Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-55/2022 29.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X17, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X21, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Yevlax rayonu Yuxarı Qarxun kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Yuxarı Qarxun kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə etməklə 2021-ci ilin mart ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda yaşadığı Yevlax rayonunun Aşağı Qarxun kəndinin ərazisində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışa əsasən anası X9 məxsus olan pay torpaq sahəsində torpaq üzərində qəsdən əkib qanunsuz olaraq külli miqdarda 35 (otuz beş) ədəd əkilibbecərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 10 avqust 2021-ci il tarixdə saat 2100-da Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aqronomun iştirakı və video çəkilişlə keçirilmiş təxirəsalınmaz baxış nəticəsində Təqsirləndirilən şəxs Yuxarı Qarxun kəndinin ərazisində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışa əsasən anası X9 məxsus olan pay torpaq sahəsində qəsdən kultivasiya etdiyi külli miqdarda - 35 ədəd, hündürlükləri 60 sm-dən 240 sm-dək, ümumi çəkisi 51 kq 810 qram olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 avqust 2021-ci il tarixdə saat 10 radələrində tərəvəzlərə baxmaq üçün Kür çayının kənarındakı pay torpaq sahəsinə getmiş, sahədə qarpızların götürüldüyünü, yemişlərin isə qaldığını gördükdən sonra tanışı Dilqəm Tahirova zəng vuraraq sonuncuya məxsus motosikletlə yemişlərin yığılmasında ona kömək etmək üçün oraya gəlməsini demişdir. Bundan sonra yaşadığı evə gedərək yenidən oraya qayıtmış, Dilqəmin görməməsi üçün əkdiyi yeddi ədəd çətənə kollarından dördünü qopardıb atmışdır. Yerdə qalan üç ədəd kolu isə Dilqəm gəldiyinə görə ata bilməmişdir. Orada çay içən zaman polis əməkdaşlarının həmin əraziyə gəldiyini görüb qalan əkdiyi üç ədəd çətənə kolunu atmaq üçün həmin yerə tərəf qaçmaq istəmiş, lakin polislər onu saxlayaraq buna imkan verməmişlər. Polislər ondan narkotik vasitəni harada əkdiyini soruşmuş, sonra kanalın üstünə gedərək aşkar etdikdən sonra orada aşkar olunmuş digər çətənə bitkilərinin də onun əkdiyini, əgər boynuna almasa narkotik vasitəni əkməyi valideynlərinin boynuna qoyacaqlarını bildirmişlər. Bu səbəbdən də məcbur qalaraq aşkar olunmuş çətənə bitkilərini əkməsini boynuna almışdır. Aşkar olunmuş narkotik tərkibli çətənə bitkisindən ancaq yeddi ədədi onun tərəfindən əkilmiş, qalan çətənə bitkisinin kim tərəfindən əkilməsindən məlumatı olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, hərdən narkotik vasitə olan marixuanadan istifadə etməklə 2020-ci ilin yanvar ayının əvvəllərində «Kür» çayının sahilinə gedərkən orada yabanı halda bitmiş çətənə bitkisinin xeyli miqdarda yığaraq gələcəkdə əkmək üçün evlərinə gətirmiş, 2021-ci ilin mart ayının əvvəllərində həmin toxumları yaşadığı kəndin ərazisində yerləşən pay torpaq sahəsində bostan əkmək üçün hazırladığı yerin kənarında əkib suvararaq qulluq etməyə başlamışdır. Bir neçə gün sonra toxumlar çıxmağa başlamış, bitmiş şitillərin dibini boşaldaraq seyrəltdikdən sonra həmin toxumlardan 35 ədədi bitmişdir. Bitmiş şitillərin dibinə suvarmaq üçün arx çəkmiş, peyin vermişdir. Şitillər təxminən 2 metr hündürlüyə boy atmış, həmin ağacların yarpaqlarından toplayıb qurudaraq istifadə etmişdir. 10 avqust 2021-ci il tarixdə saat 21 radələrində pay torpaq sahəsindəki bostan yerində quraşdırdığı çardaqda olarkən Yevlax rayon Polis Şöbəsinin əməkdaşları oraya gəlmiş və torpaq sahəsinə onun razılığı əsasında video çəkilişlə baxış keçirərkən, sahədə əkib-becərdiyi 35 ədəd çətənə bitkisini aşkar edib qablaşdırdıqdan sonra götürmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 10 avqust 2021-ci il tarixdə saat 20 radələrində Yevlax rayonu Aşağı Qarxun kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı kənddə özlərinə məxsus pay torpaq sahəsində narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupu və Yevlax rayonu X20 rəisi X14 ilə birlikdə həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxsgilin pay torpaq sahəsinə getmişlər. Təqsirləndirilən şəxs razılığına əsasən video çəkilişlə pay torpaq sahəsinə baxış keçirilən zamanı pay torpaq sahəsində əkilmiş bostanın içərisində 35 ədəd narkotik tərkibli çətənə bitkilərin aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Aqronom-mütəxəssis həmin bitkinin diblərinin yumşaldılması, ətrafının digər alaq otlarından təmizlənməsi və peyin verilərək suvarılmasına görə həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs özü də həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu özü istifadə etmək üçün əkdiyini bildirmişdir. Həmin vaxt orada Təqsirləndirilən şəxs heç bir zor tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X4rşı Mübarizə Qrupunun əməliyyat müvəkkili işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 10 avqust 2021-ci il tarixdə Vüqar Həsənov onu pay Aşağı Qarxun kəndi ərazisində yerləşən torpaq sahəsinə dəvət etmiş, orada çay içən zaman polis əməkdaşları oraya gələrək onları narkotik vasitə əkilən yerə apararaq həmin narkotik vasitədən xəbəri olub-olmamasını soruşmuşlar. Polislərə narkotik tərkibli bitkilərdən xəbəri olmadığını bildirmiş, polislər isə ona təzyiq göstərərək çətənə bitkilərini əkməsini boynuna almasını demişlər. Yenə də bunu boynuna almamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının 11 avqust 2021-ci il tarixli 17/597 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs pay torpaq sahələrində əkdiyi 35 ədəd, hündürükləri 60 sm-240 smdək, yaş vəziyyətdə ümumi çəkisi 51 kq 810 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 06 noyabr 2021-ci il tarixli 1419 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 10 avqust 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2100-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsinə dair 12 avqust 2021-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X5 rayon Narkoloji Dispanserindən alınmış 25.09.2021-ci il tarixli, 1771 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda durmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X1 rayon Psixonevroloji Dispanserindən alınmış 25.09.2021-ci il tarixli, 2222 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixo-nevroloji kabinetində dispanser müşahidəsində dyanmır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yuxarı Qarxun kənd İnzibati Ərazi Darəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayır, X24 və Texnologiya Kollecinin İİİ kursunda təhsil almaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, X10 adına Yevlax rayonu Aşağı Qarxun kəndi ərazisində X10, X7, X11, X8, X19, X15 və X12 ümumi birgə mülkiyyətində olan 0,5014 ha kənd təsərrüfat təyinatlı torpaq vardır. Cinayət işinə əlavə edilmiş 10 avqust 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan və protokola əlavə olunmuş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs pay torpaq sahəsində 35 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Məhkəmə Təqsirləndirilən şəxs yeddi ədəd çətənə bitkisini əkməsini, qalan çətənə bitkilərinin aşkar olunmasından xəbəri olmaması, polis əməkdaşlarının təzyiq və təsiri nəticəsində etirafedici ifadələr verməsinə dair ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma mərhələsində, eyni zamanda video-çəkilişlə aparılan baxış istintaq hərəkəti zamanı 35 ədəd çətənə bitkisini özlərinə məxsus pay torpağında əkdiyini etiraf etmiş və onun həmin etraf edici ifadəsi araşdırma zamanı toplanılan bütün digər sübutlarla tam təsdiq olunmuşdur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini işin hallarına tam uyğun gəldiyinə görə daha obyektiv və səmimi ifadələr kimi qəbul edir. Bundan başqa məhkəmə kollegiyası müdafiə tərəfinin ibtidai araşdırma orqanı tərəfindən cinayətin törədildiyi yer kimi Yevlax rayonu Yuxarı Qarxun kəndi göstərilməsinə dair münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cinayət işi materiallarında olan X16 11.08.2021-ci il tarixli 124 nömrəli arayışda Təqsirləndirilən şəxs anası X8 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən 0,60 ha torpaq sahəsi olması qeyd edilmiş və istintaq orqanı da həmin məktub əsasında cinayətin törədilmə yerini Yevlax rayonu Yuxarı Qarxun kəndində daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışa əsasən anası X9 məxsus olan pay torpaq sahəsi kimi göstərmişdir. Məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışdan isə cinayətin törədildiyi yerin Yevlax rayonu Aşağı Qarxun kəndi olmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi yer düzgün müəyyən olunmuş, istintaq orqanı cinayətin başqa yerdə törədilməsini göstərməmiş, ittiham aktında cinayətin törədildiyi yer kimi göstərilən Yuxarı Qarxun kəndi bələdiyyə tərəfindən verilən məktubda göstərilən texniki səhv nəticəsində olmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və X24 və Texnologiya Kollecində təhsil almasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, 10 avqust 2021-ci il tarixdən 12 avqust 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı andan hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Yevlax rayon Polis Şöbəsində saxlanılan 35 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 10 avqust 2021-ci il tarixdən 12 avqust 2021-ci il tarixə kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 29 mart 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan 35 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-55/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-55/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver