Məhkəmə qərarları › İş №1(091)-54/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-54/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-54/2024 21.02.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X16, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – X2 iştirakları ilə, xx.xx.1988-ci ildə Qazaxıstan Respublikasının Quryev şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli və himayəsində 04 azyaşlı uşağı olan, Ucar rayonu, Rəstəcə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan tanışı Zərərçəkmiş şəxs onun rəsmi nikah münasibətlərində olduğu arvadı X10 ilə sevgi münasibətlərində olmasından şübhələnərək qısqanclıq zəminində qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib bu məqsədlə hərəkət edərək sonuncunun işlədiyi Ucar şəhəri, 20 yanvar küçəsində yerləşən avtoyuma məntəqəsinə gəlib məntəqənin istirahət otağından əldə etdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs üzərinə hücum çəkib arvadı ilə münasibətinin olmasını etiraf etməsini deyərək həmin bıçaqla bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 5 zərbə yetirməklə sonuncunun döş qəfəsinin ön səthinə daxilə keçməyən deşilmiş-kəsilmiş xəsarət yetirməklə dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran, eləcə də döş qəfəsinin ön səthinin daxili üzvləri zədələyən, daxili qanaxma, sağ tərəfli hemopnevmotoraks, sol tərəfli hemotoraksla müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran zaman avtoyuma məntəqəsinin sahibi Şahid1 onun qarşısına keçib ictimai təhlükəli hərəkətlərinə mane olduğuna görə Zərərçəkmiş şəxs yaranan şəraitdən istifadə edərək hadisə yerindən qaçdıqdan sonra həmin vaxt yoldan keçən Ucar şəhər sakini X18 tərəfindən “Oka” markalı, “**-BE-***” markalı avtomaşınla tibb müəssisinə çatdırılmaqla ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas edildiyindən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmiş, daha sonra arvadı X4 Zərərçəkmiş şəxs, eləcə də tanımadığı digər şəxslərlə cinsi əlaqəyə girib ona xəyanət etməsindən şübhələndiyindən, qisas almaq niyyəti ilə Könül Əliyevanı cinayətin aləti olmuş eyni bıçaqla qəsdən öldürmək qərarına gəlib həmin vaxt avtoyuma məntəqəsində olan, həmkəndlisi X19 məxsus “Mercedes-Benz C220” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək yaşadığı, Ucar rayonu, Rəstəcə kəndində yerləşən evinə gəlib Könül Əliyevanın istirahət etdiyi otağa daxil olaraq sonuncunun üzərinə həmin bıçaqla hücum çəkməklə azyaşlı övladları - xx.xx.2016-cı il təvəllüdlü Şahid7, xx.xx.2017-ci il təvəllüdlü Şahid8, xx.xx.2018-ci il təvəllüdlü X24 və xx.xx.2020-ci il təvəllüdlü X9 gözləri qarşısında onlara xüsusi əzab və iztirab verməsini dərk etdiyini bilərək müstəsna dərəcədə rəhmsiz və qəddarcasına, yəni xüsusi amansızlıq nümayiş etdirib ümumilikdə 33 zərbə yetirərək ona sağ əlin arxa səthinin, sağ əlin və əl barmaqlarının ovuc səthinin (altı ədəd), sol diz oynağının ön səthinin (bir ədəd) kəsilmiş yaraları ilə müşayiət edilməklə dərəcəsinə görə sağlamlığa zərər vurmayan, sol süd vəzisinin yuxarı iç kvadratının (bir ədəd), sol kürəkarası nahiyənin yuxarı hissəsinin, sol kürəkaltı nahiyənin tış hissəsinin, belinin sol tış hissəsinin (beş ədəd), sol qoltuqaltı nahiyənin, gövdənin sol yan tərəfinin yuxarı və orta şöbəsinin (beş ədəd), boynun arxa səthinin (iki ədəd), sol bazunun yuxarı 1/3-nin yan səthinin (iki ədəd), sol saidin orta 1/3-nin (bir ədəd), sol budun yuxarı və orta 1/3-nin yan səthinin (iki ədəd), sol diz oynağının tış səthinin (bir ədəd) kəsilmiş-deşilmiş yaraları ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığa yüngül, eləcə də döş qəfəsinin sol yuxarı iç hissəsinin (iki ədəd), döş qəfəsinin sağ yuxarı iç hissəsinin (bir ədəd), qarınüstü nahiyənin sol iç hissəsinin (bir ədəd), sol kürək nahiyəsinin aşağı iç hissəsinin (bir ədəd), sol kürəkarası nahiyənin (iki ədəd) deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib X5 xüsusi amansızlıqla qəsdən öldürməklə iki şəxsi qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə kollegiyasınını iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 29,120.2.7-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli, yəni CM-in 120.1 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilərək göstərmişdir ki, həyat yoldaşını telefondakı səsə görə öldürmüşdür. Belə ki, həyat yoldaşı gecələri ondan xəbərsiz küçəyə çıxmışdır. Yoldaşı gecələr durub harasa getmişdir. Gəldiyi vaxt isə ona heç nə deməmişdir. O da ondan şübhələndiyi üçün telefonu evə qoyub getmişdir. Sonradan telefonda səslərə qulaq asmışdır. Telefondakı səslərə qulaq asan vaxt başqa kişi səsləri eşitmişdir. Səslə bağlı yoldaşından soruşmuş, lakin yoldaşı ona bir şey deməmişdir. Bundan sonra onu öldürmək qərarına gəlmişdir. Həyat yoldaşından nə vaxt haradan gəldiyini soruşsa da, heç nəyi boynuna almamışdır. Daha sonra ona demişdir ki, nə etmişdirsə, yaxşı etmişdir. Telefonda səsə qulaq asdığı vaxt Rüfət adını eşitmişdir. Buna görə də, iş yerinə gedərək Rüfəti bıçaqla vurmuşdur. O, avtoyuma məntəqəsində işləmişdir. Bıçağı işlədiyi yerdən əldə etmişdir. Rüfəti vurmazdan əvvəl onunla sözlü mübahisə etmişdir. Rüfətdən həyat yoldaşı ilə münasibətinin olubolmadığını soruşmuşdur. Həmin vaxt Rüfət heç nə deməmişdir. Rüfətə bıçaqla neçə zərbə vurduğunu xatırlamır. Rüfətə xəsarət yetirdiyi vaxt Taleh orada olmuşdur. Rüfətə xəsarət yetirmiş və Rüfət harasa çıxıb getmişdir. Daha sonra evə getmiş və həyat yoldaşını öldürmüşdür. Həyat yoldaşına neçə bıçaq zərbəsi vurduğunu xatırlamır. Yoldaşını vuran vaxt uşaqlar həyətdə olmuşdur. Yoldaşını vurub qapıdan çıxan zaman uşaqları evə daxil olmuşdur. Yoldaşını vuran vaxt uşaqları belə bir hadisənin olacağını bilməmişdir. Həmin vaxt uşaqları çöldə olmuşdur. Həyat yoldaşını vurduqdan sonra evdən çıxmış və görmüşdür ki, atası gəlir. Daha sonra bacısıgilə getmiş və onlarla vidalaşdıqdan sonra polisə gedərək təslim olmuşdur. Hadisədən bir gün əvvəl yoldaşının qardaşına zəng etmiş və ona Bakı şəhərinə gələcəyini bildirmişdir. Yoldaşının qardaşı ona Bakı şəhərinə gəlməməyini bildirmişdir. Bu işlə bağlı heç kim ona təsir etməmişdir. Yoldaşını telefondakı səsə görə öldürmüşdür. Telefonu gizlincə evə qoyub çıxmışdır. Yoldaşının kiminlə görüşdüyünü müəyyən etməmişdir. Telefondakı səsdə isə kişi səsləri olmuşdur. Hər hansı bir psixi xəstəliyi olmamışdır. Törətdiyi əməldən peşmandır. Odur ki, məhkəmə kollegiyasından himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisədən 3-4 gün əvvəl Anar sözügedən səs yazısını ona qulaq asdırmışdır. Əgər səhv etmirsə, 23 dəqiqəlik səs yazısı olmuşdur. Səs yazısına iki dəfə qulaq asmış və Anara demişdir ki, burada qeyri adi heç nə yoxdur. Belə ki, səsdə yalnız televizor və uşaqların səsi gəlmişdir. Həmin hadisədən üç gün sonra avtoyuma məntəqəsinə getmişdir. Belə ki, o, Anarla eyni avtoyuma məntəqəsində işləmişdir. Avtoyuma məntəqəsinə daxil olmuş və görmüşdür ki, Anar gecəni burada qalmışdır. Gecə saat üçdə gəlməsini və burada qalmasını bildirmişdir. Həqiqətən o, gələndə avto yuma məntəqəsinin qapısı çöldən açıq olmuşdur. Onlar səhər işə başlamışdır. Anar isə həmin gün işləyə bilməyəcəyini bildirmiş, Anar işləməsədə onlar ona on manat pul vermiş və Anar çıxıb getmişdir. Anar çıxıb getməzdən əvvəl o, Anara sabah üçün anası ilə Bakı şəhərinə gedəcəyini və sabah işə gəlməyini bildirmişdir. Anar etiraz etməmiş və sabah gələcəyini bildirib çıxıb getmişdir. Birdə görmüşlər ki, Anar velosipedlə bir az fırlanıb gəlmişdir. Bir müddət sonra əlində telefonla Taleh dayı ilə oturmuşdur. Telefonda “Tik tok” sosial şəbəkəsində özü üçün bir şeylər izləmişdir. Həmin vaxt Anar gəlmiş və qonşusunun maşınını aparacağını bildirmişdir. Onlar da ona içkili olduğunu və maşını aparmamasını bildirmişlər. Anar israrla maşını aparacağını bildirmişdir. Bundan sonra Anar maşını avtoyuma məntəqəsindən üzü yola tərəf çıxarmış, maşının mühərrikini söndürməmiş və sonra onların yanına gəlmişdir. Həmin vaxt otaqda oturub telefonda bir şeylərə baxarkən Anar onun yanına gəlmiş və oturduğu yerdə qəflətən ona bıçaqla zərbələr endirmişdir. Həmin vaxt Taleh dayı Anarın üstünə qışqıraraq onun üzərinə gəlmişdir. Anar ondan bir az aralandıqdan sonra, dərhal yaranmış vəziyyətdən istifadə etmiş və yola qaçmışdır. Bundan sonra tanışına rast gəlmişdir və onunla birlikdə xəstəxanaya getmişdir. Hadisədən iki gün sonra eşitmişdir ki, Anar yoldaşını öldürmüşdür. Anarın həyat yoldaşını tanımır. Anarın həyat yoldaşının adını belə bilmir. Hadisədən əvvəl Anar ona heç nə deməmişdir. Anar telefonu ona vermiş və demişdir ki, burada başqa səslər vardır. O da Anara səsdə olan kişi səsi deyil, televizorun səsinin olmasını bildirmişdir. Anar səsi onunla əlaqələndirməmişdir. Anar həmin vaxt bibisi oğlundan şübhələndiyini qeyd etmişdir. Anarın ona hansı səbəbə görə xəsarət yetirdiyini bilməmişdir. Səsdə onun adı çəkilməmişdir. Orada ancaq uşaqların səsi gəlmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Anarla bir-birinin evinə gedib-gəlməmişdir. Anarla başqa yerdə yeyib-içməmişdir. Anarla sadəcə iş yerində yeyib-içmişdir. Anarın yoldaşını heç vaxt görməmişdir. Anarla evləri bir birinə yaxın olmamışdır. Anarın avto yuma məntəqəsində qalmasının səbəbini soruşmamışlar. Anarın psixi problemləri olmamış, lakin içkiyə meyilli olmuşdur. Bir ilə yaxındır Anarla eyni avtoyuma məntəqəsində işləmişdir. Anarla sadəcə iş münasibəti olmuşdur. Anar içkiyə meyilli olmuşdur. Belə ki, Anar mütəmadi qaydada içki qəbul etmişdir. O, kravatda oturmuşdur. Həmin vaxt əlində telefon olmuşdur. Oturduğu vəziyyətdə Anar yanına gəlmiş və bir neçə saniyyə sonra çiynindən dartıb qarnına bıçaqla zərbələr vurmuşdur. Həmin vaxt Anar ayaq üstə olmuşdur. Anarın ona neçə bıçaq zərbəsi vurduğunu dəqiq bilmir. Çünki həmin vaxt hiss etməmişdir. Nəsə dəydiyini bıçaq qabırqasına dəyən vaxt hiss etmişdir. Taleh dayı Anara müdaxilə etməsəymiş, bəlkə də o, ölə bilərmiş. Çünki həmin vaxt hərəkətsiz vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, hadisə günü həyat yoldaşı ilə qızıgildə olmuşlar. Qızı anası ilə söhbət etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs evə gəlmiş və onlarla görüşmüşdür. Bundan sonra onlar qızıgildən çıxıb Kürdəmir şəhərinə getmişlər. Onlar elə yenicə Kürdəmirə çatanda zəng gəlmişdir ki, belə bir hadisə olmuşdur. Onlar dərhal yola çıxmışdır. Uşaqlar ona demişdir ki, anası gedib qapını açmışdır. Təqsirləndirilən şəxs qızını öldürən vaxt uşaqların hamısı orada olmuşdur. Uşaqların üstü qan içində olmuşdur. Uşaqlar hadisənin şahidi olmuşlar. Mərhum qızı ilə Təqsirləndirilən şəxs arasında heç bir problem olmamışdır. Qızı ona problemi olduğunu heç vaxt deməmişdir. Təqsirləndirilən şəxs içki qəbul edirmiş, lakin onun psixi problemi olmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir və onunla barışmamışdır. Məhkəmə kollegiyasının şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Anar bir həftədir ki, narahat olmuşdur. Belə ki, oğlunda qeyri-adi hərəkətlər müşahidə etmişdir. Hansı ki, gecələr durub ona demişdir ki, ona nəsə olmuşdur və ona nə isə vermişlər. Sonra Anar ona telefonda səs yazıları olduğunu bildirmişdir. Anarı başa salmışdır ki, bunlar boş şeylərdir. Sonra görmüşdür ki, Anarın psixi olaraq səhhətində problemlər vardır. Anara həkimə getməyi təklif etmişdir, lakin hər dəfə onu aldadaraq həkimə getməmişdir. Bundan sonra aptekə gedib Anara dərman almışdır. Həmin dərmanlardan Anara bir neçə dəfə vermişdir. Bir müddət sonra evə gələn vaxt Anarla qarşılaşmışdır. Həmin vaxt Anar onu qucaqlayıb halallıq istəmişdir. Sonra bacısıgilə gedib onlarla sağollaşıb polisə təslim olmuşdur. Könülün kiminləsə yazışmasının və ya danışmasının şahidi olmamışdır. Könülün evə gec gəldiyini görməmişdir. Anarla əvvəllər bir evdə yaşamışdır. Sonra atası evinə getmişdir. Daha sonra Anarın səhhətindəki problemləri görmüş və onların yanında qalmağa başlamışdır. Anar onun yanında yoldaşı ilə dalaşmamışdır. Lakin gəlini Anardan ona şikayət etmişdir. Belə ki, Könül ona demişdir ki, son vaxtlarda Anarda nə isə dəyişiklik vardır. Anarın səhhətindəki problemləri gördükdən sonra son vaxtlar onların evində qalmışdır. Gəlininin gecələr harasa getdiyini görməmişdir. Anarla qarşılaşan vaxt əlində bıçaq olmuş, Anar onu qucaqlayaraq halalıq istəmiş və o, həmin vaxt şok olmuşdur. O, evə daxil olan vaxt görmüşdür ki, uşaqlar evdə bir kənarda oynayırlar. O, otağa daxil olan vaxt uşaqlar da onunla birlikdə otağa daxil olmuşdur. Oğlu əlində bıçaqla evdən çıxmışdır. Həmin vaxt onunla qarşılaşmışdır. Oğlu ona demişdir ki, onu bağışlasın. Bundan sonra oğlu çıxıb getmişdir. Həmin vaxt şok vəziyyətdə evə daxil olmuşdur. O, evə daxil olan zaman uşaqlar da onun arxasınca evə daxil olmuşlar. Uşaqlar ona demişdir ki, atalarının əlində bıçaq olmuşdur. Sonra uşaqlar ağlamağa başlamışlar. Sonra uşaqların əl-üzünü yumuşdur. Çünki uşaqlar evə daxil olan vaxt analarının üstünə qaçmışdır. Ona görə də, əlləri-üzləri qan olmuşdur. Uşlaqların ona nə dediyini xatırlamır. Uşaqlar sadəcə ağlayırmışlar və sakit olmamışlar. Uşaqlar evdə bir kənarda oynamışdır. Uşaqlar anasının öldüyü otağa onunla birlikdə daxil olmuşlar. Uşaqların üz ifadələri normal olmamışdır. Bəlkə də, uşaqlar atalarının analarını öldürdüyünü görmüşlər. Ancaq uşaqlar analarının öldüyü otağa onunla birlikdə daxil olmuşdur. Uşaqlar ona demişlər ki, ataları qapını qırmaq istəmişdir. Uşaqlar demişlər ki, ataları evin həyət qapısını qırmağa çalışmışdır. Uşaqlar analarının öldüyü otağa onunla birlikdə daxil olmuşdur. Uşaqları ilk gördüyü vaxt həyəcanlı olmuşlar. Uşaqlar onunla birlikdə otağa daxil olmuşlar və ağlamağa başlamışlar. Oğlu əlində bıçaqla evdən çıxmışdır. Həmin vaxt onunla qarşılaşmışdır. Oğlu ona demişdir ki, onu bağışlasın. Bundan sonra oğlu çıxıb getmişdir. Uşaqlar onunla birlikdə otağa daxil olmuşlar və ağlamağa başlamışlar. Məhkəmə kollegiyasının şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidia istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2018-ci il tarixdə arvadı Gülçöhrə Əliyeva vəfat etdikdən sonra tez-tez oğlu Anargildə qalmışdır. Təqsirləndirilən şəxs 2014-cü ildə ailə həyatı qurmuş, həmin nikahdan 4 övladı dünyaya gəlmişdir. Həmçinin, mərhum gəlini Könül Əliyeva ilə münasibətləri normal olmuş, gəlini Könül Əliyeva evdar qadın olmuşdur. Hadisə baş verən günə qədər son bir həftə Anargildə qalmış, buna səbəb Könüllə Anarın münasibətlərinin pozulması olmuşdur. O da bundan narahat olduğuna görə onları tək qoya bilməmişdir. Gəlini Könül arabir gecə vaxtı onu oyadıb Anarın yatmadığını, anidən oyanıb qapı və pəncərəni yoxladığını, buna görə də qorxduğunu, narahat olduğunu demişdir. Anardan niyə belə etdiyini soruşduqda həyətdə kiminsə olduğunu bildirmiş, o isə hər dəfə həyətə baxmış, kiminsə olduğunu görməmişdir. Ümumiyyətlə, həyətə kiminsə-gəlib getməyini bir neçə il bundan əvvəldən bəri demiş, Könülün evə kimisə dəvət etdiyini arabir iddia etmişdir. Arabir Anar öz dediklərini də təkzib etmiş və kiminsə onun yeməyinə, yaxud içkisinə dərman qatıb qəsdən bu hala saldığını bildirmişdir. Hadisə baş verən gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 03:30 radələrində oğlu Anar gəlib onu oyadaraq özünü narahat hiss etdiyini bildirmiş, o da ayağa qalxıb paltarını geyinmiş və onun əlini tutub nə olduğunu soruşmuş, Anar da ona gözünə nə isə göründüyünü demişdir. O da Könülü oyadıb Anarın özünü yaxşı hiss etmədiyini bildirmiş, daha sonra Anar aşağı düşmüş, Könül də onun ardıyca getmişdir. Bundan sonra Könül onun yanına gələrək Anarın velosipedə əyləşib getdiyini bildirmiş, o da bundan narahat olub oğlunun arxası ilə getmişdir. İlk olaraq Anarın anasını ziyarət edəcəyini düşünüb kənd qəbirstanlığına yollanmış, lakin qəbirstanlığın qapısı bağlı olduğuna görə bura gəlmədiyini öyrənmişdir. Daha sonra kəndin küçələrində Anarı axtarmış, həmin vaxt ərzində hava aydınlaşmışdır. Daha sonra Anarın işlədiyi avtoyuma məntəqəsinə getmiş, velosipedin orada olmadığını görüb Anarın məntəqədə olmadığını yəqin etmişdir. Bundan sonra yola çıxıb kəndə tərəf qayıtmaq istədikdə Anarın kənd qəbirstanlığının içində anasını ziyarət edə bilməsini ehtimal etmiş, daha sonra yenidən kənd qəbirstanlığına getmiş və içəri girib axtardıqda orada olmadığını görmüşdür. Daha sonra yenidən avtoyuma məntəqəsinə yollanmış, yolda tanımadığı nömrədən ona zəng gəlmiş və telefonu açdıqda Anar olduğunu, ona narahat olmamasını, avtoyumada olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra avtoyumanın qarşısına çatdıqda oğlu Anarın öz velosipedi ilə avtoyumadan çıxdığının şahidi olmuşdur. Həmin vaxt onu qucaqlayıb ağlamış, daha sonra Anara birlikdə evə getmələrini, onu həkimə aparacağını bildirmiş, sonra taksiyə əyləşib kəndə yollanaraq ata evinə gəlib orada saxladığı danaya yem vermişdir. Təxminən yarım saat sonra Anar ona zəng edib evdə olduğunu bildirmiş, o da Anargilə yollanmış, evə çatdıqda Anara çimib biraz dincəlməsini demişdir. Daha sonra yenidən ata evinə yollanmış, təxminən 40 dəqiqə sonra Anar çimib təmiz paltarlarını geyinərək yanına gəlmişdir. Həmin vaxt Anar ona avtoyumaya getmək istədiyini, həkimə isə daha sonra getmək istədiyini bildirmişdir. Həmin gün təxminən bir neçə dəfə telefonla danışıb bir-biriləri ilə hal-əhval tutmuş, daha sonra siqaret almaq məqsədi ilə kənd ərazisində olan dükana getmişdir. Dükana çatdıqda mərhum gəlini Könül ona zəng edərək anası və atasının qonaq gələcəyini, ona görə də dükandan 1 ədəd toyuq almasını istəmiş, elə saat 12 radələrində toyuğu və siqareti alaraq evə qayıtmışdır. Təxminən 15-20 dəqiqə sonra Könülün atası Nəsəddin və anası Yaqut gəlib çatmış, onlar gəlib çatdıqdan sonra gəlini Könül yemək bişirmiş, daha sonra birlikdə masaya əyləşib yemək yemişlər. X22 hansı səbəbdən narahat olmasını bildirmiş və onlar bir müddət bu məsələ barədə danışmışlar. Bundan sonra Nəsrəddin yorğun olduğunu bildirmiş və gedib uzanmışdır. Daha sonra Könül anası ilə birgə otaqların birinə keçib söhbət etməyə başlamış, o da çıxıb yenidən ata evinə yollanmışdır. Orada danaya qulluq etmiş, daha sonra çay içib istirahət etmişdir. Həmin gün 17 radələrində ata evindən çıxıb Anarın ailəsi ilə birgə yaşadığı evə gedən zaman yoldan “Mercedes-benz” markalı avtomaşının yüksək sürətlə hərəkətdə olduğunu, gəlib onların evin qarşısında saxladığını görmüş, o da narahat olub tez-tez irəliləməyə başlamışdır. Gəlib çatdıqdan sonra qapıdan içəri girdikdə Anarın evin qapısından əli qanlı vəziyyətdə, digər əlində bir neçə bıçaqla çıxdığını görmüş, Anar gəlib onu qucaqlamış və haqqını halal etməsini xahiş etmişdir. Daha sonra evə daxil olduqda Anarın azyaşlı uşaqlarının ağladığını, daha sonra Könülün mütəmadi olaraq dincəldiyi otaqda al-qan içində meyitinin uzadıldığını aşkar etmiş, həmin vaxt həyəcanlı halda təcili tibbi yardım stansiyasına zəng etmiş, daha sonra polisə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı mütəxəssis (müəllim) X11 və Qanuni nümayəndə iştirakı ilə yetkinlik yaşına çatmayan şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində göstərmişdir ki, o, məktəbdə birinci sinifə gedir. Hazırda nənəsi ilə yaşayır. Nənəsi onlara yaxşı baxır. Hadisə vaxtı anasını “iyilənmiş” vurmuşdur. Onun adı Anardır. Onlarda pis bir şey olmuşdur. Atası anasını vurmuşdur. O, atasının anasını vurmasını görmüşdür. Atası anasını bıçaqla vurmuşdur. Atası anasını gözlərinin qabağında öldürmüşdür. Hadisə vaxtı evdə olmuşlar. Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan Şahid7 məhkəmə istintaqı zamanı sərbəst ifadə verməyə çəkindiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs, X32, bacıları Şahid8 və Gülçöhrə Əliyeva, qardaşı Ceyhun Əliyevlə birlikdə Ucar rayonu, Rəstəcə kəndində yerləşən ünvanda yaşamışdır. X32 evdə qabqacaq yumaq, yemək bişirmək və digər ev işləri görməklə məşğul olmuşdur. Atası Təqsirləndirilən şəxs spirtli içkilərə meyilli olmuşdur. Tez-tez araq içmiş, arabir babası Məhəbbətlə də birlikdə içki içmişlər. Anasının ölümündən təxminən 1 həftə əvvəl babası Məhəbbət onlarda qalmış, babası Məhəbbət gündüz vaxtları öz evində inəyini bəsləmiş, axşamlar isə gəlib onlarla yatmışdır. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında anası qab-qacağı yuduqdan sonra evin yataq otağında anası və bacıları ilə birlikdə oturmuşlar. Anası isə yerdə uzanaraq ayaqları üzərində qardaşı Ceyhunu yatızdırmışdır. Həmin vaxt atası Anar əlində bıçaqla anasının üzərinə hücum etmiş və bıçaqla çoxlu zərbələr yetirmişdir. Daha sonra anası ayağa qalxıb atası Anara yalvarmış, lakin atası yenə də bıçaqlayıb onu öldürmüşdür. Həmin vaxt qardaşı Ceyhun mətbəxə qaçaraq bıçaq əldə edib atasının üzərinə qaçmışdır. Daha sonra atası Ceyhunun əlindəki bıçağı almış və mətbəxdən digər bıçaqları götürüb evdən çıxmışdır. Bu zaman anası qanın içində yerdə uzanmış, daha sonra atası mətbəxə getmiş və orada olan bütün bıçaqları götürüb evdən çıxmışdır. Hadisə baş verən gün evdə ancaq ailə üzvləri-bacıları Gülçöhrə, Günay, qardaşı Ceyhun və anası Könül olmuşdur. Atası Anar anası Könülü öldürüb evdən çıxdıqdan sonra babası Məhəbbət gəlmiş, sonradan tanımadığı adamlar evə toplaşmış, anası Könül həmin vaxt yerdə oturmuş, qardaşı Ceyhunu ayaqları üzərində yatızdırmış, atası həmin vaxt yalnız anasına çoxlu bıçaq xəsarətləri yetirmiş, onlara heç nə etməmişdir. Məhkəmə istintaqı zamanı mütəxəssis (müəllim) X11 və Qanuni nümayəndə iştirakı ilə yetkinlik yaşına çatmayan Şahid8 ifadə vermək istəmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o eyniməzmunlu ifadə verərək Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hadisənin şahidi olmamışdır. Qardaşı hadisədən iki gün əvvəl ona zəng edib demişdir ki, özünü pis hiss edir. Qardaşı ona demişdir ki, yoldaşı ona xəyanət edir. Qardaşı cinayət günü onlara gəlmiş və ona səs yazısı dinlətmişdir. O, qardaşının yoldaşının ona xəyanət etdiyini görməmiş, nə də ki, onun barəsində nə isə mənfi bir məlumat eşitməmişdir. Qardaşı ona demişdir ki, yoldaşını səs yazısına görə öldürmüşdür. Səsə qulaq asmış, lakin heç nə başa düşməmişdir. Səslə bağlı heç nə deyə bilmir. Səsi dinlədiyi vaxt, qarışıq səslər gəlmişdir. Ona görə də, səslə bağlı heç nə deyə bilmir. O, qardaşının yoldaşı barəsində mənfi heç nə eşitməmişdir. Səsdə adam səsləri eşidilmişdir. Səsə qulaq asmışdır. Səslər qarışıq gəldiyi üçün nə olduğunu başa düşə bilməmişdir. Qardaşı hadisə günü onlara gəlib yoldaşını öldürdüyünü demişdir. Səbəbini soruşan vaxt demişdir ki, yoldaşı ona xəyanət etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Anarla Rüfətin arasında heç vaxt problem olmamışdır. Hadisədən bir müddət əvvəl Anar ona yaxınlaşıb demişdir ki, ona bir sirr açmaq istəyir. Daha sonra, Anar ona telefonunda olan səs yazısını dinlətmişdir. Səhv etmirsə, 15-20 dəqiqəlik səs yazısı olmuşdur. Səsə qulaq asdıqdan sonra Anara demişdir ki, burada yoldaşının səsi, televizorun səsi və uşaqların səsləri vardır. Yəni ki, burada başqa bir səs yoxdur. Bundan sonra Anara demişdir ki, ağlını başına yığsın. Anar da ona onun düz dediyini və özünün səhv etdiyini bildirmişdir. Aradan bir iki gün keçdikdən sonra Anar velosipedlə işə gəlmişdir və həmin gün işləyə bilməyəcəyini bildirərək, çıxıb getmişdir. Axşam saat 17:30 radələrində Anar avtoyuma məntəqəsinə gəlmişdir. Həmin vaxt Anara demişdir ki, Rüfət sabah olmayacaq, sabah gəlib ona kömək eləsin. Anar da ona bildirmişdir ki, sabah gələcəkdir. Heç aradan bir dəqiqə keçməmiş ki, Anar otağa daxil olmuşdur. Həmin vaxt Rüfətlə birlikdə oturmuşlar. Rüfət telefonla oynayırmış. Bir də görmüşdür ki, Anar Rüfəti bıçaqla vurur. O, Anara yaxınlaşan məqamda Anar Rüfəti bıçaqla vurmağa davam edirmiş. Anar 3-4 saniyə içində Rüfəti vurmuşdur. O, elə bilmişdir ki, Anar Rüfətə yumruq vurur. Sonra başa düşmüşdür ki, Anar Rüfəti bıçaqla vurur. Dərhal Anarın üstünə qıqırmışdır. Anara yaxınlaşıb sadəcə üstünə qışqırmışdır. O, Anarın üstünə qışqıran kimi, Anar qorxub arxaya çəkilmişdir. O, Anarın üstünə qışqıran kimi Anar Rüfəti vurmamışdır. Anar bir az aralaşdıqdan sonra Rüfət dərhal hadisə yerindən qaçıb getmişdir. Sonra Anar qonşusunun maşınına əyləşib qaçıb getmişdir. Anarı həmin vaxt tutduğunu dəqiq xatırlamır. Hadisə vaxtı Anar ona yüngül xəsarət yetirib, lakin ondan şikayətçi deyildir. Anar heç vaxt problem yaradan insan olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə günü özünə məxsus obyektdə işləmişdir. Avtoyuma məntəqəsində işləyən Taleh ona səslənmiş və ondan kömək istəmişdir. Dərhal çölə çıxmış və kimə kömək edəcəyini soruşmuşdur. Həmin vaxt Taleh demişdir ki, Rüfət yaralıdır və onu xəstəxanaya çatdırmaq lazımdır. Onun da motosikleti vardır. Üstünə köynək geyinmiş və dərhal motosikletini işə salmışdır. Elə bu vaxt Talehin bacısı oğlu Əsgər maşınla toya gedirmiş. Taleh Əsgərə əl eləmiş və maşını saxlatmışdır. Bundan sonra Rüfəti maşına əyləşdirib xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid4 bildirmişdir ki, hadisəni görməmiş və hadisənin hansı səbəbə görə baş verdiyini bilməmişdir. Onun obyekti həmin avtoyuma məntəqəsinə yaxın yerdə yerləşir və Anar avtoyuma məntəqəsində işləmişdir. Anar hər səhər işə gəlmiş və işini görüb axşamüstü evə getmişdir. Anarı spirtli içki qəbul edən vaxt görməmişdir. Anarın əlində bizon içkisi görmüşdür. İstintaq zamanı Anarın əlində bizon gördüyünü demiş, lakin Anarın spirtli içki içdiyini deməmişdir. Anarın işlədiyi avtoyuma məntəqəsinə gedib-gəlməmiş və onların orada münasibətinin necə olduğunu bilməmişdir. Anarın hadisə günü avtoyuma məntəqəsindən çıxdığını görməmişdir. Hadisəni bilavasitə görməmişdir. Hadisə günü axşamüstü zərərçəkmiş şəxsi görməyə getmişlər. Həmin vaxt Talehdən soruşmuşdur ki, hadisə niyə baş verib? Taleh ona cavab vermiş ki, o, heç özü də bilmir ki, hadisə hansı səbəbə baş vermişdir. Həmçinin Anar qəflətən zərbə vurmasını bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs “Go” adlı spirtli içki içdiyini görməsini deməmişdir. Verdiyi ifadəni xatırlayır. İfadəni özü imzalamışdır. İbtidai istintaq zamanı ifadə verən vaxt ona təzyiq olunmamışdır. İfadənin sonundakı imza ona aiddir. İfadəni oxumamışdır, lakin imza etmişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai istintaq zamanı verdiyi ifadə doğrudur, lakin spirtli içki məsələsini o deməmişdir. O, Anarın əlində yalnız “Bizon” içəcəyini görmüşdür. Anarın qaçıb “Mercedes” markalı maşına əyləşməsini və Rəstəcə yolu istiqamətində getməsini görməmişdir. İşi aparan müstəntiqi tanımır və onunla heç bir ədavəti yoxdur. Onun obyektində müşahidə kameraları vardır. Polis əməkdaşları həmin çəkilişləri götürmüşlər. Ola bilsin ki, ifadəsindəki bəzi sözlər çəkilişə baxıb yazılmışdır. Şahid4 məhkəmə istintaqı zamanı verdiy ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasından ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, yaşadığı evin qarşısında motosiklet və velosiped təmiri ilə məşğul olmuş, onun təmir sexi ilə Şahid1 işlətdiyi avtoyuma məntəqəsi qarşı-qarşıya olmuşdur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxslə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs spirtli içkilərə meyilli olmuş, hər dəfə Anarın əlində “Go” adlı spirtli içki görmüşdür. Zərərçəkmiş şəxs isə zəhmətkeş, işgüzar insan olmuş, hadisə baş verən vaxta qədər onların arasında davadalaş baş verməsinin şahidi olmamışdır. Anarı avtoyuma məntəqəsində görmüş, Rüfət isə daimi olaraq çalışmışdır. xx.xx.2023-cü il tarixdə, saat 17:15 radələrində işlədiyi təmir sexində olan zaman üzbəüz avtoyumanın sahibi Taleh qışqıraraq onu səsləmiş, dərhal çölə çıxmışdır. Çölə çıxan zaman Rüfətin yaralı halda Anardan qaçmasının, ardıyca Talehin yan tərəfdə avtoyuma işlədən Asimanın məntəqəsinə tərəf qaçdığının şahidi olmuşdur. Həmin anda Anar avtoyuma məntəqəsində olan “Mercedes-Benz c220” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla məntəqədən çıxıb sağ tərəfə dönərək Rəstəcə kənd yoluna yüksək sürətə daxil olmuş, daha sonra Rüfət Asimanın avtoyumasından yaralı vəziyyətdə yola çıxıb çömbəlmişdir. Həmin vaxt Talehin bacısı oğlu Əsgər təsadüfən oradan keçdikdə özünə məxsus “Oka” markalı, “**-BE-***” markalı avtomaşını maşını saxlamış və Rüfəti onun maşınına əyləşdirib Ucar rayon mərkəzi xəstəxanasına yola salmışlar. Bu zaman oraya Asiman, Asimanın yanında çalışan, adını bilmədiyi 1 nəfər şəxs və sonradan digər tanımadığı şəxslər toplaşmış, həmçinin baş vermiş hadisənin görüntülərini əks etdirən, evinin qarşısında quraşdırdığı kamera görüntülərindən ibarət 1 ədəd disk təqdim etmişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 2023cü ilin mart ayından Ucar şəhəri, 20 yanvar küçəsi ərazisində avtoyuma məntəqəsi işlətmiş, Ucar şəhər sakini Şahid1 məxsus avtoyuma məntəqəsi ilə onun işlətdiyi məntəqə yan-yana olmuşdur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımış, onlarla arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Anarla Rüfət arasında bu günə qədər dava-dalaş, yaxud mübahisənin şahidi olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində avtoyumada olan zaman qonşu məntəqənin işçisi Zərərçəkmiş şəxs yaralı vəziyyətdə ona tərəf yaxınlaşaraq kömək istəmiş, həmin vaxt dərhal yola çıxmış və yoldan keçən maşınlardan hər hansını saxlamağa çalışmışdır. Elə həmin anda Talehin qohumu Əsgər özünə məxsus avtomaşını saxlamış və həmin vaxt işçisi olan Aqillə birgə köməkləşib Rüfəti maşına əyləşdirərək Ucar rayon mərkəzi xəstəxanasına yola salmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğlu, mərhum X10 isə Anarın arvadı olmuşdur. Onlarla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Anarla münasibətləri mehriban olmuşdur. Onlar tez-tez olmasa da, arabir görüşüb birlikdə yeyib-içmiş, spirtli içki qəbul etmişlər. Həmçinin, arabir ailəvi olaraq gediş-gəlişləri də olmuşdur. Həm Anar, Könül və övladları ilə birgə onlara, həm də o, arvadı Banu ilə birgə onlara qonaq getmişlər. Sonuncu dəfə hadisə baş verməzdən təxminən 10-15 gün əvvəl Anar ona zəng edərək harada olduğunu soruşmuş, o isə kənd ərazisində yerləşən dükanın qarşısında olan çayxanada pivə içdiyini bildirmiş, daha sonra Anar həmin yerə gəlmişdir. Anarla birgə həmin çayxanada pivə içmiş, daha sonra Anar evlərində çəkmə arağ olduğunu demiş və gedib içmələrini təklif etmişdir. Daha sonra o da razılaşmış və Anargilə getmişlər. Daha sonra Anarla birlikdə sonuncunun yaşadığı evə getmişlər. Çatdıqdan sonra Anar arağı götürüb həyətə düşmüş və birlikdə 1-2 qədəh araq içmişlər. Bundan sonra isə, yeznəsi Şahin onlara qonaq gəldiyi üçün evdən çıxmış, Anar da onunla birlikdə özünə məxsus velosipedi həyətdən götürüb gəlmişdir. Evə doğru irəliləyən vaxt Anar da onunla yanı boyu velosiped sürmüş, həmin vaxt Anara onlara gəlməsini, yeznəsi Şahinin qonaq gəldiyini bildirmiş, Anar isə evə qayıdacağını demişdir. Daha sonra evə çatmış, evə çatdıqdan sonra Şahin bacısı və övladları ilə biraz oturduqdan sonra çıxıb getmişlər. Şahingili yola saldıqdan sonra evə qayıdarkən Anar ona zəng edərək siqareti olmadığını, ondan siqaret götürmək istədiyini bildirmiş, o da həmin vaxt kənd məktəbinin ərazisi ilə yol gəlmişdir. Həmin vaxt Anara məktəb tərəfə gəlməsini demiş, təxminən 15 dəqiqə keçdikdən sonra Anarın gəlmədiyini görüb yenidən zəng etmiş, Anar da siqaretə ehtiyac olmadığını və yatdığını bildirmiş, bundan sonra evə gəlib yatmışdır. Həmin gündən hadisə baş verən günə, yəni xx.xx.2023-cü il tarixə qədər Anarla görüşməmiş, ümumiyyətlə Anarı görməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində evdə yatan vaxt dayısı Məhəbbətin qışqırıb onu çağırdığını görmüş, o da tez əynini geyinib Anargilə yollanmışdır. Anargilə çatdıqda dayısı Məhəbbətin həyətin ortasında əlləri ilə başını tutub ağladığını görmüş, nə olduğunu soruşduqda Anarın arvadı Könül Əliyevanı öldürdüyünü bildirmiş, daha sonra həmin yerə polis və prokurorluq əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs ilə X4 əvvəllər davadalaşı, düşmənçiliyi və ya konfliktinin şahidi olmamış, X10 evdar qadın olmuş, onun ölənədək hər hansı əxlaqsız hərəkətinin, eləcə də başqa şəxslərlə münasibəti olmasının şahidi olmamış, Könüllə qohumluqdan başqa heç bir münasibəti olmamış, Könül Əliyeva 4 azyaşlı övladlarına baxmaqla gününü keçirmişdir. Anarla sonuncu dəfə təxminən hadisə baş verməzdən 10-15 gün öncə görüşmüşdür. Məhkəmə istintaqı zamanı mütəxəssis (müəllim) X11 və qanuni nümayəndə X3 iştirakı ilə yetkinlik yaşına çatmayan əlavə şahid qismində dindirilmiş X24 verdiyi ifadəsində göstərmişdir ki, gördüyü hadisə yadında qalmışdır. Atası anasını bıçaqlamışdır. O, hər şeyi görmüşdür. Atası anasını bıçaqlayan vaxt evdə olmuşdur. Atası anasını bıçaqlayan vaxt otaqda olmuşdur. Məhkəmə istintaqı zamanı mütəxəssis (müəllim) X11 və qanuni nümayəndə X3 iştirakı ilə yetkinlik yaşına çatmayan əlavə şahid qismində dindirilmiş X14 verdiyi ifadəsində göstərmişdir ki, onun 4 yaşı vardır. O, suallara cavab verə bilir. Atası anasını bıçaqlayan vaxt evdə olmuşdur. Atası anasını bıçaqlayan vaxt anasının otağında olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqrir”dən görünür ki, həmin tarixdə Ucar rayon prokurorluğuna Ucar rayonu Rəstəcə kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdə arvadı 1996-cı il təvəllüdlü X5 qətlə yetirməsi, eləcə də Ucar şəhəri 20 Yanvar küçəsi ərazisində işlədiyi avtoyuma məntəqəsində tanışı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi barədə Ucar RPŞ-nin Növbətçi Hissəsindən məlumat daxil olmuşdur (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan (mərhum X28 rayonu Rəstəcə kəndində yaşadığı evə) görünür ki, hadisə yeri Ucar rayonu, Rəstəcə kəndi ərazisində Təqsirləndirilən şəxs Məhəbət oğlunun arvadı Könül Əliyeva və azyaşlı övladları ilə birlikdə yaşadığı ev olmuş, evin sonuncu-istirahət otağında Könül Əliyevanın üzərində çoxsaylı kəsilmiş-deşilmiş yaraları olan meyiti aşkar edilmiş, meyitin əynində yalnız qara rəngli qısaqol köynək olmuş, baxış zamanı eyvanın giriş qapısı ilə üzbəüz olan qonaq-yataq otağında güzgülü mebelin mərkəzi rəfindən 1 ədəd sönülü halda ağ rəngli “SAMSUNG DUOS” markalı mobil telefon, həmin otağın qapısı ilə üzbəüz olan qab-qacaq qoyulması üçün nəzərdə tutulmuş dolabdan Könül Əliyevaya, Təqsirləndirilən şəxs və onların övladlarına məxsus, ümumilikdə 6 ədəd şəxsiyyət vəsiqəsi, Təqsirləndirilən şəxs məxsus 1 ədəd sürücülük vəsiqəsi, 4 ədəd doğum haqqında şəhadətnamə və Könül Əliyeva ilə Təqsirləndirilən şəxs məxsus 1 ədəd nikah haqqında şəhadətnamə, otağın döşəməsinin mərkəzində olan qırmızı rəngli döşək üzlüyü, Həmin döşək üzlüyü ilə dolaşmış vəziyyətdə ağ-mavi rəngli örtük, meyitin aşkar edildiyi otağın döşəməsi üzərində olan insan qanı ləkələrinin hopdurulduğu tampon – hər biri ayrı-ayrılıqda müvafiq qaydada karton bağlamalarda və kağız zərflərdə qablaşdırılmaqla götürülmüşdür. Hadisə yerini əks etdirən foto şəkillər, şəxsiyyət vəsiqələrinin, doğum haqqında şəhadətnamələrin, nikah haqqında şahadətnamənin, sürücülük vəsiqəsinin təsdiq olunmuş surətləri müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 07-30). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:10 radələrində şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 72-73). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs bıçaqlanaraq ağır dərəcəli bədən xəsarətləri aldığı yer Ucar şəhəri, 20 yanvar küçəsində yerləşən Şahid1 məxsus avtoyuma məntəqəsinin ərazisi olmuş, məntəqənin çardaq hissəsinin sağa meyilli nisbətən mərkəzi hissəsində, çarpayının qarşısında asfalt örtük üzərində sıçrantı formalı qanabənzər ləkələr aşkar edilmiş, həmin ləkələr isladılmış tampona batırılıb müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Hadisə yerini əks etdirən foto şəkillər çəkilərək, müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 92-99). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əşyaya baxışın aparılması haqqında” protokoldan görünür ki, Şahid4 təqdim etdiyi 01 ədəd “CD-R” disk içərisində 02 ədəd videofayl vardır, birinci fayla daxil olduqda faylda xx.xx.2023-cü il tarixdə, 17:02:05-ci saniyədə əynində sarı yaxalıqlı, qara-göy rəngli qisaqol köynək və qara rəngli cins şalvar olan Təqsirləndirilən şəxs velosipedlə işlədiyi, Ucar şəhəri, 20 yanvar küçəsində yerləşən avtoyuma məntəqəsinin keçid hissəsindən yola çıxaraq 20 yanvar küçəsi ilə H.Əliyev prospekti istiqamətində hərəkət edib 17:02:16-cı saniyədə müşahidə kameralarından itir, 17:07:28-ci saniyədə həmin velosipedlə əks istiqamət üzrə geri dönərək yavaş sürətlə Rəstəcə kənd yoluna dönür, 17:08:17-cı saniyədə kənd yolu-20 yanvar küçəsi kəsişməsində velosipeddən düşərək müşahidəsi mümkün olmayan nə isə içərək kənarda olan otluq sahəsinə tullayır, daha sonra velosipedə minərək avtoyuma məntəqəsinə daxil olub-çıxır, məntəqənin qarşısında 5 dəfə dövr etdikdən sonra 17:11:28-ci saniyədə yenidən məntəqəyə daxil olur. Daha sonra 17:15:32-ci saniyədə əynində boz rəngli qısaqol köynək, göy rəngli rezin şəpşəp və göy rəngli cins şalvar olan Zərərçəkmiş şəxs yaralı vəziyyətdə qaçaraq məntəqədən çıxır və sağ tərəfdə yerləşən məntəqə istiqamətində müşahidə kameralarından itir, 17:15:35-ci saniyədə “Mercedes-Benz c220” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs Məhəbbbət oğlu məntəqədən çıxaraq Rəstəcə kənd yoluna döngə etməklə yüksək surətlə həmin istiqamətlə müşahidədən itir, 17:15:47-ci saniyədə məntəqənin sahibi Şahid1 əli ilə sinə nahiyəsini tutaraq Rüfətin qaçdığı istiqamətdə qaçaraq müşahidədən itir. İkinci fayla daxil olduqda faylda xx.xx.2023cü il tarixdə, 17:15:55-ci saniyədə Zərərçəkmiş şəxs işlədiyi avtoyuma məntəqəsinin sağ tərəfində yerləşən digər avtoyuma məntəqəsinə daxil olur, 17:16:03-cü saniyədə həmin məntəqədən çıxan 02 nəfərdən biri Rüfətin arxası ilə gələn Şahid1 əl jestləri ilə nə baş verdiyini soruşur, 17:16:13-cü saniyədə Rüfət yaralı haldda yol kənarına çıxıb əyilir, 17:16:54-cü saniyədə “Oka” markalı avtomobil həmin yerdə saxlayır və Zərərçəkmiş şəxs həmin avtomaşına əyləşdikdən sonra avtomobil 20 yanvar küçəsi-Oğuz küçəsi kəsişməsi istiqamətində müşahidə kameralarından itir (cild 01, iş vər. 112). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, ilk növbədə Ucar rayonu 20 Yanvar küçəsi ərazisində avtoyuma məntəqəsində törətdiyi cinayəti yerini, həmin yerdən növbəti cinayəti törətməyə getdiyi “Mercedes Benz” markalı maşını, daha sonra Ucar rayonu Rəstəcə kəndində yerləşən yaşadığı evdə törətdiyi cinayətin yerini əyani olaraq göstərmiş və bu ifadəsi şübhəli şəxs qismində verdiyi ifadəsi ilə uyğunluq təşkil etmişdir. Sözügedən istintaq hərəkətini əks etdirən video görüntülər CD diskə köçürülərək müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 113-116). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli “həbs qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər, 140-141). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman cinayətin aləti olmuş bıçağı atdığı, yaşadığı evin su arxının sonuncunun yaşadığı evin qarşısından keçən hissəsinə baxış keçirilmiş və 1 ədəd tiyəsinin uzunluğu 148 mm, eni 25 mm, mərkəz hissədə 23 mm və uc nöqtəsi 1 m ölçüdə, 1 ədəd tiyəsinin yuxarı hissəsinin uzunluğu 120 mm, eni əsasında 20 mm, mərkəz hissədə 17 mm və ucu 1 mm ölçüdə, 1 ədəd tiyəsinin uzunluğu 195 mm, eni 33 mm, mərkəz hissədə 28 mm və uc nöqtəsində 1 mm ölçüdə, 1 ədəd tiyəsinin uzunluğu 170 mm, en hissəsi 28 mm, mərkəz hissədə 23 mm ölçüdə, 1 ədəd tiyəsinin uzunluğu 120 mm, eni 16 mm, mərkəz hissədə 11 mm, uc nöqtəsində 1 mm olan, ümumilikdə 5 (beş) ədəd bıçaq aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (cild 01, iş vər. 163-166). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, Ucar RPŞ-yə Ucar RMX-dən Ucar şəhəri H.Sultanov küçəsi ev 15-də yaşayan 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Əlimusa oğlunun döş qəfəsinin ön hissəsinin daxilə keçən çox saylı bıçaq yarası xəsarəti ilə bağlı məlumat daxil olmuşdur (cild 01, iş vər. 175). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, Ucar RPŞ-yə DİN-in “102” xidmətindən Ucar rayonu Rəstəcə kənd sakini Şahid2 oğlunun gəlinini bıçaqlayaraq öldürməsini bildirməsi barədə məlumat verilmişdir (cild 01, iş vər. 176). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən, arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (azyaşlı uşaqları - 2016-cı il təvəllüdlü qızı Şahid7, 2017-ci il təvəllüdlü qızı Şahid8, 2020-ci il təvəllüdlü qızı X14 və 2018-ci il təvəllüdlü oğlu X24 ilə) birlikdə Ucar rayonu Rəstəcə kəndində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 21-26, 178-179). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar Rayon şöbəsinin təqdim etdiyi məktubdan görünür ki, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ucar rayon Çağırış Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin Xəstəliklər cədvəlinin 52 c maddəsinə əsasən, “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. xx.xx.2010, xx.xx.2013 və xx.xx.2016-cı tarixlərdə yenidən Hərbi-həkim komissiyasında keçən Təqsirləndirilən şəxs barəsində əvvəlki qərar öz təsdiqini tapmış, lakin 2019-cu ildən hərbi-həkim komissiyasının müayinəsindən yayınır (cild 01, iş vər. 228). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 03-04). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin məhkəmə-kimyəvi tədqiqata dair xx.xx.2023-cü il tarixli, 2091/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin, tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid aşkar edilməmişdir (cild 02, iş vər. 05-09). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin Ucar rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2023cü il tarixli, 10 saylı rəyindən görünür ki, X4 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ əlin arxa səthinin, sağ əlin və əl barmaqlarının ovuc səthinin (altı ədəd), sol diz oynağının ön səthinin (bir ədəd) kəsilmiş yaraları ilə müşayiət edilməklə dərəcəsinə görə sağlamlığa zərər vurmayan, sol süd vəzisinin yuxarı iç kvadratının (bir ədəd), sol kürəkarası nahiyənin yuxarı hissəsinin, sol kürəkaltı nahiyənin tış hissəsinin, belinin sol tış hissəsinin (beş ədəd), sol qoltuqaltı nahiyənin, gövdənin sol yan tərəfinin yuxarı və orta şöbəsinin (beş ədəd), boynun arxa səthinin (iki ədəd), sol bazunun yuxarı 1/3-nin yan səthinin (iki ədəd), sol saidin orta 1/3-nin (bir ədəd), sol budun yuxarı və orta 1/3-nin yan səthinin (iki ədəd), sol diz oynağının tış səthinin (bir ədəd) kəsilmiş-deşilmiş yaraları ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığa YÜNGÜL, eləcə də döş qəfəsinin sol yuxarı iç hissəsinin (iki ədəd), döş qəfəsinin sağ yuxarı iç hissəsinin (bir ədəd), qarınüstü nahiyənin sol iç hissəsinin (bir ədəd), sol kürək nahiyəsinin aşağı iç hissəsinin (bir ədəd), sol kürəkarası nahiyənin (iki ədəd) deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vuran xəsarətlər olmuş, K.N.Əliyevanın meyitində onun hamilə olmasını təsdiq edən məhkəmə-tibbi əlamətləri, eləcə də meyitdən götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti aşkar edilməmiş, mərhumun ölümünə bilavasitə səbəb döş qəfəsinin və qarnın çoxsaylı daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları nəticəsində daxili üzvlərin zədələnməsi və kəskin qanitirmə olmuş, məhkəmə-tibbi bioloji şöbədə tərtib edilmiş 9/90 saylı aktla X4 uşaqlıq yolundan götürülmüş bir ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı sperma aşkar edilmişdir. Ağız boşluğu və düz bağırsaqdan götürülmüş tamponlarda sperma müəyyən edilməmişdir (cild 02, iş vər. 20-24). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizalarının tədqiqinə dair xx.xx.2023-cü il tarixli, 265/2023/MTKŞ saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş və mərhum X13ma məxsus ön səthinin orta nahiyəsinin aşağı hissəsində 01 (bir) ədəd, ön səthinin orta nahiyəsinin issəsində 04 (dörd) ədəd, ön səthinin sol yarısının orta nahiyəsində 02 (iki) ədəd, ön sol yansınm yuxarı hissəsində 02 (iki) ədəd, ön səthinin sağ yarısının yuxarı hissəsində ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 10 (on) ədəd, sol qolunun ön səthində ədəd və sol qolunun arxa səthində 08 (səkkiz) ədəd (cəmi 34 (otuz dörd) ədəd) deşilmiş-zədələr olmuş, bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və mərhum X13ma məxsus köynəyin üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş 1 və 2 nömrəli bıçaqların tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gəlmələri, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş, 1 və 2 nömrəli bıçaqların tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gəlmələri, eksperizaya təqdim edilmiş, mərhum X13ma məxsus köynəyin və Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan zədələrin bir alətlə törədilməsinin mümkünlüyü istisna edilməmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin orta nahiyəsinin yuxarı hissəsində 01 (bir) ədəd, ön səthinin sol yarısının nahiyəsində 02 (iki) ədəd və ön səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd (cəmi dörd ədəd) deşilmiş-kəsilmiş zədələr olmuş, bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlməyə uyğun gəlmiş,ekspertizaya təqdim edilmiş 05 (beş) ədəd bıçaqlar zavod üsulu ilə hazırlanan məişət təyinatlı mətbəxi bıçaqları olmuş və soyuq silah hesab edilməmişlər (cild 02 iş vər. 86-109). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin maddi sübutların məhkəmə-tibbi bioloji tədqiqinə dair xx.xx.2023-cü il tarixli, 360/2023-MTBŞ saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A /İİ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu 0 alfa, beta /İ/, X4 ABO sistemi üzrə qan qrupu 0 alfa, beta /İ/ olmuş, ekspertizaya təqdim edilmiş iki ədəd parça kəsiyi, hadisə yerinə baxış zamanı X4 meyiti aşkar edilən otağın döşəməsindən götürülmüş tampon, X7 məxsus qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, şalvar (əmçinin, kəmər) üzərində insan qanı aşkar edilmiş, bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alınmış, “H” antigeni 0 alfa, beta /İ/ qrupunun əsasının təşkil etmişdir. Bu qan ləkələri 0 alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə X7 və ya eyni qruplu olan Təqsirləndirilən şəxs məxsus ola bilməsi istisna edilməmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs bıçaqlandığı ərazidə olan asfalt üzərindən pambığa hopdurulmuş tampon, Zərərçəkmiş şəxs məxsus 01 cüt başmaq, şalvar(kəmər), qısaqol köynək üzərində insan qanı ləkələri aşkar edilmiş, bu qan ləkələri A-beta (H) /İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilməsi istisna edilməmişdir (cild 02 iş vər. 110-117). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin Ucar rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2023cü il tarixli, 241 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ əlin İİ-İİİ-İV-V barmaqlarının orta falanqalarının ovuc səthinin səthi kəsilmiş yaraları olmuş, bıçağın təsirindən əmələ gəlməsi güman edilmiş, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlmişdir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilmişdir (cild 02, iş vər. 118). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin Ucar rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2023cü il tarixli, 02/T saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - döş qəfəsinin ön səthinə daxilə keçməyən deşilmiş-kəsilmiş, dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərər vuran, eləcə də döş qəfəsinin ön səthinin daxili üzvləri zədələyən, daxili qanaxma, sağ tərəfli hemopnevmotoraks, sol tərəfli hemotoraksla müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vuran xəsarətlər olmaqla ümumilikdə 05 ədəd xəsarət müəyyən edilmiş, qeyd olunan xəsarətlərin yastı tiyə tipli bıçağın təsirindən əmələ gəlməsi, xx.xx.2023-cü il tarixdə törənməsi istisna edilməmişdir (cild 02 iş vər. 119). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ucar RMX” X30 təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ucar rayonu Rəstəcə kənd sakini Təqsirləndirilən şəxs “Ucar RMX” PHŞ-nin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatda yoxdur (cild 02 iş vər. 121). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin Ucar rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2023cü il tarixli, 318 saylı rəyi ilə müəyyən edilmişdir ki, Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ körpücükaltı nahiyənin kəsilmiş yarası olmuş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlmiş, adətən kənar şəxs tərəfindən yetirilmə nəticəsində əmələ gəlmiş, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilmişdir (cild 02 iş vər. 126). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ərizə”dən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən aldığı bıçaq xəsarəti ilə bağlı ondan heç bir şikayət və ya tələbi yoxdur (cild 02, iş vər. 200). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin maddi sübutların məhkəmə-tibbi bioloji tədqiqinə dair xx.xx.2023-cü il tarixli, 469/2023-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu 0 alfa, beta /İ/, X4 ABO sistemi üzrə qan qrupu 0 alfa, beta /İ/ olmuş, ekspertizaya təqdim edilmiş tampon üzərində sperma aşkar edilmiş, bu ləkələrdə qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda, yanlız “H” antigeni alınmışdır. “H” angiteni 0 alfa, beta /İ/ qrupunun əsasını təşkil etmiş, “H” antigeni X4 qrup göstəricisini xarakterizə etdiyi üçün ləkələrdə onların alınması uşaqlıq yolu ifrazatı hesabına izah olunmuş və hissəvi olaraq “H” antigeninin alınması sperma hesabına mümkün ola bilməsi ehtimal edilmiş və həmin ləkələrdə Təqsirləndirilən şəxs məxsus spermanın olması inkar edilməmişdir (cild 02, iş vər. 129-133). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid6 Təqsirləndirilən şəxs üzünə qarşı arvadı Könül Əliyeva ilə qohumluqdan başqa heç bir münasibətinin olmadığını deyərək Təqsirləndirilən şəxs həmin şübhələrinin əsassız olduğunu bir daha təsdiq etmişdir (cild 01, iş vər. 138-142). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X8” X26 ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 416 saylı rəyi ilə müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmiş, həmin hadisələri törədərkən Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-i maddəsinin təsiri altına düşməmiş, onun məcburi müalicəyə ehtiyacı olmamışdır (cild 02, iş vər. 188-191). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X8” X26 məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 31 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs səciyyələndirən əsas fərdi psixi xüsusiyyətlər – praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərini xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə çətin daxil olma olmuş, Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmamış, əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cinayət əməlini törədərkən özü hərəkətlərinin mahiyyətini dərk edə bilmiş, öz hərəkətlərini idarə etmək qabiliyyətinə, emosional halından asılı olaraq Əliyev X25 xx.xx.2023-cü il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuş, onun keçirdiyi emosional halın səbəbinin həyat yoldaşının ona xəyanət etməsi fikirləri olması güman edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 02, iş vər. 193-196). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 228.4, 29, 120.2.2, 29, 120.2.4, 120.2.9 və 221-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində CM-in 185.1-ci maddəsində nəzərdə tutulan əməl üzrə bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməklə, CM-in 40.3-cü maddəsinə əsasən, cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa, Şahid1 və Şahid2 əməllərində CM-in 307-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir (cild 02, iş vər. 203-237). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X12 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxsin müdafiəçisi sübutlara dair öz etirazını bildirməsə də, Təqsirləndirilən şəxs hadisə zamanı uşaqlarının otaqda olmasını məhkəmə istintaqında mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində və uşaqların hadisəni görməməsi və onun kriminal aktı həyata keçirərkən onların otaqda olmadıqları, çöldə olduqları barədə göstərdiyi bu xüsusatlar Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisə vaxt uşaqların otaqda deyil, çöldə olması barədə göstərdiyi bu hallar nə həmin cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman uşaqlarının hadisə baş verən otaqda olmaması bildirmişdir. Lakin Təqsirləndirilən şəxs qeyd etdiyi bu hal məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadələri elan edilməklə tədqiq edilmiş Şahid7 və Şahid8 göstərmişdirlər ki, Anası yerdə uzanaraq ayaqları üzərində qardaşı Ceyhunu yatızdırmış, həmin vaxt atası Anar əlində bıçaqla anasının üzərinə hücum etmiş və bıçaqla çoxlu zərbələr yetirmişdir. Daha sonra anası ayağa qalxıb atası Anara yalvarmış, lakin atası yenə də bıçaqlayıb onu öldürmüşdür. Həmin vaxt qardaşı Ceyhun mətbəxə qaçaraq bıçaq əldə edib atasının üzərinə qaçmışdır. Bundan sonra atası Ceyhunun əlindəki bıçağı almış və mətbəxdən digər bıçaqları götürüb evdən çıxmışdır. Bu zaman anası qanın içində yerdə uzanmışdır. Həmçinin məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X24 və X14 ifadələrində göstərmişdirlər ki, ataları analarını bıçaqlamışdır. Onlar, hər şeyi görmüşdürlər. Ataları analarını bıçaqlayan vaxt otaqda olmuşdurlar. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən uşaqlar hadisə olan otaqda olmuş və hadisədən təsirlənin X24 mətbəxtə qaçaraq oradan bıçaq əldə edərək atasının üzərinə qaçmışdır. Uşaqların hadisəni görməsi və hadisə olan otaqda olmaları cinayət işi üzrə öz təsdiqini tapmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hadisə zamanı övladlarının hadisə yerində olmaması ilə bağlı xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2023-cü il tarixdə saat 17 radələrində tanışı Zərərçəkmiş şəxs onun rəsmi nikah münasibətlərində olduğu arvadı X10 ilə sevgi münasibətlərində olmasından şübhələnərək qısqanclıq zəminində qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib bu məqsədlə hərəkət edərək sonuncunun işlədiyi avtoyuma məntəqəsinə gəlib məntəqənin istirahət otağından əldə etdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs üzərinə hücum çəkib arvadı ilə münasibətinin olmasını etiraf etməsini deyərək həmin bıçaqla bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 5 (beş) zərbə yetirən zaman avtoyuma məntəqəsinin sahibi Şahid1 onun qarşısına keçib ictimai təhlükəli hərəkətlərinə mane olduğuna görə Zərərçəkmiş şəxs yaranan şəraitdən istifadə edərək hadisə yerindən qaçdıqdan sonra həyatı xilas edildiyindən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən öldürməyə, daha sonra arvadı X4 Zərərçəkmiş şəxs, eləcə də tanımadığı digər şəxslərlə cinsi əlaqəyə girib ona xəyanət etməsindən şübhələndiyindən qisas almaq niyyəti ilə Könül Əliyevanı cinayətin aləti olmuş eyni bıçaqla qəsdən öldürmək məqsədi ilə Ucar rayonu, Rəstəcə kəndində yerləşən evinə gəlib Könül Əliyevanın istirahət etdiyi otağa daxil olaraq sonuncunun üzərinə həmin bıçaqla hücum çəkməklə azyaşlı övladları - xx.xx.2016-cı il təvəllüdlü Şahid7, xx.xx.2017-ci il təvəllüdlü Şahid8, xx.xx.2018-ci il təvəllüdlü X24 və xx.xx.2020-ci il təvəllüdlü X9 gözləri qarşısında onlara xüsusi əzab və iztirab verməsini dərk etdiyini bilərək müstəsna dərəcədə rəhmsiz və qəddarcasına, yəni xüsusi amansızlıq nümayiş etdirib ümumilikdə 33 (otuz üç) zərbə yetirərək X5 xüsusi amansızlıqla qəsdən öldürməklə iki şəxsi qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs öz hərəkətlərinin ictimai təhlükəliliyini, həmin hərəkətlərinin ictimai təhlükəli nəticələn doğuracağını dərk etmiş, həmin hərəkəti törətməyi və hərəkətin doğuracağı ictimai təhlükəli nəticəni arzu etmiş, həmçinin həmin hərəkəti etməyə qətiyyət yaradan, hərəkətində maddiləşmiş və dərk etmiş olduğu marağına və məqsədinə doğu istiqamətlənmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Habelə təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-in 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli 120.1, yaxud 120.2-ci və 29, 120.2.7-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 120.2.4 və 29,120.2.7-ci maddələri ilə tövsif edilməlidir və bu cinayətlərin törədilməsində məhz Təqsirləndirilən şəxs təqsirlidir. Belə ki, qeyd edilən cinayətlərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri, ifadənin yerində yoxlanması və digər istintaq hərəkətlərinin protokolları, habelə işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında bəzi xüsusatlarla bağlı (hadisə yerinə məhz zərərçəkmiş şəxsin uşaqları ilə daxil olması, hadisə yerində gələndə uşaqların evdə deyil, həyətədə olmaları barədə) fəqli ifadə verməsi ilə bağlı qeyd edir ki, sözügedən şahidin təqsirləndirilən şəxslə yaxın qohumluq əlaqəsinin olması, yəni təqsirləndirilən şəxsin atası olması onun bu formada ifadə verməsini anlaşılan edir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, şahid, Təqsirləndirilən şəxs atası Şahid2 bu formada ifadə verməklə, oğlunun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini azaltmağa, məsuliyyətinin yülgülləşməsinə və cəzadan yayınmasına nail olmaq istəyidir. Odur ki, məhkəmə kollegiyası Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə qeyd olunan hissədə tənqidi yanaşır, bunu mötəbər sübut növü kimi qəbul etmir, əksinə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini iş materialları ilə üst-üstə düşdüyündən əsaslı hesab edir və ittihamın da əsasına məhz həmin ifadəni qoyur. Məhkəmə kollegiyası həmçinin Şahid4 məhkəmə istintaqı zamanı və ibtidai istintaqda şahid qismində verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, işdəki mötəbər sübutlarla təsdiq olunduğu üçün Şahid4 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsində əks olunmuş məlumatlar daha mötəbər sayılmalı və qəbul olunmalıdır. Onun məhkəmə istintaqında verdiyi ifadəsində göstərilən məlumatlar isə işdəki mötəbər sübutlarla təkzib olunduğu üçün mötəbər sübut sayılmır və qəbul olunmur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmiş, Cinayət Məcəlləsinin 120.2.4-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllini başa çatmış, Cinayət Məcəlləsinin 29, 120.2.7-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini isə başa çatmayan cinayətlərdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayəy törətməsi və himayəsində 04 (dörd) azyaşlı uşağının olmasını, o cümlədən təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri daxilində həmin Məcəllənin 120.2.4 və 29,120.2.7-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, yalnız azadlıqdan məhrum etmə növündə cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi üçün əsas məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsində göstərilən cinayət əməlləri cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayətlərə görə Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların ağırlığını, təqsirləndirilən şəxsin yaşını, cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını həbsxanada çəkməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub və Ucar rayon prokurorluğunda saxlanılan otağında saxlanılan Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, hadisə baş verən vaxt üzərində olmuş 1 ədəd sarı yaxalıqlı, qara-göy rəngli qisaqol köynək, 1 ədəd qara rəngli cins şalvar, meyitə baxış zamanı götürülən, X4 əynində olmuş 1 ədəd qara rəngli, üzərində 4 ədəd qadın şəkli həkk olunmuş qısaqol köynək, baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokolla götürülən, hadisə baş verən vaxt Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd boz rəngli qısaqol köynək, 1 ədəd üzərində qara rəngli toqqa olan göy rəngli cins şalvar, 1 cüt göy rəngli, sintetik materialdan hazırlanmış başmaq, hadisə yerinə baxış zamanı 1 ədəd üzərində insan qanı ləkələri olan qırmızı rəngli döşək üzlüyündən götürülmüş nümunə, 1 ədəd üzərində insan qanı ləkələri olan ağ və mavi rəngli parça örtükdən götürülmüş nümunə, Könül Əliyevanın meyitinin aşkar edildiyi otağın döşəməsi üzərindən insan qanı ləkələrinin hopdurulduğu tampon, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla bədən xəsarətləri yetirdiyi avtoyuma məntəqəsinin ərazisində, asfalt üzərindən insan qanı ləkələrinin hopdurulduğu tampon, xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş, şərti olaraq “1”, “2”, “3”, “4” və “5” rəqəmləri ilə işarələnmiş, ümumilikdə 5 ədəd mətbəx bıçağı məhv edilməli və 03 ədəd CD diskin iş materiallarında olması nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 29,120.2.7-ci maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ucar rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, hadisə baş verən vaxt üzərində olmuş 1 ədəd sarı yaxalıqlı, qara-göy rəngli qisaqol köynək, 1 ədəd qara rəngli cins şalvar, meyitə baxış zamanı götürülən, X4 əynində olmuş 1 ədəd qara rəngli, üzərində 4 ədəd qadın şəkli həkk olunmuş qısaqol köynək, baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokolla götürülən, hadisə baş verən vaxt Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd boz rəngli qısaqol köynək, 1 ədəd üzərində qara rəngli toqqa olan göy rəngli cins şalvar, 1 cüt göy rəngli, sintetik materialdan hazırlanmış başmaq, hadisə yerinə baxış zamanı 1 ədəd üzərində insan qanı ləkələri olan qırmızı rəngli döşək üzlüyündən götürülmüş nümunə, 1 ədəd üzərində insan qanı ləkələri olan ağ və mavi rəngli parça örtükdən götürülmüş nümunə, Könül Əliyevanın meyitinin aşkar edildiyi otağın döşəməsi üzərindən insan qanı ləkələrinin hopdurulduğu tampon, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla bədən xəsarətləri yetirdiyi avtoyuma məntəqəsinin ərazisində, asfalt üzərindən insan qanı ləkələrinin hopdurulduğu tampon, xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş, şərti olaraq “1”, “2”, “3”, “4” və “5” rəqəmləri ilə işarələnmiş, ümumilikdə 5 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 03 ədəd CD diskin iş materiallarında olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar