Məhkəmə qərarları › İş №1(091)-55/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-55/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-55/2021 17.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1989-cu ildə Kürdəmir rayonu, Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olmamış, evli, işləməyən, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan və Xırdalan şəhərində yaşayan, xx xxxx 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X5 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 27,308 qram psixotrop maddə olan metamfetamini əldə edərək xx xxxx 2020-ci ildə idarə etdiyi VAZ-21061 markalı **-RE-*** dövlət nömrə nişanlı avtomobilinin arxa yük yerində saxlamaqla daşımış, həmin tarixdə saat 11 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun 135-ci kilometrliyində yerləşən 718 saylı stasionar postdan Balakən rayonu istiqamətində keçdiyi zaman avtomobildə konstruksiya dəyişikliyi olduğu üçün BDYPİ-nin YPXA-nın 5-ci tağımının YPX inspektorları tərəfindən saxlanılmış və sərxoş halda olması, eləcə də avtomaşının arxa yük yerinə baxış keçirilməsinə narazılığını bildirməsi ilə bağlı həmin avtomaşında narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz daşınmasına əsaslı şübhələr yarandığından Zaqatala RPŞ-yə məlumat verilmiş, xx xxxx 2020-ci il tarixdə, saat 11:40 radələrində Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən VAZ-21061 markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerində olan ehtiyat təkərin altında, qara rəngli pul kisəsinin içərisində 3 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 12,269 qr, 4,757 qr, 10,282 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ( ibtidai araşdırma zamanı özünü təqsirli bilmişdir.) ifadəsində göstərmişdir ki, xx xxxx 2020ci ildə Balakən rayonunda yaşayan dayısı X3 evinə gəlmək üçün özünə məxsus, etibarnamə əsasında idarə etdiyi VAZ-21061 markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərindən yola düşmüş, xx xxxx 2020-ci ildə, saat 11 radələrində Zaqatala rayonunun Balakən rayonu istiqamətində çıxışında yerləşən Dövlət Yol Polisinin stasionar postunu keçdiyi vaxt yol patrul xidməti əməkdaşları onu saxlayaraq sənədlərini istəmiş, polis əməkdaşlarına sənədləri təqdim etdikdən sonra avtomobilə baxış keçirtmək istədiklərini demişlər. Bundan sonra posta Zaqatala rayon polis şöbəsinin əməkdaşlarını dəvət etmişlər, posta Zaqatala rayon polis şöbəsinin əməkdaşları gəldikdən sonra videoçəkilişdən istifadə edilməklə avtomobilə baxış keçirilmiş, baxış zamanı idarə etdiyi avtomobilin yük yerində olan ehtiyat təkərin altından metamfetamin aşkar edilərək götürülmüşdür. Maşınında aşkar edilmiş metamfetamin onun olmamışdır. Həmin psixatrop maddənin həmin yerə necə düşməsini bilmir. İbtidai araşdırma zamanı isə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, həmin psixatrop maddəni avtomobildə daşımaqda satmaq məqsədi olmamış, həmin narkotik vasitədən vaxtaşırı özü istifadə etmişdir. Metamfetamini hadisədən təxminən 10 gün əvvəl Xırdalan şəhərində Dəmir yolu stansiyasının yaxınlığından tapmış, özü narkottik vasitələrdən istifadə etdiyi üçün həmin metamfetamini də lazım olanda istifadə etmək üçün idarə etdiyi avtomobildə saxlamışdır. Şahid4 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 11 radələrində 718 saylı stasionar postda xidmət olan vaxt Balakən rayonu istiqamətində gələn VAZ-21061 markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobildə konstruksiya dəyişikliyi olduğunu görmüş və maşını saxlatmışlar. Sürücüsü Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerini açıb baxmağa icazə verməmiş, buna görə də sürücünün narkotik tərkibli maddələr qəbul etməsindən və daşımasından şübhələndikləri üçün Zaqatala rayon polis şöbəsinin növbətçi hissəsinə məlumat vermiş, həmin müddətdə isə Təqsirləndirilən şəxs avtomobildən çıxardaraq avtomobilin qapılarını və yük yerini açarla bağlayıb açarlarını isə sahibinə verərək, Zaqatala rayon polis şöbəsinin əməkdaşlarının gəlməsini gözləmişlər. Polis əməkdaşları gələnə qədər avtomobilin açarları sürücü Təqsirləndirilən şəxs olmuş, Təqsirləndirilən şəxs isə avtomobilinin yanında dayanıb gözləmiş, bir qədər sonra polis əməkdaşları gələrək avtomobilə baxış keçirtmişdir. Sonradan avtomobilin yük yerindən 30 qram çəkidə narkotik vasitə olan metamfetamin aşkar olunmasını bilmişdir. Şahid3 məhkəmədə Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Şahid2 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 11:10 radələrində 718 saylı stasionar postunda VAZ-2106 markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsini çəkmiş, baxış keçirilən zaman yük yerindən bir ədəd göy rəngli it saxlamaq üçün qab, ağ rəngli sellofan torbada Təqsirləndirilən şəxs məxsus paltarlar, bir cüt ayaqqabı və bir cüt şəpit aşkar olunmuş, avtomobilin ehtiyat təkəri yerindən təkərin altında gizlədilmiş qara rəngli bərk parça materialdan olan içərisində «MediSmart» yazısı olan kisə aşkar olunmuş, həmin kisə açıldıqda içərisindən 3 ədəd şəffaf rəngli sellofan bükülülər aşkar edilmiş, bükülülərdən biri cırılmış vəziyyətdə olduğu üçün içərisində olan psixotrop maddə metamfetamin kisənin içərisinə səpilmiş, həmin maddə əvvəlcə kisə ilə birlikdə elektron tərəzidə çəkilərək 115 qram olması müəyyən edilmiş, daha sonra psixotrop maddələr kisədən çıxarılaraq çəkilmiş və ümumi çəkisi 30 qram çəkidə olduğu müəyyən edilmişdir. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 12 radələrində 718 saylı stasionar postda Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21061 markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı 3 ədəd şəffaf rəngli sellofan bükülülərdə 30 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs Zaqatala rayon polis şöbəsində şəxsi axtarış aparılarkən iştirak etmiş, hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. İşə əlavə edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21061 markalı ** RE *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi tünd albalı rəngli VAZ 21061 markalı ** RE *** dövlət nömrə nişanlı avtomobilin arxa yük yerindən ehtiyat təkərin altından bir ədəd qara rəngli, bərk parça materialından olan kisə aşkar olunmuş, həmin kisənin içərisindən isə üç ədəd 12,269 qr, 4,757 qr və 10,282 qr çəkidə şəffaf rəngli sellofan bükülülərdə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Məhkəmə kimyəvi-ekspertizanın xx xxxx 2020-ci il tarixli 17/462 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki 03 (üç) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 12,269 qr, 4,757 qr və 10,282 qr ümumi təmiz çəkisi 27,308 qram olan maddələr, kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 948 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan metamfetamindən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində göstərmişdir ki, həmin psixatrop maddə onun olmamışdır. İbtidai araşdırma zamanı isə bildirmişdir ki, həmin psixatrop maddəni özü istifadə etmək üçün maşınında saxlamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»a əsasən metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarı, 2 qramdan çox isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə metamfetamin isə 27,308 qram olmuşdr. İş materiallarından və şahidlər Şahid2, Şahid1, Şahid4, Şahid3 ifadələrindən görünür ki, 27,308 qram metamfetamin maşının yük yerindən aşkar edilərək götürülmüşdür. Metamfetamini satış məqsədi ilə saxlamasına dair ifadəsində göstərdiyi xüsusatları səmimi, obyektiv və həqiqi ifadələr kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri satış məqsədi ilə saxlamışdır. Eyni zamanda, məhkəmə sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdırlar. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2016cı il təvəllüdlü Emiladlı bir az yaşlı uşağının olması təqsirləndirilən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vəsaitləri olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2- ci maddəsinə əsasən təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, 26 iyul 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ekspertiza xərci 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan xx xxxx 2020-ci ildən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 71 ( yetmiş bir) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Maddi sübut olan və Zaqatala rayon Polis Şöbəsində saxlanılan 27,158 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X5 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən Rəşid Hüseynov Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar