Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-54/2023 06.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxx 1979-cu ildə Ağdaş rayonu Aral Bir kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Ağdaş rayonu Aral Bir kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin aprel ayının əvvəllərində yaşadığı Ağdaş rayonu, Aral bir kəndi ərazisində çöllük sahədən keçən su kanalının kənarında torpağa əkmiş, həmin toxumlardan inkişaf etmiş külli miqdarda 21 (iyirmi bir) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 21.22-dən saat 22.05-dək həmin yerə keçirilən baxış zamanı 21 (iyirmi bir), yaş vəziyyətdə ümumi təmiz çəkisi 62 (altmış) kiloqram 480 (dörd yüz səksən) qram qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadə verməkdən imtina etmiş, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayında tapdığı marixuananın içərisindən aşkar etdiyi təxminən 21 ədəd çətənə toxumunu 01 aprel 2022-ci il tarixdə yaşadığı Ağdaş rayonu Aral Bir kəndi ərazisindən keçən şirə kanalının yaxınlığında qamışlıq ərazidə əkərək həmin toxumlara qulluq etmiş, diblərini təmizləmiş, su vermiş və nəzarət etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə əkmiş olduğu narkotik tərkibli çətənə (kannabis) bitkilərinin yarpaqlarından yığmaq məqsədilə həmin toxumları əkdiyi yerə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik tərkibli bitkilərini əkibbecərməkdə şübhəli olduğuna görə həmin yerə baxış keçiriləcəyini bildirmişlər. Etiraz etməyərək dəvət edilmiş aqronom mütəxəssisin iştirakı ilə həmin yerə baxarkən əkdiyi 21 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu tutan zaman əllərini kəndirlə bağladıqlarını, ona qarşı zor tətbiq etdiklərini bildirmiş, 21 ədəd narkotik tərkibli çətənə bitkisini əkdiyini bir daha etiraf etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 23 avqust 2022-ci il tarixdə Ağdaş rayonu Aral Bir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı Aral Bir kəndinin ərazisindən keçən su kanalının kənarında narkotik vasitələr əkib– becərməsi barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Post Patrul Xidmət Bölüyünün polis nəfərləri Şahid2, Şahid4 və dəvət edilmiş mütəxəssisaqronom Şahid3la birlikdə saat 21 radələrində Aral Bir kəndində su kanalının keçdiyi çöllük sahəyə getmiş, həmin vaxt orada olan Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğuna görə həmin yerdəki çətənə bitkilərinin əkildiyi sahəyə baxış keçirəcəklərini bildirmişlər. Aqşin də onlarla razılaşaraq həmin yerdə olan sahəyə baxış keçirilən zaman hündürlükləri 80 sm-dan 400 sm-ə qədər olan 21 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilər aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Aqronom mütəxəssis Şahid3 həmin 21 ədəd çətənə bitkisinə bənzər bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ağdaş rayon X6 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid4, Şahid2 və ifadəsi elan olunaraq tədqiq edilmiş aqronommütəxəssis Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/679 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 07 (yeddi) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 80 sm-dən 400 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 62 kiloqram 480 qram olan 21 (iyirmi bir) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid3 23 avqust 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1777 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23 avqust 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Ağdaş rayonu Aral Bir kəndi ərazisindən keçən su kanalının yaxınlığındakı sahədə əkilmiş hündürlükləri 80 sm-dən 400 sm-dək olan 21 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar kollar aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 23 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2250-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin 31 mart 2009-cu il tarixli hökmü ilə CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-in 62.1-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 18.4.3-cü maddəsinə məhkumluğu ödənildiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Birinci Aral kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Ağdaş rayonu Birinci Aral kənində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2012-ci ildə doğulmuş Fidan Şahbazova və Aydan Şahbazova adında iki azyaşlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X7n poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq tutulan zaman sonuncuların hər iki əllərini kəndirlə bağlamalarına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs video çəkilişlə aparılan baxış, həmçinin müdafiəçinin iştirakı ilə dindirilən və barəsində həbs qətimkan tədbiri seçilən zaman birinci instansiya məhkəməsində bu barədə heç nə bildirməmiş, həmçinin qeyd etdiyi halları təsdiq edən hansısa digər dəlillər gətirməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 23 avqust 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirəsi nəzrədə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 23 avqust 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Ağdaş rayon Polis Şöbəsində saxlanılan 21 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri məhv edilsin, 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-54/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-54/2023
06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver