Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-53/2025 25.06.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Musazadə Elvin Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Ucar rayonu Qazıqumlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 12,525 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Ucar rayonu, Qazıqumlaq kəndinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 03 aprel 2024-cü il tarixdə saat 12:05-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq Ucar RPŞ-nin inzibati binasına gətirilib həmin tarixdə saat 13:40-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 6,058 qram və 6,467 qram olmaqla külli miqdarda təmiz çəkisi 12,525 qram çəkidə eynitərkibli, ağ rəngli, kristallik formada, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, onun heç bir təqsiri olmadan cinayət məsuliyyətinə cəlb olunmuşdur. O, Ucar Rayon Mərkəzi Xəstəxanasında təcili-tibbi yardım maşınının sürücüsü işləmişdir. Narkotik vasitənin heç bir növünü tanımır və “Patı” deyilən maddə cibinə qoyulanda nə olduğunu görmüşdür. Həmin maddənin də nə olduğunu bilmir. Onun bu gün həbsdə olmağının səbəbi polisdən şikayət etməyi ilə bağlı olmuşdur. Ona çox saylı zənglər gəlirmiş, hətta yol polisi işləyən sinif yoldaşı da ona zəng edirmiş və bu zənglərdə ondan şikayətinin geri götürülməsi tələb olunmuşdur. Sinif yoldaşı əks halda onun tutulacağını bildirirmiş. Onu buna görə tutmuşdurlar. Səhər vaxtı evdən çıxıb köhnə traktoru ilə qrabil yığmağa gedirmiş. Evdən çıxanda 150 metr məsafədə qara rəngli “panarama” mercedes dayandığını görmüşdür. O, maşının yanından keçəndə telefonla danışan şəxs ona şübhəli baxmışdır. O, gedib qarşıda dükanın yanında dayanmış və qrabil yığmağa gələn “Kamaz” markalı maşının gəlməsini gözləməyə başlamışdır. O, “Kamaz” markalı avtomobilin sürücüsünə zəng etmiş və o, ona 1 saata gələcəyini demişdir. O, orada uşaqlarla dəmir yolu keçidinin yanında gözləməyə başlamışdır. Daha sonra, bayaq gördüyü qara rəngli maşın yaxın yerə gəlib dayanmışdır. O, maşında olan şəxsin ona şübhəli baxdığını hiss etmişdir. Ona gizli nömrədən zəng gəlmiş, o da cavab vermiş, lakin zəng vuran şəxs danışmamışdır. Yenidən ona gizli nömrədən zəng gələndə o, zəngi rədd etmişdir. 3-cü dəfə zəng gələndə o dükanda satıcı Rahilə telefonu vermiş və xahiş etmişdir ki, danışsın və görsün zəng edən kimdir. Bu vaxt qara rəngli mercedesi sürən şəxsin dükandan “Coca-cola” içkisini aldığını görmüş və hətta onun pulunu verməyi təklif etmək istəmişdir. Çünki həmin adamın qonaq olduğunu düşünmüşdür. Bir az əvvəl də uşaqlara demişdir ki, polisdən şikayət etdiyinə görə bu adamlar bəlkə də, onu axtarırlar. Şəxs içki alıb dükandan çölə çıxmış və qəfil “Polis” sözünün deyildiyini eşitmişdir. Bundan sonra bunlar dükana daxil olmuşlar və onu tutmuşlar. O, qapıdan tutmuş, onlar da əlinə vurmuş və ona təpik zərbələri endirmişlər. Daha sonra, orada ağ rəngli Nissan “Qasqai” markalı maşının da olmasını görmüşlər. Yəqin ki, o, içəridə olanda həmin maşın oraya gəlmişdir. Onu maşına mindirib aparmışlar və yolda ona təhqiramiz ifadələr demişlər. O, onlara müharibə zamanı ölmüş insan qalıqlarını sellofana yığıb gətiməyi barədə məlumat verərək, hamını dünyaya ana gətirdiyini və adamın adamı belə vurmamalı olduğunu demişdir. Bundan sonra isə bir az sakitləşmişlər. Onu polis şöbəsinə aparmışlar və 2-ci mərtəbəyə qaldırmışlar. O, kamera olub-olmamasını müəyyən etmək üçün ətrafa baxmış və olmadığını görmüşdür. Ola bilsin ki, kamera gizli olmuşdur. Əli bağlı vəziyyətdə otaqda olanda təhqiqatçı da otağa gəlmişdir. Təhqiqatçının adı Babək olmuş və o, eynək taxırmış. Babək ona demişdir ki, 2 büküm veriləcəkdir və o, həmin bükümləri sağ cibinə qoymalı, həmin bükümləri yerdən tapdığını, ya istifadə edəcəyini, ya da istifadə etməsə yerə atacağını bildirməlidir. O, razılaşmamışdır. Təhqiqatçının yanındakı şəxs əks halda qardaşını da gətirəcəklərini və evindən 2 “meşox” belə maddələr çıxaracaqlarını bildirmişlər. Orada olan uzun boylu, dediyinə görə Yevlaxdan olan polis əməkdaşı bildirmişdir ki, bunu uzadın yerə və təcavüz edin. Bundan sonra başına “torba” keçirmişlər və üzü aşağı vəziyyətdə onu yerə uzatmışlar. Şəxslərdən biri xayasını sıxmış, digəri isə belindən vurmağa başlamışdır. O, həmin vaxt şalvarını da batırmışdır. Bundan sonra ona veriləni sağ cibinə qoymuş və ondan elə davranmağını istəmişlər ki, videoçəkiliş bir dəfəyə keçirilsin. “Torba”nı başından çıxarandan o, elektrik aparatının çıxarıldığını görmüşdür. Cibinə 2 büküm qoymuşlar. O, nə olduğunu soruşmuş və ona demişdirlər ki, deyər ki, bunlar “patı”dır. O,.“patı”nın adını əvvəllər eşitmiş, lakin heç vaxt görməmişdir. Telefonunu da vemişlər ki, sol cibinə qoysun. Onun şalvarının altı cibi olmuşdur. Nədənsə bütün tutulan şəxslərin narkotik sağ cibindən çıxır. Çəkiliş zamanı o, qorxudan polislər deyəni demişdir. Daha sonra, DİN BMCMİ-yə aparılmış və orada da təzyiqlərə məruz qalmışdır. Oradan isə Kürdəxanıya aparılmış və sonuncu dəfə Şəkiyə gətirilmişdir. O, “nəişə” çəkən adamları görəndə uzaq dayanmışdır. Çünki təcili tibbi yardımda işlədiyi üçün qanvermə aksiyalarında qan verirmiş. Əgər narkotik istifadə etsəymiş, qan verdiyi zaman müəyyən olunarmış. O, polisdən şikayət etdiyi üçün onu tutmuşlar, bunu isə DYP-də Namiq müəllim etdirmişdir. Namiq müəllim ona çox adama zəng vurdurmuşdur. O, bu barədə də DİN-ə məlumat vermişdir. Ona pul da təklif edilmişdir. İcra başçısının qardaşı Məsud ona zəng vurmuşdur ki, şikayətini geri götür. Yol polisində işləyən sinif yoldaşı da ondan şikayəti geri götürməyini istəmişdir. O, şikayətçi olduğunu deyəndə, sinif yoldaşı onun tutulacağını bildirmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, istintaq təcridxanasında olanda xəsarətlərinin olduğunu qeyd etmək istədiklərini demişlər, o, yenə döyüləcəyindən qorxuduğu üçün demişdir ki, yazın ki harasa dəymişdir. Onlar ona xəsarətləri qeyd etməyə məcbur olduqlarını demişlər. Prokurorluqdan gələnə isə döyüldüyünü bildirmişdir. İstintaq təcridxanasında da döyüldüyünü demiş, lakin bilməmiş ki, necə yazmışdırlar. O, qorxuduğu üçün döyüldüyünün yazılmamasını xahiş etmişdir. O, DİN BMCMİ-nin əməkdaşlarının onu döydüklərini bildirirmiş. İstintaq təcridxanasında izahatı alınıb-alınmadığını xatırlamır. Prokurorluq işçisi gələndə isə ondan izahat alınmışdır. Prokurorluq işçisi səhv etmirsə, Baş prokurorluqdan gəlmişdir. Qanından narkotik çıxmasının səbəbi isə DİN BMCMİ-də ona içirdilmiş çay ilə əlaqədar olmuşdur. Yol polisi ayın 5-i yoldaşını Bakı şəhərinə xəstəxanaya apararkən ona şəkil göstərmiş və demişdir ki, xəttin üstünə çıxdığı üçün 80 manat cərimə olunur. Şəkildə olan maşında “luk” olmamış, əslində isə onun maşınında “luk” olmuşdur. O, demişdir ki, ünvanına göndərilsin. Daha sonra, ayın 8-i o, dostuna məxsus “toyota” markalı maşınla yoldaşını xəstəxanadan gətirmək üçün Bakı şəhərinə gedən zaman polislər onları saxlayanda bilmişdir ki, yenə pul istəyəcəklər. O da telefonla çəkməyə başlamışdır. Ayın 5-i ondan cərimə yazmadan pul alıb buraxmışlar. Pulu da ona görə verməyə məcbur qalmışdır ki, polis onu buraxmaq istəməmişdir. O, isə xəstəxanaya təcili getməli olmuşdur. Polis ona deyirmiş ki, həkim gəlsin, müayinə edək. O da məcbur qalıb pul vermişdir. Ayın 8-i dostunun maşını ilə gedən zaman yol polisi demişdir ki, yolun solu ilə gəlmişdir. Polis onun cəriməsinin 120 manat olduğunu və ya 60 manat ödəniş edib gedə biləcəyini bildirmişdir. O, 50 manatının olduğunu demiş, o da razılaşmış və o, 50 manatı polisə vermişdir. O, əslində qayda pozmamışdır. O, bu barədə DİN-in “102” xidmətinə məlumat vermiş və elektron qaydada şikayət yazmışdır. Bundan sonra dəfələrlə ona zənglər gəlmişdir. O isə zəng edən şəxslərə polisin ondan rüşvət aldığını və şikayətçi olduğunu bildirmişdir. Onun tutulmağının səbəbkarı Namiq müəllimdir. O, cənab nazirə şikayət yazmışdır ki, Namiq müəllim onu narahat etdirir. Onların evlərinə icra hakimiyyətinin başçısının qardaşı Məsud və axund Elxan müəllim gəlmişdir. Məsud əvvəllər dəmir yolunda işləyirmiş, indi isə harada işlədiyini bilmir. Dükana girəndə 5-6 nəfər polis onun qolundan, ayağından, başından vurmuşlar və qucaqlarına götürüb maşına aparmışlar. Polislər onu maşında təhqir etmişlər. Rayonun polis şöbəsində cibinə bükümləri qoyanda demişdirlər ki, Bakıda müstəntiq ona kömək edəcəkdir. DİN BMCMİ-də padvalda olanda onu çağırmışlar və yuxarı qaldırmışlar. Stolda bir nəfər oturmuş və onun qarşısında armudu stəkanda limonlu çay da olmuşdur. Həmin şəxs ondan haradan olduğunu soruşanda, o, Ucardan olduğunu bildirmişdir. O ona demişdir ki, o da Şirvandandır, əyləşsin, yerlidirlər. O, ona çay içməyi təklif etmiş və hər ikisinə çay süzmüşdür. O, ondan müstəntiq olub-olmadığını soruşanda, o əvvəlcə müstəntiq olmadığını demiş, daha sonra müstəntiq olduğunu bildirmişdir. Ondan partiyaya üzv olub-olmadığını və nə işlə məşğul olduğunu soruşduqda, o, YAP-ın üzvü olduğunu və təcili tibbi yardım maşını sürdüyünü bildirmişdir. O demişdir ki, onu sabah rəisin qəbuluna salacaq və köməklik etdirəcəkdir. O çay içməyi təklif etmiş və o da çay içmək istəmədiyini bildirmişdir. O çay içməyini israr etmiş və o da içmişdir. Daha sonra, bir stəkanda çay süzmüş və müstəntiq otaqdan çıxmış, içəri bir yaşlı kişi girmişdir. Həmin adam da demişdir ki, çay iç, yol gəlmisən. Beləliklə, o, iki stəkan çay içmişdir. Kişi ona siqaret də çəkməyi təklif etmiş, o isə çaya görə təşəkkür etmiş və otaqlarında siqaret çəkmək istəmədiyini bildirmişdir. Bundan sonra yerinə getmiş, orada özünü pis hiss edərək, çox tərləmişdir. Yanındakı uşaqlar ona bildirmişlər ki, ona “patı” vermişlər ki, analiz veriləndə qanından çıxsın. Sonra onu Maştağaya aparmışlar, orada qanından analiz götürmüşlər. Daha sonra, xəstəxanada həm qanından, həm də sidikdən analiz götürmüşlər. Həkim ondan nə üçün tutulduğunu soruşmuş, yanında olan polis əməkdaşı demişdir ki, metamfetamindən tutulmuşdur. Həkim də qanından metamfetamin çıxdığını bildirmişdir. O, həkimə etiraz etmiş və heç bir vaxt belə şey istifadə etmədiyini bildirmişdir. Bundan sonra ona yenə BMCMİ-yə qaytarmışlar. Videoçəkiliş zamanı o, başını yelləyirmiş ki, yəni narkotik onun deyil və deyilənlər yalandır. Ucar RPŞ-də başına “torba” keçirib demişlər ki, yıxın yerə buna təcavüz edin. Polislərin biri xayasını sıxmış, o birilər də döyürmüşlər. O, qorxudan şalvarını nəcislə batırmışdır. BMCMİ-də ondan paltarları çıxarıb göstərməyi tələb etmişlər və tumanını göstərəndə demişdir ki, üzrlü sayın, bunu batırmışdır. O, şalvarını BMCMİ-də yumuşdur. BMCMİ-də yanında olan tutulan şəxslərdən birinin adı Ramal olmuş və o, Kürdəmirli olmuşdur. Şəxslərin biri avtomat alıb-satmağa görə, digəri atasını öldürməyə sifarişlə bağlı tutulmuşdur. Çəkilişdə olanlar onu vuranlar olmuşdur. Onu polis şöbəsinə günorta 11, 12, 12-yə işləmiş və ya 1-ə işləmiş radələrdə gətirmişlər. Tutulduğu dükan Ucar rayonu Qazıqumlaq kəndində yerləşir. Dükanın içərisində ona təzyiqlər göstərməyə başlamışlar və uşaqlardan “102”yə məlumat verilməsini istəmişdir. Dükanın içərisində Rahil, Ford sürücüsü Mənsur, Əvəz, Ruslan və s. olmuşdur. Onun polis şöbəsində üzərinə narkotik vasitə qoyulduqdan sonra gəlib traktoruna da baxış keçirilmişdir. Qorxmuşdur ki, traktorun da içindən nə isə çıxaracaqlar, lakin heç nə aşkar olunmamışdır. Traktoruna baxış keçirməyə onu tutan şəxslər, yol polisləri və başqa polislər gəlmişlər. Traktorundan heç nə aşkar olunmamışdır. Belə ki, nə aşkar oluna bilərdi ki? Polislər nə isə qoysalar, o zaman çıxa bilərmiş. Ucar RPŞ-də izahat verib-verəməməyi yadına gəlmir. BMCMİ-də isə nəyə demişdirlərsə, o da imza çəkmişdir. Ucar RPŞ-də müdafiəçi ilə təmin olunmuş və vəkilin adı Tural olmuşdur. Polislər onu döyəndən və hər şeylə razılaşandan sonra vəkil gəlmişdir. Vəkil onunla konfidensial görüşməmişdir. Vəkil ondan nə olduğunu soruşmuş, o isə heç nə deyə bilməmişdir. Çəkiliş zamanı vəkil ondan etirazının olduğunu soruşmuş, o da olmadığını bildirmişdir. Ucar RPŞdə izahat verdiyini xatırlamır, lakin nəyə demişlərsə, o, imza çəkmişdir. Hadisədən əvvəl yıxılmamış və hadisədən əvvəl heç bir xəsarəti olmamışdır. Ona xəsarətləri polis əməkdaşları yetirmişlər. Xəsarətlər qolunda və ayağında olmuşdur. Xəsarətlər prokurorluq tərəfindən araşdırılmışdır. Penitensiar müəssisəyə daxil olan vaxt həkimdən xahiş etmişdir ki, xəsarətlərini yazmasın. Çünki qorxurmuşdur ki, onu yenə aparıb döyərlər. Ancaq həkim onu dinləməmiş və xəsarətlərini qeyd etmişdir. Penitensiar müəssisədə xəsarətləri ilə bağlı həkim özü nə isə yazmış, o da altına imza etmişdir. Saxlanıldıqdan sonra Ucar rayon polis şöbəsinə getmişdir. Polis şöbəsində təhqiqatçı Babək müəllim ona yaxınlaşmış və demişdir ki, bu bükümlərdə olan maddəni boynuna almalıdır. Həmin vaxt etiraz etmişdir. Babək müəllim onu ailəsi ilə təhdid etmişdir. Narkotik vasitəni boynuna almamış, elə bu vaxt başına torba keçirib, onu döyməyə başlamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, aprel ayının 2-sində baş idarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və 3 aprel tarixində Ucar rayonu Qazıqumlaq kəndinə getmişlər. Həmin kənddə Təqsirləndirilən şəxs oxşar şəxs olmasını görmüşlər, ona yaxınlaşıb özlərini təqdim etmişlər, bundan sonra həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirmiş, o da özünü səmimi aparmış və deyilənlərlə razılaşmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən 2 büküm psixotrop maddə metafetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq psixotrop maddənin ona aid olmasını bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni 1 gün əvvəl yaşadığı kənddə yerdən tapdığını bildirmişdir. Videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Bundan sonra, təhqiqatçı tərəfindən digər sənədləşmə işləri aparılmışdır. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs Qazıqumlaq kəndi ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə aşkar olunan zaman heç bir etiraz etməmiş, əksinə həmin maddənin ona aid olmasını bildirmişdir. Onlara daxil olan məlumat Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuşdur. İstintaq qrupuna o, rəhbərlik edirmiş və əməliyyat müvəkkilləri Əli və Əmrə isə qrupda iştirak edirmişlər. Əməliyyat üzrə sənədləşdirməni təhqiqatçı aparmışdır. Əməliyyat-axtarış keçirilməsinə dair qərarı o, qəbul etmişdir. Təqsirləndirilən şəxs barədə 2 aprel tarixində məlumat daxil olmuşdur, lakin saatını və ya günün hansı hissəsində daxil olmasını bilmir. Təqsirləndirilən şəxs 3 apreldə saat təxminən günorta 1-ə işləmiş radələrdə saxlamışlar. Təqsirləndirilən şəxs Qazıqumlaq kəndi ərazisində saxlamışlar, lakin konkret olaraq hansı hissəsində saxlamaqları, ətrafda nə olması və saxladıqları yerin yola yaxın olması barədə məlumatları hazırda xatırlamır. Çünki işin üstündən xeyli vaxt keçmişdir. O, Əmrə və Əli ilə əməliyyat tədbirində iştirak etdiyini xatırlayır. Digər əməliyyatçıların olmasını xatırlamır. Təqsirləndirilən şəxs haradan izləməyə başladıqlarını xatırlamır. Çünki hadisənin üzərindən xeyli müddət keçmişdir. Onlar Asifə özlərini təqdim etmişlər və Asif sakit şəkildə normal qaydada onların maşına əyləşmişdir. Asifin saxlanması zamanı ətrafda başqa şəxslər olmamışdır. Səhv etmirsə, sonradan Təqsirləndirilən şəxs məxsus traktor və ya yük maşınına da baxış keçirilmişdir. Onlar Asifi saxlanandan sonra Ucar RPŞ-yə aparmışlar. Polis şöbəsində olan prosessual hərəkətləri xatırlamır, lakin videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildiyini xatırlayır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman 2 büküm psixotrop maddəni stolun üstünə qoymuşdur. Başqa üzərindən çıxan əşyaları xatırlamır. Təqsirləndirilən şəxs polis şöbəsinə aparıb təhqiqatçıya təhvil vermişlər. Şəxsi axtarışın şəxsin polis şöbəsinə aparılmasından nə qədər müddət sonra aparılmasını isə xatırlamır. Onların Təqsirləndirilən şəxs polis şöbəsinə hansı maşınla gətirdiklərini xatırlamır. Maşın xarici maşın olmuşdur, lakin markası və rəngini hazırda xatırlamır. Şəxsin saxlanıldığı yerdən polis şöbəsinə hansı müddətə gətirdiklərini və maşını kimin idarə etdiyini xatırlamır. Amma maşını o, idarə etmirmiş. Asifin yanında polis şöbəsinə aparılan zaman kimin oturduğunu xatırlamır. Asifin polis şöbəsinə aparılan zaman qoluna qandal vurulduğunu xatırlamır. O, maşında qabaq oturacaqda əyləşmişdir. Asif könüllü onların maşına əyləşmiş və yanında 1 nəfər polis əməkdaşı əyləşmişdir. Onlar gəldikləri maşından başqa qara rəngli maşın da hadisə yerinə gəlməmişdir. Onlar ona özlərini təqdim etmiş, o da onlara özünü təqdim etmişdir. Onu mağazanın içərisindən çıxarmamışlar. Təqsirləndirilən şəxs saxladıqları yeri dəqiq xatırlamır. Yaxınlıqda mağaza olmasını da xatırlamır. Şəxsin üzərinə şəxsi axtarış aparılmasını təhqiqatçı həyata keçirmişdir. Təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs özü könüllü 2 büküm psixotrop maddəni stolun üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən telefon da aşkar olunmuşdur. Başqa hansı şəxsi əşyaların aşkar olunmasını isə xatırlamır. Videoçəkilişi kim apardığını xatırlamır. Onlar tədbir planı qurmuşlar. Bunun məhkəmədə təsdiqlənməsinə ehtiyac yoxdur. Əməliyyat-axtarış tədbirinin qanuniliyinin məhkəmə qaydasında yoxlanılması isə sonrakı mərhələlərdə olur. Tədbirlər planını məhkəmədə təsdiq olunmasına ehtiyac olmur. Təqsirləndirilən şəxs məxsus yük maşınına və ya traktora baxış keçirildiyini də xatırlayır. Orda qanunsuz heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus maşını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs narkotik vasitə satması faktı təsdiq olunmamışdır. Şəxs üzərindən aşkar olunan psixotrop maddəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Şəxs könüllü maşına əyləşdiyi və özünü səmimi apardığı üçün ona inanmışlar. Şəxsin maşınına baxış keçirilsə də, evinə baxış keçirməmişlər. Şəxsin evinə baxış keçirilməməsinin səbəbini bilmir. Hesab edir ki, bunu təhqiqatçı keçirə bilərdi. O, öz başına gedib şəxsin evinə baxış keçirə bilməzmiş. O, tədbirdə əməliyyat qrupunun rəhbəri olmuşdur. Şəxsin maşınına baxışda müdafiəçi, o, Əli, Əmrə və təhqiqatçı iştirak etmişlər. Ucar RPŞ-nin əməkdaşkları baxışda iştirak etməmişdir. Vəkilin şəxsin polis şöbəsinə aparılmasından nə qədər sonra gətirilməsini xatırlamır. Çoxsaylı tədbirlər keçirdikləri üçün hazırki iş üzrə bəzi məsələləri xatırlamır. Şəxsin saxlanılması yer haqqında xatırlamadığı üçün məlumat verə bilmir. Şəxsi saxladıqları vaxt hansı paltarları geyindiyini xatırlamır. Əməliyyat məlumatı ona daxil olmuşdur. Məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi, həmçinin satışı ilə məşğul olması göstərilmişdir. Əməliyyat məlumatı yoxlanılmışdır. Onlar şəxsə yaxınlaşanda da ona nə üçün yaxınlaşmaqlarının səbəbini izah etmişlər və şəxs də üzərində 2 bükümdə psixotrop maddənin olmasını bildirmişdir. Daxil olan məlumatın satışı ilə bağlı hissəsi öz təsdiqini tapmamışdır. Bununla bağlı heç nə müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən fiziki və ya psixi təsir və yaxun təzyiqlər olmamış, habelə qeyri-insani davranılmamışdır. Təqsirləndirilən şəxs ittihamda göstərilən əmələ görə məsuliyyətə cəlb olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı polis əməkdaşı ilə arasında problemlər olmasını bilmir. O, bu məsələni birinci dəfə burada eşidir. Təqsirləndirilən şəxs barədə ona hər hansı polis əməkdaşı heç nə deməmiş və heç nə xahiş etməmişdir. Heç bir polis əməkdaşı Təqsirləndirilən şəxsla bağlı hər hansı tədbir görülməsi ilə bağlı heç nə deməmişdir. Asifə qarşı işgəncə, qeyri-insan davranış kimi hallar olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, yoldaşı Asif onu xəstəliyi ilə əlaqədar Bakı şəhərinə aparırmış. Onlar Bakı şəhərinə gedən zaman polis əməkdaşı maşını saxlatmış və polislə narazılıq həmin vaxtdan yaranmışdır. Daha sonra, o, Bakı şəhərində xəstəxanada olduğu zaman Asif onun yanına gəldiyi zaman yenə eyni yerdə, yəni Nəvai postunda polislər ərini saxlatmışdır. Asif yol hərəkəti ilə bağlı qanun pozuntularının nə olmasını bilir və ona söhbət əsnasında onun polis əməkdaşları tərəfindən saxlanılan zaman qanun pozuntusuna yol vermədiyini bildirmişdir. İlk dəfə polis onları saxlayanda o, nə danışıqlar olmasını bilməmişdir. Çünki o, maşında əyləşmişdir. Asif növbəti dəfə Bakıya onu götürmək üçün gəldiyi zaman dostunun maşını ilə gəlmişdir. Həmin vaxt da Asifi saxlamışlar və yol polisi qanun pozuntusuna yol verilmədiyi halda Asifə yol hərəkəti qaydalarını pozduğunu bildirmişdir. Bundan sonra onların arasında söz-söhbət olmuşdur. O, olduğu xəstəxanada ona vaxt müəyyən etmişdirlər ki, həmin vaxtda əri onu xəstəxanadan çıxarmalıymış. Əgər deyilən vaxtda əri onu oradan çıxarmasa əlavə pul hesablanacaqmış. Çünki ora özəl xəstəxana olmuşdur. O da Asifə onu deyilən vaxtda götürməsini demişdir. Asif qanunları bildiyi üçün polislərlə mübahisə edirmiş. Asif 2-ci dəfə gələn zaman onu xəstəxanadan götürməyə tələsdiyi üçün polisə cərimə ilə bağlı 50 manat vermişdir. Asif bundan sonra bildirmişdir ki, polislər 1 həftə ərzində onu 2 dəfə yalandan saxlamışdır. O, həmin vaxtlar xəstəxanadan gəlmiş, narahat olmuş və Asifdən bu söhbətləri bağlamasını xahiş edirmiş. Asif bir çox şəxslərlə telefonla danışırmış. Səhv etmirsə, Asif yol polisi ilə bağlı cənab Prezidentə, birinci vitse prezidentə və daxili işlər nazirinə ərizə yazmışdır. Səhv etmirsə, Asif 9 martdan şikayətlər yazmağa başlamışdır. Asif telefon vasitəsilə və yazılı formada şikayətlər etmişdir. Daha sonra, evdə olduğu vaxtlarda eşidirmiş ki, Asiflə kimlərsə danışır və ondan yol polisindən etdiyi şikayətləri geri götürməsi tələb olunmuşdur. O da Asifdən şikayəti geri götürməsini xahiş edirmiş. Asif pulu əziyyətlə qazandığını və eləmədiyi qanun pozuntusuna görə polisə pul verdiyini bildirirmiş. Asif müharibədə də iştirak etmiş və çox əziyyətlər çəkmişdir. Asif müharibədən sonra özünü torpaqlarımızın işğaldan azad olunması ilə bağlı çox qürurlu hiss edirmiş. Prezidentimizin fəaliyyətindən Asif çox razılıq edir və hər şeyin daha yaxşı olacağını bildirirmiş. Asif bu məsələlərin qarşısında kiminsə rüşvət almasını qəbul edə bilmirmiş. Asif belə hallara etiraz edilməli olduğunu bildirirmiş. O da buna görə susurmuş. Bundan sonra, daha çox zənglər gəlməyə başlamışdır. Hətta evlərinə də adamlar gəlirmiş. Kənd məktəbinin direktoru Elxan müəllim də evlərinə gəlmişdir. O, ona Asifin evdə olmadığını bildirmişdir. Həqiqətən həmin vaxt Asif evdə olmamışdır. Başqa vaxt həyətlərində ayrı-ayrı şəxslərin Asifə şikayəti geri götürməyini dediklərini və əks halda özünə zərər olacağını bildirmələrini eşitmişdir. Asif isə şikayətini geri götürmək istəmirmiş. Asif bir az əsəbi insan olmuşdur, müharibədən sonra isə daha da əsəbi olmuşdur. Asif danışıqlarında haqlı olduğundan o, ona çox etiraz edə bilmirmiş. Asifə deyirlərmiş ki, onun başı ağrıyacaq, onun üçün yaxşı olmayacaq. O da Asifə bu məsələni qurtarmasını və şikayəti geri götürməsini demişdir. Asif ona 1 səs göstərmiş və bildirmişdir ki, 50 manatını qaytarsınlar, o da bu məsələni bağlayır. O bu məsələ ilə bağlı səsi ona göstərmiş və demişdir ki, 50 manatını verəcəklər, o da bu məsələni bağlayacaq. Bundan sonra nə baş verdiyini bilməmişdir. Məktəb direktoru Asiflə danışmışdır. Direktor ali təhsili insan olması və məktəb direktoru olmasına görə daha yaxşı danışıb Asifin fikirini dəyişə bilərmiş. O, Asifin telefonundan bəzi şeyləri öz telefonuna köçürmüşdür. O, düşünmüşdür ki, sabah hər hansı problem olacağı üçün narahatçılıq keçirdiyi üçün həmin məlumatları öz telefonuna köçürmüşdür. O, “Whatsapp”da olan bəzi səsləri öz telefonuna köçürmüşdür. O, X21 danışmasını həmin səslər vasitəsilə müəyyən etmişdir. X24 şikayəti götürməyi tələb edirmiş və qarşı tərəfin azyaşlı uşaqlarının olmasını bildirirmiş. X12rla pis olmamasını və şikayəti geri götürməsini xahiş edirmiş. X16 getdiyi xəstəxanada onun bacısı uşaqlarının işlədiyini və həkimlə bağlı işlərdə bir qardaş kimi köməyə hazır olmasını bildirmişdir. Onlar ayın 3-ü günü xəstəxanaya getməyə hazırlaşırlarmış, lakin onlara həkimin hazırda xəstəxanada olmaması barədə məlumat verilmiş və onlar hazırlığı dayandırmışlar. Asif bundan sonra traktorla işləməyə getmişdir. O, Asifi belə evdən yola salmışdır. Asif sonra ona iclas keçiridliyini və evə gec gələcəyini bildirmişdir. Daha sonra, Asif ona demişdir ki, o, Namiq Səmədov ona zəng edəndə ondan əl çəkməsini və onun özündən şikayət etdiyini demişdir. Asif bu barədə telefonla məlumat vermişdir. Asif ona tutulduğu gün günorta saat 12-nin yarısı radələrdə narahat olduğunu demişdir. Asif yenə çoxlu zənglər gəldiyini və narahat olduğunu bildirirmiş. Asif uşaqları qorumağını və onlara küçəyə çıxmağa icazə verməməyini xahiş etmişdir. Son dəfə bu danışıqdan sonra qayınanasının ağlaya-ağlaya gəldiyini görmüşdür. Qayınanası Asifin polislər tərəfindən tutulması barədə məlumat vermişdir. Qayınanasının bundan sonra ürəyi getmişdir. O, qardaşı Vüsala zəng edib Asifin tutulduğunu demişdir. Daha sonra, qaynı Arif ona zəng etmiş və Asifin tutulduğunu demişdir. O da ona xəbəri olduğunu demişdir. O, qardaşı ilə danışanda qardaşı ona “102” xidmətinə və “161” xidmətinə məlumat verməyini istəmişdir. O da belə etmiş və həmin xidmətlərə ərinin tutulması barədə məlumat vermişdir. O, zəng edəndə həmin xidmətlərə Asifin yol polisləri ilə problemləri olması barədə də məlumat vermişdir. Verilmiş suallara cavab olaraq əlavə Şahid2 bildirmişdir ki, o, Asifin telefonunda olan yazışmaları və səs yazılarını öz telefonuna yönləndirmişdir. O, Namiq müəllimə zəng vurmuş və Asifin onunla danışmasından məlumatının olduğunu bildirmişdir. O, Namiq müəllimə Asifin 3 uşağının olduğunu, onun tutulduğunu və bunun düzgün olmadığını bildirmişdir. Namiq müəllim Asifin tutulmasından xəbəri olmadığını bildirdi. Namiq müəllim başqa məsələyə görə Asifin tutula biləcəyini bildirdi. O, Asifin heç kimlə problemi olmadığını bildirmişdir. O, Asif tutulandan sonra DYP-yə getmişdir. O, orada Namiq Səmədovun qəbulunda olmuşdur. O, Asifin narkotik vasitə istifadəçisi olmadığını bildirmişdir. O, xəstə olduğunu və himayəsində 3 uşaq olduğunu bildirmişdir. O, orada ərizə təqdim etmişdir. O, Asifin azad olunacağı təqdirdə onun heç vaxt yol polisindən şikayət verməyəcəyinə cavabdeh olduğunu bildirmişdir. Namiq müəllim ərizəni qəbul etmişdir. Namiq Səmədov ona bildirmişdir ki, Asifə kömək olunması üçün Ramiz Zeynalova məlumat verəcəkdir. O, ona görə ondan razılıq etmişdir. Namiq müəllim ona narahat olmamağını və bu məsələni yoluna qoyacağını bildirmişdir. O da həmin şəxsin onunla yaxşı danışması səbəbilə ondan razı qalmışdır. Asiflə 2007-ci ildə ailə qurmuşdur. Həmin vaxtdan bəri Asifin narkotik vasitə və ya psixotrop maddə istifadə etməsi barədə məlumatı olmamış və belə hallarla heç vaxt qarşılaşmamışdır. Asif 44 günlük müharibəyə qədər normal insan kimi bəzən əsəbləşirmiş. Ümumi olaraq Asif gözəl həyat yoldaşı və ailə başçısı olmuşdur. Müharibədən sonra bəzən orada olan prosesləri xatırlayır və əsəbləşirmiş. Asif müharibədən sonra daha çox səbirsiz olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, 03 aprel tarixində saat 11-12 radələrində Asif mağazanın qarşısına gəlmiş. Asiflə mağazanın qarşısında biraz söhbət etmişlər. Bundan sonra Mənsur gəlmişdir. O özü mağaza işlədir. Mənsur da gündəlik Ucar rayonuna gedib-gəlirmiş. Buna görə də, Mənsura mağazaya lazım olan məhsulların siyahısını vermişdir. Mənsurla mağazada pul alış-verişi edirlər. Elə bu vaxt Asif mağazaya daxil olmuşdur. Üstündən çox keçməmiş içəri tanımadıqları şəxslər daxil olmuşdur. Daxil olan şəxslər Asifin hər iki əlindən tutmuşlar. Asif onu tutan şəxslərə özlərini təqdim etmələrini tələb etmişdir. Ancaq həmin şəxslər özlərini təqdim etmədən zorla Asifi mağazadan çıxarmağa çalışmışlar. Asif mağazanın qapısını qoruyan dəmirlərdən yapışıb getmək istəməmiş. Asif həmin şəxslərin kim olmaları barədə və onu hara aparmaları barədə suallar versə də kimsə ona cavab verməmişdir. Gələn şəxslər dirsəkləri ilə Asifin qollarına vuraraq zorla onu maşına tərəf aparmış və sonra Asifi maşına qoyub aparmışlar. Verilmiş suallara cavab olaraq əlavə şahid X13 bildirmişdir ki, gələn şəxslər Asifi maşına qoyduqdan sonra, mağazaya daxil olub nəzarət kameralarının yaddaş qurğusunu söküb aparmışlar. Kamera mağazanın çölünü və içini çəkir. İçəridə 3 ədəd kamera olmuşdur. Gələn şəxslər kameraları aparmamışlar. Sadəcə kameraların yaddaş qurğusunu söküb aparmışlar. Həmin vaxt etiraz etmişdir. Ancaq ona heç bir məlumat verməmişlər. O da Asifin qardaşına zəng edib hadisə barədə məlumat vermişdir. Bir müddət sonra Asifin atası gəlmiş və “102” qaynar xəttinə zəng edib hadisə barədə məlumat vermişdir. Yaddaş qurğusunun aparılması barədə “102” qaynar xəttinə zəng olunmuşdur. Asifin atası bu barədə məlumat vermiş və o da telefonda təsdiq etmişdir. “102” Xidməti yaddaş qurğusunun aparılması barədə ona məlumat verməmişdir. Asifin atası vermişdir. O da həmin vaxt orada olmuşdur. Gələn şəxslər mülki geyimdə olduqları üçün, onların polis əməkdaşı olduqlarını bilməmişlər. Həmin şəxslər müəyyən vaxt sonra gəlmişlər. Həmin vaxt küçədə heç kim olmamışdır. Sonra ona mağazanı bağlayıb ərazidən uzaqlaşmağını bildirmişlər. O da mağazadan kənarlaşmışdır. Həmin şəxslərin ərazidə nə etdiklərini görməmişdir. Çünki onu oradan uzaqlaşdırmışlar. Səhv etmirsə mağazaya 2 nəfər şəxs daxil olmuşdur. Qalanları küçədə gözləyirmişlər. Daxil olan şəxslər maska taxmamışlar və mülki geyimdə olmuşlar. Həmin şəxsləri birinci dəfə orada görmüşdür. Mağazanın içində Mənsur və o, olmuşdur. Mənsura pul sayıb verən vaxt Asif içəri daxil olmuşdur. Bir qədər sonra həmin şəxslər içəri daxil olub Asifi zorla aparmışlar. Hadisə vaxtı səhv etmirsə küçədə Sənan və Sahil adlı şəxslər olmuşdur. Sənan və Sahil onların kənddə yaşayırlar. Asifi aparan şəxslər 2 maşınla gəlmişdirlər. Maşınlardan biri qara rəngli “Mercedes” markalı maşın olmuşdur. Digər maşın ağ rəngdə olmuş, lakin markasını xatırlamır. Gələn şəxslər özlərini təqdim etməmiş və Asifi nə üçün apardıqları barədə heç bir məlumat verməmişlər. Gələn şəxslər Asifin qollarından yapışıb zorla maşına tərəf aparmaq istəmişlər. Asif mağazanın qapısını qoruyan dəmirlərdən yapışmışdır. Həmin şəxslər Asifin qollarına vurmuşlar. Sonra Asifi zorla maşına aparmışlar. Mənsur gəlməzdən əvvəl Asiflə mağazanın qarşısında söhbət etmişdir. Həmin vaxt Asifin mobil telefonuna iki dəfə gizli nömrədən zəng gəlmişdir. Asif isə cavab verməmişdir. “102” qaynar xəttinə Asifin atası zəng etmişdir. Gələn şəxslər kameranın yaddaş qurğusunu götürmüşlər. Müstəntiq onu dindirməmişdir. İbtidai istintaq zamanı onu heç kim dəvət etməmişdir. Kameranın yaddaş qurğusunu aparan şəxslər, yaddaş qurğusunu birdə geri gətirməmişlər. Öz kəndində polis işləyən əməkdaşlara yaddaş qurğusunun geri gətirilməsi barədə müraciət etmişdir. Ancaq ona heç bir cavab verməmişdir. Asifi aparıldıqdan bir müddət sonra kənddə xəbər yayılmışdır ki, Asifi polis əməkdaşları aparmışlar. Asifə gizli nömrədən 2 dəfə zəng gəlmişdir. Asif telefonu ona uzatmışdır ki, al gör bu nə zəngdir. Asifin telefonlarına cavab vermir. Asifə gizli nömrədən zəng gəlmişdir. Asif telefonu açmış və zəng edən şəxs cavab verməmişdir. İkinci dəfə zəng gələndə Asif telefonu ona vermişdir. Asifi kəndçi kimi tanıyır. Asiflə salam-sağolu olmuşdur. Asifi 3 ilə yaxındır tanıyır. Asifi toyda bayramda görürmüş. Gələn şəxslər Asifi aparan vaxt qorxudan bir küncdə dayanıb qalmış və hərəkət etməmişdir. Asif getdikdən sonra polis şöbəsinə zəng edib məlumat verməmişdir. Asifin qardaşına zəng edib hadisə barədə məlumat vermişdir. Çünki ilk ağlına gələn Asifin qardaşı olmuşdur. Asifin qardaşının adı Arifdir. Asifin qardaşı ilə bir kəndçi kimi salam-sağolu vardır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ucar rayonundan kəndə qayıdırmış. Mağazanın qarşısında dayanıb mağazaya daxil olmuşdur. Həmin vaxt Asifdə mağazanın qarşısında olmuşdur. Eyni vaxtda Asiflə dalqabaq mağazaya daxil olmuşlar. Girdikləri anda mağazaya tanımadıqları şəxslər daxil olmuşlar və Asifi tutmuşlar. Asif gələn şəxslərə kimsiniz deyə səslənmiş, lakin onlar heç bir cavab verməmişlər. Bundan sonra Asifi zorla aparmağa çalışmışlar. Asif isə müqavimət göstərirmiş, getmək istəmirmiş və əlini mağazanın qapısının dəmirindən bərk-bərk tuturmuş. Gələn şəxslər zor tətbiq edərək Asifi maşına əyləşdirib aparmışlar. Verilmiş suallara cavab olaraq əlavə şahid X9 bildirmişdir ki, mağazada kameralar olmuşdur. Gələn şəxslər kameranın yaddaş qurğusunu söküb aparmışlar. O, gündəlik Ucar rayonuna bazara gedib-gəlir. Gələndə mağazaya ərzaq gətirmişdir. Hadisə həmin vaxt baş vermişdir. Mağazada Asiflə ondan başqa Rahil olmuşdur. Gələn şəxslər polis geyimində olmamışlar. Üzləri açıq və mülki geyimdə olmuşlar. Gələn şəxslər özlərini təqdim etməmişlər. Asif gələn şəxslərə kim olduqlarını soruşmuş, lakin heç bir cavab gəlməmişdir. Asif dəfələrlə kimsiniz deyə qışqırmağa başlamışdır. Gələn şəxslər 2-3 nəfər olmuşdur. Gələn şəxslər ağ rəngdə maşınla gəlmişlər. O, maşından düşüb mağazaya girən vaxt Asif mağazanın qarşısında olmuşdur. Səhv etmirsə, mağazaya ilk əvvəl o, girmiş, onun arxasınca isə Asif daxil olmuşdur. Onlar mağazaya daxil olan vaxt Rahil mağazada olmuşdur. Onlardan başqa mağazanın qarşısında kəndçilər olmuşdur. Həmin şəxslərin adlarını bilmir. Hadisə 12-13 radələrində baş vermişdir. Asifi 5 dəqiqə ərzində zorla aparmışlar. O da oradan çıxıb getmişdir. O, çıxıb getdikdən sonra heç nə görməmişdir. Asiflə eyni kənddə yaşayırlar. Asiflə münasibəti bir kəndçi kimi normaldır. Asiflə qohumluğu yoxdur. İbtidai istintaq zamanı müstəntiqə ifadə verməmişdir. Müstəntiq onu dindirməmişdir. Onu dindirməsi üçün polisə müraciət etməmişdir. O, maşından düşüb mağazaya girən vaxt Asif mağazanın qarşısında olmuşdur. O, mağazaya daxil olan vaxt Asifdə mağazaya daxil olmuşdur. Mağazada o, Asif və Rahil olmuşdur. Onlar mağazaya daxil olan vaxt əməkdaşlar içəri daxil olub Asifi tutmuşlar. Mağazaya gələn şəxslər heç nə demədən Asifi tutmuşlar. Gələn şəxslər Asifin qolundan tutub dartmağa başlamışlar. Bir nəfər əməkdaş içəri daxil olmuş və sonra onun arxasınca 1 və ya 2 nəfər içəri daxil olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində ona 02 aprel 2024-cü il tarixində əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat baş idarəyə raportla məruzə olunduqdan sonra, baş idarə tərəfindən əmr verilmiş və əmr əsasında əməliyyat qrupu yaradılmışdır. Qrupa o, Hüseyn, Babək və Əli Kazımov daxil olmuşdur. Bundan sonra 03 aprel 2024-cü il tarixdə təxirəsalınmaz tədbir keçirmişlər. Saat təxminən 12 radələrində Ucar rayonu Qazıqumlaq kəndi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs qərarla tanış edib, polis şöbəsinə dəvət etmişlər. Daha sonra şəxs vəkillə təmin olunmuşdur. Bundan sonra videoçəkilişlə şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. Aşkar olunan maddə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Bundan başqa şəxsin mobil telefonu götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs ekskovatoruna baxış keçirilmişdir. Baxış zamanı ekskovatordan qeyri-qanuni heç nə aşkar olunmamışdır. Verilmiş suallara cavab olaraq əlavə şahid X20 bildirmişdir ki, qrupa o, Hüseyn, Babək və Əli Kazımov daxil olmuşdur. Babək əməliyyatçı deyil, təhqiqatçıdır. Təqsirləndirilən şəxsi kənd ərazisində yolun kənarında saxlamışlar. Şəxs yolun kənarı ilə gəzirmiş və həmin vaxt onu saxlamışlar. Əməliyyat tədbiri baş idarəyə məxsusdur. Polis idarəsi ilə birgə tədbir keçirməmişlər. Şəxsi saxladıqları yerdə ağaclar olmuşdur. Şəxsi saxladıqları yerdə obyekt və ya qatar yolu olduğunu xatırlamır. Şəxs onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsin üzərinə yerində baxış keçirməmişlər. Çünki şərait əlverişli olmamışdır. Ətrafda mal-qara və toz-torpaq olmuşdur. Ona görə şəxsi axtarışı polis şöbəsində keçirmişlər. Təqsirləndirilən şəxsi gündüz vaxtı saxlamışlar. Şəxsi 03 aprel 2024-cü il tarixdə saxlamışlar. Şəxsi saxladıqları vaxt ətrafda ondan baqşa heç kimi görməmişlər. İlk əvvəl vəkil gəlmişdir. Vəkillə konfidensial görüşə şərait yaradılmış və bundan sonra şəxsi axtarış keçirilmişdir. Videoçəkilişi kimin apardığını hazırda xatırlamır. Videoçəkiliş zamanı eyni əməliyyatçılar iştirak etmişdir. Videoçəkilişdən əvvəl şəxsə heç bir təzyiq olunmamışdır. Ümumiyyətlə şəxsə heç bir təzyiq olunmamışdır. Əməliyyat məlumatının məzmunu narkotik vasitənin dövriyyəsi ilə bağlı olmuşdur. Dövriyyəni təsdiq edən heç bir hal aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin vəkilinin adını hazırda xatırlamır. Təqsirləndirilən şəxs nömrə götürülmüş, lakin təhqiqatçının şəxsin yaxın qohumuna zəng edib məlumat verdiyini xatırlamır. Ola bilsin ki, həmin vaxt o, otaqda olmamışdır. Ekskovatora baxış keçirilmiş və qanunsuz heç nə aşkar edilməmişdir. Şəxsin evinə baxış keçirməmişlər. Onlar təxirəsalınmaz tədbir keçirmişlər. Bildikləri şəxsin özü və texnikası olmuşdur. Ona görə də, şəxsin üzərinə və sürdüyü texnikaya baxış keçirmişlər. Şəxsin başqa maşını olduğunu bilmirmiş. Qrup rəhbəri o, olmuşdur. Əlbəttə Ucar rayon polis şöbəsi tədbir keçirə bilərmiş, lakin məlumat ona daxil olmuşdur. O da raportla rəhbərliyə məruzə etmişdir. Rəhbərlikdə göstəriş vermişdir ki, tədbiri baş idarə keçirsin. Şəxs saxlanılan zaman təzyiq və təsirə məruz qalmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddəni “Patı” olaraq adlandırmış və həmin maddəni kənd ərazisində yolun kənarında taparaq istifadə məqsədilə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs heç nəyə etiraz etməmişdir. Onunla gedən əməliyyatçıların arasında saçı olmayan olmamışdır. Əməliyyat məlumatı ona daxil olmuşdur. Raportla rəhbərliyə özü məruzə etmişdir. Əməliyyat qrupuna o, rəhbərlik etmişdir. Bu işlə bağlı əməliyyat-qeydiyyat işi açılıb-açılmadığını bilmir. Əməliyyat qrupuna rəhbərliyi Hüseyn etmişdir. Ola bilsin ki, qarışdırmışdır. Təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra qərarla tanış edib, polis şöbəsinə dəvət etmişlər. Şəxs onlara müqavimət göstərməmişdir. Ümumiyyətlə şəxsə təzyiq olunmamışdır. Bu işlə bağlı ona əməliyyat tapşırığı daxil olmamışdır. Təqsirləndirilən şəxsə tərəflərindən fiziki təsir göstərilməmişdir. Şəxsin hansı şəraitdə xəsarət aldığı barədə məlumatı yoxdur. Şəxsin vurğuladığı hallar əsassızdır. Şəxsə təzyiq göstərilməmişdir. Şəxsin vəkillə konfidensial görüşünə şərait yaradılmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə günü keçid növbətçisi olmuşdur. Həmin günü qatar keçirmiş. Həmin vaxt qarşıdakı maşında olan şəxs keçidi açmağını bildirmişdir. O da keçidin birini açmışdır. Sonra digərini açmağını istəmişdir. O da demişdir ki, digər keçid avtomatik açılır. Bundan sonra həmin maşında olan adam düşüb qaçmağa başlamışdır. O da yuxarı çıxmışdır. Birdə eşitmişdir ki, Asif qışqırır ki, “102” qaynar xəttinə zəng edin, məni aparırlar. Bundan sonra aşağı düşən vaxt maşının çıxıb getdiyini gördüm. Verilmiş suallara cavab olaraq əlavə Şahid3 bildirmişdir ki, o, Ucar rayonu Qazıqumlaq kəndində keçid növbətçisi işləyir. Asifin aparıldığı yerlə onun olduğu yer arasında 50 metr məsafə olmuşdur. Asif mağazanın qarşısından aparılmışdır. Keçidə yaxınlaşan maşın ağ rəngli olmuşdur. Maşın saxlamış və keçidi açmağını bildirmişdir. Həmin şəxs mülki geyimdə olmuşdur. Maşının nömrəsini xatırlamır. Maşında olan şəxslərdən biri maşından düşüb mağazaya tərəf qaçdı. Gələnlərin neçə nəfər olduğunu görməmişdir. O, aşağı düşən vaxt Asifi maşında görmüşdür. Hansı şəraitdə maşına mindirdiklərini görməmişdir. Mağazanın qarşısında ağ və qara rəngli maşın olmuşdur. Asifi hansı maşında apardıqlarını bilmir. Polis maşını hadisə yerinə sonradan gəlmişdir. Asifi aparandan sonra hadisə yerinə polis maşını gəlmişdir. Asif qışqırmış və yardım istəmişdir. Asif qışqıraraq “102” qaynar xəttinə zəng edin demişdir. O, “102” qaynar xəttinə zəng etməmişdir. Asifi apardıqdan sonra ətrafdakı insanların nə dedikləri barədə məlumatı yoxdur. Asif mağazada olmuşdur. O, Asifin maşına mindiyi anı görməmişdir. O. Asifi görməmiş, səsini eşitmişdir. Onun olduğu yerdən mağaza ümumiyyətlə görünmür. Maşından düşən şəxs mağazaya doğru qaçmağa başlamışdır. Maşından düşən şəxsin mağazaya daxil olduğunu görməmişdir. Maşından düşən şəxs mağazaya doğru qaçmışdır. 5-6 dəqiqə sonra Asif qışqırmağa başlamışdır. Maşından düşüb qaçan şəxsdən sonra, həmin düşdüyü maşın da mağazaya tərəf getmişdir. Keçidə yaxınlaşan maşın ağ rəngli və hündür maşını olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, hadisə günü saat 11-12 radələrində piyada mağazaya siqaret almağa gedirmiş. Həmin vaxt mağazanın qarşısında Asif olmuşdur. Asiflə 5-10 dəqiqə mağazanın qarşısında dayanmışlar. Biraz qarşıda qara maşın dayanmışdır. Həmin vaxt Asifə gizli nömrədən 2 dəfə zəng gəlmişdir. Asif telefonu açmış, ancaq səs gəlməmişdir. Bundan sonra Asif mağazaya daxil olmuşdur. Elə onun arxasınca qara maşında əyləşən şəxslər maşından düşüb mağazaya daxil olmuşlar. Daha sonra mağazadan qışqırıq səsləri gəlmişdir. Səhv etmirsə Asif “102” qaynar xəttinə zəng edin deyə qışqırmağa başlamışdır. Daha sonra əli ilə mağazanın qapısından yapışmışdır. Gələn şəxslər Asifin qoluna vurub maşına doğru aparmışlar. Bu vaxt hadisə yerinə ağ rəngli maşın yaxınlaşmış və Asifi maşına əyləşdirib aparmışlar. Sonra mağazanı işlədən şəxs Asifin atasına zəng etmişdir. 5-10 dəqiqə sonra hadisə yerinə Asifin atası yaxınlaşmışdır. Sonra o, çıxıb getmişdir. Verilmiş suallara cavab olaraq əlavə şahid X17 bildirmişdir ki, hadisə yerində mağaza olmuşdur. Mağaza Rahilgilə məxsusdur. Mağazanın yanından dəmiryolu keçir və orada keçid vardır. Həmin günü keçid növbətçisi Əvəz olmuşdur. 3 nəfər maşından düşüb mağazaya daxil olmuşlar. Ağ rəngli maşın hündür olmuşdur. 3 nəfər mağazaya daxil olmuş və mağazadan Asifin qışqırıq səsləri gəlməyə başlamışdır. Sonra Asifi aparmağa çalışmışlar. Asif mağazanın qapısından yapışmış və getmək istəməmişdir. Sonra zorla Asifi maşına aparmışlar. Asifi 2 nəfər tutmuşdur. Biridə onların arxasınca gəlirmiş. Ona heç kim yaxınlaşmamışdır. Gələn şəxslərin Asifə özünü təqdim etdiklərini görməmişdir. Gələn şəxslər mülki geyimdə olmuşdur. Gələn şəxslərin ətrafdakı insanlarla danışdıqlarını görməmişdir. Mağazanın yanında qara maşın olmuşdur. Mağazanı işlədən Asifin atasına zəng etmişdir. Mağazanın ətrafında kameralar olmuşdur. Asiflə həmkəndlidir. İbtidai istintaq zamanı ifadə verməmişdir Asiflə qohumluğu yoxdur. Asiflə 4 kilometr yaxınlıqda yaşayır. Asiflə salam-sağolu olmuşdur. Çünki onu dəvət etməmişlər. Asifin atası “102” qaynar xəttinə zəng etmişdir. O, mağazanın qarşısına gələn vaxt artıq qara maşın orada olmuşdur. Mağazanın yanında Asiflə dayanmışdır. Asifə zəng gəlmişdir. Qara maşından 2 nəfər düşüb mağazaya daxil olmuşdurlar. Sonra bir nəfər qaçaraq gəlmişdir. Onun arxasınca ağ maşın gəlmişdir. Ağ maşından adamlar düşdüyünü görməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 03 aprel tarixində böyük oğlu ona zəng edib, Asifin tanımadığı şəxslər tərəfindən aparıldığını bildirmişdir. O da maşına əyləşib dərhal hadisə yerinə getmişdir. Mağazanı işlədən şəxs yanına gələrək, Asifin tanımadığı şəxslər tərəfindən aparıldığını qeyd etmişdir. Həmin şəxs Asifi aparan şəxslərin qara rəngli maşın və ağ rəngli “Nissan” markalı maşınla gəldiklərini bildirmişlər. Mağazanı işlədən şəxs bildirmişdir ki, onun yanında Asifə iki dəfə gizli zəng gəlmiş, üçüncü dəfə zəng gələn vaxt Asif telefonu açmış, həmin vaxt maşında olan şəxslər Asifin üstünə gəlmiş və ona zor tətbiq edərək maşına əyləşdirib aparmışlar. O da orada dərhal “102” qaynar xəttinə zəng edib, hadisə barədə məlumat vermişdir. 10-15 gün sonra ona cavab məktubu gəlmişdir ki, oğlu narkotiklə bağlı həbs olunub. Verilmiş suallara cavab olaraq əlavə şahid X4 bildirmişdir ki, Rahil “102” qaynar xəttinə zəng etməmişdir. “102” qaynar xəttinə o, zəng etmişdir. Rahil demişdir ki, “102” qaynar xəttinə zəng edən vaxt, onun marketində olan kameraların polis əməkdaşları tərəfindən aparıldığını da qeyd etsin. O da bu barədə “102” qaynar xəttinə məlumat vermişdir. Hadisə günü oğlunun saxlanılması ilə bağlı ona Ucar rayon polis şöbəsindən zəng gəlməmişdir. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur. “055” mobil operator kodu ilə başlayan nömrəsi yoxdur. İbtidai istintaq dövründə dindirilməmişdir. 2 gün sonra oğlunun həbs olunduğunu bilmişdir. “102” qaynar xəttindən ona gələn məktubda kamera görüntüləri ilə bağlı heç bir qeyd olmamışdır. Məktubda yalnız oğlunun narkotiklə bağlı həbs olunduğu yazılmışdır. Asifin polis əməkdaşları ilə aralarında narazılıq olduğunu bilirmiş. Yol polis əməkdaşları Asifi maşında saxlamış və onu qanunsuz cərimə etmişlər. Asifdə həmin yol polis əməkdaşları ilə bağlı şikayət ərizəsi yazmışdır. Asifə bəzi yerlərdən zəng gəlmişdir ki, həmin ərizəni gedib götürsün. Asifdə haqsız yerə cərimələndiyi üçün ərizəni götürməmişdir. Asifin 50 manat pulunu almışlar. Sonra həmin pulu geri qaytarmışlar. Daha sonra bu hadisələr baş vermişdir. Oğluna bir-iki dəfə demişdir ki, gedib həmin ərizəni götürsün, yoxsa axırı pis olacaqdır. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, 196/MEŞ saylı ekpert rəyini o, tərtib etmişdir, və həmin rəyi müdafiə edir. Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdə tibbi müayinədən keçirilmiş, aşkar olunan xəsarətlər sol saidin qançırı, sol baldırda isə açıq qəhvəyi rəngli qartmaq olmuşdur. Xəsarətlərin törəmə müddəti 04 aprel 2024-cü il tarixdən 6-8 gün əvvələ uyğun gəlmişdir. Həmin xəsarətlər sağlamlığına zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin olunmamışdır. Verilmiş suallara cavab olaraq əlavə şahid X18 bildirmişdir ki, təqsirləndirilən şəxsi müayinədən keçirmişdir. Xəsarətlər sol saidin qançırı və sol baldırın sıyrığı olmuşdur. Hər iki xəsarət şəxsin əli çatan nahiyyəsindədir. Xəsarətləri şəxsin özü də yetirə bilərmiş, küt əşyanın təsirindəndə yarana bilərmiş. Şəxsi canlı müayinədən keçirmişdir. Onlara tibbi yardım üçün müraciət olunmamışdır. Şöbəyə girəndə sağdan ikinci otaq ona məxsusdur. Düzdü onların yer Yasamal rayonunda yerləşir. Xəsarətlər 6-8 gün əvvələ məxsusdur. Qançırın yaranma müddəti, onun rənginə, ölçüsünə və digər xarakterik xüsusiyyətlərinə görə hesablanır. Qançır ilk növbədə dəri içi və dəri altı yumuşaq toxumalarda cırılmış damarların qan sızması deməkdir. Qan orada toplandıqdan sonra ilk əvvəl qırmızı rəng, sonra göyümtül rəng, sonra bənövşəyi rəng, sonra yaşıl rəng və ən son sarımtıl rəng olur. Bunların parçalanma müddətləri vardır. Bu müddətə uyğun olaraq onlar təyin edirmiş ki, bu qançır nə qədər müddət əvvələ aiddir. Xəsarətlərin şəklini çəkib rəydə göstərməmişdir. Nizamnamədə belə hal nəzərdə tutulmamışdır. Şəkil çəkmək qadağan deyil. Rəyin müayinə hissəsində onlar xəsarətləri təsvir edirlər. Xəsarətin ölçüsü, rəngi və forması nəticəvi hissədə təsvir olunur. Əgər ekspert rəyi inandırıcı deyilsə, təkrar ekspertiza təyin oluna bilər. Əməliyyatçı onlardan rəy götürə bilməz. Onlar polisi müayinə etmirlər, onlar vətəndaşı müayinə edirlər. Müayinə 1 il əvvəl aparılmışdır. Xəsarətlərlə bağlı təqsirləndirilən şəxsdən nə isə soruşduğunu açığı xatırlamır. Lakin vətəndaş xəsarətlərin hansı şəraitdə yarandığını qeyd etsəymiş, onlar onu rəydə göstərərmişlər. Onlar protokol tərtib etmir. Onlar müayinəni aparırlar, nə tapsalar rəydə qeyd edirlər. Qatmağı onlar müayinə hissəsində yazır, və xəsarətin tam özündən nəticə çıxarırlar. Sıyrıqlarda ümumiyyətlə qatmaq olmur. Sıyrıq qırmızı rəngdə olur. Sadəcə qan elementləri götürülür. Bir-neçə saatdan sonra sıyrıq qabıq formasında qartmaq bağlayır. Artıq bir gündən sonra tünd qırmızı rəng alır. Gün keçdikcə tünd qəhvəyi rəng alır. Sonra açıq rəngə çevrilir. Ən sonda mərkəzi hissədən qopur və epidermisdə çəhrayı rəngli sahələr qalır. O, da hardasa 15 gün və ya 1 aya qədər davam edə bilər. Sonra yavaş-yavaş sovrulub gedir və bədəndə hər-hansı iz qalmır. Sıyrıq və qançır barədə bildirdikləri tibbi məlumatlardır. Bütün məlumatlar toplanır və onların biliklərinə əsasən qiymətləndirilir. Sıyırığın rənginin dəyişməsində insan xüsusiyyətləri fərqlilik təşkil edir. Boy, çəki və bədən quruluşu hamısı nəzərə alınır. Şəkil çəkib rəyə əlavə olunması əsasnamədə nəzərdə tutulmamışdır. Şəkil çəkməklə bağlı qadağa yoxdur. Onların şəkil çəkmək kimi məcburiyyətləri yoxdur. Meyitin müayinəsinə dair rəylərində belə bir məcburiyyət vardır. Canlı şəxslərin müayinəsinə dair rəylərdə isə yoxdur. Onlarda qərar və tibi sənədlərin surəti saxlanılır. Şəkil çəkmək kimi qadağa yoxdur, lakin elə bir məcburiyyətdə yoxdur. Onlar şəkli əlavə edə bilərlər. Bu ekspertin şəxsi istəyinə bağlıdır. Onlar öz biliklərinin əsasında apardıqları müayinələri nəyləsə sübut etmək məcburiyyətində deyillər. Şəxs istintaq təcridxanasına daxil olan vaxt müayinədən keçirilməli, xəsarətin rəngi, ölçüsü və forması qeyd olunmalıdır. Rəyin müayinə hissəsində qartmaqla bağlı məlumat vermişdir. Tam, ətraflı olaraq təsvir olunmuşdur. Qartmaq bir gün ərzində artıq formalaşmağa başlayır. 7-10 gün ərzində dəridə qala bilər və qopa bilər. Ölçü çox böyükdürsə sağalma müddəti gec olur. Rəydə qeyd etmişdir ki, qartmaqlar açıq qəhvəyi və kövrəkdir. Kövrək o deməkdir ki, artıq qopmağa meyillidir. Bu o deməkdir xəsarət 6 gündən əvvələ məxsusdur. Qatmaq ilk saatlarda qırmızı rəngdə olur. Sonra rəngi dəyişir. Qatmaq bir gün ərzində qırmızı və göyümtül rəngdə ola bilər. Yüngül zərbələrdə qançır formalaşmır və bir gün ərzində keçib gedə bilir. Heç bir-neçə saat keçmir. Onlar nəyi görürüksə rəyə qeyd edirlər. Xəsarət ayın 3-ə aid olsaydı onlar orada tünd qırmızı rəngli qatmaq görəcəklərmiş. Penitensiar xidmətdə xəsarətin ölçüsünə gözucu baxırlar. Onlar isə faktiki olaraq xəsarəti ölçürlər. Şəxsin xəsarətini ölçmüşlər. Meyit rəylərində sxem, cədvəl və şəkil əlavə olunur. Canlı şəxslərdə isə buna məcburiyyət yoxdur. Əsasnamədə canlı şəxslərə münasibətdə şəkil əlavə olunsun və ya olunmasın deyə bir şey yazılmamışdır. Rəng ola bilər ki, böyük xəsarətlərdə vaxt keçdikcə dəyişə və həcmi azala bilər, lakin kiçik xəsarətlərdə az miqdarda dəyişər və genişlənə bilər. Qançırlar sovrulan olur. Qançır kiçik ölçülürdürsə dəri səthində yayılmır və ümumi sovrulub gedir. Əksər hallarda qançırda ölçü böyüməsi müşahidə olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 02 aprel 2024-cü il tarixli raportdan görünür ki, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Asif” adlı şəxsin qanunsuz olaraq külli miqdar narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilir. Həmin şəxsin xx.xx.1986cı ildə Ucar rayonunda anadan olmuş, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 01, iş vər. 04). 02 aprel 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). 03 aprel 2024-cü il tarixli raportdan görünür ki, həmin gün saat 12:05-də Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Ucar rayonu, Qazıqumlaq kəndində olduğu zaman saxlanılaraq Ucar Rayon Polis şöbəsinə aparılmışdır (cild 01, iş vər 9). 03 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cild 01, iş vər. 20). 03 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin gün saat 12:05-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər.21). 03 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (cild 01, iş vər. 29). 03 aprel 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş CD diskdən görünür ki, həmin tarixdə saat 13:40-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Təqdim edilmiş 02 ədəd sellofan bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Aşkar edilmiş 02 ədəd sellofan büküm götürülmüşdür (cild 01, iş vər. 31-33). 03 aprel 2024-cü il tarixli “baxış və götürülmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Tveks Ek-12” markalı,. Qeydiyyat nömrəsiz ekskavatora baxış keçirilmiş və baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir (cild 01, iş vər. 38-40). 04 aprel 2024-cü il tarixli “məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xəsarətlərin olub-olmamasının müəyyən edilməsi qərara alınmışdır (cild 01, iş vər. 65). 04 aprel 2024-cü il tarixli 3-16-16/2-6/1821 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi və “ Təqsirləndirilən şəxs Vəliyəddin oğlundan aşkar edilmiş 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, dörd-imza, Qablaşdırıldı: B.Haqverdiyev –imza...” yazı əlavəsi qeyd edilmiş, bir ədəd kağız zərfdəki 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri- 6.058 qram, -6.467 qram, ümumi təmiz çəkisi- 12,525 qram ağ rəngli kristallardan ibarət maddələr rənginə və tərkibindəki kimyəvi komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01, iş vər. 71-75). 05 aprel 2024-cü il tarixli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)- 456/2024 nömrəli qərarından görünür ki,. Təqsirləndirilən şəxs barəsində müddəti 04 ay həddində olmaqla “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 aprel 2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər. 122-126) . 15 aprel 2024-cü il tarixli, 5(063)-31/2024 nömrəli Ucar Rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 02 aprel 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir (cild 01, iş vər. 134-135). 15 may 2024-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 12,425 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 01, iş vər. 152-153). 16 may 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ucar Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 il 06 ay azadlıqdan məhrumetmə 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə cəza növü seçilmişdir. Məhkəmənin müvafiq hökmünə əsasən Təqsirləndirilən şəxs cəza çəkmiş və cəzasının çəkib qurtardığı vaxtdan 02 il müddətdən artıq müddət keçmişdir. Buna görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab edilmişdir (cild 01, iş vər. 161-162). 17 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin qərarından görünür ki,. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə göstərdiyi xüsusatlar üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir (cild 01, iş vər. 174-176). 23 may 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 1/2313 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 (on) ildə stasionar müalicə üçün bakı şəhəri 2 nömrəli X3 müraciət etməmişdir (cild 01, iş vər. 182). 25 may 2024-cü il tarixli, 6701 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 01, iş vər.184). 07 iyun 2024-cü il tarixli "xxxx" MMC-in məktubuna əlavə olunmuş CD diskdə olan SMS məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı bir mesaj aşkar edilməmişdir (cild 01, iş vər. 185- 187). 04 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X25 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 2160 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Kərimov X5 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər.188-189). 19 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X28 məhkəmə-tibbi ekspertizasının 1309K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin aşkar edilmişdir (cild 01, iş vər.190-193). 02 may 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 PHŞ-in 196/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər sol saidin qançırı, sol baldırın sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyələrinin küt əşyalara çırpılması və ya həmin nahiyələrə küt əşyaların dəyməsi nəticəsində yarana bildiklərindən dəqiq olaraq hansı şəraitdə yaranmaları hüquqi müstəvidə aydınlaşdırıla bilər (cild 01, iş vər. 194-197). 29 may 2024-cü il tarixli Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs biri azyaşlı olmaqla beş nəfərdən ibarət ailə tərtibi vardır və Qazıqumlaq kəndində yaşamaqla kənd sakinləri, xüsusən orta nəsil arasında yaxşı hörmətə malikdir, habelə Təqsirləndirilən şəxs kəndin ictimai həyatda gedən işlərdə yaxından iştirak etmiş, yaxın qonşuları ilə yaxşı münasibətdə olmuş və onunla bağlı şikayət daxil olmamışdır (cild 01, iş vər. 199-202). 12 iyun 2024-cü il tarixli mobiltelefona baxış protokolundan görünür ki, mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 01, iş vər. 203). 12 iyun 2024-cü il tarixli əməliyyat tapşırığının cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmişdir. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatlar da əldə edilmişdir. Lakin Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni satmaqda şübhəli olan şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa təmin edilməsi, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt kimdən, harada və hansı şəraitdə əldə etməsi əvvəllər narkotik vasitəni və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirib –keçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 01, iş vər. 204). 12 iyun 2024-cü il tarixli “SMS məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş SMS məlumatlarını daşıya CD diskə baxış keçirilmiş və baxış zamanı sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı bir mesaj aşkar edilmədi (cild 01, iş vər. 208-210). 13 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əvəllər psixotrop maddə metamfetamin və digər maddələr əldə edib istifadə etməsi xüsusatı üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılmışdır (cild 01, iş vər. 211-222). Təqsirləndirilən şəxs məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX X28 direktorunun xx.xx.2020-ci il tarixli N-9039 əmrinə əsasən h/xidmət üçün əmək haqqı ödənilməklə və iş yeri saxlanılmaqla Naftalan RMX-na xx.xx.2020-ci ilədək ezam olunmuşdur. 04 may 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-3196/2024 nömrəli məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. Müayinə zamanı sol saidin aşağı 1/3-nin ön səthində 4-5 sm ölçüdə sarımtıl rəngli qançır, sol baldırın aşağı 1/3-nin ön səthində 1-2 sm ölçüdə üzəri qərtməkli yaralar müşahidə olunmuşdur. 02 avqust 2024-cü il tarixli Ucar RMX PHŞ-nin məktubuna əlavə edilmiş xasiyyənamədən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi yer üzrə müsbət xarakterizə olunmuş, ona İkinci Qabağ müharibəsi dövründə fəal iştirakına görə rəhbərlik tərəfindən Fəxri Fərman verilmiş və Vətən müharibəsində iştirakına görə “Zəfər Günü” münasibətilə Fəxri Fərmanla təltif edilmişdir. 28 sentyabr 2020-ci il tarixli 9039 nömrəli Ucar Rayon Mərkəzi X11 Şəxsin direktorunun əmrinin surətindən görünür ki, “Hərbi vəzifə və Hərbi xidmət haqqında”, “Səfərbərlik hazırlığı və Səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanunlarına müvafiq olaraq toplanışa çağırıldığı üçün Qazıqumlaq ASM bölməsinin sürücüsü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən Hərbi xidmət üçün əmək haqqı ödənilməklə və iş yeri saxlanılmaqla ezam olunması qərara alınmışdır. 05 noyabr 2021-ci il tarixli Fəxri Fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX PHŞ-nin direktoru tərəfindən Vətən Müharibəsində iştirakına görə və “Zəfər Günü” münasibətilə Fəxri Fərmanla təltif olunmuşdur. Ucar RMX X28 təqdim etdiyi Fəxri Fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsində Ucar Rayon Mərkəzi Xəstəxanası PHŞ-də yaralı əsgərlərimizə tibbi yardım göstərilməsində fərqləndiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin məktubuna və xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin məktubuna əlavə edilmiş disklərdən görünür ki, iş üzrə əlavə şahidlərin mobil nömrələrinin anten dairə məlumatlarının Ucar rayonu ərazisində göstərildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 3357/2024 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə istintaq təcridxanasına daxil zaman tibbi müayinədən keçirilmiş və müayinə zamanı sol saidin aşağı 1/3-nin ön səthində 4-5 sm ölçüdə sarımtıl rəngli qançır, sol baldırın aşağı 1/3-nin ön səthində 1-2 sm ölçüdə üzəri qərtməkli yaralar xəsarətləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. 13 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X6 3-16-17/37/2-5505/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs şəxsi işində izahatlar, aktlar, məlumatlar və xüsusi məlumatlar yoxdur. 23 noyabr 2024-cü il tarixli Ucar Rayon Polis Şöbəsinin 3-13-115/2-21115/2024 nömrəli məktubundan görünür ki, Ucar Rayon Polis Şöbəsinin 2024-cü il tarixli “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nda xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş təhqiqatçısı Babək Haqverdiyev tərəfindən xx.xx.2024-cü il tarixdə saat 12:25-də rayon Polis Şöbəsinə gətirildiyi, həmin gün saat 16:00-da isə RPŞ-dən DİN-in BMCMİ-nə göndərildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Ucar RPŞ-yə gətirildikdən sonra müvəqqəti saxlama yerinə qəbul olunmadığı üçün “tibbi müayinənin keçirilməsi və tibb yardımın göstərilməsinin qeydiyyatı kitabı”nda onun barəsində lüzum olmadığından qeyd aparılmamışdır. 27 mart 2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin məktubundan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən 2024-cü il ildə “102” Xidmətinə daxil olan məlumatların araşdırılması mümkün deyil. 02 may 2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 3-13-6/2-3324/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdə tutularaq Baş İdarəyə gətirilən zaman bədəni üzərində sol saidin qançırı və sol baldırın sıyrığı xəsarətlərinin olması müəyyən edilmiş, xəsarətlərlə bağlı 04 aprel 2024-cü il tarixdə məhkəmə-tibbi ekspertizası təyin edilərək həmin tarixdə tibbi ekspertizadan keçirilmişdir. İstintaqla və məhkəmə - tibbi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlərin onun müayinəsindən 6-8 gün əvvələ əmələ gəlməsi müəyyən edilmiş, göstərilən xüsusatlara istintaq zamanı hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, müxtəlif vəsatətlər vermiş, habelə irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamı mübahisələndirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmiş və buna əsas kimi – ümumiyyətlə narkotik vasitə və psxiotrop maddələrə aidiyyətinin olmamasını, 03 aprel 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddənin olmamasını, polis əməkdaşları tərəfindən saxlanılarkən hədə-qorxu gəlmələrini, fiziki və psixoloji təzyiqə məruz qalmasını, saxlanılarkən Rahil, Ford sürücüsü Mənsur, Əvəz, Ruslan adlı şəxslərin olmasını, saxlanılarkən polis əməkdaşları tərəfindən onun qollarına vurmalarını, habelə polis əməkdaşları tərəfindən saxlanılaraq DİN-in Ucar Rayon Polis şöbəsinə aparılmasını, orada ona məxsus olmayan psixotrop maddənin ona aid olmasını etiraf edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən döyülməsini, nəticədə qorxduğunu və qorxduğu üçün etirafedici ifadələrə imza çəkməkdə məcbur qalmasını, barəsində keçirilmiş əməliyyataxtarış tədbirlərinin cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə aparıldığından bu tədbirin qanunsuz olmasını göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında iddia etdiyi hallar prosessual qanunvericilik, ələlxüsus müdafiə hüququ baxımından mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə qeyd edilən halların ətraflı şəkildə araşdırılmasını zəruri hesab etmişdir. Müdafiə tərəfinin iddia etdiyi halları ətraflı şəkildə araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilmiş, sorğular verilmiş, həmin qərarlar və sorğular əsasında yeni sübutlar əldə edilərək məhkəmə istintaqında tədqiq edilməklə araşdırılmışdır. İş üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin iddia etdiyi dəlilləri ümumi şəkildə təhlil edilməsini zəruri hesab edir. Belə ki, müdafiə tərəfi irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını aşağıda göstərilən dəlillərlə əlaqələndirməklə əsaslandırmışdır:
1. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılarkən kənd mağazasında saxlanıldığını və saxlanılarkən yanında Rahil Məmmədov, Mənsur Abışov, Şahid3 və Ruslan Baxşıyevin olmasını,
2. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra birbaşa DİN-in Ucar Rayon Polis şöbəsinə aparılması, saxlanılarkən və Ucar Rayon Polis şöbəsində olduqları müddət ərzində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması,
3. Təqsirləndirilən şəxs həmin təyziqlər nəticəsində onlar deyənlərə əməl etmək məcburiyyətində olması,
4. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyindən bu tədbirlərin bütövlükdə qanunsuz və saxta olması, eləcə də qeyd edilənlər nəticəsində onun müdafiə hüququnun ciddi şəkildə pozulması. Göründüyü kimi müdafiə tərəfi irəli sürülmüş ittihama qarşı ciddi şəkildə arqumentlər gətirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişdir. Bu səbəbdən də məhkəmə müdafiə tərəfinin iddia etdiyi dəlilləri və bu dəlillərlə bağlı məhkəməyə təqdim etdiyi sübutları cinayət işinin materialları əsasında müqayisəli şəkildə yoxlayıb təhlil edilməsini vacib saymış və bununla bağlı məhkəmə istintaqında kifayət qədər ətraflı araşdırma aparılmış, bu araşdırma isə kifayət qədər uzun müddət tələb etmişdir. Bu hissədə məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə istintaqında aparılmış araşdırma məhkəmə baxışının hədləri kontekstində müdafiə tərəfinin iddia etdiyi dəlillərlə bağlı əlavə sübutların əldə edilməsi və həmin sübutların cinayət işinin materiallarında olan digər sübutlar əsasında məcmu halda müqayisəli şəkildə yoxlanılması və hüquqi qiymət verilməsi vasitəsilə həyata keçirilmişdir. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş 03 aprel 2023-ci il tarixli raportdan görünür ki, həmin gün saat 12:05-də Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ucar rayonu, Qazıqumlaq kəndində saxlanılaraq Ucar Rayon Polis şöbəsinə aparılmış və həmin gün saat 13:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında protokola əsasən 03 aprel 2024-cü il tarixdə saat 13:40 –da Təqsirləndirilən şəxs üzərində videoçəkilis vasitəsi ilə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən 2 (iki) ədəd büküm və “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş bükümlərin çəkisi tərəzi vasitəsi ilə ölçülmədən zərfə qoyularaq qablaşdırılmışdır. Prosessual hərəkət həmin gün saat 13:53-də başa çatmışdır. Protokolun tərtibatı saat 13:55 –də başlanmış və 14:15 –də başa çatmışdır. Bundan başqa şəxsi axtarış keçirilməsi və götürmə aparılmasına dair CD diskə həkk olunmuş videoçəkilişin 01:19-01:22-ci dəqiqələrindən görünür ki, Təqsirləndirilən şəxs qorxmuş və başını sola-sağa yırğalayaraq təhqiqatçının qeyd etdiklərinə etiraz bildirməyə çalışdığı əksini tapmışdır. Həmçinin Təqsirləndirilən şəxs izahatı alınmış və Təqsirləndirilən şəxs məxsus “Tverks Ek -12” markalı, nömrəsiz ekskavatora baxış keçirilməsi ilə bağlı Ucar rayonu Qazıqumlaq kəndinə qayıdılmışdir. 03 aprel 2024-cü il tarixli “baxış və götürülmə haqqında” protokoldan görünür ki, həmin gün saat 14:42-də “Tverks Ek -12” markalı, nömrəsiz ekskavatora baxış keçirilmiş, baxış zamanı qanunla qadağan olunmuş heç nə aşkar olunmamış, baxış 14:45-də başa çatmışdır. Prosessual hərəkəti əks etdirən protokol isə 15:00-dan 15-20-dək Ucar şəhərində tərtib edilmişdir. 23 noyabr 2024-cü il tarixli, 3-13-115/2-21115/2024 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar Rayon Polis Şöbəsinin məhkəmə sorğusuna verilmiş olduğu cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Polis Şöbəsinə 03 aprel 2024-cü il tarixdə saat 12:25-də gətirilmiş və həmin gün saat 16:00-da isə Ucar RPŞ-dən DİN-in BMCMİ-nə göndərilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Ucar RPŞyə gətirildikdən sonra müvəqqəti saxlama yerinə qəbul olunmadığı üçün “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nda onun barəsində lüzum olmadığından qeyd aparılmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Ucar Rayon Polis şöbəsinə aparılmasına baxmayaraq Ucar rayonunda olduğu müddət ərzində BMCMİ-in əməkdaşlarının nəzarətindən çıxmamış, hətta Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdə saat 12:25dən Ucar RPŞ-yə gətirilmiş və Ucar RPŞ-in inzibati bainasında tutulanadək, yəni saat 13:10-dək, həmçinin həmin gün 15:20-dən 16:00-dək, yəni Ucar RPŞ-dən BMCMİ-yə göndərilənədək Ucar RPŞ-nin əməkdaşlarının sərəncamında, nəzarətində olmamış və Ucar RPŞ-də tibbi müayinədən keçirilməmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonrakı dövrdə polis əməkdaşları tərəfindən hədə-qorxu və fiziki təzyiqə məruz qaldığını, nəticədə xəsarətlər aldığını, eləcə də bu xəsarətlərin psixotrop maddənin ona aid olmasına dair etirafedici ifadə alınması məqsədi ilə yetirildiyini, bütün bunların nəticəsində məcbur qalaraq etirafedici ifadələrə imza çəkdiyini bildirmiş, habelə saxlanılarkən zor tətbiq edilərək aparıldığını bildirmişdir. Məhkəmədə dindirilən Rahil Məmmədov, Mənsur Abışov, Şahid3 və Ruslan Baxşıyev ifadə verərək Təqsirləndirilən şəxs ifadəsində ona qarşı tətbiq edilmiş zorakılıqla bağlı göstərmiş olduğu halları tam şəkildə təsdiq etmişlər. Bu hissədə qeyd edilməlidir ki, Rahil Məmmədov, Mənsur Abışov, Şahid3 və X29 Kərimovun ifadələrində göstərdiyi saxlanması ilə bağlı halların, yəni onların yanında saxlanılması və saxlanılarkən ona zor tətbiq edilərək, yəni Təqsirləndirilən şəxs mağazanın qapısını qoruyan dəmirlərdən yapışmasını, həmin şəxslərin Təqsirləndirilən şəxs qollarına vurmasını, sonra nəqliyyat vasitəsinə aparılması hallarının həqiqət olması, eləcə də həmin şəxslərin Təqsirləndirilən şəxs saxlanıldığı ərazidə olması məhkəmə tərəfindən anten məlumatları əsasında yoxlanılmış və milli mobil operatorları tərəfindən bu barədə ətraflı cavab verildiyindən iddia olunan hallar öz təsdiqini tapmışdır. X19, Mənsur Abışov, Şahid3 və Ruslan Baxşıyev faktiki olaraq Təqsirləndirilən şəxsla eyni məzmunda ifadə verdiyindən, ifadəsində hadisələri xronoloji ardıcıllıqla dəqiq göstərdiyindən, ələlxüsus Təqsirləndirilən şəxs saxlanılarkən saxlanılmasının mexanizminin dəqiqliklə göstərdiklərindən məhkəmə şahidlər Rahil Məmmədovun, Mənsur Abışovun, Şahid3 və Ruslan Baxşıyevin məhkəmədə vermiş olduğu ifadəsini mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 3357/2024 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2024-cü il tarixdə istintaq təcridxanasına daxil olunan zaman tibbi müayinədən keçirilmiş və müayinə zamanı sol saidin aşağı 1/3-nin ön səthində 4-5 sm ölçüdə sarımtıl rəngli qançır, sol baldırın aşağı 1/3-nin ön səthində 1-2 sm ölçüdə üzəri qərtməkli yaralar xəsarətləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş 02 may 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 PHŞ-in 196/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər sol saidin aşağı 1\3-nin ön səthində 3x2,5 sm ölçüdə yaşılımtıl-sarımtıl rəngli qeyri müəyyən formalı qançırı, sol baldırın aşağı 1/3-nin ön səthində 1,5x0,5 sm ölçüdə üzəri ətraf dəri səviyyəsindən yuxarıda yerləşmiş açıq –qəhvəyi rəngli kövrək qartmaqla örtülmüş, qartmağın kənarlardan hissəvi qopmuş sıyrığın bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmamışdır. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyələrinin küt əşyalara çırpılması və ya həmin nahiyələrə küt əşyaların dəyməsi nəticəsində yarana bildiklərindən dəqiq olaraq hansı şəraitdə yaranmaları hüquqi müstəvidə aydınlaşdırıla bilər. Məhkəmə kollegiyası qeyd edilən ekspert rəyi ilə bağlı ekspert Elnur Nuriyevi şahid qismində dindirmiş və Elnur Nuriyev ifadə verərək ekspert rəyini təsdiq etmişdir. Elnur Nuriyev ekspert rəyini elmi cəhəddən əsaslandırmağa çalışsada penitensiar müəssisədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən xəsarətlərin arasında kəskin fərqləri olmasını və həmin fərqin yaranma səbəblərini izah edə bilməmişdir. Belə ki, penitensiar müəssisədini həkimləri tərəfindən müəyyən edilmiş xəsarətlərin sol saidin aşağı 1/3-nin ön səthində 4-5 sm ölçüdə qançırın, baldırın aşağı 1/3-nin ön səthində 1-2 sm ölçüdə üzəri qərtməkli yaraların aşkar edildiyindən ekspert tərəfindən sol saidin aşağı 1/3-nin ön səthində 3x2,5 sm ölçüdə qançırın və sol baldırın aşağı 1/3-nin ön səthində 1,5x0,5 sm ölçüdə açıq –qəhvəyi rəngli kövrək qartmaqla örtülmüş, qartmağın kənarlardan hissəvi qopmuş sıyrıq (nəzərə alsaq ki, Təqsirləndirilən şəxs ilk ekspertə təqdim edilmişdir.) müəyyən edilməsini səbəblərini izah edə bilməmişdir. Lakin məhkəmə instintaqında dindirilmiş şahidlər Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən qoluna vurulmasını bildirmişlər. Həmçinin ekspert Elnur Nuriyev tərtib etdiyi rəyə xəsarətləri əks etdirən foto şəkil, sxem və ya digər materialların əlavə edilmədiyini, ümumiyyətlə belə vasitələrin əlavə edilməsinə ehtiyac olmadığını və qanunvericiliklə bu cür əlavələrin nəzərdə tutulmadığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 19 avqust 2020-ci il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında” əsasnamənin 3.5-ci bəndinə əsasən tədqiqi hissədə aparılan ekspertizanın geniş təfsilatı və bu zaman aşkar edilmiş faktiki məlumatlar qeyd edilməlidir. Bura tətbiq olunmuş tədqiqat üsulları və obyektiv əksetdirmə cədvəlləri (fotoşəkillər, rentgen şəkilləri, zədələrin işarə olunduğu sxemlər və s.) daxil edilir. “Məhkəmə-ekspertizası faəliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən canlı insanın, meyitin, heyvanın, əşyanın, cismin, materialın və ya maddənin xüsusiyyətlərini əks etdirən (əlamətlərini daşıyan) obyektlər, həmçinin ekspertin tədqiqat aparması və rəy verməsi üçün zəruri olan digər nümunələr müqayisəli tədqiqat üçün nümunələr hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessaul Məcəlləsinin 271.3-cü maddəsinə əsasən ekspertin rəyinə ekspertin gəldiyi nəticələri təsdiq edən maddi sübutlar, nümunələr, digər materiallar, habelə fotoşəkillər, sxemlər, cədvəllər əlavə edilir. Göründüyü kimi ekspert öz rəyində tədqiq etmiş obyektin təsfirini versə də onu əks etdirən sixem və ya fotoşəkillərdən və ya digər materiallardan istifadə etməmişdir. Ancaq penitensiar xidmətin məhkəməyə göndərdiyi məhkumun tibbi kitabçasından görünür ki, xəsarətlərin yeri lokalizasiyası sxem şəklində tibbi kitabçaya əlavə edilmişdir. Habelə ekspert Elnur Nuriyev tədqiqat apararkən xəsarətlərin alınması barədə Təqsirləndirilən şəxsla hər hansı sorğu sual etmədiyinə baxmayaraq, Bakı İstintaq Təcridxanası xəsarətlərin alınması barədə Təqsirləndirilən şəxs suallar vermiş və Təqsirləndirilən şəxs isə xəsarətləri həbs olunan vaxt aldığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyinə qiymət verilməsi qaydası o biri sübutların qiymətləndirilməsi qaydasından heç də fərqlənmədiyindən ekspert tərəfindən aparılan tədqiqatın gedişatı və ardıcıllığı, aşkar edilən faktiki məlumatların və onların mühüm xassələri aydınlaşdırılır, həmçinin qeyd olunan məlumatlar mümkün qədər ekspert tədqiqatının həqiqi obyektləri ilə (sənədlər, nümunələr, fotoşəkil və sxemlər və.s) müqayisə edilir və onların keyfiyyətliliyi mütləq yoxlanılır, alınan nəticələr iş üzrə toplanmış digər sübutlarla və onların mənbələri ilə müqayisə edilir və ekspert nəticələrinin tamlığı və onların sübutetmə predmetinin bu və ya digər hallarına münasibəti araşdırılır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qeyd olunanlar 02 may 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 PHŞ-in 196/MEŞ nömrəli ekspert rəyinə şübhə yaradır. Məhkəmə kollegiyası zəruri hesab edərək qeyd edir ki, Ucar RPŞ-yə gətirilərkən Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmiş olsaydı keçirilmiş əməliyyat-axtarış tədbirlərinin şəffaflığına gələcəkdə kölgə salmamaq məqsədi ilə Təqsirləndirilən şəxs üzərində həmin vaxt müvafiq ekspertiza keçirilməklə həmin xəsarətlərin yaranma səbəbi və müddəti barədə dəqiq və dolğun məlumat almaq olardı. 02 may 2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 3-13-6/2-3324/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdə tutularaq Baş İdarəyə gətirilən zaman bədəni üzərində sol saidin qançırı və sol baldırın sıyrığı xəsarətlərinin olması müəyyən edilmiş, xəsarətlərlə bağlı 04 aprel 2024-cü il tarixdə məhkəmə-tibbi ekspertizası təyin edilərək həmin tarixdə tibbi ekspertizadan keçirilmişdir. İstintaqla və məhkəmə - tibbi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlərin onun müayinəsindən 6-8 gün əvvələ əmələ gəlməsi müəyyən edilmiş, göstərilən xüsusatlara istintaq zamanı hüquqi qiymət verilmişdir. 04 aprel 2024-cü il tarixli “məhkəmə-tibb ekspertizası təyin edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarətlərin olub-olmaması, müsbət halda onda olan xəsarətlərin ağırlıq dərəcəsi, yaranma tarixi və mexanizminin müəyyən edilməsi üçün cinayət işi üzrə məhkəmə-tibbi ekspertizası təyin olunması və rəyinin alınması məqsədə müvafiq olmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən Ucar Rayon Polis Şöbəsinə 06 noyabr 2024-cü il tarixdə, həmçinin 11 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən şəxslərin qeydiyyatı kitabından Təqsirləndirilən şəxs gətirildiyi günlərə aid olan qeydlərin surətinin və tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyatı kitabından Təqsirləndirilən şəxs aid hissənin məhkəməyə göndərilməsi barədə sorğu verilmiş, lakin hər iki qrum tərəfindən müvafiq kitablardan çıxarışlar məhkəməyə göndərilməmiş və məhkəmə istintaqında tədqiq edilməmişdir. Kollegiya belə qənayətə gəlir ki, Təqsirləndirilən şəxs BMCMİ-yə gətirilərkən o, tibbi müayinədən keçməmişdir. Əks halda 04 aprel 2024-cü il tarixli “məhkəmə-tibb ekspertizası təyin edilməsi haqqında” qərar tərtib olunarkən aşkar edilmiş xəsarətlərin ağırlıq dərəcəsi, yaranma tarixi və mexanizminin müəyyən edilməsi ekspert qarşısında qoyular, qərarda olduğu kimi xəsarətlərin var olmasının müəyyən edilməsi ekspertdən tələb olunmazdır. Bu nəticəni gücləndirən dəlil isə ondan ibarətdir ki, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş xəsarətlərlə bağlı araşdırmanı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində xəsarətlərin aşkar olunması əsasında başlamış və 17 may 2024-cü il tarixində cinayət işinin rədd edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X10 PHŞ-nin Təqsirləndirilən şəxs adına tərtib olunmuş 196/MEŞ nömrəli məhkəmə-tibbi ekspertiza rəyi isə 10 may 2024-cü il tarixli məktubla BMCMİ-nin istintaq İdarəsinin Təhqiqat şöbəsinə göndərilmişdir. Eyni zamanda məhkəmə kollegiyası 17 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin qərarı ilə bağlı belə qənaətə gəlir ki, sözügedən araşdırma aparılarkən Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək məhs həmin xəsarətlərin saxlanılan zaman polis əməkdaşları tərəfindən yetirildiyini bildirməyinə baxmayaraq müstəntiq bunu təkzib edən hər hansı bir başqa material əldə etmədən cinayət hadisəsinin olmaması haqqında nəticəyə gəlmiş və CPM-in 39.1.1- ci maddəsində göstərilən əsasa formal şəkildə, yəni heç bir fakt və sübut gətirmədən istinad etməklə cinayət işinin başlanmasını rədd etmişdir. Bu səbəbdən də məhkəmə 17 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin qərarı ilə qəti şəkildə razılaşmır və hesab edir ki, bu qərar təqsirləndirilən şəxsin iddia etdiyi halların həqiqət olmasına və onun üzərində yaranmış xəsarətlərlə bağlı nəticəyə gəlməyə mane olmur. Belə ki, həmin qərarda təqsirləndirilən şəxsin saxlanılmasında konkret hansı polis əməkdaşlarının iştirak etməsi müəyyən edildiyi, təqsirləndirilən şəxsin üzərində xəsarətlərin olması ekspertiza rəyi əsasında təsdiq edildiyi və onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının əməllərində cinayət tərkibinin olmaması müəyyən edildiyi halda, təqsirləndirilən şəxsə həmin xəsarətlərin harada, hansı şəraitdə, kimin tərəfindən və hansı üsullarla yetirilməsi hallarına nəinki lazımi hüquqi qiymət verilməmiş, əksinə ümumiyyətlə qeyd edilən hallar araşdırılmamışdır. Bu da prokurorluq orqanında aparılmış araşdırmanın natamam və qüsurlu olmaqla yanaşı, araşdırmanın səthi aparıldığının göstəricisidir. Əks nəticəyə gəlmək üçün başqa ağlabatan əsas yoxdur. Habelə həmin araşdırma zamanı keçirilmiş ekspert rəyinə gəldikdə isə həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində sol said nahiyəsinin qançırı və sol baldır nahiyyəsinin sıyrıqları aşkar edilmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş xəsarətlərin forması, məzmunu, həcmi və.s xüsusiyyətlərin müxtəlifliyi, yəni aşkar olunmuş xəsarətlərin qeydə alındıqdan sonra bir-birləri ilə fərqlilik təşkil etməsi Təqsirləndirilən şəxs barəsində yenidən məhkəmə-tibbi ekspertizasının keçirilməsini mümkünsüz edir. Həmçinin maraqlısı odur ki, “Asif” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 02 aprel 2024-cü il tarixdə daxil olmuş, onun barəsində təxirə salınmaz əməliyyat-axtarış tədbiri keçirilmiş və bir gün sonra tutulmuşdur. Təqsirləndirilən şəxs üzərinə 03 aprel 2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılması keçirilərkən ondan aşkar edilmiş bükümlərdə olan maddələr tərəzi vasitəsi ilə çəkilməmişdir. Lakin ekspertiza rəyi ilə aşkarlanmış kütlələrin qadağan edilmiş maddəyə aid olub-olmaması və həmin kütlələrin çəkiləri müəyyən edilmədən Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdə, saat 13:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Göstərilənlər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini ciddi şübhə altına almağa kifayət edən hallar qismində çıxış edir. Məhkəmə bir məsələyə də toxunmağı zəruri hesab edir. Belə ki, cinayət işinə Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilməsi barədə qərar əlavə edilsə də, yuxarıda göstərilən çoxlu sayda qanun pozuntuları bunun əksini təsdiq edir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, cinayət işinə 15 aprel 2024-cü il tarixli Ucar Rayon Məhkəməsinin 5(063)-31/2023 saylı qərarı (Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin aparılması barədə 02 aprel 2024-cü il tarixli qərarın qanuni hesab edilməsi) əlavə edilsə də, yuxarıda göstərilən dəlillər bunun tam əksini təsdiq etdiyindən Təqsirləndirilən şəxs barəsində qüsurlu şəkildə keçirilmiş əməliyyat-axtarış tədbirləri həmin qərar əsasında qanuni sayıla bilməz. Eyni zamanda qeyd edilməlidir ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Ucar şəhərində 03 aprel 2024-cü il tarixdə iki dəfə izahatı alınmış, daha sonra BMCMİ-yə gətirilərək 04 aprel 2024-cü il tarixdə saat 16:30-dan 16:45 –dək şübhəli şəxs qismində və həmin tarixdə saat 17:00-dan 17:20-dək, habelə yenidən ittiham elan edilməsi ilə əlaqədar 14 iyun 2024-cü il tarixdə saat 17:00-dan 17:20-dək təqsirləndirilən şəxs qismində Bakı şəhərində dindirilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, 14 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsi əl yazma şəklində protokollaşdırılmış və Təqsirləndirilən şəxs verdiyi son ifadəsi məhkəmədə verdiyi ifadəsi ilə eyni məzmun təşkil edir. Təqsirləndirilən şəxs əvvəlki ifadələri ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdə verdiyi həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qisimdə verdiyi ifadələrini “Bildirmək istəyirəm ki, mən bu gün yəni 03 aprel 2024-cü il tarixdə saat 12:05-də” deyərək başlamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs elə ifadə verməsinin təhlil edilməsinə zərurət olduğunu qeyd edərək aşağıdakı nəticəyə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövrünü ilk mərhələsində ifadə vermədiyini, ona deyilən hər şeylə razılaşdığını və ona təqdim edilən sənədlərə qorxduğu üçün imza çəkdiyini iddia etmişdir. Kollegiya iş üzrə həmin hala induktiv məntiqi nöqteyi nəzərindən yanaşaraq qeyd edir ki, həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində 04 aprel 2024-cü il tarixdə verdiyi ifadələrin prosesual qanunvericiliyin tələblərinə uyğun olmayaraq alınmışdır. Belə ki, Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixli həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin sonunda ifadənin onun sözləri ilə düzgün yazıldığını və təsdiq etdiyini göstərməsinə baxmayaraq dindirmə protokolunda hərhansı bir əlavə qeydlər edilməmiş, habelə dindirməni aparan şəxs tərəfindən suallarla həmin hal aradan qaldırılmamışdır. Bu isə Təqsirləndirilən şəxs verdiyi ifadələrin formal şəkildə olmasını, Təqsirləndirilən şəxs həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində olarkən sərbəst şəkildə ifadə vermədiyi faktını təsdiq edir. Bu isə Təqsirləndirilən şəxs təyziqlərə məruz qalması, qorxduğundan deyilənlərlə razılaşması faktını bir daha təsdiq edərək əməliyyat axtarış tədbirinin şəffaflığına əsaslı şübhələr yaratmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8-ci nömrəli qərarının 37-ci bəndinə əsasən cinayət işlərinə məhkəmədə baxılarkən o da nəzərdən qaçırılmamalıdır ki, CPM-in 232 və 234-cü maddələri şübhəli şəxsin tutulmasından (şübhəli şəxs qismində tutulma barədə protokolun tərtib edilməsindən) dərhal sonra ondan izahatın alınmasını deyil, həmin normalarda nəzərdə tutulmuş qaydalara uyğun olaraq onun şübhəli şəxs qismində dindirilməsini (ifadənin alınmasını) və bunun şübhəli şəxsin dindirilməsi protokolu ilə rəsmiləşdirilməsini tələb edir. Həmçinin maraqlısı odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Ucar rayonunda 03 aprel 2024-cü il tarixdə saxlanılarkən onun həmin gün iki dəfə izahatı alınmış, lakin o, şübhəli şəxs qismində dərhal deyil, növbəti gün, yəni 04 aprel 2024-cü il tarixdə təhqiqatçı tərəfindən dindirilmişdir. Lakin şübhəli şəxsin dindirmə protokolunda şübhəli şəxs Təqsirləndirilən şəxs dərhal deyil növbəti gün dindirilməsinin səbəblərinə dair hər hansı bir qeyd aparılmamışdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı ibtidai istintaq orqanı tərəfindən yol verilmiş daha çox qanun pozuntularını göstərib sadalamaq mümkündür. Lakin məhkəmə hesab edir ki, yuxarıda göstərilən hüquqi məsələlər və dəlillər Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanunsuz olmasına və onun elan edilmiş ittiham üzrə təqsirinin sübuta yetirilməməsi nəticəsinə gəlməyə əsas verir. Belə ki, işgəncə ilə bağlı Avropa Məhkəməsinin hüquqi mövqeyi bundan ibarətdir ki, nəinki işgəncənin mövcudluğu, hətta işgəncə barədə iddiaların araşdırılmaması, təqsirləndirilən şəxsin Avropa Konvensiyasının 3-cü maddəsi ilə təsbit edilən hüququnu pozur, yəni artıq özü-özlüyündə müdafiə tərəfinin işgəncə və digər qanunsuz metodlardan istifadə olunmaqla, əldə olunması kimi dəlillə mübahisələndirdiyi sübutların mümkünlüyü, kifayətedənliyi üzrə məhkəmə qənaətini, ümumiyyətlə aparılan icraatın nəticələrini şübhə altına alan ciddi pozuntu kimi çıxış edir. Avropa Məhkəməsinin şərh olunan məsələ ilə bağlı hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı göstərmək olar. Birinci işdə Assenov və onu təmsil edən valideynləri iddia edirdilər ki, Assenov polis əməkdaşları tərəfindən qəddarlıqla döyülmüşdür. Bolqarıstan höküməti bu iddiaya etiraz etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə qədər məsələni araşdıran Avropa Komissiyası hadisələrin üstündən dörd ildən artıq vaxt keçdiyinə və Bolqarıstanın dövlət orqanları tərəfindən vaxtında kifayət qədər müstəqil istintaq aparılmadığına görə iddiaçının, və yaxud Bolqarıstan hökümətinin mülahizələrinin daha mötəbər olduğunu müəyyən edə bilməmişdir. Avropa Məhkəməsi də Komissiya kimi ona təqdim olunmuş sübutlar əsasında ərizəçiyə xəsarətlərin polis tərəfindən yetirilibyetirilməməsinin müəyyən edilməsini qeyri-mümkün hesab etmişdir. Buna baxmayaraq, Avropa Məhkəməsi Assenovun iddiasının əsaslı olması, Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gəldi, və belə nəticə üçün əsas yaradan hal olaraq xüsusilə onu qeyd etdi ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyriqanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, effektiv rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istintaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə qeyri-effektiv olacaqdır və bəzi hallarda Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirdi (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Məhkəmə həmin iş üzrə qərarında qeyd etdi ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. İşgəncə verdikləri iddia edilən əməliyyat-axtarış tədbirini aparmış əməkdaşlar və bir çox hallarda onlarla etibarlı münasibətlərdə olan hal şahidləri əslində işgəncə barədə iddia ilə əlaqədar maraqlı şəxslər qismində çıxış edirlər. Bu səbəbdən də Avropa Məhkəməsi Üzv Dövlətlərə tövsiyyə etmişdir ki, məhkəmələr işgəncə, pis rəftar barədə iddialar irəli sürüldükdə, yalnız maraqlı şəxslərin ifadələri ilə kifayətlənməyib, daha dərin və ətraflı araşdırma aparmalı, o cümlədən təqsirləndirilən şəxsi tibbi ekspertlərin müayinəsindən keçirməli, onun tutulana qədər (əməliyyat axtarış tədbirinədək) və bundan sonraki sağlamlıq vəziyyəti barədə məlumat verə biləcək şəxslərin dairəsini müyyən edib onların (məsələn qohumların, təqsirləndirilən şəxslə birlikdə müvəqqəti saxlama, istintaq təcridxanalarında olmuş şəxslərin, digər kənar müşahidəçilərin) dindirilməsini təmin etməli, tutulması (həbs edilməsi) ilə əlaqədar tərtib edilmiş şəxsi işi təcridxanadan tələb edib onun materiallarını, o cümlədən MSY-nə, istintaq təcridxanasına daxil olarkən şəxsin sağlamlıq vəziyyətinə dair sənədləri tədqiq etməlidirlər. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün ciddi əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının sübut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn “Tomasi Fransaya qarşı iş”də (1992-ci il) Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Hazırkı cinayət işi üzrə ortada işgəncə barədə iddia olduğundan və məhkəmə istintaqında aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğu vaxtadək, yəni 03 aprel 2024-cü il tarixədək üzərində xəsarətlərin olmadığı müəyyən edildiyindən, məhz tutulduqdan sonra üzərində xəsarətlərin yaranması təsdiq olunduğundan, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də tutularkən və tutulduqdan sonra, yəni faktiki olaraq polis əməkdaşlarının nəzarətində olduğu vaxt zorakılığa, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışdır. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin zorakılığa, işgəncəyə və qeyri-insani rəftara məruz qalmaları, ələlxüsus bu kimi halların onun dövlətin nəzarətinə keçdikdən sonra baş verməsi faktiki olaraq cinayət əməlləri təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin, və digər əşyaların həqiqilinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. CPM-in 125.2.2-ci maddəsi zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə olunan sübutları yoverilməz elan edir. Cinayət-Prosessual Qanunun 21.2 və 145.3-cü maddələri isə məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyi tələb edir. Bu səbəbdən də Təqsirləndirilən şəxs tutulduğu vaxta təsadüf edən xəsarətlərin aşkar edilməsi ona zorakılığın edildiyini, işgəncənin verildiyini və bununla da onun qeyri-insani rəftara məruz qaldığını təsdiq edir. Belə olduğu halda isə təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri yolverilməzliyinə görə sübutlar siyahısından xaric olunmalıdır. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır. Başqa sözlə, təqsirləndirilən şəxsin üzərində xəsarət olmadığı vaxtda tutulduqdan sonra onun üzərində xəsarətlərin yaranması Avropa Məhkəməsinin formalaşdırdığı presedent hüququna əsasən təqsirləndirilən şəxsə işgəncənin verilməsini və onun qeyriinsani rəftara məruz qalmasını təsdiq edir. Qeyd edilən halları hazırkı məsələyə nisbətdə qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, 03 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri qanunla müəyyən edilmiş imperativ tələblərin pozulması ilə həyata keçirildiyindən bu tədbir qanunsuzdur. Bu qanunsuzluq isə təqsirləndirilən şəxsin barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin şəffaf olmamasında, onun üzərində xəsarətlər olmadığı halda tutulduqdan sonra bədəninin müxtəlif nahiyələrində xəsarət izlərinin yaranmasında ifadə olunmuşdur. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə və hədə qorxu barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda prokurorluq tərəfindən yoxlanılmasına və əsassızlığının müəyən olunmasına görə məhkəmə tərəfindən rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Azərbaycan Respublikası CPM-in 33.3-cü maddəsinin və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair həmin Məcəllənin 349.5.2-ci maddəsinin tələbləri ilə uzlaşmır. Çünki faktiki olaraq məhkəmələr işgəncə barədə iddianı yoxlamadan yalnız prokurorluğun apardığı araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutu da (məsələn təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi etirafedici ifadəni) mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Ona görə də işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla, işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də prokurorluğun qərarına görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. "Savalanlı və digərlərinin Azərbaycana qarşı" iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2022-cı il tarixli qərarının 85-ci bəndində göstərilmişdir ki, Avropa Məhkəməsi qeyd edir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitələrdir. Belə olan halda Avropa Məhkəməsi hesab edir ki, yerli hakimiyyət orqanları tərəfindən sözügedən sübutlara dair aparılan istintaq tədbirlərinin ərizəçilərin ittiham olunduqları cinayətləri törədə biləcəyini müəyyən etmək üçün obyektiv bir müşahidəçini inandırmağa kifayət edib-etmədiyi də daxil olmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halları diqqətlə yoxlanılmalıdır (müqayisə edin, Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, № 48653/13, §§ 98- 106, 7 iyun 2018-ci il, və İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, §§ 113-30, 13 fevral 2020). Sözügedən qərarın 89-92-ci bəndlərində göstərilmişdir ki, Avropa Məhkəməsi qeyd edir ki, polis protokollarında, yaxud sonradan qəbul edilmiş hər hansı qərarlarda səlahiyyətli orqanların xüsusi olaraq ərizəçiləri hədəf almasına səbəb olan və onların həbsi və axtarışı üçün əsas yaradan məlumatların toplanması və alınması ilə bağlı hər hansı konkret məlumat və təfərrüatlar yoxdur. Xüsusən belə məlumatın iddia edildiyi kimi polis tərəfindən əldə edilməsinin üsulunu, mənbəyini və həmin mənbənin məlumatdan necə xəbərdar olduğunu məlum etmək mümkün deyil. Siyasi fəal olan və ya siyasi fəalların yaxin ailə üzvü olan ərizəçilərin keçmişində sözügedən hadisələrdən əvvəl narkotiklərlə və ya hər hansı digər cinayətlərlə bağlı heç bir halın mövcud olmaması faktı hazırkı vəziyyəti daha təəccüblü edir. Ərizəçilərə dair həyata keçirilən axtarışlar əvvəlcədən məhkəmə qərarı olmadan aparılsa da, istintaq orqanları ərizəçilər barəsində aparılan axtarışları əvvəlcədən məhkəmə qərarı olmadan zəruri edən halları izah etməklə öz qərarlarını əsaslandırmamış və daxili qanunvericiliyin müvafiq müddəalarına istinad etməklə kifayətlənmişlər (müqayisə edin, Kobiaşvili Gürcüstana qarşı, № 36416/06, § 61, 14 mart 2019 -cu il). Bundan əlavə, iş materiallarında mövcud olan sənədlərdən məhkəmənin istintaq orqanları tərəfindən aparılan istintaq hərəkətlərini nəzərdən keçirməsi və ya məhkəmə qərarı olmadan axtarışların aparılması ilə bağlı hər hansı müvafıq qərarın surətinin daxili qanunvericiliklə müəyyən edilmiş qaydada qırx səkkiz saat ərzində müvafiq nəzarəti həyata keçirən məhkəməyə və prokurora göndərilməsi halları müəyyən edilmir. Avropa Məhkəməsi polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014- cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015- ci il). Məhkəmə hesab edir ki, qeyd edilən həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübuti əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq məhkəmə həmçinin hesab edir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edib bilməz (İbrahimov və Məmmədov, § 127). İstintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (bax, İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, Məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir (müqayisə edin, Rəşad Həsənov və başqaları, § 101). Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılmış, sonra Ucar Rayon Polis şöbəsinə gətirilməsinə baxmayaraq onların nəzarətində qalmış və Təqsirləndirilən şəxs saxlanıldıqdan bir saatdan artıq müddət sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin bunun səbəbi prosessual sənədlərdə öz əksini tapmamışdır. Bu hal da kifayət qədər şübhəli məqamlardan birini təşkil edir. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən çoxlu sayda qanun pozuntuları ilə həyata keçirilən əməliyyat-axtarış tədbirləri formal əsaslarla və hazırki cinayət işinə aid olmayan sair sübutlarla qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Eyni zamanda əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyataxtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “X14rşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun hədə-qorxu, fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsində isə təsbit olunmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.3 və 42.1.4-cü maddələrinə əsasən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə (şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə) və 42.2.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə (şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə) baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində satış məqsədilə qanunsuz olaraq narkotik vasitə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımasında ifadə olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi və onun təqsirliliyi təsdiq olunmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.3 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməlidir. Habelə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olub və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin Maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,425 qram psixotrop maddə metamfetamin onun əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilməli və 02 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınamlıdır. Təqsirləndirilən şəxs 92 AZN (doxsan iki manat) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.1, 42.2.2, 344-350, 352-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından azad olunsun. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs 92 AZN (doxsan iki manat) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,425 qram psixotrop maddə metamfetamin onun əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilsin və 02 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Rafail Əliyev Hakimlər Tural Əfəndizadə Xaliq Məmədov