Məhkəmə qərarları › İş №1(091)-55/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-55/2024

19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-55/2024 19.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X25, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X22, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Zaqatala rayonu, Aşağı Tala kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli və himayəsində iki azyaşlı uşağı olan, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Yasamal rayonu ərazisində fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 182.2.2, 310, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Mətbuat X41 02 aprel 2014-cü il tarixli qərarı ilə “reket nəşrlərin siyahısı”na daxil edilmiş “Dünya Kriminalı” qəzetində şöbə müdiri qismində işlədiyi müddətdə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən ona verilən informasiyanın doğrudürüstlüyünü yoxlamalı, jurnalist hüquqlarından şəxsi mənafeyi üçün istifadə etməməli olduğu halda tamah niyyəti ilə xx.xx.2019-cu il tarixdə işlədiyi yerə təqdim etmək üçün sağlamlıq haqqında arayış lazım olduğu üçün Şəki RMX-na müraciət edən zaman xəstəxanada baş tibb bacısı vəzifəsində işləyən X19 tərəfindən 10 manat məbləğində pul tələb edilərək alınması barədə yuxarıda adıçəkilən qəzetin bölgə müxbiri kimi fəaliyyət göstərmiş X3 ona verdiyi məlumatın həqiqiliyini yoxlamadan xx.xx.2019-cu il tarixdə istifadəsində olan 055 *** ** ** nömrəsi ilə Şəki RMX baş həkiminin sabiq müavini Zərərçəkmiş şəxs4 055 *** ** ** nömrəsinə zəng edib Səxavət Cavadovdan qanunsuz olaraq 10 manat məbləğində pul vəsaitinin tələb edilərək alınmasını və bununla əlaqədar videogörüntünün olduğunu söylədikdən sonra həmin görüntünü “Dünya Kriminalı” qəzetində, həmçinin qəzetə məxsus saytda yayımlayacağı ilə hədə-qorxu gələrək, videogörüntünün yayımlanmaması üçün ondan 1000 manat məbləğində pul vəsaitini hədə qorxu yolu ilə tələb etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Mətbuat X41 02 aprel 2014-cü il tarixli qərarı ilə “reket nəşrlərin siyahısı”na daxil edilmiş “Dünya Kriminalı” qəzetində şöbə müdiri qismində işlədiyi müddətdə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən ona verilən informasiyanın doğrudürüstlüyünü yoxlamalı, jurnalist hüquqlarından şəxsi mənafeyi üçün istifadə etməməli olduğu halda tamah niyyəti ilə xx.xx.2019-cu il tarixdə yuxarıda adıçəkilən qəzetin bölgə müxbiri kimi çalışmış X4 azyaşlı uşağı barəsində olan laboratoriya analiz nəticələrinin təqdim edilməsi müqabilində Şəki Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkimmikrobioloq işləyən X20 tərəfindən 10 manat məbləğində pul vəsaitinin tələb edilməsi barədə qəzetin digər bölgə müxbiri qismində işləmiş X3 qeydə alaraq ona göndərdiyi videögörüntülərin və məlumatın həqiqiliyini yoxlamadan xx.xx.2019-cu il tarixdə istifadəsində olan 055 *** ** ** nömrəsi ilə Cəmilə Mənəfovanın əri Zərərçəkmiş şəxs5 istifadəsində olan 055 *** ** ** nömrəsinə zəng edib, Cəmilə Mənəfovanın rüşvət almasına dair əlində videogörüntü olduğunu söylərək həmin görüntünü “Dünya Kriminalı” qəzetində, həmçinin sosial şəbəkələrdə yayımlayacağı ilə hədə-qorxu gələrək, videogörüntünün yayımlanmaması üçün ondan 500 manat məbləğində pul vəsaitini hədə qorxu yolu ilə tələb etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Mətbuat X41 02 aprel 2014-cü il tarixli qərarı ilə “reket nəşrlərin siyahısı”na daxil edilmiş “Dünya Kriminalı” qəzetində şöbə müdiri qismində işlədiyi müddətdə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən ona verilən informasiyanın doğrudürüstlüyünü yoxlamalı, jurnalist hüquqlarından şəxsi mənafeyi üçün istifadə etməməli olduğu halda tamah niyyəti ilə xx.xx.2019-cu il tarixdə Zaqatala şəhəri Bayraq meydanı adlanan ərazidə yol hərəkəti qaydalarını pozduğuna görə idarə etdiyi avtomobilin cərimə meydançasına aparılması, nəqliyyat vasitəsinin buraxılmasına görə xx.xx.2019-cu il tarixdə Zaqatala RPŞ-nin DYPB-nin rəisi vəzifəsində xidmət edən Zərərçəkmiş şəxs6 ondan 100 manat məbləğində pul vəsaiti alması barədə qohumu X12 ona şifahi qaydada verdiyi məlumatın həqiqiliyini yoxlamadan bu barədə “Cümhuriyyət.az” platformasında məqalə dərc etdikdən sonra, xx.xx.2019-cu il tarixdə istifadəsində olan 055 *** ** ** nömrəsi ilə Zərərçəkmiş şəxs6 istifadəsində olan 055 *** ** ** nömrəsi ilə aralarında həyat keçirilmiş telefon danışığı zamanı barəsində yayımlanmış məqalənin silinməsi, əks halda əlavə rüsvayedici məlumatlar paylaşacağını bildirib hədə-qorxu gələrək, bunun müqabilində sonuncudan 500 manat məbləğində pul vəsaitini hədə-qorxu yolu ilə tələb etmişdir. Bundan başqa o, təkrarən Zaqatala şəhərində ərzaq məhsullarının topdansatışı ilə məşğul olan sahibkar Zərərçəkmiş şəxs1 əmlakını tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq, yəni hədə-qorxu yolu ilə ələ keçirmək qərarına gələrək bu cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcə qəsdən admini olduğu “Feysbuk” sosial şəbəkələrində həmin şəxsin xarab və istifadə müddəti bitmiş ərzaq məhsullarının satışını həyata keçirməsi barədə yalan məlumatlar paylaşmış, daha sonra işgüzar nüfuzunun ləkələndiyini görən Zərərçəkmiş şəxs1lə telefon vasitəsilə apardığı danışıqlar zamanı sonuncudan hədə-qorxu yolu ilə, yəni rüsvayedici məlumatlar yayması ilə bağlı hərəkətlərini dayandırıb paylaşımların silinməsi müqabilində pul tələb etmiş və 31 dekabr 2022-ci il tarixdə tanışı X26 vasitəsilə Zaqatala rayonu, Aşağı Tala kəndində Zərərçəkmiş şəxs1 400 manat pul aldıqdan sonra sonuncunun barəsində paylaşdığı rüsvayedici məlumatları silmişdir. Bundan başqa o, təkrarən Zaqatala rayonu Yuxarı Tala kənd sakini Zərərçəkmiş şəxs2 “M5 Yevlax-Zaqatala-Gürcüstan” yolu ilə Zaqatala şəhəri, Nizami Gəncəvi prospektinin kəsişməsində yerləşən, X44 zamanı həyatlarını itirmiş şəxslərin xatirəsinə ucaldılmış abidənin arxasında sahibkarlıq məqsədilə tikinti işləri apardığını bilib həmin şəxsə məxsus əmlakı tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq, yəni hədə-qorxu yolu ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə vahimə və qorxu yaratmaq məqsədilə əvvəlcə qara rəngli üz maskası geyinmiş vəziyyətdə tikinti işlərinin aparıldığı yerə gələrək açıq-aşkar obyektin fotoşəkillərini çəkərək tikinti işlərini həyata keçirən şəxslərə özbaşına özünü vəzifəli şəxs kimi, yəni “Qanunpress.com” saytının baş redaktoru və təsisçisi kimi təqdim etmiş, daha sonra 2023-cü il yanvar ayının ortalarında Zərərçəkmiş şəxs2la Zaqatala rayonu Yuxarı Tala kəndində görüşən zaman barəsində rüsvayedici, yəni həyata keçirilən tikinti işlərinin yuxarıda qeyd edilən abidənin görünüşünə xələl gətirməsi və tikinti işlərinin qanunsuz aparılması barədə məlumatları internetdə yayacağı ilə hədələyərək, hədə-qorxu yolu ilə 4000 manat pul tələb etmiş, lakin həmin pul vəsaiti verilmədiyindən Təqsirləndirilən şəxs admini olduğu, “Feysbuk” sosial şəbəkəsində özünə məxsus “Qanun Press” adlı səhifədə müvafiq məzmunlu rüsvayedici məlumatlar paylaşsa da Zərərçəkmiş şəxs2 tərəfindən ona pul tələb etməsi ilə bağlı danışıqlarının qeydə alınmasına dair məlumat verildikdən sonra sonuncunun onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyindən ehtiyatlanaraq həmin səhifədə üzrxahlıq məzmunlu paylaşım etmişdir. Bundan başqa o, 2023-cü ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs2 məxsus inşası davam edən tikilinin fotoşəkillərini çəkən zaman tikinti işlərini aparan şəxslərə “Qanunpress.com” saytının baş direktorunun fiziki şəxs Zərərçəkmiş şəxs3 olmasına baxmayaraq özbaşına özünü vəzifəli şəxs kimi, yəni “Qanunpress.com” saytının baş redaktoru və təsisçisi kimi təqdim etmiş, bu hərəkətlərinin davamı olaraq “Feysbuk” sosial şəbəkəsində özünə məxsus “Qanun Press” adlı səhifədə saxtalaşdırdığı “Azərbaycan Respublikası Qanunpress xəbər portalı” blankı ilə nömrəsi və tarixi qeyd edilməyən adıçəkilən xəbər portalının “baş direktoru” qismində Azərbaycan Respublikası Prezidentinə, həmin blankla eyni vəzifəni daşıyan şəxs kimi Azərbaycan Respublikası daxili işlər nazirinə 01 nömrəli, xx.xx.2023-cü il tarixli, həmçinin saxtalaşdırdığı “Azərbaycan Respublikası Qanunpress.com xəbər portalı” blankı ilə nömrəsi və tarixi qeyd edilməyən sözügedən portalın “baş direktoru” qismində Zaqatala RPŞ-nə öz imzası və istintaqa məlum olmayan mənbədən əldə etdiyi aşkar surətdə “Azərbaycan Respublikası Qanun Press qəzeti redaksiyası”na məxsus möhürlə eynilik təşkil etməyən “Azərbaycan Respublikası Qanunpress.com X23” möhürü ilə təsdiq edilmiş müraciətlər ünvanlamasını əks etdirən hazırladığı saxta məktubların fotoşəkillərini paylaşmış, bununla kifayətlənməyərək digər rəsmi sənəddən istifadə etmək məqsədi ilə saxtalaşdırdığı “Azərbaycan Respublikası Qanunpress xəbər portalı” blankı ilə özünü göstərilən portalın “baş direktoru” qismində təqdim edərək istintaqa məlum olmayan mənbədən əldə etdiyi aşkar surətdə “Azərbaycan Respublikası Qanun Press qəzeti redaksiyası”na məxsus möhürlə eynilik təşkil etməyən “Azərbaycan Respublikası Qanunpress.com X23” möhürünün axınlı printerdən çap edilmiş əksi ilə təsdiq edib Zaqatala rayon prokurorluğuna 23 nömrəli, xx.xx.2023-cü il tarixli və 24 nömrəli, xx.xx.2023-cü il tarixli məktublar ünvanlamaqla bilə-bilə saxta sənədlərdən istifadə edib, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə Zərərçəkmiş şəxs3 heç bir məlumatı olmadan, həmçinin ona məxsus redaksiya ilə hər hansı bir əsasla bağlılığı olmadığı halda həqiqiliyi şübhə doğuran məlumatların yayılmasına səbəb olaraq Zərərçəkmiş şəxs3 işgüzar nüfuzunun ləkələnməsi, əhali arasında gözdən düşməsi ilə ifadə olunan digər hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 182.2.2, 310, 320.1 və 320.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ona qarşı irəli sürülən CMin 182.2.2-ci maddəsi ilə razı deyildir. Belə ki, o, heç kimdən heç nə almamışdır. Telefon danışıqları olmuşdur, bunu danmır, lakin heç kimdən pul almamışdır. Sonra ona qarşı CM-in 310-cu maddəsi ilə ittiham irəli sürülmüşdür. Güya o, özünü vəzifəli şəxs kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs ikinci dəfə Zaqatala rayon prokurorluğuna gəlib ifadə verib şikayətini geri götürən vaxt, demişdir ki, Vüqar özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etməmişdir. Zaqatala rayon prokurorunun müavini Vüqar Orucovun onunla şəxsi qərəzi olmuşdur. “Fəxrəddin Novruzov” adlı şəxsdən 2600 manat borca pul götürmüşdür. Həmin pulun səhv etmirsə, 2200 manatını geri qaytarmışdır. Şəxs ondan pulun geri qalanını tələb etdiyi vaxt onu biraz incitmişdir. Şəxsdə buna görə ondan şikayətçi olmuşdur. Lakin sonradan onun pulunu ödəmişdir. Zərərçəkmiş şəxs4lə bağlı epizoda gəldikdə isə, o, həmin vaxtlar “X61” kanalında işləmişdir. Zərərçəkmiş şəxs4lə bağlı videoçəkiliş olmuşdur. Həmin çəkilişi “X61”-nin şöbə müdiri Əjdər müəllimə təqdim etmişdir. Zərərçəkmiş şəxs4 sonradan ona zəng edib demişdir ki, gəlsin bu işi yoluna qoysunlar. O da Əjdər müəllimə demişdir ki, bu məsələni necə etsinlər? Əjdər müəllim də ona bildirmişdir ki, hörmət edirsə eləsin. Ancaq Zərərçəkmiş şəxs4 pul almamışdır. Zərərçəkmiş şəxs5la bağlı epizoda gəldikdə isə, heç onu tanımır. Zərərçəkmiş şəxs6lə bağlı epizoda gəldikdə isə, Zərərçəkmiş şəxs6 Zaqatala şəhərində polis işləmişdir. Ona Zərərçəkmiş şəxs6lə bağlı bir məlumat daxil olmuşdur. O da ki, ona zəng gəldikdən sonra yoluna qoymuşlar. Zərərçəkmiş şəxs6 ondan şikayəti ola bilməz. Zərərçəkmiş şəxs6 barəsində mənfi yazı çıxmışdır. Onlara başqa yerdən zəng gəldiyi üçün yoluna qoymuşlar. Onun özünün şəxsi saytı vardır. Yazı saytının rəhbəri işləmişdir. Zərərçəkmiş şəxslərə heç bir zərər dəyməmişdir. O, onlardan pul almamışdır. Zərərçəkmiş şəxs3 isə tanımır. Zərərçəkmiş şəxs1 isə tanıyır. Həmin şəxs Zaqatala rayonunda yaşayır. Onunla bağlı epizoda gəldikdə isə, Zərərçəkmiş şəxs1 pul almışdır, onu da geri ödəmişdir. Zərərçəkmiş şəxs2la bağlı bunu deyə bilər ki, Zaqatala rayonunda yerləşən 41-45 Abidəsinin arxasında tikinti işləri gedirmiş. Zərərçəkmiş şəxs2 6 metrə abidənin qorunma zolağına daxil olmuşdur. Həmin yerdə videoçəkiliş etmişlər. Daha sonra axşam radələrində dayısının yeznəsindən ona zəng gəlmişdir ki, bunu yoluna qoymaq lazımdır və Əyyub deyir Vüqara nə hörmət etsin? Açığı o, həmin günü içkili olmuşdur. Ona görə də, telefonda qohumuna demişdir ki, Əyyub 4000 manat versin bu işi yoluna qoysun. Sonra dayısının yeznəsi demişdir ki, Əyyub dostlarıdır. O da demişdir ki, onda söhbət bağlıdır. Bundan sonra həmin gecə Əyyub onu evdən götürüb ofisinə aparmışdır. Onunla qarşı-qarşıya çay içmişlər. Daha sonra Əyyub onun qarşısına pul qoymuşdur. O isə pulu qəbul etməmişdir və evinə getmişdir. Əlavə olaraq qeyd edir ki, o, heç kimə ziyan vurmamışdır. Bundan əlavə o, özünə məxsus saytı “Ruslan” adlı şəxsdən peçat qarışıq almışdır. Onu da qeyd edir ki, onun adına olan peçat Zaqatala rayon prokurorluğundan çıxmışdır. Onun isə bundan xəbəri yoxdur. Sual yaranır ki, bu necə baş vermişdir? Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər mühafizə xidmətində işləmişdir. “X24” rekert nəşriyyatlarının siyahısında olduğundan məlumatı olmamışdır. Zərərəkmiş şəxs Zərərçəkmiş şəxs3 tanımır və ona necə zərər dəydiyini bilməmişdir. Zərərçəkmiş şəxs Yeganə Hüseynovanı tanımır. Həmin şəxsin 10 manat rüşvət istəməsi barədə onda videogörüntü olmuşdur. Bu görüntü ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Sərxan müəllimə zəng edib demişdir ki, onun əlində belə bir görüntü vardır. Bunu da “X61”-in şöbə rəhbəri Əjdər müəllimə dedikdən sonra demişdir. Yeganə Hüseynovanın 10 manat pul alma görüntüləri yayımlanmışdır. Həmin görüntülərin qaldırılması üçün xəstəxanadan ona zəng gəlmişdir. Ona demişlər ki, xəstəxanaya gəlsin. O isə getməmişdir. Görüntüləri silmək üçün aralarında pul söhbəti olmuşdur. Sərxan onlara pul verməli olmuşdur. Əjdər Mehdiyev “X61”-nin baş redaktorudur. Zərərçəkmiş şəxs4 həmin söhbətdə onu tanımışdır. Sərxandan videogörüntülərin silinməsi üçün 500 manat pul istəmişdir. Əjdər müəllim ona demişdir ki, Sərxandan 1000 manat pul istəsin. O, isə 500 manat istəmişdir, lakin həmin pulu Sərxandan almamışdır. Videogörüntülərin silinməsi üçün əlavə avadanlığa ehtiyac olmamışdır. Cəmilə Mənəfovanın 10 manat pul alması barədə idarədə videogörüntü olmuşdur. Cəmilə Mənəfovanın yoldaşı Zərərçəkmiş şəxs5 ona zəng daxil olmuşdur. Sonradan Vüqara özü zəng etmişdir. Həmin vaxt Vüqar ondan adını və soyadını soruşmuşdur. Həmin videonu idarəyə Sadiq göndərmişdir. Zərərçəkmiş şəxs5 500 manat pul tələb etməmişdir. Əfqan Səfərov dayısının oğludur. Əfqan ona Zərərçəkmiş şəxs6lə bağlı məlumat vermişdir. Əfqan ona demişdir ki, Zərərçəkmiş şəxs6 qanunsuz olaraq onun maşınını polis şöbəsinə aparmışdır. Əfqan ona məlumat vermişdir ki, Zərərçəkmiş şəxs6 ondan qanunsuz olaraq 100 manat pul almışdır. Həmin məlumatı sayta yerləşdirmişdir. Bundan sonra Elvin Əliyev ona zəng etmişdir ki, hörmət eləsin, o da məlumatı saytdan silsin. O da Elvin Əliyevə demişdir ki, 300-500 manat göndərərsə, həll edəcəkdir. Ancaq bundan sonra, saytın rəhbərinə başqa yerdən zəng gəlmişdir ki, bu məsələni yoluna qoysun. Daha sonra həmin xəbər saytdan silinmişdir. Jurnalistika fəaliyyəti ilə məşğul olmuşdur. Rəhbərlik nə göstəriş veribsə onuda etmişdir. “Cumhurriyət.Az” saytının rəhbəri Nəsimi müəllim olmuş, o isə onun işçisi olmuşdur. Elvin Əliyevdən pul istəsə də, ondan heç nə almamışdır. Zərərçəkmiş şəxs1 Zaqatala şəhərində topdan ərzaq satışı ilə məşğul olmuşdur. Bir neçə saytda onun barəsində mənfi xəbərlər paylaşılmışdır. Sonradan Zərərçəkmiş şəxs1 ona zəng etmişdir. O da bu xəbərləri sildirmişdir. Xəbərləri silmək müqabilində Sabirdən 400 manat pul almış, lakin sonradan həmin pulu ona geri qaytarmışdır. Sabir özü ona müraciət etmişdir ki, onun barəsində olan mənfi xəbərləri saytlardan sildirsin. O da araşdırmış və sildirmişdir. Anası xahiş etmişdir ki, Sabirin işini həll etsin. O da işi həl etmiş, lakin pulu Sabirə geri qaytarmışdır. Zərərçəkmiş şəxs2la arasında 4000 manat pul söhbəti olmuşdur. Belə ki, Əyyub özü ona axşam saat 12 radələrində pul verməyi təklif etmişdir. Daha doğrusu dayısının yeznəsi Arif ona zəng edib Əyyub barədə danışmışdır. Sonradan Əyyubla görüşmüşdür. Əyyub ona pul təklif etmiş, lakin o, pulu götürməmişdir. O, heç kimdən pul almamışdır. “Qanunpress” saytında üzrxahlıq mesajı paylaşmışdır. Əyyub dayısının yeznəsi ilə tanış olduğu üçün, istəməmişdir ki, aralarında narahatlıq olsun. Ona görə də, belə bir mesaj paylaşmışdır. Əyyub ona üzrxahlıq mesajı paylaşmasa, onu hüquq mühafizə orqanlarına şikayət edəcəyi barədə bir şey deməmişdir. “Qanunpress.com” saytının drektoru Zərərçəkmiş şəxs3 tanımır. “Qanunpress.com” saytını “Ruslan” adlı şəxsdən peçat qarışıq almışdır. Zərərçəkmiş şəxs3 tanımır. Həmin hissədə özünü təqsirli bilmir. O, maskanı dişləri üçün taxmışdır. Belə ki, həmin vaxt dişlərini müayinə etdirmişdir. Zərərçəkmiş şəxs1 400 manat alıb, sonra geri qaytarmışdır. Sabir barəsində mənfi xəbərlər yazılmışdır. Həmin mənfi xəbərlər başqa saytlarda çıxmışdır. Həmin saytlara demişdir ki, xəbərləri silsinlər. Səhv etmirsə, xəbərlər 8 saytda çıxmışdır. Həmin 400 manat 8 sayt arasında bölünmüşdür. Zərərçəkmiş şəxs1 onunla qohumdur. Ona görə də, xəbərləri sildirməyi ondan istəmişdir. Zərərçəkmiş şəxs1 barəsində hansı mənfi məlumat paylaşıldığını dəqiq xatırlamır. Zərərçəkmiş şəxs1 həmyerlisidir. Zərərçəkmiş şəxs1 pul tələb etməmişdir. Zərərçəkmiş şəxs1 özü ona zəng etmişdir. Ona nə deyilibsə onu da etmişdir. O, kimsə barədə rüsvayedici məlumat paylaşmamışdır, nə də ki, kimisə şantaj etməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, əvvəllər ailəli olub boşanmışdır, himayəsində 1 yetkinlik yaşına çatmayan, 1 azyaşlı övladı vardır. 2014-cü ilə qədər müxtəlif işlərlə məşğul olaraq maddi ehtiyaclarını qarşılamağa çalışmışdır. 2014-cü ildən isə müxtəlif xəbər portalları ilə əməkdaşlıq etməyə başlamışdır. 2022-ci ildə isə “Qanunpress.com.az” xəbər portalını təsis edərək müvafiq qurumlarda qeydiyyata alınmaqla jurnalist kimi fəaliyyət göstərməyə başlamışdır. Zərərçəkmiş şəxs1 Zaqatala rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışdır. Zərərçəkmiş şəxs1lə arasında heç bir narazılıq, ədavət yoxdur. Zərərçəkmiş şəxs1 onun jurnalist kimi fəaliyyət göstərdiyindən əvvəldən məlumatlı olmuşdur. Zərərçəkmiş şəxs1 son istifadə müddəti ötmüş məhsulların satışını həyata keçirməsi ilə əlaqədar səhv etmirsə “binam.az” və adını hazırda xatırlamadığı daha 7 xəbər portalında məqalələr paylaşılmışdır. Zərərçəkmiş şəxs1 də həmin vaxt ona müraciət edərək xəbərlərin silinməsində kömək etməyini xahiş etdikdə Zərərçəkmiş şəxs1 bu iş üçün müəyyən qədər xərc çəkməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 ondan nə qədər pul lazım olduğunu soruşduqda ona danışıb xəbər edəcəyini demişdir. Bundan sonra xəbəri paylaşmış şəxslərlə əlaqə saxlayıb Zərərçəkmiş şəxs1 onun qohumu olduğunu deyərək videoların silinməsini xahiş etmişdir. Həmin şəxslər bunun müqabilində ondan 2000-3000 manat pul tələb etdikdə Zərərçəkmiş şəxs1 qohumu olduğunu deyərək 400 manat pul verə biləcəyini qeyd etmişdir. Həmin şəxslər razılaşdığı üçün Zərərçəkmiş şəxs1lə danışıb 400 manat göndərməsini söyləmişdir. Onun göstərişi ilə X58 Əliyevlə görüşmüş, lakin Zərərçəkmiş şəxs1 ona əvvəlcə 100 manat verdiyi üçün Elnur Rəfiyevi geri qaytarıb bu pula işin alınmayacağını demişdir. Onun bu sözündən sonra Zərərçəkmiş şəxs1 Elnur Rəfiyev vasitəsilə ona 400 manat pul göndərmişdir. O da həmin pulu Zərərçəkmiş şəxs1 haqqında xəbər paylaşmış şəxslərə çatdırmış və ona 20 manat pul vermişlər. Elnur Rəfiyev başqa bir şəxsin köməkliyi ilə 380 manat pulu onun “Leobank” a məxsus plastik kartına köçürmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs1lə heç bir əlaqəsi olmamışdır.Zərərçəkmiş şəxs2 tanımır. Hadisəyə qədər onunla heç bir münasibəti olmamışdır. Zaqatala rayonu ərazisində hər hansı qanunsuz bir fakt aşkar etdikdə dərhal bu barədə aidiyyəti orqanlara rəsmi şəkildə müraciət etmişdir. Zaqatala şəhərinin girişində əhali arasında “1941-1945” parkı kimi tanınan abidənin arxa tərəfindən yeni bina tikilməkdədir. Bir qədər araşdırma apardıqda həmin tikilinin parkın mühafizə zolağına daxil olduğunu müəyyən etmişdir. Bu səbəblə həmin obyektin şəkillərini çəkib “Feysbuk” sosial şəbəkəsində “Qanunpress.com.az” səhifəsində paylaşım etmişdir. Bundan sonra isə onunla qohumluq əlaqəsinə malik olan Arif əlaqə yaradaraq Əyyubla birlikdə işlədiyini deyib paylaşımı silməyini xahiş edərək bunun müqabilində pul verə biləcəyini söyləmişdir. O da həmin vaxtı Arifə əvvəlcə videoları silməyinin müqabilində 4000, daha sonra isə 3000 manat tələb etmişdir. Arifə göndərdiyi səs mesajlarında xərclərinin olduğunu da bildirib 3000 manatdan aşağı məbləğə razı olmadığını demişdir. Arif isə Əyyubla danışaraq onun 1000 manat verə biləcəyini qeyd etdikdə həmin pulu qəbul etməyəcəyini, 3000 manatı verməsə şikayətinin üzərində duracağını Zərərçəkmiş şəxs2 obyektini sökdürəcəyini bildirmişdir. Bu danışıqlardan sonra Əyyubla axşam saatlarında onun obyektində görüşüb çay içib söhbət etmişdir. Söhbət zamanı Arifin xahişini nəzərə alaraq videoları siləcəyini bildirmişdir. Əyyub həmin vaxt ona 500 manat pul təklif etsə də, qəbul etməmişdir. Söhbətin səhəri günü üzrxahlıq edərək paylaşımları silmişdir. Ariflə aralarında olan danışıq “votsap” proqramı vasitəsi ilə aparılmışdır. Birbirilərinə qarşılıqlı olaraq səs mesajları göndərmişlər. Səs mesajları ona məxsusdur. Səs yazılarında kriminoloji şöbənin əməkdaşı kimi əvvəllər işlədiyini bildirmişdir. Xeyli müddət bundan əvvəl “Dünyakriminaltv” xəbər portalında çalışmışdır. Həmin portalda dünyada baş verən müxtəlif kriminal xarakterli məlumatlar paylaşılmış və ölkələr üzrə şöbələr yaradılmışdır. O da həmin vaxt Azərbaycan Respublikasının Şəki, Qax, Zaqatala, Balakən rayonları və dünyanın 14 ölkəsi üzrə yaradılmış şöbəyə rəis kimi təyin edilmişdir. Həmin şöbənin fəaliyyəti adlarını qeyd etdiyi rayonlar və 14 ölkədə baş verən kriminal xəbərləri təhlil edib oxucuların diqqətini cəlb edənləri seçib paylaşmaqdan ibarət olmuşdur. Heç bir dövlət qurumunda işləməmişdir. O, özünü heç kimə DTX əməkdaşı kimi təqdim etməmişdir. Qış aylarında havanın soyuq olması səbəbi ilə qara rəngli maskaya bənzər baş geyimindən istifadə etmişdir. Zaqatalada onu, hamı tanıyır ki, jurnalist kimi fəaliyyət göstərir. Bundan başqa Şəki RMX baş həkimin müavini Sərxan həkimə Əjdər Mehdiyevin göstərişi ilə zəng edib ondan 1000 manat pul istəmişdir. Sonradan Sərxan həkim 1000 manatın çox olmasını dediyinə görə 500 manata razılaşmışdır. Həmin vaxt “Yeganə” adlı tibb bacısının pul alması ilə əlaqədar video görüntülər olmuş, həmin video görüntülərin paylaşılmamasına görə Zərərçəkmiş şəxs4 ilə arasında olan telefon danışığı zamanı 500 manat pul istəmişdir. Bu hərəkətlərini o, Əjdər Mehdiyevin göstərişi ilə etmişdir. Əməllərinin qanunsuz olduğunu bilməmişdir. Əjdər Mehdiyev ona hər hansı problem yaranacağı halda özünün cavabdeh olduğunu, bütün problemləri həll edəcəyini söyləmişdir. Həmçinin qohumu Əfqan Səfərovdan rüşvət istədiyinə görə Zaqatala RPŞ-nin DYPB-nin rəisi Zərərçəkmiş şəxs6 haqqında “cümhuriyyət.az” xəbər portalında məqalə paylaşmışdır. Həmin məqaləni portalın rəhbəri Nəsimi Şərəfxanlı yazaraq paylaşmışdır. Zərərçəkmiş şəxs6 onunla əlaqə saxlayaraq həmin məqalənin silinməsini xahiş etdikdə, ona Nəsimi Şərəfxanlı ilə danışıb məlumat verəcəyini bildirmişdir. X2 əlaqə saxlayıb yaxın tanışlarının ondan xahiş etdiyinə görə məqaləni portaldan çıxardığını bildirmişdir. Zərərçəkmiş şəxs6 500 manat pul tələb etmiş, Elgün də 500 manatın çox olması ilə bağlı ona mesaj yazmışdır. Artıq məqalə saytdan çıxarıldığına görə Zərərçəkmiş şəxs6 heç nə almamışdır. Cəmilə Mənəfovanın ərindən pul tələb etməmişdir. Cəmilə Mənəfovanın əri özü ona zəng etmişdir. Lakin aralarında nə məzmunlu danışıq olmasını xatırlamır. O, ancaq Zərərçəkmiş şəxs4 Əjdər Mehdiyevin göstərişi ilə Yeganə adlı tibb bacısına görə pul tələb etmişdir. Üzərindən xeyli vaxt keçdiyi üçün Zərərçəkmiş şəxs5 zəng etməyini, həmçinin aralarında nə danışıq olmasını xatırlamır. Ruslan Həsənovun təqdim etdiyi möhürü birinci dəfə istintaq zamanı görmüşdür. Ruslan Həsənov yalan ifadə verib məsuliyyətdən qurtulmaq istəyir. Onun istifadə etdiyi “Qanunpress.com” möhürünü Ruslan özü ona vermişdir. “Qanunpress.com” möhürünü əldə etdikdən sonra rəhbərlik etdiyi saytla eynilik təşkil etmədiyini görüb bu ziddiyəti bildirdikdə Ruslan Həsənov möhürün sayta məxsus olduğunu söylədiyindən həmin möhürdən istifadə etmişdir. Zərərçəkmiş şəxs1 barəsində paylaşım edən şəxslərin kim olmasını xatırlamır, həmin şəxslərlə çətinliklə əlaqə yaratmışdır. “Zərərçəkmiş şəxs5” adlı şəxs tanımır, onun dedikləri tamamilə yalandır, Zərərçəkmiş şəxs5 pul tələb etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai araşdırma dövründə veridiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi, onu uzun müddətdir tanıyır. Təqsirləndirilən şəxslə münasibəti normal olmuş, aralarında heç vaxt hər hansı bir problem olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs bir neçə xəbər saytı ilə əməkdaşlıq etməsini eşitsə də, həmin xəbər saytlarının adları barədə dəqiq bir məlumatı olmamışdır. Son vaxtlar qanunpress xəbər saytında müxtəlif paylaşımlar etmişdir. 31 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs internetdə onun və rayon mərkəzi xəstəxanasının işçisi Mohumanın oğlu Əmrulla barəsində həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirən məqalə dərc etməsi barədə məlumat almışdır. Bu barədə ona çoxlu sayda Aşağı Tala kənd sakinləri, həmçinin oğlu Samir Əliyev və işçisi İsmayıl Heydərov zəng edərək telefonla, bəzi hallarda isə üzbəüz görərək demişdir. Lakin yaşlı olması ilə bağlı internetdən anlayışı olmadığına görə həmin məqaləni görməmiş və oxumamışdır. Ona görə də konkret olaraq internetdə hansı saytda və ya harada yerləşdirilməsindən məlumatı yoxdur. Belə ki, həmin məqalədə guya Əmrullaya xarab ərzaq məhsulu verməsi, Əmrullanın isə həmin ərzaq məhsullarını Danaçı kənd camaatına satması barədə məlumatlar qeyd edilmişdir. Ona həmin məqalənin Təqsirləndirilən şəxs tərəfindən xəbər saytında yerləşdirilməsi barədə məlumat verildikdən sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**- ** mobil nömrəsinə özünün şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng edərək hansı səbəbdən barəsində həqiqətə uyğun olmayan olmayan məqalə dərc etdirməsinin səbəbini soruşmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt ona konkret bir cavab verməmişdir. O, Təqsirləndirilən şəxs telefon danışığı zamanı barəsində yalan məlumatlar yaydığı üçün tənbehləmişdir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs pul istədiyini, pulsuz bu məsələnin düzəlməyəcəyini dedikdə Təqsirləndirilən şəxs həmin məqaləni silməsini söyləyib qarşıdan gələn bayram münasibəti ilə ona bayram payı göndərəcəyini bildirərək onunla harada görüşəcəyini soruşduqda Təqsirləndirilən şəxs Bakı şəhərində olduğunu, ona məxsus fermaya taksi göndərəcəyini bildirmişdir. Elə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə rayonun Aşağı Tala kəndində yerləşən özünə məxsus fermaya qırmızı rəngli, “Vaz 2106” markalı və üzərində taksi nişanı olan avtomobil gəlmişdir. Avtomobilin qeydiyyat nişanına fikir verməmişdir. Həmin şəxs ona yaxınlaşıb Təqsirləndirilən şəxs onu göndərdiyini söyləmiş, lakin özünü təqdim etməmişdir. O, həmin şəxsə 100 manat məbləğində pul verdikdən sonra həmin şəxs avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Həmin vaxt orada ikisindən başqa heç kim olmamışdır. Təxminən yarım saat sonra Təqsirləndirilən şəxs ona zəng edərək “Sabir dayı bu nə puldur sən vermisən, mən hər sayta hörmət etməliyəm, heç olmasa 400-500 manat pul verərdin” ifadəsini işlətmişdir. O da həmin vaxt Təqsirləndirilən şəxs maddi imkanının aşağı olduğunu, həmin məbləği verə bilməyəcəyini bildirdikdə Təqsirləndirilən şəxs ona pulu geri qaytaracağını söyləmişdir. Təxminən bir saat sonra həmin şəxs eyni avtomobillə fermaya gələrək pulu geri qaytarmışdır. Pulu ona qaytardıqdan sonra axşam saatlarında yenidən Təqsirləndirilən şəxs zəng etmişdir. Çünki barəsində həqiqət olmayan həmin məqalənin internetdə dərc edilməsindən narahat olmuş və camaat ona məlumatın olması barədə ardıcıl xəbərlər vermişdir. Telefon danışığı zamanı rüsvay olduğunu deyərək Təqsirləndirilən şəxs həmin məqaləni silməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bunun mümkün olmadığını, yalnız məqalənin dərc edildiyi xəbər saytlarına “hörmət” etdiyi təqdirdə məqaləni silə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs telefon danışığı zamanı məqaləni silmək qarşılığında 400-500 manat məbləğində pul istəmişdir. O, bayram günün olduğu üçün qanını qaraltmayıb Vüqarın təklifi ilə razılaşmış, elə həmin gün təxminən saat 21 radələrində həmin taksi sürücüsü yaşadığı Aşağı Tala kəndinə yerləşən evə gələrək ondan 400 manat məbləğində pul götürmüşdür. Həmin vaxt yanında heç kim olmamışdır. 01 yanvar 2023-cü il tarixdə həmin məqalə xəbər saytlarından silinmişdir. Bu barədə ona kənd camaatı zəng edərək bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə başqa telefon danışığı, həmçinin üzbəüz formada görüşü olmamışdır. Təqsirləndirilən şəxs başqa hər hansı bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs həmin məsələ ilə bağlı Əmrulladan pul alıb-almaması ilə bağlı məlumatı yoxdur. Həmçinin Təqsirləndirilən şəxs rayon camaatı barəsində xəbər saytlarında yalan məlumatlar dərc etdirməklə pullarını ələ keçirməsi barədə eşitsə də, konkret kimlərdən alması barədə dəqiq bir söz deyə bilmir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 400 manat verəndən 3 gün sonra məqalə silinmişdir. 400 manatın da ona qaytarılması təklif olunsa da, o bunu qəbul etməmişdir. Əminliklə bilir ki, 400 manat Təqsirləndirilən şəxs çatmışdır. Əgər çatmasa, barəsində dərc olunan məqalə silinməzmiş. Təqsirləndirilən şəxs ola bilsin ki, ilk dəfə taksi ilə 150 manat göndərmiş, lakin indi dəqiq xatırlamadığı üçün məhkəmə iclasında hazırda verdiyi ifadəsində ilk dəfə 100 manat göndərməsini bildirmişdir. Hazırda təqsirəndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, sahibkardır və Zaqatala rayonunun Yuxarı Tala kəndində mağaza açmaq məqsədilə tikinti fəaliyyəti ilə məşğul olur. 2023-cü ilin yanvar ayında dostu Elşən adlı şəxs ona zəng edərək üzündə xüsusi xidmət orqanlarının istifadə etdiyi qara rəngli maska olan bir şəxsin tikilməkdə olan mağazasının şəkilini çəkdiyini bildirmişdir. Bundan bir müddət sonra ustaları olan Musa və Məhəmməd də ona zəng edərək eyni məlumatı verərək əlavə olaraq bildirmişlər ki, həmin şəxs onunla görüşmək istəyir. Bundan sonra Elşənlə danışmış, Elşən ona həmin şəxsin yəni adının sonradan Vüqar olduğunu bildiyi şəxsin hal-hazırda Yuxarı Tala kəndində “Selin” adlı marketin qabağında olmasını bildirmişdir. O da 2023-cü ilin yanvar ayının ortalarında həmin marketinin qabağına gedərək orada Təqsirləndirilən şəxslə görüşmüşdür. Həmin vaxt ona Vüqarın demək olar ki, bütün vaxt maskada gəzdiyi deyilmişdir. “Selin” marketin qarşısında olan zaman bir nəfər maskalı şəxsin “Nənü” kimi tanıdığı şəxsə telefonda nəsə göstərdiyini görüb ona yaxınlaşıb, Vüqar olub - olmamasını maraqlanmışdır. Vüqar həmin vaxt onun tikilməkdə olan obyetkinin şəkillərini “Nənü” - yə göstərib “bax bundan pul alacam” demişdir. Sualına cavab olaraq həmin şəxs Vüqar olduğunu təsdiq etdikdə şəkillərini göstərdiyi obyektin sahibi olduğunu, şəkil çəkməyə icazəsinin olub-olmamasını maraqlandıqda Vüqar icra hakimiyyətindən icazə aldığını, hər yerə girib şəkil çəkməyə icazəsinin olduğunu bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs şəkil çəkməkdə məqsədinin nə olduğunu soruşduqda cavab olaraq vətənpərvər olduğunu, məqsədinin nə olmasının ona deyiləcəyini söyləmişdir. Həmin görüş zamanı Vüqar ona mağazasının şəkilərini göstərərək apardığı tikinti işlərinin tam qanunsuz olduğunu, 1941-1945-ci illərin müharibə qurbanlarına aid abidənin arxasında yerləşdiyindən tikintinin abidəyə xələl gətirdiyini, internetdə paylaşacağını, paylaşmamağı istəyirsə pul verməli olduğunu söyləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs heç nə verməyəcəyini bildirərək sərt danışdıqda Vüqar onun yanından uzaqlaşaraq “başına oyun açacam, camaatı üstünə qaldıracam” demişdir. Bundan sonra Vüqar adlı şəxs “Qanun Press” adlı Facebook səhifəsində onun tikilisi barədə nüfuzdan salıcı paylaşımlar etməyə başlamışdır. Bundan sonra Vüqarın belə paylaşımlara davam edərək onu nüfuzdan salmaq, rüsvay etmək istədiyini başa düşmüşdür. Bir qədər maraqlandıqda Arif adlı tanışı ilə həmin Vüqarın qohumluq əlaqələrinin olması ona məlum olmuşdur. Ariflə əlaqə saxlayıb Vüqarın nə istədiyini maraqlanmasını xahiş etmiş, Arif də onun xahişi ilə Vüqarla danışdıqdan sonra Vüqarın 4000 manat pul istədiyini, növbəti gün saat 8-dək verməsə Bakı şəhərinə gedib oradan problemlər yaradacağını demişdir. Belə olduqda Vüqarla əlaqə yaradıb onu görüşə çağırmaq və onun tələbini qeydə almaq qərarına gəlmişdir. Əvvəlcə Vüqara zəng edərək onunla görüşməsinə razı salmış, daha sonra onu Aşağı Tala kəndində yaşadığı evindən götürərək Yuxarı Tala kəndində yerləşən özünə məxsus fındıq sexinə aparmışdır. Fındıq sexində yerləşən ofisində söhbət edərək Vüqarın dediklərini özünün istifadəsində olan “İphone 12 Pro” markalı mobil telefondakı xüsusi səs yazan proqram vasitəsilə qeydə almışdır. Həmin danışıqlarda Vüqar, ona gizli təşkilatda işlədiyini, pul verməsə ona problemlər yaradacağını bildirmişdir. Vüqarla danışığı əsnasında parket işi ilə məşğul olan Zahid adlı şəxsdən də 600 AZN aldığını və hər 3 aydan bir Zahidin ona zərf yolladığını demişdir. “Optovoy” işi ilə məşğul olan Sabirdən də iki dəfə hər biri 400 AZN olmaqla pul tələb edərək aldığını, “X62” in sahibi Abakarın da torbasını tikəcəyini, “Qaracaoil” yanacaqdoldurma məntəqəsinin sahibi Ramazan və fındıq sexi olan Kamran adlı şəxsin də üstündə işlədiyini bildirmişdir. Danışıqlarını qeydə aldığını Vüqara bildirib şikayət edəcəyini nəzərinə çatdıraraq “Feysbuk” səhifələrində tikilisi ilə bağlı mənfi yazılar yazmağı dayandırmasını və inkar edici məlumat yazmasını xahiş etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs “Feysbuk” sosial şəbəkəsində “Qanun Press” səhifəsində üzrxahlıq yazısı paylaşmışdır. Sonuncu dəfə Vüqarla görüşdükdə ondan nəyə görə maskada gəzdiyini soruşduqda Vüqar ona gizli təşkilatda işlədiyini üzünün görünməməsi üçün maskada gəzdiyini bildirmişdir. Ariflə danışdıqdan sonra Vüqar əvvəlcə 3000 manat tələb etmiş, sonradan Vüqarla görüşdükdə ona 1000 manat təklif etsə də, Vüqar həmin məbləği götürməmişdir. Heç bir görüşdə Təqsirləndirilən şəxs özünü konkret olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etməmişdir. Vüqar özünü səhv etmirsə 14 rayon üzrə kriminal şöbə əməkdaşı kimi təqdim etmişdir. Gizli təşkilat dedikdə o da DTX-ni fikirləşdiyi üçün izahatında bildirmişdir. Təqsirləndirilən şəxs özünü iki dəfə Nərimanın qəssab dükanının qarşısında ikisi olan vaxt, daha sonra isə onun obyektinə söhbət etməyə gedən zaman yolda olarkən avtomobildə ondan maskada gəzməyinə kimin icazə verdiyini maraqlandıqda Təqsirləndirilən şəxs DTX–da işlədiyini bildirmişdir. Hazırda təqsirəndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ibtidai araşdırma dövründə veridiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2014-cü ildən DİO-da, 2019-cu ildən isə Zaqatala RPŞ-nin DYPB-nin rəisi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Zaqatala rayonu Aşağı Tala kənd sakini və Cumhuriyyət qəzetinin müxbiri kimi tanımışdır. Dəqiq vaxtını xatırlamır, Təqsirləndirilən şəxs xeyli müddət bundan əvvəl yanına gələrək özünü Cumhuriyyət qəzetinin müxbiri kimi təqdim edib, rayonda Zaqatala rayon polis şöbəsi tərəfindən görülmüş yaxşı işləri platformada işıqlandıracağını və haqqında “təşəkkürnamə” yazacağını söyləmişdir. Təqsirləndirilən şəxs bu təklifinə etiraz etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təkidi ilə xx.xx.2019cu il tarixdə istifadəsində olan 055 *** ** ** mobil nömrəsindən həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil nömrəsinə özünün ad, soyadını barəsində təşəkkürnamə yazması üçün göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun haqqında təşəkkürnamə yazsa da, heç bir əlaqələri olmamışdır. Səhv etmirsə, 2019-cu ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək qohumuna YPX inspektorları tərəfindən qanunsuz protokol yazıldığını deyərək protokol ilə müəyyən edilmiş cərimənin ödənilməsini tələb etmişdir. Təqsirləndirilən şəxs ona verdiyi məlumatları araşdırıb müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs qohumu X8 qanuni olaraq 60 manat cərimə yazılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs dəfələrlə zəng etsə də, zənglərinə cavab verməmişdir. 2019-cu ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs ona zəng edərək internetdə barəsində xəbər yerləşdirdiyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə isə Təqsirləndirilən şəxs ona Cumhuriyyət qəzetinə məxsus portalı mesaj yazıb göndərib həmin portalda barəsində yazdığı məlumatı oxumasını bildirmişdir. Təqsirləndirilən şəxs yazdığı ünvana daxil olub xəbəri oxuduqda haqqında yalan və şər-böhtan xarakterli məlumatlar yazdığının şahidi olduqdan sonra Təqsirləndirilən şəxs zəng edərək nəyə görə barəsində yalan məlumatlar yazmasının səbəbini maraqlandıqda Təqsirləndirilən şəxs cavab olaraq YPX inspektorları tərəfindən onun qohumuna protokol yazılmasına görə belə bir addım atdığını söylədikdə Təqsirləndirilən şəxs həmin yalan məlumatları silməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə ona “baxarıq” deyərək danışığı bitirmişdir. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs səhv etmirsə telefonla zəng edib barəsində olan məqalənin portaldan çıxarılması üçün 500 manat pul istəmişdir. O, isə Təqsirləndirilən şəxs mesaj yazaraq 500 manatın çox olmasını bildirmiş, lakin Təqsirləndirilən şəxs 500 manat vermədiyi halda barəsində əlavə yalan məlumatlar yazacağı ilə hədə-qorxu gəlmişdir. Hətta Vüqar pulu vermədiyi halda haqqında işdən azad edilməsinə səbəb olacaq məlumatlar yazacağını bildirmişdir. Bu söhbətdən sonra dəfələrlə Təqsirləndirilən şəxs zəng etsə də sonuncu onun zənglərinə cavab verməmişdir. Bir müddət sonra isə Cumhuriyyət qəzetinin portalına nəzər yetirdikdə barəsində yazılmış məlumatların çıxarılmasını görsə də, bunun hansı şəraitdə və səbəblə baş verməsi haqqında heç bir məlumatı yoxdur. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxslə heç bir əlaqəsi olmamışdır. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib hədə qorxu gələrək 500 manat pul tələb etməsinə baxmayaraq Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul verməmişdir. Zaqatala RPŞ-nin DYPB tərəfindən Təqsirləndirilən şəxs qohumu Əfqan Səfərov barəsində yol hərəkəti qaydalarının pozulmasına görə inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Təqsirləndirilən şəxs onun haqqında qeyd etdiyi xüsusatlar tamamilə yalandır, şər və böhtan xarakterlidir. Təqsirləndirilən şəxs digər qohumu X8 isə 60 manat cərimə olunmasına dair protokol yazıldığını xatırlayır. Təqsirləndirilən şəxs də xahişi həmin şəxslə bağlı olmuşdur. Təqsirləndirilən şəxs ondan başqa DYPB-nin Ruslan adlı əməkdaşı barəsində də yalan məlumatlar yazmaq istəmişdir. Təqsirləndirilən şəxslə aralarında olan danışıqlarda öz işindən əlavə Ruslan haqqında da yalan məlumatlar yazmamasını xahiş etmişdir. Vüqar da heç bir tələb irəli sürmədən Ruslan haqqında məlumatlar yazmamışdır. Təqsirləndirilən şəxs hədə qorxu gələrək 500 manat tələb etdikdə onun özü şəxsən yanına gələrək görüşməmişdir, danışıqları telefon vasitəsilə olmuşdur. Ona görə də 500 manatın çox olması ilə əlaqədar mesaj yazıb cavab vermişdir. Təqsirləndirilən şəxs tamamilə yalan ifadə vermişdir. O, Ruslana heç bir məbləğdə pul verməmiş, Ruslanı hər hansı bir yerə göndərməmişdir. Təqsirləndirilən şəxs onda pul tələb etsə də, ona pul verməmişdir. Cumhuriyyət qəzetinin baş redaktoru Nəsimi Şərəfxanlını tanımır, onunla heç bir ünsiyyəti olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Şəki Rayon Mərkəzi Xəstəxanasında işlədiyi vaxtlarda Təqsirləndirilən şəxs müəssisəyə gəlib-getmiş və çəkilişlər aparmışdır. Çəkilişlərlə bağlı Təqsirləndirilən şəxs hüquq mühafizə orqanlarına şikayət etmişdir. Səhv etmirsə, pandemiya dönəmləri olmuşdur. Həmin vaxtı Vüqarı prokurorluğa gətirmişər. O da şikayətini geri götürmüşdür. Bu məsələdə hansı səbəbə görə zərərçəkmiş şəxs kimi tanındığını başa düşə bilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan pul tələb etmişdir. Ancaq o, Vüqara pul verməmişdir. Pulla bağlı Təqsirləndirilən şəxs hər-hansı bir məbləğ deməmişdir. Sadəcə ona hörmət etməyini istəmişdir. Təqsirləndirilən şəxs şəxsən ondan pul almamışdır. Vüqar onda video olduğunu ona bildirməmiş, birbaşa çəkib “Youtube” kanalında yerləşdirmişdir. Videonun məzmunu pandemiya dönəmində taxılan maskalarla əlaqəli olmuşdur. Vüqar maska taxmayan vətəndaşları çəkib “Youtube” kanalında yerləşdirmişdir. O da ona izah etmişdir ki, işçisi maska taxmasa o, məsuliyyət daşıya bilər, lakin vətəndaşlarla bağlı edəcəyi heç nə yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadə düzgündür və həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Vüqar ondan pul tələb etməmişdir. Vüqar onun şikayəti əsasında prokurorluğa gətirilmişdir. Həmin vaxtı məsələ araşdırılmış və məlum olmuşdur ki, ondan pul tələb edən Təqsirləndirilən şəxs olmamışdır. Ondan pulu başqa şəxs tələb etmişdir. Vüqar pandemiya dönəmində vətəndaşların videolarını çəkib ona atmış və demişdir ki, videoları Youtube” kanalına yerləşdirir. Sonra bir nəfər peyda olmuş və həmin qəzetin adından onunla danışıb ondan 500 manat pul tələb etmişdir. Həmin şəxsin Vüqarla əlaqəsi olmamışdır. Özünü jurnalist kimi qələmə verən həmin adam ondan 500 manat almışdır. O da onun videosunu çəkib hüquq mühafizə orqanlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı nömrədən zəng gəlmiş və danışan şəxs özünü «Dünya Kriminalı» qəzetinin redaktoru Təqsirləndirilən şəxs kimi təqdim edərək mərkəzi xəstəxananın işçisi tərəfindən arayış qarşılığında tanışı Səxavət adlı şəxsdən 10 manat alındığını bildirmiş və bu məsələnin redaktoru olduğu qəzetdə yayımlanmayacağı təqdirdə ondan 500 manat pul tələb etmişdir. Əks halda bu barədə bütün kütləvi informasiya vasitələrində məlumat yayacağı ilə hədə-qorxu gəlmişdir. O, Təqsirləndirilən şəxs arayışın haradan, kimdən və necə alındığını soruşduqda ona heç bir cavab verməmiş, arayışın surətini istədikdə isə əlində heç bir arayış olmadığını bildirmişdir. X31 nömrəsini ona verməsini və Səxavətlə məsələni aydınlaşdırmaq istədiyini demiş və ondan Səxavətin nömrəsini alıb zəng etdikdə Səxavət arayışı haradan, kimdən aldığını açıqlamamış və öz növbəsində əlində heç bir tibbi arayışın olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs verdiyi bu məlumatdan sonra xəstaxananın poliklinika şöbəsində işləyən baş tibb bacısı Yeganə Hüseynovaya zəng edərək Səxavət adlı şəxsə sağlamlıq haqqında arayış verib-vermədiyini soruşduqda Təqsirləndirilən şəxs adını çəkdiyi Şəki rayon sakini kimi bildiyi Səxavət adlı şəxsə xəstəxana tərəfindən heç bir arayış, sənəd təqdim edilmədiyi, dediklərinin şər-böhtan xarakterli olduğunu müəyyən etmişdir. Belə ki, Səxavət Cavadov xəstaxanaya gəlmiş, Yegana Hüseynovaya yaxınlaşıb sağlamlıq haqqında arayış almaq istədiyini bildirmiş, Yeganə ona müayinədən keçəcəyi həkimlərin adlarını yazarkən həmin şəxs on manat pul ilə ambulator kartını xəbərsiz masanın üzərində qoyaraq oradan uzaqlaşmışdır. Fikrincə həmin şəxs pul ilə ambulator kartını masanın üzərinə qoyub, çölə çıxaraq Vügar Musayevə zəng etmiş, sonra isə Təqsirləndirilən şəxs zəng edərək xəstəxanada arayışa görə Səxavətdən on manat pul alınmasını bildirərək hədə-qorxu gəlmişdir. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs dəfələrlə zəng edib hədə-qorxu gələrək onu və Şəki RMX-nin rəhbərliyini respublika səviyyəsində ifşa edəcəyini bildirmiş və istədiyi məbləği əldə etməyə çalışmışdır. O, Təqsirləndirilən şəxs etdiyi tələbləri yerinə yetirmədikdə əldə etdiyi videogörüntüləri ona göndərməyə başlamışdır. Daha sonra o, Təqsirləndirilən şəxs pulu götürməsi üçün yanına gəlməsini bildirərək razılaşmışdır. Məqsədi Təqsirləndirilən şəxs ondan hədəqorxu ilə 500 manat pulu aldığı zaman çəkiliş edib ifşa etmək və hüquq mühafizə orqanlarına şikayət etmək olmuşdur. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona istifadə etdiyi mobil nömrə ilə zəng edərək pulu götürmək üçün özünün gələ bilmədiyini, xəstəxanada yerləşən iş otağının qapısı qarşısında onun işçisi və qəzetin əməkdaşı Sadiq Əsgərovun dayandığını və pulu götürməyə gəldiyini demişdir. Vüqar ona həmin pulu əvvəlcə bank və ya poçt vasitəsilə ona göndərməyini bildirsə də onunla razılaşmamış və özünün gəlməsini israr etmişdir. O, Sadiq Əsgərovu iş otağına dəvət etdikdən sonra Təqsirləndirilən şəxs zəng edərək 500 manat pulu Sadiq Əsgərova veribverməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs Sadiqin onun əməkdaşı olduğunu bildirib qətiyyətlə pulu Sadiqə verməsini demişdir. O, Sadiqdən iş vəsiqəsini tələb etmiş, sonuncu vəsiqəni təqdim etdikdə Sadiqin “Dünya Kriminalı” qəzetinin bölgə müxbiri olduğunu müəyyən etmiş və həmin vəsiqənin şəklini çəkmişdir. Bundan sonra əvvəlcədən dostundan borca aldığı 500 manat pulu Sadiq Əsgərova verib ondan pulu saymasını tələb etmişdir. Sadiq 500 manat pulu Təqsirləndirilən şəxs təqdim etmək üçün sayaraq götürmüş, həmin vaxt o, öz mobil telefonu ilə Sadiqin pulu götürməsini videoçəkilişlə qeydə almışdır. Vüqar və Səxavət adlı, şəxs mütəmadi olaraq bu kimi tələblərlə onu əvvəllər də narahat etmiş, hətta iş otağında görüşmüş və bu zəmində pul tələb etmişlər. Bu məsələ ilə bağlı xx.xx.2019-cu il tarixdə ərizə ilə Azərbaycan Respublikası DTX-nin Şəki şəhər Şöbəsinə müraciət etdikdən sonra Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə hədə-qorxu gələrək əlində saxta məlumatlar olduğunu bildirərək pul tələb etmişdir. Bütün bunlarla yanaşı Təqsirləndirilən şəxs göndərdiyi videogörüntülərə baxdığında tanımadığı bir xanım tibb işçisinin tanımadığı bir nəfər şəxslə söhbət edərək tibbi sənəddə olan dərmanların tərkibini izah etməsini görmüşdür. Həmçinin xanım tibb işçisinin danışarkən Şəki ləhcəsi ilə danışmasından Təqsirləndirilən şəxs göndərdiyi videogörüntünün Şəkidə çəkildiyini başa düşmüşdür. Sonra tibb işçisi ilə danışan şəxsin olduğu otağın təmirinə, yerin kafelinə baxdığında həmin görüntülərin Şəki Gigiyena və Epidemologiya Mərkəzi olduğunu bilmişdir. Çünki o, Şəki rayonu ərazisində demək olar ki, bütün xəstaxanaları gəzmiş, ona görə də binanın təmirindən binanın hansı xəstəxana olmasını bilir. Ona görə də, Şəki Gigiyena və Epidemologiya Mərkəzində işləyən Arzu xanıma zəng edərək məsələni ona danışdığında o, mərkəzdə Cəmilə adlı həkimin işlədiyini bildirmişdir. Arzu ilə danışığından bir neçə gün sonra Cəmilə həkimin əri Zərərçəkmiş şəxs5 onun yanına gələrək məsələ ilə maraqlananda Təqsirləndirilən şəxs göndərdiyi videogörüntüləri Zərərçəkmiş şəxs5 göstərmişdir. Zərərçəkmiş şəxs5 videogörüntülərə baxdığında arvadı Cəmilə olduğunu, onunla söhbət edən şəxsi isə tanımadığını bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs5 həmin görüntüləri ona göndərməyini xahiş etdiyindən o da görüntüləri Zərərçəkmiş şəxs5 göndərdikdən sonra həmin şəxs çıxıb getmişdir. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı etdiyi hərəkətləri eyni formada Cəmilə həkimin əri Zərərçəkmiş şəxs5 da edərək həmin şəxsdən də 500 manat pul tələb etmişdir. Təqsirləndirilən şəxs özünün təqdimatına əsasən “Dünya Kriminal” qəzetinin redaktoru kimi tanımış və Zaqatala rayonundan olduğunu bildirmişdir. Ondan qanunsuz olaraq hədə qorxu ilə pul tələb etdiyi üçün Təqsirləndirilən şəxslə danışmışdır, başqa bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs onunla əlaqə saxladığı mobil nömrələr ***-***-**-**, ***-***-**-** və ***-***-**-** olmuşdur. Təqsirləndirilən şəxslə danışan zaman ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Təqsirləndirilən şəxs də həmin mobil nömrəyə zəng edərək hədə-qorxu gəlməklə onunla əlaqə saxlamışdır. Sadiq Əsgərovu həmin vaxt Dünya Kriminal qəzetinin bölgə müxbiri və Şəki rayon sakini olmasını bilmişdir. Sadiq Əsgərov ona heç vaxt zəng etməmiş, yalnız 500 manat pulu verən zaman görmüşdür. Həmin vaxtı Səxavət Cavadov da səhv etmirsə Dünya Kriminal qəzetində işləmişdir, onu üzdən tanıyır və mobil nömrəsi xatırladığı qədəri ilə ***-***-**-** olmuşdur. Sadiq adlı şəxsə ümumilikdə 500 manat pul vermiş, həmin pul ondan hədə-qorxu ilə tələb edilmişdir. Təqsirləndirilən şəxs həmin pulu verməyəcəyi təqdirdə ondan və xəstəxanadan bütün kütləvi informasiya vasitələrinə məlumat yayacağını bildirib hədə-qorxu gəlmişdir. Həmin şəxsin etdiyi hərəkətlərdən qorxaraq əməllərinə son qoymaq və əməllərini ifşa etməklə hüquq mühafizə orqanlarına şikayət etmək üçün Sadiq Əsgərova 500 manat pul vermişdir. Pulu verən zaman da videokameraya çəkmişdir. Təqsirləndirilən şəxs ilə səsli danışığının bir hissəsini, Sadiq adlı şəxsə 500 manat pulu verərkən çəkdiyi görüntünü və Sadiqin vəsiqəsinin surətini, həmçinin Təqsirləndirilən şəxs ilə "'Whatsapp" ani mesajlaşma tətbiqində yazılı formada olan danışığını təqdim etmişdir. Sadiq Əsgərov ondan iş otağında 500 manat pulu alıb çıxmaq istəyəndə verdiyi pulu tələb edərək geri almışdır. Adları çəkilən şəxslərlə arasında əvvəllər hər - hansı bir alış-verişi və ya borc münasibətləri olmamışdır. Bu hadisədən əvvəl Vüqar və Səxavət adlı şəxs mütəmadi olaraq bu kimi tələblərlə əvvəllər də narahat etmiş, hətta onunla iş otağında görüşmüş və bu zəmində ondan pul tələb etmişlər, lakin bu xüsusatı təsdiq edən əlavə sübutu yoxdur. Təqsirləndirilən şəxs bu hadisədən əvvəl bir neçə dəfə onun iş otağına gələrək əlində xəstəxana barədə müxtəlif faktlar olduğunu bildirərək həmin faktları sosial şəbəkədə və direktoru olduğu qəzetdə yayacağı ilə hədəqorxu gələrək pul tələb etmişdir. Təqsirləndirilən şəxs bu tələbləri edən zaman Səxavət adlı şəxs də yanında olmuşdur. Həmin şəxs də özünü Dünya Kriminal qəzetinin müxbiri kimi təqdim etmişdir. Lakin Səxavət danışmamış və ya hər hansı bir tələb etməmişdir. Vüqar ona hədə-qorxu gələrək onu qorxutmuşdur. Hətta bu hadisədən əvvəl Təqsirləndirilən şəxs internetdə Şəki RMX-nin barəsində yalan və həqiqəti əks etdirməyən məlumatlar yerləşdirmişdir. Vüqar ona hədə-qorxu gələrək xəstəxananın barəsində internetdə əlində olan məlumatları yerləşdirməklə pul tələb edən zaman Səxavət hər hansı bir müdaxilə etməmiş, sakit formada gəlib – getmişdir. Vüqara nəyə görə pul verməyindən Sadiqin məlumatlı olub-olmaması barədə məlumatı yoxdur. Sadiq ondan pulu alanda “Vüqar deyir ki, sizdə ona çatası 500 manat pul vardır.” demişdir. Bundan başqa Sadiqin hadisədən nə kimi məlumatı olmasını bilmir. Səxavət və Sadiq adlı şəxslərin ümumiyyətlə hadisə ilə bağlı hər hansı bir tələbləri olmamışdır. Təqsirləndirilən şəxs ilə X49 Mehdiyev barəsində onun yanında heç bir söhbət açmamışlar. O, Əjdər Mehdiyev adlı şəxsi tanımır, “Dünya Kriminal” qəzetinin baş redaktoru kimi Təqsirləndirilən şəxs tanımışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci il tarixdə videoçəkilişlə bağlı ona zəng etmiş və onda yoldaşının vətəndaşdan rüşvət alması ilə bağlı video olduğunu bildirib ondan 500 manat pul tələb etmişdir. Pulu vermədiyi təqdirdə həmin videonu hazırda adını xatırlamadığı qəzətdə və sosial şəbəkədə yayacağını qeyd etmişdir. O da Təqsirləndirilən şəxs pul verməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs5 bildirmişdir ki, Təqsirləndirilən şəxs ona zəng etmişdir. Təqsirləndirilən şəxs ona pul vermədiyi təqdirdə videoçəkilişin yayılacağını bildirmişdir. Videoçəkilişdə rüşvətlə bağlı heç nə olmamışdır. Təqsirləndirilən şəxs ona özünü jurnalist kimi tanıtmışdır. Hazırda qəzetin adını xatırlamır. Cəmilə onun həyat yoldaşıdır. Vüqar ona demişdir ki, yoldaşı Cəmilə vətəndaşdan pul almışdır. Ona görə də, ondan pul tələb etmişdir. Pulu vermədiyi təqdirdə videonun efirlərdə yayılacağını bildirmişdir. Təqsirləndirilən şəxs ondan 500 manat pul tələb etmişdir. Təqsirləndirilən şəxs bir-iki dəfə ona zəng edib pul tələb etmişdir. Təqsirləndirilən şəxs pul verməmişdir. Təqsirləndirilən şəxs ona zəng etdiyi tarixi xatırlamır. Hadisə 4 il əvvəl baş vermişdir. O, polis şöbəsinə müraciət etməmişdir. Polis özü onu şöbəyə dəvət etmişdir. Onların xəbəri olmadan videoçəkiliş Sərxan müəllimə göndərilmişdir. Sərxan müəllimdə müvafiq orqana göndərmişdir. Bundan sonra onları polis şöbəsindən çağırmışlar. Təqsirləndirilən şəxs 500 manat pulu verməmişdir. Təqsirləndirilən şəxs sözügedən çəkilişi sayta yerləşdirmişdir. Təqsirləndirilən şəxs çəkilişi yaymasa imiş, sözügedən çəkiliş prokurorun əlində olmazmış. Təqsirləndirilən şəxs ondan 500 manat pul tələb etməsini istintaqa sözlə bildirmişdir. Buna dair hər hansı səs yazısı əlində olmamışdır. O, təqsirləndirilən şəxsə zəng etməmişdir. İlk dəfə təqsirləndirilən şəxs ona zəng etmişdir. Çəkilişdə rüşvət olmamışdır.Videoçəkilişi çəkən uşaqları tapıb zəng etmiş və sonra Təqsirləndirilən şəxs nömrəsini tapmışdır. Elan edilən ifadə doğrudur. Təqsirləndirilən şəxs ona zəng etmiş və əlində yoldaşının rüşvət alması ilə bağlı videoçəkiliş olduğunu bildirmiş və ondan pul tələb etmişdir. O da araşdırmış və görmüşdür ki, videoda rüşvət almaqla bağlı heç nə yoxdur. Vüqar bu işlə bağlı ondan pul tələb etsə də, ona pul verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadə doğrudur. Həmin ifadəni təsdiq edir. O, şikayət etmək istəmirmiş. Sonra onu prokurorluğa çağırmışlar. O da orada hadisə barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs şəxsən ondan pul tələb etmişdir. Zərərçəkmiş şəxs5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma zaamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, həyat yoldaşı X20 xeyli müddətdir ki, X11 stansiyasında həkim işləyir. 2019-cu ilin noyabr ayının əvvəllərində həyat yoldaşı Cəmilə Mənəfova işdən ona zəng edərək barəsində Şəki MRX-nin baş həkiminin müavini Zərərçəkmiş şəxs4 videogörüntü olduğunu, həmin məsələni maraqlanmasını demişdir. O, Zərərçəkmiş şəxs4 yanına gedib Cəmilə ilə baglı onda nə videogörüntü olmasını soruşduqda Zərərçəkmiş şəxs4 mobil telefonunda olan videogörüntünü ona göstərmişdir. O, videogörüntüyə baxdıqda tanımadığı iki nəfər şəxsin Cəmiləyə yaxınlaşıb nəsə tibbi sənəd aldıqlarını, həmin şəxslərdən birinin Cəmilə ilə söhbət edib tibbi sənəd aldığını, digərinin isə kənarda dayanıb onların hərəkətlərini telefonla çəkdiyini, Cəmilə ilə söhbət edən şəxsin Cəmiləyə 10 manat pul verib getdiyini müşahidə etmişdir. O, Zərərçəkmiş şəxs4 həmin videogörüntüləri ona da göndərməsini xahiş etmişdir. Videogörüntüləri əldə etdikdən sonra Cəmilə ilə söhbət edən şəxsin kim olması ilə maraqlanmış, bir müddət sonra Cəmilə ilə söhbət edən şəxsin Şəki şəhər sakini Sadiq adlı şəxs olmasını öyrənmişdir. Həmin şəxsin mobil nömrəsini tapıb zəng etmiş və onunla məsələni aydınlaşdırmaq üçün görüşmək istədiyini bildirmiş lakin həmin şəxs “Marxal” istirahət mərkəzində işlədiyini, işdən çıxa bilmədiyini və görüşüb söhbət etməkdən imtina etdiyini deyərək eyni zamanda onun məsələ ilə bağlı heç bir əlaqəsinin olmadığını və onu da kimlərinsə aldatdığını bildirərək üzrxahlıq etmişdir. O, Cəmilədən Sadiq adlı şəxsin ona verdiyi 10 manat pulun nə üçün verildiyini soruşduğunda Cəmilə həmin şəxsin şöbə müdiri Ümhani həkimdən borc aldığını və həmin videoçəkilişdə verdiyi 10 manat pulu da həkimə olan borcunu qaytardığını bildirmişdir. O, Cəmilədən nəyə görə Sadiqin 10 manat pulu həkimin özünə deyil ona verdiyini soruşduqda Cəmilə həmin gün Ümhani həkimin iclasda olduğu üçün Sadiq adlı şəxs tələsdiyini deyərək 10 manat pulu həkimə verməsini dediyi üçün pulu sonradan Ümhani həkimə verməsi üçün almışdır. xx.xx.2019-cu il tarixdə evdə olan zaman ona ***-***-**-** mobil nömrəsindən zəng gəldiyini görüb telefonu açmışdır. Zəng edən şəxs adının Vüqar olduğunu və "Dünya Kriminal" qəzetinin bölgə müxbiri olduğunu, ofislərinin isə Bakı şəhərində Azərnəşriyyatın binasının dördüncü mərtəbəsində yerləşdiyini bildirmiş, bundan başqa rüsvətxorluğa qarşı mübarizə apardıqlarını və onların əməkdaşlarının həyat yoldaşı Cəmilə Mənəfovanın pul alarkən çəkdiklərini və onların əlində videogörüntülər olduğunu, həmin videogörüntüləri sosial şəbəkələrdə və "Dünya Kriminal" qəzetinin səhifəsində yayımlayacağını bildirərək hədə qorxu gəlmişdir. O, Vüqara kim olduğunu, nə işlə məşğul olduğunu deyərək görüşüb söhbət etməyi təklif etmişdir. Həmin şəxs Bakı şəhərində olduğunu, istəyərsə Bakı şəhərinə Azərnəşriyyatın binasına gəlməsini, orada görüşüb söhbət etməyi təklif etmişdir. Bu söhbətdən bir neçə gün keçdikdən sonra Vüqar ona yenə zəng edib fikrinin nə olduğunu maraqlanaraq ondan 500 manat pulunu alacağını, vermədiyi halda videogörüntüləri sosial şəbəkələrdə və Dünya Kriminal qəzetinin səhifəsində yayımlayacağını deyərək hədə qorxu gəlmişdir. Buna baxmayaraq Vüqara pul verməyəcəyini deyərək həyat yoldaşının heç nə etmədiyini bildirmişdir. Bu sözləri dedikdən sonra Vüqar “görərsən sənə nə edəcəm” deyərək telefonu bağlamış, ondan sonra bir daha zəng etməmişdir. O, məsələnin daha çox böyüməsini istəməmiş, şikayət edəcəyi halda Vüqarın həyat yoldaşına şər-böhtan atıb onu şərləyib işdən çıxartdıra biləcəyindən qorxmuş, ona görə şikayət etməkdən çəkinmişdir. Sadiq adlı şəxs həyat yoldaşı Cəmilənin yanına gələrək şöbə müdiri Ümhaniyə 10 manat borcu olduğunu və borcunu vermək istədiyini bildirmiş, həmin vaxt yoldaşı həkimin iclasda olduğunu bildirəndə Sadiq “biz tələsirik 10 manat pulu sənə verim həkimə verərsiniz demişdir. Elə olub Cəmilə Mənəfova 10 manat pulu Sadiqdən almışdır. Lakin o, heç bir məbləğdə tibbi sənədlərə görə pul almamışdır. O, hazırda da Bakcell şəbəkəsinə aid ***-***-**-** saylı mobil nömrədən istifadə edir. xx.xx.2019-cu il tarixdə saat 13:35-də Təqsirləndirilən şəxs ona zəng edərək Sadiq adlı şəxsin onun işçisi olduğunu və nəyə görə onu incitdiyini soruşmuşdur. Çünki o, Sadiq adlı şəxsin həyat yoldaşını videokameraya çəkdiyini öyrəndikdən sonra ona zəng edib nəyə görə həyat yoldaşını çəkdiyini soruşaraq sözlə mübahisə etmişdir. Həmin vaxt da o, Təqsirləndirilən şəxs “sən kimsən, nəçisən gəl görüşüb söhbət edək, görüm nəyə görə sənin işçilərin onun həyat yoldaşımı videokameraya çəkiblər” demişdir. Lakin Təqsirləndirilən şəxs Bakı şəhərində olduğunu, görüşmək istəyirsə Bakı şəhərinə gəlməsini, görüşüb söhbət etməyi demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan hər hansı bir tələbi olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə ona zəng edərək hədə qorxu gələrək 500 manat pul tələb etmişdir. O da Təqsirləndirilən şəxs heç bir məbləğdə pul verməyəcəyini demişdir. xx.xx.2019-cu il tarixdə saat 13:38-də yenidən ona zəng edərək Sadiq adlı şəxslə nəyə görə mübahisə etdiyini soruşaraq Sadiq ilə işinin olmaması deyib xəbərdarlıq etmişdir. O da həmin şəxsə Sadiqin nəyə görə həyat yoldaşını videokameraya çəkməsini izah etməsini tələb etmişdir. X34 işçilərinə toxuna bilməyəcəyini, nə edirlərsə yaxşı etdiklərini deyərək telefonu bağlamışdır. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə günorta saatlarında bir neçə dəfə ona zəng edərək həyat yoldaşı Cəmilə barəsində onda olan görüntüləri internetdə yayacağı ilə ona hədə-qorxu gələrək 500 manat pul verməsini tələb etmişdir. Həmin tarixdə Vüqar ilə arasında olan söhbət tələb etdiyi pul haqqında olmuşdur. Qeyd olunan tarixdən başqa Təqsirləndirilən şəxslə pul barədə heç bir danışığı olmamışdır. Çünki Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixindən başqa hər hansı bir vaxtda hədə-qorxu gələrək pul tələb etməmişdir. Vüqar xx.xx.2019-cu il tarixdə hədəqorxu gələrək pul tələb etdiyinə görə Şəki polis şöbəsinə etdiyi müraciətində də həmin tarixi qeyd etmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai araşdırma zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, 2005-ci ildə fiziki şəxs olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edərək “Qanunpress” qəzetini təsis edərək jurnalist kimi fəaliyyətə başlamışdır. 2015-ci ildə isə “Qanunpress” qəzetinin onlayn formasını “Qanunpress.com” adı ilə təsis etmişdir. Rəhbərlik etdiyi mətbu nəşri həm qəzet formasında çap olunmaqla, həm də onlayn qaydada fəaliyyətdədir. Qanunpress qəzetini və “Qanunpress.com” portalını bu adlarla özü təsis etdiyi üçün ondan əvvəl bu adlarla fəaliyyət göstərən şəxs olmamışdır. 2023-cü ilin fevral ayında səhv etmirsə DTX-dən hazırda adını xatırlamadığı şəxs onunla əlaqə saxlayaraq “Qanunpress.com” yəni rəhbərlik etdiyi agentliyin adından müxtəlif orqanlara məktublar ünvanlanması bildirmişdir. Üzərindən xeyli vaxt keçdiyi üçün onunla əlaqə saxlayan şəxsin nömrəsini xatırlaya bilmir. Həmçinin istifadəsində olan mobil telefonun zənglər tarixçəsindən silinmişdir. Həmin şəxs ona “Whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə rəhbərlik etdiyi agentliyindən adından ünvanlanmış məktubun şəklini göndərmişdir. Həmin məktubun şəklinə nəzər yetirdikdə “Qanunpress.com”, aşağı hissədə isə baş direktor kimi Təqsirləndirilən şəxs sözlərinin yazılması, həmçinin “Qanunpress.com” sözləri həkk edilmiş möhürdən istifadə edilməsini müşahidə etmişdir. Bundan sonra həmin şəxslə əlaqə saxlayıb Təqsirləndirilən şəxs adlı şəxsi tanımadığını, həmçinin həmin adda şəxsin rəhbərlik etdiyi agentlikdə işləmədiyini, blank formasının və möhürün də ona məxsus olmadığını bildirmişdir. Çünki rəhbərlik etdiyi agentlik tərəfindən hər hansı quruma, orqana və yaxud digər təşkilatlara, müəssisələrə məktub ünvanlandıqda “Qanunpress qəzeti” sözləri yazılmış blankdan istifadə edilir. Möhür isə dairəvi formada olmaqla, mərkəz hissədə həm Azərbaycan, həm Rus dillərində “Qanunpress qəzeti” söz birləşməsi həkk edilmişdir. Təqsirləndirilən şəxs adlı şəxsin rəhbərlik etdiyi agentliyin adından istifadə etməsinə görə hər hansı cinayət əməlinin törədilməsindən ehtiyat edərək Zaqatala rayon prokurorluğuna müraciət etmişdir. Həmin şəkildən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən Zaqatala RPŞ-nə müraciət edilmişdir. Həmin məktubda əks olunmuş möhür ona məxsus möhürlə eyniyyət təşkil etmir, dizayn cəhətdən də oxşar deyildir. Fikrincə Təqsirləndirilən şəxs adlı şəxs həmin möhürü saxta yollarla əldə etmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi tanımır, qanunsuz olaraq rəhbərlik etdiyi informasiya agentliyinə məxsus möhürdən istifadə etdiyi üçün onun barəsində qanuni şəkildə tədbir görülməsini xahiş edir. Onun bu kimi əməlinin qarşısı vaxtında alınmasa idi, müraciətlərində maraqlarına toxunan şəxslərdən hər hansısa biri rəhbərlik etdiyi informasiya agentliyi, həmçinin onun barəsində şikayət edə bilərdi. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ibtidai araşdırma zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı X5 bibisi Zeynəbin oğludur. Zərərçəkmiş şəxs2 yeznəsinin dostu olduğundan çoxdan tanıyır. Zərərçəkmiş şəxs2 Zaqatala şəhərində “Tala abidəsi” kimi tanınan 1941- 1945-ci illər müharibə qurbanların xatirəsinə həsr olunan abidənin arxasında tikinti işləri aparır. 2022-ci ilin təxminən yanvar ayın 17-18-i isə Təqsirləndirilən şəxs həmin abidənin arxasında yerləşən Zərərçəkmiş şəxs2 məxsus tikilinin şəkillərini çəkmiş, həmin şəkilləri internetdə paylaşacağı və sökdürəcəyi ilə Əyyubu hədələməklə ondan pul tələb etmişdir. Əyyubun yanında usta kimi işlədiyindən, Əyyub isə Vüqarla qohum olduğunu bildiyindən Əyyub ona müraciət edərək, bu işi yoluna qoymağını və Vüqarın ondan nə istəməsini dəqiqləşdirməyini xahiş etmişdir. O da Vüqarla bu barədə danışmış, Vüqar Əyyuba məxsus tikilinin sökdürməməyinin və internetdəki paylaşımlarının götürməyinin müqabilində Əyyubdan 4000 manat pul tələb etdiyini bildirmişdir. O bu barədə Əyyuba məlumat vermiş, daha sonra Vüqara zəng edərək Əyyubun evində işlədiyini, ona yaxın insan olduğunu bildirərək problem yaratmamasını xahiş etmişdir. Bunun müqabilində Vüqar 1000 manat ona görə keçdiyini, 3000 manatı isə Əyyubdan tələb etdiyini, vermədiyi təqdirdə Əyyubun “asfalt kimi üstündən keçəcəyini” və tikintisini sökdürəcəyini bildirdikdə Əyyuba məlumat vermişdir. Daha sonra Əyyub Vüqarla görüşmüş, danışıqlarını telefonu vasitəsilə səs yazısı şəkilində qeydə almış, Vüqara isə pul verməmişdir. Bundan sonra Vüqar ona yazaraq Əyyubla danışmağını, Əyyubdan xahiş edərək səs yazısı və görüntüləri silinməsini istəmişdir. O da bu barədə Əyyubdan xahiş etmişdir. Əfqan Səfərov onun qaynıdır. O da Vüqarla bu məsələ ilə əlaqədar danışmış, Vüqar Əyyubdan pul tələb etməkdən imtina etməmişdir. Əyyub Vüqarın səs yazısını qeydə aldıqdan sonra Vüqar onun tikintisi ilə bağlı paylaşımlarını internetdən götürmüş və bu barədə ona da məlumat vermişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, keçirilmiş istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 xx.xx.2019-cu il tarixdə hədə qorxu gələrək ondan 500 manat tələb etdiyini göstərmiş, sonuncu da bu xüsusatı təsdiq etmişdir ( İV cild, i/v. 31-33). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “mobil nömrələrə daxil olan və çıxan zənglərə və SMS mətnlərinə dair daxil olmuş məlumata baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 7767/20 nömrəli məktubu ilə 055 *** ** ** nömrəsinə dair məlumatlar 01 ədəd diskdə istintaqa təqdim edilmişdir. Baxış zamanı diskin məzmununda 04 ədəd fayl aşkar olunmuşdur. Baxış zamanı birinci olaraq “553610407-sms.in” faylı açıldıqda xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** mobil nömrəsindən ayrı-ayrı vaxtlarda **********36 mobil nömrəsinə SMS mətnləri daxil olması tarixlərini göstərən cədvəl olması müəyyən edilmişdir. Həmin SMS mətnlərinə nəzər yetirdikdə xx-xx-2019-cu il tarixdə saat 09:55:20-də **********36 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********07 saylı mobil nömrəsinə “X39” məzmununda SMS mətni, xx-xx-2019-cu il tarixdə saat 10:06:32-də ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********07 saylı nömrəsinə “500 manat çoxdu, hardan çıxardırsız barəmdə yalan yazılanları?” məzmunda SMS mətni, xx-xx-2019-cu il tarixdə saat 10:10:25-də **********36 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi **********07 saylı mobil nömrəsinə “a xəbər saytları da paylaşıb sən cumhuriyyet netde yazdığını ay Vuqar müəllim”məzmunda SMS mətni olması müəyyən edilmişdir. İkinci “553610407 sms out” faylı açıldıqda 25.102019-cu il tarixdə saat 18:19:09-da Təqsirləndirilən şəxs istifadəsində olan **********07 saylı mobil nömrədən **********51 saylı mobil nömrəsinə “cumhuriyyet.az” məzmunda sms mətni, xx.xx.2019-cu il tarixdə saat 11:39:39-da Təqsirləndirilən şəxs istifadəsində olan **********07 saylı mobil nömrəsindən **********59 saylı mobil nömrəyə “insan yalacı olmaz” məzmunda SMS yazılması, xx.xx.2019-cu il tarixdə saat 21:16:36-da Təqsirləndirilən şəxs istifadəsində olan **********07 saylı mobil nömrədən **********59 saylı mobil nömrəyə “Maral xanım cavab verin” məzmunda SMS yazılması, xx.xx.2019-cu il tarixdə saat 15:10:39-da Təqsirləndirilən şəxs istifadəsində olan **********07 mobil nömrəsində **********20 saylı mobil nömrəyə “Salam Yegan xanım ne dusunur. Zengime cavabda vermısnz” məzmunda sms yazıldığı, xx.xx.2019-cu il tarixdə saat 11:58:31-də Təqsirləndirilən şəxs istifadəsində olan **********07 mobil nömrəsindən **********36 saylı mobil nömrəyə “Salam vaxtınz olada mene zeng vurasan” məzmunda SMS mətni yazıldığı, xx.xx.2019-cu il tarixdə saat 12:19:40-da Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsindən **********67 mobil nömrəsinə “salam sahib melim. Siz narat eden dunya kriminalın sobe muduru Vugar Receb ogldu” məzmunda sms mətni yazıldığı, xx.xx.2019cu il tarixdə saat 15:41:35-də Təqsirləndirilən şəxs istifadəsində olan **********07 mobil nömrəsindən**********36 mobil nömrəsinə “gardaş xetir hormet var sabah gunotaya kimi necə edek saite buraxmaq isdiyiler, mende galmişam ele” məznmunda sms mətni yazıldığı, xx.xx.2019-cu il tarixdə saat 10:50:06 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsindəns **********36 mobil nömrəsinə “gardas sizden xeber gözduyurem” məzmunda sms mətni yazıldığı, xx.xx.2019-cu il tarixdə saat 12:29:14-də Təqsirləndirilən şəxs istifadəsində olan **********07 mobil nömrəsindən **********36 mobil nömrəsinə “Elgun melim meni işderim coxdu, vaxtim hev yoxdu bu yazını saite isdeyiler” məzmunda SMS mətni yazıldığı,xx.xx.2019-cu il tarixdə saat 11:30:06-da Təqsirləndirilən şəxs istifadəsində olan **********07 mobil nömrəsindən ********** mobil nömrəsinə “Salam gardaş ya siz yadaki ruslan cavab vermir. Sabah seher cumhuriyyet oxuyarsiniz” məzmunda SMS mətni yazıldığı,xx.xx.2019-cu il tarixdə saat 15:57:52-də Təqsirləndirilən şəxs istifadəsində olan **********07 mobil nömrəsindən **********77 saylı mobil nömrəsinə “Haciyeva fidan murad qızı menim gohumumdu” məzmunda SMS mənti yazıldığı, xx.xx.2019-cu il tarixdə saat 12:45:42-də Təqsirləndirilən şəxs istifadəsində olan **********07 mobil nömrəsindən ********** mobil nömrəsinə “Salam elgun melim sabah saitde ruslan hagıda magale buraxlir” məzmunda SMS mətni yazıldığı, xx.xx.2019-cu il tarixdə saat 12:45:46-da Təqsirləndirilən şəxs istifadəsində olan **********07 mobil nömrəsindən ********** mobil nömrəsinə “fikiriniz nedi”, xx.xx.2019-cu il tarixdə saat 11:50:22-də Təqsirləndirilən şəxs istifadəsində olan **********07 mobil nömrəsindən **********36 mobil nömrəsinə “Cumhuriyyet.Az oxu” məzmunda sms mətni yazıldığı, xx.xx.2019-cu il tarixdə saat 09:52:23-də Təqsirləndirilən şəxs istifadəsində olan **********07 mobil nömrəsindən **********36 mobil nömrəsinə “gardaş danisdım dedilerki 500 versin cixaraq, senin işçin ruslana göre oldu bular hamısı” məzmunda sms mətni yazıldığı, xx.xx.2019-cu il tarixdə saat 10:13:06-da Təqsirləndirilən şəxs istifadəsində olan **********07 mobil nömrəsindən **********36 mobil nömrəsinə “Demiri isd isdi döy sonra gec olar, menim saitimden basga kimse paylaşa bilmez” məzmunda sms mətni yazıldığı, xx.xx.2019-cu il tarixdə saat 15:57:15-də Təqsirləndirilən şəxs istifadəsində olan **********07 mobil nömrəsindən **********77 mobil nömrəsinə “Salam o nergiz xanima deyinki daş gayaya rast gelib, bu axşama haminzin haqqında sehid ailəsinə el galdirmagna tegir etmek yazini buraxilmasa siz deyesen duzelmisiniz” məzmunda sms mətni yazıldığı müəyyən edilmişdir. Üçüncü “məxsusluq tarixçəsi” faylı açıldıqda ********* saylı mobil nömrənin xx.xx.2018-ci il tarixdən Təqsirləndirilən şəxs adına qeydiyyata alındığını müəyyən edilmişdir. Dördüncü “Zənglər-Məxsusluq tarixçələri_553610407_only BKC” faylı açıldıqda iş üçün əhəmiyyətli olan 055 *** ** ** saylı nömrənin ünvan 1 ünvanında qeydiyyatda olan Xatirə Usubovanın adına qeydiyyata alındığı, 055 *** ** ** saylı mobil nömrənin ünvan 2 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs5 adına qeydiyyata alındığı, 055 *** ** ** saylı mobil nömrəsinin ünvan 3 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs6 adına qeydiyyata alındığı müəyyən edilmiş, bundan başqa iş üçün əhəmiyyət kəsb edə biləcək məlumat aşkar edilməmişdir. Beşinci “zənglərin detallaşması_553610407” faylı açıldıqda müəyyən edilmişdir ki, Musayev Rəcəb oğlunun istifadəsində olan ********** saylı mobil nömrəsində xx.xx.2019cu il tarixdə saat 13:58:14 radələrində ********* saylı mobil nömrəyə zəng edilmiş və 89 saniyə danışıq aparılmış, xx.xx.2019-cu il tarixdə saat 14:05:17-də ********** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsinə zəng edilərək 18 saniyə danışıq aparılmış, xx.xx.2019-cu il tarixdə saat 09:55:24 radələrində ********** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsinə zəng edilsə də danışıq aparılmamış,xx.xx.2019-cu il tarixdə saat 10:21:47-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsindən ********** nömrəsinə zəng edilərək 11 saniyə danışıq aparılmış, xx.xx.2019-cu il tarixdə saat 10:33:06-da Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsindən ********** nömrəsinə zəng edilərək 14 saniyə danışıq aparılmış, xx.xx.2019-cu il tarixdə saat 10:55:41-d Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsindən ********** nömrəsinə zəng edilərək 10 saniyə danışıq aparılmış, xx.xx.2019-cu il tarixdə saat 10:59:43-də 055 *** ** ** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsinə zəng olunaraq 26 saniyə danışıq aparılmış, xx.xx.2019-cu il tarixdə saat 12:33:11-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsindən 055 *** ** ** nömrəsinə zəng edilərək 62 saniyə danışıq aparılmış, xx.xx.2019-cu il tarixdə saat 12:20:54-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsindən 055 *** ** ** nömrəsinə zəng edilərək 164 saniyə danışıq aparılmış, xx.xx.2019-cu il tarixdə saat 12:25:13-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsindən 055 *** ** ** nömrəsinə zəng edilərək 12 saniyə danışıq aparılmış, xx.xx.2019-cu il tarixdə saat 12:31:10-da Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsindən 055 *** ** ** nömrəsinə zəng edilərək 66 saniyə danışıq aparılmış, xx.xx.2019-cu il tarixdə saat 10:16:18-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsindən 055 *** ** ** nömrəsinə zəng edilərək 7 saniyə danışıq aparılmış, xx.xx.2019-cu il tarixdə saat 13:35:22-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsindən ********** mobil nömrəsinə zəng edilərək 78 saniyə danışıq aparılmış, xx.xx.2019-cu il tarixdə saat 13:38:03-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsindən 055 *** ** ** nömrəsinə zəng edilərək 67 saniyə danışıq aparılmış, xx.xx.2019-cu il tarixdə saat 13:34:31 –də Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsindən 055 *** ** ** nömrəsinə zəng edilərək 240 saniyə danışıq aparılmış, xx.xx.2019-cu il tarixdə saat 13:41:43-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsindən 055 *** ** ** nömrəsinə zəng edilərək 26 saniyə danışıq aparılmış, 22.1.2019-cu il tarixdə saat 09:44:41-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsindən 055 *** **** nömrəsinə zəng edilərək 55 saniyə danışıq aparılmışdır (İV cild, i/v. 208-210). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, baxış aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə onun araşdırmaya təqdim etdiyi diskə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, diskdə 2.09, 1.31 və 19.09 dəqiqəlik 03 ədəd səs yazı faylı vardır. Baxış zamanı Zərərçəkmiş şəxs2 həmin səsyazılarını Təqsirləndirilən şəxs qanunsuz əməllərini qeydə almaq məqsədilə yazdığını bildirmişdir. Diskdə olan 2.09 dəqiqəlik səs yazısına baxış keçirən zaman 2 nəfər şəxsin söhbət etməsi müşahidə edilmiş, Zərərçəkmiş şəxs2 səs yazısında danışan ilk şəxsin Təqsirləndirilən şəxs olduğunu, digər səsin isə ona məxsus olduğunu bildirmişdir. Söhbət aşağıda göstərilən məzmunlu olmaqla, Zərərçəkmiş şəxs2 aid hissədə şərti olaraq “Ə”, Təqsirləndirilən şəxs adi hissədə “V” hərfi ilə qeyd edilmişdir. V- Sən Zaqatalalı deyilsən Ə – Məktəbi mən 3 ilə qurtarmışam V- 2 ilə də mən qurtarmışam Ə – Qardaş sən 2 ilə qurtarmısan maşallah sən də pis deyilsən, mən də V- aydın başa düşülmür... Ə- Allah haqqı hər şeyin qaydası var da Allah haqqı məndə də pul yoxdur, sən deyirəm gedib yazıram, mən də ustalara o qədər borc var, məni düzgün başa düş, ....(ardı anlaşılıan deyil)... halallıqla halal xoşun olsun ancaq onu siləcəksən... V- Silmişəm hamısını Ə- Yəni mən V- Mən sənə silmişəm deyirəmsə deməli silmişəm. Birdə heç vaxt eşidə bilmərsən ki, Təqsirləndirilən şəxs onu ikinci dəfə qoyub, başa düşdün məni? … ardı anlaşılan deyil...Arif dayım oğlundan çox üstündür, Arif əvvəldən dayım qızından ailə qurandan ilk dəfədir ki, mənə ağız açır, Arif mənə elə dirəndi ki, sizə necə deyim e, bəlkə öz yaxınım mənə elə dirənməz Ə- Sağolsun Arifi mən bir diyən sözü iki eləməmişəm, problem yoxdur işləyərsən verərsən V- Ancaq dünən mən sizinlə qarşı qarşıya çay içsəydim o 100 AZN-ə bağlanası söhbət idi. Ə- Məzələnmə? V- Quran haqqı Ə- Çay içirikdə bax indi 100 manat verib yola salacam V- Uje gecidir. Bilirsən mənim bir dənə şey xətrimə dəydi, bir yox iki şey, sən Zaqatalalı deyilsən,... anlaşılan deyil... Diskdə olan 1.31 dəqiqəlik səs yazısına baxış keçirən zaman 2 nəfər şəxsin söhbət etməsi müşahidə edilmiş, Zərərçəkmiş şəxs2 səsyazıda olan şəxsin özü və Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ə- ...anlaşılan deyil... V- mən kriminal şöbədə işləmişəm, ... anlaşılan deyil...14 ölkə 4 rayon üzrə, mən bu dəqiqə Zaqatala rayon prokurorunun müavinini sıxmışıq, ikinci töhməti verdirmişəm. Ə- anlaşılan deyil V- niyə?Kasıbı incidir Ə- anlaşılan deyil V- yox müavini Ə- Ə bilirsən necədir, düşmən nəyə lazımdıre adam eləyə, sən də özümüzünküsən bilirsən nətərdir V- Buranı görürsən mi, birinci moment buranı qoymamalıydın, Ə- Niyə V- Qəbiristanlığın yanında xeyirdir mi, kimsə icazə verib bura, Azərsu ilə Azər Miqrasiya İdarəsini çağırın bura, çünkü sabah Bakıya gedəndə ... anlaşılan deyil... Ə- ... Anlaşılan deyil...get ona mən deyərəm 100-200 verər V- Nə 200? Ə -... Anlaşılan deyil... V-... Anlaşılan deyil...nə danışırsan 200 ə? Ə- ... Anlaşılan deyil... V- Oranın qiyməti səninkindən yüksəkdir, sən ordan daimi xeyir götürüsən, sən hələ tikirsən, sənin hələ bir xeyirin yoxdur orda, Ə- Ay sağol V- O uje götürür, başa düşdün məni, Ə- birinci maqazinə mi gedək V- dayan birdənə siqaret alım ... anlaşılan deyil... Diskdə olan 19.09 dəqiqəlik səs yazısına baxış keçirən zaman 2 nəfər şəxsin söhbət etməsi müşahidə edilmiş, Zərərçəkmiş şəxs2 səsyazıda olan şəxsin özü və Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. V- bütün zaqatala meşələrini gəzirəm, mən gəlib sənə demədim ki, sən vergidən yayınırsan,anlaşılan bir dəfə görürəm oldu mu...anlaşılan deyil... Ə- Axaxlı Zahid divara mindirib, da mən ondan sonra Axaxlı Zahidə girişmisən fsyo da V- Axaxlı Zahid ... anlaşılan deyil.. bütün Zaqatalanın meşələrini gəzirəm, Ə- Nəbilirsən ki onu o edibdir V- Mən sizə bir sual, cavab verim, mənim əlimdə fakt olmasa, sübutum faktım, araşdırmasam, axıra çıxmasam, bax bu gün desinlər ki, Əhmədin fındıq sexində 10 nəfər adam işləyir, oldu mu? Onun 5-nin vergisi yoxdur, vergidən yayınır, diyərəm dəymə, başa düşdün?Bir adamın özünü göndərərəm ki, orda işə gir, sənin fındıq sexində adxot hara gedir, qırılmışlar hara tökülür, gündə neçə meşoq gəlir, neçəsi girir, neçəsi çıxır, neçə kilo meşoq hara gedir, bütün sistemləri mən yığmasam mən gəlib sənə demərəm ki, sən vergidən yayınırsan Ə- ...Anlaşılan deyil... V- Orasına qarışma neynirsən, bu sexlər vare, hamı nəsə güdür, hamı balasına baxır, ... alnaşılan deyil.... açığı mən qəti sənə tərəf Ə- Anlaşılan deyil.. araşdırılb girirsən deyıə V- Mən nə araşdırıram bilirsən mi, mən deyirəm bu riski eləyən bu xiyarlar olacaq, helə özümə ki, bu adam olacaq da bundan savayı bu dağı dartıb tikirsə bunu uje hazırlamışıq ora bunu da qoymaz ora bu giribdir, .... anlaşılan deyil....qoruma zolağına bu giribdir, burda artıq adam orda risk eləyə bilməz, ... anlaşılan deyil... Ə- Nənü dimədi hə heç nə , nənü heç nə demədi sənə V- Bu gün mü Ə- Yoxe dünən də V- Mənə dedi ki, yola gəlin, gələrik də, sora sən gəlib belə ...anlaşılan deyil... Ə- Anlaşılan deyil V- ... anlaşılan deyil.. eşitdim onu. Yo yox Allah haqqı tanımıram onu kimdir, mən birdənə qəssabı tanıyram, Sadiq dayı Ə- Nənü diyir bu gün. Diyir mənə əliylə həbelə elədi 4000-dir. V-....anlaşılan deyil.. girməsəydi, sən gəlib qapıda lazım olan 4000 pulun 4000-ini sənə girəcəkdi, özü də necə girəcəkdi bilirisən? O … anlaşılan deyil... qurtarmadan, çəkilişlə söküləcəydi. Ə-anlaşılan deyil V- .. Anlaşılan deyil... Ətin pulun verməyə getmişdim ora. Nənü didi ki. Məni indi Balakəndə polislər tutdu Ə- niyə V- Bazarın qabağında çekirdim diyə, apardılar şöbəyə, kapitan, salam əleyküm, əleyküm salam, dedim ə get dəftərxanadan mənim sənədlərimi götür, çıxart rəisin yanına özü ... anlaşılan deyil...qorxdu belə, mən səə söz deyirəm, get dəftərxanada mənim sənədlərim var, ... anlaşılan deyil..deyin ki, Təqsirləndirilən şəxs sizdə sənədləri var, kimsə deyib bura gəl çəkilişə görə, çıxdım gördüm, orta yaşlı polkovnik-leytenantdır, ..anlaşılan deyil... niyə gətirmisiz, cinayət törətmişəm?Siz çəkiliş, çəkiliş dediim azaddır, dövlətə vergi verirəm, Vöen-im var, bu da səndlər bax, zəhmət olmasa dəftərxanadan gələn məktubları mənə çıxart, ... anlaşılan deyil... Ə- ıı V- Çıxartın dedi, oyan bu yan, sms gəldi ona, nəsə serjantlara dedi çıxın siz çölə, otdu, Vüqar müəllim biz dost olmalıyıq, biz düşmən deyilik ki, dedi bazarı çəkmə içəridə nə qayırırsan qayır, dedim bunu sən serjantın deyiblər mənə, dedim mən boyda adamı gətirdin bura, Ə- indi bunun cəzası olmalıdır hə? V- .. anlaşılan deyil... Rəisin nömrəsini verdi, dedi nəsə problem olsa mən hazır, dedim ... anlaşılan deyil.. nə problem olasıdır ki, zəhmət olmasa məni gətirən maşınla yola salın, ...anlaşılan deyil... mindirmədi Ə- Mindirərmi , nəyinə lazımdır onu V- bu dedi ki, mən eləbildim adi jurnalistsən gəlmisən, dedim adi jurnalist nə vaxt görmüsüz ki, dövlət qrumuna məktub göndərə ki, təsisçisi .. anlaşılan deyil... mən buna cavabdehəm. Sizə məktub gəlibdir dedim, mənim bura ezamiyyət kağızına ehtiyac yoxdur daha, qanuna ehtiyac yoxdur, yenə də di ezamiyyə, dedim mən niyə ezamiyə vurdurmalıyam, sizdə məktubum var, dedi var, dedim hər an gələ bilərəm də, ... anlaşılan deyil...baxdı belə, dedi başa düşdüm.bir kəlimə, bütün şöbə ayağa durmuşdur,... anlaşılan deyil... dedim mən çay içəsi yerdə içmişəm, sizin də gəlib abu-havanızı gördüm, mənə bu bəsdir, bütün bu zaqatalanın meşələrini gəzmişəm, .. .. anlaşılan deyil... Ə- Yəgin maska da taxmısan başına V- .. anlaşılan deyil...maskadaydım.. .. anlaşılan deyil...Kitab dəftər hamısını tökdüm şöbədə, dedim araşdır, bir dənə səhv tapsam orda, .. anlaşılan deyil... bilirsən danıışmağın qaydası var, işi görməyin qaydası var, .. anlaşılan deyil...o serjanta deyərsən bir də mənim qabağıma çıxmasın, .. anlaşılan deyil...kim olsan da özünü təqdim edəməlisən, çünki mən sizin işçilərinizin yanına gələndə bura deyirəm salam əleyküm yorulmayasız Allah işinizi avand eləsin dedim buranın sahibinə deyərsiz ki, Qanunpress.com saytının baş redaktoru və təsisçisi Təqsirləndirilən şəxs Rəcəb oğlu gəlmişdir. Ə- o sayıt sənindir mi? V- haa, youtube saytı da mənimdir. .. anlaşılan deyil... Ə- Zahidin axırı noulduye V- Zahidlə işim yoxdur, Ə- Zahid diyir ki, birə kimi vaxt qoymuşduda sənə hə V- Birə kimi vaxt qoymuşdum Ə-O vermişdi yoxsa sən V- O Ə- sənə niyə V- Məndən üzr istə Ə- nə danışırsan sən , nouldu axırı V- 20 dəqiqədən mənə zəng vurdu ki, mən sənə nə dedim, get əlindən gələni 50 qaba çək, üzünə telefonu açan kimi atdım.. anlaşılan deyil... Ə- Məndən çox mu götürübsən ondan? V- Zahid mənə hər ay, hər 3 aydan bir özü məni götür Ə- İynəsini vurubsan hə V- İşimi görürəm, birdənə zəng vururam ki, Zahid müəllim gəlmişəm, dedi günortadan sonra görüşək, yarıms saat keçmədi, başqa adam zəng vurdu ki, Zahid sizə pay göndərib, hardasız, dedim filan yerdə, gəldi, Zahid müəllim pis adam deyil, Zahid müəllim qızıl adamdır, Ə- Hmm yaxşı adamdır V- Onun haqqında bir dənə yazı buraxmışam, X17 eyni səviyyədə, .. anlaşılan deyil... Ə- .. anlaşılan deyil.... heç nə fikirləşmirəm, niyə olsune problem duran yerdə, .. anlaşılan deyil... V- .. anlaşılan deyil...biz duraq, .. anlaşılan deyil...çöldən qapını bağlamışam, uşaqlar .. anlaşılan deyil... Ə- .. anlaşılan deyil... V- Çay içdiyimiz qədər oldu, Ə- kişiyə deyəcəm bu dəqiqə gətirəcək.. anlaşılan deyil... V- əziyyət çəkmə, .. anlaşılan deyil... Ə- Əmi, hazır olur? Gətir olan bəsdir,sağol var ol V- .. anlaşılan deyil.. Ə- .. anlaşılan deyil... V- evlisiz mi? Ə- hə V- neçə ildir ailəlisiniz Ə - üç dənə V- qız , oğlan? Ə- oğlandır V- 3-də? Ə- eeh Vüqar, bu gün səhər-səhər inanırsan nətər ayıtdılar yuxudan V- Kim ayıtdı Ə- .. anlaşılan deyil... birdə görürsən yazıblar nəsə qoyublar sayıta, dedim ə bu oğlanın işidir, V- bütün maddələri qoymuşdum Ə- görmüşəm V- Ağsaqqal kişi noulduye Ə- .. anlaşılan deyil... V- Sağol dayı .. anlaşılan deyil...Saleh müəllim kimdir sizdə Ə- Hamı bilirdə əşi səni tanımayan mı var? V- .. anlaşılan deyil...bir dənə siz tanımadız Ə- Mən bilirsən nətər oldu, məni prosta tələsdirdilər uşaqlar, mənə zəng eləyib deməsəydilər zor olardı, V- niyə Ə- çəkib 100 manata başın bağlayasıydıqda, lazımıydı bu mənə V- Zəng vurdular? Ə- Mənə zəng vurdular, şəkillərin çəkir oranın Vüqar , dedilər get onnan 100, 200-ü danış onla, prosto sən gördüm yön göstərirdin Nənüyə, qanun manun zad, mən səndən birinci narmalnı , sən birdənə sifət elədin, dedim yox ə , bu nəsə yəgin qərəzlidirdə məndən, yəgin gəlib qərəzi var yəgin, indi vüqar bilirsən nətər sabah indi bax orda onu tikirəm, başqa yerdə nəsə tikərik bildin necə mənim işim tikintidir, bildin necə, yəni mən nəyi deyirəm e sabah birisigün indi daha çay içmişikdə V- mən səni harda obyekt tiksən gələrəm ora, Ə- sağol varol V- sənə açığın deyirəm,çünki ataların bir sözü var, məscidin qapısı açıqdır-açıqdır itin mərfətinə nə gəlib, başa düşdünüz? Ə- .. anlaşılan deyil...Əslində bu dəqiqə indi inanırsan. sənə deyim Vallah o min manat yoxumdur, mən sənə verirəm 500 səhər də 10-da 11-də o birisini də verərəm şeyə ondan götürsən V- Kimə Ə- .. anlaşılan deyil... V- qəssəbxanaya ver, Nənüyə Ə- Nənüyə niyə, problem yoxdur, qoyaram ora.. anlaşılan deyil...day fsyo da fsyo V- Fsyo Ə- Silirsən də onu, bir girib baxsana, mənim Allaha and olsun yoxam .. anlaşılan deyil...yaz birdənə Facebooka mənim ad familyamı V- Sənin ad-familyan yoxdur Ə- Yoxdur yox V- Heç vaxt heç kimin ad familyası .. anlaşılan deyil... Ə- Nədür ki, V- Prokurorluq haqqında Ə- Prokurorla nə işin vare, prokurorluq .. anlaşılan deyil... V- Yoo prokurorla deyil, müavinlə Ə- Müavin, prokuror eyni adamdır ay qardaş V- yox çox fərqi var, çox fərqi var Ə- Niyə . uşaqlar deyir ki, nəsə prokuror dilxor olubdur hə? .. anlaşılan deyil... Dedim ə o dilxordursa indi mənə nə gəlib, .. anlaşılan deyil... V- Yo sizə nə olub ki, söhbət qurtardı da uje Ə- bilirəm o vaxtı da V- Prokurorun müavinini o deyil, toyuğ .. anlaşılan deyil... Ə- Niyə V- Adam göndərir ki,sən get imtina ərizəsi yaz, .. anlaşılan deyil... Ə- .. anlaşılan deyil... V- Prokuror çağırıb, olmayan qəzanı sənin üzərinə atır, müavin, Vüqar, niyə atmalıdır ki, sənin üstünə, bu hadisəni törətməmisən, sən vətəndaşa niyə deməlisən ki, zərərçəkmiş şəxsi qarışqa edib, biz o adamı tanımırıq prokurorluqda, Vüqara diyir sən barışıq ərizəsi yaz, mən sizi barışdırım,o adam deyir mən onu tanımıram o məni tanımır, mən onun maşınına vurmamışam, mənim maşınım nə vaxtdır evdədir, sən kimsən, başa düşdün? o vətəndaşı burda sıxır, cinayəti axtarmır, şübhəli şəxsi gətirib içəri salır və özüdə diyir ki, mənə daxil olmuş qeyri-rəsmi məlumata görə, şöbədən heç vaxt qeyrirəsmi məlumat daxil olmur, rəsmi məlumat daxil olur, fakt və sübutlar, sən prokuror müavinisən, sən durub bunu vətəndaşa diyirsən ki, mənə daxil olan qeyri-rəsmi məlumatda, qeyri-rəsmi nədəə biz futbol oynayırıq burda, .. anlaşılan deyil...sən sabah, birisigün prokuror gedəsi adamsan qeyri-rəsmi sözü nədir qanunda Ə- məsləhət sənindir, sənin öz işindir, mən özümdə sənə deyirəm mən şöbənin qapısını tanımıyan adamam, bilirsən nə barədə yəni .. anlaşılan deyil... V- Başa düşdüm sizi Ə- Olube nəsə bir şey olmur mu, olur, narazılıq nəsə, səndən nətər yoluna qoydum hə belədə, bildin necə, oturmuşam çay içmişəm sağol varol qadası, getdi , əvvəllər indi durub sənin işin başqadır mən ortada iş görən adamam V- Bəli, bəli o olmalıdır siz, bizdən çox adamla ünsiyyətdə olursuz, onlar bizi görmək istəmirlər (İ cild, i/v. 92-99). Cinayət işi materiallarında olan 11 mart 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Şahid tərəfindən təqdim edilmiş CD diskə onun iştirakı ilə baxış aparılmışdır. Həmin CD disk “HP” markalı kompüterə daxil edilib açıldıqda “Əyyubla olan danışıqlar”, “Vüqarla olan danışıqları”, “Əfqanla olan danışıqlar” adlı 3 ədəd qovluğun olması müşahidə edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, “Əyyubla olan danışıqlar” adlı qovluqda 46 ədəd audio fayl vardır. Baxış da iştirak edən Şahid bildirmişdir ki, həmin audio fayllar Zərərçəkmiş şəxs2la aralarında “Whatsapp” mobil tətbiqi vasitəsilə qarşılıqlı olaraq göndərilmiş səs mesajlarıdır. Həmin audio faylların məzmunu Şahid Təqsirləndirilən şəxs məxsus səs yazısının silinməsi ilə əlaqədar Zərərçəkmiş şəxs2 xahiş etməsi, Təqsirləndirilən şəxs “cumhuriyyət.az” qəzetində tikinti işləri ilə əlaqədar bütün sənədlərin qaydasında olması, bununla bağlı üzr istəməsi kimi paylaşımlar etməsi, Təqsirləndirilən şəxs problemli bir şəxs olması, Zərərçəkmiş şəxs2 Şahid Təqsirləndirilən şəxs səs yazını siləcəyi ilə əlaqədar vəd verməsi, Təqsirləndirilən şəxs heç bir əsas olmadan 3000 pul almaq niyyətində olmasından ibarətdir. Bundan sonra Şahid bildirmişdir ki, həmin qovluqda olan “AUDİO-2023-02-21-19-05- 21_2” və “AUDİO-2023-02-21-19-05-22” başlıqlı audio fayllarda olan səs Təqsirləndirilən şəxs məxsusdur, həmin səs mesajlarında Təqsirləndirilən şəxs səs yazılarının silinməsi halında kömək edəcəyi şəxs kimi Zərərçəkmiş şəxs2 nəzərdə tutmuşdur. Qeyd edilən audio fayllardan görünür ki, Təqsirləndirilən şəxs səs yazıları silinəcəyi halda qalıq 6 metr torpaqda tikinti işlərini yoluna qoyacağını, həmin işlərlə əlaqədar və yaxud çəkdiyi xərclərlə əlaqədar dövlətdən təzminat alınmasında kömək edəcəyini bildirmişdir. “Vüqarla olan danışıqlar” qovluğuna daxil olduqda “2”, “22”, “222” başlıqlı üç ədəd qovluğun olması aşkar olunmuşdur. “2” başlıqlı qovluqda 30 ədəd audio fayl vardır. Baxış da iştirak edən Şahid bildirmişdir ki, həmin audio fayllar Təqsirləndirilən şəxs ilə arasında Zərərçəkmiş şəxs2 qeydə aldığı sonuncunun səs yazısının silinməsi ilə bağlı “Whatsapp” mobil tətbiqi vasitəsilə qarşılıqlı olaraq göndərilmiş səs mesajlarıdır. Qeyd edilən audio fayllardan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2la səs yazısının silinməsi ilə bağlı Şahid xahiş etməsi, Təqsirləndirilən şəxs özünün paylaşdığı yazıları silməsi, Şahid xətrinə Zərərçəkmiş şəxs2 pul almaması, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 500 manat təklif etməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 narahat etmək niyyətinin olması barədə fikirlər səsləndirilmişdir. “22” başlıqlı qovluqda 28 ədəd audio fayl vardır. Baxış da iştirak edən Şahid bildirmişdir ki, həmin audio fayllar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 apardığı tikinti işləri ilə əlaqədar paylaşımların silinməsi üçün sonuncunun xahişi ilə Təqsirləndirilən şəxslə “Whatsapp” mobil tətbiqi vasitəsilə qarşılıqlı olaraq göndərilmiş səs mesajlarıdır. Həmin audio fayllarda paylaşımların silinməsi üçün Zərərçəkmiş şəxs2 Şahid vasitəsilə ilə 1000 manat pul təklif etməsi, Təqsirləndirilən şəxs 1000 manat pulun ciddi bir məbləğ olmaması, cibində olan 100-130 manat pulu Zərərçəkmiş şəxs2 verib təklif etdiyi 1000 manatın üzərinə qoymaqla qatıq alıb üzünə çəkməsi, Zərərçəkmiş şəxs2 onun özünə 1000 manat daha sonra isə 100 manat verəcəyi ilə əlaqədar təklif etməsi, onun dediklərini etmədiyi halda Zərərçəkmiş şəxs2 xeyli xərc çəkdiyi tikilini sökdürəcəyi, Zərərçəkmiş şəxs2 Bakı şəhərinə gələrək bütün işlərini yoluna qoymalı olduğunu, Zərərçəkmiş şəxs2 onun özü ilə əlaqə saxlaması, Təqsirləndirilən şəxs məsələni yoluna qoyacağı təqdirdə Zərərçəkmiş şəxs2 onun xahişlərini yerinə yetirəcəyi barədə Şahid barədə fikirlər səsləndirilməsi müşahidə olunur. “222” başlıqlı qovluqda 30 ədəd audio fayl vardır. Baxış da iştirak edən Şahid bildirmişdir ki, həmin audio fayllar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 apardığı tikinti işləri ilə əlaqədar paylaşımların silinməsi üçün sonuncunun xahişi ilə Təqsirləndirilən şəxslə “Whatsapp” mobil tətbiqi vasitəsilə qarşılıqlı olaraq göndərilmiş səs mesajlarıdır. Qovluqda olan audio fayllar dinlənilmiş və müəyyən edilmişdir ki, Şahidla Təqsirləndirilən şəxs arasında Zərərçəkmiş şəxs2 apardığı tikinti işləri ilə əlaqədar paylaşımların silinməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2la sonuncuya məxsus sexdə görüşüb söhbət etməsi, Zərərçəkmiş şəxs2 həmin görüş zamanı Təqsirləndirilən şəxs 500 manat pul təklif etməsi, Təqsirləndirilən şəxs həmin məbləği qəbul etməməsi, paylaşımları silməsi barədə fikirlər səsləndirilmişdir. Şahid bildirmişdir ki, həmin qovluqda olan “AUDİO-2023-02-21-19-02-18_1” başlıqlı audio faylda olan səs yazısı Təqsirləndirilən şəxs məxsus olmaqla aralarında olan danışıq zamanı sonuncu tərəfindən ona “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərilmişdir. “AUDİO-2023-02-21-19-02-18_1” başlıqlı audio fayl 48 saniyədən ibarətdir, həmin səs yazısında Təqsirləndirilən şəxs tərəfindən “deyir əsəbi olmuşam nə dediyimi bilmirəm. İndi sevinmişəm ki, Arifin zadın, Əfqanın sizin adam olduğunu. İndi mən bu yetimə nağarım, bu yetimçəyə nağarım. Gəlib borzu-borzu danışıb, indi qabağımda qalıbdı Arif qardaş. Özün bilirsən ki, buna qoysam qılçaları göyə qalxasıdı, 11 metrədən düşməyəsidi. Sənin son sözün nədi, Nə deyim buna? Bax Əfqan qırağa istəristəməz yeznəsən sənin də başın uca olmalıdı ki, filankəsin qohumu mənə keçdi deyib başa düşdün?. Nə deyim bax 4000-dən 3000-ə düşdüm. 3000-dən nəyə düşüm. Mənə nə qalacaqdı? Mənim işçilərimin pulu var, ofisi var, yazısı var, pozusu var qurban olum sənə”. “Əfqanla olan danışıqlar” adlı qovluğa daxil olduqda 23 ədəd audio faylın olması müşahidə edildi. Baxışda iştirak edən Şahid bildirmişdir ki, həmin audio fayllar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 apardığı tikinti işləri ilə əlaqədar paylaşımların silinməsi üçün sonuncunun xahişi ilə Əfqan adlı şəxslə aparılmış danışıqlar zamanı “Whatsapp” mobil tətbiqi vasitəsilə qarşılıqlı olaraq göndərilmiş səs mesajlarıdır. Şahid bildirmişdir ki, “AUDİO-2023-02-21-18-59-02.m4a” başlıqlı audio fayl Zərərçəkmiş şəxs2 ona “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərdiyi səs mesajıdır. “AUDİO-2023-02-21-18-59-02.m4a” başlıqlı audio fayl 1 dəqiqə 40 saniyədən ibarət olmaqla “Arif necəsən, axşamın xeyir. Ə inanırsan səhər elə sənə yazası idim, bu iki gündə başım qarışdı, dünən, bu gün gələmmirəm ora. Ə bu sənin qohumdu eşitdim elə. Kənanla danışırdım, o Kişvər yox idi, ev alan? Onun maşını yanıb, Kənan görürəm video atıb maşın yanan. Elə Kənanla söhbət eliyirdim, dedim ə, hə bidənə belə bir şey var, abidədə mazqi xarablıyırlar, şəkillər çəkib zad. Deyir ə Arifin qohumudur. Yoldaşının bibisi oğlu olur. Ə bu Vüqar şərəfsiz adamdır adaş, xətrinə dəysə də, dəyməsə də deyim. Dünən uşaqlar zəng vurdu dedi gəlib o şəkillər ora, abidənin, o pul istəyəcək qoymada. Nəsə getdim yanına istədim dilə zada tutum, gördüm yox ey bu nəsə gəlmir ortalığa. Mən də hirsləndim qovdum onu. Hmm.., hirsləndim onu qovdum, bu gün də abidənin çəkib şəkillərini, həmin şəkilləri paylaşıb saytlarda zadda, nə bilim Zaqatala saytı, ora-bura nə gəldi danışır, yutuba qoyur, mazqi xarab eliyir, ürək bulandırır, heç nə olmur e, camaatında çoxu Allaha şükür tikintiyə tərəfdir. Prosta baxma da ürək bulandırır. Ə bunu bir dənə qardaşı nə təhər eliyək, necə eliyək bunu? İndi sənin tanışdı da, götürüb mənim sexəmi gələsən, yoxsa heç mənim sexə gəlmə oturaq bir çayxana da nədi bir 100-200 verək silsin o videoları şəkilləri zadı oradan cəhənnəm olsun getsin. Lap bir dənə cala nömrəsini də at denən a kişi, elə şey eləmə də denən, onun yanında işləyirik, indi qohumluq var, tanışlıq var, illərdi bir-birimizi tanıyırıq, sən indi niyə pislik edirsən? Elə bir münasibətin varsa, bir dənə cala bizi lap mən onunla oturub söhbət eliyim məsələləri yoluna qoyaq.” məzmunludur (İ cild, i/v. 164-166). Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyindən rayon prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli, 11-5-11/2-076/2023 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Media Reyestrinə daxil edilməmişdir (İ cild, i/v. 152). "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 1-2-39/2-49/2023 nömrəli məktubda göstərilmişdir ki, “Qanun press” qəzeti ilə bağlanılmış müqavilə əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti 529-cu məhəllə ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasında adıçəkilən qəzetin fəaliyyəti üçün sahə ayrılmışdır. "xxxx" MMC ilə bağlanmış müqavilədə “Qanun press” qəzeti Zərərçəkmiş şəxs3 tərəfindən təmsil olunmuş və həmin şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs barəsində "xxxx" MMC-də heç bir məlumat yoxdur (İ cild, i/v. 183). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş +**********07 nömrəsi ilə arasında olan “Whatsapp” mobil tətbiqi vasitəsilə həyata keçirilmiş yazışmanın fotoşəklindən görünür ki, +**********07 nömrəsindən ona 28 MB həcmində video görüntü göndərilməklə “Bax ay serxan melim nice edek özun gorusen, ne deyirsiniz, bunlara, zengime cavabda vermisen, ne deyirsiniz bu vidiyonu saite buraxim yoxsa yox qerarinizi gozduyurem” məzmunlu mesaj ünvanlanmışdır. +**********07 nömrəsindən isə xx.xx.2019-cu il tarixdə https://youtu.be/kvQQkV3oG0g, https://i2.wp/com/www/cumhuriyyet.net/wp-content/uploads/2019/11/rr-16-5.jpglink göndərilmişdir (İİİ cild, i/v. 51). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 5/1132 nömrəli, 17 avqust 2023-cü il tarixli rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs Zaqatala rayon prokuroru Rasim Musayevin adına ünvanlanmış məktublarda olan möhür əksləri axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş zərfin üzərində olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs Zaqatala rayon prokuroru Rasim Musayevin adına ünvanladığı məktublardakı möhür əkslərin təsvirləri və zərfin üzərində olan möhür əksləri ekspertizaya təqdim edilmiş “Azərbaycan Respublikası X23 Qanunpress.com” məzmunlu möhürün əks nümunləri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs Zaqatala rayon prokuroru Rasim Musayevin adına ünvanlanmış məktublardakı möhür əsklərinin təsvirləri və zərfin üzərində olan möhür əksləri ekspertizaya təqdim edilmiş “Qanun Press” qəzet redaksiyasının möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası X23 Qanunpress.com” məzmunlu möhürün klişesi fotopolimer üsulla hazırlanmışdır (V cild, i/v. 191-196). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DTX-nin Zaqatala RŞ-dən rayon prokurorluğuna daxil olmuş materialdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “Feysbuk” sosial şəbəkəsində ona məxsus səhifədə Azərbaycan Respublikası Prezidentinə, DİN-nə və Zaqatala RPŞnə ünvanlanmasını əks etdirən məktublar paylaşılmışdır. İlk iki məktubun blankında “Azərbaycan Rrespublikası Qanunpress Xəbər portalı”, sonuncu məktubun blank hissəsində isə “Azərbaycan Respublikası Qanunpress.com Xəbər portalı” söz birləşmələri qeyd edilmiş, müraciət müəllifi kimi “Baş direktor Təqsirləndirilən şəxs” qeyd edilmiş, məktub “Azərbaycan Respublikası Qanunpress.com X23”na məxsus möhürlə təsdiqlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özünü “Azərbaycan Respublikası Qanunpress Xəbər portalı”nın baş direktoru kimi təqdim etməklə rayon prokurorluğuna xx.xx.2023-cü il tarixli, 23 nömrəli məktubla adıçəkilən xəbər portalına məxsus blankdan istifadə etməklə müraciət ünvanlamışdır. Analoji hal Təqsirləndirilən şəxs tərəfindən rayon prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli, 24 nömrəli məktubda müşahidə edilmiş, həmin məktubun qoyulduğu zərfdə də “Azərbaycan Respublikası Qanunpress.com X23”na məxsus möhür əkslərinə rast gəlinmişdir (İ cild, i/v. 51-53, 181, 208-209). Cinayət işinin materiallarında olan məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Zaqatala RİHB-nin Aşağı Tala inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 25 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs yoldaşı -X13, 2010-cu il təvəllüdlü qızı - X27 və 2012-ci il təvəllüdlü qızı - X9 ibarət ailə tərkibi vardır (İ cild, i/v 239). Cinayət işinin materiallarında olan məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Zaqatala RİHB-nin Aşağı Tala inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur (İ cild, i/v 241). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, əvvəllər məhkum olunmamışdır (İ cild, i/v 231-232). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i/v 273-274). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli Zaqatala Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i/v 284-288). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilmiş və qərar razılaşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs əməlində CM-in 178.2.1, 182.2.1, 182.2.4, 32.4, 312.2-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan əlavə, X7 müraciəti üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadə etdiyi “Qanunpress.com” möhürünü əldə etdiyi mənbənin müəyyənləşdirilməsi üçün və müvafiq araşdırmanın aparılması üçün hazırki cinayət işindən material ayrılmışdır (cild V, i/v 198-260). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala Rayon Sektorunun xx.xx.2024cü il tarixli arayışlarından görünür ki, R.Şabanov adına Aşağı Tala kənd 3 nömrəli məktəbdə 2023-2024-cü tədris ilində X28 Vİ b sinfində və X35 Vİİİ b sinfində təhsil alırlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nin Aşağı Tala inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, Musayeva (Əfəndiyeva) Şəlalə Məsud qızı ilə Təqsirləndirilən şəxs arasında Zaqatala rayon Qeydiyyat şöbəsi tərəfindən 24 nömrə ilə qeyd edilmişn olan 05 mart 2010-cu il tarixli nikah pozulması və Təqsirləndirilən şəxs 08 yanvar 2015-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 140 (bir yüz qırx” manat, hər uşağa 70 (yetmiş) manat aliment tutulub 20 iyul 2010-cu ildə anadan olmuş Aysunun və 13 yanvar 2012-ci ildə anadan olmuş Cansunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ucar şəhəri, H.Əliyev küçəsi bina 103, mənzil 3-də yaşayan Musayeva (Əfəndiyeva) Şəlalə Məsud qızına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X18 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, vəsatət vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə bir sıra halların aydınlaşdırılmasının zəruri olmasını vacib hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Mətbuat X41 02 aprel 2014-cü il tarixli qərarı ilə “reket nəşrlərin siyahısı”na daxil edilmiş “Dünya Kriminalı” qəzetində şöbə müdiri qismində işlədiyi müddətdə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən ona verilən informasiyanın doğru-dürüstlüyünü yoxlamalı, jurnalist hüquqlarından şəxsi mənafeyi üçün istifadə etməməli olduğu halda tamah niyyəti ilə xx.xx.2019-cu il tarixdə işlədiyi yerə təqdim etmək üçün sağlamlıq haqqında arayış lazım olduğu üçün Şəki RMX-na müraciət edən zaman xəstəxanada baş tibb bacısı vəzifəsində işləyən X19 tərəfindən 10 manat məbləğində pul tələb edilərək alınması barədə yuxarıda adıçəkilən qəzetin bölgə müxbiri kimi fəaliyyət göstərmiş X3 ona verdiyi məlumatın həqiqiliyini yoxlamadan xx.xx.2019-cu il tarixdə istifadəsində olan 055 *** ** ** nömrəsi ilə Şəki RMX baş həkiminin sabiq müavini Zərərçəkmiş şəxs4 055 *** ** ** nömrəsinə zəng edib Səxavət Cavadovdan qanunsuz olaraq 10 manat məbləğində pul vəsaitinin tələb edilərək alınmasını və bununla əlaqədar videogörüntünün olduğunu söylədikdən sonra həmin görüntünü “Dünya Kriminalı” qəzetində, həmçinin qəzetə məxsus saytda yayımlayacağı ilə hədə-qorxu gələrək, videogörüntünün yayımlanmaması üçün ondan 1000 manat məbləğində pul vəsaitini hədə qorxu yolu ilə tələb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən Azərbaycan Respublikası Mətbuat X41 02 aprel 2014-cü il tarixli qərarı ilə “reket nəşrlərin siyahısı”na daxil edilmiş “Dünya Kriminalı” qəzetində şöbə müdiri qismində işlədiyi müddətdə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən ona verilən informasiyanın doğru-dürüstlüyünü yoxlamalı, jurnalist hüquqlarından şəxsi mənafeyi üçün istifadə etməməli olduğu halda tamah niyyəti ilə xx.xx.2019-cu il tarixdə yuxarıda adıçəkilən qəzetin bölgə müxbiri kimi çalışmış X4 azyaşlı uşağı barəsində olan laboratoriya analiz nəticələrinin təqdim edilməsi müqabilində Şəki Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkim-mikrobioloq işləyən X20 tərəfindən 10 manat məbləğində pul vəsaitinin tələb edilməsi barədə qəzetin digər bölgə müxbiri qismində işləmiş X3 qeydə alaraq ona göndərdiyi videögörüntülərin və məlumatın həqiqiliyini yoxlamadan xx.xx.2019-cu il tarixdə istifadəsində olan 055 *** ** ** nömrəsi ilə Cəmilə Mənəfovanın əri Zərərçəkmiş şəxs5 istifadəsində olan 055 *** ** ** nömrəsinə zəng edib, Cəmilə Mənəfovanın rüşvət almasına dair əlində videogörüntü olduğunu söylərək həmin görüntünü “Dünya Kriminalı” qəzetində, həmçinin sosial şəbəkələrdə yayımlayacağı ilə hədə-qorxu gələrək, videogörüntünün yayımlanmaması üçün ondan 500 manat məbləğində pul vəsaitini hədə qorxu yolu ilə tələb etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Mətbuat X41 02 aprel 2014-cü il tarixli qərarı ilə “reket nəşrlərin siyahısı”na daxil edilmiş “Dünya Kriminalı” qəzetində şöbə müdiri qismində işlədiyi müddətdə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən ona verilən informasiyanın doğrudürüstlüyünü yoxlamalı, jurnalist hüquqlarından şəxsi mənafeyi üçün istifadə etməməli olduğu halda tamah niyyəti ilə xx.xx.2019-cu il tarixdə Zaqatala şəhəri Bayraq meydanı adlanan ərazidə yol hərəkəti qaydalarını pozduğuna görə idarə etdiyi avtomobilin cərimə meydançasına aparılması, nəqliyyat vasitəsinin buraxılmasına görə xx.xx.2019-cu il tarixdə Zaqatala RPŞ-nin DYPB-nin rəisi vəzifəsində xidmət edən Zərərçəkmiş şəxs6 ondan 100 manat məbləğində pul vəsaiti alması barədə qohumu X12 ona şifahi qaydada verdiyi məlumatın həqiqiliyini yoxlamadan bu barədə “Cümhuriyyət.az” platformasında məqalə dərc etdikdən sonra, xx.xx.2019-cu il tarixdə istifadəsində olan 055 *** ** ** nömrəsi ilə Zərərçəkmiş şəxs6 istifadəsində olan 055 *** ** ** nömrəsi ilə aralarında həyat keçirilmiş telefon danışığı zamanı barəsində yayımlanmış məqalənin silinməsi, əks halda əlavə rüsvayedici məlumatlar paylaşacağını bildirib hədə-qorxu gələrək, bunun müqabilində sonuncudan 500 manat məbləğində pul vəsaitini hədə-qorxu yolu ilə tələb etmişdir. Bundan başqa o, təkrarən Zaqatala şəhərində ərzaq məhsullarının topdansatışı ilə məşğul olan sahibkar Zərərçəkmiş şəxs1 əmlakını tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq, yəni hədə-qorxu yolu ilə ələ keçirmək qərarına gələrək bu cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcə qəsdən admini olduğu “Feysbuk” sosial şəbəkələrində həmin şəxsin xarab və istifadə müddəti bitmiş ərzaq məhsullarının satışını həyata keçirməsi barədə yalan məlumatlar paylaşmış, daha sonra işgüzar nüfuzunun ləkələndiyini görən Zərərçəkmiş şəxs1lə telefon vasitəsilə apardığı danışıqlar zamanı sonuncudan hədə-qorxu yolu ilə, yəni rüsvayedici məlumatlar yayması ilə bağlı hərəkətlərini dayandırıb paylaşımların silinməsi müqabilində pul tələb etmiş və 31 dekabr 2022-ci il tarixdə tanışı X26 vasitəsilə Zaqatala rayonu, Aşağı Tala kəndində Zərərçəkmiş şəxs1 400 manat pul aldıqdan sonra sonuncunun barəsində paylaşdığı rüsvayedici məlumatları silmişdir. Bundan başqa o, təkrarən Zaqatala rayonu Yuxarı Tala kənd sakini Zərərçəkmiş şəxs2 “M5 Yevlax-Zaqatala-Gürcüstan” yolu ilə Zaqatala şəhəri, Nizami Gəncəvi prospektinin kəsişməsində yerləşən, X44 zamanı həyatlarını itirmiş şəxslərin xatirəsinə ucaldılmış abidənin arxasında sahibkarlıq məqsədilə tikinti işləri apardığını bilib həmin şəxsə məxsus əmlakı tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq, yəni hədə-qorxu yolu ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə vahimə və qorxu yaratmaq məqsədilə əvvəlcə qara rəngli üz maskası geyinmiş vəziyyətdə tikinti işlərinin aparıldığı yerə gələrək açıq-aşkar obyektin fotoşəkillərini çəkərək tikinti işlərini həyata keçirən şəxslərə özbaşına özünü vəzifəli şəxs kimi, yəni “Qanunpress.com” saytının baş redaktoru və təsisçisi kimi təqdim etmiş, daha sonra 2023-cü il yanvar ayının ortalarında Zərərçəkmiş şəxs2la Zaqatala rayonu Yuxarı Tala kəndində görüşən zaman barəsində rüsvayedici, yəni həyata keçirilən tikinti işlərinin yuxarıda qeyd edilən abidənin görünüşünə xəlil gətirməsi və tikinti işlərinin qanunsuz aparılması barədə məlumatları internetdə yayacağı ilə hədələyərək, hədə-qorxu yolu ilə 4000 manat pul tələb etmiş, lakin həmin pul vəsaiti verilmədiyindən Təqsirləndirilən şəxs admini olduğu, “Feysbuk” sosial şəbəkəsində özünə məxsus “Qanun Press” adlı səhifədə müvafiq məzmunlu rüsvayedici məlumatlar paylaşsa da Zərərçəkmiş şəxs2 tərəfindən ona pul tələb etməsi ilə bağlı danışıqlarının qeydə alınmasına dair məlumat verildikdən sonra sonuncunun onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyindən ehtiyatlanaraq həmin səhifədə üzrxahlıq məzmunlu paylaşım etmişdir. Qeyd edilən hal cinayət işinin mübahisəsiz hallarından biridir. Habelə bundan başqa o, 2023-cü ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs2 məxsus inşası davam edən tikilinin fotoşəkillərini çəkən zaman tikinti işlərini aparan şəxslərə “Qanunpress.com” saytının baş direktorunun fiziki şəxs Zərərçəkmiş şəxs3 olmasına baxmayaraq özbaşına özünü vəzifəli şəxs kimi, yəni “Qanunpress.com” saytının baş redaktoru və təsisçisi kimi təqdim etmiş, bu hərəkətlərinin davamı olaraq “Feysbuk” sosial şəbəkəsində özünə məxsus “Qanun Press” adlı səhifədə saxtalaşdırdığı “Azərbaycan Respublikası Qanunpress xəbər portalı” blankı ilə nömrəsi və tarixi qeyd edilməyən adıçəkilən xəbər portalının “baş direktoru” qismində Azərbaycan Respublikası Prezidentinə, həmin blankla eyni vəzifəni daşıyan şəxs kimi Azərbaycan Respublikası daxili işlər nazirinə 01 nömrəli, xx.xx.2023-cü il tarixli, həmçinin saxtalaşdırdığı “Azərbaycan Respublikası Qanunpress.com xəbər portalı” blankı ilə nömrəsi və tarixi qeyd edilməyən sözügedən portalın “baş direktoru” qismində Zaqatala RPŞ-nə öz imzası və istintaqa məlum olmayan mənbədən əldə etdiyi aşkar surətdə “Azərbaycan Respublikası Qanun Press qəzeti redaksiyası”na məxsus möhürlə eynilik təşkil etməyən “Azərbaycan Respublikası Qanunpress.com X23” möhürü ilə təsdiq edilmiş müraciətlər ünvanlamasını əks etdirən hazırladığı saxta məktubların fotoşəkillərini paylaşmış, bununla kifayətlənməyərək digər rəsmi sənəddən istifadə etmək məqsədi ilə saxtalaşdırdığı “Azərbaycan Respublikası Qanunpress xəbər portalı” blankı ilə özünü göstərilən portalın “baş direktoru” qismində təqdim edərək istintaqa məlum olmayan mənbədən əldə etdiyi aşkar surətdə “Azərbaycan Respublikası Qanun Press qəzeti redaksiyası”na məxsus möhürlə eynilik təşkil etməyən “Azərbaycan Respublikası Qanunpress.com X23” möhürünün axınlı printerdən çap edilmiş əksi ilə təsdiq edib Zaqatala rayon prokurorluğuna 23 nömrəli, xx.xx.2023-cü il tarixli və 24 nömrəli, xx.xx.2023-cü il tarixli məktublar ünvanlamaqla bilə-bilə saxta sənədlərdən istifadə edib, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə Zərərçəkmiş şəxs3 heç bir məlumatı olmadan, həmçinin ona məxsus redaksiya ilə hər hansı bir əsasla bağlılığı olmadığı halda həqiqiliyi şübhə doğuran məlumatların yayılmasına səbəb olaraq Zərərçəkmiş şəxs3 işgüzar nüfuzunun ləkələnməsi, əhali arasında gözdən düşməsi ilə ifadə olunan digər hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 310, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilərək ona ittiham elan edilmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı çıxış edərək Azərbaycan Respublikası CM-nin 182.2.2, 310, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan CMnin 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsinin çıxarılmasını və ona irəli sürülmüş ittiham CM-nin 182.2.2, 310 və 320.1-ci maddələri ilə müdafiə etdiklərini bildirərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin müdafiə olunan ittiham üzrə davam etdirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Dövlət ittihamçısı mövqeyini belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs CM-in 320.1 və 320.2-ci maddələri ilə elan olunmuş ittihama əsasən, o, hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamış, bilə-bilə saxta sənəddən istifadə etmişdir. Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmanı ehtiva edir. Həmin Məcəllənin 320.2-ci maddəsində CM-in 320.1-ci maddəsində göstərilmiş biləbilə saxta sənədlərdən istifadə etmə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 17.4-cü maddəsində göstərilmişdir ki, CM-nin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətin məcmuyunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 39-cu bəndinə əsasən, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur . Beləliklə, Qanunun yuxarıda şərh olunan normalarının mənasına görə, CM-in 320.2ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti rəsmi sənədləri özü saxtalaşdırmayan, digər şəxslər tərəfindən saxtalaşdırılan rəsmi sənədlərdən onların saxta olduğunu bilə-bilə istifadə edən şəxslər ola bilər. Rəsmi sənədi saxtalaşdırmış şəxs gələcəkdə ondan istifadə edərsə, onun əməli yalnız CM-in 320.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən epizod üzrə Təqsirləndirilən şəxs irəli sürülmüş itihamın məzmunundan göründüyü kimi, onun özü qanunsuz olaraq hüquq verən sənədləri hazırlayıb, onlardan istifadə etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2, 310, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 182.2.2, 310 və 320.1-ci maddələrinə tövsif edilməli və CM-nin 320.2-ci maddəsinin rəqəm ifadələri Təqsirləndirilən şəxs elan olunan ittihamdan xaric edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məcəllənin 314.1-ci maddəsinə əsasən dövlət ittihamçısı ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə etmək üçün bu Məcəllənin 84.6 və 84.7-ci maddələri ilə nəzərdə tutulmuş hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Həmin məcəllənin 84.6.9-1-ci maddəsinə əsasən dövlət ittihamçısının şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququ vardır. Yuxarıda göstərilən halların Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla əlaqəli və bağlılığının olmasını nəzərə alaraq məhkəmə kollegiyası bu halları və bundan sonraki halları iş üçün kifayət qədər əhəmiyyətli hallar kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda ifadə verərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2, 310, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilməmiş və ona elan edilmiş ittihamı bütövlükdə mübahisələndirərək zərəçəkmiş şəxslərdən pul istəməsinə baxmayaraq onlardan pul almamasını, özünü DTX-nın əməkdaşı kimi təqdim etməməsini, onun istifadə etdiyi “Qanunpress.com” möhürünü Ruslan Həsənov tərəfindən ona verildiyini və Ruslan Həsənovun möhürün sayta məxsus olduğunu söylədiyindən həmin möhürdən istifadə etdiyini bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs eyni mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə heç kimdən pul almadığını, özünü vəzifəli şəxs kimi təqdim etmədiyini və möhürün isə Ruslan Həsənov tərəfindən ona təqdim edildiyini iddia etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs qeyd etdiyi hallar məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə, eləcə də iş üzrə toplanmış sübutlarla tam təkzib olunmuşdur. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs əməli ilə cinayət hüquq normasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Dövlət ittihamçısının hüquqi mövqeyi ilə razılaşaraq məhkəmə kollegiyası bunula bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 320.1 və 320.2-ci maddələri ilə elan olunmuş ittihama əsasən, o, hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamış, bilə-bilə saxta sənəddən istifadə etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə olumuşdur ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2, 310, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 182.2.2, 310 və 320.1-ci maddələrinə tövsif edilməli və CM-nin 320.2-ci maddəsinin rəqəm ifadələri Təqsirləndirilən şəxs elan olunan ittihamdan çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmadan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 310 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 310 və 320.1-ci maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 310 və 320.1 maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İbtidai araşdırma belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs himayəsində 20 iyul 2010-cu il təvəllüdlü X29 və 13 yanvar 2012-ci il təvəllüdlü X28 iki azyaşlı övladlarının olması, habelə Zərərçəkmiş şəxs1 vurduğu 400 manat maddi ziyanı tam həcmdə ödəyərək onunla barışması, eləcə də digər Zərərçəkmiş şəxs2 ilə barışması cinayət işi üzrə cəzanı yüngülləşdirən hallardır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 46-cı bəndinin sonuncu abzasında qeyd edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Məhkəmə kollegiyası cinayət işi üzrə sübutları tədqiq edərək belə qənayətə gəlmişdir ki, 20 iyul 2010-cu il təvəllüdlü X29 və 13 yanvar 2012-ci il təvəllüdlü X6 rayon Məhkəməsinin 29 may 2015-ci il tarixli, 2(063)81/2015 nömrəli qətnaməsi ilə Musayeva (Əfəndiyeva) Şəlalə Məsud qızının yanında saxlanılmışdır. Müdafiə tərəfi bu hissədə Azərbaycan Respublikası Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyi Şəki –Zaqatala Regional Təhsil İdarəsi Zaqatala Rayon Sektoru R.Şabanov adına Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbin arayışlarını təqdim edərək Təqsirləndirilən şəxs uşaqlarının onun himayəsində olduqlarını bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, 20 iyul 2010-cu il təvəllüdlü X14 və 13 yanvar 2012-ci il təvəllüdlü X15 ataları Təqsirləndirilən şəxs yanında qalması səbəblərini məhkəmə kollegiyasının iclasında təqdim olunmuş sübutlar əsasında belə qənaətə gəlir ki, Ucar Rayon Məhkəməsinin 29 may tarixli qətnaməsinə əsasən Aysun Musayeva və Cansu Musayeva anaları Musayeva (Əfəndiyeva) Şəlalə Məsud qızının yanında saxlnılmasına baxmayaraq onlar 2023-2024-cü tədris ilində Zaqatala rayonu R.Şabanov adına Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbində təhsil almışlar. Göründüyü kimi 20 iyul 2010-cu il təvəllüdlü X29 və 13 yanvar 2012-ci il təvəllüdlü X28 məhkəmə qətnaməsi ilə anaları Şəlalə Musayevanın (Əfəndiyevanın) yanında saxlanmasına baxmayaraq 2023-2024-cü il tədris ilində ataları Təqsirləndirilən şəxs himayəsində olmaqla təhsil almış və onların təlim tərbiyyə işləri ilə ataları Təqsirləndirilən şəxs məşğul olmuşdur. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən hallarla bağlı təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olması CM 59.1.4-cü maddəsinə, Zərərçəkmiş şəxs1 vurduğu 400 manat maddi ziyanı tam həcmdə ödəyərək onunla barışması, eləcə də digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 ilə barışması CM-nin 182.2.2-ci maddəsinə münasibətdə, Zərərçəkmiş şəxs3 ilə barışması CM-nin 310-cu maddəsinə münasibətdə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 182.2.2-ci və 320.1-ci maddələrində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran hallarının olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Zaqatala rayon Prokurorluğunun saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd möhür məhv edilməli və X10 təqdim etdiyi 01 ədəd möhür isə X16 geri qaytarılmalıdır. İş üzrə məhkəmə xərcləri, mülki iddia və CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 310 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına və Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub və Zaqatala rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd möhür məhv edilsin və X10 təqdim etdiyi 01 ədəd möhür isə X16 geri qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar