əli ilə götürüb yatağının üzərinə uzatmış, sonra Mələyin əynində olan şortikini və alt paltarını ayaqlarına qədər aşağı çəkmişdir. Mələyin ayaqlarının dizlərindən yuxarı hissəsinin arasına öz cinsi orqanını daxil edərək cinsi tələbatını ödəməyə başlamış, təxminən 1-2 dəqiqədən sonra öz cinsi aktını yekunlaşdıraraq cinsi orqanından gələn spermanı Mələyin qıçlarının üstünə və qarnına tökmüşdür. Əməlini törətməyə başlayarkən Mələk ağlamaq istədiyindən bir əli ilə sonuncunun ağzını tutmuş, cinsi aktını yekunlaşdırdıqdan sonra Mələyin üzərinə tökdüyü spermanı isə salfetka ilə təmizləmişdir. Mələyin köynəyi həmin vaxtı əynində olmuş, özünün köynəyi də əynində olsa da öz şalvarını əynindən çıxardaraq tumanını isə dizindən aşağı salmışdır. Cinsi aktını qurtardıqdan sonra paltarlarını əyninə geyinmiş, Mələk də çarpayıdan yerə düşüb paltarlarını geyinib gedərkən alça olan sellofan torbanı Mələyə vermişdir. Mələk ağlaya-ağlaya yaşadığı evə getdikdən təxminən 15-20 dəqiqə sonra küçəyə çıxmış və əmisioğlunun yaşadığı ünvana getmişdir. Törətdiyi əməli spirtli içkinin təsiri altında etmiş, törətdiyi əməldən peşmandır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, 01 iyun 2022-ci il tarixdə saat 1930 radələrində yaşadığı həyətin giriş qapısında olarkən qonşusu Təqsirləndirilən şəxs onu həmin yerdə görüb evlərinə dəvət edərək ona alça verməyi təklif etmişdir. Zaurla birlikdə sonuncunun yaşadığı həyətə getmiş, Zaur onun üçün bir ədəd sellofan torbaya alça ağacından bir qədər alça yığaraq həmin torbanı ona vermişdir. Daha sonra Zaur ona evdə çay içməyi təklif etmiş, Zaura evlərində çay olduğunu bildirsə də Zaur çay içməsini təkid edərək onun əlindən tutaraq birlikdə evə qalxaraq evin yataq otağına daxil olmuşlar. Evdə Zaur əlində olan alça torbasını alıb stolun üzərinə qoyduqdan sonra onu yatağın üzərinə uzadıb orada əynində olan şortikini və alt paltarını ayaqlarına qədər aşağı çəkib dizlərinin yuxarı hissəsində cinsiyyət orqanını daxil edərək hərəkət etdirməklə sonda cinsiyyət orqanından gələn spermasını qıçlarının üzərinə tökmüşdür. Zaur onu yatağa uzadarkən ağlamaq istədiyindən əli ilə ağzından cinsi tələbatını ödəyərkən isə əlləri ilə onun çiynindən tutmuşdur. Sonra Zaur salfetka ilə sperma tökülən yeri silib təmizləmiş, sonra Zaur öz paltarlarını geyinmişdir. O da çarpayının üzərindən yerə düşüb paltarlarını əyninə geyinmiş, Zaur ona heç kimə heç nə deməməsini əks halda onu öldürəcəyini demiş, yaşadığı evə gedərkən alçalar olan torbanı da ona vermişdir. Həmin torbanı götürüb yaşadığı evə gedərkən ilk olaraq anasını görüb sonuncuya baş verənləri danışmışdır. Az müddət sonra anası onu hamama aparıb çimizdirmiş və əynində olan paltarları yumuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 01 iyun 2022-ci il tarixdə saat 1930 radələrində yaşadığı ünvanda olarkən azyaşlı qızı Mələk ağlaya-ağlaya evə gələrək qonşusu Təqsirləndirilən şəxs qızını həyət qapısının qarşısında görüb Mələyi alça vermək bəhanəsi ilə evinə apardığını, həyətdə qızına alça verdikdən sonra, qızına çay vermək adı ilə evə apararaq evdə qızının əynində olan bütün paltarlarını soyundurduqdan sonra öz cinsiyyət orqanını çıxararaq qızının bədəninə sürtdüyünü, bundan sonra cinsi aktını yekunlaşdırmaqla spermasını azyaşlı qızının qarın nahiyəsinə tökdüyünü demişdir. Azyaşlı qızı qışqırmaq istəsə də Zaur qızının ağzını tutaraq heç kimə heç nə deməməsini, əks təqdirdə qızını öldürəcəyi ilə hədələmiş, bundan sonra qızı öz paltarlarını geyinərək yaşadığı ünvana gəlmişdir. Hadisənin şokunu yaşayaraq qızının əynində olan paltarlarını çıxarıb yumuş və qızını çimizdirmişdir. Hadisə barədə əri Şahid məlumat verdikdən sonra sonuncu ərizə ilə bu barədə Polis Şöbəsinə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid eyni məzmunlu ifadə verərək Nümayəndə yuxarıda göstərdiklərini təsdiq etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizanın xx.xx.2022-ci il tarixli 282 nömrəli rəyindən görünür ki, 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində xəsarətin hər hansı bir obyektiv əlaməti (qançır, sıyrıq, yara və sair) aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməgenetik ekspertizasının xx.xx.2022-ci il tarixli 22/417 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 (bir) ədəd qısaqol köynəyin ətəyində sol tərəfdə, Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd şalvarın və 1 (bir) ədəd tumanın ön hissəsində iç səthində prostat şirəsi aşkar edildi. Müqayisəli tədqiqat nəticəsində Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 (bir) ədəd qısaqol köynəyin ətəyində sol tərəfdə, Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd şalvarın və 1 (bir) ədəd tumanın ön hissəsində iç səthində aşkar edilmiş prostat şirəsinin Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edildi. Ekspertiza nəticəsində, təqdim edilmiş Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd köynək üzərində insana məxsus prostat şirəsinin tərkibində olan PSA antigeni aşkar edilmədi. Müəyyən edildi ki, 1 (bir) ədəd köynəyin yaxalıq hissəsində olan bioloji mənşəli materiallar (epitel hüceyrələri) Təqsirləndirilən şəxs məxsusdur. Ekspertiza nəticəsində, təqdim edilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 (bir) ədəd qısa şortik və 1 (bir) ədəd tuman üzərində insana məxsus prostat şirəsinin tərkibində olan PSA antigeni aşkar edilmədi. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 604 nömrəli rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə maneə ola biləcək hər hansı bir patologiya aşkar edilməmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 524/175 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazid hərəkətlərdən əvvəl və həmin hərəkətlər törədilərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Zərərçəkmiş şəxs hər hansı xroniki psixi xəstəlik keçirmədiyindən ona qarşı törədilən qanunazidd əməllərin faktiki xarakterini dərk etmiş, öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs onunla baş vermiş qanunazidd əməllərin mahiyyətini və həmin əməlin nəticələrini anlamaqla həmin hadisə barəsində düzgün ifadə verə bilər. Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. Zərərçəkmiş şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq onun iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmişdir. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkətlər etməyə meylli deyildir. Zərərçəkmiş şəxs yaşı və intellektual inkişafı nəzərə alınmaqla, ona qarşı edilən hərəkətlərin xarakter və mənasını qismən anlamışdır, o, onunla baş verən hərəkətləri “pis iş” kimi xarakterizə edir. Zərərçəkmiş şəxs ona qarşı törədilmiş hüquqazidd hərəkətlərdən əvvəl adi, cinayət hadisəsi baş verən zamanı və cinayət hadisəsindən sonra qorxmuş və həyəcanlı psixiemosional halda olmuşdur. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs hadisəni düzgün qavrayıb və düzgün ifadə vermək qabiliyyətindədir. O, yalan danışmağa meylli deyildir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 525/176 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq onun üçün əhəmiyyətli halları düzgün qavraya bilmişdir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkətlər etməyə meylli deyildir. Təqsirləndirilən şəxs yaşı və intelektual inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilmişdir. Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd hərəkətlərdən əvvəl, cinayət hadisəsi baş verən zamanı və cinayət hadisəsindən sonra adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb və düzgün ifadə vermək qabiliyyətindədir. O, yalan danışmağa meylli deyildir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-lifli materiallar ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5391 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və hadisə yerindən götürülmüş 1 ədəd ədyalın üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən qısaqol köynəyin və qısa şortun üzərindən aşkar edilmiş qəhvəyi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə hadisə yerindən götürülmüş 1 ədəd ədyalın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş 1 ədəd ədyalın üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı Hərbi məhkəməsinin 23 fevral 2004-cü il tarixli hökmü ilə CM-in 333.3-cü maddəsi ilə təqsirli bilinərək 4 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 7 may 2004-cü ildə cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 23 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1636-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 25 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Hacıhətəmli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Şiraliyev X3 rayonu Hacıhətəmli kəndində yaşamaqla 2010-cu ildə ailə həyatı qurmuş, iki övladı olmaqla 2019-cu ildə arvadından boşanmaqla uşaqları anası ilə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Şiraliyev X3 RMX PHŞ-in Poliklinika şöbəsinin narkoloji kabinetdə qeydiyyatda olmasa da İsmayıllı RMX-nin PHŞ-nin Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində 19 noyabr 2016-cı ildən “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 23 iyun 2022-ci il tarixdən hesablanmalı, CM-in 56.1.3-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə məhkəmə məsrəfi olan 89 AZN (səksən doqquz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Resublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 23 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 89 AZN (səksən doqquz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Resublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və İsmayıllı rayon Polis Şöbəsində saxlanılan 1 ədəd açıq bənövşəyi rəngli qısaqol köynək, 1 ədəd qarışıq rəngli qısa şortik və 1 ədəd qarışıq rəngli zolaqlı alt paltarı (tursik) zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə, 1 ədəd ədyal, 1 ədəd şalvar, 1 ədəd köynək və 1 ədəd alt paltarı (tursik) Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-53/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-53/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver