Məhkəmə qərarları › İş №1(091)-54/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-54/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-54/2022 27.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X22, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorui X25, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkilləri X14, X27 və Müdafiəçi iştirakları ilə xx xxxxxx 1975-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 42 mənzil 10 da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx.xx.1973-cü ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 42 mənzil 10-da pasport qeydiyyatında olan və Şəki Ağır Cinayətlər Məhkəməsinin 15.03.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilmiş, X8 cəza çəkməklə orada saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Mingəçevir şəhər Məhkəməsinin 08.11.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Mingəçevir şəhəri, X37 küçəsi, ev 20 mənzil 37-də qeydiyytda olmaqla Mingəçevir şəhəri Şəfa bağ massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X8 saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qəsdən Təqsirləndirilən şəxs3 və Şəki Ağır Cinayətlər Məhkəməsinin 15.03.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda X8 cəza çəkən məhkum qardaşı Təqsirləndirilən şəxs1 ilə sonuncunun 27 iyul 2021-ci il tarixdə cəza çəkdiyi X5 Təqsirləndirilən şəxs2 məxsus olan ***-***-**-** mobil nömrəsinə zəng vurub tanışı Təqsirləndirilən şəxs3 kart hesabına 250 manat pul köçürməsini, həmin pul əsasında Təqsirləndirilən şəxs3 narkotik vasitə heroin alaraq ona verməsindən sonra xüsusi qaydada xüsusi üsulla dərman kapsullarına yerləşdirməklə X12 ötürülməsi barədə danışıb razılaşmaqla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra narkotik vasitə heroini satış məqsədi ilə əldə edib, özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaqla hörmət qazanmaqda ifadə olunan digər şəxsi maraqlar məqsədilə qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitə olan heroini qəsdən cəzaçəkmə müəssisəsinə yoxlamadan gizlətməklə ötürülməsini təmin etmək məqsədilə narkotik vasitə olan heroin alması üçün 29 iyul 2021-ci il tarixdə saat 0558-də öz adına olan Unibank kart hesabından Təqsirləndirilən şəxs3 adına olan Kapital banka məxsus kart hesabına 250 manat pul köçürmüş, bundan sonra Təqsirləndirilən şəxs3 həmin pulun müqabilində 29 iyul 2021-ci il tarixdə qəsdən, istintaqa məlum olmayan mənbədən satış və özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaqla hörmət qazanmaqda ifadə olunan digər şəxsi maraqlar məqsədilə qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitə olan heroini qəsdən cəzaçəkmə müəssisəsinə yoxlamadan gizlətməklə ötürülməsini təmin etmək məqsədilə qanunsuz olaraq, külli miqdarda ümumi təmiz çəkisi 2.042 qram çəkidə narkotik vasitə olan heroin əldə edib, üzərində saxlayaraq daşımış və 30 iyul 2021-ci il tarixdə saat 0028 radələrində həmin narkotik vasitəni X4rdaşı Təqsirləndirilən şəxs1 ötürülməsi məqsədilə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanına gəlib həmin evin giriş qapısın qarşısında ona verdikdən sonra o, həmin narkotik vasitə heroini qanunsuz əldə edib daşıyaraq yaşadığı evdə qanunsuz saxlamış, özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaq məqsədi ilə qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni qəsdən yoxlamadan gizlətməklə yolu ilə cəzaçəkmə müəssisəsinə ötürülməsi məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə, cinayətkar məqsədlər üçün aldığı qida qüvvətləndiricisi Nat-Udi Hindi həblərinin içərisində olan yeddi ədəd kapsullarda xüsusi qaydada qablaşdırıb xüsusi üsulla gizlədib, X8 cəza çəkən məhkum qardaşı Təqsirləndirilən şəxs1 ötürülməsi üçün 30.07.2021-ci il tarixdə saat 14 radələrində Şəki şəhəri, Zərifə Əliyeva küçəsində, «Daşqaya» adlanan ərazinin yaxınlığında görüşüb sovqatlarla cinayətkar qəsdən məlumatı olmayan Şahid2 vermiş, Şahid2 həmin narkotik vasitəni sovqatlarla birlikdə ondan alıb X8 cəza çəkən Təqsirləndirilən şəxs1 təhvil vermək üçün X12 aparmış, həmin gün saat 1435 radələrində müəssisənin əməkdaşları tərəfindən nəzarət-buraxılış məntəqəsində sovqata baxış keçirilən zaman həmin sovqatın içərisində olan qida qüvvətləndiricisi Nat-Udi Hindi həblərinin içərisində olan yeddi ədəd kapsullarda xüsusi qaydada qablaşdırılmış ayrıayrılıqda təmiz çəkiləri 0,227 qram, 0,271 qram, 0,349 qram, 0,293 qram, 0,296 qram, 0,322 qram və 0,284 qram olan, ümumi təmiz çəkisi 2,042 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürüldüyünə görə, bilavasitə cinayət törətməyə yönəlmiş qəsd edilən cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni yoxlamadan gizlətməklə yolu ilə cəzaçəkmə müəssisəsinə ötürülməyə cəhd cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 qəsdən Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, yenidən bacısı Təqsirləndirilən şəxs2 və əvvəllər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X18 birlikdə cəza çəkərkən tanış olduğu Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək narkotik vasitə heroini satış məqsədi ilə əldə edib, özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaqla hörmət qazanmaqda ifadə olunan digər şəxsi maraqlar məqsədilə qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitə olan heroini qəsdən cəzaçəkmə müəssisəsinə yoxlamadan gizlətməklə ötürülməsini təmin etmək üçün 28 iyul 2021-ci il tarixdə cəza çəkdiyi X5 Təqsirləndirilən şəxs3 məxsus olan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq bacısı Təqsirləndirilən şəxs2 ilə narkotik vasitə olan heroni əldə edib ona ötürülməsini təmin etmək barədə danışıb razılaşdığını, sonuncunun eyni məqsədlə onun kart hesabına 250 manat pul köçürəcəyini bildirib həmin pulun müqabilində ona narkotik vasitə olan heroin alıb bacısı vasitəsi ilə cəza çəkdiyi X12 ötürülməsi barədə danışıb razılaşaraq sifariş vermiş, həmin gün Təqsirləndirilən şəxs2 tərəfindən eyni məqsədlə 29 iyul 2021-ci il tarixdə saat 0558-də 250 manat pulun Təqsirləndirilən şəxs3 məxsus kart hesabına köçürülməsindən sonra sonuncu 29 iyul 2021-ci il tarixdə qəsdən, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda ümumi təmiz çəkisi 2.042 qram narkotik vasitə olan heroini qanunsuz əldə edib, üzərində saxlayaraq daşıyıb 30 iyul 2021-ci il tarixdə saat 0028 radələrində X4rdaşı Təqsirləndirilən şəxs1 ötürülməsi məqsədilə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanına gəlib həmin evin giriş qapısının qarşısında sonuncuya vermiş, bundan sonra Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni qanunsuz əldə edib daşıyaraq yaşadığı evdə qanunsuz saxlayaraq özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaq məqsədi ilə qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni qəsdən yoxlamadan gizlətməklə yolu ilə cəzaçəkmə müəssisəsinə ötürülməsi məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə, cinayətkar məqsədlər üçün aldığı qida qüvvətləndiricisi Nat-Udi Hindi həblərinin içərisində olan yeddi ədəd kapsullarda xüsusi qaydada qablaşdırmaqla xüsusi üsulla gizlədib, ona ötürülməsi üçün 30.07.2021-ci il tarixdə saat 14 radələrində Şəki şəhəri, Zərifə Əliyeva küçəsində, «Daşqaya» adlanan ərazinin yaxınlığında görüşüb sovqatlarla birgə cinayətkar qəsdən məlumatı olmayan Şahid2 vermiş, Şahid2 həmin narkotik vasitəni sovqatlarla birlikdə Təqsirləndirilən şəxs2 alıb ona təhvil vermək üçün X12 aparmış, həmin gün saat 1435 radələrində müəssisənin əməkdaşları tərəfindən nəzarət-buraxılış məntəqəsində sovqata baxış keçirilən zaman həmin sovqatın içərisində olan qida qüvvətləndiricisi Nat-Udi Hindi həblərinin içərisində olan yeddi ədəd kapsullarda xüsusi qaydada qablaşdırılmış ayrıayrılıqda təmiz çəkiləri 0,227 qram, 0,271 qram, 0,349 qram, 0,293 qram, 0,296 qram, 0,322 qram və 0,284 qram olan, ümumi təmiz çəkisi 2,042 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürüldüyünə görə, bilavasitə cinayət törətməyə yönəlmiş qəsd edilən cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni yoxlamadan gizlətməklə yolu ilə cəzaçəkmə müəssisəsinə ötürülməyə cəhd cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 qəsdən Mingəçevir Şəhər Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il, 05 ay, 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və 02 oktyabr 2020-ci il tarixli Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzasının 7 ay, 04 gün qalan hissəsinin vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, yenidən Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs2 və əvvəllər X18 birlikdə cəza çəkərkən tanış olduğu, Şəki Ağır Cinayətlər Məhkəməsinin 15.03.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda X8 cəza çəkən məhkum Təqsirləndirilən şəxs1 ilə sonuncunun ona 28 iyul 2021-ci il tarixdə X5 zəng edərək bacısı Təqsirləndirilən şəxs2 ilə əldə edilmiş narkotik vasitənin ona ötürülməsi barədə danışıb razılaşdığını bildirib bacısının göndərəcəyi 250 manat pula narkotik vasitə heroin almaqla ona göndərilməsini həyata keçirmək üçün Təqsirləndirilən şəxs2 verməsi barədə danışıb razılaşaraq bu barədə sifariş verməsi ilə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra həmin sifariş əsasında 29 iyul 2021-ci il tarixdə saat 0558-də Təqsirləndirilən şəxs2 ona məxsus kart hesabına 250 manat pul köçürüldükdən sonra 29 iyul 2021-ci il tarixdə qəsdən, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda ümumi təmiz çəkisi 2.042 qram çəkidə narkotik vasitə olan heroin əldə edib, üzərində saxlayaraq daşımış və 30 iyul 2021-ci il tarixdə saat 0028 radələrində həmin narkotik vasitəni X9 Təqsirləndirilən şəxs1 ötürülməsi məqsədilə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanına gəlib həmin evin giriş qapısın qarşısında sonuncuya vermiş, bundan sonra Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni əldə edib qanunsuz daşıyaraq yaşadığı evdə qanunsuz saxlamış, özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaq məqsədi ilə qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni qəsdən yoxlamadan gizlətməklə yolu ilə cəzaçəkmə müəssisəsinə ötürmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə, cinayətkar məqsədlər üçün aldığı qida qüvvətləndiricisi Nat-Udi Hindi həblərinin içərisində olan yeddi ədəd kapsullarda xüsusi qaydada qablaşdırıb xüsusi üsulla gizlədib, qardaşı Təqsirləndirilən şəxs1 ötürülməsi üçün 30.07.2021-ci il tarixdə saat 14 radələrində Şəki şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən «Daşqaya» adlanan ərazinin yaxınlığında görüşüb sovqatlarla birgə cinayətkar qəsdən məlumatı olmayan Şahid2 vermiş, Şahid2 həmin narkotik vasitəni sovqatlarla birlikdə Təqsirləndirilən şəxs2 alıb ona təhvil vermək üçün X12 aparmış, həmin gün saat 1435 radələrində müəssisənin əməkdaşları tərəfindən nəzarət-buraxılış məntəqəsində sovqata baxış keçirilən zaman həmin sovqatın içərisində olan qida qüvvətləndiricisi Nat-Udi Hindi həblərinin içərisində olan yeddi ədəd kapsullarda xüsusi qaydada qablaşdırılmış ayrıayrılıqda təmiz çəkiləri 0,227 qram, 0,271 qram, 0,349 qram, 0,293 qram, 0,296 qram, 0,322 qram və 0,284 qram olan, ümumi təmiz çəkisi 2,042 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürüldüyünə görə, bilavasitə cinayət törətməyə yönəlmiş qəsd edilən cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni yoxlamadan gizlətməklə yolu ilə cəzaçəkmə müəssisəsinə ötürülməyə cəhd cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X8 cəza çəkən qardaşı Təqsirləndirilən şəxs1 dəfələrlə sovqat göndərmiş, lakin heç bir zaman qardaşına narkotik vasitə aparmamışdır. Qardaşı xəstə olduğu üçün göndərdiyi sovqatın içərisinə dərman qoymuş, ancaq həmin d\rmanların heç biri narkotik vasitə olmamışdır. İmkanı olmadığı üçün dərmanları qardaşının dostları almalı omuş, narkotik vasitənin sovqatın icərisində necə çıxmasından xəbəri olmamışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 eyni məzmunlu ifadə verərək göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs1 Şəki Ağır Cinayətlər Məhkəməsinin 15.03.2013-cü il tarixli hökmü ilə CM-in 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3 maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq X8 cəza çəkmişdir. Qardaşı tutulandan sonra tez-tez ona yemək hazırlayıb aparıb X8 sonuncuya vermiş, həmçinin qardaşı Kamran qalxanvarı vəzdən əməliyyat olduğuna görə dərman da alıb göndərmişlər. Qardaşı Kamran zəng vurub dərman istəyəndə dərmanları bəzən özü alıb aparmış, bəzən isə aldığı dərmanları Şəki şəhərində Kamranın dediyi şəxslərə avtobusla göndərmişdir. 27 iyul 2021-ci il tarixdə qardaşı X1 zəng vurub eltroksin dərmanı, ketanol, anestozal şamı və 2 ədəd aspirin dərmanları alıb göndərməsini demiş, pulu az olduğuna və yas mərasiminə getməli olduğu üçün Kamrana yas mərasimindən qayıtdıqdan sonra dərmanlarını alıb göndərəcəyini bildirmişdir. 29 iyul 2021-ci il tarixdə Kamran ona zəng vurub dərmanlarını alıb göndərməsini bildirdikdə sonuncuya pulu az olduğunu lakin imkanlaşdırıb dərmanları alıb göndərəcəyini demişdir. Həmin gün günorta vaxtları Kamran yenidən ona zəng vurub 05-45-lə qurtaran nömrəyə zəng vurub dediyi dərmanları gətirib verməsini, həmin dərmanları göndərməsini demişdir. Qardaşı Kamran ona kartına 250 manat pul göndəriləcəyini, həmin pulu Rövşənin kartına göndərməsini, Rövşənə 160 manat borcu olduğunu, qalan pula isə Rövşənin ərzaq alıb göndərəcəyini bildirmişdir. Bir qədər sonra öz adına olan albalı kartına 250 manat pul gəldiyi üçün həmin pulu telefonla Rövşənin kart hesabına 250 manat pul göndərmişdir. Kamranla danışıb qurtarandan sonra Kamranın Rövşənin mobil nömrəsinə votsapla proqramı ilə zəng vurub Kamranın bacısı olduğunu demiş, Rövşən də onu tanıdığını bildirmişdir. Bir dəfə Kamran ona zəng vurub türmədən bir nəfərdən 100 manat borc pul aldığını, həmin adamın qohumlarına onun nömrəsini verdiyini, ona zəng vurub kart nömrəsi deyəcəklərini və həmin karta 100 manat pul göndərməsini bildirdiyi üçün sonradan Kamranın dediyi adam öz kartının şəkilini Whatsahppla telefonuna göndərmiş, o da həmin karta 100 manat pul göndərmişdir. Həmin kartın üstünə sahibinin adı Təqsirləndirilən şəxs3 kimi yazıldığı üçün həmin şəxsin adını telefonunda «R» kimi qeyd etmişdir. Rövşən ona bir saata kimi dərmanları gətirəcəyini demiş, 29.07.2021-ci il tarixdə saat 23 radələrində Rövşən ona zəng vuraraq düşüb dərmanı götürməsini bildirmişdir. Rövşənə səhhətinə görə aşağı düşə bilmədiyini, dərmanları binanın birinci girişinin 5-ci mərtəbəsinə qaldırmasını xahiş etmişdir. Rövşən yuxarı qalxıb kiçik selofan torbanı təqdim etmiş, torbanın içərisində dərman qutuları olmuşdur. 30 iyul 2021-ci il tarixdə saat 11 radələrində Kamran ona zəng vurub tanışlarının dərmanı göndərib-göndərmədiyini soruşduqda sonuncuya dərmanı aldığını dedmiş, Kamran ondan həmin dərmanları tez çatdırmasını xahiş etmişdir. Kamrana qızdırması olduğuna görə gələ bilməyəcəyini dedikdə, Kamran ona cəzaçəkmə müəssisəsinə gələcək yanında olan şəxslərin valideyinlərindən birinə dərmanları çatdırmasını bildirmişdir. Kamranın göndərdiyi telefon nömrəsinə zəng vurub sonradan adının İntiqam olduğu şəxsə qardaşı Kamrana çatası dərman göndərməli olduğunu demiş, həmin adam da məlumatı olduğunu bildirərək Şəki şəhərində «Daşqayaya» adlanan ərazidə görüşüb dərmanları həmin şəxsə vermişdir. Bundan sonra Daşqaya adlanan ərazidən yoldan keçən avtomaşınla dördyol adlanan əraziyə gəlmiş, orada düşəndən az sonra Mingəçevir avtobusuna minib Mingəçevir şəhərinə getmişdir. 31 iyul 2021-ci il tarixdə isə Şəki ŞRPŞnin əməkdaşları yaşadığı evin qarşısına gəlib ona qardaşı Kamrana göndərdiyi dərmanların içərisindən narkotik vasitə heroin çıxdığını, ona görə sonuncularla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Rayon Polis Şöbəsində üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. İlkin ifadəsində yalandan Mişa adlı şəxsə zəng vurduğunu bildirmiş, lakin dərmanları ona Təqsirləndirilən şəxs3 vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 30 iyul 2021-ci il tarixdə cəza çəkdiyi X10 rəhbərliyi tərəfindən qəbula çağırılaaraq ona gətirilən sovqatın içərisindən narkotik vasitə çıxması barədə məlumat vermişlər. Həmin narkotik vasitədən xəbəri olmadığını bildirərək aclıq aksiyasına başlamış, müəssisənin təcridaxanasında özünə xəsarət yetirmişdir. Narkotik vasitə sifariş etməmiş, ona qarşı irəli sürülən bütün ittihamlar şər və böhtan olmuşdur. Bacısı Təqsirləndirilən şəxs2 ilə müntəzəm olaraq dərman almış, bacısına onun yanına gələn olarsa pulunu həmin şəxsə deyib dərmanı da alıb göndərməsini bildirmişdir. 28 iyul 2021-ci il tarixində bacısına zəng vurmasını xatırlamamış, 2-3 gündən bir bacısına zəng vurmuşdur. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 15.03.2013-cü il tarixli hökmü ilə CM-in 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq cəzasını X8 çəkmişdir. Cəza çəkdiyi 10 ilə yaxın müddətdə ona həm tanışları, həm də qohumları tərəfindən maddi yardımlar olunmuş, orqan çatışmamazılığı ilə yanaşı digər xəstəliklərdən əziyyət çəkdiyi üçün tez-tez ona tanışları və qohumları tərəfindən dərman perapartları göndərilmişdir. Hadisə baş verməmişdən bir neçə gün qabaq bacısı Təqsirləndirilən şəxs2 zəng edib dərmanlara ehtiyacının olmasını bildirmiş, Təqsirləndirilən şəxs2 da maddi imkan olan kimi ona dərman alacağını demişdir. Həmin ərəfələrdə bacısı Təqsirləndirilən şəxs2 maddi vəziyyəti yaxşı olmadığına görə sonuncu ilə danışan zaman tanışlarına ona dərman lazım olması barədə xəbər etməsini, özü üçün pul göndərilərsə həmin pul ilə dərman alıb göndərməsini bildirmişdir. 30.07.2021-ci il tarixdə saat 9-11 radələrində bacısı Nəzakət onunla telefonda danışan zaman bir nəfər şəxsin selofan torbada ona dərman gətirdiyini bildirmiş, həmin vaxt bacısı Nəzakətə Şəki şəhərində yaşayan Şahid2 telefon nömrəsini verib dərmanları həmin şəxsin vasitəsi ilə ona göndərməsini xahiş etmişdir. Əvvəllər də Şəki şəhər sakini Şahid2, eləcə də başqa taksi sürücüləri ona dəfələrlə evdən göndərilən sovqatları gətirib müəssisəyə verdiyinə görə yenə bacısı Nəzakətə dərmanları Şahid2la göndərməsini xahiş etmişdir. Şahid2 ona gətirdiyi sovqatın içərisində narkotik maddə olmasından 30.07.2021-ci il tarixdə təxminən saat 16-17 arası cəzaçəkmə müəssisəsinin rəhbərliyindən eşitmişdir və sovqatın içərisində narkotik vasitə olması ilə bağlı etirazını müəsissisə rəhbərliyinə bildirmişdir. Həmin hadisə ilə bağlı elə həmin gün cərimə təcridxanasına köçürülmüş və orada 15 gün aclıq aksiyası keçirmişdir. Bacısı Nəzakətlə danışarkən sovqatın Təqsirləndirilən şəxs3 tərəfindən verilməsinin bacısının ona deyib-deməməsini, konkret olaraq hansı məbləğdə pul gələcəyini deməsini xatırlamamış, sadəcə olaraq Nəzakətə pul gəlsə ya özünun ya da tanışlarının vasitəsi ilə dərman almasını demişdir. X29 və ya ona köməklik edən başqa tanışlarına nə vaxt pul lazım olarsa, pulu olduğunda borc verməsini demişdir. Ola bilsin həmin ərəfədə Rövşən bacısına pula ehtiyacı olduğunu bildirmiş və bacısı da ona borc olaraq göndərilən puldan vermişdir. Təqsirləndirilən şəxs3 ona narkotik vasitə alıb bacısı vasitəsi ilə göndərməsini sifariş etməmiş, Rövşənin kartına bacısı Nəzakət tərəfindən 27-28 iyul 2021-ci il tarixlərində pul köçürülməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu Mingəçevirdə evdə saxlayıb Şəkiyə gətirmiş, Saxlanılan zaman onun üzərində narkotik vasitə olmuş, onu saxladıqdan sonra polis əməkdaşları onun Təqsirləndirilən şəxs2 narkotik maddə verdiyini iddia etmişlər. Təqsirləndirilən şəxs2 heç bir dərman verməmiş, Təqsirləndirilən şəxs2 onun kartına 250 manat borc vermişdir. Təqsirləndirilən şəxs2 qardaşı ilə bir yerdə cəza çəkmiş, 250 manat pulu narkotik vasitə almaq məqsədi ilə borc götürmüşdür. Müstəntiqə ifadə verən zaman narkotik vasitənin təsiri altında olmuş, Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə edib-etmədiyini bilməmişdir. Təqsirləndirilən şəxs2 dərman verməmiş, Təqsirləndirilən şəxs1 dərman qəbul etdiyini görmüşdür. Təqsirləndirilən şəxs3 sonrakı məhkəmə iclasında Təqsirləndirilən şəxs2 2 qramdan az olmaqla narkotik vasitə heroin verdiyini, lakin sonuncunun həmin heroini Təqsirləndirilən şəxs1 göndərməsindən məlumatı olmadığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ildə Şəki Penitensiar müəsissisəsində cəza çəkən zaman Mingəçevir şəhərindən olan Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, 28.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 X5 onun mobil nömrəsinə zəng vurub bacısı Nəzakətə onun kart hesabına 250 manat pul göndərəcəyini dediyini, həmin pula narkotik vasitə olan heroin alıb bacısına verməsini demişdir. Kamranla danışdığı gün Nəzakət Whatsappla onun mobil nömrəsinə zəng vurub pulu göndərmək istədiyini bildirərək elə həmin gün öz adına olan Kapital banka məxsus kartına 250 manat pul köçürmüşdür. Mingəçevir şəhərində ticarət obyektlərinin yanındakı bankomatdan 250 manat pulu çıxardıqdan sonra 2021-ci ilin iyun ayının əvvələrində Bakı şəhəri, Binəqədi rayon ərazisində yerləşən "Beynəlxalq Avtovağzal"ın yaxınlığında tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığı narkotik vasitə olan heroinin qalan 2 qramını tərəzi ilə çəkib 29 iyul 2021-ci il tarixdə axşam saat 23 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı binaya gedib evinin giriş qapısının qarşısında sonuncuya vermişdir. Sellofandakı narkotik vasitəni Nəzakətə verdikdən sonra qayıdıb evinə gəlmiş, bundan sonra nə Nəzakət, nə də Kamran ona zəng etməmişlər. Bütün bunlardan sonra yaşadığı küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşıb Şəki ŞRPŞ-nə dəvət etdikləri üçün sonuncularla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutlduqdan sonra üzərinə keçirilmiş şəxs axtarış zamanı üstündən narotik vasitə aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X10 əməliyyat şöbəsinin rəisi işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 30.07.2021-ci il tarixdə müəssisəyə sovqat gətirmiş Şahid2 cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətmək və ya hər hansı digər üsulla verilməsinə və ya ötürülməsinə görə məsuliyyət daşıması barədə məlumat verilmiş və tərtib edilmiş iltizam imzalanmış, saat 1435 radələrində növbə əsasında vətəndaş Şahid2 məhkuma gətirdiyi sovqatı müəssisəyə təqdim etməsi məqsədilə müəssisənin nəzarət buraxılış məntəqəsinə dəvət edilmişdir. Şahid2 gətirdiyi sovqatla bağlı sənədləşməyə baxarkən həmin şəxsin müəssisənin ciddi rejimli 1-ci korpusu 1-ci mərtəbə 7-ci kamerasında saxlanılan və Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən 15 il müddətinə azadlıqdan məhrum edilmiş Təqsirləndirilən şəxs1 sovqat gətirməsi müəyyən edilmiş, Şahid2 gətirdiyi sovqata baxış keçirən zaman qida qüvvətləndiricisi olan və üzərində Nat-Udi Hindi həbləri olan qutu açılmış, daha sonra qutunun içərisində olan kapsul qabının ağzını açıb kapsulları masanın üzərinə tökülərkən 07 ədəd kaspulun digər kapsulların rəngi ilə fərqləndiyindən kapsulalarda narkotik vasitə olmasına şübhələr yaranmışdır. Bundan sonra nəzarət buraxılış məntəqəsində xidmətdə olan Coşğun İlyaslı bu barədə rəhbərliyə məlumat verdikdən sonra X10 nəzarətçisi Şahid5, müəssisə rəisinin növbətçi köməkçisinin müavini Şahid4la birlikdə axtarış və baxış otağında iki nəfər hal şahidinin iştirakı ilə rənglərinə görə seçilən 07 ədəd kapsula baxış keçirilərək bir ədəd ağ rəngli kağız bükülüdə olan və 06 ədəd kapsulda olan qəhvəyi rəngli kütlənin narkotik vasitə olub-olmaması, çəkisi və mənşəyinin müəyyən edilməsi məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Şahid2 hənin kütləni məhkum Təqsirləndirilən şəxs1 bacısı Təqsirləndirilən şəxs2 verdiyini bildirmiş, sonradan əvvəllər X8 cəza çəkmiş Təqsirləndirilən şəxs3 həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 göndərdiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 böyük inspektor işləyən Şahid4 və nəzarətçi işləyən Şahid5 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 30.07.2021-ci il tarixdə saat 1435 radələrində X10 ümumi ağır rejimli 1-ci korpus 1-ci mərtəbə 9-cu kamerasına olarkən ciddi rejimli 1-ci korpusda cəza çəkən məhkum Təqsirləndirilən şəxs1 üçün gətirilmiş sovqata baxış keçirilməsi ilə əlaqədar hal şahidi qismində iştirak etməsini təklif etdikdə baxışda iştirak etməyə razılaşmış və digər hal şahidi qismində dəvət olunmuş məhkum Şahid7 ilə birlikdə məhkum Təqsirləndirilən şəxs1 gətirilmiş sovqata baxış keçirilən zaman müəssisənin əməkdaşı sellofan torbadakı qida qüvvətləndiricisi olan və üzərində Nat-Udi Hindi yazılmış həblər olan qutu açmış, daha sonra isə qutunun içərisində olan kapsul qabının ağzını açıb kapsulları masanın üzərinə tökmüşdür. Baxış zamanı şəmin kaspulların 07 ədədinin rənginin, digər kapsulların rəngləri ilə fərqləndiyini görmüşlər. Sonra kapsullardan birini açıb kağız parçasının üzərinə tökmüş, bu zaman kapsulun içərisindən qəhvəyi rəngdə kütlə aşkar olunmuşdur. Bundan sonra X10 əməkdaşı ağ rəngli kağızın üzərinə tökülən 01 ədəd kapsulda və digər 06 ədəd kapsulda olan qəhvəyi rəngli kütləni bir ədəd ağ rəngli zərfə qoyub qablaşdırdıqdan sonra götürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 eyni məzmunlu ifadə verərək Şahid6 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 30 iyul 2021-ci il tarixdə saat 12 radələrində X8 cəza çəkən qonşusu Mustafa mobil telefon nömrəsinə zəng vuraraq bir nəfərin dərman gətirəcəyini və həmin dərmanı Müəssisəyə gətirməsini xahiş etmiş, həmin dərmanları müəssisədə sonuncu ilə cəza çəkən Kamran adlı şəxsin bacısından götürəcəyini bildirmişdir. Buna imkanı olduğunu bildirdikdən təxminən 10-15 dəqiqə sonra sonradan adının Nəzakət olduğunu bildiyi qadın ona zəng vuraraq dərmanları gətirdiyini və 15-20 dəqiqəyə Şəki şəhərinə çatacağını bildirmişdir. Nəzakətlə Şəki şəhərinin girişində «Daş-qaya» adlanan ərazidə görüşdükdən sonra Nəzakət ona işərisində dərman qutusu olan kiçik sellofan torba vermişdir. Nəzakətdən sellofan torbanı aldıqdan sonra bir başa X12 gedib qeydiyyat otağına yaxınlaşaraq dərmanı Təqsirləndirilən şəxs1 gətirdiyimi demişdir. X6 əməkdaşına verdikdən sonra oradan çıxıb Bazarstor mağazasının qarşısında qarpız satdığı yerə getmişdir. Təxminən bir saatdan sonra X10 əməkdaşları ona zəng edib Müəssisəsəyə dəvət etmişlər. X8 türmənin işçiləri ona Kamrana apardığı dərman qutusunun içərisində narkotik vasitəyə oxşar kütlə aşkar etdiklərini bildirmişlər. Özü də həmin kapsulların içərisindəki kapsullardan 7 ədədi digər kapsullardan rənginə görə fərqləndiyini görmüş, kapsulların içərisində nə olduğunu bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30.07.2021-ci il tasrixdə saat 12 radələrində Şəki rayonu Cəyirli kəndindən qayınatasına məxsus Vaz-2107 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri istqamətində hərəkət edərkən Turan qəsəbəsinin giriş hissəsində "Socar" yanacaq doldurma məntəqəsinin yaxınlığından dönüb üzü Şəki şəhəri istiqamətində hərkət edərkən yolun sağ kənarında bir nəfər qadının dayandığını və əl etdiyini görüb avtomobili saxlamış, adının sonradan Nəzakət olduğunu bildiyi həmin qadın ona yaxınlaşıb Şəki şəhərinə aparmasını xahiş etmişdir. Nəzakətə arxa oturcağın dolu olduğunu bildirsə də sonuncu ön oturacaqda əyləşə biləcəyini deyib qapını açıb əyləşmişdir. Yolda olarkən qadın Mingəçevir şəhərindən olduğunu, təcili Şəki şəhərinə gedib qayıdacağını bildirmiş, mobil telefonda kiminləsə yazışmaqla iki dəfə kimdənsə zəng gəlmiş və danışarkən danışdığı adama gəlibqayıtmalı olduğunu demişdir. Nəzakəti Daşqaya adlanan yerdə düşürtdükdən sonra çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 30.07.2021-ci il tarixli, 17/557 nömrəli arayışından görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Vətəndaş Şahid2 gətirdiyi …dərman tabletkasının içərisindən aşkar olunaraq götürülmüş narkotik...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd ağ rəngli kağız bükümdə və 06 (altı) ədəd dərman kapsullarında uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri - 0,227 qram, 0,271 qram, 0,349 qram, 0,293 qram, 0, 296 qram, 0, 322 qram və 0,284 qram, ümumi təmiz çəkisi -2,042 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 08.09.2021-ci il tarixli, 17/643 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Vətəndaş Şahid2 gətirdiyi…dərman tabletkasının içərisindən aşkar olunaraq götürülmüş narkotik...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd ağ rəngli kağız bükümdə və 06 (altı) ədəd dərman kapsullarda uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri - 0,177 qram, 0,221 qram, 0,299 qram, 0,243 qram, 0, 246 qram, 0, 272 qram və 0,234 qram, ümumi təmiz çəkiləri -1,692 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş 01 ədəd ağ rəngli kağız bükümdə və 06 ədəd dərman kapsullarında olan heroinlər tərkibinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətində yerləşən …aşkar olunub götürülmüş bir ədəd elektron tərəzi » sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd elektron tərəzinin üzərində olan maddə hissəcikləri – heroin hissəcikləridir. Heroin hissəcikləri cüzi miqdarda olduğundan onun təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 07.09.2021-ci il tarixli, 1046 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, İİ qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 06.10.2021-ci il tarixli, 1198 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 23.10.2021-ci il tarixli, 1276 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 17.08.2021-ci il tarixli 475 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs3 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 08.09.2021-ci il tarixli, 535 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs2 ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 13.10.2021-ci il tarixli, 616 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs1 müşahidə edilən xaakteroloji xüsusiyyətələrə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 30 iyul 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə ünvan 2 ünvanında yaşayan Şahid2 X8 cəza çəkən məhkum Təqsirləndirilən şəxs1 gətirdiyi sovqata X10 nəzarət-buraxılış məntəqəsində baxış keçirilən zaman sovqatın içərisində olan qida qüvvətləndirici Nat-UDİ-Hindi həblərinin 07 ədəd kapsulunun içərisində gizlədilmiş narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 05 avqust 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı Mingəçevir şəhəri, Şəfa bağlar massivində yerləşən evinə, evinin həyətindəki tikililərə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs3 evinin həyətindəki hamamdan bir ədəd elektron tərəzi və yaşadığı evin dəhlizindəki termodan öz adına olan Kapital banka məxsus bir ədəd kart aşkar olunub götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 01 avqust 2021-ci il tarixli Şahid2 mobil telefonuna baxış keçirilməsi haqqında protokolundan görünür ki, X21 məxsus 024-24-5-21-67 nömrəsindən Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 28.07.2021-ci il tarixdə saat 14:26 dəqiqədə və 28.07.2021-ci il tarixdə saat 14:02 dəqiqədə zəng olunaraq danışıq aparıldığı, həmçinin Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəsindən Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 28.07.2021-ci il tarixdə saat 13:53 dəqiqədə, 28.07.2021-ci il tarixdə saat 13:55 dəqiqədə isə Şahid2 məxsus ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs2 məxsus ***-***- **-** mobil nömrəsinə zəng olunaraq danışıq aparıldığı müəyyən olunmuşdur. İş materillarında olan X5 daxil olmuş 06 sentyabr 2021-ci il tarixli, 17/33-3846 nömrəli məktuba əlavə edilmiş X8 cəza çəkən məhkum Təqsirləndirilən şəxs1 telefon danışıqlarına dair “telefon danışığının qeydiyyat vərəqə”sindən görünür ki, Təqsirləndirilən şəxs1 28.07.2021-ci il tarixdə əvvəlcə müəsissəyə məxsus 024-24-5-21-63 nömrəsindən Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** mobil nömrəsinə zəng vuraraq 3 dəqiqə, bundan sonra 28.07.2021-ci il tarixdə müəsissəyə məxsus 024-24-5-21-63 nömrəsindən Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəsinə zəng vuraraq 12 dəqiqə, daha sonra 28.07.2021-ci il tarixdə müəsissəyə məxsus 024-24-5-21-67 nömrəsindən Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** mobil nömrəsinə zəng vuraraq 2 dəqiqə, 30.07.2021-ci il tarixdə müəsissəyə məxsus 024-24-5-21-63 nömrəsindən Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəsinə zəng vuraraq 12 dəqiqə danışıq aparmışdır. İş materiallarında olan "xxxx"MMC-nin 06.09.2021-ci il tarixli, BKC/LGL-15956/21 saylı məktubu ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dair məlumatların olduğu 1 ədəd diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, 24- 24-5-21-67 stasionar telefon nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinə 26.07.2021-ci ildə saat 17:25:24 saniyədə zəng olunduğu, 1 saniyə danışıq aparıldığı, zəngin "Mingəçevir şəhəri,Şamxal-86 MMC"ərazisinin anten dairəsinin əhatə etdiyi, 26.07.2021-ci ildə saat 17:27:40 saniyədə ***-***-**-** mobil telefon nömrəsindən 24-24-5-21-67 stasionar telefon nömrəsinə zəng olunduğu 43 saniyə danışıq aparıldığı, 24-24-5-21-67 stasionar telefon nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 29.07.2021-ci ildə saat 18:38:58 saniyədə zəng olunduğu, 4 saniyə danışıq aparıldığı, zəngin "Mingəçevir şəhəri, Şamxal-86 MMC" ərazisinin anten dairəsinin əhatə etdiyi, 29.07.2021-ci ildə saat 18:39:09 saniyədə ***-***-**-** mobil telefon nömrəsindən 24- 24-5-21-67 stasionar telefon nömrəsinə zəng olunduğu 137 saniyə danışıq aparıldığı müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, X13 məxsus 02424-5-21-58 telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 07 iyul 2021ci il tarixdə saat 18:04-dən etibarən 31 iyul 2021-ci il tarixdə saat 17:11-dək mütəmadi olaraq zənglər getdiyi və zənglər qəbul olunduğu və danışıqlar aparıldığı, ondan sonra X13 məxsus ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrə arasında 08 iyul 2021-ci il tarixdə saat 15:37-dən etibarən 31 iyul 2021-ci il tarixdə saat 16:51-dək müxtəlif vaxtlarda zənglər edildiyi və zənglər qəbul olunduğu, ondan sonra X13 məxsus 024-24-5-21-39 nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** 08 iyul 2021-ci il tarixdə saat 15:30-dan etibarən 31 iyul 2021-ci il tarixdə saat 16:05-dək müxtəlif vaxtlarda zənglər edidiyi və zənglər qəbul olunduğu, ondan sonra X13 məxsus 24-24-245- 21-87 nömrəsindən Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrə arasında müxtəlif vaxtlarda, yəni 08 iyul 2021-ci il tarixdə saat 16:17-dən 31 iyul 2021-ci il tarixdə saat 15:26-dək mütəmadi zənglər olunduğu və zənglər qəbul edildiyi, ondan sonra X13 məxsus 024-24-5-21-67 nömrəsindən Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəyə 07 iyul 2021-ci il tarixdə saat 18:52-dən etibarən 31 iyul 2021-ci il tarixdə saat 9:09-dək müxtəlif saatlarda zənglər edildiyi və zənglər qəbul olunduğu, ondan sonra X13 məxsus 24-24-5-21-63 nömrəsindən Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəsinə 09 iyul 2021-ci il tarixdə saat 17:05-dən etibarən 30 iyul 2021-ci il tarixdə saat 17:08-dək zənglər edildiyi və zənglər qəbul olunduğu, ondan sonra X13 məxsus 24-24-5- 21-86 nömrəsindən Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəyə 11 iyul 2021-ci il tarixdə saat 11:50-dən etivarən 29 iyul 2021-ci il tarixdə saat 10:26-dək müxtəlif vaxtlarda zənglər olunduğu və zənglər edildiyi, həmçinin telefonun kontaktına "R" hərfi ilə qeyd olunan və Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** mobil nömrəsindən 12 iyul 2021-ci il tarixdə saat 21:49-da Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəyə zəng olunduğu və 23 saniyə danışıq aparıldığı, Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** mobil nömrəsindən 12 iyul 2021-ci il tarixdə saat 22:00-da Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəyə zəng olunduğu və 11 saniyə danışıq aparıldığı, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** mobil nömrəsinə 20 iyul 2021-ci il tarixdə saat 11:26-da zəng olunduğu, lakin danışıq aparılmadan telefon söndürüldüyü, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** mobil nömrəsinə 20 iyul 2021-ci il tarixdə saat 12:16-da zəng olunduğu, lakin danışıq aparılmadan telefon söndürüldüyü müəyyən edildi. Həmçinin mobil telefonun WhatsApp bölməsin daxil olduqda WhatsApp proqramının zənglər gedib gələn bölməsinə nəzər yetirdikdə "R" hərfi ilə qeyd alınmış Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** mobil nömrəsinə 26 iyul 2021-ci il tarixdə saat 19:12-də Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** WhatsApp mobil nömrəsindən zəng olunduğu və 42 saniyə danışıq aparıldığı, ondan sonra Təqsirləndirilən şəxs2 məxsus ***- ***-**-** WhatsApp mobil nömrəsindən 26 iyul 2021-ci il tarixdə saat 20:02-də "R" hərfi ilə qeyd alınmış Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** WhatsApp mobil nömrəsinə zəng olunduğu və 21 saniyə danışıq aparıldığı, ondan sonra "R" hərfi ilə qeyd alınmış Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** mobil nömrəsinə 26 iyul 2021-ci il tarixdə saat 23:49-da Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** WhatsApp mobil nömrəsindən zəng olunduğu və 39 saniyə danışıq aparıldığı, ondan sonra Təqsirləndirilən şəxs2 məxsus ***- ***-**-** WhatsApp mobil nömrəsindən 26 iyul 2021-ci il tarixdə saat 23:54-də "R" hərfi ilə qeyd alınmış Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** WhatsApp mobil nömrəsinə zəng olunduğu və 18 saniyə danışıq aparıldığı, ondan sonra "R" hərfi ilə qeyd alınmış Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** mobil nömrəsindən 29 iyul 2021-ci il tarixdə saat 23:18-də Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** WhatsApp mobil nömrəsinə zəng olunduğu və 15 saniyə danışıq aparıldığı, ondan sonra Təqsirləndirilən şəxs2 məxsus ***- ***-**-** WhatsApp mobil nömrəsinə 30 iyul 2021-ci il tarixdə saat 00:20-də "R" hərfi ilə qeyd alınmış Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** WhatsApp mobil nömrəsindən zəng olunduğu və 38 saniyə danışıq aparıldığı, ondan sonra Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** WhatsApp mobil nömrəsinə 30 iyul 2021-ci il tarixdə saat 00:28-də "R" hərfi ilə qeyd alınmış Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** WhatsApp mobil nömrəsindən zəng olunduğu və 7 saniyə danışıq aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan bank məlumatlarının təqdim edilməsi haqqında 04.11.2021ci il tarixli protokoldan görünür ki, 01.07.2021-ci il tarixdən 02.08.2021-ci il tarixədək Təqsirləndirilən şəxs2 məxsus debat kart hesabı üzrə mədaxil və məxaric əməliyyatlarına dair hesabından çıxarışı təqdim olunarkən Təqsirləndirilən şəxs2 kartına 29.07.2021-ci il tarixində Modenis-eManat Sistemi vasitəsi ilə 249.00 manat pul köçürüldüyü və Təqsirləndirilən şəxs2 kartın balansında 654 manat 19 qəpik olduğu, daha sonra yəni 29.07.2021-ci il tarixdə saat 05:58:18-də Təqsirləndirilən şəxs2 kartından 250 manat məxaric olunduğu müəyyən edilmişdir. İş materiallarında olan bank məlumatlarının təqdim edilməsi haqqında 10.11.2021ci il tarixli protokoldan görünür ki, 01.07.2021-ci il tarixdən 02.08.2021-ci il tarixədək Təqsirləndirilən şəxs3 məxsus kart hesabı üzrə mədaxil və məxaric əməliyyatlarına dair hesabından çıxarışı təqdim olunarkən Təqsirləndirilən şəxs3 kartına 29.07.2021-ci il tarixində saat 05:58:18-də 250 manat pul köçürüldüyü müəyyən edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Ruhi-Əsəb xəstəlikləri Dispanserinin 25.09.2021-ci il tarixli 634 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Rüstəmov X16 şəhər Ruhi-Əsəb xəstəlikləri Dispanserində psixiatrik müşahidədə olmamışlar və müraciət etməmişlər. İş materiallarında olan Mingəçevir Psixo-Nevroloji Dispanserin 13.08.2021-ci il tarixli, 1267 nömrəli məktubundan görünür ki, Quliyev X17 Psixo-Nevroloji Dispanserində qeydiyyatda durmur və müraciət etməmişdir. İş materiallarında olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin 13.08.2021-ci il tarixli, 811 nömrəli məktubundan görünür ki, Quliyev X17 şəhər Rayonlararası Narkoloji Disponserində qeydiyyatda durmur və müraciət etməmişdir. İş materiallarında olan Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 06.08.2021-ci il tarixli, 401 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Quliyev X17 şəhəri, Ş.İ.Xətai küçəsi, ev 20, mənzil 37 ünvanında pasport qeydiyyatında olmaqla Şəfa bağ massivində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş matariallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının təqdim etdiyi çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsullarla təsdiq edilmiş, Kəskin C hepatiti xəstəliyindən əziyyət çəkməklə İİ qrup əlildir. İş materiallarında olan Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, 1 saylı MİS-dən verilmiş 22.10.2021-ci il tarixli, 458, 459 nömrəli arayışlardan və xasiyyətnaməsindən görünür ki, Rüstəmova X11 şəhəri, Naxçıvan küçəsi, ev 42, mənzil 10 ünvanında yaşayır, himayəsində 07.09.2007-ci ildə doğulmuş Məleykə Məmmədova və Lalə Məmmədova adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. X5 daxil olmuş 12.04.2022-ci il tarixli 17/33-1667 nömrəli məktubdan görünür ki, CM-in 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə Təqsirləndirilən şəxs2 30.07.2021-ci il tarixdən əvvəl X2 olunmuş əşyaları keçirməyə cəhd göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 24.10.2018-ci il tarixdə müəssisədə cəza çəkən qardaşı oğlu X15 yanına qısa müddətli görüşə gələn zaman gətirdiyi əşyalara və üzərinə axtarış-baxış tədbiri zamanı alt paltarında sellofana bükülü vəziyyətdə narkotik tərkibli çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış 2,36 qram narkotik vasitə marixuananı gizlədərək müəssisəyə keçirməyə cəhd göstərərkən əməkdaşlar tərəfindən aşkar olunaraq götürülmüşdür. Faktla bağlı toplanmış sənədlər və maddi sübut Şəki ŞRPŞ-nə təhvil verilmişdir. Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş 26.04.2022-ci il tarixli 189-11897 nömrəli məktuba əlavə edilmiş qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 X8 üstünə baxış zamanı üzərindən 2,36 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunması faktına görə 04 dekabr 2018-ci ildə cinayət işi başlanması rədd edilmişdir. X19 03.11.2021-ci il tarixli, 17/33-4888 nömrəli məktubundan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 həbs edilməmişdən əvvəl ünvan 1 ünvanında pasport qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Şəki Ağır Cinayətlər Məhkəməsinin 15.03.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda X8 ciddi rejimdə cəza çəkir və cəza çəkdiyi yer üzrə mənfi xarakterizə olunur. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 20.10.1999-cu ildə Mingəçevir şəhər məhkəməsinin hökmü ilə CM-in 93-3 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti cəzasına məhkum edilmiş, 06.06.2003-cü ildə CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il, 06 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, 16.04.2004-cü ildə Salyan rayon məhkəməsinin 27.05.204-cü il tarixli qərarı ilə CM-in 77-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 02 il 28 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, 15.02.2005-ci ildə CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il, 06 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, 29.09.2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin 17.03.20009-cu il tarixli amnistiya qərarına əsasən həbsdən azad olunmuş, 10.03.2010-cu ildə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, 03.12.2011-ci ildə cəzanın sonu ilə həbsdən azad olunmuş, 18.11.2013-cu ildə CM-in 177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, 15.03.2011-ci ildə cəzanın sonu ilə həbsdən azad olunmuş, 08.11.2018-cu ildə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il, 05 ay 28 gün müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, 02.10.2020-ci ildə Şəki rayon məhkəməsinin qərarı ilə 07 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş, 05.02.2021-ci ildə Şəki Apellyasiya məhkəməsinin qərarı ilə 02.10.2020-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmış, 06.05.2021-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. CM-in 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunduqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə əməlində cinayətin residivi vardır. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Şəki Ağır Cinayətlər məhkəməsinin 15 mart 2013-cü il tarixli hökmü ilə CM-in 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 02 mart 2012-ci il tarixdən hesablanmışdır. CM-in 18.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyinə görə əməlində cinayətin xüsusilə təhlükəli residivi vardır. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 31 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 1535-də şübhəli şəxs qismində tutulmuş, 02 avqust 2021-ci il tarixdə şübhəli şəxs statusuna xitam verilməklə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 02 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 2245-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şəki rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şəki rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Bəhs edilən Qərarın 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 15-ci bəndinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında şəxslərə satış məqsədi olmadan istehlak miqdarından artıq miqdarda narkotik vasitə və ya psixotrop maddənin və satış məqsədi ilə həmin maddələrin hər hansı miqdarda ötürülməsi əməlləri isə cinayətlərin məcmusu qaydasında CM-in 317-1-ci maddəsi və narkotik vasitənin və psixotrop maddənin ötürülməsi məqsədindən və miqdarından asılı olaraq CM-in 234.1 və ya 234.2-ci yaxud 234.4.3-cü maddələri ilə tövsif olunmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs3lə cəza çəkdiyi X5 əlaqə saxlayaraq ona narkotik vasitə olan heroin göndərməsini xahiş etmiş, daha sonra bacısı Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs3 250 manat məbləğində pul göndərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 məxsus plastik bank kartına 250 manat pul göndərdikdən sonra sonuncu həmin narkotik vasitəni gətirib Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 da öz növbəsində həmin cinayətdən xəbərsiz olan Şahid2 vasitəsilə həmin narkotik vasitəni qardaşı Təqsirləndirilən şəxs1 ötürməyə cəhd etmişdir. Məhkəmənin belə qənaətə gəlməsinə iş materiallrında olan telefon danışıqlarına dair məlumatlar, pul köçürmələrindən çıxarışlar, Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat, habelə məhkəmə istintaqı zamanı verdiyi ifadələr və iş materiallarında olan digər sənədlər əsas verir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrə də tənqidi yanaşaraq həmin ifadələri məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadənsini isə işin hallarına uyğun gələn daha səmimi və obyektiv ifadə kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin CM-in 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsullarla təsdiq edilmiş və Kəskin C hepatiti xəstəliklərindən əziyyət çəkməklə İİ qrup əlil olması cəzasını yüngülləşdirən hallardır. CM-in 61.1.1-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal cinayətin residivi, CM-in 61.1.3-cü maddəsinə əsasən isə CM-in 317-1.1-ci maddəsinə münasibətdə cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal yoxdur. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal cinayətin xüsusilə təhlükəli residivi, CM-in 61.1.3-cü maddəsinə əsasən isə CM-in 317-1.1ci maddəsinə münasibətdə cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olması cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal CM-in 317-1.1-ci maddəsinə münasibətdə cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs3 CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs1 isə CMin 56.1.4-cü maddəsinə əsasən xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-in 29, 317-1.1-ci maddəsi ilə cəza təyin edərkən məhkəmə əlavə olaraq CM-in 63.3-cü maddəsinin tətbiqini də qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən nəzərə alır ki, CM-in 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 67.1-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2013cü il tarixli 1(091)-008/13 saylı hökmü ilə təyin edilmiş 15 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən 31 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 27 aprel 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 02 avqust 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı isə 17 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 28-ci bəndindən görünür ki, azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-nin 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əlavə edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində olan iki yetkinlik yaşına çatmayan 2007-ci ildə anadan olmuş X20 və X23 nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Mingəçevir şəhər qəyyumluq və himayəçilik orqanına tapşırılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olumalı əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 119,10 AZN (yüz on doqquz manat, on qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 39,70 AZN (otuz doqquz manat yetmiş qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd ağ rəngli kağız bükümdə və 06 (altı) ədəd dərman kapsullarda 1,342 qram olan narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məclləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 9 (doqquz) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2013-cü il tarixli 1(091)-008/13 saylı hökmü ilə təyin edilmiş 15 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 4 (dörd) il 10 (on) ay 3 (üç) gün hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin, Təqsirləndirilən şəxs1 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məclləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 7 (yeddi) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 02 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məclləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 05 (beş) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 31 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 05 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 iki yetkinlik yaşına çatmayan uşaqları – 07.09.2007-ci il təvəllüdlü X20 və X23 nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına tapşırılsın. İş üzrə məhkəmə məsrəfi olan 119,10 AZN (yüz on doqquz manat, on qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 39,70 AZN (otuz doqquz manat yetmiş qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd ağ rəngli kağız bükümdə və 06 (altı) ədəd dərman kapsullarda 1,342 qram olan narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar