Məhkəmə qərarları › İş №1(091)-53/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-53/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-53/2024 22.05.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3 Akif oğlunun iştirakları ilə xx.xx.1992-ci ildə Zaqatala rayonu Aşağı Tala kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs2 xx.xx.1988-ci ildə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin mart ayında Zaqatala rayonu Yuxarı Tala kəndinin yaxınlığında, Tala meşəbəyliyinin 3-cü dolayının dağlıq-meşəlik hissəsində 0,03 ha torpaq sahəsini ağac və kollardan təmizləyib əkin üçün hazırladıqdan sonra istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını qanunsuz olaraq həmin ərazidə əkərək aqrotexniki qaydada qulluq göstərib alaq otlarından təmizləməklə, o cümlədən diblərini yumşaltmaqla və su verməklə külli miqdarda, yəni ümumilikdə 70 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirib kultivasiya etmiş, 31 iyul 2023-cü il tarixdə saat 14 radələrində qanunsuz olaraq kultivasiya etdikləri çətənə bitkilərinin yarpaqlarının bir hissəsini qabaqcadan əlbir olan bir qrup şəxs halında toplamaqla qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 110,04 qram olan narkotik vasitə qurudulmamış marixuana hazırladıqdan sonra sellofan torbaya yığaraq qanunsuz olaraq satış məqsədi olmadan həmin yerdə saxlamış, bundan sonra cinayət əməllərini Təqsirləndirilən şəxs1la birlikdə davam etdirib çətənə kollarına aqrotexniki qulluq edərkən həmin gün saat 1505 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən aşkar olunmuş, o, polis əməkdaşlarını görüb cinayət məsuliyyətindən yayınmaq məqsədilə hadisə yerindən qaçsa da Təqsirləndirilən şəxs1 həmin ərazidə saxlanılmış və əraziyə baxış zamanı ümumilikdə 68 ədəd, uzunluqları 20 sm-dən 100 sm-dək olan, əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, uzunluqları 71 sm və 84 sm olan 02 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri, 01 ədəd sellofan torbanın içərisində, təmiz çəkisi 110,04 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin mart ayında Zaqatala rayonu Yuxarı Tala kəndinin yaxınlığında, Tala meşəbəyliyinin 3-cü dolayının dağlıq-meşəlik hissəsində 0,03 ha torpaq sahəsini ağac və kollardan təmizləyib əkin üçün hazırladıqdan sonra istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını qanunsuz olaraq həmin ərazidə əkərək aqrotexniki qaydada qulluq göstərib alaq otlarından təmizləməklə, o cümlədən diblərini yumşaltmaqla və su verməklə külli miqdarda, yəni ümumilikdə 70 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirib kultivasiya etmiş, 31 iyul 2023-cü il tarixdə saat 14 radələrində qanunsuz olaraq kultivasiya etdikləri çətənə bitkilərinin yarpaqlarının bir hissəsini qabaqcadan əlbir olan bir qrup şəxs halında toplamaqla qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 110,04 qram olan narkotik vasitə qurudulmamış marixuana hazırladıqdan sonra sellofan torbaya yığaraq qanunsuz olaraq satış məqsədi olmadan həmin yerdə saxlamış, bundan sonra cinayət əməllərini Təqsirləndirilən şəxs2lə birlikdə davam etdirib çətənə kollarına aqrotexniki qulluq edərkən həmin gün saat 1505 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən aşkar olunmuş, Təqsirləndirilən şəxs2 polis əməkdaşlarını görüb cinayət məsuliyyətindən yayınmaq məqsədilə hadisə yerindən qaçsa da o, həmin ərazidə saxlanılmış və əraziyə baxış zamanı ümumilikdə 68 ədəd, uzunluqları 20 sm-dən 100 sm-dək olan, əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, uzunluqları 71 sm və 84 sm olan 02 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri, 01 ədəd sellofan torbanın içərisində, təmiz çəkisi 110,04 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadə etməmiş, 08 avqust 2023-cü il tarixdə Rusiya Federasiyasına getmək üçün Bakı X21 hava limanında olarkən o, saxlanılaraq Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. Zaqatala rayon Polis Şöbəsində rəis müavinin otağında ona narkotik tərkibli bitki əkdiyini bildirmiş, polis əməkdaşlarına narkotik tərkibli bitki əkmədiyini demişdir. Polislər əməliyyat keçirilən zaman onun hadisə yerindən qaçdığını bildirmiş, təxminən beş dəqiqə sonra Ceyhun oraya gəlmişdir. Ceyhun başını aşağı əyərək heç bir söz deməmiş, sonra onu başqa otağa keçirmişlər. Orada ona qarşı zor tətbiq edərək əvvəl qolunu yapışqanlı lentlə bağlamış, ondan narkotik vasitəni əkməsini boynuna almasını istəmişlər. Daha sonra onu ayaqyoluna aparıb orada üzünə su vuraraq ayıltmış, sonra onu yenidən otağa gətirərək narkotik tərkibli bitkini əkməsini boynuna almasını istəmişlər. Bu dəfə onu qalın kitab və dəyənəklə döymüş, özünü saxlaya bilməyib yıxılmışdır. Gözünün üstü partlamış, həmin otaqda onun paltarını dəyişdirərək məhkəməyə çıxdığı üçün üzünə buz qoymuşlar. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilən zaman özü yıxıldığını bildirmiş, polis əməkdaşları ona əgər boynuna almasa daha pis olacağını dediklərinə görə məhkəmədə etiraf edərək hadisə yerində olduğunu bildirmişdir. X19 Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərinə uyğun ifadə vermiş, əslində narkotik tərkibli bitkilərin əkilməsi və narkotik vasitələrin əkilməsində və heç bir iştirakı olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, marixuana istifadəçisi olduğu üçün 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs1 ilə birlikdə Yuxarı Tala kəndi ərazisində yerləşən dağlıq-meşəlik sahədə özlərində olan toxumlardan çətənə bitkiləri əkdikdən sonra Ceyhun ilə birlikdə həmin toxumlardan bitən təxminən 75 ədəd çətənə kolunun şitillərini aprel ayında təxminən 0,03 ha sahədə əkmiş, həmin 75 ədəd çətənə kolundan 70 ədədi bitmişdir. Ceyhun ilə təxminən 10 gündən bir dağa qalxıb əkdikləri çətənə kollarına aqrotexniki qaydada qulluq etmiş, Ceyhunla çətənə kollarını əkdikləri sahədə üç yerdə quyu qazıb həmin quyunun içərisinə qara rəngli polietilen örtük salaraq yağış sularını toplamaq üçün su anbarı hazırlamışlar. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Ceyhun ilə birlikdə əkdikləri çətənə kollarına aqrotexniki qulluq etmək üçün dağa qalxmış və əkdikləri çətənə kollarından öz istifadələri üçün sellofan torbaya yığmışlar. Sonra əkdikləri çətənə kollarına aqrotexniki qulluq etdikləri zaman Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının onlara yaxınlaşdığını görüb dərhal oradan qaçaraq dağlıq ərazidə gizlənmiş, bir gün dağda qaldıqdan sonra növbəti gün Bakı şəhərinə gedib 2 gecə orada hosteldə gecələmişdir. 02 avqust 2023-cü il tarixdə online qaydada Rusiya Federasiyasına bilet almış, 03 avqust 2023-cü il tarixdə ölkəni tərk etmək üçün X21 Beynəlxalq Hava limanında pasport nəzarət məntəqəsində sərhəd xidmətinin əməkdaşları onu tutmuşlar. Növbəti gün isə Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları gələrək rayon polis şöbəsinə gətirib İstintaq bölməsinə təhvil vermişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, meşədə odun qırıb-satmaqla məşğul olmuş, 31 iyul 2023-cü il tarixdə polis əməkdaşları onu meşədə tutaraq orada yabanı halda bitən 7-8 ədəd narkotik tərkibli bitkilərin onun tərəfindən əkilməsini bildirmişlər. Həmçinin sellofanda olan narkotik vasitəni də ona verərək özünə aid olmasını deməsini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 orada olmamışdır. Meşədəki çətənə kollarına qulluq etməmiş, Təqsirləndirilən şəxs2 onunla birlikdə meşəyə getməmişdir. Polis əməkdaşlarının ona təsir-təzyiqinə görə narkotik tərkibli bitkiləri əkməsini və orada aşkar olunan narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, marixuana istifadəçisi olduğu üçün 2023-cü ilin mart ayında Aşağı Tala kənd sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə Yuxarı Tala kəndi ərazisində yerləşən dağlıq-meşəlik sahədə özlərində olan toxumlardan çətənə bitkiləri əkdikdən sonra Aqil ilə birlikdə həmin toxumlardan bitən təxminən 75 ədəd çətənə kolunun şitillərini aprel ayında təxminən 0,03 ha sahədə əkmişlər. 75 ədəd çətənə kolundan 70 ədədi bitmiş, Aqil ilə birlikdə təxminən 10 gündən bir dağa qalxıb əkdikləri çətənə kollarına aqrotexniki qaydada qulluq etmişlər. Aqil ilə çətənə kollarını əkdikləri sahədə üç yerdə quyu qazıb həmin quyunun içərisinə qara rəngli polietilen örtük salaraq yağış sularını toplamaq üçün su anbarı hazırlamış, dağa qalxdıqları zaman həmin su anbarına toplanan suyu plastik qablara yığıb saxlamışlar. xx.xx.2023-cü il tarixdə saat 1400 radələrində Aqil ilə birlikdə əkdikləri çətənə kollarına aqrotexniki qulluq etmək üçün dağa qalxaraq əkdikləri çətənə kollarından öz istifadələri üçün sellofan torbaya yığmış, həmin vaxt əkdikləri çətənə kollarına aqrotexniki qulluq etdikləri zaman Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları onlara yaxınlaşdığını görüb Aqil oradan qaçmışdır. O isə orada qalmış, polis əməkdaşları tərəfindən həmin sahəyə aqronomun və hal şahidlərinin iştirakı ilə baxış keçirlən zamanı əkib-becərdikləri 70 ədəd çətənə kolu kökündən çıxarılaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Eyni zamanda yenicə sellofan torbaya yığdıqları qurudulmamış çətənə kolları da həmin sellofan torba ilə birlikdə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Zaqatala rayon X6 X15 baş əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində yaşayan Təqsirləndirilən şəxs1 narkotik xassəli çətənə kollarını əkib becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupuna daxil olan X1 baş inspektoru Şahid4, Post Patrul Xidmət Bölüyünün polis nəfəri Sadəddin Balayev və Cinayət-axtarış Bölməsinin kiçik əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Zaqatala rayonu Yuxarı Tala kəndinin dağlıq-meşəlik ərazisinə getmiş, həmin vaxt orada olan iki nəfər şəxsdən biri onları görüb hadisə yerindən qaçmış, digər şəxs Təqsirləndirilən şəxs1 iştirakı ilə dəvət edilmiş aqronom-mütəxəssisin və iki nəfər hal şahidlərinin iştirakı ilə həmin yerə keçirilən baxış zamanı 0,03 ha torpaq sahəsində hündürlüyü 20-100 sm olan 70 ədəd narkotik tərkibli çətənə kollarına oxşar bitkilər aşkar olunaraq kökündən çıxarılmaqla qablaşdırılaraq götürülmüşdür. Baxışda iştirak edən aqronom İsayev Şahid Vahid oğlu həmin bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu və həmin kollara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmiş, eləcə də Təqsirləndirilən şəxs1 həmin çətənə kollarını 2023-cü ilin mart-aprel aylarında öz istifadəsi üçün əkdiyini bildirmişdir. 70 (yetmiş) ədəd çətənə koluna oxşar bitkidən iki ədəd bitki kök üstündə olsa da kökləri nisbətən quruyub çürüdüyündən həmin iki ədəd bitkinin kökünü torpaqdan çıxarmaq mümkün olmamışdır. Sonra Təqsirləndirilən şəxs1 sahənin içərisindəki yıxılmış ağac gövdəsinin üzərində olan papağı göstərib çətənə kollarına bənzər bitkidən yenicə topladığı bitki kütləsini sellefon torbaya yığıb həmin papağın içərisinə qoyduğunu bildirmiş, baxış zamanı papağın içərisində olan sellefon torbada yaş vəziyyətdə qurudulmamış marixuanaya bənzər bitki kütləsi aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Zaqatala rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsində kiçik əməliyyat müvəkkili işləyən Şahid1, X1 baş inspetoru Şahid4 və Post Patrul Xidmət X11 işləyən X8 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, X18 Təsərrüfatı Mərkəzində meşə gözətçisi işləməklə xx.xx.2023-cü il tarixdə ona zəng vuraraq hal şahidi qismində iştirak etmək üçün meşə ərazisinə getmək lazım olduğunu bildirmişlər. Digər meşə gözətçisi Əli Qurbanovla birlikdə hadisə yerinə gedərkən polis əməkdaşları və əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 orada olmuş, ərazidə əkilmiş təxminən 70 ədəd narkotik tərkibli bitkiləri aşkar etmişlər. Həmin narkotik tərkibli bitkilərin sayılmasında və bəzilərinin dibindən çıxarılmasında iştirak etmiş, üzərindən çox vaxt keçdiyindən hadisə yerində hansısa sənədə imza etməsini xatırlamamışdır. Məhkəmədə şahid qismində dindiriliş X12 eyni məzmunlu ifadə verərək X5 yuxarıda göstərdiklərini təsid qetmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 01 avqust 2023-cü il tarixli 17/579 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərlərinə yapışdırılmış kağızda “Zaqatala rayonu Yuxan Tala kəndi ərazisinsə Yuxan Tala meşəbəyliyinin 3-cü dolayında dağda aşkar edilərək kökündən çıxarılmış çətənə kollarına bənzər bitkilər...” sözləri, adlar və imzalar olan 02(iki) ədəd sintetik kisələrin içərisində; -ümumilikdə 68(altmış səkkiz) ədəd, uzunluqları 20smdən 100sm-dək, ümumi təmiz çəkiləri- 3555,0qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, -həmçinin 02(iki) ədəd, uzunluqları 71 sm və 84sm, ümumi təmiz çəkiləri- 37,79qram bitki hissələri, əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Baş aqronom Şahid İsayevin 31 iyul 2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə və onun hissələrinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisinsə Yuxarı Tala meşəbəyliyinin 3-cü dolayında. .. Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd sellofan torbada ...yaş halda marixuanaya bənzər bitki kütləsi..." yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi- 110,04qram olan nəm vəziyyətdə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan torbada olan qurudulmamış marixuana, 68(altmış səkkiz) ədəd çətənə (kannabis) bitkiləri və 02(iki) ədəd çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 avqust 2023-cü il tarixli 1408 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi mülaicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 avqust 2023-cü il tarixli 1409 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi mülaicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 285 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsində aşkar edilmiş xəsarətlər – sağ qaş nahiyəsində səthi əzilmiş yara, sağ gözün tış kənarında qançır, sol bayır topuq nahiyəsində və sol baldırında sıyrıqlar – bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti müayinədən 3-4 gün əvvəl əmələ gəlməyə uyğun olub, özünün ilk məlumatda göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yıxılarkən əmələ gələ bilərdilər, birlikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli baxış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində dağlıq-meşəlik ərazidə 0,03 ha sahədə hündürlüyü 20-100 sm olan 70 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər və sahənin içərisindəki yıxılmış ağac gövdəsinin üzərndəki papağın içərisində sellofan torbada çəkisi 120 qram olan narkotik vasitə olan qurudulmamış marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Əliyev X13 rayonu Aşağı Tala kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. Himayəsində 204-cü ildə doğulmuş Səməd Ramazanov, Sedef Ramazanova və 2019-cu ildə doğulmuş Mirvari Ramazanova adlı üç azyaşlı uşağı vardır. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 2025-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Zaqatala rayon X6 X15 baş əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 0700—da X21 Beynəlxalq Hava limanında saxlanılaraq Zaqatala rayon Polis Şöbəsinə gətirilmişdir. İş materiallarında olan Zaqatala rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zaqatala rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin narkotik tərkibli çətənə bitkilərini əkməmələri və aşkar olunmuş narkotik vasitlərin onlara aid olmamasına dair ifadələrini məsuliyyətdən yayınmaq üçün özlərini müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə istitnaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı müdafiəşisinin iştirakı ilə ifadə verən zaman narkotik tərkibli çətənə bitkilərini tanışı Təqsirləndirilən şəxs2lə birlikdə əkdiyini bildirmiş, bu zaman ona qarşı hansısa zor tətbiq edilməsi ilə əlaqədar nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edildiyini bildirsə də onun barəsində istintaq təcridxanasına daxil olan zaman tərtib edilmiş məhkumun tibbi kitabçasında hansısa xəsarətin olmadığı qeyd edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində hadisə yerində təxminən 8 ədəd yabanı halda bitmiş çətənə bitkisi olduğunu, həmin bitkilərə heç bir qulluq etmədiyini göstərsə də, hadisə yerindən aşkar olunmuş polietilen örtük, plastik su qabı, bel, mişar, su qabı, 3 ədəd plastik şüşə, plastik qab, gübrə və s. onların məhz narkotik tərkibli bitkilərin əkilməsi üçün özlərinə şərait yaratdıqlarını bir daha təsdiq etməklə yanaşı, şahid ifadələri və məhkəmə-biloloji ekspertizasının rəyi ilə onun ifadəsində göstərdikləri tamamilə təkzib olunmuşdur. Təqsirləndirilən şəxs2 münasibətdə isə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat zamanı ilkin mərhələdə Təqsirləndirilən şəxs2 narkotik təkibli çətənə bitkilərini əkmədiyini bildirmiş, sonradan məhkəmədə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən törətdiyi əməli etiraf etmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs2 qarşı məhz məhkəmədə polis əməkdaşları tərəfindən zor tətbiq olunaraq təzyiq edilməsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərə gəldikdə isə məhkəmə-tibb ekspertizasının da rəyindən göründüyü kimi həmin xəsarətlər onun özünün məhkəmə-tibb ekspertinin müayinəsindən keçən zaman bildirdiyi kimi hadisə yerindən qaçarkən yıxılan zaman almağa xarakterik olduğu göstərilmiş, özü də istintaq təcridxanasında tibbi müayinədən keçərkən verdiyi izahatında həmin xəsarətləri həbs olunmamışdan qabaq aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 hadisədən sonra hava limanında saxlanılması, onun məhz cinayət əməlini törətdikdən sonra ölkə hüdudlarında çıxaraq məsuliyyətdən yayınmaq cəhdini bir daha təsdiq edir. Bundan başqa məhkəmə tərkibi müdafiə tərəfinin gətirdiyi 31 iyul 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokolun qeydiyyata alınmamsına, həmin protokolda Təqsirləndirilən şəxs1 hüquq və vəziflərinin izah edilməməsinə, həmçinin hal şahidi Əli Qurbanovun hadisə yerində heç bir sənədə imza etməməsinə görə etibarsız hesab edilməsi, məhkəmə-bioloji ekspertizasının rəyində 68 ədəd çətənə tərkibli bitkilərindən seçmə üsulu ilə 10 ədədindən nümunə götürülməsi, tədqiqatını aparan ekspertin dindirilməməsinə görə həmin rəyin etibarsız hesab edilməsi, daha sonra təqsirləndirilən şəxsin latın qrafikasını bilməməsinə dair dəlillərə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.4-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Həmin Məcəllənin 236.5-ci maddəsinə əsasən baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə təhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilmiş, baxış keçirilən zaman CPM-nin tələbinə uyğun olaraq hal şahdilərinə hüquq və vəzifələri izah olunmuş və CPM-nin 236.5-ci maddəsinin tələbinə əsasən hadisə yerində aşkar olunan əşyalar götürülmüşdür. Həmin protkolun qeydiyyatdan keçirilməməsinə gəldikdə isə məhkəmə tərkibi qeyd edir ki, bu hal məhkəmənin qiymətləndirilməsindən asılı olmaqla yanaşı, iş üzrə cinayət işi başlanılmadığına görə protokolun müvafiq qeydiyyatı aparılmamışdır. Hal şahidi Əli Qurbanovun hadisə yerində heç bir sənədə imza etməməsinə dair dəlilə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, CPM-nin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Şahid Əli Qurbanov ifadəsində öz istəyi ilə xx.xx.2023-cü il tarixdə Tala meşəbəyliyinin 3-cü dolayının dağlıq-meşəlik hissəsində hal şahidi kimi iştirak edərkən təxminən 70 ədəd çətənə bitkisinin aşkar olunduğunu qeyd etmişdir. Göründüyü kimi hal şahidi aşkar olunan faktlar məhkəmədə təsdiq etmişdir. Bundan başqa iş materiallarında olan hadisə yerinə baxış keçirilməsinə dair protokola əlavə edilmiş fotocədvəldə qablaşdırılan ağ sintetik kisənin üzərində yazılar, imzalar və möhür olan kağız müşahidə olunur. Bilavasitə hadisə yerində imzalanmaqla bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, baxış protokolu bilavasitə hadisə yerində deyil, həmin istintaq hərəkətəni aparan şəxs tərəfindən müvafiq qeydlər götürülməklə öz xidməti otağında tərtib edilərək iştirakçılara həqiqiliyi izah edilməklə imzalatdırıla bilər. Təqsirləndirilən şəxs1 latın qrafikalı əlifba ilə yazıb-oxuya bilməməsinə gəldikdə isə məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi ilə təmin edilmiş, bütün istintaq hərəkətlərində müdafiəçi iştirak etmişdir. Bundan başqa iş materiallarında 71-ci vərqədə olan təqsirləndirilən şəxsin dindirilməsi protokolunun sonunda Təqsirləndirilən şəxs1 latın qrafikalı əlifba ilə “İfadəmi oxudum. Heç bir əlavəm yoxdur. Doğruluğunu imzamla təsdiq edirəm.” sözlərini əlyazma ilə yazmışdır. Bundan başqa məhkəmə tərkibi müdafiə tərəfinin diqqətinə çatdırır ki, latın qrafikası Azərbaycan Respublikasında 1991-ci ildən tətbiq olunmaqla bütün orta təhsil müəssisələrində tədris olunmuş, Təqsirləndirilən şəxs1 anadan olduğu tarixi (1988) nəzərə alaraq sonuncunun da orta təhsilinin məhz latın qrafikalı əlifbanın tədrisi ilə aparılması məhkəmənin diqqətindən yayınmamışdır. Məhkəmə-bioloji ekspertizasının 01 avqust 2023-cü il tarixli 17/579 nömrəli rəyinin etibarsız hesab edilərək sübutlar sihasından çıxarılmasına dair vəsatətə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, adı çəkilən ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsində seçmə üsulu ilə 10 ədəd çətənə bitkisindən nümunə götürüb tədqiq olunmaqla bütün 68 ədəd bitkilərin çətənə bitkiləri olmasına dair heç bir qeyd aparılmamış, qeyd olunan hissədə üzərlərinə yapışdırılmış kağızda “Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində Yuxarı Tala meşəbəyliyinin 3-cü dolayında dağda aşkar edilərək kökündən çıxarılmış çətənə kollarına bənzər bitkilər....” sözləri, adlar və imzalar olan 02(iki) ədəd sintetik kisələri açdıqda içərisində; - ümumilikdə 68 (altmış səkkiz) ədəd, uzunluqları 20sm-dən 100sm-dək, nəm vəziyyətdə, ümumi təmiz çəkiləri- 3555,0 qram olan çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki nümunələri (1-68№li ob.), -həmçinin 02(iki) ədəd, uzunluqları 71sm və 84sm, nəm vəziyyətdə ümumi təmiz çəkiləri- 37,79 qram olan çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik köksüz bitki hissələri aşkar olunduğu qeyd edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin Elmi Şurasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspeetizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan maddənin (kütlənin) geri qaytarılması haqqında qaydalara” müvafiq olaraq nümunalər götürülmüşdür. Belə olan halda məhkəmə təkibi qeyd edir ki, məhkəmə-biloloji ekspertizasının mötəbərliyini şübhə altına alan hansısa hal müəyyən edilmədiyindən həmin rəyin sübutlar siyahısından çıxarılması, həmçinin həmin rəyi tərtib etmiş ekspertin dindirilməsi üçün hər-hansı əsas yoxdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin CM-in 234.1, 237.2.1 və 237.2.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində üç azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. CM-in 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal CM-in 234.1-cü maddəsində nəzərdə tutulan əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdırlar. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 münasibətdə şübhəli şəxs kimi tutulduğu xx.xx.2023-cü il tarixdən, Aqil Ramazanova münsibətdə isə azadlığının faktiki olaraq məhdudlaşdırıldığı xx.xx.2023cü il tarixdən hesablanmalı, CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 17,99 AZN (on yeddi manat doxsan doqquz qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən sui istifadə nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkdiklərinə görə barələrində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ərazi narkololi dispanserdə qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar tam toplanılsın və üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 31 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən sui istifadə nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ərazi narkololi dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar tam toplanılsın və üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı hüquqlarının faktiki olaraq məhdudlaşdırıldığı 03 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən sui istifadə nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 17,99 AZN (on yeddi manat doxsan doqquz qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Zaqatala rayon Polis Şöbəsində saxlanılan 68 ədəd, 3554,0 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri, 02 ədəd 37,69 qram çəkidə narkotik tərkibli çətənə bitki hissələri, 109,99 qram qurudulmamış marixuana, süni su quyusunun yaradılmasında istifadə olunmuş qara rəngli polietilen örtük və 3 ədəd 20 litrlik plastik su qabı 1 ədəd sintetik kisədə, 1 ədəd bel, 1 ədəd mişar, 1 ədəd yapışqan lent, 2 ədəd 20 litrlik plastik su qabı, 3 ədəd plastik şüşə, 1 ədəd 5 lirtlik plastik qab, 1 ədəd tən ortadan kəsilmiş plastik şüşənin alt hissəsi, sellofan torbada olan gübrə 1 kisədə, 1 ədəd qara rəngli qısa qol köynək, 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd göy rəngli jaket, 1 ədəd gödəkcə papağı və 1 ədəd papaq məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar