Məhkəmə qərarları › İş №1(091)-54/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-54/2021

27.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-54/2021 27.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri X12, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 11 saylı vəkil Bürosunun vəkili Müdafiəçi2 Şamil oğlu, Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi1 xx xxxxxx 1976-cı ildə Zərdab rayonu Yarməmmədbağı kəndində doğlumuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, ali təhsilli, Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinin sədri işləmiş, Zərdab rayonu Yarməmmədbağı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X8ndə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.3, 311.3.3, 32.4,312.2 və 313-cü maddələri, xx xxxxxx 1964-cü ildə Zərdab rayonu Yarməmmədbağı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, işləməyən, Zərdab rayonu Yarməmmədbağı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X8ndə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 32.5,311.3.3, 32.4,312.2 və 32.5,313-cü maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 23 dekabr 2019-cu il tarixdə keçirilən bələdiyyə seçkilərində Zərdab rayon Yarməmmədbağı kənd bələdiyyəsinə üzv, 15 yanvar 2020-ci il tarixdə keçirilmiş və 1 nömrəli protokolla rəsmiləşdirilmiş bələdiyyə üzvlərinin ümumi yığıncağında həmin bələdiyyənin sədri seçilməklə həmin vəzifədə işləyərkən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli, 698-İQ nömrəli Qanununa əsasən, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi 12 iyul 2013-cü il tarixdən 2 iyul 2020-ci il tarixədək Zərdab rayon İcra Hakimiyyəti Başçısının Zərdab rayonu Yarməmmədbağı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2 məsləhət və məlumatlar verməklə yardım etməkdə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitini qəbul edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli № 160-İİQ nömrəli Qanununun 6.2, 6.6, 9.1 və 19.4-cü maddələrinin, bələdiyyə torpaqları üzərində icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəsini icarəyə götürmək istəyən şəxsin rəsmi müraciəti əsasında bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsi tələblərinə əməl edilmədən həmin bələdiyyənin mülkiyyətində olan 74 ha torpaq sahəsinin Şahid1 istifadəsinə köhnə tarixə saxta icarə müqaviləsi, bələdiyyə iclas protokolundan çıxarış və bələdiyyə büdcəsinə ödənişlər həyata keçirilməsinə dair qəbzlər əsasında verilməsinə görə sonuncudan 2020-ci ilin iyul ayının ortalarında Zərdab rayonu ərazisində Təqsirləndirilən şəxs2la birlikdə görüşləri zamanı sonuncu və özü üçün birbaşa yolla sonuncu vasitəsilə və şəxsən külli miqdarda maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəmiş, həmin niyyətlə, Təqsirləndirilən şəxs2la cinayətdən xəbərsiz ortaq tanışları olan Şahid5 vasitəsilə əldə etdikləri cinayətdən xəbərsiz Şahid2 adına "xxxx" ASC tərəfindən verilmiş 5103 0714 4768 8504 nömrəli plastik bank kartının nömrələrini Şahid1 sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “WhatsApp” proqramı vasitəsilə göndərməklə həmin kart hesabına qeyd edilən pul vəsaitinin 500 (beş yüz) manatının Bakı şəhəri ərazisində “MilliÖn” terminalı vasitəsilə 18 iyul 2020-ci il tarixdə Şahid1 tərəfindən göndərilməsinə nail olub, həmin pul vəsaitinin özü və Təqsirləndirilən şəxs2 tərəfindən birlikdə Zərdab rayonu, H. Əliyev prospekti 3A ünvanında yerləşən həmin bankın Zərdab rayon filialında bankomatdan çıxarılmasına nail olmaqla həmin məbləği, bundan sonra, Şahid1 rüşvət qismində istədikləri məbləğin tam həcmdə veriləcəyinə əmin olaraq 18 iyul 2020-ci il tarixdən 22 iyul 2020-ci il tarixədək olan müddətdə Zərdab rayonu, Yarməmmədbağı kənd bələdiyyəsinin inzibati binasındakı xidməti otağında kompüterdə Təqsirləndirilən şəxs2 məsləhətləri və məlumatları ilə etdiyi yardımla tamah niyyəti ilə rəsmi sənədlər olan 2 nüsxədə 04 fevral 2007-ci il tarixli bələdiyyə iclas protokolundan çıxarış və 2 nüsxədə 06 fevral 2007-ci il tarixli, 08 nömrəli müqavilənin məzmununa qeyd edilən 74 ha torpaq sahəsinin Şahid1 icarəsinə verilməsinə guya həmin bələdiyyə iclasında müzakirə olunmaqla razılıq verilməsi və icarə müqaviləsinin bağlanmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə tərtib edib çap qurğusu (printer) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarmaqla həmin sənədlərdə, habelə, 1 nüsxədə 08 fevral 2007-ci il tarixli, 219196 nömrəli və 1 nüsxədə 14 mart 2012-ci il tarixli, 219195 nömrəli həmin bələdiyyəyə məxsus qəbzlərə guya sonuncu tərəfindən torpaq icarəsi üzrə 2007-2012-ci illər və 2012-2017-ci illər üzrə bələdiyyə büdcəsinə hər birində 740 manat məbləğində ödəniş edilməsinə dair özü tərəfindən əlyazma xətti ilə bilə-bilə yalan məlumatlar daxil edilməklə həmin qəbzlərdə, cəmi dörd rəsmi sənəddə 2007-ci il tarixdə həmin bələdiyyənin sədri vəzifəsində işləmiş X13 imzası görüntüsü yaratmaq üçün bələdiyyə sədri “O.A. Həsənov” adının qarşısında diyircəkli qələmlə qəsdən oxşatmaqla imzaladıqdan sonra Zərdab rayon Yarməmmədbağı bələdiyyəsinin möhürü ilə təsdiq etməklə hazırlayıb Təqsirləndirilən şəxs2la birlikdə 22 iyul 2020-ci il tarixdə Zərdab rayonu Aşağı Seyidlər kəndində yerləşən “Elay” restoranında Şahid1la görüşüb vəzifə saxtakarlığı yolu ilə hazırladığı qeyd edilən rəsmi sənədləri Şahid1 təqdim edərək, habelə, həmin saxta icarə müqaviləsində sonuncuya icarəyə götürən qrafasında imza etdirib, ondan həmin niyyətlə özü və Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla sonuncu vasitəsilə maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini qəbul etməklə, həmin məbləği, eyni niyyətlə, 28 iyul 2020-ci il tarixdə Şahid1la yenidən qeyd edilən restoranda Təqsirləndirilən şəxs2la birlikdə görüşərək ondan sonuncu və özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini qəbul etməklə həmin məbləği, ümumilikdə qeyd edilən qaydada vahid niyyətlə Şahid1 özü və Təqsirləndirilən şəxs2 üçün birbaşa və dolayı yolla sonuncu vasitəsilə və şəxsən külli miqdarda maddi nemət olan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə rüşvət qismində almış, vəzifəli şəxs qismində sonuncunun köməkçiliyi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq 23-24 iyul 2020-ci il tarixində Zərdab rayonu ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-** saylı mobil nömrədən Zərdab rayon Yarməmmədbağı kənd bələdiyyəsinin mülkiyyətində olan 74 ha torpaq sahəsinin istifadəsinə verilməsi üçün rüşvət qismində pul vəsaiti aldıqları Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onun uzun müddət həmin rayonda yüksək vəzifələrdə işləməsi ilə əlaqədar rayon İcra hakimiyyəti başçısının aparatında geniş əlaqələrə malik olmasını, həmin əlaqələrindən istifadə edərək istifadəsinə veriləcək qeyd edilən torpaq sahəsində müvafiq təsərrüfat obyektlərinin tikintisini aparmasından ötrü onun üçün icazə ala biləcəyini yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Zərdab rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləyən X4 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü və Təqsirləndirilən şəxs2 vasitəsilə birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 aldatmaqla bildirib, sonuncuda özləri barəsində formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək onun razılığını almaqla sövdələşib, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü və Təqsirləndirilən şəxs2 vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmiş, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Binəqədi rayon məhkəməsinin 20 iyul 2020-ci il tarixli qərarı əsasında 28 iyul 2020-ci il tarixdə həyata keçirilən əməliyyat tədbiri zamanı ünvan 3i ünvanında yerləşən “Elay” restoranında Təqsirləndirilən şəxs2la birlikdə saxlanıldıqlarından, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, Şahid1 həmin niyyətlə qeyd edilən pul vəsaitini ala bilməməklə, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 3.000 (üç min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 23 dekabr 2019-cu il tarixdə keçirilən bələdiyyə seçkilərində Zərdab rayon Yarməmmədbağı kənd bələdiyyəsinə üzv, 15 yanvar 2020-ci il tarixdə keçirilmiş və 1 nömrəli protokolla rəsmiləşdirilmiş bələdiyyə üzvlərinin ümumi yığıncağında həmin bələdiyyənin sədri seçilməklə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs Təqsirləndirilən şəxs1 məsləhət və məlumatlar verməklə yardım edərək və cinayət yolu ilə əldə edilmiş pul vəsaitini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə Təqsirləndirilən şəxs1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli № 160-İİQ nömrəli Qanununun 6.2, 6.6, 9.1 və 19.4-cü maddələrinin, bələdiyyə torpaqları üzərində icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəsini icarəyə götürmək istəyən şəxsin rəsmi müraciəti əsasında bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsi tələblərinə əməl edilmədən həmin bələdiyyənin mülkiyyətində olan 74 ha torpaq sahəsinin Şahid1 istifadəsinə köhnə tarixə saxta icarə müqaviləsi, bələdiyyə iclas protokolundan çıxarış və bələdiyyə büdcəsinə ödənişlər həyata keçirilməsinə dair qəbzlər əsasında verilməsinə görə sonuncudan 2020-ci ilin iyul ayının ortalarında Zərdab rayonu ərazisində Təqsirləndirilən şəxs1la birlikdə görüşləri zamanı sonuncu və özü üçün birbaşa yolla sonuncu vasitəsilə və şəxsən külli miqdarda maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəmiş, həmin niyyətlə, Təqsirləndirilən şəxs1la cinayətdən xəbərsiz ortaq tanışları olan Şahid5 vasitəsilə əldə etdikləri cinayətdən xəbərsiz Şahid2 adına "xxxx" ASC tərəfindən verilmiş 5103 0714 4768 8504 nömrəli plastik bank kartının nömrələrini Şahid1 sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “WhatsApp” proqramı vasitəsilə göndərilməklə həmin kart hesabına qeyd edilən pul vəsaitinin 500 (beş yüz) manatının Bakı şəhəri ərazisində “MilliÖn” terminalı vasitəsilə 18 iyul 2020-ci il tarixdə Şahid1 tərəfindən göndərilməsinə nail olub, həmin pul vəsaitinin özü Təqsirləndirilən şəxs1la birlikdə Zərdab rayonu, H.Əliyev prospekti 3A ünvanında yerləşən həmin bankın Zərdab rayon filialında bankomatdan çıxarmaqla, həmin məbləği, bundan sonra, Şahid1 rüşvət qismində istədikləri məbləğin tam həcmdə veriləcəyinə əmin olaraq 18 iyul 2020-ci il tarixdən 22 iyul 2020-ci il tarixədək olan müddətdə Zərdab rayonu, Yarməmmədbağı kənd bələdiyyəsinin inzibati binasındakı xidməti otağında kompüterdə özünün şəxsən məsləhətləri və məlumatları ilə etdiyi yardımla Təqsirləndirilən şəxs1 tərəfindən tamah niyyətilə rəsmi sənədlər olan 2 nüsxədə 04 fevral 2007-ci il tarixli bələdiyyə iclas protokolundan çıxarış və 2 nüsxədə 06 fevral 2007-ci il tarixli, 08 nömrəli müqavilənin məzmununa qeyd edilən 74 ha torpaq sahəsinin Şahid1 icarəsinə verilməsinə guya həmin bələdiyyə iclasında müzakirə olunmaqla razılıq verilməsi və icarə müqaviləsinin bağlanmasına dair bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilib çap qurğusu (printer) vasitəsilə surəti kağız daşıyıcı üzərində çıxarılmaqla həmin sənədlərdə, habelə, 1 nüsxədə 08 fevral 2007-ci il tarixli, 219196 nömrəli və 1 nüsxədə 14 mart 2012-ci il tarixli, 219195 nömrəli həmin bələdiyyəyə məxsus qəbzlərə guya sonuncu tərəfindən torpaq icarəsi üzrə 2007-2012-ci illər və 2012-2017-ci illər üzrə bələdiyyə büdcəsinə hər birində 740 manat məbləğində ödəniş edilməsinə dair Təqsirləndirilən şəxs1 tərəfindən əlyazma xətti ilə bilə-bilə yalan məlumatlar daxil edilməklə həmin qəbzlərdə, cəmi dörd rəsmi sənəddə 2007-ci il tarixdə həmin bələdiyyənin sədri vəzifəsində işləmiş X13 imzası görüntüsünün yaradılması üçün bələdiyyə sədri “O.A. Həsənov” adının qarşısında diyircəkli qələmlə qəsdən oxşadılmaqla imzalandıqdan sonra Zərdab rayon, Yarməmmədbağı bələdiyyəsinin möhürü ilə təsdiq edilməklə hazırlanıb 22 iyul 2020-ci il tarixdə Şahid1la Zərdab rayonu Aşağı Seyidlər kəndində yerləşən “Elay” restoranında Təqsirləndirilən şəxs1la birlikdə görüşüb köməkçiliyi ilə vəzifə saxtakarlığı yolu ilə hazırlanan qeyd edilən rəsmi sənədlər sonuncu tərəfindən Şahid1 təqdim edilib, habelə, həmin saxta icarə müqaviləsində sonuncuya icarəyə götürən qrafasında imza etdirilib, ondan həmin niyyətlə özü və Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini almaqla, həmin məbləği, eyni niyyətlə, 28 iyul 2020-ci il tarixdə Şahid1la yenidən qeyd edilən restoranda Təqsirləndirilən şəxs1la birlikdə görüşərək ondan sonuncu və özü üçün Təqsirləndirilən şəxs1 birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini qəbul etməsilə, həmin məbləği, ümumilikdə qeyd edilən qaydada vahid niyyətlə Şahid1 Təqsirləndirilən şəxs1 özü və onun üçün birbaşa və dolayı yolla şəxsən və özü vasitəsilə külli miqdarda maddi nemət olan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində alınmasında və Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsində köməkçi qismində iştirak etmişdir. Bundan başqa, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq 23-24 iyul 2020-ci il tarixində Zərdab rayonu ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərdab rayon Yarməmmədbağı kənd bələdiyyəsinin mülkiyyətində olan 74 ha torpaq sahəsinin istifadəsinə verilməsi üçün rüşvət qismində pul vəsaiti aldıqları Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək həmin rayonda 12 iyul 2013-cü il tarixdən 2 iyul 2020-ci il tarixədək Zərdab rayon İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləməsi ilə əlaqədar rayon İcra hakimiyyəti başçısının aparatında geniş əlaqələrə malik olmasını, həmin əlaqələrindən istifadə edərək istifadəsinə veriləcək qeyd edilən torpaq sahəsində müvafiq təsərrüfat obyektlərinin tikintisini aparmasından ötrü onun üçün icazə ala biləcəyini yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Zərdab rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləyən X4 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü və Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 aldatmaqla bildirib, sonuncuda özləri barəsində formalaşdırdıqları inam və etibardan suiistifadə edərək onun razılığını almaqla sövdələşib, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü və Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmiş, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Binəqədi rayon məhkəməsinin 20 iyul 2020-ci il tarixli qərarı əsasında 28 iyul 2020-ci il tarixdə həyata keçirilən əməliyyat tədbiri zamanı ünvan 3i ünvanında yerləşən “Elay” restoranında Təqsirləndirilən şəxs1la birlikdə saxlanıldıqlarından, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, Şahid1 həmin niyyətlə qeyd edilən pul vəsaitini ala bilməməklə, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 3.000 (üç min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-cü ildən etibarən yaşadığı Lələağacı kəndini də əhatə edən Zərdab rayonu, Yarməmmədbağı bələdiyyənin sədri vəzifəsində işləmiş, sədr kimi vəzifələri bələdiyyə iclaslarının keçirilməsinin təşkili, bələdiyyə mülkiyyətinin idarə olunması, yerli sosial layihələrin həyata keçirilməsi və sairdən ibarət olmuşdur. Təxminən 2020-ci ilin iyun ayında Yarməmmədbağı kənd icra nümayəndəsi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2 onunla görüşən zaman ona bir nəfər Ceyhun adlı şəxsin qohumunun Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin mülkiyyətində olan və “Çernobıl” deyilən ərazidə yerləşən torpaq sahəsini icarəyə götürmək istədiyini bildirmişdir. 2008-ci ildən etibarən torpaqların icarəyə verilməsi hərrac vasitəsilə həyata keçirildiyindən əvvəlcə bununla razılaşmamış və Təqsirləndirilən şəxs2 həmin torpaq sahəsinin icarəyə verilməsinin qanunsuz olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona həmin şəxsin tələsdiyini və heyvandarlıqla bağlı təsərrüfat yaradacaqlarını, buna görə də tez bir zamanda torpağın həmin adama verilməsini bildirmiş Ceyhun adlı şəxsin nömrəsini ona vermişdir. Ceyhunla mobil telefon vasitəsilə danışdıqda sonuncu ona yaxın günlərdə torpaq almaq istəyən şəxslə birlikdə Zərdab rayonuna gələcəyini bildirmiş, bundan sonra təxminən 14-15 iyul 2020-ci il tarixdə o və Təqsirləndirilən şəxs2 həmin şəxslərlə Zərdab rayonunda “dörd yolun yanı” deyilən ərazidə çayxanada görüşmüşlər. Ceyhun adlı şəxs ora Fəxri və Emin adlı şəxslə birlikdə gəlmiş, çay içən zaman Şahid1 ona Zərdab rayonu ərazisində təsərrüfatla məşğul olmaq istədiyini və buna görə də torpaq lazım olduğunu bildirmişdir. Şahid1 bələdiyyənin balansında 2 ədəd biri 74 hektar, digəri isə 50 hektar olan torpaq sahəsinin olmasını bildirmiş, 50 hektar yerin 25 hektarı onun, digər 25 hektarı isə Təqsirləndirilən şəxs2 tərəfindən icarəyə götürülmüş, elə həmin vaxt onlar Şahid1 və Ceyhun adlı şəxslə birlikdə Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin mülkiyyətində olan və “Çernobıl” deyilən əraziyə getmişlər. Orada torpaq sahəsinə baxdıqdan sonra Şahid1 ona həmin yerlərin xoşuna gəldiyini, həmin yerləri icarəyə götürmək istədiyini bildirmişdir. Ardınca onlar yenidən həmin çayxanaya qayıdıb orada olan zaman Şahid1 hər iki torpaq sahəsini icarəyə götürməsi üçün 20.000 (iyirmi min) manat lazım olduğunu bildirmiş, həmçinin sonuncuya 50 hektarın sənədləşməsinin problemli olacağını və uzun müddət çəkəcəyini demişdir. Şahid1 ilk olaraq 74 hektarı icarəyə götürmək istədiyini bildirmiş, Fəxriyə həmin torpaq sahəsini 10.000 (on min) manat müqabilində sənədləşdirə biləcəyini demişdir. Şahid1 həmin torpaq sahəsinin indiki vaxt üçün sənədləşdirməyin uzun çəkəcəyini, 2007-ci ildən müqavilə yazacağını və həmin müqavilənin 25 illik olacağını bildirmiş, həmin vaxt Şahid1 ona həmin məsələnin problem çıxara biləcəyini bildirdikdə Şahid1 guya ki, icarə haqqının ödənilməsi barədə də qəbzlər yazacağını, buna görə də problem olmadığını bildirmişdir. Şahid1 yoldaşları ilə birlikdə çıxıb getmiş, həmin vaxt Şahid1 ***-***-**-** saylı mobil telefon nömrəsini də götürmüşdür. Təxminən 17-18 iyul 2020-ci il tarixdə Şahid1 Təqsirləndirilən şəxs2 zəng edib behi ödəmək istədiyini bildirmiş, “whatsapp” proqramını işlətdiyi 050 ***-**-** saylı mobil nömrə ilə Şahid1 nömrəsinə Təqsirləndirilən şəxs2 adı yadında qalmayan bir tanışının istifadəsində olan plastik kartın şəklini atmışdır. Elə həmin gün günorta saatlarında Şahid1 həmin karta 500 (beş yüz) manat məbləğində pul və həmin ödəniş qəbzini də “whatsapp” proqramı vasitəsilə göndərmişdir. Bundan sonra Şahid1 ona növbəti 500 (beş yüz) manat məbləğində pul verməli olmuş, həmin pulu gecikdirən zaman o, sonuncuya istifadəsində olan mobil nömrə vasitəsilə “daha bizimki alınmadı, yeri sizə vermirəm” məzmununda mesaj yazmışdır. Şahid1 ilkin olaraq kart hesabına 500 (beş yüz) manat pul göndərdikdən sonra o, icarə müqaviləsi, çıxarış və qəbzlər hazırlayaraq “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə tərtib etmişdir. Həmin müqavilənin müvafiq qrafalarını öz əlyazması ilə dolduraraq müqaviləyə özündən 06 fevral 2007-ci il tarix, 08 nömrəsi qoymuş, həmçinin 04 fevral 2007-ci il tarixli iclas protokolundan çıxarış tərtib etmişdir. Bundan əlavə guya ki, icarə haqqının Şahid1 tərəfindən ödənilməsini göstərmək üçün iki ədəd 08 fevral 2007-ci il 219196 nömrəli və 14 mart 2012-ci il tarixli 219195 nömrəli qəbzlər tərtib etmişdir. Qəbzlərdə, müqavilədə və çıxarışda o dövr üçün bələdiyyə sədri əvəzi, hazırda ölmüş şəxs X13 adını qeyd edərək həmin adın qarşısında imza çəkmiş, həmçinin həmin sənədlərə bələdiyyənin möhürünü vurmuşdur. Şahid1 artıq torpaq sahəsini verməyəcəyi barədə mesaj yazdıqdan təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək Şahid1 rayona gəldiyini, pul verəcəyini və “Elay” adlı restoranda görüşəcəklərini bildirdikdən sonra onlar həmin restorana getmişlər. Təqsirləndirilən şəxs2la birlikdə restoranın 2-ci mərtəbəsində, eyvanda oturub Şahid1 gözləmiş, həmin vaxt yenə də Şahid1 Ceyhun və digər tanımadığı şəxslə birlikdə oraya gəlmişdir. Şahid1 görüş zamanı onlara 1500 (min beş yüz) manat pul gətirdiyini bildirmiş, həmin vaxt Şahid1 pulu sayaraq ona uzatmış, bu zaman o, Təqsirləndirilən şəxs2 işarə edərək pulu sonuncuya verməsini bildirmişdir. Ardınca Şahid1 ona xəstəsi olduğunu bildirərək həmin puldan 1000 (min) manatı qaytarmasını xahiş etmiş, Təqsirləndirilən şəxs2 da 1000 (min) manat məbləğində pulu Şahid1 qaytarmışdır. Ardınca o, müvafiq sənədləri Şahid1 imzalatdıraraq sonuncuya təqdim etmişdir. Bundan sonra Şahid1 şəhərə getmiş, sonra təxminən 24 və ya 25 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2la rayon mərkəzində olan zaman sonuncu ona Şahid1 torpaq sahəsi ilə bağlı rayon icra hakimiyyətinin memarı Sahid Əhmədovla görüşüb söhbət etmələrini təklif etmişdir. Həmin vaxt X30 rayonunda, Qələbə parkı deyilən ərazidə görülən işə nəzarət etmiş, Təqsirləndirilən şəxs2la Sahid Əhmədovun yanına çatan zaman ona zəng gəldiyinə görə ərazidən aralanmışdır. Təxminən 5-6 dəqiqə telefonla danışdıqdan sonra Təqsirləndirilən şəxs2 yanına gələrək ona “Sahidlə danışdığını, 2000 (iki min) manata həll edə biləcəyini demişdir. Bundan sonra onlar kəndə qayıtmış, ardınca bir daha Şahid1 28 iyul 2020-ci il tarixdə, saat 14-15 radələrində Zərdab rayonuna gələrək sonuncu ilə “Elay” restoranında həmin restoranın girişdən daxil olduqda sağ tərəfdə sonuncu otaqda əyləşmişlər. Şahid1 yenə də həmin yerə Ceyhun və adını xatırlamadığı adamla birlikdə gəlmiş, orada olan zaman Təqsirləndirilən şəxs2la Şahid1 memardan icazə alınması barədə olan məsələ haqqında danışmışlar. Təqsirləndirilən şəxs2 həmin vaxt Şahid1 memar, Sahid Əhmədova 3000 (üç min) manat pul verməli olduğunu demiş, Şahid1 sonradan bununla razılaşaraq 5000 (beş min) manat məbləğində pul gətirdiyini bildirmişdir. Həmin pulu çıxarıb saymış və yenə də həmin pulu Təqsirləndirilən şəxs2 vermişdir. Bundan sonra həmin otağa prokurorluq əməkdaşları daxil olaraq onları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə gətirmişlər. Özünü CM-in 178.2.1 və 178.2.3-cü maddələri ilə təqsirli bilmiş, qeyd olunan torpaq sahələrinə dair heç bir səlahiyyəti olmamış, maddi imkanı zəif olduğuna görə Şahid1 qeyd olunan məbləği almışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 iyul 2020-ci il tarixə qədər Zərdab rayonu Yarməmmədbağı kənd icra nümayəndəsi vəzifəsində işləmiş, həmin tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 2019-cu ildə Zərdab rayon Yarməmmədbağı kəndində icra nümayəndəsi işləyərkən Zərdab-Ağcabədi yolunun çəkilişində iştirak edən “Polad” şirkətinin Ceyhun adlı əməkdaşı ona bir nəfər dostuna mal-qara saxlamaq, həmçinin əkin üçün torpaq lazım olduğunu bildirmiş, Ceyhuna həmin vaxt lazım olsa Yarməmmədbağı bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1la danışacağını demişdir. Həmin vaxt bu barədə bələdiyyə sədri Təqsirləndirilən şəxs1 məlumat vermiş, sonuncu isə ona Yarməmmədbağı kəndinin mərkəzindən təxminən 40 km məsafədə 74 hektar torpaq sahəsi olduğunu, həmin sahəni icarəyə verə biləcəyini demişdir. Bundan sonra Ceyhuna kəndlərində 74 hektar torpaq sahəsinin olduğunu demiş, Ceyhun isə ona dostu ilə danışıb xəbər verəcəyini bildirmişdir. 2020-ci ilin iyul ayının əvvəllərində Ceyhun onun mobil nömrəsinə zəng edərək dediyi 74 hektar torpaq sahəsini əgər başqa adama verməmişlərsə dostunun mal-qara saxlamaq istədiyini, dostunu danışmaq üçün göndərəcəyini demişdir. Ceyhuna bələdiyyə sədri Sahibin mobil nömrəsini verərək özü ilə danışmalarını demişdir. Təqsirləndirilən şəxs1 da tanışı Ceyhun adlı şəxsin 74 hektar torpaq sahəsinə görə zəng edəcəyi barədə məlumat vermişdir. Ceyhunla danışdıqda 4-5 gün sonra Ceyhun, sonuncunun adının sonradan Şahid1 olduğunu bildiyi dostu və Fəxrinin adını bilmədiyi dostu ilə Ucar rayonunun Ləki kəndində görüşüb özünə məxsus “VAZ 2106” markalı, avtomobil ilə Zərdab rayonu Yarməmmədbağı kəndi ərazisində yerləşən 74 hektar torpaq sahəsinə baxmağa getmişlər. Ceyhun və Şahid1 qeyd edilən torpaq sahəsinə baxmış, Şahid1 qardaşına göstərmək üçün həmin torpaq sahəsinin şəklini çəkmişdir. Sonra Zərdab şəhərində pambıqtəmizləmə zavodunun yaxınlığında yerləşən çay evində oturub söhbət edən zaman Təqsirləndirilən şəxs1 Şahid1 74 hektar torpaq sahəsini sənədləşdirərək 25 illik sonuncuya icarəyə verəcəyini, bunun qarşılığında Sahibə 10.000 manat pul verəcəyini, rəsmiləşdirməni qanunvericilikdə dəyişiklik olduğuna görə 2007-ci il tarixdə ölmüş bələdiyyə sədrinin adından edəcəyəni demişdir. Şahid1 isə bununla razı olduğunu, qardaşı ilə danışıb dəqiq cavab verəcəyini demişdir. Daha sonra Fəxrigil çıxıb getmişlər. Bundan sonra həm o, həm də bələdiyyə sədri Təqsirləndirilən şəxs1 Şahid1 və Ceyhunla mütəmadi olaraq torpaq sahəsini almaq üçün nə vaxt gələcəkləri barədə telefonda danışmışlar. Şahid1 onlara qısa müddətdə gələcəyəni, qardaşının pul göndərəcəyini, buna görə gözlədiyini demişdir. 18 iyul 2020-ci il tarixdə Şahid1la telefon vasitəsilə danışarkən sonuncu ondan 500 manat pul göndərmək üçün kart nömrəsi göndərmələrini demişdir. Təqsirləndirilən şəxs1la birlikdə Zərdab şəhər sakini Şahid5 kart nömrəsi verməsini xahiş etmiş, Şahid5 həmin vaxt onlara Şahid2 adına olan "xxxx" ASC-yə məxsus plastik kart vermişdir. Təqsirləndirilən şəxs1 həmin kartın şəklini çəkərək vapsap proqramı vasitəsilə Şahid1 göndərmiş, Fəxri də öz növbəsində həmin kart hesabına 500 (beş yüz) manat məbləğində pul göndərmişdir. Təqsirləndirilən şəxs1la birlikdə Zərdab şəhərinin mərkəzində, poçtun yaxınlığında olan "xxxx" ASC-yə məxsus bankomatdan 500 manat pulu çıxarıb, kartı Şahid5 geri qaytarmışlar. Həmin 500 manat pulu Təqsirləndirilən şəxs1la yarı bölmüş və ona 250 manat pul qalmışdır. Sonra Şahid1 zəng edərək icarəyə götürdüyü 74 hektar torpaq sahəsində tikinti aparmağa razılıq almaq üçün 10.000 manatdan əlavə Zərdab rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədova 3000 manat pul vermək lazım olduğunu demiş, Şahid1 da onunla razılaşaraq qısa müddətdə pulu göndərəcəyini bildirmişdir. Lakin Şahid Əhmədovla görüşməmiş, sonuncu ilə tikinti ilə əlaqədar heç bir söhbət etməmişdir. Daha sonra o və Təqsirləndirilən şəxs1 qalan pulun tez verilməsi üçün həm Şahid1la, həm də Ceyhunla telefon əlaqəsi saxlamış, 22 iyul 2020-ci il tarixdə Ceyhun, Şahid1 və sonuncunun sonradan Emin olduğunu bildiyi dostu Zərdab rayonuna gəlmiş, Təqsirləndirilən şəxs1la birlikdə sonuncularla rayonun Aşağı Seyidlər kəndində yerləşən “Elay” restoranında təxminən axşam saatlarında görüşmüşlər. Şahid1 həmin vaxt yoldaşının xəstə olduğunu, pul çatdıra bilmədiyini, dayısı oğlunun yeni şəhid olduğunu, ona görə pulu tam düzəldə bilmədiyini, hazırda 1500 manat pul gətirdiyini bildirmişdir. Sahiblə birlikdə Şahid1 vəziyyətini başa düşüb 1500 manat pulu Sahibə uzatmış, lakin Sahib pulu ona verməsini demiş, Şahid1 da 1500 manat pulu ona vermişdir. Pulu alıb köynəyinin ön tərəfində olan cibinə qoymuş və restorandan çıxmışlar. Həmin vaxt avtomobilə əyləşərkən Təqsirləndirilən şəxs1 Şahid1 “2007-ci ilə müqavilə hazırladığını və həmin sənədə imza etməsini deyib sonuncunu yanına çağırmışdir. Şahid1 avtomobilin ön tərəfdən kapotun üstündə müqaviləyə imza etmiş və bundan sonra çıxıb getmişlər. Daha sonra Təqsirləndirilən şəxs1la birlikdə pulun qalan hissəsini gətirməsi üçün mütəmadi olaraq Şahid1la ilə əlaqə saxlamışlar. 28 iyul 2020-ci il tarixdə Ceyhun, Şahid1 və Emin Zərdab rayonuna gəlmiş, o və Təqsirləndirilən şəxs1 adları qeyd olunan şəxslərlə həmin yerdə, yəni “Elay” restoranında təxminən günorta saatlarında görüşmüşdür. Orada Şahid1 5000 manat gətirdiyini bildirmiş, bu dəfə də sonuncu Təqsirləndirilən şəxs1 göstərişinə əsasən pulu ona vermiş, 5000 manat pulu Şahid1 alıb sayaraq şalvarının sol arxa cibinə qoymuşdur. Pulu cibinə qoyduqdan təxminən 2-3 dəqiqə sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları içəri daxil olmuş, özlərini təqdim etmiş və o da pulu Baş İdarənin əməkdaşlarına təqdim etmişdir. Şahid1 5000 (beş min) manat məbləğində pulu alan zaman Təqsirləndirilən şəxs1 ona həmin pulu torpağın icarə haqqının ödənilməsi üçün istifadə edəcəyi barədə məlumat vermiş, cinayət əməlini törətməkdə məqsədləri torpaq sahəsini satmaq deyil sadəcə Şahid1 aldatmaq niyyəti ilə sonuncunun pulunu öz mülkiyyətlərinə çevirmək olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 08-10 iyul 2020-ci il tarixdə tanışı, Kürdəmir şəhərində yaşayan hamının Ceyhun kimi tanıdığı tanışı Tural Abasovdan rayonlarında kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi olub-olmadığını soruşmuş, sonuncu ona maraqlanıb xəbər edəcəyini bildirmişdir. Təxminən 3-4 gün sonra Tural Abasov ona zəng edərək Zərdab rayonunun Yarməmmədbağı kəndinin bələdiyyə sədri olan Təqsirləndirilən şəxs1 adlı şəxslə istəsə görüşüb söhbət edə biləcəyini demişdir. Təxminən 14-15 iyul 2020-ci il tarixdə yaxın dostu Şahid3la birlikdə Kürdəmir rayonuna getmiş, Tural Abasovla görüşdükdən sonra sonuncu ilə birlikdə Zərdab rayonuna getmişlər. Zərdab rayonunun girəcəyində olan, adını xatırlamadığı bir çayxanada Zərdab rayonunun Yarməmmədbağı kəndinin bələdiyyə sədri Təqsirləndirilən şəxs1 və Zərdab rayonunun Yarməmmədbağı kəndinin icra nümayəndəsi Təqsirləndirilən şəxs2la görüşmüşlər. Həmin vaxt Tural Abasov onu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 torpaq almaq istəyən şəxs kimi təqdim etmiş, Təqsirləndirilən şəxs1 ondan torpağın nə üçün lazım olduğunu soruşduqda sonuncuya təsərrüfatla məşğul olmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona iki dənə torpaq sahəsi olduğunu, həmin torpaqlardan birinin sahəsinin 74 hektar olmaqla bələdiyyənin balansında olduğunu, digərinin isə 50 hektar olduğunu, həmin 50 hektarın 25 hektarının özünün, digər 25 hektarının isə orada iştirak edən Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirmişdir. Bundan sonra torpağa baxmaq üçün Zərdab rayonunun Yarməmmədbağı kəndinə getmiş, dostu Şahid3 isə çayxanada qalmışdır. Yarməmmədbağı kəndində Təqsirləndirilən şəxs1 ərazini göstərərək torpaq sahələrinin həmin yer olmasını bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 torpaq sahələrini bəyəndiyini demişdir. Yenidən əvvəl oturduqları çayxanaya qayıtdıqdan sonra Təqsirləndirilən şəxs1 ona əgər hər iki torpaq sahəsini istəyirsə 20.000 (iyirmi min) manat pul verməli olduğunu, 50 hektar torpaq sahəsinin sənədləşməsində problemlər olacağına görə ilk olaraq 74 hektarı həll edərək həmin torpaq sahəsi üçün 10.000 (on min) manat verməli olduğunu demişdir. Təqsirləndirilən şəxs1 74 hektar torpaq sahəsi üçün 10.000 (on min) manat pulun çox olduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 isə 74 hektarı heç yerdə həmin qiymətə tapa bilməyəcəyini demişdir. Sənədləşmənin necə olacağını soruşduqda Təqsirləndirilən şəxs1 ona ən asan yol kimi ona 2007-ci il tarixli 25 (iyirmi beş) illik icarə müqaviləsi verəcəyini, əgər indiki tarixlə əldə etmək istəyirsə onun 50.000-60.000 (əlli-altmış min) manat xərci çıxacağını demişdir. Təqsirləndirilən şəxs1 2007-ci il tarixli sənədin veriləcəyi təqdirdə gələcəkdə hər hansı bir problemlə qarşılaşa biləcəyini bildirsə də sonuncu ona narahat olmamasını, həmin torpaq sahəsinə aid 2007-ci ilin icarə müqaviləsini, icarə haqqı ödəməsinə dair bir neçə qəbz verəcəyini, buna görə də heç bir problemin yaranma ehtimalının olmadığını bildirmişdir. Eyni zamanda həmin vaxt Sahib və Təqsirləndirilən şəxs2 torpağı alacağı təqdirdə tikinti apara biləcəyini soruşduqda Təqsirləndirilən şəxs2 ona Zərdab rayon İcra Hakimiyyətinin memarı Sahid Əhmədovla danışacağını və buna görə də pul verəcəyi təqdirdə heç bir problem olmayacağını bildirmişdir. Həmin sonra Tural Abasov, o və dostu Şahid3 oradan çıxıb X24 rayonunda düşürdükdən sonra Şahid3la birlikdə Bakı şəhərinə qayıtmışlar. Həmin gündən etibarən həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 ona zəng edərək torpağı tezliklə götürməsi barədə təkidlər etmiş, Təqsirləndirilən şəxs1 ona daha tez-tez zəng edərək torpağın pulunu istəmişdir. Zənglərdən birində Təqsirləndirilən şəxs1 ondan heç olmasa torpağın ona məxsus olmasını dəqiqləşdirmək üçün beh verməsini, kart hesabını deyəcəyini və pulu ora göndərməsini demişdir. Təqsirləndirilən şəxs1 fikirləri onun üçün şübhəli olduğuna görə həmin faktla bağlı ərizə yazaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Həmin idarədə razılşadıqdan sonra Təqsirləndirilən şəxs1 zəng edərək pul göndərməsi üçün hesab nömrəsi göndərməsini demiş, Təqsirləndirilən şəxs1 ona istifadəsində olan nömrədən “whatsapp” proqramı vasitəsilə, onun istifadəsində olan nömrəyə “Kapital Banka” məxsus kartın şəklini göndərmişdir. 18 iyul 2020-ci il tarixdə saat 1354-də Təqsirləndirilən şəxs1 göndərdiyi həmin hesaba 500 (beş yüz) manat məbləğində pulu, “Milliön” terminalı vasitəsilə köçürdükdən bir gün sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək həmin pulla məsələnin həll olunmadığını, Torpaq Komitəsinə pul verməli olduğunu və buna görə də pulu tam olaraq ödəməsini bildirmişdir. Sonuncuya hazırda pulu ödəyə bilmədiyini bildirdikdə Təqsirləndirilən şəxs1 ona 22 iyul tarixdən gec olmamasını demişdir. 22 iyul 2020-ci il tarixdə müvafiq protokol tərtib edilərək ona 1500 (min beş yüz) manat miqdarında pul verilmiş və yanında olan Şahid3 adlı dostunun razılığı ilə üzərinə video çəkiliş aparmaq üçün qurğu yerləşdirmişlər. Pulu aldıqdan sonra Təqsirləndirilən şəxs1 zəng edərək sonuncuya pul gətirmək üçün Bakı şəhərindən çıxdığını bildirmiş, Təqsirləndirilən şəxs1 ona Zərdab rayonunun girişində, Seyidlər kəndinin yaxınlığında olan “Elay” adlı restorana gəlməsini bildirmişdir. Şahid3la birlikdə əvvəlcə Kürdəmir rayonuna getmiş, orada Tural Abasovla görüşərək sonuncunun avtomobili ilə birlikdə Zərdab rayonuna getmişlər. “Elay” restoranınin həyətinə daxil olduqda ikinci mərtəbədə olan, eyvan hissədə oturmuş, söhbət zamanı Təqsirləndirilən şəxs1 pulu tam vermək imkanının olmadığını, 1500 (min beş yüz) manat pul gətirdiyini, qalan pulu 5-6 avqust tarixlərdə gətirib verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşdıqdan sonra cibindən 1500 (min beş yüz) manat pulu çıxarıb sayaraq Təqsirləndirilən şəxs1 uzatmış, Sahib isə əli ilə Təqsirləndirilən şəxs2 işarə edərək pulu sonuncuya verməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin pulu götürüb köynəyinin sinə hissəsində yerləşən cibinə qoymuş, qalan pulu iyul ayının sonu və ya 5-6 avqust tarixində ödəməsi şərti ilə razılaşmışlar. Getmək istəyərkən Təqsirləndirilən şəxs1 ona müqaviləni imzalamasını və qəbzləri götürməsini demişdir. Restorandan çıxaraq Təqsirləndirilən şəxs2 məxsus “VAZ 2106” markalı avtomobilə yaxınlaşmış, Təqsirləndirilən şəxs1 avtomobilin qabaq sağ oturacağına oturub saxlanc yerini açıb sənədləri çıxarmış və gətirib avtomobilin qabaq “kapot” hissəsinə qoymuşdur. Sənədlərə baxdıqda 06 fevral 2007-ci il tarixli, 08 nömrəli müqavilə olmasını görmüş, Təqsirləndirilən şəxs1 ona müqaviləyə imza çəkməsini bildirmiş, həmin vaxt o, müqaviləni 2 nüsxədə imzalayaraq həmin nüsxələrdən biri onda qalmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs1 ona 04 fevral 2007-ci il tarixli çıxarışı, 08 fevral 2007-ci il tarixli, AFE 219196 nömrəli və 14 mart 2012-ci il tarixli, AFE 219195 nömrəli qəbzləri təqdim etmişdir. Bundan sonra sağollaşaraq Bakı şəhərinə gəlmişlər. Elə həmin gün, yəni 22 iyul 2020-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs2 ona zəng edərək çalışıb pulu verməsini uzatmamasını, ayın sonuna qədər həll etməsini demişdir. 23 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona yenidən zəng edərək Memar Sahidlə danışdığını və sonuncunun 3000 (üç min) manat pul istədiyini demişdir. Qarşılığında Təqsirləndirilən şəxs2 rayona gələrək memarla görüşmək istədiyini bildirdikdə sonuncu ona vəziyyətin pis olduğunu, icra başçısı təzə gəldiyinə görə işçilərin kiminləsə görüşməyə qorxduğunu demişdir. 27 iyul 2020-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1la danışaraq sabahkı gün gələcəyini bildirmiş, prokurorluq əməkdaşları 28 iyul 2020-ci il tarixdə müvafiq protokol tərtib edərək ona 5000 (beş min) manat miqdarında pul vermiş və yanında olan Şahid3 adlı dostunun razılığı ilə üzərinə video çəkiliş aparmaq üçün qurğu yerləşdirmişlər. Səhər saatlarında Təqsirləndirilən şəxs2 ona zəng edərək rayona gəlib-gəlməyəcəyini soruşduqda sonuncuya gələcəyini bildirmiş, Təqsirləndirilən şəxs2 ona yenə də həmin yerdə, “Elay” restoranında görüşəcəklərini bildirmişdir. 28 iyul 2020-ci il tarixdə, saat 13 radələrində dostu Şahid3 və Tural Abasovla birlikdə Zərdab rayonu, Seyidlər kəndində yerləşən “Elay” restoranına çatmış, restoranda girişdən sağ tərəfdə, ən axırıncı kabinetdə sonuncularla görüşmüşdür. Həmin vaxt o, Təqsirləndirilən şəxs2 memarın nə qədər istədiyini soruşmuş, sonuncu əli ilə göstərərək 3000 (üç min) manat istədiyini bildirmişdir. Həmin pulla razılaşdığını bildirmiş, cibindən 5000 (beş min) manatı çıxarıb saymış və Təqsirləndirilən şəxs1 uzatmışdır. Təqsirləndirilən şəxs1 yenə də pulu götürməyərək əli ilə Təqsirləndirilən şəxs2 işarə edib pulu ona verməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 yenidən pulu saymış və şalvarının cibinə qoymuşdur. Bundan sonra, prokurorluq işçiləri həmin otağa daxil olmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş X17 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 18 iyul 2020-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrəyə zəng edərək sonuncuya şəhərdən pul göndəriləcəyini, hazırda rayon mərkəzində olduğunu və kartının evdə qaldığını, Kapital bankın kartı lazım olduğunu xahiş etmişdir. Təqsirləndirilən şəxs2 təqaüdünü “Beynəlxalq bank”dan aldığını və Təqsirləndirilən şəxs2 üçün qohumundan kartını alıb verə biləcəyini bildirmişdir. Sonra Zərdab rayon İcra Hakimiyyətinə gedərək orada işləyən Şahid2 vəziyyəti izah edərək sonuncudan "xxxx"a məxsus əmək haqqı kartını almışdır. Yenidən Təqsirləndirilən şəxs2 ona zəng edərək kart tapıb-tapmadığını soruşmuş, o da sonuncuya kart tapdığını bildirdikdən sonra Təqsirləndirilən şəxs2 ona gəlib kartı evindən götürəcəyini bildirmişdir. Ardınca təxminən 15-20 dəqiqə sonra, saat 1230 radələrində Təqsirləndirilən şəxs2 istifadəsində olan “Vaz 2106” markalı, ağ rəngli avtomobillə yaşadığı evin qarşısına gəlmiş, yaşadığı ünvan 6 ünvanında yerləşən evinin bayır qapısının qarşısında kartı Təqsirləndirilən şəxs2 vermişdir. Növbəti gün yəni 19 iyul 2020-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs2 yenidən yaşadığı evə gələrək həmin kartı qaytarmışdır. Bundan sonra 20 iyul 2020ci il tarixdə o, əmək haqqı kartını Şahid2 qaytarmışdır. Məhkmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 28 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 28 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan baxış keçirilməsi və götürmə aparılması haqqında 28 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şalvarının yan cibində olan pul əskinaslarını baxış zamanı könüllü şəkildə təqdim edərək xüsusi işıq vasitəsi ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, B1649601, A39923927, A64466412, A89361266, A99418187, A78277218, A21453945, A87645995, A62571369, A99537676, B04834584, A77278131, A30740867, A52265849, A93113624 seriya nömrəli 15 (on beş) ədəd 100 manatlıq, A83818212, B06031724, A81574205, A95882514, A63114855, A56482757, A95359622, A70486425, A48224436, B23714224 (on) ədəd 50 manatlıq pul əskinaslarının üzərinə “rüşvət 2020” sözləri yazılmışdır. Həmin B01649601 nömrəli, A52265849 nömrəli, A93113624 nömrəli, A77278131 nömrəli, A30740867 nömrəli, A99537676 nömrəli, B04834584 nömrəli, A87645995 nömrəli, A21453945 nömrəli, A62571369 nömrəli, A78277218 nömrəli, A99418187 nömrəli, A89361266 nömrəli, A64466412 nömrəli, A39923927 nömrəli, A07335859 nömrəli, A91350136 nömrəli, A94006094 nömrəli, A55862583 nömrəli, A41919178 nömrəli, A83488110 nömrəli, B01105114 nömrəli, A84006489 nömrəli, B10431340 nömrəli, A86165599 nömrəli, A60809642 nömrəli, A16724506 nömrəli, A53879896 nömrəli, A64180669 nömrəli, A67883720 nömrəli, A96047242 nömrəli, A72999931 nömrəli, A75331167 nömrəli, A55874331 nömrəli, D02580776 nömrəli 35 ədəd olan 100 manatlıq və A95083204 nömrəli, A57077376 nömrəli, B13547215 nömrəli, A55180810 nömrəli, D14102049 nömrəli, A71318034 nömrəli, A65808952 nömrəli, A78808911 nömrəli, A43176499 nömrəli, A10012841 nömrəli, A95206781 nömrəli, B10840455 nömrəli, A25296151 nömrəli, A01936647 nömrəli, B26234698 nömrəli, B09564165 nömrəli, A92067182 nömrəli, B01669884 nömrəli, A77116011 nömrəli, B01038151 nömrəli, A48224436 nömrəli, B23714224 nömrəli, A83818212 nömrəli, A70486425 nömrəli, A95359622 nömrəli, A56482757 nömrəli, A63114855 nömrəli, A95882514 nömrəli, A81574205 nömrəli, B06031724 nömrəli 30 ədəd 50 manatlıq pul əskinaslarına baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılaraq protokola əlavə edilmişdir. İş materiallarında olan “Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinin protokol kitabı”na baxış keçirilməsi haqqında 27 avqust 2020-ci il tarixli protokola əsasən müəyyən edilmişdir ki, istintaq üçün əhəmiyyət kəsb edən 15 yanvar 2007-ci il tarixli iclas protokolu yoxdur. 02 saylı protokol isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı deyildir. İş metariallarında olan Binəqədi rayon məhkəməsinin 20 iyul 2020-ci il tarixli qərarı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş video görüntüləri özündə əks etdirən və üzərlərində “Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 və həmin kəndin icra nümayəndəsi işləmiş Təqsirləndirilən şəxs2 qanunazidd əməllərinə dair əməliyyat çəkilişi videoları”, “KQMBİ”, “Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Əməliyyat təminatı şöbəsi” və “N 0195”, “N 0196”, “N 0197” nömrələri yazılmış “CD” disklərə baxış keçirilməsi haqqında 15 avqust 2020-ci il tarixli protokola əsasən müəyyən edilmişdir ki, “movi000.mp4” adlı fayl açıldıqda içərisində ümumilikdə 01 dəqiqə davam edən video görüntünün olması aşkar edilmişdir. Həmin görüntüyə baxış zamanı hadisənin bir restoranın ikinci mərtəbəsində olan, eyvan hissədə baş verdiyi müəyyən olunmuşdur. İstintaq materiallarına əsasən görüntülərdəki şəxslərin Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1, Zərdab rayon Yarməmmədbağı kənd sakini, Zərdab rayon İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2, görüntüdə olan, göy rəngli qısaqol köynək geyinmiş şəxsin Şahid4, görüntüdə olan ağ rəngli köynək geyinmiş şəxsin Şahid1 və üzü görünməyən şəxsin Şahid3 olması müəyyən edilmişdir. Videoda Şahid3 və Şahid1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oturduqları stola yaxınlaşıb oturduqları müəyyən edilmişdir. Həmin videoda söhbət Şahid3 və Şahid1 Zərdab rayonuna gələn zaman yolda, Respublikada tətbiq edilən karantin rejimi ilə əlaqədar rastlaşdıqları çətinliklərdən danışılmış, istintaq üçün əhəmiyyət kəsb edən danışıq müəyyən olunmamışdır. Ardınca “movi001.mp4” adlı fayl açıldıqda videonun əvvəlki yazıda göstərilən yerdə davam etdiyi və həmin tərkibdə şəxslərin stol arxasında oturmaları müəyyən olunmuşdur. Video görüntünün 10 dəqiqə davam etməsi müəyyən olunmuş, həmin videoda olan söhbət zamanı ümumilikdə Şahid1 yaxın qohumunun xəstəliyi ilə əlaqədar maddi çətinlik çəkdiyini, buna görə də torpaq sahəsi üçün Sahib və Təqsirləndirilən şəxs2lara ödəməli olduğu 10.000 (on min) manat məbləğində pulu hazırda tam olaraq ödəyə bilmədiyini bildirmiş və “MilliÖn” terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 500 (beş yüz) manat məbləğində pulu əvvəlcədən 74 hektar torpaq sahəsinin rəsmiləşdirilməsi barədə gəldikləri razılığa əsasən “beh” qismində ödəməsindən danışılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 “beh” qismində Şahid1 500 (beş yüz) manat məbləğində pulu aldıqlarını təsdiq etmişdir. Ardınca Təqsirləndirilən şəxs2 Şahid1 həmin torpaq sahəsini aldıqdan sonra orada tikinti işlərinə özünün nəzarət edəcəyini bildirmişdir. Həmin videoda istintaq üçün əhəmiyyət kəsb edən digər danışıq müəyyən olunmamışdır. Daha sonra “movi002.mp4” adlı fayl açıldıqda videonun əvvəlki yazıda göstərilən yerdə davam etdiyi və həmin tərkibdə şəxslərin stol arxasında oturmaları müəyyən olunmuşdur. Video görüntünün 10 dəqiqə davam etməsi müəyyən olunmuşdur. Bu videoda da Şahid1 yaxın qohumunun xəstəliyi ilə əlaqədar çətinlik çəkməsi barədə söhbət etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 Ceyhuna (Şahid4) dəfələrlə torpaq sahəsini götürüb-götürməyəcəklərini dəqiqləşdirmək üçün zəng etdiyini, lakin sonuncunun telefona cavab vermədiyini bildirmişdir. Ardınca Şahid1 yenə də maddi çətinliyindən danışaraq “mən sizə bu gün bir balaca pul verəcəm, mən xərcə düşdüyümə görə bu vəziyyətdəyəm, qardaşım ayın 31-nə pulu köçürəcək, indi bayramlar gəlir bilmirəm bayram günləri pul köçürmə olur yoxsa yox” sözlərini demişdir. Ardınca Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 bayram günlərində köçürmənin olub-olmadığını soruşmuş və Təqsirləndirilən şəxs1 “bayram günləri qeyri-iş günüdür” deyə cavab vermişdir. Ardınca Şahid1 “yenə də deyirəm, vəziyyət çox gərgindir, ayın axırı pul göndərəcək mənə, bizim iki torpağımız var, ikisi də mənimdir, danışdığımız kimi, mən sizə pul verirəm birini verirsiniz, ardınca da o birisini həll edirik” demişdir. Bu zaman Təqsirləndirilən şəxs1 bir neçə dəfə “hə” deyərək Fəxri Xəlilovun dediklərini təsdiq etmişdir. Ardınca Şahid1 əli ilə Təqsirləndirilən şəxs2 göstərərək “tikinti də, Allah qoysa” müəllimlikdir” deyir və Təqsirləndirilən şəxs1 yenə də “hə” deyir. Bundan sonra Təqsirləndirilən şəxs2 Şahid1 “tikintiyə yüz faiz icazə alınmalıdır?” deyə soruşur, Şahid1 da bütün işlərin qanuni olmasını istədiyini bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs2 “onda hələ tikintiyə darıxma” demiş, ardınca Fəxri Xəlilovun haradan tikinti materialları ala biləcəyi müzakirə olunmuşdur. Həmin videoda istintaq üçün əhəmiyyət kəsb edən digər danışıq müəyyən olunmamışdır. Ardınca “movi003.mp4” adlı fayl açıldıqda videonun əvvəlki yazıda göstərilən yerdə davam etdiyi və həmin tərkibdə şəxslərin stol arxasında oturmaları müəyyən olunmuşdur. Video görüntünün 10 dəqiqə davam etməsi müəyyən olunmuşdur. Şahid1 videonun 01:16-cı saniyəsində şalvarının sol, yan cibindən pul çıxarmış, “Allah qoysa 31-i pul mənə gələcək, bayrama düşsə ayın 5-i ya 6-sı burdayam, nə qalır aramızda, mən həmin pulu sizə verirəm, siz də mənə sənədi verirsiniz” demişdir. Ardınca Şahid1 “bizim aramızda danışıq 10.000 (on min) manatdır, 500 (beş yüz) manat mən sizə vermişəm” demiş, Təqsirləndirilən şəxs1 sonuncunun bu sözlərini “hə” deyərək təsdiq etmişdir. Daha sonra Şahid1 əlində olan pulu saymış və pulun 1500 (min beş yüz) manat olması müəyyən olunmuşdur. Bu zaman Şahid1 “Sahib müəllim, bax, burda 1500 (min beş yüz) manatdır, 500 (beş yüz) manat vermişəm, 1500 (min beş yüz) də verdim, mən sizə 8000 (səkkiz min) manat borclu qaldım” deyərək Təqsirləndirilən şəxs2 “düzdür müəllim” deyə soruşmuş, Təqsirləndirilən şəxs2 da öz növbəsində “bəli” deyərək təsdiq etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 pulu köynəyinin döş cibinə qoymuşdur. Ardınca Şahid1 “bu pulları verəndən sonra torpağı verirsiniz sonra o birisi torpağa keçirik” deyə bildirmişdir. Bu zaman Sahib və Təqsirləndirilən şəxs2lar Fəxri Xəlilovun dediklərini təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 da söz danışdıqlarını, digər torpaq sahəsini heç kimə verməyəcəklərini bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs2 torpağın sənədinin hazır olduğunu demiş və Təqsirləndirilən şəxs1 “mən sənə demişdim ki, icarə müqaviləsi, bələdiyyə qərarı, bir də ödənişin ödənilməsi haqqında qəbz bunlar hazırdır, hamısını gətirmişəm maşındadır, sadəcə məndə qalan surətinə qol çəkmək lazımdır” bildirmiş və çıxanda sənədə qol çəkməyə razılaşmışlar. Ardınca Təqsirləndirilən şəxs1 “o ki qaldı, Torpaq şöbəsinin çertyoju və qərarı mən onları vermişəm, Allah haqqı 3000 (üç min) manat vermişəm, köhnə tarixlərdir, gizlətmirəm, yəni ki, mən onu vermişəm, sən göndərdiyini mən ona vermişəm” demişdir. Həmin videoda istintaq üçün əhəmiyyət kəsb edən digər danışıq müəyyən olunmamışdır. Bundan sonra “movi004.mp4” adlı fayl açıldıqda videonun əvvəlki yazılarda göstərilən yerdə davam etdiyi və həmin tərkibdə şəxslərin stol arxasında oturmaları, video görüntünün 04 dəqiqə davam etməsi müəyyən olunmuş və həmin videoda istintaq üçün əhəmiyyət kəsb edən digər danışıq müəyyən olunmamışdır. “MOVİ005” AVİ adlı fayl açıldıqda videonun həmin restoranın həyətində davam etməsi görünmüşdür. Video görüntünün 10 dəqiqə davam etməsi müəyyən olunmuşdur. Video görüntünün 03:58-ci saniyəsindən sonra göstərilən şəxslər, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid1, Şahid3 və Şahid4 restorandan çıxaraq ağ rəngli, “VAZ 2106” markalı avtomobilə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 avtomobilin qabaq sağ, sərnişin oturacağı tərəfdən qapını açmış, oturacaqda oturmuş və saxlanc yerini açmışdır. Təqsirləndirilən şəxs1 saxlanc yerindən faylın içərisində olan vərəqləri çıxarmış və götürüb maşının qabaq hissəsinə gətirərək üzərinə qoymuşdur. Bu zaman Şahid4 “2007-dəndir də bu?” deyə soruşmuş, Təqsirləndirilən şəxs1 da “hə” demişdir. Ardınca Şahid1 Təqsirləndirilən şəxs1 göstərdiyi yerlərə imza çəkmişdir. Ardınca Təqsirləndirilən şəxs1 müqaviləni, qəbzləri və çıxarışı Şahid1 vermişdir. Bundan sonra şəxslər sağollaşmış, Şahid1, Şahid3 və Şahid4 qara rəngli avtomobilə əyləşmiş və restorandan uzaqlaşmışlar. Həmin videoda istintaq üçün əhəmiyyət kəsb edən digər danışıq müəyyən olunmamışdır. Ardınca “N 0196” nömrəsi yazılmış diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə “mov0.mp4” və “MOVİ001” AVİ adlı fayllar vardır. “mov0.mp4” adlı fayl açıldıqda ümumilikdə 04 dəqiqə davam edən video görüntünün olması aşkar edilmişdir. Həmin görüntüyə baxış zamanı hadisənin bir restoranın otağında baş verdiyi müəyyən olunmuşdur. İstintaq materiallarına əsasən görüntülərdəki şəxslərin Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1, Zərdab rayon Yarməmmədbağı kənd sakini, Zərdab rayon icra hakimiyyətinin Yarməmmədbağı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2, görüntüdə olan, göy rəngli qısaqol köynək geyinmiş şəxsin Şahid4, görüntüdə olan ağ rəngli köynək geyinmiş şəxsin Şahid1 və üzü görünməyən şəxsin Şahid3 olması müəyyən edilmişdir. Şahid4, Şahid3 və Şahid1 Rahib və Təqsirləndirilən şəxs1ların olduqları otağa daxil olmuşlar. Həmin videoda kabinetə gələn şəxslərin yolda Respublikada tətbiq edilmiş karantin rejimi ilə əlaqədar üzləşdikləri çətinliklər barədə, Zərdab rayonu barədə söhbətlər olunmuş və şəxslər ümumilikdə hal-əhval etmişlər. Həmin videoda istintaq üçün əhəmiyyət kəsb edən digər danışıq müəyyən olunmamışdır. Daha sonra “MOVİ001” AVİ adlı fayl açıldıqda videonun əvvəlki yazıda göstərilən yerdə davam etdiyi və həmin tərkibdə şəxslərin stol arxasında oturmaları müəyyən olunmuşdur. Video görüntünün 10 dəqiqə davam etməsi müəyyən olunmuşdur. Videonun başlanğıcında Şahid1 icarəyə götürəcəyi torpaq barədə söhbətlər getmişdir. Daha sonra videonun 02:23-cü saniyəsində Şahid1 Təqsirləndirilən şəxs2 “Sahib müəllim keçən dəfə siz mənə kart göndərmişdiniz. O sizin kartdadır, yoxsa?” deyə soruşmuş, Təqsirləndirilən şəxs2 “yox o, başqa adamın kartıdır” deyə cavab vermişdir. Ardınca Şahid1 pulun bəzi hissəsinin üstündə olduğunu bildirmişdir. Daha sonra Şahid1 “Rahib müəllim, siz dediyiniz çertyoju mən deyəcəm axşam mənə göndərəcəklər” demişdir. Təqsirləndirilən şəxs2 isə “göndərsin, axşam mən gedim onunla görüşüm” demişdir. Ardınca Şahid1 cibindən pul çıxarmış, pulu saymış, pulu saydıqdan sonra Təqsirləndirilən şəxs1 əli ilə göstərərək pulu Təqsirləndirilən şəxs2 verməsini bildirmişdir. Şahid1 pulu Təqsirləndirilən şəxs2 verərək ona “say, 5000 (beş min) manatdır burda” demişdir. Bu zaman Təqsirləndirilən şəxs2 pulu saymışdır. Ardınca Şahid1 “bizim işimiz qaldı memarla, onu da bu gün həll edəcəyik, indi siz izah edin ki, memar nə edəcək” demişdir. Təqsirləndirilən şəxs2 qarşılığında “bundan sonra lazım olan torpaq şöbəsinin puludur, o, ümumi puldan veriləcək, memarla axşam danışdım, dedi danışmışam nizamlayacağam, o çertyoju həll edəcək, sərəncam verəcək ki, icarə müddətində tikinti tikməyə icazə verilir, sonra da o, layihəni hazırlayacaq” demişdir. Bundan sonra Şahid1 memara nə qədər pul verəcəyini soruşmuş və Təqsirləndirilən şəxs2 ona “ən sonu üç mindir, deyir ki mən başçı ilə görüşüb razılığını almaqdan ötrü bunu verəcəyəm” deyə cavab vermişdir. Ardınca Şahid1 başqa bir şeyin lazım olub-olmayacağını soruşmuş və Təqsirləndirilən şəxs2 “burda yox, o Bakı ilə razılaşdırır, necə möhürlədir, özü bilər” demişdir. Ardınca Şahid1 işin necə icra olunacağını soruşduqda Təqsirləndirilən şəxs2 sonuncuya “o mənə deyir ki, birinci gün gətir pulun bir hissəsini ver işə başlayım” deyə bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs2 “indi biz sənədi saat 5-də götürəcəyik, biz götürüb onun surətini verəcəyik ona” demişdir. Bu zaman Təqsirləndirilən şəxs1 Şahid1 müqaviləni gətirib-gətirmədiyini soruşmuş, sonuncunun müqaviləni gətirmədiyi müəyyən olunduqda Təqsirləndirilən şəxs1 “müqavilənin və onun surətini çıxarıb verəcəyəm” demişdir. Təqsirləndirilən şəxs2 ardınca “onu götürəcəyik, torpaqdan götürəcəyimizin əsasını da sənə verəcəyik” demişdir. Ardınca Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı otağa daxil olmuşdurlar. Daha sonra Şahid1 və Şahid3 bayıra çıxmış və video görüntü bitmişdir. Ardınca “N 0197” nömrəsi yazılmış diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə “00174”, “00175”, “00180”, “00181”, “00183”, “00185”, “00186”, “00187”, “00188”, “00191”, “00192”, “00194”, “00195”, “00196”, “00199”, “00199”, “00208”, “00210”, “00212” və “00213” adlı fayllar vardır.“N 0197” nömrəli diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin video görüntülər “baxış keçirilməsi və götürmə aparılması haqqında” 28 iyul 2020-ci il tarixli protokolda göstərilən görüntüləri əks etdirir. İş materiallarında olan Binəqədi rayon məhkəməsinin 20 iyul 2020-ci il tarixli qərarı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı götürülmüş Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A2 Core” markalı, Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy J6” markalı, X4 məxsus “Samsung Galaxy J3” markalı mobil telefonlara baxış keçirilməsi haqqında 15 avqust 2020-ci il tarixli protokola əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 məxsus olması müəyyən edilən telefona baxış keçirilən zaman “Zənglər” bölməsinə daxil olduqda 22 iyul 2020-ci il tarixdə, saat 1544-də baxış keçirilən mobil nömrədən “Cernobil” adlı istifadəçiyə məxsus mobil ***-***-**-** saylı mobil nömrəyə zəng olunaraq 20 saniyə, 27 iyul 2020-ci il tarixdə saat 1030-da isə əksinə “Cernobil” adlı istifadəçiyə məxsus mobil ***-***-**-** saylı mobil nömrədən baxış keçirilən telefona zəng olunaraq 18 saniyə danışıq aparılması müəyyən olunmuşdur. 27 iyul 2020-ci il tarixdə saat 0803-də, saat 0914-də və saat 1159-da, 28 iyul 2020-ci il tarixdə isə saat 1347-də baxış keçirilən mobil nömrədən “Cernobil” adlı istifadəçiyə məxsus mobil ***-***-**-** saylı mobil nömrəyə zəng olunmasına baxmayaraq danışıq aparılmaması müəyyən olunmuşdur. Bundan başqa müvafiq telefonun “Zənglər” bölməsinə baxış keçirilən zaman 28 iyul 2020ci il tarixdə, saat 1110-da, saat 1111-də, saat 1348-də, saat 1415-də baxış keçirilən mobil nömrədən “Kohnə dost” adlı istifadəçiyə məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng olunaraq müvafiq olaraq 05, 119, 25 və 17 saniyə danışıqlar aparılması müəyyən olunmuşdur. 28 iyul 2020-ci il tarixdə saat 1416-da, saat 1417-də, saat 1419-da baxış keçirilən mobil nömrədən “Kohnə dost” adlı istifadəçiyə məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng olunmasına baxmayaraq danışıq aparılmaması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 məxsus olması müəyyən edilən telefona baxış keçirilən zaman “whatsapp” proqramına daxil olduqda araşdırma üçün əhəmiyyət kəsb edən “Fexri Muellim” adlı istifadəçiyə məxsus ***-***-**-** saylı mobil nömrə ilə mesajlaşma pəncərəsi müəyyən olunmuşdur. Həmin pəncərəyə baxış zamanı 11 iyul 2020-ci il tarixdə, saat 2304də Şahid1 Təqsirləndirilən şəxs1 öz şəxsiyyət vəsiqəsinin şəklini göndərməsi, 18 iyul 2020-ci il tarixdə saat 12:50-də Təqsirləndirilən şəxs1 "xxxx" ASC-yə məxsus, “Şahid2” adlı şəxsə məxsus olması müəyyən edilən, “5103 0714 4768 8504” nömrəli kartın şəklini göndərməsi və Fəxri Xəlilovun saat 1253-də “Oldu” mesajını yazması müəyyən edilir. Ardınca Təqsirləndirilən şəxs1 saat 1254-də Şahid1 “İndi kocurursunuz....,” mesajını yazması, Şahid1 isə saat 1254-də, 6 saniyəlik, “Sahib müəllim, xəstəxanadayam, bayaq Rahib müəllimə demişdim, burdan çıxan kimi göndərəcəyəm, sonra qəbzi atacağam sizə" məzmununda səs yazısı göndərməsi müəyyən edilmişdir. Daha sonra isə Şahid1 1356-da Şahid2 məxsus, “5103 0714 4768 8504” nömrəli karta, 500 (beş yüz) manat göndərilməsi barədə 18.07.2020-ci il tarixli qəbzin şəklini göndərməsi müəyyən olunmuşdur. Həmin şəkilə əsasən pulun hesaba saat 1354-də, ********** saylı əməliyyat nömrəsi ilə ödənildiyi müəyyən olunmuşdur. Bundan başqa müvafiq pəncərəyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 22 iyul 2020-ci il tarixdə, saat 0801-də Şahid1 “Salam bu gun geleceksiniz,?” məzmununda mesaj yazması müəyyən olunmuşdur. Şahid1la Təqsirləndirilən şəxs1 yazışma pəncərəsində başqa mesaj müəyyən olunmur. Təqsirləndirilən şəxs1 məxsus olması müəyyən edilən telefona baxış keçirilən zaman “whatsapp” proqramına baxış zamanı ibtidai istintaq üçün əhəmiyyət kəsb edə biləcək başqa mesajlar müəyyən olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 məxsus olması müəyyən edilən telefona baxış keçirilən zaman “mesajlar” və “qalereya” bölməsində ibtidai istintaq üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat müəyyən edilməmişdir. Ardınca Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy J6” markalı mobil telefona baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mobil telefonda ***-***-**-** saylı olmaqla 01 (bir) ədəd mobil nömrə vardır. Mobil telefonun “kontaklar” bölməsinə baxılan zaman müəyyən edilmişdir ki, istintaqla Şahid1 istifadəsində olması müəyyən edilmiş ***-***-**-** saylı mobil nömrə “Fexri Baki” adı altında qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs2 məxsus olması müəyyən edilən telefona baxış keçirilən zaman “Zənglər” bölməsinə daxil olduqda 18 iyul 2020-ci il tarixdə, saat 13:33-də, 20 iyul 2020-ci il tarixdə saat 11:18-də, 22 iyul 2020-ci il tarixdə saat 08:02-də və saat 11:44-də, 23 iyul 2020-ci il tarixdə saat 09:45də, 25 iyul 2020-ci il tarixdə saat 10:55-də, 21:18-də, 26 iyul 2020-ci il tarixdə saat 21:26da, 27 iyul 2020-ci il tarixdə saat 11:35-də, 28 iyul 2020-ci il tarixdə saat 10:57-də baxış keçirilən mobil nömrədən “Fexri Baki” adlı istifadəçiyə məxsus ***-***-**-** saylı mobil nömrəyə zənglər olunmasına baxmayaraq danışıq aparılmadığı, 20 iyul 2020-ci il tarixdə saat 11:17-də, 22 iyul 2020-ci il tarixdə, saat 16:54-də, 28 iyul 2020-ci il tarixdə saat 10:54də “Fexri Baki” adlı istifadəçiyə məxsus ***-***-**-** saylı mobil nömrədən baxış keçirilən mobil nömrəyə zəng olunmasına baxmayaraq danışıq aparılmadığı, 20 iyul 2020-ci il tarixdə saat 11:18-də, 22 iyul 2020-ci il tarixdə saat 11:45-də, saat 17:29-da, iyul 2020-ci il tarixdə saat 09:13-də, 24 iyul 2020-ci il tarixdə saat 14:07-də, iyul 2020-ci il tarixdə saat 10:56-da, 25 iyul 2020-ci il tarixdə saat 23:21-də, iyul 2020-ci il tarixdə saat 21:27-də, 27 iyul 2020-ci il tarixdə saat 11:38-də, saat 18:53-də “Fexri Baki” adlı istifadəçiyə məxsus ***- ***-**-** saylı mobil nömrədən baxış keçirilən mobil nömrəyə zəng olunaraq müvafiq olaraq 09, 23, 20, 55, 573, 148, 187, 249, 112 və 103 saniyə danışıqlar aparılması, 22 iyul 2020ci il tarixdə saat 16:56-da, 28 iyul 2020-ci il tarixdə saat 10:57-də baxış keçirilən mobil telefondan “Fexri Baki” adlı istifadəçiyə məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng olunaraq müvafiq olaraq 51 və 22 saniyə danışıqlar aparılması müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 məxsus olan müvafiq telefonun “Zənglər” bölməsinə baxış keçirilən zaman istintaqla Şahid4 istifadəsində olması müəyyən edilmiş ***-***-**-** saylı mobil nömrə ilə 18- iyul 2020-ci il tarixlərdə çoxsaylı zənglər olunması müşahidə edilmişdir. Belə ki, 18 iyul 2020-ci il tarixdə saat 13:06-da, saat 13:11-də, 28 iyul 2020-ci il tarixdə 11:07 ***-***-**-** saylı mobil nömrədən baxış keçirilən mobil telefona zəng edilməsinə baxmayaraq danışıq aparılmaması, 22 iyul 2020-ci il tarixdə 08:00-da, 23 iyul 2020-ci il tarixdə 11:05, saat 22:18-də, 24 iyul 2020-ci il tarixdə saat 09:41-də, saat 21:01də, saat 21:12-də, 25 iyul 2020-ci il tarixdə saat 20:09-da baxış keçirilən mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng olunmasına baxmayaraq danışıq aparılmaması, 22 iyul 2020-ci il tarixdə saat 08:07-də, saat 10:51-də, 23 iyul 2020-ci il tarixdə saat 11:06-da, saat 19:05-də, 24 iyul 2020-ci il tarixdə saat 21:07-də, 25 iyul saat 22:10-da, 28 iyul 2020ci il tarixdə saat 08:21-də, sat 11:10-da, saat 14:26-da, saat 14:29-da və saat 14:43-də ***- ***-**-** saylı mobil nömrədən baxış keçirilən mobil telefona zəng olunaraq müvafiq olaraq 187, 228, 142, 182, 269, 255, 240, 37, 31, 45 və 9 saniyə danışıq aparılması, 28 iyul 2020-ci il tarixdə saat 13:16-da baxış keçirilən mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng olunaraq 93 saniyə danışıq aparılması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 məxsus mobil telefonun “mesajlar”, “qalereya” və “whatsapp” bölmələrinə baxış keçirilən zaman ibtidai istintaq üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat müəyyən edilməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 17 avqust 2020-ci il tarixli, 12249 nömrəli məktubuna əsasən göndərilmiş “CD” diskə baxış keçirilməsi haqqında 19 sentyabr 2020-ci il tarixli protokola əsasən müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 23 iyun 2020-ci il tarixdən 29 iyul 2020-ci il tarixədək olan dövr ərzində çoxsaylı danışıqlar aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 23.06.2020-ci il tarixdə saat 12:16-da zəng edilərək 494 saniyə, 01.07.2020-ci il tarixdə, saat 1756-da zəng edilərək 34 saniyə, 08.07.2020-ci il tarixdə, saat 21:02-də zəng edilərək 88 saniyə, 10.07.2020-ci il tarixdə, saat 07:30-da zəng edilərək 35 saniyə, 11.07.2020-ci il tarixdə saat 22:43-də iki dəfə, saat 23:00-da bir dəfə zəng edilərək müvafiq olaraq 10, 112, 19 saniyə, 13.07.2020-ci il tarixdə saat 22:44-də zəng edilərək 93 saniyə, 18.07.2020-ci il tarixdə saat 12:23-də, saat 12:52-də, saat 13:06-da, saat 13:37-də, saat 13:54-də, zənglər edilərək müvafiq olaraq 126, 7, 36, 76, 9, saniyə, 22.07.2020-ci il tarixdə saat 15:44-də zəng edilərək 21 saniyə, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 09.07.2020-ci il tarixdə saat 17:13-də zəng edilərək 49 saniyə, 11.07.2020-ci il tarixdə saat 20:02-də, saat 20:20-də zəng edilərək müvafiq olaraq 17 və 99 saniyə, 18.07.2020-ci il tarixdə saat 13:55-də, saat 14:00-da zəng edilərək müvafiq olaraq 18 və 24 saniyə, 22.07.2020-ci il tarixdə saat 09:00-da zəng edilərək 21 saniyə və 27.07.2020-ci il tarixdə saat 10:31-də zəng edilərək 19 saniyə danışıq aparılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan sms-lərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 17.07.2020-ci il tarixdə saat 18:51-də “Salam eger istemirsinizse deyin başqa adam var” məzmununda və həmin gün saat 18:55-də “saq olun bizimki alinmadi” məzmununda mesaj göndərmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 17.07.2020-ci il tarixdə istintaqla Şahid1 yaxın münasibətdə olduğu şəxs olan Şahid4 məxsus olması müəyyən edilmiş ***-***-**-** saylı mobil nömrəyə “Otqaz edirsinizse başqa adam var” məzmununda mesaj göndərməsi müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 11 iyul 2020-ci il tarixdən 29 iyul 2020-ci il tarixədək olan dövr ərzində çoxsaylı danışıqlar aparılması müəyyən edilmişdir. Belə ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 18.07.2020-ci il tarixdə saat 11:09-da zəng edilərək 268 saniyə, 20.07.2020-ci il tarixdə saat 11:12-də zəng edilərək 10 saniyə, 22.07.2020-ci il tarixdə saat 11:39-da, saat 17:23-də zəng edilərək müvafiq olaraq 24 və 21 saniyə, 23.07.2020-ci il tarixdə saat 09:07-də zəng edilərək 56 saniyə, 24.07.2020-ci il tarixdə saat 14:01-də zəng edilərək 575 saniyə, 25.07.2020-ci il tarixdə saat 10:50-də zəng edilərək saniyə, 26.07.2020-ci il tarixdə saat 21:21-də zəng edilərək 250 saniyə, 27.07.2020-ci il tarixdə saat 13:32-də və saat 18:47-də zəng edilərək 113 və 105 saniyə, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 11.07.2020-ci il tarixdə saat 11:14-də zəng edilərək 49 saniyə, 17.07.2020-ci il tarixdə saat 10:29-da zəng edilərək 70 saniyə, 22.07.2020-ci il tarixdə saat 16:50-də zəng edilərək 52 saniyə, 28.07.2020-ci il tarixdə saat 10:51-də 23 saniyə danışılar aparılması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 08 sentyabr 2020-ci il tarixli, 157000/2-3443 nömrəli məktubuna əsasən göndərilmiş “CD” diskə baxış keçirilməsi haqqında 22 sentyabr 2020-ci il tarixli protokola əsasən müəyyən edilmişdir ki, həmin “CD” diskdə 1 ədəd adı “Korrupsiya-X3+İcra Nümayəndəliyi” olan qovluq vardır. Həmin qovluğun içərisinə daxil olduqda yenə də 1 ədəd “X10” adlı qovluq vardır. Müvafiq qovluğa daxil olduqda növbəti, 1 ədəd “18.07.2020 5+9504 -495 AZN” adlı qovluğun olması müəyyən edilmişdir. “18.07.2020 5+9504 -495 AZN” adlı qovluğa daxil olduqda 14 ədəd "xxxx" ASC-nin Zərdab şəhəri, H. Əliyev prospekti 3A ünvanında yerləşən bankomatdan çəkilmiş fotoşəkillər müəyyən olunmuşdur. Fotoşəkillərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin şəkillər 18 iyul 2020-ci il tarixdə, ardıcıllıqla saat 13:59:02, 13:59:03, 13:59:13, 13:59:14, 13:59:16, 13:59:35, 13:59:36, 13:59:39, 13:59:47, 13:59:48, 13:59:53, 13:59:55, 13:59:59, 14:00:00-da çəkilmişdir. Həmin fotoşəkillərdən saat 13:59:02, 13:59:03, 13:59:13-də görüntüdə olan şəxsin Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Saat 13:59:14, 13:59:16, 13:59:35, 13:59:36, 13:59:39-da olan görüntüdə olan iki nəfər şəxsin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Saat 13:59:47, 13:59:48, 13:59:53, 13:59:55-i əhatə edən görüntülərin isə Təqsirləndirilən şəxs1 məxsus olması müəyyən edilmişdir. Saat 13:59:59, 14:00:00-ı əhatə edən görüntülərdə isə hər hansı bir şəxsin olması müəyyən edilməmişdir. "xxxx" ASC-nin 08 sentyabr 2020-ci il tarixli, 157000/2-3443 nömrəli məktubuna qoşma olaraq göndərilmiş “Account History” adlı sənədə əsasən Şahid2 adına olan kartın hesabına 18.07.2020-ci il tarixdə saat 13:54:31də “online” olaraq 500 manat pul yüklənməsi, həmin puldan 18.07.2020-ci il tarixdə saat 13:54:31-də 5-manat miqdarında silinmə olması və hesabda qalan 495 manatın 18.07.2020-ci il tarixdə Zərdab şəhəri, H. Əliyev prospekti 3A ünvanında yerləşən bankomatdan çıxarılması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07 oktyabr 2020-ci il tarixli, **********39 nömrəli məktubuna əsasən göndərilmiş sənədlərə baxış keçirilməsi haqqında 07 oktyabr 2020-ci il tarixli protokola əsasən müəyyən edilmişdir ki, Zərdab rayonu ərazisində yerləşmiş “İnqilab” kolxozu Azərbaycan Sovet Sosialist Respublikasının Nazirlər Kabinetinin 30 yanvar 1985-ci il tarixli, 39 nömrəli qərarına əsasən Zərdab rayonunun ərazisinə verilmişdir. Bundan sonra Azərbaycan SSR Nazirlər Sovetinin 30 yanvar 1985-ci il tarixli, 39 nömrəli qərarına əsasən Zərdab rayonu, Qoruqbağı kəndi “İnqilab” kolxozuna verilmiş sahənin planına baxış keçirilmiş və müəyyən edilmişdir ki, “İnqilab” kolxozunun ərazisi 270 hektar olmuşdur, həmin kolxozun ərazisi Ucar rayonu “Lenin” adına kolxoz, Ucar rayonu “Leninqrad” kolxozu, Zərdab rayonu Dövlət torpaq fondu, Zərdab rayonu “Zərdabi” adına kolxoz, Zərdab rayonu “Engels” adına kolxoz ilə qonşuluqda yerləşmişdir. Ardınca Azərbaycan Respublikası Zərdab rayonu, Qoruqbağı kəndi Keçmiş “İnzilab” kolxozuna həmişəlik istifadə etmək üçün təhkim torpaqlarının yerquruluşu planına baxış keçirilmiş və müəyyən edilmişdir ki, “İnqilab” kolxozunun ərazisi Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsi və Zərdab rayonu, Pərvanlı bələdiyyəsinin arasında bölünmüşdür. Ərazinin aşağı hissəsindən Şirvan kollektoru keçir. Bu faktlar həmin ərazinin cinayət işi üzrə “Çernobıl” adlanan ərazi olmasını təsdiq etmişdir. Sözügedən plan Zərdab rayon Aqrar İslahat Komissiyasının sədri T. İmanov tərəfindən təsdiq edilmişdir. Həmçinin, həmin planın sol, aşağı küncündə DTKX-nın Zərdab rayon şöbəsinin müdiri S. Rəhimov, Yarməmmədbağı bələdiyyəsinin sədri M. Ağayev, Pərvanlı bələdiyyəsinin sədri B. Fətəliyev, Azdövyerqurlayihə institutunun mühəndisi S. Eyyubov tərəfindən müvafiq imzalar çəkilərək və möhürlər vurularaq təsdiq olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Zərdab rayonu, Yarməmmədbağı kəndində aparılan torpaq islahatı ilə əlaqədar dövlət mülkiyyətində saxlanılan bələdiyyəyə məxsus və xüsusi mülkiyyətə verilən torpaqların yerquruluşu layihəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin layihə 1998-ci il tarixdə Zərdab rayon Aqrar İslahat Komissiyasının sədri T.İmanov və Yarməmmədbağı yerli islahat komissiyasının sədri M.Həsənov tərəfindən təsdiq olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planına baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin plan Yarməmmədbağı bələdiyyəsinin 22.11.2002-ci il tarixli, 13 saylı qərarı ilə təsdiq olunmuşdur. Həmçinin, həmin plan Zərdab rayon Aqrar İslahat Komissiyasının sədri T. İmanov tərəfindən də təsdiq olunmuşdur. Planda “İ hissə” və “İİ hissə” adlandırılan torpaq sahələrinin çertyojlarının olması müəyyən olunmuşdur. Baxış zamanı “İİ hissə” kimi qeyd olunan hissənin keçmiş “İnqilab” kolxozundan Yarməmmədbağı bələdiyyəsinə verilmiş və hazırda “Çernobıl” adlanan hissə olması müəyyən olunur. Plana əsasən “İİ hissə” torpaq sahəsinin qonşuluğunda Ucar rayonu, Qaradağlı bələdiyyəsinin, Zərdab rayonu Pərvanlı bələdiyyəsinin, Zərdab rayonu Məmmədqasımlı bələdiyyəsinin və Zərdab rayonu, Məlikli bələdiyyəsinin ərazilərinin olması, həmçinin, həmin “İİ hissə” torpaq sahəsinin aşağı hissəsindən “Şirvan kollektoru”nun keçməsi müəyyən edilmişdir. Baxış keçirilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli protokola əsasən müəyyən edilmişdir ki, baxış keçirilən ərazi Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinə məxsus olan “Çernobıl” adlanan ərazidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-sənədlərin texniki ekspertizasının 15 sentyabr 2020-ci il tarixli, 5/548 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 35 ədəd B01649601 nömrəli, A52265849 nömrəli, A93113624 nömrəli, A77278131 nömrəli, A30740867 nömrəli, A99537676 nömrəli, B04834584 nömrəli, A87645995 nömrəli, A21453945 nömrəli, A62571369 nömrəli, A78277218 nömrəli, A99418187 nömrəli, A89361266 nömrəli, A64466412 nömrəli, A39923927 nömrəli, A07335859 nömrəli, A91350136 nömrəli, A94006094 nömrəli, A55862583 nömrəli, A41919178 nömrəli, A83488110 nömrəli, B01105114 nömrəli, A84006489 nömrəli, B10431340 nömrəli, A86165599 nömrəli, A60809642 nömrəli, A16724506 nömrəli, A53879896 nömrəli, A64180669 nömrəli, A67883720 nömrəli, A96047242 nömrəli, A72999931 nömrəli, A75331167 nömrəli, A55874331 nömrəli, D02580776 nömrəli 100 Azərbaycan manatı nominallı və 30 ədəd A95083204 nömrəli, A57077376 nömrəli, B13547215 nömrəli, A55180810 nömrəli, D14102049 nömrəli, A71318034 nömrəli, A65808952 nömrəli, A78808911 nömrəli, A43176499 nömrəli, A10012841 nömrəli, A95206781 nömrəli, B10840455 nömrəli, A25296151 nömrəli, A01936647 nömrəli, B26234698 nömrəli, B09564165 nömrəli, A92067182 nömrəli, B01669884 nömrəli, A77116011 nömrəli, B01038151 nömrəli, A48224436 nömrəli, B23714224 nömrəli, A83818212 nömrəli, A70486425 nömrəli, A95359622 nömrəli, A56482757 nömrəli, A63114855 nömrəli, A95882514 nömrəli, A81574205 nömrəli, B06031724 nömrəli 50 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinaslarının nümunələri ilə eynilik təşkil edir. Təqdim edilmiş 15 ədəd B01649601 nömrəli, A39923927 nömrəli, A64466412 nömrəli, A89361266 nömrəli, A99418187 nömrəli, A78277218 nömrəli, A21453945 nömrəli, A87645995 nömrəli, A62571369 nömrəli, A99537676 nömrəli, B04834584 nömrəli, A77278131 nömrəli, A30740867 nömrəli, A52265849 nömrəli, A93113624 nömrəli 100 Azərbaycan manatı nominallı və 10 ədəd A83818212 nömrəli, B06031724 nömrəli, A81574205 nömrəli, A95882514 nömrəli, A63114855 nömrəli, A56482757 nömrəli, A95359622 nömrəli, A70486425 nömrəli, A48224436 nömrəli, B23714224 nömrəli 50 Azərbaycan manatı nominallı pul əskinaslarının üzərində UB işıqda görünən “Rüşvət 2020” yazıları vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 28 sentyabr 2020-ci il tarixli, 4/623 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, Şahid1 adına olan 2 ədəd 06 fevral 2007-ci il tarixli, nömrəli torpaq icarəsi müqavilələrindəki əlyazmalar və “İcarəyə verən tərəfdən” qrafasındakı imzalar, 2 ədəd 04 fevral 2007-ci il tarixli, 02 saylı protokoldan çıxarışlarda “Əsli ilə düzdür: O. A. Həsənov” yazılarının qarşısındakı imzalar, 08 fevral 2007-ci il tarixli, AFE seriyalı 219196 nömrəli və 14 mart 2012-ci il tarixli AFE seriyalı 219915 nömrəli əhalidən vergilərin qəbulu üçün qəbzlərdəki əlyazmalar və “İcraçı” qrafasındakı imzalar öz aralarında eyni bir şəxs, Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-sənədlərin texniki ekspertizasının 23 sentyabr 2020-ci il tarixli, 5/554 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Şahid1 təqdim edilmiş 06 fevral 2007-ci il tarixli, 08 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin, 04 fevral 2007-ci il tarixli iclasın 02 saylı protokolundan çıxarışın, 08 fevral 2007-ci il tarixli, AFE seriyalı 219196 nömrəli əhalidən vergilərin qəbulu üçün qəbzin, 14 mart 2012-ci il tarixli AFE seriyalı 219915 nömrəli əhalidən vergilərin qəbulu üçün qəbzin, Təqsirləndirilən şəxs2 məxsus olan **-BC-*** dövlət qeydiyyat nişanlı, “Lada 1600” markalı avtomaşından götürülmüş, 06 fevral 2007-ci il tarixli, 08 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin, 04 fevral 2007-ci il tarixli iclasın 02 saylı protokolundan çıxarışın üzərlərində olan möhür əksləri relyef klişe vasitəsi ilə sənədlərin üzərlərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Şahid1 təqdim edilmiş fevral 2007-ci il tarixli, 08 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin, 04 fevral 2007-ci il tarixli iclasın 02 saylı protokolundan çıxarışın, 08 fevral 2007-ci il tarixli, AFE seriyalı 219196 nömrəli əhalidən vergilərin qəbulu üçün qəbzin, 14 mart 2012-ci il tarixli AFE seriyalı 219915 nömrəli əhalidən vergilərin qəbulu üçün qəbzin, Təqsirləndirilən şəxs2 məxsus olan **-BC-*** dövlət qeydiyyat nişanlı, “Lada 1600” markalı avtomaşından götürülmüş, 06 fevral 2007-ci il tarixli, 08 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin, 04 fevral 2007-ci il tarixli iclasın 02 saylı protokolundan çıxarışın üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ ZƏRDAB RAYONU Yarməmmədbağı bələdiyyəsi” məzmunlu möhür əksləri tədqiqata təqdim edilmiş eyniməzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin 09 oktyabr 2020-ci il tarixdə, **********79 nömrəli məktubuna qoşma olaraq göndərilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, baxış keçirilmiş mübahisəli torpaq sahəsində çöl ölçmə işləri aparılmış və müvafiq koordinatlar götürülmüşdür. Çöl ölçmə işləri nəticəsində ölçülmüş torpaq sahəsi 93.32 ha olmuşdur. Mübahisəli 93.32 ha torpaq sahəsi mövcud arxiv materialları əsasında aprılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən mübahisəli 93.32 ha torpaq sahəsi Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpağıdır. İş materialların əlavə edilmiş 06 fevral 2007-ci il tarixli 08 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, həmin müqavilənin məzmunu şablon üzərində göy rəngli, diyircəkli qələmlə əlyazma üsulu ilə yazılmışdır. İcarə müqaviləsinin başlığında qeyd olunmuşdur ki, “Zərdab rayon İcra hakimiyyəti (bələdiyyəsi) adından gələcəkdə icarəverən şəxsində bir tərəfdən Yarməmmədbağı bələdiyyəsi sədri əvəzi X21, Gələcəkdə “icarəçi” adlanan Bakı şəhəri sakini Şahid1 şəxsində digər tərəfdən Zərdab rayon Yarməmmədbağı bələdiyyəsi 04 fevral 2007-ci il tarixli, 02 saylı qərarı əsasında aşağıdakı müqaviləni bağladılar. Torpaq sahəsinin qeydiyyatı – İcarə müqaviləsi”. Həmin müqavilənin 1-ci bölməsinin 1-ci bəndində qeyd olunmuşdur ki, “icarəyə verən icarə əsasında 74 ha (yetmiş dörd) “Sahə” adlanan ərazini “icarəçiyə” uzun müddətli 25 (iyirmi beş) il istifadəyə verir. İcarəçi isə onu qəbul edir. Müqavilənin 1-ci bölməsinin 3-cü bəndində “Torpaq sahəsi kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün verilir” sözləri yazılmışdır. Həmin müqavilənin 2-ci bəndində “müqavilənin xüsusi şərtləri” sözünün altından əlyazma ilə “Qanunvericiliyə uyğun olaraq tikinti aparıla bilər” sözləri yazılmışdır. Müqavilənin 2.1-ci bəndində “bu müqavilə 25 (iyirmi beş) il müddətində bağlanır” sözləri yazılmışdır. 2.3-cü bənddə “İcarə haqqı 06 fevral 2007-ci il tarixdən hesablanır”, 2.4-cü bəndində “icarəçi hər il 148 manat icarə haqqı ödəməyi öhdəsinə götürür”, 2.6-cı bəndində “bu müqaviləyə əsasən ödənişlər “icarəçi” tərəfindən Zərdab rayon Yarməmədbağı bələdiyyəsinin hesabına ödənilir” sözləri yazılmışdır. Bundan başqa müqavilədə “icarəyə verənin hüquqları”, “icarəçinin hüquqları”, “tərəflərin məsuliyyəti”, “Xüsusi hallar (fors major)”, “Mübahisələrə baxılması”, “İcarə müqaviləsinin dəyişidirilməsi”, “müqavilənin əlavə şərtləri” bölmələri vardır. Müqavilənin sonunda “Tərəflərin imzası” bölməsində “icarəyə verən” qrafasının altında əlyazma ilə imza və “Həsənov. O. A” sözləri yazılmış və üzərinə möhür vurulmuş, icarəçi qrafasının altında isə əlyazma ilə imza və “Şahid1Q” sözləri yazılmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş 04 fevral 2007-ci il tarixli Çıxarışdan görünür ki, həmin çıxarışın başlıq hissəsində “Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinin 04 fevral 2007-ci il tarixli, 02 saylı protokolundan” sözləri yazılmışdır. Həmin çıxarış Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinin mülkiyyətində olan 74ha torpaq sahəsinin Şahid1 icarəyə verilməsi ilə bağlıdır. Sənədin sonunda “əsli ilə düzdür” sözlərinin qarşısında əlyazma ilə imza çəkilmiş, həmin imzanın üzərinə möhür vurulmuş və çap üsulu ilə O.A.Həsənov sözləri yazılmışdır. İş materiallarına əlavə edilmiş 08 fevral 2007-ci il tarixli, AFE seriyalı, 219196 nömrəli qəbzdən görünür ki, həmin qəbzdə tarix hissəsində əlyazma üsulu ilə “08 fevral 2007-ci il” sözləri “Ödəyici” qrafasının qarşısında əlyazma ilə “Şahid1”, altında “Bakı şəhəri” sözləri, “Ödənişin növü” qrafasında əlyazma ilə “torpaq icarəsi” sözü, “ödəniş dövrü” qrafasının qarşısında əlyazma ilə “2007-2012-ci illər üçün” sözləri, “Məbləğ” qrafasının qarşısında əlyazma ilə “740 (yeddi yüz qırx) manat” sözləri, “Ödəyici” qrafasının qarşısında əlyazma ilə “Bağırov F” sözləri və sonuncu sözün qarşısında yenidən tarix kimi əlyazma ilə “08 fevral 2007” sözləri, “İcraçı” qrafasının qarşısında imza çəkilmiş, üzərinə möhür vurulmuş və əlyazma ilə “Həsənov O” sözləri yazılmışdır. İş materiallarına əlavə edilmiş 14 mart 2012-ci il tarixli, AFE seriyalı, 219195 nömrəli qəbzdən görünür ki, “Ödəyici” qrafasının qarşısında əlyazma ilə “Bakı şəhər sakini, Şahid1” sözləri, “Ödənişin növü” qrafasında “torpaq icarəsi” sözü, “ödəniş dövrü” qrafasının qarşısında əlyazma ilə “2012-2017-ci illər” sözləri, “Məbləğ” qrafasının qarşısında əlyazma ilə “740 (yeddi yüz qırx) manat” sözləri, “Ödəyici qrafasının qarşısında əlyazma ilə “Bağırov F” sözləri və tarix kimi “14 mart 2012” sözləri, “İcraçı” qrafasının qarşısında imza çəkilmiş, üzərinə möhür vurulmuş və əlyazma ilə “Həsənov O” sözləri yazılmışdır. İş materiallarına əlavə edilmiş “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 02 iyul 1999-cu il tarixli, 698-İQ nömrəli Qanununa əsasən müəyyən edilir ki, bələdiyyə sədri bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması kimi səlahiyyətlərə malikdir. İş materiallarına əlavə edilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli № 160-İİQ nömrəli Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsinin bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsi, 6.6-cı maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslərin bələdiyyələrə ərizə ilə müraciət etməli olmaları, 9.1-ci maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi və 19.4-cü maddəsinə əsasən isə torpaqların icarə haqqının torpaq hərracının və ya müsabiqəsinin nəticəsində müəyyən edilməsi və icarə müqaviləsində təsbit olunması müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X27 şəxsin 21 avqust 2020-ci il tarixli, 19/51-7753 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Zərdab rayonu, Yarməmmədbağı kəndində olan, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Zərdab rayonu, Yarməmmədbağı kəndində olan, 04.11.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 yuxarıda adı göstərilən mərkəzdə müalicə olmayıblar və qeydiyyatda yoxdurlar. İş materiallarında olan Zərdab rayon X11 Hüquqi şəxsin 20 avqust 2020-ci il tarixli, 05-357 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Zərdab rayonu Yarməmmədbağı kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Konsultativ Poliklinika şöbəsində ruhi əsəb və narkoloji xəstəlikləri ilə dispanser qeydiyyatda yoxdurlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin 21 avqust 2020-ci il tarixli, 5143 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Zərdab rayonu, Yarməmmədbağı kəndində olan, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Zərdab rayonu, Yarməmmədbağı kəndində olan, 04.11.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 yuxarıda adı göstərilən mərkəzdə müalicə olmayıblar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X8 tərəfindən verilmiş 31 dekabr 2020-ci il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 müəssisəyə daxil olduğu gündən etibarən “Hipertoniya xəstəliyi İİİ dərəcə, əlavə risk İİİ. Mədə xorası. Xroniki qastritin kəskinləşməsi. Xroniki prostatit. Sol böyrəyin kistası. Böyrək kanalcıqlarının disfunksiyası nəticəsində inkişaf edən pozğunluqlar. Yayılmış həyəcan halı” diaqnozları ilə həkim nəzarətinə götürülmüş və müvafiq müalicə kursu başlanılmışdır. İş materiallarında olan Zərdab Rayon İcra Hakimiyyətinin 31 avqust 2020-ci il tarixli, 01/911 nömrəli məktubuna qoşma olaraq göndərilmiş əmrlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Zərdab Rayon İcra Hakimiyyəti Başçısının 12 iyul 2013-cü il tarixli, 84 nömrəli əmrinə əsasən Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi vəzifəsinə təyin edilmiş və 02 iyul 2020-ci il tarixli, 108 nömrəli əmrə əsasən öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsinin 02 sentyabr 2020-ci il tarixli, 10-67 nömrəli məktubuna əsasən istintaqa təqdim edilmiş Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin 15 yanvar 2020ci il tarixli, 01 saylı qərarına əsasən müəyyən edilmişdir ki, Xəlilov X2 bələdiyyəsinin 15 yanvar 2020-ci il tarixli, 01 saylı qərarına əsasən həmin bələdiyyənin sədri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 avqust 2020-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkumluqları olmamışdır. İş materiallarında olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının 20 avqust 2020-ci il tarixli, 01/882 nömrəli məktubuna əsasən göndərilmiş xasiyyətnamə və ailə tərkibi haqqında arayışlara əsasən müəyyən edilmişdir ki, Zərdab rayonu, Yarməmmədbağı kənd sakini Təqsirləndirilən şəxs1 ailə tərkibi arvadı X5, qızı X14, qızı X18 və oğlu X6, Zərdab rayonu, Yarməmmədbağı kənd sakini Təqsirləndirilən şəxs2 ailə tərkibi arvadı X15 və oğlu X7 ibarətdir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların təqsirli olaraq ittiham olunduqları cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduqları əməllər istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 münasibətdə CM-in 29,178.2.1, 29,178.2.3, 311.3.3, 32.4,312.2 və 313-cü maddələri, Təqsirləndirilən şəxs2 münasibətdə isə CM-in 29,178.2.1, 32.5, 311.3.3, 32.4,312.2 və 32.5,313-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin Şahid1 aldıqları pulları sonuncudan dələduzluq yolu ilə ələ keçirmək istəmələri, Təqsirləndirilən şəxs1 isə ümumiyyətlə qeyd edilən torpaq sahəsini verməyə səlahiyyətinin olmamasına dair ifadəsini məhkəmə səmimi və obyektiv ifadələr kimi qəbul etmir. Məhkəmənin belə qənaətə gəlməsinə iş üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı əsasında Sahib və Təqsirləndirilən şəxs2 videogörüntülərinin olduğu CD-disklər, ekspertiza rəyləri, texniki vasitələrlə ötürülən məlumatların olduğu CD-disk və işdə olan digər sübutlar əsas verir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin məktubu ilə həmin ərazinin Təqsirləndirilən şəxs1 sədri olduğu Yarməmmədbağı bələdiyyəsinə aid olduğu göstərilmiş, qüvvədə olan Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanuna əsasən isə bələdiyyə torpaqlarının icarəyə verilməsi qaydları tənzimlənmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən bələdiyyə sədri kimi Şahid1 torpaq sahəsi icarəyə verilərkən həmin qaydalara riayət edilməmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 da əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək onun əməlinin istintaq orqanı tərəfindən tövsifini düzgün hesab edir. Belə ki, Rahib Təqsirləndirilən şəxs1 X19 tanış etməklə, o cümlədən sonuncunun verdiyi pul vəsaitlərini özü şəxsən alıb Təqsirləndirilən şəxs1 verilməsində köməklik etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, onlar, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidirlər. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir az yaşlı uşağını olması onun cəzasını yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal Şahid1 vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə birbaşa yolla özü və qeyrisi vasitəsilə maddi neməti rüşvət qismində verməyə qabaqcadan əlbir olan bir qrup şəxs halında təhrik etməsidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 “Hipertoniya xəstəliyi İİİ dərəcə, əlavə risk İİİ. Mədə xorası. Xroniki qastritin kəskinləşməsi. Xroniki prostatit. Sol böyrəyin kistası. Böyrək kanalcıqlarının disfunksiyası nəticəsində inkişaf edən pozğunluqlar. Yayılmış həyəcan halı” xəstəliyindən əziyyət çəkməsi onun cəzasını yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal Şahid1 vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə birbaşa yolla özü və qeyrisi vasitəsilə maddi neməti rüşvət qismində verməyə qabaqcadan əlbir olan bir qrup şəxs halında təhrik etməsidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin başlanğıcı 28 iyul 2020-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusuya Məhkəməsi Plenumunun CM-in 46.2, 46.3cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-in 46.1-ci maddəsinin tələbinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən isə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Odur ki, məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəliliyini, onların şəxsiyyətini nəzərə alaraq onlara dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma əlavə cəzası təyin olunmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 376,69 AZN (üç yüz yetmiş altı manat altmış doqquz qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 188,35 AZN (yüz səksən səkkiz manat otuz beş qəpik) və Təqsirləndirilən şəxs2 188,34 AZN (yüz səksən səkkiz manat otuz dörd qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.3, 311.3.3, 32.4,312.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1 və 29,178.2.3-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş əsas və əlavə cəzaların qismən toplanması yolu ilə ona qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 28 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 32.5,311.3.3, 32.4,312.2 və 32.5,313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 313-cü maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaların qismən toplanması yolu ilə qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 28 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 376,69 AZN (üç yüz yetmiş altı manat altmış doqquz qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 188,35 AZN (yüz səksən səkkiz manat otuz beş qəpik) və Təqsirləndirilən şəxs2 188,34 AZN (yüz səksən səkkiz manat otuz dörd qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan B01649601 nömrəli, A52265849 nömrəli, A93113624 nömrəli, A77278131 nömrəli, A30740867 nömrəli, A99537676 nömrəli, B04834584 nömrəli, A87645995 nömrəli, A21453945 nömrəli, A62571369 nömrəli, A78277218 nömrəli, A99418187 nömrəli, A89361266 nömrəli, A64466412 nömrəli, A39923927 nömrəli, A07335859 nömrəli, A91350136 nömrəli, A94006094 nömrəli, A55862583 nömrəli, A41919178 nömrəli, A83488110 nömrəli, B01105114 nömrəli, A84006489 nömrəli, B10431340 nömrəli, A86165599 nömrəli, A60809642 nömrəli, A16724506 nömrəli, A53879896 nömrəli, A64180669 nömrəli, A67883720 nömrəli, A96047242 nömrəli, A72999931 nömrəli, A75331167 nömrəli, A55874331 nömrəli, D02580776 nömrəli 35 ədəd 100 Azərbaycan manatı nominallı və A95083204 nömrəli, A57077376 nömrəli, B13547215 nömrəli, A55180810 nömrəli, D14102049 nömrəli, A71318034 nömrəli, A65808952 nömrəli, A78808911 nömrəli, A43176499 nömrəli, A10012841 nömrəli, A95206781 nömrəli, B10840455 nömrəli, A25296151 nömrəli, A01936647 nömrəli, B26234698 nömrəli, B09564165 nömrəli, A92067182 nömrəli, B01669884 nömrəli, A77116011 nömrəli, B01038151 nömrəli, A48224436 nömrəli, B23714224 nömrəli, A83818212 nömrəli, A70486425 nömrəli, A95359622 nömrəli, A56482757 nömrəli, A63114855 nömrəli, A95882514 nömrəli, A81574205 nömrəli, B06031724 nömrəli 30 ədəd 50 Azərbaycan manatı nominallı pul əskinaslarının Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi texniki təminat şöbəsinə qaytarılması nəzərə alınsın, 2 nüsxədə olan 06 fevral 2007-ci il tarixli, 08 saylı müqavilə, 2 nüsxədə 04 fevral 2007-ci il tarixli, 02 saylı iclas protokolundan çıxarış və hər biri 1 nüsxədə olmaqla 08 fevral 2007-ci il tarixli, AFE seriyalı, 219196 nömrəli və 14 mart 2012-ci il tarixli, AFE seriyalı, 219195 nömrəli qəbzlər və, əməliyyat görüntülərini əks etdirən “N 0195”, “N 0196” və “N 0197” nömrəli “CD” disklər, "xxxx" MMC-nin 17 avqust 2020-ci il tarixli, 12249 nömrəli məktubuna əsasən göndərilmiş “CD” disk və "xxxx" MMC-nin 08 sentyabr 2020-ci il tarixli, 157000/2-3443 nömrəli məktubuna əsasən göndərilmiş “CD” disk cinayət işinin materiallarında saxlanılsın, “Samsung Galaxy A2 Core” markalı mobil telefon Təqsirləndirilən şəxs1 qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldıqları andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar