Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-56/2022 06.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1966-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2bs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisinin toxumlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, 2021-ci il mart aynının ortalarında həmin toxumları qəsdən yaşadığı Yevlax şəhəri Dostluq küçəsi 113 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı bağ sahəsində torpaq üzərində qanunsuz olaraq əkib külli miqdarda 39 ədəd çətənə bitkilərini yetişdirərək kultivasiya etmiş, 01 sentyabr 2021-ci il tarixdə, saat 14:15-də Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri Dostluq küçəsi 113 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə video çəkilişlə keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs kültivasiya etdiyi külli miqdarda narkotik tərkibli 34 ədəd hündürlükləri 120 sm-dən 350 sm-dək, yaş vəziyyətdə ümumi çəkisi- 115kq 850 qram çətənə (kannabis) bitkiləri, 05 ədəd hündürlükləri 132 sm-dən 168-sm-dək, quru vəziyyətdə ümumi təmiz çəkisi- 225,12 qram çətənə (kannabis) bitkiləri olmaqla ümumilikdə 39 ədəd çətənə (kannabis) bitkiləri və 22 ədəd hündürlükləri 128 sm-dən 203 sm-dək, quru vəziyyətdə ümumi çəkisi- 5080 qram əkilib becərilməsi qanunla qadağan edilmiş çətənə (kannabis) bitkilərinin hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 237.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayının əvvəllərində yaşadığı küçənin girişində zibil qablarının yaxınlığında 1 ədəd kibrit qutusu görmüş, həmin kibrit qutusunu götürüb içərisinə baxdıqda kibrit qutusunun içərisində narkotik vasitə olan çətənə bitkisinin toxumları olduğunu görüb götürmüş, 2021ci il mart ayının ortalarında həmin toxumları yaşadığı evin həyətyani baş sahəsində torpağa əkmiş və bir müddət sonra əkdiyi toxumlar 39 ədədi torpaqdan cücərib bitməyə başlamışdır. O, həmin çətənə bitkilərinin diblərini boşaltmış, suvarmış və qulluq etmiş ki, tam yetişəndən sonra yığıb qurudub özü üçün istifadə etsin. 2021-ci il avqust ayının sonlarında həmin çətənə bitkilərindən 5 ədədini çıxardaraq qurutmaq üçün yerə sərmiş və bir neçəsinin hissələrini qopardaraq qurutmaq üçün yerə sərmişdir. 2021-ci il sentyabrın 1də saat təxminən 14:00 radələrində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik tərkibli çətənə kolları əkib becərməkdə şübhəli olduğunu deyrərək barəsində əməliyyat axtarış tədbirləri keçirilməsi haqqında qərarla tanış edərək yaşadığı evin həyətyanı bağ sahəsinə bax keçirmək istədiklərini bildirmişlər. O, da etiraz etməyərək polis əməkdaşlarını yaşadığı evin həyətyanı bağ sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazaraq polis əməkdaşlarını yaşadığı evin həyətinə dəvət etmiş, polis əməkdaşları video çəkilişlə onun yaşadığı evin həyətyanı bağ sahəsinə baxış keçirmişlər, baxış zamanı əkib becərərək qulluq etdiyi kökü üstündə 34 ədəd, yerdə sərili vəziyyətdə 5 ədəd narkotik tərkibli çətənə bitkilərini və bir neçə ədəd çətənə bitkilərinin hissələri aşkar olunmuşdur. Hazırda əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə kollarını əkib becərməsi barədə 01 sentyabr 2021-ci il tarixdə əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Heydarın şəxsiyyəti barədə məlumatları yoxlamış, sonuncunun xx xxxxxx 1966-cı il tarixdə Yevlax şəhərində doğulduğunu, Yevlax şəhəri Ş.Qurbanov küçəsi ev 28-də qeydiyyatda olmaqla, ünvan 3-də yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Heydarın barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Heydarın barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin gün o, polis əməkdaşları və aqranomla birlikdə ünvan 3 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında Heydarla qarşılaşmışlar, təhqiqatçı X5 özünü təqdim etməsini bildirmiş, Heydar da təhqiqatçıya özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı Heydara yaşadığı evin həyətində narkotik vasitə əkib becərməsi barədə polis şöbəsinə məlumat daxil olduğunu, həmin məlumatla bağlı onun yaşadığı evin həyətinə baxış keçirilməsini bildirdi. Həmin vaxt Heydar yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmış, daha sonra təhqiqatçı onu və digər iştirkçıları təqdim etdikdən sonra onlar birlikdə Heydarın həyətinə daxil olmuşlar, onlar həyətə daxil olandan sonra təhqiqatçı X5 narkotik vasitə əkib əkməməsi barədə sual vermiş, Heydar da narkotik tərkibli çətənə bitkiləri əkdiyini etiraf etmişdir. Bundan sonra təhqiqatçı X3 həmin narkotik vasitəni əkdiyi yeri göstərə biləcəyini soruşmuş, Heydar həmin narkotiki əkdiyi yeri göstərə biləcəyini deyərək onları yaşadığı evin həyətyani bağ sahəsində həmin narkotik vasitə əkdiyi yerə aparmış, baxış zamanı xususi qaydada düzəldilmiş, diblərinə arx çəkilmiş, əkilib becərilmiş tünt yaşıl rəngli spesfik iyə malik narotik tərkibli çətənə bitkilərinə oxşar 34 ədəd kök üstündə, 5 ədəd yerə sərili vəziyyətdə çətənə bitkiləri və yerə sərili çətənə bitkilərinin hissələri aşkar olunmuşdur. Aşkar olunmuş çətənə bitkilərinin həqiqətən naroktik tərkibli çətənə bitkiləri olubolmamasını və həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilib-edilməməsi barədə rəy alınması üçün aqronama təqdim edilmiş, həmin bitkilərin həqiqətən narkotik tərkibli çətənə bitkiləri olduğunu və həmin çətənə bitkilərinin aqrotexniki qaydada diblərinin alaqları təmizlənmiş, boşaldılmış, peyinlənmiş və suvarılması üçün xüsusi qaydada düzəldilməsi barədə aqranom tərəfindən rəy verilmişdir. Sorğu-sual zamanı Heydar həmin narotik tərkibli çətənə bitkilərinin ona məxsus olduğunu, həmin bitkiləri özü istifadə etmək üçün 2021-ci il mart aynın ortalarında əkdiyini və həmin bitkilərin toxumlarını yaşadığı küçənin girişində yerdən tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan 01.09.2021-ci il tarixli “Raport”dan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan və Yevlax şəhəri Dostluq küçəsi ev 133 ünvanında yaşayan xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib becərilməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 01.09.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Yevlax şəhəri Dostluq küçəsi ev 133 ünvanında yaşayan xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri Dostluq küçəsi ev 133 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01, iş vər. 06). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış və götürmə aparılması haqqında” 01.09.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, aqranomun və Təqsirləndirilən şəxs iştirakı ilə video çəkilişlə sonuncunun yaşadığı Yevlax şəhəri Dostluq küçəsi ev 133 ünvanında yerləşən evə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədən narkotik tərkibli 34 ədəd hündürlükləri 120 sm-dən 350 sm-dək, yaş vəziyyətdə ümumi çəkisi- 115 kq 850 qram çətənə (kannabis) bitkiləri, 05 ədəd hündürlükləri 132 smdən 168-sm-dək, quru vəziyyətdə ümumi təmiz çəkisi- 225,12 qram çətənə (kannabis) bitkiləri olmaqla ümumilikdə 39 ədəd çətənə (kannabis) bitkiləri və 22 ədəd hündürlükləri 128 sm-dən 203 sm-dək, quru vəziyyətdə ümumi çəkisi- 5080 qram əkilib becərilməsi qanunla qadağan edilmiş çətənə (kannabis) bitkilərinin hissələri aşkar edilərək götürülmüşdür. Müvafiq video görüntülər CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 15-18). Cinayət işinin materiallarında olan 01.09.2021-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus Yevlax şəhəri Dostluq küçəsi ev 133 ünvanında yerləşən evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən aşkar olunan 34 ədəd bitki kolları çətənə kollarına oxşar bitki kollarıdır. Həmin bitki kollarına aqrotexniki qaydada qulluq olunmuşdur (cild 01, iş vər. 19). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ekspertiza mərkəzindən alınmış 01.09.2021-ci il tarixli, 17/649 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, 34 (otuz dord) ədəd hündürlükləri 120sm-dən 350smdək, yaş vəziyyətdə ümumi təmiz çəkisi- 115 kq 850 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş, 05 (beş) ədəd hündürlükləri 132sm-dən 168sm-dək, quru vəziyyətdə, ümumi təmiz çəkisi- 225,12 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş, 22 (iyirmi iki) ədəd, hündürlükləri 138sm-dən 203sm-dək, quru vəziyyətdə, ümumi təmiz çəkisi- 5080 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş 34 (otuz dord) ədəd yaş vəziyyətdə olan çətənə (kannabis) bitkiləri, 05 (beş) ədəd quru vəziyyətdə olan çətənə (kannabis) bitkiləri və 22 (iyirmi iki) ədəd quru vəziyyətdə olan çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidilər. Alim-aqronom X2 tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir (cild 01, iş vər. 39-42). Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli, 5(039)-106/2021 saylı qərarından görünür ki, Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 01.09.2021-ci il tarixli qərar əsasında 14.02.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus Yevlax şəhəri Dostluq küçəsi ev 133 ünvanında yerləşən evə və evin həyətyanı sahəsinə keçirilmiş əməliyyat axtarış tədbirləri qanuni hesab edilmişdir (cild 01, iş vər. 69-70). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Psixo-nevroloji Dispanserdən verilən 15.09.2021-ci il tarixli “arayış”dan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Psixo-nevroloji Kabinetində dispanser müşahidədə dayanmır (cild 01, iş vər. 74). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Narkoloji Dispanserdən verilən 15.09.2021-ci il tarixli “arayış”dan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon narkoloji Kabinetində dispanser müşahidədə dayanmır (cild 01, iş vər. 75). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 oktyabr 2021-ci il tarixli 1258 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 113). Cinayət işinin materiallarında olan 22.11.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1, 234.4.3 və 237.2.1-ci maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir (cild 01, iş vər. 123-131). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda Yevlax şəhəri Dostluq küçəsi ev 133 ünvanında yaşayır, barəsində heç bir şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 111-112). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 94). Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən, habelə cəzasını ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 01.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 29-30). Cinayət işinin materiallarında olan 03.09.2021-ci il tarixli məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 01.09.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 70-74). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu 01.09.2021ci il tarixdən hesablanmalı, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin olunan cəzaya hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın rəyində göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Yevlax Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 39 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 22 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı 01.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 39 ədəd narkotik tərkibli çətənə bitkiləri və 22 ədəd narkotik tərkibli çətənə bitkilərinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-56/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-56/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver