Məhkəmə qərarları › İş №1(091)-56/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-56/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-56/2023 01.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X11, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1993-cü ildə Zaqatala rayonu Aşağı Çardaxlar kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində qeydiyyata olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixdə, saat 23 radələrində alkoqollu içkilərin qəbulu nəticəsində orta dərəcəli alkoqol sərxoşluğu halında idarə etdiyi özünə məxsus “VAZ 21703 Lada Priora” markalı, Rusiya Federasiyasına aid E804TM05 dövlət qeydiyyat nömrəli avtomobillə Zaqatala rayonu Dardoqqaz kənd ərazisindən keçən asfalt örtüklü yolla Aşağı Çardaxlar kəndi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq avtomobili hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək, həmin qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 150 km/saat surətlə və həmin qanunun 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməli olduğu halda sol kənarı ilə idarə edərək, habelə həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalı olduğu halda bunu pozaraq hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq əks istiqamətdə hərəkətdə olan X6 idarə etdiyi, **-BH-*** dövlət qeydiyyat nişanlı, VAZ 2121 markalı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan X2 gicgah nahiyəsində, burun belində, alt çənə nahiyəsində, boynunda sıyrıqlar, sol saidində və sol budunda sıyrılmış yaralar, sol diz oynağı nahiyəsində və sağ baldırında əzilmiş-cırılmış yaralar, sol tərəfli İV-V-Vİ qabırğaların, sol bud sümüyünün qapalı yerdəyişən, sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları, qaraciyərin, dalağın və müsariqə qan damarlarının zədələnməsi xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin xəsarətlərdən qaraciyərin, dalağın və müsariqə qan damarlarının zədələnməsi səbəbli qarın boşluğuna kəskin və massiv qanaxma X6 ölümü, eyni zamanda **-BH-*** dövlət qeydiyyat nişanlı, VAZ 2121 markalı avtomobilin sahibi Zərərçəkmiş şəxs isə 4000 manat məbləğində maddi ziyanın vurulması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 2350-55 radələrində Zaqatala şəhərindən yaşadığı kəndə gələrkən yolda qarşıda gələn avtomaşının uzaq vuran işıqları onun gözünə düşdüyünə görə həmin avtomaşınla toqquşmuş və hadisə baş vermişdir. Hımin vaxt özü də xəsarət almış və spirtli içkinin təsiri altında olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, sonunculara dəymiş zərəri ödəmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2022-ci ildə tarixdə saat 16 radələrində Zaqatala rayonu Danaçı kəndində “Arzu” şadlıq sarayının arxa hissəsində yerləşən kafedə tək bir bakal pivə içdikdən sonra idarə etdiyi traktor ilə Danaçı kəndində axşam saat 20 radələrinə kimi işləmiş, işini qurtardıqdan sonra saat 23 radələrində idarə etdiyi “E804TM05” dövlət nömrə nişanlı Lada Priora markalı avtomobillə Zaqatala şəhərinə gedib ünvanı dəqiq xatırlamadığı evdən tanışı Xaliddən ekskvatora aid ehtiyat hissələrini götürüb evə qayıdarkən avtomaşını Zaqatala şəhərindən Danaçı yolu ilə üzü Aşaqı Çardaxlar kəndi istiqamətində təxminən 150 km/saat sürətdə idarə etdiyi vaxt təxminən 150-200 metr məsafədən yolun əks istiqamətində üzü şəhərə tərəf hərəkət edən avtomobili qörmüş, həmin avtomobilin uzaq vuran işıqları onun gözünə düşdüyü üçün həmin işıqları söndürmək üçün işıqlarla işarə vermişdir. Lakin həmin avtomobilin sürücüsü uzaqvuran işıqları söndürməmiş və təxminən 5-10 saniyə sonra həmin avtomobillə toqquşmuşdur. Hadisədən sonra o yaralı vəziyyətdə avtomaşında sıxılıb qalaraq huşunu itirmiş, özünə gələndə yolda olan insanların onu avtomaşının salonundan çıxardıqlarını qörmüşdür. Avtomaşından çıxardıqdan sonra X3 Mərkəzinə aparılmış, orada ilkin tibbi yardım göstərildikdən sobra səhəri güm TTY avtomaşını ilə müalicəsinin davamı ücün Baki şəhəri Mərkəzi Respublika Xəstəxanasına aparmışlar. Həmin Xəstəxanada səkkiz gün orada müalicə olunduqdan sonra ambulator şəraitdə müalicəsini evdə davam etdirmək üçün evə buraxılmışdır. Sonradan idarə etdiyi avtomaşınla toqquşan niva markalı avtomaşının sürücüsü Ramazan Qabacovun yol nəqliyyat hadisəsindən sonra aldıqı xəsəratlərdən öldüyünü öyrənmişdir. Qarşı tərəfdən gələn avtomobilin işıqları uzaqvuran vəziyyətdə olduğu üçün yolu yaxşı görə bilməmiş, hadisə nəticəsində o sol qözündən, qabırğalarından və sol ayağından xəsarət almışdır. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, mərhum X10 onun əri olmaqla xx.xx.2022-ci il tarixdə saat 2330 radələrində Ramazan onların olduğu atası evinə gəlmiş, onlar orada qalası olduğunu bildirdikdən sonra özünə məxsus olan Niva markalı avtomaşınla çıxıb getmişdir. Ramazan getdikdən təxminən 30-40 dəqiqə sonra özünə məxsus mobil telefona zəng gələrək Ramazanın yol nəqliyyat hadisəsi törətdiyini və xəstəxanaya aparıldığını bildirmişlər. Zaqatala rayon X7 getdikdən sonra orada Ramazanın yol nəqliyyat hadisəsi nəticəsində hadisə yerində vəfat etməsini bilmişdir. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, **-BH-*** dövlət qeydiyyat nişanlı Vaz 2121 Niva markalı avtomobil ona məxsus olmaqla Zaqatala rayon sakini Ramazan Qabacovla sonuncuya məxsus Vaz 21099 markalı avtomobillə barter edərək xx.xx.2022-ci ilə kimi Ramazan ona 800 manat verməli olmuşdur. Bu səbəbdən də Ramazan Vaz 21099 markalı avtomaşını onun adına rəsmiləşdirsə də, o 800 manat verilənə kimi Niva markalı avtomaşını Ramazanın sürücülük vəsiqəsi olmadığına görə sonuncunun atasına istifadə üçün vermişdir. Ramazanın yol nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini təxminən sentyabr ayının axırları Ramazana məxsus mobil telefona “whatsapp” vasitəsilə səs atdıqda arvadının ona cavab olaraq Ramazanın vəfat etməsini dedikdən sonra bilmişdir. Hazırda ona dəymiş 800 manat ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 0020 radələrində özünə məxsus **-XB-*** dövlət qeydiyyat nişanlı “Kia Sportage” markalı avtomobil ilə Zaqatala şəhərindən yaşadığı Yolayrıcı kəndinə gedərkən Danaçı yolunda “Ayşə” şadlıq sarayının yaxınlığında yol nəqliyyat hadisənin baş verdiyini görüb avtomobildən düşüb baxdıqda **-BH-*** dövlət qeydiyyat nişanlı VAZ 2121 "Niva" markalı və E804-TM-05 dövlət nömrə nişanlı VAZ 21703 "Priora" markalı avtomaşınlarının toqquşduğunu görmüş, avtomobili saxladığı yerdə Niva markalı avtomobil ona yaxın olduğundan Niva markalı avtomobilə yaxınlaşdıqda orada bir nəfər şəxsin sükan arxasında yaralı vəziyyətdə olduğunu görmüşdür. Həmin şəxsdən xırıltı səsləri gəlmiş, dərhal DİN-nin 102 xidmətinə və TTYS-na zəng vurub məlumat vermişdir. Digər avtomobilə yaxınlaşarkən həmin avtomobilin sürücüsünün də yaralı olduğunu görsə də, digər sürücüyə nisbətən vəziyyəti bir az yaxşı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Ramazan Qabacov onun oğlu olmaqla hadisədən təxminən bir il əvvəl oğluna məxsus Vaz 21099 markalı avtomaşını Şəki rayonunda yaşayan Namiq adlı şəxsə məxsus Niva markalı avtomobillə barter edərək dəyişmiş, oğlunun Namiqə 800 manat qaldığına və həmin borcu xx.xx.2022-ci il tarixə kimi verməli olduğundan Namiqə həmin müddət kimi avtomaşını onun idarə etməsi üçün etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə saat 0005 radələrində yaşadığı Höytala kəndində evdə olarkən gəlini Ayşa Qabacova ona zəng edərək oğlu Ramazanın yol nəqliyyat hadisəsi törətdiyini bildirdikdən sonra dərhal evdən çıxıb Zaqatala şəhərinə oğlunun yaşadığı ünvana gedərkən yolda toqquşan iki avtomobillərdən birinin oğlu Razamanın idarə etdiyi **-BH-*** dövlət qeydiyyat nişanlı Vaz 2121 Niva markalı avtomobil olduğunu görüb avtomaşından düşdükdən sonra oğlu X8 Mərkəzinə aparıldığını öyrənmişdir. Xəstəxanaya getdikdən sonra isə oğlunun xəstəxanada ölməsi ona məlum olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 19 nömrəli rəyində göstərilmişdir ki, X1 meyitinin müayinəsi zamanı bədənində aşkar olunmuş xəsarətlər - sol gicgah nahiyəsində, burun belində, alt çənə nahiyəsində, boynunda sıyrıqlar, sol saidində və sol budunda sıyrılmış yaralar, sol diz oynağı nahiyəsində və sağ baldırında əzilmiş-cırılmış yaralar, sol tərəfli İV- V-Vİ qabırğaların, sol bud sümüyünün qapalı yerdəyişən, sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları, qaraciyərin, dalağın və müsariqə qan damarlarının zədələnməsi bərk küt (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə, canlı şəxslərdə təyin edildiyi kimi həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. X6 ölümünə səbəb qaraciyərin, dalağın və müsariqə qan damarlarının zədələnməsi nəticəsində qarın boşluğuna kəskin və massiv qanaxma olmuşdur. Ölümün baş vermə müddəti meyidin meyitxanada müayinə olunduğu vaxtdan 9-11 saat əvvələ uyğun gəlir. X6 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,2 %0 (promilli faiz) etil spirti aşkar edilmişdir. Qanda 1,2 %0 (promilli faiz) etil spirtinin olması onun ölümündən əvvəl yüngül dərəcədə sərxoş olmasını göstərir. Narkotik və psixotrop maddələr aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 321 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gözətrafında və sol göz qapağında əzilmiş yaralar, sol göz yuvasının yuxarı və aşağı divarının qapalı yerdəyişən sınıqları, sol bud sümüyünün yuxarı 1/3-nin qapalı qəlpəli yerdəyişən sınığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə, sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 30 dekabr xx.xx.2022-ci il tarixli, 8/2319 nömrəli rəyində göstərilmişdir ki, İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21703 markalı E804TM05 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərinda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-c maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-210703 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-a maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-210703 markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Zaqatala rayonu Dardoqqaz kəndi ərazisində baş verməklə, “VAZ 21703 Lada Priora” markalı avtomobilin surət göstəricisinin 148, Vaz 2121 markalı avtomobilin surət göstəricisinin isə 103 şkalasında dayandığı müşahidə edilmişdir. Cinayət işinə əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 15 avqust 2022-ci il tarixli, 422 nömrəli aktından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli 016- 300-256-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü, Zaqatala rayonu, Aşağı Çardaxlar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs adına DİN-in BDYPİ-in mərkəzi məlumat sisteminə baxış zamanı etibarlılıq müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2030-cu il tarixədək olan “BC” kateqoriyalı BC 550228 nömrəli sürücülük vəsiqəsi vardır. İş materiallarında olan “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli 1064 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs psixiatrik- kabinetdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Çardaxlar kənd inzibati ərazi dairəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışda və xasiyyətnamədə göstərilmişdir ki, Musayev X4 rayonu Aşağı Çardaxlar kəndində ailə üzvləri ilə birlikdə yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmiş və himayəsində xx.xx.2019-cu ildə doğulmuş Ayşə Musayeva adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1620-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsinə dair 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə Məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hadisə baş verən vaxt spirtli içkinin təsiri altında olmamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı özünün etrafedici ifadəsində Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyini göstərmiş, həmçinin sərxoşluq vəziyyətinin tibbi müayinə aktı ilə də orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəzalar təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və zərər çəkmiş şəxsin hüquqi varisi olan arvadı ilə barışaraq sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, özünün də yol nəqliyyat hadisəsi nəticəsində az ağır dərəcəli bədən xəsarəti alması, mərhum Ramazan Qabacovun da hərəkətlərində Yol hərəkəti haqqında qanunun tələblərinin pozuntusu olması və himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Qeyd olunan cəzanı yüngülləşdirən halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı andan hesablanmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunur ki, məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın növünü və həcmini müzakirə edərkən müəyyən edilmiş zəruri hallara əsasən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13.3-cü bəndində qeyd edilmiş tövsiyələrə uyğun olaraq, bu cəzanın, yəni təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsinin onun şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlir. Əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə edərək məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 128 AZN (yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut və müki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respunlikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan 128 AZN (yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar